DEPUTATLARIMIZ ÇEXİYADA SƏFƏRDƏ OLACAQLAR

21/04/17

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov,  deputatlar Mahir Aslanov, İqbal Məmmədov, Elçin Quliyev Çexiya Parlamentinin Kənd Təsərrüfatı Komitəsinin sədri Yaroslav Faltinekin dəvəti ilə aprelin 23-dən 26-dək  Çexiyanın  paytaxtı Praqaya  səfərə gedəcəklər.
Səfər zamanı deputatlarımız Çexiya Parlamentinin rəhbərliyi, Aqrar komitənin üzvləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə kənd təsərrüfatı sahəsinin qanunverilicik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq, habelə əməkdaşlıq  əlaqələrinin inkişafı barədə danışılacaq.
Millət vəkilləri, həmçinin Çexiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış müxtəlif  şirkətlərinin, o cümlədən “AGROFERT” konserninin fəaliyyəti, iş təcrübəsi ilə yaxından tanış olacaqlar.


Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi