TÜRKİYƏDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİ QEYD OLUNACAQ

14/05/18

Milli Məclisin deputatı Çingiz Qənizadə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçiriləcək tədbirdə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.
Millət vəkili İstanbulda yerləşən Feriköy məzarlığında AXC-nin qurucularının şərəfinə ucaldılmış abidənin açılış mərasiminə qatılacaq.
Tədbirdə müsəlman Şərqində ilk parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat veriləcək, xalqımızın müstəqillik mübarizəsi haqqında danışılacaq, bu yolda həlak olanların xatirəsi anılacaq.
Səfər mayın 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi