NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

14/11/18

Noyabrın 16-da Kanadanın Halifaks şəhərində NATO Parlament Assambleyasının payız sessiyası işə başlayacaqdır. Sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcəkdir.
Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində Demokratiya və İnsan Hüquqlarının təşviqi, Rusiyanın hibrid təhdidlərinə qarşı tədbirlər, NATO-nun yürütdüyü Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Kosmik sənayesinin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi çağırışı, Cənubda qeyri-sabitlik, Qərbi Balkanlarda təhlükəsizlik, Qaranlıq əlaqələr: terroristlərin şifrəli mesajlaşma, qara veb və rəqəmsal valyutalardan istifadəsi və digər mövzularda müzakirələr aparılacaqdır.
NATO Parlament Assambleyasının payız sessiyası noyabrın 19-da başa çatacaqdır.

Milli Məclisin

Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi