VAŞİNQTONDA PARLAMENT FORUMU KEÇİRİLƏCƏK

04/12/18
Dekabrın 6-da Vaşinqtonda Kəşfiyyat-Təhlükəsizlik üzrə 12-ci Parlament Forumu keçiriləcək. Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.
Forumda Hökumətlərin və özəl sektorun terrorçuluğun maliyyələşdirilməsi əleyhinə fəaliyyəti, Kiber təhlükəsizlik, Şəxsi həyat və məlumatların paylaşılması, Xarici sərmayə riskləri və digər mövzularda fikir mübadiləsi  aparılacaq.
Səməd Seyidov müzakirə olunacaq mövzularda çıxış edəcək, məsələlərə münasibətini bildirəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi