DEPUTATIMIZ RUSİYALI HƏMKARLARI İLƏ GÖRÜŞƏCƏK

12/02/19

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Əli Hüseynli  fevralın 13-də Rusiyanın paytaxtı Moskvaya  səfərə gedəcək.
Millət vəkili Rusiya Dövlət Duması tərəfindən təşkil edilmiş “Azərbaycan-Rusiya mədəniyyət körpüləri ” mövzusunda keçiriləcək dəyərmi masaya qatılacaq, mövzu ilə əlaqədar çıxış edəcək.
Tədbirdə iki ölkə arasında mədəni dialoq, incəsənətin inkişafı, kinematoqrafiya, teatr, muzeylər, habelə təhsil sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Səfər fevralın 14-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi