DEPUTATIMIZ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

18/06/19

Milli Məclisin deputatı Mixail Zabelin Pravoslav Parlamentlərarası Assambleyasının 26-cı Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.
Tədbirdə “Parlamentarizmin müasir siyasi və sosial hadisələr  anlayışına töhfəsi” mövzusunda müzakirələr keçiriləcək.
Deputatımız dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə fikirlərini bölüşəcək.
Səfər iyunun 23-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi