VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
UKRAYNA PREZİDENTİ SEÇKİLƏRİNDƏ
04/02/10
Azərbaycan parlamentinin bir qrup deputatı fevralın 7-də keçiriləcək Ukrayna Prezidenti seçkilərinin ikinci turunu müşahidə etmək üçün bu ölkənin paytaxtı Kiyev şəhərində səfərdə olacaqdır.
Milli Məclisin deputatlarından Rüfət Quliyev və Nizami İsgəndərov MDB-nin, Qənirə Paşayeva və Sabir Hacıyev isə AŞPA-nın xətti ilə müşahidəçi qismində seçkilərin gedişini izləyəcəklər. Deputatlarımız demokratik seçki qaydalarına riayət olunmasına, ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına diqqət yetirəcəklər.
Səfər fevralın 10-da başa çatacaqdır.
Milli Məclisin
Mətbuat xidməti
