29.04.2016 Tarixinə olan hesabat

İnsan Alverinə Qarşı Mübarizə
üzrə Milli Koordinator

 

 

Azərbaycan Respublikasında
insan alverinə qarşı mübarizəyə dair

MƏLUMAT

 

1. Giriş

Müasir dünyada ictimai asayişin yüksək səviyyədə qorunduğu dövlət kimi tanınan Azərbaycan Respublikasında aparılan hərtərəfli demokratik-hüquqi islahatlar nəticəsində, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizə işinin son 12 ildə möhkəm təməli yaradılmışdır.
Bu növ cinayətlərin profilaktikası, iştirakçılarının məhkəmə təqibinin heyata keçirilməsi, qurbanlarının müdafiəsi, hərtərəfli yardımla əhatə olunması və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətin inkişaf etdirilməsi təmin olunmuşdur. İnsan hüquq və azadlıqlannın etibarlı müdafiəsinə xidmət edən bu və digər təşkilati-praktiki tədbirlərin icrası müvafiq qanunvericilik aktları rəhbər tutulmaqla 2015-ci ildə də davam etdirilmişdir.
Hesabat dövründə insan alverinə qarşı mübarizənin iştirakçısı olan bütün dövlət orqanları, vətəndaş cəmiyyətinin nümayəndələri və beynəlxalq tərəfdaşlar Milli Fəaliyyət Planına uyğun olaraq sözügedən cinayətlərin qarşısının alınması, qanunvericiliyin təkmilləşdirilməsi, qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin, beynəlxalq əməkdaşlığın və maarifləndirmənin gücləndirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələr ardıcıllıqla yerinə yetirilmişdir.


2. İnsan alverinə qarsı mübarizə sahəsində qanunvericilik tədbirləri


Azərbaycanın insan alverinə qarşı mübarizədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, o cümlədən «İnsan alverinə qarşı mübarizə haqqında» Avropa Şurası Konvensiyasından irəli gələn öhdəlikləri nəzərə alınaraq qanunvericiliyin təkmilləşdirilməsi işi diqqət mərkəzində saxlanılmışdır.
Belə ki, Nazirlər Kabinetinin 2015-ci il 25 iyun və 14 oktyabr tarixli qərarları ilə «İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə»yə, «İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları»na, «İnsan alveri qurbanlarının sosial reabilitasiyasının heyata keçirilməsi Qaydaları»na, «İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları»na və «İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram»a insan alverininin qurbanlarına yardım üçün yönəldilən vəsaitin idarə olunmasında və xərclənməsində şeffaflığın təmin olunması, qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, əməkçi miqrantların müdafiə tədbirləri ilə əhatə olunması məsələlərini tənzimləyən normalar əlavə edilmişdir.
İnsan alveri qurbanlarının xidmətindən istifadə etməyə görə cinayət məsuliyyətinin, cinayət təqibi zamanı qurbanlara verilən bərpa və fikirləşmə müddətinin prosessual qaydalarının, insan alverindən zərər çəkmiş əcnəbilərə ölkədə müvəqqəti yaşamaq üçün icazə verilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, risk qrupuna aid olan qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsi, uşaqların internet və mobil telefondan təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Əmək və Miqrasiya məcəllələrinə, «İnsan alverinə qarşı mübarizə haqqında», «Uşaq hüquqları haqqında», «Telekommunikasiya haqqında», «Kütləvi informasiya vasitələri haqqında» qanunlara dəyişiklik edilməsi ilə bağlı layihələr hazırlanıb hökumətə təqdim olunmuşdur. Hazırda ölkəmizin “Uşaqlann cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması ile bağlı hüquqi sənədlər hazırlanır.

3. İnsan alverinin qarşısının alınması sahəsində profilaktika və maarifləndirmə tədbirləri, telim və treninqlər


Qeyri-hökumət təşkilatlarının yaxından iştirakı ilə risk qrupuna aid sosial təbəqənin insan alveri probleminin mahiyyəti və təhlükəli nəticələri, bu hüquqazidd əməldən müdafiənin inzibati və hüquqi prosedurları haqqında məlumatlılığının artırılması tədbirləri məqsədyönlü surətdə davam etdirilmişdir.
Daxili İşlər və Təhsil nazirlikləri, eləcə do İnsan Alverinə qarşı Qeyri-hökumət təşkilatları Koalisiyası tərəfindən Bakı şəhəri və respublikanın bölgələri üzrə 58 təhsil müəssisəsində müəllim və tələbələr ile görüşlər keçirilmişdir. Daha 53 şeher və rayonda hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, tibb, təhsil, uşaq və gənclər, sosial müdafiə qurumlarının və məşğulluq mərkəzlərinin işçiləri, sahibkarlar, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici tədbirlər təşkil olunmuş, 6000 ədəd təşviqat materialı paylanmışdır.
Ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə
məlumatlandınlması üçün sərhəd nəzarəti məntəqələrində, hava və dəniz limanlarında, beynəlxalq dəmiryolu vağzalında azərbaycan, rus və ingilis dillərində insan alveri riskləri, bu növ təhlükə ilə üzləşən şəxslərin müraciət edə biləcəkləri yerlərin, o cümlədən «çağrı mərkəzləri» və «qaynar xətt» nömrələrinin əks olunduğu bukletlər paylanılmış, videomateriallar nümayiş etdirilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı, Şirvan, Şəki, Xaçmaz, Quba şəhər və rayonlarında ictimaiyyətin nümayəndələrinin iştirakı ilə miqrantlann hüquq və azadlıqlarının qorunması, emək və cinsi istismar məqsədli insan alverinin qarşısının alınması mövzusunda tədbirlər keçirilmiş, həmin dövlət qurumunun rəsmi internet səhifəsində maarifləndirmə xarakterli 4 qısametrajlı videoçarx və slayd yerləşdirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyində müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi prosesində turizm şirkətlərinə insan alverinə qarşı mübarizəyə dair maarifləndirici vəsaitlər paylanmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ötən il paytaxtda keçirilən “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı layihə çərçivəsində insan alverinin doğurduğu təhlükələr barədə izahat işləri aparılmışdır. 2015-ci ilin fevral-aprel aylarında Bakı şəhərinin hər bir rayonunda ümumilikdə 300 məktəblinin iştirakı ilə internet təhlükəsizliyi, uşaq əməyinin istismarı mövzularını əhatə edən “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” adlı təlimlər təşkil edilmişdir. Ötən ilin 12-21 may tarixlərində paytaxt üzrə 10 orta məktəbdə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası” layihəsi çərçivəsində maarifləndirici seminarlar, habelə Hökumət Evinin Konfrans zalında ekspertlərin iştirakı ilə “Uşaqların internet təhlükəsizliyi” və “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda təlimlər keçirilmişdir.
Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə təşkil olunan “İnsan alverinin qarşısının alınması üçün orta məktəb təhsili” layihəsi çərçivəsində “dəyirmi masa” və konfrans təşkil edilmişdir. Ümumtəhsil məktəblərinin IX-XI siniflərində tədris edilən “Həyati bacarıqlara əsaslanan təhsil” fakültativ kursun məzmununa insan alveri, uşaq əməyinin istismarı, qanunsuz miqrasiya, uşaqlara qarşı zorakılıq, uşaq hüquqları barədə mövzular daxil edilmişdir.
Gənclar ve İdman Nazirliyinin teşkilatçığı ilə Suraxanı rayonundakı Mədəniyyət evində insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Günahsız günahkarlar” adlı teatr tamaşası nümayiş etdirilmişdir.
Həmçinin, R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr olunmuş gənclərin yaradıcılıq festivalının mövzularından biri insan alverinə qarşı mübarizəyə həsr olunmuşdur.
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə Şəki şəhərinin iki orta məktəbində “Uşaq hüquqlarının qorunması” mövzusunda seminarlar keçirilmiş, paytaxtda və respublikanın 7 rayonunda sahibkarlıq subyektləri ilə təşkil edilmiş çoxsaylı görüşlərdə sahibkarlıq fəaliyyətində uşaq əməyinin istismarının istisna olunması ilə bağlı məlumatlandırma işi aparılmışdır.
Dövlət Proqramına uyğun olaraq müvafiq maarifləndirmə tədbirlərinin təşkilində Gəncə, Binəqədi, Lənkəran, Salyan, Goranboy, Göygöl, Tərtər, Quba, Siyəzən, Qubadlı rayon icra hakimiyyətləri təşəbbüskarlıqlan ilə fərqlənmişlər.
İnsan alverinə qarşı mübarizə üzrə həyata keçirilmiş tədbirlərin ictimaiyyətə çatdırılması üçün əlaqədar məlumatlar mütemadi olaraq İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində yerləşdirilmiş, bu işin təkmilləşdirilməsi üçün internet səhifəsi əsaslı surətdə yenilənmişdir (www.insanalveri.gov.az).
Göstərilən cinayətlərin profilaktikasında xüsusi əhəmiyyət kəsb edən kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə edilmişdir. Görülən işlər, əldə olunan nəticələr respublikanın müxtəlif telekanallarında, ayrı-ayrı informasiya agentliklərində, mətbuat və internet səhifələrində işıqlandırılmışdır.
İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində peşəkarlığın artırılması məqsədilə xüsusi polis qurumunun əməkdaşları 40-dan çox seminar, konfrans və təlimdə iştirak etmişlər. Respublika daxili işlər orqanlarının əməkdaşları üçün insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, bu cinayətlərin profilaktikası və açılması üzrə qarşılıqlı fəaliyyətin təşkili mövzusunda ixtisasartırma kursları keçirilmişdir. Bununla yanaşı, DİN-in Polis Akademiyasında kursant və dinləyicilərə 5 fənn üzrə insan alveri cinayətlərinin hüquqi aspektləri, kriminoloji xüsusiyyətləri, qarşısının alınmasının və açılmasının taktikası tədris olunur. Akademiya tərəfindən peşə hazırlığı dərslərində öyrənilməsi üçün xüsusi metodik vəsaitlər də hazırlanaraq şəhər, rayon polis orqanlanna göndərilmişdir.
İnsan alveri və məcburi emək qurbanlarının müəyyən edilməsi qaydaları ayrıca proqram əsasında Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzində tədris olunur. Analoji tədbirlərdə Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları da fəal iştirak etmişlər.

 

4. İnsan alveri ilə mübarizədə beynəlxalq eməkdaslıq

 


İnsan alverinə qarşı mübarizədə digər dövlətlər, xüsusən təyinat və mənbə ölkələrinin aidiyyəti orqanları və müvafiq beynəlxalq təşkilatlar ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri davam etdirilmişdir.
Milli Koordinator və xüsusi polis qurumunun rəhbərliyi tərəfindən ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi, ATƏT-in Bakı Lahiyə Əlaqələndiricisi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, ABŞ-ın Ədliyyə
Departamentinin və ölkəmizdəki Səfirliyinin, “Dünya Ümidi” humanitar təşkilatının, Mərakeş Krallığının Daxili İşlər Nazirliyinin nümayəndələri ilə işçi görüşlər keçirilmişdir. Görüşlərdə ölkəmizdə insan alverinə qarşı görülən tədbirlər, eldə edilən nəticələr, qarşıda duran vəzifələr, əməkdaşlığın perspektivləri və genişləndirilməsi, proqram və layihələrin təkmilləşdirilməsi, məlumat mübadiləsi və Azərbaycan təcrübəsinin diger ölkələrdə yayılması kimi məsələlər müzakirə olunmuşdur.
2015-ci il 10 noyabr tarixdə Bakı şəhərində təşkil edilən və səlahiyyətli dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət
təşkilatlarının nümayəndələrinin iştirak etdiyi dəyirmi masa çərçivəsində Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının Tərəflər Komitəsi tərəfindən Azərbaycan Respublikasında həmin beynəlxalq sənəddən irəli gələn öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi bəyan edilmişdir.
Xüsusi polis qurumunun, eiəcə də digər dövlət orqanlarının əməkdaşları beynəlxalq təşkilatların heyata keçirdikləri layihələr formatında Amerika Birləşmiş Ştatlarında, Fransa, Avstriya, Belçika, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər dövlətlərdə təcrübə mübadiləsinə cəlb olunmuş, eyni zamanda müvafiq mövzuda təşkil olunan tədris kurslarında təlimçi qismində iştirak etmişlər.
Aidiyyəti sahədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndə və əlaqələndiricisinin Ofisinin, Beynəlxalq Miqrasiya və Beynəlxalq Əmək təşkilatlarının hesabatları, bir sıra Avropa ölkələrinin, o cümlədən Almaniya, Polşa, Belçika, Avstriya, İtaliya, İspaniya, Fransa, Niderland və Litvanın insan alverinə qarşı mübarizədə təcrübələri öyrənilmişdir.

 


5. Məcburi əməvə. o cümlədən usaq əməyinin istismanna qarsı tədbirlər

 


Qeyd edilməlidir ki, məcburi əməyin qarşısının alınması, qurbanların və potensial qurbanların müəyyən edilməsi üzrə davamlı surətdə həyata keçirilən məqsədyönlü tədbirlər həmin hüquqazidd əməlin ölkəmizdə geniş yayılmasını istisna edir.
Paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında yerləşən tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 8 məcburi əmək cinayəti müəyyən edilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmış yoxlamalarla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə götürülməsi qaydalarının pozulması ilə əlaqədar 159 inzibati xəta aşkarlanmışdır. Eyni zamanda, emək qanunvericiliyinin tələblərini pozan 1169 əcnəbi və vətəndaşlığı olmayan şəxs müəyyən edilərək barələrində ölkə hüdudlarından kənara çıxanima da daxil olmaqla adekvat məsuliyyət tədbirləri görülmüşdür.
Ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı təkcə ötən il küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 450 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülmüşdür.
Bununla yanaşı, uşaqlara müvafiq qayğı və yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına baxılması üçün 272 material göndərilmişdir.


6. İnsan alveri ilə baölı cinavət təqibi və qurbanlarla iş


Həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanmışdır. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilmişdir. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup (+4) və 1 mütəşəkkil dəstə (sabit) zərərsizləşdirilmişdir.
Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa elan olunmuş 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilmişdir. Müəyyən olunmuş 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyə Respublikasına, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiya Federasiyasına apanlmış, 14 nəfer, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalmışdır (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı).
Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilmiş və təhlükəsizliyi təmin olunmuşdur. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilmiş, 42-nə Kömek Fondu tərəfindən maddi yardım göstərilmiş, 22-i işlə təmin edilmiş, 31-i peşə kursuna göndərilmişdir. Heyata keçirilmiş profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıtmış, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 56 qurbana hüquqi və psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 16 qurbana tibbi xidmət göstərilmiş, daha 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmuşdur.
Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilmiş, 2 uşağın atalığı müəyyən edilərək alimentiə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilmiş, 7-i müvəqqəti sığınacağa yerləşdirilmişdir. “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 13 mindən çox müraciət araşdırılmış və hər biri üzrə qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür.

 


7. Yekun

 

 


Bu gün Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin əvəzsiz köməklikləri və dəstəyi sayəsində həyata keçirilən kompleks tədbirlər ölkəmizdə şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından etibarlı qorunmasını, bu növ hüquqazidd əməllərə şərait yaradan halların müəyyən edilib vaxtında aradan qaldırılmasını, qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmini sahəsində mühüm nəticələrin eldə edilməsini şərtləndirmişdir.
İnsan alverinə qarşı mübarizədə Azərbaycan təcrübəsi bir çox dövlətlərin əlaqədar qurumlarının diqqət mərkəzindədir və görülən işlər əksər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabat və rəylərdə yüksək dəyərləndirilir. Belə ki, ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisinin ölkəmizə səfərinin yekunları ilə əlaqədar dərc olunmuş mətbuat relizində insan alveri ilə mübarizədə əldə olunan nəticələr yüksək dəyərləndirilmişdir. Həmçinin, yeni Milli Fəaliyyət Planında əmək istismarı ilə mübarizəyə geniş yer verilməsi, bu sahədə fəal iş aparılması xüsusi vurğulanmışdır.
ABŞ Dövlət Departamentinin 2015-ci il üçün iyul ayının 27-də yayımladığı növbəti illik hesabatın Azerbaycana dair hissəsində qanunvericiliyin təkmilləşdirilməsi, insan alverinin və məcburi eməyin qarşısının alınması, qurbanların müdafiəsi və onlara yardım göstərilməsi istiqamətlərində əhəmiyyətli inkişafın eldə edilməsi, geniş maarifləndirmə tədbirlərinin keçirilməsi və s. müsbət qiymətləndirilmiş, habelə bir sıra tövsiyələr təqdim edilmişdir. Ölkəmiz 2014-cü ildə olduğu kimi hesabat dövründə də 2-ci sıra ölkələr siyahısında yer almışdır.
Müvafiq istiqamətdə profilaktik, əməliyyat-axtarış və digər zəruri təşkilati-praktiki tədbirlər Azərbaycan Respublikasının qanunlarına, Dövlət Başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun davam etdirilir.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi