2010-ci il 29 noyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN 
I  SESSİYASI   İCLASININ
                                                                                                                                                   
PROTOKOLU   № 1

Milli Məclisin iclas salonu.
29 noyabr 2010-cu il. Saat 12.

Milli Məclisin  qocaman deputatı
F.Heydərov sədrlik etmişdir

İclasda  Milli Məclisin  122 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  rəhbəri.
Zeynal Nağdəliyev,  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri.
Şahin Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri.

* *  *

Fərhad Abdullayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri.
Sona Salmanova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini.
Fikrət Babayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Südabə Həsənova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Kamran Şəfiyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
İsa Nəcəfov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Ceyhun Qaracayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Rövşən İsmayılov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.


* *  *

Məzahir Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının sədri.
Şaitdin Əliyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini.
Natiq Məmmədov,  Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının katibi.
Fuad Cavadov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Ramiz İbrahimov,  Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Validə Kazımova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Qabil Orucov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Azər Tağıyev, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
İlham Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Nizami Nadirov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Tamam Cəfərova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Tofiq Həsənov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Akif Qurbanov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Almas Qəhrəmanlı, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Oqtay Hümbətli, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Mikayıl Rəhimov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Arifə Muxtarova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.


İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının təşkil edilməsi  haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi haqqında.


İclasda qəbul edilmişdir:

 1. “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “O.S.Əsədovun Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
 

 

Dördüncü çağırış
Azərbaycan Respublikası
Milli Məclisinin birinci iclasında
sədrlik edən                                                                           F.Heydərov

 


DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN 
I  SESSİYASI   İCLASININ
                                                                                                                                                 
PROTOKOLU   № 2

Milli Məclisin iclas salonu.
29 noyabr 2010-cu il. Saat 14.20.

Milli Məclisin Sədri
O.Əsədov sədrlik etmişdir

İclasda  Milli Məclisin  122 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  rəhbəri.
Zeynal Nağdəliyev,  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri.
Şahin Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri.


* *  *

Fərhad Abdullayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri.
Sona Salmanova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini.
Fikrət Babayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Südabə Həsənova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Kamran Şəfiyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
İsa Nəcəfov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Ceyhun Qaracayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Rövşən İsmayılov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.


* *  *

Məzahir Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının sədri.
Şaitdin Əliyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini.
Natiq Məmmədov,  Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının katibi.
Fuad Cavadov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Ramiz İbrahimov,  Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Validə Kazımova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Qabil Orucov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Azər Tağıyev, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
İlham Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Nizami Nadirov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Tamam Cəfərova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Tofiq Həsənov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Akif Qurbanov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Almas Qəhrəmanlı, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Oqtay Hümbətli, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Mikayıl Rəhimov, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.
Arifə Muxtarova, Azərbaycan Respublikası Mərkəzi Seçki  Komissiyasının üzvü.


İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavininin seçilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin seçilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin seçilməsi haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisi komitələri sədrlərinin seçilməsi haqqında qərar.

İclasda qəbul edilmişdir:

1. “Z.A.Əsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “B.Ə,Muradovanın Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “V.F.Ələsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
4. “Azərbaycan Respublikası Milli Məclisi komitələri sədrlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                                 O.Əsədov
                            


MİLLİ  MƏCLİSİN  İCLASI
29 noyabr  2010-cu il. Saat 12.


Səfa Mirzəyev,  Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.
Zati-aliləri, möhtərəm cənab Prezident, Siz Milli Məclisə xoş gəlmisiniz!
Hörmətli deputatlar! Hörmətli qonaqlar, xanımlar və cənablar!
Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisi fəaliyyətə başlayır. Demokratik dövlət quruculuğu yolunda əldə edilmiş bu böyük nailiyyət ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının təntənəsinin nümunəsidir. 
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm!
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını qocaman deputat aparır.
Bu şərəfli missiya Milli Məclisin deputatı hörmətli Fəttah Heydərova nəsib olmuşdur. 
Hörmətli Fəttah müəllim, xahiş edirəm, iclasa başlayasınız.

Milli  Məclisin  qocaman  deputatı F.Heydərov  sədrlik  edir

Sədrlik edən. Hörmətli cənab Prezident! Hörmətli deputatlar! Hörmətli qonaqlar! 
Dördüncü çağırış Milli Məclisin ilk iclasını açıq elan edirəm.

(Azərbaycan  Respublikasının  Dövlət  himni  səslənir.)

Sədrlik edən. Möhtərəm cənab Prezident, Sizi səmimi qəlbdən salamlayır, Sizə möhkəm can sağlığı, uzun ömür, Azərbaycanımızın rifahı naminə yeni-yeni uğurlar arzulayırıq! (Alqışlar.)
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibəti ilə sizi təbrik edirəm, parlament fəaliyyətində sizin hamınıza böyük uğurlar, can sağlığı, xoşbəxtlik arzulayıram!
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən, yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalıdır, Hesablayıcı komissiya və Milli Məclisin Sədri seçilməlidir.
İcazənizlə, dördüncü çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyuram.
1 saylı Şərur-Sədərək seçki dairəsindən  – Talıbov Vasif Yusif oğlu,
2 saylı Şərur seçki dairəsindən – Həbibbəyli İsa Əkbər oğlu,
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən – Möhbalıyev Səttar Suliddin oğlu,
4 saylı Naxçıvan şəhər seçki dairəsindən – İbrahimov Eldar Rza oğlu,
5 saylı Şahbuz-Babək seçki dairəsindən – Novruzov Siyavuş Dünyamalı oğlu,
6 saylı Culfa-Babək seçki dairəsindən – Hacıyev İsmayıl Muxtar oğlu,
7 saylı Ordubad-Culfa seçki dairəsindən – Həsənquliyev Qüdrət Müzəffər oğlu,
8 saylı Binəqədi birinci seçki dairəsindən – Əsədov Oqtay Sabir oğlu,
9 saylı Binəqədi ikinci seçki dairəsindən – Cəbrayılov Rafael Kamil oğlu,
10 saylı Binəqədi üçüncü seçki dairəsindən – Musayev Madər Əliəsgər oğlu,
11 saylı Qaradağ seçki dairəsindən – Vəliyev Ağalar İsrəfil oğlu,
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən – Zabelin Mixail Yuryeviç,
13 saylı Xəzər birinci seçki dairəsindən – Əliyev Rauf Asif oğlu,
14 saylı Xəzər ikinci seçki dairəsindən – Əliyeva Mehriban Arif qızı,
15 saylı Yasamal birinci seçki dairəsindən – Hüseynov Etibar Əli oğlu,
16 saylı Yasamal ikinci seçki dairəsindən – Məhərrəmov Abel Məmmədəli oğlu,
17 saylı Yasamal üçüncü seçki dairəsindən – Quliyev Ülvi Zahid oğlu,
18 saylı Nərimanov-Nizami seçki dairəsindən – Musabəyov Rasim Nəsrəddin oğlu,
19 saylı Nərimanov birinci seçki dairəsindən – Əhmədov Əli Cavad oğlu,
20 saylı Nərimanov ikinci seçki dairəsindən – Əliyev Adil Abış oğlu,
21 saylı Nəsimi birinci seçki dairəsindən  – Mustafayeva Aytən İnqlab qızı,
22 saylı Nəsimi ikinci seçki dairəsindən – Mollazadə Asim Nazim oğlu,
23 saylı Nəsimi-Səbail seçki dairəsindən – Səmədzadə Ziyad Əliabbas oğlu,
24 saylı Nizami birinci seçki dairəsindən – Abdullayev Rövnəq İbrahim oğlu,
25 saylı Nizami ikinci seçki dairəsindən – Vəliyeva Sədaqət Süleyman qızı,
26 saylı Sabunçu birinci seçki dairəsindən – Mustafa Fazil Qəzənfər oğlu,
27 saylı Sabunçu ikinci seçki dairəsindən – Salahzadə Qalib Aslan oğlu,
28 saylı Sabunçu üçüncü seçki dairəsindən – Quliyev Eldar Allahyar oğlu,
29 saylı Səbail seçki dairəsindən – Muradov Fuad Rauf oğlu,
30 saylı Suraxanı birinci seçki dairəsindən – Fətəliyeva Sevinc Həbib qızı,
31 saylı Suraxanı ikinci seçki dairəsindən – Quliyev Fərəc İbrahim oğlu,
32 saylı Suraxanı üçüncü seçki dairəsindən – Abıyev Ağacan Qulam oğlu,
33 saylı Xətai birinci seçki dairəsindən – Mirələmov Hüseynbala Fazil oğlu,
34 saylı Xətai ikinci seçki dairəsindən – Əhmədova Gülər Mikayıl qızı,
35 saylı Xətai üçüncü seçki dairəsindən – Ağazadə İqbal Fehruz oğlu,
36 saylı Xətai dördüncü seçki dairəsindən – Seyidov Səməd İsmayıl oğlu,
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən – Abbasov Aydın Abbas oğlu,
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən – Hacıyev Asəf Hacı oğlu,
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən – Fətiyev Xanlar Nuru oğlu,
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən – Quliyev Musa İsa oğlu,
41 saylı Sumqayıt birinci seçki dairəsindən – Abdullayeva Leyla Arif qızı,
42 saylı Sumqayıt ikinci seçki dairəsindən – Qasımlı Musa Cəfər oğlu,
43 saylı Sumqayıt üçüncü seçki dairəsindən – Babayev Muxtar Bahadur oğlu,
44 saylı Sumqayıt - Abşeron seçki dairəsindən – Salayev Hacı Hacı Baba oğlu,
45 saylı Abşeron seçki dairəsindən – Alışanov Arif  Nizam oğlu,
46 saylı Şirvan seçki dairəsindən – Quliyev Azay Əjdər oğlu,
47 saylı Mingəçevir seçki dairəsindən – Mirzəzadə Aydın Böyükkişi oğlu,
48 saylı Yevlax seçki dairəsindən – Məmmədov İlham Kazım oğlu,
49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən – Hüseynov Əli Məhəmməd oğlu,
50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən – Xanlarova Zeynəb Yəhya qızı,
51 saylı Qusar seçki dairəsindən – Badamov Azər Camal oğlu,
52 saylı Quba seçki dairəsindən – Əhmədov Vahid Qazməmməd oğlu,
53 saylı Quba-Qusar seçki dairəsindən – Abramov Yevda Sasunoviç,
54 saylı Şabran-Siyəzən seçki dairəsindən – Süleymanov Tahir Süleyman oğlu,
55 saylı Xaçmaz şəhər seçki dairəsindən – Əşrəfov Arif Əşrəf oğlu,
56 saylı Xaçmaz kənd seçki dairəsindən – Əliyev İlham Əli Səftər oğlu,
57 saylı Kürdəmir seçki dairəsindən – Qəribov Fərhad Həsən oğlu,
58 saylı Hacıqabul-Kurdəmir seçki dairəsindən – Hüseynov Rafael Baba oğlu,
59 saylı Salyan seçki dairəsindən – Hüseynov Əliağa İzzət oğlu,
60 saylı Salyan-Neftçala seçki dairəsindən – Ağamalı Fəzail Rəhim oğlu,
61 saylı Neftçala seçki dairəsindən – Rəhimzadə Arif Qafar oğlu,
62 saylı Saatlı seçki dairəsindən – Əliyev Cəlal Əlirza oğlu,
63 saylı Sabirabad birinci seçki dairəsindən – Osmanlı Ceyhun Yunis oğlu,
64 saylı Sabirabad ikinci seçki dairəsindən – Xəlilov Rüstəm Gülabba oğlu,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən – Əmiraslanov Əhliman Tapdıq oğlu,
66 saylı Biləsuvar seçki dairəsindən – Kazımlı Xanhüseyn Hüseynağa oğlu,
67 saylı Cəlilabad şəhər seçki dairəsindən – Həsənov Malik Əvəz oğlu,
68 saylı Cəlilabad kənd seçki dairəsindən – Kazımov Mirkazım Məhəmməd oğlu,
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən – İbrahimli Fəzail Feyruz oğlu,
70 saylı Masallı şəhər seçki dairəsindən – Əliyev Nəriman Əlibala oğlu,
71 saylı Masallı kənd seçki dairəsindən – Axundova Elmira Hüseyn qızı,
72 saylı Yardımlı-Masallı seçki dairəsindən – Rüstəmxanlı Sabir Xudu oğlu,
73 saylı Lənkəran şəhər seçki dairəsindən – Quliyev Rüfət Atakişi oğlu,
74 saylı Lənkəran kənd seçki dairəsindən – Rəcəbli Hadi Musa oğlu,
75 saylı Lənkəran-Masallı seçki dairəsindən – Paşazadə Cavanşir Hümmət oğlu,
76 saylı Lənkəran-Astara seçki dairəsindən – Əsgərov Ziyafət Abbas oğlu,
77 saylı Astara seçki dairəsindən – Cəfərov Aslan Məmmədhüseyn oğlu,
78 saylı Lerik seçki dairəsindən – Məmmədov İqbal Nəriman oğlu,
79 saylı İmişli seçki dairəsindən – Qasımov Əsabil Qarakişi oğlu,
80 saylı İmişli-Beyləqan seçki dairəsindən – Qənizadə Çingiz Aşralı oğlu,
81 saylı Beyləqan seçki dairəsindən – Orucov Ayaz İsmayıl oğlu,
82 saylı Ağcabədi seçki dairəsindən – Rzayev Tahir Musa oğlu,
83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən – Abbasov Aqil Məhəmməd oğlu,
84 saylı Füzuli seçki dairəsindən – Muradova Bahar Əvəz qızı,
85 saylı Şamaxı seçki dairəsindən – Süleymanov Elxan Sirac oğlu,
86 saylı İsmayıllı seçki dairəsindən  – Aslanov Novruzəli Davud oğlu,
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən – Cavadov Ərəstun Nurəddin oğlu,
88 saylı Göyçay seçki dairəsindən – Hacıyev Sabir Kamal oğlu,
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən – Hacıyev Şəmsəddin Hümmət oğlu,
90 saylı Ağdaş seçki dairəsindən – Əsədullayev Çingiz Rauf oğlu,
91 saylı Ucar seçki dairəsindən – Məmmədov Elton Arzuman oğlu,
92 saylı Zərdab-Ucar seçki dairəsindən – Əliyeva Jalə Fazil qızı,
93 saylı Bərdə şəhər seçki dairəsindən – Orucov Zahid Məhərrəm oğlu,
94 saylı Bərdə kənd seçki dairəsindən – Baxşəliyeva Gövhər Baxşəli qızı,
95 saylı Tərtər seçki dairəsindən – Alıyev Sahib Eyvaz oğlu,
96 saylı Goranboy-Naftalan seçki dairəsindən – Aslanov Mahir Məhəmmədəli oğlu,
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən – Məmmədova Gülçöhrə Hüseyn qızı,
98 saylı Şəmkir şəhər seçki dairəsindən – Qafarova Sahibə Əli qızı,
99 saylı Şəmkir kənd seçki dairəsindən – İbrahimqızı Məlahət İbrahim qızı,
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən – Qurbanlı Mübariz Qəhrəman oğlu,
101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən – Rzayev Rövşən Şükür oğlu,
102 saylı Samux-Şəmkir seçki dairəsindən – Ələsgərov Valeh Feyruz oğlu,
103 saylı Gədəbəy seçki dairəsindən – Hüseynova Sevinc Əmirəhməd qızı,
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən – Məmmədhəsənov Rafiq Musa oğlu,
105 saylı Tovuz seçki dairəsindən – Paşayeva Qənirə Ələsgər qızı,
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən – İsmayılov İlyas Abbas oğlu,
107 saylı Qazax seçki dairəsindən – Vəliyev Əhməd Abdulkərim oğlu,
108 saylı Ağstafa seçki dairəsindən – Cəfərov Nizami Qulu oğlu,
109 saylı Balakən seçki dairəsindən – Aslanova Rəbiyyət Nurullah qızı,
110 saylı Zaqatala seçki dairəsindən – Atayev Hikmət İsmayıl oğlu,
111 saylı Zaqatala-Balakən seçki dairəsindən – Əliyeva Kamilə Əliağa qızı,
112 saylı Qax seçki dairəsindən – Kərimli Azər Şəmşid oğlu,
113 saylı Şəki şəhər seçki dairəsindən – Mahmudov Yaqub Mikayıl oğlu,
114 saylı Şəki kənd birinci seçki dairəsindən – Məsimli Əli Əhməd oğlu,
115 saylı Şəki kənd ikinci seçki dairəsindən – Feyziyev Cavanşir Əyyub oğlu,
116 saylı Qəbələ seçki dairəsindən – Heydərov Fəttah Səməd oğlu,
117 saylı Oğuz-Qəbələ seçki dairəsindən – Naxçıvanlı Aqiyə Həbib qızı,
118 saylı Ağdam şəhər seçki dairəsindən – Əliyev Bəxtiyar Həmzə oğlu,
119 saylı Ağdam kənd seçki dairəsindən – Sadıqov Bəxtiyar Yusif oğlu,
120 saylı Cəbrayil-Qubadlı seçki dairəsindən – Şahverdiyev Astan Nuşrəvan oğlu,
121 saylı Laçın seçki dairəsindən – Fərəcov Nazim Fərəc oğlu,
122 saylı Xankəndi seçki dairəsindən – Qasımova Flora Qasım qızı,
123 saylı Kəlbəcər seçki dairəsindən – Qurbanov Cavid Qənbər oğlu,
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən –  Məmmədov Elman Camal oğlu,
125 saylı Zəngilan-Qubadllı seçki dairəsindən – İsmayılov İmamverdi İbiş oğlu.
Hörmətli deputatlar, xahiş edirəm, qeydiyyatdan keçək.


Qeydiyyat                                     (saat 12.28 dəq.)
İştirak edir                                                         115
Yetərsay                                                              83

Yetərsay 83 nəfərdir, iştirak edir 115 nəfər. Yetərsay var. Milli Məclisin iclasını başlaya bilərik.
Mənə məlumat verdilər ki, 122 nəfər qeydiyyatdan keçib. Yəqin ki, yeni deputatlarımız səsvermə qaydalarına hələ uyğunlaşmayıblar. 122 nəfər deputat iştirak edir. İclası apara bilərik.
Hörmətli deputatlar, dördüncü çağırış Milli Məclisin birinci iclasında çıxış etmək üçün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə söz verilir. (Alqışlar.)


AZƏRBAYCAN  RESPUBLİKASININ  PREZİDENTİ
CƏNAB  İLHAM  ƏLİYEVİN  NİTQİ

Hörmətli xanımlar və  cənablar! 
Hörmətli  deputatlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün dördüncü çağırış Milli Məclis öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı təbrik edirəm, bütün  deputatlara məhsuldar fəaliyyət  arzulayıram.
Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır. Ölkəmizdə demokratik proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir. 
Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün bütün imkanlar, siyasi iradə vardır. Biz mütərəqqi meyillərə çox müsbət yanaşırıq, Azərbaycanı müasir, güclü dövlət kimi görürük. Azərbaycanın inkişafı həm iqtisadi, həm siyasi islahatların paralel şəkildə aparılması istiqamətində mümkün olacaqdır. Biz istəyirik ki, ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasına daxil edilsin. Əlbəttə, bunu etmək üçün ölkədə bütün işlər müasir tələblərə uyğun şəkildə aparılmalıdır. 
Ölkəmizdə son illər ərzində iqtisadi islahatlar da aparılmışdır. Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatlarımız daha da artmışdır və Azərbaycan iqtisadiyyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunmuş uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son 7 ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın. 
Son 7 il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluq 4 dəfə azalmışdır, 900 minə qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır. Bütün sosial proqramlar uğurla icra edilir. Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bu statistik göstəricilər özlüyündə görülmüş işlərin əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, əldə edilmiş uğurlar və xüsusilə iqtisadi və maliyyə böhranından şərəflə çıxmağımız bizi arxayınlaşdırmamalıdır. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz irəliyə baxmalıyıq. Beş ildən, on ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz elə güclü iqtisadiyyat yaratmalıyıq ki, o iqtisadiyyat ölkəmizin uzunmüddətli inkişafını təmin etsin. Biz bu məsələlər  üzərində  çalışırıq.
Azərbaycan müasir, dünyəvi, güclü dövlət kimi özünü artıq bölgədə təsdiqləyib. Bölgədə gedən proseslər və tərəfimizdən irəli sürülmüş təşəbbüslər artıq konkret nəticələr verir. Biz regional əməkdaşlıq məsələlərinə çox böyük diqqətlə yanaşırıq və növbəti illərdə də bu, bizim üçün prioritet məsələ kimi qalacaqdır. Çünki biz bu bölgədə yaşayırıq və bölgədə gedən proseslərə təsir imkanlarımızın genişləndirilməsi, əlbəttə ki, milli maraqlarımıza  tam  uyğundur. 
Bir sözlə, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır və bir daha demək istəyirəm ki, diqqətimizi növbəti illərdə aparılacaq işlərə yönəltməliyik. İqtisadi sahədə bütün müsbət meyillər növbəti illərdə gücləndirilməlidir, regional inkişaf proqramının icrası təmin ediləcəkdir və buna şübhə yoxdur. 2004-2008-ci illəri əhatə edən regional inkişaf proqramı artıqlaması ilə icra edilib. Bu, bizə deməyə əsas verir ki, 2009-2013-cü illəri əhatə edən proqram da artıqlaması ilə icra ediləcəkdir. Bölgədə müşahidə olunan canlanma, əminəm ki, özünü daha da bariz şəkildə göstərəcək və beləliklə, biz ölkəmizin uğurlu iqtisadi inkişafının dinamikasına  nail olacağıq. 
Biz apardığımız xarici siyasətə sadiq olacağıq. Xarici siyasətimiz artıq dünya birliyində uğurlu siyasət kimi tanınır. Bizimlə ikitərəfli münasibətlərdə və dostluq münasibətlərində olan ölkələrin sayı artır. Bir sözlə, dostlarımızın sayı artır. Diplomatiyamız çox çevikdir, çox fəaldır və qarşılıqlı maraqlar üzərində, ölkələrin bir-birinə hörmət, bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında qurulubdur. İkitərəfli əlaqələr genişlənir. Xarici ölkələrdə səfirliklərimizin sayı bir neçə dəfə artmışdır. Bu, bizə imkan verir ki, həm ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtdıraq, həm də ki, öz maraqlarımıza nail olaq, onları təmin edək. 
Xarici siyasətdə qonşularla münasibətlərimiz prioritet məsələdir. Bu da təbiidir. Çünki qonşularımızla çox gözəl, faydalı əlaqələrimiz vardır. Bu əlaqələr böyük tarixə malikdir. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən çox şadam ki, tarixi əlaqələrlə bərabər, bu gün siyasi müstəvidə qonşu ölkələrlə heç bir problemimiz yoxdur. Bütün problemlər öz həllini tapıbdır və qonşu ölkələrlə münasibətlərimiz hesab edirəm ki, ən yüksək səviyyədədir. Gələcək fəaliyyətdə də bu istiqamətdəki addımlarımız məhz bir məqsədi güdəcək ki, qonşu dövlətlərlə həm ikitərəfli, həm çoxtərəfli formatda  münasibətlərimiz daha da  güclənsin.
Mən artıq regional əməkdaşlıq məsələləri haqqında fikirlərimi söylədim. Vaxtilə enerji, nəqliyyat dəhlizləri barədə tərəfimizdən irəli sürülmüş təşəbbüslər regional əməkdaşlığı gücləndirəcək amillər arasındadır. Bu dəhlizlər artıq reallıqdır. Bu reallıqları biz yaratmışıq. Bu işləri tərəfdaşlarımızla regional müstəvidə müştərək səylərlə davam etdirəcəyik. Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin, əməkdaşlığın dərinləşməsi və təmin edilməsi üçün səylərini qoymağa davam edəcəkdir. 
Bütün başqa ölkələrlə əlaqələrimiz qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində qurulur. Biz bu münasibətlərin dərinləşməsində maraqlıyıq. Biz beynəlxalq təşkilatlarda fəaliyyətimizi gücləndirəcəyik. Baxmayaraq ki, hazırda bu fəaliyyət kifayət qədər təsirlidir. Üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər vaxtında yerinə yetirilir. Biz bu təşkilatlara könüllü şəkildə üzv olmuşuq və bu öhdəlikləri könüllü şəkildə üzərimizə götürmüşük. Belə olan halda əlbəttə ki, bu öhdəliklər yerinə yetirilməlidir. Ancaq biz çalışmalıyıq ki, üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda vahid meyarlar sistemi tətbiq olunsun, bütün ölkələrə eyni mövqedən yanaşılsın, heç bir ayrı-seçkilik olmasın. Bu istiqamətdə səylərimiz üzv olduğumuz təşkilatlarda öz nəticələrini verir. Elə təşkilatlar var ki, biz o təşkilatların üzvü deyilik, amma o təşkilatlarla səmərəli əməkdaşlıq edirik. O istiqamətdə də səylərimiz daha da gücləndirilməlidir. Azərbaycan etibarlı və yaxın tərəfdaş kimi bütün bu təşkilatlarda öz töhfəsini verir, sözünü deyir və deyəcəkdir. 
Sosial sahədə qarşımızda duran vəzifələr əhalinin rifah halını yaxşılaşdırmaq, aztəminatlı təbəqənin sosial müdafiəsini gücləndirmək, yoxsulluğu bütövlükdə Azərbaycanda aradan qaldırmaqdır. Əgər bir neçə il bundan əvvəl bu cür fikirlər müəyyən inamsızlıqla üzləşirdisə, bu gün bu sahədə görülmüş işlər, əldə edilmiş uğurlar deməyə tam əsas verir ki, biz bu vəzifəyə nail olacağıq. Azərbaycanda yoxsullar olmamalıdır. Bu sosial bəla olmamalıdır. Buna nail olmaq üçün konkret proqramlarımız, düşünülmüş siyasət vardır. Son 7 il ərzində yoxsulluq səviyyəsinin 4 dəfə aşağı düşməsi görülən işlərin nəticələrinin təzahürüdür. 
Biz növbəti illərdə bu məsələlərə həm maliyyə resurslarının istifadəsi, həm konkret sosial proqramların icrası, həm də iş yerlərinin açılması ilə nail olmalıyıq. Ünvanlı sosial yardım proqramı yüz minlərlə vətəndaşı əhatə edir. Bu da Azərbaycanın dövlət siyasətinin istiqamətlərini müəyyən edir və göstərir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İqtisadiyyatımızın 85 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Ancaq buna baxmayaraq, güclü sosial siyasətimiz vardır. Sosial siyasətdə heç bir geriləmə, geriyə addımlar olmayacaqdır. Nə üçün mən bunu deyirəm? Çünki keçən il və bu il dünyada hökm sürən böhran bəzi ölkələrdə xoşagəlməz hadisələrə gətirib çıxarıbdır. Bəzi ölkələr sosial ödəmələri kəsir, maaşların, pensiyaların miqdarını azaldırlar ki, böhrandan çıxsınlar. Azərbaycan da dünya iqtisadiyyatının bir parçası kimi böhrandan əziyyət çəkibdir. Amma biz çalışmışıq ki, vətəndaşlarımızı böhranın mənfi təsirindən qoruyaq. Azərbaycan postsovet məkanında nadir ölkələrdəndir ki, böhran zamanı milli valyutanın məzənnəsi sabit qaldı. Biz heç bir dəyişikliyə imkan vermədik. Azərbaycanda bütün sosial ödəmələr vaxtında verilir. Böhrana baxmayaraq, bu il minimum əməkhaqqının və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın əksər ölkələrində pensiya və maaşların  miqdarı  azalır. 
Yəni növbəti illərdə bu sahədə çox işlər görülməlidir. Biz, əlbəttə, böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın iqtisadiyyatı son 7 il ərzində təxminən üç dəfə artmışdır. Bu, doğrudan da dünya miqyasında nadir bir hadisədir. Ancaq onu da etiraf etməliyik ki, Azərbaycanda hələ də ehtiyac içində, çətin vəziyyətdə yaşayanlar, aztəminatlı ailələr vardır. Onların problemləri bizim problemimizdir. Biz onları həll edəcəyik. Bu problemi ancaq güclü iqtisadiyyat yaratmaqla həll etmək mümkündür. 
Biz heç vaxt populist vədlər verməmişik. Heç vaxt qeyri-real təşəbbüslərə qoşulmamışıq. Heç vaxt borc götürüb onu sosial məsələnin həllinə yönəltmək cəhdlərində olmamışıq. Biz öz hesabımıza yaşayırıq. Bizim büdcəmiz, bütün iqtisadi və sosial siyasət daxili resurslara hesablanıbdır. Bütövlükdə ölkəmiz öz fəaliyyətini daxili resurslar üzərində qurur. Hesab edirəm ki, uğurlarımızın təməlində məhz bu amil dayanır. Çünki biz ancaq və ancaq Azərbaycan xalqının zəhmətinə, istedadına arxalanırıq. Beynəlxalq əlaqələr hər bir ölkə kimi bizim üçün də çox mühüm məna daşıyır. Biz çalışırıq ki, bu əlaqələri genişləndirək. Xüsusilə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız çox uğurludur və artmaqdadır. Ancaq yaxşı bilirik ki, biz yalnız və yalnız daxili resurslarımız hesabına yaşamalıyıq. Biz bu siyasəti bundan sonra da davam  etdirəcəyik. 
Nəzərə almalıyıq ki, bu gün iqtisadiyyatın qeyri-neft sektorunda çox müsbət meyillər müşahidə olunur. Hələ mən neft sektorunu qeyd etməmişəm. Bu sahə Azərbaycana böyük uğurlar, maliyyə resursları gətiribdir. Biz o resurslardan çox səmərəli şəkildə istifadə edirik. Yəni növbəti illərdə sosial məsələlərin həllinə daha da böyük diqqət göstəriləcəkdir. Elə etməliyik ki, hər bir vətəndaşa işləmək, normal yaşamaq  üçün  bütün  şərait yaradılsın. 
Mən növbəti illərdə iqtisadi, sosial və xarici siyasətlə bağlı əsas istiqamətləri və əsas fikirlərimi bildirdim. Mən bütövlükdə Azərbaycanın gələcəyinə çox böyük nikbinliklə baxıram. Çünki nikbinlik üçün əsas vardır. Azərbaycan artıq postsovet məkanında və bütövlükdə dünya xəritəsində özünəməxsus yerə malikdir. Biz müstəqil ölkəyik, sözün əsl mənasında, müstəqilik. Azərbaycan xalqın iradəsi ilə idarə olunur və belə də olmalıdır. Biz çalışmalıyıq ki, maraqlarımızı maksimum dərəcədə təmin edək. Bunu etmək üçün bizdə bütün imkanlar vardır.
Ölkə qarşısında duran əsas problem Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz bu istiqamətdə böyük səylər göstəririk ki, bu məsələ öz həllini tezliklə ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə tapsın. Bildiyiniz kimi, uzun illərdir ki, danışıqlar aparılır. On səkkiz ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç bir nəticə yoxdur. Nəticə o zaman olacaq ki, Azərbaycan torpaqları işğalçılardan azad ediləcəkdir. Nəticə odur. Danışıqların fəallığı, yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə sayıla bilməz. Biz nəticə görmək istəyirik. Biz istəyirik ki, məsələ beynəlxalq hüquq normaları əsasında həll olunsun, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilsin. Digər beynəlxalq təşkilatların – ATƏT, Avropa Parlamenti, Avropa Şurasının qərar və qətnamələri icra olunsun. Bu qərarlar və qətnamələr ona görə qəbul edilib ki, onlar icra olunmalıdır. Əgər onların icra mexanizmi yoxdursa, Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymursa və beynəlxalq birlik öz növbəsində buna qarşı heç bir tədbir görmürsə, onda məsələ  çətinləşə  bilər. 
Biz başa düşürük, bu gün Ermənistan çalışır ki, məsələni süni şəkildə uzatsın, özünü danışıqlarda konstruktiv tərəf kimi göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki, həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilir, yenidən qeyri-real, qəbulu mümkün olmayan təkliflər irəli sürür. Beləliklə, danışıqlar prosesini müddətsiz və sonsuz etmək istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz danışıqları torpaqlarımızı azad etmək üçün aparırıq. Biz danışıqları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi üçün aparırıq. Ümid edirik ki, bu məsələ ilə məşğul olan qurumlar, tərəflər, vasitəçilər, nəhayət, öz kəskin sözünü deyəcəklər. Bunun vaxtı çoxdan çatıbdır. Əgər belə olmasa, onda bu danışıqların mənası tamamilə itəcəkdir. Danışıqlar nəticə üçün aparılır, sadəcə, görüntü üçün deyildir. Ona görə, bir daha demək istəyirəm ki, mövqeyimizdə prioritet beynəlxalq hüquq normalarıdır, beynəlxalq təşkilatların qətnamələridir, Azərbaycanın haqq işidir və ədalətli yanaşmadır. Biz onu da bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi maraqlar da bu məsələ ilə məşğul olan tərəfləri sövq etməlidir ki, məsələ tezliklə həllini tapsın. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə böyük təhlükədir. Bu, real təhlükədir. Bu münaqişə dondurulmuş münaqişə  deyildir. 
Biz başa düşürük, böyük dövlətlər istəyirlər ki, bu bölgədə sabitlik, sülh olsun, müharibə olmasın. Biz də bunu istəyirik. Kim istəyər ki, sabitlik pozulsun, yaxud da müharibə olsun. Ancaq bu o demək deyil ki, bu məsələ dırnaqarası dondurulmuş vəziyyətdə qalsın. Bu, mümkün deyildir. Bu gün bölgədə gedən proseslər, güclər nisbəti və əlbəttə, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı imkan verməyəcək ki, bu status-kvo uzun müddət qalsın. Biz bununla heç vaxt razı ola bilmərik. Status-kvo dəyişdirilməlidir. Azərbaycan torpaqları azad olunmalıdır. Bizim vətəndaşlar doğma torpaqlarına qayıtmalıdırlar. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Helsinki Yekun Aktı da məhz bu yanaşmanı əks etdirir. Dünyada mövcud muxtariyyətlərlə bağlı olan müsbət təcrübə Azərbaycanda da tətbiq olunmalıdır. 
Mən bir daha demək istəyirəm ki, Azərbaycan bu prinsipial mövqedən bir addım geri çəkilməyəcəkdir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıbdır və olmayacaqdır. Heç vaxt Azərbaycan dövləti onun əzəli torpağı olan Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Bu, mümkün deyildir. Qarşı tərəf bunu bilir. Ümid edirəm ki, biz danışıqların inkişafında müsbət meyilləri görəcəyik. 
Ancaq bununla bərabər, başa düşürük ki, məsələni həll etmək üçün biz daha da güclü olmalıyıq. Bizim indiki gücümüz kifayət qədər böyükdür. Amma bütün mənalarda daha da güclü olmalıyıq. Azərbaycanın iqtisadi və siyasi addımları, ordu quruculuğu sahəsində atılmış addımlar bunu göstərir ki, biz hər gün həm iqtisadi, həm hərbi, həm siyasi cəhətdən daha da güclənirik. Bölgədə artan rolumuz, əlbəttə ki, bizə bu məsələnin həlli üçün  də  imkan  verəcəkdir. 
Biz növbəti illərdə bütün başqa sahələrdə siyasətimizi artıq müsbət təcrübə əsasında davam etdirəcəyik. Mən bu gün əsas istiqamətlər haqqında fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, bizdə hər bir istiqamət üzrə konkret tədbirlər planı, konkret proqramlar vardır. Biz fəaliyyətimizi bu proqramlar əsasında təşkil etmişik və hər bir istiqamətdə nəticələr vardır. Biz demokratik, dünyəvi, iqtisadi cəhətdən güclü, müasir dövlət qururuq. Bu istiqamətdə yaxşı nəticələr vardır. Biz gələcəkdə hər istiqamət  üzrə  səylərimizi  davam  etdirəcəyik. 
Artıq çox böyük maliyyə imkanlarımız vardır. Biz çox yaxşı bilirik ki, növbəti illərdə, xüsusilə enerji sektorunun inkişafı hesabına maliyyə imkanlarımız daha da genişlənəcəkdir. Ancaq bu o demək deyil ki, biz bundan arxayın olaq və islahatları aparmayaq. Əksinə, biz bu maliyyə resurslarından elə istifadə etməliyik ki, yeni sahələrin inkişafına təkan verilsin. Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bəzən sual verilir ki, sizin böyük neft-qaz ehtiyatlarınız, maliyyə imkanlarınız var, nə üçün bu sahə ilə məşğulsunuz? Bu, bizim strateji xəttimizdir. Əgər biz müasir dövlət qurmaq, neft-qaz amilindən asılılığımızı azaltmaq istəyiriksə, mütləq ilk növbədə ən müasir texnologiyaları Azərbaycana gətirməliyik. Ondan sonra elmə, texnoloji prosesə qoyulan sərmayə artıq Azərbaycanda çox güclü, yeni və müasir elmi ixtiraların yaranmasına xidmət göstərəcəkdir. 
Biz əgər müasir dövlət qurmaq istəyiriksə, bütün sahələrdəki işlərimiz mütləq müasir standartlar səviyyəsində görülməlidir. Biz ancaq elmə, təhsilə qoyduğumuz sərmayə ilə buna nail ola bilərik. Mən çox şadam ki, Azərbaycanda maliyyə kapitalı insan kapitalına qoyulur və bu öz bəhrəsini verir. Bilikli, savadlı, oxumaq istəyən, vətənpərvər gənc nəsil yetişir. 
Əlbəttə ki, biz gələcək haqqında fikirləşməliyik. Baxmayaraq ki, təbii resurslarımız, belə demək olsa, ən azı yüz il bizə yaxşı həyat təmin edəcəkdir. Ancaq ondan sonra nə olacaq?! Əlbəttə, bunu indidən proqnozlaşdırmaq çətindir. Amma hər halda, biz çalışmalıyıq, 10 il, 20 il, 50 il qabağa baxmalıyıq. Dünya necə inkişaf edəcək?! Azərbaycan nəyin hesabına inkişaf edəcək?! Bölgədə vəziyyət necə olacaq?! Demoqrafik vəziyyət necə olacaq?! Biz bütün bu işləri bu gün hazırlamalıyıq. Vaxtilə - 1990-cı illərin əvvəlində, ortalarında başlanmış siyasi və iqtisadi islahatlar bu gün öz bəhrəsini verir. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin birinci mərhələsi 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tamamlandı. Ancaq bu gün aparılan işlər 10 il, 15 il, 20 il bundan sonra uğurlu inkişafımızı təmin edəcəkdir. Biz enerji resurslarımızı ölkəmizin inkişafına və dostlarımızın sayının artırılmasına yönəldirik. Bu, maraqlarımıza tam şəkildə cavab verir. Ona görə, biz gələcəyə baxmalıyıq və baxırıq. Apardığımız islahatlar həm bugünkü inkişafı təmin edir, həm də  ki,  gələcək  inkişafımızı  təmin  edəcəkdir.
Mən bir daha Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qayıtmaq istəyirəm. Əlbəttə, uzun illərdir torpaqlarımız işğal altındadır. Bu, bizim üçün çox ağırdır. Bu, ən ağır, ən ağrılı problemimizdir. Biz çalışırıq ki, soydaşlarımızın yaşayış səviyyəsini yaxşılaşdıraq. Müvafiq proqramlar qəbul edilib, şəhərciklər tikilir. Bunların hamısını yaxşı bilirsiniz. Ancaq bu, məsələnin müvəqqəti həllidir. Biz o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Baxmayaraq ki, işğal edilmiş torpaqlarda hər şey ermənilər tərəfindən dağıdılıb. Biz şəhərləri yenidən tikəcəyik, quracağıq, abadlaşdıracağıq. Biz bu məsələni həmişə diqqət mərkəzində saxlayırıq. Ancaq bu da həqiqətdir ki, biz məsələnin elə bir həllinə nail olmalıyıq ki, Azərbaycanın maraqlarını tam şəkildə təmin etsin. Hansısa yarımçıq razılaşma maraqlarımızı təmin edə bilməz. Bəlkə bu gün biz hər hansı bir güzəştə getməklə işğal edilmiş torpaqların bir hissəsini qaytara bilərik. Ancaq başqa torpaqlar nə vaxt qayıdacaq?! Ona görə biz buna, əlbəttə ki, dövlətçilik, strateji seçim nöqteyi-nəzərdən yanaşmalıyıq. Hansısa konyunktura məsələlərinə çox həssaslıqla və ehtiyatla yanaşmalıyıq. Biz ərazi bütövlüyümüzü tam şəkildə bərpa etməliyik. Həm işğal edilmiş torpaqlar, həm Dağlıq Qarabağ bizim torpağımızdır və suverenliyimiz o torpaqlarda təmin edilməlidir. Əlbəttə ki, bu, mərhələlərlə həll olunan məsələdir, ancaq bu, strateji xətdir. Biz bu seçimə sadiqik. Ancaq bu gün Ermənistan ilə Azərbaycan arasındakı fərq o qədər böyükdür və bu fərqin böyüməsi üçün bütün şərait yaradılıb ki, mən heç şübhə etmirəm, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Burada artıq həm iqtisadi, həm siyasi, həm hərbi, həm də demoqrafik amillər öz rolunu oynayır. İllər keçdikcə bu amillər mövqeyimizi daha da gücləndirəcəkdir. 
Ona görə işlərimizi elə qurmalıyıq ki, məqsədə çatmaq üçün ən məqbul addımlar atılsın və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilsin. Bütün işlərimiz – həm siyasi, həm iqtisadi islahatlar bu məqsəd üçün aparılır. Əlbəttə, ölkənin inkişafı təmin edilməli idi. Hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyi əldə edəndə Azərbaycan hansı vəziyyətdə idi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə aparılmış islahatlar bizə imkan verdi ki, çətin vəziyyətdən çıxaq. 
Ancaq Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və məsələnin həll olunmaması bizi daha da bu işləri tezliklə görməyə sövq etmişdir. Bizim daha da səfərbər olmağımıza xidmət göstərmişdir. Bu, bizim məqsədimizdir. Bu məsələdən başqa bütün məsələlər Azərbaycanda həll olunur və həll olunacaqdır. Mən artıq bu barədə söylədim və bizim açıq siyasətimiz vardır. Ona görə bütün xalqımız, bütün cəmiyyətimiz səfərbər olunmalı, hər bir vətəndaş öz yerində elə işləməlidir ki, biz birgə səylərlə, düşünülmüş siyasətlə, dəqiq atılmış addımlarla o günü yaxınlaşdıraq. Mən ümid edirəm ki, o gün gələcək və Azərbaycan ərazi bütövlüyünü  bərpa edəcəkdir. 
Növbəti beş ildə Milli Məclis qarşısında çox mühüm vəzifələr dayanır. Bir daha demək istəyirəm ki, artıq Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri yaranmışdır. Milli Məclis siyasi qurumdur, hakimiyyətin bir qoludur. Məclis tərəfindən qəbul edilmiş qərarlar ölkəmizin inkişafına xidmət göstərir, belə də olmalıdır. Hamımız çalışmalıyıq ki, ölkəmizi gücləndirək. Hamımız tutduğumuz vəzifədən, siyasi əqidədən asılı olmayaraq, səylərimizi müstəqil Azərbaycan dövlətinin güclənməsinə qoymalıyıq. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində və son illərdə, o cümlədən siyasi spektrdə bu meyillər güclənir. Bu meyillərin daşıyıcılarının rolu artır. Azərbaycanın inkişafına əngəl yaratmaq, Azərbaycanı ləkələmək istəyən, Azərbaycanda hər hansı bir xoşagəlməz hadisəni gözləyən qüvvələrin təsiri böyük dərəcədə azalmışdır, demək olar ki, artıq hiss olunmur. Bu parlament seçkilərinin nəticələri  bunu  bir  daha  göstərdi. 
Azərbaycan azad, demokratik ölkədir. Biz demokratiyanın inkişafına çox böyük diqqət göstəririk. Biz istəyirik ki, Azərbaycanda güclü siyasi sistem formalaşsın. Mən hesab edirəm ki, Milli Məclisin indiki tərkibi bu məqsədə xidmət göstərəcək, siyasi opponentlər bir-biri ilə fikir-ideya mübarizəsi aparacaqlar. Artıq Azərbaycan cəmiyyətində, xüsusilə siyasi müstəvidə bu meyillər güclənir. Mən bunu müsbət hal, cəmiyyətimizin inkişafı kimi qəbul edirəm. Əlbəttə, müasir, inkişaf edən, dünyaya inteqrasiya edən və dünyada böyük hörmətlə qeyd olunan Azərbaycanın müasir siyasi sistemi də olmalıdır. Ancaq Azərbaycan dövləti, yaxud da ki, dövlət başçısı və ya iqtidar buna təkbaşına nail ola bilməz. İqtisadi inkişafa nail ola bilər, amma siyasi sistemin təkmilləşməsi məsələsi bütün siyasi qüvvələrin işidir. Mən arzu edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələr daha da güclənsin. Bizə güclü siyasi sistem lazımdır. Azərbaycanda demokratik müzakirələr, diskussiyalar, fikir mübadiləsi, plüralizm meyilləri, azad mətbuat daha da gücləndirilməlidir. Azərbaycan dövləti bu istiqamətdə əlindən gələni etməyə çalışır ki, biz buna nail olaq. Beləliklə, Milli Məclis də öz tərəfindən Azərbaycanda siyasi mübarizənin mədəni, sivil  qaydalarla  aparılmasına  töhfəsini  verəcəkdir. 
Əziz deputatlar, mən sizin hamınızı deputat vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan xalqı sizə etimad, inam göstərib. Əminəm ki, siz bu yüksək etimada layiq olacaqsınız. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Hörmətli cənab Prezident, icazə verin, dərin məzmunlu nitqinizə görə Sizə öz səmimi təşəkkürümüzü bildirək. Cənab Prezident, bu salonda əyləşən deputatlar Azərbaycan xalqı ilə, seçicilərlə, müstəqil dövlətimizin hər bir guşəsində yaşayan insanlarla ünsiyyətdən birbaşa bura yığışmışlar. Hər birinin ürəyində bu gün Sizə deyiləcək bir söz var ki, Azərbaycan xalqı, bütün vətəndaşlarımız Sizin siyasətinizi ürəkdən bəyənir, Sizin siyasətinizi müdafiə edirlər. Onlar həmişə Sizin ətrafınızdadırlar.
Bizim seçicilərimiz, vətəndaşlarımız yaxşı başa düşürlər ki, Siz yepyeni bir Azərbaycan qurursunuz, dünyada ən inkişaf etmiş dövlətlərin səviyyəsində, onlardan da yüksək olan bir dövlət qurursunuz. Azərbaycan insanının dünyanın ən qabaqcıl ölkələrinin sakinləri kimi yüksək, mənəvi cəhətdən inkişaf etmiş tərzdə yaşamasını təmin edirsiniz. Hələ ilk dəfə, birinci Milli Məclisin ilk iclasında ulu öndərimiz Heydər Əliyevin nitqində qarşıya qoyulan vəzifələr Sizin rəhbərliyinizlə indiyədək çox böyük müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Xalqımız bu Məclisdə Heydər Əliyevin iki dəfə xeyir-duasını dinləmişdir. Bu gün biz Sizin xeyir-duanızı dinləyirik. Sizin nitqinizdə göstərdiyiniz məsələlərin əksəriyyəti xalqımız üçün gün kimi aydındır,  çünki Azərbaycanda hər gün yenilik baş verir, kəndlərimiz qəsəbələrə, qəsəbələrimiz şəhərlərə çevrilir, paytaxtımız gözümüzün önündə dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtına çevrilir. Yollarımız, məktəblərimiz, təhsil müəssisələrimiz, səhiyyə müəssisələrimiz sürətlə inkişaf edir. Xalqımız Sizin o niyyətinizi başa düşür ki, gələcək nəslə bu sahədə heç bir problem qalmamalıdır, gələcək nəsil firavan yaşamalıdır. Özünüz nitqinizdə qeyd etdiyiniz kimi, Azərbaycanda nə yoxsul, nə aşağı səviyyədə yaşayan insan olmamalıdır, Azərbaycanda abad olmayan kənd, yaşayış məskəni qalmamalıdır, Azərbaycan dünyanın ən gözəl dövlətlərindən birinə çevrilməlidir.   
Hörmətli cənab Prezident, bu gün xalqımızın dilindən eşitdiyim sözləri mən Sizə çatdırdım. Burada oturan deputatların hər biri bunu təsdiq edir və buna şahiddir. Sizi əmin edirik ki, Sizin tutduğunuz bu yolda, Azərbaycanın işıqlı gələcəyi naminə ulu öndərimiz Heydər Əliyevin açdığı bu yolda həmişə  sizinləyik, Sizin ətrafınızdayıq, Sizi müdafiə edirik. Sizin qarşıya qoyduğunuz hər bir vəzifə müvəffəqiyyətlə yerinə yetiriləcəkdir. Milli Məclis Sizin siyasətinizin qanunvericilik bazasının daha da möhkəmlənməsi üçün həmişə vahid bir mövqedən çıxış edəcək və Azərbaycanımızın rifahına kömək edəcəkdir. Çox sağ olun. (Alqışlar.)
İndi isə gündəliyin ikinci məsələsinə keçirik. Parlamentin Hesablayıcı komissiyası seçilməlidir.
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, Hesablayıcı komissiyanın tərkibinə namizədləri ilk iclasa sədrlik edən göstərir.
Ona görə də mən Hesablayıcı komissiyanın tərkibinə aşağıdakı deputatların seçilməsini təklif edirəm: İsa Həbibbəyli, Qüdrət Həsənquliyev,  Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Orucov, Mixail Zabelin.
Nizamnaməyə görə, komissiyanın tərkibi ya bütövlükdə, ya da ayrı-ayrı səsə qoyula bilər. Nə təklif edirsiniz?
Yerdən. Bütövlükdə səsə qoyulsun.
Sədrlik edən. Bütövlükdə səsə qoyuram. Xahiş edirəm, səs verin. Yeni deputatlarımız yanlarındakından səs verməyi öyrənsinlər.

Səsvermənin  nəticələri                          (saat 13.16 dəq.)
Lehinə                                                                       117
Əleyhinə                                                                       0
Bitərəf                                                                           0
Səs vermədi                                                                   1
İştirak edir                                                                 118
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Hesablayıcı komissiyanın üzvləri kənardakı otağa keçib komissiyanın sədrini və katibini seçsinlər.
İndi isə Milli Məclisin ilk iclasının əsas məsələsinə, yəni Milli Məclis Sədrinin seçilməsi məsələsinə keçirik.
Milli Məclisin Daxili Nizamnaməsinin 31-ci maddəsinə görə, Milli Məclisin Sədri vəzifəsinə namizədi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər.
Mən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədin adını çəkmək istəyirəm. Bitərəflər də, digər partiyaların nümayəndələri də, mənə elə gəlir ki, bu namizədə tərəfdar çıxarlar. Bir deputat kimi və göstərdiyim rəyləri nəzərə alaraq, indiyədək üçüncü çağırışda Milli Məclisə rəhbərlik etmiş Oqtay Sabir oğlu Əsədovun namizədliyini irəli sürürəm. Başqa təklif yoxdur ki? (Alqışlar.)  
Başqa təklif yoxdur. Deməli, Milli Məclisin Sədri vəzifəsinə biz bir nəfərin – Oqtay Əsədovun namizədliyini irəli sürürük. Oqtay müəllimdən xahiş edək ki, öz razılığını bildirsin.
O. Əsədov, Azərbaycan Milli Məclisinin Sədri vəzifəsinə namizəd.
Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar, xanımlar və cənablar!
İl öncə icazə verin, Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinə namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya həmfikirlərimə öz dərin minnətdarlığımı bildirim.
Əgər Milli Məclis mənə etimad göstərərsə, sizi əmin etmək istəyirəm ki, bu şərəfli vəzifəni yerinə yetirmək üçün bütün bilik və bacarığımı  sərf edəcəyəm.
Özünün müdrik və uzaqgörən siyasəti ilə Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərini dəstəkləyəcək, eləcə də xalqın mənafelərini qorumaq, layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Hörmətli deputatlar, artıq Hesablayıcı komissiya öz sədrini və katibini seçmişdir. Deputat Mübariz Qurbanlı həm bu barədə, həm də Milli Məclis Sədrinin seçilməsi zamanı gizli səsvermənin qaydaları haqqında sizə məlumat verəcəkdir.
Mübariz müəllim, buyurun, məlumat verin, sonra səsverməyə başlayaq.
M. Qurbanlı, Milli Məclisin Hesablayıcı komissiyasının sədri.
Möhtərəm cənab Prezident, hörmətli deputatlar! İcazə verin, mən də dördüncü çağırış Milli Məclisə seçilmiş millət vəkillərini ürəkdən təbrik edim, onlara Azərbaycanın inkişafı yolunda, ulu öndərimiz Heydər Əliyevin yolunda müəyyən olunmuş siyasətin həyata keçirilməsində uğurlar arzulayım!
Hörmətli deputatlar, Hesablayıcı komissiyanın ilk iclası keçirildi. İclasda deputat Mübariz Qurbanlı komissiyanın sədri, deputat Zahid Orucov komissiyanın katibi seçildi.
İndi isə Milli Məclis Sədrinin seçilməsinə dair bəzi qaydaları diqqətinizə çatdırmaq istəyirəm. Hesablayıcı komissiya belə qərara gəldi ki, bu salonda səsvermə keçirilsin. Artıq səsvermə üçün kabinə qurulmuşdur. Mən xahiş edirəm,  kabinənin yanına surğuclanmış seçki qutusu qoyulsun.
Sizin adınız və soyadınız çağırıldıqca siz buraya yaxınlaşırsınız. Zahid Orucovun yanında müəyyən olunmuş siyahıya imza atırsınız, daha sonra Hesablayıcı komissiyanın üzvü Rafael Hüseynovdan bülleten alaraq öz münasibətinizi bildirdikdən sonra bülleteni surğuclanmış seçki qutusuna daxil edirsiniz. Hələlik biz siyahını elan edənə qədər xahiş edirik, hər bir millət vəkili salonda olsun. Deputatlar səsverməyə əlifba sırası ilə dəvət edilirlər:
Abbasov Aqil Məhəmməd oğlu
Abbasov Aydın Abbas oğlu
Abdullayev Rövnəq İbrahim oğlu
Abdullayeva Leyla Arif qızı
Abıyev Ağacan Qulam oğlu
Abramov Yevda Sasunoviç
Ağamalı Fəzail Rəhim oğlu
Ağazadə İqbal Fehruz oğlu
Axundova Elmira Hüseyn qızı
Alışanov Arif Nizam oğlu
Alıyev Sahib Eyvaz oğlu
Aslanov Mahir Məhəmmədəli oğlu
Aslanov Novruzəli Davud oğlu
Aslanova Rəbiyyət Nurullah qızı
Atayev Hikmət İsmayıl oğlu
Babayev Muxtar Bahadur oğlu
Badamov Azər Camal oğlu
Baxşəliyeva Gövhər Baxşəli qızı
Cavadov Ərəstun Nurəddin oğlu
Cəbrayılov Rafael Kamil oğlu
Cəfərov Aslan Məmmədhüseyn oğlu
Cəfərov Nizami Qulu oğlu
Əhmədov Əli Cavad oğlu
Əhmədov Vahid Qazməmməd oğlu
Əhmədova Gülər Mikayıl qızı
Ələsgərov Valeh Feyruz oğlu
Əliyev Adil Abış oğlu
Əliyev Bəxtiyar Həmzə oğlu
Əliyev İlham Əli Səftər oğlu
Əliyev Nəriman Əlibala oğlu
Əliyev Rauf Asif oğlu
Əliyeva Jalə Fazil qızı
Əliyeva Kamilə Əliağa qızı
Əmiraslanov Əhliman Tapdıq oğlu
Əsədov Oqtay Sabir oğlu
Əsədullayev Çingiz Rauf oğlu
Əsgərov Ziyafət Abbas oğlu
Əşrəfov Arif Əşrəf oğlu
Feyziyev Cavanşir Əyyub oğlu
Fərəcov Nazim Fərəc oğlu
Fətəliyeva Sevinc Həbib qızı
Fətiyev Xanlar Nuru oğlu
Hacıyev Asəf Hacı oğlu
Hacıyev İsmayıl Muxtar oğlu
Hacıyev Sabir Kamal oğlu
Hacıyev Şəmsəddin Hümmət oğlu
Heydərov Fəttah Səməd oğlu
Həbibbəyli İsa Əkbər oğlu
Həsənquliyev Qüdrət Müzəffər oğlu
Həsənov Malik Əvəz oğlu
Hüseynov Etibar Əli oğlu
Hüseynov Əli Məhəmməd oğlu
Hüseynov Əliağa İzzət oğlu
Hüseynov Rafael Baba oğlu
Hüseynova Sevinc Əmirəhməd qızı
Xanlarova Zeynəb Yəhya qızı
Xəlilov Rüstəm Gülabba oğlu
İbrahimli Fəzail Feyruz oğlu
İbrahimqızı Məlahət İbrahim qızı
İbrahimov Eldar Rza oğlu
İsmayılov İlyas Abbas oğlu
İsmayılov İmamverdi İbiş oğlu
Kazımlı Xanhüseyn Hüseynağa oğlu
Kazımov Mirkazım Məhəmməd oğlu
Kərimli Azər Şəmşid oğlu
Qafarova Sahibə Əli qızı
Qasımlı Musa Cəfər oğlu
Qasımov Əsabil Qarakişi oğlu
Qasımova Flora Qasım qızı
Qəribov Fərhad Həsən oğlu
Qənizadə Çingiz Aşralı oğlu
Quliyev Azay Əjdər oğlu
Quliyev Eldar Allahyar oğlu
Quliyev Fərəc İbrahim oğlu
Quliyev Musa İsa oğlu
Quliyev Rüfət Atakişi oğlu
Quliyev Ülvi Zahid oğlu
Qurbanlı Mübariz Qəhrəman oğlu
Qurbanov Cavid Qənbər oğlu
Mahmudov Yaqub Mikayıl oğlu
Məhərrəmov Abel Məmmədəli oğlu
Məmmədhəsənov Rafiq Musa oğlu
Məmmədov Elman Camal oğlu
Məmmədov Elton Arzuman oğlu
Məmmədov İqbal Nəriman oğlu
Məmmədov İlham Kazım oğlu
Məmmədova Gülçöhrə  Hüseyn qızı
Məsimli Əli Əhməd oğlu
Mirələmov Hüseynbala Fazil oğlu
Mirzəzadə Aydın Böyükkişi oğlu
Mollazadə Asim Nazim oğlu
Möhbalıyev Səttar Suliddin oğlu
Muradov Fuad Rauf oğlu
Muradova Bahar Əvəz qızı
Musabəyov Rasim Nəsrəddin oğlu
Musayev Madər Əliəsgər oğlu
Mustafa Fazil Qəzənfər oğlu
Mustafayeva Aytən İnqlab qızı
Naxçıvanlı Aqiyə Həbib qızı
Novruzov Siyavuş Dünyamalı oğlu
Orucov Ayaz İsmayıl oğlu
Orucov Zahid Məhərrəm oğlu
Osmanlı Ceyhun Yunis oğlu
Paşayeva Qənirə Ələsgər qızı
Paşazadə Cavanşir Hümmət oğlu
Rəcəbli Hadi Musa oğlu
Rüstəmxanlı Sabir Xudu oğlu
Rzayev Rövşən Şükür oğlu
Rzayev Tahir Musa oğlu
Sadıqov Bəxtiyar Yusif oğlu
Salahzadə Qalib Aslan oğlu
Salayev Hacı Hacı Baba oğlu
Seyidov Səməd İsmayıl oğlu
Səmədzadə Ziyad Əliabbas oğlu
Süleymanov Elxan Sirac oğlu
Süleymanov Tahir Süleyman oğlu
Şahverdiyev Astan Nuşrəvan oğlu
Talıbov Vasif Yusif oğlu
Vəliyev Ağalar İsrəfil oğlu
Vəliyev Əhməd Abdulkərim oğlu
Vəliyeva Sədaqət Süleyman qızı
Zabelin Mixail Yuryeviç.
Cənab Sədr, siyahı bitdi. Zahir Orucov və mən özüm də səs verirəm, yekunlaşır.
Sədrlik edən. Hörmətli deputatlar, adı səslənməyən deputat oldumu?
Yerdən. Xeyir.
Sədrlik edən. Bütün deputatlar səs verdilər.
Hesablayıcı komissiya 10-15 dəqiqəyə öz işini yekunlaşdırıb bizə məlumat verəcəkdir. Mübariz müəllim, nəticələri elan etməyə nə qədər vaxt lazımdır?
Mübariz Qurbanlı. 10 dəqiqə.
Sədrlik edən. 10 dəqiqə? Buyurun.
(Hesablayıcı komissiyanın üzvləri bülletenləri sayırlar.)
Səsvermənin nəticələri hazırdır. Səsvermənin nəticələrini elan eləmək üçün Hesablayıcı komissiyanın sədri Mübariz Qurbanlıya söz verilir. Buyurun.
M. Qurbanlı. Möhtərəm cənab Prezident, hörmətli deputatlar, icazə verin, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi  ilə bağlı Hesablayıcı komissiyanın 2 nömrəli protokolunu sizin diqqətinizə çatdırım.  
Bakı şəhəri,  29 noyabr 2010-cu il.
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının siyahı üzrə  sayı - 125 nəfər. Gizli səsvermədə iştirak edən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının sayı - 122 nəfər.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi üzrə gizli səsvermədə iştirak edən deputatlara verilmiş bülletenlərin sayı - 122 ədəd. İstifadə edilməmiş bülletenlərin sayı - 3 ədəd, seçki qutusu açıldıqdan sonra aşkar edilmiş bülletenlərin sayı - 122 ədəd.
Etibarsız bülleten yoxdur, etibarlı bülletenlərin sayı - 122.
Gizli səsvermənin nəticələri:
İştirak edənlərin 121 nəfəri Oqtay Sabir oğlu Əsədovun lehinə, 1 nəfəri əleyhinə səs vermişdir.
Beləliklə, deputat Oqtay Sabir oğlu Əsədov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilmişdir. (Alqışlar.)  
Sədrlik edən. Çox sağ olun, Mübariz müəllim, əyləşin. Hörmətli deputatlar, gəlin, Oqtay müəllimi bir daha səmimi qəlbdən təbrik edək! (Alqışlar.)
Oqtay müəllim, xahiş edirəm, yerinizi tutun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar!
Etimad göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçdiyinizə görə sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Bir daha əmin etmək istəyirəm ki, Azərbaycan parlamentinin Sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var gücümdən istifadə edəcəyəm.
Parlament çoxluğunu təşkil edən, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını təmsil etməyim bu işdə mənə əlavə güc verəcəkdir. Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə gündən-günə möhkəmlənən bu partiyanın sıralarında olmağım mənim üçün qürur mənbəyidir. 
Hörmətli deputatlar, 2010-cu ilin parlament seçkiləri ölkəmizin demokratik inkişaf tarixində yeni bir mərhələ açmışdır. Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən görülmüş tədbirlər Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçməsini təmin etmişdir. Əksər beynəlxalq müşahidəçilərin rəyləri bu həqiqəti bir daha təsdiqləmişdir.
Seçkilər nəticəsində Yeni Azərbaycan Partiyası üzvlərinin parlamentdə yerlərin əksəriyyətini əldə etməsi Prezident İlham Əliyev başda olmaqla partiyamıza bəslənən böyük ümid və etimadın ifadəsinə çevrilmişdir.
Beləliklə, dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətə başlamışdır. Bu münasibətlə icazə verin, mən də dördüncü çağırış Milli Məclisin deputatlarını ürəkdən təbrik edim və onlara gərgin işlərində uğurlar arzulayım!
Hörmətli deputatlar, üçüncü çağırış Milli Məclis artıq tarixin bir səhifəsidir. Ötən dövrdə parlament səmərəli fəaliyyət göstərmişdir. Milli Məclisin 150 iclası keçirilmiş, ümumən 1115 akt, o cümlədən 956 qanun və 159 qərar qəbul edilmişdir.
İnamla söyləmək olar ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın genişlənməsinə, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə, əhalinin sosial müdafiəsinə xidmət edən hüquqi bazanı daha da möhkəmləndirmiş və təkmilləşdirmişdir. 
Siyasi sistemin daha mükəmməl şəklə salınmasına zəmin yaradan Konstitusiya dəyişiklikləri ilə bağlı referendum aktı hazırlanmış və ümumxalq müzakirəsində qəbul edilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli iqtisadi yüksəlişini nümayiş etdirən dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər vaxtlı-vaxtında müzakirə və təsdiq edilmişdir. Ölkənin müdafiə siyasətinin əsaslarını müəyyənləşdirən hərbi doktrina Azərbaycanın tarixində ilk dəfə olaraq qəbul edilmişdir.
Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən layihələri təqdim edilən 2 amnistiya aktı qəbul olunmuşdur. Bu amnistiya aktları bütövlükdə 18 min insana şamil edilmişdir. 
Ötən dövrdə Milli Məclisə əhalidən 60 minə qədər təklif, ərizə və şikayət daxil olmuş, 25 mindən  çox vətəndaş deputatlar və parlamentin rəhbərliyi tərəfindən qəbul edilmişdir. Milli Məclisdə vətəndaşların qəbulu üçün müasir tələblərə uyğun şərait yaradılmışdır. İnsanların parlamentə internet vasitəsi ilə müraciət etməsi imkanı təmin olunmuşdur.  
Son 5 ildə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. 70-dən çox ölkəyə 820-dən artıq səfər həyata keçirilmiş, 60-dan çox xarici dövlətin və beynəlxalq təşkilatların 550-yə yaxın nümayəndə heyəti Milli Məclisdə olmuşdur.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində dövlət başçısının prinsipial mövqeyini ifadə edən onlarca bəyanat və müraciət qəbul edilmişdir. Bütün ikitərəfli və çoxtərəfli görüşlərdə və danışıqlarda müzakirəyə çıxarılan əsas mövzu bu münaqişənin ədalətli şəkildə həll edilməsi olmuşdur.
Ümumiyyətlə, Milli Məclis beynəlxalq fəaliyyətində dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməyə çalışmışdır. Bu sahədə görülən işlərin artıq ilk bəhrələri vardır. İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin qanunvericilik orqanları Cənubi Qafqaza dair qəbul etdikləri qətnamələrdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, problemin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsinin zəruriliyini göstərmişlər. Bir sıra ölkələrin parlamentləri də bu səpkidə qərarlar qəbul etməyə hazırlaşırlar. 
Azərbaycan parlamenti Türkdilli Ölkələrin Parlament Assambleyasının əsas təsisçilərindən biri kimi çıxış etmişdir. Bu təşkilatın birinci plenar iclası Azərbaycanda keçirilmişdir. Cənab Prezident, Sizin xeyir-duanızla Assambleyanın katibliyi Bakıda yerləşdirilmişdir.
Üçüncü çağırış Milli Məclisin fəaliyyəti dövlətimizin iqtisadi yüksəlişinin misilsiz vüsət aldığı bir dövrə təsadüf etmişdir. Məhz bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dünyanın ən sürətli və dinamik inkişaf edən ölkələri sırasına çıxmışdır. Dövlətimizin imkanlarının artması cəmiyyət həyatının bütün sahələri kimi Milli Məclisin fəaliyyətinin təmin edilməsinə də müsbət təsir göstərmiş, parlamentin simasının tamamilə yeniləşməsinə gətirib çıxarmışdır.
Dövlət başçısının çox böyük dəstəyi, diqqəti və qayğısı sayəsində parlamentdə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Parlamentin iclas salonları dünya standartlarına uyğun olaraq yenidən qurulmuşdur. Milli Məclisin 15 mərtəbəli yeni müasir korpusu tikilib istifadəyə verilmişdir. Millət vəkillərinin iş şəraitinin yaxşılaşması parlamentin peşəkarlıq səviyyəsinin daha da yüksəlməsinə kömək göstərmişdir.
Möhtərəm cənab Prezident, Sizin Milli Məclisə göstərdiyiniz bu diqqət bizim üçün son dərəcə qiymətlidir. Bunu da məmnunluqla qeyd etmək istərdim ki, Siz Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququnuza əsaslanaraq, Avropa standartlarına uyğun qanunların hazırlanıb qəbul edilməsi işinə öz dəyərli töhfələrinizi  verirsiniz. Hesab edirik ki, ölkəmizdə təşəkkül tapmış nümunəvi Prezident – parlament  münasibətləri  dövlətimizin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifah halının yüksəlməsi üçün görüləcək tədbirlərin uğurla başa çatmasının mühüm amillərindən biridir.
Bütün bu sadalanan işlər parlamentin son 5 ildə həyata keçirdiyi çoxcəhətli fəaliyyətin yalnız bəzi ümumi məqamlarıdır. Bizim qarşıdakı dövr üçün də geniş niyyət və məramlarımız vardır.
Dövlət başçısı cənab İlham Əliyevin arzularından biri Azərbaycan parlamentinin qabaqcıl dünya ölkələrinin parlamentləri səviyyəsinə çatmasıdır. Milli Məclisdə son 5 ildə görülmüş işlər məhz bu məqsədə yönəlmişdir. Artıq yolun əhəmiyyətli bir hissəsini keçmişik. Möhkəm təməli qoyulmuş bir sıra işlər isə yaxın gələcəkdə başa çatmalıdır.
Dördüncü çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirməkdir. Milli Məclis özünün bütün fəaliyyəti ilə Prezidentin daxili və xarici siyasətini fəal surətdə dəstəkləməkdə davam edəcəkdir.
Parlament qanun yaradıcılığında və qanunvericilik fəaliyyətində həmişəki kimi yenə də qabaqcıl dünya təcrübəsindən bəhrələnəcəkdir. Milli Məclisin fəaliyyətində demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri daha da genişlənəcəkdir.
Milli Məclis ən böyük dərdimiz olan Dağlıq Qarabağ problemini daim diqqət mərkəzində saxlamalı, qaçqınların və məcburi köçkünlərin, eləcə də əhalinin aztəminatlı təbəqələrinin, bütövlükdə xalqın güzəranının yaxşılaşmasını, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsini təmin edən qanunvericilik aktları qəbul etməlidir. Dövlətimizin gənclər və qadın siyasətinin həyata keçirilməsi üçün zəruri qanunvericilik tədbirləri görülməlidir.
Parlament dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament vasitələrinin verdiyi imkanlar daxilində kömək göstərməkdə davam etməlidir.  Parlamentlərarası İttifaq, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, MDB Parlamentlərarası Assambleyası, İslam Konfransı Təşkilatı, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq qurumlarda fəaliyyət daha da gücləndirilməlidir. Bir sözlə, görüləcək işlərimiz də, bu işləri uğurla yerinə yetirməyə gücümüz də var. 
Hörmətli deputatlar, əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin məsləhətləri və dəstəyi sayəsində sizinlə birlikdə səmərəli fəaliyyət göstərəcək, Azərbaycan parlamentinin üzvü adını şərəflə qoruyacağıq. Diqqətinizə görə minnətdaram. (Alqışlar.)

Hörmətli millət vəkilləri, bildiyiniz kimi, Milli Məclisin Sədri seçildikdən sonra yeni çağırış Milli Məclisin birinci iclası bitmiş hesab olunur. Ancaq bilirsiniz ki, bir aydan artıqdır, işləmirik. Əgər etiraz etmirsinizsə, tənəffüssüz ikinci iclasa başlaya bilərik. Etiraz etmirsiniz ki?
Yerdən. Xeyir.
Sədrlik edən. Onda xahiş edirəm, bu məsələyə münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.21 dəq.)
Lehinə                                                                        121
Əleyhinə                                                                        0
Bitərəf                                                                            0
Səs vermədi                                                                    1
İştirak edir                                                                  122
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli deputatlar, Milli Məclisin Daxili Nizamnaməsinin 34-cü maddəsinə görə, Milli Məclis Sədrinin müavinləri deputatlar sırasından açıq səsvermə yolu ilə seçilirlər.
Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə namizədi ilk növbədə, Milli Məclisin Sədri irəli sürür. Öz namizədliyinə etiraz müzakirəsiz, səsvermə keçirilmədən qəbul olunur.
Milli Məclisin Sədri kimi, Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Ziyafət Əsgərovun namizədliyini təklif edirəm. Başqa təklif yoxdur ki?
Yerdən. Xeyir.
Sədrlik edən.  Onda, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.22 dəq.)
Lehinə                                                                        119
Əleyhinə                                                                        1
Bitərəf                                                                            0
Səs vermədi                                                                    0
İştirak edir                                                                  120
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Ziyafət müəllimi təbrik edirik!
Növbəti məsələ Milli Məclis Sədrinin müavininin seçilməsidir. Milli Məclisin Sədri kimi, Milli Məclis Sədrinin müavini vəzifəsinə deputat Bahar Muradovanın namizədliyini təklif edirəm. Başqa təklif yoxdur ki?
Yerdən. Xeyir.
Sədrlik edən.  Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.23 dəq.)
Lehinə                                                                        118
Əleyhinə                                                                        0
Bitərəf                                                                            2
Səs vermədi                                                                    1
İştirak edir                                                                  121
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bahar xanımı təbrik edirik!
Növbəti məsələ Milli Məclis Sədrinin digər müavininin seçilməsidir. Hörmətli deputatlar, bilirsiniz ki, bu ilki parlament seçkilərində 41 nəfər bitərəf deputat mandatı almışdır. Fikrimcə, həmişə olduğu kimi, Milli Məclis Sədrinin müavinlərdən birinin bitərəfləri təmsil etməsi düzgün olar.
Bu gün Milli Məclisin iclasından öncə bitərəf deputatlar öz yığıncağını keçirmiş və Milli Məclis Sədrinin müavini vəzifəsinə Valeh Ələsgərovun namizədliyini irəli sürmüşlər. Başqa təklif yoxdur ki?
Yerdən. Xeyir.
Sədrlik edən.  Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.24 dəq.)
Lehinə                                                                        118
Əleyhinə                                                                        0
Bitərəf                                                                            2
Səs vermədi                                                                    1
İştirak edir                                                                  121
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Valeh müəllimi təbrik edirik!
Hörmətli millət vəkilləri, növbəti məsələ Milli Məclisin komitə sədrlərinin seçilməsidir.
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunun 7-ci maddəsinə görə, Milli Məclis 11 komitə yaradır: Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Təhlükəsizlik və müdafiə komitəsi, İqtisadi siyasət komitəsi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Aqrar siyasət komitəsi, Sosial siyasət komitəsi, Regional məsələlər komitəsi, Elm və təhsil komitəsi, Mədəniyyət komitəsi, İnsan hüquqları komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi.
İndi biz bu komitələrin sədrlərini seçməliyik.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə deputat Əli Hüseynovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.26 dəq.)
Lehinə                                                                        117
Əleyhinə                                                                        1
Bitərəf                                                                            1
Səs vermədi                                                                    1
İştirak edir                                                                  120
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. Əli müəllim, Sizi təbrik edirik!
Təhlükəsizlik və müdafiə komitəsinin sədri vəzifəsinə deputat Ziyafət Əsgərovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.26 dəq.)
Lehinə                                                                        119
Əleyhinə                                                                        0
Bitərəf                                                                            0
Səs vermədi                                                                    1
İştirak edir                                                                  120
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Ziyafət müəllim, Sizi də təbrik edirik!
İqtisadi siyasət komitəsinin sədri vəzifəsinə deputat Ziyad Səmədzadənin  namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.27 dəq.)
Lehinə                                                                        118
Əleyhinə                                                                        0
Bitərəf                                                                            2
Səs vermədi                                                                    2
İştirak edir                                                                  122
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Ziyad müəllim, Sizi təbrik edirik!
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri vəzifəsinə deputat Valeh Ələsgərovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.28 dəq.)
Lehinə                                                                        120
Əleyhinə                                                                        0
Bitərəf                                                                            1
Səs vermədi                                                                    1
İştirak edir                                                                  122
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. Valeh müəllim, Sizi təbrik edirik!
Aqrar siyasət komitəsinin sədri vəzifəsinə deputat Eldar İbrahimovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin  nəticələri                          (saat 14.28 dəq.)
Lehinə                                                                        120
Əleyhinə                                                                        0
Bitərəf                                                                            0
Səs vermədi                                                                    1
İştirak edir                                                                  121
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. Eldar müəllim, Sizi təbrik edirik!
Sosial siyasət komitəsinin sədri vəzifəsinə deputat Hadi Rəcəblinin namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.29 dəq.)
Lehinə                                                                        119
Əleyhinə                                                                        1
Bitərəf                                                                            1
Səs vermədi                                                                    1
İştirak edir                                                                  122
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. Hadi müəllim, sizi təbrik edirik!
Regional məsələlər komitəsinin sədri vəzifəsinə deputat Arif Rəhimzadənin namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibətinizi bildirin. Bu gün xəstədir, üzrlü səbəbdən iclasda yoxdur.

Səsvermənin  nəticələri                          (saat 14.30 dəq.)
Lehinə                                                                        119
Əleyhinə                                                                        2
Bitərəf                                                                            0
Səs vermədi                                                                    1
İştirak edir                                                                  122
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. Arif müəllimi təbrik edərik.
Elm və təhsil komitəsinin sədri vəzifəsinə deputat Şəmsəddin Hacıyevin namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.30 dəq.)
Lehinə                                                                        119
Əleyhinə                                                                        2
Bitərəf                                                                            0
Səs vermədi                                                                    1
İştirak edir                                                                  122
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Şəmsəddin müəllim, Sizi təbrik edirik!
Mədəniyyət komitəsinin sədri vəzifəsinə deputat Nizami Cəfərovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.31 dəq.)
Lehinə                                                                        119
Əleyhinə                                                                        1
Bitərəf                                                                            0
Səs vermədi                                                                    1
İştirak edir                                                                  121
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Nizami müəllim, Sizi təbrik edirik!
İnsan hüquqları komitəsinin sədri vəzifəsinə deputat Rəbiyyət Aslanovanın namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.32 dəq.)
Lehinə                                                                        119
Əleyhinə                                                                        0
Bitərəf                                                                            2
Səs vermədi                                                                    1
İştirak edir                                                                  122
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Rəbiyyət xanım, Sizi təbrik edirik!
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri vəzifəsinə deputat Səməd Seyidovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin  nəticələri                          (saat 14.32 dəq.)
Lehinə                                                                        120
Əleyhinə                                                                        1
Bitərəf                                                                            0
Səs vermədi                                                                    1
İştirak edir                                                                  122
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. Səməd müəllim, Sizi də təbrik edirik!
Seçilmiş bütün komitə sədrlərini bir daha ürəkdən təbrik edirik! Xahiş edirəm, komitə ilə bağlı sənədləri Milli Məclisin Aparatına təqdim etsinlər.
Bununla da dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iş günü başa çatmış hesab olunur.
Hörmətli millət vəkilləri, icazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə dördüncü  çağırış Milli Məclisin birinci iclasında iştirak etdiyinə görə bir daha dərin minnətdarlığımızı bildirək və Azərbaycanın gələcəyi, inkişafı, xoşbəxtliyi naminə bütün işlərində ona uğurlar arzulayaq! (Alqışlar.)

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi