2010-ci il 21 dekabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
I  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  4

Milli Məclisin iclas salonu.
21 dekabr 2010-cu il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 110
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
İnqilab Nəsirov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizəd.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında.
2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə (ikinci səsvermə).
3. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili  (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Konstitusiya qanununun layihəsi haqqında.
4. Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstanın Baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə .
10. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili  işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kəndinin Dəvəçi kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında .
19. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, Əli Hüseynli, Fəzail Ağamalı, Fazil Mustafa, Əli Əhmədov, Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Bahar Muradova, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Musa Quliyev, Məlahət İbrahimqızı

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  111
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qərar qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  111
Nəticə: Qəbul edildi

3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə (ikinci səsvermə).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 111
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  113
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Konstitusiya qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Ziyafət Əsgərov, Əli Hüseynli, Rəbiyyət Aslanova, Zahid Oruc, Fəzail Ağamalı, Siyavuş Novruzov, Oqtay Əsədov, Elmira Axundova, İqbal Ağazadə, Bahar Muradova, Xanhüseyn Kazımlı

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 111
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  113
Nəticə: Qəbul edildi

5. Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  111
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Səməd Seyidov, Siyavuş Novruzov, Vahid Əhmədov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  113
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  94
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstanın Baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Səməd Seyidov, Elmira Axundova, Zahid Oruc, Siyavuş Novruzov, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  100
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.

Çıxış etmişlər:   Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

11. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Çingiz Əsədullayev, Elmira Axundova, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

12. “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.50 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  90
Nəticə: Qəbul edildi

13. “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili  işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 16.54 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin


Səsvermənin nəticələri (saat 16.56 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  99
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Zahid Oruc, Siyavuş Novruzov, Aqil Abbasov, Rəbiyyət Aslanova, Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kəndinin Dəvəçi kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

18. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

19. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

20. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Ziyafət Əsgərov, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

21 dekabr 2010-cu  il.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 110
Yetərsay  83

Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik hamımıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  111
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul  edildi. Gündəliklə bağlı müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Kim istəyir, müzakirələrə yazılsın. Ancaq müzakirələrə başlamazdan öncə mən  bir məsələ barədə fikrimi sizinlə bölüşmək istəyirəm. Dünən bu məsələ saytlarda da çıxdı. Yəqin, bilirsiniz ki, Avropa Parlamentinin  Ermənistan üzrə məruzəçisi Tomaş Poreba Ermənistana səfər etmişdir. Əlbəttə, onun Ermənistana səfəri normal bir haldır. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Dağlıq Qarabağ probleminin həlli üçün qətnamələr qəbul eləyən Avropa Parlamentinin  nümayəndəsi Tomaş Poreba  Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirərək  bizimlə razılaşdırmadan Ermənistandan Dağlıq Qarabağa səfər eləmiş,  Ermənistan–Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini vermək əvəzinə Dağlıq Qarabağda bu məsələlərə mənfi təsir etmiş və özünün səviyyəsizliyini  göstərmişdir. Ona görə də mən parlamentin Sədri kimi Avropa Parlamentinin Sədri Yeji Buzekə bu gün rəsmi surətdə öz etiraz və narazılığımı bildirəcəyimi sizə bəyan edirəm.
Mən çox istərdim ki, bizim komitə sədrləri –  Avropa Parlamentində Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Avronest Parlament Assambleyasında bizim nümayəndə heyətinin rəhbəri Əli Hüseynli də bu barədə öz fikirlərini bildirsinlər. Çünki haqqında danışdığımız Tomaş Poreba həm də Avronestdə nümayəndə heyətinin ehtiyat tərkibinə daxildir. Belə insanlarla biz Avronestdə necə işləyəcəyik? Biz bu haqda da fikirləşməliyik. Bu təşkilatlar da həmin məsələ barədə fikrini bildirməlidir. Hamı bilməlidir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazi hüdudları çərçivəsindədir və heç kəsin, heç bir beynəlxalq təşkilatın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hüquqlarını pozmağa ixtiyarı yoxdur. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Oqtay müəllim, çox sağ olun. Hörmətli millət vəkilləri, biz bu məlumatı alan kimi dərhal bununla bağlı reaksiya verdik və mən əminəm ki, bu gün siz də Avropa Parlamentinin üzvü Tomaş Porebanın hərəkətinə birmənalı qiymət verəcəksiniz.
Azərbaycan–Avropa Parlamenti, Azərbaycan–Avropa Birliyi münasibətləri bu gün inkişaf mərhələsini yaşayır. Bu  ilin may ayında Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə bunu bir daha sübut edir. O qətnamədə birmənalı göstərilmişdir ki, Azərbaycan torpaqları işğal altındadır, Avropa Parlamenti, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ probleminin tezliklə beynəlxalq qanunlar çərçivəsində həll olunmasının tərəfdarıdır. Çox təəssüflər olsun ki, Avropa Parlamentinin üzvü Tomaş Poreba Avropa Parlamentinin tapşırığını yerinə yetirmək, yəni bu problemi öyrənərək Avropa Parlamentinin üzvlərinə düzgün, obyektiv, qərəzsiz çatdırmaq əvəzinə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək Ermənistandan Dağlıq Qarabağa gedib, orada separatçı rejimin nümayəndələri ilə görüşlər keçirib, söhbətlər aparıb.
Bu gün Azərbaycan–Avropa münasibətləri intensiv inkişaf edir, Avropa Birliyinin ən yüksək səviyyəli nümayəndələri Azərbaycana gəlir. Cənab Barrozo bir neçə müddətdən sonra Azərbaycana gələcək. Azərbaycan Avropa Birliyi ilə assosiativ bir müqaviləni müzakirə etməkdə davam edir. Azərbaycan–Avropa viza məsələləri bu saat masa üstündə olan məsələdir. Ona görə belə hərəkət nəinki Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, həm də Avropanın özünün siyasətinə zidd olan bir hərəkət kimi qiymətləndirilməlidir. Bu nöqteyi-nəzərdən həmin şəxsin   Dağlıq Qarabağa getməsi, orada görüşlər keçirməsi dözülməz haldır.
Avropa Birliyi həmişə Azərbaycanın ərazi bütövlüyünü  tanıyıb və dəstəkləyib. Hesab edirəm ki, Tomaş Poreba öz hərəkəti ilə obyektivlikdən kənar bir iş gördüyünə görə bu işi davam etdirmək iqtidarında ola bilməz. Ona görə ki, Avropa Parlamentinin təyin etdiyi bir şəxs hansısa ölkənin problemini araşdırmağa cəhd göstərərək özünü obyektiv şəxs kimi təqdim etmək əvəzinə həmin ölkənin ərazi bütövlüyünə açıq-aşkar hörmətsizlik nümayiş etdirirsə, o şəxsin gələcək fəaliyyətinin obyektiv olacağını düşünmək  mümkün deyil.
Mənim fikrimcə, Beynəlxalq münasibətlər komitəsi kimi parlamentin də bütün üzvləri bu məsələyə konkret münasibətlərini bildirməlidirlər. Bu gün biz məktublar yazaraq müvafiq ünvanlara göndərəcək və həmin şəxsin hərəkətinin pislənməsini Avropa Birliyinin, Avropa Parlamentinin özündən də tələb edəcəyik. Ona görə ki, bu, Avropanın siyasətinə zidd olan bir hərəkətdir və bu cür də qiymətləndirilməlidir. Hörmətli Sədr, güman edirəm, Siz bu məsələ ilə bağlı bizə ümumi şəkildə göstəriş verdikdən sonra məktublar hazırlayıb Avropa Parlamentinə ünvanlayacağıq. Diqqətinizə  görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Maraqlı haldır, Dağlıq Qarabağ üzrə heç bir səlahiyyəti olmayan Tomaş Poreba Dağlıq Qarabağda çıxışlar eləyir və deyir ki, mən regionun əsas məsələlərindən biri olan Dağlıq Qarabağ məsələsi haqqında fikirlərimi Avropa Parlamentində həmkarlarıma bildirəcəyəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr  komitəsinin  sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Siz tamamilə düz dediniz, Oqtay müəllim. Uzun illərdir, Avropa Şurasında Azərbaycan da, Ermənistan da monitorinq altındadır. Yəni Azərbaycan üzrə də, Ermənistan üzrə də məruzəçilər var. Onlar regiona gəlir,  ölkələrdə gedən prosesləri təhlil edir, sonra həmin qurumlara məlumat verirlər. Avropa Şurasında Ermənistan üzrə də məruzəçilər var. Ancaq  həmin məruzəçilər Ermənistana getdikləri halda Dağlıq Qarabağa getmirlər. Bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və  Dağlıq Qarabağla bağlı məsələlər Azərbaycanın yurisdiksiyasındadır. Ona görə bu məsələ ilə bağlı Azərbaycana müraciət edirlər. Tomaş Porebanın hərəkəti isə, təbii ki, yolverilməz haldır, böyük  qəbahətdir və dözülməz bir fakt kimi qiymətləndirilməlidir.
Sədrlik edən. ATƏT-in Minsk qrupu illərcə bu problemlə məşğul olsa da, hələ bir şeyə nail ola bilməyib, bu 37 yaşında cavan parlamentari Qarabağ məsələsini həll edəcək. Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Əlbəttə, Siz və Səməd müəllim bu məsələ ilə bağlı narazılığınızı və əsas fikirlərinizi bildirdiniz. Mənim kiçik bir əlavəm olacaq. Biz Avropa Birliyinin üzvü deyilik və Azərbaycan Avropa Parlamentində təmsil olunmur. Amma  Şərq tərəfdaşlığı, qonşuluq siyasəti çərçivəsində əlaqələrimiz genişlənməkdədir. Bunu Siz də xatırlatdınız. İndi Avropa Parlamentinin 60 nəfər üzvünün və 6 müstəqil dövlətin, o cümlədən Azərbaycanın millət vəkillərinin də iştirak edəcəyi yeni bir Parlament Assambleyasının yaradılması nəzərdə tutulur. Biz də bu prosesə yaxından qoşulmuşuq. Müəyyən mənada artıq Avropa Parlamentinin fəaliyyətində varıq. Azərbaycan–Avropa Parlamenti əlaqələndirmə komitəsi var və burada bir çox məsələlərlə bağlı müzakirələr gedir. Amma əlbəttə ki, Avropa Parlamentində təmsil olunan deputatlar daha çox sərbəstliyə malikdirlər. Buna baxmayaraq, hər bir parlamentin təmsil olunduğu qurumun, beynəlxalq təşkilatın qəbul etdiyi qərarlara hörmətlə yanaşılmalıdır.
Çox ciddi təzyiqlərə baxmayaraq, Avropa Parlamentinin üzvü məruzəçi cənab Kirilov tərəfindən bu ilin may ayında Avropa Parlamentinə Cənubi Qafqazla bağlı mühüm bir məruzə təqdim edildi və qəbul olundu. Bu, obyektivliyi əks etdirən bir məruzə idi. Burada dəqiq göstərilirdi ki, Dağlıq Qarabağda separatizm hərəkatı mövcuddur, Dağlıq Qarabağ və ətrafında olan 7 Azərbaycan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bundan sonra, təbii ki, məruzəçiyə qarşı müəyyən təzyiqlər başlandı. Amma Avropa Parlamentində obyektiv düşünən, proseslərə dəqiq qiymət verməyi bacaran siyasi xadimlər çoxdur və bu təzyiqlərə baxmayaraq, həmin məruzə əsasında müvafiq qətnamə qəbul olundu.
Təbii ki, – haqlısınız, – Avropa Parlamentinin rəhbərliyi də, onun müvafiq qurumları da, Xarici əlaqələr komitəsi də, o cümlədən Avronestin yaradılmasına məsul olan şəxslər də məhz Avropa Parlamentinin qəbul etdiyi qərarlarda əks olunmuş prinsiplər əsasında məruzəçilərin fəaliyyət göstərməsini tənzimləməlidirlər. Bu baş verməyib və Avropa Parlamentinin üzvü Tomaş Poreba tərəfindən elə Avropa Parlamentinin özünün qəbul etdiyi qərarın prinsipləri pozulmuşdur.
Təbii ki, Səməd müəllim və mənim tərəfimdən həm Avropa Parlamentinin rəhbərliyinə, həm də müvafiq komitələrə, siyasi qruplara obyektivliyi əks etdirən məlumatlar göndəriləcək. Bundan başqa, gələn il yanvar ayının 26-da Brüsseldə bizim qrupun toplantısı olacaq və mütləq mənim tərəfimdən də Avropa Parlamentinin müvafiq strukturlarına bu məlumatlar çatdırılacaq.  Amma  məlumat üçün demək istəyirəm ki,  bu şəxs Polşadandır. Onun bu hərəkəti bizim bütün münasibətlərimizə xələl gətirə bilər. Biz rəsmi qaydada həm Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə, həm də Polşa səfirliyinə öz mövqeyimizi çatdırmalıyıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. O işlər də görülür. O nümayəndə heyətləri çağırılacaq, onlarla söhbət olunacaq. Müzakirələrə yazılanlar var. Fəzail Ağamalı, buyurun.
F.Ağamalı. Çox sağ olun, hörmətli Sədr. Həm Sizin, həm də həmkarlarım Səməd Seyidovun və Əli Hüseynlinin fikirlərini tamamilə bölüşürəm. Mən də Tomaş Porebanın Azərbaycanın suverenliyinə qarşı yönəlmiş kifayət qədər problem yaradan hərəkətlərini birmənalı olaraq qətiyyətlə pisləyirəm. Düşünürəm ki, bütün millət vəkilləri də bu məsələdə həmrəydirlər. Həmin fikirlərə qoşulmaqla bərabər konkret təkliflə, cənab Sədr, Sizə müraciət edirəm. Tomaş Poreba Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan üçün arzuolunmaz şəxs elan olunmalıdır. Bu, məsələnin bir tərəfi. Eyni zamanda, Milli Məclisdə xüsusi sənəd hazırlanaraq təkcə Avropa Parlamentinə deyil, həm də Tomaş Porebanın mənsub olduğu ölkənin parlamentinə göndərilməlidir. Tələb olunmalıdır ki, onun bu hərəkətləri Polşa parlamenti tərəfindən gündəliyə gətirilsin, müzakirə olunsun və özünün qiymətini tapsın. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ancaq Fəzail müəllim, Avropa Parlamentinin hər hansı bir üzvünə görə bizim qətnamə qəbul edib göndərməyimiz onun üçün çox böyük şərəf olar. Ona görə çıxışımın əvvəlində dedim ki, mən Avropa Parlamentinin sədrinə öz etirazımı və narazılığımı bildirəcəyəm. Biz bununla bağlı etirazımızı Polşa səfirliyinə də bildirəcəyik. Amma bir insanın hərəkətinə görə qətnamə qəbul etmək düzgün deyil. Müraciətlər, məktublar lazımdır. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu  məsələ ilə bağlı sərt mövqe ifadə edilməsinin tərəfdarıyam. Amma bu mövqeyi bir az da konkretləşdirmək istəyirəm. Konkret şəxsin Avropa Parlamentində Azərbaycan dövlətindən üzr istəməsi tələbi qoyulmalıdır, əks halda Azərbaycanın Avropa Birliyi ilə bağlı layihələrdə iştirakına müəyyən dərəcədə problemlər yaranacağı barədə xəbərdarlıq edilməlidir. Bu, olduqca vacibdir. Çünki dövlətin qüruru ilə bağlı məsələdir. Amma bu məsələdən əvvəl biz tabu məsələsinə bir qədər aydınlıq gətirməliyik. Əgər Dağlıq Qarabağa getmək, ümumiyyətlə, Azərbaycanın milli maraqlarına uyğun deyilsə, bu hamıya şamil edilməlidir. Elə Azərbaycan diplomatik korpusunun nümayəndələri də, müxtəlif rəsmi şəxslər də Qarabağa səfər eləmişdilər. Onda da  biz bu barədə etirazımızı bildirdik. Əvvəlcə özümüz gərək bu tabuya riayət edək ki, başqaları da ora gedəndə hansısa irad bildirə bilək. Ona görə mən bizim Qarabağla bağlı siyasətimizdə yanlış addımlar atıldığının bir səbəbinin də özümüzdə olduğunu qeyd eləmək istəyirəm.
İkinci bir məsələ. Cənab Prezident burada ötən dəfə çıxışında ciddi bir  məsələyə toxundu. Söylədi ki, iqtisadi islahatları iqtidar komandası özü həyata keçirəcək. Amma siyasi sistemdə mütləq islahatlar aparılmalıdır və burada bütün komponentlər iştirak eləməlidir. Oqtay müəllim, bunu Siz də çıxışınızda vurğuladınız. Amma çox təəssüf ki, siyasi partiyalara münasibətdə hər hansı bir şəkildə müsbət addım gözlənilmir. Xüsusilə də parlamentdə, parlament idarəçiliyində bir növ təkpartiyalı bir model nəzərdə tutulubdur.
Mən bu gün nəyi təklif edirəm. Yanvar ayı gəlir, yeni il gəlir. Heç olmasa, burada təmsil olunan siyasi partiya nümayəndələrindən ibarət bir komissiya yaradılsın. “Siyasi partiyalar haqqında” Qanunun  son variantı bir həftə ərzində işlənsin. Partiyalara münasibətin dəyişdiyini göstərmək və partiyaların, ən azı parlament partiyalarının siyasi həyatda fəal iştirakı üçün onların maliyyələşdirilməsi, qeydiyyatdan keçirilməsi, müəyyən texniki fəaliyyətinin təmin olunması və başqa  problemləri öz həllini tapmalıdır.  Bu ən azı de-mokratik bir cəmiyyət görüntüsü vermək üçün olduqca va-cibdir. Deyəcəklər vəsait çatmır, gərək büdcədə baxılsın. Bunu Prezidentin ehtiyat fondundan da eləmək olar. Çünki cənab Prezident çox haqlı olaraq mətbuatla, qeyri-hökumət təşkilatları ilə bağlı çox ciddi, yaxşı addımlar atdı. Partiya-lara münasibətdə bu addımlar niyə atılmasın? Ona görə də mən təklif edirəm, bu gün bu təşəbbüsü Siz dəstəkləyəsiniz, komissiya yaradılsın və biz artıq yanvar ayından bu proble-min həllinin şahidi olaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Dediyiniz bu komissiya barəsində fikirləşərik. O məsələ üzrə işlər gedir. Vaxtilə hazırlıqlar olub, onun davamı gedəcək. Ancaq Sizin birinci fikrinizə münasibət bildirmək istəyirəm. Deyirsiniz ki, Dağlıq Qarabağa getmək olmaz. Nəyə görə? Dağlıq Qarabağa Azərbaycan dövlətinin icazəsi ilə getmək də olar,  müraciət eləyəndə görmək də olar, fikir bildirmək də olar. Bu yaxınlarda Azərbaycan dövləti razılaşdı, Minsk qrupu  Dağlıq Qarabağa getdi, o biri rayonları da gəzdi.
Bizcə, məsələnin həllinə aparan yollardan biri də budur. Ancaq Azərbaycan dövlətinin iradəsinə zidd olaraq, onunla razılaşdırılmadan, ondan icazə alınmadan Dağlıq Qarabağa getmək,  orada və Ermənistanda çıxışlar edib yanlış fikirlər səsləndirmək və bu fikirləri avropalı deputatlara da aşı-lamaq, təbii ki, problemin həllinə xidmət etmir və biz bunu düzgün saymırıq. Ancaq bizim deputatlar getməlidirlər. Bu münasibətlər ümumi işimizə xidmət etməlidir.
Bütün dünya görür ki, Azərbaycan dövləti necə siyasət aparır, Azərbaycan necə inkişaf edir. Bunu ermənilər də görməlidirlər. Onlar görməlidirlər ki, Dağlıq Qarabağ prob-lemi öz həllini tez zamanda tapmış olsa, Ermənistanda da həyat səviyyəsi yüksələ bilər, inkişaf gedə bilər. Bunun üçün bu məsələlər vacibdir. Ona görə Dağlıq Qarabağa getməyə tabu qoymağı mən düz saymıram. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Avropa Parlamentinin bir nümayəndəsinin Dağlıq Qarabağın ərazisinə Azərbaycanın icazəsi olmadan səfər etməsi və ora-da artıq hamıya məlum olan bəyanatlar səsləndirməsi Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır. Bu da təqdirəlayiq haldır ki, Azərbaycan parlamenti buna operativ şəkildə reaksiyasını bildirir. Bununla əlaqədar iki təklif vermək istəyirəm. Təklifin biri bundan ibarətdir ki, bizim parlamentin Beynəlxalq əlaqələr komitəsi tərəfindən Avropa Parlamentinə göndəriləcək məktubda Avropa Parlamenti sədrinin də mövqeyinin açıqlanması tələbi öz əksini tapsın.
Bir neçə müddət bundan əvvəl Yeji Buzek keçmiş SSRİ ərazisində həll olunmamış münaqişələrə münasibətini bildirərək Gürcüstanın, Moldovanın ərazi bütövlüyünün təmin edilməsini həmin münaqişələrin nizamlanması üçün şərt olaraq irəli sürmüşdü, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin isə çox şübhəli formada “ədalətli şəkildə həll olunmasını” məqsədəuyğun hesab eləmişdi. Ey-ni kontekstdə iki münaqişənin dövlətin ərazi bütövlüyü daxilində həll olunmasını, üçüncü münaqişənin isə nəyin nəzərdə tutulduğu məlum olmayan “ədalətli şəkildə həll ol-unması” şəklində ifadə olunmasına da münasibət bildirilməlidir ki, hamıya aydın olsun. Yeji Buzek özü Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü daxilində həll olunmasını qəbul edir, yoxsa qəbul et-mir? Avropa Parlamentinə ünvanlanacaq məktubda bu məqam da özünün əksini tapsın. Əks halda parlamentin sədri tamam başqa bir mövqe ortalığa qoyursa, onun rəhbərlik elədiyi parlamentin bir nümayəndəsinin də bu cür mövqe ortaya qoyması o qədər də qəribə görünməz.
İkinci bir məsələ ilə əlaqədar mən münasibətimi bildirmək istəyirəm. Bu burada artıq bir az müzakirə olundu. Dağlıq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidir və bu əraziyə səfər etmək rejimi də müəyyənləşdirilməlidir. Mən güman edirəm ki, Azərbaycan parlamenti bu məsələ ilə əlaqədar hansısa bir formada, – ya qaydaların, ya da bir rejimin müəyyənləşdirilməsi istiqamətində, – iş aparmalıdır. Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanun qəbul olunarsa, həmin torpaqların işğal olunmuş ərazilər kimi hüquqi statusu müəyyənləşdirilər, o ərazilərə beynəlxalq təşkilatlar tərəfindən nümayəndələrin hansı formada və hansı qaydalar əsasında səfər etməsi də o qanun çərçivəsində müəyyən qədər öz əksini tapar. Bu sahədə hüquqi baza yaradıldıqdan sonra bu qaydaları pozaraq həmin ərazilərə gələn insanlara qarşı Azərbaycan hökumətinin sanksiyalar tətbiq etməsi  mümkün ola bilər. 
Sədrlik edən. Çox sağ olun. Amma  Əli müəllim, bilirsi-niz ki, Azərbaycan hökuməti belə məsələlərə öz münasibətini bildirib və xarici ölkələrdən olan bir sıra parlament üzvləri ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik etdiklərinə görə  Azərbaycanda persona non-qrata elan olunublar. Bu məsələlərə baxılacaq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Bu mənim yeni çağırış parlamentdə ilk çıxışımdır. Ona görə fürsətdən istifadə edib, Oqtay müəllim, Sizi spiker seçilməniz münasibətilə təbrik edirəm. Sizin müavinlərinizə, komitə sədrlərinə, komitə sədrlərinin müavinlərinə də bu vəzifələrə seçilmələri münasibətilə təbriklərimi çatdırıram. Hesab edirəm ki, seçilmiş şəxslər tutduqları vəzifələrə layiqdirlər və onlara işlərində müvəffəqiyyətlər, uğurlar arzulayıram.
Oqtay müəllim, Sizin qaldırdığınız məsələyə mənim münasibətim birmənalıdır. Mən Sizi tam dəstəkləyirəm və hesab edirəm ki, belə bir məktub göndərilməlidir. Mən hörmətli Əli Əhmədovun təklifini də dəstəkləyirəm. Həmkarımız Mübariz Qurbanlı da vaxtilə məsələ qaldırmışdı ki, biz işğal olunmuş ərazilərin  statusu ilə bağlı xüsusi qanun qəbul etməliyik və həmin qanun bütün beynəlxalq təşkilatlara, bütün dövlətlərə, BMT-yə göndərilməlidir. Gürcüstan analoji qanun qəbul eləyib. Mən o qanunla şəxsən tanışam. Kifayət qədər mükəmməl qanundur, təqribən iki səhifəlik sənəddir. Hesab edirəm ki, dəyişiklik eləməyə də ehtiyac yoxdur. Elə o sənədi tərcümə eləyib qəbul eləsək, yaxud üzərində azacıq işləsək, mükəmməl bir sənəd olar.
Oqtay müəllim, mən hörmətli həmkarım Fazil Mustafanın söylədiyi məsələnin üzərinə qayıdıram. Bizim parlamentin ilk iclasında hamımız cənab Prezidentin çıxışına diqqətlə qulaq asdıq. Cənab Prezidentin də çıxışı, Sizin də çıxışınız, iclasa sədrlik edən hörmətli Fəttah müəllimin də çıxışı çox normal idi və hamımız bundan məmnun olduq. Cənab Prezident də söylədi ki, ölkənin siyasi sisteminin gücləndirilməsinə böyük ehtiyac var. Amma çox təəssüf ki, sonradan Milli Məclisin rəhbər strukturları formalaşdırılanda  digər partiyalardan bir nəfər də olsun bu qurumlara salınmadı. Halbuki onlar 12 nəfərdir və Milli Məclisin təqribən 10 faizini təşkil edirlər. Biz Cənubi Qafqazda bu tipli yeganə ölkəyik ki, digər partiyalar-dan bir nəfər belə Milli Məclisin komitələrində, yaxud digər rəhbərliyində təmsil olunmur.
Mən təklif edirəm ki, biz Daxili Nizamnaməyə mütləq yenidən baxaq və Milli Məclisdə yeni komitələr yaradaq. Burada mütləq Qarabağ komitəsi yaradılmalıdır. Ona görə ki, bu, ölkənin qarşısında duran ən ciddi məsələdir. Bilirəm, Yeni Azərbaycan Partiyasının üzvləri deyəcəklər ki, cənab Prezident bu işlə məşğul olur. Cənab Prezident iqtisadiyyatla, iqtisadi məsələlərlə də məşğul olur. Niyə bizdə İqtisadiyyat komitəsi var? Prezident bütün sahələrlə məşğul olur. Prezident özü də söyləyib ki, ölkədə baş verən hər yaxşı-pis şeyə görə o, məsuliyyət daşıyır. Ona görə bu komitənin yaradılması vacibdir. Bundan başqa, ən azından Avrointeqrasiya məsələləri üzrə komitə, –  bu məsələni vaxtilə Siyavuş Novruzov qaldırmışdı, – Türk respublikaları və MDB ilə iş üzrə komitə yaradıla bilər. Bunları Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi yanında alt komitələr kimi də yaratmaq olar. Hesab edirəm ki, büdcə və büdcəyə nəzarət komitəsinin də yaradılması son dərəcə zəruridir. 
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. İqbal Ağazadə, buyurun.
İ.Ağazadə. Sağ olun, möhtərəm Sədr. Hörmətli millət vəkilləri! Mən də yeni parlamentin işində bütün millət vəkillərinə və parlamentin rəhbərliyinə millətimiz, dövlətimiz naminə səmərəli fəaliyyət arzulayıram. Qarşıdan Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü gəlir. Hesab edirəm ki,  Milli Məclis bu ərəfədə hökumətə ilk növbədə iqti-sadi vəziyyətin ağırlığı və əhalinin sosial vəziyyəti ilə bağlı çox ciddi mesajlar verməlidir. Çörəyin qiymətinin qalxması əhalinin böyük əksəriyyətini çox ciddi şəkildə narazı salır. Bi-lirsiniz ki, bir ay müddətində çörək məhsullarının, un məhsullarının qiyməti ən azı 30 faizə qədər qalxıb. Hökumət ciddi addımlar atmalı və əhalinin aztəminatlı hissəsinin tələbatının ödənilməsi ilə bağlı ciddi bir proqram ortaya qoy-malıdır. Qarşıdan yeni il gəlir, qiymətlər qalxır. Bazarda möhtəkirlik və idxal-ixrac siyasətindəki proseslərə çox ciddi bir siyasət sərgilənməlidir ki, qiymətlər süni surətdə şişirdilməsin və əhali bundan əziyyət çəkməsin. Hesab edirəm ki, hökumət ilk növbədə bu məsələyə ciddi münasibət bildirməlidir.
İkinci. Hesab edirəm ki, cari məsələlərdə söz və mətbuat azadlığı ilə bağlı məsələlər bizim indiyə qədər ciddi şəkildə qaldırdığımız məsələlər sırasında olub. Mən çox istərdim ki, Avropa Məhkəməsinin də israrla  azadlığını tələb etdiyi Eynulla Fətullayevin azadlığa buraxılması təmin olunsun. O cümlədən seçkilər öncəsi Naxçıvanın Püsyan kəndində seçkiyə qoşulmuş Səxavət Əlisoyun aclıq aksiyası keçirən qohumlarına qarşı hər hansı bir təzyiqin, zorakılıq hallarının olmasına yol verilməsin. Fikrimcə, parlamentin müvafiq komissiyası və ombudsman bu məsələyə ciddi müdaxilə etməlidir. Aclıq edən insanların səhhətinə və onların həkimlə təmin olunmasına ciddi nəzarət olunmalıdır. Hesab edirəm, bu məsələlər parlament tərəfindən ciddi şəkildə qaldırılmalıdır.
Mənim qarşımda burada Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Ramil Həsənovun bir məktubu var. Diqqətinə görə təşəkkür edirəm ki, hamımızı Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edib. Amma təəssüf edirəm ki, Türkdilli Dövlətlərin Parlament Assambleyasının rəsmi blankının yuxarı hissəsində türk dilinə aid bircə söz də yoxdur. Hər şey ingilis dilindədir. Hesab edirəm ki, bu, nəzərə alınmalı və ən azı bu Parlament Assam-bleyasının nədən ötrü yaradıldığının fərqinə varılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Bahar xanım söz istəyir. Amma ondan qabaq mən  TürkPA ilə əlaqədar iki kəlmə deyim. Birinci, Türkdilli Ölkələrin Parlament Assambleyası beynəlxalq təşkilatdır. Mən bir misal çəkim. Üç  türkdilli ölkənin nümayəndələri ilə bir yerdə əyləşəndə mən iki dildə – gah rusca, gah da türkcə dan-ışıram. Ortaq dil məsələsi başqadır. Mən may ayına kimi TürkPA-nın Sədriyəm. Bu yaxınlarda təşkilatın 5 dildə hesabat toplusu  buraxılacaq, beşinci dil ingilis dilidir. Çünki biz TürkPA-ya beynəlxalq status vermək, onu dünyaya tanıtmaq istəyiriksə, hökmən ingilis dilindən istifadə etməliyik. Buyu-run, Bahar xanım.
B.Muradova.  Təşəkkür edirəm, Oqtay müəllim. Mən də hər şeydən əvvəl bütün millət vəkillərini həm seçilmələri, həm də qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Düşünürəm ki, bayram ərəfəsində bəzi narahatlıqların əsası var. Amma bəzi məlumatlar bir az dəqiq verilməlidir. Bütün bayramlar ərəfəsində hər zaman Azərbaycanda və eləcə də bütün dünyada qiymətlərin dəyişməsi, müəyyən mənada artması müşahidə olunur. Doğrudur, bizdə çörəklə bağlı narahatlıqlar var idi. Mən bilən, hər kəsin də məlumatı var ki, müvafiq dövlət strukturları lazım olan addımları atdılar. Azərbaycana taxıl və un məhsullarının daxil olması zamanı tutulan əlavə dəyər vergisi ləğv olundu. Hazırda çörəyin qiyməti əvvəlki kimidir və mən düşünürəm ki, bununla bağlı hər hansı bir problem yoxdur. Amma biz indi burada çörəyin qiyməti barədə polemikaya yer verəriksə, insanlar bizi bir az düz başa düşməzlər və elə bilərlər ki, parlamentdə çörəyin qiymətinin qalxması ilə bağlı fikir mübadiləsi aparılır və biz bu qiyməti qaldırmaq istəyirik. Ona görə gərək burada yanlışlıq olmasın.
Təkpartiyalı modellə bağlı fikirlə mən razılaşmıram. Azərbaycanda təkpartiyalı sistem mövcud deyil. Azərbaycanda, bildiyiniz kimi, çoxpartiyalı sistem mövcuddur. Seçkilər də buna əsasən keçirilib və kifayət qədər sayda imkanı olan partiyalar seçkidə iştirak eləyib. Müəyyən qədər səs qazananları da parlamentdə təmsil olunub. Gələcəkdə hansısa komitələrin yaradılması ilə bağlı fikirləri də mən, təbii, normal qəbul edirəm. Zaman gəldikdə bəlkə də bəzi komitələrin yaradılması məqsədəuyğun sayıla bilər. Düşünürəm, onda müxalifət nümayəndələrinin sayı bir az da artıq olarsa, biz o komitələrdə onların təmsil olunması işinə baxa bilərik. Amma hal-hazırda, məncə, – Qüdrət Həsənquliyevin çıxışındakı təbrik də onu göstərir, – bütün seçilmiş şəxslər öz postlarına layiqdirlər və  qarşıdakı illərdə də fəaliyyətlərini davam etdirəcəklər.
“Siyasi partiyalar haqqında” Qanunda dəyişikliklərin mən görüntü xatirinə yox, həqiqi mənada Azərbaycandakı ictimai-siyasi reallıqların əks etdirilməsi baxımından edilməsinin vacibliyini qəbul edirəm. Bəli, “Siyasi partiyalar haqqında” Qanun günün tələblərinə, zamanın şərtlərinə cavab vermir. Biz həm də yeni yaranmış siyasi reallıqları, parlament seçkilərindən sonrakı vəziyyəti nəzərə alaraq “Siyasi partiyalar haqqında” Qanuna yenidən baxmalıyıq. Düşünürəm ki, bunun üçün qarşıda bizim xeyli imkanlarımız var. Ötən müddət ərzində çoxsaylı təkliflər irəli sürülüb və bu təklifləri də nəzərə almaqla biz ciddi bir qanun layihəsini işləyib ortaya qoya bilərik.
Bəzi konkret şəxslərin məsələsinin hər dəfə burada qaldırılmasına gəlincə, mən düşünürəm ki, Azərbaycan xalqı və Azərbaycan ictimaiyyəti yeni seçilmiş parlamentdən onu narahat eləyən daha ciddi məsələlərin – xalqın həyat səviyyəsi, Azərbaycanda sosial və iqtisadi inkişaf, digər demokratik dəyişikliklərlə bağlı məsələlərin müzakirəsini və ciddi qərarların qəbulunu gözləyir. Hansısa konkret şəxslərin törətdiyi əməlləri və hüquq mühafizə orqanlarının ona adekvat qərarlarını hər dəfə müzakirə etməli deyilik.  Azərbaycan par-lamenti bu kimi şəxslərin taleyinin qanunauyğun şəkildə müəyyən olunmasını şərtləndirən qanunları qəbul edir və biz bu qanunların üzərində işimizi davam etdirməliyik.
Mən Oqtay müəllimin əvvəldə söylədiyi fikrə qayıtmaq istəyirəm. Düşünürəm ki, təkcə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Avronestdə nümayəndəliyimizin məsələyə münasibətini bildirməsi kifayət deyil. Bizim nümayəndə heyətləri təmsil olunduqları bütün beynəlxalq təşkilatlara, eləcə də Avropa Parlamentinə müvafiq münasibətləri özündə əks etdirən sənədləri, müraciətləri göndərməlidir. Biz ATƏT-in mandatına daxil olan səlahiyyətlərin başqaları tərəfindən mənimsənilməsinə də öz münasibətimizi bildirməli və Azərbaycanın suverenliyinə,  beynəlxalq aləmdə  Azərbaycan dövlətinin haqlarına qarşı yönəlmiş bütün cəhdlərin qarşısını qətiyyətlə almalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, mən də ilk öncə Sizi parla-mentin rəhbəri seçilməyiniz münasibətilə təbrik edirəm. Biz, eyni zamanda, parlamentin Sədr müavinlərini də təbrik edir və inanırıq ki, ötən beş ildəki kimi bu beş ildə də Sizin rəhbərliyiniz altında parlament çox uğurlu fəaliyyət həyata keçirəcək.
Sizin toxunduğunuz məsələ ilə bağlı. Bu çox vacib bir məsələdir. Mən hesab edirəm ki, Avropa Birliyinin, Avropa Parlamentinin rəhbərliyinə ünvanlanacaq müraciət bütün avro-palı parlamentarilərə də göndərilməlidir.  Eyni zamanda, Polşa parlamentinin rəhbərliyinə və deputatlarına da  bununla bağlı ayrıca müraciət göndərmək lazımdır. Amma mən düşünürəm ki, bu məsələ təkcə parlamentin məsələsi deyil, bütün cəmiyyətimiz, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar da bu məsələdə çox fəal olmalıdırlar. Yəqin ki, mənim həmkarlarım da bu fikri dəstəkləyərlər. Məncə,  Av-ropadakı diasporumuz, bütün soydaşlarımız həm Avropa Parlamentinə, həm Avropa Birliyinə, həm də yaşadıqları ölkələrdən Avropa Parlamentinə seçilmiş deputatlara  müraciətlər göndərərək Tomaş Porebanın bu əməllərinin beynəlxalq hüquqa nə qədər zidd olması ilə yanaşı, ilk öncə münaqişənin tənzimlənməsinə nə qədər mənfi təsir göstərdiyini onlara çatdırmalıdırlar.
Mən çox istərdim ki, bu müraciətləri bizim həm Azərbaycan içərisində, həm də beynəlxalq çərçivədə işləyən qeyri-hökumət təşkilatlarımız da göndərsinlər. Çünki söhbət təkcə Tomaş Porebadan getmir. Çox təəssüf ki, biz bu tendensiyaları digər ölkələrin nümayəndələrində də görürük.  AŞPA-da bizim nümayəndə heyətinin rəhbəri hörmətli Səməd müəllim yaxşı xatırlayır. Biz AŞPA-nın iyun sessiyasında iştirak edirdik. Avropa Şurasının fransalı deputatı bizi hətta ittiham edirmiş kimi bildirdi ki, mən Qarabağa getmişəm, bu açıqlamaları vermişəm. Nəyə görə Azərbaycanın Xarici İşlər Nazirliyi, Azərbaycan dövləti məni qara siyahıya salır, mənə qarşı belə münasibət var? O zaman biz öz çıxışlarımızda cavab verdik ki, sizin əməllərinizi biz Fransaya qarşı etsəydik, siz nə cür reaksiya verərdinizsə,  Azərbaycan dövləti də sizə o cür reaksiya verib. Yəni bu cür adamlar, təəssüf ki, başqa ölkələrdə də var. Ona görə Oqtay müəllim, çox gözəl olardı ki, Sizin rəhbərliyinizlə xüsusi bir qanun hazırlansın və o qanunda göstərilsin ki, Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olan ərazilərinə keçmiş, orada açıqlamalar vermiş şəxslər  Azərbaycanda persona non-qrata elan olunurlar. Onlar bu gün və gələcəkdə də Azərbaycana gələ bilməyəcəklər. Bu təkcə siyasətçilərə aid deyil, mədəniyyət xadimlərinə də aid olmalıdır. Düzdür, Xarici İşlər Nazirliyi səviyyəsində, dövlətimiz səviyyəsində müəyyən addımlar atılır. Amma ümumi bir qanuna da, məncə, ehtiyac vardır.
Sədrlik edən.  Çox sağ olun, Qənirə xanım. Mənim indi ulu öndərimiz, mərhum Prezidentimizlə bağlı bir epizod yadıma düşdü. Vaxtilə o, Fransada səfərdə olanda  ermənilər orada Azərbaycana qarşı mitinqlər təşkil edirdilər. Prezidentlə görüşə gəlmiş Azərbaycan diasporunun nümayəndələri arasında belə bir fikir səsləndi ki, ermənilər burada güclüdürlər, çoxdurlar, onların 40 qəzeti çıxır. Onda cənab Prezident dedi ki, yaxşı, onlar çoxdurlar, 40 qəzet buraxırlar, siz birləşin, bir qəzet, ya bir jurnal buraxın. İndi Milli Məclis bizim diaspordan xahiş etməli deyil ki, siz bu insanlara öz münasibətinizi bildirin. Müasir dövrdür, kompüter var, saytlar var, ünvanlar var. Onların öz içindən gəlməli, bu işi öz istəkləri ilə görməlidirlər. Hamınız xaricə gedirsiniz, diasporla görüşün, deyin, onlar da yazsınlar.
Bir məsələni də xatırladım. Siz özünüz də iştirak edirdiniz. Kaliforniyadan Azərbaycana 6 qadın deputat gəlmişdi. Onlar Azərbaycan haqqında çox yüksək fikirlə geri qayıtdılar. Geri qayıdan kimi Azərbaycan haqqında çox böyük müsahibələr verdilər. Bir ay sonra onlardan biri bizə zəng eləyib dedi: “Üzr istəyirik biz. Ermənilərin məktublarından, müraciətlərindən mənim kompüterim dağılır. Mən işdə otura bilmirəm. Mən bundan sonra danışa bilməyəcəyəm”. Onlar işləyirlər, bizimkilər işləmirlər. Biz xaricdəki soydaşlarımızı fəallığa çağırmalıyıq. Özü də buradan yox, olduğumuz yerlərdə də on-lara bunları deməliyik. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Məclis, hörmətli sədarət! Mənim də yeni parlamentdə ilk çıxışım olduğuna görə bu fürsətdən istifadə edib həm parlamentin yeni rəhbərliyini, həm də yeni tərkibini ürəkdən təbrik eləmək istəyirəm. Parlamentin millətimiz üçün xeyirli və uğurlu olmağını arzulayıram.
Burada məndən əvvəl bir-iki məsələyə toxunuldu. Əvvəla, Oqtay müəllim, təbii ki, Sizin dediyiniz ciddi məsələdir və biz bu kimi hallara öz münasibətimizi bildirməliyik. Amma mən çox istərdim ki, biz bu məsələlərdə müdafiə mövqeyindən da-ha çox qabaqlayıcı mövqeyə keçək. Ümumiyyətlə, Qarabağ məsələsində Azərbaycan davamlı olaraq bir hücum, bir qa-baqlayıcı mövqe nümayiş etdirməlidir. Əhalimiz, 1 milyon in-san öz torpağına qayıtmaq istəyir, bizim səsimiz çıxmır. Dünya heç eşitmir, bizim qaçqınlar ora qayıtmaq istəyirlər, yoxsa yox. Hansı tədbirləri gördünüz, nə iş gördünüz, gərək bu görünsün.
İkinci, burada artıq toxunuldu. Hörmətli cənab Prezident burada çıxış edəndə Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi zərurətindən danışdı. Mən hesab edirəm, bu, ilk növbədə parlamentin özündən başlanmalıdır. Burada artıq deyildi. Xatırlatmaq istəyirəm ki, 1990-cı ildə parlamentin 360 deputatdan ibarət tərkibinin cəmi 5 faizi müxalifət idi və onlar parlament sədrinin bir müavini və üç komitə sədri ilə parlamentdə təmsil olunurdu. Bu gün 10 faizdir. Bu 10 faiz hər hansı bir şəkildə parlamentdə niyə təmsil olunmamalıdır? Şəxsən mənə vəzifə lazım deyil. Mən o vaxt komissiya sədri idim və bunların hamısını görmüşəm. Amma ümumiyyətlə, biz istəyirik ki, Avropa bizə hörmətlə yanaşsın. İlk növbədə özümüz özümüzə hörmətlə yanaşmalıyıq.
Deyirlər, Azərbaycanda müxalifət yoxdur, müxalifət məhv olub. Deyək ki, radikal müxalifət qaldı tam kənarda. Parlamentdə normal bir müxalifət var. Bu müxalifətə bizim münasibətimiz necədir? Məsələn, Prezident buraya gələndə nəyə görə Yeni Azərbaycan Partiyasından seçilmiş deputat-larla yanaşı, müxalifət deputatlarını da qəbul eləmədi? 15 dəqiqə, 20 dəqiqə oturdu orada. Bizim deməyə sözümüz var idi. Bütün düymələr söndürülmüşdü. Niyə imkan yaranmadı ki, biz də sözümüzü deyək, parlamentin işi ilə bağlı arzularımızı çatdıraq? Dialoqdan danışırıq. Bu dialoq burada başlaya bilərdi. Hesab edirəm, gələcək üçün bu çox vacibdir.
Seçkilər zamanı bir çox təkliflər səslənmişdi, bilirsiniz. O təkliflər öyrənilməli və Azərbaycanın siyasi həyatındakı müəyyən kəm-kəsirlər aradan qaldırılmalıdır.
Sonra, burada indi deyildi. Mən də təklif edərdim. Dey-irik ki, Azərbaycandan kənarda 5 dəfə, 10 dəfə artıq bizim soydaşlarımız yaşayırlar.  Niyə Məclisdə xaricdə yaşayan azərbaycanlılarla və türk dünyası ilə əlaqələr komitəsi yaradılmasın? Mən hesab edirəm, bu çox vacibdir.
Sonra, Siz deyirsiniz ki, türk dili beynəlxalq dil deyil. Yəni burada ingiliscə yazılıb,  normal dildir, amma türk dili çoxdan Avropa Şurasının ...
Sədrlik edən. Birinci, türk dili türk dilidir. Türk dili nə Azərbaycan dilidir, nə qazax dilidir. Hər xalqın öz yazı dili, ədəbi dili var. Biz bunu niyə xırdalayırıq?
İkinci, Siz indi dediniz, cənab Prezident burada müxalifətin nümayəndələrini qəbul etmədi. Cənab Prezident Yeni Azərbaycan Partiyasının nümayəndələrini Prezident kimi yox, Yeni Azərbaycan Partiyasının sədri kimi qəbul etmişdi. Yeni Azərbaycan Partiyasının nümayəndələri Milli Məclisdə çoxluq təşkil edir. Ona görə Prezident onları partiyanın sədri kimi qəbul eləmişdi. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, Avropa Parlamenti üzvünün Qarabağla əlaqədar hüquqa və mənəviyyata zidd hərəkətini mən də pisləyir və bu məsələdə Sizin mövqeyinizi tamamilə dəstəkləyirəm. Eyni zamanda, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti ilə bağlı bir təklifimi də irəli sürmək istəyirəm.
1906–1908-ci və 1918–1920-ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mindən çox yaşayış məntəqəsi dağıdılmış, 600 minə yaxın insan öldürülmüş, 1 milyon 300 mindən çox soydaşımız deportasiya edilmişdir. 1930–1937-ci illərdə bu torpaqlarda yaşayan 70 mindən çox azərbaycanlı müxtəlif bəhanələrlə Sibirə və Qazaxıstana sürgün edilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabr və 1948-ci il mart tarixli qərarları ilə Ermənistan SSR-də yaşayan 150 mindən çox azərbaycanlı deportasiya olunmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan SSR-in 264 yaşayış məntəqəsində yaşayan 250 min azərbaycanlının hamısı etnik təmizləmə əməliyyatına məruz qalmış və bu hadisələr zamanı 250 nəfər qətlə yetirilmişdir. Bu illər ərzində Ermənistandakı 2100 azərbaycanlı yaşayış məntəqəsinin hamısının adı dəyişdirilərək erməniləşdirilmişdir.
Ermənistan azərbaycanlılarının faciəli taleyinə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən siyasi qiymət verilmişdir. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, soydaşlarımızın dədə-baba yurdlarından qovulmasına hü-quqi qiymət verilməmiş və bu hadisə beynəlxalq ictimaiyyətə yetərincə çatdırılmamışdır. Ən qorxulusu isə odur ki, deporta-siya faktı gündəlik qayğılar fonunda unudulmaqdadır. Əgər Ermənistandan soydaşlarımızın kütləvi surətdə deportasiya ol-unduğu 1988-ci ilin 2 dekabr günü əvvəlki illərdə müxtəlif səviyyələrdə yad edilirdisə, bu il bu faciəvi tarix yalnız bir QHT-nin keçirdiyi tədbir və bir televiziya kanalının 2 dəqiqə 15 saniyəlik süjeti ilə xatırlandı. Yuxarıda söylədiklərimi əsas gətirərək təklif edirəm ki, Milli Məclisin qərarı ilə 2 dekabr tarixi təqvimdə Ermənistanda yaşayan etnik azərbaycanlıların deportasiya günü kimi qeyd olunsun. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Artıq yarım saatdan çoxdur, müzakirə edirik. Məlahət xanıma da söz verək, sonra keçək gündəliyə. Məlahət İbrahimqızı buyursun.
M.İbrahimqızı. Çox sağ olun, cənab Sədr. Mən də fürsətdən istifadə edib Sizi və parlamentin rəhbərliyini, eləcə də komitə sədrlərini  Milli Məclisin IV çağırışında yenidən rəhbərliyə seçilmələri münasibətilə təbrik edirəm. Əminəm ki, inşallah, IV çağırışda da parlamentdə çox uğurlu qanun layihələrinə və fəaliyyətə imza atılacaqdır.
Hörmətli cənab Sədr, Tomaş Poreba barədə qaldırdığınız məsələdə Sizin mövqeyinizi tam dəstəkləyirəm. Mən hesab edirəm ki, Avropa Parlamentinin üzvü Tomaş Porebanın  Dağlıq Qarabağa icazəsiz səfəri və məsuliyyətsiz bəyanatları ilə bağlı təkcə bizim Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi yox, hər birimiz ayrı-ayrılıqda münasibət bildirməli və bu münasibətləri yazılı formada Avropa Parlamentinin rəhbərliyinə və Tomaş Porebanın təmsil etdiyi ölkənin parlamentinə göndərməliyik.
Bu gün biz gündəlikdə çox vacib və çox tarixi əhəmiyyətli qanun layihələrini müzakirə edəcək və sözsüz ki, onların qəbuluna səs verəcəyik. Bu gündəlikdə olan qanun layihələri arasında Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında qəbul olunmuş Bəyannamənin, eləcə də Azərbaycanla Türkiyə arasında  strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilənin təsdiq edilməsi haqqında qanun layihələri xüsusi yer tutur. Mən deyərdim ki, bu sənədlər Azərbaycan–Türkiyə dostluğunun, qardaşlığının ən yüksək zirvəsidir. Hesab edirəm ki, bunlar ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə–Azərbaycan diasporlarının I qurultayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi “bir millətin iki diasporu ola bilməz” müdrik kəlamlarını özündə əks etdirən  sənədlərdir.
Yəqin ki, dünən siz saytlarda oxudunuz. Bu gün Bakı vaxtı ilə saat 7-də Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasında erməni lobbisi  qondarma erməni soyqırımının müzakirəsi məsələsini yenidən qaldırıb və Pala-tanın 435 üzvündən 148-i artıq buna imza atıbdır. Mən hesab edirəm ki, bu gün bizim parlamentimiz Amerika Birləşmiş Ştat-ları Konqresinin Nümayəndələr Palatasına mütləq müraciət göndərməlidir. Çünki bu, ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyinə xələl gətirə biləcək bir qərar ola bilər. 
Sədrlik edən.  Çox sağ olun, Məlahət xanım. Siz deyirsiniz, bu gün  səhər saat 7-də bu, saytda çıxıb. Amma hələ bu haqda bir dəqiq məlumat yoxdur. Onlar bir gün deyil, neçə gündür buna səy göstərirlər. Amma hələ bunun bir nəticəsi yoxdur. Çox sağ olun.
Müzakirələri sona çatdırdıq. İndi gündəliyimizə keçirik. Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Qeyd et-diyiniz kimi, cənab Prezident tərəfindən Nəsirov İnqilab Maşallah oğlunun Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunması üçün namizədliyi irəli sürülüb. Hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, dekabr ayında Məhkəmə-Hüquq Şurası çox gərgin fəaliyyət göstərib. Bir çox regional məhkəmələrin sədrləri cənab Prezidentə  hakimlərlə bağlı təqdimatlar verib.
Bilirsiniz ki, həyata keçirdiyimiz məhkəmə-hüquq islahatları çərçivəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi artıq ləğv olunmuşdur və bu cür işlərə regionlarda yaradılmış ağır cinayətlərə dair işlər üzrə məhkəmələr baxacaqdır. Bildiyiniz kimi, 2007-ci ildən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsində hörmətli İnqilab Nəsirov işləmişdir.
İnqilab müəllim uzun illər peşəkar vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Amma elə bilirəm ki, Azərbaycanın həm hüquq, həm də siyasi ictimaiyyəti onu 1990-cı illərin axırlarından daha geniş tanımağa başlamışdır. Çünki o, Mərkəzi Seçki Komissiyasının üzvü kimi də fəaliyyət göstərmişdir. 2001-ci ildən başlayaraq o, Bakı şəhər Səbail rayon məhkəməsinin sədri, sonra Apellyasiya Məhkəməsinin sədr müavini və nəhayət, 2007-ci ildən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsində çalışmışdır.
İnqilab müəllim çox peşəkar bir hüquqşünasdır. Təbii ki, Məhkəmə-Hüquq Şurası da onun təcrübəsini və peşəkarlığını  nəzərə alaraq cənab Prezidentə belə bir təqdimat vermiş və ölkə Prezidenti tərəfindən Milli Məclisə İnqilab müəllimin Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olun-ması ilə bağlı təqdimat daxil olmuşdur. Elə bilirəm ki, həmkarlarım da cənab Prezidentin bu təqdimatını dəstəkləyəcəkdir. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Əli müəllim, sağ olun, təşəkkür edirəm. Mən hesab edirəm ki, İnqilab müəllimi burada tanımayan yoxdur. Ona görə əgər etiraz etmirsinizsə, müzakirəsiz-filansız səsə qoyaq, münasibət bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  111
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. İnqilab müəllim, Sizi təbrik edir və gələcək işlərinizdə uğurlar arzulayırıq. Sağ olun. (Alqış-lar.)
Sədrlik edən. Növbəti məsələ –  “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanu-nu (ikinci səsvermə). Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Bildiyiniz kimi, bu bizim parlamentin elə öz təşəbbüsü ilə irəli sürül-müş və referendumun nəticəsində təqdim olunmuş bir qanun layihəsidir. O, üç oxunuşda geniş müzakirə olunub. Parla-ment bu Konstitusiya Qanununa səs verib. Sadəcə, konstitu-sion  prosedur baxımından bu gün təkrar səsvermə olacaq. Ona görə hesab edirəm ki, müzakirələrə yazılmaq cəhdi əbəsdir və bu gün millət vəkilləri formal olaraq ikinci dəfə Konstitusiya Qanununa səs verməlidirlər. Buyurun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Güman edirəm ki, Qüdrət müəllim də bunu çox gözəl bilir. Biz birinci səsvermədən 6 ay sonra ikinci səsvermə keçiririk. Mən əminəm ki, Qüdrət müəllim də bu qanunun ən qızğın tərəfdarlarından biridir. Diqqətli olun, xahiş edirəm. Biz bu qanunu 95 səs çoxluğu ilə qəbul etməliyik. Buyurun, münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 111
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  113
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun, təşəkkür edirəm.
Növbəti məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Konstitusiya qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu gün sizin diqqətinizə cənab Prezident tərəfindən qanun-vericilik təşəbbüsü qaydasında  “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombuds-man) haqqında” Konstitusiya Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında Konstitusiya qanununun layihəsi təqdim edilmişdir.
Bu Konstitusiya qanunu layihəsinin Milli Məclisin müzakirəsinə təqdim olunmasının iki əsas səbəbi var. Layihənin mətnindən də göründüyü kimi, təklif olunan əlavə və dəyişikliklər, birincisi, Azərbaycan Respublikasının iştirakçısı olduğu BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konven-siya”sının Fakültativ Protokolundan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. İkinci qrup əlavələr və dəyişikliklər isə “İnformasiya əldə etmək haqqında” Qanun-da nəzərdə tutulmuş implementasiya – nəzarət mexaniz-minin Konstitusiya qanununda əks etdirilməsindən və mü-vafiq olaraq İnsan hüquqları üzrə müvəkkilə bu funksiyaların həvalə olunmasından ibarətdir. Yəni bu iki əsas amil konseptual baxımdan belə bir Konstitusiya qanununun zəruriliyini meydana gətirmişdir.
Birinci məsələ ilə bağlı onu qeyd edə bilərəm ki, hələ 2009-cu ildə cənab Prezidentin müvafiq sərəncamı olmuşdur. Bu sərəncama görə adı çəkilən fakültativ protokolda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) müəyyən edilmişdir. Faktiki olaraq artıq bir il ərzində İnsan hüquqları üzrə müvəkkil təsisatı bu məsələ ilə məşğul olur. Əslində, biz bu gün Konstitusiya qanununda cənab Prezidentin də sərəncamında öz əksini tapmış İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin əsaslarını onun fəaliyyətini tənzimləyən qanunda əks etdirmək zərurətini qarşımıza qoymuşuq.
Birinci hissə ilə bağlı onu deyə bilərəm ki, komitələrin birgə iclasında çox ciddi müzakirə olmuşdur. Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında komitə sədrləri, müvafiq şöbənin müdiri və bir sıra millət vəkilləri arasında fikir mübadiləsi, bir qədər də mübahisə olmuşdur. Bu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitu-siya Qanununun 1.1-ci maddəsi ilə 1.2-ci maddəsi arasında olan ziddiyyətlə bağlı olub. Qüdrət Həsənquliyev, İlyas  İs-mayılov, Fazil Mustafa hesab edirdilər ki, bu müddəalar bir-birinə ziddir və belə  halda, yəni milli preventiv hüquqların ombudsmana verilməsindən ötrü 1.1-ci maddədə bir düzəliş olmalıdır. Hüquqi təfsir baxımından biz burada ciddi bir ziddiyyət görmürdük, amma millət vəkillərinin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, hörmətli hüquqşünas millət vəkillərinin bu fikri qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırılmışdır. Məsələ müzakirə olunmuş və bu qeyd nəzərə alınmışdır: “1.1-ci maddədə “edilməsi” sözündən sonra “və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqlarının pozulmasının qarşısının alın-ması” sözləri əlavə edilsin”. Bu, monitorda da artıq öz əksini tapmışdır. Beləliklə, hesab edirəm ki, bizim birinci məsələ ilə bağlı ümumi, vahid bir fikrimiz mövcuddur. 
Konstitusiya Qanununa edilən 2-ci qrup əlavə və dəyişikliklər, qeyd etdiyim kimi, “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulmuş nəzarət mexanizminin İnsan hüquqları üzrə müvəkkil (ombudsman)  təsisatına verilməsi ilə bağlıdır. Bu məsələnin üzərində bir qədər dayanmaq istərdim, çünki bu məsələ müzakirə olunduqdan sonra  mətbuatı təmsil edən bir sıra qurumlar və Mətbuat Şurası tərəfindən verilən reaksiya bizim  təəccübümüzə səbəb olmuşdur. Belə düşünülürdü ki, əgər “İnformasiya əldə etmək haqqında” Qanunda belə bir mexanizmin, müvəkkil təsisatının yaradılması varsa, bu, mütləq ayrıca bir qurum olmalıdır.
Hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil  (ombuds-man) təsisatı bir konstitusion qurum kimi yaradılıb. Bir çox təcrübələr var. Ayrı-ayrı hüquqların müdafiəsi ilə bağlı ayrı-ayrı müvəkkil təsisatları, ombudsmanlar var. Misal üçün, uşaq hüquqlarının müdafiəsi, hərbçilərin hüquqlarının müdafiəsi ilə bağlı belə təsisatlar var. Amma vaxtilə Azərbaycanda bu, Konstitusiya Qanunu formasında qəbul olundu, ombudsman bir konstitusion qurum kimi yaradıldı. Bütün hüquqların müdafiəsi ilə bağlı vahid bir sistem, vahid bir qurum formalaşdı – İnsan hüquqları üzrə müvəkkil. Təsisatımız artıq uzun illərdir ki, fəaliyyət göstərir.
Təsadüfi deyil ki, bu təsisatın rəhbərinin – ombudsmanın təyinatında parlament birbaşa iştirak edir. Cənab Prezident tərəfindən 3 namizəd irəli sürülür və parlamentdə qərar qəbul olunur. Bu gün İnsan hüquqları üzrə müvəkkil hörmətli Elmira Süleymanova parlament tərəfindən seçilmiş bir şəxsdir. Cənab Prezidentin də informasiya əldə etməklə bağlı müvəkkil təsisatının mövcud təsisat çərçivəsində görməsi təsadüfi deyil, çünki informasiya əldə etmək hüququ hər bir vətəndaşa məxsusdur. Bu, sırf mətbuatla, söz azadlığı ilə bağlı olan bir məsələ deyil. Bu, daha genişdir, hər bir vətəndaşa məxsusdur.
Əgər bilmək istəyirsinizsə, digər konstitusion hüquqlar kimi informasiya əldə etmək hüququ ilə bağlı istənilən bir müraciəti bu gün İnsan hüquqları üzrə müvəkkil təsisatı qəbul edir və araşdırır.  “İnformasiya əldə etmək haqqında” Qanunda bu məsələnin  tam mexanizmi açıqlanıb. Hesab edirik ki, cənab Prezidentin təqdim etdiyi variantda  infor-masiya əldə etmək hüququnun çox vacibliyi nəzərdə tutulur və bunun qorunması ilə bağlı mexanizm   konstitusion bir quruma – ombudsmana tapşırılır.
Əminəm ki, bu variant parlament tərəfindən qəbul ol-unacaq. Elə bilirəm ki, sadəcə, bundan sonra ombudsman aparatında ixtisaslaşmış müvafiq bir şöbənin və yaxud da departamentin yaradılması ilə bu məsələnin təşkilatçılıq tərəfini həll etmək mümkün olacaqdır. Bu baxımdan, hesab edirəm ki, bu məsələ də qanunvericilik təşəbbüsü subyekti tərəfindən düzgün olaraq məhz bu formada təqdim olun-muşdur. Əminəm ki, parlament hər iki məsələni  dəstəkləyəcək. Konstitusiya qanunu qəbul olunarsa, bundan sonra “İnformasiya əldə etmək haqqında” Qanunun VI fəsli qüvvədən düşmüş hesab olunur. Daha doğrusu, biz “İnfor-masiya əldə etmək haqqında” Qanunun VI fəslinin qüvvədən düşməsi ilə bağlı bir layihə təqdim edəcəyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Rəbiyyət xanım,  bu məsələ sizin komitədə də müzakirə olunub. Əlavəniz varmı?
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Qanun layihəsi hər iki komitənin  birgə iclasında müzakirə olundu. Komitə üzvlərinin yekun qərarı belə oldu ki, qanun layihəsi plenar iclasa təqdim olunsun.
Bu əlavə və dəyişikliklər hansı zərurətdən yaranır? Bu gün Azərbaycan cəmiyyətində ictimai münasibətlərin dəyişməsi mövcud  qanunvericilikdə də əhəmiyyətli dəyişikliklərə səbəb olur. İnkişaf dinamikası sükunəti sevmir və qəbul etdiyimiz qanunların hər birində müəyyən əlavə və dəyişikliklər edilir, bu, təbiidir.
2001-ci ildə qəbul  etdiyimiz  qanuna əsasən yaranan om-budsman təsisatı da, sözsüz ki, donuq bir qurum deyil, o, inkişaf edir və təbii ki, insan hüquqlarının qorunması sahəsində fəaliyyətini bir az da genişləndirir. Bu baxımdan ombudsman təsisatına yeni hüquqların, yeni səlahiyyətlərin verilməsi dövrün tələbidir və ona görə də qanuna edilən dəyişikliklər müasir dövrün tələblərinə cavab verəcək.
Mən inanıram ki, bunlar da hələ sonuncu dəyişikliklər deyil. Zaman keçdikcə müasir dünyada qəbul edilən konvensiyaların, onlardan irəli gələn protokolların müəyyən müddəalarının Azərbaycan gerçəkliklərinə tətbiqi həmin təsisatın işində də yeni dəyişikliklərə səbəb olacaq və struktu-run genişlənməsinə gətirib çıxaracaq. Mən inanıram ki, bu, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının tam təmin olunması üçün irəliyə doğru atılan bir addımdır və bu fəaliyyətin gerçəkləşməsində həmin təsisata uğurlar arzulayıram. Hörmətli həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, sağ olun. Müzakirəyə eh-tiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid müəllim o saat reaksiya verir. Buyu-run, Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən bu məsələnin ayrı-ayrı müddəaları üzərində geniş dayanmazdan öncə istərdim ki, “İnformasiya əldə etmək haqqında”  Qanunun tarixinə qısa bir qayıdış edim.  2005-ci ildə qəbul olunan bu qanunun adı o dövrdə “İnformasiya azadlığı haqqında” idi. Orada yer almış müddəalar əgər olduğu kimi saxlansaydı, bu gün müəyyən qurumların xüsusi olaraq birləşdirilməsinə  və bu məsələ ətrafında mediada ayrı-ayrı mənfi yanaşmalara, guya Azərbaycanın bu səlahiyyətləri ombudsmana verməsi ilə beynəlxalq öhdəlikləri pozması haqqında iddialara bir ehtiyac olmayacaqdı.
Xatırladıram ki, o dövrdə bu məsələnin gündəmə gəlməsinin başlıca səbəbi, ümumiyyətlə, Avropa arealında dövlətlərin vətəndaşlar qarşısında məsuliyyətini artırmaq, səmərəli idarəetmə sistemini bərqərar etmək üçün malik olunan in-formasiyaları cəmiyyətə açıqlamaq idi. Onun da adı dəqiqliklə müəyyənləşmişdi – ictimai əhəmiyyətli informa-siyalar. Bu informasiyaların dövlət sirri xarakteri daşıyan məxfi informasiyalardan, məhkəmə-hüquq sisteminə, şəxsi həyatın toxunulmazlığına bağlı olan informasiyalardan, kommersiya sirri olan informasiyalardan fərqini bir çoxları dəqiqliyi ilə bilirlər. Ona görə də söhbət daha çox ondan ge-dirdi ki, vətəndaş informasiya azlığında qalmasın, müxtəlif dövlət qurumlarının, xüsusilə səhiyyə, təhsil, məhkəmə qu-rumlarının çıxardığı qərarlar ona çatdırılmış olsun.
Təklif olunurdu ki, bu işi həyata keçirmək üçün informasiya sahəsi üzrə bir komissarlıq yaradılsın. Sonra belə bir mövqe oldu ki, “komissarlıq” sözü sovet assosiasiyası doğurur, sovet dövründəki imperiya hisslərini yada salır. O dövrdə də informasiya üzərində dövlət başçısının monopoliyası var idi. Ona görə təklif olundu ki, gəlin, bunu komissarlıq yox, müvəkkil adlandıraq. “Müvəkkil” adlandırmanın nəticəsi də belə bir sonluqla başa çatdı. Düşünürəm ki, Əli müəllimin sonuncu mövqeyi xüsusi olaraq qabardılmalıdır. Məsələn, bu qanunun bir sıra fəsli bütövlükdə indiki dəyişikliklərdə çox ciddi zərbə altında qalır. Məsələn, orada qeyd olunurdu ki, müvəkkil 5 ilə seçilir, 7 gün ərzində onun statusuna uyğun olmayan...
Sədrlik edən. Zahid müəllim, üzr istəyirəm. Xahiş edirəm, dəramədsiz, mahiyyət üzrə “Mustafasını” de...
Z.Oruc. Bununla əlaqəli məsələlər, həqiqətən də, Konsti-tusiya  qanunu qəbul olunandan sonra ciddi dəyişikliklərə məruz qalmalıdır.
İkinci tərəfdən, düşünürəm ki, bizim bu müzakirəmiz çox həssas bir zamana təsadüf edir. Avropada Culian Assanj adlı bir şəxs tapılır, Amerikanın malik olduğu informasiyaları açıqlayır. Bundan sonra mənim üçün  dünyanın geostrateji həyatı, dövlətlərarası durum, ayrı-ayrı qalmaqallar, təfəkkür sistemi, psixoloji həyat bir qırağa qalır, “demokratiya  testi” göz önünə gəlir. Baxaq görək, dövlətin malik olduğu infor-masiyanın müəyyən bir sızmalarla cəmiyyətə çıxması həmin informasiya azadlığı haqqında qanunları Avropa həyatına gətirmiş ölkələrdə necə reaksiyalar doğurur. 
Məsələn, Co Bayden  dünən qeyd edir ki, bu adam informasiya terrorçusudur. Sara Pelin də deyir ki, bu şəxsi asmaq lazımdır. Konservativ demokratlar onu ciddi şəkildə cəzalandırmağı və ən azı ömürlük həbsə atmağı tələb edirlər və sair. Ona görə də mən öz-özümə düşünürəm ki,  doğrudan da, dövlətin malik olduğu informasiyaları bütövlükdə cəmiyyətə çıxarmaq çox ciddi mənfi nəticələr doğura bilər. Amma eyni zamanda, buna yanaşmalar da məni təəccübləndirdi. Avropa qurumları bizdən tələb edirdilər ki, dövlətin informasiya üzərində nəzarəti olmasın, daha çox cəmiyyətə çıxarılsın. Amma əvəzində Culian Assanj bütün  viza, master kart və  sair...
Sədrlik edən. Zahid müəllim, qanun layihəsi ilə bağlı danışın. Dedim ki, bərdaşsız.  Cozef elə dedi, Culian Assanj belə getdi. Bunun yeri deyil  axı, Zahid müəllim.  Buyurun, davam edin, yekunlaşdırın.
Z.Oruc. Ziyafət müəllim, parlament üzvü nəyi düşünürsə, onu danışmaq haqqına malikdir və  mən bilavasitə məsələdən danışıram.
Sədrlik edən. Başa düşürəm, danışmaq haqqına malikdir, amma yerində, Zahid müəllim. Qanun layihəsi qalıb kənarda, Siz başlamısınız Amerikadan, Avropadan danışmağa. Gəlin, Azərbaycana çıxın, qanun layihəsindən danışın. 
Z.Oruc. Bizim polemikamız yeni seçilmiş parlament üzvləri üçün pis nümunə yaratdı. Mənim mövqeyimə bu şəkildə münasibəti artıq sayıram. Mən bilavasitə məsələdən danışıram. Mən Sizi əmin edirəm ki,  bəlkə də hamı bunları dinləmək istəyir. Ona görə sədrlik, iclası idarə etmək funk-siyasından sui-istifadə etməyin.
Sonuncu fikrimi tamamlamaq istəyirəm. Ayrı-ayrı beynəlxalq qurumların bu məsələ ilə bağlı həmin şəxsə münasibəti bizi indiki addımı atarkən, doğrudan da, nisbətən ehtiyatlı ol-mağa vadar edir. Azərbaycana barmaq silkələyən Qross və başqaları haradadır, niyə o şəxslərin haqlarını qorumurlar? Axı, bunlar qanunla yol verilmiş hüququ icra edirlər. Yəni əllərinə düşmüş informasiyanı dövlət sirri də olsa, açıqlamaq hüququna malikdirlər. Bu, Avropada tanınmış bir haqdır. Onu qoruya bilməyən qurumlar günahkardırlar. Ona görə mən bu məsələ üzərində   belə geniş dayanmalı oldum.
Hər bir halda düşünürəm ki, bu məsələnin qəbul olunması ombudsmanın bu sahə ilə bağlı ata biləcək addımlarının miqyasını genişləndirir. Yəni Konstitusiyaya görə vətəndaşın informasiya almaq hüququ var. O, ombudsman təsisatının nəzdindəmi yaradılacaq, yoxsa müstəqil bir qurum olacaq, bu, məsələnin önəmli tərəfi deyil. Ən başlıca məsələ bunun həyata keçirilməsidir. Mən başqa məqamlara da toxuna bilərdim. Görürəm ki, indi belə yanaşma oldu. Hər bir halda problem doğuracaq məqamların üzərində geniş durmaq istəmirəm. Ən başlıcası ona görə ki, bu sənədin sonunda cənab Prezidentin imzası var. Əgər o bütövlükdə ağ vərəq kimi gəlsəydi belə, sadəcə, o imzaya görə mən bu sənədə səs verəcəkdim. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Zahid müəllim, üzr istəyirəm, inciməyin. Amma imzaya görə səs verəcəkdinizsə, bu qədər danışmağın nə mənası var idi? 
Hörmətli deputatlar, bir məsələ barədə fikrimi sizinlə bölüşmək istəyirəm. Mən görürəm, yazılanlar çoxdur, bəlkə çıxışlar 5 dəqiqə olsun?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Oldu. Səsə qoymağa ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Fəzail Ağamalı. Fəzail müəllim,  mən bilirəm, Siz konkret adamsınız, amma yenə də xahiş edirəm, bərdaşsız, mahiyyəti üzrə danışaq. 
F.Ağamalı. Çox sağ olun, Ziyafət müəllim. Mən reqlamentə birmənalı şəkildə əməl edəcəyəm və Sizin təklifinizi qəbul edirəm. Diqqətə çatdırmaq istəyirəm ki, təqdim olunmuş qanun layihəsi üzvü olduğum komitədə geniş şəkildə müzakirə olundu. Orada  fikirlərimizi hərtərəfli şəkildə təqdim etdik. Etiraf edim ki, bir məsələ ətrafında 2 saat yarıma qədər müzakirənin getməsi mənim 15–16 illik təcrübəmdə bəlkə də yeganə hadisə idi.
Qanun layihəsi bütövlükdə cəmiyyətin sosial sifarişi və komitə üzvlərinin ciddi maraq dairəsində olduğuna görə bu dərəcədə geniş müzakirə obyektinə çevrildi. Əlbəttə, komitənin yığıncağında məni düşündürən bir sıra sualları ümumiləşdirdim və qanun layihəsini təqdim edən Lətif Hüseynovdan  peşəkar bir cavab aldım. Bu cavablara uyğun olaraq qanun layihəsinin plenar yığıncaqda müzakirəsinə müsbət münasibət bildirdim.
Bütövlükdə təqdim edilmiş qanun layihəsinə münasibətdə müsbət rəyə malikəm və heç tərəddüd etmədən bu sənədə səs verəcəyəm. Nə üçün? İlk növbədə Əli Hüseynlinin dediyi ki-mi, bu qanun layihəsi iki baxımdan bizim üçün əhəmiyyətlidir. Birinci, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi,  ikinci, Azərbaycanda insan hüquqlarının qorunmasına dövlətin xüsusi əhəmiyyət verməsi baxımından. Mən beynəlxalq öhdəlikləri qoyuram bir tərəfə, çünki buna Azərbaycan dövlətinin birmənalı münasibəti mövcuddur. Bütün sahələrdə olduğu kimi, burada da dövlətin iradəsi ortadadır. Mənim üçün xüsusi olaraq əhəmiyyətli cəhət ondan ibarətdir ki, ölkə Prezidenti Azərbaycanda insan haqlarının qorunması ilə bağlı üzərinə düşən bütün vəzifələrin həyata keçirilməsi üçün çox böyük diqqətlə və həssaslıqla fəaliyyətini davam etdirir. Bu baxımdan təqdim olunmuş qanun layihəsi  irəliyə atılmış mü-hüm bir addım kimi dəyərləndirilməlidir. Söhbət artıq  for-malaşan ombudsman təsisatının təkmilləşməsindən gedir.
Həm də bu qanunun predmetində öz əksini tapan vacib cəhətlər bir də ondan ibarətdir ki, elə sahələr var idi, ora müvəkkilin daxil olması qanunla müəyyən olunmurdu, boşluqlar var idi. Bu boşluqlar da müəyyən problemlər yaradırdı. Bunlar hansılardır? Faktlar var ki, bəzi hallarda hərbi hissələrdə “dedovşina” mövcud idi. Bu bütün dünyada mövcuddur, Azərbaycan da bundan istisna deyildir. Həbsxanalarda, psixiatriya müəssisələrində və sair yerlərdə  insanların bu və ya digər şəkildə hüquqlarının pozulması ilə bağlı məsələlərə müdaxilə artıq təqdim olunmuş Konstitusiya qanununda öz ifadəsini tapır. Bu preventiv mexanizmi həyata keçirən bir qrupun yaradılması, əlbəttə, vacib idi. Mən bununla bağlı narahatlığımı onunla ifadə etdim ki, bu necə yaradılacaq? Bu, şəffaf olacaqmı? Bunun fəaliyyəti necə qurulacaq? Üzə çıxarılan faktlar özünün hüquqi qiymətini necə tapacaqdır? Bu baxımdan düşünürəm ki,  bizim təkliflərimizi də işçi qrupu  nəzərə alıbdır. 
Elmira xanım burada iştirak edir, xüsusi olaraq ona müraciət edib demək istəyirəm ki, artıq Sizə bu qanunla kifayət qədər hüquqlar verilibdir. Mən çox istərdim ki, Siz bu hüqu-qlardan yüksək səviyyədə, səmərəli istifadə edəsiniz, daha cəsarətli, daha qətiyyətli olasınız və insan hüquqlarının pozulmasına qarşı daha ardıcıl mübarizə aparasınız. Bu mübarizə prosesində konkret faktlar Sizin bizə təqdim etmiş olduğunuz növbəti hesabatda da öz əksini tapsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Siyavuş Novru-zov.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də bu qanun layihəsinə səs verəcəyəm, amma bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Bu həm qanun layihəsi ilə, həm də bu qanun ətrafında gedən müzakirələrlə bağlıdır. Doğrudan da, təqdim olunan qanun layihəsi çox təqdirəlayiqdir və tamamilə düzgün hesablanmışdır.
Burada ən əsas hissə informasiya əldə etmək hüququ ilə bağlı olan məsələdir ki, hamı bununla bağlı öz fikirlərini söyləyir. Mən  də bir neçə kəlmə qeyd etmək istəyirəm. İnformasiya əldə etmək hüququ bütün vətəndaşlara aiddir. Təəssüf olsun ki, bir qrup adam bunu başqa istiqamətə yönəldir, sanki bu yalnız jurnalistlərə aiddir. Konstitusiyada bu hüquq bütün Azərbaycan vətəndaşlarına verilir. Yəni 9 milyonluq əhalinin 9 milyonu da informasiya əldə etmək hüququna malikdir. Bunun Mətbuat Şurasına nə aidiyyəti var? Əgər mətbuata aiddirsə, mətbuatın öz ombudsmanı var – Mətbuat Şurası. Televiziyanın da öz ombudsmanı var – Milli Teleradio Şurası. Bunlar baxır, müəyyənləşdirir ki, onlar bu addımları atır, yoxsa atmır.
Yaxud da kim izah eləyə bilər ki, təhsil almaq hüququ, evlənmək hüququ informasiya əldə etmək hüququndan aşağıdır, yoxsa yuxarıdır? Konstitusiyada bunlar eyni sırada gedən hüquqlardır. İndi gəlin hər bir hüquqa bir ombudsman təyin eləyək və bunlar da başlasın bunların hüquqlarını müdafiə eləməyə? Ombudsman təsisatı bütövlükdə Azərbaycan vətəndaşlarının Konstitusiyanın onlara vermiş hüquqlarının müdafiəsi ilə bağlıdır və bu məsələ də öz həllini tapıb.
Uzun illərdir ki, Elmira xanımın rəhbərliyi altında om-budsman təsisatı çox yaxşı fəaliyyət göstərir. Onların gör-düyü işlər, atdığı addımlar hamının gözü qarşısındadır və mütəmadi parlament qarşısında da hesabat verilir. Kimsə istəyir ki, müəyyən bir təşkilatın ombudsmanı olub şoular yaratsın. Bu artıq Azərbaycan cəmiyyətində keçmir.
Vaxtilə “İnformasiya əldə etmək haqqında” Qanun qəbul olundu. Həmkarlarımızdan biri orada özünə vəzifə nəzərdə tutmuşdu və o da baş tutmayıb. Bununla da bu məsələ bitdi. Yenidən bu məsələni gündəliyə gətirməyin,  hesab edirəm, heç bir əhəmiyyəti yoxdur. Bu qanun layihəsinə səs verib qəbul etməliyik və bu sahədə də fəaliyyətimizi davam etdirməliyik.
Hər bir insanın hüququ Konstitusiya ilə təsbit olunub. Niyə jurnalistin hüququ müəllimin hüququndan üstün ol-malıdır? Müəllim peşəsi ondan daha yaxşı, cəmiyyət üçün daha xeyirlidir. Yaxud da həkimin, hüquqşünasın. Bunları bir-birindən ayırıb müəyyən bir mühit yaratmağa ehtiyac yoxdur. Vaxtilə həmin mühiti yaradanlar bəzi siyasi partiya-lara cangüdənliklər edib. Bilmək olmaz, sabah bu ombuds-man təsisatında hansı maraqlar güdülür. Bu baxımdan da mən hesab edirəm ki, bu, Prezidentin imzası ilə gələn qa-nundur və biz buna səs verib qəbul etməliyik.
Hörmətli Ziyafət müəllim, bir məsələyə də toxunmaq istəyirəm. Burada Yeni Azərbaycan Partiyası ilə bağlı bir neçə fikir səsləndi. Bu, komitələrlə, sədr müavinliyi ilə və digər hallarla bağlıdır. Dünya praktikası var. Qalib gələn, səs çoxluğu əldə edən partiya səs verməklə  istənilən yerə  istə-diyi namizədini irəli sürür və təsdiq edir. Bu, xüms, zəkat deyil, paylayasan və yaxud da başqa şey deyil. Bu, tam qa-nuni bir şeydir. Burada bizim həmkarlarımız məsələ qaldırır-lar ki, bir komitə filan partiyaya, bir komitə də digər parti-yaya verilsin. Siyasi partiya seçkidə iştirak edir, səs əldə edir. Kifayət qədər səs əldə edəcəksə, parlamentdə müvafiq bir yer tutacaq. Kifayət qədər səs əldə etməyəcəksə, artıq onun fraksiyası formalaşmır. Fraksiyası formalaşmayan par-tiyada ancaq parlament rəhbərliyində vəzifənin tutmasından söhbət gedə bilər.
Hər hansı bir ölkənin təcrübəsini götürək, baxaq. Məsələn, Türkiyənin təcrübəsində Cümhuriyyət Xalq Partiyasından, ya da MHP-dan kimsə müavindir, yaxud kimsə komitə sədridir? Yox. İstər parlament tipli, istərsə də prezidentli respublikalarda  partiya qələbə çalıbsa, hökumətin, parlamentin formalaşmasını o partiya müəyyənləşdirir. Mən hesab edirəm ki, siyasi partiyalara vəsaitin ayrılması ilə yerlərin bölüşdürülməsi məsələsi tamamilə fərqli məsələlərdir. Bu, tam qanuna uyğundur. Hesab edirəm ki, biz insan hüquqlarından danışırıqsa, mütləq bu məsələni də nəzərə almalıyıq. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Yazılanlardan təkid eləyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Elmira Axundova, buyurun.
E.Axundova.  Çox sağ olun, cənab Sədr. Şübhə etmirəm ki, Elmira Süleymanova kimi güclü ombudsman və onun çevik aparatı bu yeni vəzifələrin öhdəsindən gələcək. Lakin mən  şübhə doğuran bəzi məqamları  sizinlə bölüşmək istərdim. Hamı bilir ki, jurnalistika sahəsində çalışanlar, bu sahənin problemləri ilə məşğul olan insanlar informasiya sahəsinin İnsan hüquqları üzrə müvəkkilə həvalə edilməsinə tərəfdar deyillər. Mən burada bir neçə rəy yazmışam, onları gətirmək istəyirdim, amma lüzum görmürəm.
Bu mənfi rəylərin arasında həm də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun rəyi var. O deyir ki, informasiya ombudsmanı ilə ümumi ombudsmanı qarışdırmaq olmaz. “İnformasiya əldə etmək haqqında” Qanunun müəllifi, tanınmış jurnalist, keçmiş deputat Rizvan Cəbiyev də deyir ki, informasiya  ombudsmanı təsisatının səlahiyyətlərinin İnsan hüquqları üzrə müvəkkilə verilməsini doğru qərar saymır. Dediyinə görə bütün demokratik ölkələrdə informasiya əldə etmək hüquqlarını müdafiə edən ombudsman institutu var. Güman edir ki, müvəkkillik bir o qədər də geniş təsisat deyil, bu institutu yaratmaq daha doğru olardı.
Jurnalistika üzrə ən nüfuzlu orqan Mətbuat Şurasıdır. Siz bilirsiniz ki, media  məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin insan hüquqları üzrə ombudsmana verilməsinin qarşısının alınması üçün Prezident İlham Əliyevə müraciət ediblər. Ümumiyyətlə, mən hesab edirəm ki, İnsan hüquqları üzrə müvəkkil informasiya əldə etməklə bağlı problemlərlə yetərincə məşğul ola bilməyəcək, çünki müvəkkilliyin insan haqları ilə bağlı işi həddən artıq çoxdur. Onların bu gün gördükləri iş onsuz da böyük sahəni əhatə edir. İnformasiya problemi isə həm spesifikdir, həm də xüsusi bilik və təcrübə tələb edir. Ümumiyyətlə, mən hesab edirəm ki, belə mühüm əlavə və dəyişikliklər ictimai rəy dərindən öyrənildikdən sonra qəbul edilməli idi və daha yaxşı olardı ki, bugünkü müzakirədə jurnalist ittifaqlarının sədrlərinin, Mətbuat Şu-rasının sədrinin, öncül qəzet və saytların baş redaktorlarının da iştirak etməsini təmin edərdik.
Əgər biz bu əlavəni mütləq qəbul etməliyiksə, onda mənim bir təklifim var. Qanunun 18.1-ci maddəsində deyilir ki, milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında ayrıca Milli preventiv qrup yaradılır və qrupun üzvlərini ombudsman təyin edir. Mən istərdim ki, informasiya ilə bağlı məsələlər üzrə də müvəkkillikdə ayrıca mütəxəssis ayrılsın, ya da təzə ştatlar verilsin. Onlar da qrup şəklində fəaliyyət göstərsinlər və qrupa rəhbərlik edən mütləq və mütləq tanınmış, obyektivliyi ilə seçilən nüfuzlu bir jurnalist olsun. Necə deyərlər, bu, ombudsmanın müavini də ola bilər, qrup rəhbəri də. Onu da jurnalist ittifaqları hörmətli Elmira xanıma tövsiyə eləsinlər. Düzdür, ümumi rəhbərlik, son söz ombudsmanın olacaq, lakin qrup rəhbərinin də müəyyən səlahiyyətləri olmalıdır. Mənə elə gəlir ki, bu təklif qəbul olunarsa,  müəyyən narazılıqlar da səngiyəcək, çünki  o, qurumun içərisində fəaliyyət göstərəcək. Əsas  odur ki, ayrıca bir şəxs ombudsmanın rəhbərliyi altında bu problemlə məşğul olacaq. Diqqətinizə görə çox sağ olun. Xahiş edirəm, bu təklifi nəzərdən keçirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış üçün 3 nəfər təkid eləyir. İqbal Ağazadə.
İ.Ağazadə.  Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, insan haqları və om-budsman təsisatının fəaliyyəti cəmiyyətin bütün təbəqələrini narahat edən və diqqətdə olan məsələdir. Adətən, dünyada bu tipli məsələlərdə insan haqları ilə məşğul olan ictimai institutlar daha çox parçalanaraq, daha çox hissələrə ayrılaraq, daha çox kateqoriyaları əhatə edərək fəaliyyət göstərirlər ki, insan haqlarının qorunması istiqamətində daha səmərəli, da-ha ciddi nəzarət mexanizmi formalaşdıra bilsinlər. Çox təəssüf edirəm ki, bizdə birləşdirmə mexanizmi gedir. Adətən, dövlət orqanlarında birləşdirmə mexanizmi daha səmərəli olur, amma ictimai institutlarda, xüsusilə insan haqlarının qorunması istiqamətində daha çox bölürlər ki, müxtəlif  sahələr nəzarətdə saxlanıla bilsin. Bu qəbildən olan məsələ kimi mən bir neçə institutun tərkibində yox, ayrıca ombudsman institutunun yaradılmasının tərəfindəyəm. Xüsusilə informasiya ombudsmanının, uşaq ombudsmanının və o cümlədən  hərbi hissələrdə baş verən hadisələri aydınlaşdırmaq və hərbçilərin hüquqlarını müdafiə etmək üçün hərbi ombudsmanın yaradılmasının tərəfdarıyam.
İnformasiya məsələləri üzrə ombudsmanın yaradılması niyə bu qədər önəmlidir? Bilirsiniz ki, Azərbaycanda Dif-famasiya haqqında qanun layihəsi qüvvədə deyil və müzakirəyə də çıxarılmayıb. Düzdür, bir sıra Avropa ölkələrində də bu qanun layihəsi qüvvəyə minməyib və ümumiyyətlə, müzakirəyə çıxarılmayıb. Amma orada insan haqlarına oturuşmuş, stabil  münasibət formalaşan, məhkəmələrin bu və ya digər şəkildə bu proseslərə obyektiv münasibət sərgilədiyi bir cəmiyyət mövcuddur. Təəssüflər olsun ki, Azərbaycan məhkəmələri haqqında bu sözü bütövlükdə demək mümkün deyil. Ona görə də hesab edirəm, Azərbaycanda söz-mətbuat azadlığının vəziyyəti, jurnalistlərin pozulan hüquqları, mətbuat orqanlarında gedən yazılar və onların məhkəmə çəkişməsində göstərə biləcəkləri barış missiyası və sair bu kimi hadisələrdə informasiya ombudsmanının olması çox vacibdir və bu, ayrıca bir institut kimi fəaliyyət göstərməlidir.
Uşaq ombudsmanı ilə bağlı da bəzi məsələləri qeyd etmək olar. Hesab edirəm ki, bu gün hüququ pozulan kifayət qədər uşaq var. Məktəbə getməyən, təhsildən yayınan uşaqlar var. Mən bir dəfə bu məsələni qaldırmışdım, bu gün Azərbaycanda şadlıq evlərinin 90 faizində saat 8-dən sonra uşaqlar 5–10 manatın müqabilində rəqs edirlər və insanları əyləndirirlər. Bu, uşaq əməyinin istismarıdır. Bu məsələlərə görə bu tipli kateqoriyalar bölünməli və onlar ictimai institutlar şəklində fəaliyyət göstərməlidir.
O cümlədən hərbi hissələrdə baş verən hadisələrə ombudsmanın bilavasitə təsiri və imkanlarının genişləndirilməsi, bu sahədə şəffaflığın təmin olunması, mülki şəxslərin və ictimaiyyət nümayəndələrinin bu proseslərə aktiv müdaxilə edə bilməməsi üçün belə bir təsisatın yaradılması vacibdir. Qapalı müəssisələr olduğuna görə hərbi ombudsmanın da təyinatının ayrıca bir institut kimi formalaşdırılması Azərbaycanda insan haqlarının və qanunların qorunmasına daha ciddi şəkildə yardım edəcək.
Burada ombudsman institutunun fəaliyyəti ilə bağlı kifayət qədər danışıldı. İşgəncələr, işgəncələrə verilən qiymət, müvəqqəti saxlanma təcridxanaları ilə bağlı dəyişikliklər, sənədlərlə tanış olmaq, surətlərini almaq, akt tərtib etmək və sair kimi məsələlərə toxunuldu. Amma Azərbaycanda bir məsələ çox ciddi şəkildə narazılıq doğurur. Bəzən insanlar saxlanılması qadağan olunan yerlərdə saxlanılırlar. Məsələn, polisin müvəqqəti saxlanma strukturlarında şəxsi 48 saatdan artıq saxlamaq doğru deyil, məhkəmənin qərarı olmalıdır. Bundan sonra harada saxlanılması çox vacib hesab olunur. Amma Azərbaycanda həm polis orqanlarında, həm də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zirzəmisində məhkəmənin qərarı olmadan kifayət qədər insan saxlanılır. Hətta məhkəmənin qərarı olanda belə, – məsələn, göstərilir ki, 1 saylı müvəqqəti saxlanma təcridxanasında saxlanılsın, – görürsünüz ki, 10–15 gün saxlanılır, hətta vəkillə təmasa imkan verilmir. Çox təəssüflər olsun ki, ombudsman  institutu da bu tipli məsələlərdə doğru-dürüst mövqe ifadə etmir. Mənim mövqeyim birmənalı informasiya ombudsmanının, uşaq ombudsmanının  ayrıca institut kimi formalaşmasıdır və ona görə də mən bu dəyişikliklərin əleyhinəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal müəllim, Diffamasiya haqqında qanundan həm keçən sessiyada, həm də bu sessi-yada danışdınız. Bilirsiniz ki, bir neçə yox, Mərkəzi Avro-panın 25 ölkəsində Diffamasiya haqqında qanun qəbul edilməyib.
İkinci, mən komitənin iclasında da fikir verirdim, misallar çəkirdilər ki, Fransada 5 ombudsman mövcuddur. Fransa 100 ildir müstəqil yaşayır. Fransanın müstəqillik, demokratiya tarixi var, Azərbaycanın müstəqilliyi cəmisi 20 ildir. Birdən-birə biz də Azərbaycanda hər məsələ üzrə ombudsman yaratmağa başlayaq? Bizdə ombudsman təsisatı var, dəyişiklik elədik. Mən də hesab edirəm ki, hələlik bu qanun layihəsini dəstəkləmək  və bu səlahiyyətləri ombudsmana vermək lazımdır. Bahar xanım, buyurun.
B.Muradova. Mən bütün çıxışlara qulaq asdım, hər bir çıxışda müəyyən fikirlər və o fikirləri əsaslandıran arqumentlər var. Təbii ki, arqumentsiz də heç kim çıxış etmək istəmir. Mən fikrimi bununla başlamaq istəyirəm ki, bəzi ölkələrdə hüquqların qorunmasını parçalayıb, bölüb ayrı-ayrı qurumların həyata keçirməsi kimi də qəbul edə bilərlər. Yəni bu ona yanaşmadan asılıdır. Əsas budur ki, hansı prin-sip əsasında bu hüquqların qorunması məsələsi qoyulur. Kimlərsə bunu parçalayıb qoruyub. Mən hesab edirəm ki, Azərbaycanın özünəməxsus yanaşması bu fəaliyyətlərin əlaqələndirilməsi, koordinasiyası prinsipinə əsaslanır. Düşünürəm ki, bu bizim öz təcrübəmizə əsaslanaraq dünyaya yeni bir forma, yeni bir mexanizm tətbiq etmək imkanımızın da olduğunun göstəricisidir.
Hər hansı bir prinsipin doğru və yaxud yanlış olduğunu sübut etmək üçün biz saatlarla danışa bilərik və kifayət qədər arqumentlər də tapa bilərik. Mənə elə gəlir ki, məsələ prinsipdə deyil, məsələ səlahiyyətlərin və mexanizmlərin mövcudluğundadır. Mən düşünürəm ki, biz bu gün məhz lazımi səlahiyyətlərin və ona uyğun mexanizmlərin tapılması üzərində işləyirik və bu, doğru da tapılıb. Ona görə də çıxışların bir çoxunda arqumentlər kifayət qədər güclü səslənir. Məsələn, kim dəqiq müəyyən edə bilər ki, hansı hüququn çərçivəsi harada başlayır, harada qurtarır? Hüquqların bir-birinə keçidi var. Şəffaf keçidlər də var, kəskin keçidlər də. Mən düşünürəm ki, bütün bunları nəzərə almaq lazımdır.
Gəlin, belə təsəvvür edək ki, kiminsə mülkiyyət hüququ pozulur, əmlakı əlindən alınır. Ombudsman bu məsələyə qo-şulur, niyə və hansı səbəbdən alınması barədə informasiya istəyir və onu da ala bilmir. Onda bu  insanın pozulmuş mülkiyyət hüququ ilə bir ombudsman, informasiya almaq hüququ ilə başqa ombudsmanmı məşğul olacaq? Ona görə düşünürəm ki, bu hüquqların bərabər şəkildə, balanslaşdırılmış, tam şəkildə qorunması üçün məsələyə koordinasiya ilə yanaşmaq daha məqsədəuyğundur. Yəni bu əlaqəli şəkildə hüquqların qorunmasından yanaşma prinsipi daha doğrudur və bu gün Azərbaycan təcrübəsi də məhz buna əsaslanır. Mən düşünürəm ki, bu qanuna edilmiş yeni dəyişikliklər və əlavələr məhz bu cəhətdən Azərbaycanda mövcud olan təcrübəni nəzərə alaraq irəli sürülmüşdür. Bu daha səmərəli, daha məqsədəuyğun və hüquqların tam şəkildə qorunmasına şərait yaradan bir işdir.
Bu gün o səlahiyyətlərin hansı quruma, hansı qurumun çərçivəsində kimə veriləcəyinin o qədər əhəmiyyəti yoxdur. Əsas odur ki, kifayət qədər geniş səlahiyyətlər müəyyənləşdirilib. Bu gün ombudsmana müvəqqəti saxlanma yerlərində nəinki insanların vəziyyəti ilə, həm də bu vəziyyətə dair bütün sənədlərlə tanış olmaq və onu əldə etmək hüququ verilir. Kifayət qədər geniş səlahiyyətdir və düşünürəm, bunu yerinə yetirmək üçün onun aparatının genişləndirilməsinə ehtiyac olacaqdır. Bu səlahiyyətləri yerinə yetirmək üçün aparatda hansı dəyişikliklər etmək, nə qədər ştat vahidi əlavə etmək, hansı işi kimə həvalə etmək barədə fikir mübadiləsi aparmaq olar. Amma “bunu bir ombudsman həyata keçirməsin, gəlin, biz bunu bölüşdürək, ayrı-ayrı insanlara həvalə edək, onda daha düzgün olacaq” fikirləri üzərində baş sındırmağa, mənə elə gəlir ki, dəyməz.
Mən düşünürəm, bu məsələ komitədə kifayət qədər  müzakirə olunub və artıq bir neçə müddətdir ki, cəmiyyətdə də bunun müzakirəsi gedir. Oqtay müəllim, buradakı müzakirə də onu göstərir ki, bu prinsiplə yanaşmanın qeyri-düzgünlüyünü sübut edən kifayət qədər ciddi arqumentlər də yoxdur. Ona görə də bu müzakirəni nəzərə alaraq qanun layihəsini səsə qoymaq olar. Bizə yalnız arzulamaq qalır ki, ombuds-man institutu öz işlərini bu səlahiyyətlər çərçivəsində yüksək səviyyədə qura bilsin. Bəli, kifayət qədər cəsarətli, prinsip-ial, ardıcıl və iradəli olsunlar. Onda bizim insanların, Azərbaycan vətəndaşlarının pozulmuş və yaxud da pozulması eh-timal olunan hüquqlarının qorunması istiqamətində ciddi problem qalmayacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyənlərdən bir nəfər – Xanhüseyn Kazımlı qalıb. Buyurun, çox qısa, xahiş edirəm.
X.Kazımlı. Təşəkkür edirəm. Biz qərar qəbul elədik, hər bir çıxışa 5 dəqiqə ayırdıq. Ola bilsin, mən daha az danışacağam, bir neçə cümlə ilə fikrimi yekunlaşdıracağam. Əlbəttə, keçən çağırışda da, indi də gündəlikdə olan məsələlər geniş müzakirə olunub və olunur.  Çox düzgün və cəmiyyətimiz üçün zəruri olan qanunlar qəbul etmişik. İndi də bu istiqamətdə fəaliyyətimiz yaxşı gedir. Bu yönümdə də mən yeni tərkibdə bütün deputat həmkarlarıma, Sizə, rəhbərliyə böyük uğurlar arzulayıram.
İkinci, bu qanunu hamımız oxumuşuq, maraqlıdır. Cənab Sədr, burada məni narahat edən bir məsələ var. Mən bunu, ola bilsin, düzgün araşdırmamışam, indi hörmətli Əli müəllim də fikrini söyləyər. Düzdür, burada iki məsələyə toxunulur. Birinci, ləyaqətin alçaldılması məsələsidir, ikincisi isə informasiya əldə etməkdir. Bahar xanım izah elədi, bunu dərk etmək lazımdır ki, burada insanların hüququnu müdafiə etmək üçün lazım olan informasiyadan söhbət gedir.
Biz “İnformasiya əldə etmək haqqında” Qanunu qəbul edərkən orada belə bir müddəa oldu ki, bir müvəkkil harada isə quruma həvalə oluna bilər. Amma burada söylənilən fikir tamamilə doğrudur ki, bizim ombudsman institutumuz mövcuddur və buna görə də bu məsələlərin ombudsmana həvalə edilməsi olduqca düzgündür və yerindədir.
Bununla yanaşı, istərdim, bir sıra qeydlərimi də diqqətinizə çatdıram. “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanu-nunun 9.3-cü maddəsinə əsasən “anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər”. Lakin qanuna təklif olunan 13.1.2.1-ci maddədə isə göstərilir ki, informasiya əldə etmək hüqu-qunun pozulmasına dair şikayət anonim olduqda baxılmır. Mən ziddiyyət deməzdim, amma mənə elə gəlir ki, buna baxmaq lazımdır. Bir maddədə anonim şikayətə baxılır, digərində isə baxılmır yazılıb. Bu, gələcəkdə işlərin gedişində bu və ya digər çətinliklər törədə, yanaşmada qeyri-müəyyənlik yarada bilər. Hesab edirəm ki, buna  hörmətli Əli müəllim özü baxar. Ümumiyyətlə, qanun layihəsinin səsə qoyulmasının tərəfdarıyam və bu layihəyə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllimin izahat verməyinə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda səsverməyə keçək. Konstitusiya qa-nunudur,  diqqətli olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 111
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  113
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyursun Səməd Seyi-dov.
S.Seyidov. Çox sağ olun, cənab Sədr. Bugünkü iclasın gündəliyində olan sazişlər və beynəlxalq səviyyədə qəbul olunmuş sənədlər, hesab edirəm ki, tarixi əhəmiyyət kəsb edir. Mən birinci sənədi təqdim etməmişdən əvvəl dövlət  başçısına, hörmətli cənab Prezidentə öz dərin minnətdarlığımı bildirmək istəyirəm ki, belə sənədlərin imzalanması artıq reallığa çevrilmişdir. Azərbaycan-dünya, Azərbaycan–Türkiyə, Azərbaycan–Avropa münasibətlərinə çox yüksək səviyyədə təsir göstərəcək sənədlər bu gün bizim komitəmizdə və parlamentimizdə çox ciddi müzakirə oluna-raq birmənalı  dəstəklənir.
2010-cu il sentyabrın 16-da İstanbul şəhərində imzalanmış Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Bəyannaməsi ilə bağlı deyə bilərəm ki, bu, Azərbaycanın, Türkiyənin, türk dünyasının maraqlarını tam şəkildə əks etdirən sənəd kimi qiymətləndirilməlidir. Ümumiyyətlə,  ən vacib məsələlərdən biri ondan ibarətdir ki, bu, dünyada qəbul olunmuş  qanun-qaydalara uyğun şəkildə tərtib olunmuş bir sənəddir. Ümumiyyətlə,  türk dünyası ilə əlaqələrimiz artıq göz qabağındadır. Bu bəyannamə də bu əlaqələri yeni müstəviyə, yeni mərhələyə qaldırmaq gücünə malik olan bir sənəddir.
Hörmətli millət vəkilləri, mən sizin diqqətinizi bir neçə məqama cəlb etmək istəyirəm. Sənəd bir neçə bənddən ibarətdir. Birinci bənd Qırğızıstana köməkdən başlayır. Qır-ğızıstan da türk dünyasının bir ölkəsidir, indi o qədər də asan bir dövr yaşamır. Ancaq məhz bütün türkdilli dövlətlərin Qırğızıstana münasibəti bu sənəddə öz əksini tapır.
Türkdilli ölkələr arasında ortaq tarix, mədəniyyət, mənsubiyyət və dini əsasların qarşılıqlı araşdırılması, inkişaf etdirilməsi ən vacib məsələlərdən biri kimi bu sənəddə öz əksini tapmışdır. Bütün türk dünyasına problem yaradan ter-ror, ekstremizm məsələləri də  bu sənəddə  geniş şəkildə əks etdirilmişdir. Bəyannamə türkdilli dövlətlərin münasibətlərinin formalaşdırılmasına xidmət etməklə yanaşı, türkdilli dövlətlərin beynəlxalq təşkilatlarla əlaqələrinə də əsas yara-dan bir sənəd kimi qiymətləndirilməlidir.
Əziz dostlar, bizim üçün çox vacib olan və Azərbaycanın fəal iştirak etdiyi TÜRKSOY və TürkPA təşkilatlarının fəaliyyəti də bu sənəddə öz əksini tapmışdır. Mən parla-mentin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, TürkPA məhz bizim parlamentdə öz ofisinə və öz katibliyinə malikdir. O katiblik də çox uğurla fəaliyyət göstərir.
Biz bu sənədi diqqətlə təhlil etsək, görərik ki, türkdilli ölkələrin xüsusi bir biznes şurasının yaradılması məsələsi də gündəmə gəlir. Mədəni, təhsil və başqa əlaqələrlə yanaşı, biznes əlaqələrinin də  inkişafı çox vacib məsələdir. Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin və başqa enerji layihələrin qorunması, inkişaf etdirilməsi sənəddə öz əksini tapmışdır. Astana şəhərində bizim üçün çox vacib olan Türk Akademiyasının əsaslarının yaradılması bu sənəddə öz əksini tapmışdır. Tamamilə yeni, çox vacib bir bənddir.
Deməliyəm ki, türkdilli ölkələrin mədəniyyət və incəsənət sahəsində dünya və YUNESKO ilə əlaqələrinin genişləndirilməsi bizim üçün çox vacibdir. Mən çıxışımın əvvəlində qeyd etdim  ki, beynəlxalq təşkilatlarla geniş şəkildə əlaqələrin  qurulması bu sənəddə öz əksini tapıb. Burada  konkret beynəlxalq təşkilatların adları çəkilir və türkdilli ölkələrin bu təşkilatlarda ümumi və birgə siyasətinin formalaşdırılması öz əksini tapır. Bu sənəddə Avropa Şurasının, ATƏT-in, başqa beynəlxalq təşkilatların üzvü olan türkdilli ölkələrin dəstəklənməsi, üzv olmayanların maraqlarının əks etdirilməsi məsələsi  qeyd edilmişdir.
Əziz dostlar, bizim üçün çox vacib olan və bu gün müzakirə obyektinə çevrilən Dağlıq Qarabağ məsələsi tam hüquqi normalarla bu sənəddə öz əksini tapmışdır. Bizim üçün çox vacib olan bu məsələ bütün türkdilli ölkələr tərəfindən birmənalı dəstəklənmişdir. Bu sənəd ilk 10 illik müddətinə imzalanmışdır. Müqavilənin müddətinin bitməsinə 6 ay qalmış heç bir ölkə tərəfindən hər hansı bir problem qaldırılmasa, yenə də bu sənədin müddəti avtomatik olaraq 10 il uzadılacaq. Yəni türkdilli ölkələrin 20 illik siyasətini formalaşdıracaq sənəd bu gün bizim stollarımızın üstündədir. Biz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq bu sənədi birmənalı dəstəkləyirik və millət vəkillərindən də xahiş edirəm, öz müsbət rəylərini versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
       
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  111
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi  barədə qanun layihəsidir. Buyursun Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Mən millət vəkillərinə minnətdarlığımı bildirirəm ki, bundan öncəki sənədə yekdilliklə müsbət münasibət bildirdilər. Bu, Azərbaycanın türkdilli ölkələrlə olan  münasibətidir. Ancaq türkdilli ölkələr içərisində iki dövlət – Azərbaycan və Türkiyə xüsusi münasibətlərə malikdir. Bu xüsusi münasibətlərin inkişafı Azərbaycan Respublikası Preziden-tinin daim diqqət mərkəzindədir. Ona görə belə bir sənədin bu gün müzakirəyə çıxarılması çox vacib və əhəmiyyətlidir.
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış sənədə diqqətlə baxsaq, görərik ki, istinad olunan  beynəlxalq sənədlər tarixi əhəmiyyəti və vacibliyi ilə seçilir: 1994-cü il 9 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə” Müqaviləni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Protokolu rəhbər tutaraq, habelə 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını ifadə edərək “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanır.
Bu tarixi sənəd bir neçə hissədən ibarətdir. Birinci hissə “Hərbi-siyasi və təhlükəsizlik məsələləri”dir. Bu hissədə 6 maddə var və mən onlardan birini sizin  diqqətinizə çatdırmaq istəyirəm: “Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda tərəflər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi im-kan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəlirlər”. Hörmətli millət vəkilləri, tarixi  cümlələrdir, Azərbaycan–Türkiyə münasibətlərinin tamamilə yeni bir müstəviyə qalxmasıdır. 
Bu sənədin birinci hissəsindən sonra məntiqi olaraq ikinci hissəsi gəlir: “Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri”. Yenə də bu hissədən bir maddəni sizin diqqətinizə çatdırmaq istəyirəm: “Tərəflər bu müqavilənin 2-ci maddəsində qeyd olunan müdafiə və qarşılıqlı yardımın həyata keçirilməsi çərçivəsində birgə hərbi əməliyyatlar aparılması məqsədi ilə hərbi infrastrukturların təkmilləşdirilməsi, silahlı qüvvələrin hərtərəfli hazırlığı, onların zəruri silahlarla və hərbi texnika ilə təmin edilməsi üçün bütün lazımi milli tədbirləri görürlər”. Görürsünüz, nə dərəcədə əhəmiyyətli bəndlərdir,  eşitmək istədiyimiz sözlərdir. Nə dərəcədə Azərbaycanın, Türkiyənin dünyada nüfuzunu, qabiliyyətini yüksəldən maddələrdir.
Təbii ki, bu sənəddə hərbi  münasibətlərlə yanaşı, “İqtisadi əməkdaşlıq məsələləri” və “Humanitar məsələlər” də öz əksini tapmışdır.  Humanitar məsələlərlə bağlı mən sizin diqqətinizi bir maddəyə cəlb etmək istəyirəm. Burada qeyd olunur ki, tərəflər intellektual, elmi və texniki potensiallarının daha da artırılması və ümumi elmi-texniki məkanın yaradılması məqsədi ilə, elmi müəssisələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində birgə siyasət apara-caqlar. Bu bizim istəyimiz idi. Həmişə biz öz intellektual potensialımızdan dünya qarşısında yox, dünyaya qovuşmaq və dünyada gedən proseslərə uyğun şəkildə istifadə etmək məsələsini qaldırmışıq. Ona görə əziz dostlar, bu sənəddə öz əksini tapmış məsələlər Azərbaycanın, Türkiyənin, türk dünyasının maraqlarına tam uyğun şəkildə qiymətləndirilməlidir. Bu sənədin bu gün parlamentdə qəbul olunması, ümumiyyətlə, çox vacib və tarixi bir məsələdir. Hesab edirəm ki, millət vəkilləri bu sənədə öz müsbət münasibətlərini bildirəcəklər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Görürəm ki, yazılanlar da çox-dur, sualı olanlar da var. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Oqtay müəllim, mənim bir təklifim var. Baxıram, gündəlikdəki məsələlər, əsasən, bizim təsdiqimizə göndərilən  beynəlxalq müqavilələr və bəzi qanunlara əlavə və dəyişikliklərdir. Mənə elə gəlir ki, fasiləsiz işləsək, yekunlaşdıra bilərik. Mümkünsə, mənim təklifimi səsə qoyun, fasiləsiz işləyək və bunları yekunlaşdıraq.
Sədrlik edən. Deməli, gündəlikdəki məsələlərin müzakirəsini  fasiləsiz başa çatdıra bilməyəcəyik. Hələ bu, müqavilədir, 7 nəfər yazılıb. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Oqtay müəllim, mənim bir təklifim var. Bu, çox ciddi bir sənəddir. Mən deyərdim ki, Qars müqaviləsindən sonra imzalanan ən vacib bir sənəddir. Burada çox ciddi məsələlərə toxunulur. Ona görə də mən xahiş edərdim ki, burada ciddi müzakirələr getməsin. Biz bunu təsdiq edək, çünki artıq söhbətlər üzə çıxa bilər.
Sədrlik edən. Mən Vahid müəllimlə tamamilə razıyam. Bu sənədi Səməd Seyidovdan yaxşı heç kim izah edə bilməyəcəkdi, o da izah etdi. Mən də təklif edirəm, bu sənədi səsə qoyaq və qəbul edək. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  113
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi ilə bağlıdır. Buyursun Səməd Seyidov.
S.Seyidov. Oqtay müəllim, mən minnətdarlığımı bildirirəm. Bu gün, doğrudan da, müzakirə etdiyimiz və edəcəyimiz bütün məsələlər çox əhəmiyyətli və vacib sənədlərlə bağlıdır. Fasilədən öncə müzakirə etdiyimiz sənədin məntiqi davamı məhz bu sənəddə öz əksini tapmışdır. Bir var, iki ölkə arasında əlaqələri yüksək səviyyədə təşkil etmək, bir də var, iki ölkə arasında yüksək səviyyəli əlaqələri yüksək səviyyədə idarə etmək. Həmin əlaqələri idarə etmək üçün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında 2010-cu il sentyabrın 15-də İstanbul şəhərində birgə bəyanat imzalanmışdır. Tarixi, çox vacib bir sənəddir.
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iki ölkə rəsmilərinin bir yerdə,  ümumi bir siyasət aparılması istiqamətində fəaliyyət göstərəcəkləri bir şuradır. Bu şura ildə bir dəfə xarici işlər nazirlərinin timsalında yığılacaq və Azərbaycanla Türkiyə arasında mövcud olan bütün məsələləri müzakirə obyektinə çevirmək iqtidarında olacaqdır.
Sazişdə bir məsələ də öz əksini konkret  tapıb. Lazım gələrsə, şura müşavirlər səviyyəsində ildə bir neçə dəfə  yığılıb, məsələlərin müzakirəsini aparıb, ən yüksək səviyyəyə təqdim edə bilər.
Sevindirici haldır ki, bu şuranın səlahiyyət çərçivəsinə hərbi, daxili, iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və başqa sahələr də aiddir.  Şuranın mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, mövcud olan əlaqələrin təhlil edilməsi ilə yanaşı, perspektiv məsələlər haqqında da fikir yürütmək hüququ və səlahiyyəti vardır. Belə bir şuranın yaradılması hər iki ölkə üçün artıq ratifikasiya etdiyimiz sənədin yüksək səviyyədə implementasiya  olunmasına kömək edəcək. Biz komitəmizdə bu sənədi ən yüksək səviyyədə dəstəkləmişik. Hörmətli millət vəkillərindən xahiş edirəm ki, bu şuranın yaradılmasına öz müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstan Baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi haqqındadır. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Bu gün Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət Azərbaycanı dünya ölkələri içərisində güclü, müstəqil və öz mövqeyi olan dövlət kimi təqdim edir. Bu siyasətin müxtəlif cizgiləri mövcuddur. Həmin cizgilər   içərisində Azərbaycan Respublikasının enerji mənbələrinin ən yüksək səviyyədə yeri vardır. Mən bunları siyasi nöqteyi-nəzərdən deyirəm. Ona görə ki, mən enerji sahəsində mütəxəssis deyiləm. Burada hörmətli Valeh müəllim, bizim komitə sədrlərimiz var. Onlar bu məsələni iqtisadi baxımdan daha yaxşı, yüksək səviyyədə təqdim edə bilərlər.
Siyasi nöqteyi-nəzərdən belə bir bəyannamənin gündəmə gəlməsi və parlamentdə ratifikasiya olunması həddindən ar-tıq böyük əhəmiyyət kəsb edir. Niyə? Ona görə ki, bu gün Azərbaycan müstəqil siyasət aparır.  Azərbaycanın həm Ru-siya Federasiyası, həm də qardaş Türkiyə ilə əlaqələri  yüksək səviyyədədir. Bu istiqamətdə siyasətimiz ondan ibarətdir ki,  qonşularla əlaqələrdən və bütün imkanlardan istifadə edərək Azərbaycanı dünya siyasi arenasına çıxarmaq imkanı qazanaq. Bu baxımdan Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya Prezidentlərinin və Macarıstan Baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi o deməkdir ki, Azərbaycan yeni bir qapı açıq, Avropa və dünya ilə əlaqə qurmaq üçün  yeni  imkan yaradır. Bu isə diversifikativ siyasətin bir tərəfidir.  
Bu gün biz Rusiya Federasiyası, Türkiyə və Gürcüstanla siyasi səviyyədə elə əlaqələr qurmuşuq ki, Azərbaycan artıq real şəkildə Avropanın təhlükəsizlik mənbəyinə çevrilmiş bir ölkə kimi qiymətləndirilməlidir. Bu bəyannamənin çox vacib əhəmiyyəti ondan ibarətdir ki, qaz Azərbaycandan Gürcüstana, Gürcüstan limanından Macarıstana çatdırılacaq və Macarıstan vasitəsilə bütün Avropaya paylanacaqdır. Yəni birbaşa Azərbaycan–Avropa məsələsi öz həllini tapır.
Layihəni komitədə təhlil edərək biz ümumi bir fikrə gəldik. Bu bizim üçün həddindən artıq vacib bir məsələdir. Bu bəyannamə bir də göstərir ki, Azərbaycan qonşuları ilə əlaqələri yüksək səviyyədə formalaşdıraraq birbaşa Avropa ilə əlaqələrini təşkil etmək iqtidarındadır. Bir də təkrar etmək istəyirəm ki, sənəd Azərbaycanın hansısa ölkələrin vasitəsilə yox, birbaşa Avropa ilə əlaqə yaratmaq və öz təhlükəsizliyini ən yüksək səviyyəyə təmin etmək imkanlarını artıran bir sənəddir. Təbii, biz belə bir sənədin qəbul olunmasına tərəfdarıq. Komitəmiz yekdilliklə bu sənədin parlamentdə ratifikasiya olunmasına tərəfdardır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti iki məsələ də çox vacib məsələlərdir. Səməd müəllim bunlar haqqında da açıqlama verəcək.  Buyurun, Səməd müəllim, “Azərbaycan Respublikası və Rusiya Fed-erasiyası arasında dövlət sərhədi haqqında” Müqavilənin təsdiq edilməsi barədə məlumat verin. 
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Bu gün qəbul etdiyimiz sənədlərə baxanda görürük ki, müasir Azərbaycanın müasir tarixi yazılır. Bu tarixə hörmətli Prezidentimiz imza atır. Bu tarix əsrlər boyu Azərbaycanın müstəqilliyini təmin edəcək bir tarixdir. Hesab edirəm ki, həmin tarixi yaradan sənədlər içərisində bu sənəd xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biridir. Biz hamımız çox gözəl bilirik ki, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, torpaqlarımızın bir hissəsi işğal altındadır, zəbt olunub. Azərbaycan torpaqlarının 20 faizi erməni işğalçılarının əlindədir. Bir milyona yaxın qaçqınımız var. Sərhəd məsələsi bizim üçün ən vacib məsələlərdən biridir.
Bu gün dünyada böyük nüfuza, Cənubi Qafqazda böyük təsirə malik olan, ümumiyyətlə, dünyanın ən vacib siyasi oyunçularından biri Rusiya Federasiyası ilə sərhəd məsələsini ən yüksək səviyyədə həll etmək o qədər də asan iş deyil. Bu gün təqdim etdiyimiz sənəd əsasında Azərbaycanla Rusiya arasında dövlət sərhədi müəyyən ol-unur. Adətən, biz müstəqil Azərbaycan haqqında danışanda sərhəd məsələsinə o qədər də fikir vermirik. Ancaq müstəqil dövlətin atributlarından ən vacibi onun beynəlxalq səviyyədə, beynəlxalq qanunlar çərçivəsində tanınmış sərhədləridir. Bu gün dünyanın çox böyük ölkəsinin,  regionu-muzda nüfuzu olan, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanıyan ölkənin imzaladığı sənədi müzakirə edi-rik. Hesab edirəm, bu sənədin siyasi çəkisi həddindən artıq böyükdür.
Biz bu sənədlə birlikdə təqdim olunmuş xəritələrə baxarkən, görürük ki, xəritələrdə Azərbaycanın ərazi bütöv-lüyü Rusiya Federasiyası tərəfindən təmin edilib. Biz istərdik ki, bütün sərhəd məsələləri öz həllini tapsın, Azərbaycanın işğal altında olan torpaqları da azad edilsin və əminəm, belə də olacaqdır. Ancaq bu gün böyük bir dövlətlə belə bir sənəd imzalamaq həmin torpaqların azad olun-masına əsas yaratmaq kimi bir məsələdir.
İkinci məsələ ilə bağlı sazişi diqqətlə oxusanız, görərsiniz, burada yazılıb ki,  sazişin həyata keçirilməsi məqsədi ilə Azərbaycan–Rusiya Birgə komissiyası yaradılır. Bu məsələ ilə bağlı Azərbaycanla Rusiya arasında konkret addımların atılması göz qabağında olacaq. Bu müqavilə də açıq, şəffaf şəkildə komissiya vasitəsi ilə həyata keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin imza atdığı bu sənədi komitəmizdə  yekdilliklə müsbət rəylə və tarixi bir sənəd kimi qiymətləndirdik. Mən sizə tam açıq deyim ki, komitəmizin üzvləri öz münasibətlərini bildirərək bu sənədə xüsusi qiymət verdilər. Hörmətli millət vəkillərindən xahiş edirəm, həmin sənədə öz müsbət münasibətlərini bildirsinlər, Azərbaycanın müstəqilliyinə, gələcəyinə səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Elmira Axundova.
E.Axundova. Sağ olun, möhtərəm cənab Sədr. Mən Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqaviləni də çox yüksək qiymətləndirirəm. Səməd bəy ilə tam razıyam və bu layihəyə, əlbəttə, səs verəcəyəm. Yeri gəlmişkən, bir vacib məsələyə çox qısaca diqqətinizi cəlb etmək istərdim. Artıq bilirsiniz ki, bu günlərdə Moskvada, Sankt-Peterburqda və Rusiyanın başqa şəhərlərində milli-etnik zəmində iğtişaşlar baş veribdir, insanlar həlak olub və yaralanıblar. Mən Manej meydanında baş verən iğtişaşlar zamanı Moskvada  idim və  bu dəhşətləri öz gözlərimlə görmüşəm. Təəssüf ki, Qafqaz-dan və Orta Asiyadan  olan insanların rus ekstremistləri tərəfindən necə vəhşicəsinə döyülməsinin şahidi olmuşam.
Digər tərəfdən, qafqazlılar, orta asiyalılar özlərini hazırda çox aqressiv aparırlar və bu aqressivlik  hər an böyük iğtişaşlara gətirib çıxara bilər. Moskvada, Rusiyanın başqa şəhərlərində bizim yaxınlarımızın, doğmalarımızın, dostlarımızın uşaqları yaşayırlar. Biz orada qan tökülməsinə, Azərbaycana tabutların gəlməsinə yol verməməliyik. Mən Vladimir Putin və Dmitri Medvedyevin qəti, operativ tədbir və göstərişlərini çox bəyənirəm. Hələ ki Rusiyanın hüquq mühafizə orqanları vəziyyəti nəzarətdə saxlayır, lakin yenə deyirəm, qurbanlar artıq var və artmaqdadır. Xahiş edirəm, biz deputatlar da bu problemdən uzaqda qalmayaq.
Təklif edirəm, bu günlərdə Dövlət Dumasına müraciət hazırlansın və biz Rusiya deputatlarını iğtişaşların yatırıl-masında, milli-etnik zəmində barışıq əldə edilməsində daha fəal olmağa çağıraq. Lazım olsa, əgər siz məsləhət görsəniz, Azərbaycandan Moskvaya bir qrup millət vəkili də yollana bilərdi və yerlərdə müzakirələr, danışıqlar aparardı. Bu günlərdə mən Moskvada onlarla cavan insanlarla görüşdüm. Onlar bizdən kömək  və məsələyə münasibət gözləyirlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Elmira xanım, bu, ayrı bir mövzudur. Müzakirə etdiyimiz məsələyə dəxli yoxdur. Ancaq özünüz söylədiniz ki, tədbir görülür. Yəqin, çoxunuzun xəbəri var. Bu iğtişaşlarda iştirak edənlər, provokasiya ilə məşğul olan-lar var. Bu günlərdə müəyyən edilib ki, iğtişaşlarda erməni soylu bir insan həm qafqazlılar, həm də Rusiya millətçiləri tərəfindən şüarlar qışqırırmış. Dövlətin rəhbəri tapşırıb, bu saat bütün kameralar yoxlanılır. Biz onların daxili işinə qarışa bilmərik. Bu məsələ azərbaycanlılara yox, elə Rusiya Federasiyasının öz vətəndaşlarına – Şimali Qafqazdan olan şəxslərə  qarşı yönəldilmişdir. Bizim bununla bağlı məktubla müraciət etməyimiz çox tezdir,  vaxtsızdır. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Mən hörmətli Səməd müəllimin bu məsələ ilə bağlı çox dəyərli fikirlərini bölüşürəm. Tabloda çox adamın adı yoxdur. Amma hər kəs də bu məsələni birmənalı olaraq bölüşür ki, Azərbaycanın dövlətçilik tarixində, müstəqil dövlətçilik həyatında ən mühüm tarixi hadisələrdən birini yaşamış oluruq. Biz ötən əsrlər ərzində məhz Rusiya–Azərbaycan münasibətlərinin normal, nizamlı bir müstəvidə olmamasından əziyyət çəkmişik. Mənim indi həmin tarixi burada vərəqləmək fikrim yoxdur.
Azərbaycan Prezidentinin xarici siyasətinin çox mühüm bir əlamətini, addımını biz bu gün burada qeyd etməliyik. Çox sakit, son dərəcə soyuqqanlı bir mühitdə bu proseslər nizamlanmış olur. Etiraf edək ki, Azərbaycanda da Rusiyaya çox haqlı olaraq tarixdə baş vermiş bəlli səbəblərdən hiddətli və narahatlıq dolu yanaşmalar iki dövlətin siyasi elitasının da münasibətlərinə çox mənfi təsir göstərməkdədir.  Onun üçün də bu qüvvələrin bir dəyirmi masa arxasında əyləşməsini və konkret koordinasiya sistemi ilə...  
Hörmətli Qərib müəllimin məlumatına görə bu yaxınlarda atlasla, bütün dəqiqliyi ilə sərhədlərin anlaşılması sahəsində addımlar atılmışdır. Rusiyanın bu regionda Azərbaycanın ərazi bütövlüyünü təkcə bəyanatlar səviyyəsində deyil, real hüquqi sənədlər səviyyəsində tanımasını mühüm tarixi nailiyyət sayıram. Ümidvaram ki, eyni razılıq Gürcüstanla da əldə ediləcəkdir. İndi bir sıra konkret  məsələlərdə fikir ayrılıqları var. Əminəm ki, razılıq əldə ediləcəkdir.
Çox ümidvaram ki, Azərbaycanın Xəzər dənizi ilə bağlı seçdiyi strategiya da uğurla tamamlanacaqdır. Bu məsələdə vahid bir mövqeyə gəlmək mümkün  olacaq. Bütövlükdə bu mövqelər Azərbaycanın  regionda sabit, stabil bir dövlət ol-masına imkanlar açacaqdır. Cənab Prezidentin bu məsələni Rusiya ilə çox sakit, müharibəsiz, silahlarsız  nizamlamasını tarixi bir nailiyyət kimi parlament tərəfindən qeyd olunma-sını istərdim. Bunu da vurğulamaq istədim və bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu müqavilənin qəbul edilməsinə tərəfdaram. Ümumiyyətlə, dünya siyasətində də hər bir dövlət üçün birinci ən əsas şərt ondan ibarətdir ki,  yaxın ətrafı ilə, sərhəddə olan qonşuları ilə yaxşı münasibətlərdə olsun, onlarla yaxşı münasibət yaratsın. Qonşunu seçmək mümkün deyil. Bizim də qonşularımız sayəsində bəzi hallarda bəxtimiz gətirir, bəzi hallarda  gətirmir. Amma bu həyatı yaşamalıyıq.
Doğrudan da, Rusiya ilə Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi vacib şərtlərdən biridir. Bunun özü bir daha onu sübut edir ki, Azərbaycanın,  Prezidentimizin bu regionda apardığı siyasət müstəqil siyasətdir.  Azərbaycan yeganə Cənubi Qafqaz dövlətidir ki,  dünyada müstəqil  balanslaşdırılmış siyasət aparır. Bunun təməli ümummilli liderimiz tərəfindən qoyulubdur və indi də davam etdirilir. Biz hansı dövlətlə isə  münasibətimizi yaxşılaşdırmaq, hansı ilə isə pisləşdirmək istəmirik. Balanslaşdırılmış  siyasət hər bir addımda Azərbaycan xalqının, Azərbaycan dövlətinin, dövlətçiliyinin maraqlarını müdafiə edir. Bu  müqavilədə də həmin siyasət  öz əksini tapır.
Gələcəkdə başqa dövlətlərlə də bu səpkidə bağlanan müqavilələrdə nəinki milli maraqlarla, ümumiyyətlə, Azərbaycanın tarixi, vaxilə iri dövlətlərin qərarları nəticəsində verilmiş torpaqları ilə bağlı da biz öz münasibətlərimizi ay-dınlaşdıracağıq və belə qərarlar qəbul edəcəyik. Hesab edirəm ki, bu, Azərbaycanın  ortaya qoyduğu düzgün siyasətidir və buna səs verib qəbul edəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Biz tarixi əhəmiyyətli bir sənədi müzakirə edirik. Həmin sənəd Azərbaycan dövlətçiliyinin, Azərbaycanın ərazi bütövlüyünün təməllərindən birini təşkil edir və gələcəkdə, yüz illər keçdikdən sonra yarana biləcək mübahisəli bir məqamda Azərbaycan cəmiyyətinə bu məsələ ilə bağlı konkret tarixi sənədə istinad etmək imkanı verəcəkdir. Eyni zamanda, bu müqavilənin imzalanması göstərir ki, Azərbaycan qonşu dövlətlər ilə qonşuluq və sülh şəraitində yaşamaq arzusundadır. Azərbaycan öz ərazi bütövlüyünü həmişə qorumaq və müdafiə etmək iqtidarındadır. Gələcəkdə biz bu cür sənədləri digər qonşularımızla, o cümlədən hazırda torpaqlarımızı işğal edən Ermənistanla da müzakirə və təsdiq etməyə hazırıq.
Göründüyü kimi, bu sənəd üzərində çox böyük zəhmət çəkilib və konkret xəritə ortaya qoyulub. Bu gün qonşumuz olan Rusiya Federasiyası ilə biz dövlət sərhədləri məsələsini birdəfəlik həll etmiş oluruq.  Bununla belə, mənim bir sualım var. Çox istərdim ki, bu sualıma  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yaxud Dövlət Sərhəd Xidmətindən olan mütəxəssislər cavab versinlər. Bizim müqaviləyə əlavə edilən xəritə albomunun 4-cü səhifəsindən göründüyü kimi, sərhəd xətti heç də düz xətlə getmir. Relyefə uyğun olaraq bəzən ziqzaq şəklindədir. Bununla bağlı mənim iki sualım meydana çıxır. Bu ziqzaqlı  mürəkkəb sərhəd xəttini müəyyənləşdirərkən Azərbaycanın ərazi bütövlüyü məsələsinə xələl gətirilməyib ki? Nəzəri cəhətdən sərhəd hər hansı bir ərazidən düz xətlə də keçə bilər. Yerə bağlandıqda isə  dan-ışıqlardan asılı olaraq sərhəd xətti qabağa və yaxud da arxaya gedə bilər. Mənim üçün maraqlıdır, bu ziqzaqlı  sərhəd xətti müəyyənləşdirilərkən Azərbaycanın ərazi bütövlüyü məsələsinə  hər hansı bir zərər vurulmayıb ki?
İkinci sualım bundan ibarətdir ki, sərhəd nöqtələri hansı prinsiplərlə müəyyənləşdirilir? Hansı prinsipdən, hansı ortaya qoyulmuş normalardan irəli gələrək bizə təqdim edilən dövlət sərhəd sistemi müəyyənləşdirilib? Diqqətinizə görə sağ olun. Sənədi məqbul hesab edirəm və onun qəbuluna səs verəcəyəm.  
Sədrlik edən. Aydın müəllim, iclasda nə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən nümayəndə var, nə də Dövlət Sərhəd Xidmətindən. Ancaq hər yerdə sərhədlər ziqzaqlarla olur. Böyük dövlətlərin xəritəsinə baxanda sərhədlər düz xətt kimi görünür. Ancaq əslində sərhəd xətlərinin əksəriyyəti ziqzaqdır. Burada torpaqların bölünməsi məsələsi var və bunun üzərində həm Azərbaycanın sərhədçiləri, həm də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi illərlə işləyirlər və  yerlər hamısı müəyyən olunur. Burada təzədən düz xətt çəkmək söhbəti yoxdur. Ola bilər ki, səhranı düz xətlə bölürlər. Bunun dağı, təpəsi, ovalığı, çayı var. Sərhədlər əvvəldən qəbul olunmuş xətlərlə çəkilir. Eldar müəllim, Si-zin də sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, müqavilənin təsdiqlənməsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İndi növbəti məsələyə keçirik. Aydın müəllim, növbəti məsələ Sizin  sualınıza cavab olacaqdır. Çox yerlərdə sərhədlər çaylarla bölünür. Araz çayı  İranla sərhədi ayırır, orada da düz xətt yoxdur, ziqzaqla gedir.  Növbəti məsələmiz “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Bu məsələ çox  uzun illər həll edilməyən bir məsələ idi. Artıq sovet hökuməti dağılandan sonra, nəhayət, bu məsələ də öz həllini tapdı. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov,  Milli Məclis Sədrinin müavini, Təbii ehti-yatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr.  Hörmətli Milli Məclis deputatları, xanımlar və cənablar! Milli Məclisin müzakirəsinə 2010-cu il 3 sentyabr tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş və bu sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi  təqdim edilib.
Uzun müddət aparılan tədqiqatlar, araşdırmalar, danışıqlar nəticəsində imzalanmış sazişin əsas məqsədi Samur çayının ekosisteminə zərər vurmadan su ehtiyatlarından razı-laşdırılmış bölgü qaydalarına müvafiq olaraq səmərəli şəkildə istifadə etməkdir. Su axınının 30,5 faizindən, “eko-loji suburaxma həcmi” kimi adlandırılan həcmdən söhbət gedir.  Samur  çayının və birinci növbədə çayın deltasının ekosisteminin təbii inkişafını təmin edən həcmdən artıq olan su həcmləri tərəflər arasında bərabər bölünür. Bununla əlaqədar olaraq 3-cü maddədə razılaşdırılmış qaydalar, prosedurlar və başqa əlaqəli məqamlar öz əksini tapmışdır.
Sazişin tam şəkildə həyata keçirilməsini təmin etmək üçün tərəflər səlahiyyətli qurumlarını təyin ediblər: Azərbaycan tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Rusiya tərəfindən Rusiya Federasiyası Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Su Ehtiyatları Federal Agentliyi. Eyni zamanda, su ehtiyatlarının həcmlərinin müəyyən edilməsi, su ehtiyatlarının razılaşdırılmış şəkildə tərəflər arasında bölünməsini təşkil etmək və bununla bağlı lazım olan digər tədbirləri həyata keçirmək üçün müvafiq səlahiyyətlər verilən Azərbaycan–Rusiya birgə komissiyası yaradılır. Bu komissiya öz işini sazişdə göstərilmiş qaydalara və reqlamentə uyğun olaraq qurur. Birgə komissiya hər bir tərəfin təyin etdiyi bərabərhüquqlu iki həmsədrin rəhbərliyi altında fəaliyyət göstərir. Birgə komissiyanın yaradılması, fəaliyyəti, səlahiyyətlərinə dair məqamlar sazişin   5 və 6-cı maddələrində öz əksini tapıb.
Bununla bərabər, sazişdə Samur hidroqovşağının birgə idarə edilməsi və istismarı məsələləri 7-ci maddədə, moni-torinq məsələləri  8-ci maddədə razılaşdırılmışdır. Önəmli bir məqamı qeyd edim. Sazişin qüvvəyə mindiyi gündən 1 il müddətində Samur çayının sərhəd sahəsinin başlanğıcında tərəflər birgə hidroloji müşahidə məntəqəsi yaradır və onun işini təşkil edirlər.
Təbii, tərəflər razılaşdırıblar ki, bu sazişin həyata keçirilməsi ilə əlaqədar hər hansı işlərin, tədbirlərin icrasını təmin etmək üçün lazım olan işçi heyətlərinin, maşın və mexanizmlərin, materialların və sairənin dövlət sərhədlərindən sadələşdirilmiş qaydada keçməsi, yerdəyişməsi, buraxılması məqsədilə müvafiq şərait yaradılacaqdır. Bununla əlaqədar lazım olan başqa tədbirlər də görüləcəkdir.
Bu sazişin həyata keçirilməsi dövründə yarana biləcək fövqəladə hallarla əlaqədar tərəflərin münasibətləri xüsusi qeyd edilir və 10-cu maddə ilə tənzimlənir. Təbii ki, sazişin icrası, təfsiri və ya tətbiqi ilə əlaqədar tərəflər arasında mübahisələr də yarana bilər. Tərəflər bu başdan razılaşıblar ki, hər hansı bir mübahisə məsləhətləşmələr yolu ilə həll ediləcəkdir. Bu da tərəflərin bir-birinə olan hörmətin, inamın, etibarın, xoş niyyətlə əməkdaşlıq etməyə hazırlığın göstəricisidir.
Tərəflər bununla bərabər razılığa gəldikdə sazişə əlavələr və dəyişikliklər də edilə bilər. Gələcəkdə saziş müvafiq dövlətdaxili  prosedurların yerinə yetirilməsindən və bu barədə sonuncu yazılı bildiriş alınandan sonra qüvvəyə minir və 5 il ərzində qüvvədə qalır. Əgər hər hansı bir tərəf sazişin müddətinin sona çatmasından ən azı 12 ay öncə bu sazişi ləğv etmək niyyəti barədə yazılı şəkildə digər tərəfə bildiriş vermirsə, saziş növbəti 5 il müddətinə uzadılır. Saziş rus və Azərbaycan dillərində imzalanmışdır və hər iki mətn eyni  qüvvəyə malikdir. Əminəm ki, deputat həmkarlarım bu sa-zişi dəstəkləyib, bunun təsdiq edilməsi barədə müvafiq qanunun qəbul edilməsinə səs verəcəklər. 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz. 

Səsvermənin nəticələri (saat 16.41dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev, buyurun.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli Oqtay müəllim, icazə versəniz, “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə və “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun  təsdiq edilməsi haqqında qanun layihələrini birgə təqdim edim. Ona görə ki, bu  3 qanun layihəsi bir-birinə  bağlı olan qanun layihələridir və bir məqsədə xidmət edirlər.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən.  Buyurun, Çingiz müəllim, səsverməni ayrıca apararıq.
Ç.Əsədullayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, son 10 illiklər ərzində cənab Prezidentin rəhbərliyi ilə  Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı yol-nəqliyyat siyasətinin aparılması nəticəsində yeni-yeni yollar çəkilmişdir. Şimal, cənub, şərq, qərb istiqamətlərində geniş nəqliyyat daşımaları həyata keçirilir. Yollarımızın Avropa standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılır.
Tikilən həmin yollarda quraşdırılan yol nişanlarının və siqnalların, nişanlanma xətlərinin də beynəlxalq standartlarla eyniliyinin təmin edilməsi məqsədi ilə beynəlxalq müqavilələr təsdiq olunmaq üçün Azərbaycan Respublikası Milli Məclisinə göndərilmişdir.  Konvensiyada göstərildiyi kimi, razılığa gələn tərəflər bu konvensiyanın müəyyən etdiyi yol nişanları, siqnallar, işarələr və yol nişanlanması sistemini qəbul edərək bu sistemin mümkün qısa müddət ərzində tətbiqini öhdələrinə götürürlər. Əsas müddəalar texniki məqamlarla bağlıdır. Bu da yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyət sahəsinə aid olduğundan bunun üzərində geniş dayanmağa, hesab edirəm, ehtiyac yoxdur. Bu məsələyə bizim İqtisadi siyasət komitəsində baxılıb və yekdilliklə qəbul edilmişdir. Hər üç sənədin qəbul olunması məqsədəuyğundur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira xanım, sualınız var? Buyurun.
E.Axundova. Bizim  şəhərimizdə, hamınız bilirsiniz ki, çox əcaib siqnallara rast gəlmək olar. Görürsən ki, canavar ulayır, it hürür, həyəcan təbili çalınır, sonra aydın olur ki, bu, maşın siqnallarıdır və böyüklər, uşaqlar da qorxurlar. Sualım ondan ibarətdir ki, bu konvensiyaya qoşulandan sonra belə xoşagəlməz hallar bizim küçələrimizdən götürüləcək, ya yox? Bu cür siqnallarla biz nə vaxt mübarizə aparacağıq? Çox sağ olun.
Sədrlik edən. Sualı kimə ünvanlamısınız, Elmira xanım? Çingiz müəllim, belə hallara qarşı bir profilaktika aparılacaq?
Ç.Əsədullayev. Bu qanun layihəsində belə bir məsələ qoyulmayıb. Bu tamamilə başqa bir qanunla tənzimlənən məsələdir. Yollarda qoyulan siqnallardan söhbət gedir. Mən hesab edirəm ki, Elmira xanım da düz deyir. Bunlar insanları narahat edən siqnallardır. Biz bu barədə müvafiq orqanlara məlumat verəcəyik. Çox sağ olun.
Sədrlik edən. Aydındır. Siyavuş Novruzov.
S.Novruzov. Hörmətli Ziyafət müəllim, düzdür, biz bu müddəaların hər birinə qoşuluruq. Bizim milli qanunvericilikdə bununla bağlı geniş müddəalar var. İstər İnzibati Xətalar Məcəlləsində, istər Cinayət Məcəlləsində, istərsə də digər məcəllələrdə göstərilən qanunları pozan şəxslərin cərimə olunmasından başlamış  digər dövlət tədbirləri ilə əlaqədar müddəalar var. Sadəcə olaraq, bu müddəaların həyata keçirilməsi mexanizminin özündə problemlər var. Bu mexanizmlərin həyata keçirilməsi problemləri qaydaya düşməlidir. 1968-ci ildən indiyə qədər çox şey dəyişib. Az qala bir əsr dəyişib. Həyat, münasibətlər günü-gündən dəyişir. İndi biz buna qoşuluruq. Amma yenə deyirəm, biz hətta bu konvensiyaları qabaqlamışıq.
Bilirsiniz ki, nişanlarla, başqa-başqa məsələlərlə bağlı keçən Milli Məclisdə böyük bir qanun qəbul etdik.  Bu gün Azərbaycanda yollar çəkilir,  infrastruktur yenidən yaradılır, körpülər tikilir. İnsanların yola münasibəti, piyadaların və yaxud da maşınla gedənin yolu ilə əlaqədar fəaliyyəti dəyişmir. Hesab edirəm ki, qoyulan nişana sürücü ilə yanaşı vətəndaş da diqqət göstərməlidir. Bizdə nə olur olsun hər dəfə sürücünü günahlandırırlar. Hələ indiyə qədər bir piyada təqsirləndirilməyib. Piyadanın səhvi nəticəsində hadisə baş ve-rir. Bu bizim milli qanunvericilikdə olduğuna görə təsdiq etmək lazımdır. Çingiz müəllim də ətraflı şəkildə təqdim et-di. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Çingiz müəllim, doğrudan da, çox geniş məlumat verdi və biz, sözsüz ki, bunu müdafiə edəcəyik. Yeri gəlmişkən, bəlkə də bizə aidiyyəti yoxdur, amma doğrudan da, son vaxtlar vətəndaşlar xeyli narazılıqlarını bildirirlər. Daxili İşlər Nazirliyində struktur islahatları aparıldı. İndi Bakı şəhəri üzrə texniki baxış rayonlardan alınıb verilib Respublika Dövlət Yol Polisinə. Şəxsən mən  bir dəfə həmin binanın qabağından keçmək məcburiyyətində qaldım, orada çox böyük  tıxaclar yaranır. İnsanlar bəzən günlərlə vaxtlarını itirirlər. Bu problemi  bir gün ərzində  həll edə bilmirlər, bir neçə dəfə oraya baş çəkməli olurlar.
Başqa bir problem də yaradılıb. Sürücülər cəzalandırılır, onların sürücülük vəsiqələri bəzən alınır. Onlar sürücülük vəsiqələrini əvvəllər rayonlardan ala bilirdilər, indi yalnız Bakı Şəhər Dövlət Yol Polisindən  almaq məcburiyyətindədirlər. Mənə şəxsən bununla bağlı müraciət edənlər olub. İnsanlar bunun arxasınca bir neçə dəfə gedə bilmirlər. Növbə həddindən artıq çoxdur və 3 milyon yarımlıq şəhərdə vəsiqələri bir yerdə geri  verirlər. Ziyafət müəllim, mən he-sab edirəm, Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə əlaqə sax-layıb millət vəkillərinin də narahatlığını çatdırmaq lazımdır ki, struktur islahatları özünü doğrultmur. Ona görə də in-sanlar əvvəlki  qaydada, rayonlarda vəsiqələrini alsınlar, av-tomobili texniki baxışdan öz rayonlarında keçirsinlər. Yoxsa çox vaxt itirirlər, əlavə də əsəb gərginliyi yaranır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsinə, xa-hiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə münasibət bildirin. “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Re-spublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.50 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bu zərfə daxil olan axırıncı qanun layihəsi “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında qanun layihəsinə, buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun, təşəkkür edirəm.
Növbəti məsələ Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168–IIQ nömrəli Qanunu  ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 14-cü maddəsinə bir cümlə əlavə edilir. Amma bu, əslində, əhəmiyyətli bir əlavədir. Niyə? Daxili işlər orqanlarında çalışan şəxslər ilk növbədə insan hüquqlarının müdafiəsi ilə məşğuldurlar. Cinayətkara qarşı mübarizədə fəal iştirak edirlər. Təklif olu-nan əlavə ondan ibarətdir ki, qanunda nəzərdə tutulmuş hal-larda, söhbət daxili işlər orqanlarına xidmətə qəbul olunma mərhələsindən gedir, müvafiq icra hakimiyyəti orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri tətbiq edilə bilər. Bu zaman  müvafiq icra hakimiyyəti orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri aparılması üçün bir əsas yaradılır. Yəni daha dəqiq desəm, daxili işlər orqanlarında xidmətə qəbul edilən şəxslərin yoxlanılması, o cümlədən daha düzgün, dəqiq kadr siyasətini həyata keçirmək baxımından vacibdir.
Əlbəttə, çox mütərəqqi haldır ki, Azərbaycanın daxili işlər orqanlarında sonradan qanun pozuntusuna yol verilməsi halları kifayət qədər azdır, amma bəzən bunlar olur. Sevindirici hal ondan ibarətdir ki, daxili işlər orqanlarında   qanunçuluğu pozan daxili işlər orqanlarının əməkdaşlarına qarşı çox ciddi  mübarizə aparılır. Amma belə bir əlavə imkan verəcək ki, işə, xidmətə qəbul zamanı əməliyyat-axtarış fəaliyyəti yolu ilə onların şəxsiyyəti və sair yoxlanılsın. Ona görə hesab edirəm ki, bu bizim daxili işlər orqanlarında həyata keçirdiyimiz müasir kadr siyasətinə çox uyğundur. Millət vəkillərindən bu əlavəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Əli müəllim, çox sağ olun. Mən Əli müəllimlə tamamilə razıyam və hesab edirəm ki, nəinki daxili işlər orqanlarında, bütün hüquq mühafizə orqanlarına daxil olan hər bir şəxsin, hər bir kadrın keçmişi şəffaf olmalıdır. Ona görə də bu nöqteyi-nəzərdən olduqca çox lazımlı, zəruri bir qanundur və hesab edirəm ki, bu qanunu qəbul etmək lazımdır. Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.54 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Yenə də komitə sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri! Bildiyiniz kimi,  Cinayət-Prosessual Məcəlləsinin 215-ci maddəsi cinayət işləri üzrə ibtidai istintaqın aparılmasının aidiyyətini müəyyənləşdirir. Belə ki, ağır cinayətlər, kütləvi müharibə cinayətləri prokurorluğun istintaqına aid olan hallardır, ibtidai istintaq prokurorluq tərəfindən aparılır və aidiyyəti üzrə prokurorluq orqanları tərəfindən araşdırılır. Eyni zamanda, 215.3.2-ci maddə bütün hakimiyyət qollarındakı vəzifəli şəxslərin, yəni icra, məhkəmə, qanunvericilik hakimiyyətləri, o cümlədən hüquq mühafizə, güc strukturları əməkdaşlarının törətdikləri və yaxud vəzifədən sui-istifadə etməklə törədilən  cinayətlərin də prokurorluq orqanları tərəfindən araşdırılmasını özündə ehtiva edir.
Təklif olunan düzəliş ondan ibarətdir ki, yuxarıda sa-dalanan şəxslər  təkcə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı cinayət törətdikdə deyil, istənilən halda hər hansı bir cinayət törətməkdə təqsirli bilinərlərsə, araşdırılma prokurorluq orqanları tərəfindən həyata keçirilsin. Hesab edirəm ki, bu həmin subyektin statusuna da uyğundur. Pro-kurorluq orqanları, bilirsiniz ki, hər bir halda istintaq apar-maq baxımından xüsusi  peşəkarlığa malikdirlər. Elə bilirəm ki, bu düzəliş də əhəmiyyətlidir və millət vəkilləri tərəfindən dəstəklənə bilər.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.56 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Yenə də komitə sədri Əli Hüseynliyə söz verilir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İn-zibati Xətalar Məcəlləsinin 299 və 300-cü maddələrinin an-caq sanksiyalarına dəyişiklik edilir. Pozisiyalar məlumdur, dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması, dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları olduğu kimi qalır. Məlumat üçün deyim ki, bir müddət əvvəl bu sahəni tənzimləyən qanunvericiliyə bir sıra düzəlişlər və əlavələr etmişdik. Bu günə qədər biz İnzibati Xətalar Məcəlləsində  çox ciddi düzəlişlər etmişik, yəni göstərilən xətalara uyğun olaraq adekvat cəzalar müəyyənləşdirmişik. Bu sahənin nə qədər həssas olduğunu, o cümlədən nə dərəcədə böyük ictimai əhəmiyyət kəsb etdi-yini, elə bilirəm ki, heç kim şübhə altına qoymur.
Sadəcə, fürsətdən istifadə edib demək istəyirəm ki, dünən ANS televiziyası elə bu məsələlərlə bağlı çox maraqlı  bir veriliş vermişdi. Yəni bu, bütövlükdə Azərbaycan cəmiyyətini narahat edən bir məsələdir. Hesab edirəm ki, çox düzgün olaraq qanunvericilik təşəbbüsü subyekti tərəfindən bu sanksiyaların artırılması ilə bağlı təklif irəli sürülüb. Bi-zim komitədə bu məsələlər İnsan hüquqları komitəsi ilə birlikdə müzakirə olundu. Biz bu qanun layihəsini dəstəkləyirik. Sanksiyalar kifayət qədər çox artırılıb.
Hörmətli Ziyafət müəllim, diqqətə çatdırmaq istəyirəm ki, hazırda İnzibati Xətalar Məcəlləsinin artıq yeni variantı da dərc olunub. Bilirsiniz ki, biz parlamentdə əvvəlki çağırışda da, demək olar ki, bütün maddələrdə sanksiyaları artırmışıq. Deyə bilərəm ki, sanksiyalar fiziki, vəzifəli və hüquqi şəxslər üçün fərqlidir. Amma artıq bir neçə min manatdan söhbət gedir. Bu artıq təəccüblü deyil. Artıq bizim İnzibati Xətalar Məcəlləsinin digər müddəalarında da bu cür sanksiyalar var. Əslində, bu maddədə edilən dəyişiklik digər oxşar ictimai xətalarla bağlı sanksiyalara uyğunluqdan ibarətdir. Ona görə düşünürəm ki, burada  ciddi bir mübahisə yaranmamalıdır və millət vəkillərindən bu məsələni dəstəkləməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxış etmək istəyənlər var. Zahid Oruc.
Z.Oruc. Çox sağ olun. Mən, doğrusu, bu sanksiya rejiminin dəyişdirilməsi ilə əlaqəli komitə səviyyəsində müzakirələr aparılarkən bunların media, xüsusilə də dinlə bağlı insanlar tərəfindən necə qarşılanmasına baxmışdım. Həddindən artıq təəccübləndim ki, bunu dini etiqad azad-lığına qarşı parlamentin atdığı addım kimi dəyərləndirmişdilər. Bu çox təəssüf doğurur. Heç bir halda konkret insanların, əhali qruplarının etiqadına kənar təsirlərdən söhbət getmir. Söhbət hansı ədəbiyyatlara münasibətdə atılacaq addımlardan gedir. Mənə elə gəlir ki, istənilən ölkə bu yöndə özünün dini mühitinin normallığını qoruyub saxlamalı, hər kəsin öz inancına görə münasibət qurması, amma paralel şəkildə dövlətin qayda-qanunlarına da hörmət etməsi üçün şərait yaratmalıdır.
Ancaq bu yeni bir mövzu deyil. Azərbaycanda həmişə bu problem qaldırılıb. Müxtəlif  ölkələr Azərbaycanı dini ekspansiya məkanı kimi görməkdədirlər. Şükürlər olsun ki, bu sahədə mühüm qurumlar da yaradılıb. Azərbaycan hər halda 1990-cı illərin ölkəsi deyil. Dünən ANS-də göstərilən kadrlar da, media səhifələrində çıxan məqalələr də sübut edir ki, həqiqətən də, Azərbaycanda təkcə ədəbiyyat deyil, müxtəlif şirnikləndirici vasitələr də ortaya qoyulur. Mən, əslində, buna görə çıxışa yazılmışdım. Düşünürəm ki, bu sanksiya rejimini kəskinləşdirməklə bərabər dini etiqad azadlığı haqqında qanunvericiliyi də yeniləməliyik.
Bir sıra tendensiyalar və həmin dini cərəyanlar öz ölkələrində əsas əhali,  xalq tərəfindən qəbul olunmur, onları oradan qovublar. Məsələn, “Yeqova şahidləri” bunların bir nümunəsidir. Amma onlar Azərbaycanda geniş fəaliyyət aparmaqdadırlar və onlara qarşı hansı isə tədbirlər həyata keçiriləndə deyilir ki, bu, dini etiqada müdaxilədir, insanların haqlarının tapdalanmasıdır və sair. Yeri gəlmişkən, deyim ki, həqiqətən də Azərbaycanın bu məsələdə öyünməsi, fəxr etməsinə qarşı beynəlxalq və bəlkə də regional miqyasda qısqanclıqlar var, çünki biz həmişə bu siyahıda ön mövqedə olmuşuq. Azərbaycan dini tolerantlıq mühitində yaşayır, istənilən konfessiyalar öz inanclarını rahat şəkildə, normal qaydada yerinə yetirirlər. İndi, son dövrlərdə hiss olunur ki, bu fəxarət dəlillərimizi əlimizdən almaqla məşğuldurlar.
Mən ABŞ Dövlət Departamentinin son hesabatlarına baxmışam. Sanki  konkret hüquqi sənədlərin yerində olub-olmamasından, İslam dininin burada necə tətbiq olunmasından, əhalinin dini ayinləri necə yerinə yetirməsindən daha çox onlar narahatdırlar, nəinki biz.
Əgər imkan olsa, hicab mövzusuna da qısa olaraq toxun-maq istəyirəm. Bilirsiniz, çox təəssüf edirəm ki, məktəblərdə tətbiq olunan vahid forma dindarların, bəlkə də maraqlı dairələrin əli ilə sanki hicaba qarşı bir addım kimi qiymətləndirilir.
Əlbəttə, burada hörmətli Rəbiyyət xanım da, digərləri də çox uğurlu mövqelərini bildirdilər. Burada, həqiqətən, maarifləndirmə işinə ehtiyac var. Dünyəvi dövlət məsələsindən deyildi, haqlıdırlar. Məktəblilərin bu sahədə şüurlu seçimi varmı, yoxmu? Bu mövzuda danışılıb, bunu da demək mümkündür. Başqa din daşıyıcıları, krişnaidlərdən tutmuş ələvilərə qədər hamısı öz dini geyimlərində məktəbə gəlsələr məktəb dini bir eksponat, muzeyə çevriləcək. Bu mövqeyi də demək olardı. Bəlkə də Azərbaycanda yaşıl inqilaba ümid bəsləyən, dini ixrac etmək istəyən dairələr, xarici maraqlar var. Bunu da demək mümkün idi.
Qərbpərəst siyasi partiyalar məni çox təəccübləndirdilər. Onlar hicab məsələsində hakimiyyətin əleyhinə bir mövqe, meydan görüb Azərbaycan hakimiyyətini tənqid etməyə ba-şladılar. Niyə? Çünki siyasi müxalifət çox zəif olanda, dindən müxalifət təşkil edib hakimiyyətin əleyhinə qaldırmaq istəyirlər. Əsrin əvvəllərində bu millət inqilab edib, qadını çarşabdan azad etdi və onun heykəlini yaratdı. İndi təkrar 100 ildən sonra inqilab edib çarşaba və yaxud da hi-caba qayıdır? Mənim aləmimdə məktəbli forması ilə bağlı atılan addımı bütün cəmiyyət, xüsusilə də ziyalılarımız müdafiə etməlidirlər. 
Sədrlik edən. Zahid müəllim, çox yaxşı danışdınız. Bax, indi xoşum gəldi, halal olsun. Buyurun, davam edin.
Z.Oruc. Təhsil sahəsində çoxlu islahatlar bizi gözləyir. Belə olan təqdirdə bu süni mövzunu ortalığa atıb bizi əsas məsələdən yayındırırlar. Bir. İkinci, Peyğəmbər əleyhissəlam müqəddəs saydığımız ocaqlarda, o cümlədən məsciddə elmi ocaqlar yaradırdı ki, insanlar öyrənsinlər, ziyalı olsunlar. Belə demək mümkündürsə, Məhəmməd peyğəmbər məscidi məktəbə çevirməyin tərəfində idi, məktəbi məscidə yox. Din  kültürü bütün Avropada tədris olunur. Azərbaycanda da türk litseylərində xüsusi tədris olunur. Yəni fanatizmdən və mövhumatçılıqdan uzaq sırf bilgilərə xidmət edən kitab da tədris olunmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Təklif olu-nan layihə ilə,  düzəlişlərlə bağlı danışmaq istərdim. İnzibati Xətalar Məcəlləsinə biz çox dəyişiklik etmişik. Keçən sessi-yalarımızda, demək olar, İnzibati Xətalar Məcəlləsinin elə bir maddəsi yoxdur ki, biz ona dəyişiklik və əlavə etməyək. Hesab edirəm ki, gələcəkdə yeni bir İnzibati Xətalar Məcəlləsinin hazırlanması və çap olunmasına böyük ehtiyac var. Bu vacib bir şərtdir.  İnzibati Xətalar Məcəlləsi sanksiya-larının tətbiq olunması Cinayət Məcəlləsindəki vəziyyətin yüngülləşməsinə xidmət edir. Əgər burada sanksiya artırılırsa, avtomatik olaraq azadlıqdan məhrum olma halları azalır. Əgər burada sanksiya azaldılırsa növbəti mərhələ şəxsin azadlıqdan məhrum olunmasıdır. İnzibati Xətalar Məcəlləsi bu yükü öz üzərinə götürür və Cinayət Məcəlləsində bu cəzanın yüngülləşməsinə xidmət edir. Bu da Azərbaycan dövlətinin insanlara daha  humanist şəkildə yanaşmasına, onların tərbiyə,  islah olunmasına, cərimələr yolu ilə düzgün yola qayıtmalarına kömək etmək istiqamətində atdığı addımları göstərir.
Müzakirə olunan mövzu çox aktual bir mövzudur. Mən deyim ki, dinlə bağlı mövzu bu gün Azərbaycan cəmiyyətində vacib məsələlərdən biridir. Çünki Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və digər sahələrdə fəaliyyətinə müdaxilənin yolunu axtaran qüvvələr var. Xalqla iqtidar, Prezident, hakimiyyət, parlament birdir, bir yerdə qərarlar qəbul edirlər, o cümlədən din də birdir. Amma bəzi qruplar,  dərnəklər, müxtəlif cərəyanlar şəklində bu işləri qurmaqla Azərbaycanın müstəqilliyinə, əsrin əvvəlində demokratik respublika quran bir dövlətin quruluşuna ziyan vurmaq, qonşuluğumuzda yerləşən  dövlətlərin də maddi və mənəvi xeyir-duası ilə xələl gətirmək istəyirlər.
Hər bir şəxsin inancı var, hər bir şəxs inanır. Azərbaycanda sovet hökumətinin qılıncının dalı, qabağı kəsən vaxtlarda belə hər bir adam Allaha da, peyğəmbərə də, Qurani-Kərimə də in-anıbdır. Amma bu gün bəzi qruplar, dəstələr ortaya çıxıb. Ka-tolikliyini Roma papasından daha artıq ortaya qoymaq istəyəndə o dəqiqə bilinir ki, ip kimin əlindədir, şirə kimin tərəfindən gəlir. Bu baxımdan hesab edirəm ki, digər məsələlərlə bağlı da ciddi sanksiyalar tətbiq etməliyik. Bu gün Azərbaycanın Konstitusiyası var, dövlətin yolu, istiqaməti məlumdur, bu istiqamətlə də irəliləyir.
Biz bayrağımızda üç rəngi göstərmişik. Üç rəngin hər bir-inin anlayışı, açılışı var. Biz dinimizi hər şeydən yuxarı tutu-ruq. Buna heç kəs şübhə ilə baxa bilməz, çünki biz öz bay-rağımızda, dövlətimizin simvolunda bunu əks etdirmişik. Ona görə də kimin isə dinimizə müdaxiləsi yolverilməzdir.
Bu gün hörmətli həmkarım Zahid müəllim də bir neçə məsələyə toxundu. Hələ Fransada hicaba qadağa qoyulanda mən dedim ki, insana  geyimlə bağlı qadağa ola bilməz. Biri paltoda, digəri plaşda, biri kostyumda, digəri papaqda gəzə bilər. Amma müəyyən yerlərdə, məsələn, daxili işlər orqanında formada olmalısan. Bu gün məktəb qərar qəbul edib ki, məktəbli forması olmalıdır, konkret qərar var. Məktəbli forması hər bir şagirdə aid olmalıdır, vahid forma mövcuddur. Məktəbə cins şalvar geyinib gəlməyə icazə vermirsənsə, necə olur ki, başqa bir şeyə icazə verməlisən? Dünyanın heç bir yerində belə sistem yoxdur. Oksforda gedin, bağçasında da, məktəbində də, institutunda da vahid forma tətbiq edilir. Qalstukun rəngi də eyni olmalıdır. Xoşun gəlir oxu, xoşun gəlmir oxuma. Bu sistem belədir. Yəni konkret elm, təhsil müəssisəsi öz mövqeyini  ortaya qoyub. Bu mövqeyə də hər bir insan...

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Bir dəqiqə də vaxt versinlər?
S.Novruzov. Fikirlərim var. Ona görə də hesab edirəm ki, bu məsələyə münasibət bildirəndə hər kəs düzgün mövqe ortaya qoymalıdır. Bununla bağlı ölkənin, dövlətin konkret qərarı var və mən hesab edirəm ki, bu qərara da hamı hörmətlə yanaşmalıdır. Bu ölkə bir neçə şəxsin, 5–10, 100 adamın deyil, Azərbaycan xalqınındır. Azərbaycan xalqı da səsvermə ilə öz Konstitusiyasını qəbul edib və burada yazılıb ki, Azərbaycan dünyəvi bir dövlətdir, dünyəvi dövlət olaraq da bu prosesi davam etdirir. Ona görə də  maddi və yaxud digər məqsədlərlə hər hansı bir təşkilata üzv olmaq, hesab edirəm ki, tamamilə düzgün yol deyil. Azərbaycan xalqının öz yolu, öz istiqaməti var və hamı da  bu yola xidmət etməlidir.
Sədrlik edən.  Sağ olun. Aqil Abbasov.
A.Abbasov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də bir-iki məsələyə toxunmaq istəyirəm. Məndən əvvəl danı-şanlar onsuz da müzakirə edilən məsələ ilə bağlı sözlərini ciddi şəkildə dedilər. Birinci, son zamanlar yaman fəxr edirik ki, biz tolerant xalqıq. Niyə həddindən artıq tolerant olmalıyıq, bilmirəm. Dünyada nə qədər din var, haradan enib bilinmir. Azərbaycanı poliqona çevirmək istəyirlər. Bu, məsələnin bir tərəfi. Tolerantlıqdan bir az geri çəkilmək lazımdır.
İkinci məsələ odur ki, Aqiyə xanım o vaxt Müəllimlər İnstitutuna hicablıları buraxmayanda dəstək ala bilmədi və nəticəsi indi bu yerə gəldi çıxdı. Təbii, ziyalılar çox ciddi şəkildə buna müqavimət göstərirlər. Amma əsas məsələ nə idi? Bunu parlamentə gətirmək idi və parlamentdə də bu məsələni dedik. Yəni buna maya qoyanlar var. Bayaq gözəl dedilər, daxildəki bəzi siyasi partiyalar və qəzetlər bundan çox gözəl istifadə edirlər. İstəkləri də bu idi ki, biz də Türkiyədəki kimi işimizi ataq, başlayaq hicab davası etməyə. Xahişim budur ki, bir də hicab söhbətini heç vaxt parlamentdə qaldırmayaq. Komitə iclaslarında sözümüzü deyək ki, bunu parlamentdə eşitməsinlər, çünki istədiklərinə çatırlar.
Bu layihədə cərimə kimi 2000–2500 manatdan bəhs edi-lir. Əvvəla, dini ədəbiyyatı burada yayanlar, buraya gətirənlər üçün 2000 manat pul deyil.  Çünki onların arxas-ında çox böyük qüvvələr var. Məsələn, adicə bir fakt deyim. İranda narkotika üstündə adamı asırlar. Amma bütün İran Azərbaycana narkotik daşıyır və İranın xüsusi xidmət orqanları da onları müşayiət edir. Bir həbsxana rəisinin de-diyi sözü deyirəm. Soruşanda ki, niyə İran vətəndaşlarını  ekstradisiya etmirsiniz? Deyir ki, həmin şəxsi buraxan kimi səhər 10 kilo narkotika ilə Azərbaycana qayıdır. Deməli, bunların arxasında duran qüvvələr var. Əgər İranda narkoti-ka daşıyanları asırlarsa, bəs Azərbaycandan qayıdanları niyə asmırlar? Deməli, burada başqa məqsədlər var, o cümlədən dini ədəbiyyatda da.
Həmin dini ədəbiyyatı gətirənlər üçün 2000 manat nə puldur?  100 min də desəniz verəcəklər. Demirəm ki, bu dəqiqə bunu tətbiq edək, gələcəkdə,  əgər həmin əməl təkrar olunarsa, məsələni belə qoymaq olar. Bayaq hörmətli Siyavuş müəllim dedi ki, dövlət quruluşuna, dövlətçiliyimizə zərər vursa, niyə həbs olunmasın? Əgər həmin ədəbiyyat Azərbaycan dövlətçiliyinə, bizim dövlət quruluşumuza zərbə vurarsa, bu şəxs niyə cərimə olunmalıdır, başı sığallanmalıdır? Cinayət Məcəlləsində müvafiq maddələr var.
Yerdən. (Eşidilmir.)
A.Abbasov. Hörmətli Əli müəllim, gələcəkdə inşallah.  Burada iki dəfə təkrar olmaz. Birinci, həmin  dini qurum ləğv olunmalı, onun qeydiyyat vərəqəsi əlindən alınmalıdır. Azərbaycanda 10 adama bir dini qurum düşür. Azərbaycanda hər 1000 adama iki məscid düşür. Azərbaycanda məktəbdən çox məscid tikirlər.
Mən özüm də dindar adamam, yəni Allahımı da, Quranımı da bilirəm. Sadəcə olaraq,  indi dini ocaqları resto-ran kimi obyektə çeviriblər. Hərə özünə bir məscid tikib və bu məsciddən istifadə edir. Bölgələr var ki, 1500 məscid ti-kilib. Rayon var ki, 50 məscid tikilib, amma həmin 50 məscidi tikdirən oğlan bir məktəb tikməyib. Sovet hökumətində qadağalara baxmayaraq, daha dindar idik, Quranımızı daha çox bilirdik, Allahımıza daha bağlı idik, nəinki indi. İndi dindən yalnız və yalnız kimlərsə öz məqsədləri üçün istifadə edirlər. Başqa məqsədlər üçün istifadə edirlər. Heç də parlament bu qanunları başqa məqsədlə qəbul etmir.
Burada oturanların hamısı müsəlmandır. Bizim rus, yəhudi millətindən olan qardaşlarımız da müsəlmandır. Dünyanın sonuncu dini müsəlmanlıqdırsa, hamı əvvəl-axır müsəlman olacaqdır. Onların da bir Allahı var, bir peyğəmbəri var. Biz onların peyğəmbərlərinə hörmətlə yanaşırıq, təbii, onlar da bizim. Bu mənada heç kəs dinin, peyğəmbərin əleyhinə deyil. Sadəcə, bu dəqiqə cərəyanlar Azərbaycanı haraya sürükləmək istəyirlər? Bunun qarşısını dövlət qurumları alırlar. Biz də parlament olaraq bu maddələri bir az da ciddiləşdirməli, qanunları bir az da sərtləşdirməliyik və hər kəs yerində oturmalıdır. Azərbaycan heç kəs üçün poliqon deyil, böyük bir dövlətdir. Onun Heydər Əliyev kimi qurucusu var, onun   möhtərəm Prezidentimiz İlham Əliyev kimi aparıcısı var. Ona görə xahiş edirəm, bu məsələdə bir az ciddi olaq.
Sədrlik edən.  Sağ olun. Rəbiyyət Aslanova.
R.Aslanova. Çox sağ olun, hörmətli Sədr. Mən bu dəyişikliklərlə əlaqədar konkret münasibətimi bildirmək istərdim. Çıxışlar burada başqa istiqamətə yönəldi. Amma söhbət dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasından gedir. Bu gün Azərbaycanda hansı dini qu-rumlar qeydiyyatdan keçir və hansılara rədd cavabı verilir? Nəyə görə rədd edilir? Bu sanksiyalarda məhz həmin məsələlər nəzərdə tutulub.
Burada söylənildi ki, bu gün Azərbaycanda çoxlu sayda məscidlər var, sovetlər dönəmində belə deyildi. Mən bir neçə dəqiqə vaxtınızı alım və deyim ki, sovetlər dönəmində Azərbaycanda 18 məscid, iki müqəddəs yer var idi. 18 məsciddən 11-i şiə məscidi idi, 5 sünnü məscidi, 2 qarışıq məscid var idi. Sovetlər dönəmində yaranan qarışıq, yəni şiə və sünnülərin birgə ibadət etdikləri məscidlər bu gün bəlkə də İslamın Azərbaycan modelinin əsasını təşkil edir. Bir neçə müqəddəs yerlər vardır. Sovetlər quruluşu çökdükdən sonra Azərbaycanda məscidlərin sayı artmağa başladı. Ancaq məscidlərin sayı ilə yanaşı, ayrı-ayrı təriqətlər Azərbaycana ayaq açdı. Yəni o vaxta qədər ayrı-ayrı təriqətlər yox idi və 1992-ci ildən başlayaraq təriqətlər ayaq açdı. 1993-cü ildə ulu öndərin məhz bu məsələyə müdaxiləsi ilə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasına son qoyuldu. Bu var.
Bütün bunlara baxmayaraq, bu gün Azərbaycanda çoxlu sayda təriqətlər var. Bunlar həm xristian təmayüllü, həm də İslam təmayüllü təriqətlərdir ki, bunların qeydiyyatdan keçəni də var, keçməyəni də. Ötən il biz, yəni III çağırış Milli Məclisin deputatları, qanuna əlavə və dəyişikliklər et-dik və qeydiyyat məsələsini konkretləşdirdik. Hansı təşkilatlar qeydiyyatdan necə keçə bilər və sair məsələlər dəqiqləşdirildi. Bu bir il ərzində təqribən 300-dən çox dini icma qeydiyyatdan keçib, çoxları qeydiyyatdan keçməyib və bəziləri də rədd cavabı alıblar. Rədd cavabı almış icmaların nümayəndələri ilə mən görüşdüm. Onların da fikirləri ilə tanış oldum. Söhbət nədən gedir? Burada hər iki tərəfin məsuliyyətindən söhbət gedir. 
Bu gün biz bütün təriqətləri Azərbaycana düşmən mövqedə günahlandıra, onları ittiham edə bilmərik. Bunun üçün Milli Təhlükəsizlik Nazirliyinin konkret mövqeyi lazımdır. Hələ qeydiyyatdan keçməyən dini icmaların hamısına damğa vurmayaq. Amma nəzərə alaq ki, 2009-cu ildə qəbul etdiyimiz  qanunla qeydiyyatdan keçməlidir. Bu birmənalıdır. Qeydiyyatdan keçməyəcəklərsə və onların fəaliyyətində müəyyən xoşagəlməz məqamlar varsa, artıq onlara imtina yox, onların fəaliyyətinə xitam vermək üçün konkret mövqe ortalığa qoyulmalıdır. Bu mövqe hələ ortalığa qoyulmur.
Bir neçə məhkəmə işi var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə həmin icmalar arasında məhkəmə prosesi gedir. Mən inanıram ki, imtina üçün ciddi əsas və fəaliyyətlərində Azərbaycanın maraq və mənafelərinə zidd məqamlar varsa, xitam məsələsi gündəmə gəlməlidir. Bunun üçün Avropa Məhkəməsindən, hansısa qurumlardan qorxmaq lazım deyil. İngiltərə, Fransa, digər ölkələr milli maraq və mənafelərinə görə belə addımlar atıblar və biz də bunu atmaqda müstəqilik.
Digər məsələ Azərbaycana gələn dini təyinatlı əşyalar və kitablarla bağlıdır. Gəlin belə deyək. Məsələ burasındadır ki, belə kitablar virtual məkandan da gəlir. Yəni şəxs kompüterə, İnternetə girir və müəyyən kitabları, məlumatları alır, bunu Azərbaycanda çap edib yaya da bilir. Bu gün biz in-formasiya məkanına ombudsman qoya bilərik, amma virtual məkanın ombudsmanı kim olacaq? Bu da ciddi məsələdir. Budur, bu gün oradan axan informasiya insan qafasında da-ha çox yer tutur. Bu məsələyə də ciddi münasibət bəsləmək lazımdır.
Vaxtilə bir neçə il bundan qabaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ekspertiza şurası fəaliyyət göstərirdi və Azərbaycana gələn bütün kitabları yoxlayırdılar, ekspertiza edirdilər. Külli miqdarda kitab gəlir, bunun hamısını eksper-tizadan keçirmək qeyri-mümkündür. Bəlkə həmin  şura fəaliyyətini ciddiləşdirsin və çox ciddi rəylər versin ki, bəli, bu kitab Azərbaycana daxil ola bilər və yaxud daxil ola bilməz. Amma mən bununla maraqlandım, bir ay ərzində iki, yaxud üç kitabı ekspertizadan keçirirlər. Bu zaman  digər tərəf söyləyir ki, gətirdiyim məlumat məzmunca qətiyyən milli mənafeyə, maraqlara zidd deyil, qoyun kitabları gömrükdən keçirim və gətirim. Yəni bu o qədər həssas mövzudur ki, buna çox ciddi münasibət bəslənilməlidir. Belə olan şəraitdə biz Azərbaycanda dini durumun hansı səviyyədə, necə olduğuna nəzarət eləyə bilərik. Bəzən dini durumda canlanma baş verir. Biz bunu...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Komitə sədri çıxış eləyəndə sözünü kəsməzlər.  Sən bu gün çıxış eləməmisən, iki dəqiqə vaxt verirəm.
R.Aslanova. Məhz bu gün Azərbaycanda müəyyən məqamlarda dini canlanma baş verirsə, bununla çox ciddi maraqlanmaq lazımdır. Hicab məsələsi də təsadüfən baş verməmişdir. Bayaq milli preventiv qruplardan, fəaliyyətdən danışdıq. Nəyə görə bunlar baş verir? Hansı qruplar, təbəqələr içərisində baş verir? Güclü sosioloji sorğular keçirmək lazımdır ki, bunları bilək. Din, dinin canlanması qədər qorxulu və təhlükəli məqam yoxdur. Mən gözəl hislərdən, yəni yüksək mənəvi sərvət olan dindən danış-mıram. Ekstremizmə çağıran dini hislərdən danışıram. Bu baxımdan da mənə elə gəlir ki, həmin sahəyə cavabdeh olan qurumlar məsələyə ciddi yanaşmalıdırlar. Bununla əlaqədar hansı qanunlar,  əlavə və dəyişikliklər  lazımdırsa, biz bunları edəcəyik. 1997-ci ildə möhtərəm Prezidentimiz, ulu öndərimiz kəskin mövqeyini ortaya qoydu və həmin təriqətlərin Azərbaycanda fəaliyyətinin qarşısı alındı. Mənə elə gəlir ki, biz də elə ciddi addım atmalı və cəsarətli fəaliyyətimizlə göstərməliyik ki, Azərbaycanın  mənəvi məkanı hər şeydən əvvəldir.
Sədrlik edən. Çox sağ olun. Mən bu istiqamətdə çıxış etmək istəmirəm. Amma çıxışlara orada da, burada da qulaq asdım. Bəzən Milli Məclisdə belə söhbətlər gedəndə, çoxları fikirləşirlər ki, Milli Məclisdəkilər kafirdirlər, heç dinləri yoxdur. Amma mən inanıram ki, Milli Məclisin hər bir deputatı öz dinini də, İslamı da, Allahı da sevən insandır. Ancaq bir məsələ var, biz özümüz təbliğat işləri aparmırıq. İnsanın Allahı da, inamı da ürəyində olmalıdır. Əgər biz öz cavanlarımıza, insanlarımıza bunları başa sala bilsək, kənar təriqətlər bizim işimizə qarışa bilməzlər.
Hicab söhbətini salırsınız, hicab söhbəti Azərbaycanda bir bayraq olub. Azərbaycanda hicab ləğv olunmayıb. Azərbaycanda məktəbli forması  tətbiq olunur. Dünyanın bütün ölkələrində belədir. Bundan bayraq kimi istifadə etməmək üçün savadlı insanlarımız yavaş-yavaş izahat işi aparmalıdırlar.  Mən gözləməzdim ki, Azərbaycanda belə bir hərəkat olsun, Təhsil Nazirliyinin qarşısında neçə yüz adam yığışıb, şüarlarla çıxış edirlər ki, hicaba icazə verilsin. Azərbaycanda hicab ləğv olunmayıb, bəziləri deyirlər ki, hi-cab ləğv olundu, bizim namusumuz, qeyrətimiz əldən getdi. Hicab ləğv olunmayıb. Təhsil Nazirliyində qərar qəbul ol-unub ki, məktəbli forması olmalıdır. Kim deyir ki, hicabla işə getməyə, şəhərdə gəzməyə qadağa qoyulur. Xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kəndinin “Dəvəçi kəndi” adlandırılması haqqında qanun layihəsidir. Buyurun, Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr! Hörmətli həmkarlar, bu il yaz sessiyasında Milli Məclisin qanunu ilə Dəvəçi rayonuna və Dəvəçi şəhərinə “Şabran” adı verilmişdir. Məsələ Toponimiya komissiyasında və Milli Məclisdə müzakirə olunarkən belə bir fikir ifadə olunmuşdu ki, “Dəvəçi” adı da tarixi toponimdir və onu da saxladıb yaşatmaq lazımdır. Müzakirənizə təqdim olunan qanun layihəsində Şabran rayonunun Təzəkənd kəndinə və Təzəkənd inzibati ərazi dairəsinə “Dəvəçi” adının verilməsi nəzərdə tutulur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Fazil Mustafa nə isə demək istəyir. Buyu-run.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri. Mən bu məsələ ilə bağlı bir fikrimi diqqətinizə çatdırmaq istəyirəm. Ümumiyyətlə, addəyişmənin prinsipləri barədə bizdə anlaşılmaz bir münasibət var. Əvvəlcə  biz “Dəvəçi” adını “Şabran” adı ilə əvəz etdik. “Dəvəçi” təmiz türk topo-nimidir, təmiz türk adıdır. Heç bir zərurət olmadan, bunu ancaq bir çox tarixçinin əsaslandırdığı, tarixi ad olaraq qiymətləndirdiyi bir adla əvəz etdik. Mən inkar etmirəm ki, “Şabran” bizim tarixi adımız deyil. Amma elə zəruri adlar var ki, onun üzərində dursaq, bəlkə daha faydalı olar. Bu gün də təmiz türk sözü olan “Təzəkənd” sözünü “Dəvəçi” sözü ilə əvəz edirik. Yəni yanaşmanı anlamaq olmur.
Məsələn, Bakının mərkəzində “Sovxoz-2” adlanan bir qəsəbə var, orada yeddi min insan yaşayır, 20 ildir bu qəsəbə sovxoz kimi qalır. Yəni ki, vacib olanlar bir tərəfdə qalır, vacib olmayanlara bu qədər diqqət yönəltməyimizin mənasını anlamaq olmur. Ona görə mən hesab edirəm ki, bu istiqamətdə bir az yanaşma dəyişilməlidir. Bu gün “Dəvəçi” adının xatiri qalmasın deyə onu harasa calaq eləməyimizə ehtiyac varsa, elə “Sovxoz-2”, “sovxoz”, “kolxoz” adlandırılan yerlərə calaq eləyək. Məncə, bu adların dəyişilməsi həm də böyük maddi vəsait tələb edir. Bu təkcə lövhələrin dəyişdirilməsi demək deyil, xəritədə dəyişiklik yaradır. Bir sıra məsələlərin  nəzərə alınması vacibdir. Hər halda mən bunları deməyi borc bildim ki, gələcəkdə bu istiqamətdə yanlışlıqlar olmasın və belə təkrara yenidən yol verməyək.
Sədrlik edən. Fazil müəllim, indi bir sual verək. Azərbaycanda nə qədər Təzəkənd var? Yəni dediyim odur ki, “Dəvəçi” adını qoruyub saxlamaq istəyirlər. Orada “Təzəkənd” adlandırılan iki kənd var, Azərbaycan üzrə bunun say-hesabı yoxdur. Bir.
İkinci, bəyəm Təzəkəndin adını “Dəvəçi” qoymaq üçün Milli Məclis onlara müraciət eləyib? Müraciət etsinlər, fikirlərini söyləsinlər. Bələdiyyələr təklif versin, Milli Məclis də bu məsələlərə baxsın. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  104
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Əmək Məcəlləsinə və “Sı-ğorta fəaliyyəti haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədədir. Buyurun, Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Oqtay müəllim, bu sənəd çox vacib qanun-lardan biridir. Azərbaycanın sığorta sistemində bir yenilikdir və həmin qanunun tətbiqi ilə əlaqədar olaraq biz bu gün iki qanuna əlavə və dəyişikliklər edirik. Bunlardan birincisi Əmək Məcəlləsidir. Əmək Məcəlləsinin 1-ci, 225-ci, 239-cu maddələrinə bir sıra əlavələr və dəyişikliklər edilir. Bunlarda da əsası istehsalatda bədbəxt hadisələrə görə sığortanın işəgötürən tərəfindən əmək müqaviləsində təsbit olunması məsələsidir. Ən önəmli hal odur ki, burada əmək müqaviləsinin nümunəsində də məhz həmin məsələnin göstərilməsi qanunla imperativ norma olaraq təsbit olunur. Bu addım işçinin sosial müdafiəsinin bilavasitə gücləndirilməsinə xidmət edir.
Eyni zamanda, digər bir qanunda, “Sığorta fəaliyyəti haqqında” Qanunda da kiçik dəyişiklik edilir. Layihə deputat həmkarlarımıza paylanıb. Düşünürəm ki, bu dəyişikliklər qanun yaradıcılığı texnikası baxımından vacibdir. Eyni za-manda da bizim əməkçilərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə  münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə qanun layihəsidir. Buyurun, Hadi Rəcəbli.
H.Rəcəbli. Minnətdaram, Oqtay müəllim. Oqtay müəllim, məlumat üçün bildirmək istəyirəm ki, bu qanun layihəsi bizim komitənin son 15 ildə hazırladığı model qanun səviyyəsində qəbul olunan üçüncü sənəddir. Bu qanun layihəsi bir sıra beynəlxalq təşkilatlarla ciddi surətdə müzakirə olundu  və sonradan qanun kimi qəbul olundu və BMT-nin bu gün model qanunlarından biri kimi ortaya qoyulubdur və bu qa-nundan dünya qanunvericiliyində istifadə olunur.
Bu qanunun tətbiqi ilə əlaqədar olaraq 5 qanuna əlavələr və dəyişikliklər edilir. Adlarını sadalamaq istəyirəm. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qa-nunla, “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatların aparılması və virus prepa-ratlarının  istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə tutulma, habelə bunun-la əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamə ilə bağlı olan dəyişikliklərdir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişiklik edilir. Əmək Məcəlləsinə, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur. Eyni zamanda,  əvvəlki qanunun ləğv olunması təklif edilir. Çünki biz yeni qanun ortaya qoyduq.
Digər qanunlara da dəyişikliklər və əlavələr edilməsi nəzərdə tutulur. Bunlar Cəzaların İcrası Məcəlləsi, İnzibati Xətalar Məcəlləsidir. Bütövlükdə dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Qabaq biz bu qanunun adında “AİDS” ter-mini işlədirdik, sonradan isə bunu Azərbaycan dilində “im-munçatışmazlığı virusu” sözləri ilə əvəz etdik. Bu da qa-nunun adında  və sonradan bütün sənədlərdə öz əksini tapır.
Eyni zamanda, bir sıra qanunlarda sığorta məbləğlərində də dəyişiklik edirik. Bu məbləğlər əvvəl milyon manatla idi. Hazırda “10 milyon manat” sözləri “2 min manat”, “20 milyon manat” sözləri “4 min manat”  sözləri  ilə əvəz olundu. Əsas dəyişikliklər texniki xarakterli dəyişikliklərdir. Bu dəyişlikliklər və əlavələr bütövlükdə Azərbaycanda bu xəstəliyə qarşı mübarizənin gücləndirilməsinə xidmət edir. Xahiş edirəm, deputat həmkarlarım bu sənədə səs versinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bugünkü iclasımızın son məsələsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Bu məsələyə Milli Məclisin komitələrində baxılıb. Əgər etiraz etmirsinizsə, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bütün bu dəyişikliklər haqqında çıxış etsin.
Z.Əsgərov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlarım, cənab Sədrin qeyd etdiyi kimi, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununu artıq qəbul etmişik. Bu qanunun tətbiqi ilə əlaqədar 40-a yaxın qanunvericilik aktına əlavələr, dəyişikliklər edilir. Bu dəyişikliklər, əsasən, redaktə xarakteri daşıyır. Biz “Təhsil haqqında” Qanunda “tədris müəssisələri” sözlərini “təhsil müəssisələri” sözləri ilə əvəz etmişik. Qanunvericilik aktlarının uyğunlaşdırılması nöqteyi-nəzərindən bu olduqca vacib bir məsələdir. “Tədris müəssisələri” sözləri  “təhsil müəssisələri” sözləri ilə əvəz olunur və bu da qanunvericiliyin unifikasiyası baxımından lazımdır. Digər ciddi dəyişikliklər yoxdur. Yalnız redaktə xarakterli məsələlərdir. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Elmira xanım, təzə dəyişiklik verəcəksiniz? Buyurun.
E.Axundova. Elə təhsil haqqında danışmaq istəyirdim. Çox sağ olun. Bir az bundan qabaq hicab və sair məsələlər haqqında çox danışıldı. Nəyə görə hicab tərəfdarları belə kəskin etiraz edirlər? Çünki bizdə “Təhsil haqqında” Qanunda boşluq var. Biz orada geyim formasını təhsil müəssisələrinin ixtiyarına buraxmışıq. “Təhsil haqqında” Qanunu bir-iki il əvvəl qəbul etdik. Bu qanunu qəbul edərkən məktəblilərin geyim forması ətrafında uzun müddət mübahisə apardıq və nəticədə hicab haqqında məsələnin həllini təhsil müəssisələrinin rəhbərlərinə və təhsil nazirinin öhdəsinə buraxdıq. Parlament o vaxt qətiyyətsizlik nümayiş etdirdi və yarımçıq qərar qəbul etdi. Bunun da nəticəsi dövlətimiz üçün bu gün baş ağrısına çevrilir. Ona görə mən xahiş edərdim ki, “Təhsil haqqında” Qanuna təhsil müəssisələrində hicabın geyilməsinin qadağan olunmasına dair müddəa  əlavə eləyək, ya da bu müddəanı hazırlanmaqda olan Orta təhsil, orta məktəblər haqqında qanun  layihəsinə daxil edək. Çox sağ olun.
Sədrlik edən. Elmira xanım, Siz deyən kimi, biz bunu çox müzakirə etdik. Hamımız aydınlaşdırdıq ki, məktəbli forması qanunvericilik fəaliyyətinin predmeti deyil. Nazirlik bu haqda qərarlar qəbul edir. Nəyə görə hər bir məsələ Milli Məclisdə qanun şəklində qəbul olunsun? Xahiş edirəm, qa-nun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bugünkü iclasımız sona çatdı. Gələn iclasımız Allah qoysa, dekabrın 30-da olacaqdır.
 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi