2011-ci il 10 iyun tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
III SESSİYASI İCLASININ

PROTOKOLU № 18

Milli Məclisin iclas salonu.
10 iyun 2011-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Adriana Lender, İsveç Sosial Sığorta Agentliyinin baş direktoru.
Akif Musayev, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, ptofessor.
Süleyman Qasımov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti.
Eldar Orucov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsinin rəisi.
Gündüz İsmayılov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini.
Hacı Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini.
Hacı Sabir Həsənli, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini.
Ceymi Smit, Amerika Birləşmiş Ştatları Səfirliyinin siyasi məsələlər üzrə müşaviri.
Afaq Cavadova, Amerika Birləşmiş Ştatları Səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikası Ali Məhkəməsi və İqtisad Məhkəməsi hakimlərinin xidməti vəsiqəsinin nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2000-ci il 30 sentyabr tarixli 930-IQR nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi haqqında.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
24. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Fuad Muradov, İqbal Ağazadə, Fazil Mustafa, Musa Qasımlı, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Fərəc Quliyev, Sabir Rüstəmxanlı, Əli Məsimli, Bahar Muradova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  104
Nəticə: Qəbul edildi

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadı Rəcəbli, Səlim Müslümov, Gövhər Baxşəliyeva, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Hikmət Atayev, Siyavuş Novruzov, Elton Məmmədov, Fuad Muradov, Abel Məhərrəmov, Astan Şahverdiyev, Asim Mollazadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir  86
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 84
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  87
Nəticə: Qəbul edildi

3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Etibar Hüseynov, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Elmira Axundova, İsa Həbibbəyli, Rafael Cəbrayılov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  109
Nəticə: Qəbul edildi

4. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

6. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

7. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

10. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

11. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

12. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

13. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov


Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

16. “Azərbaycan Respublikası Ali Məhkəməsi və İqtisad Məhkəməsi hakimlərinin xidməti vəsiqəsinin nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2000-ci il 30 sentyabr tarixli 930-IQR nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2
İştirak edir  106
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  101
Nəticə: Qəbul edildi

22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadı Rəcəbli, İqbal Ağazadə, Elman Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Oqtay Əsədov, Valeh Ələsgərov, Etibar Hüseynov, Arif Əşrəfov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.35 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

24 . “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Rəbiyyət Aslanova, Tahir Rzayev, İqbal Ağazadə, İlyas İsmayılov, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Siyavuş Novruzov, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Sabir Hacı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.49 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

10 iyun 2011-ci  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Milli Məclisin 2011-ci il növbədənkənar sessiyasını açıq elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.
 
Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 100
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik. Bugünkü iclasın gündəliyinə 24 məsələ daxildir. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Fuad Muradov buyursun.
F.Muradov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Artıq bir neçə vaxtdır ki,  Azərbaycan Beynəlxalq Universiteti ilə onun keçmiş tələbələri arasında çox böyük narazılıq mövcuddur. Bununla bağlı mən özüm müxtəlif dövlət qu-rumlarına müraciət eləmiş və cavab almışam ki, hələ gözləmək lazımdır. Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb, diplomlarını ala bilməyən gənclər indi iş ilə bağlı müxtəlif yerlərə müraciət etsələr də, diplomları olmadığı üçün ixtisasları üzrə əmək fəaliyyəti ilə məşğul ola bilmirlər. Oqtay müəllim, bu məsələ elə də ciddi bir problem deyil ki,  biz onu həll eləyə bilməyək. Dövlət tərəfindən lisenziya verilmiş ali məktəbə daxil olub, orada 4–5 il  təhsil almış gənclərin təqsiri deyil ki, sonda onlara ali təhsil haqqında sənəd verilməyib.
Düzdür, orada elələri də var ki, universitetə müxtəlif köçürmələr yolu  və ya hansısa başqa yollarla daxil olublar. Ola bilsin, onların məsələsinə xüsusi baxılmalıdır. Amma universitet bağlanandan əvvəl 4–5 il burada oxuyan gənclərin diplom almaması çox ciddi bir problem yarada bilər. Bu gənclər Azərbaycan vətəndaşlarıdır və onların sayı kifayət qədərdir. Amma orada əcnəbi tələbələrlə də bağlı problemlər üzə çıxmışdır. Başqa ölkələrdən  təhsil almaq üçün gəlib bu universitetə daxil olmuş xarici vətəndaşlar da son nəticədə diplom ala bilməmişlər. Ona görə məsləhət olardı ki, biz növbəti iclaslardan birində özəl universitetlərin fəaliyyəti və onlarda aparılan yoxlamaların, monitorinqlərin nəticələri ilə bağlı məsələyə baxaq. Çünki bir çox hallarda orada çox ciddi problemlər mövcuddur. Mən düşünürəm ki, biz, eyni zamanda, dövlət universitetləri ilə bağlı qanunvericiliyə də yenidən baxmalıyıq. Çünki orada da kifayət qədər çatışmazlıqlar və problemlər mövcuddur. 
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə.  Çox sağ olun, möhtərəm cənab Sədr. Hörmətli millət vəkilləri! Mən  həbs olunmuş bir sıra şəxslərin azadlığa buraxılması ilə bağlı dəfələrlə buradan həm Milli Məclis rəhbərliyinə, həm də cənab Prezidentə müraciət etmişdim. Çox təşəkkür eləyirəm cənab Prezidentə ki, onun əfv fərmanı ilə Eynulla Fətullayev azadlığa çıxdı. Amma təəssüflər olsun ki, Bəxtiyar Hacıyev, Cabbar Savalanlı və buna oxşar ictimai-siyasi statusu olan və əslində, fərqli məsələlərlə bağlı həbs olunan kifayət qədər insanlar var  və bu insanların həbsdə olması həm ölkə daxilində, həm də ölkə xaricində Azərbaycana müsbət heç nə vəd etmir. Həmin insanların azadlıqdan məhrum edilməsi heç də bugünkü Azərbaycan reallığı ilə səsləşmir.
Alternativ hərbi xidmət haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı dəfələrlə burada da müzakirələr olub, beynəlxalq təşkilatlar da Azərbaycana təklif veriblər. Bəxtiyar Hacıyev alternativ hərbi xidmət haqqında qanunun olmadığına görə, amma Konstitusiyada nəzərdə tutulduğu üçün bu gün həbsdədir. Ola bilsin ki, kimsə bunu Azərbaycan–Ermənistan münaqişəsi fonunda fərqli şəkildə qəbul eləyə bilər. Amma vətəndaşların hüquq və azadlıqları... Hər halda kifayət qədər ciddi təhsilə malik olan bir şəxsin bu gün bu ittihamla həbsdə olması nə ölkə daxilində, nə də ölkə xaricində Azərbaycana müsbət heç nə vəd etmir.
Bu il müstəqilliyimizin 20 illiyidir. Arif Hacılının və is-tiqlal mübarizəsində iştirak etmiş digər şəxslərin bu gün həbsdə olması yaxşı hal deyil. Hesab edirəm, bu məsələyə Milli Məclis və ya Prezident səviyyəsində münasibət bildirilməli və müstəqilliyimizin 20 illiyi ərəfəsində bu məsələlərin hamısına son qoyulmalıdır.
Yeri gəlmişkən, mən buradan bir məsələ ilə də bağlı Türkiyə hökumətinə müraciət etmək istəyirəm. Ziya Yusif Arpacıq adlı bir Qarabağ qazisi var. O, türk dünyasında da böyük hörmətə, nüfuza malikdir. Çox təəssüf edirəm ki, qondarma ittihamlarla həbs olunub. Çox istərdim ki, Azərbaycan Respublikasının Milli Məclisi adından bir müraciət hazırlanıb Türkiyə hökumətinə  göndərilsin və Ziya Yusif Arpacığın həbsdən azad olunması üçün səy göstərilsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarım Fuad Muradovun mövqeyini dəstəkləyirəm. Hesab edirəm ki,  dövlətin lisenziya verdiyi ali məktəblərdə təhsil alan vətəndaşların  hüquqlarının bu formada pozulmasından sonra dövlətin, hökumətin onların arxasından qaçması yanlışdır. Bu ona oxşayır ki, bir icra hakimiyyəti başçısının verdiyi sərəncamı gələn icra hakimiyyəti ləğv eləyir ki, onu köhnə icra hakimiyyəti başçısı veribdir. Belə şey dövlətin varisliyi prinsipinə ziddir. Ona görə də, məncə, Muray şirkəti və başqaları ilə bağlı qalmaqallara da dövlət birbaşa müdaxilə eləyib vətəndaşın hüququnu qorumağa borcludur.
Mən bu günlərdə baş vermiş çox əlamətdar  bir hadisəni qeyd eləmək istəyirəm. Azərbaycanda 65 min nəfərlik stadionun təməlinin  qoyulması böyük bir hadisədir. Şəhərdə böyük idman tədbirlərinin keçirilməsi üçün belə bir stadionun tikilməsi vacibdir. Mən ümid edirəm ki, 5–10 il sonra biz Avropa səviyyəli tədbirlərin final matçlarını belə Azərbaycanda keçirməyə nail ola biləcəyik. “Eurovision”da  böyük qələbəyə nail olduğumuz kimi buna da nail olmağımız vacibdir.
Amma bu kimi müsbət tədbirlərlə yanaşı, anlamadığımız bir sıra tədbirlər də var. Məsələn, əvvəllər dənizin sahilləri hasarlanırdı, indi bütün yollar hasarlanır. Maraqlıdır, görəsən, bu kurs axıra qədər davam edəcəkmi, Yalamadan Astaraya qədər bütün dəniz hasarlanacaqmı? Biz Ginnesin rekordlar kitabına düşməsi üçünmü bunu eləyirik? Dünyanın heç bir yerində  yollar, dənizlər bu qədər hasarlanmır. Bəlkə biz Rusiya ilə, Türkmənistanla danışaq, onlar da dənizi hasara alsınlar, Xəzəri dünyanın yeganə hasarlı dəninizə çevirək? Ya bəlkə Yaponiyada sunami baş verdiyinə görə fikirləşirik ki, hasar olmasa, Xəzərdə də sunami baş verə və Azərbaycanda problem yarana bilər. Bəlkə biz yaponlardan bir az da irəli getmişik, buna görədir?
Dövlət vəsaitlərinin yolların çəkilməsinə, infrastrukturun təkmilləşdirilməsinə xərclənməsini hamımız dəstəkləyirik. Bu, ölkənin inkişafıdır. Amma bu qədər vəsaitin dənizin və yolların hasarlanmasına sərf olunması hökumətin yanlış siyasətlərindən biridir. Bu məsələyə yenidən baxılmalıdır. Biz əgər belə bir istiqamət götürmüşüksə, gələcəkdə  vətəndaşın problemini həll eləmək üçün vəsait tapa bilməyəcəyik, çox böyük çətinliklər çəkəcəyik. Ona görə  mən xahiş edərdim ki, bu məsələyə də Milli Məclis səviyyəsində münasibət bildirilsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən diqqətinizi mühüm ictimai və siyasi məna daşıyan bir neçə məsələyə yönəltmək istəyirəm. Dövlət büdcəmizə dəyişikliklər qəbul edildikdən sonra məmurlarımızın vətəndaşlarla görüşlərini artırmalarını, həyata keçirilən tədbirləri izah etmələrini, televiziya proqramlarında buna geniş yer ayrılmasını faydalı hesab edirəm.
Toxunacağım ikinci məsələ elektrik enerjisinin təchizatı ilə bağlı məsələdir. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində və sonrakı illərdə Azərbaycanın hər yerində, o cümlədən paytaxt şəhərimizdə işıqların söndüyünün şahidi olardıq. Ayrı-ayrı məhəllələr qaranlığa qərq olardı. Şükürlər olsun ki, bu gün nəinki Bakıda, hətta ucqar rayonlarımızda  elektrik enerjisinin təchizatı ilə bağlı heç bir problem yoxdur. Amma əvəzində nə meydana gəlib. Bu gün Bakının küçələrində günün günorta çağı da işıqların yandığını görürük. Bunun üçün məsul olan şəxslər kimlərdir? Nəyə görə bu milli sərvət israf olunur? Bunun arxasında nə dayanır? Axı ölkənin enerji təhlükəsizliyinin təmini göydən düşməyib, böyük zəhmət hesabına başa gəlib. Ona görə mən şəxsən Sizdən, Oqtay müəllim, bu məsələyə müdaxilə etməyinizi xahiş edirəm.
Toxunacağım üçüncü məsələ ölkəmizin paytaxtında, – Fazil müəllim artıq dedi, – 65 min nəfərlik Olimpiya stadionunun təməlinin qoyulmasıdır. Bu, təkcə idman hadisəsi deyil, mühüm siyasi və beynəlxalq əhəmiyyət daşıyan bir hadisədir. Ölkəmizin maliyyə imkanlarının artdığını göstərir. Eyni zamanda, dövlətimizin sağlam gənclik yetişdirilməsinə, Azərbaycan xalqının fiziki sağlamlığının yaxşılaşdırılmasına yönələn siyasətinin tərkib hissəsidir. Buna görə mən seçicilərim adından cənab Prezidentə təşəkkür edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də gündəlikdə olan məsələlərə səs verəcəyəm. Düzdür, mən başqa mövzuda danışmaq istəyirdim. Lakin burada bir neçə məsələ qaldırıldığına görə bu məsələlərlə bağlı fikrimi bildirmək qərarına gəldim.
Birincisi, əfv fərmanı məhkum olunmuşlara verilir, istintaq altında olanlara yox. Hələ istintaq bitməmiş kimi isə əfv eləmək mümkün deyil. Çünki istintaqda sübut oluna bilər ki, bunun heç bir günahı yoxdur və ya günahı var. Məhkəmə qərar çıxardıqdan və müttəhim məhkum olunduqdan sonra əfv məsələsinə baxıla bilər.
Həmkarlarımızın tez-tez qaldırdıqları bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Üç növ hərbi xidmət var: həqiqi hərbi xidmət, alternativ hərbi xidmət və alternativ xidmət. Alternativ hərbi xidmət, əsasən, kontrakt əsasında hərbi xidmətdir. Amma Konstitusiyamızda etdiyimiz dəyişikliyə əsasən bizdə alternativ xidmət də olmalıdır. Alternativ xidmətə ya dini, ya da digər baxımdan hərbi xidmət çəkə bilməyən insanlar cəlb oluna bilərlər. Məsələn, Avropada elə dini cərəyanlar var ki, onların nümayəndələrinə silah götürmək yasaqdır. Azərbaycanda müsəlman dininə mənsub olan insanlar üçün belə bir  qadağa yoxdur. Avropada alternativ xidmətə cəlb olunmanın daha bir səbəbi geniş yayılıb. Orada cinsiyyətləri ilə bağlı olaraq insanlar hərbi xidmətə getmir və alternativ xidməti seçirlər. İndi kim bu iki  haldan hansını istəyirsə, qəbul eləsin və getsin, xidmətini çəksin.
Azərbaycan hələlik müharibə şəraitindədir. Bizim hələ problemlərimiz var. Bu baxımdan mən hesab edirəm ki, bu gün heç kimə güzəştə gedilə bilməz. Deyək ki, hər hansı bir müəllimin uşağı hərbi xidmətə getməyəndə onu hərbi xidmətdən yayındığına görə 5 il, 7 il müddətinə cəza çəkməyə göndərirlər. Kimsə zənbillə göydən düşüb ki, hərbi xidmətdən yayınıb deyir, mən belə istəyirəm? Qanun qəbul olunar, istəyin həyata keçər. Bu gün o qanun yoxdur, mövcud qanun əsasında hərbi xidmət keçməlisən. Konkret olaraq bu gün “Hərbi çağırışın əsasları haqqında” Qanun var. Bu qanuna tabe olmaq lazımdır.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm. Hörmətli deputat həmkarlarım! İyunun 15-nə bir neçə gün qalıb. 15 iyunda Azərbaycanda ən əlamətdar bayramlardan biri – Milli qurtuluş günü qeyd edilir.
18 il bundan əvvəl Azərbaycanın müasir tarixində tamamilə yeni bir səhifə açıldı. Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən, müstəqilliyini itirmək təhlükəsindən, Azərbaycan torpaqlarının qalan hissəsinin də Ermənistan tərəfindən işğal edilməsi təhlükəsindən xilas oldu. Bu isə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin böyük siyasətə qayıdışı ilə baş verdi. 15 iyundan başlayaraq Azərbaycan tədricən öz problemlərini həll edə bildi. Nəinki öz problemlərini həll edə bildi, bu dünyaya layiqli, güclü, demokratik bir dövlət kimi daxil ola bildi. Özünün siyasi, iqtisadi, hərbi, diplomatik nüfuzunu qazandı. Bu gün Azərbaycan həqiqətləri daha gur səslə dünyaya çatdırıla bilir. Heydər Əliyevin 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycanda hakimiyyətdə olduğu dövr  ölkəmizin sonrakı  inkişafı üçün ciddi bir bünövrənin qoyulması dövrü oldu.
2003-cü ildən Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda daha güclü, daha böyük inkişaf mərhələsi başlandı. 1992-ci ildə əgər bizim büdcəmiz 300 milyon dollar, valyuta ehtiyatımız isə 0 sent idisə, bu gün bizim büdcəmiz 20 milyard dollar, valyuta ehtiyatımız isə 35 milyard dollara bərabərdir. 1993-cü ildə əgər Azərbaycan, sadəcə olaraq, xəritədə olan ölkələrdən biri idisə, bu gün Azərbaycan xalqının böyük oğullarının heykəlləri xaricdə, uzaq ölkələrdə qoyulur. Bir neçə gün əvvəl uzaq Serbiyada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin qoyulması Avropa tərəfindən, dünya tərəfindən Azərbaycanın artıq güclü, nüfuzlu və yüksək statuslu dövlət kimi qəbul edilməsidir.
Bunların hamısının əsası 1993-cü il 15 iyundan başlayır. Ola bilsin ki, indiki orta nəsil, indiki gənclər həmin dövr haqqında məlumatı ancaq kino lentlərindən və yaxud xatirələrdən alırlar. Ancaq həmin fəlakət var idi, həmin fəlakətdən Azərbaycan qurtula bildi. Ondan sonra gələn böyük inkişaf və qələbələrimiz, şübhəsiz ki, bizim qazancımızdır. İndiki nəsil, indiki siyasətçilər, indiki səlahiyyətlilər çalışırlar ki, Azərbaycanın 1993-cü il 15 iyundan başladığı böyük inkişaf yolu bundan sonra da böyük sürətlə davam etsin. Bir daha bayramınızı təbrik edirəm.  
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev.  Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, növbədənkənar sessiyada bir məsələyə münasibət bildirməyimiz zəruridir. Məncə, indi biz Dağlıq Qarabağla bağlı danışıqlarda bir mərhələnin bitməsi və yeni bir mərhələnin başlanması ərəfəsindəyik. Vasitəçilərin bu dövrə qədər gördükləri işlər, təbii ki, müsbət sayıla bilməz. Onların götürdükləri öhdəliklərə əməl etməməsi o zərurəti yarada bilər ki, biz payızda yeni bir missiyanın, tutaq ki, Gürcüstan, Türkiyə və Ukraynanın iştirakı ilə yeni bir formatın Dağlıq Qarabağla bağlı məsələlərə müdaxiləsi haqda düşünək. Ona görə bu başdan biz parlamentdə Dağlıq Qara-bağ münaqişəsinin həlli ilə bağlı bəzi məsələləri müzakirə edə bilərik. Ermənistanın Dağlıq Qarabağı öz ərazisinə daxil etməsi haqqında qanunun indiyə qədər qüvvədən düşməməsi, ayrı-ayrı dövlətlərin vasitəçi rolu oynaya-oynaya bir tərəfin mövqeyini müdafiə etməsi, ikili standartlardan çıxış eləməsi və sair kimi məsələlər müzakirə mövzusuna çevrilə bilər.
Mən bütün çıxışımın fəlsəfəsinə onu qoymaq istəyirəm ki, parlament, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsinin həlli yollarında, Qarabağla bağlı gedən danışıqlarda həm bufer rolu, ötürücü rolu oynamalı, həm də, ümumiyyətlə, təkliflərlə çıxış eləmək missiyasını bir az da artırmalıdır. Mən güman edirəm ki, parlamentdə müəyyən komissiyanın yaradılması və bu məsələyə baxılması işimizin xeyrinə ola bilər.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Hesab edirəm ki, rəsmi sənədlərdə və rəsmilərimizin leksikonunda müharibənin adının bir az doğru səslənməsi zəruridir. Bunun “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ” adı altında təqdimatı bizim əleyhimizə işləyir və Dağlıq Qarabağın müstəqil subyekt kimi təqdim olunması kimi səslənir. O mənada hesab  edirəm ki, bu məsələyə də parlamentdə baxılmalıdır. Ümumiyyətlə, cənab Prezidentin danışıqlarına yardımçı olmaq üçün parlamentdə sanballı və institutlaşmış bir davranışı ortaya qoymaq zamanı yetişmişdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı.  Hörmətli Məclis, hörmətli Sədr! Mən təhsillə bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. Bizim növbəti dərs ili arxada qaldı. Bir neçə aydan sonra başlanacaq yeni təhsil ili ilə bağlı müəyyən narahatçılıqlar və qayğılar var. Onların bir-ikisini dilə gətirmək istəyirəm. Onlardan biri budur ki, bizim kənd rayonlarında, kənd məktəblərində hələ də xarici dil müəllimləri problem olaraq qalır.
Mən dağ rayonları ilə bağlı olduğuma görə deyirəm, dağ kəndlərinin çoxunda ingilis dili müəllimi yoxdur. Bu gün Bakıda işə qəbul olunanların çoxundan ingilis dili bilmək tələb olunur. Belə çıxır ki, biz Azərbaycanın kadr potensialının böyük bir hissəsini verən kəndlərimizi, kənd camaatını istər-istəməz bu işlərdən kənarda saxlayırıq. Burada ingilis dilini öyrənən, bəlkə öz dilini bilməyən, öz ruhundan da uzaq adamlar üçün meydan açılır, amma öz uşaqlarımız vəzifələrdən kənarda, ümumiyyətlə, işdən kənarda qalır. Bakıda hansı idarənin qapısını döyürsənsə, eşidirsən, rus dili və ingilis dili bilənlər tələb olunur. Öz dilini bilib-bilməmək yada düşmür.
Məni narahat edən məsələlərdən biri də budur ki, dağ kəndlərində, ucqar kəndlərdə işləyən müəllimlər üçün müəyyən imtiyazlar, əməkhaqqıda üstünlüklər nəzərdə tutulsa da, bu imtiyaz və üstünlüklərdən, demək olar ki, heç kim istifadə eləmir. Mən onlarla adam tanıyıram ki, guya o kəndlərdə müəllim işləyir. Əslində isə burada yaşayır, başqa işlərdə işləyirlər. Yoxlayan yoxdur, bu adam təyinatı üzrə göndərildiyi yerə gedir, getmir. Oradakı maaşını direktor, o-bu alır. O yer boşdur, dərs keçilmir, adamlar da tamam ayrı yerlərdədir. Ona görə əgər bu üstünlük verilibsə, bunun yerinə yetirilməsinə ciddi şəkildə yanaşılmalıdır.
Nəhayət, toxunmaq istədiyim üçüncü məsələ xaricdə oxuyan gənclərimizin respublikaya qayıdıb-qayıtmaması və gələndən sonra işlə təmin olunması məsələsidir. Bilirsiniz, sovet dövründə bir planlaşma var idi, təyinat da var idi,  ali məktəbi qurtaranlara təyinat verirdilər. Təyinat üzrə göndərildiyi yerdə onu qəbul edirdilər, ev növbəsinə götürürdülər və o da gedib işləyirdi. İndi biz respublikanın kifayət qədər böyük məbləğdə vəsaitini xərcləyirik, uşaqlarımız gedib xaricdə oxuyub gəlirlər, bəziləri, ümumiyyətlə, gəlmir. Heç kim düşünmür, o vəsait niyə xərclənir. O uşaqlar gələndən sonra nə işlə məşğuldurlar. Məncə, burada ciddi nəzarət və planlaşma olduqca vacibdir. Təşəkkür edirəm.
Sədrlik edən. Əli Məsimli də buyursun, sonra müzakirələrimizi bitiririk.
Ə.Məsimli. Təşəkkür edirəm, cənab Sədr. Gündəlikdəki birinci məsələ – “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi, hesab edirəm, pensiya sahəsində inqilabi bir addımdır. Belə bir addımın atılması 850 minə yaxın pensiyaçını sevindirir. Ona görə də bizə olan müraciətləri Milli Məclisə çatdırmağı özümə borc bilirəm. Həmin təşəkkürləri çatdırıram. Çünki pensiyalar birdən-birə minimum səviyyədən 40 faiz, bəzi sahələrdə isə bundan da çox artacaq. Qarşıdakı bir neçə il ərzində də dövlət pensiya sahəsinə dəstəyini əsirgəməməlidir ki, bu sahədə  islahatlar rahat getsin.
Bununla əlaqədar olaraq Qarabağ əlillərinin müraciətini də çatdırmaq istəyirəm. İmkan daxilində Qarabağ əlillərinə ayrılan vəsaitin də artırılması vacibdir. Bu vəsait artırılsa, Qarabağ əlillərinin müavinətlərinin müvafiq surətdə artırılmasında mühüm rol oynaya bilər.
Ünvanımıza tez-tez daxil olan müraciətlər arasında Qarabağ əlillərinin, o cümlədən Əfqanıstan müharibəsi əlillərinin, iştirakçılarının mənzillə təminatının yaxşılaşdırılması məsələsi mühüm yer tutur. O müraciətlərdən birini  – Nərimanov rayonunda yaşayan bir qrup Əfqanıstan müharibəsi əlili və iştirakçısının müraciətini nəzərinizə çatdırmaq istəyirəm. Həmin müraciətə 30 nəfər imza atıb. Müraciətdə bil-dirilir ki, Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar olaraq Prezidentin müvafiq fərmanı var. Fərmanda Nazirlər Kabinetinə müvafiq göstərişlər verilib. Zaman keçməsinə baxmayaraq, bu istiqamətdə addımlar atılmayıb, yaxud da ləng atılır.
Ona görə də mən Milli Məclis vasitəsilə müraciət edirəm. Prezident fərmanında qarşıya qoyulan vəzifələrin icrası, mənzil fondunun dövlət uçotu qaydası, dövlət və bələdiyyə mənzil fondunun inkişafı və sair kimi məsələlərin həlli sürətləndirilsin ki, Qarabağ əlillərinin, o cümlədən Əfqanıstan müharibəsi iştirakçılarının mənzil şəraitinin yaxşılaşdırılmasına bu, kömək eləsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Bahar xanım da söz istəyir.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən bu günlərdə fəlakət zonasında, yəni dolu yağmış Füzuli rayonunda oldum. Bəlkə kimlərəsə dolunu fəlakət adlandırmağım qəribə gələr. Amma həqiqətən, bu halda bunu fəlakət adlandırmaq olar. Çox təəssüf ki, digər rayonlara da belə ciddi ziyan verən təbii hadisələr baş verdi. Deməliyəm ki, Füzuli rayonunda abadlıq-quruculuq işləri nə qədər aparılsa da, o, cəbhə xəttində yerləşən, müharibə zonası simasını saxlayan bir rayondur. Burada insanların həyat şəraitinin yaxşılaşdırılması üçün nə qədər işlər görülsə də, hələ görüləsi işlərimiz çoxdur. Son vaxtlar burada çox ciddi işlərə başlanılmışdı. Amma yağış, leysan və dolu bu işlərin üzərindən xətt çəkdi. Əhaliyə, onun əmlakına, əkin sahələrinə, evlərinə çox ciddi ziyan dəydi.
Biz  sığorta haqqında qanunlar qəbul etmişik. Amma çox təəssüf ki, bizim rayonlarda bir-birinin ardınca bu cür təbii fəlakətlər baş verir, biz zəruri nəticə çıxarmırıq. Bu gün sı-ğorta sahəsində, sığorta qanunvericiliyini yerinə yetirmək istiqamətində əhalinin maarifləndirilməsinə ciddi ehtiyac var. Mən burada buna cavabdeh olan qurumların da fəaliyyətsizliyini qeyd etməliyəm. İlk növbədə onlar maraqlı olmalıdırlar ki, bu istiqamətdə işlər getsin. Xaricdə qapı-qapı, ev-ev gəzən sığorta agentləri var. Onlar gəlir, sığortanı təbliğ edir – hansı növ sığortalar var, əhali nədən sığortalanmalıdır və ilk növbədə nəyi nəzərə almalıdır, bunu insanlara izah edirlər.
İndi hadisə baş verir, biz nəticələrlə tanış olmaq üçün bölgəyə gedirik, soruşuruq, bəlli olur ki, çox ciddi ziyana düşmüş bu insanların heç biri  əmlakını, pay torpağını, əkin sahələrini sığortalatdırmayıb. Belə vəziyyətdə hökumət qurumları da aciz qalır və bu insanların itkilərini kompensasiya etmək istiqamətində hansısa addım atmaq mümkün olmur. Mən Kənd Təsərrüfatı Nazirliyi ilə, digər müvafiq qurumlarla əlaqə saxladım. Çox təəssüf ki, onlar əkin sahələrinə, bağlara, əhalinin əmlakına dəyə biləcək ziyanın ödənilməsində hazırda hansısa bir imkanın olmadığını söylədilər.
“İcbari sığortalar haqqında” Qanun qüvvəyə mindikdən sonra biz onun ciddi şəkildə həyata keçirilməsi işini təşkil etməliyik. Mən düşünürəm ki, hər bir millət vəkili bölgədə apardığı işin içərisində bunu birinci yerə qoymalı, insanlarla maarifləndirmə işi aparmalı, sığorta şirkətlərini yerlərə cəlb etməli, əhalinin əmlakının sığortalanması işinin təşkilatçılarından birinə çevrilməlidir. Bunu mən artıq bu cür problemlə üz-üzə dayanan bir şəxs kimi deyirəm və hesab edirəm ki, mən də bu günə qədər bu istiqamətdə yaxşı fəaliyyət göstərməmişəm.
Düşünürəm ki, əkin sahələrinə və həyətyanı sahələrə dəyən ziyanın, – baxmayaraq ki, sığortalanmayıb, – aradan qaldırılması istiqamətində bir mexanizm tapmaq lazımdır. Bu gün bu insanlar gələnilki məhsul dövrünə qədər yaşamaq üçün müəyyən yardımlar almalıdırlar. Bu məni maraqlandıran bir nömrəli məsələdir.
Burada Fərəc Quliyev Qarabağla bağlı məsələnin intensivləşdiyini qeyd elədi. Mən onunla çox razıyam. Doğrudan da, indi Qarabağla əlaqədar yeni bir mərhələ başlanır və bu mərhələ bundan sonrakı fəaliyyətin nədən ibarət olduğunu müəyyən edə biləcək bir mərhələdir. Düşünürəm ki, hər bir siyasətçi, hər bir ictimai-siyasi xadim, hər bir mətbuat nümayəndəsi bu məsələyə bir nömrəli məsələ kimi yanaşmalı və əsas müzakirələrin bunun ətrafında getməsini təşkil etməlidir. Hər kəs buna öz töhfəsini verməyə çalışmalıdır.
Bilirsiniz, bizi narahat edən sosial, iqtisadi, milli məsələlər bir yanda qalır, 18–19 yaşında uşaqları ictimai-siyasi sta-tuslu bir şəxs adlandıraraq, onların taleyini önə çıxarırıq. Mən bunu qətiyyən başa düşmürəm.  Ola bilər ki, o kiminsə qohumudur, kiminsə övladıdır. Mən onları başa düşürəm. Heç kəs  istəməz ki, onun övladı  bu və ya digər ittihamla məsuliyyətə cəlb olunsun, onun haqqında cinayət işi qaldırılsın. Bunun üçün vaxtında lazımi tədbirlər görmək lazım idi ki, bu hadisələr baş verməsin. Amma  baş veribsə, onu xüsusiləşdirmək, ona ictimai status qazandırmaq, bundan çıxış edərək siyasi maraqlar güdmək və iddialar ortaya qoymaq, mən hesab  edirəm ki, yersizdir.
Əgər Azərbaycan siyasətində deyə biləcəyiniz bir söz yoxdursa, öz siyasətinizi 18–19 yaşında uşaqların bu və ya digər qanunu pozması ilə  əlaqədar məsələ üzərində qurmayın və ona ictimai-siyasi status qazandırmayın. Hər kəs bu statusu on illərlə, iyirmi illərlə ciddi fəaliyyətin nəticəsində qazanır. Onda bu gün Azərbaycan siyasətində olan bu biri ictimai-siyasi fiqurlar kimlərdir? Onların statusu nədir bəs? Ona görə də düşünürəm ki, dəyərləndirmələrdə, qiymətləndirmələrdə ciddi olmaq lazımdır. 
Azərbaycan üçün çox əhəmiyyətli Qarabağ məsələsinin həlli istiqamətində ciddi addımların atıla biləcəyi ehtimallarının gücləndiyi bir dövrdə Azərbaycanın imicinə ziyan gətirən çıxışlardan, kimlərinsə fərdi taleyini ictimai mənafedən üstün tutaraq ediləcək çıxışlardan çəkinmək lazımdır. Həmsədrlərin özünün də bəyanatında belə fikir səslənib ki, tərəflər və onların nümayəndələri danışıqlar prosesinə ziyan vura biləcək hərəkətlərdən  çəkinsinlər.  Mən  hesab  edirəm  ki,  bu  kimi çıxışlar Azərbaycanın danışıqlarda iştirakçı tərəf kimi mövqeyinə mənfi təsir göstərə biləcək hallardır. Ona görə də mən həmkarlarımı bu kimi çıxışlardan çəkinməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, müzakirələri bitirdik. Gündəliyin məsələlərinə keçirik. Gündəliyin birinci məsələsi – “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə. Buyurun, Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, icazə versəydiniz, iki məsələnin ikisini də elan eləyərdim, sonra müzakirələrə keçərdik. Birinci məsələ “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərdir. Mən istəyirəm, “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə edilən dəyişikliyi  deputat həmkarlarımın nəzərinə çatdırım. Burada deyilir: “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan, əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır”. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin alimlərimizə qayğısının çox parlaq təzahürüdür. Əgər elmi tədqiqat və təhsil müəssisələrində çalışan pensiya yaşlı alimlərin hamısı pensiyaya gedərsə, ölkə üzrə buna bir ayda təqribən 830 min manat məbləğində vəsait tələb olunacaqdır. Birinci məsələ, hörmətli həmkarlarım, bundan ibarətdir.
İkinci məsələ Əmək Məcəlləsində edilən dəyişiklik barədədir. Əmək Məcəlləsinin 4-cü maddəsinə dəyişiklik edilir. Hamınızın yadındadır ki, bizim qəbul etdiyimiz qanuna görə 65 yaş büdcədən maliyyələşən  işçilər üçün əmək müqaviləsinin bitdiyi vaxt hesab olunurdu. İndi bu müddəa ali təhsil və elmi tədqiqat müəssisələrində çalışan elm adamlarına aid edilməyəcək. Bununla əlaqədar olaraq, Əmək Məcəlləsinin 4-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilir: “3. Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ali təhsil və elmi tədqiqat müəssisələrinə şamil edilmir”. Beləliklə, bizim qəbul et-diyimiz o qanunda iki kateqoriya üçün istisna nəzərdə tutulur. Yəni bu sıradan olan adamların həmin müəssisələrdə işləməsi üçün yaş həddi qoyulmur. Mən bir daha fürsətdən istifadə edərək bizim komitənin adından möhtərəm Prezidentimizə elm adamlarına göstərdiyi bu diqqət və qayğıya görə minnətdarlığımı bildirmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Bu gün Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla birlikdə onun həmkarı, İsveç Sosial  Sığorta Agentliyinin baş direktoru Adriana Lender də iştirak edir. Mən çox şadam ki, Milli Məclisdə bu məsələlərin həllinə göstərdiyi maraq onu buraya gətirmişdir. Buna görə ona minnətdarlığımızı bildiririk. Əgər Səlim müəllimin əlavəsi varsa, buyursun. 
S.Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Çox sağ olun, Oqtay müəllim, təşəkkür edirəm. Mən bu məsələlərə  belə bir reaksiya verdiklərinə görə millət vəkillərinə dərin təşəkkürümü bildirirəm. Hadi müəllim hər iki məsələ haqqında məlumat verdi. Mən, sadəcə olaraq, həmin insanların kontingenti haqqında müəyyən məlumat vermək istəyirəm. Hazırda Azərbaycanda elmi dərəcəsi olan 10723 nəfərdən 1827 nəfəri elmlər doktoru, 8896 nəfəri isə elmlər namizədidir. Onlardan 5910 nəfəri pensiya yaşında olan insanlardır ki, onların da 1460 nəfəri elmlər doktoru, 4460 nəfərə yaxını isə elmlər namizədidir.
Bu insanların mövcud pensiyaları ilə həmin əlavənin ümumi məbləği onların bu gün aldığı maaşın 80 faizindən çox edir. Bu isə onların bu gün  “Əmək pensiyaları haqqında” Qanunda dövlət qulluqçuları və bu kateqoriyadan olan digər şəxslər üçün müəyyən edilmiş şərtlərdən daha yüksək olan şərtlərlə pensiyaya getməsinə şərait yaradılması deməkdir.
Hadi müəllim qeyd elədi, bundan ötrü bir ayda 830 min manata yaxın,  6 ayda isə təqribən 5 milyon manat vəsaitə ehtiyacımız olacaq. Qeyd eləmək istəyirəm ki, belə bir praktika digər ölkələrdə də var. Litvada, Ukraynada, Rusiyada belə praktika həyata keçirilir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 12 nəfər çıxışa yazılıb. Bu qanun layihəsinin müzakirəsinə ehtiyac var, yoxsa yox? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, reqlament 5 dəqiqə ol-sun. Müzakirəyə başlayırıq. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. “Əmək pensiyaları haqqında” Qanuna və Əmək Məcəlləsinə dəyişikliklər elmi və pedaqoji ictimaiyyət tərəfindən böyük məmnunluqla qarşılanan çox mütərəqqi dəyişikliklərdir. Biz buna görə istərdik, həm ölkə rəhbərliyinə, həm də cənab Prezidentə öz təşəkkürümüzü bildirək.
Ümumiyyətlə, son illər ərzində respublikada elm sahəsində həyata keçirilən siyasət bütün alimlərin, ziyalıların ürəyicədir. İstər Elmlər Akademiyasının binalarının təmirinə böyük vəsaitin ayrılması, istərsə də alimlərin bu yaxınlarda məvaciblərinin 20 faiz artırılması, cənab Prezidentin Akademiyaya gəlməsi və orada böyük proqram xarakterli nitqlə çıxış etməsi, öz nitqində elmin gələcək prioritet istiqamətlərini dəqiq müəyyənləşdirməsi, bunlar hamısı alimlər tərəfindən, əlbəttə, böyük sevinc və fərəh hissi ilə  qarşılanır. Elə bu qanunlara edilən dəyişikliklər də elmi və pedaqoji fəaliyyətin bütün spesifikasını nəzərə alaraq qəbul olunan dəyişikliklərdir.
Elm sahəsi elə bir sahədir ki, insan yaşa dolduqca daha da püxtələşir, böyük bir qüvvə yığır. Biz əgər tarixə, elə yaxın keçmişə nəzər salsaq, görərik ki, 65 yaş alimlərin elmi yaradıcılığının elə ən  çiçəklənən vaxtıdır. Ona görə mən bu qanunlara edilən dəyişikliklərə görə ölkə rəhbərliyinə və şəxsən cənab Prezidentə  bir daha həm özümün, həm də bütün elmi ictimaiyyətin təşəkkürünü bildirmək istərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Oqtay müəllim, mənim bu qanunlara edilən dəyişikliklərlə bağlı rəyim, təbii ki, müsbətdir və bu layihələrə səs verəcəyəm. Amma  iradım başqa bir məsələ ilə bağlıdır. İndi çox yaxşı ki, Səlim müəllim  bu məsələ ilə bağlı məlumat verdi və biz də bildik ki, bu dəyişikliklər hansı kateqoriyadan olan neçə sayda insana şamil olunacaqdır. Əslində, biz “Normativ hüquqi aktlar haqqında” Qanun qəbul eləmişik. Həmin qanunda ekspertiza məsələsi də nəzərdə tutulubdur. Mən hesab edirəm ki, millət vəkillərinə verilən bu kimi qanun layihələrində bunun maliyyə məsrəfinin nə qədər olacağı öz əksini tapmalıdır. Artıq millət vəkilləri layihə ilə tanış olanda bilməlidirlər ki, burada neçə elmlər doktoru və neçə fəlsəfə doktorundan söhbət gedir. Belə olduqda onlar bunun ölkəyə hansı məbləğə başa gələcəyini bildikləri üçün öz mövqelərini rahat formalaşdıra bilərlər.
Mən bu dəyişikliyin layihədə çox dürüst ifadə olunduğu  düşüncəsindəyəm. Siz diqqət edirsinizsə, burada yazılır ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik işləməyən əmək pensiyaçılarına aid edilir. Bu həm də müvafiq təhsil və elmi tədqiqat müəssisələrində illərdir,  artıq yaşına, səhətinə görə tam gücü ilə işləyə bilməyən müəyyən elm adamlarının maddi sıxıntıya görə pensiyaya getməməsinin səbəbini aradan qaldırır. Onlar artıq normal vəsait aldıqlarına görə öz yerlərini orta nəslin nümayəndələrinə, gənclərə verəcəklər. Bunun müsbət tərəfi budur.
Oqtay müəllim,  mən yenə xahiş edirəm, gələcəkdə nəzərə alınsın ki,  bu kimi layihələr böyük ekspertiza tələb eləmir. Burada 10–15 faktın sadalanması lazımdır. Məsələn, göstərilir ki, bu qədər elmlər doktoru və bu qədər fəlsəfə doktoru var, dəyişiklik bunların filan qədərinə şamil edilir  və maliyyə vəsaiti də müvafiq qurumdan alınacaq.  Bunlar olanda bizim də  bu kimi qanunlara daha rahatlıqla münasibətimizi bildirməyimiz mümkün olacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən vaxtilə “Əmək pensiyaları haqqında” Qanuna, Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilərkən  cənab Prezident tərəfindən göndərilmiş layihəni təsdiqləmişdim və vurğulamışdım ki, Azərbaycan Respublikasının Prezidenti gənclər üçün yeni iş yerləri açmaq, onların daha yuxarı karyera əldə eləmələri üçün imkan yaratmaq istəyir.
Təəssüf ki, o layihə Milli Məclisə kifayət qədər istisnalarla daxil oldu. Əvvəla, buraya yalnız büdcədən maliyyələşən təşkilatlar daxil edildi, nəyə görə isə digər dövlət idarə, müəssisə və təşkilatlarına, I–IV kateqoriya dövlət məmurlarına bu qanun şamil edilmədi. Halbuki məncə, bu, bütün dövlət idarə, müəssisə və təşkilatlarına, hətta nəzarət paketi dövlətin əlində olan səhmdar cəmiyyətlərinə də şamil olunmalı idi ki, gənclərə iş yerləri açılsın və bizim gənclər ölkəni tərk edib getməsinlər. Ona görə ki, ölkəni quran, yaradan gənclərdir. Əlbəttə, yaşlı nəslin də öz təcrübəsi, öz yeri var.
İndi də ali təhsil və elmi tədqiqat müəssisələrində işləyən şəxslərə yaş həddinin şamil edilmədiyini qanuniləşdiririk. Keçən dəfə hansı canfəşanlıqla bunu tərifləyirdiksə, indi də eyni müvəffəqiyyətlə əksini söyləyirik. Sözün doğrusu, mənim üçün anlaşılmazdır. Hörmətli Səlim  müəllimə hamımızın hörməti var. Mən onu hökumətin ən bacarıqlı kadrlarından biri kimi tanıyıram. Amma Səlim müəllim dedi ki, bu artımlardan sonra alimlərimizin pensiyası onların maaşının 80 faizindən artıq olacaq. Amma mən görürəm ki, 100 faizindən artıq olacaq. Elmi tədqiqat institutlarında bu gün elmlər namizədinin maaşı təqribən 120–130 manat civarındadır. Bunun üstünə 120 manat əlavə edəndə onun pensiyası indi aldığı maaşdan neçə faiz artıq olacaq? Bizə izahat verilsin görək  bu gün bizim Milli Elmlər Akademiyasında fəlsəfə doktoru nə qədər maaş alır.
Mən hesab edirəm, qanunda “200 manat əlavə olunur, 120 manat əlavə olunur” yazmaq doğru deyil. Ona görə ki, ölkədə inflyasiya var, hər il 9 faiz, 11 faiz, bəzən hətta daha çox inflyasiya olur. Bizim pensiyalar isə indeksləşdirilməyib. Sabah pensiya bir 10 faiz artırılanda bunun artıq bir 12 manatı azalmış olacaq. Biz millət vəkillərinin  pensiyalarını fəaliyyətdə olan millət vəkilinin aldığı maaşın 80 faizinə bağlamışıq. Burada da eyni işi görmək lazımdır. Məsələn, hazırkı fəlsəfə doktoru, yaxud elmlər doktoru nə qədər maaş alırsa, pensiyaya çıxanda onun 80 faizi qədər  pensiya al-malıdır. Biz bunu daha doğru və ədalətli hesab edirik.
Mən bir daha yaş həddi məsələsinə qayıtmaq istəyirəm. Belə çıxır ki,  yaş həddi barədə Prezidentin verdiyi göstəriş  ancaq orta məktəblərə və səhiyyə müəssisələrinə şamil olunacaq. Bu da həmin dairənin, sferanın kifayət qədər daraldılması və bu təşəbbüsün səmərəliliyinin azaldılmasıdır, gəncləri ümidsizliyə, ruh düşkünlüyünə sürükləməkdir. Ona görə də mən hesab edirəm ki, Əmək Məcəlləsinə edəcəyimiz bu dəyişikliklərə qətiyyən ehtiyac yoxdur. Mən bunun əleyhinə səs verəcəyəm, həmkarlarımı da bunun əleyhinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun. Ümidsiz olmayın, Qüdrət müəllim. Hər şey yaxşı olacaq.  Hikmət Atayev.
H.Atayev. Çox sağ olun. Mən də bu məsələ ilə əlaqədar fikrimi bildirmək istəyirəm. Əvvəl onu deyim ki, qəbul olunmuş dəyişiklikdə “yaş həddi ali təhsil müəssisələrinə şamil edilir” sözləri var. Mən istəyərdim, araşdırılsın ki, ali təhsil müəssisələrində işləyən kimlərə bu şamil olunur. Ora-da işləyən, məsələn, katibə də var, xidmətçi də var, mühasib də var. Bunların hamısına, yoxsa ancaq elmi işçilərə şamil olunur? Bu, sualımdır.
Təklifim ondan ibarətdir ki, bu maddə səhiyyə müəssisələrində çalışan həkim kollektivinə də şamil edilsin. Nəyə görə mən bunu təklif edirəm, nəyə görə burada məhz həkim kollektivini fərqləndirirəm? Ona görə ki,  hər hansı bir ix-tisasa yiyələnmək üçün əgər başqa institutlarda 4–5 il oxu-maq lazımdırsa, həkim ixtisasına yiyələnmək üçün 11 il oxumaq lazımdır. Yəni  digər ixtisaslardan fərqli olaraq bu, artıq 6 il həkimləri müstəqil işləməkdən  məhrum edir. Başqa tərəfini götürək. Başqa ixtisaslarda institutu bitirdikdən sonra gəlib ixtisas üzrə işləmək olar. Ancaq həkim ixtisasında mütləq müəyyən təcrübə toplamaq lazım-dır. Bu təcrübə də oturub oxumaqla, baxmaqla qazanılan şey deyil. Təcrübə toplamaq üçün də bu insanlara bir 10 il lazımdır. Fakt budur ki, həkimlik ixtisasını seçən insan bu sahədə  ancaq 35–40 yaşından sonra mükəmməl mütəxəssis kimi işləməyə başlayır.  Ondan sonra da 65 yaşında bunun pensiyaya çıxması, mənə elə gəlir ki, o qədər də düzgün deyil.
Mən bilirəm ki, yaşlanıb tam gücü ilə işləyə bilməyən həkimlər də var. Deyə bilərsiniz ki, yaşı 70-i keçmiş cərrahlar da var ki, əlləri əsir və  cərrahiyyə əməliyyatı keçirə bilmirlər. Mən onu deyim ki, əvvəla, həkimlik deyərkən biz tək cərrahları nəzərə almamalıyıq. Ona görə ki, cərrahlar həkimlərin ancaq müəyyən bir hissəsini təşkil edir. Digər tərəfdən, mən istər dünya, istər sovet, istərsə də Azərbaycan təcrübəsindən misal gətirə bilərəm. Həmişə kifayət qədər yaşlı və kifayət qədər səmərəli işləyən cərrahlar da olub. Məsələn, dünyada ürək cərrahiyyəsinin atası adlanan məşhur Maykl Debeyki 90 yaşına qədər cərrahiyyə fəaliyyəti ilə məşğul olubdur. Sovet dövlətində, – yəqin ki, çoxunuzun yadındadır, – Omosov var idi, məşhur cərrah. O da elə təxminən o yaşa qədər aktiv cərrahi fəaliyyətlə məşğul olub. Bizdə Böyükkişi Ağayev, məsələn, bugünədək institut direkto-rudur. Həm rəhbərlik edir, həm də çox gözəl cərrahi əməliyyatlar keçirir.
Kim isə bunu əsas gətirir ki, cərrahın müəyyən yaşı ça-tandan sonra  əlləri əsir. Bu cür düşünən insanlar, sadəcə, bu problemdən məlumatsızdırlar. Əlin əsməsi, əsasən, beyinlə əlaqədardır. Yaşlanma səbəbindən əlin əsməsi beyinlə əlaqədar olur. Biz də burada qeyd etdik ki, elm adamları 70 yaşına kimi işləyə bilirlər. Yəni bunların beyni 70 yaşına kimi yaxşı işləyir. Belə olduğu halda niyə siz hesab edirsiniz ki, cərrahların beyni 65 yaşından sonra işləyə bilmir?
Mən xahiş edirəm ki, bu təklif müzakirə olunsun. Mən komissiyada da bu təklifi etmişəm, burada da təkrar edirəm. Çox arzu edərdim ki, həkim kollektivinə də bu əlavə şamil olunsun. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hikmət müəllim. Hər zamankı kimi çox maraqlı bir çıxış elədiniz. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Bahar xanım. Mənim də əvvəl birinci, sonra ikinci qanun layihəsi ilə bağlı çıxış eləmək fikrim var. Burada indi biz hərəmiz bir ixtisasın müdafiəsinə başlasaq, gərək Əmək Məcəlləsini yenidən dəyişək, bir də qayıdaq onun bundan qabaqkı vəziyyətinə. Çünki hərə bir ixtisas sahibidir, öz peşəsini sevir və çalışır ki, öz ixtisasında çalışan insanların da maraqlarını burada müdafiə eləsin.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi çox mütərəqqi haldır. Bu ad-dım bizim alimlərin uzun müddət çəkdikləri əziyyətin nəticəsi olaraq atılır.
Başqa ölkələrdə elmi işin müdafiəsinə görə pul ayrılır. Keçmişdə bizdə də bu var idi, səhv eləmirəmsə, 50 manat idi. İndi bunun miqdarı artırıldı, 200 manata çatdırıldı, elmi müəssisələrdə, xüsusilə Elmlər Akademiyasında çalışan insanların əmək haqqına əlavə oldu.
Amma bunun başqa tərəfi də var. Bu əlavələr ona görə edilir ki, elm adamlarının pensiyası yüksək olsun. İndi görək bundan sonra onlar pensiyaya çıxacaqlarmı? Xeyr. Əgər əvvəl bəhanə olunurdu ki, pensiyası azdır, ona görə pensiyaya getmək istəmir, çalışır işləsin və sair, indi bu əlavə olunandan sonra həm pensiyaya çıxacaq, həm də qalıb həminki ştatda işləyəcək.
Elmi müəssisələrin rəhbərləri keçən dəfə burada yaş məhdudiyyətinin əleyhinə çıxmaqlarının səbəbini onunla əsaslandırdılar ki, əgər bu yaşda olan insanlar pensiyaya gedərlərsə, onların yerində böyük bir boşluq yaranacaqdır.  Təbii, bu belədir. Çünki bu dövrlər ərzində biz çalışıb yeni kadrlar yetişdirməmişik.
Mən keçən dəfə cənab Prezidentin Elmlər Akademiyasında keçirdiyi toplantıya baxdım. Onun alimlər qarşısında qoyduğu vəzifələr, şübhəsiz ki, günümüzün tələbidir. Orada Akademiyanın ən cavan müxbir üzvünün  60 yaşı var idi. Orta yaş gəlib 75-ə çatmışdır. İndi fikirləşək görək, yeni dövrdə –  informasiya dövründə, dünyanın bu sürətlə çalışdığı, elmi texnologiyaların durmadan yeniləşdiyi bir vaxtda cənab Prezi-dentin qarşıya qoyduğu vəzifələri onlarla yerinə yetirmək mümkündürmü. Gərək bunu o insanların özləri fikirləşsin. Cənab Prezident alimlər üçün şərait də yaradır, əmək haqlarını da artırır, Akademiyanın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müxtəlif qərarlar da qəbul edir ki, bu sahədə köhnə iş üslubundan imtina olunsun, elmi işlərin istiqaməti bu günün tələbləri nəzərə alınmaqla müəyyənləşdirilsin.
Uzun illərdir, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif məsələlər ortadadır. Yaqub Mahmudov Tarix İnstitutuna direktor təyin olunana qədər Azərbaycan tarixi ilə, Dağlıq Qarabağla, İrəvan xanlığı ilə bağlı bir dənə kitab çıxmayıb. 80 ildir də fəaliyyət göstərir. Həmin insanlardır.  Son bir neçə ildə Tarix İnstitutunda çe-vik addımlar atıldı və onun nəticəsi olaraq da çox aktual mövzularda kitablar yazıldı, ortaya qoyuldu və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.
Bu qanunlara ondan ötrü dəyişikliklər edilir ki, yeni nəsil üçün yol açılsın. Mən hesab edirəm ki, universitet rəhbərləri yeni işçilər götürəndə hətta onların əmək haqqına üçqat, beşqat əlavələr etməlidirlər ki, bu işçilər  əmək haqqının azlığına görə oradan qaçmasınlar, otursunlar, oxusunlar, çalışsınlar. Gənclərə meydan verilsin, onları elmi şuraya dəvət etsinlər, o tərkibdə qabiliyyətlərini müəyyənləşdirsinlər. Yetişdirmək belə olur. Yoxsa özü-özünə necə yetişəcək?  Elə elmi müəssisə var ki, orada çalışanlar əgər 65 yaşında pensiyaya getsəydilər, institutun 60 faizi boşalacaqdı. Cənab Prezident də elə buna görə yenə güzəştə getdi. Amma mənə elə gəlir ki... 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, hörmətli qonaqlar! Qanunvericilik subyektinin  müzakirəmizə verdiyi qanun layihəsi ilə bağlı mənim israrlı olduğum bir məsələ var. Ona görə cənab Sədr, mən Sizdən xahiş etdim ki, çıxış üçün mənə söz verəsiniz. Mən hesab edirəm ki, bu çox prinsipialdır.
“Əmək pensiyaları haqqında” Qanuna əlavə edilən 19.3-cü maddədə yazılır: “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış”. Mən düşünürəm ki, bu, buraxılmış bir səhvdir. Gələcəkdə bu, dövlət üçün problemlər yara-da bilər. “Çalışmış” sözü “elmi-pedaqoji fəaliyyətə malik olan” sözləri ilə əvəzləşdirilsə, daha yaxşı olar. Çünki 25 il həmin müəssisələrdə çalışmış insan, ola bilsin ki, elm-təhsil ocağında elektrik və ya mexanik işləyib, heç bir elmi fəaliyyətlə məşğul olmayıb. Ona görə  komitə sədrindən və hörmətli Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edirəm ki, bu məsələ araşdırılsın və həmin sözlərin dəyişdirilməsi qanunvericilik subyekti ilə razılaşdırılsın. Ondan sonra bu məsələnin müzakirəsi davam etdirilə bilər.
Mən bütövlükdə hesab edirəm ki, bu gün hörmətli komitə sədrinin təqdim etdiyi məsələlər ölkə Prezidenti tərəfindən çox mütərəqqi bir addım,  böyük ziyalı ordusuna olan hörmət, insan intellektinə verilən qiymətdir. Bu yanaşma ilə mən tamamilə razıyam. Hesab edirəm ki, müəyyən müzakirədən sonra bu qanun layihələrini səsə qoymaq olar. Təşəkkür edirəm.  
Sədrlik edən. Çox sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Əvvəla, mən düşünürəm ki, Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda müvafiq dəyişikliklərin edilməsi çox sevindirici addım oldu. Ona görə fürsətdən istifadə edərək cənab Prezidentə öz təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Prezidentinin bu humanist addımı bizdə ağsaqqallara, yaşlılara, Azərbaycan dövlətini quranlara böyük hörmətlə yanaşıldığının və dövlət tərəfindən onlara daim göstərilən qayğının daha bir parlaq təzahürüdür.
Əmək Məcəlləsinə edilən dəyişikliklə bağlı belə bir fikir yaranmamalıdır ki,  bu məsələdə gənc nəsillə yaşlı nəsil arasında nəsə bir ziddiyyət və yaxud yaş həddi ilə bağlı gənclərin başqa fikri var. Sadəcə olaraq, bu, ölkədə cənab Prezident tərəfindən yürüdülən siyasətdir. Bu gün Azərbaycan əhalisinin 65 faizi 35 yaşına qədər olan insanlardır. Müzakirəmizə verilən dəyişikliklər son nəticədə həmin insanlar, gənclər üçün müəyyən stimulun azalmasına  gətirib çıxaracaq. Düzdür, bu gün yeni iş yerləri açılır, istiqamətlər genişləndirilir. Amma buna baxmayaraq, gənc üçün ən vacib olan məsələ onun həyatda – elmdə, iqtisadiyyatda, siyasətdə və digər sahələrdə özünü təsdiq etməsidir.
Təbii ki, bizim yaşlı müəllimlərə, professorlara, akademiklərə çox böyük hörmətimiz var. Çünki onlar vaxtilə Azərbaycan elminə, ümumiyyətlə, sovet  elminə çox töhfələr veriblər. Amma bu gün zaman yenidir, 2011-ci ildir.  Mən özüm də bu yaxınlarda müdafiə etmişəm və vəziyyəti dərindən bilirəm. Bu gün əksər ali təhsil ocaqlarında, Elmlər Akademiyasında çox böyük süstlük var. Halbuki başqa ölkələrdə vəziyyət tamam fərqlidir. Məsələn, bu gün Almaniyanın 70 faiz gəliri elmi tədqiqatlardan gəlir. Biz 70 faizdən danışmırıq, biz ancaq ondan danışırıq ki, bu elmi tədqiqatlar Azərbaycanda da həyata keçirilsin.
Bizim professorlarımız, elm adamlarımız hansısa bir arayışı yazmaq üçün gənclərə müraciət edirlər. O arayışları bütün institutlarda gənclər yazırlar. Hətta həmin professorların beynəlxalq simpoziumlarda, başqa mötəbər tədbirlərdə çıxışlarını da gənclər yazırlar. Biz bu reallığı bilirik. Biz bilirik ki,  universitetlərdə, elmi tədqiqat institutlarında vəziyyət necədir. Təbii ki, bizim təcrübəli, bilikli insanlara həmişə ehtiyacımız olacaq.
Cənab Prezident  tərəfindən istiqamət müəyyənləşdirildi və biz  buna parlamentdə baxdıq. Bu gün artıq o istiqamətdə edilən dəyişiklikləri nəzərdən keçiririk. Bu, cənab Prezident tərəfindən bizim  tərəfə bir jest idi ki, parlament nümayəndələri də bu məsələdə öz fikirlərini bildirsinlər. Keçən dəfə bunu dəstəklədik, bu dəfə artıq müəyyən məhdudiyyətləri işə salırıq.
Burada elə bir problematik məsələ yoxdur. Həyat hər şeyi öz yerinə qoyacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bu gün istənilən yaşlı professor, ağıllı insan gənclərə dəstək olmalıdır. Necə ki, ulu öndər Heydər Əliyev olurdu. Cənab Prezidentimiz də hər zaman gəncləri irəliyə çəkir, gənclərə əl-qol açmaq, özlərini  göstərmək imkanı verir.
Biz indi Əmək Məcəlləsinə dəyişiklik ediriksə, heç ol-masa, oraya “müəyyən müddətdə” sözlərini əlavə edək, ya-zaq ki, bu müəssisələrə yaş həddi  müəyyən müddətdə şamil edilmir. Bu proses, axı, 20–30 il davam edə bilməz. Yəqin ki, 5–10 ildən sonra bu məsələyə bir daha qayıdacağıq. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elton müəllim çıxışında 19.3-cü maddəyə istinad etdi. Elton müəllim, Sizin verdiyiniz sualın cavabı elə həmin maddədə yazılıb. Oxuyuram: “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çal-ışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçıları...” Gördüyünüz kimi, burada elektrikdən, santexnikdən söhbət getmir, elmi dərəcəsi olan pensiyaçılardan söhbət gedir.
Çıxış üçün 3 nəfər təkid edir – Abel müəllim, Astan müəllim və Asim Mollazadə. Abel Məhərrəmov, buyurun.
A.Məhərrəmov. Oqtay müəllim, təşəkkür edirəm.  Hörmətli deputat həmkarlar, hörmətli qonaqlar, hörmətli media nümayəndələri! Əvvəla, mən bütün Azərbaycan ziyalıları adından, elmi-pedaqoji ictimaiyyət adından möhtərəm Prezidentimizə təşəkkürümü bildirmək istəyirəm. Doğrudan da, bu addımla möhtərəm Prezidentimiz göstərdi ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla həyata keçirilir. Eyni zamanda, o göstərdi ki,  müdrik,  uzaqgörən, ziyalıların qayğısına qalan, onların problemlərinə diqqətlə yanaşan xey-irxah bir insandır. Mən bir daha elmi-pedaqoji ictimaiyyət adından möhtərəm Prezidentimizə təşəkkürümü bildirir və onu əmin edirəm ki, bundan sonra da yaşlı nəsil Azərbaycan dövlətinin çiçəklənməsi üçün   əlindən gələni edəcəkdir.
Biz ziyalılar bu böyük güzəşti, böyük diqqəti, böyük qayğını dəyərləndirərək əmin edirik ki, elmi müstəvidə, təhsil müstəvisində  Azərbaycan bayrağını yüksəltmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.  Bu gün səhər bura gələrkən Bakı Dövlət Universitetinin çoxsaylı kollektivi, xüsusən böyük alimlər, akademiklər, müxbir üzvlər, tanınmış professorlar mənə müraciət edərək onların bu ürək sözlərini Milli Məclisdə səsləndirməyi tövsiyə etdilər. Mən də bunu özümə borc bildim.
Sonda onu demək istəyirəm ki, möhtərəm Prezidentimiz gənclərin dostu,  qayğıkeşi, xeyirxahı olduğu qədər də yaşlı nəslin dostu, qayğıkeşi, xeyirxahıdır. Ona görə yaşlı nəsil adından, elmi-pedaqoji ictimaiyyət adından ona bir daha təşəkkürümü bildirir və hesab edirəm ki, bu qanun layihələrinə hamımız səs verəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən də ali məktəbdə çalışdığıma görə bu məsələ ilə bağlı danışmaya bilməzdim. Abel müəllim burada tamamilə doğru buyurdu ki, yaşlı alimlərimizin qəlbində müəyyən təşviş hissi var idi. Çünki yaşlı nəsil... Əvvəla, yaşlı, cavan həddini biz hələ müəyyənləşdirməmişik.  Bu gün Azərbaycanda alimlərin, xüsusilə də elmlər doktorlarının  orta yaşı 55–60 arasındadır. Bu adamlara 5 il də şans verəndən sonra işdən kənarlaşdırmaq, əlbəttə, doğru deyildir. 65 yaş bunların bəlkə də  yaradıcılığının çiçəklənən dövrüdür.
Cənab Prezident möhtərəm İlham Əliyev çox böyük hu-manist addım atdı, minlərlə, on minlərlə insanın içindəki təşvişi götürdü və onlara bir rahatlıq bəxş etdi. Peyğəmbərimiz buyurub ki, cənnətə gedən yol çoxdur, amma ən qısa yol elmdən keçir. Elm adamlarına göstərdiyi qayğıya görə mən  çoxminlik Texniki Universitet və digər universitetlər, bütün ali təhsil müəssisələri adından cənab Prezidentə minnətdarlığımı bildirirəm. Təbii ki, mən bu layihələrin lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əmək haqları ilə bağlı olan dəyişiklikləri mən çox müsbət qiymətləndirir və düşünürəm ki, Azərbaycanın inkişafına töhfə vermiş  yaşlı nəslin sosial müdafiəsinə yönəlmiş hər bir addım müsbət addımdır. Bu dəyişikliyi biz ancaq dəstəkləməliyik.
Sadəcə olaraq, bir məsələyə sizin diqqətinizi cəlb etmək istərdim. Prezidentin gənclərlə görüşündə əsas müzakirə mövzusu təhsil sistemi və  elmlə bağlı idi. Mən təəssüflə qeyd etməliyəm ki, bizim parlament bu sahədə öz üzərinə düşən vəzifələrin həllində, yəni təhsil və elm islahatları ilə bağlı qanunvericilik sisteminin yaradılmasında çox yubanır. Məsələn, biz Ali təhsil haqqında qanun layihəsini müzakirəyə çıxara bilməmişik. Halbuki bizim yaz sessiyasının planında bu məsələ var idi. Elm qanunu, peşə təhsili, orta təhsil məsələlərini biz müzakirə edə bilməmişik. Təhsil sisteminin islahatlarının qanunvericilik bazası olmadığına görə bir sıra problemlər yaranır. Bunu biz mütləq payız sessiyasında pla-na salıb həm parlamentin müzakirəsinə verməli, həm də ciddi ictimai müzakirəyə çıxarmalıyıq.
Nədənsə çox düzgün qəbul olunmuş qərarlar bizdə təftiş edilir. Ali təhsil sistemində işləyənlər üçün yaş məhdudiyyətini biz bu gün aradan qaldırırıq. Zənnimcə, bu doğru deyil. Nəyə görə? Ona görə ki, gənclərin ümidlərini qırırıq. Dünən gənclər üçün müəyyənləşdirilmiş iş yerləri bu gün onların əlindən çıxmış olur. Heç kəs demir ki, 65, 70, 80 yaşında, 90 yaşında  təcrübəli müəllimlər işləməsinlər. Onlar məşvərətçi kimi işləyə, müəyyən sayda dərs saatı götürərək təhsil sisteminə öz töhfəsini verə bilərlər. Amma biz ölkəmizi modern və müasir bir ölkə kimi görmək istəyiriksə, gənc nəsli elmə və təhsilə cəlb etməli, onlar üçün  yerlər hazırlamalıyıq. Bu gün bu yerlər yoxdur, bu yerlər məhduddur. Bu yerlərdə müasir tələblərə uyğun olmayan  köhnə nəslin nümayəndələri oturublar. Çox təəssüf ki, biz bu gün Əmək Məcəlləsində dəyişiklik etməklə tərəqqinin qarşısını alır, gənc nəslin imkanlarını məhdudlaşdırırıq. Düşünürəm ki, bu dəyişiklik xeyrimizə deyil. Mən onun əleyhinə səs verəcəyəm.
Hörmətli millət vəkillərini mən Azərbaycanda  təhsil sis-teminin islahatlarına dəstək verməyə çağırıram. Biz əgər təhsil sistemini sürətlə  dəyişdirə bilməsək, Azərbaycanın gənc nəsli dünyadakı rəqabətə hazır ola bilməyəcək, ölkəmiz də müasir səviyyədə tələblərə uyğun ola bilməyəcək. Müva-fiq işləri biz ən azı yubadırıq. Sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Asim müəllim, köhnə nəsil yoxdur. Yaşlı nəsil demək istəyirsən, köhnə nəsil deyirsən.  Sən də sovet dövründən qalmısan da.  Mən hesab edirəm, müzakirələri qurtarmaq lazımdır. Gündəliyin birinci məsələsinə – “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir  86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Gündəliyin ikinci məsələsinə – Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 84
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  87
Nəticə: Qəbul edildi


Çox sağ olun, qəbul edildi.  
Gündəliyin növbəti məsələsinə keçirik. 15 məsələ qanunlarda bəzi dəyişikliklər edilməsi ilə bağlıdır. Əli müəllim, xahiş edirəm, mümkünsə, bu kiçik dəyişiklikləri qruplaşdırıb deyəsiniz. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Mən hörmətli millət vəkillərinin vaxtını çox almayacağam. Çalışacağam, qısa, amma aydın şəkildə məhkəmə-hüquq islahatlarının nəticəsi olan əlavə və dəyişiklikləri sizin diqqətinizə təqdim edim. Bildiyiniz kimi, bir neçə ay bundan öncə biz  məhkəmə-hüquq islahatları nəticəsində bir neçə məhkəmənin ləğv ol-unması və onun əvəzinə regionlarda yeni məhkəmə strukturlarının yaradılması ilə bağlı qanunvericilik bazasını formalaşdırdıq. Bundan sonra cənab Prezidentin fərmanı ilə bu məsələlər həllini tapdı. Hazırda Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi və Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmə olmadığına görə  “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunundan bu şəxslərə diplomatik pasport verilməsi ilə bağlı müddəanın çıxarılması təklif olunur. Düşünürəm ki, bu, tamamilə əsaslıdır, çünki artıq belə məhkəmə mövcud deyil.
4-cü məsələ məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi ilə bağlıdır. Burada da bir qisim məsələ onunla əlaqədardır ki, artıq bir tərəfdən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə mövcud deyil, digər tərəfdən də müdafiə olunan şəxs barəsində hüquq mühafizə orqanının əməkdaşı ilə bağlı təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac yoxdur, çünki onlar hər hansı bir istintaq hərəkətlərini həyata keçirmirlər. Hərbi hissələrə getməyə ehtiyac yoxdur. Bunlar məhkəmə orqanıdır və buna görə də, təbii ki, bütövlükdə mühafizə olunan dövlət obyektidir. Bu baxımdan tamamilə düzgün olaraq “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə dəyişiklik edilir, ancaq hərbi pro-kurorluğun bu sarıdan hüquqları qorunub saxlanılır.
Hörmətli millət vəkilləri, gündəliyin 5, 6, 7, 9, 10, 11 və 12-ci məsələləri ilə bağlı məlumat vermək istəyirəm. Bunları ona görə birgə sadaladım ki, təklif olunan əlavələr və dəyişikliklər mahiyyəti üzrə eynidir. Bilirsiniz ki, biz son illərdə məhz sizin dəstəyinizlə inzibati qanunvericiliyi formalaşdırdıq. Bu il yanvar ayının birindən artıq İnzibati Prosessual Məcəllə qüvvədədir və Azərbaycanda inzibati-iqtisadi məhkəmələr  fəaliyyətə başlamışdır. Təklif olunan əlavələr və dəyişikliklər mövcud qanunlarda “iqtisadi məhkəmələr” anlayışının artıq yeni qanunda olduğu kimi “inzibati-iqtisadi məhkəmələr” anlayışı ilə əvəz olunması ilə bağlıdır. Bu sadaladığım məsələlər ancaq bununla bağlıdır. Xahiş edirəm, bu məlumatımı nəzərə alasınız. Yəni burada mahiyyətlə bağlı heç bir dəyişiklik yoxdur.
8-ci məsələ İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdir. Bu da, əslində, inzibati məhkəmələrin fəaliyyəti ilə bağlıdır. Məhkəmə-Hüquq Şurasının üzvü kimi məlumat vermək istəyirəm ki, son dövrlərdə məhkəmə orqanlarında baş verən bir sıra qeyri-prosessual hərəkətlərin qarşısını al-maq məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən xüsusi bir sənəd hazırlandı. Bu sənəd məhkəmə-kargüzarlıq qaydalarını özündə ehtiva eləyir. Məqsəd də ondan ibarət idi ki, məhkəmə orqanlarında işlərin bölünməsində hər hansı bir subyektivliyə yol verilməsin, bu, ədalətli, bərabər şəkildə bölünsün. Hazırda bu proses həyata keçirilir və təklif olunan dəyişikliyin məqsədi yeni yaradılmış inzibati-iqtisadi məhkəmələrdə işlərin kargüzarlıq qaydalarına uyğun olaraq bölünməsini təmin etməkdir. Məlumat üçün deyə bilərəm ki, Məhkəmə-Hüquq Şurası bu məsələni daim izləyir və bu qaydaları pozan hakimlərə hətta intizam məsuliyyəti də qaldırılmışdır. Tam məsuliyyətlə onu da deyə bilərəm ki, son vaxtlar artıq belə pozuntulara yol verilmir. İşlər kodlaş-dırılmış sistemlədir, yəni rəqəmlərdir, əvvəlki illərdə baş vermiş hər hansı bir işin xüsusi olaraq baxılması faktiki olaraq bütün hakimlər arasında bərabər bölünür. Bölgüdə subyektivliyə yol verilməsinin və bu istiqamətdə qanunsuz halların qarşısının alınmasına artıq nail olmağa başlamışıq.
13, 15 və 16-cı məsələlər hakimlərin vəsiqələrinin nümunəsi ilə bağlıdır. Bildiyiniz kimi, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilir və hakimlərin vəsiqələrinin nümunəsinin təsdiq edilməsi səlahiyyəti Məhkəmə-Hüquq Şurasına verilir. Çünki hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların təyinatı, seçkisi ilə bağlı məsələlərlə artıq ixtisaslaşmış və müstəqil orqan olan Məhkəmə-Hüquq Şurası məşğul olur. Bu baxımdan hesab edirəm ki, belə bir təklif məntiqidir. Bu təklifin məntiqi nəticəsi kimi, təklif olunur ki, vaxtilə Milli Məclisin bununla bağlı qərarları qüvvədən düşmüş hesab olunsun. Beləliklə, 13, 15 və 16-cı məsələlər də mahiyyəti üzrə eynidir.
17-ci məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsidir. Bu, indiyə qədər təqdim et-diyim məsələlərdən tamamilə fərqlidir. Yəni indiyə qədər qeyd etdiyim məsələlər məhkəmə-hüquq islahatları, qanunvericilikdə edilən dəyişikliklər, anlayışların dəyişdirilməsi ilə bağlı idi və əsas etibarilə redaktə xarakteri daşıyırdı. Amma gündəlikdəki 17-ci məsələ bir qədər fərqlidir. Bu daha çox miqrasiya qanunvericiliyi ilə bağlı olan məsələdir. Bilirsiniz ki, biz bu sahədə kifayət qədər müasir bir qanunvericilik bazası yaratmışıq. Artıq 4 ildir, müstəqil bir miqrasiya xidməti  fəaliyyət göstərir. Ümumiyyətlə, son dövrlərdə ölkədə viza alınması, turizm vizası ilə bağlı çox mütərəqqi, deyərdim ki, kifayət qədər şəffaf bir qanunvericilik hazırlamışıq. Artıq o, qüvvədədir. Amma bu şəffaflığı təmin eləməklə yanaşı, təbii ki, qanunsuz miqrasiya proseslərinə qarşı da tədbirlər görməliyik.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyin əsas mahiyyəti bundan ibarətdir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisinə tranzit yolu ilə keçməsi, ümumiyyətlə, qalması, daha dəqiq tənzimlənsin. Burada 2 yenilik var. İndi həm əcnəbiləri dəvət edən vətəndaşların, həm də əcnəbiləri dəvət edən müəssisə, idarə və təşkilatların vəzifəli şəxslərinin üzərinə dəvət edən tərəf kimi bir məsuliyyət qoyulur. Təbii ki, əgər onlar vaxtında ölkə ərazisindən çıxmazlarsa, yəni qanunvericiliyi pozarlarsa, özləri məsuliyyət daşıyırlar. Amma bu sıradan baş verən sui-istifadə hallarının qarşısını almaqdan ötrü qanunvericilikdə dəvət edən tərəfin də  cərimə formasında məsuliyyəti nəzərdə tutulur.
Hesab edirik ki, bunun miqrasiya məsələlərinin tənzimlənməsinə çox müsbət təsiri olacaqdır. Təbii ki, dəvət edən idarə, müəssisə müəyyən bir müddətə dəvət edibsə, müəyyən tədbirlər görüb. Eyni zamanda,  qanunvericilikdə nəzərdə tutulur ki, əgər müvafiq qaydada vaxtı uzatmaq lazımdırsa, yenidən bununla bağlı müraciət eləmək olar. Amma qa-nunsuz olaraq ölkə ərazisində qalmaqla bağlı dəvət edən tərəfin də məsuliyyəti müəyyənləşməlidir və bu da İnzibati Xətalar Məcəlləsində öz əksini tapır.
Nəhayət, gündəliyin 18, 19, 20 və 21-ci məsələləri barədə məlumat vermək istərdim. Hörmətli həmkarlar, son illər Konstitusiya Məhkəməsi tərəfindən qanunvericiliyin şərhi ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur. Bunlar yeni deyil, köhnələri də var. Təbii ki, Konstitusiya Məhkəməsi əgər qanundakı hər hansı bir boşluğu, mövcud olan ziddiyyəti həll və şərh edibsə, əslində, hüquq ictimaiyyəti üçün bir problem qalmır. Yəni qanunu tətbiq edən orqan Konstitusiya Məhkəməsinin qərarını bilir və təbii ki, o şərhi rəhbər tutur. Bizim də qanunvericilik orqanı kimi borcumuz ondan ibarətdir ki, əgər Konstitusiya Məhkəməsinin belə şərhləri, qərarları varsa və bu dəqiqləşdirmələri aparmaq Milli Məclisə tövsiyə olunubsa, bunu həyata keçirək. Çünki bir sıra hallarda insanlar, dövlət orqanları milli qanuna müraciət edirlər və orada norma nədirsə, onu da tətbiq edirlər. Ola bilər ki, onlar heç Konstitusiya Məhkəməsinin qərarını bilməsinlər və ya müraciət etməsinlər. Yəni dəqiqləşdirmək baxımından bu cür halları aradan qaldırmaq lazımdır.
Məlumat vermək istəyirəm ki, bir neçə il bundan əvvəl bununla bağlı Milli Məclis Aparatının rəhbəri Səfa müəllimə məlumat verdik. Cənab Sədr də təşəbbüs göstərdi və bir işçi qrupu yaradıldı. Konstitusiya Məhkəməsi,  Prezident Administrasiyası ilə məsləhətləşmələr aparıldı və Konstitusiya Məhkəməsinin qüvvədə olan bir sıra qərarları ilə bağlı layihələr hazırlandı. Sizin diqqətinizə təqdim olunan bu 4 məsələ onunla bağlıdır. Eyni zamanda, sizə Konstitusiya Məhkəməsinin qərarları da təqdim olunub və elə bilirəm ki, artıq bununla bağlı şərh verməyimə ehtiyac yoxdur. O, Kon-stitusiya Məhkəməsinin qərarlarında dərc olunub, sizə də təqdim edilib. Biz, sadəcə, məsələnin texniki tərəfini həll etmişik. Yəni Konstitusiya Məhkəməsinin tövsiyəsini icra eləmişik və qanunvericilikdə iki halda redaktə xarakterli, iki halda isə mahiyyəti baxımından düzəlişlər etmişik. Mənim məlumatım bu qədər, diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə başlayırıq, amma səsvermə ayrı-ayrı keçiriləcək. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən çalışacağam, bir neçə məsələyə çox qısa şəkildə öz münasibətimi bildirim. Biz  olmayan məhkəmə sədrlərinə diplomatik pas-portun verilməsini artıq qanundan çıxarırıq. Mən və həmkarlarım dəfələrlə Milli Məclisdə demişik ki, niyə Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasport verilmir? Mən burada bir müqayisə aparsam, yəqin, millət vəkilləri əmin olacaqlar ki, biz belə bir qanun qəbul eləməməklə nə dərəcədə ədalətsizik.
Məhkəmə-Hüquq Şurasının üzvlərinin hamısına diplo-matik pasport verilir. Məhkəmə-Hüquq Şurası hakimləri seçir, təqdimat verir, onların fəaliyyətinə müəyyən mənada nəzarət eləyir. Hətta bu gün biz “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna da dəyişiklik edəcəyik. Artıq Ağır cinayətlərə dair məhkəmə sədrlərinin də təyin olunması ilə bağlı Məhkəmə-Hüquq Şurası təqdimat verməyəcək. Amma necə olur ki, biz dövlətin başçısını seçən, ona müvafiq vəsiqəni təqdim eləyən bir qurumun  üzvlərinə  diplomatik pasport vermirik? Məhkəmə-Hüquq Şurasının üzvləri heç o qədər xaricə də getmirlər, heç onların çoxu diplomat da deyil. Onlar heç diplomat da olmamalıdırlar. Çox təəssüf ki, bizdə hakimlərin çoxu həm də  yaxşı diplomatdır. Mərkəzi Seçki Komissiyasının üzvləri tez-tez bu və ya digər ölkədə seçkiləri müşahidə edirlər. Səfərlərə gedir, müxtəlif kon-franslarda iştirak edirlər. Bir daha vurğulayıram, biz parla-menti formalaşdıran qurumun üzvlərinə diplomatik pasport vermirik, amma hakim seçən Məhkəmə-Hüquq Şurasının üzvlərinə bunu veririk. Mən hesab edirəm, bu da yəqin ki, Prezident Administrasiyasından qaynaqlanan lobbiçiliklə bağlıdır. Hörmətli Əli müəllim, hesab edirəm ki, biz də parlamentdə MSK-nın lobbiçiliyini və bu ədaləti bərpa eləməliyik. MSK-nın üzvlərinə də diplomatik pasport verilməlidir.
Deyəcəyim başqa bir məsələ bizim Konstitusiya Məhkəməsinin qərarlarına belə gec baxmağımızla əlaqədardır. 2002-ci ildə Xanlar Hacıyev Konstitusiya Məhkəməsinin sədri olanda Milli Məclisə tövsiyə eləyib ki, Cinayət Məcəlləsində bu və ya digər dəyişikliklərə baxılsın. Özü də qərarın 2-ci bəndi sırf Milli Məclisə tövsiyə ilə bağlıdır. Dövlət  orqanları arasındakı əlaqələr bu formada olmamalıdır və mən hesab edirəm ki, bu məsələlərə daha çevik münasibət bildirilməlidir. Əli müəllim də haqlı olaraq dedi ki, qanunlar tətbiq olunan zaman bir çox hallarda Konstitusiya Məhkəməsinin belə bir qərarının olduğunu bilmirlər, müvafiq qanunu tətbiq eləyirlər.
Başqa bir məsələyə toxunmaq istərdim. Bu da dünya praktikasında rast gəlinməyən bir məsələdir. Biz burada Cinayət Prosessual Məcəlləsinin Andlı iclasçılar kollegiyası maddəsinə dəyişiklik eləyirik. Bu institut Azərbaycanda tətbiq ol-unmur. Mən qüvvəyə minməmiş bir normaya əlavə və dəyişiklik edilməsini nə oxumuşam, nə də ona rast gəlmişəm. Hörmətli Əli müəllim belə bir şeyə rast gəlibsə, desin. Axı, bu istifadə olunmayan qanuna əlavə və dəyişikliyin edilməsi hansı zərurətdən qaynaqlanıb? Söhbət 79-cu maddəyə edilən dəyişikliklərdən gedir. Hələlik bu qədər, sağ olun.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Qüdrət bəylə mənim fikirlərim üst-üstə düşdü, toqquşdu. Mən də eyni məsələ ilə bağlı danışmaq istəyirdim. Bəli, qanunda hansı komitələrə, nazirliklərə, institutlara diplomatik pasport verilməsi göstərilib. Mən də buna baxanda çox təəssüf elədim ki, burada yalnız Mərkəzi Seçki Komissiyasının sədri nəzərdə tutulub, üzvlər nəzərdə tutulmayıb. Mən də hesab edirəm ki, bu cür məsuliyyətli, ağır işdə çalışan, tez-tez xarici səfərlərə yollanan bu insanlara da diplomatik pasport verilsə, çox yaxşı olardı. Bu insanların bizim üzərimizdə mənəvi haqları var, əziyyətimizi çəkiblər. Biz nəyə görə öz səlahiyyətlərimizdən istifadə edib onlara diplomatik pasport verilməsinə nail olmayaq? Bu insanlar çox da deyil. Əgər sədri saymasaq, 17 nəfərdirlər. Bu, ev deyil, maşın deyil, silah deyil və yaxud özündə xüsusi imtiyazlar ehtiva eləyən hər hansı bir sənəd də deyil. Elə bilirəm ki, Mərkəzi Seçki Komissiyasının üzvlərinə də diplomatik pasportların verilməsi zəruridir.
Oqtay müəllim, mən mövzumuza dolayısı ilə aidiyyəti olan bir məsələni də burada demək istərdim. Bu yaxınlarda bir hüzr məclisi ilə əlaqədar 10 gün ərzində 3 dəfə təyyarə ilə Gəncəyə gedib-gələsi oldum. Təsəvvür eləyin, təxminən 100 nəfərlik tutumu olan bir təyyarədə cəmi 4–5 nəfər sərnişin var. Qayıdanda belə idi. Mən bir balaca araşdırma apardım. Məlum oldu ki, Zaqatalaya, Lənkərana uçan təyyarələrdə vəziyyət, ümumiyyətlə, acınacaqlıdır. Bir çox hallarda təyyarələr ya bir nəfərlə, ya da boş uçur.
Biz həmişə qeyri-neft sektorundan danışır, onun inkişafına çalışır və müəyyən qanunlar qəbul edərək güzəştlər tətbiq eləyirik. Bu baxımdan  bunu hesablayanda nəqliyyat sektorunda ildə milyonlarla vəsait havaya sovrulur. Bunun da bir səbəbi təyyarələrdə biletin qiymətinin yüksək olmasıdır. Yəni Gəncəyə təyyarə biletinin qiyməti 56 manat, Lənkərana və Zaqatalaya isə 40–50 manat civarındadır. Bir daha deyirəm, bu qədər xərc çəkilib, aeroportlar tikilib, təyyarələr alınıb, amma bu gün təyyarələr də, aeroportlar da boşdur. Halbuki buna bu gün böyük bir tələbat var.
Biz dəfələrlə televiziya ekranlarından görürük ki, bayramlar və tələbələrin tətili ərəfələrində böyük sıxlıq yaranır və Nəqliyyat Nazirliyi xətlərə nə qədər əlavə qatarlar qoşsa da, avtobuslar buraxsa da, bu sıxlığın qarşısı alınmır. Burada xeyli itkiyə yol verilir. Dövlət bundan kifayət qədər  qazana bilər. Bayaq dedim ki, bunun bir səbəbi bilet qiymətinin yüksək olmasıdır. Bir balaca endirim etməklə bu itkinin qarşısını almaq olar və dövlət buradan milyonlarla qazanc götürə bilər. Halbuki indi həmin milyonlar havaya sovrulur. Ortada bir Naxçıvan nümunəsi var. Naxçıvana da biletlər yüksək idi, amma bir balaca endirim etdikdən sonra gündə Naxçıvana 5–6 reys gedir və dövlət bundan kifayət qədər pul qazanır. Çox təəssüflər olsun ki, bu milyonların itkisinə Nəqliyyat Nazirliyi də, İqtisadi İnkişaf Nazirliyi də, AZAL da, Tarif Şurası da seyredici mövqe tutaraq tamaşa edirlər.
Ötən iclasların birində Siyavuş müəllim də qeyd elədi, ölkədə Sədərək Ticarət Mərkəzində, bir də aeroportda şlaqbaum qoyulub və giriş pullu edilibdir. Həmin o şlaqbaum bircə gün xarab olsa, sizi inandırım ki, tez xaricdən mütəxəssislər gətirib onu təmir eləyərlər, ancaq burada dövlətin milyonları havaya sovrulsa da, bu adları çəkilən strukturların heç biri tərpənmir. Cüzi bir qiymət endirimi də etmirlər ki, bu təyyarələr havada boş uçub yanacaq sərf etməsinlər. Cüzi qiymət dəyişikliyi etməmələri səbəbindən dövlət ortada bu qədər pul itirir.
Mən fürsətdən istifadə edib, həm Gəncədən, həm Lənkərandan, həm də Zaqataladan olan deputat həmkarlarıma müraciət etmək istəyirəm. Onlar da naxçıvanlı  deputatlar kimi bu məsələni gündəmdə saxlasınlar və məsələnin həllinə nail olsunlar. Yəqin ki, seçki kampaniyası dövründə əhali ilə görüş zamanı ictimaiyyət onlardan bu xahişi edib və onlar da  buna söz veriblər. Mən elə bilirəm ki, biz də öz növbəmizdə onları bu məsələdə dəstəkləyə bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən Əli Hüseynlinin təqdim etmiş olduğu qanun layihələrinin hər birinə səs verəcəyəm. Bu qa-nun layihələri ilə bağlı hər hansı bir iradım yoxdur. Məndən öncə çıxış eləyən həm Qüdrət Həsənquliyevin, həm də Eti-bar Hüseynovun Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasportun verilməsinin zəruriliyi haqqındakı fikirləri ilə də şərikəm. Düşünürəm ki, bu elə bir ciddi prob-lem deyil, bunu həll etmək olar. Elə Əli müəllimin özündən xahiş edirəm, biz belə bir qanunvericilik təşəbbüsü ilə  çıxış eləyək. Məncə, millət vəkilləri də bunu dəstəkləyərlər.
Məni ən çox düşündürən gündəliyin 12-ci məsələsidir, yəni Azərbaycan Respublikasının dövlət dili haqqında müşahidələrim və müşahidələrin söykənmiş olduğu reallıqdan doğan narahatlıqlardır. Söhbət nədən gedir? Yəqin ki, hörmətli millət vəkilləri Bakının küçələrində əcnəbi dildə yazılmış kifayət qədər reklamın şahidi olublar. Bakı şəhərinin küçələrində hərəkət edəndə sanki Avropanın və ya Amerika Birləşmiş Ştatlarının şəhərlərini gəzirsən. Eyni zamanda, həm Pakistandan, həm də İran İslam Respublikasından gələnlərin açmış olduğu obyektlərdə ərəb qrafikası ilə yazılan reklamların şahidi olmuşuq və görürük. Çox təəssüf ki, buna qarşı konkret və ciddi addımlar atılmır.
Mən bir dəfə bu məsələ ilə bağlı öz narahatçılığımı dilə gətirmişdim və bu istiqamətdə vacib və zəruri addımların atılmasını xahiş etmişdim. Lakin bu günə qədər bununla bağlı heç bir addım atılmayıb. Bilinmir ki, hansı icra struk-turu bunu etməlidir. Hətta mən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim,  onlar da söylədilər ki, bu bizim səlahiyyətimizdə deyil. Onda bu kimin səlahiyyətindədir? Bəlkə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda boşluqlar var, onu təkmilləşdirək?  Təklif edirəm, bu, konkret icra struktur-larından birinə həvalə olunsun və “Azərbaycan Respublikas-ında dövlət dili haqqında” Qanunu pozanlar inzibati cəhətdən məsuliyyətə cəlb olunsunlar.
Onları edək ki, Bakı öz milli simasını itirməsin. Vəziyyət o həddə gəlib çatıb ki,  hətta Bakı şəhərində nisbətən ticarətin gur xarakter daşıdığı yerlərdəki mağazaların hamısında rus dilində danışırlar. Azərbaycan dili unudulur. Xahiş edirəm, Nizami, Xaqani küçələrindəki, Cavid prospektindəki mağazalara girin, görün hansı dildə danışırlar? Orada ansaq  rus dilində danışırlar. Mənə belə gəlir ki, bu biabırçılığa son qoymaq üçün ciddi addımlar atılmalıdır. Əgər bu, Milli Məclisdən asılıdırsa, biz bu addımı atmalıyıq, yox, ayrı-ayrı icra strukturlarından asılıdırsa, düşünürəm ki, həyəcan xa-rakteri daşıyan bu çıxışım onların diqqətini cəlb edəcəkdir. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov  sədrlik edir

Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də  vaxtilə qəbul etdiyimiz qanunlara edilən düzəlişləri dəstəkləyirəm. Hesab edirəm ki, bu günə qədər qəbul etdiy-imiz bütün qanunların təkmilləşməyə  ehtiyacı var. Birinci, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna  olan düzəlişlərə səs verəcəyəm. Amma mənim təklifim ondan ibarətdir ki, dünyanın bütün ölkələrində evdə saxlanan itə, pişiyə,  hətta kərtənkələyə qədər hər bir canlının, ailədə olan hər bir uşağın pasportu var.  Amma bu günə qədər Azərbaycanda uşaqlara pasport verilmir.  Bu da ciddi çətinliklərə, bir sıra neqativ hallara gətirib çıxarır. Mən OVİR dediyimiz idarənin əməkdaşlarının sözlərini burada səsləndirirəm. Onlar deyirlər ki, bu, vacib deyil. Nə üçün? Özüm də, təbii ki, bu problemlərlə dəfələrlə rastlaşmışam. Onlar bunu mənə deyəndən sonra internetə baxdım. Gördüm ki, dünyanın örnək olmayan ölkələrində belə ailə üzvlərinin hər birinin pasportu var.
İkincisi, mən hesab edirəm ki, hərbi qulluqçuların da dövlət müdafiəsi haqqında qanun layihəsinə böyük ehtiyac var. Çünki  dövlətimiz gündən-günə çox güclənir və bu gün bütün sahələrdə çox böyük nailiyyətlər əldə olunub. Hesab edirəm ki, hərbi qulluqçuların da dövlət müdafiəsinin  təkmilləşdirilməsinə böyük ehtiyac var.
Hörmətli Ziyafət müəllim, bayaq mən cari məsələlərdə yazılmışdım, amma vaxt çatmadı. Təxminən Fəzail müəllimin təklifinə bənzər bir təklifim olacaqdır. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bir sıra hallarda Avropa şəhərlərini də ötüb. Amma bu gün hər bir azərbaycanlının ürəyində bir Qarabağ dərdi var. Azərbaycanın inkişaf eləməsi, Bakının gündən-günə gözəlləşməsi, bir sıra beynəlxalq səviyyəli layihələrin Azərbaycanda həyata keçirilməsi bizə fürsət və şans verir ki, Qarabağ problemini təbliğ edək. Çox təəssüf ki, Bakı şəhərində Qarabağla bağlı nə bir reklam, nə də bir plakat var. Möhtərəm Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sosial reklamlarını çıxmaq şərti ilə şəhərdə Azərbaycan xalqına lazım olmayan reklamların sayı-hesabı yoxdur. Hesab edirəm ki, şəhərin girişində, hava limanında, dəmir yolunda, şəhərin gur yerlərində “Vətən igidliyə çağırır” kimi və Qarabağla bağlı müxtəlif reklam şitləri vermək çox vacibdir. Çox sağ olun, mən bu dəyişikliklərə səs verəcəyəm. 
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlarım! Mən də müzakirəyə çıxarılan məsələlər haqqında qısaca  fikirlərimi bildirmək istəyirəm. Əvvəla,  hörmətli Əli müəllimin Məhkəmə-Hüquq Şurası haqqında qeyd etdiyi məsələləri mən də təqdir edirəm. Həqiqətən də, Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan çoxsaylı islahat-lar və digər tədbirlər məhkəmə hakimiyyətində vəziyyətin nisbətən  yaxşılaşmasına gətirib çıxarmış və son dövrlərdə hakimləri kifayət qədər  məsuliyyətli olmağa sövq etmişdir.
Kargüzarlıq vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bayaq qeyd olunan məsələyə bir neçə kəlmə əlavə etmək istəyirəm. Bu nə deməkdir? Əvvəllər məhkəmə sədrləri öz istəklərinə uyğun qaydada işləri istədikləri hakimlər arasında bölüşdürürdülər və bu da qeyri-neqativ hallara gətirib çıxarırdı. Amma Məhkəmə-Hüquq Şurasının bayaq qeyd elədiyim is-lahatlarından sonra artıq bu bölgülər kodlaşdırılmışdır və kargüzarlıq qaydalarına uyğun şəkildə aparılır. Heç bir ha-kim qabaqcadan hansı işin ona veriləcəyini bilmir. Bu, sırf qanunauyğun formada aparılır və  məhkəmə hakimiyyətindəki neqativ halların aradan qaldırılmasına xidmət eləyən məqamdır. Eyni zamanda, vəsiqələrin də Məhkəmə-Hüquq Şurası tərəfindən verilməsi olduqca məqsədəuyğundur. 
İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər haqqında ayrıca danışmaq istəyirəm. Əvvəla, 431-ci maddə ilə bağlı qeyd etmək istəyirəm ki, 431.1-ci maddəyə əlavə olunmuş  bəndlər bilavasitə tərəflərin, daha doğrusu, vətəndaşın hüquqlarının yaxşılaşdırılmasına xidmət edir  və inzi-bati qaydada çıxarılan qərarlardan şikayət verilməsi prose-durunu tənzimləyir. Bu prosedur da sadə vətəndaşlara  lazımi qaydada və vaxtında şikayət etmək imkanları yaradır. Bu baxımdan elə hesab edirəm ki, 431-ci maddəyə edilmiş əlavələr olduqca  məntiqli və qanunauyğundur.
İnzibati Xətalar Məcəlləsinə əcnəbilər və vətəndaşlığı ol-mayan şəxslər barədə edilən digər dəyişikliklər də, təbii ki, müdafiə olunmalıdır, çünki bu gün Azərbaycanda kifayət qədər qeydiyyatsız yaşayan əcnəbilər və vətəndaşlığı olma-yan şəxslər var. Düzdür, Dövlət Miqrasiya Xidməti yaradılıb və onun işinin nəticələrini görürük, amma  belə hesab edirəm ki, bu mübarizə davam etdirilməlidir. Azərbaycan müstəqil dövlətdir və onun ərazisinə gələn hər bir vətəndaş həm xoş niyyətlə, həm də bəd niyyətlə gələ bilər. Bu baxım-dan bu sahədə də məsuliyyət hissinin artırılması  dövlətə xidmətin bir təzahürüdür. Əcnəbilərin və vətəndaşlığı olma-yan şəxslərin  qanun qarşısında cavabdehliyi və onları dəvət edən şəxslərin və müəssisələrin  məsuliyyət məsələsi oldu-qca önəmlidir.
Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhlərə gəldikdə isə,  çox  istərdim ki, bu orqan tərəfindən bu cür şərhlər vaxtında verilsin və bu bizim tərəfimizdən həm müzakirəyə çıxarılsın, həm də müəyyən qanunlar o qərarlara uyğun dəyişdirilsin. Mülki Məcəlləyə edilmiş bu dəyişikliklərlə bağlı, – “Notariat haqqında” Qanundan söhbət gedir, – Cinayət Məcəlləsinin 228-ci maddəsindəki odlu  silah və soyuq silah anlayışına qiymət verilir. Cəzaların İcrası Məcəlləsində “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun tənzimlənir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin də 420.3-cü maddəsindən söhbət gedir. Bu maddələrə edilən dəyişikliklər, əslində, in-san haqlarına və insan hüquqlarına göstərilən diqqətin bir təzahürüdür.
Geniş danışmaq istəmirəm, ən azı Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə edilən dəyişikliklər onu göstərir ki, məhkum edilmiş şəxslərin hüquqlarının ağırlaşdırılması halları olduqda onların artıq şikayət etmək hüququ və bu məsələnin  hansı formada həlli məsələsi bizə tövsiyə ol-unub. Belə hesab edirəm ki, bu gün müzakirə olunan bənd də məhz  insanların hüquqlarının  ağırlaşdırılmasının aradan qaldırılmasına xidmət edir. Amma notariat əməliyyatları ilə bağlı bir şeyi də qeyd etmək istəyirəm.  Düzdür, bələdiyyələrə bu vəsiyyətnamələrlə bağlı hüquqlar verilib və biz bunu yəqin ki...
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu dəyişiklikləri müsbət qiymətləndirirəm və onlara səs verəcəyəm. Gündəliyin 17-ci məsələsi, yəni İnzibati Xətalar Məcəlləsinə edilən bir dəyişiklik xüsusilə diqqətimi cəlb etdi.   Belə ki,  339.1.3-cü maddəyə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu və ya müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqda onlara qarşı inzibati cəza tətbiq olun-ması nəzərdə tutulur.
Bu məsələ əksər dövlətlərdə olduğu kimi, bizdə də aktuallaşır. Elə hallar olur ki, təhsil adı ilə ölkəyə gələn əcnəbilər qeyri-ənənəvi dini  təriqətlərin yayılması ilə məşğul olurlar, bu sahədə mövcud olan ədəbiyyatın yayılmasını həyata keçirirlər. Bu işi hətta humanitar yardım adı altında fəaliyyət göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər icra edirlər. Elə hallar da olur ki, biznes fəaliyyəti adı altında ölkəyə gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər əxlaqsızlıq yuvası saxlamaqla, bu istiqamətdə videoyazıları yaymaqla, hətta narkotik vasitələr satmaqla məşğul olurlar. Bununla da ölkə gənclərini mənəvi və psixi cəhətdən çirkləndirməyə yönəli ciddi fəaliyyət həyata keçirirlər.
Onlarca, yüzlərcə belə misal gətirmək olar.  Bu baxımdan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun fəaliyyətlə məşğul olmasına nəzarətin gücləndirilməsi labüddür və mütləq lazımdır. Heç kim bunu insan hüquqlarına qarşı qəsd kimi dəyərləndirməsin. Hesab edirəm ki,  bu cür hallara, xüsusən də ek-stremist və qeyri-ənənəvi dini təriqətlərin bu cür vasitələrlə yayılmasına qarşı təkcə inzibati deyil, həmçinin  hüquqi tədbirləri də gücləndirmək və sərtləşdirmək lazımdır. Buna da biz, yəqin ki, payız sessiyasında baxa bilərik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna kiçik bir əlavənin edilməsi nəzərdə tutulur. Amma bir qədər dərindən baxsaq, bu heç də dövlət dili kimi məsuliyyətli məsələyə münasibətdə kiçik əlavə dey-ildir. Çox zəruri,  ciddi və qiymətli bir düzəlişdir. Qanunun 11-ci maddəsi bütövlükdə inzibati orqanlara, inzibati icraat məsələlərinə həsr olunduğu halda indiyə qədər qanunun bu maddəsində “inzibati” sözünün olmaması  tamamilə boşluq kimi nəzərə çarpmaqdaydı. Bu gün “inzibati” sözünü qanun layihəsinin konkret maddəsinə əlavə eləməklə biz həmin  boşluğu aradan qaldırmış oluruq.
Bir qədər bundan əvvəl hörmətli həmkarım Əli Hüseynli haqlı olaraq qeyd elədi ki, xeyli müddətdir Azərbaycanda inzibati məhkəmələr fəaliyyət göstərir. Ali Məhkəmədə inzibati, iqtisadi kollegiyalar mövcuddur, amma  bu məsələlər qanunvericilikdə öz əksini tapmamışdır. Bu mənada  bu müddəaya artırılan “inzibati” sözü  cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının  məntiqinə tamamilə uyğundur və  çox yerinə düşür.
Bundan başqa, düşünürəm ki, “inzibati” sözü təkcə inzi-bati orqanlarla məhdudlaşan bir kəlmə deyildir. “İnzibati” sözü Azərbaycan dilində “məcburiyyət”, “rəsmi”, “intizam”, “hüquqi qaydalara uyğun” və sair kimi mənaları da ifadə eləyir. Hesab edirəm ki, qanun layihəsinə əlavə edilməsi nəzərdə tutulan bu söz, ümumiyyətlə, dilimizin zənginliklərindən hüquq mühafizə orqanlarında və digər sahələrdə geniş şəkildə istifadə olunması zərurətinə  diqqət yetirməyi ön mövqeyə çəkir. Ümumiyyətlə, “Dövlət dili haqqında” Qanun bugünkü inkişafımızın indiki səviyyəsində düşünməyə və təkliflər irəli sürməyə imkan verir. Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir. Azərbaycan dili dünya birliyindəki mövqeyimizlə əlaqədar olaraq sürətlə zənginləşir. O zənginləşmə prosesi, elə bilirəm ki, “Dövlət dili haqqında” Qanuna yenidən baxmağa və “bizim üçün müqəddəs olan bu qanunun daha da təkmilləşməsi haqqında düşünməyə dəyər” fikrini  bu gün gündəmə çıxarmağa əsas verir. Bütövlükdə bu qanun layihəsi tamamilə məqsədəuyğundur və Azərbaycan dilinə hörmətin və onun cəmiyyətdəki mövqeyinin yüksəldilməsinə olan qayğının ifadəsidir. Mən böyük məmnuniyyətlə bu qanun layihəsinə səs verəcəyəm.      
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli həmkarlarım, hörmətli Əli müəllimin təqdim elədiyi qanun layihələri bizim komitədə geniş müzakirə olunub. Mən düşünürəm ki, bu  əlavə və dəyişikliklər hüquqi zərurətdən irəli gəlir və mən  bunlara səs verəcəyəm.
Mən yalnız Konstitusiya Məhkəməsinin Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə bağlı verdiyi tövsiyə barəsində bəzi fikirlərimi demək istəyirəm. Doğrudan da,  228-ci maddənin adından “odlu” sözünün çıxarılması düzgündür, çünki o, maddənin ümumilikdə məzmununa uyğun  deyildi.
Bir də, 228.4-cü maddədə “tullayıcı silah” ifadəsinin “soyuq atıcı silah” ifadəsi ilə əvəz olunması tamamilə doğrudur, çünki “Xidməti və mülki silah haqqında” Qanunda belə bir termin yoxdur. Biz də bilirik ki, məcəllə baza qanununa nisbətən törəmə qanundur və qanunun sistemləşdirilməsinin ən yaxşı üsullarından biridir. Ona görə də məcəllə bu qanuna uyğunlaşdırılmalıdır. Mən düşünürəm ki, gələcəkdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi rus dilinə tərcümə ediləndə bu ifadə ilə bağlı bir balaca uyğunsuzluq əmələ gələcək, çünki “atıcı silah”  “strelkovoye orujiye”  kimi tərcümə olunur və “odlu silah” kimi anlaşılır. Mən he-sab edirəm ki, məcəlləyə “tullayıcı silah” yazılanda  bu uy-ğunsuzluğu aradan qaldırmaq məqsədi olub.
Amma mənim çıxışımın məqsədi bu deyil. Ziyafət müəllim, biz  Konstitusiya Məhkəməsinin tövsiyəsinə əsasən 228-ci maddədəki “tullayıcı silah” ifadəsindən imtina edirik, onu “soyuq atıcı silah” ifadəsi ilə əvəz edirik. Amma bu yanlışlıq 229.4-cü maddədə qalır. Düzdür, Konstitusiya Məhkəməsi konkret müraciətə əsaslanaraq 228-ci maddənin təfsirini verir və tövsiyə edir ki,  bu ifadə dəyişdirilsin. Am-ma 229-cu maddədə bu  qalır.  Mahiyyətcə eyni şeydir. Həm 228.4, həm də 229.4-cü maddədə eyni şəkildə  soyuq si-lahdan söhbət gedir. Mən təklif edərdim ki, ya bunu birbaşa 229-cu maddəyə əlavə edək, ya da hörmətli Əli müəllimdən xahiş edərdim ki, bizim komitənin adından yeni bir qanun layihəsi ilə çıxış edək, çünki mahiyyətcə eyni şeydən söhbət gedir. 229.4-cü maddədə də “tullayıcı silah” ifadəsindən im-tina eləmək lazımdır. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Müzakirələr bitdi. Əli müəllim, Sizin bu deyilən fikirlərə münasibətiniz olacaq, yoxsa səsə qoyaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən, sadəcə, millət vəkillərinə məlumat vermək istəyirəm ki, millət vəkillərinin Mərkəzi Seçki Komissiyasının üzvləri ilə bağlı qaldırdıqları məsələ bizim diqqətimizdə olar. Prinsip etibarilə mən də razıyam, diplomatik pasport, əlbəttə ki, statusun bir elementidir. Bu gün bizim çoxlu sayda müqavilələrimiz var və xidməti pasportla da xarici ölkələrə getmək mümkündür. Düşünmürəm ki, Mərkəzi Seçki Komissiyası üzvlərinin bu sarıdan problemi var. Yəni demək istəyirəm, biz bu məsələyə bir qədər başqa qütbdən, Mərkəzi Seçki Komissiyasının bir orqan kimi statusundan və bu statusa görə onun üzvlərinin də diplomatik pasportla təmin olunması istiqamətindən yanaşsaq, bəlkə də o məsələni müzakirə eləmək olar. Ona görə bizim tərəfimizdən qanunvericilik təşəbbüsü subyektinə bu məsələ məruzə olunacaq.
İkincisi, əlbəttə, mən prinsipcə Qüdrət müəllimin iradı ilə razıyam,  biz  Konstitusiya Məhkəməsinin tövsiyələrinin icrası ilə bağlı bir qədər gecikməyə yol vermişik. Amma məlumat üçün deyirəm ki, bu iş indi nəzarətdədir və bundan sonra bu proses mütəmadi həyata keçiriləcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  109
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Mülki Proses-sual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “İcra məmurları haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Buyurun, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qa-nunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə səs verin.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Cinayət törətmiş şəxslərin verilməsi (ek-stradisiya) haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişikliklər edilməsi barədə  qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “İcra haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Məhkəmə-Hüquq Şurası haqqında” Qa-nunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının İnzibati Pro-sessual Məcəlləsində  dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikası Ali Məhkəməsi və İqtisad Məhkəməsi hakimlərinin xidməti vəsiqəsinin nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2000-ci il 30 sentyabr tarixli 930-İQR nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında qərar layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında  qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.


(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Gündəliyin müzakirəsini davam etdiririk. Gündəliyin 22-ci məsələsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli cənab Sədr, əslində, bu düzəliş tex-niki xarakter daşıyır. Bizim başqa qanunlarımızda bu müddəa  olduğundan məqsədəmüvafiqdir ki,  bu, eyni zamanda, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda da öz əksini tapsın. Müddəa ondan ibarətdir ki, qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Bunun məbləği təxminən 5 manatdır. Eyni zamanda, bu bundan sonra gələ biləcək qaçqınlara şamil olan bir müddəadır. Beləliklə, bu qanun layihəsinin belə bir narahat məqamı yoxdur, qəbul eləmək olar.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, cənab Sədr. Mən bu məsələ komitənin iclasında müzakirə olunanda söylədim, burada mötərizədə qaçqınların və məcburi köçkünlərin açılışını veriblər; ölkə daxilində köçürülmüş şəxslər, yəni məcburi köçkünlər. Bunların heç biri ölkə daxilindən köçürülməyib. Mən hesab edirəm ki, artıq “məcburi köçkün” anlayışı kon-vensiyaya  ziddir. “Məcburi köçkün” anlayışını yığışdırmaq lazımdır. Bunlar qaçqınlardır, işğalın, təcavüzün, müharibənin nəticəsində yurd-yuvasını qoyub qaçmış adamlardır. Məcburi köçkün köçürülmüş şəxslərdir. Bu şəxslərin isə heç biri köçürülməyib, hamısı yerindən, yurdundan didərgin düşüb, qovulub. Bəzən əsaslandırmağa çalışırlar ki, bu, sabah geriyə qayıdış üçün, filan üçün əsas olmaya bilər. Heç bir halda qaçqınların geri qaytarılması ilə bağlı qanunda hər hansı bir prosedur və yaxud hüquqi çətinlik müəyyən olun-mur ki, sabah bunu tətbiq etmək mümkün olmasın. Hesab edirəm, bunu dəyişmək, “məcburi köçkün” anlayışını, ümumiyyətlə, leksikondan çıxarmaq lazımdır. Onların hamısı qaçqın statusu almalıdır. Hesab edirəm, gələcəkdə Milli Məclis buna da baxmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma dünyada qəbul edilmiş bir forma – “qaçqın” və bir də “məcburi köçkün” sözləri var. Yəni bunlar qəbul olunmuş sözlərdir və o istiqamət götürülür. Bu mötərizədə yazılan “ölkə daxilində köçürülmüş şəxslər” bir çox hallarla bağlı ola bilər. Bir fövqəladə hal baş verər, daşqın ola bilər. Hər kəs bu statusu ala bilər. Elman Məmmədov.
E.Məmmədov. Hörmətli Milli Məclis! Mən bir məsələyə toxunmaq istəyirəm. Hörmətli Oqtay müəllim, bu, statusla bağlı deyil, ancaq qaçqınlara və məcburi köçkünlərə aid olan bir məsələdir. Deməli, qaçqınlar və məcburi köçkünlər üçün respublikanın müxtəlif regionlarında çoxsaylı qəsəbələr ti-kilir, infrastruktur yaradılır. Bu, cənab Prezidentimizin həmin kateqoriyadan olan insanlara çox böyük diqqətinin və qayğısının nəticəsidir. Buna görə mən  məcburi köçkünlər adından bir daha minnətdarlığımı bildirirəm.
Ancaq burada bir məsələ var. Bu qəsəbələrə insanlar köçürüləndə, təhvil-təslim məsələsi olanda küçələr çıraqban olur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səyi və diqqəti nəticəsində bütün küçələrə işıqlar çəkilir, oralar şəhərə oxşayır. Ancaq iş başa çatandan, qəbul məsələsi qurtarandan sonra “Azərenerji”nin yerlərdəki nümayəndələri  bütün küçələrin işıqlarını sökürlər. Yəni bu gün cəbhə bölgəsində olan həmin qəsəbələrdə bu sarıdan vəziyyət acınacaqlıdır. Mən Goranboy rayonunun  Aşağı Ağcakənd qəsəbəsi və 10-dan çox kəndi haqqında danışıram. Oqtay müəllim, ora cəbhə bölgəsidir. Axşam düşəndə oralar zülmətə bürünür, küçədə bir dənə işıq yanmır. Mən dəfələrlə bu məsələ ilə maraqlanmışam, rəsmi müraciət etmişəm. Cavab budur ki, pulunu versin, işığı yandıraq. Pul verən də yoxdur. Ancaq məsələ ondadır ki, bura cəbhə bölgəsidir, dağlıq, meşə zonasıdır. Cəbhə ilə o qəsəbələrin arası bəzən 1–2 kilometrdir. Yeri düşdü, mən bu məsələni dedim. Mən xahiş edərdim, mümkünsə, Siz də səlahiyyətinizdən istifadə edib bu məsələyə müdaxilə edəsiniz. Bu çox ciddi bir məsələdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məsələn, Bakı şəhərində küçələrin işıqlandırılması məsələsi Bakı Şəhər İcra Hakimiyyətinə aiddir. Bu istiqamətdən baxsaq, deməli, orada da bu məsələ rayon icra hakimiyyətlərinə aid olmalıdır. Bilirəm ki, buna görə Bakı Şəhər İcra Hakimiyyətinə büdcədən  pul da ayrılıb. Bu məsələ ilə maraqlanmaq olar. Başqa sual yoxdur-sa, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir.  Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehti-yatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikası Preziden-tinin 1/125 saylı, 2011-ci il 18 may tarixli məktubu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunu-nun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət komitələrində müzakirə edilib və müvafiq qaydada bu gün sizin müzakirənizə çıxarılıbdır.
Vergi Məcəlləsinin “Azad olmalar və güzəştlər” adlanan 106-cı maddəsinin “vergidən azaddır” sözləri ilə başlayan 106.1-ci bəndinə 3 yarımbənd əlavə edilir. 106.1.9-cu yarımbənddə yazılır: “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda, – xahiş edirəm, bu sözlərə diqqət yetirəsiniz, –  hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz, – bu sözə də xahiş edirəm, diqqət yetirəsiniz, –  ola-raq verilən aktivlərin dəyəri”. Deməli, bu cür aktivlərin dəyəri vergidən azaddır. Bu da, yəqin ki, təbii qəbul edilməlidir, çünki vahid qurumun təsərrüfat subyektinin, hüquqi şəxsin, – necə istəyirsiniz, adlandırın, – daxilində olan struktur bölmələri arasında aktivlərin, yəni dövriyyə vəsaitlərinin, daşınar və daşınmaz əmlakın və sairin bir-birinə ötürülməsi mülkiyyət hüququnun dəyişilməsinə gətirib çıx-armır.
İkinci tərəfdən, aktivlərin hüquqi şəxsin qərarı ilə onun özünün və  onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilməsi nəticəsində hər hansı aktivləri, o cümlədən əmlakı nə ötürən qurum, nə də qəbul edən, götürən qurum gəlir, qazanc əldə edir. Aktivin, əmlakın əvəzsiz verilməsi əməliyyatı bunların yalnız daha səmərəli istifadəsi, idarə edilməsi üçün keçirildiyindən bu cür əməliyyatlar zamanı aktivlər, əmlak, yəqin ki, vergitutma obyektləri ola bilməz. Bu yeni 106.1.9-cu yarımbənd də bunu göstərir. Bu cür əməliyyatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda həyata keçirildiyindən, əlbəttə ki, bunların hamısı idarə olunan, tənzimlənən, nəzarətdə olan əməliyyatlardır. 
106.1.10-cu yarımbəndi nəzərinizə çatdırıram və yenə də xahiş edirəm, diqqət yetirəsiniz: “Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər hüquqi şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri”. Yəni bu dəyər vergidən azad olunur. Bu cür əməliyyatların, əsas vəsaitin vergidən azad edilməsi də təbiidir, çünki əsas vəsaitin bir hüquqi şəxsin balansından digər hüquqi şəxsin balansına verilməsi əvəzsiz  olduğundan bu hüquqi şəxslərin heç biri gəlir əldə etmir. Bu cür əməliyyatların əsas məqsədi əsas vəsaitdən daha səmərəli, daha məqsədəuyğun istifadə edilməsini təmin etməkdir. Bir də təkrar edirəm, bu cür əməliyyatlar müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən keçirilir.
106.1.11-ci yarımbənd isə spesifik təyinatlıdır. “Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Re-spublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar” vergidən azaddır. Qüvvədə olan hasilatın pay bölgüsü haqqında sazişlərin şərtlərinə uyğun olaraq podratçı tərəflərin vəsaiti hesabına inşa edilmiş, qurulmuş, alınmış qur-ğuların, binaların, avadanlıqların və sairin dəyəri çəkilmiş xərclərin ödənilməsi üçün ayrılmış xam neftlə və ya təbii qazla ödənilən tarixdən, – yadınızdadırsa, bu tarix sazişlərimizdə sı-fır balans tarixi kimi adlandırılıb, – bu cür qurğuların, binaların, avadanlıqların mülkiyyət hüququ bu sazişlərdə göstərilmiş şəkildə konkret olaraq Azərbaycan Respublikasını təmsil edən Dövlət Neft Şirkətinə keçir. Hətta bu qurğulardan, binalardan, ya da avadanlıqdan neft-qaz əməliyyatlarında  da-vamlı olaraq istifadə edilsə də, mülkiyyət hüququ Dövlət Neft Şirkətinə keçməlidir. Əgər bunlar hasilatın pay bölgüsü çərçivəsində istifadə edilirsə, ARDNŞ mülkiyyət hüququnun ötürülməsindən heç bir gəlir əldə etmədiyindən buna görə heç bir vergiyə cəlb edilə bilməz. Əgər bu cür mülkiyyət Dövlət Neft Şirkətinə ötürüləndən sonra şirkət tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilərsə, əlbəttə ki, yaranan gəlir, mənfəət vergiyə cəlb olunmalıdır.  Bu cür yaranan əlavə mənfəətdən dövlət büdcəsinə vergilər ödənilməsi mexanizmi və təcrübəsi artıq mövcuddur.
Vergi Məcəlləsinin “Ödəmə mənbəyində dividentdən vergi tutulması” adlanan 122-ci maddəsinə 122.3-cü bənd əlavə edilir: “Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fonduna cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur”.
Bildiyiniz kimi, Dövlət Neft Şirkətinin hər bir hasilatının pay bölgüsü və boru kəmərləri sazişləri çərçivəsində törəmə müəssisələri fəaliyyət göstərir. Yadınızdadırsa, sazişdə göstərilibdir ki, bunlar 100 faiz Dövlət Neft Şirkətinə məxsus olan törəmə müəssisələrdir. Misal üçün, Dövlət Neft Şirkətinin törəmə şirkəti olan Azəri–Çıraq–Günəşli LTD Şirkəti başqa podratçı tərəflər kimi kontraktın şərtlərinə uy-ğun olaraq mənfəət vergisini ödəyir. Bundan sonra bu törəmə şirkətlərin, – bunlar həm Şahdəniz layihəsində, həm Bakı–Tbilisi–Ceyhan layihəsində, həm də başqa layihələrdə  var, –  xalis mənfəəti Dövlət Neft Şirkətinin xüsusi fondlarına daxil olur. Sosial layihələr fondu var, Sərmayələr fondu var. Bu da təbiidir və bütün şirkətlərdə olan bir təcrübədir, çünki böyük işləri görmək üçün böyük məbləğdə vəsait lazımdır. Bunlar müvafiq fondlara cəmləşməsə, müvafiq fondlardan planlaşdırılmış şəkildə istifadə olunmasa, böyük layihələri həyata keçirmək mümkün olmaz.
Ana şirkətin bu cür gəlirlərinin vergidən azad olunması nadir hal deyil. Yəni  bunu biz tətbiq eləmirik, bu başqa şirkətlərdə də, başqa ölkələrdə də tətbiq olunur. Əgər törəmə şirkət mənfəətindən vergini ödəyirsə,  əlbəttə ki,  xalis mənfəət ana şirkətin fondlarına daxil olanda o gəlirdən heç bir vergi tutulmur. Eyni zamanda, bu qayda həm də maliyyə hesabatlarında beynəlxalq standartlar tətbiq edilən qurum-larda, ölkələrdə tətbiq olunur. Dövlət Neft Şirkəti də artıq 2008-ci ildən bu beynəlxalq standartlara keçib. Dövlət Neft Şirkəti artıq beynəlxalq maliyyə bazarının iştirakçısıdır və inkişaf etmiş ölkələrdə böyük layihələrdə iştirak edir. Təbiidir ki, biz həm də vergi qanunvericiliyini beynəlxalq stan-dartlara uyğunlaşdırmalıyıq. Bu əlavə buna yönəldilibdir. Bir şeyi də nəzərə almaq lazımdır ki, Dövlət Neft Şirkəti dövlət qurumudur və onun gəlirləri də, mənfəətləri də, bütün aktivləri də dövlətə məxsusdur. Dövlət istədiyi vaxt istədiyi aktivlərdən dövlətin, millətin ehtiyacları üçün istədiyi həcmdə istifadə edə bilər.
Daha bir dəyişiklik “Vergi ödəməkdən azad edilmə” ad-lanan 164-cü maddəyə edilib. 164.1.11-ci yarımbəndin mətninə “və ya Azərbaycan Respublikasını təmsil edən tərəfə” sözləri əlavə edilir. 164.1.11-ci yarımbəndin mətni indi bu cür oxunulmalıdır: “Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna və ya Azərbaycan Respublikasını təmsil edən tərəfə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar”. Yəni bunlar da vergidən azad olunur.
Bununla əlaqədar bir məsələni diqqətinizə çatdırım. Müzakirə zamanı bəzi anlaşılmazlıq üzə çıxmışdı. Diqqətinizə yetirim ki, yuxarıda “Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə” yazılanda bu əməliyyatların, münasibətlərin obyektləri göstərilir. Aşağıda isə subyektlər – Azərbaycan Respublikasının Dövlət Neft Fon-du və indi edilən əlavədə olduğu kimi Azərbaycan Respublikasını təmsil edən tərəf göstərilir. Buna aydınlıq gətirmək üçün, yəqin ki, bir neçə məqama toxunmaq  lazımdır. Birin-cisi, bundan öncə sadalanan sazişlər çərçivəsində Azərbaycan tərəfinə ötürülən aktivlər Dövlət Neft Fonduna təqdim edilirdi. Az miqdarda və likvid aktivlər olduğundan bunları satıb əldə edilən vəsaiti mədaxil etmək olardı. Bundan öncə izah etdiyim kimi, sıfır balans tarixi yadınızdadırsa, ötürülən aktivlərin sayı, tərkibi artdıqca bunların əksəriyyəti Dövlət Neft Şirkəti tərəfindən istifadə edilə bilər. Yeni subyekt əlavə edildiyinə görə göstərilən azadedilmə bu yeni subyektlərə aid olmalıdır. Bu obyektlərin istifadəsi Dövlət Neft Şirkəti tərəfindən həyata keçiriləndə, əlbəttə ki, əlavə hər hansı bir fəaliyyət nəticəsində əldə edilən gəlir və mənfəət vergi obyekti olacaqdır. Ancaq bu obyektlərin Dövlət Neft Şirkətinə keçirilməsi vergilərdən azad edilir.
164-cü maddəyə də bir 164.1.14-cü yarımbənd əlavə edi-lir. “Bu məcəllənin 160.1.9-160.1.11-ci maddələri ilə müəyyən olunan aktivlərin dəyəri və onların hər hansı şəkildə təqdim olunması üzrə əməliyyatlar” da vergilərdən azad edi-lir. Yəqin ki, bununla əlaqədar əlavə izahata ehtiyac yoxdur. Bundan öncə bu maddələrlə əlaqədar  izahatı mən verdim.
Sonda “Vergi ödəyiciləri” adlanan 183-cü maddəyə 183.3-cü bənd əlavə edilir: “Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər oldu-qda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir”. Bu təkcə Dövlət Neft Şirkətinə yox, başqa şirkətlərə də aid edilə bilər. Dövlət Neft Şirkətinin timsalında bunu göstərim. Həm neft emalı zavodu, həm də xam neft istehsal edilən “Azneft” İstehsalat Birliyi Dövlət Neft Şirkətinin tərkibində rezident şəxslərdir. Xam nefti istehsal eləyən neft emalı zavoduna öz malını ötürəndə yeni əlavə ilə birbaşa aksizləri ödəyir. Bun-dan əvvəl  zavod ödəməli idi. Bundan ötrü o xam neftin sahibindən bunun dəyərini almalı idi. Yəni bu, əlavə aksiz ödənişləri prosedurlarını sadələşdirmək, daha səmərəli və məqsədəuyğun şəkildə qurmaq üçün nəzərdə tutulubdur.
Əminəm ki, təqdim edilmiş dəyişiklikləri dəstəkləyəcəksiniz və onları qəbul edəcəyik. Bir məsələni də diqqətinizə çatdırım ki, əgər sizin hər hansı bir sualınıza cavab verə bilməsəm, bu zalda əyləşən Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti hörmətli Süleyman Qasımov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq idarəsinin rəisi təcrübəli, bilikli, savadlı hüquqşünas Eldar Orucov bunları cavablandırmağa hazırdırlar. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Qanun layihəsini çox ətraflı təqdim elədiniz. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Valeh müəllim çox ətraflı və geniş arayış verdiyinə görə mən çox qısa danışmaq istəyirəm. Bəli, bu dəyişikliklər Dövlət Neft Şirkətinin mütəxəssislərinin iştirakı ilə bizim komitədə çox geniş şəkildə müzakirə olunmuşdur. Gəlinən ümumi rəy bundan ibarət olmuşdur ki, bu gün ölkə iqtisadiyyatının, xüsusilə neft sektorunun sürətli inkişafı bir sıra qanunlara və məcəllələrə dəyişiklik etmək zərurəti meydana çıxarır. Bun-lar həm də qüvvədə olan ümumi və xüsusi qanunların uzlaş-dırılmasına xidmət edən  dəyişikliklərdir və cənab Prezident bu təklifləri irəli sürdükdə, yəqin ki, buna istinad edibdir. Ona görə də mən bu dəyişiklikləri dəstəkləyirəm və bütün həmkarlarımı da qanun layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Arif Əşrəfov.
A.Əşrəfov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişiklikləri dəstəkləyirəm. Sadəcə olaraq, mənim 164-cü maddəyə bir əlavəm var. Bu gün mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasına idxal olunan xammal, material və yarımfabrikatlar əlavə dəyər vergisinə cəlb olunur. Bu, emal sahəsində və istehsal sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin fəaliyyətinə  öz mənfi təsirini göstərir. Yəni bu gün hələ emal müəssisəsi məhsul istehsal etməmiş və satışa buraxmamış biz ondan əlavə dəyər vergisi alırıq.  Gələcəkdə də maya dəyəri xərclərinin, digər xərclərin ödənilməsi zamanı bu müəssisə iflic vəziyyətinə düşür.
Emal müəssisəsi onsuz da Azərbaycan Respublikasının rezident şəxsidir və Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyata durmuşdur. Bütün hallarda bu, vergi ödəyicisidir.  Son nəticədə istehsal müəssisəsi karkulyasiyasını tutmaqla rentabellik faizini də gəlir və məhsul satışa gedəndən sonra bütün hallarda büdcə qarşısında əlavə dəyər vergisi  öhdəçiliyini yerinə yetirir. Nə dərəcədə düzgündür ki, bu gün müəssisə məhsul istehsal etməmiş biz on-dan əlavə dəyər vergisini alırıq? Tutalım, Tetra Pak əgər məhsul istehsal eləyibsə... Bildiyiniz kimi, bu gün Azərbaycana Tetra Pakın məhsulları Türkiyədən və digər ölkələrdən  idxal olunur. Əgər bu müəssisələr məhsulu ixraca göndərirlərsə, bildiyiniz kimi, ixrac sıfır dərəcəsi ilə vergiyə cəlb ol-unur. Belə olan təqdirdə Vergi Məcəlləsinə əsasən büdcədə əvəzləşdirilmə aparılmalıdır. Yəni artıq ödənilmiş əlavə dəyər vergisi ya həmin təsərrüfat subyektinə qaytarılmalıdır, ya da gələcək vergilər hesabına əvəzləşdirilmə aparılmalıdır.
Lakin buna baxmayaraq, bilirsiniz ki, emal müəssisələri xüsusən ilin sonunda, yəni IV rübdən sonra məhsullarını satışa buraxırlar və bu da gələn ilə   keçməli olur. Belə olan təqdirdə həmin təsərrüfat subyektləri mərkəzi icra hakimiyyəti orqanlarının qapısına düşürlər. Nəticədə bu vəsait ona qaytarılmır və nəhayət, kartoteka vəziyyətində olan müəssisə məcbur olur ki, dövriyyə vəsaitini əlindən buraxdığı halda banklardan kredit alsın. Bu da vergi mədəniyyətinə mənfi təsir göstərir. 
Sədrlik edən. Çox sağ olun. Siz bu məsələni bir neçə dəfə qaldırmısınız. Ancaq bu sual bugünkü dəyişikliyin predmeti deyil. Bu sualla bağlı biz Vergilər Nazirliyinə ayrıca müraciət eləyərik. Əgər gündəliklə əlaqədar başqa suallar yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun. 
Gündəliyin növbəti məsələsi “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Rəbiyyət xanım Aslanova. Bu qanun layihəsi ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Çingiz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli iclasımızda iştirak edirlər. Suallar  olsa, onlar da cavab verə bilərlər. Buyurun, Rəbiyyət xanım Aslanova.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsi rəhbər tutularaq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Milli Məclisə müzakirə üçün təqdim edilib. Mən bu gün hörmətli həmkarlarımın həssas bir mövzuya olan münasibətlərini çox gözəl başa düşürəm və inanıram ki, qanuna edilən əlavə və dəyişikliklər hər bi-rimiz üçün çox önəmlidir.
Əziz və hörmətli millət vəkillərimiz! Bu il biz müstəqilliyimizin 20 illiyini böyük qürur və fəxarətlə qeyd edəcəyik. Bu illər Azərbaycan xalqının həm də milli-mənəvi dəyərlərə qayıdış illəridir. Suveren dövlətimiz müstəqillik əldə etdiyi gündən  dünyəvi dövlətçilik modelini seçmiş və ilk gündən din – dövlət münasibətlərində həssaslıq nümayiş etdirərək dünyada mövcud olan bütün vacib modellərin Azərbaycanda təsdiqinə önəm vermişdir. Daha dəqiq desək, bu gün Azərbaycanda din – dövlət münasibətlərinin də tarixi 20 ildir.
Müstəqillik əldə edildikdən sonra din – dövlət münasibətlərinin tənzimlənməsi sahəsində çox mühüm addımlar atılmışdır. Bu baxımdan 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilmişdir. 1992–1995-ci illər Azərbaycanda din və dövlət münasibətlərinin inkişafı istiqamətində müəyyən səbəbdən dolablı və çətin illər olmuşdur. Təsadüfi deyil ki, bu illərdə sovetlər imperiyasının çökməsi və kommu-nist ideologiyasının iflasa uğramasından sonra yaranmış mənəvi vakuum ayrı-ayrı dini qurumların, təriqətlərin Azərbaycanın mənəvi məkanına daxil olması və din – dövlət münasibətlərinin kəskinləşməsinə səbəb olmuşdur.
1995-ci ildə qəbul edilmiş Konstitusiyanın vacib müddəaları bu sahədə irəliyə doğru atılan addım idi. 1997-ci ildə həmin məqamların, yəni dövlət və din münasibətlərində olan çatışmazlıqların aradan qaldırılması üçün edilən dəyişiklik Azərbaycana yönəlmiş təsisatların, ayrı-ayrı zərərli cərəyanların qarşısını aldı. Keçən illər ərzində, 1997-ci ildən bugünkü günə qədər kifayət qədər, saysız-hesabsız dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər zamanın çağırışına bir cavab olaraq qəbul edilmişdir. İndi də biz bu qanuna yeni 19 əlavə və dəyişiklik edirik. Kifayət qədər vacib dəyişikliklər edirik. Həmin dəyişikliklərin mahiyyətinə varmaq və bunlara öz münasibətimi bildirmək və sizin münasibətinizin aydınlaşdırılmasını istərdim.
İlk növbədə deyim ki, qanuna yeni bir maddə əlavə edilib. Bu 4-cü maddədir. 4-cü maddə “Peşəkar dini fəaliyyət və din xadimi” adlanır. 1992-ci ildə qanun qəbul edilərkən bu maddə həmin qanunda öz əksini tapmamışdı. Bunun da səbəbi kütləvi ateizm cəmiyyətindən yeni azad düşüncə məkanına keçid zamanı belə bir ehtiyacın tam dərk olun-maması idi. Daha dəqiq desək, 1992-ci ildə Azərbaycanda məhz ruhani zümrəsinin olmaması “Peşəkar dini fəaliyyət və dini xadim” adlı maddənin burada əksini tapmaması ilə nəticələndi. Ancaq həmin dövrdən çox vaxt keçib və bu illər ərzində kifayət qədər peşəkar din xadimləri formalaşıblar. Bakı Dövlət Universitetində yaradılmış ilahiyyat fakültəsi, Azərbaycanda yaradılmış İslam Universiteti, Azərbaycan gənclərinin dünyanın müxtəlif ölkələrində dini təhsil alaraq Azərbaycana qayıtmaları peşəkar, savadlı din xadimləri ordusunun formalaşmasına gətirib çıxardı. Beləliklə, bu gün Azərbaycanda qeyri-peşəkar din xadimlərindən fərqli olaraq kifayət qədər peşəkar din xadimlərinin fəaliyyəti göz qarşıs-ındadır. Bu fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirmək və tənzimləmək üçün belə bir müddəa maddə kimi  buraya daxil edilmişdir.
5-ci maddə də “Dövlət və dini qurumlar” adlanır. Bu-radakı “Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır” cümləsi ilə biz həmin münasibətləri bir daha tənzimləyirik. Din və məzhəbin münasibəti də bütün bu illər ərzində kifayət qədər mürəkkəb bir yol keçmişdir. Məsələ burasındadır ki, ayrı-ayrı müqəddəs kitabların öyrənilməsi kurslarının təşkil edilməsi, ayrı-ayrı təriqətlərin mənsub olduqları dinlərin ideyalarını, etiqadlarını təbliğ etməsi qeyri-müəyyənlik yaratmışdır. Bu baxımdan Azərbaycanda mövcud olan ayrı-ayrı qurumların gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kurslarının və ya qruplarının həmin dini qurumların nizamnaməsinə uyğun tabe olduqları dini mərkəz və idarənin razılığı ilə yaradılması çox önəmlidir. Belə olduqda həmin dini mərkəz və idarələr yaratdıqları qruplar, kurslar üçün kifayət qədər məsuliyyət daşıyırlar. Əks təqdirdə biz hansı icmanın, təriqətin hansı ideyanı, etiqadı təbliğ etməsi ilə əlaqədar konkret bir münasibətə malik olmuruq.
7-ci maddədə dini qurumlardan bəhs edilir. Əvvəlki qa-nunda dini icmalar, idarələr, dini mərkəz və  dini qar-daşlıqlar, dini təhsil müəssisələri, onların birlikləri, dini qu-rumlar anlayışları işlənilirdi. Ancaq bu gün Azərbaycanda hansısa dini qardaşlıqların olmaması və daha dəqiq desək,  bu cür fəaliyyətin olmamasında marağımız burada öz əksini tapır. Bu baxımdan biz “yetkinlik yaşına çatmış şəxslərin dini etiqad azadlığı hüquqlarının birgə həyata keçirilməsi”, həmçinin “dini etiqad və dini yaymaq üçün yaradılmış könüllü təşkilatlar” kimi anlayışların daha dəqiqləşdirilməsini və yeni bir variantda təklif olunmasını istərdik. 7-ci maddəyə yeni bir müddəa əlavə edilir və həmin müddəanı sizin nəzərinizə çatdırıram: “Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər”.
Hörmətli millət vəkilləri! Azərbaycan çoxkonfessiyalı bir ölkədir və burada  mövcud olan ayrı-ayrı dini qurumların hər biri öz mərkəzlərinə hesabat verirlər. Bu, katolik, rus pra-voslav kilsəsində də, digər təriqətlərdə də  var. İslam dini qurumların Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim etmələri heç də təsadüfi bir müddəa deyil. 2010-cu ilin iyun ayında biz qanuna belə bir əlavə etmişdik ki, həmin icmalara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinin  təqdimatı ilə təyin edilirlər. Əgər Qafqaz Müsəlmanları İdarəsi belə bir təqdimat verirsə, həmin qurumun fəaliyyəti ilə əlaqədar məsuliyyət daşıyır. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinə hesabatın verilməsi olduqca önəmlidir.
Nədənsə çoxlarına belə gəlir ki, hesabat tamamilə başqa bir xarakter daşıyır. Hesabat nədir? Hesabat hansı dini etiqad formalarının təbliğ olunması, həmin icmadakı mənəvi du-rum, ibadətin formaları haqqında olacaqdır. Nədənsə, bir daha təkrar edirəm, kütləvi informasiya vasitələrində bu he-sabat birmənalı qarşılanmır. Bu, güclü bir subordinasiya istəyi deyil,  dini icmalar arasında bir həmrəyliyin, əlaqənin yaradılmasına xidmət etməlidir. Bəzən fikirləşirik ki, Qafqaz Müsəlmanları İdarəsi digər icmalarla bərabər statusa malik bir təşkilatdır. Bu heç də belə deyil. Qafqaz Müsəlmanları İdarəsi böyük bir tarixə malik olan və uzun əsrlər boyu öz yüksək nüfuzunu saxlamış bir qurumdur. Birdən-birə necə fikirləşmək  olar ki, 100 illər boyu Azərbaycanda dini durumun saflaşması, dini məkanın sağlamlaşdırılması üzrə öz mövqeyini ortaya qoyan belə bir təsisatı, institutu biz itirməyə və yaxud onun nüfuzunu alçaltmağa çalışırıq? Necə olur ki, biz dünyadakı böyük dini konfessiyaların mərkəzləri haqqında böyük hörmətlə danışırıq, onların nüfuzunu qəbul edirik, onların Azərbaycandakı nümayəndəliklərinin ta-beçilik prinsipini nümunə göstəririk, amma tarixən mövcud olan, Şah İsmayıl Xətainin dövründən yaranmış və tarixin bütün keşməkeşlərindən keçib bu günə qədər gəlib çatmış Qafqaz Müsəlmanları İdarəsinə, Qafqazda mövcud olan bu böyük təsisata başqa münasibət bəsləmək istəyirik?
Nəzərinizə çatdırım ki, Azərbaycan Rusiyaya ilhaq edildikdən sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin və orada olan din xadimlərinin böyük nüfuzu hətta çar Rusiyasının belə  diqqətindən yayınmadı. Bu nüfuz sahiblərinin nüfuzunu etiraf edərək 1870-ci ildə Müqəddəs Sinod–Dini məsələlər üzrə dövlət departamenti həmin dövrdə, bir daha təkrar edirəm,  1872-ci il aprel ayının 5-də Tiflisdə belə bir qurumun yaradılması ilə əlaqədar göstəriş verdi. Qurum yaradıldı və xeyli fəaliyyət göstərdi. Həmin dövrdə Qayıbzadə, Süleymanzadə, Mövlazadə kimi böyük şeyxülislamlar və müftilər Tiflisdə fəaliyyət göstərmiş və maarifpərvər in-sanlar olmuşlar.
Sovetlər dönəmində bu qurumun fəaliyyəti dayandırıldı. Sözsüz ki, kütləvi ateizm cəmiyyətində bu qurumun fəaliyyətinin qarşısının alınması önəmli idi və sovetlər bunda çox maraqlı idilər. II Dünya müharibəsi insanların qəlbində yaranmış böyük inamsızlığın aradan götürülməsi, daha doğrusu, dini fanatizmin artması, dini hisslərin coşması üçün sovet rəhbərliyini, Stalini bir addım atmağa məcbur etdi. 1943-cü ildə Orta Asiya Müsəlmanları Ruhani İdarəsi yaradıldı, çünki başqa cür mümkün deyildi. Bir cəhəti demək istərdim.  O zaman Sankt-Peterburqda olan ən böyük dini ədəbiyyat kitabxanası Urala, Özbəkistana köçürülmüşdü.  Orta Asiya Müsəlmanları Ruhani İdarəsi yaradılanda vaxtilə Sankt-Peterburqda mühafizə edilən, qorunub saxlanan Quran – Osmanın Quranı həmin idarəyə verildi, bu günə qədər də oradadır.
1946-cı ildə Azərbaycanda Qafqaz Müsəlmanları Ruhani İdarəsi uzun fasilədən sonra öz fəaliyyətinə başladı və bu günə qədər də fəaliyyətini davam etdirir. Bunları deməkdə məqsədim budur ki, həmin idarə böyük bir təsisatdır. Özünü qorumuş, saxlamış, təsdiq etmiş böyük bir təsisata hesabat verilməsi yalnız və yalnız şərəf işidir. Bu, Azərbaycandakı dini durumda ayrı-ayrı icmaların böyük bir təsisatı etiraf hissidir. Bundan qaçmaq,  uzaqlaşmaq, onların fəaliyyətlərini kiçiltmək kimi qiymətləndirməyə ehtiyac yoxdur.
Mən bir cəhəti də qeyd etmək istərdim. Qonşu dövlətlərə baxaq.  Gürcüstan pravoslav kilsəsinin, bədxah qonşularımızın qriqoryan kilsəsinin nüfuzuna qarşı bir başqa hiss yaradırıq, amma böyük bir təsisatı itirmək  arzusundayıq. Mən Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı icmaların,  təriqətlərin fəaliyyətlərini məhz Qafqaz Müsəlmanları İdarəsinin işi ilə uzlaşdırmalarına və həmrəy fəaliyyət göstərmələrinə tərəfdaram. Hesab edirəm ki, bu hesabat heç kəsi qorxutmamalıdır.
“Dini icma” adlanan 8-ci maddədə deyilir: “İslam dini icmaları məscidlərdə Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılır”. Bu çox vacib bir məqamdır və belə də olmalıdır.  Zaman var idi ki, Azərbaycanda dini ic-malar başqa ölkələrin vətəndaşları tərəfindən  yaradılır və başqa mənbələrdən qaynaqlanırdı. Bütün bunların aradan götürülməsi üçün bu müddəa olduqca vacibdir. Biz ilk növbədə öz mənəvi məkanımızı qorumalıyıq. Bu mənəvi məkanın saflığını, durumunu, insanların təhlükəsiz yaşamaq hüququnu gerçəkləşdirməliyik. Konstitusiyamızda təhlükəsiz yaşamaq hüququ var. Bu təkcə fiziki təhlükəsizlik deyil, həm də mənəvi sağlamlıq, mənəvi təhlükəsizlik deməkdir. Bu baxımdan həmin icmaların  milli heysiyyəti, qüruru olan, öz xalqının maraq, mənafeyini çox yüksək qiymətləndirən Azərbaycan vətəndaşı, dindarı tərəfindən yaradılmasına böyük ehtiyac var.
9-cu maddədə olan müddəaları nəzərinizə çatdırıram. Maddənin əvvəlki variantında “...ibadətgahlar, ziyarətgahlar, dini təhsil müəssisələri və dini qardaşlıqlar yarada bilərlər” cümləsindən “ziyarətgahlar” sözü götürülür. Çünki ziyarətgah kimsə tərəfindən yaradılan lokal xarakterli bir dini mənbə deyil, ziyarətgah yüz, min illər boyu yaranmış və bu günə qədər gəlib çatmış bir məqamdır, yerdir, mühitdir. Bu gün Azərbaycanda 500-dən çox ziyarətgah var və həmin ziyarətgahların tarixi də çox qədimdir. Ona görə də bu gün kiminsə ziyarətgah yaratmaq arzusu, əlbəttə, gerçəkləşdirilə və vətəndaşa belə bir hüquq da verilə bilməz.
Dini qurumların dövlət qeydiyyatına alınması. Mövcud variantda “Dini qurum yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatda göstərilən hüquqi ünvanda fəaliyyət göstərə bilər” müddəası var. Bu müddəa çox da uzun olmayan müddət əvvəl qəbul etdiyimiz dəyişiklikdir. Ancaq bu gün bunun dəqiqləşdirilməsinə ehtiyac var. “Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər” müddəası  daha dəqiqdir. Ayrı-ayrı evlər, yerlər, əlbəttə, dini qurumların yaradılması üçün konkret yer ola bilməz. Dini ibadətin edilməsi üçün kifayət qədər dəqiq bir yer göstərilməlidir. Bu baxımdan “...dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər” cümləsi yerindədir.
Bu məsələ komitədə müzakirə olunarkən hörmətli həmkarlarım söylədilər ki, məgər din xadimi təyin olunmamışdan bunlar fəaliyyət göstərə bilməzlərmi? Yox, göstərə bilərlər. Söhbət ondan gedir ki, ancaq hər bir ibadətin,  ayinin gerçəkləşməsi üçün öndə dayanan biri olur. Bunu dindar insanlar bilirlər. Ona “imam” deyirlər, yəni “imam” ərəb dilindəki feldən götürülüb “öndə gedən” deməkdir. Namazın imamı olur. Belə bir müddəanın burada olması dini etiqad, ehkam, ibadət baxımından kifayət qədər dəqiqdir, düzdür  və buna bir başqa rəng verilməsinə ehtiyac yoxdur.
Dini qurumun ləğv edilməsi. “Dini mərkəz və idarələr di-ni  icmalar barədə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda, həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırlar”. Dini icma statik bir qurum deyil, təşkilat deyil, o daim təzələnən, yenilənən, fəaliyyətdə olan insanların birliyidir. Burada müxtəlif hadisələr baş verə bilər. Əgər icmanın fəaliyyətində qanuna zidd məqamlar varsa,  həmin icmanın ləğvi ilə əlaqədar ola-raq əlbəttə, vəsatət qaldırırlar. Amma bu məsələ ilk növbədə məhkəmə vasitəsilə həll olunur.  Azərbaycan demokratik dövlətdir, icmanın yaradılması, ləğvi və sair bu kimi məsələlər məhkəmə tərəfindən tənzimlənir. Müvafiq icra hakimiyyətinin qarşısında vəsatət qaldırılması bunun tamamilə ləğvi demək deyil. Məsələ qaldırılır, ancaq sonradan bunun ləğvi məsələsi yalnız məhkəmə yolu ilə həll edilə bilər.
Dövlətin, ictimai təşkilatların və ya vətəndaşların mülkiyyəti olan əmlakdan istifadə. Təklif olunan variantda “dövlət təşkilatları” sözləri “dövlətin” sözü ilə əvəzlənir. “Dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər”. Çox vacib bir məqamdır. Dini təşkilatların istifadəsinə verilə bilər. Mən bu gün buradan Azərbaycanın çox maarifpərvər bir qadınına, universitet bitirməmiş,  təhsil almamış, amma Azərbaycanda bəlkə də ilk dəfə olaraq ən böyük bir məscidi yaradan bir insana – Nabat xanım Aşurbəyliyə rəhmətlər oxumaq istərdim. Ötən əsrin əvvəllərində Qızıllı kilsənin – rus pravoslav kilsəsinin Azərbaycanda olduğu bir dövrdə böyük bir məscidin olmaması Nabat xanım Aşurbəylini bu məscidi tikməyə sövq etdi. Təsadüfi deyil ki, bu yaxında onun heykəli açılmış və möhtərəm Prezidentimiz İlham Əliyev həmin açılışda iştirak etmişdir. Zivərbəy Əhmədbəyovun yaratdığı Təzəpir məscidi həmin insanın, bir qadının öz varını, dövlətini dinə, dini təşkilata,  məscidə verməsi ilə əlaqədardır. Bu tarixi bir faktdır. İnsanın öz mülkiyyətini,  varını,  dövlətini,  malının müəyyən bir payını dini idarəyə, quruma verməsi çox qədim bir ənənədir və bu gün də həmin gözəl ənənə davam etdirilir.
Digər bir məsələ “Dini qurumlar torpaq sahələrindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun ola-raq istifadə edirlər” müddəası ilə bağlıdır. Azərbaycanda vəqf torpaqları, yəni məscidə xas, məscidin malı olan ayrı-ayrı torpaqlar yoxdur. Ancaq məscidin yerləşdiyi torpaq sahəsinin kimlər tərəfindən zəbt olunması və ya istifadə edilməsi qeyri-mümkündür. Buna görə də belə məsələlər Torpaq Məcəlləsi ilə də tənzimlənir.
Digər məsələ uzun müddət bizi narahat edən bir məsələdir. Dövlət mülkiyyətində olan  dini tarix və mədəniyyət abidələrinin özəlləşdirilməsi faktı Azərbaycanda olmuşdur. Bütün bunların qarşısının birdəfəlik alınması üçün məhz belə bir müddəa buraya əlavə edilir: “Dövlət mülkiyyətində olan dini tarix və mədəniyyət abidələrinin özəlləşdirilməsinə və Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş dini təyinatlı mədəniyyət sərvətlərinin mülki dövriyyədə olmasına yol verilmir”. Mənə elə gəlir ki, hörmətli millət vəkilləri bunun nə qədər önəmli olduğunu gözəl bilirlər.
Dini qurumların mülkiyyəti məsələsi və təklif olunan variantı nəzərinizə çatdırıram. “Dini mərkəz və idarələrin maliyyə vəsaiti bu Qanunun tələbləri nəzərə alınmaqla əldə  edilən vəsait, həmçinin fiziki və hüquqi şəxslərin, dini qurumların və ziyarətgahların  könüllü ayırmaları hesabına yaranır”. Azərbaycanda nəzirlərin verilməsi və insanların həmin müqəddəs yerlərə gedib müəyyən maliyyə yardımı vermələri gerçəklikdir. İnanmıram elə bir adam olsun ki, ömrü boyu hansısa məscidə, ziyarətgaha gedib maliyyə ayırmasın. Bu var və bunlar könüllü ayırmalardır, insanın qəlbindən gələn bir istəkdir. Bu ayırmalar üzərində nəzarətin gücləndirilməsi, nəzarətin olması və həmin maliyyə vəsaitlərinin haraya cəmlənməsi ilə əlaqədar belə bir müddəa qanuna daxil edilib. Bununla da artıq nəzir qutusu və digər məsələlərə birdəfəlik son qoyulacaq.
Digər bir məqam dini qurumların xeyriyyə və mədəni-maarif fəaliyyətidir. Bu da olduqca vacib məsələdir, çünki dünyanın hər bir yerində belə fəaliyyət var, ayrı-ayrı fondlar yaradılır və bununla da dini mərkəzlərin,  təşkilatların həmin sahədə fəaliyyəti genişləndirilir. Mən bir cəhəti də hörmətli millət vəkillərinə söyləmək istərdim. Dünyada olan ayrı-ayrı dini mərkəzlərin müxtəlif ölkələrdə filialları və ya nümayəndəlikləri var. Çox az müddət bundan qabaq biz Müqəddəs Taxt-tacın Azərbaycandakı nümayəndəliyinə hüquqi status verdik. Bu gün erməni katalikosu Gürcüstandadır və  Ca-vaxetiyada öz nümayəndəliyini təsis edir və hüquqi status alır. Çox qorxulu bir məqamdır. Elə bir yerdə status alır, öz nümayəndəliyini yaradır ki, vaxtilə oradan azərbaycanlılar, türklər köçürülüblər. Öz təsir dairəsini artırmaq üçün bunu edir. Bu böyük bir siyasətdir. Ancaq bu gün Qafqaz Müsəlmanları İdarəsinin ayrı-ayrı yerlərdəki nümayəndəliklərinin qapılarının bağlanması prosesi gedir. Gürcüstanda baş verən hadisələr bunun bariz nümunəsidir.
Mən çox istərdim, biz bu qanunla əlaqədar Qafqaz Müsəlmanları  İdarəsinə elə bir səlahiyyət verək ki, ayrı-ayrı ölkələrdə, azərbaycanlıların kompakt yaşadıqları yerlərdə öz nümayəndəliklərini açsın. Niyə də yox?  Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar öz dini etiqadlarını,  ehtiyaclarını ödəmək üçün Azərbaycana müraciət edirlər. Qanunla belə bir səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə versək, çox vacib və  önəmli bir addım  atmış olarıq. Bizim diasporumuzun güclənməsi, onların bir araya gəlməsi üçün ruhi birliyin, həmrəyliyin də çox mühüm əhəmiyyəti var və biz də buna getməliyik.
Hörmətli millət vəkilləri, mən bilirəm ki, burada edilən dəyişikliklərlə  biz vacib olan bir məqama – milli təhlükəsizliyimizin ən vacib məsələlərindən birinə, insanların psixolo-ji, mənəvi sağlamlığına xidmət edən çox önəmli bir addım atacağıq.  Bir cəhəti də qeyd edim. Bu gün Azərbaycanda təriqətlər, ayrı-ayrı icmalar fəaliyyət göstərir. Onların qeydiyyatı ilə əlaqədar da fikrimi söyləmək istərdim. Bəzilərinə elə gəlir ki, Azərbaycanda müəyyən icmaların qeydiyyatında problem var. Belə bir problem yoxdur.
Yadınıza salmaq üçün deyim ki, Avropa Parlamentinin 11.78 nömrəli bir tövsiyəsi var. Tövsiyənin 4-cü müddəasını bu məsələyə qısqanclıqla yanaşan adamların nəzərinə çat-dırıram. 4-cü maddədə deyilir ki, Avropa məkanına daxil olan dövlətlər insanların şüuruna təsir edən, irqçilik  ideyalarını, qarşıdurma yaradan ideyaları yayan təriqətlərin qeydə alınmasını dayandırmalıdırlar. Bu, Fransada da, Almaniyada da, digər ölkələrdə də var. Yəni Avropa Parlamenti belə bir tövsiyə ilə çıxış edir ki, məhz həmin təriqətlərin qeydiyyata alınmasının qarşısı alınsın. Bunlar Azərbaycanda da var və Azərbaycanda qeydiyyatdan keçmədiklərinə görə iradlarını bildirirlər. Xarici ölkələrə bununla əlaqədar münasibət bildirirlər.
Biz Avropanın keçdiyi yolla, qəbul etdiyi qərarlarla, oradakı nümunələrlə öz fəaliyyətimizi davam etdiririk. Beynəlxalq təcrübədən bəhrələnərək, ancaq milli məkanın xüsusiyyətlərini nəzərə alaraq biz öz qanunumuzda dəyişiklik edirik. Bu qanunun müddəaları, bir daha təkrar edirəm, həm Avropanın hüquq məkanına, həm də Azərbaycanın milli maraq və mənafelərinə kifayət qədər cavab verən  müddəalardır. İnanıram ki, hörmətli millət vəkilləri  19 dəyişikliyin hər birinə səs verməklə böyük mənəvi sərvətimiz olan dinimizə hörmətlərini nümayiş etdirəcəklər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rəbiyyət xanım, dediyiniz sözlərə bir  əlavə etmək lazımdır. Dünənki iclasımızda Səməd müəllim dedi, bir çox Avropa ölkələrində bu işləri həyata keçirmək, dini qurumları qeydə almaq üçün xüsusi ko-missiyalar yaradılıb. Əfsus ki, bizdə belə bir komissiya yox-dur.  Gələcəkdə belə bir komissiya yaradılmalıdır ki,  verilən cavablar,  təhlillər əsaslandırılsın. Tahir Rzayevin sualı var, sual versin, sonra müzakirələrə başlayaq.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr! Mən də bu qa-nuna edilmiş əlavələri məqbul hesab edirəm. Çox vacib məsələlərdir. Hörmətli Rəbiyyət xanım da bu barədə ətraflı məlumat verdi. Qanunun 6-cı maddəsinə edilmiş əlavə, həqiqətən, çox məqbuldur, vacibdir. Burada göstərilir ki, müqəddəs kitabları öyrənmə kursları  müvafiq dini mərkəz və idarələrin razılığı ilə yaradılır. Çox düzdür. Ancaq məni bir sual maraqlandırır. Bu gün dinimizə aid bir çox kitablar çap olunur, fotoxronikalar, materiallar hazırlanır və bunlar toplum halında nəşr edilir. Təəssüf edirəm ki, bu materiallar çox vaxt dinlə əlaqəsi olmayan insanlar tərəfindən hazırlanır və çap olunur. Bu nəşrlərdə bizim dinimiz, eləcə də imamlarımızın, peyğəmbərlərimizin həyatı təhrif olunur.  Burada din xadimlərimiz əyləşiblər. Sual edərdim: bunun üçün hansı məsuliyyət nəzərdə tutulub?
İkinci bir sualım da var. Vaxtilə Azərbaycanda bir çox ibadətgahlar,  məscidlər tikilib istifadəyə verilib. Açıq demək lazımdır ki, bunların bəzilərini fərdi adamlar müəyyən məqsədlərlə tikdiriblər. Orada dinə etiqad, ibadət etmirlər, bunlar qazanc mənbəyi kimi tikilib istifadəyə verilib. Son-radan, qanunvericiliyə uyğun olaraq həmin adamlar kənarlaşdırılıblar. Amma həmin ibadətgahlar bu gün durur, fəaliyyət göstərmirlər. Bunlar respublikada çoxdur. Bu ibadətgahların, məscidlərin alınıb-verilməsi ilə əlaqədar qanunda hansı maddələr öz əksini tapıb? Bu iki sual məni maraqlandırır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirələrə keçirik. İqbal Ağazadə. Mən qabaqcadan deyim ki, çıxış üçün 21 nəfər yazılıb. Ona görə 5 dəqiqə vaxt verilir.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Komitənin iclasında da qanun layihəsi müzakirə olunanda bir sıra fikirlərimi bildirmişəm. İndi də bu qanuna ediləcək əlavə və dəyişikliklər barədə fikirlərimi hörmətli millət vəkillərinin nəzərinə çatdıraram.
İlk növbədə peşəkar dini fəaliyyət haqqında danışmaq istərdim. 41-ci maddədə qeyd olunur: “Peşəkar dini fəaliyyət dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə...” və sair yönəlmiş fəaliyyətdir. Mən hesab edirəm ki, bu da dəyişdirilməlidir. Peşəkar dini fəaliyyət müvafiq dini qurum tərəfindən görəvləndirilmiş və ya ona səlahiyyət verilmiş çərçivədə məşğul olan fəaliyyət növünə deyilir. Çünki bu sadalananların hər biri ilə şəxs fərdi qay-dada, müvafiq dini qurum səlahiyyətlər verilmədən də istənilən halda məşğul ola bilər və deyər ki, mən peşəkar di-ni fəaliyyətlə məşğulam. Ona görə də konkretləşdirilməlidir. “Din xadimi” anlayışı da eynilə həmin qaydada müvafiq qu-rum tərəfindən din xadimi kimi tanınmalıdır. Mən bunu komitənin iclasında da demişdim.
4.4-cü maddədə bir müddəa var. Burada deyilir: “Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər”. Sual olunur: Azərbaycanda təkcə islam dini qurumları fəaliyyət göstərmir. Azərbaycanda qeyri-islam qurumları da fəaliyyət göstərir. Onlar ha-raya hesabat verir? Tutaq ki, bu günlərdə biz Müqəddəs Taxt-tac ilə müqaviləni ratifikasiya etdik. Necə ola bilər ki, yaranan dini qurumun biri burada hesabat verir, digəri başqa bir ölkədə? Bir başqasının burada mərkəzi yoxdur, bilmir haraya hesabat verir? Bu müddəanın Konstitusiya ilə uyğunsuzluqları var. Hesab edirəm, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişiklik edildiyi üçün nəzərə alınmalıdır ki, bu qurumlar hesabat verirlər. Əgər qeyri-islam dini qurumları hesabat vermirsə, onda islam dini qurumları niyə hesabat verməlidir? Bunların hamısı aydınlaşdırılmalıdır. Burada çox ciddi problemlər ortaya çıxacaq. 
“Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər”. Hesab edirəm, kökündən yanlış bir müddəadır. Din xadimi təyin edildikdən sonra niyə fəaliyyət göstərə bilirlər? Əgər icma toplaşıbsa, yaradılıbsa və yaradılmasını bəyan edibsə,  əgər  dini fəaliyyətlə məşğul olmaq üçün sənədləri müvafiq quruma təqdim edibsə, niyə fəaliyyət üçün dini rəhbərin təyin olunmasını gözləməlidir?  Bu kökündən yanlışdır. İnsanların fəaliyyət göstərməsinə ciddi şəkildə problem yaradır.
Burada “10 nəfər yetkin yaşlı şəxs” sözləri  “50 nəfər yet-kin yaşlı şəxs” sözləri ilə əvəz olunur. Hesab edirəm ki, məsələyə bir qədər azərbaycanlısayağı baxılıb. Niyə? Çünki hesab edirlər ki, əhalinin 95 faizi müsəlmandır, 10 nəfərlik icmaya ehtiyac yoxdur, 50 nəfərlik icma istənilən vaxt yaradıla bilər.  Bəs azsaylı dini qruplar? İstənilən bir bölgədə, rayonda 10 nəfər dini qurum kimi qeydiyyatdan keçə bilməzmi? Bu müddəaya fərqli şəkildə şərh vermək olar. Amma Azərbaycanın bir tolerant dövlət  imici var.  Bu tol-erant imicini belə qanunlarla, yanaşmalarla korlayacağıq. Sabah bu istiqamətdə beynəlxalq təşkilatların üzərimizə cid-di basqısı yaranacaq.
12-1-ci maddənin üçüncü hissəsində deyilir ki, nəzərdə tutulmuş məlumatlara malik olduqda və sair icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırlar. Din dövlətdən ayrıdır. İcra hakimiyyətinin qarşısında niyə vəsatət qaldırır? Dinin, icmanın dövlətə...
Sədrlik edən. 5 dəqiqə keçdi. Birinci, Sizin qaldırdığınız sualların çoxuna Rəbiyyət xanım çıxışında cavab vermişdi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 1 dəqiqə.
İ.Ağazadə. Çox sağ olun, möhtərəm Sədr. Bu müddəa Konstitusiya  ilə ziddiyyət təşkil edir. Nə fərqi var həmin vəsatəti məhkəmə və ya müvafiq icra strukturu qarşısında qaldırdın?  Bu cür müddəalar, əslində, dövlətin  üzərinə götürdüyü öhdəliklərlə bağlı müvafiq beynəlxalq qurumlar qarşısında imicini aşağı salır. Burada belə yazın: “məhkəmə qarşısında”. Dinin dövlətdən ayrı olduğunu təsdiq edən Konstitusiya müddəası var. Dini icmanın ləğvi ilə bağlı müddəada yazırıq ki, müvafiq icra hakimiyyəti onu ləğv edə bilər. Çox sağ olun. Burada bəzi məsələlərə də münasibət bildirəcəkdim, çox təəssüf ki, vaxtım olmadı.
Sədrlik edən. İlyas İsmayılov.
İ.İsmayılov. Mən hər şeydən əvvəl pozitiv dəyişiklikləri qeyd etmək istərdim. Bunlar 25 və 27-ci maddələrdəki dəyişikliklərdir. 25-ci maddədə deyilir: “Dini qurumla işçi arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir”. İndi qüvvədə olan maddədə isə bu münasibətlər əmək müqaviləsi ilə tənzimlənir. Mən hesab edirəm ki, hüquqi dövlətdə bütün ictimai münasibətlər  ancaq  qanun əsasında tənzimlənməlidir.
27-ci maddədə dəyişikliyin də bu baxımdan düzgün olduğunu hesab edirəm. Orada yazılır ki, “dini qurumların işçilərinin sosial sığortası “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, pensiya təminatı  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”. Bu da düzgündür. Bəzi dəyişikliklər texniki xa-rakter daşıyır, yəni “əsasnamə” sözü çıxarılır, “nizamnamə” sözü saxlanılır.  Belə dəyişikliklər 6, 9, 11, 12, 19, 22-ci maddələrdə edilmişdir. Ancaq bir çox dəyişikliklər mübahisə doğurur. Burada müxtəlif fikirlər söylənməlidir. Əsl həqiqəti də mübahisə doğurur.
Birinci, 7-ci maddəyə olan əlavədir. Burada qeyd olunur: “Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər”. Dini qurumlar müstəqil hüquqi şəxslərdirlər. Onlar niyə hesabat verməlidirlər? Bu müddəa ümumi qanunvericiliyə, xüsusilə də Konstitusiyanın 58-ci maddəsinə, Mülki Məcəllənin 6.1.7-ci maddəsinə zid-dir. Olsa-olsa dini icmalar fəaliyyətləri haqqında hesabat verərlər, çünki onlar xeyriyyəçilik və mədəni-maarif fəaliyyəti göstərirlər. Hesab edirəm ki, belə bir əlavə qanuna ziddir.
8-ci maddəyə belə bir əlavə edirik: “İslam dini icmaları məscidlərdə Azərbaycan Respublikasının vətəndaşları  tərəfindən yaradılır”. Bəli, mən də şərikəm ki, Azərbaycan Respublikasının vətəndaşları yaratsınlar. Ancaq niyə məscidlərdə? Başqa yerlərdə yarada bilərlər. Bu da ümumi qanunvericiliyə zidd olan bir müddəadır. 12-ci maddənin birinci abzasının ikinci cümləsində dini qurumların yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatda göstərilən  ünvanda fəaliyyət göstərə bilməsi nəzərdə tutulmuşdur. Özü də burada təkcə islam dini qurumları yox, bütün dini qurumlar nəzərdə tutulur. Belə olan halda ibadət yerləri, məscidləri, kilsələri, sinaqoqları və sairi olmayan digər dini icmalar harada fəaliyyət göstərməlidirlər? Bundan əlavə, burada çox böyük bir ziddiyyət var. 12-ci maddə hazırda qüvvədə olan “Dini etiqad azadlığı haqqında” Qanunun 21-ci maddəsinə daban-dabana ziddir. Fikir verin, 21-ci maddədə deyilir: “İbadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbiristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların  mənzillərində və evlərində maneəsiz keçirilir”. 12-ci maddə isə başqa bir  qayda müəyyən edir. Bu ziddiyyət aradan qaldırılmalıdır. 
İqbal müəllim də bu haqda danışdı. Qeydiyyata alınmış dini icmalar mərkəz tərəfindən din xadimi  təyin olunmasa, fəaliyyət göstərə bilməzlər. Bu da qanuna zidd olan bir məsələdir. Din xadimini özləri də seçə və fəaliyyət göstərə bilərlər. Niyə qanunda belə bir məhdudiyyət olsun? 12-ci maddəyə üçüncü hissə əlavə edirik: “Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda,  həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırır”. Bu haqda İqbal müəllim danışdı. Biz komitədə də fikir mübadiləsi aparmışdıq, demişdik. Mən onun dəlilləri ilə tamamilə razıyam. Hesab edirəm ki, icra hakimiyyəti qarşısında belə bir məsələ qaldırılmamalıdır. Olsa-olsa məhkəmə qarşısında qaldırılmalıdır, icra hakimiyyəti qarşısında deyil.
17-ci maddə “Tarix və mədəniyyət abidələri olan əmlakın verilməsi və ondan istifadə” adlandırılsa da,  buraya “dini abidələr” anlayışı da əlavə edilir.  Mən hesab edirəm ki, “mədəniyyət abidələri” daha geniş  anlayışdır. Din də mədəniyyətin bir hissəsidir. Burada “dini abidələr” anlayışı artıqdır.  23-cü maddədə dəyişiklik edilərək göstərilir: “Dini qurumlar həm müstəqil, həm də təsis etdiyi fondlar, o cümlədən ictimai fondlar vasitəsilə xeyriyyəçilik və mədəni-maarif fəaliyyəti göstərirlər”. Buradan belə çıxır ki, guya icma...
Sədrlik edən. İlyas müəllim, 5 dəqiqə keçdi. Xahiş edirəm, bundan sonra çıxış edənlər reqlamentə baxsınlar. 1 dəqiqə verin.
İ.İsmayılov. Qanun qəbul etmişik. Qanun asan, tam başa düşülən dildə yazılmalıdır. Orada mübahisə doğuran və yaxud da qiymət verilən anlayış olmamalıdır. Amma 24-cü maddədə yazırlar: “din xadimlərinin mübahisəli mübadiləsi”. Bu nə deməkdir? Mən istərdim ki, bu anlayışa aydınlıq gətirilsin. Qanunda belə şeylərə yol vermək olmaz. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Siz əsas dəyişikliklərdən yox, ümumi qanundan da bəhs etdiniz. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Rəbiyyət xanım reqlamenti pozsa da,  çox maraqlı bir çıxış etdi, bütün məsələlərə aydınlıq gətirdi. Digər çıxış edənlərin də reqlamenti pozmaları, görünür, elə oradan qaynaqlandı. Mən çalışacağam reqlamenti pozmayım.  Oqtay müəllim, mən gələcək müzakirələr üçün deyirəm, bizdə indi məruzələr üçün 20 dəqiqə vaxt ayrılır. Vaxt ölçən cihaz tətbiq olunsun, 20 dəqiqənin tamamında mikrofon bağlansın.
“Dini etiqad azadlığı haqqında” Qanunda islam dini ilə bağlı ayrıca bir fəsil olmalıdır. Burada da məsələlərə biz fərqli yanaşmalıyıq. Ona görə ki, biz müsəlman ölkəsiyik. Din dövlətdən ayrı olsa da, əhalinin 90 faizdən artığı müsəlmandır. Dini sahədə baş verənlərə dövlət biganə qalmamalıdır. Biz bəzən deyirik ki, bu və ya digər qanunu qəbul edəndə Avropa bizə təzyiq göstərəcək. Amma Avropanın ən azad ölkələrindən biri olan Fransada  vulqar geyinən qadınların  sayı artdıqda, bunu qanunvericilik yolu ilə qadağan etdilər. Məsələn, mən xatırlayıram, Bakıda mərhum Rövşən Əliyevi öldürən cinayətkarlar hadisə yerindən məhz vulqar geyinib uzaqlaşmışdılar. Əgər sabah Azərbaycanda da bu cür geyinənlərin sayı artsa, cəmiyyət üçün artıq bir problemə, təhlükəyə çevrilsə, qanun qəbul etmək lazım gələcəkdir. Heç kim də Fransanı qınamır ki, orada insan hüquq və azadlıqları boğulur və tapdalanır. Biz də dövlətimizin marağından çıxış etməliyik.
Biz bilirik ki, Azərbaycanda dini ekstremizmi gücləndirmək istəyənlər var. Mən Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyinə, o cümlədən burada əyləşən Hacı Sabirə, idarənin hər iki nümayəndəsinə öz ehtiramımı bildirirəm və hesab edirəm ki, çox böyük rol oynayırlar. Bir vaxt var idi, mən şəxsən  xarici ölkə nümayəndələri yanında xəcalət çəkirdim. Başlarını qılınclayırdılar, kürəklərini zəncirlə döyürdülər, qan süzülürdü. Sonra da deyirdilər ki, niyə müsəlmanlara dünyada hörmət etmirlər? Belə səhnələri görəndən sonra, əlbəttə, hörmət etməzlər. Bunun da aradan qaldırılmasında Qafqaz Müsəlmanları İdarəsi çox böyük rol oynadı. İndi də həmin gün xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurlar. Aşura günü insanlar qan, başqalarına həyat verirlər.
Mən burada Rəbiyyət xanımın Qafqaz Müsəlmanları İdarəsi haqqında dediklərinə qoşuluram. Biz onun statusunu tanımalıyıq və hesab edirəm ki, islam dinində icmaların yaradılması nə Quranda, nə də hədislərdə  nəzərdə tutulub. İslam dininə görə müsəlman müsəlmanın qardaşıdır. İcma yaratmaq təfriqəçilik, parçalanma deməkdir. Əgər kim yeni din yaradırsa, icma yaratsın, başlasın dini təbliğ etməyə. Bəlkə də başqa dinlərdə var, amma bizim dində, kitabda bu qadağandır. Ona görə də mənə elə gəlir ki, bu cür icmaların yaradılmasına yol verilməməlidir. Düz, radikal addımlar at-maq lazımdır. Əgər düz adamsansa, islamdan öz məqsədlərin, siyasi və başqa məqsədlər üçün istifadə etmək istəmirsənsə, beşinci gün get məsciddə namazını qıl. Qalan günlərdə Allahla öz aranda olan münasibətləri niyə  başqasına göstərməlisən? Əslində, dinimizə görə də bu günahdır. Bu-rada din xadimləri əyləşiblər. Yəqin ki, onlar da bunu söyləyərlər. Məncə, islam dini ilə bağlı hissədə icmanın yaradılması, ümumiyyətlə, qadağan olunmalıdır.
Yadınızdadırsa, 2 il bundan qabaq Türkiyəyə səfər etmişdik. Orada biz deyirdik ki, axı biz qardaş, türk olmaqla yanaşı, həm də din daşıyıcısıyıq. Bəs siz niyə ermənilərlə sərhədi açmaq istəyirsiniz? Bizə dedilər ki, siz niyə məscidi bağlamısınız? Bu gün faktiki düşmən Ermənistanı ayaq üstündə saxlayan iki müsəlman ölkəsidir. Ermənistanı ayaq üstündə saxlayan Rusiya deyil. Siz baxın,  ildə Ermənistana neçə türk maşını keçir,  Azərbaycana neçə türk maşını keçir? Mahmud Əhmədinejatın İranla bağlı verdiyi açıqlamalar və Ermənistanla qurduğu əməkdaşlıq... Bu gün bizim torpaqlarımızın işğal altında qalmasının səbəbkarları bizim qardaş Türkiyə Respublikasıdır, Ermənistanla hava məkanını açıb, ticarət əlaqələrini qurub, bir də müsəlman ölkəsi olan İrandır. Hər ikisinin də başında bir islam respublikası, o birisi...
Sədrlik edən. Çox sağ olun. Çıxışlar, görürəm, çoxalır. Hamı çıxış etmək istəyir. Mən öz fikrimi bildirmək istəyirəm. İslam dininin ən əsas ehkamlarından biri budur ki, bəndə ilə Allah arasında vasitəçi yoxdur. Biz bunu çox yüksək qiymətləndiririk.  Ancaq gəlin bunun bir tərəfinə də baxaq. İslam dinini idarə edən bir mərkəz yoxdur. Pravoslav, kato-lik kilsələri bir mərkəzdən idarə edilirlər, oraya hesabat verirlər, bir yol göstərən olur. Amma bizdə pərakəndəlik var. Bu pərakəndəlikdən istifadə edərək bütün dünyada islamı gözdən salırlar. Elədir, elə deyil? İndi qanun yaradırıq ki, Azərbaycana göstərilən kənar təsirlərdən qoruna bilək.
Onlarca təşkilat beynəlxalq qurumlara məktublar yazır, sektalar yaradır, bu sektaları dini qurum kimi qeydiyyatdan keçirmək istəyir. Biz bunlara niyə imkan verməliyik? Bunun həm də siyasi tərəfinə baxmalıyıq. Həm öz dinimizi qoru-malıyıq, həm də Azərbaycana kənar təriqətlərin, insanlığa,  mentalitetimizə uyğun olmayan dini təriqətlərin, sektaların girməsinə imkan verməməliyik. Tolerantlıq məsələsi deyil bu. Xahiş edirəm, çıxışlarınıza, sözlərinizə fikir verin. Musa Qasımlı. 
M.Qasımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Cənab Prezidentimiz tərəfindən təqdim edilən “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişikliklərə səs verəcəyəm. Niyə görə? Hər şeydən əvvəl bu dəyişikliklər ölkəmizdə dini etiqad azadlığı sahəsində olan boşluğu dol-durur, demokratikdir, dini və mənəvi bütövlüyümüzü, birliy-imizi möhkəmləndirməyə yönəlib, vətəndaşlarımızın dini ayinləri rahat icra etmələrinə verilmiş imkanları daha da möhkəmləndirir. Heç kim üçün sirr deyil ki, ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycana gələn missioner təşkilatlar maraqlarını reallaşdırmağa, milli birliyimizin təməllərindən biri olan  dinimizi parçalamağa cəhd etdilər və bu cəhd hazırda da davam edir. Buna görə də mən hörmətli Milli Məclisin, dövlət və hökumət qurumlarının diqqətini bir neçə məsələyə yönəltməyi və bunların həllinə ciddi yanaşmağı lazım bilirəm.
Birinci, məlumdur ki, Azərbaycan demokratik və dünyəvi dövlətdir, lakin müsəlman ölkəsidir, din dövlətdən ayrıdır. Azərbaycanda mövcud olan dini qurumlar bu məmləkətdə, ölkədə yarandıqlarından onlar Azərbaycan qanunlarına ciddi şəkildə əməl etməyə borcludurlar. Azərbaycanda fəaliyyət göstərən ibadət yerlərindən xarici ölkələrin havası gəlməməlidir, Azərbaycanın havası gəlməlidir. Azərbaycanda hər hansı inanclara xidmət edilərkən də Azərbaycanın mənafeyi nəzərə alınmalıdır. 
İkinci, mən xaricdəki dini təhsillə bağlı məsələyə münasibət bildirmək istəyirəm. Bu gün  viza tələb olunmamasından istifadə edərək kiçik yaşlı uşaqların bir çox xarici ölkələrin dini məktəblərində təhsil almalarına şərait yaradılır. Bu, Azərbaycanın altına qoyulmuş bir bombadır, bizim milli təhlükəsizliyimiz üçün birbaşa təhdiddir. Bunun qarşısı alınmalıdır. Bunun qarşısı necə alına bilər? Hörmətli Oqtay müəllim, Bakı İslam Universiteti var. Biz Bakı İslam Universitetini möhkəmləndirməliyik. Mən xaricdə azərbaycanlıların dini təhsil almalarının əleyhinə deyiləm. Lakin Bakı İslam Universitetini bitirən  istedadlı gənclərin xaricdə dini təhsillərini artırmalarına yol verilə bilər. Kiçik yaşlı uşaqların xaricdə təhsil alıb Azərbaycana gəlmələri gələcəkdə dövlətimiz üçün çox böyük təhlükə ola bilər.
Üçüncü, xaricdən ölkəmizə gətirilən dini kitabların nəşri ilə bağlı bayaq çox gözəl bir sual verildi. Azərbaycanda bu sahədə anarxiyadır. Nəşriyyatlar azaddırlar, heç bir senzura yoxdur, tam demokratik bir ölkədir. Bundan istifadə edərək nəşriyyatlarımız məzhəbdən, təriqətdən asılı olmayaraq missioner təşkilatlara lazımdırsa, xeyir verirsə, həmin kitabları çap edirlər. Bu sahədə qayda-qanununu kim yaratmalıdır? Hesab edirəm ki, bu məsələlər bizim üçün xeyli dərəcədə təhlükəlidir. Bu məsələlərdə çox ciddi şəkildə qay-da-qanun yaradılmalıdır. Mən müvafiq dövlət və hökumət qurumlarının diqqətini buna yönəltmək istəyirəm.
Nəhayət, yas mərasimlərimizdə qayda-qanun yaradılması ilə bağlı açıq şəkildə söyləmək lazımdır. Heç bir dində belə yas mərasimlərinin keçirilməsi yoxdur. Naxçıvanda çox gözəl bir qayda-qanun yaradılıb. Biz bəzən deyirik ki, inzi-bati qaydalar lazım deyil. Amma burada bir maarifçilik işi aparılmalıdır. Televiziyalarımızdan, radiolarımızdan və salonda oturan parlament jurnalistlərindən xahiş edirəm, diqqətlərini maarifçilik məsələlərinə yönəltsinlər, jurnalist təhqiqatları aparsınlar. Bu məsələlər aradan qaldırılsın. Maarifləndirici proqramlara çox ehtiyac var.
Sonda, hesab edirəm ki, dövlətimizin və millətimizin bütövləşməsində mühüm amillərdən biri dindir. Amma bu din bizim özümüzündür və bayaq hörmətli Sədrimiz də çox gözəl dedi ki, islamın bir mərkəzi yoxdur. Zamanında Türkiyədə bunu ləğv etdilər. Amma bu o demək deyil ki, biz hər hansı bir xarici qurumu öz ölkəmizə buraxmalıyıq və onlar da burada at oynatmalıdırlar. Mən hesab edirəm ki, bunların qarşısı qətiyyətlə alınmalıdır. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Çıxışa başlamazdan qabaq gərək bir “Əuzibillahiminəşşeytanirrəcim” deyib, ondan sonra keçək bu qanunun müzakirəsinə. Hörmətli Rəbiyyət xanım  qanuna əlavə və dəyişiklikləri çox yaxşı, əhatəli şəkildə təqdim etdi. Mən təklif edilən təkliflərlə razı olduğumu bildirirəm və müəyyən şəkildə öz fikirlərimi də bu barədə bildirmək istəyirəm. Həm layihə ilə, həm də qanunun, ümumiyyətlə, gələcəkdəki fəaliyyəti ilə bağlı  həmkarlarımız öz fikirlərini çox ətraflı şəkildə qeyd etdilər. Mən onları təkrarlamaq istəmirəm. Lakin bir neçə məsələyə xüsusi diqqət yetirməliyik, hörmətli Oqtay müəllim. Siz dinlə bağlı fikirlərinizi qeyd etdiniz, amma dinin insanlara çatdırılması,  təqdim, təbliğ olunmasının bir neçə atributu var.
Bu gün Azərbaycanda uniforma geyinməyən təşkilat, idarə, müəssisə yoxdur. Amma nədən dini idarənin Azərbaycan xalqına məxsus, islam dininin dəyərlərinə uyğun forması yoxdur? Məsələn, biz İran modelini seçmişik. İranın tamam başqa sistemi var, bizim tamam başqa. İranda əmmamə qoyurlarsa, biz əmmamə qoymamalıyıq? İranda  seyidlər yaşıl, üləmalar qara geyinirlər. Biz bu sistemi tətbiq etməməliyik. Azərbaycanda buna uyğun forma seçilməlidir, səliqəli, sahmanlı.
Bu gün mənim çox hörmət bəslədiyim Hacı Sabir burada əyləşibdir. Bəyəm o, dindar deyil? Sifətinə fikir versəniz, görərsiniz ki, nur yağır, geyim-kecimindən həmçinin. İn-sanlar arasına da bu geyimdə çıxır. Azərbaycan müasir, de-mokratik bir dövlətdir və bu dövlətdə bütün insanların geyim forması müəyyənləşibdir. Din də bu sahələrdən biridir. Yas mərasimində oturan və məclisi idarə edən şəxs, heç olmasa, insanda  hörmət yaratmalıdır. Bu baxımdan da bir uniforma müəyyənləşdirilməlidir.
Qanun layihəsi ilə bağlı başqa bir fikrim var. Burada bir müddəa var ki, dini məktəblər, yəni Quranın öyrədilməsi kursları dini mərkəz və idarələrin razılığı ilə yaradılır. Bu, islam dini ilə daban-dabana ziddir. Peyğəmbərimiz buyururdu ki, alimin mürəkkəbi şəhid qanından üstündür və bir-iki adama yazıb-oxumağı öyrədən şəxsi əsirlikdən azad edin. Onda Misir müəllim sərəncam verməlidir ki, riyaziyyat müəllimi uşaq hazırlaşdırmasın. Əgər kimin isə qabiliyyəti, bacarığı varsa, Quranı yaxşı öyrədə bilirsə, evində öyrətsin. Harada öyrətməyin məsələyə nə aidiyyəti var? Maarifləndirmə işinin qarşısını almaq olmaz. Bu, islam dininə ziddir. Mən hesab edirəm ki, bu müddəaya bir daha baxılmalı və dəqiqləşdirilməlidir. Ayrı-ayrı dərnəklər ola bilər. Təbii ki, açılmalı, bunlara nəzarət olmalıdır və sair. Əgər  kənddə bir yaxşı, savadlı, ziyalı insan varsa, tarixi, fəlsəfəni, dini, Qu-rani-Kərimi, ərəb dilini öyrədirsə, bunun nə ziyanı var? Niyə biz qadağa qoymalıyıq ki, sən bunu öyrədə bilməzsən? Bu baxımdan hesab edirəm ki, həmin müddəalara  baxılmalıdır. Dinlə bağlı, doğrudan da, ciddi addımlar atılmalıdır.
Bir məsələyə mən xüsusi toxunmaq istəyirəm. Qafqaz Müsəlmanları İdarəsi haqqında burada deyildi, çox böyük işlər görür,  böyük addımlar atır. Amma mən heç qəbul edə bilmirəm ki, bu yaxınlarda Gürcüstanda belə bir idarə yaradıldı. Qafqaz Müsəlmanları İdarəsi həm də Rusiyanın ərazisinə –  Dağıstana, Tatarıstana şamil olunur. Dost, qardaş hesab etdiyimiz Gürcüstan dövlətində  separatçı bir əməli ortaya ataraq, orada icmanı ləğv edib yeni qurum yaradıblar. Burada bir mərkəz var, bu mərkəz lazım olanda onlara hər cür yardım göstərir. Yer adlarımızı dəyişdiniz, dinmədik, digər işlərə dinmədik. İndi də dini məsələlər ortaya atılıb. Orada yaşayan azərbaycanlılar özlərinə icma rəhbəri seçiblər və bununla da belə məsələlərdən uzaqlaşmaq istəyirlər. Mən hesab edirəm ki, buna ciddi münasibət bildirməliyik. Bu gün orada başlanır, sabah Dağıstanda belə bir addım atacaqlar, birisi gün Tatarıstanda, o birisi gün başqa yerlərdə. Ona görə də buna ciddi şəkildə  yanaşmaq lazımdır. Mən hesab edirəm ki, bunun üçün də dostluq qrupu ilk növbədə Gürcüstan parlamentinə çox sərt bir məktub göndərməlidir. Bu məsələni bir daha xatırlatmalı və digər addımlar lazımdırsa, atılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, təqdim edilmiş qanun layihəsi, əlbəttə, bir millət vəkili olaraq məni tamamilə qane edir.  Hörmətli həmkarımız Rəbiyyət xanımın təqdimatından qanun layihəsi haqqında ətraflı məlumat aldıq. Mən bütövlükdə qanun layihəsinə səs verəcəyəm. Bununla bərabər, sadəcə olaraq, bu qanunda edilən dəyişiklikləri doğuran səbəblər üzərində bir neçə fikrimi ifadə etmək istəyirəm. Burada deyildi, üstündən ötəri olaraq keçildi. Bəlli oldu ki, bu gün Azərbaycana ən müxtəlif səbəblərdən təzyiqlər var. Ayrı-ayrı dövlətlər ən müxtəlif formalarla, vasitələrlə, üsullarla Azərbaycanda öz maraqlarını təmin etməyə çalışırlar. Bunların içərisində dini sektalar xüsusi yer tutur. Bu təkcə islam dininə aid deyil, eyni zamanda, hətta xristian ölkələrində qadağan edilən sektaların da Azərbaycanda fəaliyyət göstərməsi üçün bir meydan açılır. Bəzən buna qarşı sərt tədbirlər görüləndə Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları  ayrı-ayrı beynəlxalq təşkilatlara müraciətlər edirlər və  beynəlxalq təşkilatların da hesabatlarında Azərbaycana qarşı bu və ya digər sərt ifadələr işlədilir.
Burada da deyildi ki, İran İslam Respublikası özünün Azərbaycanda maraqlarını təmin etmək üçün dindən geniş şəkildə bütün formalarda istifadə edir. Bu faktdır. Bunun üzərində, mənə belə gəlir ki, müzakirə aparmağa ehtiyac yoxdur. Çünki görünən kəndin bələdçiyə ehtiyacı yoxdur. Bundan başqa, Avropa, Amerika ölkələri  özlərinin müsəlman ölkələrində olan müttəfiqləri, məhz dini icmalar vasitəsilə Azərbaycana təsir göstərirlər. Azərbaycan tolerant ölkədir. Azərbaycan tolerant ölkədir deyə poliqona çevrilməlidir? Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət  dini fəaliyyətdə də qayda-qanun yaratmalıdır. Bu qayda-qanunun yaradılması üçün də məhz həmin qanunda dəyişiklik edirik. Ona görə də qanunun fəlsəfəsində Azərbaycanın milli, dövlət təhlükəsizliyi məsələsi dayanır.
Mən birmənalı olaraq islam ölkəsi olan Azərbaycanda dini icmaların yaradılmasının əleyhinəyəm. Kim isə məsciddə ibadət edirsə, müsəlman kimi getsin, məsciddə ibadətini et-sin. Onun 50 nəfəri yığıb təzədən icma yaratmasına və bunun üçün qeydiyyatdan keçməsinə nə ehtiyac var? Buna eh-tiyac yoxdur. Mən, doğrudan, bunu anlamıram. Kim isə buyursun, mənə dəlillərlə isbat etsin ki, müsəlman ölkəsi olan bir ölkədə məscidlər varsa və bu məscidlər də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən idarə olunursa, istiqamətləndirilirsə, əlavə icmalara nə ehtiyac var? Ona görə də mən düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri artırılmalıdır. Burada Rəbiyyət xanımın dediyi kimi, 1870-ci ildə, hətta biz Rusiyanın müstəmləkəsi olan dövrdə verilmiş səlahiyyətlər bu gün bərpa olunmalıdır.  Azərbaycanda islam dini ilə bağlı bütün məsələlərin həlli,  me-todologiya, istiqamətverici fəaliyyət məsələləri ancaq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilməlidir.
Digər tərəfdən, mən buna da tərəfdaram ki, azərbaycanlıların kompakt yaşadıqları yerlərdə Qafqaz Müsəlmanları İdarəsinin dini tələbatının ödənilməsi üçün nümayəndəliklər də yaradılmalıdır. Başqa bir tərəfdən, necə olur ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-islam dini icmalar,  pra-voslavlar, katoliklər özlərinin dini mərkəzlərinə hesabat verirlər, lakin bizdə bu məsələni gündəliyə gətirəndə  artıq tolerantlığın pozulması,  ayrı-ayrı icmaların hüquqlarının tapdalanması  kimi qələmə verilir? Bunun da əsası yoxdur, heç bir sağlam məntiqə söykənmir. Bütövlükdə düşünürəm ki, təqdim edilmiş qanun layihəsi reallığı özündə ifadə edir. Bu qanun din sahəsində özünü göstərən anarxiyaya doğru meyillərin aradan qaldırılması üçün ciddi bir qanunvericilik bazası yaradacaqdır. Ona görə də mən hörmətli millət vəkillərinə bu qanun layihəsinə birmənalı olaraq səs verməyi təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Bacardığım qədər qısa danışmağa çalışacağam. Mənim demək istədiyim fikirlərin bir qismini məndən əvvəl çıxış edən həmkarlarım bildirdilər. Bunların üzərində dayanmayacağam. Hesab edirəm ki, qanunda edilən dəyişikliklər günün tələblərinə cavab verir. Azərbaycan dünyəvi dövlətdir, amma bununla belə, dini inancı olan vətəndaşlarının dini etiqad azadlıqlarının həyata keçirilməsi üçün bütün şəraitin yaradılmasını təmin edir. Adı çəkilən qanun  layihəsi bugünkü din – dövlət, din – vətəndaş münasibətlərini kifayət qədər tənzimləyir, bununla belə, onun da müəyyən qədər sistemləşdirilməsinə, qanunda olan  boşluqların doldurulmasına kömək edir.
Mən Azərbaycanda dini icmaların, xüsusilə islam dini icmalarının ancaq Azərbaycan vətəndaşları tərəfindən yaradılması haqqında müddəanın buraya salınmasını xüsusi qeyd etmək istəyirəm. Bu,  Azərbaycanda islam dini icmasının bütövlüyünə, onun ideallarına,  prinsiplərinə, dövlətlə, yaxşı mənada, bağlılığına xidmət edən məsələdir. Mən tamamilə razıyam ki, dini icmalar hüquqi ünvanda fəaliyyət göstərməlidir. Bu məsələdə də bir qədər boşluq var idi. Bəzən elan edilən icmanın  fəaliyyəti, məramı barədə nə dövlətin, nə də dini idarənin xəbəri olurdu. Bir sözlə, burada edilən dəyişiklikləri dəstəkləyirəm və iki yeni əlavəm var.
Mən qanunun 7-ci maddəsinin üçüncü hissəsindən sonra 4-cü hissə əlavə edilməsini təklif edirəm: “Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyəti barədə Qafqaz müsəlmanlarının qurultayına, qurultaylararası dövrdə isə Qazılar şurasına he-sabat verir”. Burada bir boşluq var, hesab edirəm ki, belə bir bəndi əlavə etməliyik.
Bu gün xaricdə uzun müddət yaşayan vətəndaşlarımız var. Təklif edirəm ki, onların dini tələbatlarının ödənilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə həmin ölkələrdə öz nümayəndəliklərini yaratmasına icazə verilsin. Bu kontekstdə bir məsələni də vurğulamaq istəyirəm.
Çox təəssüf edirəm ki, vaxtaşırı, ilk növbədə, Azərbaycan mətbuatında Qafqaz Müsəlmanları İdarəsi, onun rəhbərləri barədə mənəviyyata, insanlığa sığmayan materiallar gedir. Mənə elə gəlir ki, tək onlar tənqid, onların fəaliyyəti təftiş edilmir, bununla bizim dini inanclarımız,  dinə bağlılığımız da böyük şübhə altına qoyulur. Dünya praktikasında heç bir zaman hansı isə ölkənin dini rəhbərləri mətbuat, cəmiyyət, ziyalılar tərəfindən tənqid atəşinə tutulmur. Məsələn, bu gün katolik kilsəsinin rəhbəri olan XVI Benedikt Almaniyada dini azlıq icmasının nümayəndəsidir, bununla belə, Almaniyanın mətbuatında onunla bağlı bir kəlməyə rast gəlmək ol-maz. Bu gün Rusiya Pravoslav Kilsəsinin rəhbəri Kiril haqqında Rusiya mətbuatında bir dənə də olsun tənqidə rast gəlmək olmaz. Söhbət heç də onun məqsədsiz surətdə tənqiddən azad olunmasından getmir. Söhbət həmin xalqın,  cəmiyyətin öz dini rəhbərinə,  özünün dininə,  mənəviyyatına  münasibətindən gedir. Düzdür, bu, mətbuatın tənqidi deyil. Mən çox istərdim ki, bizim dinimizə, mənəvi prinsiplərimizə, eyni zamanda, dini idarənin rəhbərlərinə olan münasibətimizi də görsünlər. Hansı isə şayiəni,  bir sifarişi  qəzet səhifələrində çirkin müzakirə mövzusuna çevirməyək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mənim də bir təklifim var. İndi də  hörmətli Hacı Sabirə söz verək. O, bəzi suallara cavab versin və fikirlərini desin,  sonra səsvermə keçirərik. Sabir müəllim, buyurun. 
S.Həsənli, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini.
Bismillahir rəhmanir rəhim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu müzakirələrdə iştirak etmək və ümumi həyəcanımızı,  problemlərimizi sizinlə bölüşmək bi-zim üçün çox xoşdur. Bunun üçün hamınıza Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam adından və öz adımızdan dərin təşəkkürümüzü bildiririk.
Müzakirələrə başlamamışdan öncə Rəbiyyət xanımın çox ətraflı çıxışını, həm idarənin tarixi, Azərbaycanda islamın mövqeyi haqqında verdiyi məlumatı, həm də dövlət – din münasibətlərinə verdiyi qiyməti biz təqdirəlayiq hesab edi-rik.  Rəbiyyət xanımın çıxışında sanki keçdiyimiz 100 illərə, son 10 quruculuq  illərinə yenidən nəzər saldıq və bir daha sanki özümüzün ruhani məqamımıza diqqət yetirdik.
Məruzələrdəki bir sıra məqamlara münasibət bildirmək istərdik. Əlbəttə, qanunda dəyişikliklərlə bağlı məsələlər, iradlar da çox idi. Amma bunu da qeyd etmək istəyirəm ki, 1992-ci ildə, Azərbaycanın tarixində ilk dəfə olaraq “Dini etiqad azadlığı haqqında” Qanun  qəbul edildi. Şübhəsiz, bu, çox qarışıq bir zamana təsadüf edirdi və həmin dövrdə qa-nunda hər şeyi nəzərə almaq da mümkün deyildi. Amma sonrakı illərdə aparılan dəyişikliklər istər-istəməz din xadimlərini bir qədər yığcamlaşdırdı, qanuna sayğını artırdı, Azərbaycanda qanunun labüdlüyünü və zəruriliyini bir daha ortaya qoydu. Məsələn, 1997-ci il dəyişikliklərində vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda dinlə, dini təbliğatla məşğul olmasını qadağan edən bir bənd artırıldı. Bu bizim üçün son dərəcə önəmli idi. Hətta öz müşahidələrimə görə  deyərdim ki, nəinki 1990-cı illərin, hətta 1980-ci illərin əvvəllərindən Azərbaycana müxtəlif ölkələrdən  müxtəlif təriqətlərin axınları var idi. 1990-cı illər Azərbaycan sərhədlərinin şəffaflaşdığı bir dövr idi. Təəssüflər olsun ki, Avrop-adan da protestant və sair təriqətlərin Azərbaycana gəlişi, hətta onların gizli bəyanatları oldu.
Mən bir misal gətirmək istəyirəm. Onların  gizli yayılmış bir vərəqəsində yazılırdı ki, 2005-ci ilə qədər Azərbaycanda 20 minə qədər xristian əldə etməliyik, 2040-cı ildə isə, ümumiyyətlə, Azərbaycan xristian məmləkətinə çevrilməlidir. Bütün bu təhlükələrdən keçib gələrək, şübhəsiz, biz bu məsuliyyəti hiss edirdik.  Qafqaz Müsəlmanları İdarəsi ola-raq çalışırdıq ki, bunların qarşısı alınsın. Lakin bunun qarşıs-ını almaq qanunvericiliklə təmin oluna bilərdi. Mən çox şa-dam ki, bu dəyişikliklər ardıcıl, zamanın ruhuna uyğun olaraq aparılır. Siz, millət vəkilləri,  bir çoxlarınız işin təməlindən bu proseslərdə iştirak etmisiniz. Bugünkü  müzakirələr də göstərdi ki, çox böyük həvəslə,  inancla bu işdə varsınız. Mən sizin hamınıza uğurlar arzulayıram və bir daha təşəkkürlərimizi bildirirəm.
Sədrlik edən. Çox sağ olun. Amma mənim bir sualım var. Dediyim məsələ məni bir az narahat edir. Sizin bu barədə fikriniz necədir? Həqiqətən,  müsəlman dinində dini mərkəz yoxdur? Bir din xadimi kimi bu fikrə münasibətinizi bilmək istərdik.
S.Həsənli. Siz haqlısınız, Oqtay müəllim. Doğrudan da, bu,  bizim özümüzdə də bir narahatlıq yaradır. Daim bir düşüncə içimizdə gəzir ki, nə üçün başqa dinlərin müxtəlif yerlərdə dini mərkəzləri var və onlar söz sahibidirlər, amma islamda, təəssüflər olsun, bu mümkün deyil? Bu, heç bir zaman, əslində, mümkün olmayıbdır. Müəyyən dövrləri  və müəyyən imperiyalardakı dini mərkəzləri çıxmaq şərti ilə islam dünyasında belə  mərkəz mövcud olmamışdır. İslam mərkəzi hesab etdiyimiz hər hansı nöqtəyə diqqətlə nəzər salanda görəcəyik ki, həmin mərkəz bu və ya digər ölkənin təsiri altındadır və heç də həmişə öz iradəsini ortaya qoya bilmir. Biz də buna təəssüflənirik. Belə bir mərkəz  bu gün yoxdur.
Sədrlik edən. Mənim də dediyim budur ki, belə mərkəz olmadığı üçün biz həmişə pərakəndə qalacağıq. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.49 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Növbəti iclasımız haqqında sizə xəbər veriləcək. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi