2011-ci il 24 iyun tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU № 19

Milli Məclisin iclas salonu.
24 iyun 2011-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 96 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 96
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Sənan Muxtarov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin müdiri.
Davud Yaqubov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.
Əli Cəfərli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.


İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili  (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Konstitusiya qanununun layihəsi haqqında (təkrar səsvermə).
2. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında .
7. “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslim etmə haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si Petroleum Limited, Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den norske stats olyeselskap a.s., LUKoyl Səhmdar Cəmiyyəti, MakDermott Azərbaycan İnk., Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiye Petrolleri A.O., Yunokal Xəzər Ltd arasında Saziş”ə Birinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir  95
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Konstitusiya qanununun layihəsi haqqında (ikinci səsvermə).

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:   Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  92
Nəticə: Qəbul edildi

3. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:   Oqtay Əsədov, Çingiz Əsədullayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  93
Nəticə: Qəbul edildi

4. Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.27 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  92
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  89
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslim etmə haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:   Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  88
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Gülər Əhmədova, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

9. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  98
Nəticə: Qəbul edildi

10. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  97
Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

12. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Tahir Rzayev, Fəzail Ağamalı, Gülər Əhmədova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  92
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  90
Nəticə: Qəbul edildi

14. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

15. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

16. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi


17. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  96
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  96
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  95
Nəticə: Qəbul edildi

20. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si Petroleum Limited, Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den norske stats olyeselskap a.s., LUKoyl Səhmdar Cəmiyyəti, MakDermott Azərbaycan İnk., Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiye Petrolleri A.O., Yunokal Xəzər Ltd arasında Saziş”ə Birinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  92
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Gülər Əhmədova, Xanhüseyn Kazımlı, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 3
Səs vermədi 0
İştirak edir  89
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ   MƏCLİSİN   İCLASI

24 iyun  2011-ci  il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! İclasa başlamamışdan öncə icazə verin, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə hamınızı ürəkdən təbrik edim və Silahlı Qüvvələrimizə güc, möhtəşəmlik arzulayım! (Alqışlar.)
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 96
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir  95
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Hesab edirəm ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının son iclasıdır. Əgər etiraz yoxdursa, bu iclası tənəffüssüz keçirək.
Sizdən ikinci xahişim də odur ki, Milli Məclisin iclasında telefonlarınızı söndürəsiniz. Bu məsələ bir dəfə də deyilmişdi, gəlin, bir-birimizə hörmət eləyək.
Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda gündəliyin 1-ci məsələsinin – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu layihəsinin müzakirəsinə keçirik. Təkrar səsvermədir. Buy-ursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən, sadəcə, xatırlatmaq istəyirəm ki, biz 6 ay bundan öncə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya Qanununa əlavələr etmişik. Bu iki mühüm əlavənin mahiyyəti ondan ibarət olub ki, birinci, insan hüquqlarının pozulmasına dair milli priventiv mexanizm funksiyasını həyata keçirmək səlahiyyəti və ikinci, “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulan hüquqlar, yəni informasiya müvəkkilinin səlahiyyətləri İnsan hüquqları üzrə müvəkkil (ombudsman) təsisatına verilir. Yəni bu Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklərin əsas mahiyyəti bu iki elementdən ibarət olub. Qanun layihəsi parlamentdə geniş müzakirə olunub və birinci səsvermədə qəbul edilib. İndi təkrar səsvermədir. Millət vəkillərindən xahiş edirəm ki, diqqətli olsunlar, çünki 95 səs çoxluğuna ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsidir. Üçüncü oxunuşdur. Bilirsiniz ki, bu qanun layihəsinin üzərində çox iş görülüb, sanballı bir qanun layihəsi hazırlanıb. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə söz verilir.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Oqtay müəllimin qeyd etdiyi kimi, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi həm birinci, həm də ikinci oxunuşlardan sonra İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclaslarında çox ətraflı müzakirə olunmuşdur. Millət vəkillərinin qaldırdığı bütün məsələlərə müvafiq icra strukturu münasibət bildirmiş və onların əksəriyyəti yeni məcəllədə öz həllini tapmışdır.
Məlumat üçün bildirmək istəyirəm ki, Milli Məclisin komitələrinin iclasında Avropa İttifaqından, Birləşmiş Millətlər Təşkilatının Gömrük komitəsindən, Dünya Bankından, ATƏT-dən, Avrasiya Əməkdaşlıq Fondundan, İsveçin Azərbaycandakı konsulluğundan, Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasından və bir sıra nüfuzlu qeyri-hökumət təşkilatlarından nümayəndələr iştirak etmişlər.
Birmənalı şəkildə demək olar ki, təqdim olunan Gömrük Məcəlləsində ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə, ölkədə aparılan uğurlu beynəlxalq siyasətin daha da təkmilləşməsinə, Azərbaycanın digər xarici ölkələrlə iqtisadi əməkdaşlığında milli maraqların gözlənilməsinə, qaçaqmalçılıq, terrorçuluq, insan alverinə qarşı mübarizə, əqli mülkiyyətin qorunması kimi məsələlərin həllinə müəyyən töhfələr nəzərdə tutulmuşdur.
Vaxtınızı almaq istəmirəm, yalnız hörmətli millət vəkilləri arasında ən çox mübahisə doğuran bir neçə məsələyə toxunmaq istəyirəm. Məcəllənin 52.3-cü maddəsində qeyd olunan gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətə baxılma müddəti millət vəkillərinin təklifləri nəzərə alınmaqla 30 gündən 15 günə endirilərək qeyd olunan maddə aşağıdakı redaktədə verilmişdir: “Qanunla başqa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə ən geci 15 (on beş) gün müddətində baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Şikayətin araşdırılması ilə əlaqədar əlavə sənədlər və materiallar tələb olunduqda, şikayətə baxan gömrük orqanının rəhbəri tərəfindən bu müddət daha 15 (on beş) gün uzadılır.
Məcəllənin 95.2, 98.2, 70 və 249-cu maddələrində göstərilən müddətlər də hörmətli millət vəkillərinin təklifləri nəzərə alınaraq həll edilmişdir. Məcəllənin 95.2-ci maddəsində müvafiq olaraq şəxslər tərəfindən sənədlərin və məlumatların 3 il ərzində saxlanılması, həmçinin 98.2-ci maddəsində gömrük auditinin sonrakı 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bilirsiniz ki, əvvəlki qanunda 5 il müddəti nəzərdə tutulmuşdu. Millət vəkillərinin təklifləri ilə müvafiq icra strukturu həmin müddəti 3 ilə endirmişdir.
Daha bir neçə təklif də öz həllini tapmışdır. 83, 108, 45, 46 və 325-ci  maddələrdəki dəyişikliklər millət vəkillərinin təklifləri nəzərə alınmaqla həll olunmuşdur. Bir daha Milli Məclisə məlumat vermək istəyirəm ki, yeni Gömrük Məcəlləsi ölkənin milli təhlükəsizliyinə, iqtisadi maraqlarının qorunmasına, milli maraqlar nəzərə alınmaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasına, Azərbaycanda bazar münasibətlərinin təkmilləşməsinə xidmət edəcəkdir.
Mən qeyd etmək istəyirəm ki, qaldırılan bütün məsələlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq şöbəsi ilə razılaşdırılmışdır. Həm hörmətli Əli müəllimin başçılıq etdiyi komitənin adından, həm də İqtisadi siyasət komitəsinin adından xahiş edirəm ki, millət vəkilləri Gömrük Məcəlləsinə öz müsbət münasibətlərini bildirsinlər. İllər keçəcək, Azərbaycanın Gömrük Məcəlləsi daha da təkmilləşəcəkdir. Amma bu gün bizim yaxın gələcək üçün çox dəqiq, dünya standartlarına cavab verən Gömrük Məcəlləmiz var. Ona görə də millət vəkillərindən xahiş edirəm ki, bu məcəlləyə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ İcbari sığortalar haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Buyursun Çingiz Əsədullayev.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Qanun layihəsinin həm birinci, həm də ikinci oxunuşu zamanı millət vəkilləri tərəfindən çoxlu tövsiyə və təkliflər verilmişdi. Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Milli Məclisin Sədri və digər deputatlar tərəfindən bu məqsədlə təklif olundu ki, işçi qrupu yaradılsın və qanun layihəsində sual doğuran məsələlərə aydınlıq gətirilsin.
İşçi qrupunun rəhbəri olaraq ilk növbədə qeyd etmək istərdim ki, üçüncü oxunuş üçün təqdim olunmuş qanun layihəsi əsaslı şəkildə təkmilləşib. Çoxsaylı düzəliş və əlavələr olunub. Millət vəkilləri, işçi qrupunun üzvləri tərəfindən təklif olunan dəyişikliklərin əksəriyyəti qanun layihəsində nəzərə alınıb. Maliyyə Nazirliyi, işçi qrupunun üzvləri və millət vəkilləri arasındakı işgüzar münasibət, qarşılıqlı anlaşma nəticəsində qısa müddət ərzində qanun layihəsində sual doğuran, narahatçılıq yaradan bir çox məsələlərə aydınlıq gətirilmiş, yüksək standartlara uyğun bir sənəd hazırlanmışdır. Bunun nəticəsi kimi də qanun layihəsində ən çox narahatçılıq doğuran aztəminatlı, sosial yardım alan insanların icbari sığortaya cəlb edilməsi öz həllini tapmış və bu məqsədlə dövlət büdcəsindən əhalinin bu təbəqəsinə əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
İlk öncə sığorta bazarının aktiv iştirakçıları olan Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri ilə, daha sonra işçi qrupunun üzvləri ilə iclaslar keçirildi, dəyərli fikirlər və təkliflər dinlənildi. Bundan əlavə, televiziya, internet və mətbuat vasitəsilə peşəkar mütəxəssislərin qanun layihəsi ilə tanış olmaları və onun müzakirəsində yaxından iştirak etmələri üçün imkan yaradıldı. Onu da qeyd etmək istərdim ki, bu müzakirənin nəticəsində son aylar sığorta təşkilatları tərəfindən yığılan sığorta haqları 30 faizə qədər artmışdır.
Qanun layihəsini ilkin variantla müqayisə etsəniz, görərsiniz ki, 4 yeni maddə əlavə olunub. Bölmələr təkmilləşib, bir sıra prinsipial maddələrə aydınlıq gətirilib. Bunun-la yanaşı, qanun layihəsinin 20-yə yaxın maddəsində redaktə xarakterli dəyişikliklər də edilmişdir. Vaxt məhdudiyyətini nəzərə alaraq mən istəmirəm ki, hər bir maddəyə edilən dəyişikliklərlə bağlı fikrimi bildirim.
Qeyd etmək istərdim ki, millət vəkilləri Əli Məsimli, Vahid Əhmədov, Rafael Cəbrayılov, Musa Quliyev, Xanhüseyn  Kazımlı, Rüfət Quliyev və Muxtar Babayevin təkliflərinin əksəriyyəti qanun layihəsində öz əksini tapıb. Fürsətdən istifadə edib işçi qrupunun bütün üzvlərinə, öz təkliflərini bildirən millət vəkillərinə, Maliyyə Nazirliyinə, sığorta şirkətlərinin nümayəndələrinə fəallıqlarına görə öz təşəkkürümü bildirmək istəyərdim.
Ümumiyyətlə, qanunun işləməyə başlaması sığorta bazarının iştirakçılarının artmasına, bu sahədə əldə edilmiş təcrübənin gələcəkdə digər icbari sığorta növlərinə tətbiqinə, xüsusilə də hamımızı narahat edən “Tibbi sığorta haqqında” Qanunun icrasına təkan verəcək, səhiyyə sisteminin inkişaf-ına zəmin yaradacaqdır. Demək istərdim ki, müzakirə etdiyimiz qanun layihəsi Azərbaycanda sığorta bazarının inkişafı, əhalinin sosial müdafiəsi, dövlətin və vətəndaşların bu sahədə maraqlarının qorunması baxımından çox vacibdir və bu gün belə bir qanunun qəbul edilməsinə ehtiyac var. Həmkarlarımdan bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! 2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanmış Avropa Landşaft Konvensiyası təsdiq olunmaq üçün Milli Məclisə təqdim edilmişdir. Konvensiya preambuladan, 4 fəsil və 18 maddədən ibarətdir.
Konvensiya Avropada landşaftların bütövlükdə mühafizəsi, idarə olunması və planlaşdırılması üçün yeni mexanizm yaradır. Sənəddə landşaft məsələləri üzrə Avropada əməkdaşlıq təklif edilir. Bu, konvensiyanı imzalayan tərəflərin bütün ərazilərinə tətbiq olunur və kənd yerlərini, şəhərləri və şəhərətrafı əraziləri əhatə edir. Bura torpaq, daxili sular və dəniz əraziləri daxildir.
Konvensiyanın “Anlayışlar” adlanan 1-ci maddəsində qeyd olunur ki, “landşaft” insanlar tərəfindən təbii və antro-pogen amillərin təsiri və qarşılıqlı əlaqəsi nəticəsinin xüsusiyyəti kimi başa düşülən ərazi mənasını ifadə edir. Bu konvensiyanı imzalayan dövlətlər “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına uyğun olaraq 5-ci və 6-cı maddələrdə göstərilən ümumi və xüsusi tədbirləri həyata keçirməyi öz öhdələrinə götürürlər.
Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq onu imzalayan hər bir tərəf “qanunvericilikdə landşaftları insanların ətraf mühitinin mühüm komponenti, onların mədəni və təbii irsinin müxtəlifliyinin təzahürü və vəhdətinin əsası kimi tanımalı; 6-cı maddədə göstərilmiş xüsusi tədbirlərin qəbul edilməsi vasitəsilə landşaftın mühafizəsi, idarə olunması və planlaşdırılmasına yönəlmiş landşaft üzrə siyasəti müəyyən etməli və həyata keçirməli; yuxarıda (b) bəndində qeyd olunan landşaft üzrə siyasətin müəyyən edilməsi və həyata keçirilməsində ictimaiyyətin, yerli və regional hakimiyyət orqanlarının və maraqlı olan digər tərəflərin iştirakı üçün prosedurları təyin etməli; landşaftla bağlı məsələləri özlərinin regional və şəhər planlaşdırılması siyasətlərinə, həmçinin mədəni, ekoloji, kənd təsərrüfatı, sosial və iqtisadi siyasətlərinə, eləcə də landşafta birbaşa və dolayısı ilə təsiri olan digər siyasətlərə inteqrasiya etməlidir”.
Bunlardan başqa, 6-cı maddədə göstərildiyi kimi, hər bir tərəf sivil cəmiyyət, özəl təşkilatlar və dövlət orqanları arasnda landşaftların dəyəri, rolu və onlara edilən dəyişikliklər barədə məlumat mübadiləsi aparmalı, özəl sektorlarda, dövlət orqanlarında, ictimai birliklərdə çalışan mütəxəssislər üçün təlim proqramları, təhsil kursları təşkil etməli, ölkə ərazisində landşaftları müəyyən edib xüsusiyyətlərini təhlil etməli, qiymətləndirməli və dəyişikliklərin qeydiyyatını aparmalıdır.
Konvensiyanın 3-cü fəsli Avropada landşaft sahəsində əməkdaşlığa həsr olunmuşdur və “Beynəlxalq siyasət və proqramlar”, “Qarşılıqlı kömək və informasiya mübadiləsi”, “Transsərhəd landşaftlar”, “Konvensiyanın yerinə yetirilməsinin monitorinqi”, “Avropa Şurasının landşaft mükafatı” kimi maddələri özündə əks etdirir. Tərəflər landşaftlar üzrə beynəlxalq siyasət və proqramlar çərçivəsində əməkdaşlıq etməli, bir-birinə landşaft məsələləri üzrə texniki və elmi köməklik göstərməli, mütəxəssislərin mübadiləsini həyata keçirməlidirlər. Konvensiyanın yerinə yetirilməsinin monitorinqi Avropa Şurasının Nazirlər Kabineti tərəfindən təyin edilən səlahiyyətli ekspert komitələri tərəfindən həyata keçi-rilir.
Konvensiyanın 4-cü fəsli “Yekun müddəalar” adlanır. Burada “İmzalanma, ratifikasiya və qüvvəyə minmə”, “Qo-şulma”, “Ərazi üzrə tətbiq olunma”, “Dəyişikliklər” və “Bildirişlər” kimi maddələr öz əksini tapmışdır. Hər bir dövlət imzalanma, ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədini saxlanılma üçün təqdim etdiyi zaman konvensiyanın şamil olunduğu ərazi və ya əraziləri göstərə bilər. Hər bir tərəf sonradan Avropa Şurasının Baş katibinə ünvanlanmış xüsusi bəyanat vasitəsilə konvensiyanın hər hansı digər əraziyə şamil olunması üçün müraciət edə bilər.
Konvensiya təsdiq olunmaq üçün Avropa Şurasının üzvü olan bütün dövlətlərə göndərilmişdir və Avropa Şurasına üzv olan hər bir Avropa dövləti üçün açıqdır. Bu sənəd Aqrar siyasət komitəsinin deputatları tərəfindən geniş müzakirə olunub. Hörmətli deputat həmkarlarımdan bu konven-siyaya səs vermələrini xahiş edirəm. Sağ olun. 
Sədrlik edən. Xahiş edirəm, konvensiyanın təsdiq edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.27 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, əgər etiraz eləmirsinizsə, mən,  eyni zamanda, 7-ci məsələ ilə bağlı da məlumat verərdim, çünki Mərakeş Krallığı ilə bağlanmış müqavilələr paket şəklindədir, ikisi isə sırf hüquqi məsələlərdir. “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin bağlanmasının əsas məqsədi iki ölkə arasında olan dostluq münasibətlərini daha da möhkəmləndirmək və bunun bir elementi kimi cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı hüquqi yardımın ən geniş imkanlarından bəhrələnməkdir.
Eyni zamanda, “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslim etmə haqqında” Müqavilə də imzalanmışdır. Burada,  əlbəttə ki, cinayətkarların təslim edilməsindən söhbət gedir. Onu da qeyd etməliyəm ki, bu öz vətəndaşlarının digər tərəfə təslim edilməsini nəzərdə tutmur. Bütövlükdə hər iki müqavilə beynəlxalq qanunvericiliyə tam uyğun olaraq işlənib hazırlanmışdır. Əlbəttə ki, bu sənəd hər iki tərəfin məhkəmə-hüquq sistemləri arasında qarşılıqlı əlaqələrinə öz müsbət töhfəsini verəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Səsvermə ayrı keçiriləcək. Xahiş edirəm, gündəliyin 5-ci məsələsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 7-ci məsələsinə – “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslim etmə haqqında” Müqaviləyə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  88
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq olundu.
6-cı məsələ “Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsidir.  Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Komitə sədri hörmətli Əli müəllim Azərbaycan və Mərakeş arasında bütün sahələrdə əməkdaşlığın vacibliyini vurğuladı. Həqiqətən, son illər iki ölkə arasında bu əməkdaşlıq inkişaf edir. Müzakirəyə təqdim edilən müqavilə də dostluq əlaqələrinin daha da təşviq edilməsi, suverenlik, hüquq bərabərliyi və tərəflərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardımın asanlaşdırılması məsələsinə yönəlmişdir. 23 maddədən ibarət olan müqavilədə ümumi müddəalar, konkret istiqamətlər müəyyən edilmişdir. Beynəlxalq müqavilələrin tələblərinə cavab verən bir müqavilədir. Millət  vəkillərindən xahiş edərdim ki, bu məsələyə münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Gülər Əhmədova.
G.Əhmədova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qa-nunun 3 maddəsində dəyişikliklər nəzərdə tutulur. Bunlar 2, 6 və 17-ci maddələrdir.  2-ci maddədə nəzərdə tutulan dəyişiklik ondan ibarətdir ki, “müvafiq icra hakimiyyəti orqanları” deyərkən, eyni zamanda, nazirliklər nəzərdə tutulacaq.
6-cı maddədə “dövlətə məxsus müəssisələrin” rəhbərlərinə, 17-ci maddədə isə “dövlətə məxsus müəssisələr”ə səlahiyyət və öhdəliklər verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.
Burada digər məqam da ondan ibarətdir ki, əvvəlki variantda beynəlxalq müqavilələr yalnız Azərbaycan Respublikasının (dövlətlərarası müqavilələr) və hökumətin adından (hökumətlərarası müqavilələr) bağlanırdı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif eləmirsən ki, qanunu qəbul eləsinlər?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli Hüseynli.  
Ə.Hüseynli.  Çox sağ olun. Cənab Sədr, mən, sadəcə, hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirdim ki, hörmətli Gülər xanımın təqdim etdiyi “Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanunun mahiyyəti gündəliyin növbəti 9, 10 və 11-ci məsələləri ilə birbaşa bağlıdır. Yəni bu layihədən irəli gələrək Azərbaycan Respublikasının Prokurorluğuna, Mərkəzi Banka və Nəqliyyat Nazirliyinə səlahiyyət verildiyi halda müqavilə bağlamaq səlahiyyəti verilir. Sadəcə, qeyd etmək istəyirdim ki, faktiki olaraq 11-ci məsələyə qədər bütün layihələrin mahiyyəti eynidir. Məncə, o məsələləri də səsə qoymaq mümkündür. Sağ olun.
Sədrlik edən. Bu məsələləri oxumusunuz. Əgər lazımdırsa, bir-bir təqdim etsinlər?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Eyni məsələlərdir. Xahiş edirəm, əvvəlcə 8-ci məsələyə – “Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Nəqliyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Tahir Rzayev, buyurun.
T.Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin  üzvü.
Çox sağ olun, hörmətli Sədr. Bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi həm də həmin ərazilərdə fəaliyyət göstərən bələdiyyələrin adlarında da dəyişiklik edilməsini zərurətə çevirmişdir. Təqdim olunan qanun layihəsi də bu zərurətdən irəli gəlir. “Bələdiyyələrin əraziləri və torpaqlar haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilir. “Şabran rayonu” bölməsinin 20.14-cü sırasından  “Təzəkənd” sözü “Dəvəçi” sözü ilə əvəz edilir. Elə bilirəm ki, deputat həmkarlarım bu dəyişikliyə etiraz etməzlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, mənim çıxışım təqdim edilən qanun layihəsinin bir neçə predmeti ilə bağlıdır. Lakin bələdiyyələrlə bağlıdır. Çoxsaylı müraciətlərdən sonra, nəhayət, mən düşünürdüm ki, bələdiyyələrlə bağlı hər hansı məsələ müzakirəyə çıxarılanda bunu hörmətli millət vəkillərinin diqqətinə çatdırım.
Söhbət nədən gedir. Bəlli olduğu kimi, Milli Məclisin qanunlarda etmiş olduğu dəyişikliklərə müvafiq olaraq bələdiyyə torpaqlarının satışı bələdiyyələrdən alınaraq bir neçə qurumun səlahiyyətlərinə verildi. Beləliklə, praktiki olaraq bu gün bələdiyyə torpaqlarının satılması, eyni zamanda, ayrı-ayrı şəxslərə məxsus binaların özəlləşdirilməsi ilə bağlı ciddi problemlər əmələ gəlib. Bununla bağlı şəxsən mənə respublikanın ən müxtəlif yerlərindən şikayətlər daxil olmaqdadır.
Bilirsiniz ki, ölkə Prezidentinin konkret tapşırıqları əsasında ayrı-ayrı sahələr üzrə vahid pəncərə sistemi tətbiq olundu. Bu vahid pəncərə sisteminin tətbiq olunması özünün son dərəcə əhəmiyyətli və müsbət cəhətlərini göstərdi. Hətta bu məsələ çox nüfuzlu beynəlxalq maliyyə institutlarının hesabatlarında da yüksək qiymətə layiq görüldü və dəyərləndirildi. Mənə elə gəlir ki, biz bununla bağlı bir daha qanunvericiliyi nəzərdən keçirməli, hər hansı bir formada bu məsələyə baxmalıyıq. Vahid pəncərə sistemi tətbiq olunmalıdır və yaxud əvvəlki vəziyyətə qayıdılmalıdır ki, bələdiyyələrə məxsus torpaq sahələrinin satılmasında, ayrı-ayrı insanlara verilməsində bu cür vəziyyət əmələ gəlməsin. Məndə həm də belə bir məlumat var ki, hətta bəzi rayonlarda uzun müddətdir, bələdiyyə torpaqlarının satışı ilə bağlı proses həyata keçirilmir və demək olar ki, bu dayandırılıb. Bu, kifayət qədər ciddi məsələdir. Hörmətli cənab Sədr, Sizdən xahişim ondan ibarətdir ki, bu məsələni diqqət mərkəzində saxlayasınız və bunun araşdırılması üçün müvafiq tapşırıq verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm. Mən Fəzail müəllimin dediyi fikirlə bağlı bir əlavə eləmək istəyirəm. Sadəcə olaraq, Fəzail müəllimin dediyindən belə çıxdı ki, bizim qanunumuzda dəyişiklik olub, biz bu qanunda nəyisə dəyişmişik. Əslində, belə deyil. Bizim qəbul etdiyimiz qanun çox normal və sağlam bir sənəddir. Bu gün ölkədə gedən antikorrupsiya tədbirləri ilə çox səsləşən bir məsələdir. Eyni zamanda da, bir çox dövlət orqanlarında bir pəncərəli sistemə keçmək üçün ən rahat yollardan biridir.
Amma işi mürəkkəbləşdirən məsələ ondan ibarətdir ki, qanunu qəbul eləyəndən və qanunun icrasına başladıqdan sonra yerli orqanlara yeni bir məktub göndəririk. Nəticədə 80, 90 yaşlı insanlar illərlə yaşadıqları torpaqları özəlləşdirmək istərkən məcburdurlar ki, 5–6 nəfər digər insanla bərabər ümumi qaydada hərracda iştirak eləsinlər.  Ən xoşagəlməz məqam bundan ibarətdir ki, nəyə görə qanun qəbul olunandan, bu məsələ ilə bağlı artıq konkret qərar olandan sonra bir də yenidən belə məktublar hazırlanır və yerlərə göndərilir? Əslində, bu gün cənab Prezidentin apardığı siyasət, ulu öndərin torpaq islahatları ilə bağlı bu günə kimi gələn çox doğru və düzgün siyasəti kimlərsə tərəfindən bəlkə şüurlu, bəlkə də şüursuz surətdə əməlli-başlı doğru-dürüst olmayan  ünvanlara istiqamətləndirilir.
Baxın, rayonlarda, Bakının kəndlərində kifayət qədər insan var ki, 60–70 ildir, hər hansı bir torpaqda yaşayır. İndi onlar məcburdurlar ki, başqa rayondan gələn adamlarla bərabər hərraca getsinlər. Hələ bu da var ki, o hərracda torpağı ala biləcəklər, yoxsa bilməyəcəklər. Mənə elə gəlir ki, bundan artıq ədalətsizlik, insanların hissləri ilə oynamaq mümkün deyil.
Ona görə çox xahiş edərdim ki, Oqtay müəllim, bu məsələyə Sizin səviyyənizdə bir də baxılsın və müzakirə olunsun. Doğrudan da, bu məsələ bu gün ölkədə aparılan antikorrupsiya və bayaq qeyd etdiyim digər məsələlərlə daban-dabana zidd olan bir haldır. Mənə elə gəlir ki, burada oturan bütün millət vəkillərinin bundan xəbəri var. Mən şəhərdən seçilmiş olan deputat kimi bu məktubları Bakı kəndlərindən alıramsa, əminəm ki, rayonlardan seçilmiş bütün deputatlarda da bu məktublar var. Bu, doğrudan da,  çox böyük ədalətsizlikdir. Sağ olun.
Sədrlik edən. Oldu, araşdırılar. Dediyinizdə həqiqət var. Mənim yadımdadır, bəlkə bir az düz demirəm, amma hətta Sovetlər vaxtında bir ünvanda 5 ildən artıq yaşayan adamı istər-istəməz ora qeydiyyata salırdılar. Necə ola bilər ki, 60 il yaşayan insanın torpağını təzədən hərraca çıxarsınlar? Mən birinci dəfədir eşidirəm, baxarıq. 
İndi xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, növbəti, 13-cü məsələ və digər məsələlər, 19-cu məsələ də daxil olmaqla, “Məişət zorakılığına qarşı mübarizə haqqında” Qanuna edilən dəyişikliklərlə bağlıdır. Edilən dəyişikliklərin hamısına birlikdə səs vermək olmaz. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir qanuna uyğun olaraq edilən dəyişikliklər haqqında qanun layihələridir. 13-cü məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Əli müəllim, əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Bu dəyişiklik də eyni qanunla bağlıdır. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
15-ci məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Yenə eyni məsələdir, buyurun, səs verin.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
16-cı məsələ “İnformasiya əldə etmək haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Səs verin.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
17-ci məsələ “İcra haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
18-ci məsələ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, bu qəbildən olan 19-cu məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi  haqqında qanun layihəsi barədədir.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Keçirik 20-ci məsələyə. 20-ci məsələ Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si və sair şirkətlər arasında Sazişə Birinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi haqqındadır. Söz verilir Valeh Ələsgərova. Valeh müəllim, buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclisin deputatları, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1/242 saylı 2011-ci il 22 iyun tarixli məktubu ilə Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatının pay bölgüsü haqqında Dövlət Neft Şirkəti ilə sənəddə adları sadalanan xarici şirkətlər arasında Sazişə Birinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.
Təqdim edilmiş Birinci Qoşma və müvafiq qanun layihəsi bizim komitədə müzakirə edilmiş və müvafiq qaydada sizin müzakirənizə çıxarılmışdır. Bildiyimiz kimi, Azəri, Çıraq, Günəşli yataqları haqqında sazişdə Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin 10 faizlik iştirak payı vardır. Sazişin şərtlərinə görə yataqların ehtiyatlarının dəyərləndirilməsi, ilkin neft hasilatını təmin etmək, müvafiq infrastrukturun, o cümlədən ixrac infrastrukturunun yaradılması, tam miqyaslı işlənməni təmin etmək müvafiq infrastrukturun yaradılması dövründə, yəni 1995–2004-cü illəri əhatə edən dövrdə Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin 10 faizlik iştirak payı xarici podratçılar tərəfindən maliyyələşdirilirdi.
Hansı maliyyə vəsaitlərindən söhbət getdiyi barədə təsəvvürünüz olsun deyə 2 rəqəm gətirim. Ortaq Neft Şirkətinin 10 faizlik iştirak payına bu müddət ərzində düşən əməliyyat xərcləri 102,2 milyon ABŞ dolları, əsaslı xərclər 787,4 milyon ABŞ dolları idi. Təbii ki, o zamanlar nə Ortaq Neft Şirkəti, nə də Dövlət Neft Şirkəti nə öz hesabına, nə də banklardan, başqa maliyyə-kredit qurumlarından bu qədər vəsaiti cəlb edə bilərdi. Ancaq bundan sonrakı dövrdə, artıq yataqların ehtiyatları beynəlxalq standartlara uyğun təsdiq ediləndən sonra layihənin səmərəli işlənməsi üçün lazım olan hasilat, nəqliyyat, ixrac infrastrukturu yaradılandan və səmərəli işlənməsi təmin olunandan, yəni hər bir geoloji, ticari və sair risklər minimal səviyyəyə çatdırılandan sonra Dövlət Neft Şirkəti  Ortaq Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsini vəsaitləri əlverişli şərtlərlə beynəlxalq maliyyə bazarlarından cəlb etməklə təmin edə bildi. Bu, bildiyiniz kimi, 2005-ci ildə baş verdi.
Hazırda da uğurla həyata keçirilən Azəri, Çıraq, Günəşli layihəsinin vəziyyəti, Dövlət Neft Şirkətinin və onun  Ortaq Neft Şirkətinin maliyyə, həm də dövlətimizin mövcud və proqnozlaşdırılan siyasi, iqtisadi, maliyyə durumu elə vəziyyətdədir ki, biz artıq Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin iştirak payının artırılmasını da təmin edə bilərik. Hər hansı podratçı tərəf Azəri, Çıraq, Günəşli layihəsində öz iştirak payının hamısını və ya bir hissəsini müəyyən şərtlərlə ötürmək istəsə, Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti artıq bu cür əməliyyatlarda maliyyə cəhətdən başqa podratçı tərəflərlə bərabər iştirak edə bilər. Belə imkanlardan istifadə, bu proseslərdə Dövlət Neft Şirkətinin və Ortaq Neft Şirkətinin bərabərhüquqlu tərəfdaş kimi iştirakını təmin etmək üçün müvafiq hüquqi qanunvericilik bazasının yaradılması vacibdir.
Bu gün müzakirənizə təqdim edilən Birinci Qoşmanın məqsədi də elə bundan ibarətdir, Dövlət Neft Şirkəti və Ortaq Neft Şirkəti tərəfindən digər podratçı tərəflərə məxsus iştirak paylarının alınmasını təmin edən şəraitin yaradılmasıdır. Artıq Dövlət Neft Şirkəti və bəzi podratçı tərəflər arasında bu istiqamətdə gedən danışıqlar uğurla başa çatmaq üzrədir. Bu qoşma qüvvəyə minəndən sonra Ortaq Neft Şirkətinin Azəri, Çıraq, Günəşli layihəsində iştirak payının 10 faizdən 11,6461 faizə qədər artması mümkün olacaqdır. Əminəm ki, bu proseslər gələcəkdə həm Azəri, Çıraq, Günəşli layihəsində, həm də başqa yüksək səmərəli layihələrdə davam etdiriləcəkdir. Bunun da bünövrəsi Birinci Qoşmanın və müvafiq qanunun qəbul edilməsi ilə qoyulacaqdır.
Vaxtınızı Birinci Qoşmanın incəliklərinə sərf etmək istəmirəm və bu yəqin düzgün olmazdı. Əsas odur ki, Dövlət Neft Şirkəti və onun Ortaq Neft Şirkəti başqa podratçı tərəflərlə bərabərhüquqlu tərəfdaş olaraq onların hər hansı bir iştirak payının hamısını və ya bir hissəsini almaq hüququnu qazanır və bundan səmərəli istifadə edə biləcək. Bu layihə və lazım olsa, başqa daha səmərəli layihələrlə də belə prosesi təmin etmək mümkün olacaqdır. Bu səbəbdən də əminəm ki, qanun layihəsi deputatlarımız tərəfindən yekdilliklə dəstəklənəcəkdir və səs verib qanun layihəsini qəbul edəcəyik. Bu imkanlardan istifadə etmək üçün Dövlət Neft Şirkətinə və Ortaq Neft Şirkətinə şərait yaradacağıq. Təşəkkür edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş olunur, səs verək.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ  olun, qəbul edildi.
Nəhayət, sonuncu məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Cinayət Məcəlləsində təklif edilən dəyişikliklər çox böyük olmasa da, əhəmiyyət baxımından cəlbedicidir. Belə bir layihənin meydana çıxmasının əsas səbəbi Azərbaycanın da qoşulduğu Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyasının müddəalarının milli qanunvericilikdə tətbiqidir. İkinci, Avropa Şurasının QREKO təşkilatı ilə əməkdaşlıq və QREKO-nun üçüncü raund dəyərləndirmələrindən sonra Azərbaycana verdiyi tövsiyələrin icrası ilə bağlıdır. Burada, bizim qanunvericilikdə indiyə qədər olmayan yeni bir yanaşma tətbiq edilir.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, müasir dövrdə, xüsusən də son 20 il ərzində bir sıra ölkələr digər ölkənin ərazisində məhz korrupsiya hesab olunmayan, ancaq onun öz milli qanunvericiliyində korrupsiya cinayəti hesab olunan cinayətin digər ölkədə törədilməsinə görə də öz ölkəsində məsuliyyətə cəlb edir. Ərazi və vətəndaşlıq yurisdiksiyası prinsipləri korrupsiya ilə əlaqədar bütün cinayətlərə tətbiq edilir. Hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndi mənasına görə ancaq ikili kriminallıq şərti ilə tətbiq olunur. Azərbaycan Respublikasının vətəndaşı o zaman korrupsiya cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər ki, bu həm də xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılsın.
Bir daha vurğulayıram ki, bizim qanunvericiliyin bu müddəası adını çəkdiyim Avropa konvensiyasının 17-ci maddəsinin 1-ci bəndinin tətbiq imkanlarını məhdudlaşdırır. Nəticə olaraq QREKO  təşkilatı tövsiyə edir ki, xaricdə törədilmiş rüşvətlə ələalma və nüfuz alveri cinayətləri üçün ikili kriminallaşdırma məsələsi qanunvericiliklə ləğv edilsin. Dəyişikliklər də məhz bu baxımdan, yəni adı çəkilən tövsiyənin olduğu kimi yerinə yetirilməsi üçün təklif edilir. Mən Konvensiyanın 17-ci maddəsinin “b” bəndini oxuya bilirəm. “Hüquqpozmanı törədən onun vətəndaşlarından, onun vəzifəli şəxslərindən və ya onun milli seçkili orqanlarının üzvlərindən biridirsə” artıq bizim ölkənin qanunvericiliyi ilə məsuliyyətə səbəb olacaqdır. Bu müddəanı yerinə yetirməkdən ötrü iki əlavə maddə – 12.1-1 və 12.2-1-ci maddələr təklif olunur.
Mən bu maddələri bir daha oxumaq istəmirəm. Amma mahiyyəti bundan ibarətdir ki, əgər şəxs korrupsiya cinayətinə görə xarici dövlətdə məhkum olunmamışsa, bizim Cinayət Məcəlləmiz əsasında cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Əlbəttə, onu deyə bilərəm ki, hələlik bütün Avropa ölkələrində bu müddəalar yoxdur. Amma Azərbaycanın korrupsiyaya qarşı mübarizə ilə bağlı siyasi iradəsi məlumdur və biz bu sahədə həm götürdüyümüz öhdəliyə sadiqiq, həm də Avropanın, xüsusən də Skandinaviya ölkələrinin ən mütərəqqi təcrübəsini tətbiq edirik. Onlar artıq qanunvericiliklərində bunu ehtiva ediblər. Bu dediklərim birinci elementlə bağlıdır.
Layihənin ikinci hissəsi isə 308-ci maddənin Qeyd hissəsi ilə bağlıdır. Bildiyiniz kimi, “Vəzifə səlahiyyətlərindən sui-istifadə” adlanan 308-ci maddənin Qeyd hissəsində konkret göstərilir ki, bu fəslin maddələrində “vəzifəli şəxslər” dedikdə kimlər başa düşülür. Bizim milli qanunvericilikdə həmin şəxslər sadalanıb, var. Amma Korrupsiya ilə  əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyanın və QREKO-nun tövsiyələrinin icrası məqsədi ilə bu siyahını genişləndiririk. Birinci, qeyd etmək istəyirəm ki, Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Avropa Konvensiyasının 7-ci maddəsində özəl sektorda rüşvətlə aktiv ələalma, 8-ci maddəsində isə özəl sektorda rüşvətlə passiv ələalma müddəaları əksini tapıb. Yəni biz konvensiyaya qoşulmuşuqsa, bizim milli qanunvericilikdə həmin müddəalar öz əksini tapmalıdır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, biz hələ 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun layihəsi üzərində işləyərkən, əslində, belə bir ideya var idi və parlamentdən olan işçi komissiyanın üzvləri də bunu yaxşı bilirlər. Amma ilkin mərhələdə hər hansı bir halda sahibkarlıq fəaliyyətinə müdaxilədən ehtiyat edərək qanunda özəl sektoru subyekt kimi qeyd etməmişdik. Amma bilirsiniz ki, buna baxmayaraq, 2006-cı ildə Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən “vəzifəli şəxs” anlayışına kommersiya təşkilatlarının da təşkilati, sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirən şəxsləri aid edilmişlər. Yəni bu gün, əslində, bizim cinayət qanunvericiliyində artıq kommersiya təşkilatlarının hüquqi şəxsləri subyekt kimi qeyd olunmuşlar.
QREKO təşkilatının tövsiyələri daha konkretdir və özəl sektorda rüşvətlə ələalma üçün Cinayət Məcəlləsinə xüsusi normaların daxil edilməsi məsələsinə Azərbaycan tərəfindən baxılması tövsiyə olunur. Konvensiyanın 7 və 8-ci maddələrində nəzərdə tutulmuş qaydada, özəl sektorda rüşvətlə ələalma ilə bağlı qanunvericiliyin özəl sektor qurumunu idarə edən və onun üçün işləyən bütün şəxsləri əhatə etməsi təmin olunmalıdır. Məhz bu tövsiyəni həyata keçirmək məqsədi ilə 308-ci maddənin Qeyd hissəsi genişləndirilir. Mən yenə bunun hamısını oxumaq istəmirəm, amma  qeyd etmək istəyirəm ki, buraya hakimiyyət nümayəndələri, dövlət və yerli özünüidarə orqanlarında çalışan, eyni zamanda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər daxildirlər. Yəqin başa düşürsünüz ki, namizədliyi qeydə alınmış millət vəkilindən də söhbət gedir. Qeyd hissəsi bu qədər genişləndirilir.
Bir daha vurğulayıram, hesab edirəm ki, bu, bizim konvensiyaya və götürdüyümüz öhdəliklərə sadiq olduğumuzu nümayiş etdirir. Eyni zamanda, tam məsuliyyəti ilə demək istəyirəm ki, 308-ci maddə ilə bağlı əlavələr heç bir halda sahibkarlıq, kommersiya fəaliyyətinə müdaxilə kimi başa düşülməməlidir. Hazırda korrupsiyaya qarşı mübarizə ilə bağlı ixtisaslaşmış orqanın – Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti onu deməyə əsas verir ki, bu cür hallarla biz rastlaşmırıq.
Bir məsələni də qeyd etmək istəyirəm ki, stenoqramda öz əksini tapsın. Biz bu məsələni qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etmişik. Layihədə əksini tapmış Cinayət Məcəlləsinin 308-ci maddəsinin Qeyd hissəsini müzakirə etmişik. 308-ci maddənin Qeyd hissəsinin 1-ci bəndində “hərbi qulluqçular” sözləri yoxdur. Amma biz hesab edirik ki, hakimiyyət nümayəndəsi, dövlət orqanlarını təmsil edən şəxslər dedikdə burada artıq ayrı-ayrı sahələri sadalamağa ehtiyac qalmayır. Onda gərək biz bütün hüquq mühafizə orqanlarının, digər strukturların adlarını çəkək. Ona görə də təklif etmişik ki, “hərbi qulluqçular” sözləri buradan çıxarılsın. Bu sözlər qalarsa, artıq sıravi əsgərlər də nəzərdə tutulmuş olar. Amma, əlbəttə, biz başa düşürük ki, söhbət ancaq vəzifəli şəxslərdən gedir. Ona görə xahiş edirəm ki, millət vəkilləri bizim bu qeydimizi nəzərə alsınlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm. Oqtay müəllim, düzdür, Əli müəllim dedi ki, bu, antikorrupsiya ilə mübarizənin genişləndirilməsi deməkdir və heç bir halda  bunun kimə isə qarşı yönəldiyini başa düşmək lazım deyil. Mənə elə gəlir ki, bir az başqa cür demək lazım idi. Bu, antikorrupsiya ilə mübarizənin genişləndirilməsi deyil. Biz özümüzü aparıb elə bir tələyə salırıq ki, sonra həmin tələdən çıxmaq üçün yenidən yollar axtaracağıq. Bu, məsələnin birinci tərəfi. Mənə belə gəlir ki, heç bir halda Roma papasından artıq katolik olmağa çalışmaq lazım deyil. Təqdim olunan qanun layihəsinin mahiyyəti ondan ibarətdir ki, əgər hər hansı bir Azərbaycan şirkəti, azərbaycanlı biznesmen, məsələn, 10–20 minlik bir hədiyyənin bağışlanmasına icazə verilən ölkədə belə bir hədiyyə veribsə və həmin məbləğ Azərbaycanda rüşvət hesab olunursa, bu adam Azərbaycana qayıtdıqda məsuliyyətə cəlb edilməlidir. Çox absurd bir məsələdir.
İkinci məqam da bundan ibarətdir ki, hüququn prinsiplərində zaman və məkan anlayışları var. Əgər hər hansı əməl bir ölkədə qanunla cinayət sayılmırsa və həmin ölkədə baş verirsə, bu əmələ görə digər bir ölkədə həmin adamı cinayətə cəlb etmək nə dərəcədə doğrudur? Digər tərəfdən deyirsiniz ki, bir çox ölkələr tərəfindən qəbul olunmayıb, ancaq Skandinaviya ölkələri qəbul ediblər. Skandinaviya ölkələri bu gün qadınları parlamentə 40 faizlik kvota ilə buraxırlar. Elə bunu qəbul edək də. İş görən adamın əlini, ayağını bağlamaq, iş görən adamı artıq potensial olaraq “Azərbaycanda səni həbs, zindan gözləyir” dəhşəti altında yaşatmağa nə ehtiyac var ki, biz bunu qəbul edirik?
QREKO təşkilatının verdiyi tövsiyələrə biz baxaq. Amerika Birləşmiş Ştatları və yaxud hər hansı Avropa dövləti buna qoşulub ki, biz hamıdan qabaq buna qoşuluruq və bununla da antikorrupsiya tədbirlərini genişləndiririk? Ümumiyyətlə, bu məsələ haqqında bir az düşünmək lazımdır və buna səs vermək lazım deyil. Bunun Azərbaycanda olan korrupsiyaya hansı xeyri var? Adam gedir, xaricdə iş görür və həmin ölkədə, məsələn, kimə isə maşın hədiyyə etməyə icazə verirlər. Ona Azərbaycanda deyirik ki, sən səhv etmisən, biz səni prokurorluğa verəcəyik. Ümumiyyətlə, çox qeyri-sağlam bir mühitin yaranmasına səbəb olacaq. Bu cür tələlərə düşmək lazım deyil.
Beynəlxalq təşkilatlar indiyə qədər kifayət qədər tələlər qurublar və biz bu tələlərə düşmüşük. Bu tələlərin mən konkret adlarını sadalaya bilərəm. Yadınıza gəlirsə, konkret olaraq ailənin planlaşdırılması ilə bağlı məsələlər var idi. Həmin məsələlər nəyə gətirib çıxardı? Cinsi azlıqların evlənməsi, alternativ hərbi xidmət. Nəyə görə biz belə addımlar atırıq ki, sonra da altını çəkək? Mənə elə gəlir ki, bu kifayət qədər ikibaşlı məsələdir və buna getməyə dəyməz. QREKO olmasın, kim olur-olsun. Biz özümüzü elə bir tələyə salırıq, sonra da fikirləşəcəyik ki, buna düşək, yoxsa düşməyək? Özümüzü tələyə salmamalıyıq. Mənim fikrim bundan ibarətdir. Avropanın irəlidə gedən, heç olmasa, 10 ölkəsi buna qoşulsun və biz də görək ki, doğrudan da, buna qoşulmağa dəyərmiş. Təşəkkür edirəm.
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Cənab Sədr, mənim fikrim bu qanun layihəsi ilə bağlı olmadığına görə, xahiş edirəm, hörmətli deputatlar qanun layihəsinə  münasibət bildirəndən sonra mənə 5–10 saniyəlik söz verəsiniz.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram. Söhbət burada nədən gedir? Sadəcə olaraq, bizim bu konvensiyaya qoşulmağımız Azərbaycanın, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizəsinin bir göstəricisidir. Bəlli məsələdir ki, normaldır. Özü də korrupsiya ilə bağlı bir məsələdir. Normal dövlətlərin hər birində korrupsiya ilə məşğul olanlar cinayət məsuliyyətinə cəlb edilirlər. İstər Amerika Birləşmiş Ştatlarının, istərsə də Avropa dövlətlərinin cinayət məcəllələrində belə bir maddə var. Cinayət Məcəlləsində korrupsiya ilə bağlı maddə yoxdursa, həmin dövlət kriminal, qeyri-qanuni, başqa dövlətlər tərəfindən tanınmayan dövlətdir, orada çirkli pullar yuyulur və sair və ilaxır.
Söhbət bundan gedir ki, Azərbaycan vətəndaşı Afrikanın korrupsiyaya qadağa qoyulmayan hər hansı bir dövlətində korrupsiya ilə məşğul olursa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq onu məsuliyyətə cəlb etmək olar. Belə hal da ola bilər, Azərbaycanın 2 yaxşı şirkəti bir tenderdə iştirak edir, biri qeyri-qanuni yolla əlaqə yaradır, rüşvət verir, tenderi qazanır. Digər şirkət sənədləri düz olsa da, kənarda qalır, düşür çöllərə ki, axı mən daha ədalətli mövqedəyəm, daha ədalətli təsniflər verdim. Bunun nəticəsi olaraq da belə addımlar atılmalıdır.
Hərtərəfli düşünülmüş və götür-qoy edilmiş şəkildə ortaya qoyulubdur. Ola bilər, Avropanın hansısa dövləti bunu qəbul etməsin. Azərbaycan istər hələ ümummilli liderimizin dövründə, istərsə də sonrakı dövrlərdə sübut etdi ki, korrupsiyaya qarşı mübarizə aparır. Azərbaycanda Prezidentimizin rəhbərliyi altında bu mübarizə ciddi şəkildə gedir. Hələ heç bir postsovet ölkəsində yaradılmamışdı, Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə komissiya vardı. Orada bütün strukturlardan, o cümlədən də Milli Məclisdən nümayəndələr iştirak edirlər. Korrupsiyaya qarşı mübarizə üzrə belə bir komissiya fəaliyyət göstərir. Prokurorluq orqanlarında da belə bir qurumun yaradılması və fəaliyyətinin genişləndirilməsi, hətta onlara axtarış və digər tədbir funksiyalarının verilməsi göstərir ki, korrupsiyaya qarşı bizim mübarizəmiz qətidir, ciddidir və axıra qədər də bu davam etdiriləcəkdir. Bu qanunun da qəbul olunması, məhz həmin məsələyə bir daha dəstək verilməsi bütün dünya ölkələrinə bir daha sübut edir ki, Azərbaycan vədinə, əməlinə sadiqdir. Biz kimə isə nə isə göstərmək istəmirik. Biz deyirik ki, bu bizim yolumuzdur. Bu yolu tutmuşuq və bu yolla da davam edəcəyik. Ona görə də həmkarlarımdan bu dəyişikliklərə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xanhüseyn müəllim, buyurun.
X.Kazımlı. Hələ sovet dönəmində ulu öndərimiz Heydər Əliyev cəsarətlə rüşvətxorluğa qarşı mübarizə aparılması məsələsini irəli sürmüşdü. Sovet dönəmində böyük bir respublikanın rəhbəri tərəfindən belə bir ifadəni işlətmək olduqca çətin məsələ idi. Ona görə də bu qanun layihəsinin qəbulu barədə geniş fikir söyləməyə ehtiyac yoxdur. Mən bu qanun layihəsinə səs verəcəyəm.
Cənab Sədr, mən bilirəm ki, biz artıq növbədənkənar sessiyada nəzərdə tutulmuş qanun layihələrini müzakirə etdik. Çox sağ olun, Sizin rəhbərliyinizlə, Aparatın iştirakı ilə bu işlər yerinə yetirildi.
Qarabağın azadlığı uğrunda döyüşən, həlak olan Azərbaycan oğulları çoxdur. Onların əməkləri, fədakarlıqları ölkəmiz, ölkə rəhbərliyi tərəfindən daim qiymətləndirilmiş, çoxlarına Milli Qəhrəman adı verilmişdir. Onlardan 22 nəfərinin şəhid olması və Milli Qəhrəman adına layiq görülməsi iyun ayına təsadüf edir. Müxtəlif dövrlərdə, 1992-ci ildən üzü bəri, müxtəlif illərdə Milli Qəhrəman adı verilmiş 22 döyüşçümüzün şəhid olması iyun ayına təsadüf edir. Mən təklif edərdim ki, onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Sədrlik edən. Xanhüseyn müəllim, bunu gərək əvvəldən deyəydiniz. Milli Məclis işini bitirir, indi deyirsiniz. Bir dəqiqəlik sükutla yad edək.

(Hamı ayağa qalxır.)

Sədrlik edən.  Allah rəhmət eləsin. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 3
Səs vermədi 0
İştirak edir  89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bu gün 2011-ci ilin növbədənkənar sessiyası sona çatdı. Bu dövr ərzində – həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada biz çox səmərəli işlədik. Mən buna görə sizin hamınıza minnətdarlığımı bildirirəm. İcazə verin, növbədənkənar sessiyanı bağlı elan edim. Sizin hamınıza yaxşı istirahət arzulayıram. Sağ olun.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi