2011-ci il 23 dekabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ

AZƏRBAYCAN RESPUBLİKASI

MİLLİ MƏCLİSİNİN

IV SESSİYASI İCLASININ

 

PROTOKOLU № 30

 

Milli Məclisin iclas salonu.

23 dekabr 2011-ci il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov sədrlik etmişdir.

 

İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

 

Qeydiyyat  (saat 12.03 dəq.)

İştirak edir  110

Yetərsay  83

 

İclasa dəvət olunmuşlar:

 

Rövşən Həsənov, Əziz Əliyev adına Həkimləri Təkmil­ləş­dirmə İnstitutunun Sinir xəstəlikləri kafedrasının pro­fessoru.

 

Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şə­hər­­salma və Arxitektura Komitəsinin sədri.

Dövlətxan Dövlətxanov, Azərbaycan Respublikası Döv­lət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini.

Elxan Əsədov, Azərbaycan Respublikası Fövqəladə Hal­lar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agent­liyi rəisinin müavini.

Zemfira Rzayeva, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri.

Xalid Nəcəfov, Azərbaycan Respublikası Fövqəladə Hal­lar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agent­li­yinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi.

Eldar Əliyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazi­rliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agen­t­liyinin şöbə müdirinin müavini.

Akif Məmmədov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Dövlət əhəmiyyətli obyektlər üzrə dövlət tikinti müfəttişliyinin baş məsləhətçi–baş müfəttişi.

Hikmət Məmmədov, Azərbaycan Respublikası Mem­ar­lıq və İnşaat Universitetinin dosenti.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qa­yğısı haqqında Azərbaycan Respublikası qanununun la­yihəsi barədə.

2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Mə­cəlləsinin layihəsi haqqında.

3. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Res­publikası qanununun layihəsi barədə (ikinci oxunuş).

 


Aşağıdakı məsələlər müzakirə edilmişdir:

 

Gündəlik haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Siyavuş Novruzov, Mü­bariz Qurbanlı, İqbal Ağazadə, Məlahət İbrahimqızı, Əli Əh­mədov, Bahar Muradova, Tahir Rzayev, Vahid Əhmədov, Ziyafət Əsgərov

 

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.12 dəq.)

Lehinə  106

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  107

Nəticə: Qəbul edildi

 

1. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Ziyafət Əs­gə­rov, İlyas İsmayılov, Fazil Mustafa, Fəzail Ağamalı, Qüd­rət Həsənquliyev, Elmira Axundova, Qənirə Paşayeva, Sahib Al­ıyev, Musa Quliyev, Bahar Muradova

 

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.29 dəq.)

Lehinə  97

Əleyhinə  2

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  99

Nəticə: Qəbul edildi

 

2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında.

 

Çıxış etmişlər: Bahar Muradova, Əli Hüseynli, Çingiz Əsədullayev, Sabir Rüstəmxanlı, Elton Məmmədov, Fəzail Ağamalı, Fazil Mustafa, Ziyafət Əsgərov, Vahid Əhmədov, Əli Məsimli, Elmira Axundova, Tahir Rzayev, Jalə Əliyeva, Valeh Ələsgərov, Zahid Oruc, Eldar Quliyev, Ağalar Vəliyev, Gülər Əhmədova, Qüdrət Həsənquliyev

 

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri  (saat 16.59 dəq.)

Lehinə  107

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  107

Nəticə: Qəbul edildi

 

3. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Məsimli, Sevinc Hü­seynova, Sahib Alıyev, Gülər Əhmədova, Qənirə Paşa­yeva, Sabir Rüstəmxanlı, Hikmət Atayev, İlyas İsmayılov, Qüdrət Həsənquliyev, Zahid Oruc

 

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edil­sin

Səsvermənin nəticələri  (saat 17.07 dəq.)

Lehinə  102

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  103

Nəticə: Qəbul edildi

 

Təklif: Layihənin adı, preambulası, maddələr 1-23 qəbul edilsin

Səsvermənin nəticələri  (saat 17.55 dəq.)

Lehinə  105

Əleyhinə  2

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  107

Nəticə: Qəbul edildi

 

Təklif: Maddələr 24-54 qəbul edilsin

Səsvermənin nəticələri  (saat 17.55 dəq.)

Lehinə  104

Əleyhinə  1

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  105

Nəticə: Qəbul edildi

 

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri  (saat 17.56 dəq.)

Lehinə  104

Əleyhinə  1

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  105

Nəticə: Qəbul edildi

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 17.56 dəq.)

Lehinə  106

Əleyhinə  1

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  107

Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri          

O.ƏSƏDOV

 

 

 

MİLLİ MƏCLİSİN İCLASI

 

23 dekabr 2011-ci il. Saat 12.

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O. Əsədov sədrlik edir

 

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xa­hiş edirəm, qeydiyyatdan keçəsiniz.

 

Qeydiyyat  (saat 12.03 dəq.)

İştirak edir  110

Yetərsay  83

 

Yetərsay var, iclasa başlaya bilərik.

Hörmətli millət vəkilləri, bildiyiniz kimi, sabah Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin do­ğum günü, 50 illik yubileyidir. Möhtərəm Prezidentimiz Azər­bay­canın bugünkü inkişafını təmin etmək və xoşbəxt gə­ləcə­yini qurmaq yolunda göstərdiyi xidmətlərə görə xal­qımızın dərin hörmət və məhəbbətini qazanmışdır. Biz Pre­zi­denti­mi­zə xüsusən ona görə minnətdarıq ki, ulu öndər Hey­dər Əli­ye­vin uzaqgörən siyasətini yeni çağırışlar şərai­tin­də yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirir. Cə­nab İlham Əli­yevin həyata keçirdiyi sos