2012-ci il 21 dekabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ

PROTOKOLU № 54

Milli Məclisin iclas salonu.
21 dekabr 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 101
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyinə namizədlər:

İlham Cəfərov,
İslam Əliyev,
İlqar Mirzəyev,
Hüseyn Nəbiyev.


* * *

Rauf Hacıyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.


* * *


Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Akif Musayev, Azərbaycan Respublikası Vergilər Nazirliyinin idarə rəisi.
Mirqasım Vahabov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idarə rəisi.

* * *

Miryaqub Seyidov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi haki-minin təyin edilməsi haqqında.
3. Sumqayıt Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi haqqında.
4. Mədəniyyət haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə (üçüncü oxunuş).
5. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlət-lərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
8. Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola qoşulmaq haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
14. Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haq-qında.
16. Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsində də-yişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
21. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Gömrük orqanlarında xidmət haqqında Əsasna-mə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası-nın Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqın-da” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Qənirə Paşayeva, Siyavuş Novruzov, Zahid Oruc, İqbal Ağazadə, Əli Məsimli, Aydın Mirzəzadə

Təklif: Gündəliyin 20, 21, 22, 23 və 24-cü məsələləri istisna olmaqla gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakim-lərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ha-kiminin təyin edilməsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

3. Sumqayıt Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

4. Mədəniyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Nizami Cəfərov, Adil Əliyev, Siyavuş Novruzov, Asim Mollazadə, Oqtay Əsədov, Gövhər Baxşəliyeva, Fəzail İbrahimli, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

5. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan döv-lətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun la-yihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

6. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyad Səmədzadə, Oqtay Əsədov, Vahid Əhmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

8. Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

12. Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

13. Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

14. Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

15. “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

16. Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Arif Rəhimzadə, Musa Quliyev, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

17. Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Bəxtiyar Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.55 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

19. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.56 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

20. “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.57 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.00 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.04 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.05 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.07 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ MƏCLİSİN İCLASI

21 dekabr 2012-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 101
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Gündəliyi təsdiq etməmişdən qabaq nəzərinizə çatdırım ki, gündəlikdə zərf halında gələn 5 məsələni – 20, 21, 22, 23, 24-cü məsələləri İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin xahişi ilə gələn iclasa saxlayırıq.
Ziyad müəllim, mən buna görə Sizə iradımı bildirirəm. Gündəlik təsdiq olunmamışdan qabaq həmişə qanunların uyğunluğuna baxın ki, belə olmasın və biz zamanında Milli Məclisin gündəliyindəki məsələnin vaxtını dəyişdirək. Hesab edirəm ki, bu sizin komitənin böyük səhvidir.
Bu məsələlər istisna olmaqla, xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə  101
Əleyhinə   0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, iclasımızın gündəliyində 25 məsələ var. Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İki nəfər təkid eləyir. Buyurun, yazılın. İki nəfər dedik, 32 nəfər yazıldı. Buyurun, Qüdrət Həsən-quliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən Sizi, millət vəkillərini və parlamentdə iştirak eləyən jurnalistləri Dünya azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gə-lən Yeni il münasibəti ilə təbrik edirəm, uğurlar arzulayıram. Həm də qiyamət günündən sağ çıxdığımıza görə hamımızı təbrik edirəm.
Mənim bir təklifim var. Bir az təvazökarlıqdan uzaq gö-rünsə də, qeyd eləməliyik ki, son vaxtlar Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində Milli Məclisin rolu xeyli dərəcədə artıb, ağırlıq mərkəzi parlamentə keçib. Sözün doğrusu, həm parlamentin xətti ilə xarici qonaqların, yüksək rütbəli diplomatların Azərbaycana gəlişi, həm də Azərbaycan parlamentinin nümayəndələrinin xarici ölkələrə səfərləri xeyli dərəcədə artıb və səmərəliliyi yüksəlib.
Yanvar ayında Avropa Şurasının Parlament Assambleya-sında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq. De-putat həmkarımız Elxan Süleymanovun ciddi səyləri nəticəsində Monitorinq komitəsinin hesabatına həm də Dağlıq Qarabağla bağlı məsələ salınıb. 20 il ərzində bu problemin həll olunmaması və digər müsbət müddəalar burada əksini tapıb. Biz imkan verməməliyik ki, orada bizim əleyhimizə hər hansı bir qərar qəbul olunsun.
Bununla əlaqədar, mətbuatdan oxudum ki, bizim Əfv ko-missiyasının iclasları başlayıb. Deputat həmkarlarıma müraciət edirəm ki, cənab Prezidentdən xahiş eləsinlər, – mən də bu xahişə qoşuluram, – Nigar Yaqublu da daxil olmaqla siyasi məhbus adlandırılan bir çox şəxslər əfv olunsun. Yeni il ərəfəsində cənab Prezident alicənablıq və humanizm nümayiş etdirsin və biz öz bədxahlarımızın, düşmənlərimizin əlinə imkan verməyək ki, Azərbaycana qarşı bundan istifadə eləsinlər. Bu məsələyə parlament tərəfindən xüsusi diqqət yetirilməsini istəyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Amma Qüdrət müəllim, bu mə-sələni yalnız Elxan Süleymanova aid etmək bir az düzgün yanaşma deyil. Milli Məclisin Avropa Şurasındakı nüma-yəndə heyətinin əməyinin nəticəsidir ki, Dağlıq Qarabağ məsələsi bura salınıb. Ona görə xahiş edirəm, çıxışlarınızda bir az diqqətli olasınız. Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Oqtay müəllim, hörmətli millət və-killəri! Mən də Oqtay müəllimin fikri ilə razıyam ki, bu, həqiqətən də, Milli Məclisin xaricdə fəaliyyət göstərən nü-mayəndə heyətlərinin birgə səylərinin nəticəsidir. Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun və Avronest PA-nın sədri Elxan Süleymanovun monitorinq qrupunda bu müddəanı keçirməsi olduqca vacib bir məsələ idi. Orada bildirilir ki, danışıqlarda nəzərə çarpan heç bir nəticə əldə edilməyib və BMT-nin, AŞPA-nın, ATƏT-in hərbi işğalı pisləyən müvafiq qətnamələri indiyədək icra olunmayıbdır. Hər halda bu məsələdə onun tərəfdarıyam ki, çalışan insanların hamısının haqqını vermək bizim borcumuzdur. Ona görə də bu işdə rolu olan bütün insanlara təşəkkür eləməyimiz vacibdir.
Mən başqa məsələyə toxunmaq istəyirəm. Burada dəfələrlə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri qaldırılıb. Mən oradakı vəziyyətlə bağlı müzakirə açmağın tərəfdarı deyiləm, amma buraya qohumlarının, yaxınlarının yanına, ya da müalicəyə gəlmiş insanlar bir həftə, 10 gün gecikən kimi onlara 400 manata yaxın cərimə kəsirlər. Mənə elə gəlir ki, bu çox ədalətsiz bir yanaşmadır. Biz azərbaycanlıları hər halda başqa miqrantlardan fərqləndirməyi bacarmalıyıq. Bu məbləğ minimuma endirilməli, simvolik olmalıdır. Niyə 50 və yaxud 60 manat olmur, 400 manat olur? Kasıb azərbaycanlının müalicə üçün öz vətəninə gəlməsinin qarşısını almağa bizi nə vadar eləyir? Məncə, bu məsələyə olduqca korrekt yanaşmalıyıq və bunu köklü şəkildə həll eləməliyik. Onsuz da orada olan vəziyyət bizi narahat edir və istənilən vaxt müəyyən problemlər ortaya çıxa bilər. Bununla bağlı bizə də çoxlu şikayətlər daxil olur.
Bu viza rejiminə münasibət bildirmək istəyirəm. İndi sərhədyanı ərazilərdə bunu ortadan qaldırdıq. Ola bilsin ki, bizim məlumatımız olmayan səbəblər var. Onun indi izahı açıq şəkildə verilmədi, amma bunun ən böyük əziyyətini sərhədyanı bölgələrdə yaşayan insanlar çəkirlər. Xüsusilə də Azərbaycan səhiyyəsinin bərbad vəziyyətdə olduğunu hamımız bilirik. Bu, etiraf olunan faktdır. Millət vəkilləri, zəngin adamlar – hamı xaricdə müayinə və müalicə olunur. Yoxsul adamların da gücü ancaq ona çatır ki, bizə yaxın məsafədə olan İrana getsin, orada keyfiyyətli tibbi xidmət ala bilsin. Amma indi bu məsələ ilə bağlı yoxsul təbəqənin daha çox əziyyət çəkdiyini görürük. Ona görə də bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Türkiyə ilə viza məsələsinə də artıq uzadılan bir problem kimi baxmaq lazım deyil, onu siyasi qərar verərək aradan götürmək vacibdir.
Bir də, siyasi məhbuslarla bağlı məsələdə deputat həm-karımı dəstəkləyirəm və onların yeni ilə qədər azadlığa çıx-masını təklif edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Amma Fazil müəllim, mən Sizin “Azərbaycanda səhiyyə bərbad vəziyyətdədir” fikrinizlə qətiyyən razı deyiləm. Bu, düzgün söhbət deyil, çox böyük səhvdir. Bu günlərdə məlumat verdilər ki, Azərbaycanda ilk dəfə ürək-damar sistemində cərrahiyyə əməliyyatı aparılıb. Biz özümüz “səhiyyəmiz pisdir” deyə-deyə insanlarda belə fikir yaradırıq. Dünyanın ən qabaqcıl texnologiyaları gəti-rilir, işlər gedir, amma siz səhiyyəyə “bərbad” adı qoyursu-nuz. Belə fikirləri parlamentdə səsləndirmək düzgün deyil. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk öncə həmkarlarımı və bütün azərbaycanlıları qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edirəm. Həmkarım Qüdrət Həsən-quliyevin əfvlə bağlı qaldırdığı məsələni dəstəkləməklə bərabər, həmkarım Fazil Mustafanın Gürcüstanda yaşayan soydaşlarımızla əlaqədar narahatlığını da bölüşürəm. Mən də bu müraciətlərlə bağlı bir neçə dəfə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə şəxsən danışmışam. Hesab edirəm ki, Dövlət Miqrasiya Xidməti, digər hökumət qurumları səviyyəsində bu istiqamətdə səylər artırılarsa, bu narazılıqlar, ortaya çıxan problemlər öz həllini tapar.
Amma mən istəyirəm, bir mövzuya toxunam. Hörmətli Sədr, hörmətli millət vəkilləri, ötən gün “Azərbaycan Res-publikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın 2012-ci ildə icrası ilə bağlı məsələlər müzakirə olundu. Biz də orada iştirak edirdik. Bu sahədə ölkəmizdə kifayət qədər işlər görülür. Xüsusilə ölkəmizin birinci xanımı, həmkarımız, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım bu istiqamətdə çox böyük işlər görür.
Amma ortada bəzi məsələlər var ki, onlar qanunvericiliyə əlavələrlə öz həllini tapmalıdır. Həm də biz Nazirlər Kabinetindən çox xahiş edirik ki, ilin sonu gəlir, artıq o məsələlərin həllini tapması vacibdir. Birincisi, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna əlavə və dəyişikliklər edilməlidir. Hörmətli Hadi müəllim də dünən vurğuladı ki, artıq bu əlavələr Sosial siyasət komitəsində var. Çox yaxşı olardı ki, o, qısa müddətdə müzakirəyə çıxarılardı və qəbul olunardı. Söhbət ondan gedir ki, uşaq evlərində yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqlar ödənişli əsaslarla ali məktəblərə daxil olarkən, – yaxşı göstəricidir ki, ötən il 51 nəfər belə uşaq ali məktəblərə, 10 nəfər orta ixtisas məktəblərinə daxil olub, – təhsil haqqını ödəməkdən azad edilsinlər. Yəni onların pulsuz təhsil alması məsələsi öz həllini tapsa, yaxşı olardı.
İkinci, himayədar ailələrlə bağlı əsasnamə artıq Nazirlər Kabinetinə daxil olub. Onun tezləşdirilməsinə ehtiyac var, çünki il bitir. Artıq gələn il bu məsələlər başlamalı...
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də deputat həmkarlarımın bəzi fikirlərinə tərəfdaram, lakin bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. Biz dəfələrlə bu salonda qeyd etmişik ki, Azərbaycanda siyasi məhbus yoxdur. Deputat həmkarım Fazil Mustafanın qeyd elədiyi “siyasi məhbus” anlayışı hansı kateqoriyaya uyğundur, mən hələ onu başa düşə bilmirəm. Çünki Azərbaycanda bu və ya digər cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var.
Bunlar hansı siyasi partiyanın üzvü, hansı qəzetin jurna-listi olmasından asılı olmayaraq, siyasi baxışlarına, fikirlərinə, davranışlarına görə yox, törətdikləri bu və ya digər cinayətin nəticəsində məsuliyyətə cəlb olunublar. Əgər davranışında kimlərsə cinayətə yol verirlərsə, o partiyanın rəhbərləri onları düzgün yola dəvət eləməlidirlər. Onları qeyri-qanuni mitinqlərə çıxmamağa, başqasının maşınını idarə etməməyə çağırmalıdırlar. Bir təlim-tərbiyə işləri aparılmalıdır.
Məhkəmə qərarının mürəkkəbi qurumamış onları siyasi məhbus elan edirlər. Hökm hələ qüvvəyə minməyib, bundan müxtəlif instansiyalara şikayət etmək mümkündür. Mən deyim ki, ədalət naminə danışmaq lazımdır, o cür cinayət törədilən hallarda müxtəlif cəzalar var. Ayrı-ayrı şəxslər bununla əlaqədar məsuliyyətə cəlb olunublar. Azərbaycan məhkəməsi ən aşağı həddi müəyyənləşdirib. Ondan aşağı hədd mümkün deyil.
Bu o deməkdir ki, nə edirsən, elə, qanun qarşısında ca-vabdehlik daşımırsan. Bunu bir siyasi şouya çevirmək lazım deyil. Bu, konkret cinayət hadisəsidir. Təbii ki, hər kəs dəstək verə bilər. Milli Məclis deputatlarının bir qrupu da qol çəkib, namə göndərib və sair və ilaxir. Amma bununla yanaşı, qanunun aliliyi hamı üçün eyni olmalıdır. Mən təsəvvür edirəm, orada bir YAP-çı olsaydı, bunların qışqırığı Avropa Şurasına gedib çatmışdı və qəzet səhifələrində nələr yazacaqdılar. Adi bir detalı xatırladım. Gələn il ölkədə keçiriləcək Prezident seçkiləri, bilirsiniz ki, Konstitusiya ilə müəyyənləşir. Seçki Məcəlləsinin 178-ci maddəsində göstərilir ki, seçkilər oktyabr ayının 3-cü həftəsinin çərşənbə günü keçirilməlidir. Həmin gün Qurban bayramı ilə eyni günə düşür. Yazırlar ki, bunlar seçkini qəsdən Qurban bayramına salıblar ki, camaata ət paylayıb səs alsınlar. Həm dinə, həm adət-ənənəyə, həm də seçki sisteminə bu qədər laqeyd, məsuliyyətsiz münasibətə qara yaxmaqdan başqa nə ad qoymaq olar? Əgər onlar hüquqşünasdırlarsa, əgər onlar bir siyasətçidirlərsə, bilməlidirlər ki, qanun qarşısında hamı bərabərdir və hamı ona qulluq eləməlidir.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən istər-istəməz bu gün çıxışıma ictimai fikirdə bu günə yönəlik o ruhi bağlılığa münasib ənənəvi sitatlardan, fikirdən bir az kənar başlayacağam. Mən deməliyəm ki, böyük Allahın adı, Peyğəmbərin rizası, bəndələrin mərhəməti ilə şükür olsun, sağ-salamatıq və Al-lah eləsin, bu günə Azərbaycanın heç bir yerində enerji qəzaları olmasın. Əminəm ki, insanlarımız belə beynəlxalq biznes layihələrinə bir daha aludə olub öz real həyatlarından qopmayacaq və öz gündəlik rejimlərindən çıxmayacaqlar.
Cənab Sədr, mən Avropa Şurası–Azərbaycan münasibət-lərindən danışmaq istəyirəm. Artıq yanvarın 25-də bu münasibətlərin 11 ili tamam olacaq və bizim yekun vurmağa ixtiyarımız var. Bu dövr ərzində ölkəmiz öz üzərinə götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirdi. Amma çox təəssüflər olsun ki, Avropa Şurası bu dövr ərzində sanki Azərbaycan üzərində bir məhkəmə qu-rumuna çevrildi. Ayrı-ayrı nailiyyətləri qeyd eləmək olar. Bunun üçün bizim nümayəndə heyətlərimiz kifayət qədər böyük zəhmət ortaya qoyublar. Amma müxtəlif ölkələrin həyatına bağlı verilən qərarlar, qətnamələr fonunda biz, gəlin, heç onları da nailiyyət saymayaq. Necə deyərlər, o bizim insanlarımızın zəhmətidir, Avropa Şurasının bizə ehtiramı və hədiyyəsi deyil.
İkinci tərəfdən, biz artıq 20 ildir müstəqillik təcrübəsinə malikik və bizim dünya siyasəti haqqında kifayət qədər təsəvvürlərimiz var. Bizə bəlli oldu ki, Avropa Şurası bey-nəlxalq maraqların alətidir, çox yaxşı təzyiq silahıdır. Mən belə hesab edirəm ki, biz bu dövr ərzində bu qurumdan Qarabağ məsələsinin həlli üçün atılacaq addımlar, Ermənistana siyasi yanaşmalar və sanksiyalar, daha ədalətli münasibətlər gözlədiyimiz halda, insan hüquqları və demokratiya mövzusunda üzərimizdə qurulan prosesin şahidi olduq. Halbuki bizim Avropaya gedən yolumuz, iradəmiz, apardığımız islahatlar, demokratik dövlət quruculuğu yolunda keçdiyimiz mərhələ qiymətləndirilməlidir. Bu halda bu problemlərə də biz anlayışla yanaşardıq və əməkdaşlıq zəminində bu, aradan qaldırılardı.
Mən elə hesab edirəm ki, bu prosesin daha normal, ni-zamlı getməsi üçün biz Avropa Şurası ilə Azərbaycan ara-sında münasibətlərin yeni mərhələsini başlamalıyıq. Yəni sıfırdan, yeni sənədlə, yeni öhdəliklər sazişi ilə. Amma bu-rada Avropa Şurasının öhdəliklərini də özündə ehtiva eləyən bir sənədə ehtiyac var. Daha real, bizi əzməyən siyasi prinsiplərlə, şərtlərlə bir sənəd tərtib olunmalıdır. Mən, cənab Sədr, bunu birbaşa Sizə ünvanlayıram, çünki Siz bu məsələyə məsul olaraq rəhbərsiniz və əminəm ki...
Sədrlik edən. Əgər mən bu işə məsul rəhbərəmsə, icazə ver, bu məsələləri özümüz həll eləyək.
İkinci, söhbət ondan gedir ki, biz Avropa Şurasına üzv olanda Azərbaycan müstəqilliyini yeni əldə etmişdi. O vaxt bizim üstümüzə onlarca yük qoydular və biz onların hamı-sını həll elədik. İndi yeni münasibət yaratmaq adı ilə üstümüzə 50 dənə də əlavə yük götürək? Onsuz da Avropa Şurası Azərbaycana bir az ikili standartlarla yanaşır. Azərbaycana güzəşt edilməyən məsələlər ermənilərə, gürcülərə edilir. Biz bunu görürük və bu istiqamətdə mübarizə aparı-rıq. Təzədən niyə yeni münasibətlər qurmalıyıq? Biz üzəri-mizə götürdüyümüz öhdəlikləri yerinə yetirmişik. Bir neçə öhdəlik yarımçıq yerinə yetirilib. Bu istiqamətdə də məsələ qaldırmalıyıq, Avropa Şurasına monitorinqlə çıxmalıyıq. Məqsəd bu olmalıdır, yeni münasibətlər yox. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən iki məsələyə münasibət bildirmək istəyirəm. Birinci, seçildiyim Xətai rayonunun ərazisində 92 binaya istilik verilmir. Müxtəlif instansiyalara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyimə baxmayaraq, bu binaların istiliklə təmin olunmasında ciddi problemlər var. Ana xətt kəsilib. Sürüşmə zonasına yaxın olduğuna görə onun bərpası problemlər yarada bilər. Əhali evlərini qızdırmaq üçün elektrik enerjisindən istifadə edir. Heç ol-masa, Nazirlər Kabineti bununla bağlı qərar çıxarsın, həmin ərazidə yaşayan insanlara elektrik enerjisinin ödənilməsində 50 faiz güzəşt edilsin, çünki hökumətin səlahiyyətli qurumlarının fəaliyyəti və ya fəaliyyətsizliyi ucbatından bu proses baş verib. Onun yükünü əhalinin üstünə yıxmaq, onları bu borclarla üz-üzə qoymaq düzgün olmayan və əslində, əhalinin maraqlarına cavab verməyən siyasətdir. Mən bununla bağlı kimə müraciət edirəmsə, heç kim cavab vermir.
Şıxlinski küçəsi, bina 39 b-də 1988-ci ildən əhali yaşayır. Amma nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nazirlər Kabineti binanı istismara götürür. Buna görə də kommunal xərclərin ödənilməsindən tutmuş qeydiyyata qədər hər bir şeydə problemlər var. Binanı Bakı şin zavodu tikib, bu adamlar o vaxtdan burada yaşayırlar. İndi şin zavodu yoxdur, bu adamlar küçədəmi qalmalıdırlar? O vaxtdan burada yaşayırlar, amma istilik, qaz sistemi ilə təmin olunmayıblar. Nəticədə nə alınır? Bina istismara qəbul olunmadığına görə bu xidmətlərin hamısından əhali məhrumdur. Bu barədə dəfələrlə Nazirlər Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişəm, heç kim əhalinin mənafeyinə uyğun bir addım atmaq istəmir. Çox xahiş edirəm, səlahiyyətlərinizdən istifadə edəsiniz, yeni ilə qədər 92 binanı istiliklə təmin eləyə bilək. Ya da Nazirlər Kabineti istisna hal kimi onlara elektrik enerjisində 50 faiz güzəşt etsin.
İkinci, deputat həmkarlarımın siyasi məhbuslar və Nigar Yaqublu ilə bağlı mövqelərinə qatılıram. Mən də çox istər-dim ki, yeni ildə əfv fərmanı olsun və ən azı siyasi məhbus kimi tanınan insanların hamısı həbsdən azad olunsun.
Sədrlik edən. Çox sağ olun. Dediyiniz məsələləri araşdırarıq, amma dəfələrlə deyilən bir məsələni yenidən qaldırır-sınız. Biz bu suala əvvəllər cavab vermişdik. Təhvil verilməmiş binaların istiliklə, qazla, işıqla təmin olunması problemdir, çünki orada başqa fəsadlar ola bilər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ola bilməz ki, struktur olmasın. Şin zavodu yoxdursa, ona cavabdeh adamlar var. Onlar batmayıblar ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ona görə dedim ki, araşdırarıq. İnsanlar özləri müqavilə bağlayıblar və orada bütün şərtlər yazılıb. Əgər ev təhvil verilməyibsə, o evlərə köçməli deyillər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Order verilibsə, onda ev təhvil verilib. Deməli, nəyisə düz demirsiniz, araşdırarıq. Əli Məsimli.
Ə.Məsimli. Sağ olun, cənab Sədr. 2012-ci ilin əlamətdar hadisələri içərisində bir məqamı qeyd eləmək istəyirəm. Azərbaycanın GUAM Parlament Assambleyasının sessiya-sına rəhbərlik etməsi əlamətdar hadisədir. Bu təşkilatın Baltik Assambleyası ilə əməkdaşlığının genişləndirilməsi onun fəaliyyətinin artmasına mühüm təkan vermiş oldu. Parlament Assambleyasının 19–20 dekabrda keçirilən V sessiyası bunun bariz nümunəsi və sübutudur. Baltik Assambleyasından, Benelüks və Vışeqrad qrupuna üzv ölkələrdən gələn nümayəndələr Azərbaycanda yüksək səviyyədə keçirilən tədbirin şahidi oldular. Həm də gələn qonaqlar və bizim nümayəndələr bu əməkdaşlığın genişləndirilməsi, dərinləşdirilməsi istiqamətində dəyərli təkliflərlə çıxış elədilər. Fürsətdən istifadə edib, Oqtay müəllim, Sizə, parlamentin rəhbərliyinə bu tədbirin belə yüksək səviyyədə keçirilməsinə və Azərbaycanın dünyada tanıdılmasındakı xidmətlərinizə görə təşəkkür edirəm.
İkinci, 2013-cü ilin dövlət büdcəsi müzakirə olunan za-man biz yaşayış minimumunu 116 manata çatdırdıq. Bunu müsbət addım kimi qiymətləndirmək olar. Amma bəzi gös-təricilər bununla ayaqlaşmır. Həmin göstəricilərin içərisində mən Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların (I, II və III qruplar üzrə) müavinətlərinin 55 manatdan 75 manata qədər saxlanılmasını xüsusi qeyd edirəm. Bunu dəyişmək lazımdır. İmkan da, maliyyə də var. 116 manatla 55 manat heç cür uyğun gəlmir. Ona görə də həmin məbləğlərin, heç olmasa, yaşayış minimumu səviyyəsinə qaldırılması istiqamətində addımların atılmasını zəruri hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, yaxşı yada saldınız. Həqiqə-tən, GUAM Parlament Assambleyasının V sessiyası bu təşkilat yaradılandan bəri onun tarixində ən möhtəşəm iclas oldu. Bu iclasda Avropa ölkələrinin beş parlament qurumunun nümayəndə heyətləri iştirak elədilər. Hesab edirik ki, əgər GUAM Parlament Assambleyası bu istiqamətdə işlərini davam etdirsə, o, həqiqətən, problemlərimizi parlamentlərə, parlament assambleyalarına çatdırmaq üçün yeni bir müstəvi olacaqdır. Ona görə də mən bizim GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərini təbrik edirəm. Həqiqətən, tədbiri çox yüksək səviyyədə keçirdilər. Bildiyiniz kimi, həmişə çalışmışıq ki, Azərbaycanda bu tədbirlər yüksək səviyyədə keçirilsin. Buyurun, Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. İlk növbədə mən də deputat həmkarım Fazil Mustafanın Azərbaycan səhiyyəsinə verdiyi qiymətə öz etirazımı bildirirəm. Hesab edirəm ki, Azərbaycanda səhiyyənin səviyyəsinin qaldırıl-ması üçün çox böyük işlər görülüb. Yeni səhiyyə ocaqları tikilib, təmir edilib. Həkimlərin ixtisasının artırılması üçün hərtərəfli işlər görülüb. Bu gün Azərbaycan Tibb Universi-tetində yüksək səviyyədə həkimlər hazırlanır. Artıq Azər-baycana həm Tibb Universitetində oxumaq, həm də səhiyyə ocaqlarında müalicə olunmaq üçün kifayət qədər xarici vətəndaşlar gəlir.
Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Bir neçə gündən sonra – 24 dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür. Hesab edirəm ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan özünün inkişafında çox yüksək bir mərhələ keçmişdir. Onun fəaliyyəti, apardığı siyasət nəticəsində Azərbaycanda daxili stabillik möhkəmlənmiş, vətəndaşların hüquq və azadlıqlarının qorunması böyük bir dövlət siyasətinə çevrilmişdir.
Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycan iqtisadiyyatının ənənəvi sahələrindən başqa yeni sahələri artıq öz inkişafına başlayıb. Dünən cənab Prezidentin iştirakı ilə “Şahdağ” Qış-Yay Turizm Kompleksinin açılışı artıq Azərbaycanın öz inkişafında dünyaya yeni bir səhifə yazdığını göstərir. Azərbaycanın xarici siyasətində cənab Prezidentin xidməti kifayət qədər böyükdür. Azərbaycanın ötən il 155 səslə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də cənab Prezidentin apardığı xarici siyasətin nəticəsidir. Cənab Prezident xaraktercə demokratik adamdır, vətənpərvər insandır. O, insanlara yaxın bir liderdir. Gələn ilin Prezident seçkilərində onun namizədliyinin yenidən irəli sürüləcəyi və yenidən seçiləcəyi heç birimizdə şübhə doğurmur. Onun ad gününü bir deputat, bir vətəndaş kimi təbrik edir, fəaliyyətindən qürur duyduğumu bildirir, ona can sağlığı və işlərində uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Bizim deputatlar da bu təbrikə qoşulurlar. Vaxtından əvvəl təbrik elə-mək bir az düz deyil, ona görə vaxtında təbrik edəcəyik.
Gündəlikdəki məsələlərin müzakirəsinə başlayırıq. Gün-dəliyin birinci məsələsi Azərbaycan Respublikası Ali Məh-kəməsi hakimlərinin təyin edilməsi haqqındadır. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Qeyd olunduğu kimi, cənab Prezident tərəfindən Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq 2013-cü il yanvar ayının 2-də səlahiyyət müddətləri başa çatan Əliyev İslam Əli oğlunun və Cəfərov İlham Məmməd oğlunun yenidən Ali Məhkəmənin hakimləri vəzifəsinə təyin olunmaqları ilə bağlı Milli Məclisə təqdimat daxil olmuşdur. Ali Məhkəmənin hər iki ha-kiminin şəxsi işləri, fəaliyyətləri barədə məlumatlar sizə təqdim olunub.
Qeyd etmək istəyirəm ki, Əliyev İslam Əli oğlu uzun illər Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda çalış-mışdır. 2003–2007-ci illərdə Naxçıvan Muxtar Respublika-sının Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş və sonradan irəli çəkilərək Azərbaycan Respublikasının Ali Məh-kəməsinin hakimi təyin olunmuşdur. Çalışdığı dövrdə hakim adını həmişə şərəflə qorumuşdur.
Cəfərov İlham Məmməd oğlu da uzun illər Naxçıvan Muxtar Respublikasında çalışmışdır. 2007–2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini olmuşdur. O da 2008-ci ildən Azərbaycan Respub-likası Ali Məhkəməsinə hakim təyin olunmuşdur. Səlahiyyət müddətləri başa çatan hər iki hakimin fəaliyyətləri Məhkəmə-Hüquq Şurası tərəfindən müsbət qiymətləndirilərək yenidən Ali Məhkəmənin hakimləri kimi şərəfli bir vəzifənin davam etdirmələri təklifi cənab Prezidentə təqdim olunmuşdur. İnanıram ki, parlament də cənab Prezidentin bu təqdimatını dəstəkləyəcək. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Təklif var, səsə qoyulsun. Xahiş edirəm, Cəfərov İlham Məmməd oğlu və Əliyev İslam Əli oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilmələri haqqında məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Təbrik edirik.
İkinci məsələ Naxçıvan Muxtar Respublikası Ali Məhkə-məsi hakiminin təyin edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Sə-lahiyyət müddətinin başa çatması ilə bağlı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi İlqar Mə-hərrəm oğlu Mirzəyevin təqdimatı müzakirənizə təqdim olunmuşdur. Onunla da bağlı Məhkəmə-Hüquq Şurası cənab Prezidentə təklif vermişdir. Onun səlahiyyət müddətinin başa çatması nəzərə alınaraq yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ sizin müzakirənizə təqdim olunur.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Təklif var, səsə qoyulsun. Xahiş edirəm, İlqar Məhərrəm oğlu Mirzəyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Üçüncü məsələ Sumqayıt Apellyasiya Məhkəməsi haki-minin təyin edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Nəbi-yevin də səlahiyyət müddəti 2013-cü il yanvarın 2-də başa çatır. Qeyd etmək istərdim ki, o da uzun illər Naxçıvan Muxtar Respublikasında çalışmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində kollegiya sədri olmuşdur. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzi-fəsində fəaliyyət göstərir. Cənab Prezidentin onun səlahiyyət müddətinin artırılması ilə bağlı təqdimatı müzakirənizə təqdim olunub.
Hörmətli Ziyafət müəllim, fürsətdən istifadə edib Məh-kəmə-Hüquq Şurasının üzvü kimi tam məsuliyyətlə deyə bilərəm ki, onlar bizim məhkəmə sistemində çalışan ən nü-fuzlu, ən təmiz hakimlərdəndirlər. Təsadüfi deyil ki, Məhkəmə-Hüquq Şurası da onlarla bağlı müsbət rəy verib. Ümidvaram ki, onlar bundan sonrakı fəaliyyətlərində həm şuranın, həm cənab Prezidentin, həm də parlamentin etimadını doğruldacaqlar. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, təşəkkür edirəm. Təklif var, səsə qoyulsun. Xahiş edirəm, Hüseyn Əmir oğlu Nəbiyevin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli hakimlər, hamınızı təbrik edirik və işlərinizdə uğurlar arzulayırıq! (Alqışlar.)
Növbəti məsələ Mədəniyyət haqqında Azərbaycan Res-publikası qanununun layihəsidir. Nizami Cəfərov, buyurun.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Ziyafət müəllim, çox sağ olun. Hörmətli millət vəkilləri, Mədəniyyət haqqında qanun layihəsi üçüncü oxunuşa təq-dim olunur. Qeyd eləmək istəyirəm ki, ikinci oxunuşda bir sıra qurumlar və millət vəkilləri qanunla bağlı qeydlərini vermişdilər. Mən hörmətli Rəbiyyət Aslanovaya xüsusi tə-şəkkür eləmək istəyirəm, çünki onun qeydləri, həqiqətən, xeyli ciddi idi. Məzmun və quruluş məsələlərinə aid qeydləri var idi və biz onları məmnuniyyətlə nəzərə almışıq.
Hörmətli millət vəkillərindən Aqil Abbas, Asim Molla-zadə, Jalə Əliyeva və Leyla Abdullayevanın qeydləri də nəzərə alınıb. Mən xüsusilə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərova təşəkkür etmək istəyirəm, çünki onun həm ümumi, həm də konkret məsələlərlə bağlı təklifləri var idi. Biz onun terminologiya ilə bağlı qeydlərinə də ciddi yanaşdıq və nə qədər mümkün idisə, milliləşdirmə işi apar-dıq.
Elmi müəssisələrdən, Milli Elmlər Akademiyasının institutlarından, bir sıra universitetlərdən, kitabxanalardan və digər qurumlardan gələn müəyyən rəy və təkliflərə görə onlara minnətdarlığımızı bildiririk. Ədliyyə Nazirliyinin və Maliyyə Nazirliyinin mütəxəssisləri də bu qanunun üzərində ciddi çalışdılar, onlara da təşəkkür edirik. Ona görə ki, bu, əsas, çərçivə, aparıcı bir qanundur, bunun müxtəlif qanunvericilik aktları ilə münasibətini aydınlaşdırdılar. Eləcə də biz beynəlxalq konvensiyalara, sazişlərə kifayət qədər ciddi yanaşdıq.
Qanunun hazırlanmasında Mədəniyyət və Turizm Nazir-liyi Mədəniyyət komitəsi ilə birgə çalışdı. Həm də parla-mentin müvafiq şöbəsi Adilə Abbasovanın rəhbərliyi ilə bu qanunun üzərində kifayət qədər zəhmət çəkdi.
Qeyd etmək istəyirəm ki, bu qanun layihəsi bir həftə bundan qabaq hörmətli millət vəkillərinə təqdim olunub. Amma bu müddət ərzində biz qanun layihəsinin 23, 30, 31 və 33-cü maddələrinə redaktə xarakterli bir sıra dəyişikliklər elədik. Yəni, belə deyək, 23-cü maddəyə redaktə xarakterli “beynəlxalq” sözünü artırdıq. Faktiki olaraq təqdim olunan variantla ciddi fərq yoxdur, yalnız bir sıra texniki məqamlar var.
Əlbəttə, bizim əsas təşəkkürlərimiz dövlət rəhbərliyinə aiddir. Çünki Azərbaycanda gedən mədəniyyət prosesləri, həqiqətən, çox geniş miqyasda mədəniyyət qanunvericiliyi hazırlamağa şərait yaradır. Kifayət qədər geniş miqyası var. Mən düşünürəm ki, qanun layihəsi üçüncü oxunuşda qəbul olunmağa tamamilə hazırdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, bildiyiniz kimi, qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmur, amma yazılan yoldaşlar var. Yəqin, fikir bildirmək istəyirlər. Adil Əliyev, buyurun.
A.Əliyev. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Bu qa-nun layihəsinə, təbii ki, səs verəcəyəm və yəqin ki, heç kim yazılmayıb. Elə başa düşürəm ki, hamı səs verəcək. Ancaq cari məsələlərin müzakirəsində mənə növbə çatmadığı üçün Ziyafət müəllim, Sizdən, həmkarlarımdan çox üzr istəyirəm.
Burada İqbal müəllim mənim demək istədiyim məsələni qaldırdı. Mən gördüm ki, yeni tikilmiş binalara istiliyin çəkilməməsi ilə bağlı problemlərimiz yoxdur. Əlimdə olan məktubların hamısı istiliklə bağlı olan müraciətlərdir. Ziyafət müəllim, Nərimanov rayonunun ərazisində 200-ə yaxın binanın istiliklə bağlı əsaslı təmirə ehtiyacı var.
Mən camaatın şikayətindən qərargahıma gedə bilmirəm. İstilik təchizatı idarəsinə külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, ərazimizdə insanlar soyuqdan donurlar. Mən bununla bağlı həm rəsmi, həm də telefonla müvafiq qurumlara müraciət etmişəm. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri bunların heç birinə əhəmiyyət vermir. Neçə illərdir, bu problem davam edir. Bir il olsa idi, buna susmaq olardı. Artıq insanlar qərargahımın qarşısını kəsirlər və mən məcburam ki, bu məsələ ilə bağlı Milli Məclisin tribunasından çıxış edəm. Yəqin ki, indi məcburiyyət qarşısında Hesablama Palatasına da müraciət edəcəyəm ki, bu qədər maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, bu pullar hara gedir? Başqa rayonlarda istilik problemi yoxdur, ancaq bizim rayonumuzda vardır. Əlimdə siyahı da var, 200-ə yaxın binanın istiliklə bağlı problemləri mövcuddur. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Adil müəllim, araşdırarıq. Siya-vuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. İndi Adil müəllimin qaldırdığı məsələni dəstəkləyirəm, amma mən mədəniyyət haqqında öz fikirlərimi bildirmək istəyirəm. Sizin də mədəniyyətə çox sıcaq münasibətiniz olduğuna görə mən bu məsələyə fundamental şəkildə toxunmaq istəyirəm. Təbii ki, Nizami müəllim qanun layihəsini təqdim edib, oxunuşlardan da keçibdir. Ümumi şəkildə orada göstərilən müddəaların hamısı yaxşıdır, lakin bir məsələ məni çox narahat edir. 20 ildən artıqdır, Azərbaycan müstəqil bir dövlətdir. Müstəqillik dövründə prinsiplər, sistemlər, dəyərlər tamamilə dəyişir və yeniləri formalaşır. Biz bir formasiyadan digərinə keçmişik. Azad bazar münasibətləri formalaşır. Bilirsiniz ki, hər bir sahədə yeni fikirlər, ideyalar, hədəflər müəyyənləşir və onlara çatmaq üçün də addımlar atılır. Bizim yaradıcı təşkilatlar 60-cı ildə olduğu kimidir. Hələ bəlkə də təkmilləşmək əvəzinə, bir az da o tərəfə – 30-cu illərə doğru gedir. Yəni indi bunu bir qanunla tənzimləməklə yanaşı, fikirləşirəm ki, bir islahatın getməsinə böyük zərurət var.
Mən elə Milli Elmlər Akademiyasını da bura daxil edə bilərəm. Dünyanın heç bir yerində belə strukturlar mövcud deyil. Cek London Yazıçılar İttifaqının üzvü idi? Yaxud da hansı isə bir məşhur rəssam Rəssamlar İttifaqının üzvü idi? Yəni dövlətin müəyyən tapşırığı, sifarişləri olur, bunu işləyirlər, qazanırlar. Gördük də, neçə il kinematoqrafiya ilə məşğul oldular, amma Azərbaycanın taleyüklü məsələsi olan Dağlıq Qarabağla bağlı bir film çəkib ortaya qoymadılar. Onların məsələsi müzakirə olunanda qışqırıqları Moskvadan gəldi.
Dövlət illərlə vətəndaşların verdiyi vergilərdən büdcə formalaşdırır. Bilməlidirlər ki, dövlət o yaradıcı təşkilatlara bu pulu pensiya kimi vermir. Bu o təşkilatlara verilir ki, on-lar bundan Azərbaycan xalqı üçün istifadə etsinlər. Biri bibisindən, biri atasından yazır. Yazırsan, get özün yaz, çap etdir də. Dövlət niyə bunu maliyyələşdirməlidir? Sonra da adlarını ziyalı, ziyalı dəstəsi qoyurlar. Guya Azərbaycanın taleyüklü məsələləri ilə bunlar məşğul olurlar. Ona görə də mən bu cür yanaşma tərzinin əleyhinəyəm və tədricən bu addımlar atılmalıdır, bu məsələlər yavaş-yavaş təkmilləşməlidir.
Dünyada belədir ki, özəl akademiyalar, özəl yaradıcılıq təşkilatları var. İstəyirsən üzvlük haqqını keçir, ora üzv ol, istəmirsən olma. Get fərdi qaydada müəssisə təşkil elə, fəa-liyyətini davam etdir. Təbii ki, dövlət daim bunlara diqqət göstərir, bundan sonra da göstərəcək və göstərməlidir də. Amma dövləti maraqlandıran sahələrlə bağlı da bunlar müəyyən addımlar atmalıdırlar. İndi yubileylər də keçirilir, təşkilatlanırlar da. Amma Nizami müəllim, bunların yeni forması, metodu tapılmalıdır. Bu metodla, bu forma ilə biz nə ədəbiyyatımızı, nə mədəniyyətimizi, nə incəsənətimizi, nə kinematoqrafiyamızı, nə də digər sahələri inkişaf etdirə biləcəyik. Yeni nəsil orada fəaliyyət göstərə bilmir. Onlar üçün də müxtəlif qrantlar ayrılmalıdır. Yaxşı, bunlar getdi, onların yerinə də bir gələn olmalıdır da. İndi dünyanı tutub durmayacaqlar ki. Hesab edirəm ki, bunlar cəmiyyəti narahat edən məsələlərdir və bu istiqamətdə islahatlar aparılmalıdır. Bu, ciddi məsələdir. Azərbaycanı dünyaya tanıdan bir neçə məsələ var. Azərbaycan nefti, iqtisadiyyatı, idmanı ilə yanaşı, mədəniyyəti ilə dünyada tanınır. Ona görə də buna xüsusi diqqət və qayğı göstərməliyik. İndi kimsə Sovet İttifaqı dövründə hansı isə Konservatoriyanı qurtarıb, elə hara çıxır, deyir ki, mənim diplomum var. Qurtardıq da bu məsələni. İndi gəl, yeni bir məsələ ortaya qoy, görək nə etmisən? Bu xalqın taleyüklü məsələsi ilə bağlı bu gün nə yazmısan?
Elmlə bağlı da bunu demək olar. Elmlə bağlı qanun gecikir. Bu məsələ ortaya qoyulmalıdır. Elm fayda ver-məlidir insanlara. 20 dənə institut yarat, nə olsun? Nə ilə məşğul olurlar, işə gəlirlərmi, gəlmirlərmi, heç bəlli deyil. Bunun Azərbaycan xalqına, dövlətinə, millətinə nə xeyri var? Hansı nailiyyəti əldə ediblər, ortaya çıxarıblar? Bunun bir təhlili, hesabatı olmalıdır, ortaya qoyulmalıdır, göstərilməlidir. Başqaları gedib Nobel mükafatı, başqa-başqa mükafatlar alırlar. Yaxşı, 20 illik müstəqillik tarixini götürürəm. Hər il büdcədən pul ayırırlar. Hansı əsərlər təqdim olunub, hansı institutlarda bu işlər görülüb? Hələ millətin kökünü tapa bilmirlər ki, kimdən əmələ gəlib, hansı millətdir. Biri deyir türkdür, biri deyir farsdır, digəri də bir başqa mənbəyə gedir çıxır. Ortaya çıxıb bunu müəyyənləşdirmək lazımdır. Mən hesab edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N.Cəfərov. Ziyafət müəllim, Siyavuş müəllim əslində, düz deyir. Amma bu, ideal variantdır. Bəlkə də iqtisadiyyatda çox sürətlə müəyyən bir mühit yaratmaq olur, amma mənəviyyat sahəsində bu bir qədər asan deyil. Əlbəttə, biz də çox istəyərdik ki, yazıçılarımızın əsərləri normal şəkildə bazara çıxa bilsin. Əlbəttə, biz də istəyərdik ki, dünyanın ən böyük mükafatları alınsın. Amma bizim ümummilli liderimizin mədəniyyət siyasəti, işləmə təcrübəsi, ölkəmizin özünə məxsus xüsusiyyətləri var. Sovetlər birliyindən ayrılandan sonra, əlbəttə, dərhal hər şeyi müəyyən həddə çatdırmaq olmur. Məsələn, yaşlı yazıçıya, rəssama, musiqiçiyə sən deyə bilməzsən ki, çəkil, cavanlar gəlsinlər. Bunu demək mümkün deyil, çünki burada nümunəvi, örnək ola biləcək sənətdir.
Təbii ki, Siyavuş müəllim düz deyir, işimizə bir az tənqidi də yanaşmalıyıq. Əlbəttə, çalışmaq lazımdır ki, fayda versin. Həqiqətən, görürsən ki, elmimizin fəaliyyətində bəzən fayda verməmək şəklində iş gedir. Amma təbii ki, dövlət maliyyələşdirməlidir. O yaradıcı qurumların, yaradıcı ittifaqların tarixi ənənəsi var. Bunlar bizim millətimizi ifadə edir, mədəniyyətimizin göstəricisidir. Siyavuş müəllimin dedikləri də nəzərə alınmalıdır, amma irəli getmək üçün hər halda bu gün dövlət dəstəyinə çox böyük ehtiyac var və çox yaxşı ki, dövlət də bu dəstəyi göstərir. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Əslində, bu gün müzakirə etdiyimiz qanun ölkə-mizin və xalqımızın gələcəyi üçün çox önəmlidir. Mədə-niyyəti inkişaf etməyən xalqın və dövlətin gələcəyi yoxdur. Biz bu qanunla dövlətin mədəniyyət sistemini və prinsip-lərini müəyyənləşdiririksə, onda bu, gələcəyə yönəlmiş bir sistem xarakteri daşımalıdır.
Bir məsələni mən xüsusi vurğulamaq istərdim. Azərbay-can mədəniyyətini xalqımıza və dünyaya nümayiş etdirmək üçün muzey sistemi mövcuddur. Lakin Azərbaycanda bu sistem indiyə qədər elmdən tam təcrid olunub. Dünyanın aparıcı muzeyləri ən yüksək səviyyəli alimlərinin işindən və elmi mərkəzlərin fəaliyyətindən ibarətdir. Bizdə isə muzeylər ancaq nəyi isə nümayiş etdirir. Mədəni irsimizi araşdırmaq istiqamətində heç bir iş aparılmır. Mənə elə gəlir ki, qanunda da bu, müəyyən qədər öz əksini tapmalıdır. Muzeylərin elmi fəaliyyəti olmalıdır. Xalça muzeyi açırıqsa, Azərbaycanın bu irsi ilə bağlı aparıcı alimlər orada çalışmalıdırlar.
Dünyada biz öz mədəni irsimizi müdafiə etməliyik. Bu gün dünyanın bütün muzeylərində Azərbaycan xalçalarına tamamilə başqa xalqlar və başqa millətlər sahib çıxıblar. Biz öz mədəni irsimizə ona görə sahib çıxa bilmirik ki, elmi istiqamətdə öz hüquqlarımızı müdafiə etmək iqtidarında deyilik. Mənə elə gəlir ki, bu sahələr üzrə mütəxəssislərin hazırlanması məsələsi də qanunda öz əksini tapmalıdır. Çox təəssüf ki, parlament xalqın qarşısında borcunu yerinə yetirə bilməyib. Ali təhsil, orta təhsil, peşə təhsili haqqında, elm haqqında qanunları biz müzakirə edib, qəbul edə bilməmişik. İndiyə qədər bilik sisteminin hüquqi bazasını yaratmamışıq. İki sessiyadır ki, biz bu məsələni iş planına salırıq, lakin çox təəssüf ki, müzakirələr hələ indiyə qədər başlamayıb.
Bu gün təsadüfən AzTV-yə baxarkən çox maraqlı bir məsələnin şahidi oldum. Bu gün Sovet İttifaqı Kommunist Partiyasının baş katibi yoldaş İosif Stalinin anadan olan günüdür. Onun fəaliyyəti ilə əlaqədar çox müsbət məzmunlu məlumatlar yayımlandı. Bəyəm yoldaş Stalin deyildi ki, Qarabağda Azərbaycan torpaqları hesabına erməni muxtariyyəti yaradan? Yoldaş Stalinin əmrləri ilə yüz minlərcə azərbaycanlı öz torpaqlarından, Zəngəzurdan, Göyçədən, İrəvandan köçürüldü. Stalin və onun kommunist rejimi Azərbaycanda kütləvi cinayətləri törətdi. 20-ci, 30-cu illərdə Sibirdə Azərbaycanın alimlərini, ziyalılarını məhv edən bəyəm kommunist rejimi deyildi?
2005-ci ildə Avropa Şurası kommunist rejimlərinin cina-yətləri ilə bağlı müvafiq sənəd qəbul etdi. Biz də bu sənədə Ermənistandan azərbaycanlıların deportasiyasını, 20 yanvar hadisələrini, Xocalı faciəsini daxil edə bildik. Lakin bu gün Azərbaycan parlamenti də kommunist rejiminin cinayətləri ilə bağlı müvafiq bir sənəd qəbul etməlidir. Biz bir məsələni xüsusi olaraq Yeni Azərbaycan Partiyasının hörmətli üzvlərinin diqqətinə çatdırmaq istərdik. Məhz Heydər Əliyevin kommunist rejiminin və ideologiyasının Azərbaycan xalqına zidd olduğunu qeyd etməsi imkan vermədi ki, Azərbaycanda kommunist restavrasiyası barəsində düşünənlər irəli gedə bilsinlər.
Biz Azərbaycanın mədəni irsindən danışırıqsa, Azərbaycan torpaqları bu gün işğal altındadır. Ermənistanda topo-nimləri də dəyişdiriblər. Hörmətli Oqtay müəllim, Sabir müəllimin bununla bağlı gözəl bir kitabı çıxmışdı. Bu kitablar Azərbaycan təhsil sistemində mütləq tədris olun-malıdır. İndi hətta Azərbaycan mediası hansı isə bir infor-masiyanı verəndə Noyemberyan kəlməsini işlədir. Amma onun tarixi adı var. Necə ola bilər ki, biz özümüz öz ir-simizdən, öz torpaqlarımızdan, öz tariximizdən imtina edək? Onun üçün düşünürəm ki, mədəniyyətin və elmin vəhdəti istiqamətində ciddi işlər aparmalıyıq və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərlə bağlı muzeylər qurmalıyıq.
Əlimizdə gözəl fürsət var. Qəbələ RLS azad olunub. Biz orada hərbi cinayətlərlə, Xocalı faciəsi, 20 Yanvar və Er-mənistandan azərbaycanlıların deportasiyası ilə bağlı bir muzey yaratmalıyıq. Gənc nəslin kommunist rejiminin törətdiyi cinayətlər barəsində məlumatı yoxdur. Onun üçün belə muzey fəaliyyət göstərməlidir. Belə bir elmi araşdırma mərkəzi Qəbələdə yaradıla bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siz toponimlər haqqında danışdınız. Elə bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Cənubi Qafqaz. 1903-cü il xəritəsi” nəşr olunmuşdur. Orada bütün Azərbaycan toponimləri var. Yəni bu itməyəcək, kitablarda da, xəritələrdə də var. Vaxtı gələndə hamısı öz yerini tutacaq. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən də Mədəniyyət haqqında qanun layihəsini təqdir edirəm, gözəl işlənibdir və mən onun lehinə səs verəcəyəm. Amma burada bir sıra fikirlər səsləndi, mən istərdim, onlara münasibət bildirəm. Azərbaycan elmi, mədəniyyəti və ədəbiyyatı haqqında burada səslənən bəzi fikirlərə təəssüf edirəm. Mən hesab edirəm ki, bu haqda danışan insanlar ən azından bu məsələlərlə, bu müəssisələrin işləri ilə daha yaxından tanış olmalı və bilməli idilər ki, onlar nə ilə məşğuldurlar, nələr edirlər? O müəssisələrin hamısının saytları var. Onlara açıb baxsaydılar, görərdilər ki, bu insanlar onlara verilən cüzi maaşla xalqımız üçün son dərəcə əhəmiyyətli işlər görürlər.
İlk olaraq burada muzeylərin fəaliyyətindən danışıldı və deyildi ki, muzeylər elmi fəaliyyətlə də məşğul olmalıdırlar. Artıq bir neçə ildir, muzeylərə bu səlahiyyət verilib. Konkret olaraq Milli Azərbaycan Tarixi muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi haqqında demək istərdim. Onlar aspiranturaya qəbul aparırlar, elmi şuraları fəaliyyət göstərir, orada elmi araşdırmalar gedir. Bütün bu müəssisələrin – həm muzeylərin, həm də elmi tədqiqat institutlarının hesabatları var. Onlar çap olunurlar, kimlər şübhə edirsə, götürüb oxusunlar və görsünlər ki, bu institutlarda, muzeylərdə necə böyük işlər görülür.
Belə olmasa idi, dövlətimiz hər il bu təşkilatlara vəsait buraxardımı? Məsələn, Tarix İnstitutuna hər il Prezident yeni eksponatların alınması, köhnələrin bərpası və ümumiyyətlə, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün nə qədər vəsait ayırır. Elə bu yaxınlarda həmin instituta Prezidentin sərəncamı ilə 3 milyon manat ayrılıbdır. Burada tarix sahəsindəki tədqiqatlarla bağlı çox naşı, diletant fikirlər səsləndi. Çox təəssüf edirəm. Mən başqa söz işlətmək istəmirəm, gəlib yaxından tanış olsunlar.
Sadəcə, elmin müxtəlif növləri, istiqamətləri var. Məsə-lən, dəqiq elmlər sahəsində bu gün ixtiralar olur. Sabah o ixtira təcrübədə tətbiq olunur və maddi fayda verir. Amma elm sahələri var ki, onlar yalnız və yalnız gələcəyə yönəlib. Təsəvvür edin, 20 il bundan əvvəl belə naşı söhbətlərin nəticəsi olaraq humanitar sahədə bütün tədqiqatlar dayan-saydı, bu gün Azərbaycan elmi, ictimai-siyasi şüuru hansı səviyyədə olardı? Azərbaycanın intellektual məkanı hansı səviyyədə olardı? Odur ki, bu sahədə aparılan işlər həm bu günümüzə, həm də sabahımıza xidmət edir. Çox böyük işlər görülür. Mənbələr əldə edilib, tərcümə, tədqiq olunur, xalqımıza çatdırılır. Mən hesab edirəm ki, bu sahələrdə çalışan insanlar xalqımıza hər hansı partiya funksionerindən qat-qat artıq fayda verir. Bu fayda xalqımızın bu gününə, gələcək inkişafına, onu dünyada tanıtmağa yönəlibdir. Mən hesab edirəm ki, dövlət səviyyəsində Milli Elmlər Akademiyasında aparılan elmi tədqiqat işlərinin faydasını, xalqımıza gərəkliliyini çox gözəl anlayırlar. Elə dünən Prezidentimizin sərəncamı ilə Milli Elmlər Akademiyasının Gəncə Bölməsi yaradıldı. Bir neçə il öncə Naxçıvan Bölməsi açılmışdı. Naxçıvan Bölməsi çox böyük fayda verdi. Orada institutlarda çalışanlar böyük həvəslə, fədakarlıqla işləyirlər. Mən in-anıram ki, gün gələcək, Azərbaycanın digər regionlarında da Milli Elmlər Akademiyasının filialları açılacaq. Azər-baycanın tarixi, etnoqrafiyası, arxeologiyası, çoxəsrlik mədəniyyətinin tədqiqi sahəsində nə işlər görülübsə, məhz o institutlar tərəfindən edilibdir. Xalqımızın keçmişi haqqında bizdə olan biliklər, təsəvvür məhz o institutların apardığı işlərin nəticəsidir. Mən çox xahiş edirəm, belə naşı söhbətlərə yol verilməsin. Sağ olun.
Sədrlik edən. Biz Mədəniyyət haqqında qanunu müzaki-rə edirik, amma siz başqa-başqa fikirlər səsləndirməyə başlamısınız. Əgər biz Mədəniyyət haqqında qanundan danı-şırıqsa, xahiş edirəm, bu haqda danışın. İndi Fəzail İbrahimliyə söz verirəm, sonra Valeh müəllim danışacaq və bununla da müzakirələr bitəcək. Fəzail İbrahimli, buyurun.
F.İbrahimli. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli həmkarlarım, mən istərdim, sizi yormadan bir neçə məqamı bölüşüm. Əvvəla, belə bir qanuna çox böyük ehtiyac var. Bu bir növ zəruridir, lazımdır, vacibdir və hətta mən deyərdim ki, sosial sifarişdir. Nə üçün? Azərbaycanda mədəniyyət sahəsində çox böyük islahatlar aparılır. Bu islahatların söykənəcək qanunverici bazası olmalıdır. Bu cəhətdən bu qanun kifayət qədər zəruri və vacibdir.
İkincisi, dilimizə, dinimizə, mənəviyyatımıza, əxlaqımıza böyük hücumlar var. Məhz mədəniyyətimizə olan hücumların qarşısının alınması nöqteyi-nəzərindən belə bir qanunverici bazanın olması da zəruridir. Mən bu layihənin oxunuşlarında iştirak etməsəm də, əslində, bu qanunu dəstəkləmişəm, bu gün də dəstəkləyirəm və səs verəcəyəm.
Ancaq burada səslənən müəyyən fikirlərə qarşı susa bil-mərəm, öz fikrimi deməliyəm. Bu nədən ibarətdir? Azər-baycanda elmin, təhsilin və sairin inkişafı sahəsində böyük uğurlarımız var. Təkcə bir fakt demək kifayətdir ki, fikrim təsdiqlənsin. Vaxtilə Sabir deyib ki, “Əcnəbilər seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”. Bu gün Azərbaycan süni peykini buraxır. Məgər bu, mədəniyyətin, elmin inkişafında böyük uğur deyilmi?
Mənim çox hörmətli həmkarım, dostum Siyavuş müəllim burada kifayət qədər ciddi fikirlər səsləndirdi. O həmişə dediyi sözlərin məsuliyyətini dərk edən adam olduğu üçün, güman edirəm, axırıncı fikrini bəlkə də başqa cür söyləmək istəyirdi. Belə çıxdı ki, indi biri deyir, türkdür, biri deyir, farsdır. Bəli, bu məsələ gündəmdə olub. Sovet dönəmində də bu məsələnin bu istiqamətdə yozumu ilə məşğul olan insanlar olub. Azərbaycanın tarixinə, mədəniyyətinə qara yaxmaq fikirləri də olub. Ancaq müstəqillik dövründə yeni milli elmi konsepsiya əsasında ideoloji çərçivədən kənar yazılmış tarixi əsərlərdə, monoqrafiyalarda kifayət qədər bu məsələlər əsaslandırılıb. Azərbaycanın tarixi də, kökü də – onun türkdilli xalqlar qrupuna daxil olması da kifayət qədər əsaslandırılıb. Mənə elə gəlir ki, o deyilən fikir də, – bəlkə də təsadüfi oldu, – belə bir nəticə çıxmasın ki, Azərbaycan hələ özü bilmir ki, kimdir. Azərbaycan bilir ki, kimdir, bu məsələyə də nöqtə qoyulub. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Valeh müəllimin sözü var. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Çox sağ olun, cənab Sədr. Bir az təəccüblüdür ki, müzakirələr bu istiqamətdə getdi. Ola bilsin, 21 dekabr tarixinə hazırlıq əlaməti olaraq bir balaca psixoloji gərginlik keçiririk.
Nizami müəllim, qanun layihəsinə görə çox sağ olun. Qanun layihəsində əməyi olan hər bir kəsə minnətdarlığımı bildirmək istəyirəm. Əvvəllər bir qanun layihəsi hazırlan-mışdı, amma ondan fərqli olaraq birinci növbədə, mövcud qanunvericiliyə uyğun bir qanun layihəsidir. Çox önəmli bir məqamdır, bunu xüsusi qeyd etmək istəyirəm. Bu qanun layihəsində apardığınız redaktə işlərini də çox yüksək qiymətləndirirəm. Ancaq ürəyimdə yenə bir balaca tikan qalıbdır. Misal üçün, 1.0.4-cü maddə “Mədəniyyət məhsul-ları” adlanır. Orada qeyd olunub ki, kommersiya dəyərindən asılı olmayaraq... “Dəyər” sözü o vaxt ortaya çıxır ki, alğı-satqı, əmtəə mübadiləsi var. Bunlar olmayan yerdə heç bir məhsulun dəyəri yoxdur. Ona görə də burada “kommersiya dəyərinin” əvəzinə “əmtəə dəyəri”, yaxud “ticari dəyər” işlətsək, doğru olmazmı? Dədə-babamız bununla məşğul olub. “Kommersiya” sözünü çıxaranlar meşədə gəzəndə bizim dədə-babalarımız ticarətlə məşğul olub, dəyər müəyyən edibdir. Mümkündürsə, buna diqqət yetirin.
Bir də, “Mədəniyyət sənayesi” adlı 1.0.8-ci maddədə qeyd olunur ki, mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və realizə edilməsini təmin edən. “Realizə edil-məsini” ya alğı-satqısını, ya da “əmtəə mübadiləsini” kimi vermək olar. Söhbət bizim mədəniyyətdən gedir, axı. Bu məsələlərə də diqqət yetirsəniz, çox gözəl olardı. Əlbəttə ki, biz bu qanunu qəbul etməliyik, ona səs verməliyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihə-sinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0 
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsidir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Bu saziş MDB-yə daxil olan dövlətlərin daxili işlər nazirləri tərəfin-dən 2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanıb. Əlbəttə, ölkəmiz insan alverinə qarşı mübarizəyə həmişə önəm verir. Eyni zamanda, biz bütün beynəlxalq konvensiyalara qoşulmuşuq, özümüzün milli qanunumuz var və cinayət qanunvericiliyimizi beynəlxalq konvensiyaya uyğunlaşdırmışıq. Belə bir şəraitdə insan alverinə qarşı mübarizə haqqında sazişə qoşulmağımız təbiidir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan sazişə qoşularkən qeyd-şərt irəli sürüb. Bu şərt ondan ibarətdir ki, nə qədər ki Ermənistan Respublikası tərəfindən Azərbaycanın əraziləri işğal altındadır, Azərbaycan Respublikası işğal altında olan ərazilərdə bu sazişin müddəalarını yerinə yetirməyə təminat vermir. Bu da, təbii ki, daha çox siyasi məna daşıyır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.15 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0 
İştirak edir  96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası”nın “Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolunun təsdiq edilməsi barədədir. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehti-yatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xa-nımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1/625 saylı 2012-ci il 29 noyabr tarixli məktubu ilə 2011-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası”nın “Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolu təsdiq olunmaq üçün müzakirənizə təqdim edilib.
Xatırladım ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası Xəzəryanı dövlətlər – Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan arasında 2003-cü il noyabr ayının 4-də Tehran şəhərində imzalanmış və müvafiq dövlətlərin daxili prosedurlarından keçərək 2006-cı il 12 avqust tarixində qüvvəyə minmişdir. Bir də xatırladım ki, Azərbaycan Respublikası 2004-cü ildə bu məsələlərə aidiyyəti olan beynəlxalq sazişlərin, konvensiyaların, protokolların əksəriyyətinin tərəfi olmuş və Milli Məclisdə bu məsələlər müzakirə edilmişdir. Ona görə də əminəm ki, Milli Məclisin üzvləri bu məsələ ilə çox yaxından tanışdırlar.
Ancaq yenə də xatırladım ki, Azərbaycan Respublikası, misal üçün, “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyaya 2010-cu il 5 martda qoşulmuşdur. “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında” 1990-cı il tarixli Beynəlxalq Konvensiyaya Azərbaycan 2004-cü il iyun ayında qoşulmuşdur. Bundan başqa, “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyaya 2004-cü ilin iyun ayında qoşulmuşuq. Beləliklə, biz həm çərçivə konvensiyasında, həm də bu protokolda əks olunmuş məsələləri dəfələrlə müzakirə etmişik və artıq Azərbaycan bunlara uyğun olaraq hərəkət edir və müvafiq tədbirlər görür.
Protokolla bağlı qısa şəkildə deyim ki, bu protokol Xəzər dənizinin qapalı hövzə kimi xüsusi cəhətləri nəzərə alınaraq Xəzər dənizinin ətrafında yerləşən dövlətlərin əməkdaşlığına aid bəzi incəlikləri, xüsusiyyətləri əks etdirmək üçün qəbul edilibdir. Milli sistemlərin yaradılması, fövqəladə halların qarşısının alınması, müvafiq olanların hazırlanması və həyata keçirilməsi, sənədlərin, məlumatların mübadiləsi – bütün bu məsələlər protokolda əhatə edilib. Xüsusilə qeyd olunubdur ki, neftlə çirklənmə mənbələri nələrdir və nələr ola bilər. Burada bütün risk yarada bilən mənbələr öz əksini tapıb və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulubdur. Protokolda tərəflər arasında olan hüquqi münasibətlər öz əksini tapıbdır.
Protokol müvafiq tərəflərin dövlət dillərində hazırlanıb və imzalanıb. Bundan başqa, hər zaman olduğu kimi, ingilis dilində də mətni var və o da imzalanıb. Əgər tərəflər ara-sında bu protokolla əlaqədar hər hansı bir anlaşılmazlıq olarsa, bu halda birinci növbədə ingilis mətni əsas götürüləcəkdir. Əminəm ki, bu protokola səs verib, qəbul edəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibə-tinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.21 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0 
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, mən bir təklif vermək istəyirəm. Saat 2-yə 20 dəqiqə işləyib. Gündəlikdə çox vacib qanunlarımız var. Əgər etiraz etmirsinizsə, tənəffüsə qədər Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxaq, sonra sazişlərə keçərik. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət və-killəri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə Vergi Məcəlləsinə dəyişik-liklərlə əlaqədar çox mühüm qanun layihəsi təqdim edil-mişdir. Son illərdə respublikamızın dinamik inkişafı, ölkənin maliyyə imkanlarının artması, investisiya mühitinin yaxşılaşması əhəmiyyətli dərəcədə vergi sistemində aparılan sistemli islahatlar və idarəetmə sisteminin yaxşılaşdırılması ilə bağlıdır. 2013-cü il dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı bu barədə ətraflı danışıldı. Bir daha vurğulandı ki, ölkədə iqtisadi inkişafa, qeyri-neft sektorunun daha sürətlə artmasına, dövlət funksiyalarının uğurla həyata keçirilməsi üçün maliyyə vəsaitlərinin toplanmasına, bütövlükdə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin güclənməsinə xidmət edən büdcə-vergi siyasəti aparılır. Məhz belə bir siyasətin məntiqi nəticəsidir ki, dövlət büdcəsinin həcmi, onun gəlirləri artır, gələcək inkişaf üçün güclü əsaslar yaradılır.
Lakin bu gün ölkə iqtisadiyyatının dinamik inkişafı, onun qlobal dünya iqtisadiyyatına inteqrasiya etməsi, vergi tutma sahəsində yaranan münasibətlərin müasir hüquqi normaları çərçivəsində tənzimlənməsi üçün Vergilər Məcəlləsində müvafiq dəyişikliklərin edilməsini obyektiv zərurətə çevirmişdir. Onu da qeyd etmək istərdik ki, son 3 ildə Vergi Məcəlləsində köklü dəyişikliklər edilməmişdir.
Müzakirəyə təqdim olunmuş Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində Vergi Məcəlləsinə 131 bənddən ibarət dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qanun layihəsinin 19 bəndi Vergi Məcəlləsinə yeni maddələrin əlavə olunması, 110 bəndi isə müxtəlif maddələrə əlavə və dəyişikliklərin edilməsi ilə bağlıdır.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, məlu-mat üçün bildirmək istəyirəm ki, qanun layihəsi İqtisadi si-yasət komitəsində çox ətraflı, geniş şəkildə müzakirə edildi. Yüksək səviyyəli professional iqtisadçıların, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Maliyyə Nazirliyinin əməkdaşlarının iştirak etdiyi komitənin iclasında bir sıra dəyərli fikirlər söylənildi. Yekdilliklə qərar qəbul edildi ki, Vergi Məcəlləsi Azərbaycanın milli mənafelərinin qorunmasına, ölkədə maliyyə sabitliyinin davam etməsinə, bütövlükdə ölkənin maliyyə və iqtisadi gücünün artmasına xidmət edəcəkdir.
Vergi Məcəlləsinə əlavə olunan yeni maddələrin bir his-səsi vergi tutma məqsədləri üçün istifadə olunan yeni anla-yışların məcəllədə verilməsi, vergi orqanlarının, eləcə də vergi ödəyicilərinin hüquq və vəzifələrinin genişləndiril-məsi, bir hissəsi isə Nazirlər Kabineti tərəfindən 3 normativ hüquqi sənədin Vergi Məcəlləsinə daxil edilməsi ilə əlaqə-dardır.
Hörmətli millət vəkilləri, vergilər naziri cənab Fazil Məmmədovun buradakı çıxışını nəzərə alaraq mən çox qısa olaraq bəzi məsələlərə toxunmaq istərdim. Vergi Məcəllə-sinin 13, 15, 23-cü maddələrində vergi partnyorluğuna dair müddəalar öz əksini tapmışdır.
Vergi Məcəlləsinə edilən digər bir dəyişiklik vergi orqanları tərəfindən vergi borclarının məcburi alınması zamanı vergi ödəyicilərinin məhkəməyə müraciət etmək imkanlarının genişləndirilməsi məqsədini daşıyır. Vergi ödəyicilərinin mənafelərinin qorunması məqsədi ilə qanun layihəsinə bir sıra maddələr, o cümlədən əsas vəsaitlərə aid edilən aktivlərin dəyərinin artırılması, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqların qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilməklə vergiyə cəlb olunması, əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artımın mənfəət vergisindən azad edilməsi, amortizasiya və əmlak vergisi hesablanan zaman qeyd edilən artımın nəzərə alınmaması və sair ciddi məsələlər əlavə edilmişdi. Bu əlavələr 13, 99, 104, 114, 160, 166, 202-ci maddələri əhatə edir.
İdman mərc oyunlarına dair müddəalar Vergi Məcəllə-sində ilk dəfə olaraq əks etdirilir. Bu sahədə fəaliyyət gös-tərən şəxslərin vergiyə cəlb olunması ilə bağlı meydana çıxan bir sıra məsələlərin birmənalı həllini 13, 16, 102, 218, 219, 220-ci maddələr ətraflı təmin edir.
Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, Vergi Məcəlləsinə dəyişikliklərin ana xəttini vergi sisteminin təkmilləşdirilməsi, vergi yükünün azaldılması, vergi mə-dəniyyətinin yüksəldilməsi vəzifələrinin yerinə yetirilməsi təşkil edir. Layihədə nəzərdə tutulmuş dəyişikliklərin, demək olar ki, əksər hissəsi vergi ödəyicilərinin qanuni mənafelərinin qorunmasını və vergi yükünün aşağı salınmasını təmin edir.
Əhalinin üzərinə düşən vergi yükünün aşağı salınması məqsədi ilə fiziki şəxslərin gəlir vergisinin yuxarı dərəcəsi 30 faizdən 25 faizə endirilir. Bununla yanaşı, fiziki şəxslərin və illik gəlirlərinin aşağı vergi dərəcəsi ilə vergiyə cəlb olunan məbləğ hədləri də artırılmışdır. Bu barədə 101-ci maddədə söhbət gedir. Fiziki şəxslərin 14 dərəcə ilə gəlir vergisinə cəlb edilən aylıq gəlirinin 2000 manatdan 2500 manatadək artırılması, fiziki şəxslərin 14 dərəcə ilə gəlir vergisinə cəlb edilən qeyri-sahibkarlıq fəaliyyətindən illik gəlirlərinin isə 24 min manatdan 30 min manatadək artırıl-ması barədə müvafiq dəyişikliklər nəzərdə tutulmuşdur.
Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin gücləndirilməsi məqsədi ilə onların aylıq gəlirlərinin vergi-dən azadolma məbləği 2 dəfə artırılmışdır. Bu məsələ 102-ci maddənin ayrı-ayrı bəndlərində öz əksini tapır. Hesabla-malara görə qeyd olunan dəyişikliklər nəticəsində fiziki şəxslərə verilən vergi güzəştlərinin illik həcmi 50 milyon manatdan artıq olacaqdır.
Bilirsiniz ki, cənab Prezidentin sərəncamları ilə Azərbaycanda informasiya texnologiyalarının inkişaf etdirilməsi, sənaye və texnologiyalar parklarının yaradılması istiqamətində böyük işlər görülür. Bunu nəzərə alaraq Vergilər Nazirliyi və Azərbaycan hökumətinin digər iqtisadi strukturları bu sahənin daha sürətlə inkişaf etdirilməsi məqsədi ilə Vergi Məcəlləsində çox müsbət dəyişikliklər nəzərdə tutmuşlar. 102, 106, 164, 199, 207-ci maddələrdə Azərbaycanda fəaliyyət göstərəcək sənaye və texnologiyalar parklarının torpaq, əmlak vergisinin, fiziki şəxslərin gəlir vergisinin azaldılması nəzərdə tutulmuşdur.
Ən vacib məsələlərdən biri əlavə dəyər vergisi ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdir. Mən razılıq hissi ilə bildirmək istəyirəm ki, bu gün Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb. Biz Vergi Məcəlləsinə etdiyimiz dəyişikliklər nəticəsində nəinki MDB-də, bütöv-lükdə Avropa məkanında bu vergi növünün hesabına yığılan vergilərin və vergi məsuliyyətinin artmasının şahidi oluruq.
Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, 164-cü maddə ilə pullu xidmət göstərən təhsil ocaqları əlavə dəyər vergisindən azad olacaq. Hesab edirik ki, bu təklif, həqiqə-tən, Azərbaycanda təhsilin inkişafına, eyni zamanda, təhsil sistemində çalışan işçilərin əmək haqlarının artmasına öz müsbət təsirini göstərəcəkdir.
Hörmətli millət vəkilləri, hörmətli Oqtay müəllim, mən ətraflı danışmaq istəmirəm, çünki Vergi Məcəlləsində elek-tron hökumətin qurulması ilə əlaqədar olaraq elektron xid-mətin, vergi inzibatçılığının təkmilləşməsi və vergi mədə-niyyətinin yüksəldilməsi ilə əlaqədar xeyli dəyişikliklər nəzərdə tutulmuşdur. Bütövlükdə Vergi Məcəlləsinə edilən dəyişikliklər Azərbaycanda vergi sisteminin daha da tək-milləşməsini, Azərbaycanın dövlət büdcəsinin dinamik artması üçün gəlirlərin vaxtında toplanmasını təmin edəcək. Bu, bütövlükdə Azərbaycanda sivil vergi sisteminin daha da təkmil olmasına imkan yaradacaqdır ki, bu da son nəticədə Azərbaycan iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafına xidmət edəcəkdir.
Yekun olaraq onu demək istəyirəm ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin qeyri-neft sektorunun üstün inkişafı istiqamətində atdığı addımlar, gördüyü tədbirlər, həyata keçirilən strateji proqramların uğurlu həlli vergi sisteminə edilən dəyişikliklərlə bilavasitə əlaqədar olacaq. Ona görə də millət vəkillərindən Vergi Məcəlləsinə müsbət münasibət bildirmələrini xahiş edirəm. Qanun layihəsində göstərildiyi kimi, dəyişikliklər yanvar ayının 1-dən qüvvəyə minəcəkdir. Mən bir daha millət vəkillərindən Azərbaycan iqtisadiyyatı üçün çox vacib olan bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hörmətli millət vəkilləri, çox önəmli və mütərəqqi dəyişikliklərdir. Vahid Əhmədovun sualı var, buyursun.
V.Əhmədov. Oqtay müəllim, mənim sualım yoxdur, təklifim var. Bu dəyişiklik Milli Məclisin İqtisadi siyasət komitəsində çox ciddi müzakirə obyekti olub, iclasda ver-gilər nazirinin müavini, idarə rəisləri, Dövlət Gömrük Komitəsinin idarə rəisi iştirak edib. Ümumiyyətlə, bunlar faktiki olaraq Azərbaycan iqtisadiyyatının, sahibkarlığın inkişafına kömək edən dəyişikliklərdir. Ona görə təklif edirəm ki, səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.33 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hör-mətli həmkarlar! Bu gün müzakirə olunan bu qanun layihəsi bəlkə də ən vacib, ən əhəmiyyətli sənədlərdən biridir. Ona görə ki, Türk Şurasının II Zirvə Toplantısının Bəyannaməsi türk dövlətləri arasında yüksək səviyyədə münasibətlərin, sıx əməkdaşlığın birbaşa göstəricisidir. Sənədə diqqətlə baxsanız, görərsiniz ki, əlaqələr müxtəlif sahələrdə – mədəniyyət, elm, təhsil sahəsində, iqtisadi sahədə, xarici siyasət və təhlükəsizlik sahələrində formalaşır. Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycan öz imzalarını bu sənədə qoyaraq bizim ölkələrimizi narahat edən bütün məsələlərdə birgə siyasətin aparılmasını yüksək tribunadan bəyan etmişlər. Belə bir sənədin bu gün parlamentdə ratifikasiya olunması həm də dünyaya əhəmiyyətli bir mesajdır – Türk Şurası nəinki fəaliyyət göstərir, bu gün beynəlxalq münasibətlərdə öz sözünü deyə biləcək güclü bir quruma çevrilmişdir. Ona görə mən həmkarlardan xahiş edirəm, bu gözəl sənədin təsdiq olunmasına səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Vacib olan məsələdir. Mən də deputat həmkarlarımı bu mühüm sənədə səs ver-məyə çağırıram. Hesab edirəm ki, türk dövlətlərinin əmək-daşlığı həmişə yüksələn xətlə inkişaf eləyib və bundan sonra da inkişaf edəcəkdir.
Mən bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Təbii ki, siyasətlə məşğul olan insanlar siyasi dözümlülüyün nə olduğunu bilir, hər bir məsələyə dözümlü yanaşmağı tövsiyə edir və özləri də buna nümunə göstərirlər.
Elm aləmində də dözümlülük vacib şərtdir. Çünki bu sahədə çalışan insanlar mütəmadi olaraq müdafiələrdə, müxtəlif elmi təqdimatlarda iştirak eləyir, rəngarəng fikirlər eşidirlər. Hərə öz fikrini, məsələyə fərqli yanaşmasını bu və ya digər şəkildə müxtəlif təhqiramiz ifadələrlə yox, tutarlı dəlillərlə əsaslandırıb cəmiyyətə təqdim edir.
Hörmətli Fəzail müəllim bayaq mənim burada çıxışımla əlaqədar düz dedi, mənim o çıxışda söylədiklərim yanlış anlaşılmamalıdır. Fəzail müəllim – Fəzail İbrahimli orta məktəbdə bizim uşaqlarımızın oxuduğu “Azərbaycan tarixi” dərsliklərinə bir nəzər salsa, yəqin, bilər ki, mən nəyi demək istəyirəm.
Partiya funksioneri olmağına gəldikdə mən çox şərəf duyuram ki, Yeni Azərbaycan Partiyasının funksioneriyəm. Bu partiyanı Heydər Əliyev yaradıbdır. Heydər Əliyevin çörəyini yeyənlərin çoxu atalı, balalı qaçıb gizlənəndə, üzə çıxmayanda burada olan insanlar Heydər Əliyevə dayaq oldular, siyasi partiya yaratdılar.
Bu partiyanın sıralarından görünməmiş alimlər çıxıbdır. Elə bizim hörmətli Gövhər xanımın işlədiyi institutun direktoru Yeni Azərbaycan Partiyasının sədr müavini Ziya Bünyadov olubdur. Yəqin ki, Gövhər xanım vaxtilə uzun müddət onun yanında kiçik elmi işçi işləyibdir. Burada alimlər – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, Milli Məclis Sədrinin müavinləri oturublar. Hərəsi bir sahədə Azərbaycan elmini inkişaf etdirir. Burada partiyanın İdarə Heyətinin üzvü Abel Məhərrəmov oturubdur. Onun əsərləri, təhqiqatları bu gün Nobel mükafatına təqdim olunub. Burada Milli Məclisin Sədri Oqtay müəllim və onun iki müavini – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üç nəfər üzvü əyləşibdir. Yəni yanaşma tərzi düzgün olan insanlar hər hansı bir fikri ifadə etmək istəyəndə nəzərə alırlar ki, o fikir əsaslandırılmalıdır. İndi kim zəlzələdən, vəlvələdən hansısa institutda direktor işləyirsə, orada normal seçki keçirsələr, hamıya bəlli olar ki, kim direktor olmalıdır.
Bu gün biz elm haqqında fikrimizi söyləyəndə ilk növ-bədə cəmiyyətdən gələn düşüncələri dilə gətiririk. Cəmiy-yətin tələbatı var ki, bu gün Azərbaycan elminin müxtəlif sahələri inkişaf eləsin. Bunun yollarından biri islahatdır. Biz fikrimizi söyləyirik ki, mədəniyyətdə də bu olmalıdır. Biz keçmişi kənara atmırıq. Təbii ki, Azərbaycanın Üzeyir Hacıbəyovu da, Qara Qarayevi də, Fikrət Əmirovu da, Niyazisi də olub. Amma mədəniyyətimizi yalnız onlarla yaşatmaq olmaz ki. Yeniləri də yetişməlidir. Biz bunları deyirik. Biz deyirik ki, Ziya Bünyadovdan sonra institut kimi yetişdirib? Elə bir alim yetişdiribmi ki, bu gün ermənilərlə qabaq-qabağa çıxıb hansısa həqiqətləri sübut eləyə bilsin?
Deyirlər, bizim hesabatlarımız var, oxumursunuz. İnter-netə girin, Cənubi Qafqazla, Qafqaz Albaniyası ilə, Atro-patena ilə, Albaniya ilə bağlı yazılar yazırlar, Nizami ilə, Füzuli ilə bağlı fikirlər ortalığa qoyurlar. Hansı ölkədə hansı dildə sizin əsərləriniz nəşr edilib, Azərbaycan cəmiyyətinə təqdim olunub? Biz bunu deyirik, bunu istəyirik. Elmə bu baxışla, bu meyarlarla yanaşırıq. Yoxsa kimsə Əbülqasim Firdovsidən bir mövzu götürüb müdafiə eləyir, elmlər namizədi olur və bununla da işi bitmiş hesab olunur. Bizə də deyirlər ki, hesabat dərc olunur. Biz Azərbaycan xalqının dəyərlərinin cəmiyyətə, bəşəriyyətə çatdırılmasının tərəfdarıyıq. Mən elmə bu nöqteyi-nəzərdən yanaşıram.
Mən o sahədə məşğul olan istənilən adamı polemikaya dəvət edə bilərəm. Gəlsin, ortalığa qoysun görək elmi təd-qiqat institutunda nə hazırlayıb, nə təqdim ediblər. Ona görə vəzifəyə də yanaşma tərzi dəyişməlidir. Heç kəs fikirləşməməlidir ki, institutun direktorudursa, bu institut ona əbədi həvalə olunubdur. İnstitutun direktoru bu gün biridir, sabah başqası ola bilər. Bəzən bir sahəni tənqid eləyirsən, görürsən, o sahədə nazirlikdən cavab gəlir. Elə bilirlər ki, orada ömürlük oturacaqlar. Xeyr, bu, ömürlük deyil. Bu gün həvalə olunubdur, sabah bir başqası orada oturub çalışa bilər.
Hər kəs danışanda sözlərinə, ifadələrinə fikir versin. O sözlərlə, ifadələrlə istənilən adamı tənqid də eləmək olar, təhqir də eləmək olar. Polemikaya yanaşma tərzi düzgün olmalıdır. Fikirlərini əsaslandırmalısan.
Mən üç ali təhsil almışam, elmi dərəcəm var. Kim əsas-landıra bilər ki, mənim dediklərim səhvdir? Hərənin öz yanaşma tərzi var. Mən məsələyə bu mövqedən yanaşıram. Əgər alternativ fikrin varsa, fikrini ortaya qoy. Mən 20 ildir siyasətlə məşğul oluram, ictimai-siyasi həyatdayam və nə danışdığımı da çox gözəl bilirəm. 20 ildə digərləri nə ilə məşğul olub, stolunun üstünə 20 əsər qoya bilibmi? Bir dənə fundamental əsəri göstərsin görüm, Azərbaycan xalqı və tarixi ilə bağlı hansı bir layiqli çap əsəri və yaxud əlyazması var. Bundan danışın, bu məsələləri müzakirə edin. Ona görə xahiş edirəm, hər kəs çıxışında öz məsələsinə münasibət bildirsin, başqasının fikirlərinə şərh verməsin. Sağ olun.
Sədrlik edən. Siyavuş müəllim, əvvəli yaxşı başladın. Dözümlülükdən başladın, özün də bir az dözümsüzlük etdin. Yəni bir-birimizə, həqiqətən, hörmət etməli, diqqətlə yanaşmalıyıq. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.44 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edil-məsi barədə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət və-killəri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublika-sının Qanunu ilə dövlət orqanları tərəfindən hakimiyyət sə-lahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə müəyyən edilmiş dövlət rüsumlarının dərəcəsi 2002-ci il 1 yanvar tarixindən tətbiq edilir. Həmin dövrdən sonrakı illərdə respublika iqtisadiyyatının inkişaf səviyyəsini və sosial sahələrdəki vəziyyəti xarakterizə edən əsas göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Lakin bir sıra xidmətlərin və hüquqi hərəkətlərin aparılmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2001-ci ildə aşağı səviyyədə müəyyən edilmiş dövlət rüsumu dərəcələri bu illər ərzində dəyişdirilməmişdir.
Bundan başqa, məlum olduğu kimi, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət nota-riat kontorları ilə yanaşı, xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur və xüsusi notariuslar tərəfindən notarial hərəkətlərin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan 10 faiz dərəcə ilə gəlir vergisi müəyyən edilmişdir. Bu vergi ilə yanaşı, büdcə qarşısındakı digər öhdəliklər də həyata keçirildikdən sonra xüsusi notariusların sərəncamında qalan vəsaitlər onların normal fəaliyyət göstərməsi üçün tələb olunan xərcləri tam təmin etmir.
Yuxarıda göstərilənlər və aidiyyəti dövlət orqanlarının təklifləri nəzərə alınmaqla dövlət rüsumu tutulmalı olan aşağıdakı hərəkətlərə görə dövlət rüsumu dərəcələrinin artırılması təklif olunur: məhkəməyə iddia ərizələrinin və şikayətlərin verilməsi, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən verilən sənədlərin surətinin təkrar verilməsi, notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları, ixtira, faydalı model, sənaye nümunəsi patentinin qüvvədə saxlanması, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində, inteqral sxem topologiyaları sahəsində və məlumat topluları sahəsində aparılan hüquqi hərəkətlər, nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi, sürücülük vəsiqəsinin verilməsi, qeydiyyat şəhadətna-məsinin verilməsi və digər xidmətlər.
Bu dəyişikliklərin edilməsi obyektiv zərurətdir. Çünki 2013-cü ilin büdcə proqnozlarında da həmin dəyişikliklər nəzərə alınmışdır.
Milli Məclisin İqtisadi siyasət komitəsində Maliyyə və Ədliyyə nazirliklərinin müvafiq əməkdaşlarının iştirakı ilə müzakirələr aparılmış və qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə edilmişdir. Hörmətli millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.48 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1 
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, biz 5 məsələni gündəlikdən çı-xarıb növbəti iclasa keçirmişik. Əsas sazişlər qalıb. Əgər etiraz etmirsinizsə, fasiləsiz işləyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deməli, fasiləsiz işləyirik.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əmək-daşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə. Ziyafət müəllim buyursun.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlü-kəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli deputatlar! Müza-kirənizə təqdim olunan Sazişin layihəsi 2012-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanıb. Bu qəbildən olan qanun layihələri, bilirsiniz ki, bir çox ölkələrlə artıq imzalanıb. Yadınızdadırsa, elə keçən iclasda bu qəbildən olan bir sənədi – Türkiyə ilə bağlanmış bir Sazişi təsdiqlədik.
Qanun layihəsində Sazişin predmeti, əməkdaşlığın formaları və yardımın qaydaları göstərilib. Eyni zamanda, demək istəyirəm ki, bu Saziş qeyri-müəyyən müddətə bağlanır. Bu da, yəqin ki, bizim dövlətlərimiz arasında olan etimadın nəticəsidir. Hesab edirəm ki, bu Sazişin layihəsi Azərbaycanın milli maraqlarına uyğundur.
Onu da deyim ki, bu qəbildən olan sənədlər özünü doğruldur və Azərbaycan təmsilçiləri də bizim müqavilə bağladığımız ölkələrdə fövqəladə halların, təbii fəlakətlərin qarşısının alınmasında çox fəal şəkildə iştirak edirlər. Ona görə də xahiş edirəm, bu qanun layihəsinə müsbət fikrinizi bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.51 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 9-cu məsələ. “Azərbaycan Respublikası Höku-məti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Bu-yursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət və-killəri! Hamıya məlumdur ki, son illər Azərbaycan Respub-likasının Koreya Respublikası ilə əməkdaşlığı bütün sahələrdə inkişaf edir. Dünyanın yüksək inkişaf etmiş ölkələrindən sayılan Koreya Respublikası Azərbaycanda bir sıra uğurlu layihələr həyata keçirir.
Saziş Bakı şəhərində imzalanmışdır. 9 maddədən ibarət bu Sazişin məqsədi ondan ibarətdir ki, bütövlükdə iqtisadi əməkdaşlıq üçün daha əlverişli imkanlar yaransın. Gördüyünüz kimi, bu, beynəlxalq standartlara cavab verən qanun layihəsidir. Millət vəkillərindən xahiş edərdik ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədinə xidmət edən bu Sazişə müsbət münasibət bildirsinlər.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.52 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1 
İştirak edir  95
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Komitə sədri Ziyad Sə-mədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! 4 saziş bilavasitə poçt xidməti ilə əlaqədardır. İcazə versəydiniz, mən hamısına dair bir yerdə məlumat verər, amma ayrı-ayrılıqda səsə qoyardıq.
Sədrlik edən. Buyurun.
Z.Səmədzadə. Müzakirəyə təqdim edilmiş Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi və gündəlikdə 11-ci, 12-ci, 13-cü bəndlərdə nəzərdə tutulmuş sazişlər Azərbaycan Respublikasında poçt sahəsinin, poçt mədəniyyətinin inkişafına xidmət edən sazişlərdir.
Azərbaycan hələ 1993-cü ildə Ümumdünya Poçt İttifaqı-nın üzvlüyünə qəbul olunmuş və bu, ölkəmizin poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar açmışdır. Bu gün Azərbaycanda elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə, cəmiyyətin hər bir üzvünə xidmət edən, gələcəyə istiqamətlənmiş dövlət siyasəti bu sahədə də uğurla həyata keçirilir. Keçən illər ərzində sürətlə inkişaf edən Azərbaycan poçtu indi bir sıra beynəlxalq təşkilatlarda bərabərhüquqlu üzv kimi təmsil olunur, özünün dinamik inkişaf dövrünü yaşayır.
Qeyd olunanları nəzərə alaraq, bu gün müzakirəyə təqdim olunmuş gündəlikdə 10-cu, 11-ci, 12-ci, 13-cü məsələlərin təsdiq edilməsi ölkə poçtunun yeni inkişaf mərhələsinə keçidini təmin etməklə dünya poçtuna inteqrasiya yolunda atılmış növbəti uğurlu addım olacaqdır. Millət vəkillərindən bu sazişlərin təsdiqinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Bu-yurun, xahiş edirəm, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.55 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Ümumdünya Poçt İttifaqının Nizamna-məsinə əlavə səkkizinci Protokola qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.56 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
12-ci məsələ. Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.56 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1 
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 13-cü məsələ. “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi. Xahiş edirəm, bu qanun layihəsinə də münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.57 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf 1
Səs vermədi  0 
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Məlumat verir Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə. Buyurun, Arif müəllim.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Etiraz eləməsəniz, bu və gündəlikdəki növbəti məsələ barədə birlikdə məruzə edərdim, sonra səsverməni ayrı-ay-rılıqda keçirərdik.
Sədrlik edən. Buyurun.
A. Rəhimzadə. Müzakirəyə təqdim olunan qanun layihə-sində Gəncə şəhərinin ərazisinin genişləndirilməsi nəzərdə tutulur. Son illər Gəncədə böyük yenidənqurma, abadlıq işləri aparılıb, inzibati və yaşayış binaları tikilib, bir çox qurğular inşa edilib, yollar salınıb. Şəhərin ərazisi məhdud olduğu üçün inşa edilən obyektlər bir çox hallarda onun hüdudlarından kənarda yerləşdirilib və yaxud hər hansı bir şəxs Gəncə sakini ola-ola bu şəhərlə həmsərhəd rayonlardan birinin ərazisində ev tikibdir. Belə şəxslər çoxdur və onların böyük bir hissəsi Gəncə şəhərinin sosial və digər kommunal xidmətlərindən istifadə edir.
Vəziyyəti tənzimləmək zərurəti və Gəncə şəhərinin gələ-cək perspektivi nəzərə alınaraq şəhər ərazisinin böyüdülməsi təklif olunur. Qanun layihəsində nəzərdə tutulur ki, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının ərazisindən Gəncə şəhərinə təxminən 2700 hektar torpaq sahəsi ayrılsın. Bu torpaqlar həm dövlət və bələdiyyə mülkiyyətində, həm də xüsusi mülkiyyətdə olan torpaqlardır. Eyni zamanda, sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqədar Göygöl və Samux rayonlarına da Gəncədən müəyyən sahələrin ayrılması nəzərdə tutulur.
Müzakirəyə çıxarılan ikinci layihə Bakı şəhərinin tərki-bində yeni rayonun yaradılması ilə əlaqədardır. Şəhərin Pirallahı, Çilov və Neft Daşları adalarında uzun illərdir ki, qəsəbələr salınıb və onlarda 18 min nəfər əhali yaşayır. Qəsəbələrdə məktəblər, uşaq bağçaları, poliklinikalar, səhiyyə məntəqələri, poçt, ATS, sənaye, inşaat, nəqliyyat müəssisə-ləri və digər obyektlər yerləşdirilib və fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti neft sənayesində olsa da, bu adaların böyük turizm potensialı da var.
Qanun layihəsində nəzərdə tutulur ki, 3 adanın – Pirallahı, Çilov və Neft Daşları adalarının əsasında yeni bir rayon yaradılsın. Bu adalar hazırda Xəzər rayonuna məxsusdur. Yeni rayonun yaradılması dövlət idarəetməsini əhaliyə yaxınlaşdıracaq. Bu isə əhaliyə göstərilən xidmətləri yaxşılaşdıracaq, ərazinin potensialından daha dolğun istifadə edilməsi üçün şərait yaradacaqdır.
Hər iki layihə üzərində kartoqrafik sənədlər işlənib, sər-hədlər müəyyənləşdirilib, məsələlərə komitənin iclasında baxılıb və onların sizin müzakirənizə verilməsi tövsiyə edi-libdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Qanun layihələri-nin müzakirəsinə başlayırıq. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İlk öncə bu layihələrin hər ikisinin gərəkli layihələr olduğunu qeyd edir və onları dəstəkləyəcək bütün millət vəkillərinə öz təşəkkürümü bildirirəm. Hörmətli Arif müəllim burada Gəncə şəhərinin inzibati ərazisinin genişləndirilməsi ilə bağlı fikirlərini söylədi. Mən o fikirlərlə tam şərikəm və eyni zamanda, demək istəyirəm ki, Gəncənin ərazisinin böyüməsi onun əhalisi ilə yanaşı, ətrafında yerləşən Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Gədəbəy rayonlarının da inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Gəncədə təkcə quruculuq və abadlıq işləri getmir. Cənab Prezidentin diqqəti və qayğısı sayəsində Gəncə şəhəri, doğrudan da, özünün əsl intibah dövrünü yaşayır. Gəncə ölkənin ikinci şəhəri adına layiq güclü vergi ödəyicisinə çevrilməkdədir. Gəncə şəhəri cənab Prezidentin qarşıya qoyduğu bir məqsədə doğru irəliləyir – o, yaxın vaxtlarda ölkənin ikinci milyonluq şəhərinə çevrilməlidir.
Hörmətli millət vəkilləri, bütün dünyada olduğu kimi, Azərbaycanda da urbanizasiya prosesləri gedir və bu proseslər nəticəsində kənd əhalisinin böyük bir hissəsi şəhərlərə toplaşır. Təəssüf ki, bizim ölkəmizdə bu proses yalnız Bakının əhalisinin artması istiqamətində özünü qabarıq şəkildə göstərir. Mən hesab edirəm ki, Gəncə, Lənkəran, Şəki, Şirvan kimi şəhərlərimizin milyonluq şəhərlərə çevrilməsi yaxın illərdə həm də Bakının insan sıxlığından xilas olmasına gətirib çıxaracaqdır.
Mən Gəncənin təhsil və elm ictimaiyyətinin təşəkkür və minnətdarlığını cənab Prezidentə çatdırmaq istəyirəm. Cə-nab Prezidentin bu günlərdə verdiyi bir fərmanla Gəncədə Milli Elmlər Akademiyasının Gəncə bölməsi yaradıldı. Təbii ki, bu da Gəncə şəhərinin həm elm, təhsil, həm də mədəniyyət cəhətdən inkişafına ciddi təkan verəcəkdir.
Son vaxtlar Gəncədə çoxlu beynəlxalq tədbirlər keçirilir. Bu da artıq şəhərimizin beynəlxalq statusunun yüksəlməsi-nin bir göstəricisidir. Hörmətli Ziyafət müəllim, bu fürsətdən istifadə edərək təklif irəli sürmək istərdim ki, Milli Məclisin iclaslarının, yaxud Milli Məclisin beynəlxalq tədbirlərinin də Gəncə şəhərində keçirilməsini qrafikə salaq, qonaqlarımız bizim regionlarımızla tanış olsunlar. Sözsüz ki, artıq regionlarımızın inkişafının beynəlxalq səviyyəyə gətirilib çıxarılmasında bu tədbirlərin böyük əhəmiyyəti olacaqdır. Bir daha millət vəkillərini bu layihəyə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən çıxışıma Musa müəllimin sonuncu təklifindən başlamaq istəyirəm. Təkcə Gəncədə yox, respublikanın bir sıra inkişaf eləmiş regionlarında, şəhərlərində Milli Məclisin iclaslarının, – plenar bir az problem olar, komitə iclaslarının, – keçirilməsi ənənəsini qoymaq olar. Bu həm də Milli Məclislə regionlar arasında əlaqələrin möhkəmlənməsinə, yerlərdə problemlərlə tanışlıq baxımından millət vəkillərinin daha aktiv rol almasına səbəb ola bilər.
Konkret dəyişikliklərə gəlincə, mən Pirallahı rayonunun yaradılması ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Burada müəyyən nəqliyyat və başqa problemlər var ki, onların həlli bu bölgənin inkişafı üçün olduqca vacibdir. Xüsusilə Neft Daşları, Çilov və Pirallahı qəsəbələrinin müəyyən dərəcədə inkişafı vacibdir. Neft Daşları ilə mənim müəyyən tanışlığım vardır. Orada çox ciddi infrastruktur layihələri həyata keçirilib.
Ümumiyyətlə, Neft Şirkətinin bu istiqamətdə fəaliyyətini təqdir eləməklə yanaşı, burada fürsət düşmüşkən bir məqamı qeyd eləmək istəyirəm. Bu yaxınlarda Gürcüstanda bir neçə tələbə mənə təqaüdlə bağlı müraciət eləmişdi. Mən orada Neft Şirkətinin təmsilçisinə müraciət elədim və 3 gün keçməmiş həmin tələbələr çağrıldılar, təqaüdlə təmin edildilər. Bu operativliyə görə mən şirkətin rəhbərliyinə təşəkkür eləmək istəyirəm. Çünki bu, strateji bir məsələdir. Orada olan tələbələrin ciddi diqqətdə saxlanması Azərbaycan üçün, həqiqətən də, müsbət ənənənin qoyulmasına və Gürcüstanda azərbaycanlı kadrların formalaşmasına ciddi şərait yaradacaq.
Pirallahı qəsəbəsi ilə bağlı bir ciddi problem var. Bild-iyiniz kimi, Nazirlər Kabinetinin 2003-cü ildə qəbul etdiyi 137 saylı qərarla Pirallahı adası əlverişsiz iqlim şəraiti olan ərazi sayılır, yəni iqlim şəraiti riskli bir ərazidir. Neft Daşlarında və başqa yerlərdə aldığım məlumata görə, burada hər hansı bir şəkildə xəstəliyə düçar olan insanlara təcili tibbi yardım göstərilməsi haradasa 7–8 saat vaxt aparır. Bu adalarda təcili tibbi yardım sistemində, xüsusilə də Pirallahı qəsəbəsindəki 18 saylı təcili tibbi yardım məntəqəsində personalın 85 faizi 12 saatlıq iş rejimində çalışır. Təsəvvür edin ki, 1 saata bu işçi getdi Neft Daşlarına və 12 saat ərzində onun vaxtı qurtardı, gəlib çıxır 16 saata, həmin iş gününü tamamlayır. Məncə, bu problemlərə də diqqət yetirmək lazımdır. Rayon yaratmağa yaradırıq, amma əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi məsələsinə indidən müəyyən dəstək verməliyik.
Əmək Məcəlləsi bizdə 24 saatlıq iş qrafikini qadağan eləmir. Mən hesab edirəm ki, burada 24 saatlıq iş qrafikinə keçmək lazımdır. Bəzən infarkt olmuş xəstələrin Neft Daşlarından və ya Pirallahıdan gətirilməsi xeyli vaxt aparır və işçi öz vaxtını qurtarandan, yəni saat 7-dən sonra heç bir nəqliyyat işləmir. Təcili yardım sistemində işçilərin çoxu qadınlar olur. Nəqliyyat işləməyəndə bunlar evlərinə necə qayıtsınlar? Böyük əksəriyyəti ciddi sıxıntı içində yaşayır. Adi bir nəqliyyat problemini həll edə bilmirlər. Ona görə məncə, bu məsələlərin həllinə, orada bütün sahələrdə infrastrukturun formalaşmasına gərək biz də dəstək verək. Bu, aktual məsələ olduğundan sizin diqqətinizə çatdırdım.
Layihələrin tərəfdarıyam. Mən də müsbət rəyimi bild-irəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil müəllim, Pirallahı ray-onunun yaradılmasında əsas məqsədlərdən biri də elə Sizin dediyiniz problemlərin aradan qaldırılmasıdır. Çünki rayon statusu olmadan orada insanların həyatını yüngülləşdirmək çətin olur. Təbii ki, rayon yaradılandan, müvafiq strukturlar, bölmələr, xəstəxanalar və sair yerində olandan sonra insanların həyatı da yüngülləşəcək. Bu rayonun yaradılmasının əsas səbəblərindən biri də elə bundan ibarətdir.
Bir də bayaq Siz səyyar komitə iclaslarının ənənəsini qoymaqdan danışdınız. Bu ənənənin əsasını artıq Eldar müəllimgil qoyub. Keçən il, ya ondan əvvəlki il Eldar müəllim Aqrar komitənin iclasını Gəncədə keçirdi. Bu ənənə var və mən onun daha da genişləndirilməsinin tərəfdarıyam. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən deputat həmkarlarımdan fərqli olaraq birinci məsələni dəstəkləsəm də, Pirallahıda yeni rayonun yaradılmasının əley-hinəyəm. Burada hörmətli Arif müəllim dedi ki, biz idarəetməni xalqa yaxınlaşdırmaq üçün bunu edirik. Amma əslində, bu tipli icra strukturları yaratmaqla biz xalqı yükləyirik. Məmurlar təbəqəsini artırıb genişləndirir və onların da saxlanmasını sadə insanların, vətəndaşların üzərinə qoyuruq.
Normal idarəetmə sistemi qurulsa və idarəetmə sadələş-dirilsə, yeni inzibati icra orqanlarının yaradılmasına və məmur təbəqəsinin artırılmasına ehtiyac olmaz. Mən hesab edirəm ki, bu sahədə islahatlar aparılsa, Azərbaycanda mə-mur təbəqəsini 30 faizə qədər azaltmaq mümkündür.
Bizdə bir çox hallarda bələdiyyələrlə icra orqanları, on-ların strukturları bir-birini təkrarlayırlar. Bələdiyyə orqan-larını yaratmışıqsa, onların səlahiyyətlərini genişləndirmək lazımdır. Yeni icra strukturları yaratmaq lazım deyil.
Biz bu ilin iyun ayında əhalisinin sayı 20 min nəfər və daha çox olan inzibati ərazi vahidlərinin ərazisində sahə inzibati ərazi dairələrinin və deməli, əlavə icra nümayəndə-liklərinin yaradılması ilə bağlı qanun qəbul etdik. Bildiyimə görə, bunlar indiyə qədər də yaradılıb qurtarmayıb. Mən bu sayda, bu qədər məmur yaratmağın mənasını görmürəm. Əksinə, düşünürəm ki, məmurların sayını azaltmaq lazımdır.
O ərazi məndən öncə qeyd olunduğu kimi, kiçik adalar-dan ibarətdir. Bu adalara ayrıca rayon statusu vermək, orada polis, prokurorluq, icra hakimiyyəti və sair orqanlar yaratmaq hansı zərurətdən irəli gəlir? Görün orada nə qədər məmur təbəqəsi yaranacaq. Bunların hamısına büdcədən maaş verilməlidir. Bu nəyə lazımdır? Mən bunun bir izahını görmürəm.
Qəsəbələrin statusu artırılır, kəndlərə böyük statuslar verilir, yeni rayonlar yaradılır. Onun üçün bizdə məmur qıtlığı yoxdur. Mən görürəm ki, bu tendensiya davam eləsə, Azərbaycanda hər kiçik qəsəbəyə, hər kiçik şəhərə belə statuslar verib gedəcəyik. Axırda Azərbaycanda məmur olmayan adamları barmaqla göstərmək olacaq. Vaxtilə, Çar Rusiyası dövründə hamının pencəyinin arasında bir yaşıl yamağı var idi. Bizdə də məmur olmayan adam qalmayacaq. Onun üçün mən bunun qəti əleyhinəyəm. Hesab edirəm ki, məmur təbəqəsinin bu qədər şişirdilməsi gələcəkdə büdcədə ciddi problemlər yaradacaq. Bir də ki, məmurların çoxalması bürokratiyanın çoxalmasıdır, insanların incidilməsidir, insanlara xidmət deyil ki. Bunun əleyhinəyəm və hesab edirəm ki, bu məsələlərlə bağlı qərarlar qəbul eləyəndə biz daha diqqətli olmalıyıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar xanım, buyurun.
B.Muradova. Təşəkkür edirəm, Ziyafət müəllim. Hör-mətli həmkarlar! Yadınızdadırsa, biz Azərbaycan regionla-rında qurumların yaranmasını özündə müəyyən eləyən qanun qəbul eləmişdik. İndi atdığımız bu addım, qəbul etdiyimiz bu sənəd də məhz bundan irəli gəlir. Mən yoldaşlarımın fikirlərinə hörmətlə yanaşıram və onların dediklərini təkzib etmək niyyətim də yoxdur. Sadəcə, öz fikirlərimi demək istəyirəm.
Biz burada Ziyafət müəllimlə söhbət edirdik ki, başqa ölkələrə nisbətən bizdə kəndlər çox, şəhərtipli qəsəbələr, əsl mənada şəhər olan inzibati ərazi vahidləri azdır.
Elə ona görədir ki, həmin kəndlərdən əhali çox zaman mərkəzlərə axışıb gəlir. Bu da haqlı olaraq bizi narahat edir. Regionlarda insanlar daha çox mərkəzlərdə yaşamağa üstünlük verirlər. Bu da ondandır ki, həmin kəndlərdə, kəndə oxşar qəsəbələrdə müvafiq infrastruktur yoxdur. Bu infrastrukturu yaratmaq üçün mütləq o kəndlərin, qəsəbələrin statusuna baxmalı, ona müəyyən dəyişiklik etməliyik.
Vaxtilə Füzuli rayonunun Horadiz qəsəbəsi acınacaqlı vəziyyətdə olan bir yaşayış məntəqəsi, qatar keçən stansiya idi. Oradan keçənlərin çoxu bunu görmüşdü. Həddən artıq geridə qalmış vəziyyətdə idi. Nə kanalizasiyası, nə də su xətti var idi. Ümumiyyətlə, burada insanların rahatlığı üçün lazım olan infrastruktur yox idi. Cəmi dörd ildir, Horadizə şəhər statusu verilib, amma artıq onu tanımaq olmur. Bu günlərdə cənab Prezidentin ora səfəri oldu. Gördünüz ki, işğaldan azad olunmuş, demək olar ki, bütün binaları, ob-yektləri dağıdılmış bir ərazidə nə qədər böyük işlər görülüb. Bu ona görədir ki, onun statusu dəyişildi. Bu statusun dəyişilməsinə uyğun olaraq ona münasibət dəyişildi, mərkəzdən, büdcədən ayrılan vəsaitlər, məqsədli layihələr bura yönəldildi. Qısa bir müddətdə bu ərazi, doğrudan da, bir çox şəhərlərlə rəqabət aparmaq vəziyyətinə gəlib çıxdı. Bu çox yaxşı bir nümunədir. Azərbaycanda bir neçə belə nümunə var.
Mən bu qəsəbələrə şəhər statusunun verilməsində və ya hansısa ərazi vahidlərinin yaradılmasında məqsədin yalnız məmur ordusunun sayını artırmaq olması barədə söylənən fikirlərin əleyhinəyəm. Çünki məqsəd məmur ordusunu artırmaq və əhalinin ödədiyi vergilərlə onları saxlamaq deyil, məqsəd ayrı-ayrı ərazi vahidlərində əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün onun xidmətində dayanan qurumları və o qurumlarda işləyən insanları müəyyən səlahiyyətlərlə təmin etməkdir ki, bu da son nəticədə həmin ərazi vahidləri sakinlərinin problemlərinin həllinə, həyat şəraitinin yaxşılaşmasına gətirib çıxarır.
Mən Pirallahı rayonunun yaradılmasının tərəfdarıyam. Ona görə ki, bunlar adalardır və bu adalar bizim gündəlik yaşadığımız şəraitə qətiyyən uyğun gəlməyən vəziyyətdədir. Onların özünəməxsus özəllikləri var və bu da xüsusi yanaşma tələb edir. Mənə elə gəlir ki, burada bütün bu cəhətləri işində nəzərə alan müvafiq strukturların yaranmasına ehtiyac vardır. Ona görə bu, rayon statusu almalı və onun müvafiq qurumları yaradılmalıdır ki, həmin adalarda yaşayan insanların burada sadalanan problemlərini həll etmək üçün də müvafiq imkanlar yaransın.
Bir də, axı nə üçün hansısa bir yaxşı məqsədin, insanlara xidmət mənasında qarşıya qoyulmuş yaxşı hədəfin ortada olduğu məqamda ona başqa rəng verək və onu gözdən salmaq istiqamətində fikirlər səsləndirək? Məmur kimdir ki? Məmur sizsiniz, mənəm, o biridir, bizim bacımızdır, qardaşımızdır, xalqın ən müxtəlif problemlərini həll edən, müxtəlif xidmət sahələrində işləyən insanlardır. Onlar bizim soydaşlarımızdır, bizim Azərbaycan vətəndaşlarıdır. Düşünürəm ki, belə bir standart çərçivə yaradıb məmurları o çərçivəyə yerləşdirmək, sonra da onlara neqativ münasibət ortaya qoyub insanlarda onlara qarşı qıcıqlandırıcı fikirlər yaratmaq düzgün deyildir və bizim həmkarlarımız Azərbaycanda dövlət qurumlarında işləyən məmurların nüfuzuna, onların insanlar arasında hörmətinə xələl gətirə bilən fikirlərdən bir az uzaq olmalıdırlar.
Mən hesab edirəm ki, bu məsələni geniş müzakirə etməyə ehtiyac yoxdur və söylənilən fikirləri nəzərə alaraq bu qərara səs vermək olar. Hamınızı buna səs verməyə və fikirlərinizi ifadə edəndə bir az da korrekt olmağa çağırıram.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, 16-cı məsələyə – Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.18 dəq.)
Lehinə  106
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Xahiş edirəm, bu qanun layihəsinə də münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.19 dəq.)
Lehinə  99
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi haqqında qanun layihəsi. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. İcazə verin, 18 və 19-cu məsələləri birlikdə məruzə edim. Çünki bunlar – “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri üzvi surətdə bir-biri ilə bağlıdır. Bu məsələlər bizim komitə tərəfindən irəli sürülmüşdür. Mən, eyni zamanda, Məhkəmə-Hüquq Şurasının üzvü kimi bu məsələləri bizim komitəyə təqdim etmişdim.
“Məhkəmələr və hakimlər haqqında” Qanunda həll etmək istədiyimiz əsas məsələ. Hörmətli millət vəkilləri, hazırda hakimlərin seçilməsi və təyinatı ilə bağlı tədris prosesi də mövcuddur. Amma təəssüf olsun ki, peşəkar tədrisi həyata keçirməkdən ötrü hakim vəzifəsində çalışan şəxsləri bu işə cəlb etmək çox mürəkkəbdir. Çünki onlar hakimlik fəaliyyətini yerinə yetirirlər.
Bu problemi həll etmək məqsədi ilə Məhkəmə-Hüquq Şurası beynəlxalq təcrübəni, xüsusən Fransa təcrübəsini öyrəndi və belə bir təklif irəli sürdü ki, hakimlər tədris üçün ezam olunsunlar. Yəni tədris keçmək üçün kifayət qədər təcrübəyə malik hakim öz razılığı ilə iki il müddətinədək Məhkəmə-Hüquq Şurasının Aparatına hakimlərə tədris keçməkdən ötrü dəvət oluna bilər. Bu zaman, təbii ki, onun hakimlərə aid maddi-sosial təminatları qorunub saxlanılır, amma o, hakimliklə bağlı heç bir başqa fəaliyyət həyata keçirmir. Bu, beynəlxalq Avropa təcrübəsinə uyğundur. Biz məhz belə bir təkliflə çıxış edərək “Məhkəmələr və hakimlər haqqında” Qanuna “Hakimlərin ezam edilməsi” adlı 97-1-ci maddənin əlavə olunmasını təklif etmişik.
“Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna edilən dəyişikliklər isə Məhkəmə-Hüquq Şurasının işində yaranan çətinliklərin aradan qaldırılması məqsədi ilə təklif olunmuşdur. Vaxtilə qanunu hazırlayarkən biz müddətləri kifayət qədər sıx etmişdik. Amma həm icraatda, həm də Hakimlərin Seçki Komitəsində işlər çoxdur. Ona görə də müddətlərin bir qədər dəyişdirilməsini təklif etmişik.
Qanun layihəsində Məhkəmə-Hüquq Şurası Sədrinin səlahiyyət müddətinin artırılması da təklif olunur. Belə ki, qanunvericiliyə görə hakimlərin və o cümlədən məhkəmə sədrlərinin səlahiyyət müddəti 5 ildir. Ona görə təklif olunur ki, Məhkəmə-Hüquq Şurası sədrinin də səlahiyyət müddəti 5 il olsun.
Nəhayət, vacib bir dəyişiklik də hakimlərin fəaliyyətinin yoxlanılması ilə bağlıdır. Mövcud qanunvericilikdə 3 ildə bir dəfədir. Amma çox zaman ehtiyac olur ki, hakimlərin fəaliyyəti daha tez yoxlanılsın. Ona görə biz “5 ildə bir dəfədən az olmayaraq” ifadəsini təklif etmişik. Yəni hər il yoxlanıla bilər.
Qeyd etdiyim kimi, bu təkliflər həm tədris prosesinə ha-kimlərin cəlb olunması, həm də Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin tənzimlənməsi üçün hüquqi baza yaradır. Hörmətli millət vəkillərindən layihəyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə yazılanlar var. Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli həmkarlar! Bu gün müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” Qanunda və “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda edilən dəyişikliklər, hesab edirəm ki, olduqca vacibdir. Bu barədə Əli Hüseynli qeyd etdi. Təbii ki, o, Məhkəmə-Hüquq Şurasının üzvü kimi həmin proseslərdə daim iştirak edir. Amma bəzən mən də qonaq qismində
Məhkəmə-Hüquq Şurasının iclasında və eyni zamanda, hakimlərlə bağlı müəyyən tədbirlərdə yaxından iştirak edirəm.
Bu gün “Məhkəmələr və hakimlər haqqında” Qanunun üç maddəsinə dəyişikliklərin edilməsi təklif olunur. Onların içərisində əlavə, texniki xarakterli müəyyən məsələlər olsa da, hakimlərin ezam edilməsi haqqında 97-1-ci maddə olduqca vacibdir. Əgər Məhkəmə-Hüquq Şurasının Aparatında və yaxud tədris mərkəzində kifayət qədər təcrübi biliyə, staja malik olan hakimlərə ehtiyac varsa, onlar nə üçün ezam edilməsinlər?! Amma məhkəmə sistemində və bu institutda ezam praktikası heç vaxt olmayıb. Belə hesab edirəm ki, dəyərli, savadlı, təcrübəli mütəxəssislərin, hakimlərin həm Məhkəmə-Hüquq Şurasının Aparatının, həm müvafiq icra hakimiyyətinin işinin təkmilləşdirilməsində, həm də birinci və apellyasiya instansiyası məhkəmələrinin işinin yoxlanılmasında iştirak üçün ezam edilməsi olduqca vacibdir.
Digər, 114-cü maddədə isə, əslində, bir boşluq var idi və bu gün həmin boşluq aradan qaldırılır. Hakimin öz ərizəsi ilə vəzifədən azad olunması haqqında məsələ əvvəllər təqdimatla cənab Prezidentə göndərilirdi. Amma bu, artıq razılıq əsasında olduğu üçün həmin vəzifə qanunun 113-cü maddəsinin 1-ci və 3.5-ci bəndlərinə uyğun olaraq Məhkəmə-Hüquq Şurasının öhdəsinə buraxılır.
“Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 13.1-ci maddəsi haqqında fikrimi bildirmək istəyirəm. Doğrudan da, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi 3 ildə bir dəfə həyata keçirilirdi. Bəzən fəaliyyətində neqativ məqamlara yol vermiş və yaxud haqqında ciddi siqnallar və çoxlu şikayətlər alınmış hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi mümkün olmurdu, çünki qanundakı bu göstəriş Məhkəmə-Hüquq Şurasının əl-qolunu bağlayırdı. Bu baxımdan, məcburən 3 il müddət gözlənilirdi, nəticədə şikayətlər, narazılıqlar daha da çoxalırdı. Amma bu qanunun 13.1-ci maddəsinə “5 ildə bir dəfədən az olmayaraq” sözlərinin əlavə edilməsi onu göstərir ki, Məhkəmə-Hüquq Şurası qiymətləndirməni artıq 5 ildə bir dəfə deyil, lazım gəldikdə 3–4 dəfə də, yəni müəyyən siqnallar, informasiyalar daxil olduqda həyata keçirə biləcək.
Daha vacib məqamlardan birini də qeyd etmək istəyirəm. Biz həmişə hakimlərin seçkisi ilə bağlı test imtahanlarında iştirak edirik. Təbii ki, imtahan verən şəxslər arasında narazı qalanlar olur. Bu qanunun 14-cü maddəsində bir boşluq var idi. Yəni hakimlərin Seçki Komitəsinin qərarlarından şikayət verə bilmə müddəti konkret göstərilməmişdi. Buna görə də növbəti imtahanların hazırlanmasına qədər bəzən şikayətlər mütəmadi olaraq gəlirdi, bunlara baxılırdı və xeyli problemlər yaranırdı. Amma indi 14.5-ci maddədə bu müddətin konkret olaraq 10 gün göstərilməsi həm imtahan verənlərə, həm də imtahan götürənlərə imkan yaradacaq ki, dəqiq müddət çərçivəsində öz mövqelərini ortaya qoysunlar.
Son olaraq Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyət-lərinin 5 ilə qədər qaldırılması ilə bağlı fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, bu normal yanaşmadır, çünki hər iki il yarımdan bir məhkəmə hakimiyyətinə nəzarət edəcək Məhkəmə-Hüquq Şurasının rəhbərliyinin dəyişdirilməsi məqsədəuyğun deyildir. Bu baxımdan da 26.1-cı maddədə göstərilən iki il 6 ay müddətinin 5 il ilə əvəz olunmasını məqsədəuyğun hesab edirəm. Həmkarlarımı hər iki qanun layihəsinin təklif olunan variantlarına səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Qüdrət müəllim təkid edir. Buyurun, Qüd-rət Həsənquliyev.
Q.Həsənquliyev. Ziyafət müəllim, qanuna hörmətinizə və söz verdiyinizə görə təşəkkür edirəm. Deputat həmkar-larımdan çox xahiş edirəm, bir az dözümlü olsunlar. Biz buraya, parlamentə niyə gəlmişik?! Onda elə evdə oturaq, İnternet vasitəsi ilə bütün qanunlara səs verək də. Vergi Məcəlləsi haqqında ciddi qanun layihəsi müzakirəyə təqdim edildi. Biz müzakirə etmədik, halbuki onu 3 oxunuşda qəbul etmək lazım idi.
Müzakirə olunan qanunda edilən bu dəyişikliklər, sadəcə, mütərəqqi dəyişikliklər deyil. Mən söyləmək istəyirəm ki, bizim Konstitusiyamız, “Məhkəmələr və hakimlər haqqında” Qanunumuz var. Hakim seçilən şəxs hakimdir, müəllim deyil ki, gedib haradasa dərs desin. Bizim nə ixtiyarımız var, onu hakimlikdən ayıraq? Onsuz da məhkəmələrdə işlər çox olur, əslində, hakimlərin sayını artırmaq lazımdır. Ancaq biz əksinə, hakimləri işdən ayırırıq ki, sən get, iki il dərs de.
Biz onsuz da bu qanuna Konstitusiyaya zidd bir dəyişik-lik etdik, yaş senzi müəyyənləşdirdik ki, insan 70 yaşdan sonra hakim ola bilməz, halbuki hakimlər ömürlük seçilirlər. Burada da ziddiyyət var, yəni 70 yaş insanın ömrünün sonu deyil. Mən buna o vaxt da etiraz etdim, ancaq nəzərə alınmadı. Hakimlərlə, məhkəmələrlə bağlı sahədə ciddi islahatlar aparmaq lazımdır. İndi istefada olan, pensiyaya getmiş nə qədər təcrübəli hakimlər var. Onların yaşları, səhhətləri imkan verir ki, tədrislə məşğul olsunlar, dərs desinlər. Alimlər var, qoy gedib onlar dərs desinlər. Mən hesab edirəm, bu doğru deyil və qanunvericiliyin bizim tərəfimizdən pozulmasıdır.
İkinci, Məhkəmə-Hüquq Şurasının sədrinin 5 il müddəti-nə seçilməsi məsələsidir. Ümumiyyətlə, mən bu məsələyə də vaxtilə münasibət bildirmişəm. Bizim Konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi var. Hakimiyyət bölgüsü prinsipindən də əlavə “Məhkəmə-Hüquq Şurası haqqında” Qa-nunda deyilir ki, Məhkəmə-Hüquq Şurası hakimlərin özünüidarə orqanıdır. Hakimiyyət bölgüsü var, məhkəmə haki-miyyəti ayrıca müstəqil bir qoldur, amma hakimiyyətin başqa qolunu təmsil edən hökumətin üzvü – ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının sədridir. Qanuna dəyişiklik etmək lazımdır və orada yazılmalıdır ki, Ali Məhkəmənin üzvü olan hakimlərdən biri 5 il müddətinə Məhkəmə-Hüquq Şurasının sədri seçilir. Burada xüsusi göstəriş olmalıdır ki, Məhkəmə-Hüquq Şurasının sədrliyinə kim seçilə bilər.
Hakimlərin Seçki Komitəsinin yaradılması ilə bağlı deyə bilərəm ki, orada Azərbaycan Respublikası Prokurorluğu-nun, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nü-mayəndələri var. Əli müəllim, məgər prokurorluq orqanları-na işə götürmə prosesində hakimlər iştirak edirlər?! İştirak edirlərsə, doğru deyil, çünki məhkəmə müstəqil bir qurum-dur. Biz bir tərəfdən məhkəmələrin müstəqilliyinin artırılmasından danışırıq və çalışırıq ki, məhkəmələr, hakimlər daha müstəqil olsunlar, digər tərəfdən daxil olan şikayət əsasında hər gün onları yoxlamağa başlayacağıq? Biz istəsək, hakimi 5 ildə 50 dəfə də yoxlaya bilərik. Hakimlər bu qədər təsir altına salınarsa, onların hansı müstəqilliyindən söhbət gedə bilər?
Biz Amerika Birləşmiş Ştatlarında olduq, onların məhkə-mə-hüquq sistemini öyrəndik. Mən hakimə sual verdim ki, sizdə çəkişmə prinsipi var, eyni zamanda, bizim də cinayət qanunvericiliyimizdə bu prinsip var. Dedim: “Siz heç indiyə qədər bu tərəflərdən birinə sual vermisiniz?” Dedi ki: “Mənim nə işim var, mən 25 ildir hakim işləyirəm, 25 illik hakimlik dövrümdə çəkişən tərəflərdən birinə sual verməmişəm. Burada oturub gözləyirəm ki, tərəflər prosessual qanunvericiliyə əməl etsinlər, qanunun tələblərini pozmasınlar. Mənim işim budur”.
Amma bizdə isə çəkişən tərəflərdən biri olan prokuror hakimin seçilməsində iştirak edir. Hansı müstəqillikdən söhbət gedə bilər? Yaxud vəkil niyə hakimin seçilməsində iştirak etməlidir? Ona görə mən vaxtilə də söyləmişdim ki, rəhmətlik Heydər Əliyevin vaxtında hüquq islahatları ilə bağlı yaradılmış komissiyanın işi bərpa edilməlidir. Bu sahədə olan nöqsanların aradan qaldırılması üçün mütləq və mütləq hüquqi islahatları genişləndirməliyik. Mən hesab edirəm, bu təkliflər məhkəmə-hüquq sistemində vəziyyətin yaxşılaşmasına xidmət etməyəcək, ona görə də qanun layi-həsinin əleyhinə səs verəcəyəm, sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, sağ olun, mən, doğrudan da, fikirlərinizə çox böyük hörmətlə yanaşıram. Amma bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Siz də, mən də, Fazil müəllim də hüquq fakültəsinin məzunlarıyıq. Yadınızdadırsa, məhkəmə statistikasını, məhkəmə psixologiyasını, məhkəmə nitqini öyrənirdik, “судебная речь” deyilən bir fənn var idi. Mənim yaxşı yadımdadır, biz tələbə olanda çox arzulayırdıq ki, kaş Ali Məhkəmədən bir hakim gəlib bizə bu fənlərdən dərs desin. Qüdrət müəllim, bir var bu fənni nəzəriyyə ilə məşğul olan müəllim desin, bir də var uzun illər – 30-50 il məhkəmədə işləmiş yaxşı bir hakim.
Mən açığını deyim, məhkəmə nitqi çox gözəl bir fəndir, amma mən tələbəlik dövründə həmin fənni istədiyim qədər mənimsəyə bilmədim. Yəni belə deyək də, yaxşı mütəxəssis olmadı. Məhkəmə psixologiyası mənim yaxşı yadımdadır, Səməd müəllimin atası İsmayıl müəllim bizə dərs deyirdi. Çox gözəl bir pedaqoqdu, çox da gözəl tədris edirdi. Məhkəmə statistikası mütəxəssisi yox idi.
Əgər Təhsil Nazirliyi, universitet müraciət edirsə, gəlsin, dərs desin, nə olar? Əksinə, mən hesab edirəm, bu, tələ-bələrə çox lazımdır. Qüdrət müəllim, mən burada qeyri-adi bir şey görmürəm. Xüsusilə nəzərə alaq ki, bizim Kons-titusiyamız hakimlərə elmi-pedaqoji fəaliyyətlə məşğul olmağı qadağan etmir. Bu çox yaxşı haldır, qoy prokurorlar da gəlib dərs desinlər. Məsələn, tələbə olanda bizi dövlət orqanlarına, icra strukturlarına, məhkəmələrə, prokurorluq orqanlarına göndərirdilər, təcrübə keçirdik. Amma etiraf edək də, bəzən bu təcrübə formal xarakter daşıyırdı. Bir də var, bu prokurorun, hakimin özü gəlib tələbəyə auditoriyada dərs desin, onda daha maraqlı, rus demişkən daha “доступны” olur. Mən şəxsən buna tərəfdaram. Fazil Mustafa, buyurun.
F.Mustafa. Çox sağ olun, Ziyafət müəllim. Mən hesab edirəm, Ziyafət müəllim bu məsələni çox doğru xatırlatdı. Bizim hüquq fakültəsində ən böyük arzularımızdan biri də məhkəmə zalını görmək idi.
Sədrlik edən. Həmin arzunuz yerinə yetib. Fazil müəl-lim, artıq var.
F.Mustafa. 5 illik hüquq fakültəsini bitirəndən sonra praktik olaraq məhkəmə zalını görəndə kimin harada otur-duğunu təsəvvür etməkdə bir az çətinlik çəkirdik. Amma xarici ölkələrdə universitetin özündə elə bir zal var ki, heç bəlkə də bizdə ən ali məhkəmə instansiyalarında o cür gözəl zala rast gəlmirsən və tələbələr praktik olaraq məhkəmə prosesini orada keçirlər.
Bizdə həqiqətən də hüquqşünas yetişdirilməsi ilə bağlı həm mütəxəssis, həm də müəllim baxımından çox ciddi problemlər var. Mən məndən əvvəl çıxış edən Qüdrət mü-əllimin dediyi fikirlərə dəstək vermək istəyirəm. O mənim səsləndirəcəyim fikirlərin bir qismini artıq səsləndirdi. Həqiqətən də biz hakim adını çox ucuz tuturuq. Mən dü-şünürdüm ki, bu gün təqdim edilən layihədə hakimlərin əmək haqqının qaldırılması məsələsi də olacaq. Hakimlərin müstəqilliyini məhdudlaşdıran onların kifayət qədər yüksək əmək haqqı almamaları və bundan doğan problemlərdir. Əmək haqqı mütləq qaldırılmalıdır ki, hakim gözünü başqa yerə dikməsin.
İkinci, hakimləri bələdiyyələrin gününə salmışıq. Bələ-diyyələrin fəaliyyətinə 8-9 dövlət qurumu – ekologiya təş-kilatlarından tutmuş vergi, maliyyə orqanlarına qədər hamı istənilən vaxt müdaxilə edə bilər. Hakimin fəaliyyətinə də istənilən səviyyədə müdaxilə imkanı var. Yazıq hakim belə şəraitdə necə müstəqil ola bilər?
Üçüncü, burada problem nədir? Əlaqələri olanda hakim-lər hansısa işdən yayınmaq üçün ərizə yazacaqlar ki, mən tədris fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Hər hansı bir rayonda vətəndaşla üz-üzə gələrək onun problemini həll etməkdən, məhkəmə prosesində boş-boş iştirak etməkdən bezmiş hakim fikirləşər ki, elə bu ərizəni yazsam yaxşı olar. Yuxarı təşkilatdan da təsdiq edirlər ki, iki illik bütün təminatlar saxlanılmaqla, get başını girlə. Nəticədə rayonlarda vətəndaşlar qalacaqlar bir-iki hakimin əlində, proseslər, işə baxılma müddəti uzanacaq. Məncə, bu olduqca ciddi nüansların ortaya çıxmasına səbəb olacaq. Ona görə də bu yükün hakimlərin üzərinə qoyulmasını doğru hesab etmirəm.
Hakim birinci instansiyada və ya apellyasiya məhkəmə-sində hər hansı işin təşkili ilə bağlı yoxlamalarda iştirak edə bilər. Bu məhkəmələrdə birinci instansiya məhkəməsinin işini təşkil edənlər özləri savadsızdırlarmı? Yaxud hazırlıqsızdırlarmı? Əgər belədirsə, onlar niyə buraya təyin ediliblər? Niyə seçiliblər? Bunlara niyə bir əhəmiyyət verilməyib? Bu kimi məsələlər elmi, pedaqoji fəaliyyətlə bağlıdır. Hakimlər isə dövlət hakimiyyətinin üçüncü qolunu təşkil edən bir zümrədir və müstəqil şəkildə məhkəmə hakimiyyətini həyata keçirirlər. Onsuz da onların üzərində kifayət qədər inzibati və siyasi nəzarət var və bir çox qərarları müstəqil qəbul etmək imkanına sahib deyildirlər. Bu baxımdan, hesab edirəm ki, hakimlərin belə yüklənməsi, onların müstəqilliklərinə xələl gətirə biləcək bir addımın atılması doğru sayılmamalıdır.
Ümumiyyətlə, hakimlərin fəaliyyətinin qiymətləndiril-məsi məsələsində də daha çox etimadsızlıq motivləri var. Hamı işdən çox yoxlamaya hazırlaşmağa məcbur olur. Xarici ölkələrdə necədir? Hakimləri niyə ömürlük seçirlər? Çünki ən güvənli, ən etimad göstərilmiş adamlar seçilir. Bizdə indi məhkəmələrdə faktik olaraq çəkişmə prinsipi yoxdur. Prokurorla hakim bir mövqedən çıxış edir. Hətta artıq vəkil də onlara qoşulub və Vəkillər Kollegiyasını artıq prokurorluq, məhkəmə orqanlarına çevirmişik.
Biz dəfələrlə bildirmişik ki, Vəkillər Kollegiyasında artıq müstəqil vəkil tapmaq çətinləşib. Bu qurum həddən artıq siyasiləşdirilib və ölkədə adambaşına düşən vəkilin sayı başqa Avropa ölkələri ilə müqayisədə o qədər aşağıdır ki, xidmət göstərməyə belə kifayət etmir. Bunun üzərində düşünmək lazımdır. Hakimlərə müstəqillik vermirik, hüquq mühafizə orqanlarının müstəqilliyini, çəkişmə prosesində qanunun aliliyini gözləmək imkanlarını düşünmürük. Eyni zamanda, vəkilləri də elə vəziyyətə gətiririk ki, artıq onların da müdafiə etməyə gücü çatmır. Artıq hakimlə və ya prokurorla, dövlət ittihamçısı ilə münasibəti olmayan vəkilin hər hansı bir işi həll etməyə gücü çatmır. Bu, Azərbaycanda olan reallıqdır. Məhkəmə sistemində ola bilsin ki, bu müəyyən siyasi xarakterli məsələlərdə işlərimizə yarıyır. Amma mülki xarakterli yüzlərlə iş var ki, vətəndaş əziyyət çəkir. Məhkəmədən ədalətli qərar ala bilmir.
Necə ola bilər ki, bu ölkədə birinci instansiya məhkəməsi qərar qəbul edir, apellyasiya məhkəməsi bunu ləğv edir, Ali Məhkəmə yenidən birinci instansiya məhkəməsinin qərarına müsbət yanaşır, onu apellyasiya məhkəməsinə qaytarır? Başa düşürəm, fikirlər müxtəlif ola bilər, amma bu artıq ənənəyə çevrilib. Kim harada işini aşıra bilirsə, qanun orada arxa planda qalır. Ona görə də, məncə, ciddi məhkəmə islahatlarına ehtiyac var. Bu islahat keçirilmədikcə ölkədə ədalətə güvən, etimad olmayacaq. Bunu aradan qaldırmaq üçün hakimlərin müstəqilliyini bir az da məhdudlaşdıracaq addımlar atsaq, heç bir müsbət nəticə əldə edə bilməyəcəyik.
Mən bir təklif etmək istəyirəm. Bu, Məhkəmə-Hüquq Şu-rasının tərkibi ilə bağlıdır. Təbii ki, ədliyyə nazirinin bu qurumun rəhbəri olmasını normal qəbul edirəm. Azərbaycan reallığında məhkəmə sistemində onu ümumi qanunvericiliyə, Konstitusiyaya uyğun olaraq tam şəkildə təmin edə bilmirik. Amma heç olmasa, tərkibinə müstəqil hüquqşünasların, Yeni Azərbaycan Partiyasının üzvü olmayan, cəmiyyətdə müstəqil, bitərəf imici ilə tanınan insanların da daxil edilməsi lazımdır ki, bu quruma güvən artsın. Artıq bu qurumda müzakirə edilən məsələlərdə də müxtəlif qeyri-hökumət təşkilatlarına, ixtisaslaşmış hüquqşünas kateqoriyasına aid olan insanlar iştirak etsinlər. Bizdə necə Hesablama Palatasında ancaq birxətli təyinat var, burada da onu nəzərdə tutmaq məhkəməyə, hüquq sisteminə güvəni azaldır. Ona görə də mən bu məsələlər üzərində düşünülməsini vacib hesab edirəm. Bu layihənin əleyhinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Fazil müəllim, bir məsələ qaldırdınız, ona münasibət bildirmək istəyirəm. Əlbəttə, Sizin çıxışınızı şərh etmək fikrində deyiləm. Əvvəla, mən hesab edirəm ki, məhkəmələri bu qədər aşağılamaq lazım deyil. Bizim məhkəmələrdə, həqiqətən, çox qabiliyyətli, savadlı hakimlər korpusu fəaliyyət göstərir. Mən hesab edirəm ki, onlar da öz fəaliyyətlərində Konstitusiyanı və qanunu əsas götürürlər.
İkinci, biz bu vəzifəni məhkəmə hakimlərinin üzərinə qoymuruq. Burada yazılır: “hakimlər öz razılığı ilə”... Bu onun hüququdur, istəsə tədrisdə iştirak edər, istəməsə etməz.
Digər bir məsələ. Sizə elə gəlməsin ki, hakimlər yalnız hüquq fakültəsində dərs deməklə məşğul olacaqlar. Bu təkcə tədris müəssisələrinə deyil, həm də apellyasiya və birinci instansiya məhkəmələrinə də aiddir. Ali Məhkəmənin təcrübəli hakimi apellyasiya məhkəməsində və ya birinci instansiya məhkəməsində öz təcrübəsini niyə bölüşməsin?! Burada pis nə var ki? Ali Məhkəmənin hakimidir. 30–40 illik təcrübəsi var. Rayonlarımızdan birində bir ay, ay yarım öz təcrübəsini hakimlərlə paylaşırsa, burada pis nə var ki? Məsələni o qədər dramatikləşdirirsiniz ki, həmkarlarımız da düşünürlər, görəsən, biz burada nə qəbul edirik?!
Qanunun mahiyyəti təcrübə mübadiləsidir, vəssəlam. Qoy getsin öz biliyini, qabiliyyətini rayonlarda, digər məhkəmələrdə bölüşsün. Orada belə hakimlərə doğrudan da ehtiyac var. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Məsələ qaldı bir tərəfdə, gedib haraya çıxdıq. Mən başa düşürəm, ola bilsin, Sizin ürəyiniz doludur, bu məqamdan istifadə edirsiniz, amma yeri deyil.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Boşaltmaq olar, amma heç olmasa, məz-mun uyğun gəlsin də. Bunun üçün yarım saat var, Fazil müəllim orada fikirlərini deyə bilər. Bəxtiyar Əliyev.
B.Əliyev. Çox sağ olun, Ziyafət müəllim, mən də bu qanunda edilən dəyişiklikləri müsbət qiymətləndirirəm. Sizin sözünüzdən başlamaq istəyirəm. Həqiqətən də təcrübəli hakimlərin öz təcrübələrini bölüşməsi yaxşı haldır. Bunu alqışlamaq və həyata keçirilməsi üçün şərait yaratmaq lazımdır. Digər tərəfdən isə Konstitusiyaya görə elmi-pedaqoji fəaliyyət heç kimə qadağan olunmur, o cümlədən də, hakimlərə. Əgər seçilən hakimlərin tədris fəaliyyəti, hazırlığı varsa, bu daha yaxşı olar. Şübhəsiz ki, bu işlərə müxtəlif instansiya məhkəmələrindən təcrübəli hakimlərin cəlb edilməsi yalnız müsbət haldır.
Məhkəmə sistemində çox böyük islahatlar həyata keçirilib və həqiqətən də, ədalət mühakiməsi üçün obyektiv bir şərait yaradılıb. Amma eyni zamanda, daxil olan şikayətlər və sair göstərir ki, xüsusən də mülki işlərlə bağlı ədalətsiz və yaxud qeyri-peşəkar münasibət göstərən hakimlər də var. Məhkəmə-Hüquq Şurası elə bir qurumdur ki, bu cür hakimlərin öz vəzifələrinə qeyri-peşəkar və yaxud məsuliyyətsiz yanaşmaları ilə bağlı daxil olan şikayətləri araşdırır, ədalətli qərarlar qəbul edir. Bu çox lazımlı bir məsələdir. Mən düşünmürəm ki, burada hakimlərə və məhkəmə sisteminə nəzarət edən əlavə bir qurum yaradılıbdır. Əksinə, mənə elə gəlir ki, bu cür hakimlərin fəaliyyətinə xitam verilməsi üçün yaradılmış ədalətli bir qurumdur və bu günə qədər heç kim Məhkəmə-Hüquq Şurasının qəbul etdiyi qərarların ədalətsiz olması ilə bağlı heç bir müraciət etməyib.
Hesab edirəm ki, sadəcə olaraq, Məhkəmə-Hüquq Şurasının və xüsusilə də Hakimlərin Seçki Komitəsinin işinin daha səmərəli təşkil edilməsi üçün bütövlüklə bu qanunlara yenidən baxmaq lazımdır. Burada günün reallığına və ölkədə aparılmış islahatlara tam cavab verə biləcək bir qanuna ehtiyac var.
O ki qaldı 13.1-ci maddədə göstərilən 5 ildə bir dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilmə aparılması məsələsinə, mənə elə gəlir ki, burada Məhkəmə-Hüquq Şurası tərəfindən hər hansı bir məhdudiyyətin qoyulması halı yoxdur. Düzdür, burada “5 ildə bir dəfədən az olmayaraq” yazılıb. Çünki 13.4-cü maddədə qeyd edilir ki, Məhkəmə-Hüquq Şurası qiymətləndirmənin metodologiyasını, qaydalarını özü müəyyənləşdirir. Bu da vacib olan bir maddədir. Bu cür araşdırmaların, qiymətləndirilmələrin aparılması məhkəmə sisteminin şəffaflığına şərait yaradan bir mexanizmdir. Ona görə də bu mexanizm daha da təkmilləşdirilməlidir. Gələcəkdə biz bunu daha da genişləndirməliyik ki, məhkəmə orqanlarının işinin şəffaf olması və ədalət mühakiməsinin həyata keçirilməsində qarşıya çıxa biləcək müəyyən neqativ halların qarşısının vaxtında alınması üçün tədbirlər görülsün. Hesab edirəm ki, bu dəyişikliklər işin xeyrinədir və biz bunları qəbul etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Fürsətdən istifadə edib Məhkəmə-Hüquq Şurasının üzvü kimi bir neçə məsələyə aydınlıq gətirmək istərdim. Bu fikirlə razılaşıram ki, bir sıra qurumlar kimi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti də cəmiyyətimiz, parlamentimiz, ictimaiyyətimiz üçün daha açıq olmalıdır, həyata keçirdiyimiz işlər barədə onlara da geniş məlumat verilməlidir.
Bu prosesdə iştirak edən şəxs kimi onun uğurlarını da, problemlərini də görürəm. Amma onu da müşahidə edirəm ki, gördüyümüz, həyata keçirdiyimiz müsbət işlərin çoxunu cəmiyyətə, o cümlədən millət vəkillərinə çatdıra bilməmişik. Bu iradı prinsipcə qəbul edir və hesab edirəm ki, digər dövlət orqanları kimi Məhkəmə-Hüquq Şurası da həyata keçirilən işlərlə bağlı cəmiyyəti daha çox məlumatlandırmaqdan ötrü müəyyən addımlar atmalıdır. Amma eyni zamanda, bir neçə arayış vermək istəyirəm.
Ziyafət müəllim, Məhkəmə-Hüquq Şurası vaxtilə Avropa Hakimlər Xartiyası prinsipi əsasında yaradılıb. Bu, hakimlərin özünüidarə orqanıdır. Ona görə yaradılıb ki, burada hakimiyyətin digər təmsilçiləri iştirak etsələr də, hakimlərlə bağlı bütün qərarları ancaq hakimlər qəbul etsinlər. Bu, Avropa və sivil dünyanın bir qaydasıdır.
Azərbaycanın da Məhkəmə-Hüquq Şurası 15 nəfərdən ibarətdir. Onlardan 9-u hakimdir və hakimlərlə bağlı bütün məsələlərə ancaq həmin hakimlər səs verir və qərar qəbul edirlər, biz həmin prosesdə ancaq müşahidəçiyik. Məhkəmə-Hüquq Şurasında ədalət mühakiməsinin bütün tərəfləri, yəni ittiham tərəfi, prokurorluq orqanının, vəkillik institutunun, Konstitusiya Məhkəməsinin nümayəndəsi, hakimiyyətin bir qolu olan parlament və digər qolu olan icra hakimiyyəti nümayəndəsi də var. Amma qərar qəbul edən və səs verən ancaq hakimlərdir. Bu fakt özü hakimlərin müstəqilliyini təmin edən bir amildir.
Eyni zamanda, bir məsələni də qeyd etmək istəyirəm. Mən hakim partiyanın nümayəndəsiyəm və Məhkəmə-Hüquq Şurasında parlamenti təmsil edirəm. Təbii ki, bizim fəaliyyətimizdə siyasi baxışlarımız əsas rol oynamır, çünki orada daha çox məhkəmə hakimiyyətini təmsil edirik. Siyasi partiya nümayəndəliyi orada heç bir rol oynamayır. Bundan başqa gələcəkdə istənilən bir parlament nümayəndəsinin növbəti dəfə Məhkəmə-Hüquq Şurasında təmsil olunmaq imkanı var.
İkinci vacib məsələ budur ki, Məhkəmə-Hüquq Şurasının sədri iclasa sədrlik edən bir şəxsdir. Ayrı-ayrı vaxtlarda Məhkəmə-Hüquq Şurasına ədliyyə nazirindən başqa digər şəxslər də sədrlik ediblər. Sədrin səlahiyyətlərinə “Məhkə-mə-Hüquq Şurası haqqında” Qanuna əsasən ancaq təşkilati məsələlər daxildir. Hörmətli millət vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa hakimlərin müstəqilliyi ilə bağlı çox vacib bir məsələyə toxundular. Burada, əlbəttə, maddi təminat mühüm rol oynayır. Amma hələlik hakimiyyətin digər qollarında maddi təminat necədirsə, məhkəmə haki-miyyətinin maddi təminatı da təxminən həmin səviyyədədir.
Müstəqilliyin digər bir təminatı, əlbəttə ki, toxunulmazlıqdır. Bir daha vurğulamaq istəyirəm ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda Şuraya verilən səlahiyyətlər ha-kimlərin müstəqilliyinə müdaxilə mexanizmləri deyil, hakimlər hansısa bir pozuntulara yol verərkən digər hakimlərin bu məsələni araşdırmaları ilə bağlı səlahiyyətlərdir.
İkincisi, əlbəttə, ömürlük hakim seçilmək, yəni istənilən bir işdə ömürlük təyinat müstəqilliyin əsas təminatlarından biridir. Xüsusi vurğulamaq istəyirəm ki, burada “ömürlük” sözü bir tək Azərbaycanda yox, digər ölkələrdə də ölənə qədər demək deyil. “Ömürlük” son yaş həddinə qədər de-məkdir və bizim qanunda da məhz “son yaş həddi” ifadə-sindən istifadə edilir. Son yaş həddi 65 yaşdır, müstəsna hallarda 70 yaşa qədər ola bilər. Hesab edirəm ki, bu da müstəqilliyin vacib təminatlarından biridir.
Qəbul etdiyim irad nədən ibarətdir?! Çəkişmə prinsi-pinin digər vacib tərəfi vəkillik institutu ilə bağlıdır. Həqiqətən də haqlıdırlar, hazırda Azərbaycanda vəziyyət elədir. Təxminən 6-7 il bundan əvvəl Azərbaycan adambaşına düşən hakimin sayına görə Avropada ən son ölkələr sırasında idi. Apardığımız islahatlar nəticəsində biz artıq orta səviyyəyə gəlib çatmışıq, indi təxminən 400 haki-mimiz var.
Amma adambaşına düşən vəkilin sayına görə vəziyyət heç də yaxşı deyil. Üstəgəl pulsuz hüquqi yardım. Yəni dö-vlət tərəfindən təyin edilən vəkillərin bir iş saatının dəyəri təxminən 2 manatdır. Mənim hüquqşünas kimi baxışım belədir ki, hər iki çəkişən tərəfin, yəni ittiham edən və müdafiə olunan tərəfin təminatı təxminən eyni cür olmalıdır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, hal-hazırda Məhkəmə-Hüquq Şurası da, ölkənin hüquq ictimaiyyəti də bu məsələ ətrafında düşünür. Necə etmək olar ki, həm vəkillərin sayı artsın, həm də əhaliyə pulsuz, keyfiyyətli hüquqi yardım göstərmək mümkün olsun? Amma bu, Azərbaycan hüquq sisteminin problemi olaraq qalır.
Hörmətli millət vəkilləri, əlbəttə, məhkəmə hakimiyyəti-nin fəaliyyətindəki pozuntular bizim üçün daha çox görü-nəndir. İnsanlar arasında mübahisələr harada həll edilməli-dir? Məhkəmədə. Cinayət işləri ilə bağlı təcrübə daha asandır, onu cəmiyyətə çatdırmaq da asandır, çünki məcəllə var. Cinayət təqibi ilə bağlı artıq təxminən müəyyən bir təcrübə də, institutlar da var. Amma mülki hüququn tətbiqi mürəkkəbdir.
Mən təsəvvür edirəm ki, fərqli fikirlər mövcuddur. Hesab edilir ki, ədalətsiz qərarlar qəbul olunur. Hal-hazırda həyata keçirdiyimiz əsas iş ondan ibarətdir ki, mülki hüququn tətbiqi ilə bağlı ümumiləşdirilmiş hallar mövcud olsun. Yəni ümumi, vahid bir məhkəmə təcrübəsi formalaşsın. Onda heç kimdə şübhə qalmaz ki, əgər hər hansı bir iş bu cür həll edilibsə, nə üçün başqa işlər fərqli bir nəticə ilə bitsin? Bu sahədə müəyyən problemlər var.
Məhkəmə hakimiyyətinin fəaliyyəti cəmiyyət üçün açıq olduğuna görə oradakı problemlər də sizin üçün açıq görünür. Burada təvazökarlıqdan uzaq da olsa, bir fikir söyləmək məcburiyyətindəyəm. Bəli, son illər təxminən 100-ə yaxın hakim intizam icraatına cəlb edilib, cəzalandırılanlar da var. Mənə elə gəlir ki, çox zaman siz irad bildirirdiniz ki, onlar nə üçün cəzalandırılmırlar? Mən təsəvvür etmirəm ki, başqa orqanların nümayəndələrinin işinə bu qədər ciddi yanaşılsın və bu qədər cəzalananlar olsun. Əlbəttə, mən bu cəzanı müstəsna bir hal hesab edirəm. Amma qeyd etmək istəyirəm ki, mövcud problemlərə qarşı adekvat bir münasibət var.
Hesab edirəm ki, bizim birgə səyimiz nəticəsində yəqin ki, məhkəmə hakimiyyətində olan problemlər aradan qal-dırılacaq. Bunları tək məhkəmə hakimiyyətinin boynuna qoymalı deyilik. Oraya müdaxilə haradan ola bilər? Bizlər-dən, digər hakimiyyət qollarından ola bilər. Bütövlükdə hüquq sistemimizdə, dövlət idarəçiliyimizdə islahatlar nə qədər uğurla aparılacaqsa, məhkəmə hakimiyyətində də onun bir hissəsi kimi paralel olaraq gedəcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Əli müəllimin çıxışı, doğrudan da, bir daha təsdiq etdi ki, qanuna təklif olunan dəyişikliklər yerində edilibdir. Əli müəllim mülki qanunvericiliyin tətbiqi ilə bağlı bir misal çəkdi. Həqiqətən, bizdə bu sahədə çətinliklər var. Fazil müəllim, Siz də bilirsiniz ki, mülki qanunvericilik yeganə sahədir ki, burada qanunun analogiyasına yol verilir. Bunun səbəbi həmin sahədəki çətinliklərlə bağlıdır. Həqiqətən, mülki qanunvericiliyin özü çox mürəkkəb bir sahədir.
Yenə də məsələ bu yerə gəlib çıxır ki, nə üçün hakimlər öz təcrübələrini cavan hakimlərlə bölüşməsinlər? Təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.55 dəq.)
Lehinə  102
Əleyhinə 2
Bitərəf  0
Səs vermədi 1
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, nəzərinizə çatdırım ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunda edilən dəyişikliklərə münasibətimizi bildirdik. İndi isə xahiş edirəm, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.56 dəq.)
Lehinə  102
Əleyhinə 1
Bitərəf  1
Səs vermədi 1
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bilirsiniz ki, biz Cinayət Məcəlləsində “kompüter informasiyası sahəsində cinayətkarlıq” anlayışını “kiber cinayətlər” anlayışı ilə əvəz etmişik. Məhz buna görə də “Milli təhlükəsizlik haqqında” Qanunun 20.2.5-ci maddəsində həmin anlayış yeni anlayışla əvəz edilir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.57 dəq.)
Lehinə  103
Əleyhinə 0
Bitərəf  0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. İnzibati Xə-talar Məcəlləsinə 180-2 və 180-3-cü maddələrin əlavə olunması təklif olunur. Burada İMEİ nömrəli mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara telekommunikasiya xidmətlərinin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulur. Vaxtınızı çox almadan qısaca bir izahat vermək istəyirəm.
Hazırda Nazirlər Kabinetinin 2009-cu il 8 oktyabr tarixli sərəncamına əsasən “Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı” mövcuddur. Bu Tədbirlər Planına görə “Mobil cihazların qeydiyyatının aparılması Qaydası” da Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiqlənmişdir.
Araşdırmalar göstərir ki, bir çox ölkələrdə mobil cihaz oğurluqlarının sayı kifayət qədər çoxdur. Bu, bütün dünyada belədir. Hazırda belə hadisələrin qarşısını almaq və oğurlanmış cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sisteminin yaradılması məsələsi ortaya çıxmışdır. Qeyd etmək istəyirəm ki, bu cür sistem İngiltərədə, Türkiyədə, ABŞ-da, MDB ölkələrində artıq yaradılmışdır. İnzibati Xətalar Məcəlləsinə təklif edilən bu əlavənin də mahiyyəti ondan ibarətdir.
Əslində, bu abreviatura ingilis dilindədir. Azərbaycan dilində bunun (yəni İMEİ – İnternational Mobile Eguipment İdentification) mənası belə olacaq: beynəlxalq identifikasi-yanı (eyniləşdirməni) göstərən nömrələr. Təklif edilir ki, bu sistemin qara səhifəsində olan mobil cihazlara xidmət gös-tərilməsinə görə və ikincisi, telekommunikasiya şəbəkəsinin mobil cihazlarının qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər və hüquqi şəxslər inzibati məsuliyyətə cəlb edilsinlər və onlara cərimə sanksiyaları tətbiq edilsin. Bir daha vurğulamaq istəyirəm, belə bir sistemin mövcudluğu, təbii ki, oğurlanmış mobil cihazlardan istifadənin, – bu isə çox zaman terrorçuluq zamanı baş verir, – qarşısının alınmasına öz faydasını verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Təklif var ki, səsə qoyulsun. Buyurun, xahiş edirəm, Azərbaycan Respublika-sının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 15.00 dəq.)
Lehinə  102
Əleyhinə 0
Bitərəf  0
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Ziyad Sə-mədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, respublikada “Asan xidmət” mərkəzi yaradılmışdır. “Dövlət rüsumu haqqında” Qanunun 4.1-ci maddəsinə bir bənd əlavə edilir. “Asan xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin mərkəzlərdə fəaliyyət göstərən digər dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür”. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Həmkarımız Zahid müəllim qanun layihəsi ilə bağlı çıxış etmək istəyir. Buyurun, Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Çox qısa bir neçə qeydimi söyləyəcəm. Əslində, 15-ci məsələdə çıxış etmək üçün yazılmışdım. Ziyafət müəllimə çox sağ ol deyirəm ki, bu ili başa vurarkən sözümü ürəyimdə qoymadı. Əlbəttə, bu qanun layihəsinə səs verəcəyəm. Deyəcəyim fikir daha çox nəqliyyat sahibləri ilə əlaqədardır. Mən çox istərdim ki, Ziyad müəllim 2013-cü ilin qanun layihələri sırasına deyəcəyim təklifi daxil etsin.
Biz, nəqliyyat sahibləri olaraq notarial əməliyyatları hə-yata keçirərkən etibarnamələrdən istifadə edirik. Keçmiş dövrdə bu, müxtəlif illəri özündə ehtiva edirdi. İnsanlar da kütləvi olaraq bundan istifadə edirdilər, çünki birincisi, operativ idi, ikincisi, ödəmə rüsumu çox az idi və sair. Ondan sonrakı dönəmdə də həyata keçirilən tədbirlər sürətli idi. Biz bu müddəti 1 il müəyyən etdik.
Ziyafət müəllim, Siz peşəkar hüquqşünassınız, deyəcəyim məsələ bütün mahiyyəti üzrə bəlli olacaqdır. İş ondadır ki, məsələn, beşinci əldən etibarnamə ilə nəqliyyat vasitəsinə sahib olan adam onu birinci sahibin adından çıxarmadığından, müxtəlif hallarda – əmlakın üzərinə həbs qoyularkən, boşanarkən və sair hallarda problemlərlə rastlaşmış olur. Vicdanlı alıcı kimi heç bir günahı olmayan şəxs nəqliyyat vasitəsinin birinci sahibinin nə iş gördüyünü necə bilsin? Beləliklə, günün birində nəqliyyat sahiblərinin evinə məhkəmə qərarı gəlir ki, bu maşın həbs altındadır. Bu çox ciddi bir problemdir.
Parlament, qanunverici orqan olaraq biz vətəndaşların mənafelərini təmin edən bir qurumuq. Ona görə belə hesab edirəm ki, biz bu məsələ ilə bağlı addım atmalıyıq. Əgər etibarnamələrin müddətini 1 ilə endirdiksə, onda alğı-satqını elə sürətləndirək ki, orada hansısa çirkli, əyri işlərə yol verilməsin. Alğı-satqı da, nömrənin alınması və digər məsələlər etibarnamə qədər asan həll edilsin. Bir neçə prosedur var ki, vətəndaşlar onlardan yayınmaq naminə buna üstünlük verirlər. Mən bunu təklif etmək istəyirdim. Sağ olun.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Başqa çıxış et-mək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 15.04 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Hadi Rəcəbli məlumat verəcək.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Əmək Məcəlləsinin 187-ci maddəsində intizam tənbehinin verilməsi qaydalarından bəhs edilir. Həmin maddənin 3-cü bəndində belə bir dəyi-şiklik edilir: “Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz”. Bu əvvəl 1 il idi. Kiçik bir düzəlişdir.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə əlaqədar fikir bildirmək istəyən yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 15.05 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bugünkü gündəliyimizin axırıncı məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli Hüseynli məlumat verəcək.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təklif olunan bu dəyişiklik dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə sanksiyaların artırılması üçün nəzərdə tutulub. Mövcud variantda beş yüz manatadək cərimə təklif edilirdi. İndi isə konkret göstərilir ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatın vəzifəli şəxslərinin bu əməlləri min manatadək olan məbləğdə törədildikdə, cərimə beş yüz manatadək, min manatdan yuxarı məbləğdə olduqda isə yeddi yüz manatadək olacaqdır. Yəni cərimə sanksiyalarının artırılması nəzərdə tutulur. Hesab edirəm ki, dövlət büdcəsinin qorunması üçün bu çox vacib bir dəyişiklikdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyulsun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 15.07 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi