2012-ci il 28 dekabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  55

Milli  Məclisin  iclas  salonu.
28  dekabr  2012-ci  il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin Sədri  O.Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 110
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
2. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirli-yinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İ.Kərimovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Azərbaycan Respublikası Hökuməti və İtaliya Res-publikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haq-qında.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsində də-yişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciə-tinin təsdiq edilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

2. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barə-də Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

3. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

4. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikasının dövlət sərhədi haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) Sə-firliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İ.Kərimovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

8. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, İsa Hə-bibbəyli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 106
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haq-qında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

12. “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Azay Quliyev, Zahid Oruc, Səttar Möhbalıyev, Bəxtiyar Əliyev, Məlahət İbrahimqızı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Çingiz Qə-nizadə, Bəxtiyar Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 104
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

16. Banklar və digər kredit təşkilatları tərəfindən fizi-ki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir ver-gisindən azad edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

17. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Azay Quliyev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O. ƏSƏDOV

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

28  dekabr  2012-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Payız sessiyasının son iclasıdır. Ezamiyyətdə heç kim yoxdur, millət vəkillərinin hamısı buradadır. Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.05 dəq.)
İştirak edir  110
Yetərsay  83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Gündəliyimizdə 17 məsələ var. Gündəlik sizə paylanıb. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.06 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi.
Hörmətli millət vəkilləri, müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm, yoxdur.
Yadınızdadırsa, biz keçən iclasda 5 məsələni bu iclasa saxladıq. İndi bu məsələlərdən başlayırıq. Azərbaycan Res-publikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun la-yihəsinin adından da göründüyü kimi, Vergi Məcəlləsində dəyişikliklər edilir. Dəyişikliklərin mahiyyəti ondan ibarət-dir ki, 188.1.3-cü maddə təkmilləşdirilir, aşağıdakı va-riantda verilir: “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı”. 188.1.4-cü maddə ləğv edilir.
Biz araşdırmalar apardıq və bu dəyişiklikləri Gömrük Komitəsi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi ilə ciddi müzakirələrdən sonra qəbul edib, qanun layihəsinin sizin müzakirənizə verilməsini tövsiyə etdik. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliklərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qüdrət Həsənqu-liyev.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr. Mən, sözsüz ki, bu dəyişikliklərə səs verəcəyəm. Amma bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm.
Mətbuatda oxudum ki, Azərbaycana bu gün rekord sayda avtomobil gətirilib. Ölkə inkişaf edir, iqtisadiyyat güclənir, vətəndaşların həyat səviyyəsi yüksəlir və bunun nəticəsi olaraq da minik avtomobillərinin sayı sürətlə artır. Bakı şəhərinin yolları isə buna imkan vermir. Bakıda infra-strukturun yenidən qurulmasına kifayət qədər böyük vəsait xərclənir, keçidlər, körpülər tikilir, amma bu da çətinlikləri aradan qaldırmır. Hamımız Bakı şəhərindəyik və görürük ki, bəzən kiçik bir məsafəni qət etmək üçün saatlarla vaxt sərf olunur. Bunun aradan qaldırılması üçün ölkənin vergi siyasəti çox böyük rol oynaya bilər. Yəni maliyyə-kredit siyasəti burada önəmli rol oynamalıdır.
Keçən dəfə biz Vergilər Məcəlləsinə əlavə və dəyişiklik-lər elədik. Çox təəssüf ki, burada geniş müzakirələr açmadan bu məsələ səsə qoyuldu. Biz Bakı şəhərində yaradılan sənaye parkını vergilərdən azad edirik. Bu ona gətirib çıxarır ki, Azərbaycanın digər bölgələrində olan şirkətlər, imkanlı şəxslər də gəlib Bakıda iş qururlar. Bakı gündən-günə yüklənir.
Mən dəfələrlə məsələ qaldırmışam ki, Azərbaycanın uc-qar rayonları üçün vergi güzəştləri nəzərdə tutulmalıdır. Biz elə etməliyik ki, Bakıdan insanlar getsinlər, rayonlara investisiya yatırsınlar. Sahibkarlığa Yardım Fondundan vəsait daha çox regionlarda iş görən insanlar üçün ayrılmalı, onlar üçün vergi güzəştləri nəzərdə tutulmalıdır ki, insanlar regionlara axışsınlar, regionlardan Bakıya yox. Ona görə mən hesab edirəm ki, bizim qaldırdığımız bu məsələlərə hansısa formada bir reaksiya verilməlidir. Bizə Nazirlər Kabineti, müvafiq nazirlik və ya bizim komitənin sədri məlumat versin ki, niyə bu addımlar atılmır? Niyə biz Bakı şəhərində sənaye müəssisələrini vergidən azad edirik, amma rayonlarda yox?
Mən hesab edirəm, rayonlarda yeni yaradılan istehsal-emal müəssisələri üçün müəyyən müddətə vergi güzəştləri nəzərdə tutulmalıdır. Regionlarda iş görən sahibkarlar üçün daha güzəştli şərtlərlə kreditlər ayrılmalıdır ki, Bakıda biz vəziyyəti dəyişə bilək. Yəqin ki, fikir vermisiniz, əvvəllər ancaq iş günlərində səhər-səhər, bir də iş vaxtı başa çatanda Bakının küçələrində hərəkət dayanırdısa, indi artıq günün hər vaxtında hərəkət, demək olar ki, bərbad vəziyyətdədir. Belə getsə, bir neçə ildən sonra Bakıda, ümumiyyətlə, hərəkət dayanacaq. Sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, bu başqa problemdir, şəhərin idarə edilməsi problemidir. Bunun üzərində işlər gedir. Yəni bu problemləri bir-birinə qarışdırmayaq. Başqa bir təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.11 dəq.)
Lehinə  106
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Xüsusi iqtisadi zonalar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət və-killəri! Bilirsiniz ki, hazırda xüsusi iqtisadi zonaların gələ-cəkdə fəaliyyəti ilə bağlı müəyyən tədbirlər görülür. Cənab Prezident tərəfindən daxil olmuş qanun layihəsində deyilir: “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.10-cu maddəsinin birinci cümləsindən “və sərbəst anbarlar” sözləri, ikinci cümləsindən “və sərbəst anbarların” sözləri çıxarılsın”. Bu, müzakirə olunub. Millət vəkillərindən xahiş edərdim ki, məsələyə münasibət bildirsinlər.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.13 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Bildiyiniz kimi, gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması, fərqlənmə nişanları və onların təchi-zat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Təklif olunan bu dəyişiklikdən sonra, təbii ki, cənab Prezidentin fərmanı olacaq və bu fərmanda müvafiq icra hakimiyyəti orqanı daha dəqiq göstəriləcək. Yəni bu məsələlərin hansı halda cənab Prezident, hansı halda Nazirlər Kabineti, hansı halda isə Gömrük Komitəsi tərəfindən həll olunması göstəriləcəkdir. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.14 dəq.)
Lehinə  106
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq olundu.
Dördüncü məsələ. “Sərhəd qoşunları haqqında” Qa-nunda dəyişikliklər edilməsi barədə. Buyurun, Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təh-lükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli deputatlar! Qanun layihəsi sizə paylanıb. Bu qanun layihəsi 2012-ci il dekabrın 7-də bizim komitənin iclasında müzakirə olunub. Layihənin mahiyyəti nədən ibarətdir? Hazırda qüvvədə olan 4-cü maddənin birinci hissəsinin 5-ci bəndində lazımi qaydada müəyyən olunmuş prosedur hərəkətlərdən söhbət gedir. Amma indi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun və Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq biz yazırıq ki, “qanunla müəyyən olunmuş qaydada şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılmasını həyata keçirir”.
İkinci dəyişiklik ondan ibarətdir ki, 5-ci maddənin bi-rinci hissəsinin 7-ci bəndində “müddətini” sözündən sonra “gömrük idarələri (postları)” sözləri əlavə olunur. Bu da Gömrük Məcəlləsinə uyğundur. Ona görə xahiş edirəm, bu qanun layihəsinə müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.16 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bu paketdən olan sonuncu məsələ. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov. Çox sağ olun, cənab Sədr. Hörmətli deputat-lar! Bu qanun layihəsini bundan əvvəl müzakirə etdiyimiz qanun layihəsinin davamı hesab eləmək olar. Burada da müvafiq qanundakı müəyyən müddəaların “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və Gömrük Məcəlləsinə uyğunlaşdırılmasından söhbət gedir. Belə ki, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun müəyyən maddələrinə “gömrük postları” sözləri əlavə olunur. Qanunun 12-ci maddəsinin beşinci hissəsi aşağıdakı redaksiyada verilir: “Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılırlar”. Əvvəl bu müddəa yox idi, amma bu müddəa həm Gömrük Məcəlləsində, həm də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda olduğu üçün burada da öz əksini tapmalıdır. Əsas mahiyyət bundan ibarətdir. Ona görə hamınızı bu qanun layihəsinə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun. Münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.17 dəq.)
Lehinə  104
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında (Əddis-Əbəbə şəhə-rində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi. Buyurun, Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar! Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində belə bir qərarın qəbul olunması çox vacib və əhəmiyyətlidir. Siz bilirsiniz ki, xaricdə Azərbaycan Respublikasının 70-dən çox səfirliyi və nümayəndəliyi fəaliyyət göstərir. Biz bütün qitələrlə, bütün ölkələrlə əlaqələrimizi genişləndiririk. Sizin qarşınızda olan bu qərar Afrika qitəsində olan ölkələrlə münasibətlərimizin inkişafı üçün çox əhəmiyyətlidir. Ona görə xahiş edirəm, hamınız bu qərara müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Dü-nya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bütün Məclis üzvlərini və xalqımızı təbrik edirəm. Mən təqdim olunmuş bu məsələ ilə bağlı onu bildirmək istəyirəm ki, Azərbaycan dövlətinin dünyada nüfuzu artdıqca Afrika ölkələrində də, hətta bizim o qədər strateji ölkə kimi baxmadığımız başqa yerlərdə də səfirliklərimizin açılması müsbət haldır. Çünki o ölkələrə gedirsən, – Afrikaya səyahət eləyənlər bilirlər, – o boyda ölkələrdə səfirlik axtarırsan, ancaq Rusiyanın, ya da Türkiyənin səfirliyini tapa bilirsən və çox vaxt onlar da Azərbaycan vətəndaşlarına layiqincə xidmət göstərə bilmirlər.
Azərbaycan dövlət olaraq bütün dünyada fəaliyyət göstərmək üçün müəyyən işlər görür. Bununla yanaşı, mən bir təklif eləmək istəyirəm. Oqtay müəllim, mən başa düşürəm ki, dövlətlərarası münasibətlərdə müəyyən problemlər ola bilər. Bizim millət vəkillərimiz Şimali Kipr Türk Cümhuriyyətinə tez-tez səfərlər edirlər. Çox gözəl, işgüzar əlaqələrimiz var. Onların da problemləri, təbii ki, bizim problemlərdən çox da fərqlənmir.
Burada Qüdrət Həsənquliyev, Zahid Oruc, Musa Qası-mov, Qənirə Paşayeva, Fərəc Quliyev və adını çəkmədiyim onlarla millət vəkili var ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan parlamenti arasında bir işçi qrupunun yara-dılması təşəbbüsü ilə çıxış eləmək istəyir. Təbii ki, mən indi bunu konkretləşdirmək istəmirəm.
Hər halda, Oqtay müəllim, Sizinlə məsləhətləşmək istə-yirik. Bunun tətbiqi müəyyən problemlər yaratsa belə, heç olmasa, qeyri-formal da olsa, bu işçi qrupunun yaradılmasına müəyyən imkan tapılmasını çox xahiş edərdim. Mən bu məsələnin hansı formada desəniz, müzakirə edilməsini aktual hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil müəllim, plenar iclasda məsləhətləşmirlər. Əvvəl məsləhət alırlar, sonra danışırlar. Bilirsiniz ki, Şimali Kiprdə Azərbaycan nümayəndəliyi açı-lıb, orada nümayəndəlik var. Bizim öz problemlərimizi də yaxşı bilirsiniz. Mən hesab edirəm, bunları hər dəfə vurğu-lamaq düzgün deyil. Mən bilirəm, bizim millət vəkilləri də bilirlər, çarter reysləri də olur. Bu məsələlər yavaş-yavaş öz yerini tutmalıdır. Amma bunları Milli Məclisdə səsləndir-mək, mən hesab edirəm, doğru deyil.
Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.22 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsi. Buyurun, Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Hesab edirəm ki, Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində belə bir bəyanatın qəbul olunması əlamətdar hadisədir. Ona görə ki, azərbaycanlıların, özbəklərin, ümumiyyətlə, türk dünyasının həmrəyliyi, birliyi bizim üçün çox vacibdir. Özbəkistan Orta Asiyanın özünəməxsus bir siyasət aparan aparıcı ölkələrindən biridir. Bu gün Özbəkistanla Azərbay-can arasında dostluq münasibətləri, iqtisadi, mədəni və başqa münasibətlər türk dünyasında birliyə, Orta Asiya və Qafqaz regionunda sülh və tərəqqiyə xidmət edən bir amildir. Ona görə mən hörmətli Prezidentimiz tərəfindən imzalanmış bu Bəyanatın parlamentdə bu gün ratifikasiya olunmasının tam tərəfdarıyam və millət vəkillərindən də onun təsdiq olunmasını xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.24 dəq.)
Lehinə  104
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şu-rası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyurun, Səməd müəllim.
S.Seyidov. Oqtay müəllim, minnətdaram. Hörmətli həm-karlar, bu Saziş ona dəlalət edir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq real maliyyə təminatı ilə fəaliyyə-tini təşkil edib dünyada öz yerini tutan bir təşkilata çevrilib. Biz bundan əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə bağlı bir neçə sazişi artıq təsdiq etmişik. Bu Saziş konkret olaraq maliyyə qaydalarının tənzimlənməsi ilə bağlıdır. Saziş təsdiq olunmalıdır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası öz işini yüksək səviyyədə təşkil edə bilsin. Biz onun fəaliyyətini həm türkdilli dövlətlərə, həm də dünyaya xeyir gətirən bir fəaliyyət kimi qiymətləndiririk. Ona görə mən həmkarlarımdan bu qərarın qəbul olunmasını xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli Oqtay müəllim, hörmətli deputa-tlar! Burada Səməd müəllimin də bəyan etdiyi kimi, artıq üçüncü dəfədir ki, Türkdilli ölkələrin Dövlət Başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan Muxtar Respubli-kasında keçirilmiş Zirvə Toplantısında təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə bağlı məsələ müzakirə olunur. Bu müzakirələrin birincisində – Almatı Sammitində təklif olunmuşdu ki, Türkdilli Dövlətlərin Elm Fondu yaradılsın. O zaman haqlı olaraq Azərbaycan parlamenti belə məsələ irəli sürdü ki, Elm Fondu bu türkdilli dövlətlərin elmi fəaliyyətinin mahiyyətini düzgün ifadə etməyəcək. Ona görə yaxşı olar ki, bu, Türk Akademiyası adlandırılsın. Ondan sonra, bu ilin avqustunda keçirilən Bişkek Zirvə Toplantısında bəyanat qəbul olundu ki, Azərbaycan parlamentinin təklifi əsas götürülərək Türkdilli Dövlətlərin Elm Fondu yox, Türk Akademiyası yaradılsın. Bu bizim parlamentin apardığı düzgün siyasətin bir əlaməti kimi də yüksək qiymətləndirilə bilər.
Bundan sonra biz həmin 3 oktyabr 2009-cu il Sammi-tinin qərarları əsasında yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsini təsdiq etdik. Bu sənədə əsasən həmin Fond Bakıda fəaliyyət göstərəcək. Bütün bunlar vaxtilə Naxçıvanda keçirilmiş Türkdilli ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında qəbul olunan qərarların strateji əhəmiyyət daşıdığını və artıq addım-addım gerçəkləşməkdə olduğunu aydın şəkildə isbat edir.
Mən bugünkü sənədin də bir neçə cəhətdən əhəmiyyəti haqqında danışmaq istəyirəm. Keçəndəfəki sənəddə artıq “türkdilli” sözü əvəzinə “türk” sözü, “türk ölkələri”, “Türk Şurası” və bu kimi sair ifadələr işlədilmişdi. Məncə, bu cəhətdən budəfəki sənəd keçəndəfəkindən də irəli gedir. Bu Sazişin 1-ci maddəsində açıq olaraq deyilir ki, Türk Şurası Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası deməkdir. Keçən dəfə bu, ayrı-ayrı qurumları əhatə etmişdi, amma Şuranın özünə aid edilməmişdi. Bu dəfə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da aid edilmişdir. Bu, türkdilli ölkələrdə gedən ictimai-siyasi proseslərin, humanitar düşüncənin bu cəhətdən daha da ortaq bir mövqeyə gəldiyini və inkişaf etdiyini isbat edən məsələlərdən biridir. Bu mənada bu sənəd həm də türkdilli dövlətlərə dair baxışlar sisteminin də təkmilləşməkdə olduğunu, elmi fikirdə olduğu kimi, qanunvericilik sənədlərində də müasir anlayışlara uyğun olaraq “türkdilli dövlətlər” əvəzinə “türk dövlətləri” sözlərinin işlədildiyini bir daha isbat edir.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə gəlincə, bu, normal bir sənəddir və yəqin ki, türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi prosesinin inkişafına kömək edəcəkdir.
Burada bir məsələni də qeyd etmək istəyirəm. Artıq keçən sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Şurası adlandırılması rəsmi şəkildə təsbit olunmuşdur. Budəfəki sənədin “Anlayışlar” adlı 1-ci maddəsində də yazılmışdır ki, “Türk Şurası” Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası deməkdir. Amma buna baxmayaraq, sənədin adında yenə də “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” sözləri yazılmışdır. Bir halda ki, biz keçən sənədə bütövlükdə səs verdik və bu Sazişin də 1-ci maddəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Şurası adlandırılması bir daha təsbit edilib, məncə, bu sənədin adında da “Türk Şurası” sözlərindən istifadə olunmalı idi.
Mən bu sənədi əhəmiyyətli sənəd sayıram və ona səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma burada “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” adını saxlamağın mənası var. İndi Sizə bir sual verim: Türkdilli Dövlətlərin Parla-ment Assambleyasını necə adlandıracaqsınız? Bu artıq türkdür, amma bu təşkilatın axı gələcəyi də var, başqa ölkələrin də bura qoşulmağı var. Ona görə gələcəyə baxaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adını saxlayıblar, yəni burada çox məsələlər var, onları bir-birinə qarışdırmaq olmaz. Buyurun, Səməd müəllim.
S.Seyidov. Oqtay müəllim, çox sağ olun. Siz, əslində, izahat verdiniz. Mən İsa müəllimin təklifini başa düşürəm. Bu vacib bir məsələdir. Amma onu da nəzərdən qaçırmaq olmaz ki, Saziş bu adla dövlət başçıları tərəfindən imzalanıb. Ona görə indi bizim belə bir dəyişiklik aparmağa ixtiyarımız yoxdur.
Sədrlik edən. Aydındır. Bu, təklif idi. Biz öz izahatımızı verdik. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.32 dəq.)
Lehinə  105
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi. Səməd müəllim, buyurun.
S.Seyidov. Oqtay müəllim, minnətdaram. Bu qanun layi-həsinə də bizim komitədə baxılıb. Sizə deməliyəm ki, Bosniya və Herseqovina Avropa ölkələri arasında öz xüsusiy-yətləri ilə fərqlənən bir ölkədir. Birincisi, inkişaf edən bu ölkə indi Avropanın siyasətinə təsir etmək iqtidarına malik olan dövlətlərdən birinə çevrilir. İkincisi, Bosniya və Herseqovina Avropanın ən gözəl ölkələrindən biridir və turizm baxımından da Adriatikanın maraqlı ölkələrindən biri kimi tanınır.
Lakin Azərbaycanın bu ölkə ilə münasibətləri bu şəkildə təşkil etməyinin səbəbi bu iki amil deyil. Ən əsası odur ki, biz Avropanın artıq 27 ölkəsi ilə, – bu 27-ci olacaq, – viza rejimini faktiki aradan götürürük. Bu da birbaşa Azər-baycanın Avropaya inteqrasiyasını və Avropanın Azərbay-cana münasibətini göstərir. Ona görə ki, belə sazişlər bir-tərəfli olmur. Bu Sazişi biz burada ratifikasiya edəcəyik, Bosniya və Herseqovina parlamenti də orada ratifikasiya edəcək.
Bilirsiniz ki, indi bəziləri Azərbaycanın Avropaya inteq-rasiyasında problemlər olduğunu iddia edirlər. Avropa Birliyinə daxil olan ölkələrlə, digər Avropa ölkələri ilə vizanı aradan qaldırmaqla biz onlara da çox konkret, tutarlı cavab veririk. Ona görə, təbii ki, belə sazişlər komissiyada çox müsbət qarşılanır. Mən bu Sazişin bu gün parlamentdə təsdiq olunmasını həmkarlarımdan xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.34 dəq.)
Lehinə  104
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Komitə sədri hörmətli Səməd müəllim iki ölkə arasında münasibətlərin inkişafı barədə ətraflı danışdı. Ha-mıya məlumdur ki, Azərbaycan Respublikasının iqtisadi inkişafını sürətləndirmək, investisiya axınını daha da səmə-rəli etmək üçün bir çox ölkələrlə gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırıl-ması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişlər imzalanır. Bu da ənənəvi sazişlərdən biridir. Bu saziş həm Azərbaycanın, həm də Bosniya və Herseqovina-nın spesifik xüsusiyyətlərini nəzərə alır. Bu sazişin qəbulu, heç şübhəsiz, iki ölkə arasında iqtisadi əlaqələrin daha da təkmilləşməsinə xidmət edəcəkdir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.36 dəq.)
Lehinə  104
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsidir. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bu qanun layihəsi sizə paylanılıb. Qanun layihəsi 2012-ci il 20 dekabr tarixində bizim komitədə müzakirə olunub. Saziş 9 maddədən ibarətdir və 2012-ci il noyabr ayının 6-da Roma şəhərində imzalanıb. Ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafının göstəricilərindən biri budur ki, qanun layihəsi qeyri-müəyyən müddətə bağlanır.
Bu qanun layihəsinin əsas məqsədlərindən biri ondan ibarətdir ki, hər iki tərəf Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına qətiyyətlə sadiqliklərini nümayiş etdirirlər və təhlükəsizliyin bölünməzliyi prinsipini əldə rəhbər tuturlar. Eyni zamanda, bu saziş ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın sülh naminə tərəfdaşlıq ruhunda genişləndirilməsi, iki ölkənin silahlı qüvvələri arasındakı dostluq əlaqələrinin və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ilə imzalanır.
Sazişin ikinci bəndində əməkdaşlığın sahələri göstərilir. Burada təhlükəsizlik və müdafiə siyasəti, hərbi siyasi sahədə əməkdaşlıq, tədqiqat, inkişaf, maddi-texniki təminat dəstəyi və müdafiə məhsulları və xidmətlərinin satın alınması, silahlı qüvvələrin təşkili və idarə olunması, silahlı qüvvələrin modernləşdirilməsi, hərbi sahədə təhsil və təlim, hərbi tibbi xidmət, hərbi tarix, hərbi idman və digər məsələlər bu əməkdaşlığın sahələrini ehtiva edəcək. Hesab edirəm ki, Azərbaycanın dövlət, milli maraqlarına uyğun gələn çox normal bir saziş layihəsidir və ona görə sizi bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildi-rəsiniz.

Səsvermənin nəticələri  (saat 12.39 dəq.)
Lehinə  105
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ “Avropa Yenidənqurma və İnkişaf Ban-kının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklər edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət və-killəri! Bilirsiniz ki, Avropa Yenidənqurma və İnkişaf Bankı dünyanın bir çox ölkələrində fəaliyyət göstərir, onlara yardım edir, müxtəlif layihələr həyata keçirir. Bankın təsis edilməsi haqqında sazişin 1-ci maddəsinə əlavə edilir ki, sazişdə və onun əlavələrində “Mərkəzi və Şərqi Avropa ölkələri”, “Mərkəzi və Şərqi Avropadan olan ölkələr”, “resipiyent ölkə (və ya ölkələr)” və ya “üzv olan resipiyent ölkə (və ya ölkələr)” istinadları həmçinin Monqolustana və Cənubi və Şərqi Aralıq dənizi regionu ölkələrinin hər birinə aid edilir. Yəni bank öz fəaliyyət və əhatə dairəsini genişləndirir. Ona görə də 1-ci maddədə xırda dəyişikliklər nəzərdə tutulur.
Həm də nəzərdə tutulur ki, sazişin 18-ci maddəsi aşağı-dakı redaksiyada verilsin: “Bank öz məqsədlərinə xidmət edən və bankın resipiyent və potensial resipiyent ölkələrdəki fəaliyyətini əhatə edən xüsusi fondların idarə edilməsini qəbul edə bilər. Bu fondların idarə edilməsi ilə bağlı bütün xərclər həmin xüsusi fonddan ödənilir. Sonra isə xüsusi fondların fəaliyyəti ilə əlaqədar müəyyən xırda təkliflər irəli sürülür: “Bank hər bir xüsusi fondun yaradılması, idarə edilməsi və istifadəsi üçün tələb olunan bütün qayda və qanunları qəbul edir. Belə qayda və qanunlar yalnız bankın adi əməliyyatlarına tətbiq edilən müddəalar istisna olmaqla bu sazişin müddəalarına uyğundur”. Yəni Avropa Yenidənqurma və İnkişaf Bankının əhatə dairəsində olan ölkələrə aiddir. Millət vəkillərindən xahiş edərdik ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.41 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar! İnzibati Xətalar Məcəlləsinə təqdim olunan dəyişiklik gündəliyin 14-cü məsələsi ilə – Əmək Məcəlləsinə təklif olunan dəyişikliklə üzvi surətdə bağlıdır. Dəyişiklik bundan ibarətdir ki, mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarənin xüsusi hesabına köçürülməməsinə görə məsuliyyət təklif olunur. Təbii ki, o idarə və təşkilatlardan söhbət gedir ki, orada həmkarlar ittifaqı mövcuddur. Məsuliyyət, təbii ki, vəzifəli şəxslər üçün nəzərdə tutulur. Amma bir daha vurğulamaq istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan bu dəyişiklik növbəti məsələ ilə üzvi surətdə bağlıdır. Bu barədə Hadi müəllim məlumat verəcək. Yəni üzvlük haqlarının 4 iş günü müddətində müəssisənin xüsusi hesabına köçürülməsi məsələsi kollektiv müqavilədə öz əksini tapacaq. Bu barədə tərəflər öncədən məlumatlı olacaqdır. Bir daha vurğulamaq istəyirəm ki, bu, Əmək Məcəlləsinə təklif olunacaq dəyişikliyin tətbiqini nəzərdə tutur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli mil-lət vəkilləri! İnzibati Xətalar Məcəlləsinin 53.5-ci maddəsinə edilən dəyişikliklə mən qismən razıyam. Belə ki, həmkarlar ittifaqına üzvlük haqqının tutulmasının təmin edilməsi keçən iclaslarımızda bəzi qanunvericilik aktlarına edilən əlavələrlə əlaqədardır və Əmək Məcəlləsinə edilən dəyişikliklə bağlı olacaq. Əlbəttə ki, belə bir müddəanın əlavə edilməsi başa düşüləndir və zəruridir. Lakin hər birimiz bilirik ki, bəzi hallarda Əmək Məcəlləsinin maddələri işəgötürən tərəfindən kobud şəkildə pozulmaqdadır. Biz də bir çox hallarda bunun qarşısını almaqda acizik. Məsələn, işçinin işəgötürən tərəfindən işinə aid olmayan işləri görməyə məcbur edilməsi, iş vaxtından əlavə vaxtda işlədilməsi, buna görə əlavə haqqın verilməməsi, məzuniyyət və istirahət hüququnun pozulması və sair bu qəbildəndir. Bu baxımdan İnzibati Xətalar Məcəlləsində işçinin məzuniyyət hüququnun pozulmasına görə vəzifəli şəxsin məsuliyyətinin aradan qaldırılmasını başa düşmək çətindir. Əgər bənzər bir müddəa başqa qanunvericilik aktında varsa, etiraz etmirəm. Əgər yoxdursa, onda hörmətli Əli müəllim bizə izah etsin ki, belə mühüm bir maddənin məcəllədən çıxarılması hansı zərurətdən irəli gəlir. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mənim bir sua-lım və bir təklifim olacaq. Sualım həmkarlar təşkilatları ilə bağlıdır. Bilirsiniz ki, son illərə qədər Azərbaycanda fəaliy-yət göstərən transmilli şirkətlər həmkarlar təşkilatlarının yaradılmasına ciddi şəkildə maneçilik törədirdilər. Xüsusilə Azərbaycan vətəndaşlarına yaradılan iş şəraiti xarici vətəndaşa yaradılan iş şəraitindən kəskin şəkildə fərqlənirdi. Misal üçün, biz BP-nin bir sıra qurumlarında və ayrı-ayrı transmilli şirkətlərdə biz dəfələrlə bunun şahidi olmuşuq. Mən istərdim, hörmətli həmkarımız Səttar müəllim bu məsələyə aydınlıq gətirsin ki, hazırda vəziyyət nə yerdədir. Ümumiyyətlə, hansı transmilli şirkətlər hələ də həmkarlar təşkilatlarının yaradılmasına maneçilik törədirlər?
Təklifim nədən ibarətdir? Biz, əlbəttə, 53.5-ci maddəyə edilən dəyişikliklərin əhəmiyyətini anlayırıq. Amma hesab edirəm ki, qanunvericilikdə də müəyyən məsələyə diqqət yetirilməlidir. Bu da işçiyə qanunvericiliklə müəyyən edil-miş qaydada veriləcək əmək haqqının gecikdirilməsinə və ya ödənilməməsinə görə məsuliyyətin nəzərdə tutulması məsələsidir. Mən təklif edərdim ki, indiki layihəyə bunu əlavə etmək mümkün deyilsə, növbəti görüşlərimizdə bu məsələyə aydınlıq gətirilsin və bu məsuliyyət də burada öz əksini tapsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də elə hesab edirəm ki, bu, həmkarlar qurumunun maliyyə əsaslarının formalaşmasına xidmət eləyən çox mühüm dəyişiklikdir. Başqa halda həmin qurumun yerli birliklərinin təmsilçilərinin və o təşkilatların işləməsi qeyri-mümkündür. Hörmətli həmkarım Azay Quliyevin fikirlərini davam etdirərək mən də o mövqeyi vurğu-lamaq istəyirəm ki, bu cür şərtlərin qoyulması ilə yanaşı, biz bu təşkilatın daha geniş səlahiyyətlər əldə eləməsinə də çalışmalıyıq. Bunu növbəti qanunvericilik fəaliyyətimizdə nəzərdə tutmalıyıq.
Əlbəttə, ötən dövr ərzində hörmətli Səttar Möhbalıyevin həm də millət vəkili olması bu qurumun təşkilatlanmasına, strukturlaşmasına, yerlərdə ciddi fəaliyyət aparmasına im-kanlar açıbdır. Onlar mühüm dövlət proseslərində həmişə ön mövqelərdə olublar. Ancaq etiraf eləmək lazımdır ki, geniş şəkildə peşə yönümünə müvafiq həmkarlar qurumlarının yaranması, bunun özəl sahədə və xarici kompaniyalarda ciddi bir hala gəlməsi Azərbaycanda bərqərar olmayıb, reallaşmayıb. Bu çox təəssüf doğurur, çünki dünyanın hər yerində idarəçilikdə şəffaflıq, əmək hüquqlarının qorunması, ümumiyyətlə, pozulmuş hüquq və mənafelərin təminatı məsələlərində bu təşkilatın çox böyük rolu var.
Biz çox yaxşı xatırlayırıq ki, elə burada neft müqavilələri imzalananda hətta Azərbaycanın dövlət qurumları da bu məsələnin sona qədər hansı miqyasda gedəcəyini bilmirdilər, ya da buna o qədər də önəm verilmirdi. Bu məsələlər parlamentdə səsləndiriləndən sonra hiss olundu ki, anlayışla qarşılanır. Amma Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər sanki həmkarlar təşkilatlarından kənar fəaliyyət göstərirlər, ya da bu formal bir xarakter daşıyır. Rəhbər özləri tərəfindən təyin olunur. Sanki bu, insanların işdən çıxarılmasını əsaslandıran bir formata çevrilib. Ona görə düşünürəm ki, bu cür maliyyə sanksiyasını tətbiq eləməklə doğru iş görürük və onu müəyyən bir səviyyəyə çatdırmaq üçün addımlar atmış oluruq. Amma dediyim kimi, onun paralel şəkildə başqa səlahiyyətlər əldə eləməsini də təmin eləməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Burada bir əsas məsələ var. Hamımıza aydındır ki, üzvlük haqları ödənilmir. Dəyişiklik bu məsələni tənzimləməklə əlaqədardır. Bu özü də dövlət təşkilatlarına yox, qeyri-dövlət təşkilatlarına aiddir.
İndi Səttar müəllim xarici şirkətlərlə əlaqədar söz demək istəyir, biz ona qulaq asarıq. Mən hesab edirəm ki, bu, köhnə söhbətdir. Səhv eləmirəmsə, artıq bütün o şirkətlərə Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən nəzarət olunur. Buyurun, Səttar Möhbalıyev.
S.Möhbalıyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, doğrudan da, bu gün müzakirəyə çıxarılan məsələ çox ciddidir. Mən uzun müddət bu sahədə çalışıram. Üzvlük haqlarının yığılmasında problemlər vardı. İstər dövlət təşkilatlarında, istərsə də özəl sektorda üzvlük haqları tutulurdu, ancaq onun həmkarlar təşkilatına köçürülməsi təmin olunmurdu. Milyonlarla manat borclar yaranırdı. Bunların bəzilərini hissə-hissə almaq mümkün olurdu, amma bəzən də bu qeyri-mümkün idi. Zəhmətkeşlərin öz əmək haqlarından ödədikləri üzvlük haqlarını mənimsəyirdilər. Yəni həmin mühasibatda bu pul olmurdu. Hesablaşma hesabında pul yox idisə, bu, deməli, mənimsəmə idi. Biz hökumət orqanları qarşısında bu məsələni dəfələrlə qaldırmışıq. Son nəticədə, çox sağ olun ki, Milli Məclisdə qanun qəbul olundu.
Burada hörmətli deputat həmkarlarım transmilli şirkət-lərlə bağlı çıxış etdilər. Doğrudan da, əvvəllər transmilli şirkətlərdə, özəl sektorda həmkarlar təşkilatının yaradılması üçün çox böyük mübarizə aparmışıq. Hörmətli millət vəkillərinin nəzərinə çatdırıram ki, artıq transmilli şirkətlərin 50–55 faizində həmkarlar təşkilatı yaradılıb. Yəni birgə müəssisələrdə, tam xarici sərmayəyə əsaslanmış şirkətlərin əksəriyyətində həmkarlar təşkilatı yaradılıb və bu işlər davam edir. Təkcə 2012-ci ildə 365 özəl şirkətdə həmkarlar təşkilatının yaradılmasına nail olunub. Əlbəttə, bəzi iri transmilli şirkətlər həmkarlar təşkilatının yaradılmasına maneçilik törədirlər. Yəni işçilərlə ünsiyyət qurmağımıza imkan yaratmırlar ki, həmkarlar təşkilatı barədə işçilərə məlumat verək.
İkinci, biz tələb edirik ki, onlar qazanclarının bir qismini orada çalışan işçilərin bu və ya digər sosial hüquqlarının qorunmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlt-sinlər. Onlar bundan imtina edirlər. Bilirsiniz ki, Dövlət Neft Şirkəti evlər tikib, işçilərə pulsuz mənzillər paylayıb. Bu yaxınlarda digər sahələrdə də çalışan işçilərin mənzil şəraiti yaxşılaşdırılıb. Həmin transmilli şirkətlər mi-lyardlarla vəsait qazanırlar. Biz istəyirik ki, onun, heç olmasa, 5 faizini orada çalışanların – şəhid ailələrinin, Qarabağ əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onların istirahətinin təşkilinə yönəltsinlər. Biz əminik ki, qısa müddətdə o iri transmilli şirkətlərlə bu problemi həll edəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Burada qaldırılan məsələlərə Səttar müəllim münasibət bildirdi. Mən, sadəcə, hörmətli Elmira xanımın dediyi bir məsələyə münasibət bildirmək istəyirəm. Siz də söylədiniz ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan bu dəyişikliyin əsas mahiyyəti həmkarlar ittifaqına ödəmələrin təmin olunması ilə bağlıdır. Yəni əsas mahiyyəti budur. Onun forması da bundan ibarət idi ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik olunsun.
Mən Elmira xanımın qaldırdığı məsələ ilə razıyam. Mən-cə biz bunun üslubunu bir qədər dəyişdirməliyik. Bu barədə Səttar müəllimlə məsləhətləşdik. Daha dəqiq olardı ki, bu yeni dispozisiya ayrıca bir maddə kimi verilsin və əmək məzuniyyətinin verilməməsinə, işçinin məzuniyyət hüquqlarının pozulmasına görə nəzərdə tutulmuş sanksiyalar da olduğu kimi qalsın. Yəni biz bu məsələni qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edərik. Texniki bir məsələdir, amma həll edəcəyik. Çox sağ olun.
Sədrlik edən. Bəxtiyar Əliyev.
B.Əliyev. Çox sağ olun, cənab Sədr. Əli müəllim bu məsələyə bir az aydınlıq gətirdi, çünki buradakı dəyişiklik mahiyyətcə yenidir. Amma bu, İnzibati Xətalar Məcəlləsin-də nəzərdə tutulmuş çox mütərəqqi və vacib olan bir maddəni tamamilə sıradan çıxarır. Yəni işçiyə məzuniyyət hüququnun və ya kompensasiyanın verilməsi ilə bağlı olan müddəa nədənsə tamamilə aradan götürülür. Hesab edirəm ki, bu, yolverilməz bir haldır. İşçilərin məzuniyyət hüququnun qorunması və buna görə məsuliyyət İnzibati Xətalar Məcəlləsində hökmən öz əksini tapmalıdır və Əli müəllimin təklif etdiyi qaydada o yeni bir dispozisiyada verilməlidir. Əvvəlki də öz yerində qalmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Deyəsən, bir-bir yazılırıq. Məlahət İbra-himqızı.
M.İbrahimqızı. Çox sağ olun. Mən də fürsətdən istifadə edib bütün həmkarlarımı təbrik edirəm. Çox hörmətli Səttar müəllimə mənim də bir sualım var. Səttar müəllim, bilirsiniz ki, Ümumdünya Əmək Təşkilatı ev işçiləri ilə bağlı konvensiya qəbul edibdir. Yəni bu ev işçiləri problemi dünyanın hər yerində var. Azərbaycanda da, təbii ki, evlərdə xidmət edən qulluqçular, bağbanlar, dayələr, şəxsi sürücülər və digər işçilər var. Bununla bağlı da mətbuatda çox ciddi problemlər ortaya çıxır. Səttar müəllim, bu konvensiyanın Azərbaycanda ratifikasiyası ilə bağlı hər hansı bir hazırlıq işləri gedirmi? Çox sağ olun.
Sədrlik edən. Səttar müəllimə mikrofon verin.
S.Möhbalıyev. Çox sağ olun. Məlahət xanım, ümumiy-yətlə, bütün dünyada qeyri-məşğulluğa qarşı mübarizə aparılır. Yəni bu həm Avropa ölkələrində, həm Azərbaycanda, həm də keçmiş sovet ölkələrində var. Sovet hökuməti döv-ründə “nadomnıy trud” deyirdilər. Evdə köynək toxuyurdular, müxtəlif işlər görürdülər. Yəni bu təcrübə sovet dövründə də var idi. Ancaq sovet dövründə bunun ciddi uçotu aparılırdı. Yəni fabriklə müqavilə bağlayırdı, sapını götürürdü, evdə həm uşağına baxırdı, həm də bu işlərlə məşğul olurdu. Əsasən, toxuculuq sahəsində işlər görülürdü və buna ciddi nəzarət var idi.
İkinci, evdə işləyirsə, dayəlik, xadiməlik, sürücülük edir-sə, bu insanlar ev sahibi ilə müqavilə bağlamalıdırlar. Saat neçəyə qədər işləməlidir, istirahət vaxtı necə olmalıdır, nə qədər əmək haqqı verilməlidir – bunların hamısı müqavilədə göstərilməlidir. Qısa bir müddət ərzində 350 mindən artıq insanla müqavilə imzalanıb və onlar uçota götürülüblər. Bu iş ardıcıl davam etdirilir.
Konvensiya ilə bağlı nəzərinizə çatdırım ki, həm Beynəl-xalq Əmək Təşkilatı, həm də Dünya Həmkarlar Təşkilatı böyük konfranslarda bizdən tələb edirlər ki, bu konvensiyalara qoşulaq. Bu konvensiyaya qoşulmaq üçün müvafiq nazirliklər, ilk növbədə Xarici İşlər Nazirliyi ciddi iş aparmalıdır. Bu məsələni bir daha araşdırıb, cavab verə bilərik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Səttar müəllim, çıxışınızda qeyd etdiniz ki, həmkarlara ayrılan pulları mənimsəyirlər. Mənimsəmirlər, ola bilsin, başqa istiqamətdə xərcləyirlər. Biz də ona görə bu dəyişikliyi edirik ki, o pulları vaxtında versinlər. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.59 dəq.)
Lehinə  98
Əleyhinə  2
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bunun davamı olaraq növbəti məsələ Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədədir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Əslində, bu 14-cü məsələ 13-cü məsələnin mabədidir. Biz Əmək Məcəlləsinin 2 maddəsində dəyişiklik edirik. Birinci, 31-ci maddə “Kollektiv müqavilənin məzmunu” adlanır. O məzmunun tərkibinə belə bir müddəa əlavə olunur: “Həmkarlar İttifaqının üzvü olan işçilərin əmək haqqından həmkarlar ittifaqına üzvlük haqlarının işəgötürən tərəfindən mühasibatlıq vasitəsilə tutulmasının təmin edilməsi və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməsi”. Əvvəlki variantlarda bu müddəa başqa formada var idi. Amma bu gün bu məsələ konkretləşir, 4 iş günü müddəti bura əlavə olunur. Beləliklə də, bu tutulmaların birbaşa həmkarlar təşkilatına köçürülməsi təmin olunur.
İkinci dəyişiklik 175-ci maddəyədir. Təxminən eyni fikirdir, buraya da “4 iş günü” ifadəsi əlavə olunur. Bütövlükdə həmkarlar təşkilatının maliyyə əsaslarının möhkəmlənməsinə və əməkçilərin hüquqlarının müdafiəsinə xidmət eləyən dəyişikliklərdir. Xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.01 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Cinayət Məcəlləsinə bu dəyişikliklər bizim komitə tərəfindən təklif edilib və buna görə də qısaca olaraq təklifin zərurəti ilə bağlı məlumat vermək istəyirəm.
Hörmətli həmkarlar, ümumiyyətlə, məhkəmə qərarlarının icraatı ilə bağlı işlərin sayı son bir neçə ildə iki dəfədən çox artmışdır. Təxminən 140 minə qədər icra işi mövcuddur. Amma eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, mövcud icra işlərinin təxminən üçdə biri cəmiyyətimiz üçün həssas mövzu olan uşaqların hüquqlarının qorunması, daha dəqiq desək, alimentlərin tutulması ilə bağlıdır. Bu sahədə ciddi problemlər var. Həmin problemləri hörmətli millət vəkilləri də bu ilin oktyabr ayında Milli Məclisin payız sessiyasında müzakirələr zamanı səsləndiriblər.
Alimentlərlə bağlı məhkəmə qərarlarının icrasını təmin etmək məqsədi ilə tərəfimizdən təklif edilir ki, Cinayət Məcəlləsinin 176-cı maddəsi məcəllədən çıxarılsın. Bu maddə xüsusi olaraq məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırmağa görə məsuliyyət nəzərdə tutur. Amma bu məsuliyyət çox aşağıdır, 6 aya qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur. Əgər biz həmin maddəni ləğv etmiş olsaq, onda Cinayət Məcəlləsinin bu qəbildən olan işlərlə, yəni alimentlərlə bağlı məhkəmə qərarlarının icrası haqqında 306-cı maddəsi tətbiq ediləcəkdir. Faktik olaraq hüquqi məntiq də bunu tələb edir, çünki eyni məhkəmə qərarının icrasından bəhs edilir.
Məsələnin mahiyyəti isə kifayət qədər ciddidir, yəni so-sial əhəmiyyətlidir. Ona görə daha düzgün olar ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş sanksiya tətbiq edilsin, çünki bu sanksiya kifayət qədər ciddidir. Ümumiyyətlə, məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyətdən, üç ilədək azadlıqdan məhrum etmə cəzasından söhbət gedir. Hesab edirəm ki, belə bir dəyişiklik alimentlərlə, uşaqların hüquqlarının qorunması ilə bağlı məhkəmə qərarlarının icra edilməsinə öz ciddi töhfəsini verəcək.
Hörmətli həmkarlar, eyni zamanda, onu da diqqətinizə çatdırmaq istəyirəm ki, əslində, bu məsələdə başqa bir yol da yoxdur. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya qoşulduqdan sonra bu qəbildən olan məsələlər, yəni boşanma zamanı mülkiyyət mübahisələri kifayət qədər ciddi şəkildə qabardıldı. Biz konstitusion və konvension mülkiyyət hüququnu qoruyuruq. Təəssüf ki, bəzən boşanmadan sonra ana uşaqları ilə mülkiyyətdən məhrum edilir. Çünki burada konvension mülkiyyət hüququ qorunur. Amma bizim borcumuz belə vəziyyətdə alimentin təmin edilməsinə nail olmaqdan ibarətdir.
Hesab edirəm ki, kiçik dəyişiklik cəmiyyətimiz üçün kifayət qədər sosial əhəmiyyətli bir məsələdir. Ümidvaram ki, təklifimizi siz də dəstəkləyəcəksiniz. Məlumat üçün demək istəyirəm ki, Ədliyyə Nazirliyinin müvafiq idarəsi ilə məhkəmə qərarlarının icrası ilə əlaqədar danışıqlarımız olub. Onlar da məhz bizim mövqeyimizi dəstəkləyirlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli Sədr, hörmətli həmkarlar! Təbii ki, bu gün təqdim olunan dəyişikliklərlə bağlı Əli müəllimin qeyd etdiyi bütün məqamları mən də müdafiə edirəm. Belə hesab edirəm ki, 176-cı maddənin geniş şərhi konkret olaraq 306-cı maddədə öz əksini tapıb. Ayrıca sadalamağa ehtiyac yoxdur. Mənə elə gəlir ki, biri digərinin davamı idi, ona görə də həm cəzanın sərtləşdirilməsini, həm də 176-cı maddənin ləğv edilərək 306-cı maddənin tərkibində bu məsələyə baxılmasını müsbət dəyərləndirirəm.
Bu gün bilirsiniz ki, alimentdən və yaxud valideynlərinə kömək etməkdən minlərlə yayınma halları var. Amma mən çıxış etmək üçün sözü ona görə aldım ki, bir məqamı nəzərinizə çatdırım. Biz hörmətli komitə sədri ilə bu məsələ ətrafında müzakirə aparmışıq. Sadəcə olaraq, dünən imkan tapa bilmədik ki, həmin məsələni bir daha tam dəqiqləşdi-rək. Çünki dünən bütün günü cənab Prezidentin vermiş olduğu əfv fərmanının icrası ilə bağlı cəzaçəkmə müəssisələrində penitensiar xidmətlə birlikdə həmin fərmanın icrası ilə məşğul olmuşuq. Amma mən məcburam ki, gec də olsa, məsələni açıqlayım. Bu məsələni özümüz qaldırsaq da, özümüz də həll edək.
Bu nə problemdir?! 306.1-ci maddəyə belə bir cümlə salınıb: “...qərarının və ya əmrinin” qərəzli olaraq icra edil-məməsi. “Qərar” anlayışı ilə razıyam, amma “əmr” anlayışı ilə yox. Məhkəmə praktikasında “əmr” nədir?! “Əmr” tərəflər arasında bağlanmış hər hansı bir öhdəlik, müqavilədir. Hətta tərəfin biri iştirak etmədikdə belə, hakim təkbaşına əmr çıxara və onu icraya göndərə bilər. Çox maraqlıdır ki, burada apellyasiya məhkəməsinə şikayət verilməsi halları da yoxdur. Yəni tərəfin birinin özünü hər hansı formada sübut etmək üçün imkan və şəraiti olmadığı halda hakim təkbaşına əmr çıxarıb icraya göndərə bilər. Belə çıxır ki, biz gələcəkdə bu şəxsi həmin məsələyə görə azadlıqdan məhrum edə bilərik.
Bu hal bizim qoşulduğumuz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 1-ci maddəsinə ziddir. 1963-cü ildə Stras-burqda qəbul olunmuş Konvensiyanın 4 saylı Protokolunun 1-ci maddəsi belə adlanır: “Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması”. Bayaq qeyd etdiyim “əmr” anlayışı da məhz borc məsələlərində çıxarılan bir məhkəmə aktıdır.
Konvensiyaya və ona dair protokollara artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında 4 saylı Protokolun dispozisiya hissəsində göstərilir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliklərini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhz buna görə də hakim tərəfindən verilmiş əmrin hər hansı bir icrası məsələsində, sözün əsl mənasında, problem yaranacaq. Bəzi orqanlar bundan istifadə edərək tərəfin azadlıqdan məhrum edilməsi məsələsini ortaya qoyacaq və bu da Avropa Konvensiyasının tələblərinə zidd olduğu üçün bəzi şəxslər və qurumlar tərəfindən Avropaya çatdırılacaq.
Ola bilər, “əmr” sözü texniki qüsurdur, dünən bunu ay-dınlaşdırıb başa çatdıra bilmədik. Biz belə bir maddəni əsas kimi qəbul edə bilərik, amma eyni zamanda, çox xahiş edirəm, müvafiq icra orqanı bizim hörmətli komitə sədri ilə birlikdə günü bu gün bunu aydınlaşdırıb, mətndən çıxarıl-ması məsələsini müzakirə etsin ki, gələcəkdə məhz həmin bənddən istifadə edib Azərbaycana qarşı xoşagəlməz bəya-natlar verməsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də bu də-yişikliyə tərəfdaram və həqiqətən də, məcəllədə ayrı-ayrı faktların sadalanmasına qətiyyən ehtiyac yoxdur. Məhkəmə qərarının icra edilməsi vacibdir və hər kəs də həmin qərara hörmətlə yanaşmalıdır. Burada mən iki məqamı qeyd etmək istəyirəm.
Birinci, burada Çingiz Qənizadənin qaldırdığı əmr məsə-ləsinə bir az həssas yanaşmaq lazımdır. Bu geniş müzakirə edilməlidir. Çünki son illər məhkəmə praktikasında əmr məsələsi çox dəbə düşüb. İstənilən bir tərəf müraciət edir və hakim təkbaşına qərar çıxarır. Bir də görürsən, vətəndaş, ya da hər hansı bir hüquqi, fiziki şəxs bir məhkəmə əmri alır ki, sən bunu icra etməlisən. Mən düşünürəm ki, komitədə də buna ciddi yanaşılıb məsələ sona qədər araşdırılacaq, müzakirə olunacaq, bununla bağlı düzgün qərar qəbul ediləcəkdir.
İkinci, dəyişikliklər, əlbəttə, yaxşıdır, amma qanunun qə-bul edilməsinin effekti ondadır ki, bu qanun icra olunsun. Mən bu gün çox təəssüflə demək istərdim ki, məhkəmə qərarlarının icrası vəziyyəti heç də könülaçan deyil. Baxmayaraq ki, biz qərarların icraatı ilə bağlı qanun da, ona xeyli sayda əlavə və dəyişikliklər də qəbul etmişik. Amma bu gün də cəmiyyətdə məhkəmə qərarlarının icra edilməsi ilə bağlı problemlər yaşanmaqdadır. Ya vəzifəli şəxslər bu qərarları icra etmirlər, ya da məhkəmə qərarlarını icra edən, bunun üçün məsuliyyət daşıyan şəxslər özləri bilərəkdən belə məsələlərdə problemlər yaradırlar. Bu da vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Mənə elə gəlir ki, biz məhkəmə qərarlarının icrası mexanizmləri ilə bağlı məsələlərə yenidən baxmalıyıq. Çünki bu məsələ ilə məşğul olan qurum xeyli problem yaratmaqdadır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yəni bəzi məsələlər var ki, gələcəkdə baxıla bilər. Əli müəllim, bu məsələlərə baxarsınız. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.12 dəq.)
 Lehinə  104
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  106
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Banklar və digər kredit təşkilatları tərə-findən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Azərbaycan Res-publikası qanununun layihəsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət və-killəri! Cənab Prezident İlham Əliyev ölkədə əhalinin gəlir-lərinin artırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Müzakirənizə təqdim edilən qanun layihəsi də bu tədbirlərdən biri ilə bağlıdır. Aparılan uğurlu iqtisadi siyasət, ölkənin dinamik inkişafı əhalinin banklara qoyduğu əmanətlərin də dinamikasında müsbət meyillərin müşahidə edilməsi ilə nəticələnir. Hazırda əmanətlərin miqdarı dörd milyardı ötüb keçib.
Maliyyə Nazirliyinin, Mərkəzi Bankın bu gün bizimlə birgə apardığı hesablamalara görə 2012-ci ildə əhalinin banklara qoyduğu əmanətlərdən təxminən 500 milyon manat gəlir əldə ediləcəkdir. Bu dividentlərin gəlir vergisindən azad edilməsi təqribi hesablamalara görə 60–70 milyon arasında tərəddüd edir. Bu çox dəyərli bir qanun layihəsidir və yeni il ərəfəsində belə bir qanunun qəbulu, heç şübhəsiz ki, Azərbaycan əmanətçiləri tərəfindən sevinclə qarşılanacaqdır. Millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.14 dəq.)
Lehinə  106
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, sonuncu məsələ Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqındadır. Xahiş edirəm, müraciəti Azay Quliyev səsləndirsin.
A.Quliyev. «Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Böyük və qüdrətli Azərbaycan xalqının söz, əqidə və əməl birliyinə nail olmaq arzusunu və əzmini təcəssüm etdirən həmrəylik günü dünyanın çoxsaylı ölkələrində əziz bayram kimi ruh yüksəkliyi ilə qeyd edilir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə iyirmi bir il öncə başlanmış milli-mənəvi bütövləşmə hərəkatı getdikcə daha geniş vüsət alır. Tarixin gedişi və taleyin hökmü ilə bir-birindən və tarixi vətənlərindən ayrı düşmüş soydaşlarımız və həmvətənlərimiz ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının milli mənlik şüuru əsasında sıx birləşməsinin əhəmiyyətini bu gün dərindən dərk edirlər. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından qoşulurlar.
Hər bir xalqın milli varlığının başlıca amillərindən biri onun etnik-siyasi cəhətdən mütəşəkkil olmasıdır. Tarix sübut edir ki, milli həmrəyliyə nail ola bilməyən xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini həyata keçirmək imkanlarını qoruya və artıra bilmirlər. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə bir sırada dayanan Azərbaycan xalqının müasir dövrdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.
Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədim və zəngin tarixi vardır. Millətimizin yaradıcılıq enerjisinin və zəkasının gücü ilə qurulmuş bir çox qüdrətli Şərq dövlətləri bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermişlər. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız bilir ki, ona arxa duran, şərəfini, nüfuzunu qorumağa hazır olan milli dövləti vardır. Azərbaycan Respublikası dünya azərbaycanlılarının ümid və istinad yeridir.
Odur ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən ictimai-siyasi proseslərlə yaxından maraqlanır, ölkədə həyata keçirilən quruculuq işlərinə görə sevinir, Azərbaycanın qazandığı uğurlarla fəxr edir. Dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi, BMT Təhlükəsizlik Şurasının üzvlüyü kimi yüksək zirvəni fəth etməsi, yerləşdiyi bölgədə və onun hüdudlarından uzaqlarda söz sahibi olması soydaşlarımızın və həmvətənlərimizin qəlbini qürur hissi ilə doldurur.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbər-liyi ilə Azərbaycan gələcəyə inamla baxan bir dövlətdir və regional tərəqqi mərkəzinə çevrilməkdədir. İqtisadiyyatın inkişaf etdirilməsi, xalqın rifah halının yaxşılaşdırılması, vətəndaş cəmiyyəti yaradılması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə Azərbaycan dünyanın diqqətini özünə cəlb edir. Dövlətimizin imkanları qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan verir. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində həlledici rol oynayır.
Azərbaycançılıq amalının həyata keçirilməsi üçün lazımi tədbirlər görülür, xarici ölkələrdəki Azərbaycan diasporları və icmaları ilə əlaqələr gücləndirilir. Bu gün dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın bir-biri ilə və tarixi Vətənlə bağlarının möhkəmləndirilməsinə kömək göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm bir istiqamətidir.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Azərbaycanın əldə etdiyi uğurlara sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, qaçqın və köçkünlərimizin ata-baba yurdlarına qovuşacağı günü də səbirsizliklə gözləyirlər. Qarabağ dərdi bütün millətimizin ağrılı yeridir, ona görə də bu problemin həllinə elliklə kömək göstərilməsi zəruridir. Azərbaycan xalqının öz gücünü bir yerə toplaması dövlətimizin və xalqımızın inkişafı yolundakı bu maneənin aradan qaldırılmasını yaxınlaşdıra bilər. Bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə təcavüzünə birdəfəlik son qoymaq naminə qüvvələrini birləşdirməkdən, Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir.
Azərbaycanlıların bir vəzifəsi də xalqımızın qibtə edilə-cək qədim adət-ənənələrini, gözəl dilini, zəngin mədəniy-yətini yaşatmaq, hər sahədə bir-birinə dayaq olmaqdır. Dünya azərbaycanlılarının birliyi və mütəşəkkilliyi xalqımızın varlığının və gələcəyinin, milli dövlətçiliyimizin əbədi davam etməsinin təməl şərtidir.
Əziz həmvətənlərimiz, dəyərli soydaşlarımız!
Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizədə səylərinizi artırmağa səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə əmin-amanlıq, xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza qələbə sevincləri və nurlu gələcək arzulayırıq!
Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi”. (Alqışlar.)
Sədrlik edən. Hörmətli millət vəkilləri! Alqışlarımızı bu qərar layihəsinin təsdiq edilməsi kimi qəbul edirəm. Amma, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.21 dəq.)
Lehinə  109
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Çox sağ olun, hörmətli millət vəkilləri, təsdiq edildi. Hörmətli deputatlar, Milli Məclisin payız sessiyasının son iclası artıq başa çatır. Ümumiyyətlə, nəinki sessiyanı, eləcə də ili başa vururuq. Bu il parlamentin 24 iclası keçirilmişdir. İl ərzində 253 qanun qəbul etmişik. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətini tam həcmdə yerinə yetirmişdir.
Bu dövr ərzində Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin, eləcə də islahatların qanunvericilik bazasının möhkəmləndirilməsinə öz töhfəsini vermişdir.
Parlamentin xarici əlaqələri çox yüksək səviyyədə inkişaf etmişdir. Bir-iki rəqəm söyləyim. Parlamentin nümayəndə heyətləri 44 ölkəyə 297 səfər etmişlər. Yəni bu bizim parlamentin nümayəndə heyətlərinin xarici əlaqələrdə gördükləri işlərin nəticəsidir. Nümayəndə heyətlərimiz 2 ölkədə keçirilən prezident seçkilərini, 7 ölkədə keçirilən parlament seçkilərini müşahidə etmiş, yəni beynəlxalq münasibətlərdə çox fəal olmuşlar.
Bu il 48 xarici dövlətin, 15 beynəlxalq təşkilatın 156 nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Ümumilikdə keçən il ərzində Milli Məclisdə 1091 nəfər xarici qonaq, nümayəndə heyəti üzvləri, millət vəkili qəbul edilmişdir. Biz öz imkanlarımız daxilində onlara Azərbaycan həqiqətlərini söyləmişik, ölkəmizi təmsil etmişik.
Bizdə 5 böyük beynəlxalq tədbir keçirilib. Bunlar bey-nəlxalq parlament tədbirləri idi. Burada Avronest Parla-ment Assambleyasının 2-ci plenar sessiyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin plenar sessiyası, bu yaxınlarda isə GUAM Parlament Assambleyasının çox möhtəşəm bir iclası keçirildi. GUAM-ın tarixində ilk dəfə olaraq təşkilatın üzvü olan ölkələrdən başqa, 5 beynəlxalq parlament təşkilatının nümayəndə heyəti bu tədbirdə iştirak etdi və həm təşkilatçılıq işindən, həm də ölkədən razı qaldılar, Azərbaycan həqiqətlərini gördülər. Hesab edirəm ki, bu da bizim, sizin, deputatların, hamımızın gördüyümüz işlərin bəhrəsidir.
Hörmətli millət vəkilləri, Milli Məclisin uğurlu fəaliyyəti möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, xalqın maraqları üzərində qurulmuş bu siyasət elə Milli Məclisin də siyasətidir. Ona görə də icazə verin, qarşıdan gələn gözəl bayramlar münasibəti ilə möhtərəm Prezidentimizi, onun ailəsini səmimi qəlbdən təbrik edək, ona Azərbaycan xalqı naminə gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzulayaq! (Alqışlar.)
Hörmətli millət vəkilləri, söylədim ki, son iclasımızdır. Mən sizin hamınızı həm Dünya azərbaycanlılarının həmrəyliyi günü, həm də Yeni il münasibəti ilə təbrik edirəm, sizlərə, ailələrinizə, hamınıza xoşbəxtlik, can sağlığı arzulayıram! (Alqışlar.)
Bununla da payız sessiyasını bağlı elan edirəm. Sağ olun. Hamınıza xoş istirahətlər.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 

 

 

 

EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ

21 dekabr 2012-ci il
———
İlyas İsmayılov. Layihədə vergi sisteminin təkmilləş-dirilməsi, iqtisadi inkişafın vergi yolu ilə tənzimlənməsi istiqamətində bir çox əhəmiyyətli təkliflər var. Lakin qanunvericiliyin daha da təkmilləşdirilməsi baxımından bəzi arzularımı bildirmək istərdim.
Birinci, Vergi Məcəlləsinin 36-cı maddəsinə təklif olunan 3-cü hissəyə görə vergi yoxlaması keçirildikdə vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə məlumatların alınması üçün 10 gün müddətində tələbnamənin icrasının məcburetmə qaydası müəyyən edilmişdir.
Düşünürəm ki, üçüncü şəxsdən sənədlərin və digər məlumatların alınması məcburi xarakter daşıya bilməz. Həmin məlumatlar kommersiya sirri hesab edilə bilər. Məlumat verilməsinin məcburi xarakter daşıması yalnız cinayət işinin istintaqı zamanı müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında təmin edilə bilər. Cinayət hesab olunmayan hərəkətlərin və ya onun nəticələrinin yoxlanması zamanı heç kəs ifadə və ya məlumat verməyə məcbur edilə bilməz.
Təklif edirəm ki, “digər şəxslərlə” sözləri ilə əvəz edil-məli olan “üçüncü şəxslərlə” sözləri saxlanılsın. Əlavə kimi təklif olunan 3-cü hissənin isə qəbul olunmaması daha məqsədəuyğundur.
İkinci, Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasını, yəni sahibkarlıq subyektinə getmədən vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi bəyannamələrə, uçot və digər məlumatlara əsaslanaraq aparılan yoxlamanı nəzərdə tutur. Bu maddənin 37.4-cü bəndinin qüvvədə olan redaksiyasında kameral vergi yoxlaması aparan vergi orqa-nının hər hansı uyğunsuzluqla bağlı bəyan edilən məlumatın dəqiqləşdirilməsi üçün bildiriş göndərməsi müəyyən edilir. Təklif olunan variantda isə “bildiriş” sözünün “qərar” sözü ilə əvəz edilməsi tələb olunur ki, bunu da düzgün saymaq olmaz. Fikrimcə, kameral vergi yoxlaması zamanı vergi orqanları tərəfindən təxmin edilən uyğunsuzluq vergi ödəyicisinə yalnız bu barədə bildiriş göndərildikdən sonra qərarla əvəz edilə bilər. Bildiriş vergi ödəyicisinin təqdim etdiyi hesabatların dəqiqləşdirilməsi üçün hüquqi sənəddir. Qərar isə Vergi Məcəlləsinin 94.0.2-ci maddəsi ilə müəyyən edilmiş sübutetmə vəzifəsinin məhdudlaşdırılması kimi xüsusiyyətlərə malik, habelə şikayətin birbaşa məhkəməyə verilməsi üçün hüquqi sənəddir. Bir sözlə, qərar vergi ödəyicisinin sübutetmə hüququnu qismən məhdudlaşdırır və qanuni mənafeyini gözləmir. Xəbərdarlıq və irad bildirilməmiş qərar çıxarılması məqsədəuyğun hesab edilə bilməz. Bildirişdə aşkar edilən uyğunsuzluqların aradan qaldırılması müddət-ləri və qaydaları göstərilməli və yalnız icra olunmadığı təqdirdə qərarla əvəz edilməlidir. Buna görə də təklif edirəm ki, “bildiriş” sözü olduğu kimi saxlanılsın.
Üçüncü, məcəllənin 38-ci maddəsi səyyar vergi yoxlamasına aiddir. Bu, növbəti və növbədənkənar qaydada aparılmaqla son üç ili əhatə edən və il ərzində bir dəfədən artıq keçirilməsi yasaqlanan vergi yoxlamasıdır.
Məcəllənin 38.3.5-ci bəndinə təklif olunan dəyişiklikdə “gizlədildiyi aşkar edildikdə” sözlərinin “gizlədilməsinin əlamətləri müəyyən edildikdə” sözləri ilə əvəz edilməsi təklif olunur ki, bu da qiymət verilən anlayış kimi qanun pozğunluğuna gətirib çıxara bilər və buna görə növbədən-kənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olmamalıdır. Vergi-hüquq pozuntusunun törədilməsi barədə hər hansı məlumat aşkar edildiyi halda da növbədənkənar vergi yoxlamasının keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı olmalıdır. Təklif edirəm ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi məzmunca olduğu kimi saxlanılsın.
Dördüncü, məcəllənin 155-ci maddəsinə təklif olunan dəyişikliklərdə sahibkarlıq fəaliyyəti göstərən subyektin təşkilati-hüquqi forması, yəni əvvəlki variantdan fərqli olaraq yeni qaydanın ayrı-ayrılıqda hüquqi və ya fiziki şəxslərə şamil olunub-olunmayacağı göstərilməmişdir. Halbuki maddənin hüquqi və fiziki şəxslərə şamil edilən hissəsi ayrıca göstərilməsi hüquqi cəhətdən daha düzgün olardı.
Cavanşir Feyziyev. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər həm vergi yükünün azaldılması, vergi ödəmələrinin stimullaşdırılması baxımından, həm də infor-masiya-kommunikasiya texnologiyalarının vergi sisteminə tətbiqi imkanlarının genişləndirilməsi və nəticə etibarilə vergi inzibatçılığının müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vergi Məcəlləsində edilən dəyişikliklərin bir hissəsi həm də “Elektron hökumət” layihəsinin reallaşdırılmasına xidmət edir ki, bunu da təqdirəlayiq hal kimi dəyərləndirmək olar.
Təklif olunan dəyişikliklərin bir qismi beynəlxalq təcrü-bədən yaxşı məlum olan mütərəqqi üsulların ölkəmizdə də tətbiqinə başlanmasını özündə ehtiva edir. Məsələn, xüsusi iqtisadi zonaların mühüm növlərindən biri kimi sənaye və texnologiya parklarının 7 il müddətinə əsas vergilərin ödə-nilməsindən azad edilməsi onların səmərəli fəaliyyətinin əsas şərtlərindən biridir . Beynəlxalq təcrübədən çıxış edərək deyə bilərik ki, bu addım digər zəruri tədbirlərlə birlikdə tətbiq edilməklə, Azərbaycanda sənaye və texnoparkların inkişafına güclü təkan verə bilər. Bu həm də hazırda ön plana çəkilmiş iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsi işinə sanballı töhfə verə bilər.
Eyni zamanda, fiziki şəxslərdən gəlir vergisinin yuxarı həddinin 30 faizdən 25 faizə endirilməsi, yüksək faizlə vergiyə cəlb olunan məbləğin isə 2000 manatdan 2500 manata çatdırılması da çoxdan həllini gözləyən addımlardandır.
Pullu təhsil xərclərinin əlavə dəyər vergisindən azad edilməsi də bu vəsaitin ali təhsil müəssisələrində qalması və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə təminatının gücləndirilməsi istiqamətində irəliyə doğru mühüm addımdır.
Mübahisəli məqamlarda vergi ödəyicisinin hesabından pulun inzibati qaydada silinməsi əvəzinə, həmin vəsaitin dondurulması və yalnız məhkəmənin qərarından sonra mü-vafiq hərəkət edilməsi variantının tətbiqini də vergi siyasətinin liberallaşdırılması istiqamətində beynəlxalq standartlara cavab verən çox önəmli bir addım kimi qiymətləndirmək olar.
Bununla yanaşı, təklif olunan variantlarda bəzi xırda də-qiqləşdirmələrə də ehtiyac vardır.
1. Məsələn, sənədlərin tələb edilməsinə dair 42-ci və 67-ci maddələrin 1-ci bəndlərində, eləcə də 76-cı maddədə müəyyən hərəkətlərin icra edilməsi üçün 5 və ya 15 gün vaxt müəyyənləşdirilir. Bu günlərin təqvim günü və ya iş günü kimi dəqiqləşdirilməsinə ehtiyac hiss olunur. Əks halda, təklif olunan şəkildə həmin müddətin təqvim, yoxsa iş günü olması ətrafında vergi orqanı ilə vergi ödəyicisi arasında əlavə mübahisələrə səbəb yaranmış olacaq.
2. Sadalanan mütərəqqi dəyişikliklərlə yanaşı, ümumiy-yətlə, Vergi Məcəlləsində müxtəlif kateqoriyalı malların əlavə dəyər vergisinə cəlb edilməsi ilə bağlı mübahisəli məqamlar hələ də qalmaqdadır və bunlardan ən vacibi ölkəmizdə əczaçılıq məhsullarının ƏDV-yə cəlb olunması ilə bağlıdır. Məlumat üçün bildirmək istərdim ki, inkişaf səviyyəsindən asılı olmayaraq dünyanın əksər ölkələrində dərman preparatları bu vergidən tamamilə azaddır. Azərbaycanda istifadə olunan dərman preparatlarının, demək olar ki, 100 faizi idxala əsaslanır və 18 faiz həcmində ƏDV-yə cəlb olunur. Bu da nəticədə həmin məhsulların digər ölkələrə nisbətən daha baha olmasına gətirib çıxarır. Xüsusilə kütləvi tibbi sığortanın olmadığı bir şəraitdə əhalinin aztəminatlı hissəsinin yüksək keyfiyyətli müalicə vasitələrinə əlçatanlığını təmin etmək məqsədi ilə Vergi Məcəlləsində belə bir düzəlişin də müzakirə və əlavə olunmasını təklif edirəm.
Bütövlükdə, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişik-liklərin hamısını vacib hesab edirəm və lehinə səs verə-cəyəm.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi