2013-ci il 19 aprel tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 62

Milli Məclisin iclas salonu.
19 aprel 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Qafar Cəbiyev, Azərbaycan Respublikası Milli Te-leviziya və Radio Şurası sədrinin müavini.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlər:

Babanlı Yusif Məmməd oğlu,
Ağayeva Validə Eldar qızı,
Nurullayev Fuad İzzət oğlu,
Mobili Robert Baqratoviç,
Qafarova Zemfira Həsən qızı,
Ələddinov Rafiq Səməndər oğlu,
Əliyev Ziyadxan Alxan oğlu.


                               
*   *   *

Əli Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin şöbə rəisi.
Cavid Şərifov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport,    Qeydiyyat və Miqrasiya İdarəsinin şöbə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında.
2. “MDB-nin iştirakçısı olan dövlətlərin kitabxanalararası abunəçilik sisteminin yaradılması haqqında” 1999-cu il 13 yanvar tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haq-qında” Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Res-publikası Hökuməti arasında baytarlıq sahəsində əmək-daşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prin-sipləri haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Döv-ləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Döv-ləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mü-barizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edil-məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əla-qələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısa müddətli vizadan imtina edilməsi haq-qında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respub-likası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respubli-kasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Azərbaycan Polisinin 95 illiyi (1918–2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edil-məsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tar-ixli 516 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”də dəyi-şiklik edilməsi barədə Azərbaycan Respublikası qanu-nunun layihəsi haqqında.
17. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik-lər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haq-qında” Azərbaycan Respublikası Qanununun tətbiqi haq-qında” Əsasnamənin və “Azərbaycan Respublikası vətən-daşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Azərbaycan Respublikası vətəndaşının ümumvətən-daş, xidməti və diplomatik pasportları nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 nömrəli Qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Azərbaycan Respublikası vətəndaşının ümumvətən-daş, xidməti və diplomatik pasportlarının nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 saylı Qərarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Res-publikasının 1997-ci  il 14 noyabr tarixli 401-IQD nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respubli-kası qanununun layihəsi barədə.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tar-ixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qa-nununun layihəsi haqqında.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respubli-kası qanununun layihəsi barədə.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haq-qında.
 
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 106
Nəticə: Qəbul edildi

1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Nizami Cəfərov, Fazil Mustafa, İqbal Ağazadə, Fərəc Quliyev, Siyavuş Novruzov, Hadi Rəcəbli, Qənirə Paşayeva, Asim Mollazadə, Etibar Hüseynov, Fəzail İbrahimli, Sabir Rüstəmxanlı, Fuad Muradov

Təklif: Yusif Məmməd oğlu Babanlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin.
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 107
Nəticə: Qəbul edildi

Təklif: Fuad İzzət oğlu Nurullayev İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin.
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 101
Nəticə: Qəbul edildi

Təklif: Zemfira Həsən qızı Qafarova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin.
Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 96
Əleyhinə 4
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 103
Nəticə: Qəbul edildi

2. “MDB-nin iştirakçısı olan dövlətlərin kitab-xanalararası abunəçilik sisteminin yaradılması haq-qında” 1999-cu il 13 yanvar tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.


Çıxış etmişlər:  Oqtay Əsədov, Nizami Cəfərov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

5. “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Şəmsəddin Hacıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Çingiz Əsədullayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayət-karlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sa-zişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Çingiz Əsədullayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısa müddətli vizadan imtina edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respubli-kasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov, Musa Qasımlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

11. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rəbiyyət Aslanova, Sabir Rüstəmxanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

13. “Azərbaycan Polisinin 95 illiyi (1918–2013)” Azər-baycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və me-dallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 88
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 101
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

18. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Zahid Oruc, Valeh Ələsgərov, Asim Mollazadə, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Bəxtiyar Əliyev, Mübariz Qurbanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.31 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 95
Nəticə: Qəbul edildi

19. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.31 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 90
Nəticə: Qəbul edildi

20. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.32 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 94
Nəticə: Qəbul edildi

21. “Azərbaycan Respublikası vətəndaşının ümum-vətəndaş, xidməti və diplomatik pasportları nümunələri-nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 nömrəli Qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.33 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

22. “Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportlarının nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 saylı Qərarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 1997-ci  il 14 noyabr tarixli 401-IQD nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.34 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 90
Nəticə: Qəbul edildi

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 84
Əleyhinə 5
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 91
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 87
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.36 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.41 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 97
Nəticə: Qəbul edildi

28. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: Qəbul edildi

29. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.44 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 102
Nəticə: Qəbul edildi

30. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

31. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 92
Nəticə: Qəbul edildi

 

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

19 aprel 2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm,  qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.02 dəq.)
İştirak edir  102
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik sizə paylanıb. Görürsünüz, çox gərgin gün-dəliyimiz var.  Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.02 dəq.)
 Lehinə  103
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  3
 İştirak edir  106
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəlikdə 31 məsələ var. Təklif edirəm, bu gün cari məsələlərin müzakirəsini keçirməyək. Əgər gündəlikdəki məsələləri tez qurtarsaq, mən imkan yaradaram, danışarsınız.
Gündəliyin birinci məsələsi – İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi barədə. Buyursun Nizami Cəfərov.
N.Cəfərov,  Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Məlum olduğu kimi, “İc-timai televiziya və radio yayımı haqqında” Qanuna görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi müəyyən müddətə seçilir və bu müddət bitdikdən sonra yenidən dəyişdirilir. Mən bunu xüsusilə qeyd eləmək istəyirəm ki, İctimai Televiziya və Radio artıq ictimai həyatımıza daxil olmuş və bizim teleradio sistemində çox özünəməxsus yer tutmuşdur. O, artıq öz üslubunu yaradıb və güman edirəm ki, bundan sonra da yenə yüksələn xətlə inkişaf edəcək. Təbii ki, o bizim kütləvi informasiya vasitələri məkanında öndə olan bir hadisədir.
Onu da qeyd eləmək lazımdır ki, vaxtilə İctimai Televizi-ya və Radio yaradılanda çox geniş müzakirələr getdi və artıq bu gün aradan bir xeyli müddət keçəndən sonra biz hiss edirik ki, belə bir televiziya və radioya, həqiqətən, ehtiyac var imiş. 
İctimai Televiziya və Radionun beynəlxalq səviyyədə də rolu yüksəlməkdədir. Mən burada “Eurovision” müsabiqəsini, İctimai Televiziya və  Radionun onunla bağlı gördüyü işləri, eləcə də bir sıra beynəlxalq televiziya, radio şirkətləri və təşkilatları ilə qurduğu geniş əlaqələri, orada yaranmış olduqca sağlam yaradıcı mühiti xüsusi qeyd eləmək istəyirəm. Əlbəttə, bunda həm televiziya işçilərinin, həm də xüsusilə Teleradio Yayım Şurasının xidmətləri var.
Əsasnaməyə uyğun olaraq üç qurumdan – idman feder-asiyalarından, dini konfessiyalardan və yaradıcılıq təşki-latlarından namizədlər irəli sürülməli, hər təşkilatdan iki namizəd göstərilməli idi. Amma yenə də Əsasnaməyə uyğun olaraq müxtəlif yaradıcılıq təşkilatlarının ümumi namizəd seçmək imkanı olmadığına görə yaradıcılıq təşkilatlarından dörd namizəd irəli sürülübdür.
İdman federasiyaları tərəfindən irəli sürülmüş namizəd-lərdən Babanlı Yusif Məmməd oğlu Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri, Ağayeva Validə Eldar qızı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəridir.
Dini konfessiyalardan irəli sürülən namizədlər – Nu-rullayev Fuad İzzət oğlu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri və Mobili Robert Baqratoviç Alban-udi xristian dini icmasının sədridir.
Yaradıcılıq təşkilatları tərəfindən – Azərbaycan Bəstə-karlar İttifaqından Qafarova Zemfira Həsən qızı, Azər-baycan Yazıçılar Birliyindən Ələddinov Rafiq  Səməndər oğlu, Azərbaycan Rəssamlar İttifaqından Əliyev Ziyadxan Alxan oğlu və Azərbaycan Jurnalistlər Birliyindən Babayev Şahin Ənvər oğlu namizəd göstərilmişlər.
Bu məsələ ilə bağlı cənab Sədrin – hörmətli Oqtay müəl-limin adına Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun məktubu var. Namizədlərin hər biri haqqında geniş məlumat, onların tərcümeyi-halları hörmətli millət vəkillərinə təqdim olunubdur.
Komitədə geniş müzakirələr aparıldı və hər bir namizəd çıxış eləyib bildirdi ki, İctimai Teleradio Yayım Şurasının üzvü olarsa, hansı proqramlarla çıxış edəcək. Elə bilirəm ki, artıq geniş müzakirə açmağa ehtiyac yoxdur. Təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Necə səsə qoyaq? Çıxış eləməyə 14 nəfər millət vəkili yazılıb. Əvvəl bir fikirlərlə tanış olaq, görək nədən danışırlar, sonra. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Səsəqoyma çağırışları tez-tez səslənir. Belə çıxır ki, məsələləri heç müzakirə etməyə ehtiyac yoxdur. Hamısını birdəfəlik ümumi şəkildə qəbul edək, tez də çıxıb gedək evə. Milli Məclisin iclası keçirilirsə, bəzi məsələləri müzakirə eləməyə ehtiyac var.
Mən, təbii ki, İctimai Televiziyanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, siyasi palitranı da əhatə edən müxtəlif dünyagörüşlərinin təmsilçilərinə efir məkanı verməklə Azərbaycanda çox normal bir media mədəniyyətinin for-malaşmasında müsbət rol oynayıbdır. Biz də tez-tez İctimai Televiziyada çıxış eləyən insanlar kimi burada fərqli veri-lişlərdə, proqramlarda, həqiqətən, bir yaradıcılıq ab-havası görürük. Ona görə də mən onun tərkibinin hər zaman daha keyfiyyətli, daha hazırlıqlı kadrlarla təkmilləşdirilməsini, idarə heyətinin daha təkmil variantda olmasını dəstəkləyirəm.
Amma mən burada bir ideya da səsləndirmək istəyirəm. Oqtay müəllim, AzTV-də, təbii ki, bizim vaxtımız var, bizə vaxt verilir. Amma AzTV özü müəyyən edir ki, kimin çıxışını versin, kimin çıxışını verməsin. Biz artıq onların səlahiyyətinə aid olan məsələlərə qarışa bilmirik. Heç ol-masa, İctimai TV-də biz həftədə bir dəfə efir vaxtı alıb Milli Məclisin özünün Mətbuat xidməti tərəfindən hazırlanmış bir saatlıq verilişin, Milli Məclisdə olan çıxışların, hətta tənqidi çıxışların da İctimai TV-də verilməsi barədə düşünək.
Bəzən cəmiyyətdə Milli Məclis haqqında müxtəlif söz-söhbətlər gedir. Deyirlər ki, Milli Məclisdə heç bir ciddi məsələ müzakirə edilmir. Bizi bəzən təhqir də edirlər. Am-ma əhali görsə ki, burada kifayət qədər demokratik müza-kirələr gedir, müxtəlif məsələlərə müxtəlif mövqelər var, fikirlər var, bunun nəyi pisdir? Bunu, məncə, AzTV-dən ummağımız yersizdir. Onların öz ənənəvi efir siyasəti var, dəyişmirlər. Burada dəfələrlə tənqidi fikirlər səsləndirsək də, xeyri olmayıb. Barı İctimai TV-də biz bu məsələni həll edək. Həftədə bir dəfə Milli Məclisin bir iclasının reportajı canlı olmasa da, bir saat, iki saat, demək olar ki, bütöv şəkildə verilsin. Məncə, bu olduqca vacibdir.
İcazə versəniz, bir vacib məsələyə də qısaca toxunub çıxışımı yekunlaşdırardım. Mətbuatda, “Facebook”da və başqa sosial şəbəkələrdə tez-tez Qarabağ əlilləri ilə bağlı materiallar gedir. Oxuyub görürsən, kiminin ayağı tutulub, kiminin əli tutulub, çox ağır vəziyyətdədir, müalicə olun-malıdır, xaricə göndərilməlidir. Ölkə daxilində bunun hamısını təmin eləmək mümkün deyil. Hamısı ayrı-ayrı hesab açır. Bir qadın var – Tutu xanım, ayaqları tutulubdur. Qarabağ müharibəsində yaralanmış insandır. Müalicə üçün xaricə getməlidir. Hesab açıblar. Amma lazımi məbləği top-lamaq olmur.
Bəlkə müvafiq qurumlar Qarabağ qazilərinin xüsusi olaraq müalicəsi ilə məşğul olan bir fondmu, ya bir qu-rummu formalaşdırsınlar. Biz, millət vəkillərinə müraciət edirlər. Açığı, özümüz də aciz vəziyyətdə qalırıq. Nəinki dəstək, heç məsləhət də verə bilmirik. Çünki Səhiyyə Nazirliyinə müraciət edirlər, onlar bildirirlər ki, bizim fondumuz yoxdur. Başqa yerlərdə də bu müraciətlərin hamısını təmin eləmək olmur. Heydər Əliyev Fondu bir qisim insanları göndərir, amma təbii ki, onların da hamını təmin eləmək imkanı yoxdur. Bunun bir yolunu tapmaq lazımdır, heç olmasa, Vətən uğrunda döyüşmüş insanların ən azı müalicəsi istiqamətində müəyyən addımlar atılsa, bu, dövlətin də nüfuzuna müsbət imic gətirər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi ilə bağlı bir neçə dəfə burada çıxış etmişəm. Bildirmişəm ki, İctimai Televiziya bütövlükdə dövlət büdcəsindən maliyyələşən və ictimai xarakterli bir televiziya olduğuna görə bu yayım şirkətinin yayım şurasında fərqli fikrin nümayəndələri də təmsil olunmalıdırlar. Çox təəssüflər olsun ki, İctimai Televiziyanın mahiyyəti bu gün bütövlükdə Azərbaycanın siyasətindən fərqli bir mahiyyət deyil. Mənim sonuncu dəfə, – hələ mən şəxsən özümü deyirəm, –  İctimai Televiziyada nə vaxt çıxış etdiyim yadıma gəlmir.
Azərbaycanda müxalifət partiyalarının tədbirlərinin İc-timai Televiziyada işıqlandırılması sıfır dərəcəsindədir. Amma İctimai Televiziya, əslində, dövlət büdcəsindən ma-liyyələşir və mahiyyətinə görə o, cəmiyyətin bütün spektri-ni əhatə etməlidir. Ona görə mən təklif etmişdim ki, Yayım Şurasına fərqli düşüncənin, fərqli fikrin adamları da öz nümayəndələrini təqdim etsinlər. Ən azı bu parlamentdə parlament azlığı  müəyyən olunub və ya məsələn, qeyri-hökumət təşkilatlarının fərqli düşüncədən olan ayrıca şuraları da  var. Nəyə görə İctimai Televiziyada bizim çıxışlar verilməməli, bizim tədbirlərin işıqlandırılması həyata keçirilməməlidir? Bax, bu gün burada çıxış eləyirəm. Niyə bu çıxışım İctimai Televiziya tərəfindən verilməməlidir? Bu özəl televiziya deyil,  dövlət televiziyası deyil ki, deyək, hansısa məhdudiyyətlər var və ya şirkətdir, istəmir, vermir. İctimai Televiziyanın vəzifəsi bunu verməkdir. İctimai Televiziyanın parlament müxbiri deyə bilərmi ki, sonuncu dəfə İqbal Ağazadənin çıxışını filan vaxt vermişəm və yaxud İqbal Ağazadənin partiyası çərçivəsində keçirdiyi hər hansı bir tədbiri işıqlandırmışam?
Keçən bazar günü mənim gənclərlə görüşüm oldu. İctimai Televiziyaya rəsmi məktub göndərdik. İctimai Televiziya gəlib çəkməli olduğu təqdirdə çəkmədi. Nədən onda İctimai Televiziyanı ictimai televiziya kimi dövlət büdcəsindən maliyyələşdiririk? Ondansa onu burada dövlət televiziyasına çevirin, deyin ki, bu gün biz fərqli fikir, fərqli düşüncə  sahiblərini və yaxud fərqli komandanın siyasətini qəbul etmirik və buna görə onlara efirdə yer vermirik. Amma bunun adını İctimai Televiziya qoyuruqsa, o öz işi ilə cəmiyyətin bütün spektrını əhatə etməli və onun yayım şurasında cəmiyyətin digər, fərqli düşünən təbəqəsinin nümayəndələri də təmsil olunmalıdır.
Mən hesab edirəm ki, İctimai Televiziyanın bütövlükdə fəaliyyəti ictimai televiziyanın gerçək mahiyyətinə uyğun şəkildə həyata keçirilməlidir. Əks təqdirdə onun adı İctimai Televiziya olmamalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal müəllim, İctimai Tele-viziya və  Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlü-yünə namizədlikləri iqtidar vermir, ictimai təşkilatlar  – id-man federasiyaları,  dini konfessiyalar, yaradıcılıq təşkilat-ları verir. Biz də onların irəli sürdüyü namizədləri səsə qoyuruq, onlarla işləyirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. O Sizin fərqli fikriniz ola bilər. İctimai Televiziyada mən həmişə müxalifət təmsilçilərinin də, iqtidar nümayəndələrinin də çıxışlarını görmüşəm. Siz orada çıxış eləməmisinizsə, bu o demək deyil ki, müxalifətdən olan adamlar və ya fərqli fikir sahibləri İctimai Televiziyada çıxış eləməyiblər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Parlamentdəkiləri deyirsiniz? Parlamentdə Sizdən başqa müxalifət yoxdur? Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm. Mən İctimai Televiziyanın fəaliyyətində mütəmadi olaraq, ardıcıl şəkildə dövlət maraqlarının qorunmasını görürəm. Əsas olan mahiyyətdir. Mahiyyətcə İctimai Televiziya Azərbaycanın milli maraqlarına və milli adətlərinə doğru atılan addımları müdafiə edib və onun ictimailəşməsində əsas rol oynayıbdır.   Əsas olan odur ki, bu televiziyada Azərbaycanın bütövlüyü məsələsi, Güney Azərbaycan məsələsi, türk dünyası ilə əlaqələr məsələsi həmişə işıqlandırılıb, vətənpərvərlik mövzusunda ardıcıl bir xətt yeridilib, Qarabağ məsələləri ilə bağlı araşdırmalar, “aktual ekran”lar, debatlar təşkil olunubdur. 
Amma mən də o fikirdəyəm ki, siyasi təşkilatların, partiyaların həftədə, yaxud 15 gündə bir dəfə ardıcıl olaraq fikirlərini çatdırmaq üçün efir vaxtı ayırmaq lazımdır. Mən-dən əvvəl çıxış edən həmkarlarımın dediyi fikrə də qatılıram ki, millət vəkillərinin parlamentdəki çıxışları da ardıcıl olaraq, heç bir fərq qoyulmadan göstərilməlidir.
Mən təklif olunan namizədlərin hər birini, demək olar ki, tanıyıram. Hesab edirəm ki, bu gün təklif olunan bu nami-zədlər də çox sanballı və bacarıqlı insanlardır və onların bu tərkibə salınması İctimai Televiziyanın fəaliyyətini güclən-dirəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də həmkarlarımın fikri ilə razıyam ki, İctimai Televiziya yarandığı vaxtdan Azərbaycanın televiziya məkanında özü-nəməxsus, layiqli bir yer tutubdur. İctimaiyyəti düşündürən fikirlərin, ayrı-ayrı məsələlərin müzakirəsi, cəmiyyəti nara-hat edən problemlərin qaldırılması, diskussiyası, o cümlədən seçkilər dövründə “dəyirmi masa”ların keçirilməsi, debatların aparılması, regionlarla bağlı müxtəlif tədbirlərin keçirilməsi və bir çox başqa məsələlərin televiziya ekranlarına çıxarılması İctimai Televiziyanı xalqa daha da yaxınlaşdırıbdır.
Bu gün proqramlara siyasi partiyaların nümayəndələri də dəvət olunur. Düzdür, biri debatlarda çox olur, biri az olur. Məsələn, mən elə hər dəfə televizoru açanda həmkarım Fazil Mustafanı İctimai Televiziyada görürəm, orada müzakirələrdə iştirak edir. İndi kimlərinsə bir qədər az çağırılması,  görünür, müzakirə olunan mövzu ilə, ona yanaşma tərzi ilə, hansısa digər məsələlərlə əlaqədardır. Ümumilikdə götürəndə, parlament üzvlərindən elə insanlar var ki, onları gündə bəlkə iki dəfə orada görmək olur. Hesab edirəm, gələcək tərkib deyilənləri nəzərə alar və bir az tərəfkeşlikdən qıraq duraraq bunları verilişlərə növbəlilik qaydasında dəvət edər.
Burada siyasi partiyalarla bağlı fikir söyləndi. Fakt ondan ibarətdir ki, siyasi partiyaların, o cümlədən Yeni Azərbaycan Partiyasının heç bir tədbirini İctimai Televiziya göstərmir. Amma ictimai həyatla bağlı digər tədbirləri həvəslə işıqlandırır. Hesab edirəm ki, bundan sonra onun fəaliyyətinə bu da əlavə olunar.
Mən bir neçə təklif vermək istəyirəm. Oqtay müəllim, keçən dəfə biz yol hərəkəti qaydaları ilə bağlı məsələ müzakirə elədik və bu qaydalarla bağlı məsələlərin kütləvi informasiya vasitələrində işıqlandırılması zərurətini qeyd etdik. Amma digər aktual problemlər, bu gün cəmiyyəti na-rahat edən bir çox başqa məsələlər də var ki, bunlara da İc-timai Televiziya ayrı-ayrı verilişlərdə daha çox yer ayır-malıdır. İctimai Televiziya bilavasitə dövlət büdcəsindən maliyyələşdirildiyinə görə bu  məsələlərin orada daha çox işıqlandırılmasını gözləməyə haqqımız var. Təbii ki, bu məsələlər bir “Aktual ekran”la həll olunmur. Bu iş efirdə daim, ardıcıl surətdə aparılmalıdır. Mən hesab edirəm ki, gələcəkdə bu məsələlərə də diqqət ayrılması vacib şərtlərdən biridir.
Mən həmkarlarımı təqdim olunmuş namizədlərə səs ver-məyə çağırıram. Hesab edirəm ki, yeni yaranacaq şura Milli Məclisin qaldırdığı bu məsələləri, bizim həmkarların burada səsləndirdikləri fikirləri, irəli sürdükləri təklifləri gələcək fəaliyyətində nəzərə almalıdır. Çünki cəmiyyət daim inkişaf edir, irəli gedir, cəmiyyətin baxışları, münasibətləri dəyişir. Ona görə də auditoriya qazanmaq üçün bu məsələlərə də diqqət yetirilməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli cənab Sədr, ölkəmizdə demokratik cəmiyyət quruculuğunda dördüncü hakimiyyətin rolu və yeri danılmazdır. Dördüncü hakimiyyətin içərisində televiziyanın isə xüsusi yeri və rolu var. Bugünkü müzakirədə tək televiziyadan söhbət getmir, teleməkanda olan problemlərdən də söz açılır.
Yeri gəlmişkən, mən Azərbaycan Televiziyasına olan münasibətimi bildirmək, onun haqqında fikirlərimi səslən-dirmək istəyirəm. Bu gün AzTV dayaq televiziya, örnək,  mənbə, bazis televiziyadır. Bizim bütün televiziyalar bu televiziyadan yararlanır, bəhrələnir. Azərbaycan Televizi-yası cəmiyyəti düşündürən bütün məsələləri çox gözəl müzakirə edir və cəmiyyətə çatdıra bilir. Ona görə də mən düşünürəm ki, AzTV bu gün qalan televiziyalar üçün məktəb olan televiziyadır.
Mən açıq cəmiyyət quruculuğunda İctimai Televiziyanın yerini xüsusi vurğulamaq istəyirəm. Cəmiyyəti düşündürən məsələlər, sosial sifarişlər bu televiziyada öz yerini tapır. Məni sevindirən bir cəhət də odur ki, bu televiziya bayağı məsələlərlə məşğul olmur, şit verilişlər hazırlamır, Azərbaycan mənəviyyatını inkişaf etdirən verilişlərə daha çox yer verir.
Bizim İctimai Televiziya bu gün beynəlxalq aləmdə də özünə yer tapıb xüsusi əlaqələr qura bilir və beynəlxalq tədbirləri də gözəl işıqlandırır. İctimai Televiziyanın çox sağlam, işgüzar kollektivi bu  məsələlərin öhdəsindən uğurla gəlir. Burada sosial problemlərin müzakirəsi də çox maraqlı olur. Mən bu müzakirələri həmişə böyük maraqla izləyirəm.
Qeyd eləmək istəyirəm ki, heç bir televiziya siyasi partiyaların televiziyası deyil. Ona görə də məsələni belə qoymaq olmaz ki, hansısa televiziya bir partiyanın işini çox işıqlandırdı, o biri partiyanın fəaliyyətini az işıqlandırdı. Bu, əlbəttə, məsələyə düzgün baxış deyil. İctimai Televiziya cəmiyyətin bütün təbəqələrinin həyatını işıqlandırmalı və açıq cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilməlidir.
Bayaq səslənən fikirlərin bəziləri ilə mən də razılaşıram. Düşünürəm, bu müsbət haldır ki, Milli Məclisin deputatları televiziyada tez-tez görünürlər. Amma yaxşı olardı ki, gələcəkdə İctimai Televiziya qanunların şərhi məsələsinə də diqqət ayırsın. Bu gün ciddi problemlərimizdən biri də odur ki, bizim adamlarımız qanunları yaxşı bilmədiklərindən bəzən qanun pozuntularına yol verir və lazım gəldikdə hüquqlarını müdafiə edə bilmirlər. Ona görə düşünürəm ki, qanunların şərhində İctimai Televiziya böyük rol oynaya bilər və bunun cəmiyyətə daha çox faydası olar.
Mən deputat həmkarlarımı sağlam müzakirəyə dəvət edir və bu gün təqdim olunan adamların içərisindən ən layiqlisini seçməyə çağırıram. Minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən burada həm bir millət vəkili, həm də televiziya sahə-sindən gəlmiş bir insan kimi  çıxış edirəm. Vurğulamaq is-təyirəm ki, İctimai Televiziya Azərbaycan televiziyaları arasında ən gənc televiziyadır. Hər bir televiziyanın  nüfuzu, hörməti cəmiyyətdə ona olan etimadla ölçülür. Cəmiyyətimizdə İctimai Televiziyaya olan etimad, insanlarımızın ona baxışı əslində bu televiziyaya verilən ən yaxşı qiymətdir.
İctimai Televiziya bizim hamımızın ailəmizlə oturub baxa biləcəyimiz və övladlarımızın onun bütün proqramlarına baxmasından narahat olmadığımız bir televiziyadır. Bunu mən xüsusilə vurğulamaq istəyirəm ki, bu televiziyada heç zaman mənəviyyatımıza, əxlaqımıza zidd  verilişlər olmur, burada hər zaman mənəviyyatımızı, mədəniyyətimizi  zənginləşdirən verilişlər görürük.
İctimai Televiziyanın əhalinin maarifləndirilməsindəki rolu, xüsusilə Azərbaycanın tək daxilində deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımızla bağlı hazırladığı proqramlar və qurduğu əlaqələr, ən vacibi Azərbaycan həqiqətlərinin dünyaya yayılması üçün müxtəlif ölkələrlə yaratdığı telekörpülər, layihələr – bunların hamısı, təbii ki, çox vacib və əhəmiyyətlidir. 
Televiziyalarımız arasında parlamentin işinin işıqlandırılmasında da İctimai Televiziyanın xüsusi yeri var. Burada çox peşəkar və səviyyəli verilişlər hazırlanır. 
Mən İctimai Televiziyanın fəaliyyətini yüksək qiymət-ləndirməklə bərabər, Yayım Şurasında ediləcək dəyişik-liklərdən sonra bu televiziyanın fəaliyyətinin daha da güc-lənəcəyini gözləyirəm. Yayım Şurasına namizədlər burada olmuşkən bəzi təkliflərimi də səsləndirirəm ki, onlardan nələri gözlədiyimizi bilsinlər və gələcək fəaliyyətlərində nəzərə alsınlar.
Birincisi,  mən  həm Hadi müəllimin, həm də Fazil müəl-limin fikirlərini dəstəkləyirəm ki, parlamentin işinin, xüsusilə qəbul olunan qanunların əhaliyə daha geniş şəkildə izah edilməsi, çatdırılması ilə bağlı proqramların sayının artırılmasına çox ciddi ehtiyac var. Çünki bu çox vacibdir ki, burada müzakirə olunan məsələlər, qəbul olunan qanunlar əhaliyə geniş şəkildə çatdırılsın, bu istiqamətdə maarifləndirmə işinə  daha geniş yer ayrılsın.
İkincisi, biz böyük millətik, dünyada azərbaycanlıların sayı 50 milyondan artıqdır. Amma onlardan yalnız 9 mi-lyonu latın əlifbasında yazıb oxuya bilir. Bizim ölkəmizin hüdudlarından kənarda olan soydaşlarımız uzun müddət bizdən uzaqda qalıblar. Diasporda olan insanlarımız var. Onlar çox xahiş edirlər, Azərbaycan televiziyalarında “Azərbaycan dili” verilişi açılsın ki, hansısa səbəblərdən dilimizdən,  əlifbamızdan uzaq düşən insanlar öz ana dilini və bizim əlifbanı öyrənə bilsinlər. İctimai Televiziyadan şəxsən mən bunu xahiş edir və gözləyirəm. Belə bir verilişin açılmasına ehtiyac var. Dünyada ingilis dilini öyrədən verilişlər açılır. Bizim televiziyamızın da üzərinə bu missiya düşür.
Mən, eyni zamanda, Azərbaycan tarixi ilə bağlı proqram-ların da artırılmasının vacibliyini vurğulayaraq yeni seçilə-cək üzvlərdən bu məsələni də gələcəkdə nəzərə almalarını xahiş edirəm.
İnanıram ki, İctimai Televiziyanın daha da güclənməsinə Yayım Şurasının yeni üzvlərinin seçilməsi də öz müsbət təsirini göstərəcək. Mən İctimai Televiziyaya gələcək fəaliyyətində uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Siyahıda hələ 13 nəfər qalıb. Çıxış etmək üçün təkid eləyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 3 nəfər təkid edir. Onda Asim Mollazadə-dən sonra 3 nəfərə söz veriləcək. Asim Mollazadə, buyu-run.
A.Mollazadə. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Qısa tarixinin olmasına baxmayaraq, İctimai Televiziya Azərbaycanın informasiya mühitində çox önəmli yer qazanıb. Mən bundan qabaq ifadə olunan fikirlə razıyam ki, bu televiziya Azərbaycanın milli-mənəvi dəyərlərinə xələl gətirmədən Azərbaycanın tarixi, mədəniyyəti və ictimai-siyasi həyatını işıqlandırmağı ilə maraq doğurur.
Lakin mən bir məsələyə hamının diqqətini cəlb etmək istərdim. Televiziya ilk növbədə texnologiyadır, televiziya görüntüdür. Yəni burada radiodan, mətbuatdan fərqli olaraq peşəkar görüntü sistemlərini formalaşdırmaq lazımdır. Azərbaycan bu gün açıq informasiya mühitindədir və ölkədə, demək olar ki, bu informasiya mühiti ilə bağlı çox ciddi rəqabət var. Azərbaycanın istənilən bölgəsində hər bir evin üzərində peyk antenaları görünür. Aydındır ki, rusdilli ailələrin əksəriyyəti Rusiya telekanallarına, türkdillilər Türkiyə telekanallarına baxırlar. Mən təəssüflə qeyd etməliyəm ki, Azərbaycan televiziya sistemində peşəkarlıq səviyyəsi yetərincə yüksək olmadığına görə Azərbaycanın informasiya mühiti müəyyən qədər xarici ölkələrin təsiri altındadır. Bu özünü internet televiziya kanallarında da göstərir.
Məncə, Azərbaycanda artıq ehtiyac var ki, televiziya akademiyası yaransın və biz bu sahədə müvafiq mütəxəs-sislər hazırlayaq. Söhbət videodizayn, işıq, yəni tex-nologiya üzrə mütəxəssislərin hazırlanmasından gedir. Biz texniki sahəni yüksək səviyyəyə qaldırmalıyıq. Çünki Azərbaycan televiziya kanallarının görüntüləri 1950–1970-ci illərə aiddir. Mən bilirəm ki, onların, ən azı dövlət televiziya kanallarının, İctimai kanalın çox gözəl texnikası var. Amma bu texnikadan 10–20 faizdən artıq istifadə olunmur. Verilişlərə baxanda biz görürük ki, nə kompüter dizaynı zəruri səviyyədədir, nə  də proqramların mahiyyəti. Uzun verilişlər, uzun danışıqlar müasir informasiya mühitində qəbulolunmazdır.
Söhbət tək İctimai Televiziyadan getmir. İctimai Televiz-iya ən azı “Eurovision” və idman sahələrində olan beynəl-xalq təcrübədən bir balaca bəhrələnə bilib. Amma ümumi vəziyyət acınacaqlıdır. Bu vəziyyəti sürətlə və köklü surətdə dəyişməyə ehtiyac var.
Mən İctimai Televiziya Yayım Şurasının tərkibinə yeni seçilən insanlarımızı da peşəkar səviyyənin üzərində ciddi işləməyə çağırıram. Yoxsa biz bu rəqabətdə informasiya mühitimizi artıq uduzmuş oluruq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Asim müəllim, mən Sizinlə razı-laşa bilmirəm. Bizdə televiziya ildən-ilə inkişaf edir. İdmandan danışdınız. İdman kanalı açılıb. Bir İdman kanalına diqqətlə baxsanız, görərsiniz ki, dünyanın bütün idman hadisələri burada verilir. Bu işlər gedir, bunların hamısına kölgə salmalı deyilik. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də İc-timai kanalın Yayım Şurasına seçiləcək üzvləri bəri başdan təbrik edir və onlara işlərində uğurlar arzulayıram.
Qeyd etməyi özümə borc bilirəm ki, İctimai kanal, həqi-qətən də, peşəkar televiziya işçisi qıtlığında bir ailə kanalı, peşəkar ziyalı bir kanal kimi formalaşıb. Bu münasibətlə, ilk növbədə, hörmətli İsmayıl müəllimə və onun komandasına təşəkkürümü çatdırmaq istəyirəm.
Lakin mən seçiləcək üzvlərdən xahiş edərdim ki, gələcək fəaliyyətlərində mənim toxunacağım məsələyə diqqət yetirsinlər. Söhbət İctimai Televiziyanın “Carçı” xəbərlər proqramının əvvəlində bir neçə dildə yayımlanan və torpaqlarımızın işğalı ilə bağlı olan sosial rolikdən gedir. Təbii ki, İctimai kanal həmin vaxtda – çox qiymətli efir vaxtında reklam yerləşdirib pul qazana bilər. Ancaq bu so-sial roliki vermək onlar tərəfindən vətənpərvərlik addımı kimi qiymətləndirilir və mən onlara bir daha təşəkkürümü çatdırıram.
Ancaq mən bilmək istərdim və buna münasibət də mənim üçün maraqlı olardı ki, bu məsələdə bir çox hallarda olduğu kimi, qaş düzəldən yerdə gözü vurub çıxarmırıq ki? Yəni dediyim odur ki, artıq 8 ildir bu rolik göstərilir. Televiziyada adamın gözü sataşanda ilk növbədə elə bilirsən ki, Suriya ilə bağlı xəbərlər yayımlanır. Mən istərdim ki, bu məsələdə hansısa pafosu, şüarçılığı, populistliyi kənara qoyaq, bir qədər obyektiv danışaq. Yəni biz, doğrudanmı, yenə sadəlövhcəsinə hesab edirik ki, dünya  Azərbaycanın hansı meridianda, hansı paraleldə yerləşdiyindən və işğalçının kim, zərərçəkənin kim olduğundan xəbərsizdir? Mən elə bilirəm ki, bu hamıya gülünc görünür. Dünya hər şeyi çox gözəl bilir, hər şeyi çox gözəl anlayır. Digər tərəfdən, əgər bu belədirsə də, əgər 8 ildə bu rolik bu qədər göstərilibsə və bu, dünyaya çatmayıbsa, bundan sonra 18 il də göstərilsə, yenə də çatmayacaq. Bu bunun “müsbət” tərəfi.
Bəs bunun mənfi tərəfi, ziyanı nədir? Bütün rəsmi, qeyri-rəsmi görüşlərdə, iqtisadi yönümlü tədbirlərdə həmişə qeyd edirik ki, Azərbaycanda sabitlikdir. İş adamlarına müraciət olunur ki, gəlin, bizim ölkəmizdə investisiyalar, yatırımlar qoyun, iş görün. Digər tərəfdən böyük turizm obyektləri tikilir, çünki biz ölkəmizə xaricdən turist cəlb etmək istəyirik. Ancaq həmin rolikə baxan hansı bir əcnəbi o rolikdə Azərbaycanın Suriyanı xatırlatdığını, ölkənin od tutub yandığını, yaralıların, ölənlərin olduğunu görəndən sonra bizim ölkəmizə turist səfəri eləyər, yaxud hansı bir iş adamı gətirib bura yatırım qoyub iş görər? Ona görə çox istərdim ki, bu məsələ bir daha müzakirə olunsun. Mən elə bilirəm ki, həmin rolikin bizim üçün artıq xeyirdən çox ziyanı var. Yaxşı olardı ki, o rolik bizdə Azərbaycan təbiətinin gözəlliyini nümayiş etdirən bir roliklə və ya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirən hansısa bir videoçarxla əvəz olunsun. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Təşəkkür edirəm. Azərbaycan teleməkanın-da hər bir televiziyanın öz yeri, rolu, müsbət və mənfi tərəf-ləri var. Bu gün söhbət İctimai Televiziyadan gedirsə, Azər-baycanın ictimai, siyasi, mədəni və mənəvi həyatının bütün sahələrini öz fəaliyyətində əhatə edən İctimai Televiziya üçün səciyyəvi olan bəzi məqamları diqqətinizə çatdırmaq istərdim.
Televiziyanın fəaliyyətinin məhəlli yox, qlobal tərəflərini daha çox düşünmək lazımdır. Bu cəhətdən İctimai Televiziya türk dünyasının birliyinə xidmət etmək nöqteyi-nəzərindən misilsiz fəaliyyət göstərir. Şimalla Cənub arasında açılan körpü millətə, dövlətə, tariximizə xidmətdir. Təhsilə, elmə, mədəniyyətə həsr olunan proqramlar xüsusi diqqət çəkir və bu daim diqqət mərkəzindədir. Öz fəaliyyətində əsasən əxlaq normalarını və milli dəyərləri qoruyub saxlayır. İctimai televiziya üçün səciyyəvi cəhətlərdən biri bu milli dəyərləri qoruyub saxlamaqdır.
Bir məqamı xüsusi vurğulamaq istərdim. Bəzən diplo-matiyanın illərlə, aylarla, on illərlə əldə etmədiyini İctimai Televiziya “Eurovision” müsabiqəsi ilə əldə etdi. Dünyanın elə bir küncü, elə bir yeri, elə bir insanı olmadı ki, Azərbay-canın harada yerləşdiyini, Azərbaycanda nələrin baş ver-diyini, Azərbaycanın necə ölkə olduğunu öyrənib bilməsin. Bu cəhəti unutmaq olmaz. Güman edirəm ki, bu, Azərbay-can dövlətinin irəli sürdüyü strateji xəttin həyata keçirilməsi sahəsində İctimai Televiziyanın ən böyük xidmətlərindən biridir.
Fikrimi yekunlaşdırıb deyirəm, bünövrə düzgün qurulub. Millətə, dövlətə xidmət bu televiziyanın fəaliyyətinin əsas qayəsidir. Yayım Şurasının yeni seçilən üzvləri, güman edi-rəm ki, əldə edilmiş bu nailiyyətləri bir az da inkişaf etdirəcək və İctimai Televiziyanın xalq tərəfindən dəstək-lənməsi davam edəcək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən demişdim, 3 nəfər təkid eləyən var, onlara söz veriləcək. Sabir Rüstəmxanlıya söz verirəm və bununla müzakirələri bitiririk.
S.Rüstəmxanlı. Hörmətli Məclis, hörmətli həmkarlarım! Burada artıq İctimai Televiziyanın Azərbaycan mədəni mühitində oynadığı böyük roldan danışıldı. Mən deyilənləri təkrar eləmək istəmirəm. İctimai Televiziya Yayım Şurasının üzvlüyünə idman federasiyaları, dini konfessiyalar, yaradıcılıq təşkilatları tərəfindən təklif olunan adamları  hamımız, o cümlədən mən çox yaxşı tanıyıram. Onlardan hər birinin öz sahəsində böyük təcrübəsi var və televiziya ilə bağlı da müəyyən xidmətləri mövcuddur. İnanıram ki, onların seçilməsi İctimai Televiziyanın mühitinə və yaradıcılıq həyatına yeni bir ab-hava gətirəcək. Ona görə də güman edirəm, seçim doğrudur və şübhəsiz ki, biz onlara səs verəcəyik.
Mənim yadıma gəlir, İctimai Televiziya məsələsi burada müzakirə olunanda hələ çoxumuzun ürəyimizdə bir şübhə var idi ki, bu televiziya özünü doğrulda biləcəkmi, doğrudan da, ictimai televiziya ola biləcəkmi. Bu gün İctimai Televiziya, həqiqətən, Azərbaycanın həyatında çox ciddi bir hadisədir, həm mədəni, həm təbliğat, həm də mənəvi hadisədir. Dünyanın harasına gediriksə, orada İctimai Televiziyanı izləyir və Azərbaycan haqqında ən dəqiq, ən layiqli məlumatları da oradan alırıq.
Onu da deyim ki, Azərbaycanda serialların çəkilməsi ilə bağlı son təşəbbüslərdən və dövlətin bu məsələyə pul ayır-masından sonra bütün televiziyalar bu işlə və dublyajla məşğuldurlar. Bu cəhətdən də İctimai Televiziyanın qısa bir müddətdə gördüyü işlər göz qabağındadır. Hətta İctimai Televiziya çəkdiyi filmlərin “Nizami” kinoteatrında bir neçə gün ərzində nümayişini də təşkil etdi və mən orada gördüm ki, əgər yaxşı ssenarilər olsa, Azərbaycan televiziyaları normal filmlər çəkə bilərlər. Doğrudur, hələ ki, bütün televiziya kanallarımız bizim gözlədiyimiz səviyyədə deyil, amma məncə, İctimai Televiziya müəyyən bir ənənə yaradıb və bu genişlənəcək.
Mən bir-iki məsələyə münasibətimi bildirmək istəyirəm. Həmkarlardan biri dedi, aşıq verilişlərinin sayını azaltmaq və onun yerinə parlamentlə, yaxud başqa məsələlərlə bağlı verilişlər salmaq olar. Mənə elə gəlir ki, İctimai Televiziya-nın fəaliyyətinin ən uğurlu tərəflərindən biri odur ki, o bizim bu gün dünyanın basqısı altında arxa plana keçirilən milli- mənəvi dəyərlərimizi, o cümlədən aşıq sənətini gündəmdə saxlamaqla, onun əhəmiyyətini camaata, xalqa göstərməklə, – aşıq sənəti artıq YUNESKO-da qəbul olunmuş bir milli sənət növüdür, – onu qorumaqla, təbliğ etməklə yanaşı, Avropa televiziya məkanına qoşulub Avropa musiqisini də uğurla təbliğ edir. Ən müasir musiqi ilə folklor musiqisini bir yerdə saxlamaq və əlaqələndirmək bu televiziyanın uğurlu tərəfidir. Ona görə bunun hansı birini isə ixtisar etməyə əslində ehtiyac yoxdur. Sadəcə olaraq, o yeri, məkanı düzgün müəyyənləşdirmək və təbliğat işini, ola bilsin, daha müasir səviyyədə qurmaq lazımdır.
Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycanı dünya məkanına çıxarmalı, müxtəlif xarici dillərdə təbliğ etməli olan bir televiziyaya, doğrudan da, çox böyük ehtiyac var. Bu yaxınlarda bizdə “ATV  İnternational” adlı bir telekanal yaradılıb. Bu kanal dörd dildə xəbərlər verir. Bu çox gözəl-dir. Bəzi başqa verilişləri də var, bunlar da çox normaldır. Amma bu kanal əgər Azərbaycan adından dünyaya müraciət üçün yaradılıbsa, – indi, deyəsən, onun sahibi dəyişdiriləcək, – amma hər halda belə bir niyyətlə yaradılıbsa, bu televiziyanın verilişlərinin 90 faizinin rusca olması heç cür başa düşülən deyil. İndi dünyaya rus dili ilə yox, ingilis dili ilə çıxırlar.  Azərbaycan nəyə görə dünyaya rus dilində müraciət etməlidir? Burada  xəbərlər dörd dildə gedir. Güman edirəm ki, digər verilişlər də ya ingilis dilində olmalı, ya da subtitrlərdən və ya başqa tərcümə vasitələrindən istifadə edilməklə milli dildə yayımlanmalıdır.
Sonra, burada deyildi və mən də onun tərəfdarıyam ki, həm İctimai Televiziyada, həm də başqa televiziya kanalla-rında Qarabağla bağlı verilişlərin sayı artırılmalıdır. Mən indi düşünürəm, bu məsələ, yəqin, nə vaxtsa müzakirə olunar. Qarabağ məsələsinə bizim münasibətimiz, ümumiy-yətlə, cəmiyyətdə və televiziyalarda yarıtmazdır. Əlbəttə, reklam çarxları hər şeyi demir. Amma o reklam çarxlarını çıxarıb, yerində Qarabağla bağlı nə verəcəyik? O verilişlər düşünülməlidir. Bu gün Qarabağı təkcə Ermənistan unut-durmur, həm də özümüz unuduruq. Qarabağı təmsil edən adamları icma adı ilə qabağa çıxarıb beynəlxalq səviyyədə Qarabağ haqqında danışmaq olmaz. Qarabağla, o rayonlarla,  onların folkloru, etnoqrafiyası, tarixi abidələri, təbiəti ilə bağlı son dərəcə maraqlı verilişlər hazırlamaq olar və həmin verilişlər müxtəlif dillərdə dünyaya çatdırıla bilər. Bu sahədə, təəssüf ki, az iş görülür.
Güman edirəm ki, İctimai Televiziyanın yeni Yayım Şurası bu məsələlərə diqqəti daha da artıracaq. Küll halında İctimai Televiziya bu gün Azərbaycan teleməkanının, mən-cə, öndə olan və son dərəcə səmərəli xidmət göstərən bir televiziyasıdır və Milli Məclis vaxtikən ona etimad göstər-məkdə, bu şəkildə onun formalaşmasında səhv etməyib. Təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Fuad Muradov, sualınız var idi? Mikrofon verin.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Sadəcə, Yayım Şurasının üzvü olduğuma görə istərdim bir neçə məsələyə aydınlıq gətirim. 
Sədrlik edən. Buyurun.
F.Muradov. Təşəkkür edirəm. İctimai Televiziyanın Yayım Şurası, siz bilirsiniz ki, könüllü əsasda fəaliyyət göstərir və orada müxtəlif təbəqələrdən insanlar var. Mən uzun müddətdir, həmkarım Ağacan müəllimlə birlikdə həmin Şuranın üzvüyəm. Şurada bizim keçirdiyimiz müzakirələr şirkətin proqram siyasəti ilə bağlı olmasa da, orada ümumi istiqamətlər verilir.
İndi burada müxtəlif suallar yarandı, müxtəlif təkliflər verildi. Təbii ki, biz onu Yayım Şurasında müzakirə edəcəyik. Sadəcə, Azərbaycanda televiziya ilə bağlı ümumi vəziyyət belədir ki, istənilən təbliğatın ünvana gedib çat-masında böyük problemlər var. Ümumiyyətlə, Azərbaycanın televiziya məkanında olan problemlər eynidir.
Ona görə bizim əvvəldən də müzakirə etdiyimiz məsələ-lərin əsası ondan ibarət idi ki, İctimai Televiziyada vətən-pərvərlik mövzusu, sənətlə, mədəniyyətlə bağlı məsələlər, Azərbaycanda gedən islahatlar, müsbət dəyişikliklər daha çox işıqlandırılsın. Yəni əvvəldən də İctimai Televiziyanın yükü bundan ibarət idi. 
Hörmətli millət vəkilləri, biz İctimai Televiziya ilə bağlı sizin fikirlərinizi, tövsiyələrinizi eşitməyə həmişə hazırıq. Yayım Şurası ayda bir neçə dəfə görüşüb, İctimai Televiz-iyada gedən prosesləri müzakirə edir. Bu yaxınlarda Şuraya artıq yeni insanlar seçiləcək. Çünki hər bir istiqamət üzrə gələn insanlar müxtəlif illərə seçilirlər. Bu gün biz Şuraya yeni üzvlər seçəcəyik. Yəni açıqlıqdır, parlamentdə olan bütün fikirləri biz nəzərə alacağıq. Xahiş edirik,  kimin İc-timai Televiziya ilə bağlı nə fikri varsa, bizə təqdim etsin ki, biz onu Yayım Şurasında müzakirə edək. Şirkətin işi tam şəffafdır və qərar qəbul olunmasında Yayım Şurası iştirak edir. Ona görə biz çox istəyərdik ki, işin yaxşılaşdırılması istiqamətində olan bütün təkliflərinizi sizdən eşidək. Diq-qətinizə görə çox sağ olun.
Sədrlik edən. Biz görəcəyik, millət vəkillərinin verdiyi təkliflər, tövsiyələr yeni seçkilərdən sonra necə yerinə yetirilir. Əgər bu məsələlər öz həllini tapmış olsaydı, belə tövsiyələr olmazdı. İndi müzakirədə hər şey aydın oldu. Hərə öz fikrini söylədi. Doğrudur, biz bu gün burada İctimai Televiziyanın işini müzakirə etmirdik, amma imkan yaratdıq ki, hər kəs fikrini desin.
Bildiyiniz kimi, üç təşkilatdan nümayəndələr verilib. İd-man federasiyaları tərəfindən iki nümayəndə var – Babanlı Yusif Məmməd oğlu və Ağayeva Validə Eldar qızı. Biz səsvermədə, – qaydanı hamınız bilirsiniz, – onları bir-bir səsə qoyacağıq. Kim səsvermədə artıq səs qazandısa, ikinci səsverməni keçirmirik. İndi xahiş edirəm, İdman federasi-yaları tərəfindən namizədliyi verilmiş Babanlı Yusif Məm-məd oğluna münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.50 dəq.)
 Lehinə  102
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  3
 İştirak edir  107
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bu səsvermənin nəticəsinə görə daha  ikinci nümayəndənin namizədliyini səsə qoymağa lüzum qalmır.
Dini konfessiyalar tərəfindən namizədliyi verilən nüma-yəndələr – Nurullayev Fuad İzzət oğlu, Mobili Robert Baq-ratoviç. Nurullayev Fuad İzzət oğlu. Xahiş edirəm, müna-sibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.51 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  3
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Yaradıcılıq təşkilatları tərəfindən dörd namizəd göstərilib – Qafarova Zemfira Həsən qızı, Ələddinov Rafiq Səməndər oğlu, Əliyev Ziyadxan Alxan oğlu və Babayev Şahin Ənvər oğlu. Qafarova Zemfira Həsən qızı. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.52 dəq.)
 Lehinə  96
 Əleyhinə  4
 Bitərəf  1
 Səs vermədi  2
 İştirak edir  103
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Müzakirə başlayanda millət vəkillərinin əksəriyyəti dedi ki, biz  bu adamları yaxşı tanıyırıq. Müzakirələr elə bu namizədlərin üzərində getməli idi, onlar haqqında danışılmalı idi. Amma biz İctimai Televiziya haqqında danışdıq. İndi biz öz seçimimizi etdik. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlərini təbrik edir və xahiş edirik ki, Milli Məclisdə verilən tövsiyələri gələcək işlərində nəzərə alsınlar. Çox sağ olun.
Hörmətli millət vəkilləri, gündəliyin ikinci məsələsi “MDB-nin iştirakçısı olan dövlətlərin kitabxanalararası abunəçilik sisteminin yaradılması haqqında” 1999-cu il 13 yanvar tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Proto-kolun təsdiq olunması haqqındadır. Buyursun Nizami Cəfərov.
N.Cəfərov. Sağ olun, Oqtay müəllim. Hörmətli millət və-killəri, sizə məlum olduğu kimi, “MDB iştirakçısı olan döv-lətlərin kitabxanalararası abunə sisteminin yaradılması haqqında” 1999-cu ildə xüsusi Saziş imzalanıbdır. Bu sazişə 2012-ci ildə müəyyən dəyişikliklər olunubdur. Bunlar, əsasən texniki xarakterli dəyişiklikdir, amma burada müəyyən qurumlara üzv olmaq, yəni ondan istifadə texnologiyaları müəyyənləşir. Sadəcə olaraq, Azərbaycan Respublikası Elmi-texniki və innovasiya sahələrində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın iştirakçısı olmadığına görə həmin kitabxanalararası abunə sisteminin yaradılmasında da bura aid maddəyə qoşulmur. Yəni Elmi-texniki və innovasiya sahələrində əməkdaşlıq üzrə Dövlətlərarası Şura – bax, bu məsələyə qoşulmur. Xahiş edirəm, dəyişikliyə səs verək. Bu məsələ həm Mədəniyyət Komitəsində, həm də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində  müzakirə olunub.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Hesab edirəm ki, bu düzəliş çox doğrudur və yerindədir. Sadəcə, bilmək istərdim ki, bu saziş indiyə qədər işləyibmi? Yəni MDB üzvü olan dövlətlərlə bizim bu istiqamətdə əməkdaşlığımız hansı səviyyədə olub?
Bir də, fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, sessiyalararası dövrdə Azərbaycan Respublikasının Pre-zidenti tərəfindən  iki həmkarımız – hörmətli Gülçöhrə xanım  və Cavanşir Paşazadə yüksək dövlət ordenləri ilə təltif olunublar. Mən hər ikisini təbrik edirəm. Biz artıq  im-kan tapıb Elxan müəllimin təşkilatçılığı ilə Gülçöhrə xanımı Avronest nümayəndə heyətinin adından təbrik etmişik, amma parlament tribunasından da bunun edilməsini doğru sayıram.  Oqtay müəllim, hesab edirəm ki, biz fəaliyyəti ilə dövlətə, ictimaiyyətə böyük xidmətlər göstərmiş şəxsləri – yubilyarları həm də Milli Məclisin müvafiq təltifləri ilə mükafatlandırmalıyıq,  qeyd etməliyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Milli Məclis həmişə diq-qətlidir, Milli Məclisin rəhbəri onları təbrik edir. Biz sənədlə təbrik edirik.  Allah qoysa, ayın 23-də də Gülçöhrə xanımı təbrik edəcəyik. Bunu nəzərə alın.
Xahiş edirəm, bu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.57 dəq.)
 Lehinə  96
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədədir. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bu bəyannamə fevral ayının 8-də Bakı şəhərində imzalanmışdır və  sizə təqdim olunan sənəddə çox vacib məqamları tapa bilərsiniz. Xüsusilə son illərdə Azərbaycan–Serbiya münasibətləri çox yüksələn bir xətlə inkişaf edir. Hazırda həm siyasi, həm mədəni, həm də iqtisadi əlaqələr çox yüksək səviyyədədir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanın iş adamları Serbiyada, Serbiyanın iş adamları Azərbaycanda fəaliyyət göstərirlər. Azərbaycan və Serbiya ali məktəbləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Bir məsələni də qeyd etmək istəyirəm. Balkanlarda aparıcı ölkələrdən biri olan Serbiya Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə müdafiə edib. Elə bu yaxınlarda bir neçə beynəlxalq təşkilatda – ATƏT-də, Avropa Şurasında Serbiyanın Azərbaycanın mövqeyini dəstəkləməsinin canlı şahidi olmuşuq. Bu bəyannamədə Azərbaycanın ən əsas xarici siyasət prinsiplərinin Serbiya tərəfindən dəstəklənməsi, Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünü qəbul etməsi, Serbiya–Azərbaycan münasibətlərinə xüsusi səviyyədə diqqət yetirilməsi məsələləri öz əksini tapmışdır. Təbii ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi belə bir sənədi dəstəkləyir. Millət vəkillərindən xahiş edirəm ki, bu sənədə müsbət münasibət bildirsinlər. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Səməd müəllim. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, sənədə münasibə-tinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.59 dəq.)
 Lehinə  94
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Komitə sədri Eldar İbrahimov, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! 2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası  Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Saziş heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin asanlaşdırılmasından, yoluxucu heyvan xəstəliklərinin və heyvan mənşəli təhlükəli məhsulların daxil olmasının qarşının alınmasından, həmçinin baytarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edir.
Hörmətli həmkarım Səməd müəllimin fikirləri ilə tama-milə razıyam. Serbiya Balkanlarda bizim üçün çox vacib bir ölkədir və  onunla  iqtisadi, siyasi sahələrdə olduğu kimi, aqrar sahədə də  geniş əlaqələrimiz var. Bu saziş Ser-biyanın prezidenti ölkəmizdə olarkən  imzalanıbdır. Saziş 10 maddədən ibarətdir və komitədə geniş müzakirə olunubdur. Yəqin ki, hörmətli həmkarlarım sazişi oxuyublar, bilirlər. Çox vacib sazişdir, xahiş edirəm, buna səs verək.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.01dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Ay və digər səma cisimləri də daxil ol-maqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsidir. Komitə sədri Şəmsəddin Hacıyev, buyurun.
Ş.Hacıyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, qanun layihəsi Milli Məclisə Azərbaycan Respublikasının Prezidentindən daxil olmuşdur və bu sənəd ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqındadır. Təbii ki, biz bu müqaviləyə qoşulmaqla göstərilən sahələrdə fəaliyyət göstərmək, işimizi genişləndirmək üçün hüquqi bazanın yaradılmasını təmin edəcəyik.
Qeyd olunan müqavilə 1966-cı ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfin-dən xüsusi qətnamə ilə qəbul edilmiş, 1967-ci ildə isə im-zalanaraq qüvvəyə minmişdir. Bu gün, demək olar ki, dünya ölkələrinin əksəriyyəti bu müqaviləyə qoşulmuşdur. Bu da təbii olaraq bizim həmin müqaviləni təsdiq etməyimizi vacib etmişdir.
Mən bir neçə kəlmə ilə müqavilənin mahiyyəti, əsas məqsədləri haqqında hörmətli millət vəkillərinə məlumat vermək istərdim. Müqavilənin əsas məqsədi kosmik fəzanın istisnasız olaraq  sülh məqsədləri üçün tədqiqini, ondan yalnız insanların xeyrinə istifadəni, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığı  və bu sahəyə  dəstək verilməsini özündə ehtiva edir. Müqavilədə ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın  bərabərlik əsasında və beynəlxalq hüquqa müvafiq olaraq ayrı-seçkiliyə yol verilmədən bütün dövlətlər tərəfindən tədqiq və istifadə edilməsi üçün açıq olması, səma cisimlərinin bütün sahələrinə azad yerişin təmin olunması, kosmik fəzanın elmi cəhətdən araşdırılmasında beynəlxalq əməkdaşlığın dəstəklənməsi və təşkil edilməsi nəzərdə tutulmuşdur. 
Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, müqavilə ay və digər səma cisimləri də daxil olmaqla kosmik fəza üzərində hər hansı bir dövlətin suverenlik elan etməsinə, eləcə də onun işğalına və ya digər vasitələrlə  milli mənimsəmə predmetinə çevrilməsinə yol vermir. Bu olduqca vacibdir. Müqavilədə kosmik fəzada, o cümlədən səma  cisimlərində fəaliyyətdə olduqları zaman kosmonavt-lara və digər tədqiqatçılara yardım göstərmək, yəni hər hansı dövlətə mənsub olmasından asılı olmayaraq onların fəaliyyətinə dəstək vermək məsələsi də xüsusi qeyd olunur.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, Azərbaycan artıq öz süni peykini kosmosa göndərmiş azsaylı ölkələr sırasın-dadır və gələcəkdə bu sahədə fəaliyyəti genişləndirəcəkdir. Artıq Azərbaycan kosmosu tədqiq edən ölkələr sırasına daxil olmuşdur. Bu, Azərbaycanın çox böyük nailiyyətidir. Biz bu qanunu təsdiq etməklə Azərbaycanın bu sahədə fəaliyyətinə hüquqi baza yaratmış olacağıq. Mən bütün bunları, eləcə də qanun layihəsinin komitədə müzakirə olunub Milli Məclisin plenar iclasına tövsiyə olunmasını nəzərə alaraq qanun layihəsinə müsbət səs verməyinizi xahiş edirəm. Sağ olun.   
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri  (saat 13.06 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir.  İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev məruzə edəcək. Buyurun, Çingiz müəllim.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təsdiq üçün təqdim edilmiş “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş 2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmışdır. Sazişə əsasən tərəflər gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınmasını, idxal və ixrac zamanı xüsusi nəzarətin həyata keçirilməsini, iki ölkə arasında mövcud olan çoxsahəli əməkdaşlığın gömrük sahəsində də inkişaf etdirilməsini nəzərdə tuturlar.
Bu günə qədər Azərbaycanla Küveyt arasında əməkdaş-lığın hüquqi bazasını təmin edən 13 belə sənəd imzalanmışdır. Gömrük sahəsində də əməkdaşlıq və qarşılıqlı yardım haqqında imzalanmış bu sənəd ikitərəfli münasibətlərin daha da dərinləşməsinə yeni hüquqi baza yaradır. Bu məsələyə bizim komitədə baxılıb və yekdilliklə qəbul olunub. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri  (saat 13.09 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Komitə sədri Əli Hüseynli məlumat verir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həm-karlar, bu saziş Küveytlə Azərbaycan arasında 2013-cü il fevral ayının 14-də imzalanmışdır. Beynəlxalq terrorçuluğun, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, ümu-mən transmilli mütəşəkkil cinayətkarlığın tədricən daha ciddi təhlükə olduğu nəzərə alınaraq belə bir saziş bağlan-mışdır. Eyni zamanda, burada əvvəlki məruzəçilər də dedilər, Küveytlə Azərbaycan arasında yaxşı dostluq münasi-bətləri mövcuddur. Hesab edirik ki, belə konvensiyalar ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirəcək. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, qa-nun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.10 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Çingiz Əsədullayev, buyurun.
Ç.Əsədullayev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Höku-məti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş 2013-cü il yan-varın 16-da Bakı şəhərində imzalanmışdır.  Qeyd olunan sazişə əsasən tərəflər ikitərəfli ticari və iqtisadi əlaqələrin inkişafına töhfə vermək, iki ölkə arasında və onların  ərazilərindən tranzitlə avtomobil əlaqələrinin inkişafına yardım göstərmək barədə razılığa gəlirlər.
Bildiyiniz kimi, bu gün nəqliyyat əlaqələri beynəlxalq iqtisadi münasibətlərin həyata keçirilməsində çox vacib rol oynayır. Təbii ki, belə bir sazişin qəbul edilməsi digər sahələrdə olduğu kimi, bu sahədə yaradılan münasibətlərin daha da inkişaf etməsinə və  hər iki dövlətin qarşılıqlı əməkdaşlığına yeni imkanlar yaradacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz. 

Səsvermənin nəticələri  (saat 13.12 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısamüddətli vizadan imtina edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Komitə sədri Səməd Seyidov, buyurun.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Bu saziş də Sloveniya ilə əlaqələrin təşkil olunmasında bizim üçün çox vacib və əhəmiyyətlidir.  Mən  bu cür sazişlərin təsdiq olunması ilə bağlı Milli Məclisdə dəfələrlə çıxış etmişəm və biz belə  sazişləri təsdiq etmişik. Sadəcə, məlumat üçün  demək istəyirəm ki, bu gün Azərbaycan  parlamentində dünyanın 45 ölkəsi ilə xidməti və diplomatik pasportların aradan qaldırılması, yəni vizaların  ləğv olunması ilə bağlı qərarlar qəbul olunub.
Siz bilirsiniz ki, Avropa Birliyi bizimlə münasibətləri yüksək səviyyədə təşkil edir. Misal üçün,  siz bu sazişi oxusanız, görərsiniz ki, burada xidməti pasportlardan söhbət gedir. Ola bilsin, siz bu sazişi oxuyandan sonra belə bir sual ortaya çıxsın  ki, niyə burada “diplomatik” sözü yoxdur. Ona görə ki, biz 2010-cu ildə  Sloveniya ilə diplomatik pasportlarla bağlı vizanı aradan qaldırmışıq. İndi isə xidməti pasportlara malik şəxslər üçün vizanın aradan qaldırılması məsələsi müzakirə olunur. Mən əminəm ki, millət vəkilləri bu sənədi dəstəkləyəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyulsun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.14 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Səməd Seyidov, buyurun.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim.  Mən indi təqdim etdiyim məlumatda 45 ölkənin adını çəkdim. Çin də bu ölkələr sırasındadır. Həm diplomatik, həm də xidməti pasportlarla Azərbaycan vətəndaşları Çinə gedə bilərlər. Biz indi növbəti bir addım atırıq. Azərbaycan Respublikasının Çindəki səfirliyi üçün torpaq sahəsinin  ayrılması çox vacib və əhəmiyyətli bir məsələdir.  Sənədin  içərisində siz gələcək səfirliyimizin hətta yerləşdiyi ərazinin rəsmini də görə bilərsiniz. Sazişdə  səfirlik binasının tikintisi, Azərbaycanın götürdüyü öhdəliklər və maraqlı bir məsələ öz əksini tapır.
Çin qanunlarına əsasən torpaq başqa ölkələrə verilə bilməz. Ancaq bu sazişdə yazılır ki, Azərbaycan Respubli-kasının səfirliyi 70 il müddətində Azərbaycan Respubli-kasına xidmət edəcək. Bu müddət başa çatandan sonra isə biz yenidən bu müqaviləni uzada bilərik. Bunun özündə də rəmzi bir məna var. Azərbaycan müstəqilliyi, Azərbaycanın xarici siyasəti 70 il yox, 700 il, min il bundan sonra da davam etdiriləcək. Ona görə belə sazişləri imzalamaq hər bir komitə üçün böyük bir şərəfdir. Bizim komitə də bu münasibətlə sizə bu sənədi təqdim edir və sizdən müsbət fikir gözləmək niyyətindədir. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Qanun layihəsi ilə əlaqədar Musa Qasımlı çıxış etmək istəyir. Buyurun, Musa müəllim.
M.Qasımlı. Hörmətli Ziyafət müəllim,  hörmətli millət vəkilləri! Bu qanun layihəsinə səs verəcəyəm, amma hör-mətli Ziyafət müəllim, bu  məsələləri müzakirə edərkən bir az da yaxın tariximizə  diqqət  etmək gərəkdir. Əvvəllər bi-zim xarici ölkələrdə səfirliklərimiz, nümayəndəliklərimiz açılanda onlar üçün nəinki binalar, heç mənzillər olmazdı. Səfirimiz, səfirliyin əməkdaşları bir otağa yığılardılar. Bəzən kirayə haqqını ödəyə bilməzdik, xarici ölkələrdəki nümayəndəliklərimiz  qardaş ölkənin bir otağına sığınardı-lar. Məlumat göndərmək üçün faks  telefon aparatı imkanları məhdud olardı. Çox şükürlər olsun ki, ölkəmiz, dövlətimiz bu gün bu səviyyəyə gəlib çıxdı və dünyanın ən böyük ölkələrində ən yaxşı səfirlik binaları bizə məxsusdur. Vaşinqtonda, Budapeştdə, Vyanada, Ankarada və digər başqa şəhərlərdə belədir. Bu, qürurverici bir hadisədir.
Bu, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndi-yini, maliyyə qüdrətinin artdığını göstərir. Respublikamızın başqa bir ölkənin ərazisində 70 il müddətinə torpaq icarəyə götürməsi bizim bəlkə də bir neçə il əvvəl heç xəyalımıza gəlməzdi. Şükürlər olsun ki, bu gün bu, gerçəkləşir. Bütün bunlar özbaşına gerçəkləşmir, onu gerçəkləşdirənlər var. Ona görə də mən hesab edirəm ki, belə bir sazişin  müzaki-rəyə çıxarılması qürurvericidir. Mən bütün millət vəkillərini bu sazişə səs verməyə çağırıram və özüm də ona səs verəcəyəm. Diqqətinizə görə sağ olun.  
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildi-rəsiniz. 

Səsvermənin nəticələri  (saat 13.19 dəq.)
 Lehinə  103
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  103
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Rəbiyyət Aslanova, buyurun.
 
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün  diqqətinizə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi haqqında qanun layihəsi təqdim olunur. Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə insan alveri qurbanlarının cəmiyyətdə  ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, insan alve-rinə görə cəzanın labüdlüyü, sosial-iqtisadi və təşkilati xa-rakterli profilaktik tədbirlərin həyata keçirilməsi və nəhayət, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prinsipinə əsaslanır. Bu baxımdan 2005-ci ildə qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna bir sıra dəyişikliklər edilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər hansı zərurətdən irəli gəlir? Söhbət on-dan gedir ki, 2010-cu ildə Milli Məclisdə  İnsan alverinə qarşı mübarizə ilə əlaqədar  qəbul edilmiş Avropa Konven-siyasının müddəalarının milli qanunvericiliyimizə köçürül-məsi və  bu bəndlərin burada öz əksini tapması bir zərurətə çevrilmişdir. Ona görə də diqqətinizə çatdırıram ki, həmin konvensiyanın “Bərpa və fikirləşmə müddəti” adlı 13-cü maddəsi Azərbaycan Respublikasının Qanununda 14.1-ci maddəyə keçirilib. Bərpa və fikirləşmə müddəti dedikdə insan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti nəzərdə tutulub.
İkinci düzəliş 20-ci maddə üzrədir. 20-ci maddədə düzəliş də yenə  konvensiyanın 16-cı maddəsinə əsaslanır. İnsan alveri qurbanlarının repatriasiyası və qaytarılması  20.4-1-ci maddəyə əlavə edilir.
Bununla da Azərbaycan Respublikasının Milli Məclisi və milli qanunvericiliyimiz beynəlxalq qanunvericiliyə, xüsusilə Avropa məkanında qəbul edilmiş bu mühüm sənədin müddəalarına sadiqliyini bir daha sübut edir. Mənə elə gəlir ki, hörmətli millət vəkilləri bu müddəalarla  tanış olmuşlar və razıdırlar. “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun zənginləşməsində bu iki müddəa çox mühüm əhəmiyyətə malikdir. Xahiş edirəm, həmin məsələyə öz münasibətinizi bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Qanun layihəsi ilə əlaqədar çıxış eləmək istəyənlər var. Sabir Rüstəmxanlı, buyurun.
S.Rüstəmxanlı. İnsan alveri məsələsi bu gün beynəlxalq aləmdə ciddi mövzulardan biridir. Müzakirələr aparılır və buna qarşı mübarizə sərtləşdirilir. Azərbaycan Respubli-kasının bu  qanununa edilən bugünkü əlavə də çox normaldır və hökmən qəbul olunmalıdır. Lakin burada 20.7-ci maddə var. “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanununda immiqrasiya statusu əldə etmək üçün şəxsin insan alverinin qurbanı olması əsas kimi göstərilməmişdir. Buna görə də “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmalıdır. Buradan çıxarılıbsa, hökmən bu statusu almaq üçün əsaslar sırasına insan alveri qurbanı olması da əlavə edilməlidir. Mən bunu ya yazılı şəkildə Rəbiyyət xanıma verə bilərəm, ya da buradakı qeydlər əsas götürülə bilər. Yəni buradan çıxarılıbsa, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda o, hökmən nəzərə alınmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Sabir müəllim. Başqa çıxış elə-mək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.24 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layi-həsidir. Komitə sədri Əli Hüseynli məlumat verir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Əslində, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər hörmətli Rəbiyyət xanımın məruzəsinin davamı kimi qəbul olunmalıdır. Çünki Cinayət Məcəlləsinə təklif olunan dəyi-şikliklər qeyd olunduğu kimi, İnsan alverinə qarşı mübarizə ilə əlaqədar qoşulduğumuz konvensiyanın icrasından irəli gələn  öhdəliklərlə bağlıdır. Belə ki, konvensiya Cinayət Məcəlləsində insan alveri ilə bağlı olan anlayışı dəqiqləş-dirməyi tövsiyə edirdi. Biz bu anlayışı konvensiyada olan anlayışla eyniləşdiririk. Ona görə də Cinayət Məcəlləsinin 144-1-ci maddəsindəki “insan alveri” anlayışı yenidən  konvensiyaya uyğun şəkildə verilir. 
İkinci, burada yetkinlik yaşına çatmayanlarla bağlı xüsusi bir qeyd var. Belə ki, 144-cü maddədə göstərilir ki, insan alverində birinci, istismar məqsədi olmalıdır. İkinci, müəyyən üsullardan istifadə edilir ki, bu, insan alveri olur. Amma qeyddə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi bu məcəllənin 144-1.1-ci maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir. Yəni yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə Cinayət Məcəlləsi daha sərt davranır ki, bu da, hesab edirəm, tamamilə məqsədlidir.
Eyni zamanda, Cinayət Məcəlləsində insan alveri ilə bağlı 2 maddənin sanksiyaları sərtləşdirilir. Bunlardan birincisi “Məcburi əmək” adlı 144-2-ci maddədir. Burada sanksiyalar təxminən 2 dəfə sərtləşdirilir. Yəni mövcud variantda göstərilən 5 ilədək cəzanın 10 il azadlıqdan məhrumetmə ilə əvəz olunması təklif olunur.
Digər dəyişiklik isə “Fahişəliyə cəlbetmə” adlı 243-cü maddəyə edilib. Burada da sanksiya təxminən 2 dəfə sərtləşdirilib.
Hörmətli millət vəkilləri, qeyd etmək istəyirəm ki, insan alverinə qarşı mübarizə ilə bağlı koordinatorun hesabatında da Qənirə xanım və digər millət vəkilləri bu məsələləri qaldırmışdılar. Yəni məcburi əməklə,  fahişəliklə əlaqədar məsələlərdə daha sərt olmaqla bağlı təkliflər vermişdilər. Beləliklə, biz həm konvensiyadan irəli gələn öhdəliyimizi yerinə yetiririk, həm də insan alverinə qarşı mübarizə ilə bağlı sonuncu hesabatda millət vəkillərinin təklif etdiyi fikirləri nəzərə almış oluruq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsi ilə bağlı çıxış eləmək istəyənlər var. Buyurun, Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, təbii ki, biz bu dəyişikliklərə səs verəcəyik, çünki çox önəmli məsələlərdir. Mən hətta mətbuat nümayəndələrinə çağırış edirəm ki, bu dəyişiklikləri ictimaiyyətə daha geniş şəkildə izah etsinlər, çatdırsınlar.  Çünki insan alveri anlayışı geniş şəkildə dəyişir və burada nələrin nəzərdə tutulduğunu hər bir insanın bilməsi gərəkdir. Əslində, bu çox ciddi bir məsələdir. Xüsusilə insan istismarı dedikdə nə nəzərdə tutulur? Burada məcburi əməkdən tutmuş cinsi istismara qədər bütün məsələlər öz əksini tapır.
Mənim Əli müəllimdən bir xahişim var. İstərdim, bu məsələyə münasibət bildirək. Bu çox önəmlidir. Biz məcburi əməklə bağlı təklif irəli sürmüşdük. Cəzaların sərtləşdirilməsi məsələsi çox gözəl ki, burada  konkret şəkildə öz əksini tapır, 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Amma mən məsələnin ikinci tərəfinə keçirəm. Şəxsən mənim nəzərimdə məcburi əməyə cəlbetmə fahişəliyə cəlb-etmədən heç də ağır  məsələ deyil. Fahişəliyə cəlbetmə də məcburi əməyə cəlbetmə qədər  ağır bir cinayətdir. Amma nədənsə fahişəliyə cəlbetmənin cəzası məcburi əməyə cəlb-etmənin cəzası qədər sərt deyil. Üstəlik, “və ya”lar çox geniş şəkildə imkanlar yaradır. “Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə 2500 manatdan 3500 manatadək miqdarda cərimə və ya 160 saatdan 240 saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Sonra, eyni əməllərin təkrar törədilməsi məsələsində cəzaların ağırlaşdırılması gedir. Bu qədər “və ya” nəyə lazımdır? Çünki 2500 manatdan 3500 manatadək cərimə, 160 saatdan 240 saatadək ictimai iş, bir ildən üç ilədək müddətdə həbs cəzası çox fərqli anlayışlardır. Mən hesab edirəm, bunu bir az da sərtləşdirməliyik.
Mən keçən dəfə də bunu vurğuladım. Qadınları ölkəmizin hüdudlarından kənara aparıb fahişəliyə cəlb edən insanlar üçün çox sərt cəzalar var. Ölkənin daxilində və ya xaricində insanları fahişəliyə cəlb edənlərin arasında nə fərq var ki? Bu qadını xaricdə satdınız, yoxsa daxildə – bunun fərqi nədir? Buna görə çox xahiş edərdim, bu məsələyə baxaq. Mən hesab edirəm ki, 3 “və ya” insanların bu cəzalardan daha yüngül şəkildə qurtulmasına imkan verəcək. Görün, nə qədər “və ya” yeri qoyuruq. Bunlar isə kifayət qədər subyektivlik yarada bilər. Hesab edirəm ki, biz buna yüngül məsələ kimi baxmamalıyıq, fahişəliyə cəlbetmə ilə bağlı sanksiyaları daha da sərtləşdirməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hesab edirəm ki, bu gün təqdim olunan mətn Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə və bizim “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunumuza uyğunlaşdırılmışdır. Bu, hökmən qəbul olunacaq və biz ona səs verəcəyik.
İki qeydim var, istərdim, Əli müəllim onlara baxsın və mümkünsə, nəzərə alınsın. Birincisi, nəzərə almalıyıq ki, 2005-ci ildə Cinayət Məcəlləsinə əlavələr edildiyi zaman yetkinlik yaşına çatmayanların alğı-satqı maddəsi – 173-cü maddə buradan çıxarılmışdı. Bu hal nəzərə alınmadığı üçün yenidən bu maddənin qeyd hissəsinə doğru olaraq 3-cü bənd əlavə edilib. Hesab edirəm ki, həmin bəndə “alınması” və “satılması” sözləri də əlavə edilməlidir.
İkinci qeydim 144-cü maddənin 2-ci hissəsi –  Məcburi əməklə bağlıdır. Mənim düşüncəmə görə, bu, Cinayət Məcəlləsindən çıxarılmalıdır. Çünki 144-cü maddənin “Qeyd” hissəsində insan alveri cinayətin istismar forması kimi artıq burada qeyd olunub. Yəni insan alveri cinayətin istismar forması olduğuna görə bunun əlavə olaraq burada qeyd olunmasına ehtiyac qalmır. Başqa ölkələrdə də belə maddə yoxdur. Hətta Azərbaycan təcrübəsində də məcburi əmək maddəsi tətbiq olunmur. Bu, əslində, insan alveri cinayətinin bir hissəsidir.
Bu yaxınlarda Rusiya Federasiyasında məcburi əməyə cəlb edilmiş  Azərbaycan vətəndaşları haqqında da insan alveri maddəsi ilə hökm çıxarılmışdı. Buna görə hesab edirəm ki, məcburi əməyə cəlbetmə insan alveri sayıldığına görə bu maddə Cinayət Məcəlləsindən çıxarılmalıdır. Onsuz da bu, məcəllədə əhatə olunur.
Buna bənzər digər bir qeydi 144-3-cü maddə haqqında da demək istərdim. Çünki insan alveri məqsədi ilə sənədlərdə qanunsuz hərəkətlər, əslində, qabaqcadan bilinir. Sənədlərdə dəyişiklik edir, bu alver üçün şərait yaradır. Bir halda ki şərait yaradılır, onda o sənəddə dəyişiklik eləsə, o elə özü də insan alveri cinayəti sayılır. Ona görə burada əlavə bir maddəyə, məncə, ehtiyac qalmır. Bunu Əli müəllim nəzərə ala bilər.
143.1-ci maddə üzrə müəyyən qeydim var. Burada o barədə danışıldı. O maddə də çıxarılmalıdır, çünki əslində, o da elə insan alverinin bir hissəsidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mənim bu məsələyə yanaşma tərzim bir az fərqli olacaq. Çünki biz cəmiyyətimizin inkişafını, ölkəmizin inteqrasi-yasını, milli-mənəvi dəyərlərimizi və digər cəhətlərimizi nəzərə alsaq, bu məsələlərə bir az başqa  cür yanaşmaq lazımdır. Mən hesab edirəm ki, biz bunları sərtləşdirdikcə yeni problemlər yaradırıq. Yəni bu işlə məşğul olan insanlara neçə il cəza müəyyənləşdirirsən müəyyənləşdir, cəriməsini nə qədər yuxarı qaldırırsan qaldır, yenə bununla məşğul olacaqlar. Əksinə, bu, rüşvətə, korrupsiyaya bir az da yol açacaq. Onları tutanlar öz “haqlarını” bir az da artıracaqlar.
Nəticə etibarilə nə baş verir? Bu gün Orta Asiyadan,  Rusiyadan, Belarusdan, Ukraynadan, hətta Filippindən, başqa yerlərdən insan alveri ilə məşğul olan insanlar Azərbaycana axışırlar. Gəlib burada yaşayırlar, müxtəlif yerlər tuturlar. Buna həm tibbi, sağlamlıq baxımından, həm də digər cəhətlərdən yanaşılmalıdır. Maddi baxımdan da həmin vəsaitlər tamam başqa istiqamətə axır.
Oxuduqlarımdan deyə bilərəm ki, keçən əsrin əvvəllərində Türkiyə də belə bir dövr yaşayıb. Fransadan gələn qadınlar bir il Türkiyədə yaşayandan sonra milyonçu olub öz ölkəsinə qayıdırlar. Bununla bağlı Mustafa Kamal Atatürk parlamentdə gözəl bir çıxış etmişdir. Hesab edirəm ki, bu çıxışa nəzər salmaq olar. Ona görə də  bunun real yollarını axtarıb tapmaq lazımdır. Cəzanı sərtləşdirməklə, hər hansı bir  mexanizmi tətbiq etməklə bunun qarşısını almaq mümkün olmayacaq. Təbii ki, insan alveri dünyanın qlobal bir problemidir.
Dünyanın hər bir yerində bu var. Bunun mexanizmini tapmaq lazımdır. Biz elə maddələri sərtləşdirə-sərtləşdirə gedirik. Bu, insan tələbatıdır. İnsan tələbatının qarşısını almağın yolunun qanuniliyini  müəyyənləşdirmək lazımdır. Vaxtilə qara bazarlarda hamı dollar satırdı. Hamının yadın-dadır, onları polis tuturdu, aparırdı. Leqallaşan kimi bütün məsələlər qaydasına düşdü. İndi hamı valyutadəyişmə məntəqəsində dollarını dəyişir və sair. Bu mexanizm də öz əksini tapmalıdır.
Burada, təbii ki, məcburi yollar, başqa-başqa tələbatlar var. Bizdə qarşılıqlı ictimai nikahlar və siğə forması yoxdur. İndi insanların bu tələbatının hansı formada  həyata keçirilməsini müəyyənləşdirin. Polis deyir ki, bu, insan alveridir. Digəri isə deyir ki, qarşılıqlı razılaşma əsasındadır. İndi bunu kim sübut eləyəcək və 2500 manatı və ya 8 il işi müəyyənləşdirəcək? Mən yenə deyirəm, biz bir az gələcəyə baxmalıyıq və bunun əsasını da qurmalıyıq. İndi hamı burada milli-mənəvi dəyərlərin daşıyıcısı, islam övladı, mömin olduğunu söyləyəcək. Amma mən həqiqəti deyirəm və bu, bir neçə ildən sonra öz əksini tapacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, çıxışınıza görə sağ olun. Amma Siz çıxışa başlayanda dediniz ki, həm milli-mənəvi dəyərləri, həm də dini dəyərləri nəzərə almalıyıq. Digər tərəfdən deyirsiniz ki, biz belə məsələləri  leqallaşdıraq. Siyavuş müəllimə mikrofon verin.
S.Novruzov. Leqallaşdırmaq yox, Avropa ölkələrində, dünyada hansı praktikadan istifadə edirlərsə, ondan da isti-fadə etmək lazımdır, vəssalam.
Sədrlik edən. Elə bunu dünya praktikası leqallaşdırıb. Bu təklifin qətiyyən tərəfdarı deyiləm, Siyavuş müəllim. Hesab edirəm ki, bu, doğrudan da, transmilli cinayətdir və bütün dövlətlər üçün böyük bir bəladır. Ona görə də hesab edirəm ki, bu cür cinayətlərə görə sərt cəzalar müəyyən olunmalıdır. Mən hər şeyin həllini  cəza ilə tapacağıq demirəm, amma cəza çox böyük rol oynayır. Kifayət qədər cəza olmalıdır. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.41dəq.)
 Lehinə  89
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Polisinin 95 illiyi (1918–2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Artıq Siz qeyd etdiniz, cənab Prezident tərəfindən “Azər-baycan Polisinin 95 illiyi (1918–2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub. Bilirsiniz ki, 5 il bundan əvvəl dövlətçiliyimizin  bərpasının 90 illiyi ilə bağlı bir sıra orden və medallar təsis etdik. Əlbəttə ki, Azərbaycan polisinin  Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müdafiəsində xidmətləri müstəsnadır. Hesab edirəm ki, “Azərbaycan Polisinin 95 illiyi (1918–2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis  olunması da məhz bu məqsədi daşıyır.
Eyni zamanda, onu da qeyd edə bilərəm ki, medalın təsviri, əsasnaməsi bizim indiyə qədər mövcud olan medal-lardakı dövlətçilik atributlarını – ümumi elementləri özündə əks etdirir. Yeganə yenilik “95 il” və “1918–2013”-cü illərin qeyd olunmasıdır. Millət vəkillərindən bu sənədə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.43 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim,  buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsində sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və itirilməsinə görə cərimə məsuliyyəti nəzərdə tutulur. Təklif olunan dəyişiklikdə bu prosedurun ləğv olunması nəzərdə tutulur. Hesab edirəm, bu, tamamilə düzgündür. Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, qəsdən korlanmadan və sənəd itirildikdən sonra heç bir rüsum ödəmədən  onu yenidən almaq mümkündür. Sizlər də bilirsiniz ki, artıq respublikamızda “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir və bunu əldə etmək artıq çox asandır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.45 dəq.)
 Lehinə  86
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  88
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xid-mət keçmə haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ba-rədə qanun layihəsidir. Əli müəllim, buyurun. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu Əsasnamə müvafiq icra hakimiyyəti orqanı (yəni daxili işlər orqanı) tərəfindən təsdiq edilən sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə  müddətli müqavilə əsasında qəbuletmənin müddəalarını özündə nəzərdə tutmamışdır. Amma praktikada, reallıqda bu mövcuddur. Ümumiyyətlə, müqavilə əsasında işə qəbuletmə qanunvericiliyə tam uyğ-undur. Əsasnaməyə tətbiq olunan bu dəyişiklik sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə müddətli müqavilə əsasında qəbulu nəzərdə tutur. Beləliklə, bu problem aradan qalxmış olacaqdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
                                 
Səsvermənin nəticələri  (saat 13.46 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsas-namə”də dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun.  Hörmətli millət vəkilləri, bildiyiniz kimi,  Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsində dövlət gerbinin təsviri var. Bu, uzun illərdir, belədir. Amma “Dövlət gerbi haqqında” Əsasnamə  lap çoxdan – 1993-cü ildə qəbul olunub. Təklif olunur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportunda da dövlət gerbinin təsvirinin olması bu əsasnamədə öz əksini tapsın. Faktiki olaraq bu, texniki bir düzəlişdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Siyavuş müəllim, buyurun.
S.Novruzov. Orada əsasnamə yox, Dövlət gerbi haqqında qanun olmalıdır.
Sədrlik edən. Bu, 1993-cü ildə qanunla qəbul olunmuş əsasnamədir. Qanun qüvvəsinə malik bir sənəddir. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.48 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsidir.  Buyurun, Səməd müəllim.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikasının qanun layihəsi millət vəkillərinə paylanılıb. Qanun layihəsində birmənalı, konkret olaraq yazılıb ki, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 38-ci maddəsindən “onların pasportlarının vaxtını uzatmaq və pasportlarında dəyişikliklər etmək” sözləri çıxarılsın. Belə bir dəyişikliyin mənası da ondan ibarətdir ki, konsulluqlara veriləcək səlahiyyətlər bu məsələni də özündə ehtiva edir. Bu məsələyə artıq ehtiyac qalmadığına görə həmin qanunda belə bir dəyişiklik edilməlidir. Təbii, burada fikir bir-mənalıdır və millət vəkillərindən xahiş edirəm, bu dəyişik-liyə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm. Prinsipcə mən bu dəyişik-liyin lehinəyəm. Yeri gəlmişkən, vacib bir məsələyə də tox-unmaq istəyirəm. Bu fərdi məsələ də olsa, deyilməlidir.  Bildiyiniz kimi, tanınmış şair Abbas Abdulla 1992-ci ildən Azərbaycanın İstanbul şəhərində konsulu işləyibdir.  O, bir neçə il – 1993–1994-cü illərdə orada işləyibdir. Bir hüquqi tənzimlənmənin olmamasını mən burada diqqət mərkəzinə gətirmək istəyirəm. İndiyə qədər bu adam diplomat kimi təqaüd ala bilmir. Xarici İşlər Nazirliyi müxtəlif bəhanələrlə onun konsulluq müddətini diplomatik xidmət müddətinə hesablamır. Burada müəyyən problemlər var. Mən istərdim ki, Milli Məclis rəhbərliyi də bu məsələdə... Tanınmış şair-dir, hörmətli adamdır, Gürcüstan azərbaycanlılarının hör-mətli nümayəndələrindən biridir. Vaxtilə dövlətə xidmət edib, müəyyən  diplomatik  postu olub, vəzifə yerinə yeti-ribdir. Mən istərdim ki, bu cür məsələlər də diqqətdən kənarda saxlanılmasın. Sağ olun.
Sədrlik edən. Başqa çıxış etmək istəyən yoxdursa, qanun layihəsinə  münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.51 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Sağ olun. Hörmətli Ziyafət müəllim, 18-ci məsələdən 26-cı məsələyə qədər bütün məsələlər ancaq şəxsiyyət vəsiqəsi ilə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”  Qanunla bağlıdır. Bunlar hamısı bir-biri ilə üzvi surətdə bağlıdır. Əgər icazə versəniz, mən 5 də-qiqəlik məruzə edə bilərdim.
Sədrlik edən. Sağ olun. Bu sənədlər bir zərflə gəlib, Əli müəllim? Buyurun.
Ə.Hüseynli. Hamısı bir zərfdədir. Hörmətli millət vəkil-ləri, əgər xatirənizdədirsə, biz 2011-ci il 30 dekabr tarixin-də “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsi-qəsi haqqında” Qanuna bir sıra dəyişikliklər etdik. Biometrik informasiya texnologiyaları əsasında Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və tətbiqi ilə bağlı cənab Prezident 2011-ci ilin 15 fevralında fərman imzaladı. Bu fərman isə “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması ilə bağlı 2007–2012-ci illər üçün Dövlət Proqramı”na əsaslanır. Yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması isə bu proqramın tətbiqi hissəsi kimi nəzərdə tutulmuşdur.
Yeni nəsil şəxsiyyət vəsiqəsi dedikdə, biz  sivil dünyada, Avropa  məkanında mövcud olan şəxsiyyət vəsiqəsinin for-malarının işlənib hazırlanmasını başa düşürük.  İndi təklif olunan dəyişikliklərdə şəxsiyyət vəsiqəsinin üzərində və-təndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, qan qrupu, fərdi identifikasiya nömrəsi – bu artıq əvvəlki qanunvericilikdə öz əksini tapmışdı – vəsiqənin nömrəsi, etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və beynəlxalq mülki aviasiya təşkilatının tələblərinə uyğun fotoşəkil yerləşdirilir. Bundan əlavə, şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıda – çipdə hansı məlumatların yerləşdirilməsi göstərilir. Bunlar təklif olunmuş dəyişiklikdə sadalanılır. Onu bir daha sadalamaq istəmirəm.  Eyni zamanda, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına onların qanuni nümayəndələrinin müraciəti əsasında elektron daşıyıcıları olan fərdi identifikasiya kartının  verilməsi təmin ediləcəkdir. Bununla bağlı qeyd edim ki, cənab Prezidentin artıq  fərmanı var. Həmin fərmana əsasən 2014-cü il yanvarın 1-dən Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesi başlanacaqdır. Məhz buna görə də fərmanda nəzərdə tutulduğu kimi, bir də həmin fərmanın tövsiyələrindən irəli gələrək bir sıra qanunların ləğv olunması təklif edilir. Bu qanunların sadalandığı qanun layihələri sizə təqdim olunubdur. Bunlar 1994-cü ildə qəbul edilən qanunlardır. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Res-publikası vətəndaşının ümumvətəndaş xidməti və diplo-matik pasportlarının nümunələrinin təsdiq edilməsi haqqın-da”  Əsasnaməsi nəzərdə tutulur. 1994–1995-ci illərdə qəbul edilmiş bu qanunlara əlavə və dəyişikliklər də artıq qüvvədən düşmüş olacaqlar. 
Bundan əlavə, təklif olunan dəyişikliklərdə bir neçə vacib məsələ var.  Belə ki, əgər əvvəllər pasport almaq üçün bir ay müddət nəzərdə tutulurdusa və qanunvericilikdə nəzərdə tutulan hallarda bir qədər çox rüsum ödəməklə 5 iş günü müddəti müəyyən edilmişdisə, indi bu müddət 10 iş günü ilə əvəz olunur. Müddət, demək olar ki, üç dəfə azaldılır. Hesab edirəm ki, bu çox vacib bir düzəlişdir. 
“Dövlət rüsumu haqqında” Qanunla nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5 və ya 1 iş günü müddətində verilir.  Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin təcili müalicəsi, yaxud xaricdə  yaşayan yaxın qohumların ağır xəstəliyi və yaxud ölümü ilə bağlı hallarda isə 2 iş günü müddəti qüvvədə qalır. Xidməti pasport almaq hüququ olan şəxslərin 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları da bu siyahıya daxil edilmişlər. Diplomatik pasportda onun sahibinin yetkinlik yaşına çatmamış uşaqları yazıla bilər və bu halda pasportda onların fotoşəkilləri də yapışdırılır. Sahibi olmadan bu pasportun ailə üzvləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün istifadəsi qadağandır. Bu müddəa qanundan çıxarılır. Qeyd etdiyim kimi, artıq qanunvericiliyimizdə uşaqlara da pasport verilməsi nəzərdə tutulduğuna görə onların fotoşəkilləri məhz öz pasportlarında olmalıdır.
Bundan başqa, bildiyiniz kimi, əvvəllər şəxsiyyət vəsiqəsi 16 yaşına qədər və ya 16 yaşdan sonra verilirdi. Hazırkı redaksiyaya görə Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsini 15 yaşı olduqdan sonra artıq ala biləcəkdir. Eyni zamanda, qeyd etmək istəyirəm ki,  “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”  Qanunun 3-cü maddəsində yaşayış yeri yalnız Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilirdisə, artıq vətəndaşın şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı ilə də hesab olunacaqdır. Dəyişikliyə görə fərdi identifikasiya kartları verilənədək 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış təsdiq edəcəkdir.
Hörmətli millət vəkilləri, gördüyünüz kimi, bu əlavələr və dəyişikliklər ümumilikdə şəxsiyyət vəsiqələrinin, pasportların alınması ilə bağlı məsələlərin müasir standartlara uyğunlaşdırılmasına xidmət edir, eyni zamanda, buradakı müddətlər kifayət qədər qısaldılmış olur. Əlbəttə, 2014-cü ildən Azərbaycanda indi aparılan hazırlıqlar, yeni texnologiyaların tətbiqi nəticəsində bu məsələlər tamamilə  yeni standartlara uyğun həyata keçiriləcəkdir. Mən bilirəm ki, Daxili İşlər Nazirliyinin müvafiq qurumları bir sıra təşkilati tədbirlər həyata keçirirlər. Əlbəttə, spesifik suallar meydana çıxarsa, nümayəndələr də buradadırlar, biz birlikdə bu sualları cavablandıra bilərik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihələrinin müzakirəsinə başlamazdan əvvəl hörmətli deputatlar, bir  texniki məsələni sizinlə məsləhətləşək. Təklif var ki, biz fasiləsiz 1 saat əlavə işləyək.  Etiraz olmaz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qanun layihələrinin müzakirəsinə baş-layırıq. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən, əlbəttə, hesab edirəm, Əli müəl-lim kifayət qədər ətraflı təqdimatı ilə hər birimizi inandırdı ki, bu dəyişikliklər 1 il sonra ölkə miqyasında həyata keç-iriləcək tədbirlə əlaqədardır. Bu cəhətdən onun əsaslan-dırılması üçün mən də əlavə arqument gətirmirəm. Lakin istərdim ki, bu fonda bir neçə problemi bəri başdan həll edək. Bunun birincisi ondan ibarətdir ki, biz şəxsiyyət vəsiqələrini müəyyən bir dövr üçün veririk. O insanlar ki hələ 2014-cü ilə qədər 5 və ya 10 illik dövrü başa vurmayıblar, onların biometrik pasportları dövlət hesabına verilsin. Çünki bu, bizi  vətəndaşın üzərinə əlavə iki dəfə yük qoymaq kimi bir reallıqla üz-üzə qoyar.
İkinci, hörmətli Ziyafət müəllim, Siz peşəkar hüquqşü-nassınız, hörmətli Əli müəllimə də hər birimiz böyük dəyər veririk. Mən istərdim, “şəxsiyyət vəsiqəsi” sözlərinə bir aydınlıq gətirim. Doğrusu bilmirəm, sovet pasportlarından xilas olarkən hansı ölkənin modelini əsas götürmüşük? Bəlkə də bu şərti tərcümə olunmuş anlayış idi. Amma mənim üçün real mənəvi, siyasi məna daşımır. Şəxsiyyət vəsiqəsi sanki şəxsin kimliyini özündə ifadə edir. Amma dünyanın hər yerində, elə Azərbaycan reallığında, gerçəkli-yində ictimai dildə də “pasport” sözü təkcə sovet adamları, sovet dövründə yalnız bir pasport tanıdığımız üçün deyil, həm də şəxsin,  vətəndaşın kimliyini, onun vətənini özündə ifadə edir. Vətəndaşlıq da buradan formalaşır.
Gəlin, sadə bir hesablama aparaq. Ölkədə nə qədər insanda ümumvətəndaş pasportu var? Halbuki “vətəndaşlıq” sözü elə ümumini, məcmunu, geniş bir miqyası ifadə edir. Biz bunu kortəbii şəkildə “ümumvətəndaş” anlayışı ilə ifadə etmişik. Şərti olaraq, el, xalq dilində “xarici pasport” kimi ifadə olunan bu pasportlar maksimum əhalinin 20 faizində ola bilər. Mənə belə gəlir. Əlbəttə, bu, qeyri-dəqiq yanaşmadır. Burada müvafiq qurumun təmsilçiləri var. Nə qədər insanımızda xidməti,  diplomatik pasportlar var? Bunlar da çox kiçik faiz təşkil edir. Məncə, 1–2 faizi aşmaz. Beləliklə, sanki vətəndaş kimliyimiz qıraqda qalıbdır. Ona görə mən “şəxsiyyət vəsiqəsi” anlayışından imtina etməyin tərəfin-dəyəm. Mən hesab edirəm ki, biz bir daha “pasport” anlayı-şına qayıtmalıyıq. Ona görə yox ki, Mayakovski sovet kimliyini tərənnüm etmişdi. Ona görə ki, şəxsin Azərbaycan vətəndaşı olduğunu birinci olaraq pasport göstərir. Mən istərdim ki, biz birinci bu məsələyə qayıdaq. Mən çox arzu-layıram ki, heç kim bunu populizm və sair kimi dəyərlən-dirməsin. Çoxdan gözlədiyim bir məqam idi, mən bunu ifadə etməyi vacib saydım.
Başqa bir məsələ, hörmətli Ziyafət müəllim, xatırlayırsı-nızsa, keçmişdə biz mənzil alğı-satqılarında belə bir məcburi məhdudiyyətin qarşısında qalırdıq. Səbail rayonunun qeydiyyatında olan şəxs  Nərimanov rayonunda alğı-satqı apara bilmirdi. Belə çərçivələr müəyyənləşdirilmişdi. Sonralar bu məhdudiyyətlər ortadan götürüldü. Bildiyim qədər çox az məsələlər qalıb. Azərbaycan vahid bir ölkədir, unitar dövlətdir. Bunun federal quruluşu yoxdur, Rusiyadakı kimi quberniya sistemləri mövcud deyil. Hərçənd mən ona tərəfdaram ki,  Azərbaycanda inzibati quruluş sisteminə də dəyişikliklər edək. Bu, gələcək söhbətdir.
Ancaq onu demək istəyirəm ki, Gəncədə qeydiyyatda olan şəxs Bakıda niyə həmin pasportu və ya şəxsiyyət vəsi-qəsini ala bilməsin? Bütün informasiya kütləsi vahid bankda toplanıbdır. Onun Gəncədə qeydiyyatda olması məlum deyil və  hətta onun mülkü qeydiyyata alınmayıb. Bir şəhər, qəsəbə kimi tanınmamış ərazidə yaşayır. Belə şəxslərin artıq şəxsiyyət vəsiqəsi almaq hüququnu tanıyırıq. Bu mənada onun Nərimanov rayonunda belə bir sənədi almasına məhdudiyyət ola bilər? Rüsum köçürür və bu, dövlətin vahid hesabına gedir. Harada doğulduğu da orada göstərilə bilir və sair. “Gəncənin informasiya bankı Bakıda yoxdur” kimi mülahizələr də mövcud deyil. Əgər bu məsələdə xətaya yol versəm, hörmətli Əli müəllimdən çox xahiş edirəm ki, aydınlıq gətirilsin. Bildiyim qədər bütün bu informasiya Daxili İşlər Nazirliyinə toplanıb saxlanılır.
Başqa bir məsələ, hörmətli Ziyafət müəllim, köhnə sovet pasportları ilə bağlıdır. Ermənistandan deportasiya olunan insanlarımız ən kiçik nişanələri belə toplayırlar ki, Ermənistanda yaşadıqlarını ortaya qoysunlar. Bəlkə də qeyri-səhih məlumatdır. Soruşdum ki, sovet pasportlarını neylədik? Yanaşma belədir ki, 2014-cü ildə onlara bir tonqal vurub yandırmalıyıq. Yəqin ki, artıq tarixin lazımsız əşyası, arxiv materialı kimi də yaramır. Halbuki mən həm Ermənistanda, Qarabağda doğulan şəxslərin pasportlarının yandırılmasının əleyhinəyəm. Bu bizim tariximiz üçün sonra lazım olacaq. Mən demirəm, məhz buna istinad edəcəyik, amma bu da elementlərdən biri olacaqdır. Biz onları əldən vermişik. Ancaq mən bilmirəm, bunun üçün bir qanunmu və ya bir normativ sənəd olmalıdır? Hesab edirəm ki, tarixin mühüm məlumatlarını özlərində daşıdığı üçün biz bunlarla bağlı məsələni  diqqətdən qıraqda qoymamalıyıq.
Dəyişiklikləri mən məqbul sayıram. Lakin çox arzulayı-ram ki, qaldırdığım məsələlərə müvafiq qurumlarla birgə müzakirədə aydınlıq gətirilsin. Əgər mümkün olarsa, bundan sonra Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi onun şəxsiyyətini yox, vətəndaş kimliyini ifadə etsin və “pasport” adlandırılsın. Sağ olun.
Sədrlik edən. Zahid müəllim, qaldırdığınız bu məsələyə hüquqi dil ilə desək, isti izlərlə mən cavab verim. Sizin şəx-siyyət vəsiqəniz var. Həmin şəxsiyyət vəsiqəsinin başında yazılıb: “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”. Sizə nə lazımdır? Şəxsin vətəndaşlığını təsdiq edən sənəd lazım deyil? Həmin vəsiqə Azərbaycan Respub-likası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir. Bu sənəd də vətəndaşlığı təsdiq edir. Buyurun, Valeh Ələsgə-rov.
V.Ələsgərov. Mən çıxışlarımın çoxunda deputatlarımız-dan xahiş edirəm, təklif verəndə səsləndirdikləri anlayışların etimologiyasına bir baxsınlar. Hər hansı bir inzibati ərazidən başqa inzibati əraziyə keçmək ehtiyacı yarananda pasport yarandı. Buna qədər pasport yox idi. “Pasport” sözünün etimologiyasının tarixinə baxın. Ölkə daxilində şəxsiyyət vəsiqəsi, kimlik, identifikasiya kartı deyilən sənəd var. Xaricə gedib-gəlmək istəyənlər üçün pasport var. Bunlar eyni sənədlər deyil, fərqli sənədlərdir. Ziyafət müəllimin dediyi kimi, şəxsiyyət vəsiqəmiz  vətəndaşlığımızı təsdiq edən bir sənəddir. Bu iki sənədi qarışdırıb bir sənəd etmək düzgün deyil, mümkün də deyil. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Azərbaycanda son vaxtlar çox mühüm bir proses həyata keçirilir. Söhbət elektron hökumətin yaradılması ilə bağlı proqramdan,  vətəndaş-məmur münasibətlərini məhdudlaşdıran yeni sistemdən, vətəndaşlara göstərilən yeni xidmət sistemindən gedir. Mən bir nümunə kimi  Nəsimi, Nərimanov və Binəqədi rayonlarında çox yüksək səviyyədə fəaliyyət göstərən “ASAN xidmət”i qeyd edərdim.
Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondu tərəfindən artıq  elektron baza yaradılıb. Kompüter bazası həm Daxili İşlər Nazirliyi, həm də Vergilər Nazirliyi ilə və fondun öz sistemi ilə əlaqədədir. İstənilən vətəndaş öz sosial müdafiə registrinin nömrəsi ilə oraya daxil olub nəinki bugünkü təqaüdü ilə, gələcəkdə ehtimal olunan təqaüdü ilə də tanış ola bilər. Yeni sistemlər ilk növbədə, təbii ki, vətəndaş-məmur münasibətlərində bir sıra xoşagəlməz məqamların qarşısını alır.
Amma bununla yanaşı, artıq vətəndaşların bilgilərini müəyyən qədər  bir yerə toplayır. Düşünürəm ki, vətəndaş-lığı təsdiq edən vahid bir sənədi  qəbul edə bilərik. Bu vahid sənəddə, yaxud  bir vəsiqədə və ya pasportda olan elektron çiplərdə bütün məlumatlar formalaşa bilər. Azərbaycanda texnologiyanın səviyyəsi belə bir vahid sis-temi yaratmağa imkan verir. Yeni biometrik sənədlər vəsiqə də, pasport da ola bilər, Azərbaycan vətəndaşlığında,  xaricə gedib-gəlməyi də və vətəndaşın bir sıra sosial, yaxud  dövlət qurumları ilə münasibətləri kompüter çipləri vasitəsilə bir yerdə mərkəzləşdirilə bilər. Demək olar ki, həm dövlət xərcləri azalır, həm də vətəndaşların bu cür məsələlərlə bağlı dəfələrlə verdikləri rüsumlara ehtiyac olmur. Nə dövlətin, nə də vətəndaşın üzərinə  yük düşür.
Yeni texnologiyalardan istifadə bizə imkan verir ki, vahid sənəddə bütün məsələlər öz əksini tapsın. Çox yaxşı olardı ki, bu istiqamətdə işlər daha da genişləndirilsin. İndi müvəqqəti olaraq bu dəyişiklikləri biz qəbul edə bilərik. Amma müasir texnologiyalardan istifadə edərək vahid bir sistemə keçmək həm korrupsiyanın qarşısını almaq üçün özəl bir vasitədir, həm də dövlət xərclərinin və vətəndaşların artıq məsrəflərinin qarşısını almaq üçün, zənnimcə, gözəl bir imkandır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Təbii ki, çox hörmətli Siyavuş Novruzov çıxışa yazılmadığına görə ciddi bir cavab veril-məyəcəyini nəzərə alaraq, rahatlıqla tənqidimizi söyləyə bilərik.
Sədrlik edən. Amma yazılmağa imkan var.
F.Mustafa. Mən, əslində, onu provokasiyaya çəkdim ki, çıxış üçün yazılsın, fikirlərini söyləsin. Mən hesab edirəm ki, deputat həmkarım Zahid Orucun qaldırdığı məsələdə kifayət qədər ciddi məntiq var. Bir vahid sənəd formasına əv-vəl-axır gəlməliyik. Adam özü də çaş-baş qalır. Şəxsiyyət vəsiqəsi bir, pasport bir, diplomatik pasport bir. O qədər qarışıq bir sistem ortaya çıxır ki, bunu bir sənəddə, bir pas-port variantında həll etmək həm qənaət baxımından faydalı olar, həm də insanın bir sənədlə  hərəkət etməsinə imkan yaradar.
Mən hörmətli Əli müəllimin təqdimatını yüksək qiymət-ləndirirəm. Hesab edirəm, məsələni kifayət qədər açıqladı. Burada 16 yaşın 15 yaşa endirilməsi də konstitusion tələbə daha çox yaxınlaşmadır. Ona görə ki, 15 yaşı olmayan şəxslər əmək hüququnun subyekti ola bilmirlər. Onlar hər hansı bir əməyə cəlb oluna bilməzlər və bütövlükdə 15 yaşın götürülməsi məntiqlidir. Amma məntiqsiz olan bir məqam var. Bildiyiniz kimi, Türkmənistanda təbii sərvətlər xalqın bəzi təminatını ödəmək üçün sərf olunur. Burada kommunal xidmətlər pulsuzdur, qazdan istifadə və başqa məsələlərdə əhaliyə  böyük güzəştlər var. Ümumiyyətlə, belə sərvətlərin pulsuz olması, mənim anlayışıma görə, çox doğru da deyil, amma çox bahalı olması da yanlışdır, çünki milləti tənbəlliyə öyrədir. Amma hər halda təbii sərvətin vətəndaşa nə qədər aid olduğunu göstərmək baxımından bir nümunədir.
Bunlar bir tərəfə qalsın, bizdə kommunal xərclər həddin-dən çox artır. Əvvəllər Qarabağ əlillərinə, veteranlara, baş-qalarına imtiyazlar var idi. Bunun əvəzinə çox cüzi miqdar-da pul verilir. Halbuki kommunal xərclər ondan çoxdur. Üstəlik də biz pul qazanmayan, harada isə işləməyən 15 yaşlı uşağa belə, pasport verəndə ondan rüsum tələb edirik. Valideyni ona görə 20–30 manat pul ödəməlidir. Bu qədər zəngin bir ölkə üçün bu məbləğ nədir? İşləyən, yaxud da yaşı 18-dən yuxarı olan vətəndaşlar üçün bunu müəyyən etsin. Uşaq niyə rüsum verməlidir, o, pasport alanda niyə pul verməliyik? Niyə biz bunu pulsuz verə bilmirik? 1 yaşında uşağa niyə 20 manat pul ödənilməlidir? 1 yaşında uşağın onsuz da o qədər xərcləri var ki. Bir bağçanın qiyməti bilirsiniz nədir? Bağçanın qiyməti 500 manatdır. Bir məktəblinin xərci 1000 manatdan artığa gəlib çıxır. Valideyn istər-istəməz  instituta hazırlıq üçün müəllim tutur. Təhsilin keyfiyyəti aşağı olduğuna, məktəbdə yığılan pullara görə... Bu məsələdə, məncə, bunu nəzərə almaq lazımdır. Azyaşlıların rüsum ödəməsinin heç bir mənası yoxdur və ona görə də bu, mütləq ortadan qaldırılmalıdır, vacibdir.
Nəhayət, ciddi problemlərdən, əsas məsələlərdən biri bu layihələrdən birində nəzərdə tutulan şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyat məsələsidir. Olduğu yer üzrə qeydiyyata alınmanı biz başa düşdük. Əcnəbi vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər üçün anlaşılan bir məsələdir. Azərbaycan vətəndaşının olduğu yer üzrə yenidən qeydiy-yata alınması nə deməkdir? Bu, Konstitusiyanın, vətəndaş hüquqlarının pozulmasıdır, sovet sistemində olduğu kimi, vətəndaşın üzərində total dövlət nəzarətinin bərpa olunma-sıdır. Mən bir rayonda 3 ay qalmağa gedirəmsə, niyə orada qeydiyyatdan keçməliyəm? İkinci, daimi qeydiyyat məsələsi anlaşıldı. Daimi qeydiyyatdan başqa mülkiyyət hüququ əsasında vətəndaşdan... Birinin 5–6 evi var, qeydiyyatda olduğu evdə də yaşamır. Razılıq əsasında mülkiyyətində olan yerlərə qeydiyyata dura bilər. Orada daimi yox, müvəqqəti qeydiyyatda dura bilər. Daimi bir yerdə dursun.
Üçüncü vacib məsələyə diqqət yetirmək lazımdır. Baxın, biz öz nümunəmizdən deyirik. Mənim mənzilim Yasamal rayonundadır, bina təhvil verilməyibdir, orada yaşayıram. Oradakı mənzilin təmiri üçün də  köhnə evimi satmışam. Orada qeydiyyatdayam və köhnə mənzilin sahibi tələb edir ki, qeydiyyatdan çıxmalısan, mən qeydiyyata düşməyə yer tapa bilmirəm. Bir nümunə kimi sizə deyirəm. Bina təhvil verilməyibsə, vətəndaş nə etməlidir? Polis şöbəsində qeydiyyata durmalıyam? Belə bir absurd vəziyyət yaranıb, vətəndaşların xeyli hissəsi bundan əziyyət çəkir. Yəni bunun bir yolu, hüquqi mexanizmi tapılmalıdır. Faktiki yaşadığım yerdə qeydiyyata durmaq imkanı yoxdur. Bəlkə də 10 il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bina qəbul olunmayacaq? Vətəndaş nə etməlidir? Öz nümunəmizdə bunu deyirəm ki, aydın olsun. Bu cür problemlərdə boşluq yaratmaq lazım deyil ki, insanlar bundan əziyyət çəksinlər.
Mən bu qanun layihəsində irəli sürülən bəzi dəyişiklikləri dəstəkləyirəm. Xüsusən də müddətin 10 iş gününə endirilməsi məsələsi çox müsbət bir haldır. Pasport almaq üçün 15 yaş müəyyən edilməsi müsbət haldır. Amma bu rüsumlar götürülməlidir. Qeydiyyat məsələsinə bir də diqqətlə yanaşılmalıdır ki, vətəndaş yerlərdə əziyyət çəkməsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Burada qanun layihələri bir az bir-birinə qarışır. Konkret olaraq hər biri haqqında danışmaq son də-rəcə çətindir. Amma mən bir-iki qeydimi demək istəyirəm. Əvvəla, sonuncu çıxış edən həmkarım Fazil bəyin bu fikri ilə razıyam ki, qeydiyyat məsələsini  mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Dünyanın ən böyük dövlətlərində, o cüm-lədən Amerikada, ümumiyyətlə, qeydiyyat sistemi yoxdur. Ona görə də pasport əvəzinə bəzən sürücülük vəsiqəsindən istifadə edirlər, çünki sürücülük vəsiqəsi hər kəsdə var, am-ma pasport hər kəsdə olmaya bilər. Sürücülük vəsiqəsinin sayı bəzən qeydiyyat sənədlərindən daha çox olur. Ümu-miyyətlə,  hətta iş yerində, məsələn, Sumqayıtdan, yaxud rayondan gəlib Bakıda işləyən Azərbaycan vətəndaşlarından qeydiyyat sənədi tələb etmək doğru deyil. İnsanların iş yeri olmadığına görə bəzən rayondan gəlib Bakıda işləyirlər. Bu məhdudiyyətlər, məncə, qaldırılmalıdır.
Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycanda çox par-adoksal bir vəziyyət yaranıb. Qarabağ müharibəsi əlillərinə balaca təqaüd verilirdi. Onlar ləğv olunub, amma İkinci dü-nya müharibəsində vuruşmuş veteranlara təqaüdlər verilir. Belə çıxır ki, öz torpağımız üçün vuruşanlar qiymətsizdir, onlara dəyər vermirik, amma İkinci dünya müharibəsində vuruşanlara dəyər veririk. Bu məsələlər, əlbəttə, qanunver-icilik orqanlarından əlavə, həm də sosial təminatla məşğul olan nazirliklərdə, idarələrdə və qanunlarda da hökmən nəzərə alınmalıdır.
Bir-iki qeydim var. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunla bağlı bir-iki xırda qeydim var. Məsələn, 2-ci maddədə edilən dəyişiklik, məncə, doğrudur, çünki bu dəyişiklik uşaqların ölkədən getməsi ilə bağlı bir sıra problemləri həll edəcəkdir. Biz valideynik və uşaqlarımızla xaricə çıxanda həmişə bürokratik əngəllərlə rastlaşırıq. Amma 4-cü maddədə edilən dəyişiklik, məncə, ədalətli deyil. Nə mənada? Dövlət rüsumu ödəyən şəxsə bir gün ərzində xaricə çıxmaq üçün pasport verirlər, amma yaxın qohumu ölübsə və ya xəstədirsə, xaricə getmək üçün hökmən iki gün gözləməlidir. Belə çıxır ki, bizdə pul insanın şəxsi vəziyyətindən daha mühümdür. Rüsum ödəyir, bir gün ərzində ona sənəd verilir. Amma xaricdə adamı ölən, onu gətirməyə gedən şəxs hökmən iki gün gözləsin. Məncə, bunun ikisini də eyniləşdirmək lazımdır. Əgər insanın başına bir faciə gəlibsə, o, bir gün ərzində hökmən sənəd almalıdır.
Sonra, 16 yaşınadək Azərbaycan Respublikası vətən-daşına şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu tələb olunmadığı kimi, 18 yaşınadək olan vətəndaşlara da ümum-vətəndaş pasportu verilərkən dövlət rüsumu tələb edil-məməlidir. Məncə, bu da çox vacibdir. Bundan başqa, 18 yaşı tamam olmuş şəxslərə verilən biometrik pasportların da müddəti olmamalıdır. Məncə, bu pasportlar ömürlük ol-malıdır. Hesab edirəm ki, bunlar çox mühüm məsələlərdir.
Başqa bir qeydim Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqındadır. Ümumiyyətlə, bizim respublikadan getmiş adamların təzədən ölkəyə qayıtmaları çox böyük problemlər yaradır. Məsələn, gedib Rusiyanın ucqar vilayətində yaşayır. Amma Azərbaycana qayıtması üçün görün, nə qədər əngəllər var. Orada bizim konsulluqlar bir neçə yerdədir. Mən hesab edirəm ki, bu əsasnamənin 1-ci maddəsində “Xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının” sözlərindən sonra hökmən bir əlavə olmalıdır. Bu əlavə nədən ibarətdir? Bir sıra vətəndaşlarımız Azərbaycan Respublikası müstəqil olmazdan öncə gediblər, ölkəni tərk ediblər. Onların bir hissəsi köhnə SSRİ pasportu ilə yaşayır və həmin pasportla yaşayanların müəyyən hüquqları tanınmalıdır. Bu mənada oraya belə bir əlavə olunmalıdır: “qanun qüvvəyə mindiyi günədək yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq xarici ölkəyə getmiş, lakin həmin ölkənin vətəndaşlığını əldə etməmiş şəxslər”. Bilirsiniz ki, bizim ölkədən gedənlərin vətəndaşlıq əldə etmələri qonşularımıza nisbətən çox çətindir, ona görə də biz onları diqqətdən kənarda qoya bilmərik və onların hüquqları burada qorunmalıdır.
Sonra, yeri gəlmişkən, onu da deyim ki, “Dövlət Gerbi haqqında” Əsasnamədə gerbin vurulduğu sənədlər siyahısında doğum haqqında şəhadətnamə də olmalıdır. Çünki doğum haqqında şəhadətnamə Azərbaycan vətəndaşlığını təsbit edən sənədlər siyahısındadır. Bir halda ki həmin sənədlər siyahısındadır, hökmən orada gerb olmalıdır.
Nəhayət, şəxsiyyət vəsiqəsi ilə bağlı. Biz mümkün qədər dilimizdə olan sadə sözlərdən istifadə etməliyik. Hesab edirəm ki, Türkiyədə gözəl bir variant tapılıb: “vətəndaş kimliyi”, “şəxsiyyət kimliyi”. “Kimlik” sözünü biz də tətbiq edə bilərik. Ümumiyyətlə, bu cür bir sıra uğurlu terminlər var ki, biz tədricən onları qanunvericilik sənədlərimizə gətirməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də, şübhəsiz ki, müzakirə edilən qanun layihələrinin yüksək səviyyədə hazırlandığını qeyd edirəm və onlara səs verəcəyik. Burada səsləndirilən bəzi fikirlərə mən də qoşu-laraq qeyd etmək istəyirəm ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun təklif olunan layihəsinin 10-cu mad-dəsində bizi narahat edən bəzi məsələlər var. Belə ki, Milli Məclisin bundan əvvəlki iclaslarının birində biz vətəndaşlığı olmayan əcnəbilər və şəxslər haqqında, onların qeydiyyatı ilə bağlı  məsələlər müzakirə etdik. Bunun, həqiqətən də, zəruri olması qənaətinə gəldik, bu, başadüşüləndir və məqbuldur.
Eyni zamanda, vətəndaşın olduğu yer üzrə qeydiyyatı da normaldır. Hərçənd ki, burada da suallar var. Əgər və-təndaşın mülkiyyət hüququ  və bir neçə yerdə, respublikanın müxtəlif ərazisində mülkiyyəti varsa,  hansı yerin onun daimi yaşayış yeri olacağı öz seçimidir. Onun həmin yerdə qeydiyyata alınması məsələsində problem olmayacaqdır. Vətəndaşın mehmanxanaya, xəstəxanaya, sanatoriyaya gedişi zamanı orada qeydiyyata alınması hər bir müəssisənin öhdəsinə buraxılır. Bu məsələ də aydındır. Amma yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində müvafiq dövlət orqanına ərizə-anket dolduraraq təqdim etməlidir. Həmin orqan da vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Nəticə belədir ki, əgər vətəndaş qeydiyyatla bağlı müraciət etmirsə, deməli, inzibati məsuliyyət daşıyacaqdır. Təsəvvür edək ki, kimsə bir aylıq bir qohumunun evində yaşadı və yaxud ana və ya ata  bir övladı ilə bir az yaşadı, sonra başqa yerə, 61-ci gün isə üçüncü bir yerə getdisə, artıq burada qanun pozulur, 10 gün də orada yaşadı, başqa bir yerə getdi, beləliklə də, bu məsələlər davam edir. Deməli, vətəndaş  bu qurumlara müraciət etməli və həmin müraciət əsasında da müvəqqəti olaraq qeydiyyata alınmalıdır?
Ümumiyyətlə, buna vətəndaşın, insanın sərbəst hərəkət etməsini məhdudlaşdıran bir müddəa kimi baxıram. Hesab edirəm ki, qanunun  bu maddəsində bir ziddiyyət var. Çünki vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Yəni vətəndaş müraciət etmədən, heç kimə “sağ ol” demədən, müddəada  yazıldığı kimi çıxıb gedir. Həmin orqan da duyuq düşür ki, bu şəxs nə vaxtsa gedib və onu qeydiyyatdan çıxarır. Ümumiyyətlə, mən hesab edirəm ki, bu barədə düşünmək lazımdır. Hesab edirəm ki, qanunun bu maddəsinin ikinci abzasındakı olduğu yer üzrə qeydiyyat anlaşılandır, başadüşüləndir. Bunu saxlamaq şərti ilə üçüncü və dördüncü abzaslarda olan məsələlərə yenidən baxılmalıdır. Ümumiyyətlə, Konstitusiyada əksini tapmış vətəndaşın yerini dəyişməsi hüququna, insan hüquq və azadlıqlarına daban-dabana zidd olan məsələdir. Hesab edirəm ki, buna yenidən baxılmalıdır. 
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim, mən qısa bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Bu qanunda edilən dəyişikliklər zəruridir, əvvəllər qəbul etdiyimiz qanunların ruhundan irəli gəlir. Müəyyən təkliflər vardır, bu təkliflərə də hörmətlə yanaşıram. Amma  şəxsiyyət vəsiqəsi, pasport dövlətə aid olan məsələdir, dövlət varsa, dövlətin şəxsiyyət vəsiqəsi də var, pasportu da və sair. Şəxsiyyət vəsiqəsini, pasportu biz həyatda olan insanlara veririk. Lakin bizim elə şəxsiyyətlərimiz var ki, onlar həyatda deyil, amma bizim tariximizə daxil olublar. Milli mədəniyyətimizə, ədəbiyyatımıza daxil olub və Azərbaycan xalqının yaddaşına hopublar.
Bir sıra ölkələrdə tarixi şəxsiyyətlərin irsinin, adının qorunması ilə bağlı müvafiq qanunlar var. Mənə elə gəlir ki, bu gün bizim də belə bir qanunun qəbul edilməsinə ehtiyacımız var. 2000 ildən yuxarı tarixi olan Azərbaycanın çoxlu tarixi şəxsiyyətləri,  mütəfəkkirləri tariximizə daxil olublar. Amma müstəqilliyimizi əldə etdikdən sonra tariximizə müdaxilələr, tariximizi, eyni zamanda, tarixi şəxsiyyətlərimizi təftiş etmə cəhdləri ilə üz-üzə qalmışıq. Bu, zəncirvarı, reaksiya kimi davam etməkdədir.
Mən parlamentin rəhbərliyindən xahiş edirəm, müvafiq ekspertlər, komitələr bununla məşğul olsunlar. Tarixi şəxsiyyətlərimizin irsinin və adının qorunması ilə bağlı qanun qəbul edək. Bizim elə tarixi şəxsiyyətlərimiz var ki, onlar 300–500 il əvvəl yaşayıblar. Amma bəzən  hansısa bir nadan ortaya çıxaraq həmin tarixi şəxsiyyəti təhrif, təhqir etmək, aşağılamaq istəyir, bu və ya digər hərəkətlərə  yol verir. Belə hərəkətlərə yol verənlərə cavab verəcək insan yoxdur, çünki həmin şəxsiyyətin artıq şəcərəsi mövcud deyil, onu həyatda qoruyacaq qohumu-əqrəbası qalmamışdır.
Müasir dövrümüzdə olan şəxsiyyətlərimiz var. Vacib deyildir ki,  şəxsiyyətləri təhqir edilən adamları onların övladları, qohumları müdafiə etsinlər. Onları cəmiyyət müdafiə etməlidir, cəmiyyət, dövlət, xalq, millət öz tarixi şəxsiyyətlərinə sahib olmalıdır. Ona görə Milli Məclis belə bir qanun ilə bağlı tapşırıqlar verməlidir. Şəxsiyyət vəsiqəmiz, pasportumuz dövlətimizin adı kimi müqəddəsdirsə, tarixi şəxsiyyətlərimiz də müqəddəsdirlər. Bu dəyişikliklərə isə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim, təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdursa,  müzakirə etdiyimiz qanun layihələrinə münasibətimizi bildirək, səsə qoyaq. 18-ci məsələdən başlayırıq, Əli müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. “Ölkədən getmək, ölkəyə gəlmək və pas-portlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.31 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  3
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
19-cu məsələyə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 14.31 dəq.)
 Lehinə  88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
20-ci məsələyə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respubli-kası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının ləğv edilməsi haqqında qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 14.32 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  3
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportlarının nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcli-sinin 1995-ci il 13 iyun tarixli 1052 nömrəli Qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.33 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 22-ci məsələyə, “Azərbaycan Respublikası və-təndaşının ümumvətəndaş, xidməti və diplomatik pasport-larının nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 saylı Qərarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 1997-ci il 14 noyabr tarixli 401-IQD nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.34 dəq.)
 Lehinə  88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
23-cü məsələyə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanun-unda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 14.35 dəq.)
 Lehinə  84
 Əleyhinə  5
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
24-cü məsələyə, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildir-məyinizi xahiş edirəm.
Səsvermənin nəticələri  (saat 14.35 dəq.)
 Lehinə  87
 Əleyhinə  4
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
25-ci məsələyə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə də münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.36 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bu zərfə daxil olan axırıncı məsələyə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 14.37 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İclasımız davam edir. Gündəliyimizin növbəti məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Hörmətli millət vəkilləri Sabir Rüstəmxanlı, Fazil Mustafa bu qanun layihəsinin bəzi maddələri ilə əlaqədar fikirlər söylədilər. Qüvvədə olan “Dövlət rüsumu haqqında” Azər-baycan Respublikası Qanununun 14.1-ci maddəsində  Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə: beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 120 manat; beş iş günündən sonrakı müddətdə verildikdə və dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə 40 manat nəzərdə tutulmuşdu. Yeni qanun layihəsində isə bu dəyişikliklər nəzərdə tutulur: “on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə”, “beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə”, “bir iş günü müddətində verildikdə və dəyişdirildikdə”. Bu bölmələrdə qeyd edilir ki, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120 manat, on səkkiz yaşına çatmış vətəndaşlara 160 manat, on iş günü müddətində verildikdə  və ya dəyişdirildikdə bir yaşınadək 10 manat, bir yaşdan üç yaşınadək 20 manat, üç yaşından on səkkiz yaşınadək 30 manat, on səkkiz yaşına çatmış vətəndaşlara 40 manat; beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yenə də bir yaşınadək 20 manat, bir yaşdan üç yaşınadək 40 manat və sair. Bu rəqəmlər azalır.
Mən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəhbəri ilə danışdım, bayaq hörmətli Sabir müəllim də bu məsələni dedi, mənə elə gəlir ki, burada müəyyən güzəştlər, dəyişikliklər etmək olar. Amma bütövlükdə qanun layihəsi əvvəlki qanundan qat-qat yumşaqdır və burada insanların maraqları xeyli dərəcədə nəzərə alınmışdır.
Hesab edirəm ki, bu qanunda edilən dəyişiklikləri müsbət qiymətləndirmək olar. Eyni zamanda, hörmətli Sabir Rüstəmxanlının, Fazil Mustafanın qaldırdığı məsələlərlə əlaqədar qanunvericilik təşəbbüsündə olan orqanla müəyyən danışıqlar aparmaq mümkün olacaqdır. Əgər etiraz yoxdursa, xahiş edirəm...
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.41 dəq.)
 Lehinə  92
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  3
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, əslində, bu dəyişiklik də bizim əvvəl qəbul etdiyimiz əlavə və dəyişikliklərlə bağlıdır. Təklif olunur ki, Dövlət Reyestrinə daxil edilən məlumatların siyahısına iki yeni əlavə edilsin. Birincisi, 16 yaş artıq 15 yaşla əvəz edilir. İkincisi, şəxsiy-yəti təsdiq edən sənədlərin siyahısına artıq bundan sonra fərdi identifikasiya kartı da əlavə olunur. Ona görə təklif olunur ki, 6-cı maddəyə “fərdi identifikasiya kartı” sözləri də əlavə edilsin. Bundan sonra əhalinin Dövlət Reyestri məlumatında bunlar da yerləşəcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.42 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 29-cu məsələ Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, əslində, qanun layihəsinə edilən bu dəyişiklik meydana çıxmış bəzi suallara da aydınlıq gətirir. Söhbət Əsas-namədəki “pasport” anlayışından gedir. Aydındır ki, pasport dedikdə ümumvətəndaş, xidməti və diplomatik pasport, ölkədaxili istifadədə şəxsiyyət vəsiqəsi, ölkə hüdudlarından kənar istifadədə isə qeyd olunan pasportlar nəzərdə tutulur. Amma bu da mümkündür ki, müvafiq beynəlxalq müqavilə bağlanmış xarici dövlətlərdə də şəxsiyyət vəsiqəsindən istifadə oluna bilər. Ziyafət müəllim, məhz bunun qanuni əsası Siz dediyiniz sənəddə öz əksini tapmalıdır. Ona görə də qeyd olunur ki, “pasport” dedikdə həm də müvafiq beynəlxalq müqavilə bağlanmış xarici dövlətlərdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi də nəzərdə tutulur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.44 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası  qanununun  layihəsidir. Buyurun, Ziyad Sə-mədzadə.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2013-cü il yanvarın 1-dən Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlıdır. Həmin qanunla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.15-ci, 164.1.16-cı, 199.7-ci, 199.8-ci, 207.3-cü, 207.4-cü maddələrində müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün müvafiq vergi güzəştləri nəzərdə tutulmuşdur.
Bununla əlaqədar yuxarıda göstərilən maddələrdə “sənaye və texnologiya parkının rezidenti” sözləri “sənaye, yaxud texnologiyalar parkının” sözləri ilə əvəz edilir.
Təklif olunan qanun layihəsinə əsasən Vergi Məcəlləsin-də “sənaye parkının rezidenti”, “texnologiya parkının re-zidenti” anlayışları açıqlanır.
Həmin qanuna “Sənaye, yaxud texnologiyalar parkının rezidentlərinin fəaliyyətinin xüsusiyyətləri”ni müəyyənləş-dirən 67-1-ci maddə əlavə olunur.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyi-şikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli  509-IVQD nömrəli Qanununun II hissəsinin ləğv edilməsi, onun müddəalarının təklif edilən qanun layihəsinin 67-1.1-ci maddəsində əks olunması ilə əlaqədardır. Millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Qısaca bir qeydimi demək istəyirəm. Təbii ki, vergitutma, azadetmələr, güzəştlər müsbət bir haldır. Bu məsələ keçən dəfə də qaldırıldı, amma biz bunu həll et-mədik. Mən Ziyad müəllimdən bunun mümkünlüyünü soru-şuram. Bu sənaye, yaxud texnologiyalar parkının Bakı şəhərindən ən azı 70 kilometr kənarda yaradılmasını qanunvericilikdə təsbit edə biləcəyikmi? Bu vacibdir. Çünki Bakı şəhərinin yüngülləşdirilməsindən söhbət gedir. Bütün əhalini buraya yığıb vergi güzəşti yaradandan sonra şəhərin yükünü kim azaldacaq? Sonra deyəcəyik ki, bu şəhərdə böyük problemlər, tıxaclar var.  Bu parklar mütləq regionlarda yaradılmalıdır ki, müəyyən dərəcədə güzəştlərə görə sahibkarlar oraya axın etsinlər, öz iş imkanlarını genişləndirsinlər. Bu problemi həll etmədən vergi güzəşti veririk, bunun nəticəsi necə olacaq? Bakıda daha fəlakətli bir vəziyyət yaranacaq. Əhalinin sayı 5 milyona çatsa, ümumiyyətlə, şəhərdə yerimək mümkün olmayacaq. Ona görə də bu məsələnin həll olunması üçün yaxın vaxtlarda gündəmə gətirmək vacibdir. Sağ olun.
Sədrlik edən. Sənaye parkları Bakıda yaradılmır axı, kə-nardadır, elə deyilmi, Ziyad müəllim? Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Prezidentimiz çıxışında bəyan etdi ki, Azərbaycanda sənaye siyasətini dinamik həyata keçirmək üçün artıq şəhərlər müəyyən edilib – Gəncə, Sumqayıt, Mingəçevir, Bakı. Amma bu gün əsas etibarilə Sumqayıtda sənaye texnologiyaları parkı yaradılır. Cənab Prezident Mingəçevirə səfəri zamanı bir neçə zavodda oldu. Yaxınlarda bununla bağlı sərəncam veriləcəkdir. Təbii ki, Fazil müəllimin dediyində həqiqət var. Azərbaycanda yaradılan sənaye müəssisələri regionları nə qədər çox əhatə etsə, xoşagəlməz urbanizasiya prosesləri bir o qədər təkmilləşər.
Bu, məsələyə aid deyil, amma demək istəyirəm ki, güzəştlər verilməsi,  məbləğin artırılması ön plana çəkilir. Mən bir iqtisadçı, millət vəkili kimi bildirmək istəyirəm ki, belə bir kreditin əsas hissəsi regionların payına düşsə, gənclər orada işləsələr, ailə qursalar, yaşasalar, bununla ur-banizasiya proseslərini bir az təkmilləşdirmək olar. Hər halda Fazil müəllimin dediklərində həqiqət var. Gələcəkdə Mingəçevirdə, Gəncədə,  Sumqayıtda yaradılacaq sənaye parkları bu prosesi xeyli dərəcədə  yumşaldacaq.
Eyni zamanda, Ziyafət müəllim, Siz bilirsiniz ki, cənab Prezidentin tapşırığı ilə Qaradağ rayonunda güclü kimya kompleksi yaradılır. Bu regionda güclü kimya kompleksinin yaradılması, ətraf rayonlardan – Hacıqabuldan, Salyandan oraya yeni işçi qüvvəsinin gəlməsini təmin  edəcəkdir. Yaxşı bir addımdır.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.50 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Nəhayət, bugünkü gündəliyimizin ən sosialyönümlü mə-sələsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi ba-rədə Azərbaycan Respublikası qanununun layihəsidir. Bu barədə komitə sədri Hadi Rəcəbli məlumat verəcək.
H.Rəcəbli, Milli Məclisin Sosial Siyasət komitəsinin sədri.
Minnətdaram, Ziyafət müəllim. Sözün əsl mənasında iclasımızın sonuncu məsələsi, həqiqətən də, iclasımızı çox nikbin notlarla  yekunlaşdıracaqdır. Bu, möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin  mərhəmət, xeyirxahlıq baxımından atdığı növbəti addımlardan biridir. Deputat həmkarlarımızın da çox gözəl yadındadır ki, bu mövzu cəmiyyətdə və bizim komitədə üç ildir müzakirə edilirdi. Bunun üçün sözün əsl mənasında siyasi cəsarət və mərhəmət tələb olunurdu. Möhtərəm Prezidentimiz bu addımı atdı və parlamentə belə bir layihə göndərdi. Bu qanun layihəsinə əsasən valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilk dəfə olaraq dövlət büdcəsi hesabına ödəniləcək. Bu, baş konsepsiyanın əleyhinə atılan addım deyil. Yəni əgər tələbə dövlət təhsil müəssisələrinə daxil olubsa, o məbləğ büdcədən ödəniləcək. Burada təsərrüfat hesablı universitetlərə də bir xələl gəlməyəcək.
Bu qanun layihəsinə əsasən ilk dəfə olaraq özəl və bələ-diyyə  ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqların təhsil haqları da dövlət büdcəsinin hesabına ödəniləcək.
Mən burada bir neçə rəqəmə diqqətinizi cəlb etmək istəyirəm. Hazırda uşaq evlərində bu qəbildən olanlar uşaq evində olmayanlardan azdır. Elə uşaqlar var ki, valideyni yoxdur, amma əmisi, babası, nənəsi onları saxlayır. Beləliklə, təxminən 360-a qədər bu qəbildən olan uşaq sonradan təhsilini dövlət büdcəsi hesabına davam etdirə biləcəkdir. Komitə iclasında, bütövlükdə cəmiyyətdə möhtərəm Prezidentimizə bu qanun layihəsinə görə alqış edirlər. Mən də fürsətdən istifadə edərək hamımızın adından möhtərəm Prezidentimizə minnətdarlığımızı, razılığımızı bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Burada həmkarlarım çıxış üçün yazılıblar. Amma mən qeyd etdim ki, bu, ən sosialyönümlü  qanun layihəsidir və buna görə cənab Prezidentə ancaq “çox sağ olun” deməliyik. Xa-hiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.53 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  2
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatdı.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi