2013-ci il 30 sentyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU № 71

Milli Məclisin iclas salonu.
30 sentyabr 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.13 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məlisinin 2013-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
2. “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolunun (bəyanatlar ilə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “2015-ci ilədək humanitar sahədə Azərbaycan Res-publikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Fe-derasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haq-qında.
5. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Fe-derasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri əra-zisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” Sazişin təsdiq edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
6. “Sosial müavinətlər haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medal-larının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikasının “İstiqlal” ordeninin sta-tutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azər-baycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Res-publikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə  Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
13. “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Azərbaycan Respublikasının “İgidliyə görə” meda-lının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərq-lənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 327-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respubli-kasının 2002-ci il 17 may tarixli 328-IIQ nömrəli Qa-nununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
20. “Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 329-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. “Azərbaycan Respublikasının “Daxili işlər orqan-larında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Azərbaycan Respublikasının “Polis veteranı” me-dalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respubli-kasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qa-nununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
32. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
34. Azərbaycan Respublikasının  İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
37. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Ədalət mühakiməsinin rəsmi embleminin təsviri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
38. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
39. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
40. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
41. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliy-yələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Sahib Alıyev, Elman Məmmədov, Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Musa Qasımlı, Qənirə Paşayeva, Xanhüseyn Kazımlı, Sabir Rüstəmxanlı, Ziyafət Əsgərov, Etibar Hüseynov, Aytən Mustafayeva

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məlisinin 2013-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Fəzail Ağamalı, Qənirə Paşayeva, Musa Quliyev, Gövhər Baxşəliyeva, Ziyafət Əsgərov, Əhməd Vəliyev,Valeh Ələsgərov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

2. “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolunun (bəyanatlar ilə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rövşən Rzayev, Aytən Mustafayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

3. “2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əmək-daşlıq Proqramı”nın təsdiq edilməsi haqqında Azərbay-can Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Cavid Qurbanov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

6. “Sosial müavinətlər haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rövşən Rzayev, Bahar Muradova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azər-baycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikasının “Azərbaycan Bay-rağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 de-kabr tarixli 756 nömrəli Qanununda dəyişikliklər edil-məsi barədə Azərbaycan Respublikası qanununun layi-həsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azər-baycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikasının “Vətənə xidmətə gö-rə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi ba-rədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edil-məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

12. “Azərbaycan Respublikasının “Şərəf” və “Dost-luq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə  Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

13. “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

14. “Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edil-məsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

15. “Azərbaycan Respublikasının “Sərhəddə fərqlən-məyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

16. “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında” Azər-baycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

17. “Azərbaycan Respublikasının “İgidliyə görə” medalının təsvirinin təsdiq edilməsi haqqında” Azər-baycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

18. “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsviri-nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası-nın 2002-ci il 17 may tarixli 327-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

19. “Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Res-publikasının 2002-ci il 17 may tarixli 328-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

20. “Azərbaycan Respublikasının “Azərbaycan Res-publikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasna-məsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azər-baycan Respublikasının 2002-ci il 17 may tarixli 329-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

21. “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edil-məsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

22. “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsviri-nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

23. “Azərbaycan Respublikasının “Daxili işlər orqan-larında qüsursuz xidmətə görə” medalının Əsasnamə-sinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-IIIQ nöm-rəli Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi


24. “Azərbaycan Respublikasının “Polis veteranı” me-dalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqq-ında” Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

25. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respubli-kasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

26. “Azərbaycan Respublikası milli təhlükəsizlik or-qanlarının 90 illiyi (1919–2009)” Azərbaycan Respubli-kasının yubiley medalının təsis edilməsi haqqında” Azər-baycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

27. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

28. “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

29. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahı-sı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respubli-kası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

30. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahı-sı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: Qəbul edildi

31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

32. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

34. Azərbaycan Respublikasının  İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

35. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

37. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Ədalət mühakiməsinin rəsmi embleminin təsviri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

38. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

39. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

40. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

41. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI
30 sentyabr  2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Milli Məclisin 2013-cü il payız sessiyasını açıq elan edirəm.
 
 (Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Hörmətli deputatlar, payız sessiyasının başlanması mü-nasibətilə sizi ürəkdən təbrik edir, bu sessiyada hamınıza səmərəli iş və uğurlar arzulayıram.
Bildiyiniz kimi, Milli Məclis 2013-cü ilin yaz və növ-bədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Bu dövr ərzində 15 iclas keçirilmiş, 171 qanun və qərar qəbul edilmişdir. Milli Məclis Konstitusiya ilə üzərinə düşən bütün səlahiyyətləri tam həyata keçirmişdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Parlamentin beynəlxalq əlaqələri daha da inkişaf etdirilmişdir. Milli Məclisin nümayəndə heyətləri beynəl-xalq təşkilatların bir çox tədbirlərində iştirak etmişlər. Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 34 ölkəyə 85-dən çox səfər həyata keçirilmiş, 30 xarici dövlətin və 11 beynəlxalq təşkilatın 70-dən çox nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Azərbaycan parlamentinin təşkilatçılığı ilə Bakıda beş beynəlxalq təd-bir keçirilmişdir.
Hörmətli deputatlar, bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planını müzakirə edəcəyik. Bu sessiyada bir sıra zəruri məsələlərə baxılacaq.  Həmişəki kimi, Azərbaycan Respublikasının dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə və qəbul olunacaq.
Milli Məclisin payız sessiyası ölkəmizin həyatında çox vacib bir vaxta təsadüf eləyir. Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsindəyik.  Azərbaycan xalqı müdrik xalqdır. Mən əminəm ki, Azərbaycan xalqı bu seçkilərdə öz gələcəyi və inkişafı ilə bağlı ən doğru qərar qəbul edərək qəti sözünü deyəcək və biz sevimli Prezidentimizi hamımız bir yerdə seçəcəyik. (Alqışlar.) Çox sağ olun.  
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.13 dəq.)
İştirak edir 100
Yetərsay 83
  
Çox sağ olun, yetərsay var.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.14 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi.
Deyirəm, çoxdandır görüşmürdük, yəqin ki, çoxları müzakirələrdə iştirak eləmək istəyirlər. Xahiş edirəm, kim istəyirsə, yazılsın. Sahib Alıyev, buyurun.
S.Alıyev. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən öncə payız sessiyasının gündəliyinə çıxarılan qanunvericilik işləri planı haqqında bir neçə kəlmə demək istəyirəm. Burada çox qanun layihəsi var. Xüsusilə  Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi, İctimai iştirakçılıq haqqında, Sosial sifarişlər haqqında, Reklam haqqında, Ətraf mühitin qiymətləndirilməsi haqqında, Yaşıllıqların mühafizəsi haqqında, Elm siyasəti haqqında, Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında, Hərbi qulluqçuların statusu haqqında qanun layihələri çoxdan həlli gözlənilən məsələlərdir. Cəmiyyətin daha ədalətli yönəldilməsinə yönəlmiş bu qanun layihələri sosial təminatlılığı baxımından da diqqəti cəlb edir.
Mən istəyirəm, bir məsələni diqqətinizə çatdırım. Təhlükəsizlik deyiləndə bizdə təhlükəsizliyin iki kom-ponenti nəzərdə tutulur – hərbi təhlükəsizlik və ərzaq təhlükəsizliyi. Amma biz elə bir qloballaşma dönəmindəyik ki, müxtəlif dağıdıcı modellərin hər bir səviyyədə son dərəcə geniş şəkildə ixracına başlanılır. Ona görə mən təklif edərdim ki, bu sessiyada da olmasa, qarşıdakı ildə, yəni dördüncü ildə biz İnformasiya təhlükəsizliyi haqqında qanun layihəsini qəbul edək. Çünki informasiya təhlükəsizliyi ərzaq və hərbi təhlükəsizliyi də özündə ehtiva edir.
Fürsətdən istifadə edib daha bir məsələ haqqında fikrimi demək istəyirəm. Biz artıq 3 ili arxada qoyduq. Bu illər ər-zində mən onun şahidi oldum ki, əsl konstruktiv tənqid an-caq parlament müstəvisində olan tənqiddir. Parlament müstəvisindən kənarda, xüsusən debatlardakı tənqidə baxanda adamın ürəyi ağrıyır. Bir daha bəlli olur ki, müx-alifətin bir qismi  səviyyəsi çatmayan bir qruplaşma olduğuna görə parlamentə düşə bilməmişdir. Bir daha aydın olur ki, nə üçün Qərb demokratiyası müxalifət–iqtidar rəqabətinin məhz parlament müstəvisində aparılmasına tərəfdardır.
Sədrlik edən. Çox sağ olun. Elman Məmmədov.
E.Məmmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən Sizi və  hər bir deputat yoldaşımı payız sessiyasının başlanması münasibətilə təbrik edir, hamınıza uğurlar arzu-layıram.
Hörmətli cənab Sədr, mən qısa bir sualla müraciət eləmək istəyirəm. Bizim dövlət quruculuğu ilə məşğul olan çox görkəmli hüquqşünaslarımız var. Bu məsələyə istəyirəm onlar aydınlıq gətirsinlər. Azərbaycan Respublikasının Dövlət himni səslənəndə bu himn, deyək ki, Milli Məclis tərəfindən və yaxud başqa tədbir iştirakçıları tərəfindən oxunmalıdır, yoxsa oxunmalı deyil? Bəlkə kim istəsə oxuyar, kim istəməsə oxumaz? Bunu oxumaq ya birdəfəlik qadağan olunsun, ya da deyilsin ki, bu, oxunmalıdır. Mən istəyirəm ki, mənə anlaşılmaz olan  bu məqama aydınlıq gətirilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də öz növbəmdə hər bir həmkarımı payız sessiyasının başlanması münasibətilə təbrik edir, hər birinizə uğurlar arzulayıram. Əminik ki, ötən sessiyalarda olduğu kimi, Milli Məclis bu payız sessiyasında da məhsuldar işləyəcək və öz fəaliyyəti ilə, qəbul etdiyi qanunlarla Azərbaycan vətəndaşının daha yaxşı həyat şəraitinin təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Bir az əvvəl, Oqtay müəllim, Siz qeyd etdiniz ki, bu il hər bir Azərbaycan vətəndaşı üçün çox əhəmiyyətli bir ildir və bizim payız sessiyası da həmin təqvimə təsadüf edir. Cəmi 9 gündən sonra ölkəmizdə əhəmiyyətli bir siyasi proses, Prezident seçkiləri keçiriləcəkdir. Seçicilərlə, demək olar ki, hər gün, hər saat təmas imkanı olan hər bir həmkarım kimi, yəqin Siz də qəbul edərsiniz ki, bizim seçicimiz, Azərbaycan seçicisi bu prosesə hazırdır və hələ 9 oktyabrdan əvvəl öz sözünü demişdir.
Seçicilərlə keçirdiyimiz görüşlərdə namizədimizi dəstəkləyərkən, ölkə Prezidenti ilə bağlı fikirlərimizi bild-irərkən yerlərdən aldığımız cavab bundan ibarət olur ki, cənab Prezidentin heç bir təbliğata və təşviqata ehtiyacı yoxdur. Çünki onun təbliğatçısı da, təşviqatçısı da gördüyü işlərdir. Mən, sadəcə olaraq, özümə borc bildim ki, bizi bu gün burada eşidənlərə və eşitmək istəyənlərə bölgələrdə gördüyüm vəziyyəti, qarşılaşdığım mənzərəni bir-iki cümlə ilə bildirim.
Gündəliklə bağlı demək istədiyim isə bundan ibarətdir ki, gündəlikdə yenə də çox əhəmiyyətli məsələlər var. Lakin mən, Oqtay müəllim, keçən sessiyada da gündəlik müzakirə edilərkən “Reklam haqqında” Qanunun mənim üzvü olduğum Mədəniyyət komitəsində də müzakirə edilməsi üçün şərait yaratmanızı xahiş etmişdim. Çünki “Reklam haqqında” Qanun, eyni zamanda, mədəniyyətin bir parçasını ehtiva edir.
Oqtay müəllim, bu gün davamlı olaraq dil haqqında, küçə lövhəciklərinin dilinin problemli olması, televiziya kanallarında, qəzetlərdə gedən reklamların dilinin bərbad olması haqqında danışırıq. Hətta bir zamanlar dil polisinin yaradılmasını təklif etmişdik. Belə olan halda, çox xahiş edərdim, mümkündürsə, “Reklam haqqında”  Qanun bu payız sessiyasında Mədəniyyət komitəsində müzakirə edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Hörmətli Sədr, hörmətli həmkarlar! Bizə təqdim olunan payız sessiyasının qanunvericilik işləri planı, mən hesab edirəm ki, kifayət qədər zəngindir. Buraya cəmiyyət üçün çox aktual xarakter kəsb eləyən qanun layihələri salınıb. Cəmiyyət onları çoxdan gözləyir. Ona görə mən istərdim ki, bütün bu layihələr, o cümlədən Dö-vlətin elm siyasəti haqqında qanun layihəsi vaxtında müza-kirə edilib qəbul olunsun.
Mən iki məsələyə sizin diqqətinizi yönəltmək istərdim. Bu haqda, əslində, burada bir dəfə danışılıb. Dəfələrlə mət-buatda materiallar gedib. Siz hamınız görürsünüz ki, Azərbaycanda demoqrafik müvazinət, yəni qızlarla oğlan-ların sayı arasında tarazlıq pozulur, get-gedə oğlan uşaqları  qış uşaqlarına nisbətən daha çox doğulur. Bunun səbəbi hamımıza aydındır. Yaz sessiyasında hörmətli Musa müəllim dedi ki, komitədə bu məsələyə baxılır və onların bu istiqamətdə müəyyən təklifləri olacaq.
Mən hesab edirəm ki, bu istiqamətdə, qanunvericilik səviyyəsində iş tezləşdirilməlidir. Çünki zaman gözləmir. Hər itirilən ay, itirilən gün bu sahədə tarazlığın pozulmasını daha da artırır. Mən istərdim ki, bizim cəmiyyətdə bu istiqamətdə geniş maarifləndirmə işləri aparılsın. Bilirsiniz ki, islamdan əvvəl ərəb tayfaları yeni doğulmuş qız uşaqlarını torpağa basdırırdılar. Peyğəmbərimiz bunu vəhşilik adlandırdı və birmənalı şəkildə qadağan elədi. Cəmiyyətə bunlar hamısı geniş izah olunmalıdır. Bizim bəzi ailələrdə hökmən oğlan uşağı istəyirlər. Bizim kişilər unut-mamalıdırlar ki, peyğəmbərimizin varisləri məhz qızının övladları olub. Doğrudur, onun  uşağı çox olub, lakin onlar dünyalarını tez dəyişiblər. Onun nəsli yalnız bir qızının va-sitəsilə davam etdirilib. Bunlar hamısı bizim vətəndaşlara izah olunmalıdır.
İkinci məsələ yenə qadınlara aiddir. Biz tez-tez mətbuatda oxuyuruq, hansısa kənddə ər arvadının başını kəsdi, hansısa kənddə qardaş bacını öldürdü, ata qızını öldürdü. Bu nə vaxtacan davam edəcək? 
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən payız sessiyasının işinə uğurlar arzulayıram. Təqdim edilən gündəliyə tərəfdar çıxıram. Hesab edirəm ki, bu gündəliyin müzakirəsi və payız sessiyası zamanı qəbul edilən qanunlar ölkə həyatında mühüm rol oynayacaq. Mən xüsusən Elm siyasəti haqqında qanunun gündəliyə salınmasına müsbət yanaşıram. Hesab edirəm ki, bu bizim elmimizə rəqabət gətirəcək, dünyaya çıxmasına şərait yara-dacaq.
Hörmətli Oqtay müəllim, mən universitetlərimizin gücləndirilməsini, möhkəmləndirilməsini vacib hesab edirəm. Mən xaricdə təhsil almağın əleyhinə deyiləm. Bəzi qonşu ölkələrin təcrübəsinə istinad edərək belə hesab edirəm ki, gənclərimiz bakalavr təhsilini daha çox ölkəmizdə almalıdırlar, magistratura və doktorantura təhsilini xaricdə ala bilərlər. Bu bizim strateji xəttimiz olmalıdır.
Hörmətli Oqtay müəllim, Prezident seçkisi dövrünə qədəm qoyduğumuz çox həssas bir məqamda mən iki məsələni qeyd eləmək istəyirəm. Bu gün Bakı küçələrində yanacaq daşıyan, təhlükəli maddə daşıyan maşınlar saatlarla tıxaclarda olur. Tıxaclarda olan o maşınların birində partlayış olarsa, şəhər təsərrüfatı və vətəndaşlara hansı ziyanlar dəyə bilər, bunun hansı nəticələri ola bilər. Hesab edirəm, biz bu barədə  düşünməliyik. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, belə təhlükəli maddələr axşamlar, gecə vaxtları, nəqliyyatın az olduğu vaxt daşınmalıdır. Bu məsələni müvafiq orqanların diqqətinə çatdırmaq istəyirəm.
İkinci məsələ. Siz bilirsiniz ki, bizdə yollar, körpülər  min bir əziyyətlə çəkilir. İndi gözəl körpülərimiz var. Amma 20 Yanvar dairəsindəki körpüyə baxın, maşın dayanacağına çevrilib. Təkrar edirəm, min bir əziyyətlə başa gələn körpülər bəzən bizdə ayrı-ayrı vətəndaşlar tərəfindən dağıdılır. Bu körpülərin altında bir partlayış olarsa, nə ola bilər? Buna da mən diqqət yönəltmək istəyirəm. Çünki biz çox həssas bir dövrə qədəm qoymuşuq. Hesab edirəm ki, mənim qaldırdığım məsələlər müəyyən məna daşıyır. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ilk öncə yeni sessiyanın başlanması münasibətilə hər kəsi təbrik edirəm.
Təbii ki, gündəlikdə olan bütün məsələləri dəstəkləməklə yanaşı, bir məsələ barədə təklif və xahişlə çıxış etmək istəyirəm. Həmin məsələ bu yay Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəticələri açıqladıqdan sonra ortaya çıxan bir mənzərə ilə bağlıdır. Söhbət ondan gedir ki, ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında fiziki imkanları məhdud olan şəxslərlə, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı çox böyük işlər görülür, proqramlar həyata keçirilir. Ötən müddətdə hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqları ödənişli təhsildən azad etməyimiz çox gözəl addım oldu. Biz onun müsbət nəticələrini görürük. Bu il nə qədər belə uşaqlarımız öz təhsillərini artıq yaxşı şəkildə davam etdirəcəklər.
Amma bir qrup var ki, onlarla bağlı məsələyə mən bax-mağı xahiş edərdim. Bu, birinci qrup əlillərdir. Söhbət ondan gedir ki, birinci qrup əlillər ali məktəbə, hətta dövlət universitetlərinə belə daxil olduqda ödənişli bölməyə düşərlərsə,  o ödənişi ödəməlidirlər. Bu çox çətindir.
Bir hadisə ilə rastlaşdıq. Anar Nəbiyev adında bir gəncimiz birinci qrup əlildir. İki gözünü itirib, amma ruhdan düşməyib, oxuyub, əziyyət çəkib, Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub. Atası da birinci qrup əlildir. Çox kasıb ailədir, ödənişi ödəyə bilmir. Uşaq çıxılmaz vəziyyətdə qalmışdı. İndi biz müraciət etdik, inşallah ki, bəzi qurumlarımız onlara dəstək olacaq.
Amma bu cür başqa gənclərimiz də var. Birinci qrup əlil olan bu gənclərimiz bütün xəstəliklərinə rəğmən özlərini həyatdan təcrid olunmuş hesab etmir, cəmiyyətə yararlı vətəndaş olmaq, oxumaq, öyrənmək,  çalışmaq istəyirlər. Məncə, yaxşı olardı ki, birinci qrup əlil olan belə gəncləri də biz ödənişli təhsildən azad edək. Onların sayı onsuz da o qədər  çox deyil ki, dövlətə, büdcəmizə hansısa problemlər yaratsın.
Mən universitetin rektoru ilə danışdığım zaman o vurğuladı ki, bizə belə bir ixtiyar verilmir, bizim buna ica-zəmiz yoxdur. İndi görün biz qanunvericilikdə müəyyən düzəliş etməklə birinci qrup əlil olan gənclərimizi ödənişli təhsildən azad etsək, bu nə qədər belə gənclərin ali təhsil almasına stimul olar. Ona görə mən xahiş edirəm ki, iki valideynin himayəsindən məhrum olmuş uşaqlar kimi birinci qrup əlil olan uşaqların da ödənişli təhsildən azad edilməsi məsələsinə baxaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Mən də yeni sessiyanın başlanması münasi-bətilə hamınızı səmimi qəlbdən təbrik edir və sizə uğurlar arzulayıram.
Əlbəttə, bu sessiyada müzakirəsi nəzərdə tutulan qanunlar olduqca vacib qanunlardır və təbii ki, biz bu qanunların, xüsusilə də intellektual potensialımız üçün vacib olan Elm haqqında, Təhsil haqqında qanunların əhatə olunduğu  qanunvericilik işləri planının təsdiq edilməsinin tərəfdarıyıq. Amma elə qanunlar da var ki, onları zəruri saysaq da, hələlik onların hazırlıq səviyyəsi o qədər də yüksək deyil. Biz bunu müzakirələr zamanı aydın görürük.
Ötən müddət ərzində “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun bizim İqtisadi siyasət komitəsində üç dəfə müzakirə edilib və müzakirələr zamanı qüsurlar deyilibdir. Həmin qüsurlar artıq düzəldilmişdir. Mən arzu  və təvəqqe edərdim ki, bu sessiyada “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun plana salınması və plenar müzakirəyə çıxarılması işinə Milli Məclisin rəhbərliyi də dəstəyini əsirgəməsin. Çünki 1998-ci ildə qəbul etdiyimiz bu qanuna sonra heç bir əlavə və dəyişiklik edilməyib. Halbuki analoji qanunu Azərbaycandan sonra qəbul etmiş digər ölkələrdə bu qanunlara 12, 15, 20 dəfə əlavə və dəyişikliklər edilib və hələ də edilməkdədir. Ona görə də bu qanunu yeni variantda yenidən qəbul etmək zərurəti yaranır.
Mən hesab edirəm ki, həm Milli Məclisin Aparatı, həm də rəhbərliyi Qiymətləndirmə fəaliyyəti haqqında qanun layihəsinin hazırlığını nəzərə alaraq onun müzakirəsinə xeyir-dua verəcəklər. Bu da nəzərə alınmalıdır ki, biz müharibə şəraitində yaşayan bir ölkəyik. Başqa dövlətlərdə olduğumuz zaman o sualla rastlaşırıq ki, bu qanunun qəbul olunması barədə parlamentin son fikri necə olmuşdur.
Sədrlik edən. Sağ olun.  Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Mən də hamını salamlayıram və payız sessiyasında işimizin millətimiz üçün xeyirli, uğurlu olmasını arzulayıram. Təqdim olunan iş planı və qanun layihələri də göstərir ki, Məclis işini bu istiqamətdə qurmağa çalışır və güman edirəm ki, burada olmayan bir sıra qanunlar da iş prosesində gələcək və müzakirə olunacaq.
Amma mən də vaxtımdan istifadə edib bir-iki xırda qeydimi bildirmək istəyirəm. Əlbəttə, birinci iş günüdür və burada hamı xoş əhval-ruhiyyə ilə danışır. Mən də o cür danışmaq istəyirəm. Amma məsələn, Elman müəllimin dediyi himn məsələsi neçə dəfə burada deyilib. Bu ciddi bir məsələdir. Milli dövlətin atributlarına münasibət, ümumiy-yətlə, ciddi məsələdir. Məsələn, biz neçə ildir burada soyadların milliləşdirilməsi, soyadlarda “ov” sonluğunun dəyişdirilməsi barədə danışırıq. Amma indi də doğulan uşaqların soyadına yenə “ov” sonluğunu yapışdırırlar. Mən bilmirəm, Azərbaycanın içində milli kimliyimizin daha möhkəm sənədləşdirilməsinə mane olan hansı qüvvədir. Ona görə də mən çox istəyərdim ki, payız sessiyasında, – neçə dəfə söz verilib, – bu məsələnin bir qanuni həlli tapılsın. Yoxsa bu məsələ həll olunmur.
Himn məsələsinə gəlincə, bilirsiniz ki, dünyanın hər yer-ində himni oxuyurlar. Əgər biz bu himni bəyənmiriksə, onda məsələ qoyaq ki, bu himn yaramır, təzə bir himn qəbul edək və onu hamımız oxuyaq. 19–20 il bundan əvvəl yazılmış fonoqramdır, orada oxuyanların çoxu qadındır, qadın səsi ilə yazılıb. Bu boyda kişilər durur ayaq üstə, guya biz himni oxuyuruq. Qadın səsi ilə oxuyuruq. Belə olmaz. Məlumdur ki, indi Azərbaycanda kişilərin sayı qadınların sayından çoxdur. Onda niyə bu himn kişi səsi ilə oxunmur? Himnin kişi səsi ilə oxunan fonoqramı yoxdursa, biz onu qoyaq kənara, öz səsimizlə oxuyaq. Heç olmasa, dodağımız tərpənsin, görünsün ki, biz himnə hörmət edirik. Ona görə mən Elman müəllimin sözünü qəbul edirəm. Ona bir hüquqi əsas gətirilməlidir.
Nəhayət, son qeydim. Bugünkü gündəlik 41 məsələdir, Oqtay müəllim. 4 saata, yəni 240 dəqiqəyə böləndə hər məsələyə 6 dəqiqə düşür. 6 dəqiqəyə bir məsələnin haqqında məlumat verilməsi belə mümkün deyil. Ona görə mən istəyərdim, bunlar bir az bölünsün, həftədə bir dəfə yox, iki dəfə işləyək. Oqtay müəllim, bir günə 41 məsələnin müzakirəsi qeyri-ciddidir axı. Bu 41 məsələ bu gün verilir. Kim bunu müzakirə edəcək? Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, gündəlik sizə əvvəldən paylanıb və Siz diqqət etsəydiniz, görərdiniz ki, bu 41 məsələnin 25 məsələsi qəbul olunmuş sazişlərdir. Kim o sazişlərə əlavələr etmək istəyir, danışır, əlavə etmək istəmir, o sazişlər keçir. Diqqət edin, ondan sonra deyin, 41 məsələdir, ya 15 məsələdir. Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də öz növbəmdə yeni sessiyanın başlanması münasibətilə  hamınızı təbrik edir və işlərinizdə uğurlar arzulayıram.
Hörmətli deputatlar, mən istəyirəm, bir məsələni sizin müzakirənizə çıxarım. Bilavasitə müzakirəyə keçməzdən əvvəl mən bir neçə məsələni sizin yadınıza salmaq istəyirəm. Əgər yadınızdadırsa, biz yaz sessiyasında müvafiq qanunlara vətəndaşların şərəf və ləyaqətinin təhqir olunması ilə əlaqədar çox ciddi dəyişikliklər etdik. Bu dəyişikliklər cəmiyyətin tam əksəriyyəti tərəfindən normal qarşılansa da, bəzi müxalifət qüvvələri səs-küy salmağa başladılar ki, guya bu, insan hüquqlarının məhdud-laşdırılmasıdır və ilaxır. Hərçənd bu, qanunun özünün təbiətindən irəli gələn bir məsələ idi.
Şərəf və ləyaqət təkcə bir mənəvi kateqoriya deyil, həm də hüquqi anlayışdır. O, həm Mülki Məcəllədə, həm də Ci-nayət Məcəlləsində nəzərdə tutulubsa, deməli, bunun müdafiəsini də biz təşkil etməliyik. Bunun kökü Konstitusiyadan qaynaqlanır. Burada qeyri-adi bir şey olmasa da, bunu çox şişirtməyə çalışdılar. Sözümü ona gətirmək istəyirəm ki,  biz indi seçki prosesini yaşayırıq və bu günlər məlum oldu ki, biz, həqiqətən, çox düzgün edərək yaz sessiyasında bu məsələnin qanunvericilikdə möhkəmləndirilməsinə nail olmuşuq.
Görün nələr baş verir. Siz, yəqin, müxalifətin də, iqtidarın da təbliğat kampaniyasını izləyirsiniz. Bu namizədlərin çıxışına baxanda söz tapa bilmirsən. Yəni in-san bu qədərmi geri qalar ki, bu adamlar 1992-ci ilin psixologiyası ilə seçkiyə gedirlər. Bu adamlar İsgəndər Həmidovun psixologiyası ilə seçkiyə gedirlər. Bu həmin İsgəndər Həmidov idi ki,  televiziyada veriliş efirə gedərkən studiyaya soxulub elə efirdəcə öz cəbhədaşlarını təhqir etdi. İndi İsgəndər Həmidov meydanda mitinqə gəlib tribunada özünə əzabkeş mitinqçi obrazı yaradıb. Bu 20 ildə, doğrudanmı, sizdə bir inkişaf getmədi?!
Görün vəziyyət hara çatıb ki, ölkə Prezidenti sağına, soluna, – üzr istəyirəm, – təhqir olunur. Niyə təhqir olun-malıdır ölkə Prezidenti? Ölkə Prezidentinin üç ali statusu var. O, dövlət başçısıdır, Silahlı Qüvvələrin Ali baş koman-danıdır, icra hakimiyyətinin başçısıdır, ölkəni daxildə və xaricdə təmsil edir, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir. Görün bu insanın nə qədər məsuliyyəti var üzərində. Və belə bir məsuliyyəti daşıyan insanın şərəf və ləyaqəti təhqir olunur, onun ünvanına heç bir əsası olmayan, mənasız, cəfəng təhqirlər yağdırılır. Amma biz Prezidenti qoruya bilirikmi? Xeyr, qoruya bilmirik. Hüquqi müstəvidə biz onu qoruya bilmirik.
Hörmətli deputatlar, bizim Konstitusiyanın 106-cı mad-dəsi var. Həmin 106-cı maddəni mən olduğu kimi sizə oxuyuram: “Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur”. Bu qanun bu günə qədər qəbul olunmayıb. Ona görə mən təklif edirəm, bu sessiyada biz bu qanunu qəbul edək. Bilirsiniz, bu çox ciddi məsələdir.
Mən başa düşürəm, vaxtilə ulu öndərimiz, elə indiki Pre-zidentimiz cənab İlham Əliyev də bu məsələyə həmişə çox alicənablıqla yanaşıblar. Hətta cənab Prezident dəfələrlə deyib ki, mənim haqqımda kim nə yazırsa, mən onu məhkəməyə verməyəcəyəm. Amma Prezidentin alicənab-lığından, səmimiliyindən sui-istifadə edib bu qədər təhqir etmək olmaz axı. Axı bizdə bir ayıb anlayışı da var, ayıbdır axı. Bu qədər məsuliyyət altında olan ölkə başçısını bu qədər təhqir etməkmi olar, ona bu qədər böhtan atmaqmı olar? Ona görə mən xahiş edirəm, bu sessiyada bu qanun layihəsini hazırlayaq. Bizim Konstitusiyamız da buna imkan verir. Mən bu məsələdə sizdən dəstək istəyirəm. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də payız sessiyasının başlanması münasibətilə bütün həmkar-larımı təbrik edir, onlara uğurlar diləyirəm.
Bildiyimiz kimi, təxminən 8 gündən sonra Azərbaycan çox məsuliyyətli və həyəcanlı bir gün yaşayacaq, Azərbaycan xalqı özünə Prezident seçəcəkdir. Mən əminəm ki, Azərbaycan xalqı öz müdrikliyini bir daha göstərəcək və doğru seçimini edəcəkdir. Bildiyimiz kimi, həmin seçki marafonuna bizim 5 nəfər həmkarımız da qatılıbdır. Mən fürsətdən istifadə edib onları qeydə alınması və çox uğurlu seçki kampaniyası aparması münasibətilə təbrik etmək istəyirəm, onlara uğurlar arzu edirəm. Çünki onlar həm də bizi təmsil edirlər və çox yaxşı ki, millət vəkili adına layiq şəkildə təmsil edirlər, özlərinin təbliğat, təşviqat kampaniyalarını aparırlar. Mən onları bir daha təbrik edirəm və çox istərdim ki, öz seçki kampaniyalarını tezliklə başa vurub bizim sıralarımıza qayıtsınlar. Həqiqətən də, yerləri görünür. Sağ olun.
Sədrlik edən. Aytən xanım, yazılmısınız, yaxşı etmisiniz. Müzakirələr qurtarıb. Buyurun, xahiş edirəm, qısa.
A.Mustafayeva. Oqtay müəllim, mən Ziyafət müəllimin dediklərinə dəstək vermək istəyirəm. İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun təmsilçisi, rəhbəri kimi mən onu qeyd etmək istəyirəm ki, bu məsələni –  “qara piar” məsələsini vaxtilə biz qaldırmışdıq.
Bilirsiniz, seçki kampaniyasına qatılan rəqiblər də bir-biri ilə mübarizəni sivil qaydada aparmalıdırlar. Hərə öz proqramını millətin qabağında açıqlamalı, hansı məsuliyyəti götürəcəyindən, hansı proqramı yerinə yetirəcəyindən  danışmalıdır. Bir-birinə qara yaxmaqla rəqabət aparmaq olmaz. Bir-birinə qara yaxmaq millətin qarşısında proqramla çıxış etmək demək deyil. Hansının bir dənə proqramı var, hansı çıxış etdi, dedi ki, mən bunu cənab İlham Əliyevdən yaxşı edərəm, hansı dedi ki, mən Azərbaycanın iqtisadiyyatını, xaricdə onun nüfuzunu  daha yüksəklərə qaldıracağam, hansı bu öhdəliyi üzərinə götürdü?
Onun üçün mən bu təklifi dəstəkləyirəm. İnsan hüquq-larının da həddi var, hüdudu var, etik normalar var. Çıxış edəndə bunu heç kim unutmamalıdır. Mən bunun üçün Ziyafət müəllimin qaldırdığı məsələyə dəstək vermək istəyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən hamınızın fikrini yaxşı başa düşürəm. Birincisi, bu seçkilərdə debatlar hər kəsin öz səviyyəsini,  öz simasını xalqa göstərir. Azərbaycan xalqı müdrik xalqdır. O hər şeyi görür,  öz seçimini edəcək.
Jalə xanım çıxış etdi, dedi ki, bizim Prezidentə, İlham Əliyevə heç bir təbliğat lazım deyil, onun təbliğatı 5 il pre-zidentlik dövründə hamının gözü qarşısında həyata keçir-diyi işlərdir. Mən hələ 10 ili yox, axırıncı 5 ili deyirəm.
Ziyafət müəllimin dediyi məsələ. Dedi ki, ayıbdır. İndi nə edəsən ki, ortalıqda danışığını bilməyənlər, təhqirlərə yol verənlər də var. Onların üstünə iki dənə yox, lap üç dənə də yorğan atsan, fərq etməz, onsuz da ayıbları görünəcək. Yəni biz bu halların qabağını ala bilməyəcəyik. Amma qarşıda bu məsələyə də baxarıq.
Yekun olaraq mən bir daha deyirəm ki, bu seçkilərdə hamımız, bütün Azərbaycan xalqı fəal iştirak etməli, bütün dünyaya, eləcə də Avropaya sübut etməliyik ki, Azərbaycan demokratik, şəffaf seçkilər keçirmək iqtidarındadır və belə seçkilər keçirəcək.
İndi keçək gündəliyə. Gündəliyin birinci məsələsi Milli Məclisin 2013-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqındadır. Bu planı müzakirə etmək istəyənlər varsa, xahiş edirəm, yazılsınlar. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Mən də im-kandan istifadə edib sessiyamızın başlanması münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, son dərəcə mə-suliyyətli və şərəfli işimizdə hər birinizə uğurlar arzu-layıram.
Təqdim edilmiş qanunvericilik işləri planı mahiyyət eti-barilə məni bir millət vəkili kimi tamamilə qane edir. Mən bu plana səs verəcəyəm. Lakin bununla bərabər bir sıra məsələlərin payız sessiyasının gündəliyinə salınmasını zəruri hesab edirəm. İlk növbədə Ziyafət müəllimin qaldırdığı məsələyə öz münasibətimi bildirərək onu tam mənada dəstəkləyir, müdafiə edirəm. Konstitusiyanın müddəalarına uyğun olaraq qanunvericilik bazasının möhkəmləndirilməsi bizim bir nömrəli vəzifəmizdir və bu baxımdan, əlbəttə, bu qanunu biz hökmən qəbul etməliyik.
Azərbaycanın atributları olan himnə, gerbə, bayrağa necə hörmət olunursa, Prezidentə də elə hörmət olunmalıdır. Çünki hər bir dövlətin vacib atributlarından biri də Prezidentdir. Burada bir tərəfdən Konstitusiyanın tələbləri belə bir qanunun qəbul edilməsini önə çəkir, digər tərəfdən də yaddan çıxarmaq olmaz ki, ölkə Prezidenti də insandır, onun hüquqları da müdafiə olunmalıdır. Yəni hər iki aspektdən yanaşanda biz belə bir qanun qəbul etməliyik. Heç şübhəsiz ki, bu qanun həm də işləməlidir. 
Təəssüf ki, bu gün cəmiyyətimizdə 1990-cı illərin psix-ologiyası ilə  yaşayan, yenə də zorla, ən müxtəlif qəbuledil-məz üsullarla, söyüşlərlə nüfuz qazanıb hakimiyyətə gəlmək istəyən qüvvələr var. Lakin bu gün Azərbaycan xalqı 1990-cı illərin səviyyəsində deyil. Bu gün Azərbaycan xalqı kifayət qədər yüksək intellektə, siyasi səviyyəyə malikdir və  qarşıdan gələn Prezident seçkilərində, heç şübhəsiz ki, öz iradəsini ortalığa qoyacaqdır.
Növbəti 5 il üçün mənim bir vətəndaş olaraq, – bu, təbliğat kimi başa düşülməsin, – mövqeyim bundan ibarətdir ki, ölkə Prezidenti İlham Əliyev bir daha Azərbaycan xalqı tərəfindən etimada layiq görüləcəkdir.  Bu, məsələnin bir tərəfi.
İkinci. Cənab Sədr, xahiş edərdim, Siz müvafiq komi-tələrə tapşırıq verəsiniz ki, aşağıdakı məsələlərin də gün-dəliyə çıxarılması həyata keçsin. Bəlli olduğu kimi, çox-uşaqlı ailələrin stimullaşdırılması cəmiyyətdə artıq bir sosial sifariş kimi gündəmə gəlir. Bu həm demoqrafik bir si-yasətdir, həm də digər tərəfdən siyasi və sosial xarakter daşıyan ciddi bir məsələdir. Nəzərə alsaq ki, son dövrlər dünyada müəyyən xoşagəlməz tendensiyaların Azərbaycana bu və ya digər şəkildə sirayət etməsi, eyni zamanda, ayrı-ayrı ailələrin sosial vəziyyətinin, məişət və mənzil şəraitinin lazımi səviyyədə olmaması uşaq artımının qarşısını alır, məncə, biz bu məsələni mətbuat səhifələrindən artıq qanunvericilik müstəvisinə keçirməliyik. Xahişim ondan ibarətdir ki, Siz Sosial siyasət komitəsinə müvafiq tapşırıqlar verəsiniz ki, biz payız sessiyasında çoxuşaqlı ailələri stimullaşdırmaq üçün qanun qəbul edək.
Üçüncü. Mənim təklif etdiyim vacib məsələlərdən biri də, nəhayət, Bakı şəhərinin statusunun müəyyənləşdirilməsidir. Bu gün Bakıda Sovet zamanında tikilən köhnə evlər və əslində, heç bir hüquqi əsası olmayan mənzil istismar idarələri, loru dildə desək, JEK-lər tərəfindən idarə olunan bir sistem var.  Mənzillər özəldir, lakin bu mənzillərin üzərində bir JEK baltası var. Heç bir işə müdaxilə etmir, lakin insanlar ona müraciət edəndə hökmən müxtəlif  neqativ hallarla qarşılaşırlar. Sovetin zamanında tikilən həmin binalarda yaşayanlar hər il də mənzil istismar idarələrinə illik haqq ödəməlidirlər. Nə üçün, nədən ötrü? Düşünürəm ki, bu qurumun qalıb-qalmaması məsələsi son dərəcə  vacib bir məsələdir. Bu, məsələnin bir tərəfi.
İkinci, yeni binalar tikilibdir. Bu yeni binaların idarəçiliyi kimdədir? Onlar necə idarə olunur – yenə də başqa bir formada, JEK-in başqa bir variantında. Yenə də insanlardan ən müxtəlif adlarla pul alınır və sair.
Bu yaxınlarda bir nəfər uşaq lift qəzası nəticəsində dün-yasını dəyişdi. Baxın, görün köhnə binaların hansında lift normal işləyir. Heç birində. Vaxtilə ölkə Prezidenti bununla bağlı  10 milyona yaxın pul ayırıb. O pul hara gedib, nəyə xərclənib? Yenə də köhnə binaların heç birində normal lift yoxdur. Mən öz şəxsi həyatımda da bunu hər gün hiss edən bir insanam.
Digər tərəfdən, bu yaxınlarda Bakıda bir möhkəm yağış yağdı. Şəhər nə günə düşdü. Məni dəhşətə gətirən odur ki, Bakı şəhərində  bir gün  kanalizasiya böhranı yarana və şəhər böyük təhlükə ilə üz-üzə dayana bilər. Paytaxtda çoxlu yeni binalar tikilir, kanalizasiya  sistemi isə köhnədir. Bakı şəhərinin gözəl bir istirahət yeri var – Dənizkənarı park. Lütfən gedin, görün o Dənizkənarı parkdan dəniz necə görünür. Şəhərin bütün zibilləri oradadır. Ora yaxınlaşmaq mümkün deyil. Mən bu faktları artırmaq niyyətində deyiləm, vaxt ona imkan vermir. Sadəcə, onu demək istəyirəm ki, nəhayət, biz Bakı şəhərinin statusu haqqında qanun layihəsini işləyib hazırlamalıyıq.
Eyni zamanda, Avropa Şurasında bizim də, təbii ki, dö-vlət olaraq iradəmiz ondan ibarətdir ki, Bakı şəhəri böyük şəhər olduğuna görə digər ölkələrdə olduğu kimi, bizdə də şəhər merləri seçki yolu ilə müəyyənləşdirilməlidir və sairə. Bütün bunları həyata keçirmək üçün Azərbaycan qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından ciddi addımlar atmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.  Amma bəzi məsələləri de-yəndə bir az diqqət edin. Keçən dəfə yağış yağanda bir neçə saat ərzində üç aylıq norma  miqdarında yağıntı qeydə alınmışdı. Dünyanın heç bir yerində heç bir kanalizasiya sistemi bunun öhdəsindən gələ bilməz. Çünki bir neçə saat ərzində üç aylıq normanın düşəcəyi heç yerdə hesablana bilməz və bu işin qarşısını almaq çətindir. Xahiş edirəm, bir az diqqət edin. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən Milli Məclisin 2013-cü il payız sessiyasının qanunvericilik işləri planını dəstəkləməklə yanaşı bəzi məsələlərə baxılmasını da çox xahiş edərdim. Məncə, biz İctimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında qanun layihəsini də qanunvericilik işləri planına salıb müzakirə etsəydik, yaxşı olardı. Çünki dünyanın ink-işaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələri bu barədə qanun qəbul edib və çox müsbət nəticələr əldə etməyə başlayıblar. Ən azı siqaret çəkməyənlərin, özəlliklə də gənclərin, qadınların, uşaqların ictimai məkanlarda siqaret çəkənlərin vurduğu zərərli, ziyanlı təsirlərdən qorunması istiqamətdə çox müsbət nəticələrini görürlər.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, bu gün ən çox yayılmış xəstəliklərin ən böyük törədicilərindən biri tütün və tütün məhsullarıdır. Ən azı siqaretdən istifadə etməyənləri ictimai yerlərdə bu zərərli təsirlərdən qorumaq üçün İctimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırıl-ması haqqında qanun layihəsinin ictimaiyyətin müzakirəsinə çıxarılması, bu istiqamətdə müzakirələrin aparılması yaxşı olar.
İkincisi, bizim qanunumuz var. Bu qanuna görə 18 yaşına qədər uşaqlara siqaretin satılması qadağandır. Amma 5 yaşından 15 yaşına qədər  uşaqlar haradan istəsələr, siqaret ala bilirlər. Bunu satan insanlar da ciddi şəkildə heç bir məsuliyyət daşımırlar. Bəlkə biz yenidən bu qanuna baxaq və bu məsuliyyəti daha da ciddiləşdirək ki, 18 yaşına çatmayan gəncləri, məktəb yaşında olan uşaqları, heç olmasa, müəyyən mənada qorumaq mümkün olsun. Üstəlik belə bir qanun qəbul etmişiksə, qanunvericilikdə bu varsa, bunun həyata keçirilməsi üçün mexanizmləri daha da dərinləşdirə bilərik.
İkinci bir məsələni burada qaldırmaqla bir qrup insanın xahişini  səsləndirmiş olacağam. Bu, cənab Prezidentin xü-susi diqqət göstərdiyi xroniki böyrək xəstələri ilə bağlı məsələdir. Ölkəmizdə bu  xəstələrin sayı daha da artır. Məhz cənab Prezidentin göstərişi ilə ölkəmizin müxtəlif yerlərində dializ mərkəzləri qurulur ki, o insanlar bölgələrdən həftədə üç dəfə  Bakıya gəlib əziyyət çəkməsinlər, yaxın bölgələrə gedərək  dializ müalicəsi alsınlar. Çünki ölkəmizdə gənclər və ümumiyyətlə, əhali arasında bu  xəstələrin sayı artmaqdadır. Bununla bağlı dövlət proqramımız da var. Çox gözəl haldır  ki, dializli xəstələr  bu imkanlardan pulsuz istifadə edirlər.
Mən rəqəmləri əldə etmişəm. Bir dializ xəstəsi ölkəmizə  ildə 16 min manata başa gəlir. Yəni dövlət bir dializ xəstəsi üçün büdcədən 16 min manat ödəyir. Azərbaycanda bir böyrəyin köçürülməsi isə, – mən Mərkəzi Klinik Xəstə-xananın rəqəmlərini almışam, – 12 min manatdır. Yəni bir ildə dializ xəstəsinə ayrılan vəsaitdən daha azdır. Hətta  müəyyən mənada güzəşt də edirlər, 12 min manat insanlara deyilən bir rəqəmdir.
Nə qədər xəstə var ki, illərlə dializdə əziyyət çəkir, dializ artıq gərəkli nəticələri vermir və onlara böyrək köçürülməsi zərurəti yaranır. Yaxınları da donor olmağa, böyrəyin onlardan xəstəyə köçürülməsinə razılıq verirlər. Çox yaxşı olardı ki, biz burada müəyyən dəyişiklik edək. Yəni bu əməliyyat dializdən pulsuz istifadə edənlər üçün pulsuz  həyata keçirilsin. Yəni dövlət hər il o xəstə üçün 16 min manat yox,  12 min manat vəsait xərcləyir və nəticədə həm dövlətin yükü azalır, həm də insan daha sağlam, daha çox həyata qayıtmış olur. Çünki uzun illər dializdə qalmaq insanların səhhəti üçün çox problemlər yaradır, üzücü olur.
Bu proqramda böyrəkəvəzedici terapiyalar yazılır ki, dü-nyada böyrəkəvəzedici terapiya həm dializdir, həm də transplantasiyadır.  Ona görə mən xahiş edirəm ki, kimlər bu əməliyyata razılıq verir, onlar üçün bunun pulsuz şəkildə edilməsi məsələsi gündəmimizdə olsun. Sözügedən  məsələ ilə bağlı lazımi addımlar atılsa, bu önəmli sahədə insanlarımız daha çox dəstək ala bilərlər.
Üçüncü məsələ. Səhv etmirəmsə, bu bir dəfə parlamentdə səslənmişdi və bizim ən ciddi problemlərimizdən biridir. Söhbət hepatit C virusunun sürətlə artmasından gedir. Bu virus çox ciddi və müalicəsi baha başa gələn  xəstəliklərin əsasını qoyur. Ona görə hesab edirəm, hepatit C ilə bağlı müzakirələrə və ya yeni bir istiqamətdə proqramların qəbul olunmasına ehtiyac var. Çünki həm insanlarımızın, həm də səhiyyəmizin bu istiqamətdə nə edəcəyinə daha çox aydınlıq gətirilmiş olardı. 
Bildiyimə görə, Sosial siyasət komitəsi belə bir açıqlama verib ki, qanunvericilikdə çoxuşaqlı analara, – bir zaman belə analara “qəhrəman ana” deyirdilər, –  dövlət dəstəyi ilə bağlı dəyişiklik ediləcək. Mən bu məsələni dəstəkləyirəm, amma orada açıqlanan rəqəmə, – 5 uşaqdan  yuxarı idi, səhv etmirəmsə, – biz  yenidən baxmalıyıq. Çünki Azərbaycanda artıq nadir ailələrdə 5 uşaq olur. Bəlkə 4 uşaq və ondan yuxarı desək, daha çox ailələr dəstək ala bilər və çoxuşaqlı ailələrin sayı artar. Doğrudur, demoqrafik problemlərimiz ciddi, sərt deyil. Amma bu istiqamətdə müəyyən addımların atılması çox önəmlidir. Ona görə mən qanunvericilikdə bu dəyişikliyi dəstəkləməklə yanaşı, hesab edirəm ki, bu məsələ ilə bağlı rəqəmlərə yenidən baxmaq olar. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qənirə xanım çıxışında yenə siqaret haqqında qanundan danışdı. Həqiqətən, bu qanun artıq işlənilir. Bu qanunu qəbul etmək sizə elə də asan gəlməsin. Çox mürəkkəb bir məsələdir və onun üzərində dəqiq iş aparılmalıdır. Yəqin ki, bu qanunu biz yaz sessiya-sına qədər işləyib qurtara biləcəyik. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Parlamentin 2013-cü il payız sessiyasının qanunvericilik işləri planına daxil olunmuş məsələlərin ha-mısını aktual, xalqımız üçün gərəkli, millətimiz üçün faydalı hesab edirəm. Ona görə bu iş planının qəbul edilməsinin lehinə səs verəcəyəm.
Eyni zamanda, əhalinin sağlamlığının qorunması ilə bağlı mənim də bir sıra təkliflərim var. Söyləyəcəyim qanunların, demək olar ki, hamısı bizim komitə tərəfindən işlənilib. Sadəcə, Milli Məclisin dəstəyi, siyasi iradəsi lazımdır ki, bunlar payız sessiyasının iş planına salınsın.
Respublikamızın hər yerində səhiyyənin, tibb müəs-sisələrinin intibah prosesi gedir. Cənab Prezident, demək olar ki, bölgələrə bütün səfərləri zamanı ya yeni tikilmiş, ya da əsaslı təmir olunub müasir texnologiya  ilə  təchiz edilmiş klinikaların açılışlarını edir. Bu yaxınlarda Azərbaycan Tibb Universitetinin ən müasir tələblər səviyyəsində gözəl bir cərrahiyyə korpusunun da açılışının şahidi olduq. Yəni bu gün Azərbaycanda səhiyyənin maddi-texniki bazası ən müasir əməliyyatların aparılmasına, ən müasir tibbi xidmət göstərilməsinə şərait yaradır. Kadr potensialımız da var. Səhiyyədə aparılan islahatların davamı göstərir ki, yaxın günlərdə  əhalinin  tibbi xidmətlərə əlçatanlığı və səhiyyə sahəsində işləyən kadrların əmək haqqı məsələsi də öz həllini tapacaqdır.
Amma qanunvericilik baxımından bir  neçə qanunun qəbul edilməsi çox zəruridir. Bunlardan biri Reproduktiv sağlamlığın qorunması haqqında qanundur ki, biz onu komissiyada bəlkə də 6–7 il bundan əvvəl  hazırlamışıq. Bir dəfə Milli Məclisin müzakirəsinə çıxarıldı  və yenidən işlənilməsi üçün komissiyaya qaytarıldı. Ondan sonra bu layihə, demək olar ki, mükəmməl şəraitdə işlənib hazırlanıbdır. Yəni orada dini komitə ilə bağlı bir məsələ var idi. O məsələ, yəni özəl və qeyri-dövlət klinikalarında bəzi əməliyyatların aparılması ilə bağlı məsələ də həllini tapıb. Demək olar ki, burada problemli məsələ qalmayıb.
Bu qanunun qəbul edilməsinin uzadılması Azərbaycan ictimaiyyətində  ciddi problemlərin həllinə mane olur. İldən-ilə sonsuzluq üzündən  ailələrin dağılmasının, bütövlükdə sosial gərginliyin mənbələrindən biri də bu qanunun olmamasıdır.
Bayaq hörmətli Gövhər xanım da bu məsələyə toxundu. Doğulan qız uşaqlarının sayının ildən-ilə azalması, selektiv abortların  genişlənməsi ciddi məsələdir. O məsələlər də bu qanunda öz həllini tapıb. Onu da deyim ki, artıq bu il 1-ci sinfə gedən uşaqlar arasında oğlanların sayı qızların  sayına nisbətən 9600 nəfər çoxdur. Bu il doğulan uşaqlar arasında isə oğlan uşaqlarının sayı 15 min nəfər artıqdır. Nə qədər ki bu qanun qəbul edilməyib və selektiv abortların qarşısı alınmayıb, bu problem daha da ağırlaşacaq. Ona görə mən çox xahiş edirəm ki, payız sessiyasında biz bu qanunu qəbul edək.
İkinci, burada hörmətli Qənirə xanım tütün istehlakının məhdudlaşdırılması ilə bağlı qanunun qəbul edilməsinin zəruriliyini qeyd etdi. Bu qanun da komissiyada işlənib, artıq hazırdır. Sadəcə, qanunun tətbiqi sahəsində müəyyən problemlər var. Bu da, təbii ki, qanun qəbul olunandan sonra  işlənəcəkdir.  Məsələn, İçərişəhər ərazisində cənab Prezidentin sərəncamı ilə siqaret çəkilməsi qadağan olunub, 50 manat cərimə tətbiq edilib və çox uğurla da işləyir. Bakı bulvarında, başqa yerlərdə, ayrı-ayrı ərazilərdə də siqaret çəkilməsinə qadağa qoyula bilər. Biz “Tütün məhsulları haqqında” Qanunda qadağa qoya bilərik. 18 yaşına çatmamış uşaqlara siqaret satılması ilə bağlı cərimə sanksiyaları çox aşağıdır, onların məbləğini artıra bilərik. Yəni cəmiyyət psixoloji cəhətdən buna hazırlanmalıdır.
Növbəti təklifim Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlıdır. Bu da bir neçə dəfə komitədə müzakirə olunub. Nikaha girən şəxslərin icbari  tibbi müayinəsi  çox vacib bir məsələdir. Dünyanın bir çox ölkələrində belə bir qanun var, uğurla tətbiq olunur və yaxşı nəticələr əldə edilir.
Çox təəssüflər olsun ki, Azərbaycanda talassemiya və hemofiliyanın  endemik zonaları, ocaqları vardır. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən bu sahəyə olduqca böyük diqqət yetirilir. İldə milyon manatlarla  vəsait xərclənir, gözəl bir Talassemiya Mərkəzi tikilib. Amma profilaktika lazımi səviyyədə olmadığına görə bu xəstəliklərdən əziyyət çəkənlərin sayı azalmır. Belə bir qanun qəbul etsək, talassemiya və hemofiliyanın qarşısı bütövlükdə alınar. Onu da deyim ki, Yunanıstanda, Kiprdə vaxtilə bu xəstəlik çox geniş yayılmışdı. 30 il bundan qabaq onlar belə bir qanun qəbul etdilər. 20 il ərzində talassemiya sıfıra endi. Türkiyə də belə bir qanun tətbiq etdi, orada da talassemiya sıfıra düşdü. Biz də bunu gec-tez etməliyik. Çünki vaxt uzandıqca bu xəstələrin sayı artır, bu ailələrin  iztirabları artır və dövlətin də milyonları, demək olar ki, havayı gedir. Burada heç kəs heç kəsi məcbur etmir ki, xəstəsənsə, nikaha girmə. Sadəcə, izahat verilməlidir və bu insanlar bilməlidirlər ki, onların sağlamlıq vəziyyəti necədir, iki xəstə genin daşıyıcısı evlənərsə, hansı nəticələr ola bilər. Onu da deyim ki, bugünkü tibb texnologiyasını tətbiq etməklə hətta hamiləlik dövründə də bəzi xəstəliklərin qarşısını almaq olur.
Burada hepatit C-nin, QİÇS-in geniş yayılmasından danışdılar. Genetik yolla keçən bəzi irsi psixi xəstəliklərin də sayı, təəssüflər olsun ki, artır.  Sosial əhəmiyyətli 4-5 xəstəlik var ki, nikaha girən şəxslərin onların daşıyıcıları olub-olmaması öncədən müəyyənləşdirilməlidir. Bu çox vacib sosial əhəmiyyətli məsələdir. Yəni bu əlavə və dəyişiklik də işlənib və  bu işi həyata keçirəcək Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi ilə razılaşdırılıbdır. Mən çox xahiş edərdim ki, payız sessiyasında biz bunları qəbul edək. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Hörmətli Ziyafət müəllim, mən payız sessiyasının  qanunvericilik işləri planı ilə tam razıyam. Amma mənim təklifim var,  istərdim, onu səsləndirəm. Bilirəm ki, bir sıra ölkələrdə, məsələn, Türkiyədə belə bir qanun layihəsi var. Mən Azərbaycan xalqının tarixində, onun inkişafında müstəsna xidmətləri olan şəxslərin təhqir olunması, onların fəaliyyətlərinin təhrif edilməsinin yolverilməzliyi haqqında qanun layihəsi təklif edirəm.
Məsələn, Türkiyədə Atatürk haqqında belə bir qanun var. Bu o şəxs haqqındadır ki, türk xalqının azadlıq əldə et-məsində, müstəqil Türkiyə Cümhuriyyətinin qurulmasında onun müstəsna rolu olubdur. Onun haqqında ya yaxşı danışılmalıdır, ya da heç danışılmamalıdır. Atatürk haqqında mənfi fikir səsləndirəni mütləq cinayət məsuliyyətinə cəlb edirlər. Bu haqda təcrübədə çox nümunələr var. Türkiyədə bəzi insanlar  bu qanuna müvafiq olaraq məsuliyyətə cəlb ediliblər. Nəyə görə? Məsələn, biz hamımız şahidik ki, bəzi müəlliflər tərəfindən Səfəvi dövlətinin  banisi Şah İsmayıl Xətainin fəaliyyəti, tarixi rolu təhrif olunur.
İş o yerə çatıb ki, iranlı bir müəllif, – səhv etmirəmsə, adı Güntay Gəncalpdır, – Azərbaycanda tarixi bir roman çap edir və orada Şah İsmayılın obrazı vəhşi bir sərkərdə kimi təhrif edilmiş şəkildə verilir. Bu, yolverilməzdir və tarixi faktlara ziddir. Yəni insanlar var ki, başqa ideologiyaların təsiri ilə formalaşıblar. Bilirsiniz, İranda, Türkiyədə Şah İs-mayılın nə qədər təhrif olunmuş obrazı yaradılıb?
İndi də İsgəndər Pala adında bir türk müəllifin “Şah və Sultan” tarixi  romanı yayılıbdır. Yenə də orada Şah İsmayıl və qızılbaşlar çox aşağılanır. İş o yerə çatıb ki, onları insan əti yeyən və sair kimi təqdim edirlər. Onların haqqında çox cəfəngiyatlar yazılıbdır. Düzdür, bu əsər Türkiyədə çap olunduğu üçün biz ona qarşı bir tədbir görə bilmərik, amma heç olmasa, belə əsərlərin burada yayılmasının qarşısını almalıyıq.
Yaxud götürək Xalq Cümhuriyyətinin yaradıcılarını. O insanlar  Azərbaycan xalqının tarixində çox böyük rol oy-nayıblar. Yolverilməzdir ki, kimsə onların fəaliyyətini təzədən təftiş etsin və yalan, ya da doğru bir cəhət tapsın. Onların fəaliyyəti haqqında belə aşağılayıcı, təhrifedici əsərlərin yaradılması bütövlükdə xalqın milli ruhunun formalaşmasına,  gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə çox böyük zərər gətirir. Biz belə məsələlərə son qoymalıyıq. O cümlədən də ulu öndərimiz,  Azərbaycan xalqının tarixində müstəsna rolu olmuş bir lider, həm də fəaliyyətdə olan Prezident, Azərbaycan xalqının tarixində mühüm, fövqəladə rol oynamış bir şəxsiyyət haqqında təhqiredici fikirlər söyləmək olmaz. Bu həm cəmiyyətimiz, həm də böyüməkdə olan nəsil üçün çox zəruridir.
İkinci, bayaq mənim sözüm yarımçıq kəsildi, mən istəyirəm, yenə onu təkrarlayım. Bilirsiniz, tez-tez qəzet-lərdən oxuyuruq, kəndlərdə,  rayonlarda qadınlara qarşı yolverilməz zorakılıq faktları baş verir. Ər arvadına, qardaş bacısına, ata qızına qarşı belə hərəkətlərə yol verir. Bu, orta əsrlər mentalitetinin təzahürüdür. Yəni qeyrət, namus üstündə qadını mütləq  öldürməkmi lazımdır? Biz bununla mübarizə aparmalıyıq.
Çoxdur belə faktlar. İnsanların arasında maarifləndirmə işləri aparılmalıdır ki, bunlar dünəndə, orta əsrlərdə qaldı. XXI əsrdə biz VII əsrin metodları ilə münasibət qura bilmərik. Bax, bu məsələ məni çox narahat edir. Qızları hələ hamiləlik vaxtında abort etmək yolverilməzdir.  Bu da qadınlara qarşı bir növ ayrı-seçkilikdir. Mən çox üzr istəyirəm,  hamınız bilirsiniz, bu o vaxt baş verir ki, rüşeymi 3 aylığına çatdırırlar. O artıq insan kimi formalaşır, cinsiyyəti bilinir. Ondan sonra bunu tələf etmək vəhşiliyin bir növüdür. Biz belə hallara qarşı qəti şəkildə mübarizə aparmalıyıq və ən kəskin tədbirlər görməliyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Gövhər xanım. Siz, Allaha şükür, tanınmış alimsiniz. İndi maarifləndirmədən danışdınız. Yaxşı olar ki, Siz də gözəl bir məqalə yazın, qəzetlərə verin. Bu da təbliğatın bir növüdür, maarifləndirmənin bir formasıdır. Əhməd Vəliyev.
Ə.Vəliyev. Ziyafət müəllim, hörmətli həmkarlar! Mən də fürsətdən istifadə edib payız sessiyasının başlanması münasibətilə hamımızı təbrik edirəm və can sağlığı arzu edirəm. Payız sessiyasının qanunvericilik işləri planına öz münasibətimi bildirmək istərdim. Düşünürəm ki, iş planı tərtib olunanda təhsil sahəsi tamamilə unudulub. Mən xatır-latmaq istəyirəm ki, hamımız ya birbaşa, ya da dolayısı ilə təhsil sahəsi ilə bağlıyıq. Ona görə də hamı gözəl bilir ki, təhsildə bir il ləngimək on illərlə geri düşmək deməkdir. Biz Təhsil qanununu qəbul edəndə dedik ki, bu, çərçivə qanundur. Ancaq bu qanunun qəbulundan sonra artıq neçə ildir, biz ayrı-ayrı pillələri təmin edən təhsil qanunları hazırlamamışıq və gündəliyə çıxarmamışıq. Mən təklif edərdim ki, bağçadan tutmuş doktoranturaya qədər hər bir pillənin fəaliyyətini tənzimləyən təhsil qanunları hazırlansın və payız sessiyasında qəbul olunsun. Bilirsiniz ki, ölkə Prezidentinin sərəncamı ilə enerjili, dünya proseslərindən baş çıxaran gənc bir insan təhsil naziri təyin edilib. Mən hesab edirəm ki, onun da fəaliyyətini müəyyən qədər artırmaq və ona kömək məqsədi ilə bu pillələri əhatə edən təhsil qanunlarının qəbul olunması çox vacibdir. Bundan sonra isə onlara söykənib bütün sahələri əhatə edən əsasnamələrin hazırlanması məsələsinə, mənə elə gəlir, Təhsil Nazirliyi tərəfindən baxılacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əhməd müəllim, təşəkkür edirəm. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Bu müdaxiləmə görə çox üzr istəyirəm. Vətənpərvərlikdir, qadınlara, millətə, bayrağa, tarixi şəxslərə münasibətdir – ailədə tərbiyə verilməyibsə, uşağı qanunla, kitabla, dəftərlə adam etmək çox çətin işdir. Ailədə tərbiyə verilməlidir. Məktəbdə, uşaq bağçasında, institutda demək lazımdır ki, siz bu uşaqları necə tərbiyə edirsinizsə, bir dələduzun kitabında yazılan yalanlara inanır. Buradan başlamaq lazımdır.
Qanunvericiliklə qanunvericiliyin tənzimləyə bildiyi məsələləri tənzimləmək olar. İnsanın qəlbini, vətənpərvərli-yi, mənim fikrimcə, qanunvericiliklə tənzimləmək qeyri-mümkündür. Bu məsələdə əsas ailə, uşaq bağçası, məktəbdir.
İkinci deyəcəyim məsələ büdcə ilə əlaqədardır. Mən hər dəfə büdcə müzakirə olunanda deyirəm ki, büdcə ilə əlaqədar bir təklif verəndə  əlavə mədaxil mənbəyini də göstərək. Yoxsa bizim bu təbliğat kampaniyasında iştirak edən bəzi namizədlər kimi qazanmadıqları pulları sola-sağa xərcləməkdən,  maaşları bir belə qaldırmaqdan danışmaq doğru deyil. İqtidar indiyə kimi bu qədər pul yığıb, bunlar da xərcləyəcək? Biri də demir ki, mədaxil mənbəyi nədir. Xərcləmək asandır, dədəm bu dəqiqə kimə isə pul versin, xərcləsin. Ona görə deputatlar da büdcə xərclərinin artması ilə əlaqədar danışanda bunu nəzərə almalıdırlar. Əlbəttə, deputat istədiyi sözü deyə bilər, təklif verə bilər. Ancaq yaxşı olar ki, bunu deyəndə mədaxil mənbəyini də göstərək. Onda daha dəyərli, daha tutarlı olardı. Bir az emosional çıxış etdiyimə görə çox üzr istəyirəm. Sağ olun.
Sədrlik edən. Valeh müəllim, çox sağ olun, təşəkkür edirəm. Hörmətli deputatlar, əgər başqa çıxış etmək istəyən yoxdursa, bu qanun layihəsinə səs verək. Onsuz da sessiya dövründə yeni qanun layihələri  gələcək və biz onları, təbii ki, müzakirəyə çıxaracağıq. Xahiş edirəm, gündəliyin birinci məsələsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.19 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Ekstradisiya haqqında” Avropa Kon-vensiyasının Üçüncü Əlavə Protokolunun (bəyanatlar ilə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Bu qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev təqdim edəcək. Buyurun, Rövşən müəllim.
R.Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası xarici dövlətlər və beynəlxalq təşkilatlarla hüquqi yardım və ədalət mühakiməsi sahəsində hərtərəfli əməkdaşlıq edir. Azərbaycan üzərinə müxtəlif sahələrdə hüquqi yardım göstərmək, o cümlədən cinayət törətmiş şəxslərin verilməsi və digər məsələləri həll etmək öhdəliyini götürüb. Bu baxımdan ölkəmiz bir sıra beynəlxalq aktlara, o cümlədən universal və regional konvensiyalara qoşulub. Təbii ki, beynəlxalq münasibətlər inkişaf etdikcə beynəlxalq sənədlərə əlavələrin edilməsi ehtiyacı yaranır.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konven-siyasına 2000-ci ildə qoşulub. Hazırda bu konvensiyaya əlavə olunan  Üçüncü Əlavə Protokol müzakirəyə çıxarılır. Üçüncü Əlavə Protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2012-ci il 14 may tarixində imzalanıb.
Bu protokola əsasən dövlətlər öz üzərlərinə sadələş-dirilmiş prosedur qaydalarına uyğun olaraq ekstradisiya etmək öhdəliyini götürüblər. Məsələn, protokolun 9-cu maddəsində göstərilir ki, təhvil verilmə mümkün qədər qısa müddətə və arzu olunandır ki, ekstradisiya haqqında qərar ilə bağlı bildirişin verilmə tarixindən 10 gün müddətində həyata keçirilsin. Təbii ki, bu, ekstradisiyaya məruz qalan vətəndaşın könüllü razılığı əsasında həyata keçirilir.
Digər tərəfdən, nəzərə almalıyıq ki, Üçüncü Əlavə Proto-kol konvensiyanın əsas şərtlərinə toxunmur. Məsələn, Üçüncü Əlavə Protokol Konvensiyanın tələblərindən kənara çıxmayaraq siyasi və hərbi cinayət törədən şəxslərə şamil edilmir. Ümumilikdə, “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolu prosedur baxımından konvensiyanın mexanizmini faydalı edir.
Üçüncü Əlavə Protokola Azərbaycan tərəfindən edilən qeydlər əsaslıdır. Azərbaycan müharibə şəraitində olduğu ölkə ilə heç bir əməkdaşlıq edə bilməz.
Sonda bir məsələni də qeyd etmək istərdim. Üçüncü Əlavə Protokol “Cinayət törətmiş şəxslərin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddə-alarına zidd deyil və biz bu sənədə maneəsiz qoşula bilərik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Rövşən müəllim. Aytən Musta-fayeva, buyurun.
A.Mustafayeva. Təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, doğrudan da, vacib bir sənəddir. Azərbaycan Avropa Şurasına daxil olandan sonra öz qanunvericiliyini Avropa prinsipləri əsasında təkmilləşdirməyi öhdəsinə götürmüşdür. Sözügedən protokolun imzalanması bu öhdəliyin icrası istiqamətində atılmış növbəti bir addım kimi qiymətləndirilə bilər.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının ekstradisiya haqqında qanunvericiliyi ilə protokol arasında ziddiyyətli cəhətlər, demək olar ki, yoxdur. Yalnız aşağıdakı məqamları qeyd etmək olar.
Birincisi, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstra-disiya) haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə görə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı şəkildə təqdim olunan şəxsin verilməsi haqqında sorğuda sorğu edən dövlətin qanunlarının müvafiq maddələrinin tam mətni göstərilməlidir. Protokolda isə sorğu edən tərəfin təqdim etdiyi məlumatlar sırasında bu, nəzərdə tutulmamışdır. Mənə elə gəlir ki, bu çox vacib qeyddir.
İkincisi, məlum olduğu kimi, şəxs xarici dövlətin əra-zisində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi üçün müvəqqəti olaraq verilə bilər. Lakin proto-kolda sadələşdirilmiş prosedurun müvəqqəti verilməyə şamil olunub-olunmaması ilə bağlı konkret göstəriş təsbit edilməmişdir.
Üçüncüsü, “Cinayət törətmiş şəxslərin verilməsi (eks-tradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə görə müəyyən olunmuş vaxtdan ən geci 15 gün müddətində xarici dövlət tərəfindən qəbul edilməyən sorğu edilən şəxs azad olunur. Lakin sadələşdirilmiş prosedur zamanı xarici dövlət tərəfindən qəbul edilməyən sorğu edilən şəxsin taleyinin necə olmasına aydınlıq gətirilməmişdir. Hesab edirəm ki, komitədə bu məsələlərə də baxmaq olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Aytən xanım. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.25 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Üçüncü məsələ “2015-ci ilədək humanitar sahədə Azər-baycan Respublikası və Rusiya Federasiyası arasında Əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında qanun layihəsidir. Qanun layihəsini İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, cənab Prezident tərəfindən Milli Məclisə bir zərfdə 3 qanun layihəsi daxil olmuşdur. Bu qanun layihələri 2013-cü il 13 avqust tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı imzalanmışdır. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar sahədə əməkdaşlıq barədə millət vəkillərinin kifayət qədər məlumatları var.
Təqdim olunan sənəddə proqram xarakterli tədbirlər nəzərdə tutulur və bunlar respublikanın sosial-iqtisadi həyatında iştirak edən icra strukturları ilə bağlıdır. Hesab edirik ki, belə bir sazişin imzalanması və Milli Məclis tərəfindən qanun şəklində qəbul edilməsi, heç şübhəsiz ki, bu  əməkdaşlığın daha da inkişafına xidmət edəcəkdir. Ona görə millət vəkillərindən xahiş edərdim ki, məsələyə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.27 dəq.)
 Lehinə  102
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  103
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsidir. Ziyad müəllim, buyu-run.
Z.Səmədzadə. Bu qanun layihəsi də çox mühüm məsələyə həsr edilmişdir və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qonşu dövlətlərin axtarış-xilasetmə xidmətləri arasında əməkdaşlıqla bağlı standartların və məsləhət gördüyü təcrübənin əsasında meydana gəlmişdir. Hesab edirik ki, belə bir sazişin qanun şəklində qəbul edilməsi ölkələrimiz arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlığın daha da  təkmilləşməsinə xidmət edəcəkdir. Qanunun hər bir maddəsi beynəlxalq standartlara, dünya təcrübəsinə əsaslanır. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də müsbət  münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.28 dəq.)
 Lehinə  101
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Beşinci məsələ “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi” haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin üzvü Cavid Qurbanov, buyurun.
C.Qurbanov, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli millət vəkilləri, mən də sizi sessi-yanın açılışı münasibətilə təbrik edirəm. Ziyafət müəllim, mən bu saziş haqqında məlumat verməzdən əvvəl bir-iki kəlmə demək istəyirəm. Bilirsiniz ki, mən Kəlbəcər ray-onundanam. Bizim ailə 16-ya yaxın şəhid verib. Əmim oğlanları, bibim uşaqları, qardaşım və başqa qohumlarım şəhid olublar. Söhbət nədən gedir? Mən demək istəyirəm ki, bu məsələ çoxdan gündəlikdə var idi. Məni başqa cür başa düşməsinlər. Azərbaycan Respublikasının Rusiya dövləti ilə delimitasiya məsələsini həll etməsi bəlkə də Dağlıq Qarabağ probleminə bərabər məsələ idi. Bu məsələ həll olundu. İndiyə qədər Azərbaycan dövlətinin Rusiya dövləti ilə sərhədləri müəyyənləşməmişdi. Tarixdə ilk dəfə bu məsələ həll olundu. Bundan sonra isə yeni körpünün inşası məsələsi gündəmə gəldi. Bu, tarixi bir məsələdir.  
Samur körpüsü ilə bağlı məlumat verməzdən əvvəl deyim ki, son on ildə Azərbaycan Respublikasında 260-dan çox körpü tikilib. Bu körpülərin uzunluğu son 100 ildə tikilmiş körpülərin  uzunluğuna bərabərdir. Bu elə-belə hal deyil. Heç bir dövlətdə, heç bir ölkədə körpü tikintisi bu formada inkişaf etməyib. Bu da cənab Prezidentin sayəsində olub.
Körpü su qurğusunun üzərindədir. Bu qurğu 1949-cu ildə tikilməyə başlayıb, 1954-cü ildə başa çatıb. Uzunluğu 205, eni 6 metrdir. Üstünün təqribən 65–70 metrə yaxın hissəsi dəmir, qalan hissəsi isə beton konstruksiyalardan ibarət olub. Əvvəllər bu bizim balansımızda idi, biz təmir edirdik. Hər dəfə taxta örtüyü dəyişirdik. Amma bilirsiniz ki, orada çox biabırçı vəziyyətdir.
Delimitasiya məsələsi həll olunmamışdan əvvəl Rusiya dövləti və Dağıstan Respublikası ilə çox danışıqlarımız olub. Dəfələrlə görüşmüşdük, amma bu məsələni həll edə bilmirdik. Hər dəfə körpünün yeri, necə tikilməsi ilə bağlı mahiyyət kəsb etməyən suallar qoyaraq bu məsələnin po-zulmasına çalışırdılar. Bilirsiniz ki, 13 avqustda Vladimir Putin Bakıya gəldi və  biz ona qədər protokolları hazırladıq. Nəhayət, yeni körpünün tikintisi üçün qərar qəbul olundu.
Həmin çayın mənbəyinə yaxın olan tərəfdə, təqribən 50 metr yuxarıda yeni körpü tikiləcək. Bilirsiniz, Rusiyaya gedən vətəndaşlarımız   çox əziyyət çəkirlər. Ümumiyyətlə, orada çox böyük infrastruktur – gömrük məntəqəsinin və sərhəd qoşunlarının infrastrukturu yaranıb. Amma körpünün vəziyyəti çox ağırdır.
Yeni körpünün yan yolları ilə bərabər uzunluğu təqribən 326 metr olacaq. Bu çox uzun bir körpüdür. Tikintinin layihəsi artıq hazırdır. Körpünün özünün uzunluğu təqribən 258 metrdir. Körpü 21 metrlik 11 aşırımdan ibarət olacaq. Ondan əlavə, bilirsiniz ki, o tərəf-bu tərəfli qohum adamlar var, onlar üçün piyada keçidləri də nəzərdə tutulub. İlkin olaraq Rusiya tərəfi təklif eləmişdi ki, iki dənə olsun. Biz təklif elədik ki, bunlar bir az böyük, 5 metrdən ibarət olsun. Bu qədər.
Sədrlik edən. Sağ olun. Cavid müəllim çox geniş məlu-mat verdi, ona görə müzakirəyə ehtiyac yoxdur. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri  (saat 13.35 dəq.)
 Lehinə  102
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  104
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Sosial müavinətlər haqqında” Azərbay-can Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, buyurun.
H.Rəcəbli,  Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Mən də payız sessiyasının başlanması münasibətilə həm-karlarımı təbrik edirəm, uğurlar diləyirəm. Möhtərəm Pre-zidentimizin imzası ilə “Sosial müavinətlər haqqında” Qanuna yeni bir maddə əlavə olunur. Bu da 10-1-ci mad-dədir. Bu maddə müavinətlərin ödənilməsi qaydalarını özündə təsbit edir. Bu qaydaların hər biri insanların sosial müdafiəsinə yönəlmişdir. Burada hər bir müddəa sosial müavinətə ehtiyacı olan adamın öz pulunu vaxtında və layiqincə almasına xidmət edir. 
Ziyafət müəllim, fürsətdən istifadə edib burada iki mə-sələni qeyd etmək istəyirəm. Bu həm deputat həm-karlarımız, həm də mətbuat üçün maraqlıdır. Bu gün səhər biz komitədə yenə də “Sosial müavinətlər haqqında” Qanuna yeni bir əlavənin edilməsi ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyevin göndərdiyi layihəyə baxmışıq. Burada 5-dən çox uşağı olan anaların xüsusi müavinətlərlə təmin olunması öz əksini tapıb. Bu da həmin qrup insanların sosial müdafiəsinin güclənməsinə yönələcək.
İkinci məsələni də istəyirəm nəzərinizə çatdırım. “Sağ-lamlığın qorunması haqqında” Qanunda səhiyyə ilə bağlı nə qədər cərimələr müəyyənləşib və müəyyən orqanlara daxil olur. İndi onun 25 faizi səhiyyə işçilərinə əmək haqqı şəklində qayıdacaq. Bu da səhiyyə işçilərinin əmək haqqının artırılmasına möhtərəm Prezidentimizin xüsusi qayğısıdır. “Sosial müavinətlər haqqında” Qanunda edilən dəyişiklik də bir qrup insanın sosial müdafiəsini gücləndirəcək. Sağ olun.
Sədrlik edən. Təklif var ki, səsə qoyulsun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.38 dəq.)
 Lehinə  98
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Mülki Avia-siyasının 75 illiyi (1938–2013)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Bu barədə komitə sədrinin müavini Rövşən Rzayev məlumat verəcək. Rövşən müəllim, gündəlikdəki 7–28-ci məsələlər orden və medalların təsis edilməsi, yaxud bununla əlaqədar qəbul edilmiş qanunlara əlavə və dəyişikliklərlə bağlıdır. Bəlkə bunları birlikdə məruzə edəsiniz, amma səsverməni ayrı-ayrı aparaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Onda buyurun.
R.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Son illərdə Azərbaycan Respublikasının ictimai-sosial həyatında fəal iştirak edən insanların orden və medallarla təltif olunması, fəxri adlarla mükafatlandırılması yaxşı bir ənənəyə çevrilib. Vətəndaşlar orden və medalları layiqli fəaliyyətə görə dövlət tərəfindən verilən yüksək mükafat kimi qiymətləndirirlər. Digər tərəfdən, bu təltiflər gənclərin dövlətçilik ruhunda tərbiyə edilməsində müsbət rol oynayır. Orden və medala layiq görülən hər bir kəs bu dövlət mükafatını öz üzərində böyük fəxr hissi ilə daşıyır.
Bu gün müzakirəmizə təqdim olunan qanun layihələri çox sayda orden və medalların statusuna və təsvirinə təklif olunan əlavə və dəyişikliklərdən ibarətdir.

Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin  müavini B.Muradova  sədrlik edir

Dəyişikliklərin əksəriyyəti orden və medalların paltara bərkidilmək üçün elementi olan təbəqənin təsviri və ölçüləri ilə bağlıdır. Bununla yanaşı, bir neçə texniki əlavə edilməsi də təklif olunur.
Hörmətli millət vəkilləri, ümumi dəyişikliklərlə yanaşı, Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi yu-biley medalının təsis edilməsi təklif olunur. Bizim milli aviasiyamız şərəfli yol keçib. Bu gün milli aviasiyamız müasirliyi və peşəkarlığı ilə fərqlənir. Azərbaycan Respublikasının Mülki Aviasiyası üçün yüksək ixtisaslaşdırılmış kadrlar hazırlayan akademiya fəaliyyət göstərir. Akademiyanı fərqlənmə ilə bitirən məzunlar böyük fəxr və şərəf hissi ilə bu yubiley medallarını daşıyacaqlar.
Nəzərə almalıyıq ki, 20-dən çox məsələdə orden və medalların təsvirləri ilə bağlı dəyişikliklər mövcuddur. Ziyafət müəllim bayaq qeyd elədi, təklif edərdim ki, qanun layihələrinin hər birini ayrı-ayrılıqda dəstəkləyək. Diqqəti-nizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haq-qında” Qanunda dəyişiklik edilməsi barədə qanun layi-həsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.42 dəq.)
 Lehinə  90
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Qəbul edildi, sağ olun.
Səkkizinci məsələ “Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri  (saat 13.42 dəq.)
 Lehinə  92
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının “Azərbay-can bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edil-məsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.43 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.


Səsvermənin nəticələri  (saat 13.44 dəq.)
 Lehinə  97
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.45 dəq.)
 Lehinə  95
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibətinizi bildirin.


Səsvermənin nəticələri  (saat 13.44 dəq.)
 Lehinə  96
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.46 dəq.)
 Lehinə  94
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının “Hərbi xid-mətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.47 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 nömrəli Qanununda dəyişi-kliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.48 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.49 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının “İgidliyə görə” medalının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.49 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respubli-kasının 2002-ci il 17 may  tarixli 327-IIQ nömrəli Qanu-nunda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.50 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasna-məsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 328-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.51 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi  haqqında”  Azərbaycan   Respublikasının  2002-ci il 17 may tarixli 329-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.52 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək. Hörmətli deputatlar, mən qanunun adını ona görə tam oxuyuram ki, protokola gedir. Əslində, tez qurtarmaq üçün mən bunları qısa şəkildə də deyə bilərdim, amma protokol üçün bu lazımdır.

Səsvermənin nəticələri  (saat 13.53 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublika-sının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.53 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsas-naməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.54 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 98-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi səsə qoyulur. Xahiş edirəm, səs verin.


Səsvermənin nəticələri  (saat 13.55 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)” Azərbaycan Respublikasının yubiley meda-lının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanununda dəyi-şikliklər edilməsi barədə Azərbaycan Respublikası qanunu-nun layihəsi səsverməyə çıxarılır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.56 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan   Respublikası  milli  təhlükəsizlik  orqan-larının 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis   edilməsi   haqqında”  Azərbaycan  Respublikasının  2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsverməyə qoyulur. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.57 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında”   Azərbaycan   Res-publikasının  2009-cu il 8  may tarixli 809-IIIQ nömrəli Qa-nununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə  münasibətinizi bildirin. 

Səsvermənin nəticələri  (saat 13.57 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Miqrasiya orqanlarında qulluqda fərq-lənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli  454-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.59 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Hörmətli deputatlar, orden və medallarla bağlı bir zərfdə daxil olan qanun layihələri səsverməyə qoyuldu. İclasımıza davam edirik.
29-cu məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə   qanun layihəsidir. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə. Buyurun, Arif müəllim.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, Ziyafət müəllim. Etiraz etməsəniz, mən 29 və 30-cu məsələlər barədə məlumat verərdim, çünki mahiy-yətcə eynidirlər. Gördüyünüz kimi, adları da eynidir.
Bildiyiniz kimi, bu ilin yaz sessiyasında Şahbuz və Ma-sallı şəhərlərinin əraziləri həmsərhəd kəndlərin hesabına genişləndirilmişdir. Bunun nəticəsində bəzi yaşayış məntəqələri ləğv edilmiş və reyestrdən çıxarılmışdır. Mü-zakirəyə təqdim olunan qanun layihələrində bu məsələlərin  bələdiyyələrin siyahısında əks etdirilməsi nəzərdə tutulur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Təklif var ki, səsə qoyulsun. Xahiş edirəm, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin. 

Səsvermənin nəticələri  (saat 14.01 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
30-cu məsələ. Xahiş edirəm, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə  qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.01 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  97
 Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Əgər etiraz etmirsinizsə, yorulmamısınızsa, fasiləsiz işləyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Davam edirik. 
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Qanun layihəsi ilə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev məruzə edəcək. Buyurun, Rövşən müəllim.
R.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Burada bir neçə layihə eyni mahiyyət daşıyır. İcazə versəydiniz, mən onları birlikdə  təqdim edərdim.
Sədrlik edən. Bu hansı qanun  layihələridir, Rövşən müəllim?
R.Rzayev. Bunlar Cinayət Məcəlləsinə, Cinayət-Pro-sessual Məcəlləsinə, Mülki-Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və digər qanunvericilik aktlarına  “Dövlət bayrağı” ifadəsinin əlavə edilməsi ilə bağlıdır.
Hörmətli Ziyafət müəllim, hörmətli sədarət, hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılan növbəti əlavə və dəyişikliklərin texniki, hüquqi xarakter daşıdığını nəzərə alaraq hamısını birlikdə səsləndirmək istərdim. Yuxarıda adlarını çəkdiyim normativ hüquqi aktlara “Azərbaycan Respublikasının bayrağı” sözləri əvəzinə “Azərbaycan Respublikasının Dövlət bayrağı” sözlərinin əlavə edilməsi təklif olunur. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun adında “Azərbaycan bayrağı” ifadəsi hüquqi-texniki baxımdan daha dəqiq – “Azərbaycan Respublika-sının Dövlət bayrağı” kimi göstərilib. Ona görə də təklif olunur ki, qanunvericilikdə terminoloji uyğunluq təmin edilsin.
Hörmətli millət vəkilləri, hüquqi-texniki baxımdan qanunvericiliyin təkmilləşdirilməsi üçün təxminən 8 normativ hüquqi aktda dəyişikliklərin aparılması təklif olunur. Qeyd olunan layihələrin prosedur qaydalara uyğun olaraq ayrı-ayrı səsə qoyulmasını təklif edərdim. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rövşən müəllim. Hörmətli deputatlar, 31–38-ci məsələlər eyni, texniki redaktə xarakterli məsələlərdir. Yəni müxtəlif qanun layihələrində “Azərbaycan Respublikasının bayrağı”  sözləri “Azərbaycan Respublikasının Dövlət bayrağı” sözləri ilə əvəzlənir.
Buyurun, 31-ci məsələyə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 14.05 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.05 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.06 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının İnzibati Pro-sessual Məcəlləsində dəyişiklik edilməsi haqqında  qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.06 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.07 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibə-tinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.08 dəq.)
 Lehinə  104
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  104
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Ədalət mühaki-məsinin rəsmi embleminin təsviri”ndə dəyişiklik edilməsi barədə  qanun layihəsi  səsə qoyulur. Xahiş edirəm, müna-sibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.08 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, 38, 39, 40, 41-ci məsələlər eyni ma-hiyyət daşıdığına görə onları da bir yerdə müzakirə edək, amma səsverməni ayrı-ayrı aparaq. Rövşən müəllim, buyu-run.
R.Rzayev. Çox sağ olun, Ziyafət müəllim.  Hörmətli sədarət, hörmətli millət vəkilləri! Gündəlikdəki son 4 məsələ eyni məqsəd daşıyır. 2012-ci il 16 oktyabr tarixində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərdən sonra digər normativ hüquqi aktların bu qanuna uyğunlaşdırılmasına ehtiyac yaranır. Belə ki, reyestr xidməti qarşısında müvafiq orqanların müraciətlərinə cavab vermək məqsədi müəyyən edilmişdir. Digər qanunlarda isə dövlət orqanlarının reyestrə sorğu göndərmək hüququ təmin olunmamışdır.
Bildiyiniz kimi, mülkiyyət münasibətləri ilə bağlı xid-mətləri icra edəndə Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmək ehtiyacı yaranır. Ancaq bu müraciət etmək hüququ xüsusi qanunlarda göstərilmədiyindən normativ boşluq yaranmışdır. Ona görə də təklif olunur ki, notarius, vəkillər, Korrupsiyaya qarşı mübarizə üzrə komissiya və  cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini aşkar edən maliyyə monitorinqi orqanlarına Daşınmaz Əmlakın Dövlət Reyestrinə yazılı sorğu göndərmək hüququ qanunvericiliklə müəyyən edilsin. 
Əslində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda reyestr xidmətlərinin qarşısında dövlət orqanlarının sorğularını cavablandırmaq vəzifəsi qoyulur. Ona görə də müzakirəyə çıxarılan əlavələr yeni deyil, onlar, sadəcə, qanunvericiliyin uyğunlaşdırılmasına xidmət edirlər.
Bir məsələyə də aydınlıq gətirmək istərdim. Qanunve-riciliyə əsasən dövlət orqanlarının sorğularına verilən cavabların konfidensiallığı qorunmalıdır. Məhz bu baxımdan qanunvericilikdə yazılı  sorğuların cavablandırılması tələbi mülkiyyətçinin hüquqlarının təmin edilməsinə heç bir maneçilik yarada bilməz. Qeyd olunan 4 normativ hüquqi akta edilən əlavə və dəyişikliklər eyniməzmunlu olsa da, prosedur qaydalarına uyğun olaraq onları ayrı-ayrı səsə qoymaq olar. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun, Rövşən müəllim. Təklif var, qanun layihələri səsə qoyulsun. Xahiş edirəm, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun  layihəsinə  münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.12 dəq.)
 Lehinə  104
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  104
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  səsverməyə çıxarılır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.13 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı müba-rizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi səsverməyə çıxarılır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.13 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibətinizi bildirin. 

Səsvermənin nəticələri  (saat 14.14 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli həmkarlar, bununla da bugünkü iclasımız yekunlaşdı.  Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi