2013-ci il 29 oktyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  73

Milli  Məclisin  iclas salonu.
29 oktyabr 2013- cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 101
Yetərsay 83

İslasa dəvət olunmuşlar:

A.Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
N.Xəlilov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs-lərin xüsusi sənədləri haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Zahid Oruc, Fərəc Quliyev, Siyavuş Novruzov, İqbal Ağazadə, İlyas İsmayılov, Sahib Alıyev, Aydın Mirzəzadə, Asim Mollazadə, Sədaqət Vəliyeva, Gövhər Baxşəliyeva, Mübariz Qurbanlı, Çingiz Qənizadə, Səməd Seyidov, Zeynəb Xanlarova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Ziyafət Əsgərov, Elmira Axundova, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli, İlyas İsmayılov, Çingiz Qənizadə, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

11. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Nizami Cəfərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

12. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

13. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

14. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, İlyas İsmayılov, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

17. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Elmira Axundova, Kamilə Əliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

18. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

29 oktyabr  2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.01 dəq.)
İştirak edir  101
Yetərsay  83

Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.02 dəq.)
Lehinə  99
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yazılın. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən, birinci növbədə, 9 oktyabr seçkilərindən sonra ayrı-ayrı beynəlxalq reaksiyalara bu tribunadan münasibətimi bildirmək istəyirəm. Öncə onu vurğulayım ki, xalqın iradəsini nə hər hansı beynəlxalq qurumların qərarları, nə də kiminsə siyasi bəyanatları dəyişə bilər. Ən önəm-lisi, seçkidən sonrakı dönəmdə Azərbaycan cəmiyyətində dövlətlə vahid bir birlik var və bu pozulmazdır.
İkincisi, bir çoxlarının “Azərbaycan qarşıdakı dönəmdə özünün xarici siyasət kursunu dəyişirmi” və ya “Avropadan üzünü çevirib başqa dairələrə doğru addımlar atırmı” sualla-rına, elə hesab edirəm ki, bir neçə gün öncə cənab Prezidentin Minskdə MDB dövlət başçılarının toplantısına qatılması cavab verdi. Əslində, bu beynəlxalq reaksiyaların başlıca səbəbi Azərbaycana iqtisadi və siyasi təzyiq yolu ilə nələri isə əldə eləməkdir. Keçmişdə də buna cəhd ediblər və biz ölkə daxilində bunun real nümunələrini görmüşük. Zaman keçdikcə bütün bunlar öz miqyasında bizə görünübdür.
Hanı indi o Steynargillər? Hanı Riçard Kozlariçlər? Hanı zamanında Altan Karamanoğlunun ifa eləmək istədiyi rol? İndi Azərbaycanın sıravi insanına da bəllidir ki, bütün bu beynəlxalq təsir və təzyiqlərin bəlli bir niyyəti olubdur. Mən istəyərdim ki, demokratiyadan sarı çox narahat olan və bu münasibətləri guya Azərbaycanda siyasi hüquqlara və azadlıqlara aid bir məsələ kimi sayanlara başqa bir faktı deyim.
Elə bu günlərdə Birləşmiş Ştatların xüsusi xidmət orqanları, xəfiyyə strukturları vasitəsi ilə dünyada siyasi elitaların izlənməsi bir fakt kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb eləyir. İndi hanı o Human Rayts Voç, Freedom House, yaxud da “Sərhədsiz reportyorlar” və sair? Niyə onlar səslərini çıxarmırlar?
Azərbaycanda bir jurnalistin həyatının bəlli bir elementi ilə bağlı hadisə baş vermişdi. Onun üzərində Azərbaycanı bütün parametrlər üzrə təftiş eləməyə başlamışdılar. İndi niyə səslərini çıxarmırlar? Bəs bu cür izlənmə, doğrudanmı, demokratiyaya uyğundur? Hər kəsin azadlıqlarından bəhs eləyənlər bunları niyə unudurlar? Ermənistandakı seçkilərdən sonra nə qədər xarici qəzet bu haqda yazıbdır? Ona görə düşünürəm ki, Azərbaycan öz maraqlarını qorumaq yolunda ənənəvi xəttini bundan sonrakı dönəmdə də davam etdirə-cək. Nə Avropadan qorxmaq niyyətimiz var, nə də Azərbaycan Rusiyanın eqidası altında formalaşacaq hər hansı bir birliyə üzv olacaq. Azərbaycan öz yolunu seçib. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən Zahid bəyin dediyi fikirləri davam etdirmək istəyirəm. Son vaxtlar mətbuatda Azərbaycanın Avronestdən çıxacağı ilə bağlı bəzi yazılar gedir. Hesab edirəm ki, hər hansı bir qurumun Azərbaycandakı məsələyə münasibəti Azərbaycanın beynəlxalq təsisatlarla münasibətinə, təbii ki, təsir eləməz. Əslində, dövlət başçıları dövlətlərin təmsilçiləridir və onların Azərbaycan Prezidentini təbrik eləmələri o deməkdir ki, seçkiyə münasibət ortadadır. O təsisatların, hər hansı bir qrupun tərkibində olan insanlar bütövlükdə o dövlətin mənafeyini və yaxud da iradəsini təmsil eləmirlər. Hətta hər hansı bir qurumda bir nümayəndə heyəti iştirak edəndə belə, fərqli fikirlər olur. Ona görə də hansısa qurumun daxilində olan bir neçə nəfərin münasibətini beynəlxalq təşkilatların Azərbaycana münasibəti kimi qəbul eləməməliyik.
Azərbaycan ictimaiyyəti də rahat olmalıdır ki, Azərbaycan Qərb dövlətləri, Qərb təsisatları ilə inteqrasiyada maraqlıdır. Azərbaycan çox əminliklə bu tərəfdaşlıqda iştirak edir. Azərbaycan bölgədə demokratiyanın üstün vəziyyətdə gətirilməsində, terrorizmə, narkotiklərə qarşı mübarizədə, nüvə komponentlərinin gizli daşınmasının qarşısının alınmasında, enerji təhlükəsizliyi sahəsində öz töhfəsini verib. Mən hesab edirəm ki, Azərbaycan çoxtərəfli, çoxşaxəli əlaqələrində Qərb təsisatlarını kənarda qoymayacaqdır.
Mən istəyirəm ki, parlament rəhbərliyi də Avronestlə bağlı ortaya çıxan son məsələlərə münasibət bildirsin. Çünki suallar verirlər və bizim buna cavab vermək imkanlarımız məhduddur. Amma mən hesab edirəm ki, Prezidentin də seçkidən sonrakı və əvvəlki çıxışlarında Azərbaycanın Qərb dövlətləri ilə ən üstün səviyyədə əlaqələrində maraqlı olduğunu ifadə eləyən fikirləri var.
Yenə də deyirəm, Azərbaycan tərəfi hansısa təsisatı təmsil edən bir neçə nəfərin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə münasibətini pozmayacaq. Qərbə inteqrasiyanı davam etdirəcək. Bir neçə təşkilatın hər hansı formada qıcıqverici davranışı, təbii ki, Azərbaycanı sevməyən, Azərbaycanı beynəlxalq təsisatlardan kənarda saxlayıb özünə meydan açmaq istəyənlərin işidir. Biz keçən il Avronestdə ermənilərin 32 təklifinin keçməsinə imkan vermədik. Çalışırlar ki, bizim orada olmamağımızdan istifadə eləyib Azərbaycan əleyhinə müəyyən addımlar atsınlar. Mən bir daha deyirəm ki, bir neçə nəfərin fikri beynəlxalq təşkilatların fikri kimi qəbul olunmamalıdır. Azərbaycan doğru yoldadır və Qərb dövlətləri ilə inteqrasiyanı davam etdirəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də gündəliyə səs verəcəyəm və həmkarlarımın fikirlərini davam etdirmək istəyirəm. Xüsusilə də bir məsələyə toxunmaq istəyirəm. İstər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, istərsə də Avropa Parlamentinin son vaxtlar Azərbaycanda keçirilən azad, ədalətli, demokratik, şəffaf seçkilərə qərəzli mövqeyi cəmiyyətdə böyük hiddət doğurur.
Bizim parlamentdə yuxarıda yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı seçkidə iştirak edir, səs verir, hakimiyyətini formalaşdırır. Müstəqillik illərindən başlayaraq ATƏT-in demokratik təsisatlar institutu Azərbaycan əleyhinə qərəzli rəy verməklə məşğuldur. Dəfələrlə bunlarla müxtəlif məsələləri, Seçki Məcəlləsini müzakirə etmişik. Görürük ki, bunlarla nə qədər xoş rəftar etməyə çalışsan da, yenə öz qərəzli məqsədlərindən geri çəkilmirlər.
Mən bir neçə misal çəkmək istəyirəm. Bax, elə həmin təşkilatı Amerikada, Rusiyada keçirilən Prezident seçkilərinə buraxmadılar. Azərbaycanda isə bunlar həmişə seçkilərdə iştirak edərək qərəzli mövqedən çıxış edirlər. Avropa Parlamenti nümayəndə göndərdi, seçkini bəyəndi, çox gözəl bəyanat da verib, getdi. Seçkini müşahidə edən bunlardır, Av-ropa Parlamentində oturan insanlar deyil. Sizin nümayəndələriniz seçki haqqında çox yüksək səviyyədə bəyanat veriblər. Nəyə əsasən Avropa Parlamentində, başqa-başqa yerlərdə bu məsələləri tənqid edirsiniz?
Sonra, Oqtay müəllim, mən bir məsələni burada 10 dəfədir qaldırıram. Sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələni həll etməliyik. Bu günə qədər bunlar “yer yoxdur”, “yer vermirlər” kimi müxtəlif bəhanələr gətirirdilər. Halbuki bu gün şəhərin mərkəzində, hər bir rayonda bu azadlığı həyata keçirmək üçün yer ayrılıb. Lakin hər dəfə şahidi oluruq ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun maddələri pozulur, şəxsiyyətin şərəf və ləyaqəti təhqir olunur. Ayrı-ayrı çağırışlar olur ki, bu da qanunla qəti şəkildə qadağandır. Buradan məlum olur ki, bunların məqsədi öz fikir və rəylərini çatdırmaq deyil, Azərbaycanda qarşıdurma yaratmaq, qanunun aliliyinə hörmətsizlik etməkdir. Ona görə də mən hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. İnsanlar kimliyindən asılı olmayaraq qanunun tələblərinə hörmət etmək şərti ilə azad şəkildə, sərbəst toplaşa bilərlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Mən də bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. Cənab Sədr, xahiş edərdim ki, Siz də səlahiyyətlərinizdən istifadə edib “Yeni Müsavat” qəzetinin metro və başqa yerlərdə yayımlamasının süni yollarla qarşısının alınmasına qarşı öz mövqeyinizi ifadə edəsiniz və azad mətbuatın yayılma imkanlarının məhdudlaşdırılmasına qarşı olasınız. Bu istiqamətdə səmərəli tədbirlər görülməlidir, çünki orada böyük kollektiv işləyir. Bu həm söz azadlığının, həm də bir kollektivin əmək hüquqlarının qorunmasıdır. Çox istərdim ki, səlahiyyətlərinizdən istifadə edib bu məsələyə münasibət bildirəsiniz.
İkinci, son dönəmlərdə özəl tibb müəssisələrində və dövlət xəstəxanalarında iki cavan xanımın – Anar Niftəliyevin və Afət Telman qızının ailə üzvlərinin vəfatı ciddi narazılıq doğurub. Çox təəssüflər olsun ki, bununla bağlı hesabat verən və ciddi araşdırma aparan yoxdur. Çox istərdim, bununla bağlı da ciddi araşdırma aparılsın və ictimaiyyətə məlumat verilsin.
Üçüncü, mən burada səslənən fikirlərlə bağlı mövqeyimi ifadə eləmək istəyirəm. Hesab edirəm, biz həm də Avropa Birliyinə Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqa-mətində verdiyi bəyanata görə minnətdar olmalıyıq. Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində işğalçı qüvvələrə qarşı çağırış edib. Müxtəlif rəylər ola bilər, amma Azərbaycan heç bir ölkədən təcrid olunmamalıdır. Səslənən rəylərdə Azərbaycanın ziyanına olan məsələlər də ola bilər, amma bu, Azərbaycanı Avropaya inteqrasiyadan çəkindirməməlidir. Əksinə, biz israrla Avropa Birliyinin Şərq tərəfdaşlığı ilə yaxın qonşuluq siyasəti çərçivəsindəki əməkdaşlığı davam etdirməliyik. Avronestdəki fəaliyyətimizi davam etdirməliyik. Səslənən iradlar aradan qaldırılmalıdır və bu istiqamətdə ciddi fəaliyyət həyata keçirilməlidir.
Yeri gəlmişkən, bu günlərdə İlqar Məmmədovun və Tofiq Yaqublunun İsmayıllı hadisələri ilə bağlı məhkəməsi keçirilir. Mən bir daha əminliklə demək istəyirəm ki, baş verən hadisələrdə onların nə təşkilatçılığı, nə də planı olub. Məhkəmənin səlahiyyətlərinə müdaxilə etmək istəmirəm, amma hər halda hakimiyyət nümayəndələri bunun üzərində də ciddi düşünməlidir və həmin şəxslərin barəsində ən azı bu mərhələdə həbs qətimkan tədbirini dəyişməlidir. Mən sonda həmkarımız Ziyafət Əsgərovu da “Şöhrət” Ordeni alması münasibəti ilə təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Mən üzrlü səbəbə görə sentyabrın 30-da iclasda iştirak etmədim. Həmin iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub. Planın 1-ci bəndində yenə də deputatların qanunvericilik təşəbbüsü hüququ öz əksini tapmayıb. Bu məsələni mən bir neçə dəfə qaldırmışdım. Sonra hörmətli Siyavuş müəllim də bu məsələni səsləndirdi. Nəhayət, hörmətli Sədr bu məsələyə qarışandan sonra bu öz həllini tapdı. İndi nə oldu ki, yenə çıxarıldı?
Mən xahiş edərdim ki, Konstitusiyanın 96-cı maddəsinin müddəalarına uyğun olaraq deputatların da qanunvericilik təşəbbüsü hüququ burada öz əksini tapsın.
Yeri gəlmişkən, hələ mən 2007-ci ildə İkili vətəndaşlıq haqqında qanun layihəsi təqdim etmişəm. Xahiş edirəm, o layihəni müzakirəyə çıxarın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli Sədr, dəyərli həmkarlar! Mən də gündəliyə səs verəcəyəm, amma az öncə toxunulan məsələlərlə bağlı bir-iki kəlmə fikrimi bildirmək istəyirəm. Birinci, onu demək istəyirəm ki, Amerika Dövlət Departamentinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 9 oktyabr seçkiləri haqqındakı qətnamələri, Amerika xüsusi xidmətinin dünyanın 35 dövlətinin başçısının və eyni zamanda, aparıcı şirkətlərin başında duranların telefonlarını izləməsi nə dərəcədə beynəlxalq terrorizmə, savaşa, savaşın tələblərinə cavab verirsə, nə dərəcədə bu proqram çərçivəsində həyata keçirilirsə, onların qiymətləndirilməsi də o dərəcədə realdır və o dərəcədə həqiqəti əks etdirir.
İkincisi, az öncə çıxış edən həmkarlarımızdan biri Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnaməsinə görə minnətdarlıq edilməsi məsələsini qabartdı. Mən onu demək istəyirəm ki, son zamanlar Avropa Parlamentinin qəbul etdiyi bütün qərarlar Azərbaycanın maraqlarına cavab verib-verməməsindən asılı olmayaraq qərəzlidir və məqsədli xarakter daşıyır. Xatırlayırsınızsa, 2010-cu ilin may ayında Dağlıq Qarabağla bağlı belə bir qətnamə qəbul edilmişdi. Orada da məqsəd, təəssüf ki, ədalətin bərpası, ədalətin təntənəsi üçün deyil, Ermənistanı Şərq tərəfdaşlığı proqramında daha fəal iştirak etməyə sövq etmək üçün idi. Amma bunun da nə ilə nəticələndiyini gördük. Əgər doğrudan da, Avropa Parlamentindəkilər həqiqətin tərəfdarıdırlarsa və Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirlərsə, beynəlxalq hüquq normaları yerinə yetirilsin. Onda soruşmaq olar ki, nə əcəb assosiasiya sazişinə belə bir bəndin salınmasını istəmədilər? Yəni buradan da açıq görünür ki, Qərbdəki bəlli çevrələrin bu məsələlərlə bağlı qəbul etdikləri qərar və qətnamələr, verdikləri qiymətlər bir çox halda qərəzli xarakter daşıyır və müəyyən məqsədə xidmət edir. Ona görə də bu məsələlərə, belə deyək, ciddi yanaşıb bundan böyük bir ajiotaj yaratmaq düz deyil. Mən də bu fikirdəyəm ki, Azərbaycan doğru seçim edib, Avropa ilə inteqrasiya yolundadır. Bu ona görə deyil ki, bəzi beynəlxalq strukturların rəhbərlərinin çıxışlarında Şərq tərəfdaşlığı ilə daha fəal əməkdaşlığa çağırışlar səsləndi. Bu ona görə deyil ki, onlar belə istəyirlər. Bu ona görədir ki, biz belə istəyirik. Bu, Azərbaycanın özünün dövlət maraqlarına cavab verir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. 9 oktyabrda keçirilən Prezident seçkiləri Azərbaycanın müasir tarixində çox önəmli hadisələrdən biri idi. Azərbaycan vətəndaşının demokratiyaya, qanunun aliliyinə hörməti, Azərbaycanın gələcəyinin vətəndaşların mütləq əksəriyyətinin iradəsi ilə həll olunması məsələsi bir daha təsdiqini tapdı. Seçicilərin əksəriyyətinin indiki dövlət başçısı cənab İlham Əliyevə səs verməsi onun apardığı siyasətin cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini sübut edir. Heç də təsadüfi deyil ki, seçkilərin demokratik keçirilməsi və qanun pozuntusunun olmaması seçkilərdə iştirak edən müşahidəçilərin mütləq əksəriyyəti tərəfindən təsdiqləndi. Beynəlxalq təşkilatlar, bir çox ölkələr indiyə qədər öz təbriklərini göndər-məkdə davam edirlər.
Amma çox təəssüf edirik ki, bu seçkilərə qeyri-obyektiv qiymət verən ATƏT-in statusu müəyyən olunmayan hər hansı demokratik təsisatlar bürosunun və eyni zamanda, seç-kilərdə müşahidəçilərlə təmsil olunan ABŞ Dövlət Departamentinin qeyri-obyektiv mövqeyi bizdə çox böyük təəccüb doğurur. Qəribə bir təzad yaranır. Avropa Parlamentinin seçkiləri müşahidə eləyən deputatları seçkilər bitdikdən sonra seçkiyə müsbət rəy verirlər. Amma seçkidə iştirak etməyən, Azərbaycanı ancaq xəritədən tanıyan deputatlar isə seçkilər barəsində qeyri-obyektiv qərar verirlər. Çox maraqlıdır, seçkidən əvvəl müxalifətin namizədlərindən birinə böyük səs faizi yazmağı Azərbaycandan tələb eləyən ABŞ tərəfi Azərbaycan buna getmədikdə seçkilərlə bağlı qeyri-obyektiv qərar verməyə çağırır.
Sual olunur ki, burada məqsəd nədən ibarətdir? Nədən demokratik Azərbaycan onların maraqlarına cavab vermir? Nədən seçkiləri hər dəfə demokratikləşdirən və öz həyatını müasir tələblər səviyyəsində quran Azərbaycan onların maraqlarına cavab vermir? Hesab edirəm ki, belə bir fonda Rusiyanın müəyyən siyasi dairələrinin kifayət qədər şübhəli gö-rünən Şerbakov-Zeynalov oyununu oynaması özü müəyyən maraqlardan xəbər verir. Əgər məqsəd Azərbaycanı ikinci İraqa, ikinci Əfqanıstana, ikinci Suriyaya çevirməkdirsə, bu nə Azərbaycanın maraqlarına, nə də həmin dairələrin maraqlarına cavab verir.
Bugünkü güclü demokratik Azərbaycan xalqımızın istəyidir və Azərbaycan öz milli maraqlarını, özünün seçimini 1990-cı ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəl-məsi ilə birdəfəlik müəyyənləşdirdi. Hesab edirəm ki, bu, Azərbaycan daxilində qəbul edildiyi kimi, Azərbaycandan xaricdə də mütləq şəkildə qəbul edilməlidir. Bu gün müəy-yən xarici dairələrin Azərbaycana qarşı təzyiqlərini bir parlament üzvü kimi pisləyirəm və hesab edirəm ki, Azərbaycan xalqının iradəsini qəbul etmək lazımdır. Azərbaycanın demokratiyaya, hüquqi demokratik dövlət modelinə marağı olduğunu qəbul etmək lazımdır.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Seçki prosesi, seçkidən sonra verilən rəylər. Mən istərdim, hamının diqqətini bu məsələyə cəlb edim. Azərbaycan parlamentinin son illərdə apardığı işin çox müsbət bir nəticəsi nümayiş etdirildi, Azərbaycan parlamentinin üzv olduğu və əməkdaşlıq etdiyi bütün parlament assambleyaları, parlamentlər Azərbaycanda seçkiləri ciddi şəkildə müşahidə etdilər və müsbət rəy formalaşdırdılar. Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamen-tinin nümayəndə heyəti, ATƏT-in Parlament Assambleyası və sair. Bu onu göstərir ki, Azərbaycan parlamenti ötən illərdə bu təşkilatlarla kifayət qədər yüksək əməkdaşlıq həyata keçirə, Azərbaycan öz dəyərləri, planları barəsində məsləkdaşlarını kifayət qədər məlumatlandıra bilib. Mən düşünürəm ki, bu istiqamətdə əldə edilmiş uğurlar parlamentin ciddi fəaliyyətinin nəticəsidir.
Qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, çox təəssüf ki, üzərinə düşən öhdəlikləri kifayət qədər həll edə bilməyib. Çox maraqlıdır, Azərbaycan 20 ildən artıqdır, ATƏT-in üzvüdür, lakin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda təmsil olunmayıb. Nə üçün? Nə üçün Azərbaycan təmsil olunmadığı halda Ermənistandan dörd nəfər nümayəndə bu qurumda işləyir?
Bunlar özlüyündə bir sıra suallar doğurur. Bəli, Azərbaycanın müstəqil siyasəti, güclənməsi bir çox qüvvələri narahat eləyir. Bunlar ilk növbədə erməni qüvvələridir. Bunlar Ermənistanın arxasında duran bir imperiyanın şəbəkəsidir ki, Azərbaycanı, ümumiyyətlə, Birulyov meyvə-tərəvəz bazasına çevirmək istəyirlər. Bütün şəbəkələrindən, imkanlarından istifadə edərək Azərbaycanın strateji inkişaf yolunun qarşısını almaq istəyirlər.
Xatırlatmaq istəyirəm ki, parlamentdə təsdiq olunan və Prezident tərəfindən imzalanan Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycanın inkişaf yolunun məhz Avroatlantik inteqrasiyadan ibarət olması qeyd olunur. Bu da Azərbaycan xalqının istəyidir. Bu o demək deyil ki, Azərbaycan sabah Avropa Birliyinə və yaxud da NATO-ya üzv olacaq. Sadəcə olaraq, Azərbaycan xalqı bu dəyərləri bölüşdüyünə görə Azərbaycan dövləti də bu istiqamətdə öz fəaliyyətini gücləndirir.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın tarixi torpağı, zəngin və füsunkar guşələrindən biri olan Zəngilan rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 20 il ötür. Bunu qeyd etməmək mümkün deyil. Ötən müddət ərzində təcavüz faktına görə Azərbaycanın nəzarətindən kənarda qalmış bu torpaqlarda ermənilər dünyanın bəlli olan iri şirkətləri ilə birgə flora, faunaya böyük zərər vurur, sərvətlərimizi, həmçinin Azərbaycan tarixinin qədim dövrlərinə aid mədəniyyət abidələrini talayır və dağıdırlar. Bütün bunlar isə bu gün, yəni dünyanın sivil qaydalar, beynəlxalq hüquq normaları ilə idarə olunduğu bir zamanda baş verir. Lakin çox təəssüf olsun ki, dünya birliyi buna susur.
Əlbəttə, BMT-nin 4 qətnaməsi var, eyni zamanda, bir neçə gün öncə Avropa Parlamenti Ermənistanın işğalçı hərəkətlərini bir daha təsdiqlədi. Yəni bütün bunlar Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi zəmin yaradır. Amma bununla yanaşı, bir çox hallarda ikili standartlar işləyir. Ona görə də Ermənistanı cəzalandırmaq hələ də mümkün olmayıb. Necə ola bilər ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə iki saat ərzində icra olunur, amma Dağlıq Qarabağla bağlı qəbul olunmuş qətnamələr 20 ildən artıqdır, icra olunmur?
Təbiidir ki, belə bir vəziyyətdə emosiyalara qapılmaq, qeyri-siyasi vasitələrə əl atmaq məqsədəuyğun deyil. Həm geosiyasi, həm də geoiqtisadi vəziyyətimiz tələb edir ki, torpaqlarımızı demokratik, sosial-iqtisadi, siyasi və hüquqi resurslardan istifadə etməklə geri qaytarmalıyıq. Amma bununla belə, mətbuat, QHT sektorları, elm ocaqları Ermənis-tanın işğalçı simasını dünya ictimaiyyətinə nümayiş etdirməlidirlər.
Ermənilər çalışırlar ki, özlərini dünyaya məzlum xalq kimi nümayiş etdirsinlər. Məhz buna görə də elmi araşdırmalar aparılmalı, dissertasiyalar yazılmalıdır. Alimlər mütləq erməniçiliyin nəyə xidmət etdiyini elmi əsaslarla sübuta yetirməlidirlər. Düşünürəm ki, bu cür vasitələrlə Ermənistanın məğlubiyyətini daha da yaxınlaşdıra bilərik. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində artıq demək olar ki, Ermənistan çıxılmaz vəziyyətə düşüb. Lakin ictimaiyyət də, hər bir azərbaycanlı da buna öz əməli ilə töhfə verməli və kömək etməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Bu gün qardaş Türkiyənin böyük bayramıdır. 90 il öncə 1923-cü ilin 29 oktyabrında müstəqil Türkiyə Cümhuriyyətinin yaradılması elan olunmuşdur. Əslində, o zaman XX əsrin ən böyük hadisələrindən biri baş vermişdir. Keçən 90 il ərzində Türkiyə çox böyük inkişaf yolu keçmiş, çox böyük nailiyyətlərə imza atmış və bu gün bütün türkdilli aləmin qürur mənbəyinə çevrilmişdir.
Mən qardaş Türkiyə xalqını təbrik etməklə yanaşı, bir məsələni də qaldırmaq istərdim. Bilirsiniz, Birinci dünya savaşı zamanı çar Rusiyasının qoşunları Şərqi Anadolunu işğal etmişdilər. O zaman çar Rusiyası türk əsgərlərini və mülki şəxsləri əsir edərək Azərbaycana gətirmiş və Nargin adasında əsir kimi saxlamışdır. Bu insanların əksəriyyəti ağır şəraitə, aclığa, xəstəliklərə, erməni nəzarətçilər tərəfindən onlara verilən işgəncələrə dözə bilməyərək dünyalarını dəyişmişlər. On min insandan çox az bir hissəsi vətəninə dönə bilmişdi. Mən hesab edirəm ki, o günahsız insanların xatirəsinə həsr olunmuş hər hansı bir xatirə lövhəsi qaldırılmalıdır. Bilirsiniz ki, həm də sovetlər dönəmində Nargin adasında Stalin, Beriya repressiyalarının on minlərcə qurbanı orada çox ağır şəraitdə saxlanılmışdır. Bu gün adanın adı dəyişdirilib, Böyük Zirə adası adlanır. Həmin adada günahsız qurbanların xatirəsi əbədiləşdirilməlidir. Bunu ədalət bizdən tələb edir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən bir məsələ ilə bağlı fikir bildirmək istəyirəm. 9 oktyabr Prezident seçkiləri tarixdə qaldı və seçkiyə qiyməti də Azərbaycan xalqı verdi. Ədalətli, azad şəkildə keçirilmiş seçkilərlə bağlı kimin, hansı təşkilatın nə deməsi artıq bizim üçün elə bir əhəmiyyət kəsb eləmir. Ona görə də mən hesab edirəm, bundan sonra bu mövzuya qayıtmağa ehtiyac yoxdur.
İkinci, Azərbaycanın xarici siyasət xəttini Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Prezident və onun komandası bu siyasəti həyata keçirir. Bu məsələdə parlamentin də üzərinə çox güclü vəzifələr düşür və biz də, hesab edirəm, bunları uğurla yerinə yetirməkdəyik.
Bir fikrimi bildirmək istəyirəm. Avropa Parlamenti seçkilərlə bağlı deklorativ bir bəyanat qəbul edib, bunun ətrafında ajiotaj yaratmaqdadır. Avropa Parlamenti bəlkə hər ay onlarca bu tipli qətnamələr, qərarlar qəbul edir. Bundan da hər hansı bir formada təşviş keçirməyə ehtiyac yoxdur, çünki Avropa Parlamentinin müşahidə missiyası seçkiləri yüksək qiymətləndirib. Avropa Parlamentində təkrarən bunu başqa yerə yozurlarsa, bu, artıq onun daxili problemidir.
Digər tərəfdən, bizim bir məsələmiz var. Biz Avronestin üzvüyük və Azərbaycan Şərq tərəfdaşlığında yaxından iştirak edir. Biz bütün beynəlxalq təşkilatların tribunalarından səmərəli istifadə eləməliyik, heç birini boş qoymamalıyıq. Avropa Parlamentində hansısa bir qrupun təzyiqi ilə qətnamə qəbul edilirsə, kiminsə bundan sui-istifadə edərək Avronestdəki tərəfdaşlığımıza yenidən baxma çağırışını qəbul edə bilmərik.
Eyni zamanda, mən bir fikrimi də demək istəyirəm. Həmkarlarım inciməsinlər, bəzən deputatlarımızdan eləsi olur ki, xarici siyasətlə bağlı burada elə bir hökmlə bəyanat verir ki, bu, artıq Prezidentin xarici siyasət xətti ilə bağlı funksional vəzifəsinə hansısa bir formada müdaxilədir. Biz hər hansı bir formadasa fikir deyə, tövsiyə verə, münasibət bildirə bilərik. Amma “biz bu təşkilatdan çıxmalıyıq”, “başqa təşkilata girməliyik”, “hansısa təşkilatın üzvü olmalıyıq”, “bu bizim məsələmiz deyil” – bu deyimlərdə çox ehtiyatlı olmalıyıq. Biz burada xarici siyasətlə bağlı danışanda fikrimizi ölçüb-biçməliyik. Ona görə hesab edirəm ki, Avronestlə bağlı bəzi çıxışlar yerində deyil, bu, parlamentin səlahiyyətindədir. Bu səlahiyyəti də, cənab Sədr, hesab edirəm, Sizin birbaşa iştirakınızla həyata keçirəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yenə yazılanlar var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hələ seçkilərdən öncə jurnalistlər sual verəndə beynəlxalq təşkilatlarla işləyən bəzi qurumlar fikir bildirmişdilər ki, Azərbaycanın bugünkü uğurlarını qəbul etməyən müəyyən dairələr, dövlətlər beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana məhz seçkilər dövründə təzyiq etməyə çalışacaqlar. Bu ilin əvvəlində Ermənistanda prezidentliyə namizədlərin biri güllə ilə vurulduğu halda, Azərbaycanda namizədlərin hamısının hətta Azərbaycanın ən ucqar kəndlərində şəkillərinin lövhələrdə asılmasına baxmayaraq, seçkiöncəsi də problemlərin olduğunu qeyd etdilər. Amma bu, ayaq tuta bilmədi.
Mən Avropa Şurasında tez-tez olan, müəyyən tədbirlərdə iştirak edən şəxs kimi həmişə demişəm, yenə də fikrimdə qalıram: bəzi beynəlxalq qurumlar müstəqil ola bilmirlər. Burada Human Rayts, Freedom Hause, Sərhədsiz reportyorlar barədə qeyd olundu. Onların sərhədi var. O sərhəd bu təşkilatları maliyyələşdirən dövlətlərin sərhədinə qədərdir. Nə qədər ki bəzi dövlətlər Azərbaycanın iqtisadi-siyasi uğurlarını həzm eləyə bilməyəcəklər, bu cür beynəlxalq təşkilatların Azərbaycana münasibətində ikili yox, bəlkə də üçlü standartların şahidi olacağıq. Necə ki nümayəndə heyətinin üzvlərindən görənlər bir şey deyir, görməyənlər başqa bir şey.
Bütün bunlar nədən irəli gəlir? Azərbaycanın müstəqil, bloklara qoşulmamaq siyasəti, Azərbaycanın regionda söz sahibinə çevrilməsi, iqtisadi uğurları və sözsüz ki, cənab Prezidentin müstəqil xarici və daxili siyasəti bəzi dövlətləri qane etmir və bunlar da Azərbaycana “insan hüquqlarının qoruyucusu” adı altında fəaliyyət göstərən təşkilatlar vasitəsilə təzyiqlər etməyə çalışırlar. Mən istərdim, beynəlxalq təşkilatlardan soruşum ki, nəyə görə Amerikanın 30-dan çox dövlət rəhbərinin telefonunu izləməsi ilə bağlı bəyanat verməyiblər? Niyə mütəşəkkillik göstərib aksiya keçirmirlər, bu məsələləri qaldırmırlar? Təbii ki, cavab məlumdur.
Mən də Mübariz müəllimin fikirlərinə qoşuluram və elə hesab edirəm ki, bu cür əsassız bəyanatlar, mövqelər zaman-zaman özləri tərəfindən ifşa olunaraq aradan çıxarılacaq. Ona görə də belə hesab edirəm ki, bu cür yanaşma səs vermiş milyonlarca insanın səs hüququna hörmətsizlikdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səməd Seyidov da danışsın və bununla yekunlaşdıraq.
S.Seyidov. Hörmətli Oqtay müəllim, mənə söz verdiyinizə görə minnətdaram. Həmkarlarımın fikirləri ilə razıyam. Doğrudan da, Azərbaycan bu gün həm Avropada, həm də dünyada ən yüksək səviyyədə xarici siyasət yürüdür, nəticələri də göz qabağındadır. Bu gün Azərbaycanın xarici siyasətinin hesabına Avropanın həm enerji təhlükəsizliyi, həm də mədəni-iqtisadi əlaqələri inkişaf etməkdədir. Bu gün Azərbaycan Prezidentinin apardığı xarici siyasət bəlkə də bir neçə il bundan əvvəl bir-biri ilə o qədər də ünsiyyətdə olmayan ölkələri yaxınlaşdırıb, birləşdirib və Avropada münasibətləri daha yüksək mərhələyə yüksəldib.
Ona görə biz bir məsələni heç vaxt yaddan çıxarmamalıyıq. Azərbaycan nə qədər güclənirsə, bir o qədər bizə qarşı qısqanclıq və təzyiq artmaqdadır. Biz bunu da nəzərdən keçirməliyik. Özü də o təzyiqin mənbəyi də bəllidir – erməni lobbisidir. Bunlar heç vaxt sakitləşmirlər. Cəhdlər göstərirlər ki, özlərinin mövqeyini Avropa təşkilatının mövqeyi kimi təqdim etsinlər, müxtəlif mərhələlərdə başqa-başqa əllərlə Azərbaycana təzyiq göstərsinlər.
Bir müddət bundan əvvəl Almaniyanın deputatı Ştrasselin Azərbaycana təzyiqi bəyəm bizim üçün nümunə olmadımı? Avropa özü öz deputatlarının vasitəsilə Ştrasseldən imtina etdi. Mən əminəm ki, hazırda Azərbaycana qarşı yönəlmiş təzyiqlər bir neçə müddətdən sonra Avropanın özü tərəfindən inkar ediləcək və biz bunun şahidiyik. Fransa, Almaniya prezidentlərinin, Avropa Birliyinin Prezidenti cənab Rompeyin təbriki onu göstərir ki, Avropa dəyərlərini özəlləşdirmək istəyən bəzi qüvvələr və şəxslər buna heç vaxt nail olmayacaqlar. Azərbaycan Avropaya Avropa üçün deyil, Avropa dəyərləri üçün gedib. O dəyərlər millətimizin, Prezidentimizin apardığı siyasətin dəyərləridir. Ona görə də bu istiqamətdə aparılan iş Azərbaycan xalqı tərəfindən dəstəklənir. Xalqa qarşı isə heç bir qüvvə, heç bir təşkilat çıxa bilməz.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən Mübariz müəllimin dediyi bir məsələ ilə razılaşıram ki, artıq seçkilər başa çatdı, Azərbaycan xalqı bu seçkilərdə öz mövqeyini bildirdi və bu, xalqımızın qələbəsi oldu. Azərbaycan öz yoluna davam eləyir. Artıq kənar təşkilatların bu barədə yazı-pozularını müzakirə etməyə ehtiyac görmürəm. Mən sizi əmin edirəm ki, bizdən başqa bu yazıları oxuyan yoxdur.
Avropa Parlamentinin nümayəndə heyətinin üzvləri “siz bunlara fikir verməyin” deyirlər. Biz niyə bundan sonra bunlara fikir verməliyik? Yəni bu, məsələnin məğzidir.
Mən də Avropa Parlamenti barədə bir-iki fikrimi söyləmək istəyirəm. Bildiyiniz kimi, Avropa Parlamenti və ATƏT-in Parlament Assambleyası əvvəlcə Azərbaycana nümayəndə heyəti göndərmək istəmirdilər. Ancaq onlarla keçirilən bir neçə görüşdə nəzərlərinə çatdırıldı ki, Ermənistandakı seçkilərdə ATƏT-in Parlament Assambleyasının və Avropa Parlamentinin nümayəndələri iştirak eləyiblər. Bundan sonra onlar məcbur oldular ki, öz nümayəndə heyətlərini göndərsinlər. Avropa Parlamentinin müşahidəçiləri siyasətçilərdir, Azərbaycanı tanıyan adamlardır, öz mövqelərini bildirdilər və müsahibələrində də bunu göstərdilər.
Deputat həmkarlarım Fuad Muradov, Asim Mollazadə, Çingiz Əsədullayev bilirlər, çox təəssüflər olsun ki, seçkilərdən qabaq ayın 29–30-da Avropa Parlamentində bir neçə deputatın çağırışı ilə bir-iki dinləmə keçirdilər. Hələ seçkilər başlamamışdan onlar Azərbaycana qarşı hücumlara start vermişdilər.
Biz bilirdik ki, burada nə isə hazırlanır. Bunun nəticələrini də gördük. Avropa Parlamenti və onun Azərbaycanı sevməyən bəzi qüvvələrin yedəyində gedən rəhbərliyi öz qeyri-obyektivliyini göstərdi, kənar təşkilatın verdiyi rəyləri qəbul etdi, bütün partiyaları təmsil edən müşahidə missiyası üzvlərinin hesabatı olmadan öz niyyətini büruzə verdi. Əsası da bu oldu ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, – bunun Avropa Parlamentinə heç aidiyyəti də yoxdur, – belə bir rəy söyləyib. Öz deputatlarının rəyini isə kənara qoydu. Mən bu məsələni Azərbaycanda keçirilən seçkilərə təzyiq hesab edirəm.
Azərbaycan müstəqil bir ölkədir, Azərbaycan dövləti və onun Prezidenti müstəqil siyasət aparır. Azərbaycan bir çox böyük dövlətin maraqları toqquşan bir yerdir və ona görə onların hamısı Azərbaycanı təsir altında saxlamaq, istənilən fürsətdən istifadə etmək istəyir. Məsələ budur.
O ki qaldı o biri parlament təşkilatlarına, siz gördünüz ki, ATƏT-in Parlament Assambleyası həm Azərbaycanda, həm də ATƏT-in sessiyasında, – 600 nəfər üzvü var, – Azərbaycanda keçirilən seçkilərə münasibətlərini bildirdi. Əgər ATƏT-in Parlament Assambleyasının stenoqramını oxusanız, görərsiniz ki, verilən qiymət nə səviyyədədir.
İndiyə kimi keçirilən 3 seçkidə bir dəfə də olmayıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə ATƏT-in Parlament Assambleyasının fikirləri üst-üstə düşsün. Seçkilərdən sonra həmişə aralarında mübahisələr olub. Seçki tarixində ilk dəfə idi ki, beynəlxalq müşahidəçilər ayrı-ayrılıqda rəy verirdilər. Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ayrı-ayrı rəy verdilər, eyni ilə də ATƏT. Həmin gün həm mətbuat konfransında, həm də sonra ATƏT-in Parlament Assambleyasının sessiya-sında müşahidə missiyasının koordinatoru Mişel Vauzen və ATƏT-in Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Doris Barnet öz fikirlərini bildirdilər. Yəni bu məsələlər artıq aydındır.
Burada Avronest barəsində danışıldı. Mən söyləyim ki, Azərbaycan Avronest Parlament Assambleyasının yaradılmasının həm təşəbbüskarlarından, həm də iştirakçılarından biri olub. Avronest Parlament Assambleyasının yaradılmasının əsas məqsədi nə idi? Əsas məqsəd o idi ki, “Şərq tərəfdaşlığı” Proqramına uyğun olaraq bu quruma üzv olan ölkələrlə Avropa Parlamenti arasında əlaqələri genişləndirəcək, bunların mövqelərini yaxınlaşdıracaq bir təşkilat sessiyalarında, iclaslarında bu ölkələrə aid məsələləri araşdıracaq, Avropa Parlamentinin rəhbərlərinə məruzə edəcək və nəticədə müəyyən bir qərar qəbul ediləcək.
Ancaq bu illər ərzində biz nəyin şahidi olduq? Məlum olduğu kimi, Avronest Parlament Assambleyasının tarixində xaricdə ilk sessiyası Azərbaycanda keçirildi və biz Azərbay-canı Assambleyanın üzvlərinə tanıtdıq. Ancaq bir sual verim. Bu günə kimi Avronest Parlament Assambleyasının hansı çağırışı, hansı sözü Avropa Parlament Assambleyasında eşidilib? Olub belə bir şey? Hamımız bilirik ki, belə bir şey olmayıb. Yəni belə çıxır ki, Avronest Parlament Assambleyası əsas funksiyasını yerinə yetirmir. Bizim səyimiz ondan ibarət olmalıdır ki, bu funksiyanın yerinə yetirilməsinə çalışaq.
Kim Avronestə girir, kim çıxır – bu heç kimin istəyi ilə deyil. Azərbaycan Avronest Parlament Assambleyasına Milli Məclisin qərarı ilə girib və bu məsələ də Azərbaycan par-lamentinin qərarı ilə həll oluna bilər. Mən hesab edirəm ki, biz bütün təşkilatlarda öz fəaliyyətimizi artırmalıyıq, ancaq Avronest Parlament Assambleyasının Avropa Parlamenti ilə əlaqələrinə diqqət yetirməliyik. Bir çox məsələlər hesab edirəm ki, bizi də, sizi də düşündürür. Gələcəkdə bu məsələlərə bir də qayıda bilərik.
O ki qaldı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna, bu bir siyasi alətdir, siyasi texnologiyadır. Nə vaxt istəyirlərsə, hər hansı bir ölkədə keçirilən seçkidəki ən kiçik bir məsələni böyüdürlər və yaxud ən böyük nailiyyəti kiçildirlər. Bu, təsisçilərinin göstərişi ilə fəaliyyət göstərən sifarişli bir təşkilatdır. Deputatlar söylədilər, həqiqətən, ölkələrin çoxunda Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkilərdə iştirak etmir. Gələcəkdə biz də fikirləşməliyik ki, bu təşkilatın dəvət olunması lazımdır, ya yox. Seçkilər bitdi, qurtardı. Azərbaycan xalqının təntənəsi oldu. Azərbaycan dövləti öz Prezidentini seçdi və öz yoluna davam edir. Əgər başqa sual yoxdursa, xahiş edirəm, gündəliyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zeynəb xanım, xahiş edirəm, qısa.
Z.Xanlarova. Az, amma qiymətli olur sözüm. Nəyi demək istəyirəm? Sizin bir sözünüz məni yaman tərpətdi. Düzdür, mən istəməzdim, Sizdən sonra danışım, ancaq məcbur oldum. Gözəl bir söz dediniz. Başqa ölkələrdə nə olursa, bizim parlamentdə onu müzakirə etməyə başlayırlar. Mənim nəyimə lazımdır ki, orada kim-kimə qulaq asır. Mənim xalqım orada qırılır. Qarabağdan danışın. Bizim hər bir Məclisimizdə “Qarabağ” sözü deyilməlidir, çünki bu, xalqın sözüdür.
Siz dediniz, mənə çox ləzzət etdi. Mənim nəyimə lazımdır, kim-kimə qulaq asır? Bu birinci dəfə deyil. Çox olub ki, başqa ölkələrin sözü-söhbəti bizdə müzakirə olunur. Mən istərdim ki, elə Qarabağdan, hər dəfə Qarabağdan danışaq. Burada xeyli qarabağlı var. Danışanlar elə Qarabağdan olmayanlardır, qarabağlılar da danışsınlar. Onların da yetim-yesirləri var, onlar da danışmalıdırlar. Qurtardıq. Bu sözü deyəcəkdim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyursun Valeh müəllim.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikası Prezidentinin 1/515 saylı 2013-cü il 26 sentyabr tarixli məktubu ilə Milli Məclisin müzakirəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilibdir.
Bu dəyişiklik nədən ibarətdir və haradan qaynaqlanıb? Yadınızdadırsa, biz bir müddət öncə Vergi Məcəlləsində bəzi dəyişikliklər etdik. Bu dəyişikliklərdən biri də 53.8-ci maddəyə idi. Vergi Məcəlləsinin 53.8-ci maddəsində yazılmışdı: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə başqa qaydalar nəzərdə tutulmadığı hallarda bu sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin vəzifəli şəxslərinin həmin hərəkətə görə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir”.
Diqqətinizə təqdim olunan İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsindəki dəyişiklik bununla əlaqədardır. Deməli, bu normanı həyata keçirmək üçün 247-ci maddə indi bu cür təqdim edilir: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının təqdimetmə qaydalarının pozulması”. Sonra isə belə davam edir: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə fiziki şəxslər 25 manatdan 30 manata qədər miqdarda, vəzifəli şəxslər 40 manatdan 60 manatadək miqdarda cərimə edilir”. Hesab edirəm ki, burada müzakirə etməli bir şey yoxdur, səs verib, qəbul etməliyik. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə əlaqədar Əli müəllim, Sizin əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, Ziyafət müəllim. Mənim sualım var. Bu, cərimə məbləğinin əvvəlki mətndə olduğu kimi saxlanılması ilə bağlıdır. Valeh müəllim, deməli, 247-ci maddə onsuz da əsaslı surətdə dəyişilir. Ona görə də reallıqdan uzaq cərimə məbləğləri də dəyişə bilərdi.
Mətndən göründüyü kimi, fiziki şəxslər üçün cərimə 25 manatdan 30 manata qədər, vəzifəli şəxslər üçün isə 40 manatdan 60 manata qədər müəyyən olunub. Bildiyiniz kimi, biz müəyyən sahələrdə, məsələn, qeyri-hökumət təşkilatlarına, yerli ticarət obyektlərinə münasibətdə hesabatın vaxtında verilməməsinə görə 2 min manat və hətta daha çox sərt cərimələr nəzərdə tuturuq. Burada söhbət beynəlxalq müqavilələrdən, yəni qanunla təsdiq edilmiş hesabatın pay bölgüsü, əsas ixrac boru kəməri və sair bu kimi qəbildən olan bey-nəlxalq sazişlərdən gedir.
Bildiyiniz kimi, bu müqavilələr böyük maliyyə vəsaitləri nəzərdə tutur. Yəqin, vergi orqanlarına hesabatları da ya beynəlxalq konsorsiumun maliyyə strukturları, ya da iri xarici şirkətlər verir. Bəs belə olan halda nə üçün cərimələr bu qədər cüzi və simvolik xarakter daşıyır? Yəni yerli orta və kiçik biznes strukturlarının cərimələri bundan qat-qat üstündür. Bu nəyə görə belədir? Çox sağ olun.
V.Ələsgərov. Elmira xanım, yadınızdadırsa, burada sadalanan sazişlər 200, 300, 400 səhifəlikdir. O sazişlərdə tərəflərin münasibətləri xırdalığına qədər öz əksini tapıbdır, o cümlədən müvafiq hesabatların təqdim edilməsi, hər hansı bir hərəkətin edilməsi və ya edilməməsinə görə yaranan problemlərin çözülməsi yolları burada əksini tapıb və cəza da nəzərdə tutulub. Bayaq mən nəyə görə 53.8-ci maddəni oxudum? Biz Vergi Məcəlləsində müvafiq dəyişiklik etdik. Buna uyğun olaraq inzibati xətalardakı boşluğu doldurmaq üçün indi bunu verdik. Söhbət ondan getmir ki, kimisə döyə-döyə məcbur edək. Onsuz da bu hesabatlar təqdim olunur və sazişdə çox konkret şəkildə hər şey göstərilibdir. Ona əlavə olan protokollarda da bütün məsələlər öz əksini tapdığına görə, bu, formal olaraq həmin boşluğu doldurmaq, bir də, xəbərdarlıq etmək üçün edilir. Kimisə cəzalandırmaqdan, “başını kəsmək”dən söhbət getmir və buna da ehtiyac yoxdur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Valeh müəllimə bir sual vermək istəyirəm. Əlbəttə ki, Azərbaycan təxminən 19 il ərzində neft müqavilələrinin bütün müddəalarına ən etibarlı bir tərəfdaş kimi əməl edibdir. Hətta xarici şirkətlərin günahı ucbatından Xəzərin çirklənməsi, ya da buna bənzər başqa hadisələr baş veribsə, Azərbaycan heç bir halda neft və qaz resursu ilə Qərb dairələrini ya siyasi, ya da iqtisadi cəhətdən şantaj etməyib. Baxmayaraq ki, buna kifayət qədər əsaslarımız olubdur. Mənim sualım nə ilə bağlıdır?
Hörmətli Valeh müəllim, hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti xarici şirkətlərdən birini haqlı olaraq məhkəməyə verib. Bəlli olub ki, onların əmək haqlarının ödənilməsində və sairdə çox ciddi problemləri var. Biz keçmişdə dəfələrlə ikili yanaşmanın şahidi olmuşuq.
Məsələnin başqa bir tərəfi də meydana çıxıb. Onsuz da xarici ölkələrin səfirlikləri də burada öz ölkələrinin iqtisadi qanunvericilik aktları ilə, ya da maliyyə-uçot sənədləri ilə nəyisə hesablayaraq öz işçilərinə verirlər. Xarici şirkətlərdə onlara verilən maaşlar müxtəlif ödəmələrlə şişib artıb. Ekoloji məsələlər, təhlükəsizlik, guya Azərbaycanın riskli ölkə kimi adlandırılması və sair. Buna görə də süni əlavə parametrlə xarici təmsilçiyə daha artıq maaş vermək sistemi və ondan da müəyyən bəndlərlə vergidən yayınma məsələləri var.
Mən Sizi bu sahədə kifayət qədər peşəkar, çox bilgili bir insan hesab edirəm. Bizdə olan və mediaya sızan məlumatlar bundan ibarətdir. Ona görə də mən Sizdən xahiş edirəm, parlamentdə birdəfəlik daha aydın dillə bu məsələyə izahat verilsin:
1. Azərbaycan, doğrudanmı, bu müqavilələrin imzalanmasında yerli mütəxəssislərimizin başqalarından daha az maaş almasını guya məqbul sayıb, razılaşıb? Halbuki buna əks olan mövqelər də var.
2. Ödəmələr xarici vətəndaşlara şişirdilmiş əmsallarla verilir və bununla da onlar, əslində, vergi ödəmələrindən, digər sosial müavinətlərdən yayınırlar. Minnətdaram sizə.
V.Ələsgərov. Zahid müəllim, bu məsələyə aid olmasa da, deyim ki, mediada da, başqa yerlərdə də bu məsələləri qaldıranda mən hər zaman məsləhət görürəm, əvvəlcə kontrakt-ları oxusunlar. Çox mürəkkəb bilik, savad tələb edən 247, 300 səhifəlik kontraktı oxumağa hər adam nə vaxt tapa bilir, nə də can atır. Ona görə də kimin ağlına nə gəlir, onu yazır, onu da deyir.
Birincisi, Azərbaycan mütəxəssisləri biliyinə, savadına, gücünə, sərf etdikləri vaxtına görə maaşını alır. 5 min də alan var, 6 min də, 10 min də. Başqa ölkələrdən fərqli olaraq, misal üçün, birinci kontraktımıza baxsanız, görərsiniz ki, xaricilərin sayı yox səviyyəsindədir. Ən yüksək vəzifələrdə bir neçə adam qalıb, qalanları azərbaycanlılardır. Xidmət göstərən şirkətlərdə də elədir.
Bir də, Azərbaycanda işləyən hər hansı vətəndaş hər hansı xarici şirkətin işçisinin nazı ilə, nəyi iləsə maaş ala bilməz. Kontraktda hər şey ciddi şəkildə yazılıb. Bu gün “şəffaflıq təşəbbüsü” adında bir məsələ var. Azərbaycan birinci ölkədir ki, ora rəsmən qəbul edilib, mükafatlar verilib. Azərbaycandakı bu münasibətlər nümunə göstərilir. Əfsuslar olsun, jurnalistlərimiz, politoloq adlanan şəxslərimiz bunları bilmir, oxumurlar. Ya da oxuyur, bilir, ancaq yazmır, göstərmirlər. Çox şəffaf, çox təmiz, çox açıq münasibətlər var. Problemlər yaranır. Bilirsiniz harada? Azərbaycan hökuməti ilə kontraktı olan yox, o şirkətlərlə xidmət göstərən şirkətlər arasında problemlər olur. Yüzlərcə şirkət, yüzlərcə insandır. Orada problemlər var. Əlbəttə ki, araşdırmaq, həll etmək lazımdır. Amma kontraktlarla həll olunan məsələlərdə nə Azərbaycana bata bilən var, nə də Azərbaycana bir problem yaradan. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.01 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Ziyafət müəllim. Mən gündəlikdəki iki ardıcıl məsələni – “Əhalinin sağlamlığının qorunması haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyi-şikliklər edilməsi barədə iki qanun layihəsini müzakirənizə təqdim etməliyəm. İcazə versəniz, hər iki məsələ haqqında məlumat verərəm, sonra onları ayrı-ayrı səsə qoyarıq.
Sədrlik edən. Buyurun.
H.Rəcəbli. Birinci məsələ. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun “Əmək haqqı və kompensasiyalar” adlı 56-cı maddəsinə yeni bir abzas əlavə edilir. Bu ciddi bir məsələdir və həkimlərin əmək haqqının artmasına xeyli müsbət təsir göstərəcək.
Burada deyilir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür.
Onu qeyd edim ki, başqa strukturlarda buna oxşar məsələlər var. İndi səhiyyə strukturlarında da bunu həyata keçirmək üçün belə bir layihə bizim müzakirəmizə təqdim olunub. Çox önəmli bir məsələdir.
İkinci məsələ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərlə bağlıdır. Əsas dəyişiklik 5-dən çox uşağı olan qadınlara müavinətin ayrılması barədə yeni maddənin qanuna əlavə edilməsindən ibarətdir. Bu da önəmli bir sənəddir. Bunun da maliyyə tutumu var və bu da, əlbəttə, bu qrup insanların sosial müda-fiəsinə xidmət edir. Hər iki layihə sosial müdafiə istiqamətli layihədir. Xahiş edirəm, deputat həmkarlarım bu layihələrə səs versinlər.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda edilməsi təklif olunan dəyişikliklər bizi bu məsələ ilə bağlı bir qədər daha dərindən düşündürməlidir.
Səhiyyə ilə bağlı qanunlar qəbul edilir. Hər il Səhiyyə Nazirliyinə milyonlarla vəsait ayrılır, yeni tibb müəssisələri tikilir, olanlarında təmir aparılır, müasir avadanlıqlar quraş-dırılır. Amma əhalinin böyük bir qismi yenə də xaricdə – imkansızlar İranda, Rusiyada, imkanlılar Türkiyədə, Almaniyada, İsraildə əməliyyat və müalicə olunurlar.
Zənnimcə, bu məsələnin kökündə Azərbaycanda tibbi sığortanın faktiki olaraq tətbiq edilməməsi durur. Bütün dünyada tibbi sığorta səhiyyənin maliyyələşməsinin uğurlu modeli sayıldığı halda bizdə bu modelin tətbiqinə süni əngəllər törədilir.
Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun hələ 1999-cu ildə qəbul olunub. Ancaq üstündən 14 il keçsə də, qanunun icrası reallaşmır. Halbuki onun tam həcmdə tətbiqi əha-linin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verər, xəstə xəstəxanada və ya xəstəxanadan kənar müalicə alanda pul ödəməz, bəzi ixtisaslaşdırılmış xəstəxanalarda isə tələb olunan məbləğin cüzi bir hissəsi ödənilərdi. Lakin bizdə bu sistem işləmir.
Hələ 2007-ci ildə möhtərəm Prezident İlham Əliyev “Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında” Sərəncam imzalayıb. İndiyə qədər bu agentlik fəaliyyətə başlamayıb. Son 3 ildə dövlət büdcəsindən sığorta islahatları üçün hər il 30–40 milyon manat vəsait ayrılır. Bu vəsait xərclənmədiyindən büdcəyə qaytarılır. Mən bu məsələ ilə maraqlanmışam. Demə, əsas problem sözügedən agentliyin tabeçiliyi ilə bağlıdır. Səhiyyə Nazirliyi agentliyin məhz onun tabeliyinə verilməsini, Nazirlər Kabineti isə birbaşa hökumət tabeliyində olan müstəqil qurum kimi fəaliyyət göstərməsini istəyir. Mənə elə gəlir ki, bu problemi həll etmək üçün əhali və dövlətin maraqlarına daha uyğun olan Nazirlər Kabinetinin mövqeyi müdafiə edilməlidir.
Zənnimcə, problemin kökündə digər məsələ də durur. Agentlik söhbəti cəmi 6 ildir, meydana gəlib. Bəs 1999-cu ildən bu yana icbari sığortanın tətbiqinə nə mane olur? Bu-rada biz yenə də cəmiyyətimizin ən ağrılı yeri olan korrupsiya ilə qarşılaşırıq. Nə qədər ki dövlət və özəl təşkilatlarda işçilərlə işəgötürənlər arasında münasibətlər, ələlxüsus qara maaş məsələsi var, nə qədər ki özəl sektorda sahibkarlar yoxlayan təşkilatlara mütəmadi olaraq qeyri-qanuni haqq ödəyir, bu məsələ öz həllini tapmayacaq.
Onu da nəzərə alaq ki, iqtisadiyyatımızın əhəmiyyətli hissəsi kölgə sektoruna aiddir və bu kəsim də heç vaxt rəsmi münasibətlər tələb eləmir. Əlbəttə, o, icbari sığortaya müraciət etməz. Rəsmən çalışan heç bir sahibkar rəsmi vergiləri və sosial ayırmaları, üstəgəl qeyri-qanuni rüsumları ödədikdən sonra sığorta təşkilatlarına işçilərini icbari sığorta etdirmək üçün pul ödəmək həvəsində olmayacaq. Əks halda sahibkarlar qısa müddətdə müflis olarlar. Yəni zənnimcə, icbari tibbi sığortanın indiyədək geniş tətbiq olunmamasının səbəbi birbaşa korrupsiyanın və kölgə iqtisadiyyatının vüsət almasıdır.
Bu şəraitdə səhiyyəyə dair qanunlara etdiyimiz düzəlişlər, təbii ki, real vəziyyəti dəyişə bilməyəcək, vətəndaşlarımız isə yenə də ucuz tibbi xidmət üçün İrana, ekstrasenslərə, türkəçarəyə üz tutacaqlar. İcbari tibbi sığortanın tətbiqinin yubadılması yolverilməzdir. Bu məsələdə siyasi iradənin ortaya qoyulması artıq günün tələbidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Qanuna təklif olunan dəyişikliklər, təbii ki, müsbət dəyərləndirilməlidir. Bu 25 faizin müvafiq icra hakimiyyəti orqanının hesabına keçirilməsi işin həm də keyfiyyət və səmərəliyini artıracaq.
Ziyafət müəllim, mən fürsətdən istifadə edib “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla bağlı bir-iki fikrimi də bildirmək istəyirəm. Bu qanunun 10-cu maddə-sinin 3-cü bəndində göstərilir ki, dövlət vətəndaşlarının əmək və istirahəti üçün əlverişli şəraitin yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir. Amma bu gün əhalinin sağlamlığının qorunması ilə bağlı dövlətin qanunları olsa da, müəyyən qurumlar ona göz yumurlar və bu sahədə xeyli problemlər var.
Mən bir hadisənin şahidi oldum. Dünən axşam 22.20 radələrində mağazaların birinə daxil oldum. Piştaxtanın arxasında iki gənc qız ayaq üstə yatırdı. Hiss elədim ki, yorğun-durlar. Soruşdum ki, siz saat neçədən işdəsiniz? Dedilər ki, səhər saat 10-dan. Məlum oldu ki, 12 saatdan artıqdır işdədirlər.
Bəs Əmək Müfəttişliyi hara baxır, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələbləri niyə yerinə yetirilmir? Çox təəssüf ki, bu gün bizim özəl strukturlarda insanların bu cür istismar olunması hər gün baş verir və buna göz yumulur. Mən belə hesab edirəm ki, bizim parlamentin müvafiq komitələri bununla bağlı da müəyyən dəyişikliklərin edilməsinə rəvac verməlidirlər. Mənim dediyim həmin o satıcı qızların vəziyyətində olan şəxslərin sayı on minlərlədir, xüsusilə satıcılar və sairə.
Əhalinin sağlamlığının qorunması ilə bağlı başqa bir problem barədə. Biz qeysəriyyə ilə bağlı qanun qəbul elədik və çox haqlı olaraq cərimələri şişirtdik. Amma yenə də bu baş verir. Bayaq burada söhbətləşdiyim həmkarımın qeyd elədiyi kimi, ANS-in aparıcılarından birinin – Afət Telmanqızının yaxın qohumunun ölümü bir daha sübut elədi ki, həkimlər bu qanundan kifayət qədər nəticə çıxarmayıblar. Əməliyyat zamanı həkimin yol verdiyi səhlənkarlığa görə 30 yaşı olmayan bir gənc ana dünyasını dəyişdi və övlad da valideynsiz qaldı.
Mən, eyni zamanda, ürək xəstəlikləri ilə bağlı bu gün cəmiyyətdə gedən söz-söhbətlərə də aydınlıq gətirmək istəyirəm. Hörmətli Ziyafət müəllim, belə hesab edirəm ki, qey-səriyyə ilə bağlı qəbul elədiyimiz o qanunun tələblərini biz ürək cərrahiyyəsi ilə də bağlaya bilərik. Bu gün ürəklə bağlı müraciət eləyən hər bir şəxsi ehtiyac oldu-olmadı angioqrafiyaya dəvət edirlər və sonra da ya stend qoyulmalıdır, ya da əməliyyat olunmalıdır. Bunun da xərci, bilirsiniz ki, 10 min manata qədərdir.
Mən özüm bir diskin xaricdə yoxlanılmasını keçirtdim və məlum oldu ki, bizdə bu gün ona stend qoyulması təklif olunsa da, buna hələlik ehtiyac yoxdur, bəlkə də 10 ildən sonra ehtiyac ola bilər.
Ona görə çox istərdim ki, bu sahədə də mütləq müvafiq icra hakimiyyətinin rəyi tələb olunsun. Nə qədər ki bizim bəzi həkimlərimiz xəstələrə gəlir mənbəyi kimi baxacaq və bu hallar davam edəcək, yaxşı olar, bu cür əməliyyatlar ən azı bir neçə həkimin və müvafiq icra orqanının razılığı ilə həyata keçirilsin.
Mən belə hesab edirəm ki, mənim təklif etdiyim qanun qəbul olunmadan gələcəkdə icbari tibbi sığorta haqqında qanun qəbul olunsa, dövlət yenə bu problemi yaşayacaq və həkimlər yenə də insanları o əməliyyata salmaqla dövlətin hesabına müəyyən pulların alınmasına cəhd edəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bundan sonra çıxış edən deputat həmkarlarımdan xahiş edirəm, mahiyyəti üzrə danışın. Çünki biz digər problemləri burada qabartsaq, qanun layihələrini kənara qoyub axşama qədər bunları müzakirə eləməliyik. Mən başa düşürəm, bunlar həll olunmalı məsələlərdir. Amma bu məsələləri gündəliyin müzakirəsində demək olar. Zahid Oruc. Buyurun.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Sosial müavinətlərlə bağlı mənim toxunmaq istədiyim məsələ dövlətin demoqrafik siyasətini özündə ehtiva eləyir. Azərbay-can dövləti çoxuşaqlı analara bundan sonrakı dönəmdə yalnız 5-ci övladdan sonra müavinət verilməsi ilə bağlı xüsusi bir himayəçilik siyasətinin başlandığını elan edir.
Burada əyləşən həmkarlarımızın bir çoxu sovet dövrünün demoqrafik siyasətinin nədən ibarət olduğunu bilir və onlardan heç biri burada bu mövqeyi səsləndirmək istəməz ki, sovet dövrünün o qəyyumçuluq siyasəti, eyni imtiyazlar, eyni sosial yanaşmalar indiki gerçəklikdə də tətbiq olunsun. Çünki hər bir ölkənin fərqli reallıqları var və hər bir ölkə də öz büdcə siyasətini planlaşdırarkən ailələrin buna adekvat hansı səviyyədə himayə olunacağını bəyan edir.
Məlumdur ki, əhalinin son siyahıyaalınması 2009-cu ildə aparılıb. Bu siyahıyaalınmanın nəticələrindən görünür ki, 1999-cu ildən 2009-cu ilədək olan 10 il müddətində ölkəmizdə üç və dörd uşaqlı ailələrin sayı kəskin azalıb. Biz isə bundan sonrakı dönəmdə Azərbaycan qadınına yalnız 5-ci övladdan sonra müəyyən müavinət veriləcəyini bəyan edirik.
Düşünürəm ki, biz keçmiş dövrdə çox məşhur olan uşaq pullarını ləğv eləyib sonra onu çox simvolik bərpa eləməklə də əslində demoqrafik artıma elə bir böyük töhfə vermirik. Ona görə mən hesab edirəm ki, Sosial siyasət komitəsi bu məsələ ilə bağlı elə büdcə müzakirələrini də nəzərə alıb hökumətlə fəal şəkildə danışıqlar aparmalıdır.
Biz müharibə vəziyyətində yaşayan bir ölkəyik. 1988–1994-cü illərdə yaşadığımız bəlli problemlər 2006–2012-ci illərdə doğum faizinə mənfi təsir göstərdi. Təkcə ona görə yox ki, şəhid oğullarımızın böyük əksəriyyəti 20–30 yaş civarında idi və bunlar ailə qurmadılar, övladlar dünyaya gəlmədi. Yox, müharibə ümumən ailə qurma prosesinə, nikaha girənlərin sayına mənfi təsir göstərmişdi. Biz demoqrafik böhranı 2006-cı ildə yaşadıq. Həmin il hərbi çağırış yaşında olan oğlanların sayı xeyli az oldu. İndi biz o mər-hələni arxada qoymuşuq.
Dünyada bu saat demoqrafik proseslərin, demək olar ki, hamısı kifayət qədər dəqiqliklə proqnozlaşdırılır. Hazırkı dönəmdə Azərbaycan öz resurslarına görə 11–12 milyonluq əhalini çox rahat yaşada bilər. Biz müharibəni həm də demoqrafiya ilə apardığımızı elan edirik. Bu çox doğrudur. Cənab Prezident xalqa sədaqət andında bir daha bəyan elədi ki, ermənilərin azalması fonunda Azərbaycan xalqının artması bizim bir sosial-demoqrafik təzyiq siyasətimizdir.
Ermənilər Qarabağda özlərinin sayını 300 minə qaldırmağı qarşıya məqsəd qoyublar. Vaxtilə Mikoyan deyirdi ki, bizim onsuz da Qarabağı iqtisadi cəhətdən inkişaf etdirmək imkanımız yoxdur. Qoy Azərbaycan onu ayağa qaldırsın, sonra müstəqilləşərik. İndi də bizim sərhəd bölgələrində əhalinin artımını nəzərə alıb düşünürlər ki, 300 min olmasalar, Azərbaycan xalqının artımı fonunda onlar ciddi problemlər yaşayacaqlar. Ona görə mən hesab edirəm ki, 5-ci övlada görə dövlətin ailələrə bu himayəsi çox yaxşı haldır.
Amma bir ailə, yəni bir qadın dünyaya övlad gətirdiyinə görə ilk dönəmdə ona 82 manat süd pulu və uşaq yaşyarıma çatana qədər də 30 manat müavinət veririk. Mən Azərbay-canın böyük resursları, imkanları müqabilində analara ana müavinəti, ana əmanəti adı ilə xüsusi bir müavinətin verilməsini, hökumətin büdcə siyasətində bununla bağlı bir indeksin olmasını arzulayır və xüsusilə də müvafiq qurumları, komitə nümayəndələrini buna çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, hər iki qanun layihəsində nəzərdə tutulan məsələlər əhalimizin firavanlığına yönəlib. Bunu uzun-uzadı müzakirə eləməyin yeri var? Doğrudan da, çox mübahisə ediləsi bir şey yoxdur. Əksinə, burada əhalimiz üçün, əhalimizin sağlamlığı üçün çox gözəl məsələlər var. Xahiş edirəm, təkid eləyən yoxdursa, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.17 dəq.)
Lehinə  103
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.17 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mülki Prosessual Məcəllədə edilən dəyişiklik texniki bir dəyişiklikdir. “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliyə görə təklif olunur ki, Mülki Prosessual Məcəllənin 277-ci maddəsi çıxarılsın. Millət vəkillərindən bu layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.18 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
 Yerdən. (Eşidilmir.)
 Sədrlik edən. Fasiləsiz işləmək barədə təklifə etiraz eləyən yoxdur?
 Yerdən. (Eşidilmir.)
 Sədrlik edən. Onda davam edirik. Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanunda texniki xarakterli dəyişikliklər edilməsi nəzərdə tutulur. 8-ci və 9-cu maddələrin adında “hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin” sözlərindən sonra “məhkəmə əmri haqqında ərizələrin” sözləri əlavə edilir. Təklif var ki, səsə qoyaq.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.20 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Gündəlikdəki 6-cı, 7-ci, 8-ci məsələlər bizim miqrasiya orqanlarında həyata keçirdiyimiz qanunvericilik islahatları ilə bağlıdır və məhz buna görə də 1997-ci ildə qəbul olunsa da, o əsasnamələrə dəyişikliklər edilir. Ona görə də icazə versəniz, üç məsələ barədə birgə məruzə edərdim.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Qeyd etdiyimiz kimi, 6-cı məsələ “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamədə dəyişik-liklər edilməsi ilə bağlıdır. Burada söhbət ərizə və anketin formasının dəyişdirilməsindən gedir. Yəni bu, texniki düzəlişdir.
7-ci məsələ bir qədər əhəmiyyətlidir. İlk öncə qeyd etmək istəyirəm ki, biz 2009-cu ildə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Qanun qəbul etdik. Bu çox mükəmməl bir qanun idi və miqrasiya orqanları indi həmin qanuna əsasən fəaliyyət göstərirlər. Sözügedən 7-ci məsələdə bu Qanuna 80-1-ci maddə-nin əlavə olunması və 17-ci maddəyə dəyişiklik edilməsi təklif olunur. Burada əsas məqsəd miqrasiya orqanları əməkdaşlarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Söhbət ezamiyyətə gedərkən onlara mənzil kirayəsi üçün pul kom-pensasiyasının verilməsindən gedir. Qeyd etmək istəyirəm ki, bu cür maddələr bizim hüquq mühafizə orqanı statusu daşıyan digər qurumlarımızda, hərbçilərdə, daxili işlər orqanlarında da var. Yəni tamamilə eyni bir model təklif olunur.
Nəhayət, 8-ci məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi ilə bağlı Əsasnamədə dəyişikliklər edilməsi barədədir. Burada məqsəd həmin qanunun “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna etdiyimiz dəyişikliyə uyğunlaşdırılmasından ibarətdir. Hörmətli millət vəkillərindən xahiş edirəm ki, hər üç qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Elmira xanım, çıxışınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
L.Abdullayeva.  Çox sağ olun, Ziyafət müəllim. Mən 7-ci məsələyə toxunmaq istərdim. Bu, xüsusən gənc mütəxəssislərimizi narahat edən aktual bir məsələdir. Qeyd etmək istəyirəm ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamədə çox mühüm dəyişikliklər edilib. Bu dəyişikliyə əsasən “bir illik stajorluq müddəti” anlayışı, ümumiyyətlə, qanundan çıxarılır. Onun əvəzinə 3 aydan 6 aya qədər sınaq müddəti saxlanılır ki, həmin müddət də iş stajına hesablanır və pensiya təyin edilərkən nəzərə alınır. Məncə, bu çox təqdirəlayiq bir düzəlişdir.
Mən istərdim ki, diqqətinizi bir məsələyə cəlb edim. Belə ki, bir sıra nazirlik, idarə və digər icra strukturlarında əvvəlki kimi, praktiki iş təcrübəsi olmayan gənc mütəxəssislərin stajorluq praktikasından geniş şəkildə istifadə edilməkdədir. Bu gənclər bir il və ya daha çox müddət ərzində həmin orqanda stajorluq keçirlər. Bu zaman ərzində isə onlara hətta minimum əmək haqqı belə ödənilmir və ən əsası bu müddət onların əmək stajına daxil edilmir. Həmin gənc mütəxəssis başqa idarədə işə düzəlmək istədikdə isə ondan ali məktəbi bitirdikdən sonra bir və ya iki il ərzində nə işlə məşğul olduğunu soruşurlar, o isə cavab verə bilmir. Çünki onun əlində bir il ərzində boş-bekar gəzmədiyini, bu və ya digər nazirlikdə stajor olduğunu sübut edən heç bir hüquqi sənəd yoxdur.
Belə olan halda bir neçə sual ortaya çıxır. Birinci, ali məktəblərin yuxarı kurslarında oxuyan tələbələr müvafiq icra strukturlarında iki, hətta üç aylıq stajorluq kursları keçirlər. Onların ikinci dəfə stajorluq keçməsinə ehtiyac varmı?
İkincisi, indiki bazar iqtisadiyyatı şəraitində ancaq valideyn himayəsində olan gənclər saat 9-dan 6-ya qədər pulsuz işləyə bilərlər. Stajorluq müddəti o zaman məntiqli olardı ki, həmin müddət iş stajına daxil edilsin və əmək kitabçasında qeyd olunsun.
Buna görə də Əli müəllimdən çox xahiş edərdim ki, müvafiq qanunlara dəyişiklik edilsin. Xüsusən “Dövlət qulluğu haqqında” Qanuna aşağıdakı maddəni əlavə etmək olar: “Stajçı sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən gənc mütəxəssislər kimi stajorluq müddətinin əmək stajına daxil edilməsini tələb edə bilər. Bundan əlavə, həmin şəxslərə, heç olmasa, minimum əmək haqqı da ödəmək olar. Yalnız belə olan halda öz həyatını dövlət qulluğuna həsr etmək istəyən şəxslər üçün stajorluq müddəti maraqlı ola bilər.
Gənc kadrlar dövlət qulluğuna, yaxud özəl müəssisələrə, banklara və sair şirkətlərə müraciət etdikdə işəgötürən onlardan iş təcrübəsi tələb edir. Belə olan halda məsələ düyünə düşür, paradoks yaranır. Yəni təcrübə toplamaq üçün işləmək lazımdır, işə qəbul olunmaq üçün isə təcrübə tələb edilir. Düşünürəm ki, əgər “Miqrasiya xidməti haqqında” Qanunda olduğu kimi, stajorluq müddəti, ümumiyyətlə, ləğv olunsa və ya əmək kitabçasına daxil edilsə, biz çox aktual bir problemi həll etmiş olarıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Xahiş edirəm, bu təklifləri komitəyə təqdim edin. “Ali təhsil haqqında” Qanuna, yaxud “Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik ediləndə ona baxmaq olar. Əgər başqa çıxış etmək istəyən yoxdursa, buyurun, 6-cı məsələyə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.26 dəq.)
 Lehinə  94
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsas-namə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.27 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respub-likası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.28 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, 9-cu və 10-cu məsələlər “Mədəniyyət haqqında” Qanunun qəbul olunmasından irəli gələrək Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə bağlıdır. İcazə versəniz, hər iki qanun layihəsi barədə birgə məruzə edərdim.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. İnzibati Xətalar Məcəlləsində tarix və mədəniyyət abidələrinin qorunması və onların istifadə qaydalarının pozulmasından bəhs edən bir maddə mövcuddur. Amma “Mədəniyyət haqqında” yeni Qanunun qəbul olunması və ümumiyyətlə, bu sahədə mövcud vəziyyət mədəniyyət abidələrindən istifadə qaydalarının pozulması ilə bağlı həm dispozisiyada dəqiqləşdirmələr aparılmasını, həm də sanksiyaların daha da ciddiləşdirilməsini tələb edir. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinin 74-cü maddəsi tamamilə yeni bir formada verilir. Dispozisiya “Mədəniyyət haqqında” Qanunun verdiyi tövsiyələri tam şəkildə özündə əks etdirir.
Qeyd etmək istəyirəm ki, əvvəlki sanksiya xəbərdarlıq və ya 15 manatdan 40 manatadək miqdarda cərimədən ibarət idi. Amma burada həm fiziki, həm də hüquqi şəxslər üçün kifayət qədər ciddi sanksiyalar mövcuddur. Hesab edirəm ki, biz ehtiyac olarsa, mədəniyyətimizin, tarixi mədəniyyət abidələrimizin qorunması ilə bağlı bu cür sanksiyaları tətbiq etməliyik.
10-cu məsələ Cinayət Məcəlləsinin “Qaçaqmalçılıq” adlanan 206-cı maddəsinin qeyd hissəsində verilən bir anlayışla bağlıdır. Qeyd olunur ki, bu Məcəllənin 206.2-ci maddəsində “mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar” dedikdə Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər başa düşülür. Yəni Cinayət Məcəlləsinin müvafiq maddəsinə heç bir dəyişiklik edilmir, sadəcə, orada mədəniyyət abidələri ilə bağlı qeyddə dəqiqləşdirmə aparılır. Bu da “Mədəniyyət haqqında” Qanundan irəli gələn bir dəyişiklikdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli deputatlar, mən indi baxıram, 9, 10, 11, 13-cü məsələlər cənab Prezident tərəfindən bir məktubla təqdim edilib. Ona görə Nizami müəllim, zəhmət olmasa, Siz “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verin. Sizdən sonra 13-cü məsələyə qədər Əli müəllim məlumat verər, sonra səsverməyə keçərik. Buyurun.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bildiyiniz kimi, bu dəyişikliklərin hamısı “Mədəniyyət haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədardır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 4-cü maddəsinin ikinci hissəsində “dövlət mülkiyyətində” sözlərinin qarşısına “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahılarına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid” sözləri əlavə olunur.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, qanun layihəsi Sizin komitədə müzakirə olunub. Buyurun, təqdim edin.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun müvafiq maddəsini “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğunlaşdırmaq məqsədini daşıyır. Qanunun 6.2.3-cü maddəsinə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli-mədəni və təbii irsə aid dövlət əmlakı” sözləri əlavə edilir. Xahiş edirəm ki, nəzərə alıb səs verəsiniz.
Sədrlik edən. Sağ olun. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Ziyafət müəllim, qeyd olunduğu kimi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanuna edilən dəyişiklik “Mədəniyyət haqqında” Qanunun qəbulu ilə bağlıdır. Buradan 6-cı maddənin çıxarılması təklif olunur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, əgər çıxış etmək istəyən yoxdursa, qanun layihələri barədə səsverməyə keçirik. 9-cu məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.33 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
10-cu məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.34 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
11-ci məsələ – “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.34 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
12-ci məsələ – “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.35 dəq.)
Lehinə  92
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  93
Nəticə: Qəbul edildi

13-cü məsələyə – “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişik-lik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.36 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
14-cü məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli. Buyurun, Hadi müəllim.
H.Rəcəbli. Sağ olun, Ziyafət müəllim. 14-15-ci məsələlər də, demək olar ki, eyni mahiyyət daşıyır. Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təklifi ilə “Uşaqların məcburi dispanserizasiyası haqqında” Qanun qəbul etmişdik. Həmin qanunla əlaqədar olaraq burada qanun yaradıcılığı baxımından dəyişikliklər edilib. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinə uşaqların icbari dispanserizasiyası barədə abzas əlavə edilir. Eyni zamanda, “Uşaq hüquqları haqqında” Qanunun 9-cu maddəsinə də uşaqların icbari dispanserizasiyası ilə bağlı abzas əlavə edilir.
Mən bir daha vurğulamaq istəyirəm ki, bu çox ciddi sənəddir. Həmin qanunla biz uşaqların sağlamlığının qorunması üçün çox önəmli bir addım atırıq. Bununla əlaqədar olaraq hər iki qanunda qismən dəyişikliklər edilir.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Təbii ki, təklif edilmiş dəyişiklik son dərəcə vacibdir, əhəmiyyətlidir və uşaqların sağlamlığının qorunmasına dövlət qayğısının mühüm ifadə formasıdır. Mən bu qanun layihəsinə səs verəcəyəm.
Lakin istərdim ki, hörmətli Hadi müəllim bir məsələyə aydınlıq gətirsin. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 18-ci maddəsində deyilir ki, uşaq və yeni-yetmələrin tibb xidməti müəssisələrində pulsuz dispanser nəzarətində olmaq və müalicə olunmaq hüququ var. Lakin təqdim edilmiş olan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində həmin maddənin təklif olunan variantında “pulsuz” sözü çıxarılıb. Eyni zamanda, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində də 9-cu maddəyə edilən əlavədə uşaqlara dispanser xidmətinin, ambulator, stasionar və ya sanatoriya-kurort xidmətlərinin pulsuz göstərilməsi barədə müddəa yoxdur. Bu nə deməkdir? Doğrudan da, uşaqlara tibb xidməti pullu olacaqdır? Əgər pulsuzdursa, onda bu söz nə üçün öz əksini tapmayıb? Çox sağ olun.
Sədrlik edən. Buyurun, Hadi müəllim.
H.Rəcəbli. Həmin qanunda bütün bu tədbirlər pulsuzdur. Ona görə də bunun yenidən bura yazılmasına ehtiyac duyulmur.
Sədrlik edən. Aydındır. Təşəkkür edirəm. Buyurun, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.39 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.40 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə təklif olunan bu dəyişikliklər bir qədər genişdir. Amma qısaca onu de-yə bilərəm ki, bu dəyişiklikləri zəruri edən əsas amil “İcbari sığortalar haqqında” 2011-ci il tarixli Qanunun qəbulundan sonra bu qanunun tətbiqi ilə bağlı cənab Prezidentin müvafiq Fərmanıdır. Bundan sonra Nazirlər Kabineti tərəfindən bir sıra təkliflər irəli sürülmüşdür və hazırda Mülki Məcəlləyə təklif olunan dəyişikliklər paketi, əsasən, bunlarla bağlıdır.
Qısaca deyə bilərəm ki, bu dəyişikliklər sığorta şirkətlərinin elektron informasiya sistemlərinin tətbiq edilməsinin hüquqi bazasını yaratmış olur və ümumiyyətlə, sığorta münasibətlərinin daha səmərəli şəkildə təmin edilməsinə yönəlir. Amma bir daha vurğulamaq istəyirəm ki, biz Mülki Məcəllənin sığorta məsələlərini tənzimləyən maddələrinə və fəsillərinə “İcbari sığortalar haqqında” Qanunun tələblərindən irəli gələn müddəaları köçürmüş oluruq. Bu baxımdan, hesab edirəm ki, Mülki Məcəlləyə təklif olunan dəyişikliklərə səs verib qəbul etmək lazımdır.
Sədrlik edən. Əli müəllim, köçürmək bir az yaxşı səslənmir, uyğunlaşdırırıq. İlyas İsmayılov.
İ.İsmayılov. Ziyafət müəllim, mən prinsip etibarilə bu dəyişikliklərlə razıyam. Ancaq üç iradım var. Birincisi, Mülki Məcəllənin 896.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, qismən sığortalanmış əmlak tam məhv olduqda onun qalıqlarına olan hüquq sığortaçıya keçir. Burada məlum deyil, tam məhv olmuş əmlakın hansı qalıqlarından söhbət gedir. Düşünürəm ki, təklif olunan maddədə mətn dəqiqləşdirilməlidir.
İkinci, 897.2-ci maddədə “qanunvericiliyə uyğun olaraq, xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs” anlayışı “xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs” anlayışı ilə əvəz edilmişdir. Bu şəxslər məhz qanunla müəyyən edildiyi halda maddədən “qanunvericiliyə uyğun olaraq” sözlərinin çıxarılması belə şəxslərin müəyyən edilməsində yerli və yersiz mübahisələrə, çəkişmələrə səbəb ola bilər. Ona görə hesab edirəm ki, maddənin qüvvədə olan mətnindəki “qanunvericiliyə uyğun olaraq” sözləri “qanuna uyğun olaraq” sözləri ilə əvəz edilməlidir.
Üçüncü, 935.1.2-ci maddənin mətnində olan “sığorta hadisəsi” sözlərinin “müvafiq hadisə” sözləri ilə əvəz edilməsi, məncə, düzgün deyil. Maddədə söhbət sığorta ödənişinin verilməsindən gedir. Sığorta ödənişi isə sığorta hadisəsi baş verdikdə həyata keçirilir. Sığortalı və ya müvafiq zərərçəkən qəsdən etdiyi qanunsuz hərəkətlərlə məhz sığorta hadisəsi yaratmağa çalışır. Şərh olunan maddəyə əsasən bu üsulla yaradılmış sığorta hadisəsi sığorta ödənişi verilməsindən imtinaya əsas verir. Sığorta hadisəsi qəsdən cinayət törətməklə yanaşı, qəsdən inzibati xəta törətməklə də yaradıla bilər. Ona görə də təklif edirəm ki, həmin maddəyə “qəsdən cinayət” sözlərindən sonra “qəsdən inzibati xəta” sözləri əlavə edilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, İlyas müəllim. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Əlbəttə, Mülki Məcəllədə nəzərdə tutulan bu dəyişikliklər sığorta sahəsində qanunvericiliyin təkmilləşməsinə xidmət edir. Bunun fəlsəfəsi belədir və biz bunu qəbul edirik. Bütün sahələrdə olduğu kimi, sığorta sahəsində də qanunvericilik bazasını təkmilləşdiririk.
Lakin real həyatda kifayət qədər problemlər var. Sığorta təşkilatları, şirkətləri sığortalanmış bu və ya digər əmlak növünün zədələnməsi, məhv edilməsi ilə bağlı üzərlərinə düşən vəzifəni bir çox hallarda yerinə yetirmir, sığortanın müqavilədə nəzərdə tutulan haqqını ödəmirlər. Ən müxtəlif bəhanələrlə həmin insanları incidirlər.
Ona görə mənə belə gəlir ki, İnzibati Xətalar Məcəlləsində və ya Cinayət Məcəlləsində qeyd edilməlidir ki, sığorta şirkətləri vətəndaşların haqlı olaraq sığorta ödənişləri alması ilə bağlı məhdudiyyətlər yaradarsa, süründürməçiliyə yol verərsə və yaxud məbləği ödəməkdə problemlər yaradarsa, ya inzibati məsuliyyətə, ya da cinayət məsuliyyətinə cəlb olunsunlar. Onda sığorta sistemində olan, – bu ifadə, ola bilsin, bir az kəskin səslənir, lakin həqiqəti özündə ehtiva edir, – bu özbaşınalıq aradan qaldırıla bilər. Çox sağ olun.
Sədrlik edən. Fəzail müəllim, mən Sizinlə tamamilə razıyam. Təəssüf ki, əhali arasında sığorta şirkətlərinə olan inam azdır. Dediyiniz o məsələlər, problemlər var. Ona görə də vətəndaşlarımız sığorta şirkətləri ilə müqavilə bağlamaqda o qədər də maraqlı deyillər. Təbii ki, bu məsələlər ciddi nəzarətə alınmalıdır.
Əli müəllim, Sizin deyilən məsələlərlə bağlı əlavəniz olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.47 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Adıçəkilən qanun layihəsinə təklif edilən dəyişikliklərin əksəriyyəti redaktə, uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli məsələləri əhatə edir. Bəzi maddələrdəki dəyişikliklər isə mühüm əhəmiyyət kəsb edir.
Təklif olunur ki, 5-ci maddədə “əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs” anlayışının açıqlanması verilsin.
16-cı maddədə birdəfəlik sığorta ödənişinin verilməsi üçün əsas olan hallar sırasına aşağıdakı hal da əlavə edilir: “sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itiril-məsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə”.
Komitədə bu qanun layihəsi müzakirə olunarkən bir daha vurğulandı ki, son illərdə “Sığorta fəaliyyəti haqqında” Qanunun və digər qanunların qəbul edilməsi ilə əlaqədar olaraq sığorta bazarında xeyli canlanma baş vermişdir. Azərbaycanda sığorta bazarının inkişaf sürəti bir sıra ölkələrdə müşahidə olunan dinamikanı ötür. Lakin haqlı olaraq bildirilir ki, sığorta bazarının təkmilləşməsi üçün qanunvericilik bazası da təkmilləşdirilməlidir. Sığorta fəaliyyəti ilə əlaqədar təklif olunan bu və ya digər dəyişikliklər sığorta bazarının inkişafına, sığortalıların hüquqlarının ədalətli qorunmasına xidmət edəcəkdir. Millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, Ziyafət müəllim. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər çox aktual və lazımlıdır, çünki onlar istehsalatda çalışan işçilərin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib.
Bu mövzu ilə əlaqədar olaraq ölkədə, xüsusilə Bakıda mövcud olan çox aktual və narahatedici bir problemə – tikinti obyektlərində təhlükəsizlik qaydalarına toxunmaq istərdim. Söhbət bu cür bədbəxt hadisələrin qarşısının alınması və minimuma endirilməsindən gedir. Belə hadisələrin çoxu tikinti obyektlərində təhlükəsizlik qaydalarının pozulmasına görə baş verir. Bu qaydaların pozulması təkcə işçilərə deyil, həm də ətraf mühitə, ətrafda yaşayan insanlara zərər verir.
Biz tez-tez şahidi oluruq ki, yüksək mərtəbəli tikintilərdə çalışan işçilər qoruyucu kaskaları, maskaları, təhlükəsizlik trosları olmadan işləyirlər. Məsələn, binaların üzlüklərinin təmizlənməsi ilə məşğul olan işçilər qoruyucu maskalarsız çalışırlar. Bu, nəticədə onların ciyərlərində, nəfəs borularında müxtəlif xəstəliklərin, hətta xərçəng və vərəmin əmələ gəlməsinə gətirib çıxara bilər. Əgər Qərbdə çoxdan sınaqdan keçirilmiş qoruyucu maskalardan bizdə də istifadə etmək mümkündürsə, nə üçün məsələni bu həddə çatdıraq?
Təhlükəsizlik trosları olmadıqda işçilərin bəziləri ağır xəsarətlər alırlar. Bəli, maskalar, troslar, xüsusi qoruyucu geyimlər – bütün bunlar əlavə xərclərdir və buna görə də tikinti şirkətlərinin rəhbərliyi pul xərcləməmək üçün həmin avadanlıqları əldə etmək istəmir. Bunları tələb edən işçilərə isə qapını göstərərək deyirlər: “İstəmirsən işləmə, sənin yerinə işləmək istəyənlər çoxdur”.
Siz küləkli havada hündür mərtəbələrdən Bakını müşahidə etsəniz, görəcəksiniz ki, şəhərin üzərində qalın toz qatı var. Bu, tikinti obyektlərindən havaya qalxan sement və digər tozlardır. Bu tozu, – üstəlik sement radioaktiv bir elementdir, – biz hər gün uduruq. Bu, artıq bizim hamımız üçün ekoloji təhlükəsizlik məsələsidir. Əbəs yerə Azərbaycan öd kisəsi və böyrək daşı xəstəliklərinə görə dünyada ön yerlərdən birini tutmur. Ona görə də üzərində tikinti işləri gedən binalar, sadəcə, hasarla deyil, yuxarıdan aşağıya qədər qoru-yucu örtüklə bağlansa, daha yaxşı olar. Necə ki, bu yaxınlarda Maliyyə Nazirliyi bu təcrübədən istifadə edib, öz təzə binasını belə bir örtüklə örtüb. Bu hamı üçün çox gözəl bir nümunədir. Belə olanda toz ətrafa az yayılır və bu obyektlər ətraf mühitə daha az zərər vurur.
Bu yaxınlarda Xaqani küçəsində səkidə dayanmışdım. Orada binaya təzə daş üzlük çəkilirdi. Küçə piyadalarla dolu olduğu halda bina heç bir qoruyucu örtüklə bağlanmamışdı. Məndən yarım metr aralıda üstündə işçilərin dayanıb işlədikləri dəmir konstruksiyalar qəflətən aşdı. Bu konstruksiyalar yaxınlıqda dayanan maşının üzərinə düşərək onu möhkəm əzdi. Sizin həmkarınızı isə möcüzə, yəqin ki, Allah xilas etdi. Amma bu hadisədən bir neçə gün öncə həmin yerdə bir işçi yıxılaraq dünyasını dəyişib. Bir daha təkrar edirəm ki, əgər tikintilərdə təhlükəsizlik qaydalarına əməl olunsaydı, bu cür bədbəxt hadisələr baş verməzdi. Buna görə mən həm tikinti şirkətlərinin rəhbərlərindən, həm də bu işə nəzarət edən orqanlardan xahiş edərdim ki, Bakı üçün, rayonlar üçün çox aktual olan bu məsələyə diqqət ayırsınlar, bu sahədə qayda-qanun yaratsınlar. Bakıda hələ uzun müddət quruculuq işləri aparılacaq. Onun üçün də bu sahədə təhlükəsizliyə və ətraf mühitin qorunmasına daha çox diqqət ayırmaq lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Kamilə Əliyeva.
K.Əliyeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, baxdığımız bu qanun layihəsi mükəmməl hazırlanmış və əvvəllər qanunda olan bir sıra boşluqlar nəzərə alınmaqla yenidən işlənmişdir.
Yaranmış real vəziyyətlə əlaqədar olaraq mən öz təklifimi irəli sürmək istərdim. Belə ki, bəzi sahibkarlar və müəssisə rəhbərləri işçiləri işə qəbul edərkən üzərlərinə düşən məs-uliyyəti, hüquq və vəzifələri azaltmaq üçün bilərəkdən əmək müqaviləsi bağlamır, onları Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işə götürürlər. İş yerində bədbəxt hadisə baş verdikdə işçilər xəsarət alırlar. Ancaq Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” mülki-hüquqi müqavilə ilə işləyən və iş yerində xəsarət alan işçilərə şamil olunmur.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 3.1.1-ci maddəsinin baxdığımız qanun layihəsində təklif edilən variantında isə qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən işçilər də bədbəxt hadisələrdən icbari sığorta olunmalıdırlar. Bu halda uyğunsuzluq meydana çıxmış olur. Əgər müvafiq dövlət orqanları Əmək Məcəlləsində nəzərdə tutulmayan mülki-hüquqi müqavilə ilə işləyən işçilərin hüquqlarını müdafiə edə bilmirlərsə, – bu işçilər mülki müqavilə ilə işlədiklərinə görə Əmək Məcəlləsi onlara şamil olunmur, – işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməyən hüquqi və fiziki şəxsləri də inzibati qaydada məsuliyyətə cəlb edə bilməyəcəklər. Xahiş edirəm, qanunda olan bu boşluq nəzərə alınsın və buna aydınlıq gətirilsin.
Ümumiyyətlə, Mülki Məcəllədə nəzərdə tutulmuş mülki-hüquqi müqavilələrin podrat, komisyon və başqa şərtləri tam işlənib hazırlanmalıdır ki, bu müqavilələrin hansı hallarda işəgötürənlərlə işçilər arasında bağlanacağı aydın olsun. Nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin Əmək Məcəlləsinə uyğun olan nümunəvi forması 1999-cu ildə Milli Məclis tərəfindən hazırlanıb və təsdiq edilib.
Mən də bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Kamilə xanım. Həqiqətən, müzakirə predmeti ola biləcək bir təklifdir. Xahiş edirəm, təklifi komitəyə təqdim edin. Güman edirəm ki, növbəti iclaslarda onu müzakirə etmək olar. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.57 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Sığorta fəaliyyəti haqqında” Qanunun 79 maddəsinə dəyişikliklər təklif olunur. Bu dəyişikliklərin 20 faizi redaktə, 10 faizi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Qalan dəyişikliklər isə mahiyyət xarakterlidir.
Uyğunlaşdırma xarakterli düzəlişlər, əsasən, 20-yə yaxın yerdə sığortaçılara və dövlət orqanlarına seçim imkanı verməklə sui-istifadəyə yol açan “edə bilər”, “verə bilər” və sair kimi sözlərin imperativ qaydada “etməlidir”, “verməlidir” kimi sözlərlə əvəz edilməsindən, sui-istifadəyə yol açan 66.2, 68.2, 77.6-cı və sair bu kimi maddələrin çıxarılmasından, təxminən bir o qədər də maddədə “qanunvericilik” sözünün “qanun” sözü ilə və ya müvafiq qanuna konkret istinadla əvəz edilməsindən ibarətdir. Qanuna səkkiz yeni maddənin əlavə edilməsi də təklif olunur.
Mahiyyət xarakterli dəyişikliklər, əsasən, aşağıdakılardan ibarətdir:
10.11-ci maddədə sığortaçıların rəsmi internet səhifəsinə və elektron informasiya sisteminə malik olması tələb edilir.
14-cü maddədə Azərbaycanın sığorta bazarında artıq tətbiq edilməkdə olan və ya sığorta məhsulu kimi təqdim edilmək potensialı olan bir sıra sığorta siniflərinin mahiyyəti açıqlanmışdır. Bunlara səfər sığortası, titul sığortası, kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığortası, həmçinin hüquqi xərclərin sığortası aiddir.
Yeni əlavə olunan 17-1-ci maddə sığorta müqavilələrinin elektron sənəd formasında bağlanmasını təsbit etməklə belə müqavilələrin bağlanması qaydası ilə bağlı müddəaları ehtiva edir.
19-cu və 20-ci maddələrdə edilən dəyişikliklərlə maliyyə sahəsinə aid edilməyən xarici fiziki və hüquqi şəxslərin sığortaçıların nizamnamə kapitalında məhdud çərçivədə səhmə malik olma imkanları təsbit edilir.
37-ci maddəyə təklif olunan dəyişikliklər sığortaçıların rəhbər işçilərinin peşəkar səviyyəsi və təcrübəsi ilə bağlı əvvəllər işlədikləri sahələrin daha da konkretləşdirilməsini və həmin sahələrdə əsas fəaliyyətlə bağlı vəzifədə olma müddətlərini nəzərdə tutur.
Qanunun lisenziyalaşdırma ilə bağlı 5-ci fəslinə təklif olunan dəyişikliklərdən sonra artıq sığortaçıların təkrarsığorta fəaliyyətinə görə verilən lisenziya olmadan təkrarsığorta ilə məşğul olması mümkün olmayacaq.
Sığorta və ya təkrarsığorta müqavilələrinin ötürülməsinə həsr olunan 72-ci maddə yeni redaksiyada verilir. Burada sığortaçıların və təkrarsığortaçıların müəyyən səbəbdən öz sığorta portfellərini, sığorta müqavilələrini digər sığortaçıya ötürmələri ilə bağlı qaydalar ötən illərin təşəkkül tapmış təcrübəsinə daha da uyğunlaşdırılır.
Sığortaçının sığorta nəzarəti orqanına təqdim etdiyi məlumatların və hesabatların müddətlərində konkretləşdirmə aparılır ki, bu da 78-ci maddədə öz əksini tapmışdır.
Qanun layihəsinə aktuari fəaliyyətinin tənzimlənməsi ilə bağlı 10-1-ci fəsil əlavə edilir. “Sığorta fəaliyyəti haqqında” Qanunu qəbul etdiyimiz 2007-ci ildə Azərbaycanda peşəkar aktuarilərin olmaması səbəbindən beynəlxalq təcrübədə aktuari fəaliyyəti ilə bağlı olan tələbləri həmin qanuna daxil etmək səmərəsiz olardı. 2008-ci ilin ortalarından başlayaraq Maliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində beynəlxalq ekspertlərin iştirakı ilə peşəkar aktuarilərin hazırlanması üzrə dörd kursdan ibarət mütəmadi tədris proqramı təşkil edilmiş və sığorta bazarının tələblərini ödəmək üçün lazım olan sayda aktuarilərin hazırlanması istiqamətində uğurlu nəticələr əldə olunmuşdur.
Qanun layihəsinə əlavə edilən 10-1-ci fəsil 7 maddədən ibarət olmaqla iqtisadi-riyazi hesablamalar aparan aktuarinin fəaliyyətinin əsaslarını, onların attestasiyası, reyestri ilə bağlı müddəaları, həmçinin aktuari rəylərinin hüquqi statusunu tənzimləyir. Yeni dəyişikliklər sığortaçıların sığorta nəzarəti orqanına təqdim etdikləri hesabatların aktuari rəyi ilə təsdiq olunmasını da nəzərdə tutur.
Qanunun sığorta vasitəçiləri ilə bağlı 11-ci fəslinə təklif olunan dəyişikliklər arasında mahiyyət etibarilə bir sıra ciddi məqamlar, xüsusən də istehlakçıların, sığortalıların və sığorta olunanların maraqlarının müdafiəsi baxımından mühüm maddələr yer alır.
Sığorta şirkətlərinin qanunvericiliyin tələblərinə əməl etmədiyi hallarda sığorta nəzarəti orqanının verdiyi təqdimatlarla, həmçinin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərlə bağlı 102, 105, 106, 107-ci maddələrə təklif olunan dəyişikliklərdə bir sıra dəqiqləşdirici məqamlara yol verilmişdir.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, mən tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Milli Məclisinin son illərdə sığorta fəaliyyəti ilə əlaqədar qəbul etdiyi qanunlar ölkəmizdə sığorta bazarının inkişafı üçün yeni imkanlar açmışdır. Biz bu yaxınlarda Maliyyə Nazirliyi, Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə böyük bir tədbir keçirdik. Bu tədbirdə son 10 ildə Azərbaycanda sığorta bazarının inkişafına dair maraqlı faktlar açıqlandı.
Əgər yadınızdadırsa, mən Milli Məclisin iclaslarında qeyd edirdim ki, Azərbaycan ümumi daxili məhsulda sığortanın payına görə dünya ölkələri arasında axırıncı yerlərdən birini tutur. Bu gün artıq cəsarətlə deyə bilərik ki, 2020-ci ilə qədər bizim sığorta haqlarının miqdarı 1 milyard manatı ötəcəkdir. Bu böyük dinamikadır.
Təbii ki, millət vəkillərinin bayaq qeyd etdiyi iradların aradan qaldırılması üçün qanunlarda edilən dəyişikliklər öz müsbət təsirini göstərəcəkdir. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliklərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Ziyad müəllim o qədər əhatəli danışdı ki, çıxış etmək istəyən yoxdur. Buyurun, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.05 dəq.)
 Lehinə  100
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bugünkü gündəliyimizin axırıncı məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, bu sonuncu məsələ hörmətli millət vəkillərinin əvvəlki çıxışlarında səslənmiş fikirləri özündə ehtiva edir. Təklif olunur ki, sığortalıların hüquqlarının qorunması ilə bağlı inzibati məsuliyyət gücləndirilsin. Bilirsiniz ki, qanunvericilikdə müəyyən sanksiyalar var. Amma onlar ümumi vəziyyəti özündə ehtiva etmir. Təklif olunur ki, sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə edilsinlər. Yəni bu müqavilələrin bağlanmamasına görə sanksiyaların ciddi şəkildə artırılması təklif olunur. Çox sağ olun.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.06 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bununla da iclasımız sona çatdı. Sağ olun.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi