2014-ci il 30 sentyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIII SESSİYASI İCLASININ

PROTOKOLU  № 93

Milli Məclisin iclas salonu.
30 sentyabr 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.15 dəq.)
İştirak edir 97
Yetərsay 83
 
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
2. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikasının Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Res-publikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqram-larında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haq-qında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikası  Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
32. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
35. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
36. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
37. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
38. Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Novruzəli Aslanov, Valeh Ələsgərov, Siyavuş Novruzov, Əli Hüseynli, Zahid Oruc, Fəzail Ağamalı, Azay Quliyev, Qüdrət Həsənquliyev, Bahar Muradova, Ziyad Səmədzadə

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fəzail Ağamalı, Siyavuş Novruzov, Elmira Axundova, Əli Məsimli, Sabir Rüstəmxanlı

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

2. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azər Kərimli, Musa Qasımlı, Fəttah Heydərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikasının Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azər Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azər Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.33 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası ilə Avropa İttifaqı ara-sında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azər Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.36 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

7. “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası  Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

13. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

14. “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

15. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

16. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

17. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.55 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

18. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

19. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.05 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

21. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.07 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.09 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

24. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.11 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

25. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

26. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.14 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.16 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 83
Nəticə: Qəbul edildi

28. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.17 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

29. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Aytən Mustafayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.23 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

30. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.23 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

31. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.26 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

32. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

33. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

34. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

35. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, İqbal Ağazadə, İlyas İsmayılov, Aydın Mirzəzadə, Sədaqət Vəliyeva, Zahid Oruc, Xanhüseyn Kazımlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 84
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi


36. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rüstəm Xəlilov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.06 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

37. Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Məlahət İbrahimqızı

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.14 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

30 sentyabr 2014-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! 2014-cü il payız ses-siyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Hörmətli deputatlar, Milli Məclisin 2014-cü il payız sessiyasının başlanması münasibətilə mən sizi təbrik edir və əvvəlki illərdə olduğu kimi, bu sessiyada da hamınıza uğurlar arzulayıram.
Bildiyiniz kimi, Milli Məclis 2014-cü ilin yaz və növbədənkənar sessiyalarında çox uğurla çalışmışdır. Bu sessiyalar dövründə 12 iclas keçirilmiş, 131 qanun və qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin hüquqi bazası daha da möhkəmlənmiş və təkmilləşmişdir.
Parlamentin beynəlxalq əlaqələri daha intensiv və çoxşaxəli olmuşdur. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində çox fəal iştirak eləmişlər. Parlamentin yaz və növbədənkənar sessiyaları dövründə və sonrakı müddətdə 38 ölkəyə 75 nümayəndə heyətimiz səfər etmişdir. Millət vəkillərimiz Türkiyədə keçirilən prezident seçkilərində, eləcə də Serbiyada keçirilən parlament seçkilərində müşahidəçi kimi iştirak etmişlər. 40-dan çox xarici ölkənin 67 nümayəndə heyəti  Milli Məclisdə  olmuşdur.
Milli Məclisin xətti ilə Bakıda 6 beynəlxalq təşkilatın forumları  keçirilmişdir. Bakı şəhəri Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclaslarına, Türkdilli Ölkələrin Parlament Assambleyası-nın 5-ci plenar iclasına, NATO Parlament Assambleyası-nın 86-cı Rouz-Rout seminarına, eləcə də ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyasına ev sahibliyi et-mişdir. Bildiyiniz kimi, ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən son sessiyasına 700-dən yuxarı nümayəndə gəlmişdi. 
Hörmətli deputatlar, mən əminəm ki, bu payız sessiyası da əvvəlki sessiyalar kimi uğurlu olacaqdır. Biz bu sessiyada bir sıra zəruri qanunlar, aktlar qəbul edəcəyik. Qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında cənab Prezident tərəfindən  təqdim olunacaq, qalan layihələr isə  bu gün  qəbul edəcəyimiz iş planında nəzərdə tutulmuşdur.
Bildiyiniz kimi, bu payız sessiyasında biz dövlət büdcəsinə baxacağıq. Dövlət büdcəsinin zərfi artıq hökumət tərəfindən hazırlanıb, cənab Prezidentə təqdim olunub. Yəqin, bu yaxınlarda dövlət büdcəsi Azərbaycan Respublikasının Milli Məclisinə daxil olacaq və biz onu bütün komitələrdə  müzakirə edəcəyik.
İndi, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.15 dəq.)
İştirak edir 97
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
   
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə  97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
                       
Qəbul edildi, sağ olun.
Mən bilirəm ki, müzakirələrə ehtiyac var, hamınız deyəcəksiniz ki, müzakirələr lazımdır. Amma müzakirələrə başlamazdan qabaq icazə verin,  bir fikrimi söyləyim. Artıq bildiyiniz kimi, bu ay bizim payız sessiyasından əvvəl Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı yenə qeyri-obyektiv bir qətnamə qəbul edilib. Bu günə qədər bizim bir çox millət vəkilləri bununla əlaqədar olaraq həm mənə müraciət etmiş, həm də komitə iclaslarında öz fikirlərini söyləmişlər. Mən də istəyirəm, bu barədə fikrimi söyləyim.
Müəyyən qüvvələrin Azərbaycana təzyiq göstərməsi üçün  Avropa Parlamenti tərəfindən qətnamələr qəbul edilməsi bir növ adət şəkli alıb. Bu, artıq 4-cü belə qətnamədir. Ancaq baxaq, bu qətnamə  hansı dövrdə və necə qəbul olunub. Qətnamə ayın 18-də qəbul edilib. Ayın 19-da Azərbaycanda  kontraktlarla əlaqədar tədbirlər keçirilməliydi. Qətnamə buna qarşı yönəlmiş bir təsir vasitəsi idi. Bundan başqa, ayın 20-də Azərbaycana Avropa Şurası Parlament Assambleyasının sədri gəlirdi. Bu qətnamə qəbul edildi və bir surəti  ona göndərildi. Azərbaycanda biz başa düşdük ki, bu qətnaməni qəbul eləməkdə bunların məqsədi nə imiş.
Qətnamənin qəbulunda 750 deputatdan cəmi 46 nəfər iştirak edib. O 46 nəfərdən 45-i Azərbaycanda olmayıb. Bir nəfəri isə vaxtilə Slovakiyanın xarici işlər naziri olmuş Eduard Kukandır. Onun dövründə Slovakiya tərəfindən Ermənistana “Miq” hərbi təyyarələri satılmış və Azərbaycan Slovakiyaya bununla bağlı çox böyük  narazılığını bildirmişdi.
Maraqlıdır ki, bu deputatlar qətnaməyə əl qaldırmaqla münasibət bildiriblər. Adını qoyublar prosedur məsələsi, səsvermə əl ilə keçirilib. Nə say bilinir, nə hesab. Əl qaldırıblar, qəbul olunub. Bu onu göstərir ki, həmin qətnamə, həqiqətən, Azərbaycana təzyiq üçün qəbul olunub.
Amma Azərbaycan bu təzyiqlərə həmişə dözüb, dözəcək. Mən inanıram ki, dövlət başçısının apardığı siyasət çox düzgün siyasətdir. Azərbaycan öz müstəqil siyasətini yürüdəcək və heç bir kənar qüvvə bu müstəqilliyə təsir eləyə bilməyəcək. İndi bu qətnamənin meydana çıxmasının səbəblərini çox açıqlamaq istəmirəm. Siz hamınız siyasət adamısınız, hamınız yaxşı bilirsiniz.
Mən hesab edirəm ki, Avropa Parlamenti qarşısında Milli Məclisin heç bir öhdəliyi yoxdur. Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əlaqələr bu iki təşkilat arasında əməkdaşlığa xidmət etməlidir. Valeh müəllim Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədridir. Bu əlaqələri inkişaf etdirmək üçün biz həm də Avronest Parlament Assambleyasını yaratdıq. Azərbaycan həmişə bu parlament assambleyasının fəal üzvlərindən biri olub. Təəssüf ki, Avropa Parlamenti öz təşkilatları ilə birlikdə Azərbaycanla parlamentlərarası münasibətləri inkişaf etdirmək əvəzinə bu təşkilatları tamam kənarda qoyur. Avropa Parlamentində müəyyən qüvvələr istədikləri qeyri-obyektiv qətnamələri qəbul edirlər.
Ona görə mən düşünürəm ki, biz Avropa Parlamentinə müraciət eləyib ona bu məsələ ilə bağlı mövqeyimizi bildirməliyik. Təklif edirəm, bir bəyanat hazırlayaq və onu günün axırında səsləndirək. Etirazınız yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Həqiqətən, gələcəkdə bu təşkilatlarla işləməyin bir mənası varmı? Biz onlarla münasibətləri inkişaf etdirmək istəyirik. Amma hər dəfə onlara nə qədər çox yaxınlaşmağa çalışırıqsa, onlar bizə münasibətdə o qədər çox ikili standartlardan istifadə edirlər.
Mən təklif edirəm ki, bu bəyanatı hazırlamaq üçün hörmətli Valeh Ələsgərovun rəhbərliyi ilə bir redaksiya komissiyası yaradılsın, buraya həm Avropa Parlamentinin, həm də Avronest Parlament Assambleyasının Milli Məclisdən olan nümayəndələri daxil edilsinlər. Etiraz eləmirsinizsə, redaksiya komissiyası bu üzvlərdən təşkil olunsun: Yevda Abramov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Xanlar Fətiyev. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Müzakirələrdə iştirak eləmək istəyənlər  yazılsınlar. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm, Oqtay müəllim, imkan verdiniz, biz öz fikirlərimizi bildirək. Bundan öncə də bildirmişdik. Ancaq Milli Məclisdə  bu fikirləri bir də bildirməyi özümə borc bilirəm.
Bildiyiniz kimi, mən Avropa Parlamenti – Milli Məclis Əməkdaşlıq Komitəsinin həmsədriyəm. Bir zamana qədər burada səhv təsəvvür var idi. Çoxları elə bilirdi ki, bu əməkdaşlıq komitəsinə üzvlük AŞPA-da və ya  başqa qurumlarda üzvlük kimi bir şeydir və Azərbaycan Res-publikası Milli Məclisinin deputatlarının Avropa Parlamentində hansısa  bir iştirak imkanları var və sair. Bu əməkdaşlıq komitəsi ildə bir dəfə  bir neçə saatlığına yığılır. Baxmayaraq ki, biz neçə ildir təklif edirik, bu əməkdaşlıq komitəsi əgər əməkdaşlıqla məşğul olmaq istəyirsə, doğrudan da, iki parlament arasında əməkdaşlıqla məşğul olan bir qurum olsun. Dəfələrlə bu məsələni  ən yüksək səviyyələrdə qaldırsaq da, buna nail ola bilməmişik. Dəfələrlə təklif eləmişik ki, bu komitə...
Avropa Parlamenti – Milli Məclis Əməkdaşlıq Komitəsində iştirak eləyən deputatlar və həmsədr, eyni zamanda, Gürcüstan və Ermənistan parlamentləri ilə əməkdaşlıq komitələrinin üzvləridir. Yəni eyni şəxslər üç komitədə iştirak eləyirlər. İndi təsəvvür edin, bunların nə qədər bu məsələləri  araşdırmaq  və nə qədər obyektiv olmaq imkanı var. Əlbəttə ki, bu vəziyyət hər şeyi hamarlamaq, hər şeyi ört-basdır eləmək məqsədi ilə yaradılıb. Bu məsələni də dəfələrlə qaldırmışıq.
Mən 2009-cu ilin sonunda burada çıxış eləyəndə sizə misal gətirdim. 2009-cu il dekabr ayının 2-də komitənin iclası keçirilməli idi. İclasın başlanmasından 40 dəqiqə keçdi,  bir nəfər də deputat gəlmədi. Guya hamısının başı qarışıqdır, işləri var. Biz o yeri tərk edib çıxmaq istədik,  gəlib çıxdılar, bizi güclə saxladılar. Münasibətdir. Bizə nə təklif elədilər, qısa şəkildə söyləyim. Sonda biz qətnamə qəbul eləməliyik. Bir mətn təqdim elədilər, bundan əvvəlkindən fərqli olaraq Qarabağ, ərazi bütövlüyü, bu məsələlər yoxdur. Bizə təklif elədilər ki, Qarabağa aid icmalar arasında görüşlər, toy-bayram və sair. O kağız məndə həmişə olubdur və ömrümün axırına kimi olacaq da. Bizə bir kompromis variant... Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri. Bu nə deməkdir? Biz buna etirazımızı bildirəndə bizə yumşaq formada, – protokolda bunlar  hamısı var, – təklif elədilər ki, ya bunu qəbul edin, ya da ki, iki həftədən sonra Avroparlament sizdə o iki  bloqqer və bir jurnalist barədə qərar qəbul edəcəkdir. Bu, şantajdan başqa  nədir? Bu, münasibətin göstəricisidir. Biz deyəndə ki, ikili, üçlü standartlar var, çoxları inanmır. Mən bu misalı ona görə gətirdim ki, hamı bilsin,  ikili, üçlü, dördlü  standartlar da var.
Əsas məsələ, birinci məsələ isə Qarabağdır. O icmaların bir-biri ilə görüşməsi, qeyri-hökumət təşkilatlarının bir-biri ilə oturub-durması. Məqsəd nədən ibarətdir? Azərbaycan millətini öyrətmək ki, qardaşsınız, dostsunuz, qucaqlaşın, öpüşün, Qarabağ yaddan çıxsın. Məqsəd bundan ibarətdir. Bu işlər üçün bizim bəzi qeyri-hökumət təşkilatlarına milyonlarla  buraxılan pulların da məqsədi ondan ibarətdir. Qarabağı unudun, Qarabağı yadınızdan çıxarın. İş hətta o yerə gəlib çıxmışdı ki, o fikirlər artıq bu zalda səslənirdi.
Assosiasiya sazişi ilə bağlı danışıqlara başlananda Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə cümlə çıxarılmışdı. Baxmayaraq ki, bundan öncə  Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında imzalanmış və qüvvədə olan əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişdə bu mətn artıq əks olunmuşdu. Deyirik, bunu Assosiasiya sazişindən niyə çıxarırsınız, deyirlər, Minsk qrupunun işinə mane olmamaq üçün. Necə olur ki, Moldovaya aid, Gürcüstana aid, indi Ukraynaya aid bu məsələ çox önəmli olur, Azərbaycana gəlib çıxanda bu məsələ o qədər də önəmli olmur? Bu da münasibətdir. Burada müsəlman amili də var. Mən bunu tam əminliklə deyirəm. Bir amili də ondan ibarətdir ki, Azərbaycan öz xarici siyasətini,  o cümlədən enerji siyasətini kiminsə ağzına baxaraq yox, müstəqil şəkildə aparır. Bu da təsir eləyir, bu da kimi isə qıcıqlandırır. 
Əməkdaşlıq komitəsinin axırıncı iclası Bakıda may ayında olmalı idi, iyun ayına keçirdilər. Həmsədrdən başqa bir  deputat tapılmadı gəlsin. İyun ayında iki nəfər gəldi – həmsədr və xahiş-minnətlə daha bir  deputat. Biz onlara bütün şəraiti yaratdıq. Dedik ki, hansı nazirliklə, qurumla, kiminlə istəyirsiniz, görüşə bilər, suallarınızı verə, tanış ola bilərsiniz. Sonuncu dəfə onlara çatdırdıq ki, biz bu şəkildə  əməkdaşlıq etmək istəmirik, bu şəkildə  əməkdaşlığa ehtiyac yoxdur. Ona görə  mən də təklif edirəm, Milli Məclis bu məsələdə bizə dəstək olsun. Yəqin ki, biz bu yaxınlarda Azərbaycandan xəbəri olmayan yeni seçilmiş deputatlarla  görüşəcək və orada  məsələni belə qoyacağıq ki, bu əməkdaşlıq komitəsi ya formatını,  ya da işini dəyişməlidir. Yalnız bərabərhüquqlu tərəfdaşlar arasında əməkdaşlıqdan söhbət gedə bilər,  başqa formada bu əməkdaşlıq komitəsinin işinə ehtiyac yoxdur.
Avronest haqqında da eyni sözləri demək olar. Yadınızdadır, bu zalda bizim bəzi deputatlar, – tək bu zalda yox, Brüsseldə də, – fikir söylədilər ki, Avronest köhnə zamanlarda Rusiya ilə Avropa arasında olduğu tək bir bufer kimi qurulur. Aralarında alverin hansısa cəhətləri həll olunmayanda kimisə qabağa  verəcəklər. Necə ki, 2008-ci ildə Gürcüstanı, indi də Ukraynanı verdilər. Nəticə nə oldu, Gürcüstanın, ya da Ukraynanın yardımına kim gəldi? Heç kim!  Ona görə də, – mən öz fikrimi bildirdim, – biz bu məsələni mütləq qoymalıyıq. Bu şəkildə əməkdaşlığa ehtiyac yoxdur.
O boyda Avronest var. 120 deputatın iştirakı ilə müzakirə apara, qərarlar verə bilərsiniz. Əgər orada bir nəticə əldə olunmursa, məsələni daha yuxarı səviyyəyə çıxarın. Yoxsa Avronest nəyə lazımdır? 120 deputat təpik döyə-döyə harasa gedir, toplaşır, nəyi müzakirə edir onda? Ona görə biz bu məsələləri  qoymalı və  arxasında durmalıyıq. Çox sağ olun, minnətdaram. Bir az emosional danışdım. Çünki gözümüzlə gördüyümüz ədalətsizlik, haqsızlıq, hörmətsizlik var. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Bilirəm, bu ədalətsizliklər Sizə çox təsir edir, yana-yana danışırsınız. Sizinlə bu məsələ haqqında çox söhbət eləmişik. Həqiqətən, Avropa Parlamenti – Azərbaycan Əməkdaşlıq Komitəsinin keçən iclasında bizə bəhanə gətirdilər ki, seçkilər gedir, imkanımız yoxdur. Cəmisi bir adam gəldi.  Bir az təzyiq eləyən kimi deyirlər ki, Azərbaycan haqqında qətnamə qəbul eləmişik. 2009-cu ildə  Dağlıq Qarabağ probleminə dair qətnamə qəbul eləmişdilər ki,  erməni qoşunları qeyd-şərtsiz bu torpaqları azad eləsinlər. Üstündən artıq  5 il keçib, bu qətnamənin kağız üstündə qalmaması üçün heç bir hərəkət  yoxdur. İndi də yeni parlament seçilib. Bu ilin mart ayında onun qəbul etdiyi qətnaməyə  səs verənlərin çoxu Azərbaycanı heç xəritədə göstərə bilməzlər. Avropa Parlamenti tərəfindən artıq bu cür hücumlar vasitəsilə Azərbaycana nələri isə qəbul etdirmək siyasətinə rəvac verilib. Biz bunların hamısını yaxşı başa düşürük.
Mən bir haşiyə çıxmaq istəyirəm. Bu yaxınlarda AŞPA-nın prezidenti Ann Brassör Bakıda idi. Bir söhbət zamanı mən ona sual verdim,  dedim, xanım Brassör, Siz Azərbaycan qeyri-hökumət təşkilatları ilə çox görüşmüsünüz, yaxud birgə götürülmüş Ermənistan, Gürcüstan QHT-ləri ilə? Dedi, əlbəttə ki, Azərbaycan qeyri-hökumət təşkilatları ilə. Dedim: “Niyə əlbəttə ki?” Dedi, bilmirəm. Dedim, Azərbaycandakı qeyri-hökumət təşkilatlarına verilən maliyyə bir yerdə götürülmüş Ermənistan, Gürcüstan QHT-lərinə verilən maliyyədən on dəfə çoxdur. Özünüz araşdırın, görün. Xanım başını aşağı saldı. Mənim yanımda şahidlərim də var idi.
QHT-lərə qrantlar verilir, qarşılarında tələblər qoyulur. Rusların bir misalı var: «Бесплатный сыр бывает только в мышеловке». Bu pullardan istifadə eləyəndə vergidən də qaçırlar və məsələ böyüyür ki, bundan da istifadə edirlər.
Avropa Parlamenti nəyə görə Azərbaycanın daxili işlərinə qarışır? O, tövsiyə verə bilər. Ancaq qətnaməsini yazıb onun dərhal, qeyd-şərtsiz yerinə yetirilməsini tələb edəndə istər-istəməz sual doğur ki, sən kimsən, bəs ayrı vaxt məhkəmədən, haqlardan danışırsan? Məhkəməyə təzyiq edirsən ki, filankəslər qeyd-şərtsiz, təcili buraxılmalıdır. Bunlar hamısı Avropa Parlamentinin özünün göstərdiyi qanunsuzluqlardır. Buyurun, Siyavuş Novru-zov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, qeyd olunan məsələlər Azərbaycan ictimaiyyətini də narahat eləyən məsələlərdir. Son  bir neçə ay müddətində Azərbaycanla əlaqədar müxtəlif bəyanatlar,  müraciətlər daxil olur.
“Freedom House”  deyilən bir  qeyri-hökumət təşkilatı var. Buna kim mandat verib, ölkələrdəki durumla bağlı  hesabat yayır? Qəribədir, bir ölkənin ərazisində olan qeyri-hökumət təşkilatı  başqa dövlətlər haqqında hesabatlar yayır, onların qarşısında tələblər, şərtlər qoyur. Həmin təşkilat burada  onlara donos verənlərin düzgün olmayan informasiyası əsasında  Azərbaycanla bağlı hesabat yayır. Bu baxımdan da, hesab edirəm ki, mövqeyimizi sərt şəkildə qoymalıyıq.
Siz də dediniz, Valeh müəllim də dedi, biz keçirdiyimiz bütün görüşlərdə  həmin məsələlərin şahidi oluruq. Avropa Şurası Parlament Assambleyasının sədrinə sual verəndə ki, Rusiyanın mandatını dayandırmısınız, səsvermə hüququndan məhrum eləmisiniz, Ermənistanı niyə məhrum eləmirsiniz? Deyir, Ermənistan sizin ərazinizi işğal eləyəndə 1992-ci il idi, siz isə AŞPA-ya 2001-ci ildə daxil olmusunuz. Bunun məntiqinə baxın. Bu məntiqlə hara qədər gedə bilərik, hansı işləri bunlarla müzakirə eləyib qərar qəbul eləməliyik? Ona görə səslənəcək bəyanat çox sərt olmalıdır.
Harada görünüb ki, hər hansı bir QHT haqqında böyük-böyük təşkilatlar bəyanat yaysın? Bu bəyanatın, – Siz gözəl dediniz, – məntiqi də yoxdur. Biz bunları girov götürməmişik ki, qeyd-şərtsiz azad edilmələri tələb olunsun. Girovu azad eləyərlər. O işlə bağlı istintaq gedir. Bunlar istintaqa təsir göstərirlər. Hələ məhkəmə olmayıb. Məhkəmə olsun, görək hansı faktlar ortaya çıxacaq.
Hesab edirəm, biz “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna da bir daha baxmalıyıq. Xaricdən alınan qrantların böyük əksəriyyəti dolayısı yolla siyasi partiyalara və ya mətbuat orqanlarına ötürülür. Harada görünüb ki, QHT rəhbəri, eyni zamanda, hansısa bir partiyanın sədr müavini, yaxud idarə heyətinin üzvü olsun? Bu adamların aldıqları qrandların  böyük bir hissəsi məqsədli şəkildə həmin siyasi partiyaların kütləvi aksiyalarına yönəldilir. Mən hesab edirəm ki, qanunvericiliklə də gələcəkdə bunun qarşısını almalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən.  Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Biz əgər bu gün Milli Məclisin gündəliyinə fikir versək, görərik ki, öndə gedən  məsələlərin bir çoxu Avropa İttifaqına üzv olan ölkələrlə – İtaliya ilə, Fransa ilə əməkdaşlıq sazişlərinin,  Azərbaycanla Avropa İttifaqı arasında digər sazişlərin imzalanması haqqındadır. Beləliklə, biz görürük ki, Azərbaycan bir tərəfdən Avropa İttifaqına üzv olan ölkələrlə  sıx əməkdaşlıq qurur, amma Avropanın vacib bir qurumu olan Avropa Parlamenti  Azərbaycanla bağlı belə qeyri-obyektiv qətnamə qəbul edir.
Siz, cənab Sədr, vurğuladınız ki, yeni seçilmiş parla-mentin üzvləri nəinki Azərbaycanda olmayıblar, parlament həyatına yenicə başlayıblar, amma kimlərinsə tövsiyələri ilə Azərbaycan əleyhinə qətnamə qəbul edirlər. Bu onun göstəricisidir ki, əslində, Avropa parlamentarizmi özü  çökməkdədir. Biz müstəqil fikir yürüdən, araşdıran Avropa Parlamenti haqqında danışa bilmirik. Təəssüf olsun ki, Azərbaycanla bağlı qəbul edilən belə sənədlərin arxasında bir sıra hallarda erməni lobbisi və ya Avropadan da  qərbdə olan qüvvələr durmuş olurlar. Mən sizlərlə bu fikri tamamilə bölüşürəm ki, biz təmsil olunduğumuz Əməkdaşlıq Komitəsində də,  Avronest Parlament Assambleyasında da fəaliyyətimizə yenidən baxmalıyıq. Çünki biz işləri başlayanda tamamilə fərqli şərtlər çərçivəsində başlamışdıq, ortada qəbul olunmuş sənədlər, nizamnamələr də var. Növbəti görüşlərdə biz bu məsələləri mütləq qaldırmalıyıq. Eyni zamanda, xüsusi vurğulamaq istəyirəm ki, çox təəssüf, Avropadan Azərbaycanın Avropa İttifaqına enerji təhlükəsizliyi baxımından verdiyi töhfəyə adekvat  cavablar ala bilmirik.
Qeyd etmək istədiyim ikinci məsələ  həm ABŞ rəhbərliyi, həm də Avropa Parlamenti tərəfindən Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı səsləndirilən qeyri-adekvat fikirlər barədədir. Bunların bir hissəsi qeyri-hökumət təşkilatları ilə bağlıdır. Hörmətli Valeh müəllim burada vacib bir məsələni vurğuladı. Belə çıxır ki, Qərb dairələri barışıq adı altında Azərbaycanın milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərən və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarını dəstəkləyirlər. Bu, dözülməzdir.
Mən hesab edirəm ki, cənab Sədr,  ümumiyyətlə, qrandlar vasitəsilə həm xarici hüquqi şəxslərin, həm də milli qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində şəffaflığı gücləndirməyin vaxtı gəlib çatıb. Düşünürəm ki, bununla bağlı bir sıra qanunvericilik təşəbbüsləri etməliyik. Çünki Azərbaycan indi Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik edir, korrupsiyaya qarşı mübarizə ilə bağlı öz töhfələrini  verir, bu isə həm də vətəndaş cəmiyyətinə aiddir. İnanmıram, Azərbaycanda elə bir  vətəndaş cəmiyyəti olsun ki, Dağlıq  Qarabağ probleminin  onların təklif elədiyi həlli yolunu müdafiə etmiş olsun. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Siz dediniz ki, yeni deputatlar təcrübəsizdirlər, ancaq bu, tək təcrübəsizliklə bağlı deyil. Bunların ilk iclasıdır. Azərbaycana qarşı qəbul etdikləri qətnamədə 12 dəfə “nəzərə alınsın” ifadəsini işlədirlər, 16 dəfə bizə istiqamət verir, 18 bənddə tövsiyə verirlər. İndi mən sual edirəm,  yeni yaranmış parlamentin birinci iclasında bu sənədləri kim hazırlayır?  Bizim bəzi millət vəkilləri dedilər ki, onlara elə gəlir, bu, Ermənistanda və Ermənistanın hansısa bir səfirliyində hazırlanıb. Elə ona oxşayır.
Ancaq Avropa Birliyinin münasibəti başqadır. Avropa Birliyinin komissarı Barrozu yadınızdadır ki, o, təntənəli iclas vaxtı öz mesajını bildirdi. Söhbət Avropa Parlamen-tində erməni lobbisinin təsiri altında olan və Azərbaycanın  müstəqil siyasətinə qarşı çıxan millət vəkillərindən gedir. Burada çox problem var. Nabukko qaz kəməri layihəsinin səsi hələ də qulağımızdadır. Bu məqamları başa düşməliyik. Bunu çox xırdalamırıq. Zahid Oruc, buyurun.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar! Mən payız sessiyasının işə başlaması münasibəti ilə hər birinizə can sağlığı arzulayıram. Bugünkü iclasın ilk hissəsində Avropa Parlamenti əleyhinə hörmətli spikerdən başlayan bu tənqidin nə qədər əsaslı və milli maraqlarımıza uyğun olduğunu mən də vurğulamaq istəyirəm. Düşünürəm, bunu mediaya çıxaranlar deyəcəklər ki, həqiqətənmi, üstündən 10 gün keçəndən sonra bu məsələnin belə gündəmə çıxarılması önəmli idi. Deyərdim ki, mütləq dərəcədə bəli, çünki söhbət artıq ardıcıl bir siyasətdən gedir.
Avropa Parlamenti beynəlxalq güclərin əlində bir çubuqdur, alətdir, təsir silahıdır. Burada qeyd olundu, onlar düşünürdülər ki, müxtəlif iqtisadi maraqlar çevrəsində təmərküzləşmiş, təşkilatlanmış dairələrdir. 751 parlamentari 7 qrup çərçivəsində az qala təsir agentləri kimi formalaşıbdır. Mən düşünürəm, onlar hesab edirlər ki, məsələn, Nabukko 35 milyard kubmetr Türkmənistan qazının və Orta Asiyanın Rusiyanın təsir dairəsindən çıxmasını təmin edəcək və Azərbaycan burada öndə olmalıdır, bu, baş verməlidir və sair. Onlarla məsələ deyərdim. O cümlədən Azərbaycan Ukraynanın  və Qərbin yanında yer alıb Rusiyanın əleyhinə döyüşəcək və sair. Azərbaycanın xarici siyasətini cilovlayacaqlar, Azərbaycanı öz daxilimizdə basdırdıqları minalar hesabına idarə edəcəklər.
Bir dövr ayıldıq ki, QHT sektoru müxtəlif ölkələrin əlində bir casus şəbəkəsidir. Əslində, bu çox yumşaq deyilir. Biz indi “Qrant haqqında” Qanunu qəbul etmişik, ona görə dözürük ki, müxtəlif hökumət strukturları da bu layihələrdən yararlanırlar, ancaq fakt ondan ibarətdir ki, bu qrantlar əksər hallarda dövlət çevrilişi və yaxud hakimiyyət uğrunda mübarizənin mühüm maliyyə baza-sına çevrilir. Fakt ondan ibarətdir ki, məhz  Avropa Birliyi və Avropa Parlamenti Ukraynanın hazırkı faciələrinin əsasını qoyub. İndi cənab Sədr, mən  düşünürəm ki, redaksiya komissiyası o məsələni bizim bəyanata qeyd eləyə bilər.
Azərbaycan Ukraynanın başına bəla olan 29 noyabr Riqa Sammitində vizaların sadələşdirilməsinə dair sənədləri imzaladı.  Avropa qonşuluq siyasətində məhz bizim ölkə Avropa Birliyi ilə normal münasibətləri təqdir elədi, davam etdirdi. Ermənistan bunların hamısının üzərindən xətt çəkdi, sonra Gömrük Birliyinə üzvlüyünü bəyan elədi və sair. Bu fonda Ermənistana qarşı heç bir tədbir görülmür, əksinə, Azərbaycana qarşı qətnamə qəbul olunur.
Avropa Parlamentinin həll etdiyi məsələlər milli məsələlərdir, yəni bütöv məsələlər, ölkə məsələləridir, fərd məsələləri deyil, ayrı-ayrı  adamların haqqı məsələsi, Leyla Yunus məsələsi deyil. Necə olur ki, dünyaya bu münasibəti göstərən qurum Azərbaycana çatanda fərdlər  səviyyəsinə enir və bir milyonun haqqı bir adama qurban verilir. Ona görə mən düşünürəm ki, Avropa Parlamenti – Azərbaycan münasibətləri...
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı.  Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, media təmsilçiləri! Mən də payız sessiyasının başlanması münasibətilə hər birinizi təbrik edir, çətin və şərəfli işinizdə sizə uğurlar diləyirəm.
Yadınıza gəlirsə, ötən sessiyada Avropa Parlamentinin Azərbaycana qarşı yönəlmiş ədalətsiz münasibəti müzakirə olunanda mən sərt mövqeyimi ifadə etdim. Bu gün də o fikirdəyəm və birmənalı şəkildə düşünürəm ki, Avropa Parlamenti və onun müvafiq qurumları Azərbaycanla normal münasibətlər qurmaq arzusundadırsa, bu münasibətlər qarşılıqlı hörmətə əsaslanmalı, beynəlxalq hüquq normaları başlıca prinsip kimi götürülməlidir. Bu təşkilatlarla əməkdaşlığımızı biz yalnız bu şərtlərlə davam etdirməliyik.
Avropa Parlamenti Azərbaycana qarşı qərəzli, böhtan xarakterli davranışlarını davamlı olaraq həyata keçirməkdədir. Ona görə mən təklif edirəm ki, biz, sadəcə olaraq, bəyanatla kifayətlənməyək, Azərbaycan Avronestdəki fəaliyyətinə son qoysun. Avropa Parlamentində hörmətli həmkarımız Valeh müəllim həmsədr kimi istefa verib Azərbaycanın oradan çıxdığını bəyan etsin və beləliklə, bu məsələyə nöqtə qoyaq. Qaldı ki, Avropa İttifaqı ilə əməkdaşlığımızı davam etdirə bilərik. Avropa Şurası ilə Azərbaycanın münasibətləri, demək olar ki, normaldır.
Ancaq düşünürəm ki, Avropa Parlamenti, Avropa qurumları dünyada bu gün hegemon mövqe tutub ayrı-ayrı dövlətlərə təsir göstərmək, onları öz məqsədlərinə tabe etdirmək cəhdlərindən əl çəkməlidir. Əgər əl çəkmirlərsə, biz onların yanında olmalı deyilik.  Sinqapuru,  Malayziyanı,  Yaponiyanı, Cənubi Koreyanı götürək. Bunlar Avropa İttifaqının üzvü deyillərsə, inkişaf etmirlər?
Azərbaycan bu gün dövlət başçısının rəhbərliyi ilə çoxşaxəli siyasət aparır. Azərbaycan milli maraqlarına, dövlət maraqlarına xidmət edən siyasətini uğurla həyata keçirir və müdafiə olunur. Ona görə də bəyanatla kifayət-lənməyək. Mən təklif edirəm ki, biz bu gün sessiyamızda Avropa Parlamentindən və Avronestdən çıxmağımız haqqında qərar qəbul eləyək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar! Mən hesab edirəm ki, bu gün Avronest haq-qında, Avropa Birliyi haqqında xüsusi bir fikir söyləməyə ehtiyac yoxdur. Zatən Avropa Parlamenti özünün fəaliyyəti ilə bütövlükdə  Şərq tərəfdaşlığı proqramını çox ciddi şəkildə zədələyibdir. Bu gün Şərq tərəfdaşlığı proqramı, hesab edirəm, iflasa uğrayıbdır. Təəssüflər olsun ki, bu siyasət özünü doğrultmadı,  Avronest Parlament Assambleyasına olan inam və etimad iflasa uğradı. Bunun səbəbi isə Avropa Parlamentinin, Avropa institutlarının, Avropa İttifaqının sərgilədiyi yanlış, qərəzli yanaşmadan qaynaqlanan bir mövqedir. Bu barədə, hesab edirəm ki, həmkarlarımız kifayət qədər danışdılar, əlavə fikir söyləməyə ehtiyac yoxdur.
Avropa Parlamentinin qətnaməsi heç bir əsası olmayan, tamamilə yanlış faktlara söykənən qərəzli bir sənəddir. Bu qətnamənin maddələrinə diqqət yetirsək, görərik ki, Avropa Parlamentinin yeni seçilmiş nümayəndələri, millət vəkilləri, doğrudan da, bu mövzudan nə qədər uzaqdırlar. Biz onlara dəfələrlə sual veririk ki, Şərq tərəfdaşlığı proqramının üzvü olan digər dövlətlərdə, deyək ki, Ermənistan və Gürcüstanda baş verən hadisələrə niyə adekvat qiymət verilmir. Məsələn,  Gürcüstanda başda Saakaşvili və ayrı-ayrı nazirlər, hökumət nümayəndələri olmaqla harada isə 98 nəfər siyasi məhbus adı altında qeydiyyatdan keçibdir. Buna reaksiya verilmir. Yaxud keçən il Prezident seçkilərində Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan seçkidən iki həftə öncə güllələndi. Buna heç bir reaksiya verilmədi. Amma Azərbaycanda hər hansı bir şəxs qanun pozuntusuna görə istintaqa cəlb olunursa, dərhal buna reaksiya verilir və qətnamə qəbul edilir. Əlbəttə, burada mövqe və ümumiyyətlə, yanaşma məlumdur.
Təəssüflər olsun ki, burada bizim qeyri-hökumət təşki-latları  hədəf seçiliblər. Mən o qeyri-hökumət təşkilatla-rına müraciət edirəm ki, onlar bu gün  bilərəkdən və ya bilməyərəkdən həmin beynəlxalq qurumların əlində alətə çevriliblər. Onlar bilməlidirlər ki, Azərbaycan dövləti bütövlükdə qeyri-hökumət təşkilatlarına tam şərait yara-dıbdır. Bu gün o qeyri-hökumət təşkilatları ki, qanuna hörmət edir, onların heç bir problemi yoxdur, onlara hər hansı bir sanksiya tətbiq olunmur. Ona görə də bu qeyri-hökumət təşkilatlarını bu gün həmin siyahıya salmaqla, hesab edirəm, onların vəziyyətini daha da çətinləşdirirlər.
Bizim qeyri-hökumət təşkilatları öz dövlətinə,  Azər-baycanın hüquq mühafizə orqanlarının ədalətliliyinə inanmalıdır. Mən sizə deyim ki, bir neçə gün bundan öncə “Demokratiyaya yardım” İctimai Birliyinin sədri Emin Məmmədovun məsələsinə baxıldı və o, şərti azadlığa çıxarıldı. Azərbaycan məhkəməsi çox ədalətli bir qərar qəbul etdi. Ona görə o qeyri-hökumət təşkilatları gərək bunu bilsinlər, anlasınlar. Onlar bunu da bilməlidirlər ki, bu gün xarici hökumətlər, ayrı-ayrı beynəlxalq qurumlar onların problemini həll etməyəcəklər...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət müəllim, redaksiya komissiyası-nın üzvüsən, sözü orada deyəcəksən. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Burada da söz demək istəyirsən? Buyur.
Q.Həsənquliyev. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən Sizi, bütün həmkarlarımı yeni sessiyanın başlanması münasibətilə təbrik edirəm!
Oqtay müəllim, mən Sizin təşəbbüsə qoşulur və hesab edirəm ki, biz  Avropadakı beynəlxalq təşkilatlara öz kəskin etirazımızı bildirməliyik. Amma mən onu qeyd etmək istəyirəm ki, bütün Azərbaycan xalqı bilməlidir. Necə ola bilər ki, xalqın ləyaqət məsələsi olan ərazi bütövlüyü, dövlət suverenliyi məsələsində ədalətli mövqe tutmayan beynəlxalq təşkilatlar  insan haqları ilə bağlı məsələdə ədalətli mövqe tutsunlar. Belə olmur, bu beynəlxalq təşkilatlar ya öz prinsiplərinə sadiq olurlar, ya da olmurlar. Ona görə mən bu məsələdə, hesab edirəm ki, biz öz kəskin etirazımızı bildirməliyik.
Amma Azərbaycana qarşı yeni bir hiyləgər plan qurulur. Bunu da, yəqin ki, hamımız görürük, bilirik. Mən əminəm ki, o həbsdə olanların bir neçəsinə yüksək  mükafatlar təqdim olunacaq və sonra yeni bir kampaniya başlanacaq ki, baxın, Azərbaycanda filan mükafatların laureatları həbsdə saxlanılırlar.
Biz, məsələn, Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiyanı  vasitəçi kimi qəbul etmək məcburiyyətində qalmış və qəbul etmişiksə,  bu acı reallığı da qəbul etməliyik ki, dünyada insan haqları ilə bağlı ictimai rəyi həmin o böyük dövlətlərin  işarəsi ilə bu və ya digər ölkəyə xüsusi diqqət yetirən həmin o təşkilatlar formalaşdırır. Ona görə mən düşünürəm ki, bir neçə nəfərə görə, – onlar hətta Azərbaycan xalqına qarşı ən ağır cinayət törətmiş olsalar belə, hərçənd ki, bunu sonda məhkəmə müəyyənləşdirəcək, – bu beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil. Biz onları ifşa etməliyik, deməliyik ki, siz qərəzlisiniz, amma mən düşünmürəm ki, 5–6 nəfərə görə biz Qərblə, Avropa ilə, o beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməliyik. Mən hesab edirəm ki, bizim hüquq mühafizə orqanlarının rəhbərləri, ölkənin siyasi rəhbərliyi müvafiq qərar qəbul etməli və həmin o şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəməyə qədər dəyişdirilməlidir.
Mən özüm beynəlxalq təşkilatların  iştirakçısıyam və görmüşəm ki, Qərbin təsirinə düşən ölkələr... Məsələn, NATO-nun sonuncu iclasında mən deyəndə ki, necə olur, siz Rusiyaya sanksiya tətbiq etdiyiniz halda   Ukraynanın ərazi bütövlüyünə səs verməyən Ermənistana heç bir sanksiya tətbiq etmirsiniz, hətta Ukrayna bizi müdafiə etmədi, bizə dəstək vermədi. Biz bu acı reallıqları görürük. Biz çox böyük ölkə deyilik. Ona görə də siyasətimizi elə qurmalıyıq ki...
Sədrlik edən. Sağ olun. Bahar Muradova, buyurun.
B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Qüdrət müəllim, mən Sizin son sözünüzdən başlamaq istəyirəm. Mən düşünürəm ki, məsələ bu 5–6 nəfərdə deyil. Əgər kimsə düşünürsə ki, yalnız 5–6 nəfərin məsələsində biz güzəştə getsək, Avroparlament və sifarişli qərarlar qəbul edən digər beynəlxalq qurumlar bizə qarşı təzyiqləri dayandıracaqlar, hesab edirəm ki, yanlış  düşünmüş olacaq.
Mən özüm beynəlxalq təşkilatda sizin kimi iştirak edən adamam və ən yüksək rəsmilərlə dəfələrlə görüşlərim, söhbətlərim olub. Bir çoxunda qırmızı xətlə keçən bir fikir bundan ibarətdir ki, Azərbaycan çox özündən razı siyasət yeridir. Onlar bizim müstəqil siyasətimizi özündən razılıq kimi qəbul edir və özündən razı, – Sizin dediyiniz kimi, – kiçik bir dövlət kimi də bizi cəzalandırmaq istəyirlər. Bizi təkcə özündən razı olduğumuza görə yox, onların maraqlarına xidmət edən alət olmadığımız üçün cəzalandırmaq istəyirlər. Bu fərqi biz bir-birindən ayırmalıyıq.
Bu insanların adı daxil edilmiş siyahılar birinci dəfə deyil, Azərbaycanda meydandadır. Nə qədər Azərbaycan müstəqildir, nə qədər Azərbaycanda bu müxtəlif yönlü qeyri-hökumət təşkilatları fəaliyyət göstərir, belə siyahılar olub və bundan sonra da olacaq. Buna əmin ola bilərsiniz.
Azərbaycanın tutduğu yolun düzgünlüyünə, doğrulu-ğuna bizim özümüzdə şübhə olmamalıdır. Əgər şübhə olacaqsa, onda biz onların toruna düşmüş olacaq və bu beynəlxalq dairələrin əlində  alətə çevrilmiş olacağıq. Bunu nə bizim xalqımız,  nə dövlətimiz, nə də  sizinlə biz burada istəyirik.
Azərbaycanda ən müxtəlif yönlü qeyri-hökumət təşki-latları var. Ümumiyyətlə, Valeh müəllim söyləmiş, bu nə yönümdür? Qeyri-hökumət təşkilatları müstəqil qurumlar olaraq ictimai əhəmiyyət kəsb edən bu və ya digər məsələlərlə məşğul olmalı və bunun üçün istər daxili, istərsə də xarici qrantlar almalıdır. O əgər hansısa bir yönümü tutubsa, deməli, istənilən ölkədə, o cümlədən Azərbaycanda hakimiyyət uğrunda savaşın tərkib hissəsidir, deməli, siyasi dividend qazanmaq istəyir və siyasi maraqları olan dairələrin əlində də alətə çevrilir. Bunu Azərbaycandakı nümunə açıq-aşkar göstərir. Biz nə istəyirik? Biz istəyirik ki, Azərbaycanda şəffaflıq olsun, hər kəs maliyyə qaynaqlarını açıq-aşkar göstərsin, fəaliyyətinə sərf etdiyi maliyyə barədə hesabat versin.
Zahid Oruc burada qeyd etdi ki, biz bu vəziyyətə ona görə dözürük ki, hökumət qurumları da qrant alır. Çox yanlış bir fikirdir. Haqqında danışdığımız və fəaliyyəti bizi narahat edən digər qurumlardan fərqli olaraq hökumət qurumları müsabiqədə iştirak edir, tenderlərin qalibi olur və bu qrantları çox açıq və şəffaf şəkildə alırlar. Bu qrantlar çox ağır şərtlərlə verilir. Bunun üzərində bir neçə mərhələli nəzarət funksiyası  var və hesabatlar verilir. Zahid müəllim, belə qrantları alan qurumlarda işləmiş  həmkarlarımız  Sizə açıqlama verə bilərlər ki, onlar hansı mərhələlərdən keçiblər. Ona görə də biz hansısa marağımıza görə qeyri-hökumət təşkilatlarımızın xarici dairələrin əlində alətə çevrilməsinə dözmürük.  Biz Azərbaycanda yalnız vətəndaş cəmiyyətinin inkişafı üçün bu və ya digər nöqsanları aradan qaldırmaqda səbirlilik və təmkinlilik göstəririk. Hesab edirəm ki, bunu bizə qarşı olan təzyiqə dözüm kimi qələmə vermək  düzgün deyil.
Mən qanunvericilikdə müvafiq dəyişikliklər edərək informasiya təhlükəsizliyinin qorunmasını, qeyri-hökumət təşkilatlarının qrant fəaliyyətinin, maliyyə fəaliyyətinin şəffaflığını təmin etmək  fikrini dəstəkləyirəm. Hər birimizin məsuliyyət hissini artıra bilən dəyişiklikləri biz burada çəkinmədən və ardıcıl şəkildə etməliyik. Çünki bu bizim qurduğumuz müstəqil dövlətin qorunması işinə xidmət edir.
Cənab Prezidentin söylədiyi bir gözəl fikir var, mən onu bir daha xatırlatmaq istəyirəm. O söyləyir ki, biz üzvü olmadığımız beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməyə məcbur deyilik. Bu, tövsiyə xarakterli qərarlara da aiddir. Ona görə də biz Avropa Parlamentinin  tərkibində yer alan, Azərbaycanda maraqları olan dairələrin əlində alət olan parlamentarilərin söylədiklərinin təsiri altında öz mövqeyimizdə dəyişiklik edə bilmərik.
Biz açıqlıq, şəffaflıq, hesabatlılıq naminə cəmiyyəti-mizdə və dövlətimizin həyatında bizə mane olan cəhətləri aradan qaldırmaqda axıra  qədər prinsipial və məsuliyyətli olmalıyıq. Bunu bizdən  dövlətimizin mənafeyi və qarşımızda duran vəzifələr tələb edir. Ona görə də biz sifarişli qərarlar qəbul edən qərəzli təşkilatların şəffaflığın qorunması istiqamətində səylərimizi heçə endirməsinə, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatlarını və onların rəhbərlərini cinayətkar elementlərə çevirmələrinə  qarşı  çıxmalıyıq. Çünki bu insanlar bizim vətəndaşlarımızdır. Biz gözümüz görə-görə onların cinayət  uçurumuna yuvarlanmasına dözə bilmərik və bunun qarşısını almalıyıq.
Hesab edirəm, siyasətimiz doğrudur. Biz bəyanatı qəbul etməli və mövqeyimizi kifayət qədər sərt tonda açıq şəkildə ortaya qoymalıyıq. Avropa Parlamenti və onun üzvləri bu gün əgər bütün dünyada, bax, bu kimi məsələləri müqayisəli şəkildə müzakirəyə çıxarıb, orada Azərbaycan haqqında da  fikir söyləsəydilər, biz bunun obyektiv olduğu qənaətinə gələrdik. Bu qətnamənin qeyri-obyektiv, qərəzli və Azərbaycana qarşı yönəlmiş olduğunu təsdiq edən əsas cəhəti ondan ibarətdir ki, onun bir cümləsi də Azərbaycanla Avropa İttifaqı arasında keçilmiş yolun müsbət məqamlarını özündə əks etdirmir. Başdan ayağa qərəzdir,  böhtandır,  iftiradır. Ona görə də mən hesab edirəm ki, biz kifayət qədər sərt bir bəyanat qəbul etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən.  Sağ olun. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Üzr istəyirəm, belə alındı. “Sığorta fəaliyyəti haqqında” bir məsələ var, 24-cü məsələ. Biz Prezident Administrasiyası ilə, Maliyyə Nazirliyi ilə, hökumətlə danışıqlar aparmışıq, razılığa gəlmişik ki, bu qanun layihəsi üzərində bir az işləyək, sonra təqdim edək. Ona görə xahiş edərdim ki, bu məsələ gündəlikdən çıxarılsın.
Sədrlik edən. Yaxşı, bu məsələni gündəlikdən çıxarırıq, hazır olanda baxarıq.
İndi hesab edirəm ki, gündəliyə keçmək lazımdır. Gündəliyin birinci məsələsi payız sessiyasının qanunvericilik işləri planı haqqındadır. Buyursun İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının başlanması münasibətilə bütün millət vəkillərinə göstərəcəkləri fəaliyyətin dövlətimiz, xalqımız üçün uğurlu olmasını arzu edir və güman edirəm ki, bu payız sessiyasında qəbul edəcəyimiz qərarlar millətimiz və dövlətimiz üçün kifayət qədər xeyirli, uğurlu olacaqdır.
İlk növbədə səslənən mövqelər haqqında fikirlərimi bildirmək istəyirəm və gündəliyə bununla bağlı təkliflərim olacaq. Mən beynəlxalq standartların Azərbaycanın əleyhinə olması, Ermənistan–Azərbaycan münaqişəsində beynəlxalq təşkilatların sərgilədiyi mövqe, bəzən qərəzlərinin aşırı olması,  maraqlarının daha sıx şəkildə müdafiəsi üçün hətta Azərbaycanın dövlət maraqlarının ziddinə qərarlar qəbul etməsi ilə bağlı səslənən  fikirlərlə aşağı-yuxarı razılaşa bilərəm və razılaşıram da. Çünki ən azı Ermənistan–Azərbaycan münaqişəsi fonunda bunun dəfələrlə şahidi olmuşam.
Lakin məsələnin bir tərəfi də var və məsələnin bu tərəfi  bizim özümüzlə bağlıdır. Biz Azərbaycanın haqq işinə bu maraqlar çərçivəsindən yanaşıldığını bilə-bilə, doğrudanmı, ölkə daxilində elə bir siyasət sərgiləməliyik ki, onlar bundan bu və ya digər şəkildə istifadə edib dövlətin müstəqilliyi, ölkənin problemlərinin həlli və sair məsələlərdə bizə təzyiq göstərmək imkanı əldə etsinlər? İlk növbədə hökumət və Milli Məclis bu sualların ətrafında düşünməlidir.
İkinci bir tərəfdən biz Avropa İttifaqından, Avropa Birliyindən, Avropa Şurasından hey gileylənir və kifayət qədər də sərt mövqelər sərgiləmək istəyirik. Çox qəribə məntiq ortalığa çıxır. Siz, burada əyləşənlər, hökumət nümayəndələri Azərbaycan torpaqlarının Rusiya tərəfin-dən Ermənistan vasitəsilə işğal olunduğunu və o işğalda bilavasitə Rusiyanın iştirak etdiyini heçmi bilmirsiniz? Bilirsinizsə, nədən Rusiyaya qarşı münasibətdə bu qədər  çəkingən və qorxaq münasibət sərgiləyir və bunun adını manevr siyasəti, balanslaşdırılmış siyasət qoyursunuz? Hə, mən razıyam, Rusiyanın caynağı çox uzundur, Azərbaycan torpaqlarını da işğal edə bilər. Avropa işğal siyasətinə doğru getmir, yalnız insan haqlarını müdafiə edir deyə Avropanın üzərinə də bu şəkildə getmək lazım deyil.
Bəli, Avropada Azərbaycana qarşı çalışan erməni lobbiləri də var, insan haqları ilə bağlı komitələr də işləyir. Amma bütün bunların fonunda hökumət, birinci növbədə iqtidar düşünməlidir ki, bu siyasətin gerçəkləşməməsi üçün hansı addımlar atmalıdır ki, bizim üzərimizə gəlməsinlər. Nə rahatdır burada Avropanın əleyhinə bəyanat vermək. Qalxın, Azərbaycan torpaqlarını işğal etmiş Rusiyanın əleyhinə burada bir bəyanat verin. Verə bilərsinizmi? Heç kim verə bilməz. Çünki hər kəs bilir ki, doğrudan da, Rusiya o hökumətin rəsmi siyasətinin nəticəsində Azərbaycana daha ağır zərbələr vura bilər.
Mən bunu çox sərbəst deyirəm. Çünki mən iqtidarın siyasətini gerçəkləşdirən birisi deyiləm, mən müxalifətəm. Hə, bəlkə sizi də anlayıram, qəbul edirəm ki, doğrudan da, Rusiya ilə münasibətlər bu səviyyədə gerçəkləşdirilməlidir. Amma Avropanı da nəzərə alın. Avropanın da əli kiçik deyil. Nəzərə alın ki, bu gün Azərbaycan iqtisadiyyatının ixracının 95 faizi həmin üzərinə getdiyimiz Avropa ilə gerçəkləşdirilir. Azərbaycanın bu gün təkcə Avropa ölkələrinin biri ilə iqtisadı göstəriciləri 42–45 faizdir. Bunu da nəzərə alın və fikirləşin ki, biz Azərbaycana olan ikili münasibətləri dəyişmək üçün nələr etməliyik.
İnsan haqları müstəvisində cəmiyyətin içərisində də narazılıqlar var. Bu narazılıqları aradan qaldırmaq üçün konkret addımlar atmaq lazımdır. Regionda, dünyada baş verən konkret proseslər fonunda ölkə daxilində gərginliyin olmaması üçün çaba göstərmək lazımdır. Bəlkə qanunları pozanlar da var, bəlkə milli mənafeyimizin əleyhinə gedənlər də var, amma...
Sadəcə bir fakt deyim. Mən rəsmi dövlət qurumlarından birinə bir müraciət göndərmişəm. Bir nəfər  haqqında cinayət işi qaldırılıb. Onun övladını və ərini ölkədən kənara buraxmırlar. Yazmışam ki, xahiş edirəm,  həmin cinayət işində bu iki adamın istintaqa təqsirləndirilən şəxsmi, şahidmi və yaxud hər hansı başqa bir  qisimdə cəlb olunduğu barədə mənə bir arayış ver. Heç nə vermir. Təbii, bu şikayətlər gedir yığılır, Azərbaycanın əleyhinə olan adamlar da bunlardan məharətlə istifadə edirlər. Bu tipli şeylərə son qoymaq lazımdır.
Hesab edirəm ki, regionda və dünyada baş verən hadisələr fonunda ölkədə daxili gərginlik olmasın deyə böyük barış amnistiyasına ehtiyac var, hətta kimin günahı varsa belə. Çünki  müstəqilliyimizin qorunması istiqamətində bizim daxili barışa olan ehtiyacımız qədər heç bir şeyə ehtiyacımız yoxdur və bu barışı saxlaya biləcək bir nömrəli qüvvə iqtidardır. İqtidar, doğrudan da, dövlətin müstəqilliyi üçün də, beynəlxalq aləmdə yeri üçün də,  daxili üçün də məsuldur və bu istiqamətdə çalışmalıdır. Ona görə hesab edirəm, bu məsələdə Avropa əleyhinə bəyanat vermək yox, əlaqələri daha ciddi şəkildə inkişaf etdirmək lazımdır.
Jurnalistlər Jirinovskinin ölkəmizə gəlişi ilə bağlı mənə bir sual verdilər. Dedilər ki, Jirinovski Azərbaycanı bu şəkildə təhqir və tənqid etmişdi. Onun gəlişinə münasibətiniz necədir? Dedim, çox normal. Əgər Azərbaycan dövlətinin, Azərbaycan xalqının əleyhinə olan bir adamın mövqeyi dəyişdirilirsə, biz çalışmalıyıq ki, dünyada bizim əleyhimizə olan adamların hamısının mövqeyini bu şəkildə dəyişdirə bilək. Bu, mümkün olmasa da, hər halda buna cəhd özü Azərbaycan dövləti üçün, müstəqilliyi üçün olduqca vacibdir. Ona görə hesab edirəm, birinci növbədə bu gün  Avropada birinin siyasi məhbus, birinin qeyri-qanuni həbs olunmuş şəxs, müxalifətin siyasi məhbus, vicdan məhbusu hesab etdiyi şəxslərin hamısı ilə bağlı bir barış amnistiyası olmalı, bu adamlar həbsdən azad edilməli və Azərbaycanda yeni bir mərhələ başlanmalıdır.
Qanunvericiliklə bağlı bir neçə fikrimi ifadə etmək istəyirəm. Birinci növbədə bələdiyyələrlə bağlı. 2014-cü ilin dekabr ayında bələdiyyələrə yeni seçkilər keçiriləcək. Mən hesab edirəm, bələdiyyələrin statusu artırılmalıdır. Bələdiyyələrin statusu, doğrudan da, cəmiyyətə bələdiyyələrin rolu və yeri haqqında yeni bir mesaj verməlidir. Bunun qanunvericilik bazası işlənməlidir. Bu gün 7 bənd üzrə bələdiyyələr təkcə qəbir yeri verməyə səlahiyyətlidirlər, başqa heç bir səlahiyyətləri yoxdur.  Bələdiyyələr hətta onlara məxsus torpaq sahələrinin hərraca çıxarılmasında belə icra strukturlarından asılıdır. Çünki o hərracda komissiya üzvləri icra nümayəndələridir.
İkincisi, bələdiyyələrin torpaqları ev tikintisindən kənar heç bir halda satışa çıxarıla bilməz. Çünki bələdiyyələrin torpaqları dünyanın hər bir yerində icra müqaviləsi əsasında verilir. Məişət xidmətindən tutmuş xidmət sahələrinin digər növlərinədək hamısı uzunmüddətli icarə əsasında verilməli və bələdiyyələrin fondu buradan formalaşmalıdır. Bu gün ölkənin  xidmət sahələrinin hamısı dövlət nəzarətində olan, icra strukturlarının nəzarətində olan bələdiyyələrə verilməlidir ki, bələdiyyələrin statusu bəlli olsun və insanlar bələdiyyə seçkilərində iştiraka maraq göstərsinlər. Seçki Məcəlləsində də, təbii ki, bələdiyyə seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi və siyasi institutların  bu prosesdə iştirakı üçün dəyişikliklərə ciddi şəkildə ehtiyac var.
Burada “Siyasi partiyalar haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi var. Mən onunla bağlı məsələ müzakirə olunanda mövqeyimi ifadə edəcəyəm. Amma qanun-çuluğun fəlsəfəsinə zidd olan bir məsələ gündəliyə salınıb. Siyasi partiyalar dövlət büdcəsindən maliyyələşir, qeyri-dövlət strukturlarına maliyyə hesabatı verir. Mən hesab edirəm ki, Konstitusiya Məhkəməsinə bu məsələ ilə bağlı müraciət olunsa, o, dərhal bunun qanunçuluğun fəlsəfəsinə zidd olduğunu ortaya qoyacaq. Maliyyə Nazirliyi vəsait ayırır, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşir. Siyasi partiya maliyyə hesabatını siyasi partiyaların Milli Məclisdə formalaşdırılmış bir komissiyasına  – seçkini  keçirməli olan quruma verir. Bu nə deməkdir? Bu harada görünüb? Dünyanın harasında belə bir şey var? Bunu hansı təcrübədən götürmüsünüz? Dövlət büdcəsi vəsai-tinin xərclənməsinə yalnız dövlət büdcəsini verən orqanlar nəzarət etməlidir.
Mən bunun alt tərəfini başa düşürəm. Sabah maliyyə hesabatı vermədi, Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək ki, bu siyasi partiya maliyyə hesabatı verməyib, onu seçkiyə buraxmırıq. Amma siz ən azı düşünün ki, bu, qanunçuluğun özünün fəlsəfəsinə kifayət qədər zidd olan və Azərbaycan Konstitusiyasını pozan bir müddəadır. Bunu əlavə etmək olmaz.
İkinci, biz dəyişiklik vermişdik. Mən çox xahiş edirəm, o dəyişiklik də gündəliyə salınsın. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən iş planına səs verəcəyəm. Amma bir təklifim var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illiyinin qeyd olunması barədə bir sərəncam imzaladı. Bu sərəncamda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mən düşünürəm ki, 90 illiyin qeyd olunması təkcə Naxçıvana aid olan məsələ deyil. Düzdür, bu, Naxçıvanda cənab Prezidentin də iştirakı ilə qeyd olundu. Amma bu bizim paytaxtda dövlət səviy-yəsində qeyd olunmalıdır.
Bundan sonra cəmi iki tədbir keçirilib – biri Milli Elmlər Akademiyasında, biri də dünən İdarəçilik Akademiyasında. Hər ikisində elmi-praktik konfrans keçirildi.
Naxçıvana muxtariyyətin verilməsi təkcə bir elmi məsələ deyil ki, bu yalnız elmi-praktik konfransda araşdırılsın. Bu bir siyasi hadisə idi. Niyə Naxçıvana muxtariyyət verildi? Ona görə ki, Azərbaycanın qədim torpaqları Zəngəzur, Göyçə mahalı, İrəvan xanlığı o dövrdə Azərbaycandan qoparıldı. Tarixdən ibrət dərsi götürülməlidir. Bu torpaqlar hansı şəraitdə verildi, niyə biz torpaqlarımızı müdafiə edə bilmədik? Yəni bu acı həqiqətlərlə əlaqədar olaraq mən düşünürəm ki, bu yubiley fərmanda da nəzərdə tutulduğu kimi, ölkənin böyük şəhərlərində, digər bölgələrində də yüksək səviyyədə qeyd olunmalıdır.
Mən təklif edirəm ki, bununla əlaqədar olaraq Azərbaycan Respublikası parlamentinin xüsusi bir iclası da keçirilsin və bu bizim iş planımıza daxil edilsin. Mənim iş planına təklif etdiyim məsələ bundan ibarətdir. Diqqətinizə görə sağ olun.  
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, mən qanunvericilik işləri planını qəbul edirəm və ona bir neçə təklifim var.  Amma öncə hörmətli Bahar xanımın fikrinə kiçicik bir reaksiyamı söyləmək istəyirəm. Bahar  xanım parlamentin idarəçiliyində də, ölkənin ictimai-siyasi həyatında da mühüm yer tutan çox hörmətli, kifayət qədər istedadlı bir insandır. Bu qeyd etdiyim məsələ, görünür, sadəcə, yanlış anlaşıldı.
Azərbaycan–Ermənistan ərazi mübadiləsini təklif edən Amerikanın məşhur siyasətçisi Pol Qoblun məşhur bir sözü var. Deyir ki,  qrant alan siyasətçi öz ölkəsinə xəyanət edəcək. Mən yəni onu demədim ki, biz qrantların alınmasına ona görə dözürük ki, nazirliklər onu alır. Ona görə dedim ki, əks cinaha qrantların sonra fəsadlar doğurduğunu deyəndə deyirlər ki, sizin hökumət strukturları da qrant alır.
Şəxsən mənə qalsa, Azərbaycan kifayət qədər güclənib və bu qrantlara elə bir ehtiyacı yoxdur. Xaricdə, ümumiyyətlə, bu cür maliyyə asılılığını azaltmaq üçün qrantların alınması tamamilə qadağan  olunur.  Bu, kəskin yanaşma kimi görünər, kiminsə tərəfindən qəbul olunmaz, amma mənim fundamental baxışımdır. Ona görə  mənim iddiam o deyil ki, biz buna görə dözmüş oluruq.  İstədim, birinci bu nəzərə alınsın.
Hörmətli Ziyafət müəllim, mən ən əvvəl hərbi doktrinaya dəyişiklik olunmasını təklif edirəm. Biz o sənədi qəbul etdiyimizdən bu yana 5 il keçib və bu dövr ərzində regional  və beynəlxalq siyasət dəyişibdir.  Siz təhlükəsizlik siyasətinə birbaşa bağlı bir insansınız. Bu dövr ərzində ən azı son hadisələr, Rusiya–Qərb qarşıdur-ması bizi vadar edir ki, biz də hərbi siyasətimizdə bu mə-qamda dəyişiklik edək. Onsuz da Azərbaycan Prezidenti qoşulmama hərəkatına ölkənin üzv olmasını təmin etməklə əsas hərbi bloklara qoşulmayacağımızı elan etdi.
Mən on illər ərzində  NATO–Azərbaycan dostluq qru-punda yer alan bir şəxs kimi cəmiyyətə NATO dəyərlərini və standartlarını təbliğ edənlərdən olmuşam. Amma açıq şəkildə deyirəm, Rusiya amili olan yerdə nə Gürcüstan, nə də Ukrayna NATO-ya üzv olacaqdır. Bu böyük avantüradır, o ölkələrin bölünməsi, parçalanması üçün mühüm bir təxribat planıdır. Bu mənada Azərbaycan öz hərbi doktrinasında hər hansı bloklara qoşulmayacağı fikrini təsbit etməlidir. Bu birinci təklifimdir.
İkincisi, hörmətli Ziyafət müəllim, biz 1990-cı illərdə bir sıra məsələlərdə beynəlxalq avantüraya uymuşuq. Bu bəlkə də elə ondan əvvəl baş veribdir. Qorbaçov antialkoqol kampaniyasını başlayanda üzüm plantasiya-larına ilk hücum edən biz olduq.  Bu bizim şərabçılıq sənayemizə də, iqtisadiyyatımıza da böyük zərbə oldu. Sonra antirusiya əhval-ruhiyyəsinə o qədər  kökləndik ki, orta məktəblərimizdə rus dilini ləğv etdik.
Mən Azərbaycan dilini sevənlərdən, onun ən yüksək kultunun formalaşmasını istəyənlərdənəm. İstər ticarətdə, istər hüquqda, istərsə də yazışmalarda ana dili bütün dillərdən üstün olmalıdır. Bu birmənalıdır. Amma əgər 2 milyon insanımız Rusiya məkanına gedirsə və bunlar minimum  dil bilgilərinə hazır olmalıdırlarsa, bunu bil-məlidirlər. Biz texniki peşə məktəblərimizin çox bərbad olduğunu söyləyirik. Belə olan təqdirdə, heç olmasa, bunlara dil vərdişini, dil qabiliyyətini verməliyik.
İqtidarların siyasi yönümündən, qonşu ölkələrə münasibətindən, antipatiyasından, simpatiyasından asılı olmayaraq hər bir ölkə özünün əmək qabiliyyətli insanlarını düşünür, beynəlxalq bazarları düşünür. Mən  rus dilini, ingilis dilini və digər dilləri peşəkar biləcək, heç olmasa, orta səviyyədə biləcək insanlardan danışıram. Mən nazirliyi rus dilində idarə edən hansısa nazirdən, akademik rus dili bilgilərindən, rus sektorundan danışmıram. Mən, sadəcə, orta məktəblərdən, minimum rus dili bilgilərindən danışıram, çünki onlar indi mühüm rol oynayırlar.
Mən bir tarixi hadisəni demək istəyirəm. Bilirsiniz, zamanında İspaniya və Portuqaliya da vahid bir dövlət olublar. Bir dövr İspaniyanın rəhbəri portuqaliyalıların hökmdarının yanına gəlir ki, bizi də bazarınıza buraxın. Çox maraqlı bir şərt qoyulur ki, əgər siz bizim bazarda yer almaq istəyirsinizsə, hər bura daxil olmaq istəyəni şillə ilə vuracağıq. Mən bir az o tarixi hadisəni dəyişib deyirəm, çünki bilirəm ki, dərhal o vətənsevərlər mənim bu ideyamın üzərinə yeriyəndə dediyim bu sözdən də istifadə edəcəklər. İndi axı bizi Rusiya bazarına buraxarkən kimsə bizim qarşımızda belə bir şərt qoymur. Əksinə, buradan gedən insanlarımızın çoxu islah olunmamış adamlardır. Onlar Rusiya məkanında özlərinə meydan tapıblar.  Ona görə də mənim təklifim geosiyasətlə, indiki Rusiya hakimiyyətinin vəziyyəti və sairlə yox, sırf əmək bazarında olan insanlarımızın durumu ilə bağlıdır.
Üçüncü təklifim vəzifə kultu haqqındadır.  Hörmətli Ziyafət müəllim, bu dövr ərzində bütün sahələrdə vəzifə sahiblərinin əvəzlənməsi hansısa bir partiyanın üzvü ilə başqa bir partiyanın üzvünün əvəzlənməsi deyil. Bu hakimiyyətin təəssüblüsü olan məktəb direktoru başqa birisi ilə dəyişdirilir, əvəz olunur. Təhsil şöbəsinin  rəhbəri də, səhiyyə şöbəsinin rəhbəri də bir başqası da eynən o cür dəyişilir. Hər dəyişən rəhbər gəlib özünün ayrıca bir sistemini yaradır, fiziki cəhətdən də, siyasi cəhətdən də,  kadr cəhətdən də, quruculuq cəhətdən də bundan əvvəlkinin üzərinə yeriyir. Kimsə ulu öndərin adına gözəl bir muzey yaradır, təzə gələn rəhbər  mütləq onu söküb yenisini yaratmaq istəyir. Bu, sosial cəhətdən də, iqtisadi cəhətdən də zərbə vurur, vətəndaş da düşünür ki, ölkədə normal bir varislik ənənəsi yoxdur. Vəzifədən çıxarılan şəxs isə özünü  atılmış, tapdalanmış adam hesab edir. Halbuki, bir daha deyirəm, dindarı ateist əvəz etmir, eyni siyasi yönümlü insanlardır.
Mən təklif edirəm, “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik olunsun. Kimsə əgər vəzifədən əlləri qandallanaraq çıxarılıb həbsxanaya göndərilmirsə, sadəcə, hansısa səbəblərdən etibarı doğrultmadığı üçün çıxarılırsa, vəzifədən gedənlə yeni gələn camaatın qarşısına çıxıb bir-birinin əlini sıxmalıdır. Yoxsa 400-500 adamın qarşısında bir adam vəzifədən çıxarılır və onun  yerinə gələn adam sanki bunun bütün sistemini tanımır. Onda sıravi vətəndaş millət vəkilinə və yaxud digərinə deyər ki, dünən o tədbirlərdə iştirak edirdiniz, deyirdiniz ki, bu rəhbər, bu başçı, bu tədris şöbəsinin müdiri yaxşıdır. Əgər o pis idisə, dünən onu niyə tərifləyirdiniz, yaxşı işləmirdisə, ona niyə əl çalırdınız. Ona görə mən düşünürəm ki, bu, “Dövlət qulluğu haqqında” Qanunumuzun səhvidir, yanlışlığıdır. 
Başqa bir təklifim cənab Prezidentin son sərəncamı ilə bağlıdır. Bu, dövlət orqanlarının, hökumət strukturlarının üzərinə böyük vəzifələr qoyur. Orada mühüm bir ifadə var. “Cəbhəyanı zona” termini ilk dəfə hüquqi aktlara gətirilib.  Mən elə hesab edirəm ki, cəbhəyanı zonaların statusu haqqında ayrıca qanun olmalıdır. Ağdamın, Füzulinin Azərbaycanın nəzarətində olan hissəsində çalışan müəllim, sadəcə, təhsil işçisi deyil, o, parta arxasında bir döyüşçüdür. O, Nəsimi rayonunda, Səbail rayonunda  işləyən həmkarı ilə eyni maaş almalı deyil. Ona görə də bu fərqləndirməni inkişaf etdirib gələcəkdə mühüm bir qanun qəbul etmək olar. Bu, imkan verəcək ki, sosial-iqtisadi cəhətdən də onları nəzərə alaq. Çünki sadəcə,  hərbiçilərimiz deyil, həm də mülki insanlar orada məskunlaşanda ordumuz özünü daha güclü hiss edəcək. Ona görə də mən düşünürəm ki, dövlət buna diferensial yanaşmalıdır.
Hörmətli İqbal müəllim bir sıra siyasi fikirlər söylədi. Hər bir millət vəkilinə hörmətlə yanaşıram.  Ancaq burada əyləşənlərin bir çoxu Rusiyanın keçmiş siyasətini aktiv pisləyənlərdən olub. Mən istəyirəm ki, Rusiya ilə əlaqələrin əleyhinə çıxanlar bir neçə parametri nəzərə alsınlar. Bu ölkənin ümumi xarici ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır. Bunun təxminən 50 faizi Avropa Birliyi ilədir – 417 milyard dollar. Sanksiyalardan sonra da bu, 380 milyard dollar səviyyəsindədir. Qoy Angela Merkel evində rus qazını kəssin, biz inanaq ki, onlar Ukraynaya görə özlərini soyuğa verirlər.
Biz beynəlxalq avantüraya uyub Rusiya ilə əlaqələrimizi dayandırmalı deyilik. Əksinə, mən düşünürəm ki, cənab Prezidentin Putinlə görüşləri, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılması və digər sektorlarda Rusiya ilə əlaqələrin yaxşılaşması bizim maraqlarımıza cavab verir, hətta Qarabağ məsələsində də xeyrimizədir. Sergey Sabyaninin gəlməyi ilə 48 müxtəlif müqavilə, sənəd imzalandı.
Buradakı insanlar millətini hər hansı bir müxalifətçidən az istəmirlər. Amma on illər ərzində rus cəmiyyətinə təsir edən mühüm şəxslərdən biri olan Jirinovskinin bu ölkəyə gəlməyini istəmişəm. Demirik, biz həqiqətik,   demirik, haqlı mövqe bizdədir. 40 nəfər parlament üzvü var onun kürəyinin arxasında. 24 ildir rus dövlətinin idarəçiliyində aktiv rol oynayır. Demirsiniz ki,  bu partiyaları FSB yaratmışdı, belə də qəbul edin.  Bu halda da biz onlarla işləməliyik. Ona görə də onun ulu öndər qarşısında əyilən başı bizə lazım olacaq.
Mən hesab edirəm ki, biz, sadəcə, eyforiya ilə, meydan təfəkkürü ilə siyasəti qurmaq istəsək, təzədən millətimiz üçün ziyanlar edəcəyik. Siyasətçinin vəzifəsi o deyil ki, gördüyünü fotoillüstrasiya qaydasında əks elətdirsin. Siyasətçinin vəzifəsi dövləti üçün düşmənini  neytral etmək, neytralları dosta çevirmək, dostları strateji müttəfiq etməkdir. Ona görə də mən bu istiqamətdə təkliflərimin qəbul olunması şərti ilə təklif olunan gündəliyə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Fəzail Ağamalı. Bilmirəm, təsadüfdəndir, zərurətdəndir, ikinci dəfədir, Zahid müəllimdən sonra Fəzail müəllim çıxış edir.
F.Ağamalı. Təşəkkür edirəm. Atmacanızı məmnuniyyətlə və təbəssümlə qəbul edirəm. Mən payız sessiyasının təqdim edilmiş qanunvericilik işləri planını dəstəkləyirəm. Qeyd etmək istəyirəm ki, plana silahlı qüvvələr, kənd təsərrüfatı və elmlə bağlı salınmış qanunvericilik aktlarının qəbul edilməsi əhəmiyyətlidir və mən bu prosesdə fəal iştirak etməyə çalışacağam.
Mənim bir sıra təkliflərim var, hörmətli Ziyafət müəllim. Təkliflərə keçməmişdən qabaq bir neçə kəlmə Azərbaycanın bu günü və gələcəyi ilə, dövlət  maraqları ilə bağlı fikirlərimi ifadə etmək istəyirəm.  Pafosla danışaraq  Avropa Birliyinə, Avropa İttifaqına, Avropa ailəsinə inteqrasiya haqqında danışmaq çox da çətin məsələ deyil. Azərbaycan dövləti əvvəldən başlayaraq, xüsusilə ulu öndərimizin hakimiyyəti dövründə Avropaya inteqra-siyanı dünya dəyərlərinin vacib və tərkib hissəsi kimi qəbul edərək Azərbaycanın dövlət maraqları çərçivəsində irəli sürmüş və bunu dövlət siyasətinə çevirmişdir. Biz bu yolu gedirik. Biz eyni zamanda, Yaponiyada, Cənubi Afrikada, Cənubi Amerikada və Asiya ölkələrində olan üstün dəyərləri də qəbul etməyə hazırıq, çünki bunlar dünya dəyərləridir.
Əgər Avropa bu gün özünün avantürası ilə Azər-baycana da böyük  fəlakətlər gətirmək istəyirsə, biz orada olmalı deyilik. Avropanın, Qərbin Gürcüstan və Ukraynanın başına gətirdiyi oyunlar, fəlakətlər, faciələr bizim gözümüzün qarşısında olub. Biz bu faciələrin içərisində olmalı deyilik. Ona görə də Azərbaycanın ikitərəfli münasibətlərə üstünlük verməsi, bütün münasibətlərdə Azərbaycanın dövlət maraqlarının, suverenliyinin, milli maraqlarının əsas götürülməsi xətti Azərbaycan xalqının milli mənafeyinə tamamilə uyğundur. Düşünürəm ki, buradakı millət vəkilləri də bunu birmənalı şəkildə müdafiə edirlər. 
Əlbəttə, biz Rusiyanın dünən Azərbaycana etdiklərini, Azərbaycanın itirilmiş 26 min kvadratkilometr ərazisini, İrəvanı, Göyçəni, Zəngəzuru unutmalı deyilik. Amma bu gün bunlara əsaslanıb Rusiya dövlətinin üzərinə də getməli deyilik. Rusiya ilə normal qonşuluq münasibət-lərimizi inkişaf etdirməliyik.  Biz çalışmalıyıq ki, bugünkü Rusiya 1990-cı illərin əvvəllərindəki Rusiya olmasın. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsində Azərbaycanın  yanında olsun. Biz buna çalışmalıyıq. Düşünürəm ki, bu daha düzgün siyasət olar.
Hörmətli sədarət, mənim iki təklifim var. Birinci, mən təklif edirəm ki, informasiya təhlükəsizliyi haqqında qanun layihəsi hazırlanıb Milli Məclisdə qəbul edilsin.  Xatırlayırsınızsa, mən bununla bağlı fikirlərimi dəfələrlə söyləmişəm. Bu gün də təkidlə belə bir qanun layihəsinin hazırlanıb Milli Məclisdə qəbul olunmasını təklif edirəm. Yadınıza gəlirsə, bu il avqustun əvvəllərində Ermənistanın təxribatına layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli hərəkətləri hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaratdı. Bununla bərabər, bir sıra kütləvi informasiya vasitələri  hadisəni elə istiqamətdə işıqlandırdı ki, bunun Azərbaycana xeyirdən çox ziyanı oldu.
Azərbaycan müharibə şəraitindədir. Müharibədə düş-mənə atılmış hər bir güllə nə qədər əhəmiyyətlidirsə, informasiya müharibəsində düzgün mövqe də o dərəcədə vacib və əhəmiyyətlidir. Təsadüfi deyil ki, Azərbaycan dövləti yaranmış situasiya ilə bağlı xüsusi tədbir keçirmək məcburiyyətində qaldı. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində kütləvi informasiya vasitələri rəhbərlərinin görüşü keçirildi, onlara tövsiyələr verildi. İndi gəlin görək o tövsiyələr yerinə yetiriləcəkmi? İnanmıram, bir sıra kütləvi informasiya vasitələri bu tövsiyələrə əhəmiyyət versin. Ona görə də biz informasiya təhlükəsizliyi haqqında qanun qəbul edərək orada bu məsələləri sərtləşdirməliyik.
İkinci məsələ. Bir neçə gün bundan öncə üzvü olduğum Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Sosial siyasət komitəsinin birgə yığıncağında Ailə Məcəlləsində dəyişikliklərlə bağlı məsələ müzakirə olunarkən mən cəmiyyətdə son dərəcə aktual problemə çevrilmiş vətəndaş nikahının doğurmuş olduğu fəsadları söylədim. Çox təəssüf edirəm ki, bir sıra kütləvi informasiya vasitələri bunu guya vətəndaş nikahının rəsmiləşdirilməsi kimi izah etməyə çalışırlar. Belə deyil. Vətəndaş nikahına girən insanlar öz seçimləri ilə bu nikahda yaşayırlarsa, ona hər hansı rəsmi don geyindirmək mümkün deyil. Çünki rəsmi don geyindirilsə, gedər elə nikaha girər və elə rəsmi nikah ilə yaşayar. Bunun seçimi budursa, buna hörmətlə yanaşmaq lazımdır.
Lakin bu nikahdan doğulan uşaqlar həyatın sonrakı mərhələlərində kifayət qədər böyük problemlərlə üz-ləşirlər. Statistika göstərir ki, bu gün Azərbaycanda vətəndaş nikahından doğulan uşaqların sayı getdikcə artır. Son 10 ildə bu uşaqların sayı 4 dəfə artıb. Təkcə 2013-cü ildə vətəndaş nikahından doğulan uşaqların sayı 25 mindən yuxarı olub. Bu rəqəm getdikcə artır. Ancaq bu, qanunla tənzimlənmir. Qanunda göstərilir ki, vətəndaş nikahı ilə rəsmi nikahdan doğulan uşaqların hüququ eynidir. Lakin mexanizm yoxdur. Vətəndaş nikahına girən kişi qadından ayrılır, pencəyini götürür və gedir yeni namizədlər axtarışına. Qadın və o uşaqlar qalır taleyin ümidinə. Ev yox, uşağın alimenti yox, heç bir şəraiti yox, təhsil alma imkanları yox və sairə.
Belə olan halda hökmən qanunda dəyişikliklər edilməli və vətəndaş nikahından doğulan uşaqların üzərində valideynlərin məsuliyyəti qanunla tənzimlənməlidir. Hökmən bu olmalıdır. Olmasa, o 25 min uşaq potensial cinayətkara çevriləcək. Çünki onun üzərində ata nəzarəti yox, ana da başını itirib, ev yox, iş yox, çətin vəziyyət.
Düzdür, belə olan halda o uşaqlar bir çox hallarda dövlət tərəfindən himayə olunur, uşaq evlərinə göndərilir və sairə. Ancaq bu himayə onların hamısını əhatə etmir. Ona görə də ata əgər vətəndaş nikahından dünyaya uşaq gətirirsə, uşaq 16–18 yaşına çatanadək o, valideynlik borcunu yerinə yetirməlidir.
Bununla əlaqədar mən xahiş edirəm, Ailə Məcəlləsinə və eyni zamanda ayrı-ayrı qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilsin, beləliklə, aktuallıq kəsb edən və kifayət qədər ciddi xarakter daşıyan bu problem öz həllini tapsın. Bunu belə başa düşmək lazım deyil ki, bu, ikili nikahın təbliğidir və sairə. Bu cür insanlara demək istəyirəm ki, cənablar, mən ikili nikahın tərəfdarı deyiləm. Həm də ona görə ki, təknikahlıyam. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Məndən qabaq çıxış edən deputat həmkarlarım payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı təkliflərini verdilər. Mən də bir neçə təklifimi söyləmək istəyirəm. Amma bundan öncə burada iqtidara qarşı, iqtidarın apardığı xarici siyasətin əleyhinə səslənən fikirlərə münasibətimi bildirmək istəyirəm.
Əvvəla, biz Avropanın üstünə getmirik, Avropa bizim üstümüzə gəlir. O qətnaməni Avropa Parlamenti qəbul eləyib, Azərbaycan parlamenti qəbul etməyib. İkincisi, insan hüquqlarından, insan haqlarından danışırsansa, lap yaxşı, qəbul edirik. Amma birinci növbədə bir milyon insanın hüquqlarından danış. Ən ümdə insan hüquqlarından məhrum olan bu qaçqınlar da insandır, Xocalıda şəhid olanlar da insandır. Onların da insan hüquqları var. Birinci növbədə onların hüquqlarının müdafiəsi ilə məşğul ol. Ondan sonra hansısa qeyri-hökumət təşkilatı rəhbərinin hüquqları ilə məşğul ola bilərsən. Lakin hadisələrin gedişatında biz bunu görmürük.
Biz deyirik ki, bu il bələdiyyə seçkiləri keçiriləcək. İnsanın ən əsas hüquqlarından biri seçmək və seçilmək hüququdur ki, bir milyon insan bu hüququ itiribdir, özünün bələdiyyəsini yarada bilməyəcəkdir. Çünki o ərazi işğal altındadır, orada bələdiyyəni təşkil etmək mümkün deyil. Əvvəl bu hüquqdan danış, sonra digərlərinin hüququna keç.
Azərbaycan neçə ildir ki, balanslaşdırılmış xarici siyasət aparır, hansısa böyük dövlətin qoltuğunun altına girmir, hansısa beynəlxalq təşkilatın kölgəsində gizlənmir. Azərbaycan deyir ki, mən hər bir dövlət və təşkilatla eyni səviyyədə qarşılıqlı münasibətlər qururam. İstər Amerika, istər Avropa İttifaqı, Avropa Şurası, istərsə də NATO olsun. Əməkdaşlıq bərabərlik prinsipi üzərində qurulmalıdır. Məhəbbət ikitərəfli olur, birtərəfli olmur. O, ikitərəfli olanda nəticələri çox gözəl, birtərəfli olanda çox pis olur. O baxımdan da biz bütün beynəlxalq təşkilatlarla münasibətlərimizi bu şərtlər üzərində quracağıq.
Qaldı ki, Azərbaycanda həbs olunanlarla əlaqədar. Erməni kəşfiyyat orqanlarına xidmət edən, onlarla iş birliyi quran, onların dəstəyi ilə qrant alan adamı deyir ki, açın buraxın, çıxsın getsin. Bu adamlara da ümumi amnistiya şamil olunsun. Ölkədə cəzasızlıq mühiti hökm sürsə, nə olacaq? Ölkə o vaxt güclü olur ki, qanunun aliliyi hamı tərəfindən qəbul edilir. Peşəsindən  və ya işindən asılı olmayaraq qanun qarşısında hamı bərabər olmalıdır. Qanunu heç kəsin pozmağa ixtiyarı yoxdur. İstər YAP-çı, istər başqa partiyanın üzvü, istərsə də  qeyri-hökumət təşkilatının nümayəndəsi olsun.
Şəffaflıqdan danışırıq. Biz dedik, indi şəffaflıqdır da, aldığın qrantlar haqqında indiyə qədər ictimaiyyət heç bir məlumat almayıbdır. İctimaiyyətin heç bir nümayəndəsi bu tədbirlərin harada və nə vaxt keçirildiyinin şahidi olmayıb. Vergidən yayınırsan. Amerika Birləşmiş Ştatlarında vergidən yayınanı elə dərhal həbsxanaya aparırlar, bütün mülkiyyətini əlindən alırlar. Biz bunun şahidi olmuşuq, bunların qanunvericiliyini bilirik. Azərbaycanda vergidən yayınır, qrantları kimdən və nədən ötrü aldığını göstərmir. Təbii ki, bu qrantlar dolayısı yol ilə siyasi partiyaların, ayrı-ayrı mətbuat orqanlarının maliyyələşməsinə sərf olunur. Bəs buna görə o, məsuliyyət daşımamalı, qanun qarşısında cavab verməməlidir? Nə bilirsiniz, bəlkə məhkəmə deyəcək, heç bunun günahı yoxdur. Niyə səbirsizlik edirsiniz? Azərbaycanda qanunun aliliyinə riayət olunur. Ona görə də qanunun tələblərini kim pozubsa, qanun qarşısında cavab verməlidir.
2014-cü il payız sessiyasının qanunvericilik işləri planı ilə əlaqədar olaraq mənim də bir neçə təklifim var. Birincisi, biz, Ziyafət müəllim, “Siyasi partiyalar haqqında” Qanunda bir dəyişiklik etməliyik. Çünki orada göstərilir ki, siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin 3 faizini qazanan, lakin parlamentə düşməyən partiyalara ayrılır. Bu gün elə partiya yoxdur. Ona görə də həmin vəsait büdcədə qalıbdır. Hesab edirəm ki, biz qanunda müvafiq dəyişiklik edib həmin vəsaitin də parlamentdə təmsil olunan siyasi partiyalar arasında proporsional şəkildə bölünməsini təmin edə bilərik.
İkinci təklifim Seçki Məcəlləsinin bələdiyyə seçkiləri ilə bağlı VII bölməsinə aiddir. Mən istəyirəm ki, bələdiyyə üzvlüyünə namizədlərin sənədləşdirmə işinin sadələşdirilməsi qanunvericilikdə öz əksini tapsın. Çünki bələdiyyə üzvlüyünə namizəd də prezidentliyə namizədlə eyni sənədləşdirmə işi aparır. Məncə, bu doğru deyil. Bələdiyyə seçkiləri sırf yerli xarakterli seçkilər olduğuna görə burada sənədləşdirmə işi ilə bağlı tələblər də bir qədər fərqli olmalıdır.
Mən burada dövlət sirri ilə bağlı bir çox qanunlara təkliflər vermək istəyirdim. Lakin bir neçə gün bundan qabaq cənab Prezident tərəfindən çox vaxtında böyük bir sərəncam imzalandı. Elə o sərəncam qanunvericilikdə müvafiq dəyişikliklərin əsası ola bilər. Sərhəd bölgələrində patrul xidməti və hərbi sirlərin yayılmaması ilə əlaqədar olan məsələlər orada geniş şəkildə öz əksini tapıbdır. Orada birbaşa göstəriş var ki, “Dövlət sirri haqqında” Qanunda rəsmi mənbələrə əsaslanmadan ordu haqqında, kəşfiyyat haqqında, sərhəd bölgəsi haqqında məlumat yayanlara qarşı sanksiyalar sərtləşdirilsin, cərimələrin miqdarı və cəza müddətləri artırılsın. Mən hesab edirəm ki, qanunvericilik yolu ilə biz bunu da həll etməliyik.
Son dövrlər cəbhə bölgəsində baş verənləri hər kəs özü bildiyi kimi şərh eləməyə başlamış və bunun nəticəsində cəmiyyətdə, valideynlər arasında narazılıq, narahatlıq yaranmışdı. Fəzail müəllim dedi, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin təşəbbüsü ilə bütün  mətbuat orqanları yığışdı və bunu müzakirə elədi. Amma hesab edirəm ki, biz qanunla da bunu sərtləşdirməliyik ki, cəbhə bölgəsi haqqında, ordu haqqında informasiya ancaq Müdafiə Nazirliyinin məlumatı əsasında yayılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının başlanması münasibətilə hər birinizi təbrik edir, onun Milli Məclis üçün məhsuldar və uğurlu keçməsini diləyirəm.
Sessiyalararası dövr ölkəmizin həyatında bir neçə mühüm hadisə ilə əlamətdar oldu. Onlardan bəzilərini xüsusilə vurğulamaq istərdim. Avqust ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən döyüşlər göstərdi ki, bəzilərinin dediyinin əksinə olaraq cəmiyyətimizdə hərbi vətənpərvərlik ruhu çox yüksəkdir. Ölkə rəhbərinə böyük inam və etimad var. Xalqımız Ali Baş Komandanın bircə əmri ilə hazırdır ki, ordu ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına qalxsın. Deyərdim ki, xalq olaraq bu sınaqdan üzüağ çıxdıq. Şəhidlərimizin qanı nahaq yerə axmadı. Allah şəhidlərimizə rəhmət eləsin, millətimizin başı sağ olsun.
Digər bir mühüm hadisə isə ölkəmizin simasını, taleyini köklü surətdə dəyişən “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinin qeyd edilməsi oldu. Mən bu münasibətlə də xalqımızı təbrik edirəm. Məhz ümummilli liderin uzaqgörənliyi sayəsində bu gün artıq yeni möhtəşəm energetik layihə – Cənub qaz dəhlizi reallaşmaq üzrədir. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihə Azərbaycan qarşısında yeni imkanlar, yeni üfüqlər açacaq. Avropa istəsə də, istəməsə də, onun enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da artır.
Şübhəsiz ki, bütün uğurların arxasında Prezidentimiz cənab İlham Əliyevin əzmkarlığı və qətiyyətli siyasəti dayanır. Bundan əlavə, Azərbaycan idmançıları neçə illərdir ki, bir-birinin ardınca dünya çempionatlarında, idman yarışlarında uğurlar əldə edirlər. Bunun nəticəsində ölkəmiz dəfələrlə beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib. Bildiyiniz kimi, ilk Avropa oyunları 2015-ci ildə Azərbaycanda keçiriləcək. Həmçinin 19 sentyabrda UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən 2020-ci ildə Avropa  futbol çempionatının bir neçə oyunu Bakıda keçiriləcək. Bu böyük uğur münasibəti ilə bütün idmansevərləri və əlbəttə ki, AFFA rəhbərliyini ürəkdən təbrik edirəm.
Nailiyyətlərimizin kökündə davamlı sabitlik, yüksək iqtisadi inkişaf tempi, insanların maddi rifahının və həyat şəraitinin yüksəldilməsi durur. Ən nəhayət, bu uğurlar dövlət müstəqilliyimizin bəhrəsidir. Biz bu müstəqilliyi hər an göz bəbəyi kimi qorumalı və müdafiə etməliyik. Bu mənada mən, ümumiyyətlə, QHT-lərin xarici qrantlar almasının əleyhinəyəm və bu qrantların ləğvi haqqında Zahid müəllimin təklifini dəstəkləyirəm. Çünki bu xarici qrantlar, doğrudan da, təxribatdan başqa bir şey deyil.
İndi isə çıxışımı gündəliklə bağlı davam etdirmək istərdim. 20 illik müstəqillik dövrü ərzində qanunvericilik bazamız kifayət qədər zənginləşib. Əksər sahələr üzrə qanunlar qəbul edilib. Mən anlayıram ki, sessiyalarda müzakirə olunası qanunların sayı intəhasız ola bilməz. Bununla belə, bizim komitələrimizdə qanunvericilik baxımından, həqiqətən, böyük potensial var. Hələ işlənilməmiş, amma cəmiyyətdə maraq doğuran, ictimaiyyət tərəfindən gözlənilən sosial sifarişli qanunlar da az deyil.
Bu yaxınlarda hökumət tərəfindən çox mühüm bir addım atılaraq yas mərasimlərində israfçılığın qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirildi. Mərasimlər haqqında aktiv ictimai müzakirələrin getdiyi bir dövrdə buna dair  bir qanun layihəsinin və ya müvafiq qanuna dəyişikliklərin gündəlikdə olmaması təəccüb doğurur. Halbuki mərasimlər haqqında qanun layihəsi Sosial siyasət komitəsi tərəfindən çoxdan hazırdır. Mən istərdim ki, bu qanuna yalnız toy və ya yas mərasimləri haqqında yox, mərasim yerlərinin, qəbiristanlıqların  vəziyyəti haqqında maddələr də əlavə olunsun. Çünki təkcə yas və mərasim yerlərində israfçılıq yox, həm də qəbiristanlıqların yarıtmaz vəziyyəti narahatlıq doğurur. Bununla bağlı daha ətraflı növbəti iclaslarda fikrimi bildirəcəyəm.
Komitədə hazırlanmış digər bir sənəd Reproduktiv sağlamlıq haqqında qanun layihəsidir. Məncə, bu qanun da cəmiyyət tərəfindən çoxdandır ki, gözlənilir. Xahiş edirəm, onu da sessiyanın gündəliyinə daxil edəsiniz.
Digər bir mühüm məsələ təhsil sistemi ilə bağlıdır. Hazırda Təhsil Nazirliyi tərəfindən bu sahədə ciddi işlər aparılır. Bir sıra mühüm təhsil islahatları keçirilib və bu proses davam etdirilməkdədir. Məsələn, regional təhsil idarələrinin yaradılması, müəllimlərin saxta diplomlarla işləməsinin qarşısının alınması, onların ixtisaslarının artırılması və onlara qarşı tələbin yüksəldilməsi, təhsil ilinin uzadılması və sairə təhsil sistemində həyata keçirilmiş mühüm islahatlardan bəziləridir. Təhsil sistemində köklü dəyişikliklər etmək üçün hazırda Təhsil Nazirliyində ciddi təhlillər aparılır, müəyyən konsepsiya və proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Düşünürəm ki, bizlər də qanunvericilik baxımından bu işə dəstək olmalıyıq. “Təhsil haqqında” Qanunu 5 il bundan qabaq – 2009-cu il iyunun 19-da qəbul etmişik. O zaman bizə bildirilmişdi ki, bu qanunun qəbulundan sonra təhsilin müxtəlif sahələrində islahatların aparılmasına təkan veriləcək, çərçivə qanunlar hazırlanacaq. Lakin 5 il keçməsinə baxmayaraq hələ də bu istiqamətdə əməli iş görülməyib. Uşaq bağçaları, orta təhsil, texniki peşə təhsili haqqında qanunlara cəmiyyətdə böyük ehtiyac var və onları səbirsizliklə gözləyirik. Mən hər dəfə soruşuram, bir daha soruşmaq istərdim ki, bu qanunlar hansı səbəbə görə gecikir.
MDB dövlətlərində çərçivə qanunlar mövcuddur. Bu tip qanunların ölkəmizdə işlənib hazırlanması üçün baza ola biləcək qanunlar qonşu dövlətlərdə də var. İstərdim ki, nəhayət, bununla bağlı konkret addımlar atılsın.
Sonda isə hər dəfə dediyim bir təklifi yenə də diqqətə çatdırmaq istərdim. Çox təəssüf ki, bu dörd il ərzində təklifimə diqqət yetirilməyib. Mən yenə də təkidlə icra strukturu rəhbərlərinin, bir sıra icra hakimiyyəti başçılarının və deputatların qanunların icrası ilə əlaqədar birgə ictimai dinləmələr keçirməsini təklif edirəm. Bunun sayəsində qanunların icra olunmamasının və ya lazımınca icra edilməməsinin səbəblərini araşdıra və bu cür neqativ halların qarşısını əhəmiyyətli dərəcədə ala bilərdik. Ümumiyyətlə, biz bu il daha çox ictimai müzakirə formasında işləyə və parlamentdə daha məhsuldar vaxt keçirə bilərdik.
Bir daha hər birinizi salamlayır, sizləri parlamentin işində daha aktiv və prinsipial olmağa çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən bu çıxışı vaxta qənaət üçün həm də deputat həmkarım Vahid Əhmədovun adından edirəm ki, əlavə bir nəfərin də çıxışına imkan olsun. Hər ikimizin adından payız sessiyasının başlanması münasibətilə deputatlarımızı, media nümayəndələrini, dəvət olunanları təbrik edir, işlərində uğurlar arzulayıram.
Payız sessiyasının qanunvericilik işləri planına kifayət qədər sanballı sənədlər salınıb. Silahlı Qüvvələr, hərbi qulluqçular, elm və kənd təsərrüfatı kooperasiyası haq-qında qanunvericilik sənədlərini xüsusi qiymətlən-dirirəm. Həmin sənədlərin qəbul edilməsi sözügedən sahələrdə hüquqi bazanın möhkəmləndirilməsi və inkişafına böyük bir təkan olacaq.
Eyni zamanda, çoxdan qəbul etmək istədiyimiz bir sıra qanunvericilik sənədləri var ki, onlara İqtisadi siyasət komissiyasında baxılıb, amma nədənsə hələlik plenar iclasa çıxarılmır. Bunlardan biri Rəqabət Məcəlləsidir ki, hələ 2006-cı ildə iki oxunuşdan keçib və ondan sonrakı bütün illərdə yaz və payız sessiyalarının gündəliyində olub. Əgər o, iki oxunuşdan keçibsə, deməli, artıq kifayət qədər yüksək səviyyədə işlənilmiş bir sənəddir. Onun üzərində yalnız zamana uyğun surətdə dəyişikliklər etmək olar. Ona görə də hesab edirik ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi çox vacibdir.
Bunu bir neçə faktla izah etmək istərdim. Heç uzaq keçmişdə yox, bir neçə il bundan əvvəl Azərbaycanın ümumi daxili məhsulunun 70 faizə qədəri neft sektorunun, 30 faizə qədəri isə qeyri-neft sektorunun payına düşürdü. İndi nisbət dəyişib. Artıq qeyri-neft sektorunun payı gəlib 60 faizə çatıb. 3 ildən sonra qeyri-neft sektorunun  payı 72 faizə çatacaq. Amma qeyri-neft sektorundan ixracımızın payı heç 10 faiz təşkil etmir. Qeyri-neft sahəsində rəqabət münasibətlərinin inkişaf etdirilməsi lazımdır ki, biz həmin potensialdan da istifadə edib xarici bazara çıxaq, xeyli dərəcədə əlavə valyuta qazanaq.
İkinci bir amil. Pərakəndə əmtəə dövriyyəsi sahəsində qiymətin süni surətdə  bircə faiz qaldırılması Azərbaycan ailələrinin büdcəsinə ildə 180 milyon manat ziyan vurur. Rəqabət Məcəlləsinin qəbul edilməsi, bu sahədə etibarlı mexanizmin yaradılması süni qiymət artımı kimi çox     ciddi bir bəlanın aradan qaldırılması istiqamətində atılan mühüm addım olardı. Ona görə də biz Rəqabət Məcəl-ləsinin payız sessiyasının gündəliyinə salınmasını və gələn ildən bunun bilavasitə həyata keçirilməsini vacib hesab edirik.
İqtisadi siyasət komitəsində baxılıb qəbul edilsə də, təəssüf ki, plenar iclasa çıxarılmayan ikinci layihə Reklam haqqında qanun layihəsidir. Bazar iqtisadiyyatının mühüm atributlarından biri də reklamdır. Bəzi şirkətlər mənfəətinin 3 faizini, bir başqaları 5 faizini, bəziləri isə hətta 20 faizinə qədərini reklama verir ki, bazarda duruş gətirə bilsin. Biz bu gün bazar iqtisadiyyatının elə bir mərhələsinə çatmışıq ki, 1997-ci ildə qəbul edilmiş “Reklam haqqında” Qanun artıq yaramır. Ona görə də bu qanunun 60 faizə qədəri yenidən işlənilib.
Reklamların dil məsələsi var, estetika məsələsi var, yerləşdirilmə və dizayn problemləri var. Sadəcə, 15 dəqi-qə maşınla gedib Bakının küçələrinə baxmaq kifayətdir ki, paytaxtımızdakı reklamlarda  Konstitusiyamıza, “Dil haqqında” Qanuna, bir sıra qanunvericilik sənədlərimizə məhəl qoyulmadan Azərbaycan dilinə hörmətsizlik edildiyinin şahidi olasan. Bütün dillərə böyük hörmət və ehtiramımız var. Amma Konstitusiya ilə Azərbaycan dili Azərbaycanın dövlət dilidir və bütün sənədlərdə, hətta Prezidentin reklamlarla bağlı fərmanının özündə də dəfələrlə xatırladılıb ki, reklamlar Azərbaycan dilində olmalıdır. Hesab edirəm ki, Reklam haqqında yeni qanunun qəbul edilməsi bu və sadaladığım digər problemlərin aradan qaldırılması istiqamətində irəliyə doğru mühüm addım olar.
Bir vaxtlar biz burada sovet dövründən qalmış əmanətlərin qaytarılması məsələsini qaldıranda hansı bəhanələr gətirilmirdi – sənədlər dağılıb xarab olub, xeyli dərəcədə əlavə pula ehtiyac var, əgər o pulları qaytarsaq, böyük inflyasiya olacaq... Düzdür, bizim təklif etdiyimiz paket qəbul olunmadı, ancaq ən yüksək səviyyədə, Prezident səviyyəsində qərar qəbul edildi və qısa müddət ərzində həmin pullar qaytarıldı. Biz də onu deyirdik. Yəni demək istəyirəm ki, bizim təklif etdiyimiz sənədlər Azərbaycan dövlətçiliyinə xidmət edir.
Bu sənədlərdən daha birini – Təhsil kreditləri haqqında qanun layihəsini qeyd etmək istəyirik. Bu qanun layihəsi də komitədən keçib, amma plenar iclasa çıxarılmır. Azərbaycanda ali məktəb tələbələrinin hər 10 nəfərindən 7-si, yəni 70 faizi ödənişli təhsil alır. Hətta dövlət ali təhsil müəssisələrində bu faiz artmaqda davam edir. Azərbaycanda təhsil haqları aşağısı 900 manat, yuxarısı 4500 manatdır. Əgər orta statistik Azərbaycan vətəndaşının maaşı təxminən 440 manatdırsa, büdcə təşkilatlarında çalışanların xeyli hissəsi 170 manatla 300 manat arasında pul alırsa, təbiidir ki, belə insan ortalama 2500–3000 manatlıq təhsil haqqını ödəyə bilmir. Ona görə də təklif edirik, ya dövlət ali məktəbləri pulsuz təhsil sisteminə keçsin, – qeyd edək ki, Avropada bu istiqamətdə addımlar atılır, – ya da təhsil kreditləri haqqında qanun layihəsi qəbul edilsin.
Statistikanı deyirəm. Təhsil haqlarını verə bilməmək ucbatından ötən il ali məktəblərdən 8945 nəfər xaric olunub. Təhsil haqlarını verə bilmədiklərinə görə akademik məzuniyyət alanlar isə 10 min nəfərdən artıqdır. Biz, deməli, üst-üstə götürəndə 20 min gəncin həyatını yeni həyat mərhələsinə daxil olanda məhv edirik. Kimdir mane olan? Heç olmasa, bir elmi əsaslandırma versin ki, bu qanun lazım deyil. Bu, kimlərin maraqlarına cavab vermir? Komitədə bu müəyyən dərəcədə aşkar olundu.
Biz hesab edirik ki, hər üç qanun layihəsi Azərbaycan üçün çox vacibdir. Ona görə sadaladığım bu üç qanun layihəsinin də plana salınması və qəbul edilməsini xahiş edirik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, tənəffüsə demək olar ki, 10 dəqiqə vaxtımız qalıb. Gündəliyimizdə 37 məsələ var və qanunvericilik işləri planı haqqında layihəni də kifayət qədər müzakirə etdik. Əgər etiraz yoxdursa, biz bu layihəni, mən elə bilirəm, səsə qoya bilərik. Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, buyurun.
S.Rüstəmxanlı. Mən, şübhəsiz, payız sessiyasının qanunvericilik işləri planına səs verəcəyəm. Burada kifayət qədər dəyərli qanun layihələri var. Eyni zamanda, fürsət-dən istifadə edib, məndən əvvəl çıxış edən həmkarlarımın Azərbaycana qarşı qərəzli və ikili standartlarla yanaşmalar barədə çıxışlarını dəstəklədiyimi bildirmək istəyirəm. Şübhəsiz, bu, təkcə Azərbaycana münasibət deyil, buna, ümumiyyətlə, Yaxın Şərqdə gedən proseslər kontekstində baxılmalıdır. Bu gün Suriyada, İraqda, Əfqanıstanda, Misirdə, Liviyada, digər müsəlman ölkələrində gedən proseslərin arxasında dayanan qüvvələr getdikcə bu bölgələri param-parça edib, islam aləmində bir qarışıqlıq yaratmaq və 1000 il bundan əvvəl başlamış səlib yürüşünü islam dövlətlərinin özü arasında gerçəkləşdirmək istəyirlər. Böyük məqsəd budur.
Şübhəsiz ki, burada Türkiyə də, Azərbaycan da unudulmayıb. Hələ ki, bizdə nisbətən sabitlikdir, amma içərimizdə güclənən dini meyllər, dini qruplaşmalar, Azərbaycanın içərisində müxtəlif QHT-lərdən istifadə edilməklə körüklənən antiazərbaycan meylləri, bütün bunlar o planın tərkib hissəsidir. Ona görə də, məncə, bu məsələyə bir az geniş müstəvidə baxmalı və işimizi buna uyğun görməliyik. Azərbaycanın dövlət maraqları, milli maraqlar bizim hər birimiz üçün müqəddəsdir və bundan bir addım kənara çəkilmək mümkün deyil. Bu mənada beynəlxalq aləmdə hər həftə hətta ən humanist təşkilatlar tərəfindən də Azərbaycan haqqında səsləndirilən bir fikir, əlbəttə, bizim heysiyyətimizə, milli maraqlarımıza toxunur və bizi düşündürür. Yəni ikili standartların olması və sair. Bunlar hamısı göz qabağındadır.
Bununla yanaşı, mən hesab edirəm ki, biz bu məsələ-lərə daha təmkinlə yanaşmalıyıq. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla təhdid dili ilə, cığallıq dili ilə danışmaq olmaz. Azərbaycan hazırda Avropanın bir parçasıdır, qərbyönlü siyasəti davam etdirir. Bu qərbyönlü siyasətdə qarşımıza müəyyən əngəllər çıxan kimi Qərbdən imtina edib, təzədən Rusiyanın ətəyindən yapışmaq da doğru deyil.
Dünyanın bütün ölkələri haqqında bu cür qətnamələr, sənədlər qəbul olunur. Böyür-başımızdakı ölkələr haqqında da var. Bunları sadəcə oxuyub, baxıb, cavab verməli, amma müəyyən nəticələr də çıxarmalıyıq. Elə et-məməliyik ki, xırda məmurların yanlışlıqları ölkənin böyük maraqlarına ziyan gətirsin. Biz Qərbin bu cür bə-yanatlarını gözləmədən ölkə daxilində insanlarımızın tələblərini nəzərə almalıyıq. Azərbaycanda məmur və vətəndaş münasibətləri, qanunların necə yerinə yetirilməsi, insanların müraciətlərinə nə şəkildə cavab verilməsi, vəzifə sahiblərinin adamlara hansı münasibət göstərməsi – bunlar hamıya və millət vəkillərinə də yaxşı məlumdur. Aylarla bir nazir telefonu götürüb hətta millət vəkilinə cavab vermirsə, deməli, bizdə insan haqları pozulur və bunu nəzərə almalı, bu barədə düşünməliyik. Elmira xanımın təklifi doğrudur, biz qanunlarımızın necə yerinə yetirilməsi haqqında düşünməliyik. Yəni burada Avropa insanı yaşamır ki, burada yaşayan Azərbaycan vətəndaşıdır və bu vətəndaşın həyat şəraitinin yaxşılaşması, mənəvi mühitin sağlam olması bizim hamımızın ümumi qayğımızdır.
QHT-lərimiz arasında pisləri və yaxud kiminsə əlinə baxan, dolayı yolla erməni maliyyəsi ilə qidalananlar var. Heç kim bunu inkar edə bilməz. Əlbəttə, buna yol verilməməlidir. Amma bu, ümumiyyətlə, QHT-lərə qarşı bir hücum kampaniyasına çevrilməli deyil. Əksinə, vətəndaş cəmiyyətinin inkişafı uğrunda biz bundan sonra da əzmlə, daha ciddi şəkildə mübarizə aparmalıyıq.
Mən baxıram, indi təkcə Azərbaycanın içində deyil, xaricdə bizim səfirliklərimizdə vətəndaşlarımıza qarşı yol verilən ədalətsizliklərlə də bağlı mənə müraciət edirlər. Azərbaycan vətəndaşına bizim səfarətxanalarda elə münasibətlər var ki, sanki xaricdə yaşayan insanımız bu ölkənin ögey övladıdır. Bu ədalətsizliklərə və qanunsuzluqlara görə insanlarımızın ölkədən getməsinə göz yummalı deyilik və bunların qarşısı alınmalıdır.
Bəzən  qəzetlərimizdə heç dəxli olmayan adamlar gah Obamanı təhqir edirlər, gah Avropa Birliyini. Yəni biz sizi heç tanımırıq, siz desəniz nə olacaq, deməsəniz nə olacaq.
Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planına gəlincə yenə deyirəm, ona səs verirəm. Amma bu bizim çağırışın artıq axırıncı ilidir. 20 ildir Azərbaycanda, o cümlədən burada bir fikir  səslənir və hər dəfə sessiyalarda deyilir. Bu bəlkə də xırda şeydir, bəlkə də təkrar etməyə ehtiyac yoxdur. Amma millət özünə hörmət etməsə, kənardan ona hörmət olmaz. Rusiya ilə biz birləşənə qədər bu millətin soyadı olub-olmayıb, atası, babası olub-olmayıb? Olub. Oğlu deyiblər, filankəsli deyiblər və sair. Yaxşı, 20 ildir biz nəyə görə öz millətimizin soyad şəkilçisini bərpa edə bilmirik? Onda bu xaricdən nə hörmət umuruq? Biz əgər özümüzə, öz keçmişimizə, ənənəmizə, öz soyumuza hörmət etmiriksə, o da bizə hörmət etməyəcək. Bu neçə dəfə deyilib burada.
Təzə doğulan uşaqlara indi də “ov”, “yev” sonluqlu soyadlar yazdırırlar. Niyə?! Bir dəfə bir sərəncam vermək olmaz ki, bunlar təzələnsin? Buna nə mane olur? Xarici ölkələrdə, idman yarışlarında, filanda soyadlarımız səslənəndə adam utanır. Azərbaycan niyə başqa millətlərə qarışmalıdır?
Bu ölkədə azərbaycanlıların bir soyad ənənəsi var. Kim istəyər qəbul edər, kim istəməz qəbul etməz. Amma bunu birdəfəlik həll etmək lazımdır. Mən hesab edirəm ki, həmin məsələ 2014-cü il payız sessiyasının qanunvericilik işləri planına salınmalı və Milli Məclis bu barədə qəti qərar qəbul etməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Sabir müəllim, təşəkkür edirəm. Sabir müəllim, axırıncı məsələ ilə bağlı mən öz fikrimi bildirmək istəyirəm. Siz bu məsələni dəfələrlə qaldırmısınız. Şəxsən mən Azərbaycanda soyad sonluq-larının dəyişdirilməsi ilə əlaqədar heç bir problem görmürəm. İndi Siz deyirsiniz ki, qanun qəbul olunsun, kim dəyişər, özü bilər, kim dəyişməz, özü bilər. Yaxşı, qanun qəbul olunmayıb, kim dəyişir, dəyişsin də. İndi bunu niyə etmirlər? Mən cəmiyyət üçün nümunə ola biləcək hər hansı bir akademikə, ziyalıya deyirəm ki, Siz familiyanızı niyə dəyişmirsiniz, deyir, mən belə tanınıram, mən istəmirəm. Qanun dəyişəndə bu akademikin fikri dəyişəcək? Demək, bu, insanın özündən asılıdır da. Bu istəmirsə, indi burada qanun qəbul etməyin nə mənası var? Özü də dövlət kifayət qədər şərait də yaradıbdır. İndi anadan olan uşaqların əksəriyyətinin soyad sonluqlarını dəyişirlər, “-lı”, “-li”, nə bilim, “bəyli”, “-zadə” edirlər. Dövlət bunun üçün hər cür şərait yaradıb. Bu məsələdə nümunə ola biləcək ziyalılar nümunə göstərmirlər, Sabir müəllim, problem bundadır. Yoxsa Məclis nə etsin buna, qanun nə etsin buna? Kim istəyir, getsin dəyişsin də, nə problem var ki?
Yaxşı, fasiləyədək 4 dəqiqəmiz var. Gündəlikdəki biri-nci məsələni səsə qoyaq. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə  93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xahiş edirəm, yerlərinizdə əyləşin. Faktiki olaraq Milli Məclisin gündəliyinə indi başlayırıq. 11-ci məsələyə kimi beynəlxalq sazişlərdir. Xahiş edirəm, diqqətli olun. Gündəliyin ikinci məsələsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  dördüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyursun Azər Kərimli.
A.Kərimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, millət vəkilləri! 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan Zirvə Toplantısında təsis olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən dövrdə böyük inkişaf yolu keçmişdir. Xatırlatmaq istərdim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısı ötən il Qəbələ şəhərində keçirilmişdir. Bu ilin iyun ayında Türkiyənin Bodrum şəhərində keçirilmiş dördüncü Zirvə Toplantısının mövzusu turizm sahəsində əməkdaşlıq olmuşdur. Bu zirvə toplantısının bəyannaməsi təsdiq olunmaq üçün möhtərəm cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunmuşdur. Bəyannamə ənənəvi olaraq preambuladan və dörd paraqrafdan ibarətdir. Bunlar “İqtisadiyyat sahəsində əməkdaşlıq”, “Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq”, “Sosial və humanitar məsələlər üzrə əməkdaşlıq” və “Digər məsələlər”dir.
Mühüm hesab etdiyim bəzi məsələlərə diqqətinizi cəlb etmək istəyirəm. “İqtisadiyyat sahəsində əməkdaşlıq” paraqrafında 5-ci, 6-cı və 7-ci bəndlərdə Birgə Turizm Biznes Assosiasiyasının təsis edilməsi və Türkiyə tərəfindən digər üzv dövlətlər üçün təlim prosesinin hə-yata keçirilməsi çox mühüm bir məsələdir. Çünki qardaş Türkiyənin bu sahədə mövcud olan əvəzsiz təcrübəsini nəzərə alsaq, bunu çox önəmli bir addım kimi qiymətləndirmək olar.
“Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq” paraqrafında 23-cü bənddə ənənəvi olaraq bir daha Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyi bir daha vurğulanır.
“Sosial və humanitar məsələlər üzrə əməkdaşlıq” paraqrafında 37-ci bənddə regional diaspor mərkəzlərinin təsis edilməsi, hesab edirəm ki, gələcəkdə türkdilli dövlətlərin xarici ölkələrdə diasporlarının birgə fəaliyyəti üçün çox önəmlidir.
Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin bu toplantıdakı çıxışı böyük maraqla qarşılanmışdı. Azərbaycan Prezidenti türkdilli dövlətlərin gələcəyə yönəlmiş yol xəritəsi xarakterli çıxışında hər bir üzv dövlətin strateji mənafelərinə uyğun olaraq yeni ideyaları da təklif etmişdi. Buna bir nümunə kimi türkdilli dövlətlərin müəyyən mərhələdə investisiya fondunun yaradılması təklifini qeyd etmək istərdim. Cənab Prezident, eyni zamanda, qeyd etmişdi ki, ölkələrimizdən hər hansı birinin üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv olan digər ölkələrin fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Bu toplantıda cənab Prezident, hər birimizin bildiyi kimi, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevin Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycanın narahatçılığını və mövqeyini ortaya qoyması ilə bağlı fikrini ifadə etmiş və Qazaxıstan Prezidentinə öz təşəkkürünü bildirmişdi.
Bu sırada mən hər birimizin xatirinə Azərbaycan Respublikası Prezidentinin bu il aprelin 24-də Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı  Sammitinin 5 illiyinə həsr olunmuş plenar iclasındakı çıxışını yada salmaq istərdim. Bu sammit vaxtı Ermənistan Prezidenti Türkiyə nümayəndələrinin burada iştirak etmədiyindən istifadə edərək yenə də qondarma erməni soyqırımı məsələsini Türkiyə – Ermənistan məsələləri ilə bağlı qaldırmaq istəyəndə Azərbaycan Prezidenti “Türkiyə nümayəndələri burada yoxdur, ancaq mən buradayam” sözlərini demiş və Ermənistan Prezidentinin tutarlı cavabını vermişdi. Bu hər iki cavab bütün beynəlxalq təşkilatlarda türkdilli dövlətlərin taleyüklü məsələlərdə bir-birinə dəstəyinin bariz nümunəsidir.
Biz də əminik ki, Bodrumda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısı türkdilli dövlətlər birliyinin möhkəmləndirilməsinə, regionda mövqelərinin gücləndirilməsinə, əlaqələrinin daha da genişləndirilməsinə böyük təkan verəcəkdir. Hörmətli millət vəkillərindən bu qanun layihəsinə dəstək verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən payız sessiyasının işinə uğurlar arzulayıram. Azər müəllimin təqdim elədiyi sənədə, təbii ki, səs verəcəyik. Amma məqamdan istifadə eləyib bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Ümumiyyətlə, ilk zirvə toplantısından bəri biz diqqət yetirsək, görərik ki, qonşumuz ermənilər, xaricdəki erməni diasporu və bizi istəməyən bir sıra ölkələr həmişə bu toplantılara pantürkizm, turançılıq kimi damğalar vurublar. Burada bir az ehtiyatlı olmalıyıq. Son vaxtların mətbuatına baxanda görürük ki, hər yerdə qəsdən sanki dünyada bir turançılığın, pantürkizmin intişarı haqqında saxta informasiyalar yayılır.
Hörmətli Oqtay müəllim, Siz çox gözəl bilirsiniz, yenə bir faktı nəzərinizə çatdırmaq istəyirəm. 1913-cü ildə  Daşnaksutyun Partiyasının Cenevrədə keçirilən qurultayında bir qərar qəbul edilmişdi. Onun bir maddəsi belə idi: “Partiyanın üzvlərini Cənubi Qafqaza pantürkçü və panislamçı adı ilə göndərmək, bu hərəkatı qəsdən yaymaq ki, jandarm orqanları duyuq düşsün, gerçək pantürkçüləri, turançıları zəiflətsin, həbs eləsin və gələcəkdə biz Cənubi Qafqazda öz niyyətlərimizi həyata keçirməkdən ötrü maneəni aradan qaldıraq”. Mən niyə bunu buradan səsləndirdim. Bəlkə də bunu bu yüksək məclisdə etmək lazım deyildi. Amma mətbuatımızın nümayəndələri burada olduğu üçün mən onlara müraciətlə deyirəm ki, biz mətbuatımızda, kütləvi informasiya vasitələrimizdə bəzi yersiz açıqlamalarla düşmənə rəvac verməməliyik.  Çox vaxt xarici ölkələrdə işlədilən “pantürkizm”, “turançılıq” ifadələrinin arxasında daşnaklar dayanırlar.
Bayaq Siz Avropa Parlamentində qəbul edilən qərarla bağlı məsələni çox gözəl vurğuladınız. Yenə də mən bir tarixi müqayisə eləmək istəyirəm. 1985-ci ildə qondarma soyqırımının 70 illiyi ilə bağlı Ermənistan Ali Soveti Rəyasət Heyətinin fərmanı veriləndə Siyasi Büroda Qorbaçov deyir ki, xaricdə – Amerika Konqresində, Avropa Parlamentində erməni soyqırımı ilə bağlı qərarlar qəbul edilir. Biz bu qərarları bir az da onlardan tez qəbul eləyək. SSRİ xarici işlər naziri Qromıkonun cavabı çox mükəmməl bir cavabdır. Deyir: “Daşnaklar türklərdən çox Sovet hökumətinə nifrət edirlər. Mən belə hesab edirəm ki, Avropa Parlamentində bu barədə verilən səslərin hər birinin arxasında bir daşnak dayanır”.
Bu gün Avropa Parlamentində Azərbaycanın əleyhinə 46 nəfər səs veribsə, onların hər birinin arxasında bir daşnak dayanıb. Ona görə mən, –  bayaq çıxış edəcəkdim, söyləyə bilmədim, – təklif edirəm ki, bəyanat qəbul etməklə yanaşı, o 46 nəfərdən hər birini Azərbaycana dəvət eləyək, qoy Azərbaycan gerçəkliyini görsünlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa müəllim, mətbuat deyirsən, burada mətbuatdan cəmi 7 nəfər var, deyəsən. O məsələlərin hamısını biz burada geniş surətdə müzakirə elədik. 37 məsələmiz var. Mən sizdən xahiş edirəm, bu sazişlərlə əlaqədar konkret çıxışlar eləyək.
Türkdilli Ölkələrin Parlament Assambleyasına gəlincə, dünyada o qədər assambleya var ki. O dövrdə yox idi, indi çoxdur – Baltikyanı Dövlətlərin Parlament Assambleyası, Latın Amerikası Parlament Assambleyası və sair və ilaxir. Müstəqil ölkələrdir, öz assambleyalarını çağırıblar, işləyirlər. Biz özümüz diqqəti bu istiqamətə yönəltməli deyilik. Fəttah Heydərov.
F.Heydərov. Çox sağ olun, cənab Sədr. Mən də bütün deputat həmkarlarımızı, bu gün ilk Məclisdə iştirak eləyən mətbuat nümayəndələrini payız sessiyasının başlanması münasibəti ilə ürəkdən təbrik edir, hamısına can sağlığı, xoşbəxtlik arzulayıram. Qoy bu zalda həmişə ən gözəl qanunlar, dövlətimizə, Azərbaycanımıza layiq qərarlar qəbul olunsun.
Mən çox məsələlərdə həmkarlarımızla həmfikir olur, çox danışmıram, amma burada bir məqam məni danışmağa vadar elədi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Naxçıvanda yaradılıb. Bu, dövrün, zamanın tələbindən irəli gəlib. Bu dövlətlər bir ərazidədir. Milli köklərə əsaslanaraq yaradılmış bu təşkilat türkdilli xalqların böyük bir qisminin ümumi maraqlarını ifadə edən bir qurumdur. Əməkdaşlıq Şurasının indiyə qədər keçirilən bütün zirvə toplantılarında bizim prezidentlərimiz xalqlarımıza, ölkələrimizə, dövlətlərimizə olan qarşılıqlı məhəbbəti həmişə nümayiş etdiriblər. Bu Şuranın fəaliyyəti heç kimə qarşı yönəlməyib. Bundan heç vaxt narahat olmağa dəyməz.
İndi Musa müəllim dedi, biz ehtiyatlı olmalıyıq. Mən onun fikirlərinə çox böyük hörmətlə yanaşıram, amma biz elə qorxa-qorxa bəzi şeylərdə bu günə qalmışıq. Nədən qorxuruq, nədən ehtiyat edirik? Azərbaycan bu gün  çox böyük sürətlə inkişaf edir. Dövlət quruculuğu sahəsində Azərbaycanın keçdiyi yol bu gün çoxları üçün bir nümunədir və çoxları artıq bizim yolumuzla getməyə üz tuturlar. Ona görə də Avropa Parlamentinin bir neçə üzvünün nə danışacağından heç bir narahatçılıq keçirmək lazım deyil.
Düzdür, bizi gözü götürməyənləri, bizə düşmən qüvvələri də hesabdan silmək olmaz. Biz həmişə torpaq-larımızı işğal eləyən Ermənistanı, erməniləri hallandırırıq. Amma bu məsələləri həyata keçirən, beynəlxalq aləmi qarışdıran daha çox onların dostlarıdır. Dünya qarışır, Yaxın Şərqdə, ərəb ölkələrində siyasi problemlər artıq silah yolu ilə həll olunur. Hər yerdə qan tökülür. İqtisadi böhranlardan qaçmaq məqsədilə böhranlar yaradılır və bu da hərbi münaqişələrə gətirib çıxarır. Biz bunu fikirləşməli, düşünməliyik.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrumda keçirilən Zirvə Toplantısının üstün cəhətlərindən biri də ondan ibarət oldu ki, bu tədbirə Türkmənistan da qoşuldu, burada qonaq qismində iştirak elədi, öz məqsədlərini, məramlarını izah elədi. Şəxsən mən o forumun iştirakçısı olaraq oradan çox razı qayıtdım. Ona görə ki, orada, həqiqətən, əməkdaşlıq var idi, dostluq var idi, məhəbbət var idi. Gələcəkdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regionda öz yüksək hörmətini təsdiq edəcək. Mənə belə gəlir ki, biz qəbul olunmuş bəyanatı burada təsdiq eləməliyik. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bəyannaməyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə  98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ – Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikasının Prezidentinin Birgə Bə-yannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi. Buyurun, Azər Kərimli.
A.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qeyd etmək istəyirəm ki, bu bə-yannamə Fransa Prezidenti Fransua Ollandın bu il mayın 12-də Azərbaycana rəsmi səfəri zamanı imzalanmışdır. Xatırlayırsınızsa, yaz sessiyasının son iclaslarından birində biz bu səfər çərçivəsində Bakıda fransız liseyinin təsis edilməsi ilə bağlı imzalanmış sazişi təsdiq etdik.
Bu bəyannamə üç paraqrafdan ibarətdir. Burada öl-kələrimiz arasında ikitərəfli münasibətlərin, demək olar ki, bütün sahələri öz əksini tapmışdır. Önəmli məqamlardan biri Bəyannamədə Fransanın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan etməsi, həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətini vurğulaması, ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsində öz təcrübəsini Azərbaycanla bölüşmək niyyətidir.
Hesab edirik ki, bu bəyannamə həm iki dövlət, həm də Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün növbəti bir addım olacaq. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi. Buyurun, Azər Kərimli.
A.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, bu ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Respublikasında rəsmi səfərdə olmuş, İtaliyanın Baş naziri, İtaliya Senatının sədri və digər dövlət rəsmiləri ilə görüşlər keçirmişdir. Bu səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmışdır.
Bu gün bizə təqdim olunmuş Birgə Bəyannamə, hesab edirəm ki, bu sənədlər sırasında ən önəmlisidir. Çünki adından da göründüyü kimi, bu sənəd iki dövlət arasında strateji tərəfdaşlıq haqqında bəyannamədir. Bu o deməkdir iki, İtaliya–Azərbaycan münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Strateji tərəfdaşlıq isə əməkdaşlığın ən yüksək səviyyəsi deməkdir.
Azərbaycan–İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Azərbaycan–İtaliya münasibətlərinin inkişafı mənim maraq dairəmdə olduğundan illərlə bu münasibətləri izləmiş və onların nəinki kəmiyyətcə, həm də keyfiyyətcə inkişafını görmüşəm. Mən bu bəyannaməni ölkəmizin Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirirəm. Hökumətlərimiz arasında münasibətlər yüksək səviyyədədir.
Azərbaycan–İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında həmkarımız Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyadakı fəaliyyətinin misilsiz rolunu qeyd etmək istərdim.  Son 5 ildə İtaliyada xeyli sayda sərgi, konsert, mədəniyyət və incəsənət günləri, xeyriyyəçilik aksiyaları təşkil olunmuşdur.
Bu gün artıq ölkələrimizdə vətəndaş cəmiyyəti institutları arasında da münasibətlər inkişaf etməkdədir. Bu ilin iyun ayında Bakıda ADA Universitetində Azərbaycan–İtaliya Assosiasiyasının birgə nəşri olan “Via della seta” jurnalının ilk nömrəsinin təqdimatı keçirildi. Fürsətdən istifadə edərək bu işdə bizi dəstəkləyən və təqdimatda iştirak eləyən bütün həmkarlarımıza, Prezident Aparatının rəsmilərinə təşəkkürümüzü bildiririk.  Qeyd etmək istəyirəm ki, bir neçə gündən sonra bu jurnalın ikinci nömrəsi  işıq üzü görəcəkdir. Bu Assosiasiyanın dəstəyi ilə son ildə Azərbaycanın iki şəhəri – Qax və Göyçay İtaliyanın Bormio və Valmontone şəhərləri ilə qardaşlaşıb.
Artıq ölkələrimiz arasında qeyri-hökumət təşkilatları əməkdaşlığa başlayıb. Qeyd etmək istərdim ki, bir ay bundan əvvəl həmkarımız Azay Quliyevin rəhbərlik etdiyi Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası İtaliyanın iki QHT-si ilə tender müqaviləsi imzaladı. Beləliklə, artıq İtaliya qeyri-hökumət təşkilatları layihə çərçivəsində Azərbaycana aid informasiya portalı yaradaraq, həmçinin tarixi, iqtisadi, kulturoloji tədqiqatlar aparmaqla Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında  həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması işində mühüm rol oynayacaqdır.
Bəyannaməyə ixtisaslaşmış qurumları və institutları da daxil olmaqla Birləşmiş Millətlər Təşkilatı və digər bey-nəlxalq və regional forumlarda əməkdaşlığın gücləndiril-məsi və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi kimi bir bənd salınmışdır. Hesab edirəm ki, bu çox mühüm bir bənddir.
Bəyannamənin daha bir bəndi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in sənəd və qərarlarına uyğun olaraq, həmçinin onun himayəsi altında davam edən danışıqlar prosesi əsasında sülh yolu ilə həll edilməsi üzrə sıx əməkdaşlığı nəzərdə tutur.
Bəyannaməyə həmçinin çoxtərəfli forumlar da daxil olmaqla İtaliya və Azərbaycan parlamentləri arasında əməkdaşlığın və mütəmadi mübadilələrin daha da inkişafının təşviqi haqqında bənd salınmışdır.
Hesab edirik ki, strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkələrimizin və xalqlarımızın iradəsi, qarşılıqlı etimadı və hörməti əsasında Azərbaycan–İtaliya dostluğu və əməkdaşlığı qarşıdakı illərdə daha da inkişaf edəcəkdir. Həmkarlarımdan bu qanun layihəsinin lehinə səs verməyi xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibətimizi bildirək.
 
Səsvermənin nəticələri (saat 16.33 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli qanun təqdimatçıları, bunlar sazişlərdir. Sazişlər bizim hamımızda var, oxuyuruq. Onlarla bağlı məsələləri konkret təqdim edin.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, Azərbaycan Respublikası ilə İtaliya Hökuməti arasında dəniz nəqliyyatı haqqında imzalanan saziş bu iki ölkə arasında  dəniz nəqliyyatı münasibətlərini inkişaf etdirəcəkdir. Saziş beynəlxalq standartlara uyğundur. Onun strukturu, mahiyyəti Milli Məclis tərəfindən bundan əvvəl imzalanan sazişlərlə eynilik təşkil edir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın  proqramlarında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu”nun təsdiq edilməsi barədə. Buyursun Azər Kərimli.
A.Kərimli. Təşəkkür edirəm, Oqtay müəllim. Məlumat üçün bildirmək istəyirəm ki, bu saziş iyunun 14-də Avropa komissiyasının rəhbəri Joze Manuel Barrozunun Azərbaycana rəsmi səfəri  çərçivəsində imzalanmış və Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq edilmək üçün təqdim edilmişdir. Xahiş edirəm, qanun layihəsi haqqında fikrinizi bildirəsiniz. Təşəkkür edirəm.    
Sədrlik edən. Haqq yoluna gəldin, konkret danışdın. Xahiş edirəm, münasibət bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira Axundova fərqli fikirdədir. Elmira xanım, mən hesab edirəm ki, Milli Məclisə gələn deputat gündəliyə baxır, məsələləri bilir. Əgər ona səs vermək istəmirsə, əvvəldən bilir. Səsverməyə qoyuruq. Kimin münasibəti necədir, bildirə bilər.

Səsvermənin nəticələri (saat 16.36 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsi. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Konvensiya beynəlxalq standartlara uyğun ha-zırlanmışdır. Azərbaycan tərəfi Konvensiyanın müddə-alarını aşağıdakılara münasibətdə tətbiq etmir: 1. suveren dövlət kimi öz funksiyaları və vəzifələri ilə əlaqədar qeyri-kommersiya məqsədi ilə həyata keçirilən və birbaşa idarə olunan hava daşımalarına və 2. hərbi qurumları üçün Azərbaycan Respublikasında qeydiyyata alınmış və ya onun tərəfindən icarəyə götürülmüş, belə qurumlar tərəfindən və ya onların adından sifariş edilmiş bütün tutumlu hava gəmiləri ilə həyata keçirilən sərnişin, yük və baqaj daşımalarına.
Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilmişdir. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə səs versinlər. 
Sədrlik edən.  Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlir-lərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə. Buyursun Ziyad Səmədzadə. 
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 8 və 10-cu məsələlər eyni qəbildən olduğu üçün, icazənizlə, mən onlar haqqında məlumat verim, sonra hər birinə ayrılıqda səs verərik. Azərbaycan indiyə qədər 48 ölkə ilə belə bir saziş imzalayıb və ikiqat verginin aradan qaldırılması hər iki  tərəf üçün müsbət əhəmiyyət kəsb edir. Sazişlərdə ümumi anlayışlar, gəlirlərin vergiyə cəlb edilməsi, əmlakın vergiyə cəlb edilməsi, ikiqat vergitutmanın aradan qaldırılmasının müsbət üstünlükləri, xüsusi müddəalar və yekun müddəalar verilmişdir. Bu kimi sazişlər barədə millət vəkillərinin kifayət qədər məlumatı olduğuna görə millət vəkillərindən gündəliyin 8-ci və 10-cu bəndlərində nəzərdə tutulmuş qanun layihələrinə səs verməyi xahiş edərdim.
Sədrlik edən.  Ziyad müəllim, 8-ci, 10-cu məsələlər eyni qəbildən olanda onları dalbadal oxumurlar. 9-u da təqdim edirlər, sonra deyirlər...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, keçdik.
Buyurun, 8-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Eyni qəbildən olan 9-cu məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
10-cu məsələ. “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Ziyad müəllim, Sizin əvəzinizə olar da 11-ci məsələni mən deyim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 10-cunu yaddan çıxarın.
Eyni qəbildən məsələ – “Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Bununla da sazişlər bitdi. 12-ci məsələ ayrılıqda və ondan sonrakı 23 məsələ cənab Prezidentin bir məktubu ilə daxil olub. Keçirik 12-ci məsələyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Bilirsiniz ki, biz keçən ses-siyada cənab Prezident tərəfindən təqdim olunmuş çox əhəmiyyətli bir qanunu –“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu qəbul etdik. Bu qanunda  belə bir vacib müddəa var idi ki, həmin qanunun pozulmasına görə vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İndi isə cənab Prezident tərəfindən təklif olunan qanun layihəsində  bu  məsuliyyət  konkret olaraq  İnzibati Xətalar Məcəlləsində müəyyən edilir.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahib-karların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması” adlı yeni bir maddə təklif olunur. Təbii ki, burada məsuliyyət daşıyan, sanksiya tətbiq olunan tərəf ancaq vəzifəli şəxslərdir.  Sanksiyalar da kifayət qədər ciddidir – təxminən min beş yüz manatadək cərimə. Yeganə onu qeyd etmək istəyirəm ki, 348-8.1-ci maddədə bir texniki səhvə yol verilib. Vəzifəli şəxslər min manatdan min beş manatadək yox, min beş yüz manatadək cərimə edilir. Çox sağ olun. 
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
13-cü məsələ. “Poçt haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Bu kimi dəyişikliklər 16 qanun layihəsində nəzərdə tutulub. Bayaq hörmətli Əli müəllim dedi, bu dəyişikliklər müvafiq qanunları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Bu qanun layihəsində göstərilir ki, bütün yoxlamalar adını çəkdiyim qanun vasitəsilə tənzimlənir. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək. Bu qanunların əksəriyyəti müvafiq aktların bir-birinə uyğun-laşdırılması məqsədini daşıyır.

Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
14-cü məsələ. “Qiymətli kağızlar bazarında investorla-rın hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, həmin qanun layihəsində də eyni cümlədir, eyni fikirdir.
Sədrlik edən. Hörmətli Ziyad müəllim, prosedur qaydası var. Siz növbə ilə oxuyun, qısaca məlumat verin,  deyin, səsə qoyaq.
Z.Səmədzadə. “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Res-publikası Qanununun  6.1-ci maddəsində nəzərdə tutulmuş nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Millət vəkillərindən bu qanun layihəsinə səs verməyi xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Eldar müəllim, 15-ci və 16-cı məsələləri, xahiş edirəm, bir yerdə deyin, sonra ayrı-ayrılıqda səsə qoyaq. “Fito-sanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. 
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Bu qanunlar da həmin qəbildən olan qanunlardır. Fitosanitarda əsas məsələ odur ki, ismin müxtəlif hallarında “müfəttişləri” sözü “nəzarəti xidməti” sözləri ilə əvəz olunur. Baytarlıqda da eyni qaydada “müfəttişləri” sözü “orqanları” sözü ilə əvəz edilir. Əsas məqsəd bu qanunları Azərbaycan Respublikası Prezidentinin 2013-cü il  28 avqust tarixli 955 nömrəli fərmanına əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırmaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, 15-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
16-cı məsələyə – “Baytarlıq haqqında” Qanunda dəyi-şikliklər edilməsinə münasibət bildirək.
 

Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının  Qanununda edilməsi təklif olunan dəyişikliklər, bildiyiniz kimi, bu Qanunun “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırılmasına xidmət edir. Ona görə də nə təqdimata ehtiyac var, nə də geniş müzakirəyə. Kağızlar, sənədlər qarşınızdadır. Təklif edirəm ki, bu dəyişikliklərə səs verək, qəbul edək. Təşəkkür edirəm.
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Ətraf mühitlə bağlı müzakirə edilən bütün məsələlər hər birimiz üçün böyük əhəmiyyət kəsb edir. Ətraf mühitin qorunması və sağlamlaşdırılması təkcə dövlətin deyil, hər bir vətəndaşın, hər bir fərdin vəzifəsidir. Adı çəkilən qanunlara hazırda edilən dəyişiklikləri dəstəkləyirəm və xahiş edirəm, mənə 3 dəqiqə imkan yaradılsın ki, fürsətdən istifadə edərək bu gün ekoloji vəziyyətlə bağlı bir sıra narahatedici məqamları qeyd edim.
Etiraf etmək lazımdır ki, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılır. Ayrı-ayrı dövlət orqanları tərəfindən iməciliklər təşkil edilir, ağaclar əkilir. Bakının bir sıra rayonlarında, məsələn, Binəqədidə, Abşeronun özündə yaşıllaşdırma prosesi böyük sürətlə davam etdirilir. Həmçinin gözəçarpacaq dərəcədə böyük layihə olan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində çox böyük işlər görür. Balaxanıda hər il yarım milyon ton məişət tullantısının yandırılması üçün zibil emalı zavodu istifadəyə verilib. Unutmaq olmaz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva qlobal gənclər ekoloji kampaniyasının lideridir və onun təşəbbüsü ilə Azərbaycanda ətraf mühitin qorunması üçün böyük təbliğat işləri həyata keçirilir. Biz keçən iclaslarda ətraf mühitin təmizliyini təmin etmək məqsədi ilə bir sıra qanunlara dəyişikliklər etmişik, cəzaları sərtləşdirmişik və sair və ilaxır.
Bütün bunlara baxmayaraq, Bakının bir çox rayonla-rında, həmçinin regionlarımızda, hətta kənd yerlərində süni şəkildə yaradılan qeyri-qanuni zibilxanalar insanı dəhşətə gətirir. Bu yaxınlarda bir sıra saytlarda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində, həmçinin Yeni Yasamal, Məhəmməd Xiyabani 200 ünvanında yaşayan sakinlərin şikayətləri barədə yazılarla tanış oldum. Sakinlər qeyd edirlər ki, ağır tonnajlı avtomobillər yaşadıqları əraziyə zibil gətirib boşaldırlar.
Mən buna bəlkə də inanmazdım, əgər özüm Şüvəlanda bağlara və çimərliyə aparan yolun yaxınlığındakı qanun-suz zibilxananı görməsəydim. Həmin ərazidə tikinti və məişət tullantılarının, ən dəhşətlisi isə qurban kəsilən, habelə ölmüş heyvanların nəşi və içalatlarının qalaqlan-masının şahidi olmuşam. İnanın ki, Mirmövsüm ağa ziyarətgahı tərəfindən külək əsərkən oradan gələn çox iyrənc iyə dözmək mümkün olmurdu. Bununla bağlı bir sıra orqanlara müraciət etdikdən sonra vəziyyətdə müəyyən dönüş yarandı. Sağ olsun Əli Əhmədov, sağ olsun Ekologiya naziri. Belə ki, ərazi qismən təmizləndi. Müvafiq qurumlara böyük cərimələr tətbiq olundu.
Bu problemlə bağlı araşdırma aparanda isə bəlli oldu ki, həmin zibilxanaların mövcudluğu kimlərinsə kom-mersiya maraqlarına xidmət edir. Hətta bununla əlaqədar bəzi insanların çörəyinə bais olmağımla bağlı mənə ciddi xəbərdarlıq da olundu. İstərdim ki, belə məsələlər müvafiq qurumlar tərəfindən ciddi araşdırılsın və bu tip zibilxanaların birdəfəlik aradan qaldırılması üçün əməli tədbirlər görülsün.
Əksər millət vəkilləri kimi mən də bu yay tətilində müxtəlif rayonlarımızda oldum. Bir çox kəndlərdə çayların, gözəl meşələrimizin, həmçinin Abşeron çimərliklərinin zibillənməsini müşahidə etdim. Hesab edirəm ki, artıq həyəcan təbili çalmaq, bu cür hallara qarşı ciddi inzibati və hüquqi tədbirlər görmək, kütləvi informasiya vasitələrində geniş təbliğat aparmaq lazımdır. Yeri gəlmişkən, əksər qəzet və saytlarımız buna çox həssas yanaşır və bu mövzuya dair dəyərli məqalələr dərc edirlər.
Təbiətimizi çirklənmə bəlasından xilas etməliyik. Təklif edirəm ki, ən azından Bakı şəhərində qanunsuz zibilxana probleminin aradan qaldırılması vahid orqana, məsələn, İqtisadi İnkişaf Nazirliyinin nəzdində olan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Düşünürəm ki, bu işlərin idarə olunmasını mərkəzləşdirmək zəruridir. Yalnız bu zaman problemi kökündən həll etmək olar. Hazırda isə zibil problemi yarananda hər bir orqan məsuliyyəti digərinin üzərinə atır.
Başa düşmək lazımdır, bu qeyri-qanuni zibilliklər gözəl Bakımızın ümumi mənzərəsinə xələl gətirir. Hələ mən insanların sağlamlığına dəyən ciddi zərər haqqında danışmıram. Hörmətli Sədr, çox sağ olun ki, mənə bu imkanı yaratdınız. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsi-nə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.55 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda də-yişikliklər edilməsi barədə qanun layihəsi haqqında komitə sədri Hadi Rəcəbli məlumat verir. Buyurun, Hadi müəllim.
H.Rəcəbli,  Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, bu qanun layihəsi də həmin paket qanun layihələrinin içərisində olan bir sənəddir. Burada əsas məqsəd adı çəkilən qanunu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırmaqdır. Yəni bu, qanun yaradıcılığı texnikası baxımından olan layihədir.
Bir həqiqət var ki, sahibkarların tez-tez üzləşdikləri qurumlardan biri də dövlət sanitariya-epidemioloji xidməti orqanlarıdır. Burada həmin orqanlarla münasibətlər tənzimlənir və sahibkarların hüquqlarının daha da möhkəm qorunması üçün addımlar atılır.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Hidrotexniki qurğuların təhlükə-sizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli mil-lət vəkilləri! Gündəliyimizdəki 19, 20, 21 və 22-ci məsə-lələr eyni xarakterli layihələrdir. 19-cu məsələ “Hidro-texniki qurğuların təhlükəsizliyi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Adı çəkilən qanunda aşağıdakı dəyişikliklər edilir: 1.0.2-ci maddədə “əmlakının” sözü “dövlətin əmlak maraqlarının” sözləri ilə əvəz edilir; 14.1-ci maddədə “konservasiyası zamanı” sözlərindən sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilir. 14.2-ci maddə ləğv edilir.
20-ci məsələ Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Burada təklif edilir ki, Gömrük Məcəlləsinin 98.4-cü maddəsi yeni redaksiyada verilsin, 98.8-ci  və 98.10-cu maddələrinin ikinci cümlələrinə “qərarının surəti” sözlərindən sonra “auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiy-yata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi” sözləri əlavə edilsin, 98.9-cu maddənin birinci cümləsi çıxarılsın və 98.13-cü maddə ləğv edilsin.
21 və 22-ci məsələlərdə, yəni müvafiq olaraq “Sahibkarlıq fəaliyyəti haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərindən irəli gələn dəyişikliklər nəzərdə tutulur. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihələrinə ayrı-ayrılıqda səs verək.
Sədrlik edən. Sağ olun. Qanun layihələri ilə bağlı Qüdrət Həsənquliyev çıxış eləmək istəyir.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən yalnız “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklə bağlı fikrimi bildirmək istəyirəm. Burada 5-ci maddənin 1-ci hissəsində qeyd olunur ki, yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir. Mən hesab edirəm ki, burada belə yazılsa, daha doğru olar: “Yalnız qanunla nəzərdə tutulmuş hallarda məhkəmələr tərəfindən sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir”.
Bilirsiniz ki, bir çox sahibkarlar lisenziya alır, fəaliyyət göstərirlər. Bizdə bu lisenziya çox vaxt qısa müddətə – maksimum 5 il müddətinə verilir. 5 ildən sonra icazə vermir. Məsələn, bu yaxınlarda bir sahibkar mənə müraciət edib ki, dərman satışı ilə əlaqədar lisenziyası olub, indi vaxt başa çatıb. Anbarda bunun bir 240 min manatlıq malı var. Lisenziyanın vaxtını uzatmırlar, heç nə də demirlər. Müraciət elədiyi şöbə müdiri deyir ki, rəhbərlik gərək icazə verə. Rəhbərliklə də nə görüşmək mümkündür, nə də əlaqə saxlamaq. Bu adam pis durumda qalıb.
Kiçik sahibkarlar arasında bir araşdırılma aparılsa, məlum olar ki, onların, xüsusən də lisenziya ilə fəaliyyət göstərənlərin bir 85 faizi ya şəkər, ya əsəb, ya da ürək xəstəsidir. Təklif edirəm, onları bu zülmdən qurtarmaq, sahibkarlığa, doğrudan da, dəstək vermək üçün burada qeyd eləyək ki, sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması, yaxud dayandırılması yalnız məhkəmə qaydasında olur. Müvafiq orqan əgər lisenziyanın müddətinin uzadılmasını doğru hesab etmirsə, məhkəməyə müraciət etsin və bu barədə məhkəmə qərar versin. Yoxsa lisenziya vermir, deyir, indi sən ver məhkəməyə. Bu halda da bilirsiniz ki, bu, uzun müddət davam edir və həmin dövrdə o sahibkar faktiki surətdə qanunsuz fəaliyyət göstərən bir şəxs sayılır.
Ona görə də mən təklif edirəm ki, biz həqiqi mənada sahibkarların işini yüngülləşdirmək, onlara kömək eləmək istəyiriksə, “qanunla nəzərdə tutulmuş hallarda məhkəmələr tərəfindən sahibkarlıq fəaliyyətinin məh-dudlaşdırılmasına yol verilir” müddəasını bura daxil eləməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli Ziyafət müəllim, 22-ci məsələ müzakirə olunurmu yəni? Hörmətli Ziyad müəllimin təqdi-matında 22-ci məsələyə toxunuldu. Mənim çıxışım 22-ci məsələ – istehlakçıların hüquqlarının qorunması ilə bağlıdır.
Sədrlik edən. (Eşidilmir.)
Z.Oruc. Təşəkkür edirəm. Çox qısa fikirlərim var. Elə bir start götürmüşük ki, bu bir dünya rekorduna çevriləcək. 4 saatda 36 qanun qəbul eləmək...
Sədrlik edən. Zahid müəllim, bir dəqiqə, üzr istəyirəm. Siz tikanlı sözlər deməyi xoşlayırsınız. Bir məsələnin mahiyyətinə varın, sonra fikir söyləyin. Bayaq cənab Sədr qeyd elədi ki, bizə bu paketdə daxil olan qanun layihələrinin hamısında söhbət yalnız redaktə xarakterli məsələlərdən gedir.  Bu məsələləri uzun-uzadı müzakirə eləməyin mənası yoxdur axı. Burada cənab Sədr də, Ziyad müəllim də, digər deputat həmkarlarımız da qeyd elədilər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırılsın deyə onlarda redaktə xarakterli dəyişikliklər aparılır. Dünya rekordunun buraya nə dəxli var? Bu atmacalar, bu tikanlı sözlər kimə lazımdır? Belə şeyləri yığışdırın, ayıbdır. Sabah da qəzetdə yazacaqlar ki, parlament yarım saata bu qədər qanun qəbul elədi. Amma məsələnin mahiyyəti başqa bir şeydir axı. Bunu uzun-uzadı müzakirə eləməyin mənası yoxdur, ay Zahid müəllim. Məsələyə bir baxın. Heç olmasa, bura gəlməzdən əvvəl qanunları evdə açın, oxuyun. Gəlirsiniz, qoyursunuz qarşınıza, yadınıza düşür ki, burada nə isə var. Buyurun.
Z.Oruc. Ziyafət müəllim, Siz o sözü deyəndə, bilmirəm, kimə üzünüzü tutub deyirsiniz. Yaxşı bilirsiniz ki, o sənədlərin hamısına baxanlardan biri mənəm və ona görə danışıram ki, o məsələ haqqında fikrim var. Mənim dediyim məsələdə də tikan yox idi. Onu demək istəyirdim ki, “düzdür-düzdür” sözləri parlamentdən çölə çıxanda...
Sədrlik edən. Zahid müəllim, mahiyyəti üzrə, xahiş edirəm. Mahiyyəti üzrə danışacaqsınızsa, söz verim.
Z.Oruc. (Eşidilmir.)
Sədrlik edən. Qurtardı da məsələ, bitdi. Deyirəm, mahiyyəti üzrə danışın. Buyurun, davam edin.
Z.Oruc. Birinci onu istəyirəm deyəm ki, hər bir halda bu, yaxşı göstərici, yaxşı nəticə deyil.
İstehlakçıların hüquqları ilə bağlı məsələdə qeyd eləmək istədiyim bir məqam var. Sahibkarların qeydinə qalmağımız yaxşıdır, amma istehlakçılar üçün də bir az düşünməyimiz gərəkdir. Bu dövr ərzində yas və toy mərasimləri ilə bağlı məsələ cəmiyyətdə daha çox müzakirə olunub. İstehlakçıların hüquqlarının ən çox pozulduğu məkanlardan biri də şadlıq evləri və yas mərasimlərinin keçirildiyi yerlər olubdur. Parlament tətildə olduğu dövrdə dövlətin müvafiq qurumlarının bu istiqamətdə müxtəlif addımları olub. Mən düşünürəm ki, parlament o yöndə addımlar atmalıdır. Mən ona görə çıxışa yazılmışdım və hesab edirəm ki, heç belə impulsiv reaksiyaya da ehtiyac yox idi. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə səs verək.

Səsvermənin nəticələri (saat 17.05 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
21-ci məsələyə – “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
22-ci məsələyə – “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.07 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
23-cü məsələ. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Ziyad müəllim, buyu-run.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Nəzərinizə çatdırmaq istəyirəm ki, biz Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında bu qanun layihəsi ilə bağlı Prezident Administrasiyası və Vergilər Nazirliyi ilə söhbətlər apardıq və onlarla razılıq əsasında bu dəyişiklikləri cəmi bir cümlə ilə əvəz etdik, yəni Vergi Məcəlləsinə aşağıdakı məzmunda 2.4.8-ci maddə əlavə elədik: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) haqqında nəzərdə tutulan müddəalar”.
Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.09 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çıxarılıbdır o? Aydındır.
25-ci məsələ “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Əslində, bu məsələlər də bundan əvvəlki məsələlərin məntiqi davamıdır və burada edilən dəyişiklik “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi ilə bağlıdır. Ona görə mən millət vəkillərindən bu layihəyə də səs verməyi xahiş edirəm.
Sədrlik edən. Aydındır. Çox sağ olun, Əli müəllim. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.11 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Komitə sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsində təklif olunur ki, adı çəkilən qanunun 24.5-ci maddəsi  aşağıdakı redaksiyada verilsin: “Mərkəzi Bank bank olmayan kredit təşkilatlarının fəaliyyətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır.” Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.12 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Yenə Ziyad müəllim məlumat verir. Buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “İnvestisiya fondları haqqında”  Qanunun 48-ci, 49-cu, 50-ci və 51-ci maddələrində redaktə xarakterli dəyişikliklər edilməsi nəzərdə tutulub.
48.1.10-cu maddəyə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və” sözləri əlavə edilir.
Qanuna aşağıdakı məzmunda 48.3-cü maddə əlavə olunur: “Nəzarət orqanı, onun vəzifəli şəxsi, əməkdaşı apardığı yoxlama çərçivəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”  Azərbaycan Respublikası Qanununun və bu Qanunun tələblərini pozduğuna, habelə vəzifə borclarını yerinə yetirmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına və sahibkara vurduğu zərərə görə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.  49 və 50-ci maddələrdə redaktə xarakterli dəyişikliklər edilmişdir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.14 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Əmək Məcəlləsinin iki maddəsinə edilən dəyişiklik də onun “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırılması ilə  bağlıdır. Millət vəkillərindən səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.16 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 83
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsində təklif olunur ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.10-cu maddəsində “əmlakına” sözü “dövlətin əmlak maraqlarına” sözləri ilə əvəz edilsin. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Əgər danışmaq, çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.17 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi çox geniş maddədir. “Qiymətli metallarla və qiymətli daşlarla bağlı fəaliyyətə nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının səlahiyyəti” adlı bu maddənin  2-ci hissəsinin 1-ci bəndində “və əməkdaşı olduğu orqanın müvafiq sərəncamını” sözləri “yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri ilə əvəz edilir. Bu çox vacib bir düzəlişdir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Aytən xanım çıxış etmək istəyir. Buyurun, Aytən xanım.
A.Mustafayeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Biz bayaq “Ətraf mühitin mühafizəsi haqqında”  Qanunda edilən dəyişikliklərə səs verdik. Mən o məsələ ilə bağlı çıxış etmək istəyirdim. Amma iş elə gətirdi ki, mümkün olmadı. İndi də “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirə edirik. Bunların hər ikisi olduqca vacib məsələlərdir.
Mən onu demək istəyirəm ki, həm ətraf mühit, həm də qiymətli metallar və daşlarla bağlı qanunlarımızda dəyişikliklər edərkən biz ilk öncə işğal olunmuş ərazilərimizi nəzərdə tutmalıyıq.
Ətraf mühitin mühafizəsi ilə bağlı biz onu qeyd etməliyik ki, işğal olunmuş ərazilərdə təbiətimiz, xüsusən də qoruqlarımız vəhşicəsinə məhv edilir, ağaclar qırılır, içməli su zəhərlənir, ekologiya baxımından böyük fəlakət baş verir.
İndi müzakirə etdiyimiz məsələ ilə bağlı qeyd etmək istəyirəm ki,  Ermənistanın bir neçə şirkəti işğal olunmuş ərazilərimizdə qiymətli metalların, xüsusən qızılın istehsalı və satışı ilə məşğuldur. Bu barədə əlimizdə konkret sənədlər, materiallar var. Bizim ekspertlər orada  çıxarılan 400 tona qədər qızılın, 2500 ton gümüşün, 1,5 milyon ton misin dəyərini müəyyən edə bilərlər. Onu da qeyd edim ki, Amerika və Kanadada məskunlaşan firmalar erməni işğalçıları ilə əməkdaşlıq edərək zəbt olunmuş ərazilərimizdə qızılın istehsalı və daşınması ilə məşğuldurlar. Amerikanın “Global Gold” şirkəti bu işə 2,8 milyon dollar investisiya qoyub.
Onu da qeyd edim ki, təbii sərvətlərimizi vəhşicəsinə istismar edən, qızıldan və başqa qiymətli metallardan gəlir əldə edən erməni işğalçıları və bu işdə onlarla qanunsuz olaraq əməkdaşlıq edən bəzi xarici firmalar bizim torpaqlarda işləyir və bu cinayətləri orada törədirlər. Mən inanıram ki, gec-tez, – ümid edirəm ki, gec olmayacaq, – bu ərazilər də Azərbaycanın yurisdiksiyasında olacaq. Ona görə hesab edirəm ki, bu qanunlarda  yüksək səviyyədə hüquqi məsuliyyət haqqında da bir maddə olmalıdır. Çünki bu gün düşmən tapdağı altında olan torpaqlarımız sabah Azərbaycan yurisdiksiyasında olarkən bu cinayətkarlar qanun qarşısında cavab verməlidirlər. Təklifim bu qədər, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.23 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Komitə sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Ziyafət müəllim, bu layihədə nəzərdə tutulan dəyişikliklər Şəhərsalma və Tikinti Məcəlləsini də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzim-lənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə edilir. Ona görə həmkarlarımdan bu qanun layihəsinə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim, təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
   
Səsvermənin nəticələri (saat 17.23 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
                            
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Standartlaşdırma haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Yenə Ziyad müəllim məlumat verəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, gündəliyimizdəki 32, 33, 34-cü məsələlər eyni xarakterli qanun layihələri olduğu üçün icazə verin, onlar haqqında mən ardıcıl məlumat verim.
Sədrlik edən.  Buyurun.
Z.Səmədzadə. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 1, 6, 7, 10 və 11-ci mad-dələrində müəyyən sözlər başqa sözlərlə əvəz edilir. Yəni bu dəyişikliklər redaktə xarakterlidir.
“Texniki təhlükəsizlik haqqında” Qanunun 14-cü maddəsinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun” sözləri əlavə edilir. 17-ci maddədə “orqanının vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər” sözləri “orqanı aşağıdakı səlahiyyətlərə malikdir” sözləri ilə əvəz edilir.
“Valyuta tənzimi haqqında” Qanunda da edilən dəyişikliklər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi ilə əlaqədardır. Millət vəkillərindən bu qanun layihələrinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Buyurun, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.26 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.
33-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
34-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
35-ci məsələ – “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, bu qanun layihəsi bizim komitədə müzakirə  olunub. Eyni paketə daxil edilmiş qanun layihələri kateqoriyasına aiddir və burada da redaktə xarakterli dəyişikliklər təklif olunur. Ona görə hamınızdan xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar!  “Siyasi partiyalar haqqında” Qanunun mövcud normalarının təkmilləşdirilməsi məqsədi ilə cənab Prezident tərəfindən onun bir neçə maddəsinə əlavə və dəyişikliklər təklif olunub.
Bildiyiniz kimi, biz bir müddət əvvəl siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı məsələləri müzakirə edib həll etmişdik. Amma bununla yanaşı, siyasi partiyaların maliyyə hesabatlığının şəffaflığı məsələsi gündəmdədir.
Bu baxımdan 12-ci maddədə təklif olunur ki, maliyyə hesabatı, habelə Qanunun müvafiq maddəsində göstərilmiş məlumatlar və sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunsun.
21-ci maddəyə maliyyə hesabatının verilməsi qaydası və müddəti ilə bağlı normalar əlavə olunur. Belə ki, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim olunmalıdır. Dövlət orqanı kimi hesabat verilən orqan Mərkəzi Seçki Komissiyası müəyyənləşdirilir. MSK-nın müraciəti əsasında siyasi partiyalar maliyyə fəaliyyətlərinə dair əlavə məlumatları və sənədləri təqdim edirlər. Şəffaflıq, yəni ictimaiyyətə məlumat vermək baxımından siyasi partiyaların illik maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilir.
Qanuna ianələrlə bağlı 19.7-ci maddə əlavə edilir. Bu maddədə deyilir: “Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min manatdan artıq ola bilməz.” Mən hesab edirəm ki, cəmiyyətimizdə şəffaflıqla bağlı həyata keçirilən siyasətin ayrılmaz tərkib hissəsi kimi siyasi həyatımızda vacib rol oynayan siyasi partiyaların da maliyyə hesabatlılığı məsələsi çox aktualdır. 
Ümidvaram ki, təqdim olunmuş layihə hörmətli millət vəkilləri və  xüsusən də siyasi partiya nümayəndələri tərəfindən müdafiə olunacaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən, ümumiyyətlə, bu dəyişiklikləri dəstəkləyirəm və hesab edirəm ki, xüsusilə 19.7-ci maddədəki “şəxsin bir və ya bir neçə partiyaya verdiyi ianələrin yuxarı həddi 10 min manatdan artıq ola bilməz” müddəası tamamilə doğrudur. Biz vaxtilə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsini müzakirə edərkən də mən söyləmişdim ki, əgər siyasi partiyalar ayrı-ayrı şəxslər, yaxud maliyyə qrupları, şirkətlər tərəfindən  maliyyələşdirilirsə, öz fəaliyyətlərində həmin qrupların maraqlarını müdafiə etmək, onların lobbiçiliyi ilə məşğul olmaq zorunda qalırlar. Bu da, sözsüz ki, dövlət mənafeləri baxımından düzgün deyil. İndi də hesab edirəm ki, bəli, bir şəxs bir partiyaya il ərzində 10 min manatdan artıq  ianə verə bilməz.
Biz o vaxt çox mütərəqqi bir qərar qəbul etdik ki, siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilsin və yalnız dövlət qarşısında özlərini borclu bilsinlər. Düşünürəm ki, bu müddəanı qanunvericiliyə daxil edəndən sonra biz gərək siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsini artıraq.
Günün birinci yarısında mənim hörmətli deputat həmkarım Siyavuş Novruzov bir məsələni gündəmə gətirdi. Yəqin ki, indi də bu məsələnin müzakirəsi zamanı öz münasibətini bildirər. Mətbuatda da bu məsələni o qaldırıb. Doğrudan da, bizim qanunvericiliyə görə parlamentdə təmsil olunmayan, amma 3 faizdən çox səs toplayan partiyalar üçün maliyyə vəsaiti ayrılır. Yəni biz artıq büdcəni təsdiq edəndə o vəsaiti ayırırıq. Əgər belə partiya yoxdursa, o vəsait istifadə olunmamış qalır. Amma o vəsait faktiki surətdə siyasi partiyalar üçün ayrıldığından digər siyasi partiyalar arasında bərabər bölünməlidir.
Günün birinci  yarısında digər deputat həmkarım İqbal Ağazadə də bir məsələyə toxundu. Mən də hesab edirəm ki, maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına yox, ən azından Ədliyyə Nazirliyinə verilməlidir. Əlbəttə, bu araşdırmaları aparmaq əgər Maliyyə Nazirliyinin imkanları xaricindədirsə. Mərkəzi Seçki Komissiyası yalnız seçkilər prosesi ilə, seçkilərlə məşğul olan bir qurumdur, amma siyasi partiyaları Ədliyyə Nazirliyi qeydə alır. Onların öz Nizamnaməsinə, qanunlara əməl etməsinə o nəzarət edir və hesab edirəm ki, o cümlədən maliyyə hesabatlığı ilə bağlı  qanunlara da nə səviyyədə əməl olunması məsələsini, tutaq ki, Ədliyyə Nazirliyi həyata keçirə bilər. Amma Mərkəzi Seçki Komissiyasının bu məsələyə qatılmasını mən doğru saymıram.
Hörmətli Əli müəllim, burada bir məsələyə də mütləq aydınlıq gətirilməlidir. Deyək ki, hansısa bir vətəndaş siyasi partiyaya bahalı bir ofisi icarəyə verir. Həmin partiya bu ofisi gedib başqa bir şəxsdən icarəyə götürsəydi, illik 10 min manatdan artıq pul ödəməli olacaqdı. Bu halda məsələ necə həll olunur? Burada birbaşa ianədən söhbət getmir, amma hər hansı bir iş adamına heç kim deyə bilməz ki, sən niyə öz ofisini kiməsə icarəyə vermisən. Düşünürəm ki, biz qanunvericiliklə bu məsələni də tənzimləməliyik. Ona görə ki, dediyim kimi, əgər ianənin məbləği 10 min manatdan artıq olmamalıdırsa, onda o icarə haqqının da məbləği 10 min manatdan artıq olmamalıdır. Amma bu, əvəzsiz verirsə, məsələ necə həll olunur? İstərdim, bu məsələyə də aydınlıq gətirilsin. Sağ olun.
Sədrlik edən. Onu çox adi edə bilərlər. İcarə haqqı 100 manat, 500 manat müəyyən olunar və bu məsələnin qarşısı alınar. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da,  “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər günün tələbi və  son vaxtlar cəmiyyətimizdə müzakirə olunan şəffaflıq məsələsinin göstəricisidir. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası digər partiyalardan fərqli olaraq ildə bir dəfə öz maliyyə gəlirləri, yəni üzvlük haqları və ianələr haqqında mətbuatda ictimaiyyəti məlumatlandırır, cəmiyyətə geniş məlumat verir. Hansı orqana hesabat verilməsindən asılı olmayaraq  burada əsas məqsəd ondan ibarətdir ki, siyasi partiyaların maliyyə dövriyyəsində bir şəffaflıq olsun.
Bilirsiniz ki, siyasi partiyaların maliyyələşməsi iki formada həyata keçirilir. Onlar həm dövlət büdcəsindən ayrılan maliyyə, həm də üzvlük haqları və ianələrdən toplanan vəsait hesabına maliyyələşdirilirlər. Dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsinə, aydındır ki, aidiyyəti qurumlar, icra strukturları nəzarət edir və siyasi partiya rəhbərləri də bilirlər ki, onlar hər kvartal Maliyyə Nazirliyinə hesabat verirlər. Zərurət yaranarsa, Hesablama Palatası da buna nəzarət edə bilər.
Üzvlük haqları və ianələrin toplanmasına gəlincə, mən hesab edirəm  ki, birincisi, bunlar banklar vasitəsilə həyata keçirilməli və ikincisi, o ianəni köçürən şəxs yetkinlik yaşına çatmalıdır.  18 yaşı olmayan bir şəxs hər hansı bir siyasi partiyanın üzvü ola bilməz, ona görə də ona ianə yardımı göstərə bilməz. Mənim fikrimcə, bu iki şərt də qanuna əlavə olunmalıdır.
Burada günün əvvəlində də, indi də həmkarlarımız məsələ qaldırdılar  ki, hesabat niyə Mərkəzi Seçki Komissiyasına verilməlidir? Məlumdur ki,  Mərkəzi Seçki Komissiyası burada təmsil olunan siyasi partiyaların və bitərəflərin nümayəndələrindən formalaşıb. Yəni burada təmsil olunan siyasi partiyaların hər birinin Mərkəzi Seçki Komissiyasında təmsilçiləri var,  katibliyi var və sair. O baxımdan da daha doğru olar ki, hesabatı Mərkəzi Seçki Komissiyasına təqdim edək.
Nəzərə alaq ki, Mərkəzi Seçki Komissiyasının bu işdə təcrübəsi var, yəni hər bir namizəd, – istər prezidentliyə, istərsə də parlament üzvlüyünə və ya bələdiyyə üzvlüyünə namizəd olsun, – seçki kampaniyası apardığı dövrdə özünün seçki hesabını açır və həmin müddət ərzində Mərkəzi Seçki Komissiyasına üç dəfə hesabat verir. O baxımdan Mərkəzi Seçki Komissiyasında artıq maliyyə hesabatlarının aparılması, təhlili, düzgün istiqamətləndirilməsi təcrübəsi var. Bu təcrübə olduğu halda, mən hesab edirəm ki, burada başqa bir fikrə ehtiyac yoxdur.
İanələrin yuxarı həddi çox düzgün qoyulub – maksimum 10 min manat. Bu, seçkilərdə də var. Seçki Məcəlləsində siyasi partiyaların seçki fondlarına vətəndaşların və hüquqi şəxslərin keçirə biləcəkləri könüllü ianələrin yuxarı hədləri göstərilibdir və bizim bunu “Siyasi partiyalar haqqında” Qanuna da salmağımız tamam normal bir haldır. Hesab edirəm ki, biz bu qanunu qəbul etməklə siyasi partiyaların fəaliyyətində daha bir şəffaflıq mexanizmini yaratmış olacağıq. Təşəkkür edirəm. 
Sədrlik edən. Təşəkkür edirəm. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Məndən əvvəl çıxış eləyənlərdən fərqli olaraq hesab etmirəm ki, siyasi partiyaların illik maliyyə hesabatları şəffaflıq baxımından Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır. Çıxış edən hörmətli millət vəkilləri bəlkə Maliyyə Nazirliyinə verilən hesabatı şəffaf hesabat hesab etmir və yaxud Maliyyə Nazirliyinin, başqa maliyyə qurumlarının şəffaflığa görə indeksini aşağı hesab edirlər? Mərkəzi Seçki Komissiyası adından da göründüyü kimi, seçki komissiyasıdır. Bunun dövlət büdcəsindən ayrılan vəsaiti  yoxlamaq,   hesabat qəbul etmək kimi bir yetkisi yoxdur.
Siz hamınız uzun illərdir ki, qanunçuluqla, qanunvericilik bazasının formalaşması ilə məşğulsunuz. Siz necə rəva görürsünüz ki, Mərkəzi Seçki Komissiyası heç bir audit və maliyyə qurumları olmadan ona təqdim olunan vəsaiti yoxlasın? Hörmətli Siyavuş müəllim hesab edir ki, MSK-da bizim hər birimizin nümayəndəsi olduğu üçün maliyyə hesabatları ona verilməlidir. Azərbaycan Respublikasının qanunvericilik prinsiplərinə görə məhz nümayəndəmiz orada olduğu üçün bizim verdiyimiz hesabatı Mərkəzi Seçki Komissiyası yoxlaya bilməz. Çünki mənim verdiyim nümayəndə mənim tərəfimdən çıxış edəcək. Sizin verdiyiniz nümayəndə sizin tərəfiniz-dən çıxış edəcək. Dövlət büdcəsindən təqdim olunan vəsaitin doğruluğunu yoxlamaq onun işi deyil. O bir tərəf olaraq orada çıxış eləyir. Necə ola bilər ki, dövlət büdcəsindən ayrılan vəsait tərəflə yoxlanılsın? Hesablama Palatası haqqında qanunda da buna oxşar müddəalar var – tabeçiliyində olan və sair. Bu partiyanın təqdim etdiyi nümayəndə siyasi partiyanın dövlət büdcəsindən aldığı vəsaitin yoxlanılması üçün məsul olur.
İkincisi, bunların hərəsi müxtəlif peşə sahibidir – biri jurnalistdir, biri ədəbiyyatçıdır, biri tarixçidir, biri mühəndisdir, biri hüquqşünasdır. Bunlar mənim maliyyə hesabatımı necə yoxlaya bilərlər? O şəffaflığı orada necə təmin edəcəksiniz? Mərkəzi Seçki Komissiyasında audit fəaliyyətimi həyata keçirəcəksiniz? Mərkəzi Seçki Komissiyasının səlahiyyətinə aiddirmi bu? MSK seçki məsələləri ilə məşğul olur.
Bu, Seçki Məcəlləsinə uyğun olaraq seçki dönəminə, seçkiyə ayrılan vəsait deyil. Bu, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsidir. Bu, qanunçuluğun fəlsəfəsinə ziddir. Bu barədə Konstitusiya Məhkəməsinə müraciət etsək, Konstitusiya Məhkəməsi bunu dərhal rədd edəcək. Bu mümkün olan şey deyil. Bunu kim fikirləşib, necə düşünüb? Cənab Prezidentə bunu kim təqdim eləyib? Mən başa düşmürəm ki, bu hansı şəkildə təqdim olunub. Bu, yanlış təqdimetmədir. Mərkəzi Seçki Komissiyasının belə bir səlahiyyəti yoxdur, ola da bilməz.
Hə, mən razıyam ki, bir şəxs hər hansı bir partiyaya il ərzində 10 min manatdan artıq ianə verməsin və sair. Amma mən başa düşə bilmirəm ki, qanunvericiliklə professional qaydada məşğul olan, artıq ən azı 4 il stajı olan adamlar dövlət büdcəsindən ayrılan vəsaitə nəzarət səlahiyyətini  dövlət qurumu olmayan MSK-ya necə verə bilərlər. Hörmətli Əli müəllim bu məsələni təqdim eləyəndə dedi ki, bir dövlət qurumu... Mərkəzi Seçki Komissiyası dövlət qurumu deyil. Heç kim Mərkəzi Seçki Komissiyasını dövlət qurumu kimi təqdim eləyə bilməz. Mərkəzi Seçki Komissiyası  dövlət qurumu kimi təsbit olunmayıb. Sən dövlətin ayırdığı pulu dövlət qurumu olmayan bir yerə necə verə bilərsən ki, ala bunu yoxla, gör bu adam bunu düz xərcləyib, ya yox? Bundan ötrü Maliyyə Nazirliyi var,  Vergilər Nazirliyi var. Kim qayda-qanunu pozursa, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi yazsın Ədliyyə Nazirliyinə. Hüquqi qeydiyyata alan tərəf kimi Ədliyyə Nazirliyi bununla məşğul olsun.
Hə, mən razıyam, hər kəs hesabat verməlidir, hər kəs maliyyənin hesabatını düzgün aparmalıdır. Hörmətli Siyavuş müəllim qeyd eləyir ki, başqa partiyalardan fərqli olaraq Yeni Azərbaycan Partiyası bu barədə hesabat təqdim edir. Biz də təqdim edirik. Mətbuatda da dərc olunur. Əgər siz hesab edirsinizsə ki, bu, Mərkəzi Seçki Komissiyasının saytında nəşr olunmalıdır, bundan əvvəlki qanunda bizim qarşımızda şərt qoyulub ki, hesabat hökmən kütləvi informasiya vasitəsində çap olunmalıdır və biz də bunu çap elətdiririk. Çap olunmuş o variantı da, qəzetin, kütləvi informasiya vasitəsinin nümunəsini də Maliyyə Nazirliyinə təqdim edirik. Bu, qanunda təsbit olunub və biz qanunun bu tələblərini yerinə yetiririk.
Yenə deyirəm, mən bunu başqa tərəfdən yozmaq, öz düşüncələrimi, fikirlərimi ifadə etmək istəmirəm. Amma hüquqi tərəfdən qeyd eləyirəm ki, bu qeyri-peşəkar yanaşmadır. Mən millət vəkillərindən, hörmətli cənab Sədr, Sizdən xahiş edirəm ki, bunu geri qaytarasınız, ekspertlər bunu yenidən araşdırsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. İqbal müəllim, sən çıxışında elə deyirsən ki, elə bil, burada tender keçirirlər, bu tenderdə də maraqlar toqquşur. Bu, tender deyil, dövlət büdcəsindən ayrılan vəsaitdir. Hesablama Palatası bu məsələlərə qarışmır. İndiyədək ancaq Mərkəzi Seçki Komissiyasında bu istiqamətdə işlər görülüb. Ona görə də bu məsələ ona həvalə olunur. Burada nə böyük problem var ki, bunu belə şişirdirsiniz? Maliyyə Nazirliyi baxsın, Vergilər Nazirliyi baxsın, nə bilim, daha kim baxsın. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. 2012-ci ildə “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edildi. O dəyişikliyə uyğun olaraq 2013-cü ildən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Dünya təcrübəsində də, bizim ölkəmizin təcrübəsində də belə bir qayda var ki, hansı qurum hansı qurumdan maliyyə yardımı alırsa, onun qarşısında hesabat verməlidir. Buna uyğun olaraq da siyasi partiyalar tərəfindən Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna rüblük və illik, Maliyyə Nazirliyinə isə illik maliyyə hesabatı verilir. İndi təklif olunur ki, biz Mərkəzi Seçki Komissiyasına da hesabat verək.
Söhbət bilirsiniz nədən gedir? Şəffaflıqdan və ya başqa bir şeydən yox, ondan söhbət gedir ki, bunun heç bir hüquqi bazası yoxdur. Siz fikir verin, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.4-cü maddəsində göstərilir ki, seçki komissiyası bu Məcəllə ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqandır. “Mərkəzi Seçki Komissiyasının vəzifələri” adlı 25-ci maddədə deyilir ki, Mərkəzi Seçki Komissiyası Prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının  83-cü, 101-ci və 142-ci maddələrində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına verilən səlahiyyətlərdə də onun maliyyə-nəzarət funksiyasını həyata keçirməsi haqqında heç bir müddəa yoxdur. Belə bir hüquqi əsas olmadan biz niyə Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verməliyik? Bu düzgün deyil, tamamilə qeyri-qanunidir.
Özü də müəyyən təkliflərə qulaq da asmaq lazımdır. Biz onsuz da Vergilər Nazirliyinə də, Sosial Müdafiə Fonduna da hesabat veririk.  Mərkəzi Seçki Komissiyasına maliyyə nəzarəti funksiyası vermək tamamilə qanunsuzdur və o müddəa layihədən çıxarılmalıdır. Sağ olun.
Sədrlik edən. İlyas müəllim, hərənin bir fikri var. Ancaq əgər bu məsələ hər hansı bir başqa orqana, Maliyyə Nazirliyinə və ya Vergilər Nazirliyinə tapşırılsaydı, sabah deyəcəkdilər ki, pulu ayırırlar, sonra da ona  nəzarət eləyirlər. Bildiyiniz kimi, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) var. Onların təklifi olmuşdur ki, bu vəsaitlərə dövlət qurumları nəzarət eləməsin. Mərkəzi Seçki Komissiyası  dövlət qurumu deyil. Ona görə ona həvalə elədilər. Burada böyük bir problem yoxdur. Buna biz niyə bu qədər böyük diqqət yetiririk?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
İ.İsmayılov. Mərkəzi Seçki Komissiyasının maliyyə-nəzarət funksiyası yoxdur. Bunun qanunvericilik bazası yoxdur. Bu kimin arzusu ilə həyata keçirilirsə, bir fikirləşsin. Biz qanuna da hörmət eləməliyik, hüququn prinsiplərinə də. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklikləri mən müsbət qiymətləndirirəm. Artıq bu neçənci dəfədir ki, bu qanuna dəyişikliklər cəmiyyətin böyük marağına səbəb olur. O baxımdan ki, siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparmaq hüququna malik yeganə vətəndaş cəmiyyəti institutlarıdır. Cəmiyyətdəki digər təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatlarının belə hüquqları yoxdur. Cəmiyyət onu idarə edəcək təşkilatların və insanların hansı formada fəaliyyət göstərdikləri və ilk növbədə maliyyə fəaliyyəti barəsində məlumata malik olmalıdır.
İndiki dəyişikliklər partiyaların, əsasən, maliyyə fəaliyyəti, daha doğrusu, maliyyə hesabatları ilə bağlıdır. Mənim üzv olduğum Yeni Azərbaycan Partiyası və bir neçə digər partiya vaxtaşırı maliyyə hesabatlarını kütləvi informasiya vasitələrində dərc etdirir. Çox təəssüf ki, biz bunu qeydiyyatdan keçmiş 56 partiyanın hər birində görmürük. Bu baxımdan indi siyasi partiyaların maliyyə hesabatlarını məcburi şəkildə konkret bir quruma təqdim etməsi, hesab edirəm ki, düzgündür. Birincisi, bu, partiyaların məsuliyyətini və qanuna hörmətini göstərəcək, digər tərəfdən isə onların maliyyə hesabatlarının internet səhifəsində dərc edilməsi bu məlumatların hər bir insana çatmasına kömək edəcək.
Burada prinsipial dəyişiklik bir nəfərin bir və ya bir neçə siyasi partiyaya il ərzində on min manatdan artıq ianə verməsinə qadağa qoyulmasıdır. Hesab edirəm ki, bu düzgün yanaşmadır, o baxımdan ki, bu, nəzəri baxımdan bir nəfərin əlində olan maliyyə imkanları vasitəsilə seçkiyə və siyasi proseslərə təsir etmək, onu inhisara almaq imkanlarını heçə endirir. Amma bu müddəa bir nəfərin bir neçə siyasi partiyaya eyni zamanda müəyyən məbləğ məhdudiyyəti çərçivəsində yardım etmək hüququnu onda saxlayır.
 Maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi barədə müddəa deputat həmkarlarımın böyük mübahisəsinə səbəb oldu. Bu barədə çox düzgün izahat verdiyinə görə Oqtay müəllimə təşəkkür edirəm. Bu hesabatın dövlət orqanlarına deyil, məhz dövlət orqanı olmayan, siyasi partiyaların və bitərəflərin nümayəndələrindən təşkil olunan, seçkiyə məsuliyyətli bir orqana təqdim edilməsi, hesab edirəm ki, demokratiya prinsiplərinə tamamilə cavab verir.
Eyni zamanda, mən o təklifi də qəbul edirəm, ola bilsin, biz bura yaza bilərik ki, maliyyə hesabatı Ədliyyə Nazirliyinə,  Maliyyə Nazirliyinə və Mərkəzi Seçki Ko-missiyasına təqdim olunur. Bir hesabatın eyni zamanda bir neçə quruma təqdim edilməsi elə bir qəbahət olmaz.
Amma bununla belə, deputat həmkarım İqbal Ağazadənin iradları ilə mən kökündən razı deyiləm. İqbal müəllim bildirir ki, məgər Mərkəzi Seçki Komissiyası auditmi yaradacaq, bunu nə cür yoxlaya biləcək? Hörmətli İqbal müəllim,  burada Mərkəzi Seçki Komissiyasının hər hansı bir yoxlamasından deyil, sadəcə olaraq, MSK-nın hesabatın verildiyi son instansiya olmasından söhbət gedir. Açıq-aydın bildirilir ki, maliyyə hesabatı auditin rəyi ilə təqdim edilir. Yəni ikinci dəfə audit keçirilməsinə artıq ehtiyac qalmır. Qanunda bu, açıq şəkildə bildirilir. Yəni hər kəs üçün aydın olmalıdır ki, Mərkəzi Seçki Komissiyası, sadəcə olaraq, bu hesabatları qəbul edib öz internet səhifəsində yerləşdirəcək.
Hakimiyyətin seçki vasitəsilə formalaşdırıldığını, seçki prosesində son sözün Mərkəzi Seçki Komissiyasında deyildiyini nəzərə alaraq, hesab edirəm ki, maliyyə hesabatının da digər sənədlər kimi məhz Mərkəzi Seçki Komissiyasında toplanması düzgün olardı. Mən bu dəyişiklikləri düzgün sayıram və hamını onlara səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Sədr, söz verdiyiniz üçün təşəkkür edirəm. “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərlə əlaqədar bəzi qeydlərimi demək istəyirəm.
Əvvəla, onu qeyd edək ki, Azərbaycanda mövcud olan siyasi plüralizm və demokratik şərait 50-dən artıq siyasi partiyanın təsis edilməsinə və seçki prosesində sərbəst şəkildə iştirakına gətirib çıxarıb. Lakin Azərbaycanın siyasi palitrasında mövcud olan bəzi müxalif partiyalar siyasi hakimiyyətlə dövləti qarışdırır,  xalqa və dövlətə qarşı müxalifətçilik edirlər.
Təsadüfi deyil ki, antiazərbaycan dairələrinin total hücumlarını ölkəmizdə reallaşdıran bu siyasi partiyaların maliyyələşmə mexanizmi də mürəkkəbdir. Respublikanın iqtidar və digər bəzi partiyaları hər il gəlirləri haqqında xalq qarşısında maliyyə hesabatı verdikləri halda adları hər kəsə bəlli olan bəzi müxalifət partiyaları maliyyə hesabatı verməkdən boyun qaçırırlar. Onlar mütləq şəkildə göstərməlidirlər ki, özlərinin dedikləri kimi, maliyyələşmə mənbəyi yoxdursa, hansı vəsaitlə bu qədər cangüdən saxlayır, bahalı həyat şəraiti sürürlər, ailə üzvlərinə xaricdə ödənişli təhsil aldırırlar və sair. Bütün bu suallar, əlbəttə, ictimaiyyətimizi düşündürür.
Düşünürəm ki, “Siyasi partiyalar haqqında” Qanunda nəzərdə tutulan əlavə və dəyişikliklərin qəbulundan sonra sözügedən partiyalar da məcburi şəkildə maliyyə hesabatları və fəaliyyətləri barədə məlumat verərlər. Əgər hər bir azərbaycanlı şəffaf və demokratik mühitin güclənməsini istəyirsə, həmin müxalifət partiyaları da xalqın bu istəyinə uyğunlaşmalıdırlar.
Qanunu dəstəkləyirəm, ona səs verəcəyəm. Bir də qeyd etmək istəyirəm ki, Maliyyə Nazirliyi dövlətin ayırdığı hər bir qəpiyin hesabını bilir və lazım gəlsə, onu yoxlayır. Mərkəzi Seçki Komissiyasına hesabat verilməsi böyük bir qanun pozuntusu deyil. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Çox qısa iki-üç qeydimi söyləmək istəyirəm. Doğrusu, biz, o cümlədən mən də indiyə qədər bütün partiyaların təmsilçilərindən, bütün strukturlardan bu cür maliyyə hesabatlığı tələb edirdik. İndi növbə gəlib hamının özünə çatanda artıq müxtəlif cür özünümüdafiə arqumentləri gətirilir. Sanki partiyalar bu hesabatlıqdan kənarda olmalıdırlar. Amma bizim müzakirəmizə belə bir dəyişikliyin təklif edildiyi bir layihə təqdim olunsaydı ki, siyasi partiyalar Vergilər Nazirliyinə, yaxud Maliyyə Nazirliyinə və ya Hesablama Palatasına maliyyə hesabatı verməlidirlər, mənə elə gəlir ki, burada bütün müxalif partiyaların təmsilçiləri buna qarşı gedəcəkdilər. Deyəcəkdilər ki, bu, siyasi partiyaları hökumət və dövlət strukturunun bir elementi kimi götürmək, onların müstəqilliyini buxovlamaq, onlara dövlət orqanı xarakteri verməkdir və sair.
İndi nə baş verir – Mərkəzi Seçki Komissiyası təklif olunur. Burada nə  qeyri-adi məsələ var? Həmin qurum dövlət strukturu deyilsə də, ali hüquqi bir orqandır ki, parlament üzvlərinin 125-nin də, bələdiyyə üzvü seçilən on minlərlə insanın da yekun olaraq hüquqiliyi Konstitusiya Məhkəməsinin rəyi ilə burada tanınır. Mərkəzi Seçki Komissiyası Sizin dediyiniz kimi, sadəcə, ayrı-ayrı partiyaların irəli sürdüyü namizədlərdən ibarət deyil, onun aparatı və xüsusi bölmələri var.
Mən sizə açıq deyirəm, bu sənəd İqbal Ağazadənin təklifi nəzərə alınmaqla yenidən işlənib geri qaytarılsaydı, bütün müxalif partiyalar bu sənədin əleyhinə çevriləcəkdilər ki, siz nə üçün bu səlahiyyəti Maliyyə Nazirliyinə, yaxud Hesablama Palatasına verirsiniz. Halbuki qorxu nədən idi? Guya ki, bu səlahiyyət Mərkəzi Seçki Komissiyasına veriləndə maliyyə hesabatını verməyən qüvvələrə qarşı gələcəkdə hansısa sanksiyalar tətbiq olunar, onların namizədliyinə maneçiliklər olar və sair. Mənə elə gəlir ki, bu qorxunun heç bir əsası yoxdur.
Hörmətli Sədr, mən başqa bir məsələni də qeyd etmək istəyirəm. Əslində, mən partiyaların maliyyələşmə mexanizminin tamamilə dəyişdirilməsini təklif edirəm. İndiki qanun hazırkı parlamentin spektrinə, siyasi palitra-sına uyğunlaşdırılıb. Amma gələcəkdə hər şey tamamilə başqa cür ola bilər. Parlament bir partiyadan ibarət ola bilər, heç bir partiyanın təmsilçisi seçilməyə bilər və sair. Biz isə 50 faiz, 40 faiz və 10 faizlik prinsip seçmişik. Bu prinsiplə o cümlədən müxtəlif partiyaların namizədlərinin, təmsilçilərinin yerdəyişməsi baş verir, yaxud yeni partiyaların yaranması məsələləri meydana çıxır. Bu fonda köhnə  maliyyələşmə qanunu həmin sistemi tam dolğun ödəyə bilmir. Ona görə mən düşünürəm ki, bu qanun, təbii ki, gələcək dövrdə yenidən işlənməlidir. Amma hazırkı formatda irəliyə sürülmüş model çox normaldır. Sağ olun.
Sədrlik edən. Zahid müəllim çox fəal iştirak edir. Bayaq Milli Məclisin iclasına “rekordsmen” adı qoydu. Deyir ki, Milli Məclisdə rekord sürətlə gedirlər. Beynəlxalq sazişlər elə rekord sürətlə getməlidir. Gördüyünüz kimi, beynəlxalq sazişlərə dair hər bir məsələdə 15 dəqiqə danışırdılar. Amma indi görürəm, sən özün də rekord sürətlə gedirsən. Hiss edirəm ki, çox qısa müddətdə sən də partiya yaratmaq istəyirsən, Allah xeyir versin, marağın çoxdur. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, hörmətli cənab Sədr! Əlbəttə, burada müzakirə olunan məsələlərə bizim reaksiya verməməyimiz bir az laqeydlik kimi qəbul edilə bilər. Söhbət, əsasən, parlamentdə təmsil olunan partiyalardan gedirsə və bu da Mərkəzi Seçki Komissiyası tərəfindən sənədləşdirilirsə, mən hesab edirəm ki, bu qanunda göstərilən müddəaları qəbul etmək olar. Çünki bu, iqtisadi demokratiyadır, Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi və genişləndirilməsi deməkdir.
Mən hesab edirəm ki, dövlət tərəfindən siyasi parti-yaların fəaliyyətinə maliyyə yardımı olursa, bizim bunu geniş müzakirə etməyə haqqımız yoxdur. Parlamentimizdə təmsil olunan partiyalara belə yardım nəzərdə tutulursa, biz bunu da qəbul etməliyik.
Hər bir siyasi partiya əgər öz sıralarında 30–40–50–100 min üzvü  birləşdirirsə, buna nəzarət etməyə ehtiyac yoxdur. Çünki bu özü demokratiyanın carçısı, hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələrdən biridir.
Bu qanun layihəsində göstərilən müddəalar tamamilə həqiqətə uyğundur. Mən hesab edirəm ki, qanun layihəsini səsə qoymaq və hörmətli deputatlarımızın fikrini bilmək daha məqsədəuyğun olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, İqbal Ağazadəyə söz veririk.
İ.Ağazadə. Mənim sözüm Zahid Orucadır. Biz Maliyyə Nazirliyinə hesabat veririk, alıb onu Mərkəzi Seçki Komissiyasına verirlər. Bunu demək istəyirdim. Bilmədiyin şeyləri danışırsan.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gəlin bu deyişmələri saxlayaq. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Burada bəzi şeyləri bir-biri ilə qarışdırırlar. Dövlət büdcəsindən verilən vəsaitin xərclənməsinə dövlət onsuz da nəzarət edəcək, siz istəsəniz də, istəməsəniz də. Bunun hesabatını Maliyyə Nazirliyinə, aidiyyəti quruma verməlisən. Burada söhbət toplanılan ianələrdən və üzvlük haqlarından gedir. Bunun da şəffaflığı üçün siyasi partiyaların illik maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilməsi təklif olunur. Söhbət bundan gedir və qanunda da üzvlük haqqı və ianələrdən danışılır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Heç kimin təkrarçılıq etməsini istə-mirəm.  Mən iki kəlmə söz dedim, Zahid onu bir az geniş-ləndirdi. Həqiqətən, beynəlxalq təşkilatların tələblərindən biri odur ki, bu hesabat dövlət qurumuna verilməsin. Burada aydın olmayan nə var ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli müəllim, bundan artıq izahat verməyin də mənası yoxdur, hamısı aydındır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən fikirləşirəm ki, görəsən, dövlət tərəfindən siyasi partiyalara bu pul ayrılmasaydı, indi nədən danışacaqdınız? Məsələ qaldırırsınız ki, Milli Məclisə keçirilən son seçkilərdə səslərin 3 faizini qazanan, amma parlamentə düşməyən partiyaların pulu buradakı partiyalar arasında bölüşdürülsün. Adam fikirləşir ki, bu ciddi söhbətdirmi.  
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 84
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələ – “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə. Rüstəm Xəlilov, buyurun.
R.Xəlilov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müzakirəyə təqdim olunan qanun layihəsində bir dəyişiklik nəzərdə tutulur. Bilirsiniz ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna görə bələdiyyə torpaqlarının vətəndaşlara həyətyanı torpaq sahəsi kimi və digər formada verilməsi hərrac yoluyladır. Orada yalnız bir istisna hal var ki, həmin ərazidə daimi yaşayan və ən azı 5 il müddətində qeydiyyatda olan vətəndaşın mülkiyyətinə torpaq hərrac yolu ilə yox, birbaşa həmin ərazinin bələdiyyəsinin qərarı ilə verilir. İndi həmin istisnaya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi halı da əlavə olunur. Həmkarlarımdan xahiş edirəm, bu layihəni dəstəkləsinlər. Təşəkkür edirəm. 

Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, səs verək.
Səsvermənin nəticələri (saat 18.06 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, günün birinci yarısında biz Avropa Parlamentinin müvafiq qətnaməsinə cavab olaraq bəyanat hazırlamaq üçün redaksiya komissiyası yaratdıq. Sözü verək komissiyanın üzvü Məlahət xanıma. Buyurun.
M.İbrahimqızı. “Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
Avropa Parlamenti 2014-cü il sentyabrın 18-də “Azərbaycanda insan hüquqları müdafiəçilərinin istintaqı üzrə” qətnamə qəbul etmişdir. Artıq neçənci dəfədir ki, ölkəmizə qarşı işləyən qüvvələrin məqsədyönlü fəaliyyəti nəticəsində Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatın qəbul etdiyi sənəddə Azərbaycanda baş verən hadisələrə, demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salınmasına cəhd göstərilməsi təəssüf və narahatlıq doğurur.
Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququ-nun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir. Konkret cinayət əməllərinə görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə məhkum edilmiş və ya istintaq altında olan şəxslərin siyasi məhbus adlandırılmasının və onları təcili və qeyd-şərtsiz azadlığa buraxmağın tələb edilməsinin hansı məntiqdən irəli gəldiyi aydın deyildir.
Həbsdə və ya istintaq altında olan şəxslərin qeyri-məhkəmə üsulları ilə azad olunmasının tələb edilməsi qanunun aliliyinə hörmət prinsipləri ilə bir araya sığmır. İnsanların siyasi fəaliyyətinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı  yoxdur.
Azərbaycan Respublikasında söz, mətbuat və informasiya azadlıqlarının hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz. Yüzlərcə gündəlik, həftəlik və aylıq qəzet nəşr olunur, müstəqil televiziya kanalları fəaliyyət göstərir. Ölkədə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan internet şəbəkəsi mövcuddur. Əhalinin 70 faizindən çoxu İnternet istifadəçisidir. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır və fəaliyyət göstərir. Mətbu nəşrlərə dövlət tərəfindən vaxtaşırı maliyyə yardımı ayrılır. Ölkədə sərbəst toplaşmaq azadlığı qanunvericiliyin tələblərinə müvafiq surətdə təmin edilmişdir. Vətəndaş cəmiyyətinin mühüm elementi olan qeyri-hökumət təşkilatlarının sayı artaraq 4 minə yaxınlaşmışdır.
Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində vəziyyət tamamilə şəffaf oldu-ğuna görə bütün bu sadalanan faktların müəyyən edilməsi çətin deyildir. Təəssüf ki, Avropa Parlamentində təmsil olunmuş məlum siyasi qruplar tərəfindən Azərbaycanın hakimiyyət orqanlarını ittiham etməyə yönələn qətnamə layihəsinin hazırlanması zamanı yoxlanılıb dəqiqləşdirilmiş məlumatlara istinad edilməmişdir.
Ərazisinin 20 faizinin Ermənistan Respublikası tərəfindən işğal edilməsinə, 1 milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, Azərbaycan Respublikası iqtisadi inkişaf, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması və möhkəmləndirilməsi sahəsində böyük uğurlar əldə etmişdir. Ölkədə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir. Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunmasının səmərəli mexanizmi vardır və bu mexanizm Avropa qurumları, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlıq şəraitində yaradılmışdır. Ölkədə insan hüquqları və azadlıqları həm qanunvericilik, həm də qanunların icrası səviyyəsində etibarlı müdafiə olunur.
Əlbəttə, inkişaf edən hər bir dövlətdə və cəmiyyətdə olduğu kimi, Azərbaycanda da hər şey tam qaydasında deyildir. İnsan hüquqlarının və azadlıqlarının pozulması faktları da mövcuddur, lakin bunlar heç bir halda sistemli xarakter daşımır. Avropa Parlamentinin adı çəkilən qətnaməsində isə heç bu cür faktlardan da söhbət getmir. Məhz buna görə də Azərbaycanın insan hüquqlarına və azadlıqlarına hörmət bəsləməyən və bunları mütəmadi surətdə pozan bir dövlət kimi Avropa Parlamentində müzakirə edilməsi qeyri-obyektiv və qərəzli yanaşmadan başqa bir şey deyildir. 
Yuxarıda göstərilən əsaslara görə Azərbaycan Res-publikasının Milli Məclisi “Azərbaycanda insan hüquqları müdafiəçilərinin istintaqı üzrə” Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixli qətnaməsini  Azərbaycanla Avropa İttifaqı və Avropa Parlamenti arasında konstruktiv əməkdaşlığın ruhuna zidd olan, Azərbaycanda bu sahədə hüquq qaydasını şübhə altına alan və dövlətin beynəlxalq imicinə xələl gətirmək niyyəti güdən qərəzli aksiya kimi dəyərləndirir. Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Avropa Parlamenti Azərbaycana bu cür münasibət göstərməkdə davam etsə, Avropa Parlamenti və Avronest Parlament Assambleyası ilə gələcək əməkdaşlığın zəruriliyi məsələsini bir daha nəzərdən keçirmək məcburiyyətində qalacaqdır. 
Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir,  bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı hüquq bərabərliyi əsasında və konstruktiv məcrada inkişaf etdirmək əzmindədir.” 
Sədrlik edən. Başqa fikir yoxdursa, xahiş edirəm, bəyanata münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 18.14 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bununla da bugünkü iclasımız sona çatdı. Sağ olun.
 


 

EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ


30 sentyabr 2014-cü il
_____________________

Arif Əşrəfov. “Sahibkarlıq sahəsində aparılan yoxla-maların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda insanların həyat və sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi nəzərə alınsa da, insanların əmlakına ziyan vurulmasının qarşısının alınması ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Bu isə insanların əmlakına ziyan vurulması (keyfiyyətsiz malın satılması, iş və ya xidmətin göstərilməsi) ilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan çoxsaylı şikayətlər üzrə dövlət nəzarətinin aparılmasında və istehlakçı hüquqlarının qorunmasında çətinliklər yaradır.
Bu səbəbdən “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.10-cu maddəsində, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununda 1-ci maddənin birinci hissəsinin ikinci abzasında, 6-cı maddənin 2-ci hissəsinin üçüncü abzasında və 13-cü maddənin birinci hissəsinin ikinci abzasında “əmlakı” sözünün saxlanılması, lakin “əmlakı” sözündən sonra “dövlətin əmlak maraqları” sözlərinin əlavə edilməsi daha doğru olardı.
Eyni zamanda, “Standartlaşdırma haqqında” Azərbay-can Respublikası Qanununda 6-cı maddənin 6-cı hissəsində, 7-ci maddənin 4-cü hissəsinin ikinci abzasında, 11-ci maddənin birinci hissəsinin yeddinci və doqquzuncu abzaslarında “əmlakı” sözünün saxlanılması, “ətraf mühitə zərər” sözlərinin “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilməsi məqsədəmüvafiqdir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.6-cı maddəsində, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində məhsul nümunələrinin götürülməsi və onların tədqiqi (sınağı) ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsi qanunun 16-4-cü maddəsində göstərilən hallar istisna olmaqla yoxlayıcı orqanlara həvalə olunmuşdur.
Lakin Qanunda məhsul nümunələrinin götürülməsi və onların tədqiqi (sınağı) ilə bağlı işlərin (xidmətlərin) dəyərinin yoxlayıcı orqanlar tərəfindən hansı qaydada və formada ödənilməsi, həmçinin bu məqsədlərin həyata keçirilməsi ilə bağlı dövlət büdcəsindən yoxlayıcı orqanların hesabına vəsaitlərin köçürülməsi nəzərdə tutulmamışdır.
Bu səbəbdən yoxlayıcı orqanlar tərəfindən məhsul nümunələrinin götürülməsi və onların tədqiqi (sınağı) ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsində problemlər yaranacaqdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.6-cı maddəsində nəzərdə tutulan dəyişikliyə məhsul nümunələrinin götürülməsi və onların tədqiqi (sınağı) ilə bağlı işlərin (xidmətlərin) dəyərinin yoxlayıcı orqanlar tərəfindən hansı qaydada və formada ödənilməsi, həm-çinin bu məqsədlərin həyata keçirilməsi ilə bağlı dövlət büdcəsindən yoxlayıcı orqanların hesabına vəsaitlərin köçürülməsi müəyyən edildikdən sonra baxılması məqsədəmüvafiqdir.

Sədaqət Vəliyeva.  Azərbaycanın bugünkü sürətli inkişafı üçün bazis rolunu oynamış “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimləri ərəfəsində Avropa Parlamenti tərəfindən təxribat xarakterli addım atıldı. Bu təsisat tərəfindən ssenariləşdirilmiş şəkildə qəbul edilmiş qətnaməni yalnız təxribat kimi qiymətləndirmək olar. Çünki bu gün Azərbaycanda söz azadlığı, siyasi plüralizm, azad toplaşmaq hüquqları tam şəkildə təmin edilib, azad mətbuat formalaşıb, ictimai sektorun inkişafı üçün əlverişli şərait yaradılıb, yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində heç bir məhdudiyyətlə üzləşmədən sərbəst fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət kimi özünü sübut etməsi tez-tez ölkəmizə səfərə gələn avropalı siyasətçilərin gözü qarşısında baş verir.
Sual yaranır: bəs nə üçün Avropa Parlamenti belə bir addım atıb? Cavab yalnız geosiyasi məsələlərlə və Azərbaycana qarşı ikili standart siyasəti ilə əlaqəlidir. Bu özü də bir göstəricidir ki, 700-dən artıq deputatın əvəzinə cəmi 40–45 nəfər qətnamə qəbul edir. Əlbəttə, Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamə Azərbaycan Respublikasının qanunvericiliyini pozmuş, cinayət əməllərinə görə məhkəmə prosesində olan vətən xainləri barəsində olduğundan onun heç bir əhəmiyyəti yoxdur. Sadəcə, bütün ölkələrdən demokratiya və ədalət tələb edən Avropa Parlamenti bəzi antimilli ünsürlərə görə Azərbaycan məhkəmələrinə təzyiq etməyə çalışır. Bu cür açıq oyunların getdiyi bir zamanda Avropa Parlamentinin balansı qoruya bilməməsi birbaşa onun imicinə zərbə vurur, bu təsisata olan inam getdikcə itir.
Düşünürəm ki, regional və qlobal beynəlxalq təşkilatların bu cür ədalətsiz mövqeyinə qarşı hər bir Azərbaycan vətəndaşı konkret mövqe qoymalıdır. Dövlətçiliyimizin qorunması və haqq-ədalətin yerini tutması üçün bütün imkanlardan və resurslardan istifadə edilməlidir. Bu işdə media da öz aktiv rolunu oynamalı və kütləvi şüurun vahid sosial-siyasi institut kimi etiraz səsini dünya ictimaiyyətinə çatdırmalıdır.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi