2015-ci il 1 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
I SESSİYASI İCLASININ

PROTOKOLU № 3

Milli Məclisin iclas salonu.
1 dekabr 2015-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 117 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 116
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Məzahir Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Natiq Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini.
Arifə Muxtarova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi.
Mikayıl Rəhimov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi.
Şaitdin Əliyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Fuad Cavadov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Ramiz İbrahimov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Validə Kazımova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Qabil Orucov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Tofiq Həsənov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
İlham Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Nizami Nadirov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Azər Tağıyev,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Tamam Cəfərova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Bəxşeyiş Əsgərov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Almas Qəhrəmanlı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Akif Qurbanov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Etibar Quliyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Rövzət Qasımov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri.
Samir Məhərrəmov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi müdirinin müavini.
Həsən Kazımzadə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi müdirinin köməkçisi.
İsmayıl Abbasəliyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Təşkilat şöbəsinin müdiri.
İradə Hacıyeva, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdiri.
Rəşad Yusifbəyli, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Rüfət Gülməmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri.
Elşən Əsgərov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Ümumi şöbəsinin müdiri.
Zeyqəm Ağayev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Monitorinq şöbəsinin müdiri.
Şahin Əsədli, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri.
Zirəddin Cəlilov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Redaksiya və nəşr şöbəsinin müdiri.
Natiq Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Maliyyə şöbəsinin müdiri.
Cavanşir İmanov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Təsərrüfat şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında.
5. Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsi üzvlərinin seçilməsi haqqında.
7. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında.
8. Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.
9. Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.
10. Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında.
11. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında.
12. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında.
13. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında.
14. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında.
15. Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında.
16. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında.
17. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında.
18. Azərbaycan Respublikası Milli Məclisinin Gənclər  və idman komitəsi üzvlərinin seçilməsi haqqında.
19. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının  tərkibi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 108
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 111
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının vəsiqələri təqdim edilmişdir.

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının tərkibində dəyişikliklər edilməsi haq-qında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 112
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 114
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 114
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri  komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikası Milli Məclisinin Gənclər  və idman komitəsi üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 112
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının  tərkibi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 114
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN İCLASI

1 dekabr  2015-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 116
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik sizə paylanıb. Təşkilati məsələlərdir, xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 108
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 111
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən dövlət siyasətinin yeni möhtəşəm uğuru reallığa çevrilmişdir. Bildiyiniz kimi, demokratik şəraitdə keçirilən azad, ədalətli, şəffaf seçkilər nəticəsində ölkəmizin V çağırış Milli Məclisi formalaşmışdır.
Demək olar ki, bütün beynəlxalq müşahidəçilər seçki barəsində müsbət rəy bildirmişlər. Təkcə onu qeyd etmək istəyirəm ki, Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin bu yaxınlarda Sofiyada keçirilmiş toplantısında Azərbaycanda keçirilmiş parlament seçkiləri azad və müstəqil seçkilər kimi qiymətləndirilmişdir.
Hörmətli millət vəkilləri, 2005-ci ildən bizdə gözəl bir ənənə yaranmışdır – Mərkəzi Seçki Komissiyası deputat vəsiqələrini Milli Məclisdə təqdim edir. Ona görə bugünkü iclasımızda Mərkəzi Seçki Komissiyasının sədri, üzvləri, MSK Aparatının işçiləri iştirak edirlər. Mən onları salamlayıram və yüksək səviyyədə keçirilən seçkilərə görə Mərkəzi Seçki Komissiyasına, onun üzvlərinə hamınızın adından dərin minnətdarlığımı bildirirəm! (Alqışlar.)
Hörmətli millət vəkilləri, öncə vəsiqələrin verilməsi qaydasını qısaca deyim. İlk növbədə cənab Məzahir Pənahova söz verəcəyəm. Sonra ad və soyadlar bir-bir səsləndiriləcək, yaxınlaşıb qol çəkəcəksiniz və Məzahir müəllim vəsiqələri təqdim edəcək. Buyurun, Məzahir müəllim.
M.Pənahov, Mərkəzi Seçki Komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli sədr müavinləri, hörmətli deputatlar! İlk növbədə 2015-ci il noyabr ayının 1-də keçirilmiş seçkilərdə qazandığınız qələbə münasibəti ilə sizin hamınızı Mərkəzi Seçki Komissiyası adından, öz adımdan ürəkdən təbrik edirəm, gələcək şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram! (Alqışlar.)
Milli Məclis rəhbərliyinin və sizin Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə verdiyiniz qiymət bizim üçün böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, gələcəkdə də Mərkəzi Seçki Komissiyası fəaliyyətini ancaq Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun quracaq, Azərbaycandakı seçkilərin müasir standartlara cavab verən səviyyədə keçməsi üçün əlindən gələni edəcəkdir.
Hörmətli Sədr seçkilərlə bağlı müəyyən fikirlərini söylədi, ona görə mən vaxtınızı çox almaq istəmirəm. Bir-iki məqamı qısaca olaraq vurğulamaq istəyirəm ki, beynəlxalq standartlarla bağlı bəzi məsələlər müzakirə olunanda hamımızda bununla bağlı bir ümumi ortaq məxrəc olsun.
Ümumiyyətlə, demokratik, ədalətli, şəffaf seçkilər cəmiyyətin ümumi durumunun göstəricisidir və dünyada ona olan tələblərin ən alisi ondan ibarətdir ki, o, şəffaf keçirilməlidir. Azərbaycanda keçirilən seçkilərin şəffaflığına heç kim, hətta bizə qərəzli olan tərəflər belə, iradlar tutmaq imkanında olmurlar. Bunun da əsas səbəbi budur ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının çoxlu sayda müşahidəçiləri bir qayda olaraq seçkiləri müşahidə edirlər. Bu il də onların sayı yüzlərcə idi. Həmişə seçkini müşahidə etmək hüququnda olan bütün subyektlərin hamısına şərait yaradılıb və ona görə də yerli müşahidəçilərin sayı bu il də 70 min nəfərə yaxın idi. Kütləvi informasiya vasitələri isə Azərbaycanda seçkiləri müşahidə etmək üçün müstəsna hüquqa malikdir.
Bunları sadalamaqla yanaşı, – müxtəlif ölkələrdə də bu proseslər gedir, – bunların fövqündə dayanan və indi artıq “Azərbaycanın praktikası” adı altında özünə şəhadətlik qazanmış veb-kameraların quraşdırılmasını qeyd etmək istərdim. Ölkə başçısının birbaşa göstərişi ilə 2000-ci ilin ortalarından məntəqələrin on faizində, indi isə 20 faizinə yaxınında veb-kameralar quraşdırılıb. O veb-kameralar ölkə coğrafiyasını əhatə edir və Azərbaycanda kütləvi informasiya vasitəsinin heç akkreditasiyadan keçməyə ehtiyacı yoxdur. Veb-kamera məsələsi unikal hadisədir və dünyanın istənilən nöqtəsində Azərbaycanda keçirilən seçkilərlə maraqlanan insanlar üçün şərait yaradılması deməkdir. Dediyim kimi, bu veb-kameralar Azərbaycanın coğrafiyasını əhatə edir və sevindirici hal ondan ibarətdir ki, bu, ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən bir tədbirdir.
Seçkilərin demokratik, ədalətli keçirilməsi üçün ilkin şərtlərdən biri ictimai-siyasi stabillikdir. İctimai-siyasi stabillik baxımından, Allaha şükür, Azərbaycanda artıq 10 illərdir heç bir problem yoxdur. Nümunə ola biləcək siyasi stabillik var. Qanunvericilik aktları, Seçki Məcəlləsi, digər hüquqi sənədlər Avropa ekspertlərinin süzgəcindən keçib, çoxları da elə onların iştirakı ilə hazırlanıb. Ona görə də onlarla bağlı hər hansı bir ciddi problem yoxdur.
Bunlarla yanaşı, bütün dünyada seçkilərlə bağlı onların hamısının fövqündə dayanan bir ümumi tələb var. O da mövcud hakimiyyətin, ölkə rəhbərinin demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradədir. Yəni bu, dünyada qəbul olunmuş bir faktdır. Veb-kamera praktikası və proseslərin gedişində ortaya çıxan bu və ya digər mübahisə doğuran məsələlərə vaxtında müdaxilə edərək ən kompromis variantların qəbul edilməsi, – cənab Prezident o baxımdan nümunə göstərir, – bizə əsas verir deyək ki, Azərbaycanda keçirilən seçkilərdə ən yüksək dərəcədə siyasi iradə var. Yeri gəlmişkən, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədri kimi öz adımdan, komissiyanın bütün üzvlərinin adından ölkə başçısına minnətdarlığımızı bildirmək istəyirəm. Bu prinsiplər ortada olandan sonra Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, demək olar ki, çox adi bir prosesə çevrilir. Yəni bütün məsələlərin fövqündə  həmin məqamlar dayanıb. Ona görə də Azərbaycanda bununla bağlı heç bir problem olmayıb.
Artıq qeyd olundu, seçkilər demokratik, şəffaf, ədalətli bir şəraitdə keçirilibdir. Bülletenlərə 767 nəfər daxil edilmişdi ki, orta hesabla hər dairə üzrə 6-dan artıq iddiaçının olması faktı ortada idi. Bu özlüyündə  çox gözəl, çox yüksək bir göstəricidir.
İkinci bir əsas məqam budur ki, namizədlərin yarıdan çoxu siyasi partiyaların nümayəndələri idi və seçkilərdə 11 siyasi partiya birbaşa, 7 siyasi partiya isə siyasi partiyalar bloku kimi iştirak edirdi. Hesab edirəm ki, bu artıq Milli Məclisə seçkilərdə Azərbaycan ictimaiyyətinin bütün təbəqələrinin ən yüksək marağının birbaşa təsdiqidir.
Sevindirici haldır ki, çoxlu sayda partiyaların nümayəndələri Milli Məclisdə təmsil olunurlar və bu artıq müasir dünya parlamentarizminin prinsiplərinin bütün tələblərinə cavab verir. Mən bir daha bütün qalibləri təbrik edirəm, onlara can sağlığı arzulayıram.
Cənab Sədr, Sizdən xahiş edirəm, icazə verin, Seçki Məcəlləsinin üzərimizə qoyduğu ikinci şərəfli missiyanı həyata keçirək, deputatların vəsiqələrini təqdim edək. Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)

R.Qasımov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri.

Əsədov Oqtay Sabir oğlu. (Alqışlar.)
Əsgərov Ziyafət Abbas oğlu. (Alqışlar.)
Muradova Bahar Əvəz qızı. (Alqışlar.)
Ələsgərov Valeh Feyruz oğlu. (Alqışlar.)
Həmzəyeva Ülviyyə Tapdıq qızı. (Alqışlar.)
İbrahimqızı Məlahət İbrahim qızı. (Alqışlar.)
Hörmətli millət vəkillərindən xahiş edirik, vəsiqəni aldıqdan sonra bura imza atasınız.
Vəliyeva Sədaqət Süleyman qızı. (Alqışlar.)
Cəbrayılova Dilarə Məmmədağa qızı. (Alqışlar.)
Fətəliyeva Sevinc Həbib qızı. (Alqışlar.)
Kərimzadə Pərvin Orxan qızı. (Alqışlar.)
Xanlarova Zeynəb Yəhya qızı. (Alqışlar.)
Axundova Elmira Hüseyn qızı. (Alqışlar.)
Əliyeva Jalə Fazil qızı. (Alqışlar.)
Baxşəliyeva Gövhər Baxşəli qızı. (Alqışlar.)
Əliyeva Sona Sakit qızı. (Alqışlar.)
Hüseynova Sevinc Əmirəhməd qızı. (Alqışlar.)
Paşayeva Qənirə Ələsgər qızı. (Alqışlar.)
Ağayeva Ülviyyə Cavanşir qızı. (Alqışlar.)
Əliyeva Kamilə Əliağa qızı. (Alqışlar.)
Naxçıvanlı Aqiyə Həbib qızı. (Alqışlar.)
Qasımova Flora Qasım qızı. (Alqışlar.)
Həbibbəyli İsa Əkbər oğlu. (Alqışlar.)
Möhbalıyev Səttar Suliddin oğlu. (Alqışlar.)
İbrahimov Eldar Rza oğlu. (Alqışlar.)
Novruzov Siyavuş Dünyamalı oğlu. (Alqışlar.)
Həsənquliyev Qüdrət Müzəffər oğlu. (Alqışlar.)
Qafarov Kamaləddin Nəsrəddin oğlu. (Alqışlar.)
Musayev Madər Əliəsgər oğlu. (Alqışlar.)
Hüseynov Aydın Nəsir oğlu. (Alqışlar.)
Zabelin Mixail Yuryeviç. (Alqışlar.)
Əliyev Rauf Asif oğlu. (Alqışlar.)
Quliyev Ülvi Zahid oğlu. (Alqışlar.)
Həsənov Elşad Eldar oğlu. (Alqışlar.)
Musabəyov Rasim Nəsrəddin oğlu. (Alqışlar.)
Məmmədov Hikmət Baba oğlu. (Alqışlar.)
Əliyev Adil Abış oğlu. (Alqışlar.)
Mollazadə Asim Nazim oğlu (Alqışlar.)
Səmədzadə Ziyad Əliabbas oğlu. (Alqışlar.)
Abdullayev Rövnəq İbrahim oğlu. (Alqışlar.)
Mustafa Fazil Qəzənfər oğlu. (Alqışlar.)
Quliyev Eldar Allahyar oğlu. (Alqışlar.)
Hacıyev Şəmsəddin Hümmət oğlu. (Alqışlar.)
Quliyev Fərəc İbrahim oğlu. (Alqışlar.)
Abıyev Ağacan Qulam oğlu. (Alqışlar.)
Mirələmov Hüseynbala Fazil oğlu. (Alqışlar.)
Muradov Fuad Rauf oğlu. (Alqışlar.)
Əlizadə Araz Məmməd Mübariz oğlu. (Alqışlar.)
Seyidov Səməd İsmayıl oğlu. (Alqışlar.)
Həmzəyev Naqif Ələşrəf oğlu. (Alqışlar.)
Fətiyev Xanlar Nuru oğlu. (Alqışlar.)
Quliyev Musa İsa oğlu. (Alqışlar.)
Xəlilov Mirzəcan Mirzəmməd oğlu. (Alqışlar.)
Babayev Muxtar Bahadur oğlu. (Alqışlar.)
Salayev Hacı Hacı Baba oğlu. (Alqışlar.)
Cəbrayılov Rafael Kamil oğlu. (Alqışlar.)
Mirzəzadə Aydın Böyükkişi oğlu. (Alqışlar.)
Məmmədov İlham Kazım oğlu. (Alqışlar.)
Hüseynli Əli Məhəmməd oğlu. (Alqışlar.)
Badamov Azər Camal oğlu. (Alqışlar.)
Əhmədov Vahid Qazməmməd oğlu. (Alqışlar.)
Abramov Yevda Sasunoviç. (Alqışlar.)
Süleymanov Tahir Süleyman oğlu. (Alqışlar.)
Səlimov Eldəniz Adil oğlu. (Alqışlar.)
Əliyev İlham Əli Səftər oğlu. (Alqışlar.)
Məmmədov Müslüm Mürsəl oğlu. (Alqışlar.)
Mirkişili Tahir Famil oğlu. (Alqışlar.)
Hüseynov Rafael Baba oğlu. (Alqışlar.)
Hüseynov Əliağa İzzət oğlu. (Alqışlar.)
Ağamalı Fəzail Rəhim oğlu. (Alqışlar.)
Rəhimzadə Arif Qafar oğlu. (Alqışlar.)
Amaşov Əflatun Əhməd oğlu. (Alqışlar.)
Quliyev Elçin Bəybala oğlu. (Alqışlar.)
Xəlilov Rüstəm Gülabba oğlu. (Alqışlar.)
Əmiraslanov Əhliman Tapdıq oğlu. (Alqışlar.)
Kazımlı Xanhüseyn Hüseynağa oğlu. (Alqışlar.)
Həsənov Malik Əvəz oğlu. (Alqışlar.)
Kazımov Mirkazım Məhəmməd oğlu. (Alqışlar.)
İbrahimli Fəzail Feyruz oğlu. (Alqışlar.)
Əliyev Nəriman Əlibala oğlu. (Alqışlar.)
Qasımlı Musa Cəfər oğlu. (Alqışlar.)
Quliyev Rüfət Atakişi oğlu. (Alqışlar.)
Rəcəbli Hadi Musa oğlu. (Alqışlar.)
Paşazadə Cavanşir Hümmət oğlu. (Alqışlar.)
Mahmudov Rəşad Məmmədqulu oğlu. (Alqışlar.)
Məmmədov İqbal Nəriman oğlu. (Alqışlar.)
Qasımov Əsabil Qarakişi oğlu. (Alqışlar.)
Qənizadə Çingiz Aşralı oğlu. (Alqışlar.)
İsmayılov Şahin Əmir oğlu. (Alqışlar.)
Rzayev Tahir Musa oğlu. (Alqışlar.)
Abbas Aqil Məhəmməd oğlu. (Alqışlar.)
Aslanov Novruzəli Davud oğlu. (Alqışlar.)
Kərimli Tahir Zayıdağa oğlu. (Alqışlar.)
Hacıyev Sabir Kamal oğlu. (Alqışlar.)
Nəsirov Elman Xudam oğlu. (Alqışlar.)
Hüseynov Vüsal Afqan oğlu. (Alqışlar.)
Oruc Zahid Məhərrəm oğlu. (Alqışlar.)
Alıyev Sahib Eyvaz oğlu. (Alqışlar.)
Aslanov Mahir Məhəmmədəli oğlu. (Alqışlar.)
Vəliyev Ağalar İsrəfil oğlu. (Alqışlar.)
Bayramov Kamran Fərhad oğlu. (Alqışlar.)
Məmmədhəsənov Rafiq Musa oğlu. (Alqışlar.)
Nəbizadə Kamran Telman oğlu. (Alqışlar.)
Cəfərov Nizami Qulu oğlu. (Alqışlar.)
Məhəməliyev Nəsib Məhəmməd oğlu. (Alqışlar.)
Musayev Elşən Məmmədhənifə oğlu. (Alqışlar.)
Kərimli Azər Şəmşid oğlu. (Alqışlar.)
Mahmudov Yaqub Mikayıl oğlu. (Alqışlar.)
Məsimli Əli Əhməd oğlu. (Alqışlar.)
Feyziyev Cavanşir Əyyub oğlu. (Alqışlar.)
Heydərov Fəttah Səməd oğlu. (Alqışlar.)
Əliyev Bəxtiyar Həmzə oğlu. (Alqışlar.)
Sadıqov Bəxtiyar Yusif oğlu. (Alqışlar.)
Şahverdiyev Astan Nuşrəvan oğlu. (Alqışlar.)
Abbaszadə Mahir Tapdıq oğlu. (Alqışlar.)
Qurbanov Cavid Qənbər oğlu. (Alqışlar.)
Məmmədov Elman Camal oğlu. (Alqışlar.)
İsmayılov İmamverdi İbiş oğlu. (Alqışlar.)

Sədrlik edən. Məzahir müəllim, buyurun.
M.Pənahov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bir daha vurğulamaq istəyirəm ki, həm bu ali kürsüdən çıxış eləmək, həm də xalqımızın sizin kimi seçilən layiqli nümayəndələrinə vəsiqələri təqdim etmək bizim üçün çox böyük bir şərəfdir. Bir daha icazə verin, sizi ürəkdən təbrik edək, xalqımız üçün həyati əhəmiyyət kəsb edən fəaliyyətinizdə sizə uğurlar arzulayaq.
Hörmətli Sədr, proqramı bilmirəm. İcazə verin, artıq funksiyamızı yerinə yetirmiş hesab eləyək və zalı tərk edək ki, siz də normal fəaliyyət göstərəsiniz. 
Sədrlik edən. Sizin funksiyanız hələ uzundur, ona görə yerinə yetirilmiş sayılmır. Hörmətli Məzahir müəllim, Sizə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Aparatına, azad, demokratik seçkilərin keçirilməsində zəhməti olan bütün insanlara öz adımdan və Milli Məclisin adından dərin minnətdarlığımı bildirirəm. Sağ olun.
Hörmətli millət vəkilləri, çox gözəl bir mərasim oldu, vəsiqələrin təqdim edilməsi münasibətilə sizin hamınızı bir daha təbrik edirəm.
İndi gündəlikdəki məsələlərin müzakirəsinə keçək. Bugünkü gündəlik, əsasən, təşkilati məsələlərdir.
Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının təşkil edilməsi haqqındadır. Qərar layihəsi hamınıza paylanıb, siyahı sizdə var. Etiraz eləyən yoxdursa, birinci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Gündəliyin ikinci məsələsi Milli Məclisin Hesablayıcı komissiyasının tərkibində dəyişiklik edilməsi haqqındadır. Bildiyiniz kimi, Hesablayıcı komissiya təsdiq olunmuşdur. Ancaq İsa Əkbər oğlu Həbibbəyli komitə sədri seçildiyi üçün bu vəzifədən istefa verir. Onun yerinə o komissiyaya Fəttah Heydərov təqdim olunur. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 112
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq olundu.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqındadır. Siyahı sizdə var. Onu oxumağa lüzum varmı?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 4–19-cu məsələlər komitələrin tərkibinin təsdiq edilməsidir. Komitələr təsdiq ediləndən sonra Milli Məclis tam hüquqlu işinə başlaya biləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında məsələ diqqətinizə təqdim edilir. Siyahılar sizdə var, ehtiyac olarsa, fikrinizi bildirərsiniz. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 114
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqındadır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında məsələyə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında məsələyə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında məsələyə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında məsələyə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 114
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin yeni Səhiyyə komitəsinin üzvlərinin seçilməsi haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvlərinin seçilməsi haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvlərinin seçilməsi haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 112
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında məsələyə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 114
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, artıq Milli Məclisin təşkilati məsələləri sona çatdı. Komitələr, onların üzvləri seçildi.
Qarşıda bizi çox gərgin iş gözləyir. Milli Məclis iki aydan artıqdır ki, işləmir, qarşıda çox gərgin qanunvericilik fəaliyyəti var. Sizin hamınıza müvəffəqiyyət arzulayıram.
Növbəti iclasımız həftənin beşinci günü olacaq. Sağ olun.


 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi