2016-ci il 31 may tarixli iclasın stenoqramı

 

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

 

PROTOKOLU № 20

 

Milli Məclisin iclas salonu.
31 may 2016-cı il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

 

Qeydiyyat (saat 12.11 dəq.)
İştirak edir 101
Yetərsay 83

 

İclasa dəvət olunmuşlar:

Hümbət Səlimov, Şəki Apellyasiya Məhkəməsinin hakimi.

 

*   *   *

 

 

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  şöbə müdiri.

 

 *   *   *

 

İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.

Xüdayət Həsənli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin  Hüquq şöbəsinin müdiri.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında.
2. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə (üçüncü oxunuş).
4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə (ikinci oxunuş).
11. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

1. H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında.

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli
 
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

2. Azərbaycan Respublikasının 2015-ci il dövlət büd-cəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə,  Vüqar Gülməmmədov, Zahid Oruc, Əli Məsimli, Elmira Axundova, Fazil Mustafa, Astan Şahverdiyev, Qənirə Paşayeva, Tahir Kərimli, Əflatun Amaşov, Valeh Ələsgərov, Fərəc Quliyev, Ağalar Vəliyev, Aydın Hüseynov, Şəmsəddin Hacıyev,  Samir Şərifov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

 

3. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə (üçüncü oxunuş).

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Aydın Mirzəzadə, Zahid Oruc

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

7. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

8. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Zahid Oruc, Tahir Kərimli, Nəsib Məhəməliyev

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.41 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

10. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov, Valeh Ələsgərov, Elmira Axundova, Tahir Rzayev, Azər Badamov, Muxtar Babayev, Aqil Abbas, Kamran Nəbizadə, Mirzəcan Xəlilov, Şəmsəddin Hacıyev

 

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

 

 

Təklif: Layihənin adı, preambulası, 1–10-cu  maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

 

Təklif: 11–18-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

 

 

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

11. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

 

31 may  2016-cı il. Saat 12.

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

 

Qeydiyyat (saat 12.11 dəq.)
İştirak edir 101
Yetərsay 83

 

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

 

Gündəlik qəbul edildi, sağ olun. 
Hörmətli millət vəkilləri, bu gün gündəlikdə 12 məsələ var, amma ən mühümü Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsidir. Ona görə təklif edirəm, iclasa müzakirəsiz  başlayaq. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən dedim, müzakirəsiz keçirək. Sözün var, arada deyərsən sözünü. 
Gündəliyin birinci məsələsi Hümbət Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqındadır. Buyursun Əli Hüseynli. 
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qeyd olunduğu kimi, cənab Prezident tərəfindən Şəki Apel-lyasiya Məhkəməsinin hakimi Hümbət Səlimovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq həmin məhkəmənin hakimi vəzifəsindən azad edilməsi ilə bağlı  müraciət daxil olub. Mən sizə məlumat üçün bildirmək istəyirəm ki, Hümbət Səlimov əvvəl Şəki Rayon Məhkəməsində hakim kimi çalışıb. Sonra irəli çəkilərək Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdi. İşlədiyi dövrdə məhkəmə sistemində özünü doğrultmuş hakimlərdən biridir. Hazırda Balakən Rayon Məhkəməsində hakim vəzifəsi boşdur və məhz buna görə də Məhkəmə-Hüquq Şurası tərəfindən Hümbət Səlimovun Balakən Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması ilə bağlı cənab Prezidentə təqdimat verilmişdi. Əslində, bu, hakimə göstərilən böyük bir etimaddır. Amma apellyasiya məhkəməsi hakimlərinin təyinatı və vəzifədən azad olunması Milli Məclisin səlahiyyətindədir. Ona görə  Hümbət Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunması ilə bağlı təklifə səs verməyinizi xahiş edirəm. 
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Mən hesab edirəm ki, birinci Ziyad Səmədzadə, sonra Hesablama Palatasının sədri Vüqar müəllim, ondan sonra isə maliyyə naziri çıxış etməlidir. Buyurun, Ziyad müəllim. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azər-baycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunda müəyyən olunmuş müddətdə Milli Məclisə təqdim edilmişdir. Qanun layihəsi komitədə ətraflı müzakirə edilmişdir. Hörmətli maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri hörmətli Vüqar Gülməmmədov və hökumətin digər üzvləri müzakirələrdə fəal iştirak etmişlər. 2015-ci il dövlət büdcəsinin icrası barədə komitə üzvlərində kifayət qədər məlumat  toplanmışdır. Komitə yekdilliklə qanun layihəsini Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim etmişdir. 
Bilirsiniz ki, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün mürəkkəb çətinliklərlə üzləşmiş olsa da uğurlu olmuşdur. Bu sözlər cənab Prezident İlham Əliyevə məxsusdur. Onun dediyinə görə, 2015-ci ildə geosiyasi, geoiqtisadi mənzərə çox narahatedici və ağır olmuşdur. Bu, reallıqdır və biz bu reallıqla hesablaşmalıyıq. Dünya iqtisadiy-yatında baş verən qlobal maliyyə-iqtisadi böhranın təsiri dünyanın əksər ölkələrində iqtisadi inkişaf sürətinin zəif-ləməsi ilə nəticələnmişdir. Onu da qeyd etmək lazımdır ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilk növbədə neft hasil edən ölkələrdə bütövlükdə iqtisadi inkişaf sürətinin, maliyyə resurslarının, büdcə gəlirlərinin azalmasına səbəb olmuşdur. Bir qayda olaraq iqtisadiyyatın neftdən asılılığı yüksək olan ölkələrdə neftin qiymətinin sürətlə artması arxayınlıq, azalması isə maliyyə, bank, valyuta və borclanma sistemini əhatə edən dərin bir böhranla nəticələnir. Məsələn, 2003–2008-ci illərdə neftin qiymətinin sürətlə artması zamanı bəzi neft hasil edən ölkələrdə neftin satışından gələn gəlirlərin 90 faizindən çoxu xərclərə yönəldilmişdir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə dünyada ən çox neft hasil edən ölkələrdən olan Venesuelada son 3 ildə ÜDM-in 19–20 faiz azalması, istehlak qiymətlərinin 13 dəfə artması müşahidə edilmişdir. 
Neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi səbə-bindən büdcə gəlirlərinin azalması, manatın deval-vasiyaya uğraması ölkə iqtisadiyyatına da öz neqativ təsirini göstərmişdir. Bununla belə Azərbaycan dövlətinin qabaqlayıcı tədbirlər görməsi nəticəsində neqativ iqtisadi proseslərin təsiri əhəmiyyətli dərəcədə azalmışdır. Ölkəmiz 2015-ci ildə uğurla inkişaf etmiş, qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkə başçısı demişdir: “2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”. Ölkə iqtisadiyyatına 20 milyard vəsait qoyulmuşdur. Bütövlükdə son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 milyard dollara yaxın vəsait qoyulmuşdur ki, onun da 100 milyarddan çoxu daxili investisiyaların payına düşür. Əldə olunan nailiyyətlər bilavasitə onunla əlaqədardır ki, dövlətimiz düşünülmüş milli maraqları əsas tutaraq müasir, özünü doğrultmuş, ciddi risklərə qarşı davamlı iqtisadi siyasət, habelə onun tərkib hissəsi olan büdcə siyasəti yeridir. 
Qlobal iqtisadi sarsıntılar, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində ağrılı proseslərin baş verməməsi üçün məsuliyyətli büdcə siyasətinin həyata keçirilməsi, o cümlədən büdcə qaydalarının, daha konkret desək, büdcənin parametrlərinə şəraitdən asılı olaraq məhdudiyyət qoyma mexanizminin hazırlanması obyektiv bir zərurətə çevrilir. Bu məhdudiyyətlər elə müəyyən edilməlidir ki, uzunmüddətli risklər yaradan xərclərin artmasının qarşısı alınsın, ölkənin aldığı borcu qaytarmağa sabit imkanı olsun, baş verə biləcək iqtisadi sarsıntılar, xammal resurslarının, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində əsas makroiqtisadi göstəricilərin pisləşməsi meyillərini aradan qaldırmaq mümkün olsun. Azərbaycan hökuməti hazırda dövlət büdcəsinin hazırlanması və icrasına fərdi, dünya təcrübəsində özünü doğrultmuş yanaşma nümayiş etdirir ki, bu da öz müsbət nəticələrini verir. 
2015-ci ildə dövlət büdcəsinin gəlirləri üzrə proqnoz tapşırıqları Vergilər Nazirliyi və Gömrük Komitəsi tərə-findən artıqlaması  ilə icra edilmişdir. Təqdim edilən hesabatda bu barədə kifayət qədər məlumat verilmişdir. Bu, heç şübhəsiz ki, ölkədə vergi inzibatçılığının, vergi mədəniyyətinin yüksəlməsi, vergi sistemində İKT-nin geniş tətbiqi ilə bilavasitə əlaqədardır. Qeyri-neft qaz sektoru üzrə daxilolmaların ümumi daxilolmalarda xüsusi çəkisi 2014-cü illə müqayisədə 10,1 bənd artaraq 70,6 faiz təşkil etmişdir. 2015-ci ilin yekunlarına görə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 20 faizə yaxınlaşmışdır. Şəffaflığın təmin olunması, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və ümumilikdə, gömrük sistemində aparılan iqtisadi islahatların nəticəsi olaraq bayaq qeyd etdiyim kimi, dövlət büdcəsinin gəlirlər üzrə proqnozları uğurla yerinə yetirilmişdir. 2015-ci ildə dövlət büdcəsinin xərcləri 17,8 milyard manat təşkil etmişdir. Bu rəqəm müəyyən edilmiş məbləğdən məlum obyektiv səbəblərə görə az olsa da, bütövlükdə dövlətin nəzərdə tutulmuş əsas məqsədlərinin həllini təmin etməyə imkan vermişdir. 
Hörmətli Samir müəllimin istiqamətlər üzrə ətraflı məlumat verəcəyini nəzərə alaraq mən büdcə xərcləri ilə bağlı bəzi prinsipial məqamları qeyd etmək istərdim. Büdcə xərclərinin istər müdafiə olunan,  eləcə də elm, təhsil, səhiyyə, mədəniyyət, ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma müşahidə edilməmişdir. Belə yanaşma Azərbaycan dövlətinin apardığı siyasətin ana xəttini təşkil edir. Dövlət büdcəsi xərclərinin strukturunda elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət xərclərinin xüsusi çəkisi artmışdır. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla qeyd olunan sahələr üzrə xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 38 faiz və yaxud da 6,8 milyard manat təşkil etmişdir. Bir rəqəmi millət vəkillərinin diqqətinə çatdırmaq istərdim. Bu, 2003–2006-cı illər üzrə respublikanın cəmi dövlət büdcəsi xərclərinə bərabərdir. 2007-ci ildə neftin bir barelinin qiymətinin 71 dollar təşkil etdiyi ildə ölkənin büdcəsi cəmi 6 milyard manat idi. 2015-ci ildə isə dövlətin təkcə yuxarıda qeyd etdiyimiz sahələrə ayırdığı büdcə vəsaitləri 7 milyard manata yaxın olmuşdur. 
Bilirsiniz ki, dövlət büdcəsinin formalaşmasında hələlik Neft Fondu üstünlük təşkil edir. Lakin son illərdə görülən tədbirlər nəticəsində Neft Fondundan götürülən ayırmalar  azalıb. 2013-cü ildə bu vəsait 11,350 milyard manat təşkil edirdisə, 2015-ci ildə bu vəsait 8,130 milyard manat təşkil etmişdir. Bununla belə dövlət başçısı İlham Əliyev hökumətə tapşırmışdır ki, Dövlət Neft Fondu xətti ilə həyata keçiriləcək hər bir layihənin ciddi əsaslandırılması vacib bir vəzifə kimi qarşıya qoyulmalıdır. Bu istiqamətdə artıq işlər gedir və bu, imkan verəcək ki, gələcəkdə Dövlət Neft Fondunun gələcək nəsillər üzrə də optimal bölüşdürülməsi təmin edilsin. 
2015-ci ilin dövlət büdcəsinin icrasını təhlil edərkən bir neçə məqamı da qeyd etmək lazımdır. İlk növbədə aqrar sektora olan dəstəyin ildən-ilə artması vacidbir. Hörmətli Eldar müəllim, yəqin, kooperasiya haqqında və ya digər müzakirələrdə öz fikrini ətraflı deyəcək. Amma bir rəqəmi demək istərdim ki, son 5 ildə bütövlükdə dövlət büdcəsindən aqrar sektorun inkişafına 2,5 milyard vəsait ayrılmışdır ki, bu da bütövlükdə 2005-ci il üzrə respublikanın dövlət büdcəsi vəsaitlərindən 500 milyon manat çoxdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər nəzərə alınsa, aqrar sektora dəstəyin nə qədər vacib olduğu bir daha sübut edilər. 
Bu gün Azərbaycan kəndində qaynar həyatın davamlı olması üçün dövlət başçısının tapşırığına əsasən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən konkret tədbirlər həyata keçirilir. Azərbaycanın təbii iqlim şəraitinə, onilliklərlə qazanılmış təcrübəyə əsaslanaraq kənd təsərrüfatı isteh-salının ixtisaslaşması istiqamətində rayonlarda üzüm, çay, pambıq plantasiyaları salınır, baramaçılıq, tütünçülüyün inkişafı istiqamətində konkret addımlar atılır. Bunlar hər birimizi çox sevindirir, çünki kəndin qaynar həyatı millətin, dövlətin inkişafı, iqtisadiyyatımızın qlobal sarsıntılardan zərəri minimuma endirməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir. 2015-ci il dövlət büdcəsinin icrası barədə danışarkən bir məsələni də qeyd etməyi məqsədəuyğun hesab edirik. Söhbət dövlət büdcəsi hesabına regionlarda yaradılmış potensialın daha səmərəli istifadə olunmasından gedir. 
Aparılan hesablamalara görə, son illərdə respublikanın bütün rayonlarında irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Elektrik enerjisi, su, qaz ilə təminat xeyli yaxşılaşdırılmışdır  ki, bu da yerli gəlirlərin artmasına, yeni iş yerlərinin yaradılmasına, şəhər və rayonların sosial-iqtisadi inkişaf göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Artıq sizlərə məlum olduğu kimi, 5 şəhər və rayon dövlət büdcəsindən əlavə vəsait almadan fəaliyyət göstərir. 2015-ci ilin dövlət büdcəsində yerli xərclərin ödənməsinə 746 milyon manat vəsait sərf edilmişdir. Bununla belə, əksər rayonlara xeyli miqdarda dotasiya ayrılır. Amma onların dotasiyasız işləməsi üçün istifadə olunmayan ehtiyat mənbələri çoxdur. Cənab Prezident İlham Əliyevin aşağıdakı fikrini diqqətinizə çatdırmaq istərdim: “Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik, çünki böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr, bütün xərclərini bağlaya bilərlər. Amma gözləyirlər ki, bunlara nə qədər vəsait ayrılacaq. Onsuz da vəsait ayrılır. Bax, dövlət hesabına yollar, qaz xətləri, su xətləri çəkilir, hətta sayğaclar da qoyulur. Hansı ölkədə dövlət hesabına sayğaclar qoyulur?” 
Mən bu barədə bir balaca məlumat vermək istərdim. Mütəxəssislərin hesablamalarına görə, regional elektrik şəbəkələrinin əmlak və avadanlıqlarının 70–80 faizinin sayğaclaşma və uçot sisteminin vəziyyətinin qənaətbəxş olmaması üzündən hər il toplanan gəlirlərin 200–240 mi-lyon manatı itir, dövlət büdcəsinə ödəmələr azalır. Eyni zamanda, istismar müddəti başa çatmış və on minlərlə yeni abonentin şəbəkəyə qoşulması ilə bağlı ildə ən azı 200 min sayğacın quraşdırılmasına ehtiyac yaranır. Hazırda yaranmış çətinliklərlə əlaqədar olaraq  düşünməyə dəyər. Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyinin apardığı hesablamalara görə yaxın illərdə bir sıra şəhər və rayonların iqtisadi potensialından səmərəli istifadə olunması nəticəsində onların dövlət büdcəsindən dotasiya ilə işləmələrinə ehtiyac qalmayacaqdır. Bizim də apardığımız hesablamalar onu təsdiq edir. Yaxın vaxtlarda bunların sırasına Gəncə, Qəbələ, İsmayıllı və digər rayonlar daxil ediləcək. 
Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” elan edilmişdir. Burada son illərdə bir neçə sənaye müəssisəsi yaradılmışdır. Yeni müəssisələr inşa edilir. Aparılan hesablamalar göstərir ki, 2010-cu illə müqayisədə dövlət büdcəsindən alınan vəsait 61 faizdən 28 faizə qədər azalmışdır. 2016-cı ildə isə Gəncə artıq dotasiya almayan şəhər olmaqla, xərclərini yeni gəlirlər hesabına təmin edəcəkdir. Eyni zamanda, Qəbələ rayonunda da artıq bu potensial kifayət qədər var. Yaxın vaxtlarda yəqin ki, Qəbələ də dotasiya almayan şəhərlər sırasında olacaqdır. Bayaq İsmayıllını dedim. Doğrudan da, imkanlarımız çoxdur. 
Hörmətli Oqtay müəllim, diqqətinizə çatdırmaq istər-dim ki, regionlarda formalaşan gəlirlərin qeyri-neft gəlirlərində xüsusi çəkisi cəmi 8 faiz təşkil edir. Mən bu-rada tam gəlirləri götürmürəm, qeyri-neft gəlirlərini deyirəm. Cəmi 8 faizdir. Təbii ki, burada uçot sistemi təkmilləşməlidir. Bəzi mərkəzləşdirilmiş yığımlar rayon-ların hesabına verilməlidir. Amma bu rəqəm onu göstərir ki, Azərbaycan regionlarında iqtisadiyyatı qaldırmaq, maliyyə imkanlarını artırmaq üçün kifayət qədər böyük imkanlar var. Cənab Prezident 2016-cı ildə 2015-ci ilin yekunlarına həsr olunmuş iclasda daxili tələbatın da stimullaşdırılmasını ön plana çəkib. Maliyyə Nazirliyinin hökumətə təqdim etdiyi hesabatda da çox dəyərli bir fikir var ki, Amerika Birləşmiş Ştatları və bir çox ölkələr böh-randan ona görə uğurla çıxdılar ki, onlar daxili tələbatı stimullaşdırdılar. İnvestisiyaları artırdılar ki, ölkə iqtisa-diyyatı canlansın. Mənə elə gəlir ki, bu istiqamətdə Azər-baycan hökumətinin apardığı siyasət tamamilə düzgündür və biz heç bir əsas olmadan pul qıtlığı yaratmamalıyıq. Lazım olarsa, inflyasiyadan asılı olmayaraq  iqtisadiyyatımızı canlandırmaq üçün pul münasibətlərini, pul-bank münasibətlərini, pul-kredit münasibətlərini tənzimləməliyik. 
Qlobal maliyyə böhranı bir daha sübut elədi ki, mini-mal inflyasiyanı kənara qoyub daxili tələbatı stimul-laşdıran aktiv iqtisadi fəaliyyəti davam etdirən ölkələr böhrandan az itki ilə çıxdılar. Real sektora dəstək, tikinti kompleksinin fəaliyyətini canlandırmaq istiqamətində dövlət başçısının hökumətə verdiyi tapşırıqlar, heç şüb-həsiz ki, 2016-cı ilin göstəricilərinin yaxşılaşmasına müsbət təsir edəcək. Bilirsiniz ki, 4 ayın nəticələrinə görə hələlik neqativ meyil var. Amma biz hamımız əminik ki, bu məsələ sürətlə  aradan qaldırılacaqdır. 
2015-ci ildə dövlət büdcəsi hesabına nəqliyyat kom-pleksində bir sıra mühüm işlər görülmüşdür. İlk növbədə nəqliyyat bölmələri arasında koordinasiya işinin yaxşılaşdırılması, vahid tarif siyasətinin aparılmasının vacibliyi təsdiqlənmiş, qədim İpək Yolunun səmərəli fəaliyyəti üçün cəsarətli, perspektivi böyük olan addımlar atılmışdır. Çindən Azərbaycana bu dəhliz yolu ilə birinci konteyner qatarı da göndərilmişdir. Bu dəhlizin potensialı, bütövlükdə qədim İpək Yolunun bərpası Azərbaycan üçün daimi kapitaldır, daimi gəlir mənbəyidir və daimi siyasi mövqedir. Ona görə də mən bir millət vəkili kimi deyirəm, komitəmizdə də vurğulandı ki, Azərbaycan dəmir yolunun inkişafı istiqamətində daha cəsarətli addımlar atılmalıdır, maddi-texniki baza möhkəmlənməlidir. Əlavə vəsaitlər ayrılmalıdır ki, yüklərin azalma meyili aradan qaldırılsın. Heç şübhəsiz ki, Azərbaycan dəmir yolunun zəngin tarixi var. Hazırda Xəzər dənizində limanın tikilməsi, qədim İpək Yolunun koordinasiya şurasının yaradılması, dəmir yolunda aparılan işlər  gələcəkdə Azərbaycanı tranzit bir ölkəyə çevirəcəkdir ki, bu da bizim imkanlarımızı xeyli artıracaq, gəlirlərimiz artacaq və gəlirlərimizin artması nəticəsində büdcəmizin də strukturu təkmilləşəcəkdir.  Mən vaxtınızı çox almaq istəmirəm, ürək doludur, çünki komitə üzvləri kifayət qədər təkliflər veriblər. Cənab Pre-zidentin tapşırığı ilə dövlət büdcəsinin vəsaitləri artırıl-malıdır. Dövlət büdcəsi ilə əlaqədar olaraq şişirdilmiş müraciətlər kəskin tənqid olunur. Dövlət büdcəsinin 2015-ci ildə kəsiri də kifayət qədər məqbul olmuşdur. 
Bu gün dünyada o ölkələr udur ki, onlar düşünülmüş büdcə kəsirini  1–3 faiz çərçivəsində müəyyən edirlər.  Xəzinə qalığı yaradılması hesabına toplanan vəsaitlərdən səmərəli istifadə olunması öz müsbət nəticələrini göstərir. Ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsi son 10 ildə müəyyən edilmiş kəsir normalarından bir dəfə də yuxarı çıxmamışdır. Nə üçün? Çünki artıq Azərbaycanın Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi  düşünülmüş birgə büdcə siyasəti aparır. Xərclərə məhdudiyyətlər qoyulmalıdır. Ancaq mən millət vəkillərinə sevinclə bildirmək istəyirəm ki, bizim artıq büdcə təsnifatına görə əsas maddələr üzrə 10 il ərzində bir dənə azalma olmayıb. Elm, mədəniyyət, idman, mənzil-kommunal təsərrüfatı və müdafiəyə sərf olunan xərclərin heç birində azalma müşayiət olunmamışdır. Bu artıq onu göstərir ki, Azərbaycanın büdcə sistemi oturuşmuşdur, qabaqcıl təcrübəni nəzərə alır. 2015-ci ilin yekunlarına baxanda, yəqin, Samir müəllim deyəcək, 10–15 il  bundan qabaq biz bu  istiqamətlər barədə danışmırdıq. İqtisadiyyatı güclü olan dövlətin büdcəsi də güclü olmalıdır. 
Mən çıxışımı yekunlaşdırıram. Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasından çıxarılan ən böyük nəticə ondan ibarətdir ki, Azərbaycan dövlətinin apardığı siyasət Azərbaycan xalqının gələcəyinə, iqtisadiyyatının şaxələndirilməsinə yönəlmişdir. Əgər 10 il bundan qabaq biz kənd təsərrüfatına, nəqliyyata cüzi miqdarda vəsait ayırırdıqsa, bu gün bu vəsaitin həcmi artıq milyard manatlarla ölçülür. Mən əminəm ki, cənab Prezidentin 2015-ci ilin yekunlarına həsr edilmiş yığıncaqda dediyi fikirlər, bu yaxınlarda Müstəqillik günü ilə əlaqədar etdiyi  çıxış tam əminlik yaradır ki, qlobal sarsıntılara baxmayaraq, Azərbaycan dövləti spesifik inkişaf modeli nümayiş etdirir. Bu inkişaf modelinin ana xətti iqtisadiyyatın neftdən asılılığını azaltmaqdan, borc alan ölkədən borc verən ölkəyə çevrilmək meylini daha da gücləndirməkdən, Azərbaycanın keyfiyyətli inkişaf göstəricilərini gələcəkdə də qoruyub saxlamaqdan ibarətdir. Diqqətinizə görə çox sağ olun. Millət vəkillərindən xahiş edərdim ki,  qanun layihəsinə müsbət münasibət bildirsinlər. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bildiyimiz kimi, iyunun 1-i Uşaqların beynəlxalq mü-dafiəsi günüdür. Səhərdən bizim iclasımız başlayıb, bizim gül balalar  çox mədəni, sakit şəkildə burada əyləşiblər. Gəlin, bu balaların simasında bütün Azərbaycan uşaqlarını bu bayram münasibəti ilə ürəkdən təbrik edək və arzu edək ki, gələcəkdə bu balalardan Milli Məclisdə olanlar da olsun! (Alqışlar.) 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ ol, oğlum. (Alqışlar.) 
Buyursun Hesablama Palatasının sədri Vüqar Gülməmmədov.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli xanımlar və cənablar! Hesablama Palatası tərəfindən 2015-ci ilin dövlət büdcəsinin icrasına dair rəydə “Hesablama Palatası haqqında” və “Büdcə sistemi haqqında” qanunların tələblərinə əsasən hazırlanmış və müvafiq qaydada sizlərə təqdim edilmişdir. Rəydə dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait və büdcə parametrlərinin funksional, iqtisadi və inzibati təsnifat üzrə geniş təhlili aparılmışdır. Rəyin tərtibi za-manı dövlət büdcəsinin gəlir və xərclərinin icrası üzrə mərkəzi icra hakimiyyəti orqanlarının hesabatlarına, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin məlumat-larına, Hesablama Palatasının apardığı nəzarət tədbir-lərinin nəticələrinə, eyni zamanda, büdcə vəsaitlərindən istifadə  edən yüzdən çox qurumun  təqdim etdiyi hesabatların təhlilinə də istinad edilmişdir. 
2015-ci il Azərbaycan iqtisadiyyatı üçün enerji daşıyı-cılarının qiymətinin aşağı səviyyədə olması, tədiyə balansının həssaslığının artması, ümumi daxili məhsulda neft sektorunun payının daha da azalması, manatın sərbəst dönərli valyutalara nisbətdə məzənnə mövqeyinin zəifləməsi, eləcə də ortaillik inflyasiya səviyyəsinin son illərlə müqayisədə artması kimi əsas amillərlə səciyyələnmişdir. Bu amillər 2015-ci ildə iqtisadi aktivliyin qeyri-neft seqmentinə daha dərindən köklənməsinə səbəb olmuşdur. Qeyri-neft seqmenti isə öz növbəsində neft gəlirlərinin aşağı səviyyədə qalması şəraitində neft sahələri hesabına formalaşan tələbin kəskin səngiməsi reallıqları ilə üzləşsə də, əvvəlki illərdə müşahidə olunan dayanıqlı inkişafı hesabat dövrü ərzində qoruya bilmiş və iqtisadi artımın başlıca mənbəyinə çevrilmişdir. 
Dövlət büdcəsinin parametrlərinə dövlət büdcəsinin gəlirləri ilə başlamaq istərdim. 2015-ci ilin dövlət büdcə-sinin icrasına dair hesabata əsasən dövlət büdcəsinin gəlirləri 90 faiz səviyyəsində icra edilmişdir. Aparılmış təhlillər göstərir ki, iqtisadi amillərlə yanaşı, hesabat dö-vründə dövlət büdcəsinin gəlirləri üzrə mədaxil mənbələrin icrasına vergi inzibatçılığının gücləndirilməsi, həmçinin bir sıra vergi dərəcələrinin artırılması və vergitutma bazasının genişləndirilməsi də təsir etmişdir. Təqdim edilmiş hesabatlara əsasən Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabat ilində tam icra edilmiş və hər iki qurum üzrə daxilolmalar əvvəlki illə müqayisədə artmışdır. Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin əvvəlki illərlə müqayisədə azalması, eləcə də bir barel neftin qiymətinin hesabat ilinin sonuna ortaillik göstəricisinin dövlət büdcə gəlirlərinin proqnoz göstəricisindən 40,4 faiz az olması Dövlət Neft Fondundan transferlərin 78,3 faiz səviyyəsində icra edilməsinə, aksizlər üzrə daxilolmaların 5,3 faiz, Azər-baycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə  ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmaların isə 5,8 faiz kəsirlə icrasına səbəb olmuşdur. Bununla yanaşı, dövlət rüsumları və büdcə təşkilatlarının ödənişli xidmət-lərindən daxilolmalar 82,4 faiz və 67,4 faiz səviyyəsində icra edilmişdir. 
Hesabat ilində adı çəkilən tədiyələrin dövlət büdcə gəlirlərində xüsusi çəkisi cəmi 1,7 faizdir. Lakin qeyd etməliyəm ki, bu, son 3 ildə hər iki tədiyə növü üzrə icra edilmiş proqnoz göstəricilərlə müqayisədə aşağı səviyyədə olmuşdur. 2015-ci ildə Bakı şəhəri nəzərə alınmadan yerli gəlirlər üzrə dövlət büdcəsinə 593,4 milyon manat vəsait toplanmışdır ki, bu da əvvəlki ildən təqribən 21 milyon çoxdur. Hesabat ilində əksər rayon və şəhərlər üzrə icra artıqlaması ilə yerinə yetirilmiş, bir sıra regionlar, o cümlədən Sumqayıt şəhəri, Xaçmaz rayonu, İmişli rayonu, Şəki şəhəri üzrə proqnozların kəsirlə icra olunması ilə yanaşı, daxilolmaların həcmi 2014-cü illə müqayisədə azalmışdır. 
Hörmətli millət vəkilləri, dövlət büdcəsinin digər bir parametri olan dövlət büdcə xərcləri barədə isə aşağıd-akıları bildirmək istərdim. Dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş hesabatlara əsasən dövlət büdcəsi 84,3 faiz səviyyəsində icra edilmişdir. Qeyd etdiyimiz kimi, 84,3 faiz səviyyəsində icra təqribən 3 milyard 315,5 milyon manat vəsait az icra edilmə deməkdir. İcra edilməyən vəsaitin 3,4 faizi əməyin ödənişi xərclərinin, 6,6 faizi malların satınalma xərclərinin, 60,5 faizi əsas vəsaitlərin alınmasının, 23,9 faizi əsaslı təmir və sair xərclərin, 5,6 faizi isə iqtisadi təsnifatın qalan bölmələrinin payına düşmüşdür. Başqa sözlə, icra edilməyən vəsaitin təqribən 62 faizi əsaslı xərclər, 38 faizi isə cari və borca xidmətlə bağlı xərclərdir. Dövlət satınalmaları dövlət büdcə xərclərinin əhəmiyyətli hissəsini təşkil edir. Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətinə dair hesabatına əsasən dövlət büdcəsi vəsaiti hesabına 6930 müsabiqə keçirilmişdir. Bu müsabiqələr nəticəsində dövlət büdcə vəsaiti hesabına keçirilmiş ümumi əhatə olunan məbləğ təqribən 1 milyard 173,8 milyon manatdır. Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti ilə bağlı hesabatda dövlət satınalmaları barədə ətraflı məlumat verildiyini nəzərə alaraq bunun üzərində çox geniş dayanmaq istəməzdim. 
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Azər-baycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”  Azərbaycan Respubli-kası Qanununun tətbiqi barədə 2016-cı il 28 aprel tarixli sərəncam imzalanmışdır. Həmin sərəncamın 1.2-ci bəndində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati və cinayət məsuliyyəti müəyyən edən qanun layihələrinin hazırlanması tapşırığı verilmişdir. Cənab Prezident tərəfindən bu sərəncamla verilmiş tapşırıqlar çox mühüm əhəmiyyət kəsb edir və əminliklə demək olar ki, bu sərəncam büdcə vəsaitlərindən qənaətli istifadəyə və bu sahəyə məsuliyyətli yanaşmaya səbəb olacaqdır. 2015-ci il dövlət büdcə xərclərinin icrası və strukturu barədə hörmətli maliyyə naziri tərəfindən geniş məlumat veril-diyini nəzərə alaraq diqqətinizi dövlət büdcə vəsaitlərinin icrası ilə bağlı büdcə təşkilatlarından alınmış hesabatların ilkin nəticələrinə yönəltmək istərdim. 
Qeyd etdiyim kimi, büdcə vəsaitlərindən istifadə edən yüzdən çox qurum tərəfindən hesabat alınmış və alınmış hesabatlar əsasında məxfi xərclər istisna olmaqla təqribən 5,8 milyard manat vəsait əhatə olunmuşdur. Təhlil nəticəsində müəyyən edilmişdir ki, 2016-cı il yanvarın 1-i tarixinə büdcə vəsaitindən istifadə edən təşkilatların debitor borcları azalmış, əksinə, kreditor borclarında artım yaranmışdır. Qeyd  etməliyəm ki, büdcənin qənaət rejimində fəaliyyət  göstərdiyini nəzərə alaraq bəzi təşkilatlar üzrə debitor borcun həcmi, yaranma müddəti, faktiki xərclərə olan nisbəti həmin borcların vaxtında və müvafiq qaydada ləğv edilməsini zəruri edir, Hesablama Palatası tərəfindən aparılan audit tədbirlərin nəticələri də göstərir ki, avans ödənişlərin aparılmasına, debitor və kreditor borcların dəqiq uçotuna nəzarəti gücləndirmək lazımdır. 
Dövlət borcları barədə. Xarici dövlət borclarına xid-mətlə əlaqədar borclar təsdiq olunmuş proqnozun 90 faizi səviyyəsində icra edilmişdir ki, bu da 2014-cü ilin analoji göstəricisindən 1,8 dəfə çoxdur. Ötən il olduğu kimi, hesabat ilində də xarici dövlət borcu üzrə ödənişlər yalnız beynəlxalq maliyyə-kredit təşkilatlarından alınmış kreditlər üzrə olmuşdur. 2015-ci ilin daxili dövlət borcu əhəmiyyətli şəkildə artmış və onun həcmi ümumi daxili məhsulun 8,5 faizi səviyyəsində olmuşdur. Lakin bu göstərici ali audit qurumlarının beynəlxalq təşkilata olan INTOSAI – borc göstəriciləri üzrə ISSAI – 54–11 standartında yer alan daxili borcun dayanıqlıq göstəricisi limitindən aşağıdır. Ümumiyyətlə, məcmu dövlət bor-cunun məbləği beynəlxalq təcrübədə müəyyən edilmiş müxtəlif indikator göstəriciləri üzrə əhəmiyyətli şəkildə aşağıdır. Büdcə parametrlərinin təhlili baxımından digər mühüm bir indikator büdcə kəsiridir. Büdcənin bal-anslaşdırılması müasir dövrdə inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün vacib bir məsələdir. 2015-ci ilin yekunlarına əsasən dövlət büdcəsinin kəsiri 286,6 milyon manat olmuşdur. Dövlət büdcəsinin defisiti bir qayda olaraq mütləq qiymətlə deyil, müvafiq büdcə ilinin ümumi daxili məhsulun mütləq dəyərinə olan nisbətlə xarakterizə olunur. Hesabat ilində bu, ümumi daxili məhsulun 0,52 faizi həcmində olmuşdur. Ümumi daxili məhsulun real artım tempinin 1,1 faiz olduğu nəzərə alınaraq büdcə dayanıqlığının qiymətləndirilməsi ba-xımından bu göstərici müsbət bir göstəricidir. Təqdim olunmuş məlumatlara əsasən 2015-ci ilin sonuna vahid xəzinə hesabının qalığı 1,4 milyard manatdan bir qədər artıq olmuşdur. Son illər vahid hesablanma xəzinəsinin qalığı həm də büdcə kəsirinin maliyyə təhlükəsizliyi yastığı rolunu oynayır və büdcə kəsirinin əsas maliy-yələşmə mənbələrindəndir. 2015-ci ildə dövlət büdcə kəsirinin maliyyələşdirilməsi məqsədi ilə vahid xəzinə hesabının qalığından 285,6 milyon manat vəsait cəlb edilmişdir. Büdcə kəsirinin bağlanması üçün digər maliyyə mənbəyi  kimi özəlləşmədən  24,1 milyon manat və xarici qrandlar üzrə isə 14,6 milyon manat vəsait yönəldilmişdir. Qiymətli kağızların yerləşməsindən daxilolmalar kəsirin maliyyələşmə mənbələrindən biri kimi nəzərdə tutulsa da, cari ildə bu mənbədən istifadə edilməmişdir. 
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən maliyyə intizamının gücləndirilməsi, şəffaflığın yüksəldilməsi, hesabatlılığın artırılması  istiqamətində mühüm tapşırıqlar verilmişdir.  Hesablama Palatası ölkə rəhbərliyinin müəyyən etdiyi vəzifələrin icrasını təmin etmək üçün büdcə sistemindəki münasibətlərin, büdcə proseslərinin əsaslarının tənzimlənməsi və təkmilləşdirilməsinə ehtiyac olduğunu hesab edir. Bu mənada büdcə qanunvericiliyinin gücləndirilməsi cənab Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu icrasına şərait yaradacaqdır. Hörmətli millət vəkilləri, 2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı tərtib olunan rəydə təhlillər üzrə ümumiləşdirilmiş  nəticələr əks etdirilmiş, həmçinin müxtəlif istiqamətləri əhatə edən təkliflər də əlavə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Hesablama Palatasının Kollegiyası 2015-ci il dövlət büdcəsinin icrası ilə bağlı müsbət rəyini nəzərə almanızı xahiş edir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Vüqar müəllim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Çıxışları 5 dəqiqə edərik. Mən də hesab edirəm ki, dövlət büdcəsinin icrası haqqındadır, 5 dəqiqə bəs edər. Samir müəllimə  suallar olsa, çıxışlardan sonra Samir müəllim sualları cavablandıra bilər. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, mənim digər bütün müsbət məqamları həmin kəsilmiş 5 dəqiqədə söyləmək imkanım var idi. İndi isə bəzi məsələləri, sadəcə, aydınlıq naminə, deyildiyi kimi, sual xarakterində səsləndirmək istəyirəm. Hörmətli Ziyad müəllim, dövlət nə üçün sayğac qoymalıdır? Həqiqətən də, bu çox aktual bir problemdir. Çünki büdcə resursları-mızın mühüm bir hissəsini qaz və elektrik enerjisi sa-həsindəki xərclər təşkil edir. Bu sayğac onun bir ele-mentidir, yerdə qalan xərclər də dövlətin üzərində daşın-maqdadır. Təkcə “Azərenerji”nin borcu artıq 1 milyard manata yaxınlaşır. Halbuki zamanında bu generatorun  gücünü yaradan əsas istehsalçı topdansatışı olan bu qurumun daha sonra “Azərişıq” adlanan quruma çevri-lərək elektrik enerjisini istehsal eləyib verməsi  nəticəsində Azərbaycan enerji problemini “tam  yoluna qoyacaq” qənaətində idi. Təəssüf olsun ki, belə deyil və mən düşünürəm ki, Barmek təcrübəsinin, – hər dəfə burada səsləndirmişik, – mənfi olması  dövləti  bu sahəni idarəetməyə verməsi düşüncəsindən, istəklərindən azad etməməlidir, əksinə, dediyimiz 1 milyard rəqəmi bizi dü-şündürməlidir. 
Baxın, başqa bir paralel nümunə demək istəyirəm. SOCAR Gürcüstanın qaz bazarında, sadəcə, tenderi udar-aq onun bazarına 50 faiz nəzarət edir və iştirak edir. Bu çox yaxşı bir təcrübədir, deməli, bu məsələni bizim qaz və elektrik enerjisi sahəsində də bərqərar eləmək lazımdır. Yeri gəlmişkən, diqqətinizi həyata keçirilməyə başlamış bir sıra layihələrin indi müəyyən qədər yarımçıq qoyulması haqqında məsələyə cəlb etmək istəyirəm. O kəndlərdə ki, məsələn, qaz çəkilişi başlanmayıb, anlamaq olar, dövlət öz vəsaitlərini hesablayır, onu yönləndirmək istəyir və bu işə bir-iki il gec başlayacaqdır. Amma o kəndlərdə ki 90 faizə qədər çəkiliş aparılıb, o resursu orada camaatın gözünün qabağında günəşin altında çürütmək olmaz. Bu işi, məncə, axıra çatdırmaq lazımdır. 
Hörmətli Samir müəllimin devalvasiya dövründə səsləndirdiyi bir fikirlə əlaqədar ikinci bir tezisi səsləndirmək istəyirəm. Samir müəllim mənim dəyər verdiyim bir hökumət üzvüdür, kifayət qədər peşəkardır, dövlətə bağlıdır və cənab Prezidentə də sədaqətlidir. Ancaq onun burada səsləndirdiyi bir fikir var idi, söyləmişdi ki, devalvasiya nəticəsində əhali öz vəsaitlərini evdə saxlasa, oğurluq baş verəcəkdir. Doğrudan da, bu baş verdi. Yəni indi, statistik deyə bilməyəcəyəm, ancaq sosial yönümlü oğurluqlar artıb. Ola bilər, burada işsizlik amili, iş yerlərinin itirilməsi, kredit borclarını ödəyə bilməmək və sair amillər təsir göstərir. Özü də az qala parlament üzvlərinin də evlərinə girmək ənənələri baş verir. Ona görə də manatın dayanıqlığını möhkəmləndirmək, dollarlaşmanın qarşısını almaq üçün hökumətin daha ciddi tədbirlər görməsinə ehtiyac var. 
Qaldırmaq istədiyim başqa bir məsələ də var. Büdcə oğurluğu ilə bağlı biz parlament olaraq ölkə başçısından gəlmiş təşəbbüsü müdafiə etdik və o müddəaları sərtləşdirdik. Düzgün də etdik. Ancaq təkcə oğurluğa qarşı mübarizə aparmaq səmərəli olmayacaq. Struktur islahatlarını  sərinləşdirmək lazımdır. Son aylar ərzində bu proses gedir. Məsələn, Dövlət Sosial Müdafiə Fondu və digər qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, digər  agentliklər də özlərinə yaxın olan nazirliklərdə birləşdirilir. Ancaq idarəetmə sistemində də bu dəyişikliklər özünü göstərməlidir. Təkcə bir faktı de-yim, Satınalmalar üzrə Dövlət Agentliyi  deyilən bir qurum var, belə deyək, 100 milyona yaxın hansısa malları alıb gətirir. Siz onun internet resursunu bircə dəfə də görmüsünüzmü? Açın, baxın da, ümumiyyətlə, onun harada yerləşdiyini bilən varmı? Elə hesab edirəm ki, bu, dövlətdən maliyyələşən bir sıra şirkətlərə eyni dərəcədə aiddir. 
Başqa bir məsələ ölkədən çıxan maliyyə vəsaitləri ilə bağlıdır. Tanıdığım bir neçə adam mənə söylədi ki, son dövrlər Azərbaycandan, həmçinin də Türkiyədən Gür-cüstana maliyyə axını xeyli artıb. Gürcüstan Azərbaycandan bütün parametrlər üzrə zəif dövlətdir. Bunu biz dəfələrlə söyləmişik, düzgün də etmişik. Amma Gürcüstanda iqtisadi cəlbedicilik bu qədər çoxdurmu ki, türklərin və azərbaycanlıların pulları hesabına Gürcüstan qurulsun? Ona görə də mən hesab edirəm ki,  qənaət rejiminə keçmək, bir sıra iqtisadi qərarları, islahatlar xarakterində...
Sədrlik edən. Sağ olun. Əli Məsimli. 
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Əlavə bir adamın da çıxış etməsinə şərait yaratmaq üçün, xahiş edirəm, bu çıxış həm Əli Məsimli, həm də Vahid Əhmədovun adından çıxış kimi qəbul olunsun. 2015-ci ilin büdcəsi bir sıra məqamlarına görə qənaətbəxş hesab ediləsi bir büdcədir. Çünki 2015-ci il 1996-cı ildən bu yana çox ağır keçən illərdən biridir. Amma yığcamlaşdırılması hesabına büdcənin tarazlığının qorunub saxlanılması asan iş deyil. Maliyyə Nazirliyi bunun öhdəsindən gələ bilib, ona görə bunu müsbət qiymətlən-dirmək lazımdır. 
İkinci, büdcənin Neft Fondundan ayırdığı vəsaitlərin də azaldılması və büdcədə neft amilinin payının aşağı düşməsini də müsbət qiymətləndirmək lazımdır. Xarici borclanmanın limitdən iki dəfə aşağı olması indiki şəraitdə çox ciddi məsələdir. Büdcənin kəsiri  yüksək olsa, o, ciddi inflyasiya  mənbəyi  hesab  oluna  bilər.  Ona  görə  də  1,7 milyard manata yaxın proqnozlaşdırılmış büdcə kəsiri  287 milyon manatla tamamlanıb ki, bu da proqnozdan 5,8 dəfə, dünya təcrübəsində nəzərdə tutulandan isə 6 dəfə aşağıdır və bunların xeyli dərəcədə qeyri-əlavə məqamlarını da sadalaya bilərik. Amma bu sadaladıqlarım yetərlidir ki, 2015-ci ilin büdcəsi müsbət qiymətləndirilsin. Eyni zamanda, indiki dövrün tələblərindən çıxış edərək bəzi məqamları da qeyd etmək istəyərdim ki, məhz 2015-ci il fevralın 21-i devalvasiyasından sonra Azərbaycanda yeni vəziyyətin yaranması nəticəsində qum saatı işə düşüb. Ona görə də indi artıq büdcəni Maliyyə Nazirli-yinin üstünə atmaq, manatla bağlı məsələləri Mərkəzi Bankın üstünə atmaq deyil, bütövlükdə vahid bir maliyyə-kredit, pul siyasətinin həyata keçirilməsi vaxtıdır. Bu nöqteyi-nəzərdən əsas fikirləri elə bunun üzərində qurmaq istəyərdim. Biz istəyirik ki, bu böhranlı vəziyyətdən tez çıxaq, dünyadakı böhranlı proseslərin Azərbaycana təzyiqini, təsirini azaldaq. Bu zaman koordinasiya gücləndirilməli və maliyyə-kredit, pul siyasəti təkcə manatın sabitliyini qorumalı və inflyasiyanı aşağı salmalı deyil, həm də yeni iş yerlərinin açılmasına və iqtisadi real sektorun, yəni istehsalın inkişafına da təkan verməlidir. Bu nöqteyi-nəzərdən elə büdcənin də strukturunda müəyyən islahatlar aparmaq lazımdır ki, həmin proseslər büdcə mexanizmi vasitəsi ilə  iqtisadi inkişafa təkan vermiş olsun. Bax, bu məsələlərin xeyli hissəsi, hesab edirik ki, maliyyə sektorunda, bank sektorunda cəmləşib və burada  virus yaradan isə banklarda xarici valyuta ilə verilən o kreditlər ətrafında yaranan problemlərdir ki, bax, bunları aradan qaldırmadan maliyyə sağlamlığına, maliyyə sağlamlığına nail olmadan bank sisteminin sağlamlığına nail olmaq mümkün deyil. Ona görə də biz bunu nəzərə alaraq  məsələyə kompleks yanaşıb, 14 səhifədən ibarət xüsusi təklif hazırlayıb əlaqədar strukturlara göndərmişik. Artıq bir ay keçir, biz   cavab gözləyirik və hesab edirik ki,  nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu sahədə yaranmış problemlərin yumşaldılması istiqamətində ciddi addım olacaq. 
Bir məsələni də qeyd etmək istəyirəm. Son zamanlar bizə daxil olan məktublardan məlum olur ki, bank siste-mində müsbət meyillərlə yanaşı, insanların borclarının qaytarılmasına müəyyən dərəcədə köməkliklə yanaşı, bir məsələ də var ki, belə demək mümkünsə,  nə qanuna uyğundur, nə də insanlığa uyğundur. Bunu deməyi mən özümə borc bilirəm. Bəzi banklar artıq insanların yüksək faizlər vasitəsi ilə vəsaitlərini ələ keçirəndən sonra onların daşınar-daşınmaz əmlaklarını da ələ keçiriblər. Sonra həmin borcluların maaşlarını bütövlükdə, yüzdəyüz ələ keçiriblər. İndi isə həmin insanlara qarantiya verənlərin  nəinki maaşlarını, hətta ailə başçısını itirən ailələrin müavinətlərini də yüzdəyüz almağa başlayıblar. Bu, yenə deyirəm, nə qanuna uyğundur, nə də insanlığa uyğundur. Heç bir dünya təcrübəsində belə bir şey yoxdur. Yaxud da bu məsələyə görə məhkəməyə gedəndə Azərbaycan məhkəmələri 50 faizdən artıq vəsaitin tutulmasına imkan vermir, yaşayış minimumundan o yana tutulması mümkün deyil. Amma bəzi banklar bu cür addımlar atır. Bunun bir adı var. Bu bankçılıq yox, soyğunçuluqdur. Ona görə də, hesab edirəm, aidiyyəti qurumlar məhz bank sistemində olan bu cür naqisliklərin aradan qaldırılması üçün ciddi tədbirlər görməlidirlər. Diqqətinizə görə təşəkkür edirəm. Hesab edirəm ki, büdcə çox yaxşı hazırlanıb. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri və dəyərli qonaqlar! Biz bu gün 2015-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini müzakirə edirik. Həm qanun layihəsi, həm də büdcənin icrası ilə bağlı Hesablama Palatasının rəyi müfəssəl və əhatəli hazırlanıb, çox şəffafdır. Büdcə icrasının həm müsbət tərəfləri, həm də çatışmazlıqları ətraflı şəkildə izah olunur. Əlbəttə ki, 2015-ci ildə neft gəlirlərinin azalması respublikamız üçün arzu edilən olmasa da, ümumilikdə, qeyri-neft sektorunun inkişafına öz müsbət təsirini göstərdi.  Rəydən də göründüyü kimi, 2015-ci ildə neft gəlirlərinin azalmasına qarşılıq olaraq qeyri-neft mənbələrindən gəlirlər 2014-cü illə müqayisədə 16,3 faiz artmışdır. Çox müsbət bir rəqəmdir. İndi ən önəmli məsələ odur ki, dövlət vəsaitləri, – burada deyildi, – artıq daha səmərəli və qənaətlə icra edilməlidir. Məsələn, bəzi nazirliklərdə, dövlət strukturlarında ixtisarlar ola bilər,  eyni funksiyanı icra edən idarələr, şöbələr birləşdirilə bilər. Hazırda cənab Prezidentin göstərişi və dövlətimizin səyi ilə bu prosesə artıq  start verilib, bu proses gedir və davamı da olacaqdır. Həmçinin büdcədə icra olunmamış vəsaitlər qalmaqdadır. Məsələn, mən bir az təəccüb edirəm, təhsil, mədəniyyət, elm sahəsində vəsaitlər 100 faiz icra olunmayıb, deyəsən, yetmiş neçə faizdir. Bu məsələlərə biz diqqət yetirməliyik. Ən önəmli məsələ isə ondan ibarətdir ki, kənd təsərrüfatına daha sistemli və düşünülmüş dəstək olmalıdır, fermer təsərrüfatları inkişaf etməlidirlər. Bizim bu gün müzakirə edəcəyimiz Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi də, Allah qoysa, buna xidmət edəcək. 
Burada hörmətli Samir müəllimin olması ilə əlaqədar bir məsələni də dövlət strukturlarının diqqətinə çatdırmaq istərdim. Bu, xaricdən qayıdan diplomatların, xüsusən fövqəladə və səlahiyyətli səfirlərin pensiya məsələsi ilə bağlıdır. Bir misal gətirim, 50 ildən çox diplomatiya sahəsində çalışmış, 10 ildən artıq Azərbaycanın səfiri işləmiş, öz fəaliyyətinə görə həm respublikada, həm də xaricdə yüksək dəyər almış bir səfirimiz bu yaxınlarda vətənə qayıdaraq pensiya məsələsini həll etməyə başladı və məlum oldu ki, onun pensiyası yaşayış minimumundan azca yuxarı, yəni 300 manatdan bir az artıq olacaq. Bu məndə, düzü, təəccüb doğurdu, axı səfir işi ilk baxışdan göründüyü kimi, elə də asan deyil. Əvvəla, bu insanlar uzun illər vətəndən, doğmalarından uzaq düşürlər, bir çox halda gərgin vəziyyətlərdə, qaynar nöqtələrdə işləyirlər, erməni diasporu nümayəndələrinin, düşmənlərimizin hədəfinə tuş gəlirlər. Onlar hər an respublikamızın imicini şərəflə qoruyurlar və deməliyəm ki, gənc, müstəqil respublikamızın səfirlər korpusu artıq formalaşır və nadir hallar istisna olmaqla onların əksəriyyəti dövlətimizə ləyaqətlə xidmət edirlər. Hazırda onlardan bəziləri artıq pensiya yaşına çatıblar və təəssüflə qeyd etməliyik ki, həm fövqəladə və səlahiyyətli səfirlərə, həm də məsləhətçilərə, birinci katib və sair statusda olan işçilərə, ümumiyyətlə, Xarici İşlər Nazirliyinin işçilərinə respublikada mövcud olan orta pensiya həddindən də az, 150–250 manatarası təqaüd təyin olunur. Bunun bir sıra subyektiv və obyektiv səbəbləri var. Lakin hər halda belə vəziyyət mənə elə gəlir ki, xoşagəlməzdir. Çünki hazırda Azərbaycanda pensiyanın həcmi Prezidentin sosial siyasətinin nəticəsində əhəmiyyətli dərəcədə artmaqdadır. Məsələn, dövlət qulluqçuları, hüquq-mühafizə sistemində işləyən şəxslər, başqa qrup insanlar, biz deputatlar  kifayət qədər yüksək pensiya alırıq, buna görə də dövlət başçısına çox minnətdarıq. Diplomatiya sahəsində işləyən insanlar da seçmə insanlardır. Bir neçə dil bilən, dərin biliklərə malik olan şəxslərdir. Diplomatiya sahəsinə gələrkən uzun yoxlamalardan, süzgəclərdən keçirlər. Buna görə düşünürəm ki, onlar da öz statuslarına uyğun sanballı pensiya almağa layiqdirlər. Bunları nəzərə alaraq maliyyə naziri Samir Şərifovdan çox xahiş edərdim ki, bu məsələyə bir də baxılsın, təhlil edilsin. Ümumiyyətlə, dövlət büdcəsinin icrasına gəldikdə isə, demək istəyirəm ki, bu qanun layihəsini yüksək qiymətləndirirəm və onun lehinə səs verəcəyəm. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Fazil Mustafa. 
F.Mustafa.Hörmətli Sədr, hörmətli hökumət üzvləri və hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, indiki ağır iqtisadi dünyada, tarazlığın pozulduğu bir dövrdə büdcənin balansının müəyyən dərəcədə  qorunub saxlanması olduqca vacibdir və bu? bir ölkə üçün  müəyyən dərəcədə həm siyasi, həm də iqtisadi sabitliyin bir amili kimi qiymətləndirilməlidir. Bu baxımdan  neft amilinin  rolunun müəyyən dərəcədə azalması, transfert-lərin azalması hər halda büdcənin daha real resurslar əsasında formalaşmasından xəbər verir. Amma bununla belə müəyyən məsələlər var ki, onlara diqqət yetirməyimiz vacibdir. Xüsusilə  bu layihədə də qeyd olunduğu kimi, əhalinin 2015-ci ildə, ümumiyyətlə, gəlirləri 41 milyard manata çatıbdır və əhalinin hər nəfərinə düşən gəlirin həcmi də 4380 manat civarında müəyyənləşibdir. Bu da ayda  adambaşına  365 manat edir. Amma mən hesab edirəm ki, əhalinin aylıq gəlirinin bu cür hesablanması doğru meyar kimi götürülə bilməz, çünki  banklara bu qədər kredit borcu olan vətəndaşların olduğu ölkədə, icbari tibbi sığortanın tətbiq edilmədiyi, əlavə yüzlərlə yan xərcləri olan bir ölkədə bunun gəlir kateqoriyası kimi götürülərək özümüzə təsəlli verməyimiz doğru deyil. İstər fiziki şəxslər, istərsə də hüquqi şəxslər olsun, – təbii ki, ölkəyə giriş-çıxış rahatladı, məhsul gətirmək, aparmaq kifayət qədər asanlaşdı,  –  vergi yükü əvvəlki kimi insanların çiynində qalmaqdadır və bu, istehsalın stimullaşmasına imkan vermir. Mən, sadəcə, bir nümunə gətirmək istəyirəm. Yerli istehsalın inkişafından, hətta geriləməsindən daha çox danışa bilərik. Çox sayda müəssisələr istər quşçuluq sektorunda, istərsə də ət və başqa məsələlərlə bağlı bağlanmaqdadır. Mən bu yaxınlarda bir neçə dəfə bizim mağazalara daxil olanda gördüm ki, Rusiyadan gətirilən  dondurmaya daha çox üstünlük verilir. Biz dondurmanı istehsal edib təqdim edə bilmiriksə, bundan sonrakı məqamlarda başqa məsələlərdən danışmağın heç yeri də yoxdur. Devalvasiya prosesi də bizə göstərdi ki, mütləq biz şaxələndirməyə məhkumuq, borcluyuq. Bir sıra MDB ölkələrində, Özbəkistanda və başqa yerlərdə də bunun nümunələrini görürük ki, əsas daxili bazara önəm verirlər və dünya iqtisadi sektorunda  baş verən hər hansı silkələnmələr ölkəyə ciddi təsir etmir. 
Burada qeyd olundu, “Azərenerji”,  AZAL və başqa qurumların artıq özəlləşdirmə məsələsini həll etmək lazı-mdır. Dövlət bu yükü öz çiynindən atmalıdır ki,  vətən-daşa daha səmərəli xidmət göstərmiş olsun. Bu, səhiyyə sahəsində də edilməlidir ki, yük azalsın. Adi bir icbari tibbi sığortanın olmaması yüzlərlə insanın həyatına son verilməsi ilə nəticələnir. Müalicə oluna bilmirlər, fond da yaradılmadı. Biz dedik, heç olmasa, müalicəsinin məbləği  20 minə qədər olan xəstəliklər üçün ayrıca bir fond yaradılsın. Bu insanlar,  heç olmasa, bu fonddan yararlana bilsinlər. Ən azı, elementar xəstəliklərdən dünyalarını dəyişməsinlər. 
Digər tərəfdən mən bu yaxınlarda bir məsələni müşahidə etdim. Təhsil Nazirliyi  olimpiada keçirirdi. Olimpiadada 9, 10, 11-ci sinif şagirdləri iştirak edirdilər. Səhnəyə çıxan Azərbaycan gənclərinin içində mən boyu 1,65-dən, 1,70-dən yuxarı uşaq müşahidə etmədim. Qızların da, oğlanların da böyük əksəriyyətinin duruşu düz deyildi, belləri də əyilmişdi, sanki bu uşaqlar bir dəfə də olsun idmanla məşğul olmamışdılar. Bunlar bizim gələcəyimizdir. Ona görə də idman sektoruna kifayət qədər ciddi vəsait ayrılmalıdır, nəzarət edilməlidir. Ölkədə bir normal basketbol meydançası yoxdur, say çox azdır. Voleybol sahəsində kifayət qədər inkişaf oldu, bu sahəyə diqqətə görə Faiq Bağırovun məşqçilik fəaliyyətinə minnətdarıq. Amma basketbolumuz öldü, həndbolumuz yox, futbol infrastrukturu, yaşıl ot meydançaları ölkədə yox dərəcəsindədir, yəni bunları bir az artırmaq lazımdır. Futbol sahəsində xeyli iş görüldü, müxtəlif tikililər oldu, olimpiya kompleksi salındı. Bunların hamısını biz yüksək dəyərləndiririk. Amma buna artıq diqqət yetirmək lazımdır. Xaricdən gələn idmançılara xərclənən  vəsaitlər ortadan qaldırılmalıdır, ancaq öz idmançılarımıza verilməlidir. İstər dzyudoya, istər samboya, istərsə də güləş növlərinə diqqət yetirilməlidir. Bunlar olduqca vacibdir və hesab edirəm ki, bu sahə millətin sağlamlığı üçün zəruri olduğuna görə hökumət buna diqqət yetirməyə borcludur. 
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev. 
A.Şahverdiyev. Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli Sədr, hörmətli həmkarlar və hökumət üzvləri! 2015-ci il dövlət büdcəsinin yerinə yetirilməsi haqqında bizə təqdim olunan  hesabat elmi dildə desəm, optimall-aşma əsasında verilib. Burada müsbət hallar, demək olar ki, neqativ hallardan xeyli çoxdur. Misal üçün, bir cədvəli sizin nəzərinizə çatdırmaq istəyirəm. Neft və qeyri-neft sektorları üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərində ümumi payı faizlə verilib və burada 3 il nəzərdə tutulur. Yəni 2013, 2014 və 2015-ci illər üzrə hər iki daxilolma düz xətlə göstərilir. Əgər bunları ekstrapolyasiya etsək, yəqin, bunlar kəsişəcək, 2016–2017-ci illərdən artıq qeyri-neft sektorunun gəliri neftdən daxil olan gəliri üstələyəcəkdir. Bu çox mühüm bir məsələdir və  optimallaşma dedikdə, yadınızdadırsa, biz 2015-ci il büdcəsində neftin bir barelinin dəyərini 50 dollar civarında nəzərə almışdıq və bu proseslə bağlı son 1 ayda neftin qiymətinin dollarla deyil, sentlə dəyişməsini, yəni neftin büdcədə qoyulan qiymətini optimal bir qiymət hesab etmək olar. 
Burada, qeyri-neft sektorunda sənaye məhsulları ilə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı da çox vacib bir məsələdir.  Nəzərə alsaq ki, bu gün dünyada ərzaq qıtlığı baş verir və sözün əsl mənasında, 1 milyard 200 milyondan çox adam aclıqdan korluq çəkir, burada kənd təsərrüfatı məhsulları istehsalının mühüm rolu vardır. Söhbət nədən gedir? Kənd təsərrüfatı məhsullarının tədarükü və emalı mühüm məsələ olduğundan, burada bu məhsulların hökmən tədarükdən düz istehlakçıya çatdırılmasının texnoloji proses sxemi qurulmalıdır. Mənim dediyim  ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının, ümumiyyətlə,  dünyada saxlanması, emalı və istehlakçıya çatdırılmasında buzxanalar və ya soyuducu qurğular çox mühüm rol oynayır. Onların səmərəliyinin aşağı olması ucbatından dünyada istehsal olunan ərzaq məhsullarının 25 faizi itirilir. Nəzərə almalıyıq ki, dünya əhalisinin sayına görə bu çox  böyük bir rəqəmdir. Mən inanıram ki, bizim kənd təsərrüfatı sahəsində çalışan insanlar bu məsələyə diqqət yetirəcəklər. Bu günlərdə özümüz şahidi olduq ki, dollarla manatın stabilləşməsi, sabitləşməsi də çox mühüm bir məsələdir. Ümumilikdə mən bu hesabatın lehinə səs verəcəyəm. Çünki hesabat, doğrudan da, elmi-metodik cəhətdən çox düzgün hazırlanıb  və hesab edirəm, onu qəbul etmək olar. Diqqətinizə görə sağ olun.   
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri və media təmsilçiləri! Mən də, təbii ki, 2015-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə öz müsbət səsimi verəcəyəm və həmkarlarımın da fikirlərinə qatılıram ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, proqramların dünyada olan iqtisadi problemlər fonunda  yerinə yetirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər təqdirəlayiqdir. Mən burada hökumət üzvlərinin iştirakını nəzərə alaraq, bir neçə məsələni, sadəcə, vurğulamaq istəyirəm. Bu gün Ümumdünya tütünlə mübarizə günüdür, sabah isə Beynəlxalq uşaq günüdür. Mən ölkəmizin gələcəyi olan balalarımızı təbrik edirəm. Bir məsələni vurğulamaq istəyirəm ki,  elə bu  Ümumdünya tütünlə mübarizə günündə bizim  qəbul etdiyimiz  qanunların maddələrinin həyata keçirilməsi istiqamətindəki boşluqlar aradan qaldırılsın. Qanuna görə 18 yaşına çatmayan uşaqlara tütün məhsullarının satılması qadağandır. Amma çox təəssüf ki, bunun icrası istiqamətində biz ciddi addımlar atmırıq. 18 yaşına çatmayan uşaqlar hər yerdə tütün məhsulları ala bilirlər. Biz düşünməliyik ki, bu, uşaqlarımızın gələcəyi üçün çox ciddi bir problemdir, faciədir. Qanunun maddələrinin həyata keçirilməsi istiqamətində mən müvafiq qurumlarımızı səylərini artırmağa çağırıram.  
İkinci bir məsələ. Təbii ki, neftin qiymətinin enməsi fonunda Azərbaycan dövləti qeyri-neft sektoruna, onun içərisində də turizmə   diqqət göstərərək bir çox proqram və layihələri daha da artırmağa başladı. Turistləri ən çox haradan qəbul edə bilirik? Qonşu ölkələrdən, qardaş ölkələrdən, bizə yaxın ölkələrdən daha çox turistləri cəlb etmək imkanı olur. Mən bu istiqamətdə  hökumət üzvləri-mizdən bir xahiş etmək istəyirəm. Həmin ölkələrdən biri də qardaş Türkiyədir. Biz qardaş Türkiyədən hava yolu ilə, təyyarə ilə gələn insanların hamısına hava limanında viza veririk. Yəni gəlirlər, hava limanlarında vizalarını alırlar və Azərbaycana daxil olurlar. Amma nəzərə alsaq ki, qonşu ölkələrdən turistlər daha çox hava  yolu ilə deyil, – ümumiyyətlə, bu, dünya təcrübəsində də belədir, –  quru yolla, maşın və avtobuslarla  ucuz səyahət imkanlarını əldə edirlər,  burada belə bir mənzərə yaranır. Gəlirlər, Gürcüstanda vizasız keçirlər, Azərbaycan sərhəddində isə onlara deyirlər ki, biz sizə sərhəddə viza verə bilmərik. Amma yaxşı olar, necə ki hava limanında biz bunu tətbiq edirik, elə sərhəddə də bunu tətbiq edək. Bu yolla daha çox turist cəlb edə bilərik ki, bu da ölkəmizin turizm potensialının inkişafına təsir göstərə bilər. Bunu diqqətə çatdırmaq istəyirdim.
Hörmətli Oqtay müəllim, əgər icazə verirsinizsə, – cari məsələlərdə  büdcəyə görə zaman olmadı, – bir məsələni qaldırmaq istərdim. İyun ayının 2-də, – bu, ciddi məsələdir, – Almaniya parlamentində (Bundestaqda) qondarma erməni soyqırımı iddiaları ilə bağlı layihə səsverməyə çıxarılacaq. Görülən mənzərə, verilən açıqlamalar bundan ibarətdir ki, Almaniya parlamentində bu məsələ ilə bağlı addım atmaq istəyirlər. Mən təklif edərdim ki, əgər mümkündürsə, bizim parlamentlərarası dostluq qrupu tərəfindən Almaniya parlamentindəki dostluq qrupuna müraciət edilsin, çünki Almaniya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Almaniyanın bu hərəkəti onun Minsk qrupunda obyektiv mövqe tutmasına ciddi şəkildə zərbə vuracaq bir addım olardı. Belə yalanları dəstəkləmək  məsələnin birinci tərəfidir, ikinci tərəfi isə odur ki, bu, Almaniyanın Qarabağ məsələsindəki mövqeyində obyektiv ola biləcəyinə ciddi zərbə vuran addımdır. Ona görə həmin məsələnin parlamentlərarası dostluq qrupu səviyyəsində Almaniya Bundestaqına, oradakı dostluq  qrupuna çatdırılması  bu müzakirələrdə müsbət bir addım olardı.
Sonda bir məsələni hörmətli Samir müəllimin diqqətinə çatdırmaq, əgər mümkündürsə, bununla bağlı fikrini bilmək istərdim. Cənab Prezidentin imzalamış olduğu təhsil strategiyası  sənədində təhsil kreditləri məsələsi öz əksini tapmışdı.  Amma keçən il bu məsələ ilə bağlı heç nə olmadı. Bu, uşaqlarımız üçün, gənclər üçün, tələbələr üçün çox önəmli məsələdir. Onlar bu gün də bunu gözləyirlər. Nə qədər ailə bu məsələnin həllini gözləyir. Bu il içərisində bununla bağlı  ciddi addımların olacağı barədə ailələrə nə isə demək mümkündürmü? Bu məsələyə münasibətini bilmək istərdim. Sağ olun.  
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar!  Mən də hesabatı dəstəkləyirəm və müdafiə edirəm. Məruzə və çıxışlarda müsbət tərəflər qeyd olundu. Ona görə buna vaxt ayırmaq istəmirəm. Bir sıra problemlərlə bağlı öz fikirlərimi bildirirəm, yəqin ki, bu nəzərə alınar. Qeyd etmək istərdim ki,  artıq bir neçə dəfədir, V çağırışda Hesablama Palatasının çox yüksək səviyyəli rəyini alırıq. Mən elə hesab edirəm ki, dövlətə xidmət məhz bu cür olur. Ona görə təşəkkür edirəm. Bu rəydə həm ölkədə, həm də dünyada makroiqtisadi göstəricilər, büdcənin gəlirləri və xərcləri, borcların müəyyən olunması, nəticələr, təkliflər – hər şey öz əksini tapıb. Ancaq bəzi məsələləri demək istərdim. Əlbəttə, mən rəydən də çox faydalandım. 
“Büdcə sistemi haqqında” Qanunun 20-ci maddəsinə əsasən dövlət büdcəsinin gəlirləri  maddələr səviyyəsində göstərilməlidir və yaxud  gəlirlərin icrasını təmin edən qurumların icra göstəriciləri, həmçinin dövlət büdcəsi xərclərinin icrası məbləğinin  funksional  təsnifatı paraqraflar səviyyəsində göstərilməlidir. Amma niyə göstərilmir, bu aydın deyil. Axı, qanun nəzərdə tutur. Bunun əhəmiyyəti nədən ibarətdir? Bunun əhəmiyyəti ondan ibarətdir ki, əgər bu funksional paraqraf şəklində  göstərilsəydi, mən bilərdim,  siyasi partiyalara nə qədər vəsait ayrılıb. Çünki  V çağırışda keçən çağırışlardan fərqli olaraq partiyaların sayı artıb.  Partiyalara  ayrılan ümumi miqdar  aşağı düşüb. Ona görə də fikir bildirə bilmirəm. 
Yeri gəlmişkən, başqa bir məsələni də demək istərdim. Bəlkə bu, qanunvericiliklə bağlıdır. Məhkəmə hakimiyyəti orqanlarında prokurorluq qeyd olunub, Konstitusiyada da belədir. Ancaq məhkəmə  hakimiyyətini ancaq məhkəmələr həyata keçirir, prokurorluq isə nəzarət funksiyalarını,  həyata keçirir. Bunu ayrıca yarımqrafalar şəklində göstəriblər. Məhkəmələr və yaxud prokurorluqlar məhkəmə hakimiyyətinin içərisində göstərilsin, yaxud başqa bir şəkildə olsun.  
Eyni zamanda, mən fürsətdən istifadə edib, – maliyyə naziri də buradadır, –  bir məsələni demək istərdim. Bu, seçildiyim dairə ilə bağlıdır. Təsəvvür edin ki, Ağsu və İsmayıllı rayonlarının dağ hissəsi, dağlıq Şirvan iqtisadi rayonuna düşür. Burada hesabat dövründə  bir nəfər üçün çəkilən xərc 19,3 manatdır, yəni orta respublika göstəri-cisindən 20,3 dəfə, Bakı şəhəri üzrə müvafiq  göstəricidən 41,6 dəfə azdır.  Başqa cür götürək.  Dağlıq Şirvan üzrə bir adam üçün çəkilmiş xərc 19,3 manatdır. Əlbəttə, böyük hörmətim var, başqa zonalar da inkişaf etsin, amma Gəncə, Qazaxda 109, Quba, Xaçmazda 167 və sairdir. Mən belə hesab edirəm ki, bu məsələlərə Maliyyə Nazirliyi diqqət etməlidir. Əslində, ən kiçik iqtisadi rayondur, ona görə də orada bəzi məsələlər təmin edilməlidir. Misal üçün,   məktəb tikintisini götürək, o zonada bir dənə  İsmayıllıda məktəb tikilib. Abbasxanlı kəndində, – gedib gözümlə görmüşəm, – mal tövləsində, ilanlar olan yerdə məktəb var. Bu məsələ ilə məşğul olmaq lazımdır. Biz bilirik ki, Heydər Əliyev Fondundan və yaxud  Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır və bu işlər görülür. Ancaq Ağsuda 5 saylı internat məktəbi, 2, 4, 5 saylı məktəblər bir dəfə də olsun əsaslı təmir olunmayıb, İsmayıllıda da həmçinin. Ona görə də xahiş edirəm, bu məsələlərə çox ciddi diqqət yetirilsin. 
Xərclərin icra vəziyyəti ilə bağlı. Burada mənim diqqətimi bir şey çəkdi.  Rəydə də öz əksini tapıb, Dövlət Statistika Komitəsinin, Maliyyə Nazirliyinin məlumatları ilə tutuşdurulub. Bəzi  sifarişçi təşkilatların  icra ilə bağlı hesabatlarında 57,9 milyon manat fərq var. Bu çox böyük bir rəqəmdir. Bunun üçün hüquqi məsuliyyəti kim daşıyacaq? Ona görə bu məsələlərə də diqqəti yönəltmək istərdim.
 Belə bir məsələ də var idi.  Burada AZAL üçün  təx-minən 11 milyon  manat məbləğində borc faizindən söhbət gedir. Əfqanıstanda 2 dəfə təyyarəmiz qəzaya  uğrayıb, çünki hədsiz dərəcədə köhnə təyyarələrdir.  Mən belə düşünürəm ki, əksinə, hava yollarına vəsait ayırmaq lazımdır ki, müasir tipli təyyarələr üçün uçuş aqreqatları alınsın. Bu məsələlər ciddi şəkildə təhlükəsizliklə bağlıdır.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri, əziz media mənsubları! Azər-baycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik  hesabatla bağlı Hesablama Palatasının rəyi ilə tanış oldum. Sənəd konkretdir, rəylərə və araşdırmalara əsasən tərtib olunub.  Dolğunluğu göstərir ki, mütəxəssislərin zəhməti ilə yanaşı, məsuliyyətləri də olub. Sağ olsunlar.    
Mən, təbii ki, həm də jurnalist deputat kimi yenə media ilə bağlı bölmənin üzərində dayanacağam. Rəyin  radio, televiziya və nəşriyyat  köməkçi bölməsində İctimai Televiziya və Radio Yayımları Şirkəti, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar  Cəmiyyəti,  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və  Dövlətlərarası Televiziya  Şirkətinin fəaliyyətindən bəhs olunur. Kifayət qədər də  təhlillər aparılıb. Mən fürsətdən istifadə edib ümumən bu sahədə görülən və görülə biləcək işlərə nəzər salmaq istərdim. 
Bu gün təqdim olunan rəy bir daha göstərir ki, Azər-baycan dövləti KİV-lərin iqtisadi bazasının  möhkəmlən-dirilməsi məqsədi ilə ayrılan vəsaiti ildən-ilə artırır. Bu çox yaxşı haldır. Amma elə bilirəm ki, həmin istiqamətdə ayrılan vəsaitin həcmi sahənin həssaslığına adekvat olmalıdır. Fikrimi əsaslandırmaq üçün bir məqama diqqət yetirmək istərdim. Ölkədə müdafiə qabiliyyətinin artırıl-masına əhəmiyyətli vəsait ayrılır. Çünki biz müharibə vəziyyətindəyik. Qarabağı güclü ordu azad edəcək. Lakin informasiya müharibəsində də düşməndən  güclü olmalıyıq. Tarixən belə olub. İnformasiya cəbhəsində qazanan tərəf müharibəni də asanlıqla udub. 
Söhbət yalnız Ermənistanla müharibədən getmir. Möv-cud duruma nəzər yetirək. BMT-nin işğal olunmuş torpaqlarımızın azad olunmasına dair 4 qətnaməsi var, irəliləyiş isə yoxdur. Əlbəttə, burada Azərbaycana münasibətdə ikili yanaşma da öz sözünü deyir. Ancaq düşünürəm ki, biz informasiya müharibəsində tam şəkildə qalib tərəf olsaq, təkcə həmin 4 qətnamənin tələblərinin icrasında deyil, bizim üçün vacib olan digər mühüm məsələlərin həllində də ardıcıl ola bilərik. Mediamız vasitəsi ilə ciddi təsir göstərə bilərik. Bunun üçün isə bir daha deyim, ölkənin müdafiə qabiliyyətinin artırılmasına diqqət ayırdığımız kimi, informasiya müharibəsinə də diqqət ayırmalıyıq. Bəlkə bu, ayrıca konsepsiya şəklində olmalıdır, bu da ola bilər. Hər bir halda informasiya müharibəsində qalib tərəf olmaq üçün media sahəsinə daha çox diqqətin ayrılmasına ehtiyac var. Sonda onu deyim ki, layihəni yüksək qiymətlən-dirirəm, ona səs verirəm. Diqqətinizə görə təşəkkür edirəm.

 

 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini V.Ələsgərov sədrlik edir

 

 

Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun. Hörmətli həmkarlar, hörmətli  hökumət üzvləri! Mən də hesab edirəm ki, Hesablama Palatası çox mükəmməl bir sənəd hazırlayıb və bu sənədin içərisində yaxşı da  təkliflər var. Mən bir neçə məsələyə toxunacağam. Dəfələrlə toxunduğum bir məsələdən başlamaq istəyirəm. Qlobal kataklizmaların nəticəsində bir çox valyuta ucuzlaşdı və bu prosesin davam etməsi göz önündədir. Ucuzlaşan valyutalardan biri  rus rubludur və mən bunu əvvəlki çıxışlarımda da bildirmişdim. Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliklərlə bağlı 2012-ci ildən başlayaraq rus rublunu alıb valyuta  ehtiyatına daxil edibdir. Son illər rus valyutası dollara nisbətdə əhəmiyyətli dərəcədə enibdir. 
Eyni zamanda, Neft Fondu Rusiyanın ikinci böyük bankı olan BTB bankının 500 milyon dollar səhmini alıbdır. Banka tətbiq edilən sanksiya nəticəsində səhmlərin nominal dəyəri xeyli ucuzlaşıb. Həm BTB bankının səhmlərinin ucuzlaşması, həm də rublda olan aktivlərin dəqiqləşməsi Neft Fondunun Rusiyadakı  aktivlərinin əhəmiyyətli dərəcədə əriməsinə gətirib çıxarıbdır. Ona görə Neft Fondu rus rubluna münasibətdə siyasətində redaktə etməlidir. Buna boş baxmaq lazım deyil. Ölkələr arasında gedən valyuta mübadiləsində rus rublunun  vəziyyəti göz önündədir və proqnozlar da yaxşı bir şey vəd etmir. Çünki Rusiyada Ümumidaxili Məhsulun real artım tempi mənfi 3,8 faizdir. Ona görə BTB-də saxlanan 500 milyon dollarlıq səhmləri və rus rublu ilə saxlanan valyuta ehtiyatlarını ya oradan götürmək, ya da  qızıl valyuta ehtiyatı şəklində saxlamaq üçün tədbir görmək lazımdır. Onsuz da indiyə qədər verilən təkliflərlə heç bir iş görülməyibdir və səhmlərin ucuzlaşması və rublda olan aktivlərin  dərinləşməsi baş veribdir. Prosesin belə davam etməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir. Həm də nəzərə almaq lazımdır ki, bir çox dövlətlər, xüsusilə mərkəzi banklar qızıl, valyuta ehtiyatlarının strukturunda qızılın payını artırmaqda davam edirlər. Təsadüfi deyil ki, son vaxtlar bu aktiv 0,7 faiz təşkil edibdir. 
Neftin qiymətinin dünya bazarında aşağı düşməsi səbəbindən təbii resurslarla zəngin dövlətlərin bir çoxunda artan dövlət borclanmasının qarşısını almaq üçün büdcə kəsirinin həcminin azalması məqsədi ilə fiksal sahədə islahatlar aparılıbdır. Məsələn, Özbəkistanda 2016–2019-cu illərdə investisiya həcminin 41 milyard ABŞ dolları həcmində artırılması nəzərdə tutulubdur. Türkmənistanda qarşıdakı il üzrə təbii qazın qiymətinin dövlət büdcəsindən aşağı nisbətdə götürülməsini göstərmək olar. Ancaq biz də büdcədə təbii resurslardan əldə ediləcək gəlirlərin hesablanması üçün həmin məhsul üzrə qiymətin müəyyən olunması və iqtisadi artımın stimullaşdırılması tədbirlərini daha da artırmalıyıq. Mən hesab edirəm ki, bu il bu işlərin xeyli hissəsi görülübdür. Əlbəttə, neft zamanında bu işlərin birdən-birə ciddi nəticə verməsi gözlənilən deyil. Amma Azərbaycan postsovet məkanında başqa ölkələrdən fərqli olaraq  bu sahədə xeyli dərəcədə uğurlar qazanıbdır və Azərbaycan Prezidentinin çevik verdiyi göstəriş və sərəncamlardan götürülən kurs qaneedici sayıla bilər. Amma bu işlərdə müəyyən qədər artım lazımdır. Azər-baycan Respublikasında ümumi daxili məhsulun daha çox investisiyaya köklənmiş inkişaf xarakterli olması nəzərə alınmalıdır və bu siyasət nəticəsində 2015-ci ildə investisiyanın ümumi daxili məhsulda payı 28 faiz olubdur. Amma bu, məncə, qaneedici rəqəm olmamalıdır. Mən yuxarıda da göstərdim, Özbəkistan da bu istiqamətdə başqa xətt götürüb. Biz də bu məsələyə bir az fərqli baxmalıyıq. 
Bir neçə məqama toxunmaq istəyirəm. Büdcədə keçənilki xərclərlə bağlı 2015-ci ildə ixrac və idxal əməliyyatlarındakı müsbət saldo 2,2 milyard manat olmuşdur,  bu da 2014-cü ildən 10 milyard azdır. Biz əvvəl də göstərmişdik, bu müsbət saldo neft məhsulları hesabınadır. Təbii ki, bunu tədricən artıq  fərqli bir məcraya keçirmək lazımdır ki, qeyri-neft sahəsində müsbət saldo olsun. Çünki   ticarət əməliyyatlarının həcmi 33 faiz,  ixrac isə 47 faiz azalıbdır. İdxal həcmi isə 0,36 faiz artıbdır. Amma biz idxalın azalması və ixracın artırılması  kursunu prioritet kimi götürməliyik və məncə, Prezidentin verdiyi bütün tövsiyələr də bu istiqamətdədir. İdxalın strukturunda ərzaq məhsullarının 11 faiz olması da normal deyil, çünki bu məhsulların əksəriyyətinin ölkədə istehsal olunması mümkündür. 
Başqa bir narahatedici məqam xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payının 9,8 faiz olması-dır. Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sek-torun payı 78 faizdir. Bu isə istehsalçı və ixracatçı özəl sektorların arzu olunan səviyyədə olmaması deməkdir. Mən həm arzulayır, həm də inanmaq istəyirəm ki, hökumət bu məsələləri nəzərə alaraq  özəl sektorun, qeyri-neft sektorunun inkişafı ilə bağlı artım tədbirlərini daha da intensivləşdirəcəkdir və ölkəmiz neftdən qətiyyən asılı olmayan bir büdcəyə sahib olacaqdır. Bütövlükdə mən bu fəaliyyəti bəyənirəm və səs verirəm. Təşəkkür edirəm. 
Sədrlik edən. Ağalar Vəliyev, buyurun.
A.Vəliyev. Təşəkkür edirəm. Dünya iqtisadiyyatında baş verən böhran şəraitində ölkəmizin qarşısında duran əsas vəzifə, şübhəsiz ki, Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Qlobal maliyyə böhranının davam et-məsinə baxmayaraq, ötən il makroiqtisadi sabitlik qorunub saxlanılmış, qabaqcıl texnologiyalara əsaslanan və rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin yaradılması davam etdirilmişdir. Dövlət büdcəsinin uğurlu icrası nəticəsində 2015-ci ildə qeyri-neft sektorunda ixracyönlü məhsul istehsalının dəstəklənməsi və idxaldan asılılığının azaldılması, yerli resurs və xammal ilə işləyən sənaye kompleksinin və aqroemal müəssisələrinin yaradılması bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi prosesini sürətləndirmişdir. 
Hörmətli komitə sədri Ziyad müəllim də, Hesablama Palatasının sədri Vüqar müəllim də keçən ilin əsas yekunları barədə kifayət qədər ətraflı məlumat verdilər və ölkənin iqtisadi potensialı gücləndikcə dövlət büdcəsinin sosial-iqtisadi həyatda rolunun artdığını vurğuladılar. Milli iqtisadiyyatın ayrı-ayrı sahələrə yeni yanaşmalar və tələblər əsasında formalaşması ölkədə sənayeləşmə siyasətinin həyata keçirilməsinin uğurlu nəticələrindən biri kimi dəyərləndirilməlidir. Eyni zamanda, cənab Prezidentin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncamı ilə Azərbaycanda həyata keçirilən aqroislahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan vəsaitlər aqrar sektorda müsbət dəyişikliklərə nail olmaq imkanlarını xeyli genişləndirmişdir. 
Azərbaycanın dinamik inkişafını təmin edən ən vacib amillərdən biri də sahibkarlıqdır. Bu gün dövlət-biznes münasibətlərinin mütərəqqi əsaslarla qurulmasının və sahibkarlıq fəaliyyətinə davamlı dəstəyin məntiqi nəticəsidir ki, hazırda ölkənin ümumi daxili məhsulunun 80 faizindən çoxu özəl sektorun payına düşür. Büdcənin uğurlu icrası regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə müsbət təsir göstərmişdir. Bununla bağlı möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış əlverişli şəraitdən uğurla istifadə edirlər. 
Büdcənin icrası kontekstində keçən il ölkənin iqtisadi və sosial sahələrində inkişafa bütün maliyyə mənbələrin-dən əsas kapitala yönəlmiş ümumi vəsaitin 13,4 faizi tikinti sahəsinə sərf edilmiş, tikinti üzrə sərmayə qoyuluşu 2014-cü illə müqayisədə xarici investisiyalar üzrə 40,5 faiz, daxili investisiyalar üzrə 69 faiz artmışdır. Son 12 il ərzində olduğu kimi, ötən ilin yekunları da bir daha göstərdi ki, dövlət büdcəsinin icrası ölkəmizin dayanıqlı inkişafı üçün əhəmiyyətli baza və xarici siyasi prioritetlərimizə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsinə əlverişli zəmin yaratmışdır. Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla birgə Azərbaycan–Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Sloveniya Respublikasına səfəri zamanı bu ölkənin parlamentinin rəhbərliyi və dostluq qrupunun üzvləri, Lyublyana şəhəri meriyasının nümayəndələri ilə keçirdiyimiz görüşlərdə və iştirak etdiyimiz tədbirlərdə Avropa Birliyinin üzvü olan Sloveniyanın Azərbaycana, onun güclü iqtisadi potensialına, qitənin enerji təhlü-kəsizliyi sistemindəki mühüm roluna və etibarlı tərəfdaş kimi böyük beynəlxalq nüfuzuna çox yüksək qiymət verdiyinin bilavasitə şahidi olduq. Çıxışımın sonunda müzakirəmizə təqdim edilən 2015-ci il dövlət büdcəsinin icra vəziyyətini yüksək qiymətləndirirəm və dəyərli həmkarlarımı qanun layihəsinin qəbul olunmasına səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.

 

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

 

 

Sədrlik edən. Çox sağ olun. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri və millət vəkilləri! 2015-ci il dövlət büdcəsinin icrasını səmərəli, təmkinli və ehtiyatlı bir büdcə kimi xarakterizə etmək mümkündür. Ən başlıcası isə cənab Prezident İlham Əliyev siyasətinin istiqamətləri büdcə ilində özünü qoruyub saxlamışdır. Belə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin ən başlıca hədəfi Azərbaycan vətəndaşlarının sosial rifah halının qorunub saxlanılmasının yüksəldilməsi, eyni zamanda, dövlətin strateji maraqlarının qorunmasıdır. Dövlət büdcəsinin icrası prosesində bu da məlumdur ki, bütün dövlət qurumları ilə yanaşı, əsas ağırlıq Maliyyə Nazirliyinin üzərinə düşür. Maliyyə Nazirliyinin dövlət büdcəsinin həm gəlirlərinin proqnozlaşdırılmasında, eyni zamanda, xərclərin həyata keçirilməsindəki  fəaliyyəti özünü müsbət mənada göstərmişdir. Çünki son illərdə dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması sahəsində bütün tədiyə növlərinin və mənbələrinin düzgün şəkildə göstərilməsinin nəticəsidir ki, dövlət büdcəsinin gəlirlərində problemlər yaranmır. Eyni zamanda, xərclərin həyata keçirilməsində, qeyd etdiyimiz kimi, bütün şəffaflıq, eləcə də qənaət rejimi və hökumətin digər tələbləri gözlənilir. 
Mən qısaca olaraq bir neçə statistik və eyni zamanda, Maliyyə Nazirliyinin təqdim etdiyi sənədlər üzərində dayanmaq istərdim. Söhbət açdıq ki, sosialyönlü xərclər, demək olar ki, qorunub saxlanmışdır. Onu da qeyd edim ki, ümumi xərclər 84,6 faiz icra olunmuşdur. Əgər sadə məntiq ilə yanaşılsa idi, həm funksional xərclər üzrə, həm də iqtisadi təsnifat xərcləri üzrə orta göstərici 84,6 faiz olardı. Ancaq burada icradan və təqdim olunan hesabatdan da görünür ki, Maliyyə Nazirliyi bu sahəyə çox həssas yanaşmış, sosial xərclərin həyata keçirilməsi, demək olar ki, əksər sahələr üzrə 100 faiz yerinə yetirilmiş və eləcə də dövlətin strateji maraqlarını təmin edən müdafiə xərcləri 100 faiz həcmində olmuşdur. Konkret faktlarla desək, sosial xərclərin həyata keçirilməsində, məsələn, Azərbaycan Respublikasının Dövlət və Müdafiə Fonduna dövlət büdcəsindən ayrılan transferlər 100 faiz olmuşdur. Eləcə də gənclərin həyat səviyyəsinin yaxşılaşdırılması, eyni zamanda, sosial təbəqənin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ipoteka kreditlərinin verilməsi 100 faiz, habelə sahibkarlığa dəstək xərcləri 96,4 faiz yerinə yetirilmişdir. Bu və digər xərclərdə biz artıq görürük ki, doğrudan da, burada çox həssas yanaşma gedir və bu icra özünü düzgün şəkildə büruzə verir. 
Bir məsələni də qeyd edək, məsələn, xərc maddələrini həyata keçirərkən iqtisadi təsnifatda 282.100 maddəsi var ki, həmin o  maddə ilə əlaqədar olaraq 2015-ci ilin büdcəsində, demək olar, 327 milyon manat azalma olmuşdur. Bu isə bir daha həmin sahədə şəffaflığın artırılması deməkdir. Eyni zamanda, bir məsələni də qeyd etmək yerinə düşərdi. 2015-ci il büdcəsinin icrası zamanı 1 milyard 433 milyon manat  sərbəst büdcə qalığı müəyyənləşmişdir. Büdcə prosesi gedə-gedə bu qalığın müəyyənləşməsi bir az çətin olur. Demək olar ki, bunun da öhdəsindən gəlinmiş və həmin o sərbəst büdcə qalığı əgər sərbəst deyil, keçən illərin borcundan yaranan qalıq hesabına olsa idi, bu ilin büdcəsində, sözsüz ki,  özünü göstərəcəkdi, ancaq öz səmərəsini verməyəcəkdi. Bu isə müsbət yönlərdən biridir. Ümumilikdə götürdükdə, bu ilin büdcəsi müsbət bir yönümdə xarakterizə olunur. Biz həm də Hesablama Palatasının hesabatını dinlədik, həmin hesabatda Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının fonunda çox əyani şəkildə...
Sədrlik edən. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Çox sağ olun, cənab Sədr. Qeyd olunduğu kimi, 2015-ci ilin yekunlarına dair, daha doğrusu, büdcənin icrasının yekunlarına dair hesabat, eləcə də He-sablama Palatasının rəyi çox yüksək səviyyədə hazırlan-mışdır. Xüsusi qeyd etmək istəyirəm, materiallarla, hesabatla tanışlıq bir daha onu deməyə əsas verir ki, artıq neçə illərdir, bizdə çox mükəmməl bir büdcə institutu fəaliyyət göstərir və hər il bizə  sistemli, geniş, analitik təhlillərin nəticəsi əsasında yüksək səviyyədə sənəd təqdim olunur. Mən xüsusi ilə Hesablama Palatasının builki rəyini qeyd etmək istəyirəm. Əvvəlki illərdən fərqli olaraq palatanın rəyi, doğrudan da, nəzərəçarpacaq dərəcədə təkmil bir formada təqdim olunub. İstər makroi-qtisadi vəziyyətin geniş təhlili, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslər, onun Azərbaycana təsirləri və sonda təkliflərin hazırlanması və sair  təqdirəlayiqdir. 
Təbii ki, 2015-ci il bütün qlobal iqtisadiyyatda olduğu kimi, Azərbaycan üçün də ən çətin illərdən biri olub. Lakin buna baxmayaraq, vaxtında görülən tədbirlər nəticəsində, demək olar ki, bu gün də Azərbaycan iqtisadiyyatı öz davamlılığını saxlayır. Ən başlıcası isə ölkədə siyasi və iqtisadi sabitlik təmin olunmuşdur ki, bu da çox mühüm amildir. Bu nailiyyətin əldə edilməsi, təbii ki, iqtisadi qurumların, xüsusi ilə Maliyyə Nazirliyi başda olmaqla Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, eyni zamanda, Mərkəzi Bankın sıx vəhdətdə birgə  fəaliyyətinin koordinasiyası nəticəsində mümkün olmuşdur və bu da təqdirəlayiqdir. Bu prosesi gələcəkdə də davam etdirmək çox vacibdir. Vaxtın az olmasına görə mən  büdcənin istər xərc, istərsə də gəlir maddələri üzrə təhlilindən ətraflı danışmaq istəmirəm. Bu barədə ətraflı danışıldı. Lakin təqdirəlayiq hal kimi bir-iki faktı göstərmək istəyirəm. Büdcə ilə əlaqədar demək olar ki, hökumətin qarşıya qoyduğu bütün vəzifələrin yerinə yetirilməsi üçün bütün xərc maddələri əsas etibarı ilə yerinə yetirilmişdir. Bu da vaxtında, bir daha deyirəm ki, maliyyə nizam-intizamının gücləndirilməsi strukturunda büdcə xərclərinin strukturuna yenidən baxılması, israfçı-lığın, izafi xərclərin qarşısının alınması, şəffaflığın yüksəldilməsi, xüsusi ilə müdafiə xərclərinin artırılması nəticəsində əldə olunmuşdur. Bəzi xərc maddələri üzrə sosial xərclərin, elm və təhsilə ayrılan vəsaitin lazımi səviyyədə yerinə yetirilməsi, lazımi miqdarda vəsaitin ayrılması olduqca təqdirəlayiqdir. Gələcəkdə bir neçə məsələnin təklif formasında, tövsiyə formasında nəzərə alınmasını təklif edərdim. 
Bu gün bizi ən çox narahat edən məsələlərdən biri Azərbaycan manatına olan etibarın özünə qaytarılmasıdır. Bu istiqamətdə, təbii, son illərdə ölkə rəhbərinin bilavasitə başçılığı ilə müəyyən addımlar atılıb və bu da özünü göstərməkdədir. Amma aparılan hesablamalar, ekspertlərin rəyi də göstərir ki, bu gün Azərbaycan manatının dollara nisbətdə nominal dəyəri 1,20 qəpik, 1,30 qəpik arasındadır. Buna görə də mən diqqətinizi  bu məsələyə cəlb etmək istərdim, yəqin ki, gələcəkdə baxılacaq. Manatın möhkəmlənməsi istiqamətində, eləcə də manatın etibarının gücləndirilməsi sahəsində müəyyən addımların atılması olduqca vacibdir. Xüsusi ilə banklar tərəfindən manatla verilən kreditlərlə bağlı yaranmış bəzi problemlərin təcili surətdə aradan qaldırılmasına çox ciddi ehtiyac vardır. Təbii ki, neftdən asılılığımızın azaldılması bu gün iqtisadi inkişafımızda qarşıda duran ən mühüm məsələdir. Bu isə qeyri-neft sektorunun inkişafı, onun sözün əsl mənasında ixracyönlü olması və ixracəvəzləyici sahələrin inkişaf etdirilməsi ilə bilavasitə bağlı olan məsələlərdir. Eyni zamanda, mən istərdim ki, gələcək hesabatlarda məcburi ümumi daxili məhsul hesablanarkən həm real, yəni müqayisəli qiymət... 
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli yoxdur. Samir müəllim, buyurun.
 
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və bununla bağlı hazırlanmış hesabat Milli Məclisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən  təqdim olunmuşdur. Hər iki sənəd ətrafında hesab edirəm ki,  Milli Məclisin İqtisadi siyasət komitəsində də ətraflı müzakirələr olmuşdur. Bu gün də həm komitənin sədri hörmətli Ziyad müəllim, həm də  Hesablama Palatasının sədri hörmətli Vüqar müəllim tərəfindən müvafiq məlumatlar verildi və ətraflı çıxışlar edildi. Buna görə də mən həmin sənədlər üzərində dayanmayacağam. Çünki  hesabatlar çox ətraflıdır və bütün əsaslandırıcı sənədlər Milli Məclisə təqdim olunmuşdur. Amma burada bir neçə sual səslənib, bunlara  aydınlıq gətirməyə çalışacağam. Hesab edirəm ki, bunlar bilavasitə dövlət büdcəsinin icrasına aid olmasa da,  deputatları narahat edən suallardır. Yəqin ki, onların seçicilərini də narahat edən suallardır. Ona görə  biz onların cavablandırılmasına vaxt ayırmalıyıq. 
Burada hesabatla, daha doğrusu, qanunda bəzi funksional təsnifatın paraqraf səviyyəsində icra vəziyyəti barədə məlumatın verilməməsi ilə bağlı bəzi iradlar tutuldu. Təkcə onu qeyd edərdim ki,  qanun layihəsi ilə birlikdə Milli Məclisə təqdim olunan bu məlumatlar tam təfsilatı ilə öz əksini tapmışdır və bunların qanunda əks etdirilməsi, sözsüz ki, həmin qanunun mətnini çox ağır edəcək, ona görə buna baxmaq lazımdır. Prinsip etibarilə söhbət icra barədə hesabatdan gedir. Bu, təcrübədə bəzi ölkələrdə heç qanunla qəbul edilmir. Amma bizim qanunvericilik təcrübəmizdə  bu, qanunla təsdiq olunduğuna görə, hesab edirəm ki, yığcam qanunun təqdim edilməsi hesabat səviyyəsində qanunun təqdim edilməsindən daha məqsədəuyğundur. Onun ətrafında müzakirələr də xeyli müddət aparıla bilər. 
Eyni zamanda, burada diplomatların pensiyası ilə bağlı bəzi məsələlər qaldırıldı. Təkcə onu qeyd etmək istəyər-dim ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pensiya islahatı konsepsiyasına uyğun olaraq mü-vafiq qanun layihəsi artıq hazırlanıb və hesab edirik ki, yaxın zamanlarda Nazirlər Kabineti tərəfindən ölkə Prezidentinə təqdim olunacaqdır. Bundan sonra isə həmin qanunun Milli Məclisə təqdim edilməsi gözlənilir. Həmin qanunun əsas məqsədi ondan ibarətdir ki, pensiyalar yığılmış o pensiya kapitalı üzərində formalaşsın. Yəni hər kəs qazandığı vəsait hesabına özünə layiqli bir pensiya kapitalı toplaya bilsin. 
Diplomatlara gəldikdə isə, bu deyilən məsələləri  yəqin ki, araşdıra bilərik. Amma çox güman ki, elə də acınacaqlı vəziyyət olmamalıdır. Təkcə onu qeyd etmək istərdim ki, Maliyyə Nazirliyi tərəfindən vaxtilə Xarici İşlər Nazirliyinə ünvanlı pensiyaların hesablanması üçün xüsusi qaydalar təklif olunmuşdu. Bu qaydalara görə, diplomatlar xaricdə çalışan zaman onların əmək haqlarının müvafiq olaraq 25 faizi onların pensiya kapitalının formalaşdırılmasına yönəldilə bilərdi.  Əfsuslar olsun ki, bu günədək Xarici İşlər Nazirliyi tərəfindən bu məsələyə münasibət bildirilməyib, amma hesab edirəm, bu, diplomatların xeyrinə olan bir məsələdir. Maliyyə Nazirliyi tərəfindən isə bu məsələnin müsbət həlli istiqamətində lazımlı addımlar atılır. Təhsil kreditləri ilə bağlı hələ ki, hər hansı konkret məlumat verə bilmərəm. Təkcə onu qeyd etmək istərdim ki, bu gün ölkədə olan iqtisadi durumla əlaqədar, əsasən də, inflyasiyanın bir qədər yüksək olduğunu nəzərə alsaq, təhsil kreditlərinin 12–13 faizlə alınması, yəqin, əlverişli olmaz. Ona görə hesab edirəm, gələn il biz bunlara qayıda bilərik. Amma təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi məsələsi ilə əlaqədar həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən müəyyən işlər aparılır. Güman edirəm, yaxın gələcəkdə, ola bilsin ki, payız sessiyasında biz sizə müvafiq məlumat vermək iqtidarında olacağıq. 
Burada Azərbaycan hava yolları ilə bağlı məsələ də qaldırılmışdı. Təkcə onu qeyd etmək istərdim ki, bu məsələ daim hökumətin diqqətindədir və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə dövlət tərəfin-dən mütəmadi olaraq yardım göstərilir. Bu yardımlar müxtəlif formalarda olub, həm güzəştli şərtlərlə yanacağın satılması formasında, həm də dövlət zəmanəti ilə kreditlərin verilməsi və müxtəlif dövrlərdə həmin şirkətin borclarının silinməsi yolu və sair ilə. Təkcə onu qeyd etmək istərdim ki, hazırda həmin şirkətin dövlət zəmanətli borclarının həcmi 650 milyon manatdan yuxarıdır və şübhəsiz ki, həmin vəsaitlər şirkət tərəfindən yeni dəyərlərin alınmasına və digər məqsədlərə istifadə olunmalıdır. Hesab edirəm ki, bundan sonra həmin dəyərlərdən  səmərəli istifadə edilməsinə və şirkətin gəlirliyinin artırılması kimi istiqamətlərə şirkət tərəfindən üstünlük verilməlidir. 
Ümumiyyətlə, qeyd etmək istərdim ki, çıxış eləyənlər bu məsələyə də toxunmuşdular ki, 2015-ci il üzrə dövlət büdcəsinin icrası heç də asan olmayan makroiqtisadi şəraitdə keçmişdir. Belə ki, ilin ortasından başlayaraq bi-zim əsas ixrac məhsulumuz olan neftin qiymətinin kəskin surətdə enməsi ölkə iqtisadiyyatı qarşısında bir çox prob-lemlər yaratmış, lakin xarici iqtisadi mühitdə yaranmış iqtisadi təsirlər və şoklar 2015-ci ildə hesab edirəm ki, hökumətin qətiyyətli addımları hesabına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş çevik tədbirlər nəticəsində neytrallaşdırılmışdır. 
2015-ci ildə dövlət tərəfindən əsas vəzifələrin icrasına nail olunmuşdur. Azərbaycanda bütün sosial və beynəl-xalq öhdəliklər də tam icra edilmişdir. Dövlət borcu ilə bağlı hər hansı problem qalmamış və Azərbaycanda, bildiyimiz kimi, 2015-ci ildə möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi təmin edilmiş və bununla əlaqədar tam büdcə öhdəliklərimiz icra olunmuşdur. Lakin qeyd olunduğu kimi, dövlət büdcəsinin nəzərdə tutulan gəlirləri təmin edilməmişdi, bunun da əsas səbəbi neftin qiymətinin büdcədə nəzərdə tutulduğundan xeyli aşağı olması idi. Yadınızdadırsa, 90 dollarla götürülmüş neftin qiyməti faktiki olaraq 53,7 dollar təşkil etmişdir. Amma buna baxmayaraq, yenə də qeyd etmək istərdim ki, dövlət qarşısında duran əsas vəzifələr tam həllini tapmışdır. Bunları nəzərə alaraq çıxışımın sonunda qeyd etmək istərdim ki, həmin qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq bəyənilmiş,  Hesablama Palatası da öz rəyini bildirmişdir. Bunları nəzərə alaraq mən hörmətli millət vəkillərindən qanun layihəsinə  səs vermələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.   
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinin qəbuluna münasibət bildirək. 
 

 

 

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, hörmətli millət vəkilləri, qəbul edildi. Hökumət üzvləri də çox sağ olsunlar. 
Hörmətli millət vəkilləri, 10 məsələmiz qalıb və bun-ların əksəriyyəti texniki xarakterlidir. Əgər etiraz eləmir-sinizsə, tənəffüssüz keçirək. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ancaq başlamamışdan əvvəl mənim bir xahişim var.  Hamıya nizamnamə paylanılıb, hamı bilir, çox vaxt biz Milli Məclisdə gündəliyi təsdiq eləyəndən sonra kənara çıxırıq, nəsə danışırıq, gündəlik qalır. Xahiş edirəm, bir az diqqətli olaq, gündəlik haqqında danışaq. 
Gündəliyin növbəti məsələsi Antidempinq, kompensa-siya və mühafizə tədbirləri haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Bilirsiniz ki, bu qanunu uzun müddət hazırladıq və böyük dəyişikliklər elədik. Üçüncü oxunuşdur. Buyursun Ziyad Səmədzadə. 
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq Oqtay müəllim bildirdi ki, qanun layihəsi üzərində uzun müddət iş aparılmış,  edilən dəyişikliklər qanunun oxunaqlığını, dilini xeyli dərəcədə sadələşdirmiş və qanunvericilik təşəbbüsü orqanı ilə razılaşdırılmışdır. Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi Azərbaycanın milli maraqlarının qorunmasına, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, bütövlükdə ölkənin iqtisadi inkişafına xidmət edəcək. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət göstərmələrini xahiş edirəm. 
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, üçüncü oxunuşda qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, qəbul edildi. 
Növbəti, dördüncü məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Aydın Mirzəzadə. 
A.Mirzəzadə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini.
Təşəkkür edirəm, cənab Sədr. Ölkə Prezidenti cənab İlham Əliyevin imzası ilə Milli Məclisə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21-ci maddəsinə dəyi-şikliklə bağlı təklif daxil olub. Həmin maddənin 21.1.5-ci bəndində  dəyişiklik edilməsi təklif olunur. Əgər hazırkı qanunda  ancaq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xarici ölkələrin təhsil müəs-sisələrində təhsillə bağlı möhlət nəzərdə tutulurdusa, hazırda həmin məhdudiyyət götürülür, xarici ölkələrdə əyani təhsil alma formasında  təhsil alanların hamısına hərbi xidmətdən möhlət  hüququ verilir. Təşəkkür edirəm. 
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Mən xatırlatmaq istəyirəm ki, təxminən bir il əvvəl qanunda qeyd etdiyim dəyişikliyi həyata keçirmişdik. Daha sadə olsun deyə, söyləyim ki, bir il bundan əvvəl parlament olaraq “Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanunda dəyişiklik edib, Təhsil Nazirliyinə xaricdə oxuyan tələbələrin sonrakı dövrdə diplomlarının tanınması, həm də 4–5 illik təhsillərinin qanuni olduğunun  və onların fərari olmadıqlarının müəyyənləşdirilməsi üçün bir hüquq vermişdik. Yəni Təhsil Nazirliyi, dövlət hesabına, dövlət vasitəsilə maliyyələşdirilən 553 universitetin adını yazıb ki, bu universitetlərə qəbul olunan şəxslər dövlət tərəfindən maliyyələşdirilə bilərlər və onların xərclərini dövlət üzərinə götürə bilər. Bununla paralel olaraq dövlət, eyni zamanda, Təhsil Nazirliyi vasitəsi ilə bəyan edir ki, istər Rusiyada, istər Türkiyədə, ya da hər hansı bir başqa  Asiya ölkəsində  öz xətti ilə, valideynlərinin pulu və ya öz imkanları ilə gedib təhsil alan şəxs sabah bilmir ki, onun diplomu tanınacaq, yoxsa yox. Nazirlik bəri başdan müəyyənləşdirir ki, Rusiyada 15 uni-versitetin, Türkiyədə 12 universitetin və beləliklə, dün-yada 15 min, ya 10 min universitetin diplomlarını tanıyır, oradakı təhsili hüquqi hesab edir və sair. Bu qədər sadə. 
Çox təəssüf ki, bir sıra şəxslər bunu belə başa düşmüş-dülər ki, dövlət xaricdə təhsildən imtina edir, qadağalar qoyur. Sonradan aydınlaşdı və hamı da bunu düzgün he-sab etdi. Nəticədə Rusiyanın özündə belə tanınmayan, sa-dəcə, “karton” istehsalı ilə məşğul olan, diplom satan və Azərbaycan vətəndaşlarının pulunu özünə cəlb eləyən müxtəlif universitetlərdən  bu yolla yaxa qurtarıldı. Ancaq indi bu dəyişikliklə bağlı biz əvvəlki normanı, qəbul etdiyimiz normanı təzədən ləğv eləmək haqqında düşünürük. Əlbəttə, cənab Prezident ölkənin  siyasətini müəyyənləşdirir və  parlamentin  hər bir üzvü onun bu kursuna bağlıdır və  qərarlarının müdafiəçisidir. Amma cənab Prezident hər zaman o mövqedə olub ki, qanunlar  parlamentə birinci növbədə müzakirə edilmək üçün göndərilir.  Çox arzulayıram ki, bu məsələ ilə bağlı administrasiyada müvafiq hərbi qurumlardan sorğu alınsın. Bu nə ilə əlaqədardır? Təhsil Nazirliyinin gerçəkdən də bu səlahiyyətə malik olması vətəndaşlarla dövlət arasındakı mübahisəni həll eləyirdi, ona hüquqi məcra verirdi. İndi bilinsin ki,  daha çox insan fərari kimi damğalana bilərdi, ona görə biz bunu ləğv eləyirik, yoxsa daha başqa səbəbləri var? Birinci bunu bilmək istəyirdim. 
İkincisi, Konservatoriyanın nəzdində Musiqi Kolleci fəaliyyət göstərir. Aprel ayında onlar təhsillərini başa vururlar və biz onları hərbi xidmətə cəlb edirik. Onlar  hansısa çalğı alətlərində ifa edirlər, barmaqları qabiliy-yətlidir. Biz onların bu qabiliyyətini nəzərə  almadan xidmətə cəlb edirik, bu il yarım ərzində  onlar barmaq qabiliyyətlərini itirirlər, sonradan çox az bir hissəsi o sahədə davam edir. Mən hesab edirəm ki, bu məsələnin də çözümünü tapmalıyıq. Ona görə də, cənab Sədr, bilirəm ki, “fasiləsiz işləyəcəyik” deyəndə, bunun tərcüməsini “bütün məsələləri müzakirəsiz qəbul eləyək” kimi qiymətləndirmək istəyirlər. Çox arzulayıram ki, – qaldırdığımız məsələ əhəmiyyətlidir, – parlament tərəfindən göstəriş verilsin və bu sorğu alınsın.   
Sədrlik edən. Heç bir sorğu almaq lazım deyil. Qanuna dəyişikliyin əsas məqsədlərindən biri odur ki, biz keçən dəfə bunu edəndə, insan hüquqlarını tamamilə pozmuş olduq. Nə fərqi var, daxildə oxuyan, xaricdə oxuyan? Kimsə adını qoyur ki, “karton” institutdur – bunlar boş söhbətlərdir. Dövlət tərəfindən qəbul olunmuş ali təhsil müəssisələri bizdə də qəbul olunur. Yəni bu, insan hüquqlarını pozmaq deməkdir. Belə məsləhət görüldü, həqiqətən, biz camaatın hüququnu pozuruq. Təhsil Nazirliyi 700–800 institutun siyahısını hazırlamışdı. Dünyada institutların sayı nə qədərdir? Heç kim bunu dəqiq deyə bilməz. Amma təhsil alıb, gəlib, öz dövlətində  qəbul olunursa, bizdə də qəbul olunacaq. Burada yeni bir şey yoxdur. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm ki, bu, texniki dəyişiklikdir, bunun üzərində durmağın mənası yoxdur. Xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, qəbul edildi. Növbəti 5, 6, 7 və 8-ci mə-sələlər hamısı bir zərfdə gələn məsələlərdir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, sadaladığınız məsələlər, həqiqətən də, texnikidir. Çünki 2015-ci il oktyabrın 20-də Cinayət Məcəlləsinə dəyişiklik edilib və həmin dəyişikliyin mənasına görə “terror aksiyaları” sözləri “terror aktı” sözləri ilə əvəz olunub. İndi təklif olunan bu dörd məsələdə qanunlara edilən dəyişikliklərdə bütün hissələrdə “terror aksiyaları” sözləri “terror aktları”, “terror aksiyası” sözləri “terror aktı” sözləri ilə əvəz olunur. Millət vəkillərindən səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, 5-ci məsələyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

Çox sağ olun. Gündəliyin 6-cı məsələsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

Çox sağ olun. Xahiş edirəm, 7-ci məsələyə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Nəhayət, bu qəbildən olan sonuncu, 8-ci məsələyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

 

4 qanuna dəyişikliyi səsə qoyub qəbul etdik, çox sağ olun. 
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklərlə bağlıdır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli.  Çox sağ olun, cənab Sədr. “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə qısaca və ətraflı danışmaq istəyirəm. Məlumat üçün bildirmək istəyirəm ki, bu layihə cənab Prezident tərəfindən elan olunmuş iqtisadiyyat və idarəetmə sahəsində həyata keçirilən islahatların yeni mərhələsinə uyğun olaraq hazırlanmışdır. Bu layihə hazırlanarkən 12 inkişaf etmiş Avropa dövlətinin dövlət qulluğuna qəbulla bağlı təcrübəsi araşdırılmışdır. Təcrübə onu göstərir ki, hər bir dövlətdə dövlət qulluğu ilə bağlı qəbul test və müsahibə keçirməklə reallaşdırılır. Bir sıra ölkələrdə test üsuludur və bu, vahid bir qurum tərəfindən həyata keçirilir. Bir çox ölkələrdə isə, ümumiyyətlə, dövlət qulluğuna qəbul mərkəzləşdirilmiş qaydada deyil, hər bir dövlət orqanı tərəfindən müstəqil həyata keçirilir. Bax, bu təcrübələr nəzərə alınaraq ortaq bir yol seçilib. Belə ki, təklif olunan variantda müsabiqənin birinci mərhələsinin – test imtahanlarının ölkə üzrə mərkəzləşdirilmiş qaydada yeni yaradılan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi, ikinci mər-hələnin isə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı tərəfindən müsahibə yolu ilə keçirilməsi təklif olunur. 
Hörmətli cənab Sədr, Siz Hüquq siyasəti komitəsinin bu məsələnin müzakirəsi ilə bağlı iclasından xəbər-darsınız, bu, mətbuatda da geniş əks olunmuşdu. Geniş müzakirələr açılmasın deyə, sizi qısaca məlumatlandırmaq istəyirəm ki, komitədə hörmətli millət vəkilləri tərəfindən edilmiş təkliflərin böyük bir hissəsi qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılmışdır. Sizlərə, təbii ki, ilkin variant deyil, artıq razılaşdırılmış variant təqdim olunmuşdur. Belə ki, ilkin variantdan fərqli olaraq 28.2-ci maddədə dövlət qulluğuna qəbul üçün rübdə deyil, ayda bir dəfədən az olmayaraq test imtahanları razılaşdırılıb və bu, paylanmış variantda mövcuddur. Eyni zamanda, 28.6-cı maddədə göstərilir ki, müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 2 nümayəndəsi də daxil edilməklə yaradılır.  Amma müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır. Bu o deməkdir ki, tərəflərin həm müstəqilliyi, həm də fikir plüralizmi əks olunacaqdır. 
Bundan başqa 28.7-ci maddədə ilkin variantda dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək bir il müddətinə stajçı kimi qəbul edirdi. Aparıl-mış razılaşdırmanın nəticəsində zaman yarıya qədər azal-dılmışdır, yəni bu, altı ay təşkil edəcəkdir. Paylanmış va-riantda da bu cürdür. Digər bir razılaşdırılmış yeni variant var və bu çox vacibdir. 28.12-ci maddədə müddəaların bütün kateqoriyalara, o cümlədən ali kateqoriya dövlət orqanlarına da şamil olunması nəzərdə tutulurdu. Amma həm komitə sədrlərinin, həm də millət vəkillərinin təklifi nəticəsində razılaşdırıldı ki, qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə və qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə şamil edilmir. Mən hesab edirəm, bu çox vacibdir. Çünki ali kateqoriya dövlət orqanlarında işə qəbulun xüsusi bir forması mövcud olmalıdır. Nəhayət, 28-1.2-ci maddədə dövlət qulluğunda sertifikatın müddəti ilə bağlı müddəalar mövcud idi. Razılaşdırılmış yeni variantda təklif olundu ki, sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir. Əvvəlki variantda isə üçüncü dəfədən sonra ömürlük sertifikatın əldə olunması nəzərdə tutulurdu. Hesab edirik ki, yeni variant daha qısa və daha çevikdir. 
Hörmətli millət vəkilləri, qeyd etmək istəyirəm ki, prinsipial məsələlərdən biri Dövlət İmtahan Mərkəzinin Nizamnaməsi ilə “Dövlət qulluğu haqqında” Qanuna təklif olunmuş dəyişiklik arasındakı fərq idi və məlumat üçün sizə deyim ki, bu qanun qəbul edildikdən sonra Dövlət İmtahan Mərkəzinin Prezidentin fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə də dəyişiklik nəzərdə tutulur. Yəni son razılaşma bundan ibarət oldu ki, “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulmuş müddəalar  üstünlük təşkil edir, onlar razılaşdırılaraq cənab Prezidentə məruzə olunub və məhz buna görə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətini tənzimləyən Nizamnamədə də dəyişiklik olacaq. 
Cənab Sədr, hörmətli millət vəkilləri, son olaraq onu da qeyd etmək istəyirəm ki, razılaşdırılmış bu variant ölkə rəhbərinə məruzə olunub və hesab edirəm, komitə üzvlərinin çox səmərəli təkliflərinin böyük əksəriyyəti nəzərə alınıb. Bir sıra nəzərə alınmayan təkliflər də var idi. Belə hesab edirdik ki, onların hüquqi əsası yoxdur və qanunvericilik təşəbbüsü subyektinin də mövqeyini komitənin növbəti iclasında çatdırmışdıq. Bu baxımdan hesab edirəm ki, indi sizin diqqətinizə təqdim olunmuş bu layihə dövlət idarəetmə sahəsində həyata keçirilən islahatların ruhuna tam uyğundur və millət vəkillərindən təqdim olunmuş son layihəyə səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, bu, ilk variantdan daha çox təkmilləşdirilmiş variant oldu. Buyursun Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, burada yumşaldıcı və bir az da bu müsabiqəyə qatılanların müəyyən dərəcədə işini asan-laşdırıcı məqamlar çoxdur, bu, düzəlişlərin müsbət tərəfi-dir. Amma biz hər bir qanun layihəsini qəbul edərkən o sahədə olan problemlərin nə dərəcədə həll olunması məsələsini bir daha çək-çevir etməliyik. Mən yüzlərlə dövlət qulluğu imtahanına qatılmış, test imtahanından da, müsahibədən də keçmiş insanlardan sosial şəbəkə vasitəsi ilə müraciətlər alıram. Onları narahat edən əsas problem nədir? Demək, yüksək səviyyədə test imtahanından keçirsən, müsahibədən də keçirsən, səni müəyyən ehtiyata atırlar, həmin dövlət qurumuna işə isə müqavilə ilə tamamilə başqa adamları götürürlər və bu artıq bir ənənəyə çevrilibdir. Testə müdaxilə edə bilməyənlər, müsahibəyə müdaxilə edə bilməyənlər bu variantla vəziyyətdən çıxırlar və imtahandan keçmiş insanlar isə illərlə gözləyirlər ki, nə vaxt orada vakant yer olacaq, mən ora daxil olacağam. Əsas bu problemi həll etmək lazımdır. Yəni onsuz da burada  həddindən artıq məhdudlaşdırıcı məqamlar var. 
Baxın, müsabiqədə test imtahanından yüksək səviyyədə keçən adam çox vaxt müvafiq qurumların subyektiv mülahizələri ilə müsahibədən keçə bilmir. Yaxud da müsahibədən keçəndən sonra, – burada  hörmətli Əli müəllim qeyd etdi, 1 ildən 6 aya endirildi, – stajçı kimi qulluğa qəbul olunur və bundan əlavə ona kurator da rəy verməlidir ki, o, stajdan da yaxşı çıxdı. Axı, burada xüsusi təyinatlı dövlət qulluğu da var ki,  oraya qəbul olma proseduru ayrı cürdür. Bu, ümumi dövlət qulluğuna qəbuldur. Azərbaycan vətəndaşıdır,  testdən keçib, müsahibədə bunun bütün sənədlərini çək-çevir edin, araşdırın, baxın görün, bunun fiziki göstəricisi, biliyi, zehni, qabiliyyəti, siyasi əqidəsi uyğundur, ya yox. Axı bu adam həm  normal maaş almalıdır, həm də sabit bir iş yeri əldə etməlidir. Bu qədər cəfalardan sonra bir insanın dövlət qulluğuna götürülməsi o qədər də böyük iş deyil. Dövlət qulluğunda  maaş da yüksək deyil, – açıq etiraf edək, – özəl sektorda olan maaşın yarısı qədər deyil. Belə bir vəziyyətdə insanları bu qədər sıxıntı içində saxlamağın nə mənası var? Qanunda, ümumiyyətlə, 6 ay stajçı olmaq başqa məsələdir. Müsahibə varsa, məsələlər  burada həll olunsun da.  Bunu niyə bu qədər çək-çevirə salırıq. Bu qanuna dəyişiklik ediriksə, məncə, biz bu insanlar üçün rahatedici bir addım atmalıyıq, bir az daha qəti addım atmalıyıq, çünki dövlət qulluğunu seçən  insanların sayı da məhduddur, çox deyil. Hər adam maaşa görə, dolanışığa görə dövlət qulluğuna gəlmək istəmir. Düzdür, ölkədə korrupsiyaya qarşı müəyyən bir mübarizə gedir, bu yaxşıdır. Dövlət qulluğunda əlavə gəlir əldə etmək imkanı yoxdur. Ona görə də maaşla dolanmağa məcburdur. Belə bir vəziyyətdə bu qədər sınaq müddətinin olması, bu qədər məhdudlaşdırıcı addımların atılması və üstəlik də vakant yerini gözləmə müddətinin iki il ehtiyata qoyulması,  açığı, absurd bir yanaşmadır. Məncə, biz bir qədər ortalığa fərqli yanaşma qoymalıyıq və müqavilə məsələsinə diqqət etməliyik. Əgər adam qazanıbsa, müsahibədən keçibsə, vakant  yeri də varsa,  o yerə hər hansı bir şəkildə müqavilə ilə adam götürülürsə, həmin qurumun rəhbəri olan məsul şəxs məsuliyyətə cəlb olunmalıdır. Baxın, araşdırın, mən heç bilmirdim ki, bu problem belədir. Amma yüzlərlə gənc mənə müraciət edir ki, biz keçmişik, amma  gözləyirik. Bizim əvəzimizə həmin yerə müqavilə ilə adamlar götürülür. Yəni bu problemə diqqətlə baxmaq lazımdır, çünki bu, dolayı yolla  məsələnin üzərindən keçməkdir. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Amma bir şeyi mən Sizə deyim ki, müqavilə ilə, dolayı yolla adam götürmək  tam maliyyə pozuntusudur. Heç bir dövlət qurumu öz üzərinə belə pozuntunu götürə bilməz, yəni vakant yerə müqavilə ilə adam götürə bilməz. Müqavilə ilə təsərrüfat işlərinə götürmək olar. Zahid Oruc. 
Z.Oruc. Hörmətli həmkarlar, mən xatırlatmaq istə-yirəm ki, biz “Dövlət qulluğu haqqında” Qanunu 2001-ci ildə qəbul etmişik və açığı, o dövrdə müəyyən yanlışlıq-lar olubdur. Onun da ağrısını sonrakı dövrdə dövlət qulluğu sistemində  yaşamışıq. Əlbəttə, bütün ölkələrdə bu normadır ki, qanunvericilik sisteminin biri digərinə transformasiya olunur. Ayrı-ayrı hüquqi modellər, hüquqi çərçivələr, hüquqi trafaretlər bir ölkədə qəbul olunur, digərlərinə yayılır. Yaxud Avropa Şurası arealında da bu təcrübə geniş yayılıbdır. Ancaq biz o dövrdə Rusiyanın qanunvericiliyini əsas götürdük. Rusiya isə federal bir ölkədir, onun idarəetmə quruluşu ayrı-ayrı federasiya subyektlərinin üzərindən qurulub. Biz isə unitar bir ölkəyik. Federallıq və unitarlıq üz-üzədir. Orada da dövlət qulluğunun təsnifat sistemi tamamilə ayrıdır. Biz ondan bu yana 6–9-cu kateqoriyaya daxil olanları dövlət orqanına qəbul qurumu vasitəsi ilə qəbul etməyə başladıq. Ona görə də nazirliklər, hökumət strukturları bu qurum vasitəsi ilə özünün kadr bazasını formalaşdırmaq vəzifəsi qarşısında olmadılar,  düşündülər ki, yenə də onların hər biri  müstəqil bir təsisatdır. Ona görə nazirliklərin səlahiyyəti artmış oldu və biz həm vətəndaşların dilindən, həm də parlament olaraq onlardan şikayətçi vəziyyətinə düşdük. Deputat kiməsə qadan alım, başına dönüm, bu kadrı işə götür deyə, niyə xahişdə bulunmalıdır ki? Həqiqətən də, dövlət qulluğuna qəbul sistemi şəffaf, sistemli, hamı üçün əlçatan olmuş olsa idi, bu çox asanlıqla baş verərdi və hər kəs üçün də yaxşı olardı. Dövlət qulluğu sistemində işləyənlər peşəkar olardılar, ikinci, rüşvət və sair amillər ortadan qalxardı. Üçüncü, heç kimə, bizə, konkret şəxsə və sairə deyil, özünə borclu olardı. Dördüncüsü isə, mənim bayaq dediyim o “karton” istehsalçısı olan uni-versitetlərin son yetirmələri gəlib dövlət qulluğunun qapısında kəsilər və geri qayıdardılar. Beləliklə də,  təhsil turizmi ilə məşğul olanların da yolu beləcə bağlanmış olardı. 
Amma hörmətli həmkarım Fazil Mustafanın qeyd etdiyi kimi, əgər dövlət qulluğunun son raundunda bu qədər çətinliklər qazanan adam yenə də qapının çölündədirsə və müqavilə ilə götürülən adam ondan qabaqda olursa, bu o deməkdir ki, biz yeni yaradılmış imtahan qurumuna elə səlahiyyətlər verməliyik ki, gerçəkdən də onlar bütün dövləti kadrla təmin edən bir korpusa çevrilsinlər. Əgər biz istəyiriksə ki, peşəkarlıq bizdə yüksək olsun, yeganə yol bundan ibarətdir və dünyada da belədir. Mən indi burada kadr quruculuğu prosesinin vəziyyətindən danışmaq istəmirəm. Universitetlər özlərinin reytinqləri ilə öyünürlər ki, məsələn, mənim vəziyyətim budur. Amma dövlət qulluğuna son illərdə, məsələn, 2007-ci ildən bu yana imtahan verən universitet məzunlarının gəlin, bir az nəticələrinə baxaq. Əsl vəziyyət onda bəlli olacaq. Çünki biz qəbul imtahanı verib universitetləri qazanırdıq, amma son nəticəni Tələbə Qəbulu Komissiyası vasitəsi ilə etmirdik, ona görə də bu vəziyyət var idi. 
Yadınızdadırsa, mən parlamentə bu qurumların birləş-məsini təklif etmişdim. Ancaq o dövrdə, görünür ki, bir məqamı tam nəzərə almamışam. Bilirsiniz, məsələ ondan ibarətdir ki, bu gün  nazirliklər öz vakansiyalarını ortalığa çıxarmırlar. Ayrı-ayrı nazirliklər var ki, ümumiyyətlə, bunu təqdim etmirlər. Belə olan təqdirdə biz sanki o nazirliyin belə bir üstün vəziyyəti varmış kimi davranırıq. Halbuki bu qanuni normalar hamısına tətbiq olunmalıdır. Mən  müsabiqə mərhələsi ilə bağlı bir söz söyləmək istəyirəm. Dəfələrlə şikayətlər olurdu ki, ən yüksək  – 75, 80, 82 balla birinci mərhələni keçənlər müsahibə mərhələsində kəsilirlər, bu 16 balı qazana bilmirlər. İndi tutaq ki, qeyd edildiyi kimi, üç nəfər qazanıb, bunun ikisi kadr bankına çevrilir, bu, ayrı bir hadisədir. Bir də var, özü qazanıb. Bir nəfər şəxsdir, qazanıb, amma  gəlib öz yerini tuta bilmir. Bax, bu, ciddi problemlərdən biridir. O cümlədən mən çox arzulayıram ki, bu 5 nəfərlik komissiyada parlament üzvləri də təmsil olunsunlar. Baxın, hörmətli Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasında parlamenti təmsil edir. Bilmirəm, indi bəlkə bizim başqa həmkarlarımız da dövlət idarəetmə sisteminin formalaşmasında bu cür iştirak edirlər, bu çox yaxşıdır. Biz qəbul etdiyimiz qanunun icra vəziyyətinə özümüzün iştirakı ilə nəzarət edə bilərik. Bunun nəyi pis olardı ki? Heç kim gəlib ondan yapışmayacaq ki, xahiş edirəm...
Sədrlik edən. Əli müəllim, Siz axırda cavab verərsiniz, mən də öz fikrimi deyəcəyəm. Tahir Kərimli buyursun. 
T.Kərimli. Həqiqətən, komitənin iclasında Əli müəl-limin gərgin əməyini biz gördük, müvafiq şəxslərlə əlaqə yaratdıq, çoxlu təkliflər etdik,  böyük qismi qəbul olundu, elə təkliflər oldu ki, qəbul olunmaması ilə mən şəxsən  barışdım. Misal üçün, müsabiqə ilə testin yerini dəyişmək və sair. Bu, köklü bir dəyişikliyə səbəb olardı. Ümumiyyətlə, komitədə də qanunun qəbuluna səs vermişəm, indi də verəcəyəm. Amma demək istədiyim komitə ilə bağlı deyil. Komitə, doğrudan da, gərəkli iş görüb, gücü çatan nə varsa, edib. Amma başqa bir məsələyə toxunmaq istəyirəm. 28.9-cu maddə 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərlə bağlıdır. Mən komitədə də dedim, bilirsiniz, Proqramlar müddətli olur, müəyyən vaxta əsaslanır. Amma qanunlarımız daimidir, daimi və daha üstün olan qanunlarda xüsusi maddəyə istinad olunması səhvdir. Burada yalnız ona görə çıxarılıb ki, bu müddət bitib. Amma mən arzulayıram ki, gələcək qanunvericilik yaradıcılığında belə etməyək. Hansı isə qanunda hansı isə proqrama istinad etməyək. Bu, qanunvericiliyin mahiyyətinə ziddir. 
İkinci bir məsələ,  xahişim, –  yenə də demişdim, –  test imtahanında iştirak etmək üçün ödənişin məbləği ilə bağlıdır. Bunu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bunu çox demək, baş ağrıtmaq istəmirəm. Doğrudan da, biz görürük ki, bəzən ödənişli  ali məktəblərə daxil olurlar, oxuya bilmirlər, ödəyə bilmirlər. Belə şeylərə rast gəlirik, amma indi ödəniş qoyulubsa, əgər buna əlac yoxdursa, mən diqqəti bir məsələyə yönəltmək istəyirəm. Bayaq hesabatdan məlum oldu ki, 2015-ci ildə dövlət qulluğu məsələləri üzrə komissiya açılmış maliyyələşmə-dən  220 min manatı geri qaytarıb, yəni istifadə etməyib. Bu ödənişi biz indi Dövlət İmtahan Mərkəzi ilə  birləşib, heç olmasa, bunun boynuna qoyaq. Mənim arzum ondan ibarətdir ki, bunu testdə iştirak edən şəxslərin boynuna qoymayaq, bu daha ədalətli və  yaxşı olardı. Bir də təkrar çıxış etməmək üçün diqqəti bir məsələyə yönəltmək istəyirəm. Bundan sonrakı qanunda istehlak kooperativ-lərinin qeyri-kommersiya təşkilatı olması haqqında söhbət gedir. Halbuki 7.1.2-ci maddədə bunların  birbaşa məhsulların tədarükü, topdan və pərakəndə satışı ilə məşğul olduqları göstərilir. Yəni qeyri-kommersiya hüquqi şəxs olmalarına Eldar müəllim, yəqin, aydınlıq gətirər. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Nəsib Məhəməliyev.
N.Məhəməliyev. Çox sağ olun, Oqtay müəllim. Hör-mətli millət vəkilləri! Ümumiyyətlə, “Dövlət qulluğu haqqında” Qanunda kifayət qədər mütərəqqi fikirlər öz əksini tapıb. Qanun bir çox hallarda yumşaldılıb, mən bunu təqdirəlayiq hesab edirəm. Amma bir-iki təklifim var. Hesab edirəm ki, qanunun 28.7-ci maddəsində dövlət orqanı rəhbərinin təqdim olunmuş namizədlərdən birini seçib stajçı kimi qulluğa qəbul etməsi bu və ya digər hallarda subyektivliyə, eyni zamanda, müəyyən neqativ hallara gətirib çıxarır. Təklif edərdim ki, namizədlərin birini seçmək səlahiyyəti  müsabiqəni, eyni zamanda, müsahibəni keçirən komissiyanın səlahiyyətinə verilsə, daha yaxşı olar. Çünki burada nəzərə alsaq ki, həmin komissiya beş nəfərdən ibarətdir, onlardan üçü imtahan mərkəzinin, iki nəfəri isə məhz işə qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanının nümayəndəsidir, hesab edirəm, artıq bu komissiyanın 5 nəfər üzvünün hər biri namizədlərə xüsusi rəy verir. Buna görə müsahibə və müsabiqədən keçəndən sonra təkrar olaraq mərkəzi icra orqanı rəhbərinin əlavə tövsiyəsinə ehtiyac yoxdur. Belə olsa, təbii ki, bir çox neqativ hallar aradan qaldırılar. 
İkinci bir məsələ. 28.11-ci maddədə göstərilib ki, “va-kant vəzifəyə təyin edilməmiş namizədlər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılırlar”. Bu da yaxşı olar ki, vakant vəzifələr müvafiq icra hakimiyyəti orqanında deyil, məhz Dövlət İmtahan Mərkəzində saxlanılsın. Çünki dövlət orqanları onsuz da vakant yerlər haqqında onlara məlumat verirlər. Belə olan halda əgər bu vakant vəzifələr, ehtiyat kadrlar Dövlət İmtahan Mərkəzində saxlanılsa idi, hesab edirəm, respublika üzrə gələcəkdə kadr bankının yaradılmasına çox böyük tövsiyə verilmiş olardı. Əgər nəzərə alsaq ki, – həmkarlarım da qeyd etdilər, – bir çox hallarda dövlət orqanlarında testdən və müsahibədən keçməyən kifayət qədər qeyri-peşəkar insan təmsil olunur, gələcəkdə respublika üzrə  peşəkar kadr bankının yaradılmasına xidmət etmiş olardıq. 
Bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. Məndən əvvəlki həmkarlarım da söylədilər, 5 nəfərdən ibarət komissiyada əlavə olaraq parlament nümayəndələ-rinin də təmsil olunması effekt verərdi. Təşəkkür edirəm, sağ olun. 
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk növbədə söyləmək istəyirəm ki, burada digər millət vəkillərinin təklifləri, əslində, bizim komitədə müzakirə zamanı səslənmişdi və müzakirə olunmuşdu. Tahir müəllim Kərimli bizim ko-mitənin üzvü kimi ödəniş məbləği ilə bağlı məsələni qal-dırmışdı, burada yenə də o məsələni səsləndirdi. Dövlət İmtahan Mərkəzi artıq publik hüquqi şəxsdir. Publik hüquqi şəxs olduğuna görə, təbii ki, işin təşkilini müəyyən ödəniş müqabilində həyata keçirir. Siz bilirsiniz ki, publik hüquqi şəxslərlə bağlı qanun qəbul etdik. Onların fərqli bir maliyyələşmə sistemi mövcuddur. Hesab edirəm, bu, düzgün addım oldu. Biz o qanunu qəbul etməklə dövlət büdcəsini həm də əlavə yükdən xilas edə bilmişik. Əlbəttə, imtahanda iştirak etməkdən ötrü istənilən məbləğ böyük məbləğ deyil. Dövlət qulluğunda da hər halda kifayət qədər məvacib mövcuddur və o kəs ki dövlət qulluğunda çalışmaq istəyərək müraciət edir, bilməlidir ki, bu, müəyyən bir ödəniş hesabına təşkil olunacaq. Yəni  Dövlət İmtahan Mərkəzinin fəaliyyəti müəyyən ödənilmiş məbləğ nəticəsində həyata keçirilir. Bu məbləğ ödənilməsə, dövlət büdcəsindən ayırmalar olmayacaq və həmin qurum fəaliyyət göstərməyəcək. 
Fazil Mustafanın səsləndirdiyi fikirləri də biz komitədə ciddi müzakirə etmişdik. Məsələ sınaq və staj müddəti ilə bağlıdır. Bu müddətlər söylədiyim kimi, əvvəllər daha çox idi, biz iki dəfə azaltmışıq. Amma onu da söyləyə bilərəm ki, Avropa təcrübəsində, yəqin ki, bilirsiniz, hər  yerdə staj və sınaq müddəti var. Staj, məncə, müəyyən bir fəaliyyəti daha da mükəmməl etmək məqsədi daşıyır və bu, təhlükəli olmamalıdır. Yəni bu heç kimi narahat etməməlidir. Əksinə, dövlət qurumunda işə qəbul olmaq istəyən şəxs özü staj müddətinin çox olmasına sevinməlidir, çünki təcrübə keçir. Əslində, “staj” sözünü dəyişdirmək, Azərbaycan sözü ilə əvəz etmək haqqında yaxşı bir təklif olmuşdu. Bu, əslində, təcrübədir. Bundan dövlət qulluqçusu faydalanır. O ki qaldı sınağa,  istənilən Avropa qurumunda, beynəlxalq təşkilatlarda sınaq müddəti mövcuddur. Fərqi yoxdur, kim işə qəbul edir, dövlət qulluğunun rəhbəri və yaxud da ki mərkəzləşdirilmiş qaydada imtahan komissiyası, mütləq sınaq mərhələsini keçmək lazımdır. Yəni ilkin mərhələ – test imtahanı və müsahibə hələ dövlət qulluğunda fəaliyyət göstərməyi tam müəyyənləşdirə bilməz. Ancaq sınaq dövründə məlum olacaq, doğrudan da, bu mərhələni keçmiş şəxs həm də dövlət qulluqçusu kimi şərəfli vəzifəni daşıya bilər, yəni başqa bir üsul yoxdur. Mən öncə də təqdimatımda söylədim ki, təqdim olunan bu model mövcud modellərin, hesab edirəm, ən rahatı və ən səmərəlisidir. 
Nəsib müəllimin 28-ci maddə ilə bağlı söylədiyi təkliflərə gəldikdə, ondan başlayım ki, komissiyanın tərkibində ictimaiyyət  nümayəndəsinin iştirakı mövcud-dur. Elə bilirəm ki, millət vəkilinin hansısa bir komissi-yada təmsil olunmasına hər hansı bir məhdudiyyət yoxdur. Bunu qanuna yazmağa ehtiyac yoxdur, amma ictimai əsaslarla komissiyada fəaliyyət göstərənlər daha çox vətəndaş cəmiyyətinin nümayəndələridir. Millət vəkilləri də vətəndaş cəmiyyətinin rəhbərləri kimi təmsil olunurlar. Bu baxımdan əgər millət vəkili də orada iştirak etmək niyyətində olsa və seçimə düşə bilsə, problem olmaz.
28.7-ci maddə dövlət orqanı rəhbərinin seçimi ilə bağlıdır. Ümumiyyətlə, bütün dövlətlərin təcrübəsi onu göstərir ki, ən son seçim həmin qurumun  rəhbəri üzərin-dədir. Mən başa düşürəm ki, bu, subyektivizmlə bağlı hallandırılır. Əminəm ki, Nəsib müəllim özü də müvafiq icra hakimiyyəti orqanının rəhbəri kimi çalışanda, ona hansısa bir işçi təklif olunanda o da subyektivizmə yol vermədən ən yaxşısını seçmək istəyib. İndi elə bir dövr gəlib ki, bütün dövlət orqanlarının rəhbərləri son seçim-lərində ən peşəkarı seçirlər, çünki dövlət qulluqçusunun işindən bütün dövlət orqanının fəaliyyəti asılıdır. Komitədə müzakirələr zamanı da bu subyektivizm amilinin qarşısını almaqdan ötrü çoxlu modellər təklif olunubdur. Mən sizi inandırım ki, əgər bu işdə konkret bir iradə yoxdursa, istəyirsiniz test mərhələsi, ya müsahibə olsun, ya komissiyada 5 nəfər deyil, 10 nəfər olsun, ya da dövlət orqanının rəhbəri deyil, hamı seçsin, o subyektivizm yenə baş verəcək. Buradakı bu model, hesab edirəm, o hala yönəlir ki, dövlət qulluğu rəhbərinin iradəsi və istəyi, – təbii ki,  bu olmalıdır, – dövlət qulluğuna ən yaxşı şəxsin götürülməsinə xidmət edir. Çünki əslində, başqa cür olmamalıdır. Əks təqdirdə bu cür subyektivizm hallarının qarşısını almaq mümkün olmayacaq.
Nəhayət, 28-ci maddə həm də vakant vəzifələrin sax-lanması ilə bağlıdır. Hazırkı variantda bilirsiniz ki, artıq müvafiq dövlət qulluğu komissiyası mövcud deyil, amma o, vakant vəzifələr üçün bir baza hazırlamışdı və bütün şəxslər ehtiyat kadr kimi orada saxlanılırdı. Mən düşünürəm ki, indiki variantda 28.1-ci maddədə ehtiyat kadr kimi saxlanılır, amma ondan sonra etdiyimiz o əlavə, yəni şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanması onun digər dövlət orqanlarında dövlət qullu-ğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdud-laşdırmır. Bu etdiyimiz yeni əlavə  bütün problemi həll edir. Yəni faktiki olaraq dövlət qulluğunda şəxs artıq eh-tiyat kadr kimi  gözləmir, onun illər boyu gözləməsinin də heç mənası olmur, o dövlət qulluğuna qəbul üzrə digər orqanlarda keçirilən müsahibələrdə də iştirak edə bilir. Yeri gəlmişkən, deyim ki, biz bunu razılaşdırmışıq və hesab edirəm, bununla ciddi bir problemi həll etmişik. Yəni dövlət qulluğuna keçən şəxs üçün bütün dövlət orqanlarındakı vakant yerlər tam açıqdır. Bir yerdə özünü təsdiq edə bilməsə, keçə bilməsə, digər yerlərdə keçmək imkanı var. 
Bütövlükdə, cənab Sədr, demək istəyirəm ki, biz möv-cud variantların   ən yaxşısını seçmişik. Burada söylənildi, “Dövlət qulluğu haqqında” Qanunun qə-bulundan sonra bu bizim etdiyimiz ikinci fundamental, əsaslı dəyişiklikdir. Mən inanıram ki, həm  yeni yaradılmış qurum, eyni zamanda, artıq səlahiyyət verilmiş müvafiq dövlət orqanları öz işlərinə məsuliyyətlə yanaşacaqlar və dövlət qulluğuna ən peşəkar və vicdanlı şəxslər qəbul olunacaqdır. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Əli müəllim, demək istəyirsən ki, hər bir mütərəqqi dəyişikliyə şübhə ilə yanaşmayaq, sözünün kökü budur? Mən də hesab edirəm, bu, mütərəqqi bir dəyişiklikdir. İnanırıq ki, həqiqətən, dövlət qulluğunda edilən bu dəyişiklik bizim nazirliklərdə, dövlət təşkilatlarında yüksək səviyyədə işləyəcək. Xahiş edirəm, bu dəyişikliyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 14.41 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, qəbul edildi. 
Növbəti 10-cu məsələ Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsidir. Bu, qanun layihəsinin ikinci oxunuşudur. Ona görə əvvəl bunu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, əsas kimi  qəbul elədik. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım!  Bildiyiniz kimi, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi üzərində uzun müddətdir, Prezident Ad-ministrasiyasının müvafiq şöbələri, Kənd Təsərrüfatı Na-zirliyi və Aqrar siyasət komitəsinin deputatları işləyir və layihə hörmətli Prezidentimizin imzası ilə Milli Məclisə təqdim olunub. Layihə keçən ilin dekabrında Milli Məclisin plenar iclasında birinci oxunuşda və bu ilin may ayında Aqrar siyasət komitəsinin iclasında ikinci oxunuşda müzakirə edilərkən hörmətli deputatlar  Elmira Axundova, Kamran Nəbizadə, Vahid Əhmədov, Rafael Cəbrayılov, Bəxtiyar Əliyev, Siyavuş Novruzov, Rüstəm Xəlilov, Rüfət Quliyev, Fuad Muradov, Eldar Quliyev, Hüseynbala Mirələmov, Novruzəli Aslanov və Aydın Hüseynov bu qanunun qəbul edilməsinə böyük ehtiyac olduğunu bildirməklə yanaşı, kooperasiya sisteminin tətbiqinin aqrar sahədə islahatların yeni mərhələsinin başlanğıcı olacağını, məhsul istehsalının artırılmasında, ölkəmizin dünya bazarına inteqrasiya olunmasında, idxaldan asılılığın azaldılmasında mühüm əhəmiyyət kəsb edəcəyini qeyd etmiş və layihənin daha da təkmil olması üçün bir sıra təkliflər vermişdilər.
Eyni zamanda, bildirmək istəyirəm ki, Aqrar siyasət komitəsinin deputatlarının yerlərdə ayrı-ayrı iş adamları, mütəxəssislər və sadə kəndlilərlə görüşlərində, aldıqları məktublarda, onların keçən il Ağcabədidə və bu il İsmayıllıda fermerlərlə görüşlərində bu qanunun qəbul olunmasının vacibliyi bildirilmiş və layihəni tək-milləşdirmək üçün bəzi təkliflər verilmişdi. Verilmiş təkliflər nəzərə alınaraq layihə yenidən işlənmiş və ikinci oxunuş üçün hazırlanmışdır. Layihəyə edilən əlavə və düzəlişlər sizə paylanmış variantda qara hərflərlə verilmişdir ki, birinci oxunuşla ikinci oxunuş arasındakı fərqləri müqayisə edə biləsiniz. Eyni zamanda, xatırlatmaq istəyirəm ki, qanun layihəsi birinci oxunuşda müzakirəyə Milli Məclisə təqdim olunmuş şəkildə çıxarılmışdı. İkinci oxunuş üçün sizə təqdim edilmiş dəyişikliklər layihənin müəllifləri ilə razılaşdırılmışdır. 
Qanun layihəsinə 6 yeni maddə və 50-dən çox yeni müddəa əlavə olunmuş və bəzi redaktə xarakterli dəyişikliklər edilmişdir. Layihənin “Əsas anlayışlar” adlanan 1-ci maddəsinə “istehsal”, “istehlak” və “istehsal-istehlak”,  “kooperativin təsərrüfat fəaliyyətində iştirak” anlayışları əlavə edilmişdir.
“Kooperativin təşkili və fəaliyyətinin əsas prinsipləri” adlanan 4-cü maddə birinci oxunuşdan fərqli olaraq daha geniş verilmişdir. Bura kooperativə üzvlüyün könüllü olması, idarəetmədə demokratiklik, üzvlərin iqtisadi fəaliyyətdə yeni əsaslarla iştirak etmələri, kooperativin müstəqilliyi, üzvlərin təhsil almalarına və sosial müdafiələrinə kömək göstərmək, kooperativlərin təsisçilərin vəsaiti hesabına yaradılması, özünü maliyyələşdirmə kimi prinsiplər daxildir.
Qanun layihəsinin birinci oxunuşu zamanı hörmətli həmkarım Vahid Əhmədov layihəyə istehsal  kooperativ-ləri ilə yanaşı, istehlak və qarışıq kooperativlərin də daxil edilməsini təklif etmişdi. Odur ki, 2-ci fəslə 4 yeni – 5, 6, 7 və 8-ci maddələr əlavə edilmişdir. Bu maddələr kənd təsərrüfatı kooperativlərinin “xüsusiyyətləri”ni əks etdirir. Belə ki, kənd təsərrüfatı  iqtisadiyyatın digər sahələrindən özünəməxsus xüsusiyyətləri ilə seçildiyi kimi, onun kooperativlərinin yaradılması və təsərrüfat fəaliyyəti də digər kooperativlərdən fərqlənir. Bu maddələrdə qeyd olunur ki,  kənd təsərrüfatında kooperativlərin fəaliyyət xarakterinə görə növlər üzrə istehsal, istehlak, istehsal-istehlak, yəni qarışıq kooperativlər yaradıla və ittifaqlarda birləşdirilə bilərlər. Onların firma adlarında fəaliyyət xarakteri qeyd edilməklə kənd təsərrüfatı kooperativi olduğu göstərilir. Bir kooperativ bir neçə müxtəlif fəaliyyət istiqamətli kooperativ ittifaqının üzvü ola bilər. Kənd təsərrüfatı istehsal kooperativinin üzvü onun fəaliyyətində şəxsi əməyi ilə iştirak etdiyi halda, istehlak kooperativlərinin üzvləri kooperativdə öz əməkləri ilə deyil, kooperativin təsərrüfat fəaliyyətində iştirakları ilə təmsil olunurlar. İstehsal kooperativlərində muzdla işləyən işçilərin sayı kooperativ üzvlərinin sayının 30 faizindən çox olmamalıdır. İstehsal kooperativinin işçisi, eyni zamanda, həmin kooperativin və eyni fəaliyyət növü ilə məşğul olan digər istehsal kooperativinin üzvü ola bilməz. Kooperativin idarə edilməsində nöqsanların vaxtında aradan qaldırılması məqsədi ilə burada audit yoxlaması aparılır.
İstehlak kooperativləri kənd təsərrüfatı məhsulları istehsalçısı olan fiziki və hüquqi şəxslərə müxtəlif xidmətlər göstərilməsini təmin etmək məqsədi ilə yaradılır. İstehlak kooperativləri emal, tədarük və satış, xidmət, təchizat, kredit, sığorta fəaliyyəti növləri ilə məşğul ola bilərlər. İstehlak kooperativləri yuxarıda sadalanan fəaliyyət növlərinin birini və ya bir neçəsini yerinə yetirə bilərlər. Onların yerinə yetirdikləri işlərin, yəni xidmətlərin həcminin ən azı 70 faizi kooperativ üzvləri üçün pul ifadəsində həyata keçirilməlidir. İstehsal-istehlak kooperativləri kənd təsərrüfatı məhsulları  istehsalı ilə yanaşı, istehlak kooperativlərinin fəaliyyət növünün birini və ya bir neçəsini də yerinə yetirirlər.
Birinci oxunuş zamanı hörmətli həmkarlarım Rafael Cəbrayılov və Bəxtiyar Əliyev kooperativlərin təşkili və fəaliyyəti ilə bağlı bir sıra məsələlərin layihədə öz əksini tapmadığını bildirmişdilər. Qeyd etmək istəyirəm ki, layihədə nəzərdə tutulmayan həmin məsələlər Mülki Məcəllədə öz əksini tapdığına və kooperativin nizamnaməsi ilə tənzimləndiyinə görə onlar bu qanuna daxil edilməmişdir. 
“Kooperativin hüquqları” adlanan 9-cu maddəyə 2 yeni müddəa əlavə edilmişdir ki, bunlardan biri kooperativin “kənd təsərrüfatı kooperasiyası iştirakçıları, habelə xarici hüquqi şəxslərlə kənd təsərrüfatı məhsullarının istehsalına, satışına və xidmətlər göstərilməsinə dair müqavilələr bağlamaq”, o biri isə kooperativin “kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək” hüququdur.
10-cu maddəyə əlavə edilmişdir ki, kooperativin torpaqlara mülkiyyət hüququ alqı-satqı, bağışlama və ya digər əqdlərin bağlanması yolu ilə əldə edilir.  
“Kənd təsərrüfatı kooperasiyası sahəsində dövlətin vəzifələri” adlanan 11-ci maddəyə iki yeni müddəa əlavə edilmişdir ki, bu da kooperativlərin etibarlı satış bazarı ilə təmin olunmasına kömək edəcəkdir.
Birinci oxunuş zamanı hörmətli həmkarım Rüfət Quliyev haqlı olaraq ölkəmizdə kənd təsərrüfatı koopera-siyasının tətbiqi ilə əlaqədar insanları maarifləndirmək üçün kütləvi informasiya vasitələrinin köməyi ilə təbliğat-təşviqat işlərinin təşkili məsələsini qaldırdı. Nəzərinizə çatdırıram ki, qanunun 11.1.6-cı və 11.1.7-ci maddələrində kənd təsərrüfatı kooperasiyası üzrə orta ixtisaslı və ali təhsilli mütəxəssislərin hazırlanması, elmi tədqiqat işlərinin genişləndirilməsi, kooperativ üzvlərinin və digər kənd təsərrüfatı məhsulları istehsalçılarının, habelə aidiyyəti dövlət və bələdiyyə orqanlarının, müəssisə və təşkilatların işçilərinin maarifləndirilməsi üçün yerlərdə informasiya-məsləhət xidmətlərinin göstərilməsi kimi məsələlər dövlətin vəzifələrinə aid edilmişdir.    
Bələdiyyələrin vəzifələrindən bəhs edən 12-ci maddəyə kooperativ bazarların tikintisi üçün torpaq ayırmaq, yarmarkaların təşkili üçün yer vermək, bazarlarda kooperativlərə satış yerləri ayrılmasında iştirak etmək və sair bu kimi yeni müddəalar əlavə edilmişdir.
“Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətləri” adlanan 13-cü maddəyə “kooperativlərin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərən satış şəbəkələrinin təşkil edilməsi” və “kooperativlərə müasir texnika və texnologiyaların, innovasiyaların tətbiqi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, ekoloji təmiz, idxalı əvəz edən və ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalı və digər istiqamətlərdə dövlət dəstəyinin göstərilməsi” kimi müddəalar əlavə edilmişdir. Bildirirəm ki, bu maddədə kooperativlər üçün kredit zəmanəti fondunun yaradılmasının nəzərdə tutulması məhsul istehsalçılarının əsas problemi olan kredit təminatını tənzimləyəcək, kooperasiya hərəkatını genişləndirəcək və fermerləri kooperativlər yaratmaqda stimullaşdıracaqdır. 
Müasir dövrdə problemlərdən biri də istehsal olunan məhsulun satışının təşkil edilməsidir. Birinci oxunuş za-manı hörmətli həmkarım Elmira xanım Axundova layi-hədə kooperativ bazarları ilə əlaqədar müddəaların olma-dığını bildirmişdi. “Kənd təsərrüfatı məhsulları bazarı və kooperativlər” adlanan 4-cü fəslin 15-ci maddəsinə yeni 15.3-cü və 15.4-cü maddələr əlavə edilmişdir ki, onlarda satış şəbəkələrinin maddi-texniki bazasının möhkəmlən-dirilməsi və inkişafı nəzərdə tutulur. Layihəyə kooperativ bazarların təşkili qaydasını müəyyənləşdirən yeni 16-cı maddə əlavə edilmişdir. Kooperativ bazarları kənd təsərrüfatı məhsullarının satışı, yəni ticarəti ilə məşğul olan istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək. Bazarların yaradılması və onlara torpaq sahələrinin ayrılması müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə həvalə olunur. Bazarlardakı ticarət yerləri ilə ilk növbədə öz üzvlərinin tələbatı ödənilməlidir. Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdikləri kənd təsərrüfatı və emal məhsullarından  başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsulu istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilməyəcək. 
Hörmətli deputat həmkarlarım! Mən sizə Kənd təsər-rüfatı kooperasiyası haqqında qanun layihəsinə edilən əlavə və dəyişikliklər barədə qısaca məlumat verdim. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bu qanun üzərində Prezident Administrasiyasının müvafiq şöbələri ilə birlikdə 5 ay işləmişik və mən komitə sədri kimi deyil, həm də bir mütəxəssis kimi onu demək istəyirəm ki, bu qanun təkmil bir qanundur. Ona görə, xahiş edirəm, bu qanun haqqında öz rəy və təkliflərinizi deyəsiniz. Çox sağ olun.

 

 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini V.Ələsgərov sədrlik edir

 

 

Sədrlik edən. Sağ olun, müzakirələrə keçirik. Mü-zakirələrdə iştirak edəcək deputatlarımızdan xahiş edirəm ki, öz fikirlərini 5 dəqiqə ərzində izah eləməyə çalışsınlar. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təşəkkür edirəm. İndi isə Elmira Axun-dovaya söz verirəm. Buyurun, Elmira xanım.
E.Axundova. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Əvvəla, mən Eldar İbrahimova və qanun müəlliflərinə öz dərin təşəkkürümü bildirmək istəyirəm, çünki onlar, doğrudan, bu təzə variantın üzərində, görünür, çox işləyiblər. Demək olar ki, bir çox müddəalar təzədən işlənilib, vacib müddəalar da əlavə edilib. Çox vacibdir ki, deputatların təklifləri  diqqətlə araşdırılıb və rəyləri də qanuna əlavə olunub. Bu barədə Eldar müəllim ətraflı danışdı. Məsələn, mənim bazarların və yarmarkaların təşkil olunması təklifim hesab edirəm,  çox vacib bir məsələ idi. Artıq çox şadam ki, bu, qanunda öz əksini tapdı. Buna görə yenə də qanun müəlliflərinə təşəkkürümü bildirmək istəyirəm. 
Eldar müəllimə bir neçə sualım var. Məsələn, kənd təsərrüfatı kooperasiyası sahəsində bələdiyyələrin vəzi-fələri sırasında 12.0.3.1-ci maddədə yazılır ki, kooperativlərin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmaq. Sualım ondan ibarətdir ki, hər müraciət edən istehlak kooperativinə kooperativ bazar üçün torpaq ayrılacaqmı? Çünki bir rayonda, bir şəhərdə onlarla istehlak kooperativi ola bilər və bu zaman kooperativ bazar əlindən tərpənmək olmaz. Ona görə bəlkə bu cümləni biz başqa cür yazaq. Məsələn, bu və ya digər rayonda fəaliyyət göstərən kooperativlərin birgə müraciəti əsasında kooperativ bazarın tikintisi üçün torpaq ayırmaq. Yəni başa düşülsün ki, rayonda bir dənə kooperativ bazarı tikmək, sonra da pay bölgüsü aparmaq olar. Bu işdə pərakəndəlik olmasın. 
Digər sualım 16-cı maddə ilə bağlıdır.  16.2-ci maddədə qeyd olunur ki, kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul olan istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərirlər. Sizin də dediyiniz kimi, qanunun 8-ci maddəsinə görə qarışıq, yəni istehsal-istehlak kooperativləri də var. Nə üçün bu kooperativlərə kooperativ bazarları yaratmaq səlahiyyəti verilmir? Axı, onlar da istehlak kooperativlərinin fəaliyyət növləri ilə məşğul olurlar. Bilirsiniz, bizdə nə isə istehsal edən müəssisələr çox azdır. Hamı istehlak ilə məşğuldur. Ona görə biz istehsal ilə məşğul olan kooperativlər üçün yaşıl işıq yandırmalıyıq. Onların önündə yeni məhdudiyyətlər qoymamalıyıq. 
Başqa bir sualım qanunun 6-cı maddəsi ilə bağlıdır. 6.1-ci maddədə qeyd olunur ki, istehsal kooperativində görülən işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. 6.2-ci maddəyə görə isə istehsal kooperativlərində muzdla işləyən işçilərin sayı kooperativin üzvlərinin sayının 30 faizindən çox olmamalıdır. Düşünürəm ki, bu qanunun məqsədi kənd təsərrüfatının inkişafı ilə yanaşı, yeni iş yerlərinin yaranmasına da xidmət etməkdir və edəcəkdir. Bu müddəa isə istehsal kooperativlərində işçilərin sayına məhdudiyyət qoyur. Bilmək istərdim ki, bu, hansı zərurətdən irəli gəlir? 
Həmçinin 7.4-cü maddədə göstərilir ki, istehlak kooperativləri 5-dən az olmayan fiziki, ya da hüquqi şəxs tərəfindən yaradılır. Nə üçün 5-dən az fiziki və ya hüquqi şəxsə istehlak kooperativi yaratmaq icazəsi verilmir? Bu rəqəm nə üçün 5-dir, misal üçün, 3,4 və ya 7 deyil? Bu, hansı zərurətdən doğur? Xahiş edirəm, qeyd etdiyim suallara aydınlıq gətirəsiniz və mümkün qədər üçüncü oxunuşda onları nəzərə alasınız. Ümumiyyətlə, mən bu qanun layihəsini çox yüksək qiymətləndirirəm. O öz-özlüyündə aktualdır, labüddür və mən ona səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev, buyurun.
T.Rzayev. Çox sağ olun. Hörmətli sədarət, kənd təsər-rüfatı kooperasiyasının yaradılması ölkənin ərzaq təh-lükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatının inkişafına, eləcə də texnikadan, torpaqdan, sudan, mineral gübrələrdən səmərəli istifadə edilməsinə, məhsuldarlığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına, istehsal-istehlak münasibətlərinin formalaşmasına xidmət etdiyinə görə çox əhəmiyyətlidir. Elə ona görə də hörmətli Eldar müəllimin dediyi kimi, bu qanun birinci oxunuşdan sonra çox ciddi müzakirələrə səbəb olub, bir çox mütəxəssislər, ekspertlər bu qanun haqqında öz fikirlərini deyiblər və bunun qəbul olunmasının vacibliyini bildiriblər. Açığını demək lazımdır ki, biz rayonlarda  insanlar arasında olarkən, öyrəndik ki, onlar da bu qanunun tezliklə qəbul olunmasına tərəfdardırlar və çox ciddi maraq göstərirlər. Çünki bu, bilavasitə insanların tələbatını ödəmək üçün çox vacibdir. Ancaq bunun üçün çox ciddi maarifləndirmə tədbirləri aparılmalıdır. Qanun bunu əhatə eləyir və qanunun hazırlanmasında əməyi olan hər bir kəsə, ilk növbədə Aqrar siyasət komitəsinin sədri Eldar müəllimə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən burada müəyyən məsələlərə  aydınlıq gətirmək istəyirəm. 
Qanunun 6.2 və 7.6-cı maddələrində göstərilir ki, bun-lar könüllülük əsasında fəaliyyət göstərirlər. Əgər doğru-dan da, bunlar könüllülük əsasında fəaliyyət göstərirlərsə, burada faizlərin qoyulması, elə bilirəm, düzgün deyil. Digər tərəfdən bu, onların müəyyən qaydada səlahiyyətlərinin, fəaliyyətlərinin azaldılmasının məhdudlaşdırılmasına xidmət eləyən faizlərdir. Sonra, 6.2-ci maddədə yazılır ki, istehsal kooperativinin işçisi, eyni zamanda, həmin kooperativin və eyni fəaliyyət növü ilə məşğul olan digər istehsal kooperativinin üzvü ola bilməz. Mən, əslində, bunun əksinə olaraq soruşmaq istəyirəm ki, niyə olmasın? Kooperativlərdə yaxşı, sanballı mütəxəssislər var. Bu mütəxəssis aqronomdur, texnikdir,  baytardır, ya da digər adamdır. Niyə digər kooperativə kömək eləməsin? Əslində, bunların əlaqələrinin möhkəmləndirilməsi işə daha yaxşı fayda verə bilər. 
Burada kooperativlərin torpaqları haqqında maddə var. Sözsüz ki, bu torpaqların idarə edilməsi müəyyən çətinliklər yaradacaq. Çünki o kooperativ üzvlərinin ha-mısı eyni fikirdə olan adamlar deyillər. Onlar müəyyən münasibətlərə gələndə burada ziddiyyətli düşüncələr ortaya çıxacaq. Bəzən deyəcəklər ki, xeyr, biz bu torpaq-larda daha çox pambıq əkməliyik, ya daha çox taxıl ək-məliyik, ya da burada daha çox yonca əkilə bilər. Müəy-yən mübahisələr yarana bilər. Ona görə bu mübahisələrin həlli yolları qanunda öz əksini tapmalıdır. Mən elə bilirəm, qanuna belə bir maddə artırıla bilər ki, kooperativ torpaqlarının idarə edilməsi, əkini, becərilməsi, yararlaşdırılması kooperativ üzvlərinin ümumi yığıncağının qərarı əsasında əlavə səs çoxluğu ilə qəbul edilir. Bu daha yaxşı olar. Əgər doğrudan da, burada hansısa bir mübahisə yaransa, bu adamlar öz yığıncaqlarını çağırsınlar, onlar da 51 səs verərlərsə, həmin məhsulu orada əksinlər. Bu daha uyğun olar. Burada yaxşı oldu ki, bələdiyyələrin fəaliyyətinə çox geniş yer verilib, vəzifələri müəyyən olunub. 
Bu gün ölkədə bələdiyyələrin mülkiyyətində 2 milyon hektardan artıq torpaq sahəsi var. Bu torpaq sahələrinin çoxu yararlı torpaq sahələridir və icarəyə verilib. Elə bilirəm ki, bələdiyyələr bu prosesdə fəal iştirak edə bilərlər, çünki onlar öz torpaqlarını, yaxşı tanıyırlar. Onlar məsləhətçi kimi bu kooperasiyaların yaradılmasında fəal iştirak eləyə bilərlər. Mən yenə deyirəm, burada bizim maarifləndirməyə çox böyük ehtiyacımız var. Ona görə elə bilirəm ki, bu  müzakirələrdən sonra bizim  bir deputat kimi, bir mütəxəssis kimi müəyyən mətbuat orqanlarında, müəyyən televiziya kanallarında çıxış eləməyimiz və bunun mahiyyətini insanlara açıq şəkildə izah eləməyimiz çox vacibdir. Diqqətinizə görə çox sağ olun.

 

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

 

 

Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Təqdim olunmuş Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsinin qəbul olunması ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin ərzaq məhsulları ilə təmin edilməsi ilə yanaşı, ixrac yönəmli kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına gətirib çıxaracaqdır. Qanun kənd təsərrüfatı məhsulları istehsalçılarına kooperativlərdə birləşərək  istehsal, istehlak və istehsal-istehlak proseslərinin həyata keçirilməsi üçün tam hüquqi baza yaradır. Burada dövlət sifarişlərinin qəbulu, istehsal olunan kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün bazarların, yarmarkaların yaradılması   qaydalarının da nəzərdə tutulması kənd təsərrüfatı məhsullarının istehsalçılarının fəaliyyətinə verilən yüksək dövlət dəstəyidir. Qanun layihəsinin ikinci oxunuşu olduğunu nəzərə alaraq müəyyən maddələr ilə bağlı fikirlərimi və təkliflərimi bildirmək istəyirəm. 
Kooperativ iqtisadi sahədə fəaliyyət göstərən təşkilat-dır. Qanun layihəsində kənd təsərrüfatı məhsullarının istehsalı, istehlakı və satışından danışılır. Amma qanun layihəsinin 2-ci fəslinin 4.1-ci maddəsində yazılır ki, kooperativə üzvlük könüllüdür və dinindən, irqindən, cinsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, onun nizamnaməsi ilə müəyyən olunmuş öhdəlikləri qəbul edən hər kəs üçün açıqdır. Düşünürəm ki, Konstitusiya maddəsində olduğu kimi, “dinindən, irqindən, cinsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq” ifadəsini bu maddəyə salmağın heç bir əhəmiyyəti yoxdur. Təklif edirəm, 4.1-ci maddədə, sadəcə, göstərilsin ki, kooperativə üzvlük könüllüdür və onun nizamnaməsində müəyyən olunmuş öhdəlikləri qəbul edən hər kəs üçün açıqdır. 
6-cı maddə ilə bağlı həmkarlarım Elmira Axundovanın və Tahir Rzayevin fikirlərini dəstəkləyirəm.  6-cı maddədə qeyd olunur ki, istehsal kooperativində görülən işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. 6.1-ci maddədə isə “muzdla işləyən işçilərin sayı 30 faizdən çox olmamalıdır” yazılıb. Belə bir sual meydana gəlir. Əgər kooperativin istehsal prosesini genişləndirmək üçün əlavə işçi götürməsinə ehtiyac yaranarsa, bu necə olmalıdır? Düşünürəm ki, bu faizlə müəyyən olunmuş məhdudiyyət aradan götürülməlidir. Kooperativlərə istehsal prosesinin həyata keçirilməsi üçün işçilərin götürülməsində sərbəstlik verilməlidir. Bu həm də işsizliyin azalmasına bir dəstək olacaqdır. 
12-ci maddədə Kənd təsərrüfatı kooperasiyası sahəsində bələdiyyələrin də vəzifələri müəyyənləşdirilir. 12.0.3.1-ci maddədə qeyd olunur ki, kooperativlərin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmaq. Burada söhbət bazar tikintisindən getdiyi üçün, ayrılacaq torpaqların mülkiyyətçisi müəyyən olunmalıdır. Ona görə,  düşünürəm ki, “ayırmaq” sözü “satmaq” və ya “mülkiyyətə vermək” ifadəsi ilə dəyişdirilsə, daha düzgün olar. Sonda qanun layihəsinin hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Muxtar Babayev. 
M.Babayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azər müəllim artıq mənim demək istədiyim bir neçə maddənin adını çəkdi. Müzakirə etdiyimiz qanunun 9.0.2-ci maddəsində kooperativlərə yalnız xarici hüquqi şəxslər ilə müqavilə bağlamağa icazə verilir. Hesab edi-rəm ki, azad sahibkarlıq prinsiplərini nəzərə alaraq xarici hüquqi şəxslər ilə yanaşı, fiziki şəxslərlə də müqavilələrin bağlanması və biznes əlaqələrinin yaradılmasına icazə verilməlidir. Qeyd olunanları nəzərə alaraq qanunun 9.0.2-ci maddəsinə aşağıdakı əlavənin edilməsini təklif edirəm. Kənd təsərrüfatı kooperativlərinin iştirakçılarına habelə xarici fiziki və ya hüquqi şəxslərlə kənd təsərrüfatı məhsullarının istehsalına, satışına və  xidmətlər göstərilməsinə dair müqavilələr bağlamaq hüququ verilir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim demək istədiklərimi, demək olar ki, Elmira xanımla Tahir müəllim dedilər. Burada, 7.1.2-ci maddədə deyilir ki, tədarük və satış kooperativləri yaratmaq olar. Amma axırıncı maddələrimizdən birində də deyilir ki, onları ba-zara buraxmayacaqlar. Onda bunlar nə edəcək? İstehsal və tədarük elədikləri məhsulları nə edəcəklər?  Ona görə, yaxşı olar ki, Eldar müəllim bu məsələyə diqqət göstərsin. Mənim fikrimcə, bu ən vacib qanunlardan biridir, hətta çox vacib qanunlardan biridir. Çünki vaxtilə Azərbaycanda neft yox idi, ruslar hamısını aparırdı, bizə də 5–10 qəpik  pul verirdilər. Ulu öndər Heydər Əliyev Azərbaycanı kənd təsərrüfatı ilə milyoner eləmişdi. 1969-cu ildə bizim kənddə Boyatda, Ağcabədidə 3 maşın var idi. Mən Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı “Sovet Kəndi” qəzetinə yazı yazırdım. 1982-ci ildə yol polisindən sənəd istədim ki, bizim kənddə nə qədər maşın var? 300 maşın oldu. O maşınların hamısı kənd təsərrüfatının inkişaf elədiyi vaxtlarda alınmışdı. 
Bu gün ciddi məsələlərdən biri qeyri-neft sektorunun inkişafıdır. Bu da, təbii ki, bu qanundan çox asılıdır. Am-ma qanunun bir tərəfi var. Deyək ki, sovet hökuməti kolxozları zorla yaradırdı, çünki insanlar bilmirdilər, kolxoz nə deməkdir. Amma bu qanunu biz desək ki, ca-maat qəbul edəcək, çətin məsələdir. Əvvəla, kolxoz dağılmalı deyildi, çünki kolxoz dövlət mülkiyyəti deyildi. Əhalinin pay torpaqları birləşdirilmişdi, birgə əkib, birgə becərirdilər, sonra məhsulları bölürdülər. Amma indi bu dağıldı getdi. Burada kənd təsərrüfatı mütəxəssisləri var. Mən uzun müddət işləmişəm deyə, bir az çox bilirəm. Ağcabədidə, deyək ki, elə Ağdamda da, Beyləqanda da əkin sahələrinin 30 faizi məhv olub gedir, yollara və arxlara verilib. Kiminsə  neçə hektarsa torpağı var, ora yol çəkməlidir, su çəkməlidir və bu, münbit torpaqların məhv olunması deməkdir. Bu bir. 
İkinci, 3 hektar, 5 hektar sahəni əkib-becərmək mümkün deyil. Çünki oranı istədiyin kimi becərmək, su-varmaq olmur. Amma 50 hektar, 100 hektar torpaq birləşəndə, oranın əkini, səpini, hər şeyi ucuz başa gəlir. Bu mənada biz əgər bu qanunu həyata keçirə bilsək, Azərbaycan 1970–1980-ci illərdən də artıq məhsul istehsal edə bilər. Çünki indi elm də inkişaf edir və taxılçılıqda, pambıqçılıqda və sairdə də təcrübəli mütəxəssislər var. Amma məsələ budur ki, bunu biz həyata keçirə biləcəyikmi? Bayaq dedilər, Rafael müəllim də keçən dəfə dedi, burada əsas maarifçilik məsələsidir. Yəni bundan sonra biz deputatların üzərinə çox ağır bir yük düşür. Onsuz da mən bu qanun olmadan da  Ağdamda, Ağcabədidə,  ətraf kəndlərimizdə camaata yalvarıram ki, torpaqlarınızı birləşdirin. Vallah, kinoda  “Axırıncı aşırım” filmində deyilən kimi, bu boyda sapsarı, kəhrəba kimi buğda alarsınız. Deyək ki, vaxtilə bu sahədə qəzet var idi. Dövlətin, hökumətin qəzetləri var, onlardan birini səmtləşdirmək olar, necə ki, vaxtilə “Sovet Kəndi” qəzeti var idi. Burada çətin bir şey yoxdur. Sonra, televiziya vasitəsi ilə deyirlər, radio vasitəsi ilə deyirlər, ondan daha çox bu, camaatın içində apardığımız təbliğatdan asılıdır. Əgər biz öz kəndlərimizə gedib elə qohum-əqrəbamızı birləşdirə bilsək, o təsərrüfat yaranar və onda da məhsuldarlıq daha güclü olar. Mənim fikrim bu qədərdir. Eldar müəllim, sağ olun, keçən dəfə də mən bunu dəstəkləmişdim, belə gözəl qanun hazırlandığına görə Sizə təşəkkür edirəm. Allah köməyimiz olsun, bunu həyata keçirə bilək. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Kamran Nəbizadə.
K.Nəbizadə. Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi çox vacibdir. Mən hesab edirəm ki, biz bu qanun layihəsini dəstəkləməliyik. Mən bir məsələyə toxunmaq istəyirdim, mətbuatda çox vaxt mənim həmkarlarım çıxışlar edir və bu fikri söyləyirlər ki,  kooperativ hərəkatı, bu qanun heç bir yenilik gətirməyəcək, bunun heç bir faydası olmayacaq, ona görə ki, bu, keçmiş kolxoz sisteminin bərpası deməkdir. Mən bu fikirlə qətiyyən razı deyiləm, çünki kolxoz prinsipi tam fərqli idi, orada üzvlərin tam bərabər hüquqları yox idi. Amma kooperativdə bütün üzvlər istehsal olunan məhsulların və nəticədə gəlirlərin tam bərabər şəkildə paylanmasında, bölünməsində iştirak edirlər. Bu çox böyük fərqdir. Buna sübut kimi deyə bilərəm ki, Avropada kənd təsərrüfatı məhsullarının 59 faizi məhz kooperativlər tərəfindən istehsal olunur. 
Burada ikinci müsbət cəhət odur ki, bu qanun bütün makroiqtisadi göstəricilərlə təkmilləşəcək, ona görə ki, fərdi təsərrüfatda istehsal olunan mallar rəsmi əmtəə dö-vriyyəsində iştirak eləmirlər, amma pay torpağı sahibləri kooperativdə birləşəndə bu artıq rəsmiləşir, məhsul dö-vriyyəsi rəsmiləşir, büdcəyə daxil olan gəlirlər artır və sair. Burada mənim həmkarlarım artıq söyləmək istədiyim bəzi fikirləri səsləndirdilər. Mən onlara qayıtmaq istəmirəm, ancaq bir-iki məsələyə toxunmaq istəyirəm. Onlardan biri təcrübi cəhətdən peşə məktəblərinin az olması məsələsidir. Bugünkü gündə sahibkarlarla, kənd təsərrüfatı ilə məşğul olan insanlarla söhbət eləyəndə görürsən ki, ən böyük problemlərdən biri də mütəxəssis qıtlığıdır. Hazırda fəaliyyət göstərən peşə məktəbləri arasında yeganə Gədəbəy peşə liseyidir ki, kənd təsərrüfatı üzrə orta ixtisaslı mütəxəssislər hazırlayır. Mən düşünürəm ki, gələcəkdə kənd təsərrüfatının inkişafı ilə əlaqədar mütəxəssislərə tələbat artacaq, peşə məktəblərinin sayını çoxaltmaq lazım olacaq və gənclərdə də bu ixtisaslara maraq oyanacaq. 
Birinci oxunuşda bir məsələyə də toxunmuşdum, Qazaxda, Ağstafada olanda qanunu təbliğ edirdik, onun vacibliyindən danışırdıq, müzakirələr aparırdıq. Mən bunları qeyd eləmişdim, insanları ən çox narahat eləyən bir məsələdir. Bu qanun vəsait məsələsini, maşın, me-xanizm məsələsini, güzəştli kreditlər, sığorta məsələsini  həll edir, amma bir mühüm məsələ qalır. Bu da ko-operativlərin infrastruktur xidmətlərlə təmin olunmasıdır. Kooperativ yaradılan kimi birinci məsələ odur ki, bunun qazı, suyu, işığı vaxtlı-vaxtında verilsin. Məncə, bu qanunda  “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyi” fəslində bir maddə ilə qeyd eləsək ki, vaxtlı-vaxtında, gecikmədən kommunal xidmətlər gös-tərilməlidir, infrastruktur xətlər qoşulmalıdır, düşünürəm ki, yerlərdə  həmin şəbəkələrin işçiləri və rəhbərliyi daha məsuliyyətli olacaq və bu da son nəticədə qanunun daha işlək olmasına xidmət edəcək. Ümumilikdə,  dediyim kimi, biz artıq yerlərdə bu qanunu izah edirik, insanlara çatdırırıq. Hesab edirəm ki, bu çox lazımlı və vacib qanundur, insanları bu qanun layihəsini dəstəkləməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Mirzəcan Xəlilov.
M.Xəlilov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirə etdiyimiz qanun layihəsi hesab edirəm ki, çox aktualdır və kənd təsərrüfatı sahəsində vacib sayılan məsələlərdən biridir. Hörmətli cənab Prezi-dentimiz İlham Əliyevin səyi və qayğısı nəticəsində kənd təsərrüfatı əsl inkişaf dövrünü keçirir. Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının inkişafı vacib məsələlərdən biridir. Müstəqilliyimizin ilk illərində MDB ölkələri çərçivəsində ilk olaraq ulu öndər tərəfindən Azərbaycanda torpaq islahatları həyata keçirilmişdi və bu torpaq islahatları zamanı  torpağın sahibi məlum olmuş, torpaq kəndlilərə verilmişdi. O vaxt torpaq islahatları gedərkən yerli icra orqanlarının bəzi məmurlarının xırda qüsurları indi üzə çıxır, torpaq islahatları gedərkən torpaq bölgüsündə olan çatışmazlıqlar bu gün öz mənfi nəticələrini göstərir. Belə ki, torpaqlar bölünərkən  bir ailəyə verilən pay torpağı iki yerdə, bəzən də üç yerdə bir-birindən bir neçə kilometr aralıda  verilib. Onları idarə etmək, becərmək, suvarmaq məsələləri xeyli çətinləşib. 
Mən bu gün bu məsələ müzakirə edilərkən qanun layihəsinin vacibliyini, kooperativlərin yaranmasının nəyə görə üstün olmasını layihədə görünən bəndlərlə deyil, ümumi sözlərlə, özümün gördüklərimlə, – respublikanın, demək olar ki,  öz işimlə bağlı çox yerində olmuşam, insanlarla təmasdayam, – mülahizələrimlə istərdim, sizə çatdıram. Hörmətli Eldar müəllim birinci plenar iclasda vurğuladı, onlar yerlərdə olublar, ayrı-ayrı təsərrüfatlarda görüşlər keçiriblər, xüsusən Sabirabad rayonunda iki kənddə olublar, biri Axıstadır, orada yaşayanlar 1959–1960-cı illərdə Azərbaycana gəlmiş türklərdir. Sizin nəzərinizə çatdırım ki, bu türklər kənd təsərrüfatını, torpaqları çox sevən insanlardır. Onların təsərrüfatları həmişə öndə olub. O vaxt istər pambıqçılıq, istərsə də qarpızçılıq sahəsində planların həyata keçirilməsində böyük rolları olub. Onlar da bu işin tərəfdarıdırlar, istərdilər ki, belə kooperativlər yaradılsın. Torpaqlar məhv olub sıradan çıxır, nəyə görə? Torpaqlar bölünəndə mən qeyd etdim ki, bir hektar torpağın eni 15 metr, uzunluğu  500–600 metrə çatır. İki qonşunun arasında olan 10–12 metr torpaqda hər iki qonşu sərhəd üçün xəndək qazır. Biri  taxıl əkir, biri isə yonca əkir. Birinə suvarma lazım olur, digərinə suvarma lazım olmur. Mən istərdim faktlarla danışım, baxmayaraq ki, şəhərdən deputat seçilmişəm, şəhərə də ərzaq məhsulları kənddən gəlir, kənd təsərrüfatı ilə bağlıdır. Ona görə də mən həm şəhər seçicilərimin, həm də kənd seçicilərimin fikirlərini çatdırmağı özümə borc bilirəm. Bu necədir? İnsanlar Kürdən suyu  qaldırıcı nasos stansiyası vasitəsi ilə suvarma kanallarına vururlar. Əkin sahəsinə qədər bu kanalların uzunluğu haradasa 15, bəzilərində  20 kilometrə çatır. Su gedib axıra  çatanda  1 nəfər, 3 nəfər, 5 nəfər bir hektarını sulayır və beli  çiyninə atır çıxıb gedir. Nasos stansiyasının sahibinə, işçilərinə çatana qədər artıq orada 100 kublarla su  itkiyə gedir,  drenləri doldurur, şoranlaşma baş alıb gedir. Mütləqdir ki, bu insanlar birləşsinlər. Əkin sahələri, ayrı-ayrı dren kollektorları arasında 20–30 və ya 40 hektara  bölünmüş sahələr var. Ən azından dren  kollektorların arasında başqa-başqa məhsul növləri deyil, bir məhsul növü əkilməlidir. Ona görə mütləqdir ki, xırda kooperasiyalar yaransın və kooperativ üzvləri...
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Cənab Sədr, çox sağ olun. Mən də razıyam ki, bu qanun çox əhəmiyyətli və  vacib qanundur. Xüsusi ilə müasir şəraitdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələr, qeyri-neft sektorunun inkişafı, ixrac potensialının yüksəlməsi və sair baxımdan çox əhəmiyyətli bir qanundur. Məsələ burasındadır ki, kolxoz və sovxozların ləğv olunmasından sonra bu sahədə bir boşluq yaranmışdı. Külli miqdarda pay torpaqları var idi ki, onlar əkilib-becərilmirdi, bir sözlə, iqtisadi dövriyyəyə cəlb olunmurdu. Bu,  istehsal və istehlak kooperativləri kimi yeni qurumların yaradılması üçün tam qanunvericilik bazasını yaradan bir qanun layihəsidir və bunun qəbul olunması ilə nələr baş verəcək, qısaca onu demək istəyirəm. 
Birinci növbədə bu, Azərbaycan üçün ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəlməsinə, inkişafına ciddi təsir göstərəcək. Həmin sahələrdə əmək məhsuldarlığının yük-səldilməsinə, yeni texnologiyaların tətbiqinə şərait yara-dacaq. İxrac potensialının artırılmasına ciddi təkan verəcək, ən başlıcası isə məşğulluğun artmasına şərait ya-radacaq. Bu kooperativlərin yaradılması yalnız o kooperativlərdə deyil, eyni zamanda, şəxsi təsərrüfatlarda da istehsal olunan məhsulların iqtisadi dövriyyəyə cəlb olunmasına şərait yaradacaq. Bu qanunun qəbul olunması bu tsikli tamamilə əhatə edir. İstehsal, tədarük və satış, yəni istehlak tsiklini tamamilə özündə əks etdirən bütün proseslər qanunvericilik bazasının yaradılmasına ciddi təsir göstərəcək. Uzun müddətdir ki, bu qanunun üzərində iş gedir, mən də müəyyən mənada məlumatlıyam. Aqrar siyasət komitəsi və onun rəhbəri Eldar müəllim, doğrudan da, çox böyük və əhəmiyyətli işlər görüblər. Mən fürsətdən istifadə edərək dərin təşəkkürümü bildirirəm ki, belə bir qanun layihəsi bu gün Milli Məclisin müzakirəsinə təqdim edilib və mən böyük məmnuniyyətlə səs verəcəyəm, deputat həmkarlarımı da bu qanuna müsbət səs verməyə dəvət edirəm. Çox sağ olun, təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, bu, qanun layihəsinin ikinci oxunuşudur. Beş fəsildən ibarətdir. Fəsil-fəsil səsə qoyacağıq. Xahiş edirəm, 1, 2-ci fəsillərə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

Çox sağ olun. 3, 4 və 5-ci fəsillərə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 15.24 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

 

Çox sağ olun. Qanun layihəsinə ikinci oxunuşda bütövlükdə, buyurun, səs verin.

 

Səsvermənin nəticələri (saat 15.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda qəbul edildi. 
Eldar müəllim, yəqin, bizim həmkarların çıxışlarına uyğun olaraq üçüncü oxunuşda öz fikirlərinizi deyəcəksiniz. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, iki qısa qanunumuz qalıb. 11-ci məsələ “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi, 12-ci məsələ isə Mülki Məcəllədə dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hər iki məsələ Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü sub-yekti vasitəsi ilə təklif olunub. Bilirsiniz ki, Konstitusi-yamıza görə indi Ali Məhkəmənin də belə bir səlahiyyəti var. Təqdirəlayiq haldır ki, onlar da bu səlahiyyətlərindən son zamanlar səmərəli istifadə edirlər. “Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif edilən  dəyişikliklər 86-cı maddədə müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti ilə bağlıdır. Burada məsələ hakimin səlahiyyəti bitdiyi halda həmin səlahiyyətlərin sədr və sədr müavini tərəfindən icra olunması ilə bağlıdır. Eyni zamanda, ikinci məsələ odur ki, “hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə” sözlərindən sonra “və ya hakim vəzifəsi vakant olduqda” sözləri əlavə olunur. 
Mülki Məcəllədə edilən dəyişikliklər də əhəmiyyətlidir. Birincisi, 218.3-cü maddədə “satıcının” sözü “alıcının” sözü ilə əvəz olunur, bu, əslində, texniki xarakter daşıyır. Çünki zamanında Mülki Məcəllədə bu səhv getmişdi, amma Mülki Məcəllənin 740-cı maddəsində edilən dəyişiklik, yəni onun yeni redaksiyada verilməsi əhəmiyyətlidir. Belə ki, Mülki Məcəllənin müvafiq maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflər razılaşdıqda isə  müqavilənin yazılı formasından da istifadə edilə bilər. Amma təcrübədə çox zaman yazılı formadan istifadə etmirlər və onlarla, bəzən yüzlərlə məhkəmə çəkişməsi  başlayır. Sonradan, məhkəmə araşdırması zamanı sübuta yetirmək lazım gəlir ki, doğrudan da, borc müqaviləsi olub və sair. Bu cür halların qarşısını almaq məqsədi ilə hesab edirəm ki, Ali Məhkəmə çox əhəmiyyətli bir düzəliş təklif edib, yəni 3000 manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olmalıdır. Məncə, bu çox əhəmiyyətlidir və bundan sonra bu cür hallar həm mini-muma enər və yaxud da məhkəmə mübahisəsi başlayarsa, onu sübut eləmək çox asan olar. Millət vəkillərindən Ali Məhkəmənin qanunvericilik subyekti vasitəsi ilə təqdim olunmuş hər iki layihəsinə səs verməyi xahiş edirəm.  
Sədrlik edən. Xahiş edirəm, gündəliyin 11-ci məsələsinə münasibət bildirək. 

 

 

Səsvermənin nəticələri (saat 15.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi. Gündəliyin 12-ci məsələsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 15.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi. Hörmətli millət vəkilləri, bununla da Milli Məclisin yaz sessiyasının son iclası başa çatdı. 76 nəfər millət vəkilinin təşəbbüsü ilə növbədənkənar bir iclasımız olacaq. İndi isə Milli Məclisin yaz sessiyasını bağlı elan edirəm. 

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi