2016-ci il 30 sentyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  23

Milli Məclisin iclas salonu.
30 sentyabr 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.18 dəq.)
İştirak edir 105
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Rüfət Aslanlı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi Şəxsinin Direktorlar Şurasının sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci oxunuş).
2. Azərbaycan Respublikası Milli Məclisi komitələri üzvlərinin seçilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
4. “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikası ilə QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Mühasibat uçotu haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
21. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Re-yestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. “Yol hərəkəti haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbay-can Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Kredit büroları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Fazil Mustafa, Bəxtiyar Əliyev, Elmira Axundova, Asim Mollazadə, Araz Əlizadə, Aqil Abbas

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fəzail Ağamalı

Təklif: Konstitusiya Qanunu qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi komitələri üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Elmira Axundova, Fərəc Quliyev, Fəzail Ağamalı, Əli Məsimli, Ziyafət Əsgərov, Tahir Kərimli, Gövhər Baxşəliyeva, Əflatun Amaşov, Astan Şahverdiyev, Valeh Ələsgərov, Musa Quliyev, Qənirə Paşayeva, Məlahət İbrahimqızı

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Valeh Ələsgərov, Tahir Kərimli, Vahid Əhmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov
 
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası ilə QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında Çərçivə Sazişi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

9. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

10. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

12. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

13. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.19 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Vahid Əhmədov, Aqil Abbas

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.26 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

16. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

17. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

18. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.30 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

19. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.33 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.33 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

21. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
 
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.35 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

22. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.37 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

23. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Fazil Mustafa, Sədaqət Vəliyeva, Fuad Muradov, Aqil Abbas

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.59 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

24. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.01 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.01 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

27. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Muxtar Babayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.07 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.09 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

29. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.10 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

 
30. Kredit büroları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Rüfət Aslanov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.37 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

31. Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.00 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                               O.ƏSƏDOV
 





MİLLİ  MƏCLİSİN  İCLASI

30  sentyabr  2016-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  
Sədri O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar! Milli Məclisin payız sessiyasını açıq elan edirəm. 
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, payız sessiyasının başlanması münasibəti ilə hamınızı təbrik edir, qanunvericilik fəaliyyətinizdə uğurlar arzulayıram. 
Payız sessiyasını yüksək əhvali-ruhiyyə ilə başlayırıq. Hamımızın bildiyi kimi, bu günlərdə ölkəmizin siyasi həyatında çox mühüm bir hadisə baş vermişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Bütün yerli və beynəlxalq müşahidəçilərin bəyanatına görə, ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə, eyni zamanda, beynəlxalq hüquqi normalara uyğun həyata keçirilmişdir. 
Bu referendum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətə xalqın güclü dəstəyini nümayiş etdirdi. Yeri gəlmişkən, referendumda çox fəal iştirak eləyən millət vəkillərimizə də dərin təşəkkürümü bildirirəm. 
Hörmətli deputatlar, Milli Məclisin ötən sessiyadakı fəaliyyətinə gəlincə, parlament Konstitusiyada nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tamamilə yerinə yetirib. Bu dövr ərzində 15 iclas keçirilib, 196 qanun layihəsi və qərar qəbul edilib. Parlamentin beynəlxalq əlaqələri də çox sürətlə inkişaf etdirilib. Milli Məclisin nümayəndə heyətləri üzv olduğumuz beynəlxalq təşkilatların fəaliyyətlərində yaxından iştirak edib. Eyni zamanda, parlament nümayəndə heyətləri bu dövr ərzində 33 ölkəyə 85 səfər həyata keçirib. 26 xarici dövlətin, eləcə də 8 beynəlxalq təşkilatın 35 nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Millət vəkillərimiz Rusiyada, Qazaxıstanda, Belarusda keçirilən parlament seçkilərində, eləcə də Tacikistanda keçirilən referendumda müşahidəçi qismində iştirak ediblər. 
Hörmətli deputatlar, ötən dövrdə Avropa Parlamenti ilə Milli Məclis arasında münasibətlərin inkişafı ilə bağlı bir çox əhəmiyyətli məsələlər də olmuşdur. Bildiyiniz kimi, 2015-ci ildə Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnaməyə görə Milli Məclis öz qərarını verərək o dövrdən Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində və “Avronest”də öz iştirakını dayandırmış və bu bir il ərzində onların heç bir tədbirində iştirak etməmişdir. İl ərzində münasibətlərin bərpa olunması üçün onlar tərəfindən dəfələrlə Azərbaycan parlamentinə müraciətlər daxil olmuş, şəxsi səfərlər edilmiş, bu məsələləri qaydaya salmaq üçün cəhdlər göstərilmişdir. 
Sonuncu dəfə sentyabrın 19–20-də Avropa Parlamen-tinin qərarı ilə 15 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycana gəlmişdi. Siz bilirsiniz ki, bu nüma-yəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də qəbul eləmiş və onlara öz qəti iradlarını bildirərək qeyd etmişdi ki, əməkdaşlıq bərpa olunacağı təqdirdə bərabər hüquqlu səviyyəyə zidd halların baş verməsi arzuolunan deyil. Mən bu haqda çox danışmaq istəmirəm, bu məsələ bizim gündəlikdə var. Bizim komitə sədrimiz Səməd Seyidov, yəqin, bu haqda öz fikirlərini söyləyəcək. 
Bildiyiniz kimi, sessiyamız qısa da olsa, çox ağır məsələlər var, işləməliyik. Bu sessiyada Azərbaycan dövlətinin büdcəsi və digər məsələlər qəbul olunacaq. Gündəliyimizdə isə 31 məsələ var. Ona görə, xahiş edirəm, bir az diqqətli olaq. Bu gün birinci iclasdır, gəlin, bu iclası yüksək səviyyədə keçirək. Hesab edirəm, artıq iclasa başlaya bilərik. Ona görə də millət vəkillərindən xahiş edirəm, qeydiyyatdan keçsinlər. 

Qeydiyyat (saat 12.18 dəq.)
İştirak edir 105
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik. 
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə də münasibət bildirək. 

 Səsvermənin nəticələri (saat 12.18 dəq.)
 Lehinə 96
 Əleyhinə 0
 Bitərəf 0
 Səs vermədi 1
 İştirak edir 97
 Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. 
Yəqin, müzakirələrə ehtiyac var, darıxmışıq. Buyurun, əgər müzakirələrdə iştirak eləmək istəyən varsa, yazılsın. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hər birinizi payız sessiyasının başlanması münasibəti ilə təbrik edirəm. Mən birinci məsələyə yazılmışdım, yəni müzakirələrdə iştirak eləmək istəmirəm. Artıq o məsələ başlayıb?
Sədrlik edən. Ümumi məsələdir, əgər fikriniz varsa, buyurun. 
F.Ağamalı. Xeyr, mənim fikrim yoxdur. Sağ olun.
Sədrlik edən. Buyursun Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən də Siz başda olmaqla bütün parlament üzvlərini payız sessiyasının açılışı münasibəti ilə təbrik edirəm və Sizin o gözəl, səmimi təbriklərinizə qoşulmaq istəyirəm. Həqiqətən, ölkəmizdə xalqın iradəsini, istəyini, arzusunu çox demokratik, azad, yüksək səviyyədə özündə ehtiva edən referendum keçirildi və biz Konstitusiyamıza ölkəmizin daha da güclənməsinin, dövlətimizin, xalqımızın gələcək rifahı və sabitliyinin, əmin-amanlığın qorunması naminə gözəl dəyişikliklər etdik. Əminik ki, İnşaallah, xeyirli və uğurlu olacaqdır. Mən gündəliyi dəstəkləyirəm. Habelə Sizin yaz sessiyasında gördüyünüz işlərlə bağlı demək istəyirəm ki, həqiqətən də, Siz başda olmaqla çox böyük işlər görülübdür. 
Oqtay müəllim, mənim iki xahişim, daha doğrusu, tək-lifim var. Qorxuram, vaxt qısa olar, ona görə tez söyləmək istəyirəm. 2015-ci ildə Siz Milli Məclisə spiker seçilərkən öz gələcək fəaliyyətinizlə bağlı söylədiniz ki, biz təkcə yeni qanunların qəbulu ilə deyil, daha çox qəbul etdiyimiz qanunların təkmilləşdirilməsi ilə də məşğul olacağıq. Həqiqətən də, bu istiqamətdə çox böyük işlər görülübdür. Yəni bizim ölkəmizdə elə sosial problem yoxdur ki, orada Prezidentin qayğısı, dövlətimizin qayğısı hiss olunmasın. Qaçqınlar, şəhid ailələri, həssas qruplar, valideynlərini itirmiş uşaqlarla bağlı, ümumiyyətlə, bütün sahələrdə möhtərəm Prezidentimizin, dövlətimizin böyük qayğısı hiss olunur. Amma nədənsə I qrup sağlamlıq imkanları məhdud olan tələbə gənclərlə bağlı məsələ diqqətimizdən qaçıbdır. Hətta mən bununla bağlı araşdırma apardım. Nəsimi rayonunda 2 belə gənc tələbə var. Onlar yüksək bal toplayaraq universitetə qəbul olunublar, amma təhsilləri ödənişlidir, valideynləri işləyə bilmirlər, çünki hər gün onları universitetə aparıb gətirirlər. Bu tələbələr gələcəkdə təhsil haqqından azad edilsələr, yaxşı olar, çünki sayları çox azdır, ölkə üzrə heç 100 nəfər də eləmir. Sizdən xahişim odur ki, qəbul etdiyimiz qanunvericiliyə dəyişiklik olaraq bu sağlamlıq imkanları məhdud olan I qrup əlillərin təhsil ödənişindən azad olunmaları ilə bağlı məsələyə baxılsın və Siz öz nüfuzunuzdan istifadə edib bu məsələni müsbət həll edəsiniz. 
İkinci məsələ. Respublikamızda təbii ki, azad mətbuat-dır, hər kəs öz fikrini ifadə edir, tam demokratiyadır. Amma bəzi hallarda bu hədd hədsiz dərəcədə aşılır. Bu referendum günləri ərəfəsində…
Sədrlik edən. Məlahət xanım, o fikrinizi sonra söyləyərsiniz. Amma mən səhv eləmirəmsə, həm də mənə deyirlər ki, qaldırdığınız birinci məsələ öz həllini çoxdan tapıb. I qrup əlillər təhsil ödənişindən azaddırlar. Amma yenə də araşdırarıq. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Yeni iclasımızın başlaması münasibəti ilə mən də hamını təbrik edirəm. Amma Məlahət xanımın dediyi o məsələni mən də vurğulamaq istəyirəm, Oqtay müəllim. Əgər bu varsa, deməli, bəzi universitetlərimiz buna əməl etmirlər. Çünki 2–3 gün bundan əvvəl görməsində qüsur olan bir qrup gənc tələbə bizim yanımıza gəlmişdi. Universitetlər onlardan tələb ediblər ki, təhsil haqqını mütləq ödəməli-siniz. Məsələn, Bakı Dövlət Universitetində, Mədəniyyət və İncəsənət Universitetində belə tələbələr var. Onlar təhsil haqqından azad olunmayıblar. Əgər bu prosedur varsa, buradan çatdıraq ki, həmin uşaqlardan təhsil haqqı alınmasın. Əgər yoxdursa, o zaman mən də bu məsələyə baxılmasını təklif edərdim. Məlahət xanım məsələni qaldıranda burada vurğulandı ki, bu məsələ var. Onda belə çıxır ki, universitetlərimiz də bunu nəzərə almırlar, amma alınması gərəkdir. Ona görə bu məsələ bir az aydınlaşarsa, çox yaxşı olar. 
Mənim ikinci qaldıracağım məsələni bizim Hollandiya və Avropadakı diaspor təşkilatlarımız müraciət edərək səsləndirməmizi istəyirlər. Hollandiyada Xocalı soyqırımı abidəsini qoyan Azərbaycan kültür dərnəyinin rəhbəri İlhan Aşqın qondarma erməni soyqırımı iddialarına etiraz edərək o mitinqdə çıxış etdiyinə görə məhkəməyə verilib. Oktyabrın 4-də polis nəzarəti altında prokurorluğa çağırılıb. Əslində, söz azadlığından, fikir azadlığından dərs keçən Avropa ölkələrində belə addımların atılması, təbii ki, narahatlıq doğurur, çünki bu diaspor fəalları qondarma erməni soyqırımına etiraz edərək, Azərbaycanda Ermənistanın törətdiyi Xocalı soyqırımı məsələsini qaldıraraq bunu daha geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırmağa çalışırlar. Onlara qarşı erməni diasporunun, lobbisinin başlatdığı bu hərəkatın Avropa ölkələrində hüquq mühafizə orqanları tərəfindən də sanki dəstəklənərək cəzalandırma istəmələri bizim hamımızı ciddi narahat edir. İnanırıq ki, bizim diasporda olan hüquqşünaslarımız, vəkillərimiz bu məsələdə İlhan bəyi ciddi şəkildə müdafiəyə qalxaraq ədalətli nəticə əldə edəcəklər. Əslində, onun çıxışında qeyri-adi bir şey yoxdur, gerçəklikləri, həqiqətləri çatdırıb və belə bir şeyə görə insanın həbs edilməsi Avropada söz haqları dəyərlərində çox ciddi problemin olduğunu göstərə bilər. Bunu da... 
Sədrlik edən. Çox sağ olun. Amma mənim bildiyimə görə, Hollandiyada soyqırımın kriminallaşdırılması haq-qında qanun yoxdur. Ona görə araşdırmaq lazımdır, görək nə məsələdir. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Mən də deputat həmkarlarımı payız sessiyasının başlaması müna-sibəti ilə təbrik edir və fəaliyyətimizdə uğurlar arzulayı-ram. Hər birimiz daha səmərəli işləməyə, seçicilərin ma-raqlarını parlament tribunasından səsləndirməyə, dövlətçiliyimizi müdafiə etməyə hazırıq. Eyni zamanda, bildirim ki, bu gün sessiyamızda Ağdaş seçki dairəsindən seçilmiş yeni həmkarımız Cavid Osmanov iştirak edir. Ona da fəaliyyətində uğurlar arzulayıram. 
Bildirmək istəyirəm ki, sentyabrın 26-da referendum keçirildikdən sonra dövlətçiliyimizin inkişafında yeni mərhələyə qədəm qoymuşuq. Referendum, sadəcə, Kons-titusiyada dəyişikliklər demək deyil, bu, dövlətçiliyimizin möhkəmləndirilməsidir. Bu, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaş hüquq və azadlıqlarının genişləndirilməsi, sahibkarlığa dövlət qayğısının artırılmasıdır. Zaman-zaman Azərbaycan dövləti bunu edir və sentyabrın 26-da referendumda iştirak edən seçicilərin 91 faizi ona hə deməklə dəyişikliyin, inkişafın, modernləşmənin tərəfdarı olduğunu bildirdi. Azərbaycan artıq dünyada tanınan nüfuzlu bir dövlətdir. 
Dünən Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumunda cənab Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan bu gün dünyada inkişaf edən dövlətlərə nümunədir. Azərbaycan bu gün özünün inkişaf modeli ilə digər dövlətlərin də diqqətini cəlb edir. Biz müstəqil dövlətik, biz heç kəsdən asılı deyilik. Bizimlə dostluq etmək istəyən bütün dövlətlərlə dostluğa hazırıq. Bu, Heydər Əliyev siyasi kursu əsasında cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində mümkün olmuşdur. Eyni zamanda, sessiyanın başlamasının birinci günündə iki təklif ilə çıxış etmək istəyirəm. 
Cənab Sədr, bir neçə dəfə parlamentimizdə iclaslardan birinin ilk paytaxtımız olan Gəncədə keçirilməsi barədə təşəbbüs qalxmışdı. Amma təəssüf edirəm ki, bu reallaş-madı. Qarşıdan Azərbaycan dövlətçiliyinin bərpasının 25 illiyi gəlir. Mən təklif edirəm ki, Gəncədə, Naxçıvanda, Mingəçevirdə, Lənkəranda parlamentimizin xüsusi bay-ram sessiyasını keçirək. 
İkinci təklifim. Ötən il universitetlərin ödənişli yerləri-nə qəbul olunan tələbələrin təhsil haqlarının ödənilməsinə dəstək üçün Maarifçi Tələbə Kredit Fondu yaradıldı. Amma çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən 40 ali məktəbdən cəmi 11-i ona üzv oldu. Bu gün bizə çox sayda valideyn müraciət edir. Onların övladları həmin 11 universitetə deyil, digər universitetlərə qəbul olunublar, təhsil haqqının ödənilməsində çətinlik çəkirlər. Ona görə də mən təklif edirəm, o biri universitetlərin də bu fonda cəlb edilməsi üçün şərait yaradılmasında... 
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yeni sessiyanın açılışı münasibəti ilə bütün depu-tat həmkarlarımı təbrik edirəm. İlk öncə hörmətli Qənirə xanımın qaldırdığı məsələyə diqqət çəkmək istəyirəm. Oqtay müəllim haqlı olaraq qeyd elədi ki, Hollandiyada belə bir qanun yoxdur. Amma mitinqdə ermənilər əleyhinə çıxışından sonra ona, İlhan Aşqına təzyiq kampaniyası başlayıbdır. Bizim burada marağımız nədir? Bu adam Hollandiyada Xocalı abidəsinin qoyulmasının təşəbbüskarıdır. Yəni birbaşa Azərbaycanın maraqlarına xidmət eləyən fəaliyyət göstəribdir. Azərbaycanın da birbaşa borcudur ki, Azərbaycan naminə fəaliyyət göstərmiş insanlara dəstək versin. 
İkinci tərəfdən bu bizim əlimizdə yaxşı bir arqumentdir. Çünki tez-tez Avropa ölkələrindən Azərbaycana gəlib irad bildirirlər ki, mitinqdə çıxış eləyəni tutursunuz, yaxud da kimisə həbsə atırsınız. İndi bundan gözəl arqument ola bilməz. Biz onların özlərində baş verən hadisənin adı ilə qarşılarına çıxanda artıq əllərində hər hansı arqument olmayacaq. Çünki Azərbaycanda bu səviyyədə hər hansı bir şəkildə çıxışına görə kiminsə xüsusi olaraq həbs olunmasını müşahidə etmirik. Bu baxımdan, məncə, onu müdafiə etmək istiqamətində bizim Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi, müvafiq qurumlar addımlar atmalıdırlar. Ən azı mənəvi dəstəkdən söhbət gedir. Gedib onu Hollandiya yurisdiksiyasının əlindən hansısa formada almaq vəzifəsini güdmürük ki? 
Digər məsələ. Bildiyiniz kimi, sentyabr ayının 28-də Türkiyədə, İstanbulda möhtəşəm bir hadisə baş verdi. Azərbaycanı erməni işğalından azad edən və müstəqilliyimizin qorunmasında böyük rolu olan Qafqaz İslam Ordusunun komutanı Nuru Paşanın ilk dəfə qəbirüstü abidəsi təmir olundu, açıldı. Mən çox istərdim ki, Azərbaycan tərəfi də heç olmasa, Nazirlər Kabinetinin qərarı ilə simvolik olaraq ora bir vəsait ayırardı. Amma eybi yox, problem deyil, ancaq biz hansısa formada bu adamın xatirəsinin əbədiləşdirilməsi üçün müəyyən işlər görməliyik. Baxın, Rusiyada Moskvanın, tutaq ki, Leninqradın və ya başqa şəhərlərin işğaldan azad olunması ilə bağlı vətənpərvərlik mövzusunda tədbirlər keçirirlər. 
15 sentyabr Bakının işğaldan azadolma günüdür. Mən-cə, biz bu günü hər hansı bir formada qeydetmə ənənəsinə başlamalıyıq. Çünki Bakının Azərbaycanın paytaxtına çevrilməsi, müstəqil dövlətin mahiyyətini dərk etməyimiz, onun fəlsəfəsini anlamağımız əsas hadisə kimi qiymətləndirilməlidir. Ona görə də onun adının əbədiləşdirilməsi istiqamətində mütləq addım atılmalıdır. Baxın, kommunist Mustafa Sübhinin adına küçə var. Heç bir rolu olmayıb, Azərbaycana dəxli olmayan bir adamdır. Azərbaycanı xilas eləyən adamın adına isə heç küçə adı da yoxdur. Bunu bir düşünək. Məncə, məsələni ictimailəşdirmək vacibdir. 
Sədrlik edən. Sağ olun. Qənirə xanımın qaldırdığı məsələyə yox demədik, dedik, kriminallaşdırma qanunu yoxdur və bununla məşğul olacağıq ki, aydınlaşdıraq görək, bu məsələ nəyə görə belə olub? Bəxtiyar Əliyev. 
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Doğru qeyd etdiniz, biz də bir daha vurğulamaq istəyirik ki, Azərbay-can Respublikasının Milli Məclisi çox məhsuldar işləyib, həm ölkənin ictimai həyatında, həm beynəlxalq təşkilatlarda, həm də qanun yaradıcılığında çox böyük işlər görüb və bugünkü müzakirəyə təqdim edilən gündəlikdən də görünür ki, qarşıda hələ çox böyük işlər görüləcək. Azərbaycanda çox böyük siyasi hadisə qeyd edildi, xalqın iradəsini ifadə edən şəffaf və ədalətli referendum keçirildi. Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə keçdi. Məhz Sizin tapşırığınızla Astanada Parlamentlərarası Forumda iştirak edirdim, yəni seçki günü orada idim və bizim səfirlikdə səs verdim. Orada olan azərbaycanlıların necə bir coşqu ilə səs verdiklərinin bir daha şahidi oldum. İşlər çox yüksək səviyyədə təşkil edilmişdi. 
Eyni zamanda, Azərbaycanda V Bakı Beynəlxalq Hu-manitar Forumu keçirilib. Böyük beynəlxalq tədbirdir. Cənab Prezident İlham Əliyevin orada çox geniş və ətraflı çıxışı oldu. Dünyada baş verən proseslər, Azərbaycanda gedən demokratikləşmə prosesi, insan haqlarının qorunması ilə bağlı çox ciddi məsələlər qaldırıldı. Orada belə bir fikir də vurğulandı ki, Avropada insanları, miqrantları, köçkünləri müsəlmanlara və xristianlara bölürlər və bu ənənə çox təhlükəlidir, inteqrasiya üçün, bəşəriyyətin gələcəyi üçün arzuolunmaz istiqamətə təkan verən ənənədir, vaxtında bunun qarşısı alınmalıdır. Bu, ciddi, narahat eləyən bir məsələdir. 
Bu yaxınlarda artıq məşhurlaşmış baronessa Koks Azərbaycan ərazisində, Dağlıq Qarabağda işğalçı erməni ordusunun əsgərləri ilə görüşüb və onlara minnətdarlığını bildirib ki, siz burada əlinizdə silah xristianlığı müdafiə edirsiniz. Böyük Britaniya Parlamenti üzvünün gəlib sən-gərlərdə belə təbliğat aparması, ədavəti yenidən qızışdır-ması, hesab edirəm ki, artıq ciddi narahatlıq doğurmalıdır. Britaniya Parlamenti də onun bu çağırışlarını, addımlarını müzakirə etməli və ona sərt cavablar verməlidir. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Həqiqətən, erməni siyasə-tinin yeni bir istiqaməti Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ probleminə dini don geydirməkdir. Ancaq bu, onlara müyəssər olmur. Bu yaxınlarda Avropa Şurası Par-lament Assambleyası spikerlərinin görüşündəki çıxışımda da qeyd elədim ki, bəzi qüvvələr bu məsələyə dini don geyindirməyə cəhd göstərirlər. Biz buna qarşı mübarizə aparmalıyıq. Amma baronessa Koks heç atasını da tanımır. Nə istəyir danışır. Biz sözümüzü deyərik. Elmira Axundova.
E.Axundova. Hörmətli millət vəkilləri, mən də sizi 2016-cı il payız sessiyasının başlanması münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, biz qarşılıqlı anlayış və hörmət şəraitində səmərəli işləyəcəyik. Tərəfimizdən qə-bul edilən qanunlar, həmçinin edilən əlavə və dəyişikliklər dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Mümkün risk və təhlükələrin aradan qaldırılmasına yardımçı olacaq, ölkədə sosial-mədəni inkişafa kömək edəcəkdir. Deputatları həmçinin referendumun uğurlu nəticələnməsi ilə bağlı təbrik edirəm. Çünki millət vəkillərimiz təbliğat qrupunun tərkibində öz dairələrində və başqa ərazilərdə bir ay boyunca işləyiblər. Konstitusiyaya təklif olunan dəyişikliyin mahiyyəti, məqsədi barədə əhalini ma-arifləndiriblər. Bununla da əhalinin məlumatlandırılma-sına və müvafiq olaraq seçicilərin seçki mənqətələrinə yüksək axınına da əhəmiyyətli töhfə veriblər. 
Bir məsələyə də toxunmaq istərdim, hörmətli Oqtay müəllim. 2015-ci ilin avqustundan 2016-cı ilin sentyabrına qədər bizdə 187 minə yaxın cavan nikahdan əvvəl tibbi müayinədən keçib və onlardan təqribən 9 mini talassemiya, 700-ü sifilis, 145-i QİÇS daşıyıcısıdır. Bu rəqəmlərdən aşağıdakı nəticələrə gəlmək olar. Əvvəlcə şübhə var idi ki, yeni evlənənlərin xahişi əsasında həkimlər təhlükəli məlumatları gizləyəcəklər. Şükürlər olsun ki, bu şübhələr reallaşmadı. Həkimlər cütlükləri bir-birinin sağlamlıq vəziyyəti barədə məlumatlandırmaq üçün əllərindən gələni edirlər. Bundan əlavə onlar bu xoşagəlməz məlumatları ictimaiyyətə də bildirirlər ki, bizlər lazımi tədbirləri görə bilək. Evlənənlərin sağlamlıq vəziyyəti ilə bağlı, xüsusilə talassemiya və zöhrəvi xəstəliklər sayəsində çox xoşa-gəlməz mənzərə yaranıb. Vəziyyət, hətta təsəvvür edə biləcəyimizdən də ciddidir. Ona görə təklifim ondan iba-rətdir ki, qeydiyyat şöbələrinə səlahiyyət verilsin, onlar gəncləri ixtisaslaşdırılmış tibb müəssisələrinə məcburi müalicəyə göndərsinlər, zöhrəvi xəstəliklər olduqda isə xəstəlik tam sağalana qədər nikaha daxil olmağı qadağan etsinlər. Sağalması mümkün olmayan xəstəliklərə gəldik-də isə, məsələn, QİÇS və talassemiya xəstəliyi olan uşaq-ların doğulması ehtimalı, digər tərəfin də bu ağır xəstəlik-lərə yoluxması riski, xəstəliyin əzabları barədə nikaha girənlər ətraflı xəbərdar edilməlidirlər və bu məqamda VVAQ işçisi ilə bərabər həkimin də orada olması məqsə-dəuyğun olardı. Əlbəttə, bütün cütlüklər öz seçimlərində sərbəstdirlər. Amma mənim fikrimcə, cütlüklərlə daha ixtisaslı, daha israrlı söhbət aparılmalıdır. Lazımdırsa, bu söbhətlərə onların valideynlərini və həkimləri cəlb etmək gərəkdir. Çünki başa düşmək lazımdır...
Sədrlik edən. Sağ olun. Elmira xanım, belə təklifləriniz varsa, bu təkliflərə müvafiq komitə ilə baxın, araşdırın. Sonra, lazım olarsa, əlavə baxılar. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Azərbaycanda bu gün çox möhtə-şəm V Bakı Beynəlxalq Humanitar Forumu keçirilir və bu forumun iştirakçılarının bir çoxu Azərbaycanın səsini dünyada ucaltmaqda, Azərbaycana dəstək verməkdə, Azərbaycan reallıqlarını dünyada tanıtmaqda bizə kömək eləyən şəxslərdir. Bunların arasında bir sıra ölkələrin parlament üzvləri və parlament rəhbərləri də var. Mən xatırlatmaq istərdim ki, Azərbaycan xalqının böyük bir faciəsini, Xocalıda qətlə yetirilən uşaqların, qadınların, qocaların faciəsini öz parlamentlərində Xocalı soyqırımı kimi tanıtmaqla həyata keçirən bir sıra millət vəkilləri Azərbaycandadırlar. İnsanlığa qarşı olan cinayətlərin, faşizmin qarşısını almaq üçün bu cinayətləri törətmiş şəxslər bilməlidirlər ki, bu gerçəkliklər dünyaya çatdırılacaq və biz onları mütləq ədalətə cəlb eləməliyik. 
Mənim konkret təklifim var. Bu istiqamətdə bizə dəstək verən şəxslər Azərbaycan parlamentində müəyyən formada qeyd edilməlidirlər. Mən bir neçə gün bundan qabaq eşitdim ki, erməni milli komitəsi Bundestaqın üzvü olan Türkiyə deputatını erməni konqresinin ən böyük maliyyə mükafatı, müvafiq orden və medallarla mükafatlandırıb. Mən təklif edərdim ki, Azərbaycan parlamenti Xocalı soyqırımını tanıyan, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan parlamentləri, – bu gün ABŞ-ın bir sıra ştatlarının senatlarında Təmsilçilər Palatası bunu edib, Latın Amerikası ölkələrinin parlamentləri bunu edib, – Azərbaycana dəstək verən bu dostları, mən istərdim, hansısa formada medallamı, təşəkkürləmi qeyd edək. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun, çox yaxşı fikirdir. Ancaq biz bunları edirik. Milli Məclisin hesabına onlarca nüma-yəndə heyətini Azərbaycana dəvət etmişik, onlarla görüş-müşük, iş aparmışıq, minnətdarlığımızı bildirmişik. Bildi-yiniz kimi, iki il idi ki, mövqeyimiz qəti olduğu üçün Dağlıq Qarabağa gedən millət vəkillərini Azərbaycan qə-bul eləmirdi, Milli Məclis sanksiya qoymuşdu ki, iki il ərzində Azərbaycanda heç bir tədbir keçirmək olmaz. Həqiqətən də, iki il idi ki, biz dincəlirdik, çünki ondan qabaq Azərbaycanda tədbirlərin sayı-hesabı yox idi. Ancaq iki gün qabaq bu sanksiyanın da vaxtı qurtardı. “Bismillah”ı Sahibə xanım elədi, böyük bir tədbir keçirdi. Avropa Şurası Parlament Assambleyasının bir çox deputatları, bizim millət vəkilləri bu tədbirdə iştirak elədilər və Siz deyən kimi, ilk dəfə Azərbaycana gələn deputatlar Bakının, Milli Məclisin, Azərbaycanın səviyyəsini gördükcə heyrətlənirdilər. Mən fikirləşirəm ki, bu istiqamətdə işimizi artıq yenidən gücləndirməliyik. 
İkinci məsələ. Biz bir çox nümayəndə heyətinə Siz deyən kimi, Milli Məclisin fəxri medalını vermişik, onu qəzetlərdə də çap ediblər, hamısına medal vermək alınmır. Amma Siz Ermənistanı misal çəkdiniz, o şəxs Türkiyənin milli xəyanətkarıdır. Əks tərəflər belə medalları milli xəyanətkarlara verirlər. Araz Əlizadə.
A.Əlizadə. Möhtərəm Sədr, mən də hamını yeni iş ses-siyasının başlanması ilə əlaqədar təbrik edirəm. Referen-dumun müvəffəqiyyətli keçməsi münasibəti ilə də hamı-nızı təbrik edirəm. Eyni zamanda, həmkarımız hörmətli akademik Yaqub Mahmudova təşəkkürümü bildirmək istəyirəm. O və onun rəhbərlik etdiyi institut ata-baba yurdumuz olan Ermənistan torpaqlarında, İrəvan quberniyasında Ermənistan dövlətinin yaranması haqqında Osmanlı Türkiyəsi ilə Ermənistan arasında Batum sazişini ortaya çıxartdı və onun bir nüsxəsini bizə verdi. İyul ayında Cenevrədə BMT təşkilatları yanında Sosialist İnternasionalının konfransı keçirilirdi, biz orada bunu yaydıq. Orada böyük mübahisələr getdi və biz erməniləri yerlərinə oturtduq ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə Azərbaycan torpağında yaradılıb və onların bu torpağı dədə-baba torpağı adlandırmalarının heç bir hüquqi əsası yoxdur. Orada daşnak partiyasının nümayəndələri ilə böyük bir mübahisə düşdü, lakin hamı bizi dəstəklədi, həm də orada bizim partiya Sosialist İnternasionalının tam həqiqi üzvü oldu. Mən bir daha Yaqub müəllimə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. 
Sədrlik edən. Mən baxıram, artıq 20 dəqiqədir, iclas gedir. Aqil müəllimə də söz verirəm, sonra müzakirələri bitiririk. Aqil Abbas, buyurun.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də başda Siz olmaqla həmkarlarımı yeni sessiyanın başlan-ması münasibəti ilə təbrik edirəm. Bircə kəlmə deyəcə-yəm. Mən Fazil Mustafanın dediklərini dəstəkləyirəm. Həqiqətən, Nuru Paşanın adının əbədiləşdirilməsi, abidə qoyulması çox vacibdir, böyük xidmətləri olub. Ancaq bir məsələ məni bir az çaşdırır. Nuru Paşanın qəbrini türklər özləri 67 ildən sonra abadlaşdırıblar. Qənirə xanım da orada olub və çıxış da eləyib. Ona burada abidə qoysaq, türklərin xətrinə dəyməz ki? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Müzakirələr bitdi. İndi gündə-liyə keçirik. Gündəliyin birinci məsələsi “Normativ hü-quqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlar! Bu gün “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qa-nununda dəyişikliklər edilməsi barədə layihənin, əslində, ikinci səsverməsidir. Biz bunu birinci dəfə müzakirə etmişik və indi ancaq səsvermə keçiriləcək. Mən, sadəcə, millət vəkillərinin diqqətinə məlumat üçün çatdırmaq istəyirəm ki, “Normativ hüquqi aktlar haqqında” Konsti-tusiya Qanununda normativ xarakterli aktlar sadalanıb. Əvvəlki variantda 4.1.3-cü maddədə Mərkəzi Bankın qərarları da normativ xarakterli aktlar hesab olunurdu. Siz bilirsiniz ki, 2016-cı ilin fevral ayında cənab Prezident Maliyyə Bazarlarına Nəzarət Palatası publik şəxs yaratmışdı və buna görə də normativ xarakterli aktlar sırasında artıq “Milli Bankın qərarları” deyil, “maliyyə bazarları tənzimləyicisinin qərarları” sözləri işlənəcək. Bu, artıq qəbul olunub, biz səs vermişik, digər maddələrdə də “Milli Bankın qərarları” sözləri yeni yaradılmış qurum olan “maliyyə bazarları tənzimləyicisinin qərarları” sözləri ilə əvəz olunur. 6 ay müddət keçib. İndi ikinci səsvermə olacaq və həmkarlarımdan diqqətli olmalarını xahiş edirəm.
Sədrlik edən. Fəzail müəllim, Siz bu məsələ barədə çıxış eləmək istəyirsiniz? Bu səsvermədir, bunu müzakirə eləmişik. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, mikrofon verin.
F.Ağamalı. Oqtay müəllim, mən çox mühüm tarixi hadisə olan 26 sentyabr referendumu ilə bağlı fikirlərimi demək istəyirəm. 3 dəqiqədə fikirlərimi çatdıra bilməyəcəkdim. Mümkünsə, indi danışım, olmasa, gündəliklə bağlı danışaram. Necə bilirsiniz? 
Sədrlik edən. Xahiş edirəm, sonra, gündəliklə bağlı danışarsınız. Bu, Konstitusiya Qanunudur. İkinci səsver-mədə səs verək, buyurun. 

 Səsvermənin nəticələri (saat 12.49 dəq.)
 Lehinə 110
 Əleyhinə 0
 Bitərəf 0
 Səs vermədi 0
 İştirak edir 110
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Milli Məclisi komitələri üzvlərinin seçilməsi haqqındadır. Hörmətli millət vəkilləri, bilirsiniz, keçən ildən belə qəbul elədik ki, bir deputat iki komitənin üzvü ola bilər. Bizim həmkarlarımız Kamran Nəbizadə Milli Məclisin Gənclər və idman komitəsinə, Cavid Osmanov Milli Məclisin Regional məsələlər komitəsinə, Gövhər Baxşəliyeva isə Milli Məclisin Mədəniyyət komitəsinə üzv olmalarını xahiş ediblər. Bunu səsverməyə çıxarıram. Etiraz yoxdur ki? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, buna da münasibət bil-dirək. 

 Səsvermənin nəticələri (saat 12.50 dəq.)
 Lehinə 109
 Əleyhinə 0
 Bitərəf 0
 Səs vermədi 0
 İştirak edir 109
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
İndi keçirik əsas məsələyə. Milli Məclisin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planına 15 məsələ daxildir. Buyursun Qüdrət Həsənquliyev. 
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən də ilk öncə Sizi və deputat həmkarlarımı, o cümlədən parla-mentdə olan media nümayəndələrini yeni sessiyanın başlanması münasibəti ilə təbrik edirəm və parlamentin fəaliyyətinə uğurlar arzulayıram. Oqtay müəllim, gündəlikdəki məsələ ilə əlaqədar olaraq qeyd etmək istəyirəm ki, bu payız sessiyasının qanunvericilik işləri planında çox ciddi qanun layihələri nəzərdə tutulub. Sizin də söylədiyiniz kimi, biz büdcəni də qəbul edəcəyik. Mən bilirəm ki, hazırda neft gəlirləri azaldığına görə biz mütləq müəyyən məsələlərdə bunu nəzərə almalıyıq. Yəni ayağımızı yorğanımıza görə uzatmalıyıq. 
Amma bir məsələ var, düşünürəm, biz bunu payız ses-siyasında müzakirə etsək, doğru olar. Məsələn, burada qeyd olunub ki, məktəbəqədər təhsil haqqında qanun layihəsi var. Eyni zamanda, biz xaricdə təhsil haqqında da bir qanun layihəsi qəbul edə bilərik. Bilirsiniz ki, cənab Prezidentin təsdiq etdiyi sərəncamda nəzərdə tutulurdu ki, biz 7 il ərzində xarici ölkələrə, yəni reytinqli, nüfuzlu universitetlərə oxumaq, o cümlədən də magistr dərəcəsi almaq üçün 5 minə qədər tələbə göndərək. Amma çox təəssüf ki, bu proqram tam mənada yerinə yetirilmədi, biz harada isə orta hesabla 4000-ə qədər tələbəni göndərə bildik. İndi həmin proqram başa çatıb və 2016-cı ildə biz tələbələri xaricdə oxumağa göndərə bilmədik. 
Bu yaxınlarda mən xarici mətbuatda oxudum ki, Azər-baycan bir Amerika şirkətinə sifariş verib ki, nəyi necə edəcəyimiz barədə bizim üçün bir yol xəritəsi hazırlasın. Əlbəttə, bu acı həqiqət bizi bir daha düşünməyə vadar edir ki, Azərbaycana, doğrudan da, yüksək ixtisaslı kadrlar lazımdır. Əgər belə kadrlarımız olsa idi, sözsüz ki, biz pul ayırıb, belə işləri xarici şirkətlərin mütəxəssislərinə gördürməzdik. Ona görə də hesab edirəm, biz mütləq belə bir qanun qəbul etməliyik və həmin qanuna görə də ən azından yaxın 10 ildə hər il, heç olmasa, 100 nəfər xüsusi istedadlı tələbəni təhsil alması üçün dünyanın nüfuzlu universitetlərinə göndərməliyik. Azərbaycanın bu cür yüksək ixtisaslı tələbələrə, yəni mütəxəssislərə çox böyük ehtiyacı var. Bu istəyir, müdafiə sahəsində olsun, istəyirsə də ali təhsilli hüquqşünaslar olsun, fərq etməz. 
Mən bir dəfə də söyləmişdim, biz çox təəssüf ki, xaricə təhsil üçün tələbə göndərəndə hüquqşünasları göndərmirdik ki, bu bir humanitar sahədir. Halbuki Azərbaycanın çox yüksək ixtisaslı hüquqşünaslara, xarici dilləri, yəni dünyanın aparıcı dillərini yaxşı bilən hüquqşünaslara böyük ehtiyacı var. Ona görə də mən hesab edirəm, Elm və təhsil komitəsinə bu barədə tövsiyə edə bilərik ki, belə bir qanun layihəsi hazırlansın. Biz də həmin qanunu məhz bu payız sessiyasında qəbul edək ki, artıq 2017-ci ildən o tələbələri xaricdə təhsil almağa göndərə bilək. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri! Mən əvvəldə söylədim, 31 məsələmiz var. İndi gündəliyin müzakirəsində 11 nəfər var. Əgər etiraz etmirsinizsə, – bu, gündəliyin müzakirəsidir, – müzakirəni 5 dəqiqə edək. Etiraz yoxdur ki? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova. 
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı kifayət qədər dolğun və ətraflıdır. Sevindiricidir ki, seçkilərdən sonra yaradılan komitələr də öz qanun layihələrini artıq bizə təqdim edirlər, ya da edəcəklər. İstərdim ki, Əmək və sosial siyasət komitəsinin hazırladığı Turizm haqqında qanun layihəsini də payız sessiyasının işlər planında görək, çünki hazırda dövlətimiz və şəxsən cənab Prezident bu sahəyə xüsusi diqqət göstərir. Bundan əlavə bir neçə ildir ki, biz Gənc ailələrə sosial dəstək haqqında qanun layihəsinin hazırlanmasını təklif edirdik. Buraya işlə təminat, sosial mənzillər, sosial ipoteka, asudə vaxtların səmərəli keçirilməsi və sair kimi məsələlər daxil ola bilər. Bir çox MDB dövlətlərində artıq mövcud olan belə bir qanunun bizdə də qəbul olunması günümüzün tələbi-dir, özü də bu qanun o qədər maliyyə tutumlu olmayacaq. Çünki cənab Prezidentin sosial siyasəti nəticəsində bir çox sadaladığım məsələlər artıq icra olunmaqdadır. Sadəcə, bunları qanun şəklində sistemləşdirmək olardı ki, məmurlar gənc ailələrə müəyyən güzəştlər edə bilsinlər. 
Həmçinin müvafiq qanunlara bir sıra dəyişiklikləri təklif etmək istərdim. Belə ki, bu və ya digər qanunlarda müvafiq müddəaların olmasına baxmayaraq, onlar hələ ki, zəif işləyirlər. Bunun səbəbi bir tərəfdən qeyri-effektiv icra mexanizmidirsə, digər tərəfdən əhalinin icra mədəniyyətinin aşağı olmasıdır. Bir çoxları onlara münasibətdə qəbul edilən inzibati maliyyə tədbirlərinə tabe olmağı vacib saymırlar. Məsələn, vətəndaşlar kiçik qanun pozuntularına görə onlara tətbiq olunan bu və ya digər cərimələri illərlə ödəmirlər. Halbuki bu cərimə cəzanın ən humanist formasıdır. Alternativi azadlıqdan məhrumetmədir. Bir çoxları dövlətə cərimələri və ya ailəsinə alimenti ödəməmək üçün işə müqaviləsiz düzəlirlər və maaşı qara kassadan alırlar. İcra məmurlarının sorğusuna isə cavab verirlər ki, heç bir yerdə işləmirlər. 
Mən artıq belə məsuliyyətsiz vətəndaşlara qarşı mülki və digər hüquqların məhdudlaşdırılmasını təklif etmişdim. Hesab edirəm ki, payız sessiyası dövründə bu dəyişiklikləri etmək zəruridir. Məsələn, Daxili İşlər Nazirliyinin sistemində ekologiya polisi yaradılmalı və ya müvafiq qanunlara dəyişiklik edilməlidir. Bu qurum ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntuları üzərində nəzarəti həyata keçirməlidir. Çox qanunlarımız var. “İstehsalat və məişət tullantıları haqqında” Qanuna biz dəyişiklik etmişik, 2013-cü ildə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər etmişik. Lakin Abşeronda, ictimai çimərliklərdə, Bakının mərkəzindən aralı rayonlarda zibilliyə nəzarət qeyri-qənaətbəxşdir. Bu və ya digər qanunlara edilməli olan bənzəri dəyişikliklər də az deyil və payız sessiyası boyunca biz komitələrdə müvafiq təkliflər edəcəyik. 
Bununla bağlı cənab Sədrin diqqətini daha əvvəl də et-diyimiz bir təklifə yönəltmək istərdim. Söhbət qanunverici və icra hakimiyyəti orqanı nümayəndələrinin daha sıx ünsiyyətinin vacibliyindən gedir. Deputatlar çox vaxt şikayət edirlər ki, zənglə bu və ya digər nazirə düşə bilmirlər, nazirlər əlçatmazdırlar. Hətta bəziləri büdcə müzakirəsi zamanı parlament iclaslarında da iştirak etmirlər. Buna görə də, hörmətli Oqtay müəllim, yaxşı olardı ki, nazirlərin və Baş nazir müavinlərinin deputat korpusu ilə mütəmadi görüşləri təşkil olunsun. Bunlar işgüzar görüşlər olmalıdır. Burada fikir mübadiləsi, həmçinin deputatların bu və ya digər yüksək çinli məmurlara təklif və sualları olacaq. Öz növbəsində də nazirlər və başqa insanlar bu və ya digər problemə olan baxışını bizimlə bölüşəcək, qanunlara bu və ya digər dəyişiklikləri təklif edəcəklər. İnanın, bu, çox səmərəli metoddur. Məsələn, bu cür metod Rusiya Dövlət Dumasında mütəmadi istifadə olunur. Bizdə də belə üsul bir neçə dəfə çoxdan yığılıb qalmış problemlərin həllinə artıq kömək edib. 
Məsələn, iki il əvvəl insan alveri ilə bağlı daxili işlər nazirinin müavini Vilayət Eyvazovun hesabatı zamanı uşaq dilənçiliyinə qarşı mübarizənin gücləndirilməsi üçün deputatlar ona müraciət etdilər. Nəticədə qısa müddət ərzində lazımi tədbirlər görüldü. Hazırda Bakıda və digər şəhərlərin küçələrində dilənçiliklə məşğul olan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb. Ümumiyyətlə, qanunverici və icra hakimiyyətinin birbaşa və daimi əlaqəsi çox vacibdir. Bu, qəbul edilən qanunların daha səmərəli və operativ icrasına kömək edə bilər. Xahiş edirəm, verdiyim təkliflər nəzərə alınsın. Ümumilikdə mən qanunvericilik işləri planını dəstəkləyirəm və həmkarlarımı onun lehinə səs verməyə çağırıram. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev buyursun.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən hamı kimi hər kəsi yeni iş mövsümü ilə bağlı olaraq təbrik edi-rəm. Bilirəm ki, hamımıza hər gün rastlaşdığımız sosial-iqtisadi məsələlərlə bağlı müraciətlər olur. Cənab Prezidentin qeyri-neft sektoru hesabına, onun inkişafı hesabına iqtisadi artımın stimullaşdırılması məqsədi ilə atdığı çox ciddi addımlar, verdiyi sərəncamlar, ayırdığı vəsaitlər var. Görülən işlər də var. Amma razılaşın ki, bir çox nazirliklərin, icra strukturlarının bunu yüksək səviyyədə keçirmələrinə baxmayaraq, bəzi nazirliklərdə və yerli icra strukturlarında bu məsələlərə çox biganə yanaşma da var. Hesab edirəm ki, bizim adını çəkdiyim sahə ilə bağlı, yəni qeyri-neft sektorunun inkişafına bağlı olan iqtisadi artımın stimullaşdırılması ilə bağlı Prezidentin islahatlar paketinin həyata keçirilməsinin nə vəziyyətdə olduğunu müvafiq strukturlarla, nazirlərlə birlikdə dinləməyimiz lazımdır. 
Bütün deputatların yerlərdə aldığı şikayətlər var, rast-laşdığı neqativ hallar var, onları birbaşa orada səsləndir-mək lazımdır. Bir çox məsələlərlə bağlı təkliflər paketi var. Mən baxırdım, deputatlar yay dönəmində də mətbuatda çox gözəl təkliflərlə çıxış edirdilər. Bu iqtisadi paketin həyata keçməsi üçün təkliflər dinlənilməlidir. Bu, təkcə Prezidentin işi deyil. Mən hesab edirəm, Milli Məclis də qəbul etdiyi qanunlarla bu məsələlərdə nəzarətə çox ciddi dəstək verməlidir. Həm də həmin bu blokda kreditlər haqqında, xüsusən problemli kreditlər haqqında müzakirələr aparmaq vacibdir. Hər kəs razılaşar ki, bu məsələ camaatı narahat edir, bununla bağlı məsələlər müzakirə olunmalıdır. Ümumiyyətlə, iqtisadi sektorla bağlı məsələlər müzakirə oluna bilər. Borcalmanın qarşısını almaq üçün büdcə kəsiri həcminin azaldılması ilə bağlı, fiksal siyasətlə bağlı Maliyyə Nazirliyi, başqa strukturlar məlumat verməlidirlər. Çünki həm manatın məzənnəsi ilə bağlı, həm də neft gəlirləri və neftin qiyməti ilə bağlı təlatümlər təbii ki, beynəlxalq səviyyədə gözlənilir. Bütün məsələləri bir yerdə müzakirə etməyimiz, məncə, vacibdir. 
İkinci məsələ. Mən həmişə bu məsələni səsləndirirəm və çox təəssüflər olsun ki, hələlik buna xüsusi olaraq bir reaksiya yoxdur. Mən Dağlıq Qarabağ məsələsi ilə bağlı Milli Məclisdə müzakirənin aparılmasını bir daha təklif edirəm. Bir çox dövlətlərin parlamentlərində bu məsələ ilə bağlı müzakirələr aparılıbdır. Müxtəlif yerlərdə xarici deputatların iştirakı ilə dinləmələr keçirilib. Amma bizdə bu dinləmələr keçirilməyib. Milli Məclisdə Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin iştirakı ilə bəlkə də qapalı şəkildə bir dinləmənin aparılmasını vacib hesab edirəm. Həm də müəyyən strukturlarla əlaqələrdə, müəy-yən danışıqlarda o nümayəndələrin iştirakını təmin et-məklə bağlı, məncə, xüsusi komitənin formalaşdırılması yerinə düşər. Əgər bu təkliflər həyata keçərsə, təbii ki, faydalı olar. Bu iki təklifin payız sessiyasında nəzərə alınmasını xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı buyursun. 
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən payız sessiyasının təqdim edilmiş qanunvericilik işləri planını bütövlükdə dəstəklə-yirəm, müdafiə edirəm və bununla bağlı bəzi təkliflərim də olacaq. O təkliflərdən öncə qeyd etmək istəyirəm ki, Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələ olan 26 sentyabr referendumu artıq tarixə çevrilmişdir. Bu referendum aktı, əslində, Azərbaycanda gedən proseslərin inkişafının məntiqinə söykənib bir sosial sifariş xarakteri daşıyırdı. Hər zaman olduğu kimi, ölkənin inkişafını, sosial sifarişini zamanında və vaxtında yüksək səviyyədə qiymətləndirən ölkə Prezidenti bu dəfə də məhz sosial sifarişin məntiqinə söykənərək ciddi xarakter daşıyan dəyişikliklər təşəbbüsü ilə çıxış etdi. Bu dəyişikliklər faktiki olaraq Azərbaycan dövlətçiliyinin güclənməsinə, Azərbaycanda icra strukturlarının, idarəçilik sisteminin təkmilləş-məsinə, demokratik proseslərin dərinləşməsinə, başqa sözlə desək, insan hüquq və azadlıqlarının daha da inkişaf etməsinə, dövlətimizin təhlükəsizliyinə və sahibkarlığın inkişafına xidmət edən son dərəcə mühüm bir prosesi özündə ehtiva edir və bu hadisəyə Azərbaycan xalqının münasibətinin hamımız şahidi olduq. Həm referendum ərəfəsində, həm də referenduma qədər Azərbaycana qarşı yenə də düşmən münasibəti bəsləyən antiazərbaycan qüvvələri, bunların içərisində yer alan antimilli qüvvələr cəmiyyəti çaşdırmaq üçün ən müxtəlif səviyyələrdə konyunktura xarakteri daşıyan münasibətlərini ortaya qoymağa çalışsalar da, nəticədə Azərbaycan xalqının iradəsi ilə üz-üzə qaldılar və Azərbaycan xalqı bir daha ölkə Prezidenti ilə bərabər olduğunu, dövlətçiliyə sədaqətli olduğunu nümayiş etdirdi. Bütün bunların hamısı, təbii ki, ölkəmizdə yeni bir tarixi mərhələnin əsasını qoydu və biz bundan sonra edilən o dəyişikliklərin olduqca müsbət nəticələrini görəcəyik. 
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bununla bağlı yəqin ki, hər zaman dövlətçiliyimizdə xüsusi yeri olan, ona ciddi töhfələr verən Milli Məclis öz üzərinə düşən vəzifəni yerinə yetirəcəkdir. Təqdim edilən işlər planında üçüncü və dördüncü məsələlər, əslində, Konstitusiyaya edilən dəyişikliklərin mahiyyətinə tamamilə uyğundur və düşünürəm ki, bunların hər ikisi Milli Məclis tərəfindən hazırlanaraq müzakirəyə qoyulub, qəbul ediləcəkdir. Mən iki məsələnin, cənab Sədr, gələcək fəaliyyətimizdə əsas götürülməsini və müzakirəsini Sizdən xahiş edərdim. 
Birinci, Azərbaycan dövlətçiliyi üçün, ardıcıl təhlükə-sizlik üçün ciddi təhlükə yaradan radikal birliklərin yara-dılmasının qadağan edilməsini Konstitusiyada bildiyiniz kimi, dəyişikliklərdə nəzərə aldıq. Ona görə də biz bu sahədə – dini etiqad, dini qurumlarla bağlı qanunlarda da Konstitusiyada edilən dəyişikliklərin məntiqinə və mahiyyətinə uyğun olaraq ciddi şəkildə dəyişikliklər etməliyik ki, buna bənzər hadisələr Azərbaycanda baş verməsin. Dünyada və Azərbaycanın ətrafında gedən proseslərdən ciddi nəticə çıxarıb, o qanunları daha da sərtləşdirməliyik. 
İkinci, sahibkarlığa kömək məqsədi ilə Konstitusiyada edilən dəyişiklik dövlətin sahibkarların yanında olmasını bir daha nümayiş etdirdi. Azərbaycanda orta təbəqənin formalaşması üçün düşünürəm ki, bu, mühüm əhəmiyyət kəsb edir və biz gələcək qanunlarımızda da elə etməliyik ki, sahibkarlara hər hansı bir müdaxilənin qarşısı alınsın. Orada göstərildiyi kimi, dövlət və xalqın təhlükəsizliyi istisna olunmaqla istənilən qurumun sahibkarların işinə qarışması cinayət səviyyəsində qeyd olunmalıdır və düşünürəm ki, bu, Cinayət Məcəlləsinə də xüsusi maddə kimi salınmalıdır. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Əli Məsimli. 
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. 2016-cı ilin pa-yız sessiyasının qanunvericilik işləri planına kifayət qədər sanballı, vacib qanunvericilik sənədləri daxil olub. Əgər nəzərə alsaq ki, bu yaxınlarda Konstitusiya islahatı olub, deməli, orada göstərilənlərin sayı məhduddur və Konstitusiya islahatlarından çıxan yeni qanunvericilik sənədləri də oraya, İnşaallah, daxil olacaq və həmin siyahı kifayət qədər artacaq. Eyni zamanda, yeni qanunvericilik sənədlərinin işlənməsi, mövcud qanunlara əlavə dəyişikliklərin edilməsi kontekstində mən 3 məsələni qaldırmaq istərdim. 
Birinci, Konstitusiya islahatları iqtisadi islahatlara geniş meydan verilməsinə imkan yaradır. Bu nöqteyi-nəzərdən bir tezisi qeyd etmək istəyirəm ki, Azərbaycanda korrupsiya, inhisarçılıq və məmur özbaşınalıqlarına qarşı ciddi mübarizə aparmadan islahatlar sahəsində heç bir uğura nail olmaq mümkün deyil. Artıq 9 ildir, qəbulu məsləhətə qoyulmuş Rəqabət məcəlləsinin nəhayət ki, qəbul edilməsini təklif edirəm. Çünki rəqabət olmasa, Azərbaycanda sahibkarlıq inkişaf etməyəcək və Azərbaycanın iqtisadi göstəriciləri pisləşməkdə davam edəcək. Rəqabət yaransa, kiçik və orta sahibkarlığa meydan yaransa, Azərbaycanın büdcəsi gəlirlər üzrə ildə 5 faiz, xərclər üzrə isə 10 faiz azalmayacaq. Əmin edirəm və tam məsuliyyətlə deyirəm ki, sahibkarlığa geniş vüsət verilsə, Azərbaycanın büdcəsi hər il 7–8 faiz artacaqdır. Bu da Azərbaycanın tərəqqi yoluna çıxması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. 
İkinci, Azərbaycanın 2017-ci il büdcəsi 2011-ci ilin büdcəsi səviyyəsinə enib. Bu, hesab edirəm ki, Azərbay-canın böyük potensialı fonunda çox xoş olmayan bir gös-təricidir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşanda Azər-baycanın həmin o kiçik büdcəsinin vəsaitindən səmərəli istifadə edilməsi gündəmə çıxmalıdır. Ona görə də nəha-yət ki, dövlət maliyyə nəzarəti haqqında model qanunun, həmin qanundan çıxan digər mühüm qanunların da qəbul edilməsinin sürətləndirilməsini vacib hesab edirik. 
Tez-tez bizə olan müraciətlərdə bir məsələ çox ciddi qabardılır. Əvvəllər bizim qaldırdığımız məsələləri artıq vətəndaşlar öz məktublarında bizə verirlər. Kim isə toy edibsə, kim isə mebel alıbsa, bunun dollar kreditinə nə dəxli? 20 min manatlıq kredit alan 20 min manatı qayta-randan sonra da ömrü boyu həmin banka borclu qalır. Bu, heç də məntiqə sığan bir şey deyil. Hesab edirəm ki, Azərbaycan hökumətinin əlaqədar təşkilatları bu problemi nə qədər tez həll etsələr, həm dövlətin, həm bankların, həm də əhalinin xeyrinədir. Əgər bu problem vaxtında həll olunmasa, onda dövlətin də xərcləri iş-işdən keçəndən sonra birə-beş artacaq, bankların bir hissəsi çökəcək, insanlar isə pis vəziyyətə düşəcək. Ona görə hesab edirəm ki, bu istiqamətdə görüləsi işlər sürətləndirilməlidir və bizim 14 səhifəlik qanunvericilik sənədlərində 2 məsələ artıq aidiyyəti qurumlardadır. Bu, Azərbaycanın Mülki Məcəlləsinin 439.2 və 439.7-ci maddələrində dəyişikliklərin edilməsidir. 
Eyni zamanda, “Banklar haqqında” Qanunun 36.6-cı maddəsində ipoteka kreditlərinin, təhsil kreditlərinin və bir sıra başqa kreditlərin xarici valyutada verilməsi məsələsinə nəhayət ki, qadağa qoyulmalıdır. Ona görə Azərbaycan Konstitusiyasında birmənalı şəkildə yazılıb: “Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi Azərbay-can manatıdır”. Axı, toy niyə dollarla ödənilməlidir? Me-bel niyə dollarla ödənilməlidir? Məsələ ondadır ki, banklar manipulyasiya edərək insanları aldadıblar. Necə aldadıblar? Kimsə 20 min manatlıq mebel almaq üçün və ya toy etmək üçün kredit alıb. Sonradan guya mərkəzdən, Bakıdan göstəriş veriblər. Orada dollarla yazılmaqla həm az manat verirlər, həm də 25 min dollar qeyd edirlər, ondan sonra 0,78-dən 1,7-yə qalxanda da bu adam 20 min ödəyəndən sonra yenə də ondan 20 min manata qədər artıq pul tələb olunur. Dünyanın heç bir yerində bank sistemində belə soyğunçuluq yoxdur. Ona görə də bizim qanunvericilik istiqamətində həmin dediyimiz “Banklar haqqında” Qanunda... 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Mən də Milli Məclisin payız sessiyasının işinin səmərəli davam etdirilməsində deputatlarımıza uğurlar arzulayıram. İş planının birinci hissəsində qanunvericilik təşəbbüsü hüququ olan şəxslərin Milli Məclisə müraciəti əsasında məsələlərə baxılması nəzərdə tutulub. Amma Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin birinci hissəsində bu şəxslərdən əvvəl Milli Məclisin deputatları nəzərdə tutulub. Bu təkcə nəzəri bir məsələ deyil ki, buraya “deputatlar” sözü əlavə edilsin. İş planında, səhv etmirəmsə, üçüncü bənd deputatın təşəbbüsü ilə olan bir məsələ olmalıdır. Rafael müəllim də vaxtilə qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırmışdı. Ümumiyyətlə, payız sessiyasında deputatlar hər an qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərlər. Ona görə də Konstitusiyanın 96-cı maddəsinin birinci hissəsində olan “deputat” sözünün çıxarılması düzgün deyil, “deputatlar” sözü də daxil edilməlidir. 
İkinci, 15-ci maddədə Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi nəzərdə tutulur. Amma biz bilirik ki, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsində Konstitusiyaya əlavələr hüququ da var. Konstitusiyaya əlavələr Konstitusiya qanunları şəklində qəbul edilir və bu da Milli Məclisdə hər an baş verə bilər. Ümumiyyətlə, Konstitusiyaya əlavələr məsələsi hər an gündəmə gələ bilər. O, Milli Məclisin səlahiyyətindədir və onun iş planına daxil edilməsi yaxşı olar. 
Biz Azərbaycan Respublikası Konstitusiyasının beynəlxalq hüquqlarının bəzən müəyyən sərəncamlarla, qərarlarla məhdudlaşdırılmasını müşahidə edirik. Bununla bağlı yəqin ki, deputatlarımız çoxsaylı misallar gətirə bilərlər. Misal üçün, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin üçüncü hissəsini göstərək. Mən bu barədə müvafiq icra orqanının nümayəndəsinə də bildirdim. Keçən dəfə də demişdim. Rayon maşınlarının şəhərə girməsinə qadağa qoyublar. 25 kilometr aralıda maşını saxlamalısan, ailəni və uşaqlarını düşürməlisən, şəhərə başqa maşınla gəlməlisən. Biz onun əleyhinə gedə bilmərik, çünki yerdəyişmə var, düşsün, başqa maşına minsin. Ancaq bu, sərbəst yerdəyişmə deyildir. Əksinə, beynəlxalq hüquqda nəzərdə tutulan, Konstitusiyada nəzərdə tutulan sərbəst yerdəyişmə hüququnun pozulması deməkdir. Mən tez-tez camaatla təmasda oluram. Həmişə bu məsələni irad tuturlar ki, nə üçün bizim dövlətimizə qarşı belə inam-sızlıq yaradırlar. Rayonlardan gəlirlər, saxlayırlar, xəstə oldu, olmadı, düşüb maşınını dəyişməlisən. Hər hansı bir tıxac və sair problem bu məsələnin qarşısını ala bilməz. 
Konstitusiyamızın xüsusi bir maddəsi var. Orada deyilir ki, Konstitusiyanın hər hansı bir maddəsi insan haqları əleyhinə və Konstitusiya əleyhinə yozula bilməz, şərh oluna bilməz. Bunu Konstitusiya Məhkəməsi belə edə bilməz. Bu halda hansısa bir icra orqanının qərarı, yaxud sərəncamı ilə Konstitusiya necə məhdudlaşdırıla bilər? Mən vaxtınızı almaq istəmirəm. Ona görə təklif edirəm ki, imkan varsa, bizim iş planına respublika miqyaslı qanunların icrasına nəzarət orqanının yaradılması məsələsi salınsın. Ya müstəqil yaradılsın, ya Milli Məclisin yanında yaradılsın. Bilmirəm, ola bilər, başqa variantlar da olsun. Məsələn, Konstitusiya Məhkəməsinin, Ombudsmanın, Prezident Administrasiyasının və sairin yanında yaradılsın. Amma mənə elə gəlir ki, artıq Konstitusiya və qanunlarımızın, beynəlxalq hüquq normalarının məhdudlaşdırılmasının qarşısını almaqdan ötrü bu qanunların icrasına nəzarət edən mərkəzləşdirilmiş bir orqanın yaradılmasına ehtiyac var. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Mən də düşünürəm ki, müzakirəyə təqdim olunmuş payız sessi-yasının qanunvericilik işləri planı kifayət qədər dolğun və zəngindir. Mən, təbii ki, bu layihəyə səs verəcəyəm. Burada bir çox qanun layihələrinin adları verilir. Mənim danışmaq istədiyim məsələ artıq Mədəniyyət komitəsində hazırlanması planlaşdırılan çox vacib bir qanun layihəsi barədədir. Bu, əlyazmalar və qeyri-mədəni maddi irs haq-qında qanun layihəsidir. Bilirsiniz ki, Azərbaycan xalqı yüzilliklərlə öz milli müstəqilliyindən məhrum olduğuna görə, xalqımızın yaratdığı qeyri-maddi, mədəni sərvətlər, əlyazmalar bu gün dünya kitabxanalarında, Əlyazmaları Fondunda saxlanılır. Bizim borcumuzdur ki, gec-tez bu məsələ ilə məşğul olaq və onların, heç olmasa, surətlərini Azərbaycanda vahid bir mərkəzdə, konkret olaraq Əlyazmaları İnstitutunda, ya da digər bir mərkəzdə cəmləşdirək. Çünki, həqiqətən də, bu gün biz məsələn, Azərbaycan tarixindən, Azərbaycanın keçmiş mədəni inkişafından nə biliriksə, o əlyazmalar vasitəsi ilə bilirik. Onların hamısını əldə edib oxumaq, bu faktları, məlumatları bizim elmi dövriyyəyə gətirmək, əlbəttə ki, bizim üçün son dərəcə əhəmiyyətli bir işdir və biz bu işi gec-tez görməliyik. 
Sonra, mənim danışmaq istədiyim daha bir məsələ var. Hörmətli Ziyafət müəllim, biz vaxtaşırı mətbuatdan ailə-daxili münaqişələr haqqında oxuyuruq. Bəzən həmin o münaqişələr, həqiqətən də, dəhşətli cinayətlərlə nəticələ-nir. Məsələn, bu yaxınlarda Milli Məclisin keçmiş işçisi olan, – Allah ona rəhmət eləsin, – xanım haqqında oxu-duq. Yaxud mətbuatdan digər bir məhkəmə prosesi haq-qında oxuduq. Qadın öz uşaqlarının atasının ölümünü sifariş edib və insan yuxuda olarkən qətlə yetirilib. Onu hissələrə bölüblər. Bunlar dəhşətli faktlardır. Belə faktlar, belə hadisələr bütün ölkələrdə baş verir. Amma mən düşünürəm, bu məsələyə bir daha qayıtmaq bizim mənəvi borcumuzdur. Necə olur ki, dünən nikah bağlayan, övlad dünyaya gətirən insanlar bu gün barışmaz bir düşmənə çevrilirlər. O dərəcədə düşmənləşirlər ki, belə cinayətlərə əl atırlar. Mən düşünürəm ki, biz orta məktəbdə uşaqlarımıza, gənc nəslə ailə münasibətlərinin etik qaydalarını aşılamalıyıq. Bəlkə müəyyən bir fənn salmaq, yaxud fakültativ siniflər təşkil etmək və uşaqlarımıza gənc yaşlarından ailədaxili sivil münasibətləri aşılamaq lazımdır ki, gələcəkdə onların həyatları hər halda belə faciələrlə nəticələnməsin. Bu mənim şəxsi fikrimdir. Amma düşünürəm, bu məsələ ilə mütləq məşğul olmaq lazımdır. Qalan məsələləri də mən tam dəstəkləyirəm. 
Burada kifayət qədər zəruri, aktual qanunlar var. Xü-susilə, istərdim, Elm və təhsil komitəsində son vaxtlar görülən işləri qeyd edəm. Nə qədər elm qanunu qəbul olundu. Bunları elmi ictimaiyyət böyük intizarla gözlə-yirdi. Digər qanunlar da hazırlanır. Buraya Məktəbəqədər təhsil haqqında qanun layihəsi də salınıb. Bəlkə ictimaiy-yətin qaldırdığı məsələ də bu yaxınlarda öz həllini tapdı. Təhsil Nazirliyi səviyyəsində məktəblərdə...
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov. 
Ə.Amaşov. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar, əziz media nümayəndələri! Hər birinizi salamlayıram. İnanıram ki, Milli Məclisin payız sessiyası səmərəli keçəcəkdir. Mən öz növbəmdə ölkəmiz üçün böyük hadisə olan ümumxalq səsverməsi və onun uğurla başa çatması münasibəti ilə xalqımızı təbrik edirəm. Referendumda Azərbaycan xalqı böyük dəyişikliyə gedən yola səs verdi. Bu yol islahatlar yoludur, ölkəmizi işıqlı gələcəyə aparan yoldur. 
Hörmətli Ziyafət müəllim, fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə jurnalist həmkarlarım adından təşəkkürümü bildirmək istəyirəm. Yadınızdadırsa, çıxışlarımda medianın əlavə dəyər vergisindən azad edilməsinin vacibliyini vurğulamışdım. Dövlət başçısı jurnalistikanın bu məsələdən itkisiz çıxması üçün çox böyük addım atdı. Onun sərəncamı ilə yayda milli medianın yubileyi ərəfəsində mətbuatımıza 1 milyon manat yardım ayrıldı. Bu məbləğ ölkəmizin aparıcı kütləvi informasiya vasitələri arasında bölüşdürüldü. Hesab edirəm ki, nəticədə əlavə dəyər vergisinin tətbiqi ilə yaranmış çətin durum aradan qalxdı. Belə təşəbbüslərin davamlı olacağına inanıram. Çünki cənab İlham Əliyevin şəxsində Azərbaycan dövləti hər zaman mediamıza, jur-nalistlərimizə diqqət və qayğı ilə yanaşıb. 
İndi müzakirə etdiyimiz Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı kifayət qədər dolğundur. Mən ona səs verəcəyəm. Ancaq bəzi vacib məsələlərə toxunmaq istərdim. Ötən çıxışlarımda informasiya təhlükəsizliyi məsələsindən bəhs etmişdim. Bir daha vurğulayım ki, bu, son dərəcə vacib məsələdir. Doğrudur, Azərbaycan milli təhlükəsizlik konsepsiyası qəbul olunub, sənəddə informasiya təhlükəsizliyi ilə bağlı müəyyən məqamlar da var. Ancaq hesab edirəm, bu məqamlar ümumi xarakter daşıyır. İnformasiya təhlükəsizliyi məsələsinə ayrıca konseptual yanaşma zəruridir. Təklif edirəm ki, Milli Məclis qarşıdakı fəaliyyətində bunu əsas götürsün. 
Daha bir diqqət yetirmək istədiyim məsələ diffama-siyadır. Bir daha vurğulayım ki, vaxtilə Mətbuat Şurası diffamasiya ilə bağlı qanun layihəsi hazırlamışdı. Həmin layihə cəmiyyətdə, xüsusilə də mediada kifayət qədər müzakirə olunmuşdu. Cənab Prezidentin də bildirdiyi kimi, diffamasiya məsələsində faktiki olaraq monitorinq qeydə alınıbdır. Yəni hazırda diffamasiyaya görə cinayət məsuliyyətinə cəlb edilə bilən heç bir jurnalist yoxdur. Bununla belə hesab edirəm ki, Milli Məclis qarşıdakı fəaliyyətində diffamasiya məsələsinə həssas yanaşmalıdır. Bu sahədə qanunvericilik təşəbbüsü qaldırılmalıdır. 
Diqqət yetirmək istədiyim növbəti məsələ internet me-dianın maliyyələşdirilməsidir. Bu məsələ internet media-nın hüquqi münasibətlər sistemində yer tutmasını zəruri-ləşdirir. Bilirsiniz ki, hazırda medianın maliyyələşdiril-məsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən reallaşdırılır. O da məlumdur ki, internet medianın cəmiyyətdəki rolu artır və ictimai münasibətlər sistemində özünə yer tutur. Ona görə onların da dövlət vəsaitindən bu və ya digər şəkildə dəyərlənməsi vacibdir. Bunun üçün isə bu tip media orqanlarının hüquqi statusu müəyyənləşdirilməlidir. Hesab edirəm ki, Milli Məclis üzvləri olaraq bizlər qarşıdakı müddətdə bu məsələyə diqqət yetirməliyik.
Daha bir məqam mediada reklamın yerləşdirilməsi ilə bağlıdır. Bilirsiniz ki, mediada, xüsusilə də mətbuatda və elektron mediada reklamlar azlıq təşkil edir. Əlbəttə, burada reklamı bilənlərin iradəsi də önəmlidir və nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, hansısa şəkildə bir balans da yaradılmalıdır. Çünki medianın iqtisadi durumu reklamdan asılıdır. Hazırda onun reklam dəyərləri də aşağıdır. Doğrudur, dövlət dəstəyi var. Ona görə də qəzetlərimiz ayaqda qalırlar. Ancaq gəlin, razılaşaq ki, bu dəstək hər zaman davam edə bilməz. Media iqtisadi müstəqilliyini özü qazanmalıdır. Bu müstəqillik isə reklam gəlirindən asılıdır. Düşünürəm ki, bunu təmin etmək də imkanlarımız daxilindədir. Deyəcəklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Mən də həmkarlarım kimi, Milli Məclisin Sədrini və rəhbər-liyini, eyni zamanda, həmkarlarımızı payız sessiyasının başlanması münasibəti ilə təbrik edirəm, onlara işlərində müvəffəqiyyətlər arzulayıram. Ziyafət müəllim, bizə təq-dim olunan qanunvericilik işləri planını mən də diqqətlə öyrəndim. Bu gün cəmiyyətimiz üçün lazım olan qanun layihələrinin müzakirəsi və qəbul edilməsi nəzərdə tutu-lub. Mən bütövlükdə payız sessiyasının qanunvericilik işləri planına səs verəcəyəm. Amma indi iki qanun layihəsini təqdim edəcəyəm. Bu qanun layihələri, yəqin, payız sessiyasına düşməyəcək, ola bilsin ki, yaxın gələcəkdə bu məsələlərə baxılsın. Bunlar hansılardır? 
Birinci qanun layihəsi distansion təhsil haqqındadır. Buna bakalavr hazırlığında zərurət var. Zərurət nədən ibarətdir? Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Memarlıq və İnşaat Universitetinin iştirakı ilə Fransanın CNAM Universitetinin, – qeyd etməliyəm ki, bu universitetin əsası 1794-cü ildə qoyulub, böyük bir universitetdir, 100 mindən yuxarı tələbəsi var, – Rusiya Federasiyasının 8 universitetinin, bir də Xarbin Texniki Universitetin birgə layihəsi var. Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir. Burada əsas məsələlərdən biri iştirakçı ölkələrin parlamentlərində distansion təhsil haqqında qanunun qəbul olunmasıdır. Mən yayda bu barədə komitənin sədri İsa Həbibbəyli ilə söhbət etmişəm. O da müsbət yanaşır. 
İkinci qanun layihəsi isə alternativ enerji haqqındadır. Bu barədə mən hörmətli Valeh müəllimlə söhbət etmişəm. Bilirsiniz ki, dünya energetikası 4 versiya üzrə inkişaf edir. Birincisi, ənənəvi enerji mənbələri: neft, qaz, daş kömür və ilaxir. İkincisi, atom-elektrik stansiyalarının hesabına istehsal olunan enerji. Atom-elektrik stansiyalarının bu gün cəmiyyət üçün nə qədər təhlükəli olduğu hamıya bəllidir. Misal olaraq, Fransada atom-elektrik stansiyasının sızmalarını göstərmək olar, Yaponiyada baş verən qəzanı göstərmək olar. Üçüncü versiya isə termo enerjisidir, ona nüvə enerjisi də deyirlər. Termo (nüvə) enerjisi bu gün öz mükəmməl vəziyyətinə çatmaqdan xeyli uzaqdır. Yəni sənaye şəklində deyil, yalnız laboratoriya şəklində istehsal olunur. Bunun üçün dünyanın aparıcı dövlətləri külli miqdarda vəsait xərcləyirlər. 
Dördüncü enerji versiyası alternativ enerji mənbəyidir. Mən onu qeyd etməliyəm ki, biz elə bir münbit şəraitdə yaşayırıq ki, həm külək enerjisi, həm də günəş enerjisi üçün çox münbit şərait var. Misal üçün, deyə bilərəm, Azərbaycanda yer səthinin hər kvadratmetrinə təxminən 1600–2000 vatt arasında istilik enerjisi düşür. Texas ştatı da münbit sahələrdən biri sayılır. Orada bu rəqəm 1500 vattdır. Azərbaycanda günəşli günlərin sayı 300-dən çoxdur. Küləkli günlərin sayı isə 250-dən çoxdur. Yəni istər küləyin parametrləri, istərsə də günəşdən gələn enerjinin parametrləri imkan verir ki, Azərbaycanda bu enerjidən çox geniş şəkildə istifadə olunsun. 
Burada, aydındır, bizim ölkəmizin ənənəvi enerji mən-bələri, çoxlu miqdarda sərvətləri və ehtiyatı var. Amma bilirsiniz ki, neft tükənəndir. Müəyyən illərdən sonra, neft tükənəndən sonra onsuz da bu dövlətlər, o cümlədən bizim dövlətimiz alternativ enerji mənbəyinə keçməlidir. Məsələn, onu qeyd eləməliyəm ki, Almaniyada 2020-ci ilə kimi bütün atom-elektrik stansiyalarının dondurulacağı nəzərdə tutulub. Almaniya bu gün enerji istehsalının 25 faizini alternativ enerjilərin mənbəyi hesabına həyata keçirir. Ona görə də xahiş edirəm ki, hörmətli Ziyafət müəllim, yaz sessiyasında, yaxud ondan sonra gələn sessiyalarda bu qanunların qəbul olunması haqqında fikrimizi öyrənəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov. Valeh müəllim, buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Astan müəllim, adını çəkdiyinizə görə dinləyənlər düzgün başa düşsünlər. Alternativ enerji haqqında qanun qəbul eləmək olar. Ancaq qəbul eləməmişdən öncə bir suala cavab vermək lazımdır, pulunu kim verəcək? Söhbət elektrik enerjisini istehsal eləyən qurğuların quraşdırılmasından getmir. İstehsal olunan enerjinin dəyəri bu gün istifadə etdiyimiz enerjinin dəyərindən artıq olacaqdır. Məndən də yaxşı bilirsiniz, Avropa ölkələrində, başqa ölkələrdə bu, nə qədər baha başa gəlir və bunun əvəzini istehlakçı ödəyir. Yəni elektrik enerjisinin qiymətini müvafiq qaydada artırırlar. Nə üçün? Çünki artıq ödənilən para alternativ enerji mənbələrinin xərclərini, bir balaca da mənfəətini ödəmək üçündür. Buna hazırıqmı? Əvvəl bu suala cavab vermək lazımdır. Artıq para verməyə əhali hazırdırsa, onda qanun qəbul etmək olar. Əgər buna hazır deyiliksə, bunun parasını yenə də dövlət ödəyəcəksə, mən şəxsən buna razı ola bilmərəm. Üzr istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının iş planına daxil olan qanun layihələrinin hamısını dəstəkləyirəm və hesab edirəm ki, bunlar vacib qanun layihələridir. Bu qanunları biz, İnşaallah, iş planına uyğun olaraq payız sessiyası ərzində qəbul edəcəyik. Eyni zamanda, mənim bir sıra təkliflərim də var. Onlar mövcud qanunlara müvafiq əlavə və dəyişikliklərlə bağlıdır. Bilirsiniz ki, cənab Prezidentin əhalinin mənzil təminatının yaxşılaşdırılması məsələsinə xüsusi qayğısı var. Cənab Prezidentin həm sosial ipotekanın genişləndirilməsi, həm ipoteka fondunun yenidən təşkil olunması, həm də sosial evlərin tikintisi ilə bağlı bir sıra sərəncamları olmuşdur. Bütün bunlar əhalinin mənzil təminatının yaxşılaşdırılmasına yönəlibdir. 
Eyni zamanda, bir çox ölkələrin, o cümlədən əksər MDB ölkələrinin təcrübəsini əsas götürərək təklif edirəm ki, çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 4 və daha çox uşağı olan ailələrə mənzil tikilməsi üçün növbədənkənar və rüsum ödənilmədən torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq qanunlarımıza, o cümlədən Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edək. Bu, həm çoxuşaqlı ailələrə dövlət qayğısının ifadəsi olacaq, həm də mənzil təminatı sahəsindəki gərginliyi aradan qaldıracaq. 
Mənim başqa bir təklifim ölkəyə gətirilən, daha doğru-su, gətirilməsi vacib olan orqan və toxumalarla bağlıdır. Biz orqan transplantasiyası haqqında qanun qəbul etmişik. Amma hələlik, təəssüf olsun ki, ölkədə meyitdən orqan götürülməsi işi həyata keçirilmir. Bundan ötrü bir sıra islahatlar lazımdır, müvafiq klinikalar qurulmalıdır. Amma vətəndaşın xəstəliyi bunu gözləmir. Xüsusən elə hallar var ki, məsələn, buynuz qişanın köçürülməsi, kök hüceyrələrin köçürülməsi. Vətəndaşlarımız bundan ötrü xarici ölkələrə gedirlər və əməliyyatdan sonrakı dövrdə isə demək olar ki, nəzarətsiz qalırlar və bəzən də ağırlaşmalar olur. Azərbaycanda bu saat buynuz qişanın köçürülməsi üçün istər dövlət, istərsə də özəl klinikalarımızda hər cür şərait var. Amma bu toxumaların ölkəyə gətirilməsi ilə bağlı heç bir qanuni məhdudiyyət olmamasına baxmayaraq, müvafiq direktiv və ya hüquqi sənəd də yoxdur ki, gömrükdən onları müəyyən qaydada keçirəsən. Ona görə, mən hesab edirəm, biz Gömrük Məcəlləsinə müvafiq dəyişiklik etməliyik ki, kök hüceyrələrin, buynuz qişanın və digər meyitdən götürüləsi orqanların Azərbaycana gətirilməsi və tətbiqi həyata keçirilsin. Yeri gəlmişkən, indi həmin orqanlar bir çox ölkələrdə orqan bankı vasitəsi ilə saxlanılır və o cümlədən xarici vətəndaşlara da satılır. 
Başqa bir təklifim Azərbaycandan ixrac olunan qeyri-neft sektoru məhsullarının ixracının asanlaşdırılması ilə bağlıdır. Biz qeyri-neft sektorunun inkişafı ilə bağlı cənab Prezidentin bir çox fərman və sərəncamlarının, bu sahədə görülən işlərin şahidiyik və hesab edirəm ki, Azərbaycandan xaricə ixrac olunan bütün qeyri-neft sektoruna aid mallara bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Yəni mən demək istəmirəm ki, gömrük orqanları süni əngəllər yaradırlar. Sadəcə, bizim qanunvericiliyimizin tələblərinə uyğun olaraq müəyyən sertifikatlar, sənədlər tələb olunur. Müəyyən rüsumlar tələb olunur ki, bu da qeyri-neft sektorunu stimullaşdırmaq əvəzinə bir az da problem yaradır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Mən elə Musa müəllimin qaldırdığı birinci təklifdən başlamaq istəyirəm. Bir müddət əvvəl bir xəstənin əməliyyatı ilə bağlı göz institutuna getmişdik. Orada məlum oldu ki, doğrudan da, bu əməliyyatı Azərbaycanda həyata keçir-mək üçün bizim bütün imkanlarımız var. Göz institutunda mütəxəssislər də var. Amma buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində qanunla heç bir məhdudiyyət olmasa da, gətirilmə prosesində problemlər yarandığına görə bu əməliyyatların aparılması mümkünsüz olur. Ona görə də bizim vətəndaşlarımız İrana, Türkiyəyə, digər ölkələrə üz tuturlar. Bu, imkanı olmayan insanlar üçün çox böyük narahatlıqdır. Bir də ki, nədən ölkəmizdən bu qədər valyuta getməlidir? Əgər bizim ölkəmizdə bunun üçün mütəxəssis varsa, imkanlar varsa, eyni zamanda, qanunla heç bir məhdudiyyət qoyulmursa, demək ki, müəyyən qanunlarda əlavə və dəyişikliklər etməklə bu prosesi tənzimləmək olar. Ölkəmizdə də, belə deyək, meyitlərdən orqan köçürülməsi məsələsi ilə bağlı qanun həllini tapana qədər, ən azı, bunu həll etmək çox vacib olardı. 
İkinci qaldıracağım məsələ, – bilirəm ki, sosial komitə-də bununla bağlı sənəd də hazırlanır, – əlillərin reabilita-siyası haqqında qanun layihəsidir. Bunun, mən hesab edirəm ki, sessiyamız çərçivəsində müzakirəyə çıxarılması vacibdir. Çünki reabilitasiya ilə bağlı çox ciddi məsələlər var. Qanunvericilikdə əlillərin reabilitasiyası ilə bağlı mexanizmlərin müəyyənləşdirilməsi də çox önəmlidir. Amma mən burada söyləmək istəyirəm ki, ümumiyyətlə, əlillərlə bağlı qanunvericilikdə bəzi məsələlərə xüsusi diqqət ayırmamız gərəkdir. “Məşğulluq haqqında” Qanunda əlil-liklə, əlillərin iş təminatı ilə bağlı 5 faizlik kvota var. İki gün bundan öncə yanıma bir qrup gənc gəlmişdi. Azər Abdullazadə 541 balla Bakı Dövlət Universitetinə girib. Gözləri görən, sağlam insanlar belə testlə 541 bal toplayıb universitetə daxil ola bilmirlər. Amma bu cavan oğlan iki ildir universiteti bitirib, özünə iş tapa bilmir. Digər gənclər də 470–480 balla universitetlərə daxil olublar, bitiriblər, amma iş tapmalarında çətinliklər var. Ona görə, yaxşı olar ki, müvafiq qurumlar hökumətin hesabatını gətirəndə biz bilək ki, 5 faizlik kvota öz əksini necə tapır. Kimlər bunu edir, kimlər etmir. Etmirlərsə, onlara qarşı hansısa sərt mexanizmlər etmək lazımdır. Çünki bu cür insanların özlərinə iş tapa bilməmələri digərləri üçün də mənfi stimul olur. Axı, bunlar çətinliklərə rəğmən, fiziki imkanları məhdud olsa da, gedib oxuyublar, yaxşı təhsil alıblar, amma özlərinə iş tapa bilmirlər, bu ciddi məsələdir. Ona görə, mən hesab edirəm ki, “Məşğulluq haqqında” Qanunda o kvota məsələsində, əlillərin iş ilə təminatı məsələsinin yerinə yetirilməsi istiqamətində işləri, mexanizmləri ciddi şəkildə sərtləşdirmək lazımdır ki, bu insanlar iş tapa bilsinlər. Özəlliklə mən təhsil nazirimizə səslənirəm. Müəllim ixtisası üzrə oxuyan gözdən əlil dediyimiz xeyli istedadlı gənclərimiz var. Onların müəllim ixtisası üzrə işlə təmin olunması məsələsinə dəstək göstərilməsini xa-hiş edirik. 
Digər bir məsələ. Bu məsələ keçən sessiyada da qalxdı. Vurğulandı ki, buna diqqət göstəriləcək. Bəlkə də xeyli müzakirələrə ehtiyac olacaq. Bu, autizm xəstələri ilə bağ-lıdır. Mən xahiş edərdim, bu sessiya çərçivəsində həmin məsələni gündəmə gətirək. Çünki bu ailələrin heç bir qo-ruma, dəstək mexanizmləri yoxdur, çox çətinlik çəkirlər. 
Sonda mən Fazil bəyin Nuru Paşa ilə bağlı təkliflərini dəstəkləyirəm. Mən özüm o tədbirdə iştirak elədim. Tür-kiyədə onun abadlaşdırılmış qəbirüstü abidəsinin açılışı yüksək səviyyədə keçdi. Azərbaycan–Türkiyə bayraqları bərabər şəkildə dalğalandırıldı. Azərbaycanda da belə bir abidənin qoyulmasına ehtiyac var. Amma mən bir çağırış da etmək istəyirəm. Bizim digər böyük dahimiz var. Əli bəy Hüseynzadə. O, Türkiyədə, İstanbulda uyuyur, onun qəbri oradadır. Onun qızı heç bir pul qarşılığı gözləmədən Əli bəy Hüseynzadənin bütün mirasını Azərbaycan dövlətinə bağışladı. Bunu hər kəsin bilməsi lazımdır. Türkiyəyə deyil, Azərbaycan dövlətinə bağışladı. Bu gün dövlətimiz səviyyəsində işlər gedir ki, bütün o miras – onun rəsmləri, əlyazmaları Azərbaycana gətirilsin. Əli bəy Hüseynzadənin qəbirüstü abidəsinin də yüksək səviyyədə abadlaşdırılması gərəkdir.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Sağ olun, Ziyafət müəllim. Mən təşək-kür edirəm. Mənim çıxışım mətbuatla, daha doğrusu, mət-buatla bağlı qanunvericilikdə olan bəzi boşluqlarla bağlı-dır. Açığı, çox hörmətli həmkarım Əflatun müəllim çıxış edəndə mən düşündüm ki, mənim fikirlərimi də səsləndi-rəcək. Amma görünür, vaxt məhdudiyyətindən buna im-kan verilmədi. Əflatun müəllim, çox sağ olun, Siz möh-tərəm Prezidentimizin mətbuata olan qayğısını çox gözəl dediniz. Həqiqətən də, demək olar ki, hər il, hər ay döv-lətimiz tərəfindən, xüsusi ilə şəxsən möhtərəm Preziden-timiz tərəfindən mətbuata olan diqqət göz önündədir. Elə ona görə də həm ulu öndər, həm möhtərəm Prezident, həm də Mehriban xanım mətbuatın dostu adlandırılır. Amma hörmətli Ziyafət müəllim, biz bunu deyirik, amma özümüz də nə edəcəyimizlə bağlı bir düşünməliyik. 
Bu gün Azərbaycan qanunvericiliyində rəqəmsal tele-viziya və radio ilə bağlı kifayət qədər qanunlar var. Ola bilsin, o qanunların təkmilləşdirilməsinə ehtiyac var. Amma internet üzərindən yayımlanan televiziyalar, inter-net mətbuatı ilə bağlı bizdə qanun yoxdur. Buna görə də mətbuatın bu növündə, – məsələn, Meydan televiziyası, Sancaq televiziyası, yəqin, siz onları izləyirsiniz, – hədsiz dərəcədə dövlətimizə, dövlətçiliyimizə, dövlətimizin başçısına, şəxsən möhtərəm Prezidentimizə qarşı, dövlətimizin birinci şəxslərinə qarşı olan yazıları adam xəcalətindən oxuya da bilmir. Amma biz buna göz yumuruq. Şəxsən burada hansısa birimizi hansısa mətbuatda tənqid etsələr, az qala bütün imkanlarımızdan istifadə edərək məhkəmə orqanlarına müraciət etmək istəyirik. 
Son günlər, xüsusi ilə bu referendum ərəfəsində, elə bu gün də mən onların hamısını “screenshot” etmişəm. Sağ olsun Əflatun müəllim, möhtərəm Prezidentin etdiklərini qeyd etdi. Ancaq istər Mətbuat Şurası, istərsə də Milli Te-leviziya və Radio Şurası çox təəssüf ki, internet üzərin-dən yayımlanan televiziyalar ilə bağlı hər hansı bir ciddi qərar qəbul edə bilmir. Məsələn, ANS ilə bağlı o saat qərar qəbul edə bildilər. Amma bu qanun bizdə olma-dığına görə internet televiziyalarının yayımı ilə bağlı məsələlərdə tam boşluq qalır. Ona görə parlament rəhbəri olaraq şəxsən hörmətli Oqtay müəllim, Sizdən xahiş edirəm ki, payız sessiyasında internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun işlənib qəbul olunsun və burada bu məsələlər öz əksini tapsın. Dünyanın heç bir yerində dövlət başçısını, dövlətin rəhbərini bu formada mətbuatda, üzr istəyirəm, belə təhqir etmirlər. Ona görə, belə bir qanunun qəbul olunması çox vacibdir, zəruridir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm, Məlahət xanım. Yəqin ki, bu barədə qanun layihəsini Əflatun müəllim və onun həmkarları hazırlayarlar. Amma Sizin bir cümlənizlə mən razı deyiləm. Siz dediniz, vaxt məhdudiyyətindən Əflatun müəllimə imkan verilmədi ki, bu məsələləri qaldırsın. Əflatun müəllimə kifayət qədər vaxt verildi. Sadəcə, ola bilsin, bunu demədi, yadından çıxdı. Bu başqa məsələ. Xahiş edirəm, bir fikri söyləyəndə onun mənasını əvvəldən fikirləşin. Əgər başqa çıxış eləyən yoxdursa, xahiş edirəm, üçüncü məsələyə – Azərbaycan Respublikası Milli Məclisinin qanunvericilik işləri planına münasibət bildirək. 

 Səsvermənin nəticələri (saat 13.47 dəq.)
 Lehinə 102
 Əleyhinə 0
 Bitərəf 0
 Səs vermədi 0
 İştirak edir 102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Respublikasının Höku-məti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hör-mətli Milli Məclisin deputatları, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli-yevin 2016-cı il 11 iyul tarixli 1/541 saylı məktubu ilə Milli Məclisin müzakirəsinə “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi təqdim edilmişdir. Trans Anadolu təbii qaz sistemi deyəndə, yəqin, hamınız bilirsiniz ki, söhbət TANAP Doğal Qaz İletim Anonim Şirkətindən gedir. Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirə edilmiş və Milli Məclisin plenar iclasında müzakirəyə təqdim olunması tövsiyə olunmuşdur. Qanun layihəsi ilə bərabər təqdim edilmiş Anlaşma Memorandumu 2010-cu ildən başlayaraq Azərbaycan Respublikası və Türkiyə Cüm-huriyyəti, onların müvafiq qurumları və təsərrüfat subyektləri arasında imzalanmışdır və həyata keçirilən Trans Anadolu təbii qaz sisteminin layihələndirilməsini, inşasını, işlədilməsini təmin edən sənədlər toplusunun ayrılmaz bir hissəsidir. Bunların arasında ancaq iki ən önəmlisini xatırladım. 
Vaxtilə Milli Məclisdə müzakirə edib təsdiqlədiyimiz sənədlər Trans Anadolu təbii qaz kəmərinə dair Azərbay-can Respublikası və Türkiyə Respublikası arasında höku-mətlərarası saziş və adını çəkdiyim hökumətlərarası sazi-şin ayrılmaz hissəsi olan Türkiyə Respublikası Trans Anadolu qaz kəməri üzrə tranzit ölkəsi ilə saziş daxildir. Əminəm ki, həm Trans Anadolu təbii qaz sistemi, həm bununla əlaqədar qəbul edilmiş və icra edilən sənədlər, həm də layihənin bugünkü uğurlu icrası və ölkəmizin inkişafı üçün bu layihənin önəmi haqqında yetərincə məlumatınız var. Bu səbəbdən də vaxtınızı almayım. Lazım olarsa, suallarınıza cavab verərəm. 
Təklif edirəm, təqdim olunmuş qanun layihəsi dəstək-lənsin və Milli Məclisin deputatlarını onun lehinə səs verməyə çağırıram. Məlumat üçün deyim ki, Türkiyə tərəfi Anlaşma Memorandumunu zəruri dövlətdaxili təsdiq prosedurlarından keçirib, yəni Anlaşma Memorandumu Türkiyə tərəfindən artıq təsdiq olunub və qüvvəyə minibdir. Əminəm ki, biz də bunu təsdiq edəndən və müvafiq prosedurdan keçirəndən sonra layihə qüvvəyə minəcək və çox dəyərli bir dəstək olacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Qanun layihə-sinin müzakirəsinə başlayırıq. Tahir Kərimli. 
T.Kərimli. Təşəkkür edirəm. Valeh müəllimə də təşək-kür edirəm ki, bir məsələni aydınlaşdırdı. Çünki bu Anlaşma Memorandumunun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının 3-cü maddədə qeyd edilmiş öhdəlikləri aşağıdakı şərtlərdən asılıdır. Türkiyə Respublikasının TANAP ilə HGA dəyişikliyini imzalamasının ratifikasiyası. Arzu edərdik, ümumiyyətlə, əvvəlcədən bu ratifikasiya ilə bağlı arayış təqdim olunaydı, çünki iki ildən artıq keçən müddətdə biz bilə bilmərik, hansı proseslər gedib ki, həm Azərbaycan, həm də Türkiyə dövləti üçün bu cür vacib olan bir sənəd belə gecikib və ümumiyyətlə, indi aydın oldu ki, Azərbaycan tərəfi artıq öz öhdəliklərini yerinə yetirə bilər. Çünki Türkiyə tərəfi birbaşa 2.1-ci maddədə göstərilən qaydada daxili ratifikasiya proseslərindən keçib. 
Bir məsələni də deməyi vacib bilirəm. Bu, “E” bəndi ilə bağlıdır. Burada diqqətimi belə bir müddəa cəlb etdi. “Azərbaycan məşəli” sözləri. Düzü, fikirləşdim, bizim hamımızda qrammatik səhvlər olur. Burada yəqin, “məşəl” deyil, “mənşə” sözüdür, çünki 8-ci maddədə də belə bir hərf var. Amma biz görürük ki, 1-ci maddədə Azərbaycanda Zəfər–Məşəl Qaz yatağından söhbət gedir. Onu da fikirləşirik ki, yəqin, söhbət həmin yatağa aid olan təbii qazdan gedir. Amma mən düşünürəm ki, yəqin, bu, “Azərbaycan mənşəli” sözləridir, texniki səhv kimi qəbul etmək olar. Bunun əhəmiyyəti nədir? Nəyə görə bunu misal gətirirəm? Burada göstərilir ki, Azərbaycan mənşəli olan və onun ərazisindən gələn təbii qazın Türkiyə–Gürcüstan sərhədindən, Türkiyə ərazisindən keçərək və çıxış nöqtələri Türkiyədə və Türkiyə–Yunanıstan və Bolqarıstan sərhədlərində, eləcə də dövlətlər tərəfindən razılaşdırılmış digər nöqtələrdə olan təhlükəsiz və səmərəli təbii qaz boru kəməri olan Trans Anadolu Qaz Boru Kəməri Sistemini TANAP Şirkəti quraşdırır. 
İndi birinci sual. Bu, Azərbaycan mənşəli qazdır və bu sistemi TANAP quraşdırır. İndi elə oldu ki, Azərbaycan mənşəli olmadı. Biz bunu gözləyə bilərik, TANAP sistemi ilə nəql olunsun. Ümumiyyətlə, bu təkcə oradan gələn və ya keçən də ola bilər. Yəni Azərbaycan nəql olunan bir sahə də ola bilər. Ona görə bunu bilmək istərdim ki, bax həmin anlarda Azərbaycan mənşəli olmayan qaz sistem-lərini kim quraşdıracaq? Çünki burada yalnız Azərbaycan mənşəli qazdan söhbət gedir. 
İkinci bir məsələ budur ki, bəlkə biz burada Azərbay-canı tranzit kimi də qəbul edək, yəni “Azərbaycan mənşəli olan və onun ərazisindən gələn və ya keçən”. Heç olmasa, bu sözləri əlavə edək ki, birinci, o tranzit haqqımız alınsın. Bu, adi bir söz deyil. Çünki biz bilirik, bayaq da deyildi, bu, ratifikasiya olunandan sonra Azərbaycan tərəfi öz pay bölgüsündə dəyişiklik edir, öz payından verir, hətta bir sıra ciddi proseslər gedir. Bir sözlə, mən bu suala cavab tapmaq istərdim, yəni bu istisna edirmi ki, başqa mənşəli qaz TANAP şirkəti ilə buradan getsin. Əgər istisna etmirsə, mümkündürsə, bu, Anlaşma Memorandumunda necə nizama salınır? Yaxud, ola bilər, başqa bir memorandum da var. Ümumiyyətlə, o tranzit məsələsi aydınlaşdırılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Azərbaycan bu il oktyabrın 18-də özünün 25 illik müstəqilliyini qeyd edəcək. Bu 25 il ərzində dövlətimiz tərəfindən 100-dən çox müqavilə imzalanıb. Amma mən iki müqaviləni xüsusi qeyd etmək istəyirəm. Biri 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”dir. Bu, Azərbaycanın müstəqilliyi üçün çox önəmli bir müqavilə idi. Digəri də hazırda Valeh müəllimin bizə məruzə etdiyi Trans Anadolu təbii qaz layihəsinin imzalanmasıdır. Bu, çox önəmli bir layihədir. Bu layihənin imzalanması bizim aldığımız məlumatlara görə çox ağır bir yoldan keçib və bəzi qonşu dövlətlərin rəhbərləri bu layihənin imzalanmaması üçün çox böyük səylər də göstəriblər. 
Bu yaxınlarda Türkiyə və Rusiya arasında münasibətlər müəyyən qədər istiləşəndən sonra müəyyən dairələrdə bu layihəyə qarşı mənfi fikirlər söylənməyə başlanıb. Amma bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev çox ciddi siyasi iradə göstərərək bu layihəyə imza atıb, Türkiyə ilə bir yerdə bu layihənin imzalanmasına qərar verib. Mən bu layihənin iqtisadi tərəfini bir tərəfə qoyuram, oraya haradasa təxminən 40 milyarda yaxın vəsait qoyulacaq. Layihədə də bir sıra iri dövlətlər iştirak edəcəklər. Amma belə layihələrin təsdiq edilərək həyata keçirilməsi Azərbaycan dövlətinin müstəqilliyi üçün çox önəm daşıyır. Çünki o şirkətlər ki, bu layihədə iştirak edəcəklər, necə ki, “Əsrin müqaviləsi”ndə iştirak etmişdilər, əlbəttə, onlar dövlətdə stabilliyin qorunub saxlanmasına daha çox önəm verirlər. Yəni bu layihə Azərbaycan üçün çox önəmlidir. Mən belə hesab edirəm ki, bu layihəyə biz səs verməliyik və onun tez bir zamanda həyata keçirilməsinə nail olmalıyıq. Mən bir daha Azərbaycanın dövlət başçısına, bu layihə üzərində işləyən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun. 
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Valeh müəllim, münasibət bildirmək istəyirdiniz? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun. 
V.Ələsgərov. Tərcüməni mən etsəydim, hamınızdan üzr istəyərdim ki, doğrudan da, burada tərcümə problem-ləri var. Özü də bu birinci sənəd deyil ki, tərcümə prob-lemləri yaranır. Ancaq tərəflər arasında münasibətlərdə hər hansı bir problem yaransa, türk dilində və ya Azərbaycan dilində olan mətnlərdə hər hansı bir anlaşılmazlıq olsa, ingilis dilindəki mətn əsas götürüləcəkdir və bu cür sənədləri hazırlayan, yazan, oxuyan, danışıqları aparan bir insan olaraq Sizi əmin edirəm ki, ingilis dilində mətn çox dəqiq, beynəlxalq hüquqi normalara, standartlara uyğun şəkildə hazırlanıbdır. 
“Azərbaycan mənşəli” sözlərinə gəldikdə, indi məsələn, orada “qazın təqli” yazılıbdır, “nəqli” əvəzinə “təqli” yazılıbdır. Misal üçün, (A) bəndini oxuyanda ingilis mətni ilə müqayisə etsəniz, bəzi problemləri görərsiniz. Buna vaxt sərf etmək istəmirəm, ancaq belə bir tərcümə problemi var. “Azərbaycan mənşəli qaz” ifadəsi tək bu sazişdə deyil, – mən bayaq dedim, – 2010-cu ildən bəri imzalanmış sənədlərdə də var. Onların içindən burada iki dənə əsas sənədin adını çəkdim. Dövlətlərarası saziş və tranzit ölkəsi ilə saziş. TANAP Şirkətinin tranzit ölkəsi, yəni Türkiyə ilə münasibətlərini tənzimləyən saziş. Əgər qıraqdan hər hansı bir qaz gəlsə, məsələn, Türkmənistandan və ya başqa ölkələrdən, Azərbaycanın ərazisindən keçmək üçün eyni tranzit ölkəsi ilə saziş mütləq imzalanmalıdır və bu tranzit ölkəsi ilə saziş çərçivəsində bütün münasibətlər, o cümlədən də tranzit haqları və sair tənzimlənəcəkdir. Standart bir məsələ olduğuna görə, mənim fikrimcə, nə müzakirələrə, nə də şərhlərə ehtiyac var. Bu cür sənədləri bayaq deyildiyi kimi, çox imzalamışıq, həyata keçiririk. Bakı–Novorossiysk, Bakı–Tibilisi–Ceyhan və başqa layihə-lərin uğurla həyata keçirilməsi, inkişafı göstərir ki, bu sənədlərə biz çox ciddi yanaşırıq. Xahiş edirəm, səs verək. Sağ olun. 
Sədrlik edən. Sağ olun, Valeh müəllim, kifayət qədər aydınlıq gətirdiniz. Əgər başqa sualı olan yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

 Səsvermənin nəticələri (saat 14.01 dəq.)
 Lehinə 98
 Əleyhinə 0
 Bitərəf 0
 Səs vermədi 0
 İştirak edir 98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Komitə sədri Səməd Seyidov. Buyurun, Səməd müəllim. 
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Mən vaxtınızı çox al-maq fikrində deyiləm. Ona görə ki, bu cür qanun layi-hələri bizim parlamentdə xeyli müzakirə olunub. Biz artıq müxtəlif ölkələrlə bağlı belə qanunları təsdiq etmişik. Hesab edirəm ki, bu silsilədən olan növbəti qanun layihəsi diplomatik pasportlara malik şəxslərin, xüsusilə bu istiqamətdə fəaliyyət göstərən insanların işinin, fəaliyyətinin, əlaqələrimizin daha yüksək səviyyədə təşkil olunmasına böyük köməklik göstərəcək. Ona görə, təbii, hər bir Azərbaycan vətəndaşının, o cümlədən diplomatik pasport daşıyan Azərbaycan vətəndaşının əlaqələrini və iş imkanlarını genişləndirən bu sazişə komitəmiz müsbət rəy bildirmişdir. Xahiş edirəm, deputatlar öz münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif var? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibət bildirək. 

 Səsvermənin nəticələri (saat 14.03 dəq.)
 Lehinə 92
 Əleyhinə 0
 Bitərəf 0
 Səs vermədi 0
 İştirak edir 92
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergi-lərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihəsidir. Komitə sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən çox xahiş edərdim ki, yeddinci məsələ də ikiqat ver-gitutma ilə əlaqədar olduğu üçün ikisi haqqında birlikdə məlumat verim, sonra səsvermə keçirək. Bir ölkədən digər ölkəyə investisiya qoyuluşlarının təsdiq edilməsi üçün ilk növbədə həmin ölkələr arasında investisiyaların qarşılıqlı qorunması haqqında, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması barədə sazişlərin olması zəruridir. İndiyə qədər Milli Məclisdə 47 ölkə ilə bu kimi sazişlər bağlanmışdır. Bu sazişlərin əsas üstünlüyü ilk növbədə Azərbaycanın və ya digər dövlətin hüquqi və fiziki şəxslərinə münasibətdə eyni bir gəlirə görə ikiqat vergitutmanın həm Azərbaycanda, həm də digər dövlətdə aradan qaldırıl-masıdır. Hesab edirəm ki, bu qanun layihələrinin qəbul edilməsi Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı, eləcə də Malta Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığımızın inkişafına müsbət təsir edəcəkdir. Ona görə də millət vəkillərindən bu sazişlərə müsbət münasibət bildirmələrini xahiş edirəm. 
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, altıncı məsələyə münasibət bildirək. 

 Səsvermənin nəticələri (saat 14.05 dəq.)
 Lehinə 101
 Əleyhinə 0
 Bitərəf 0
 Səs vermədi 0
 İştirak edir 101
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Yeddinci məsələyə, xahiş edirəm, münasibət bildirək. 

 Səsvermənin nəticələri (saat 14.06 dəq.)
 Lehinə 96
 Əleyhinə 0
 Bitərəf 0
 Səs vermədi 0
 İştirak edir 96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Respublikası ilə QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond ara-sında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında” Azər-baycan Respublikası qanununun layihəsi barədədir. Komitə sədri Əhliman Əmiraslanov, buyurun. 
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Çox hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu ilin may ayının 26-da Cenevrə şəhərində Azərbaycan Respublikası ilə QİÇS Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında bu patologiyalarla mübarizə üçün qrant layihələri haqqında çərçivə sazişi imzalanıbdır. Mən təklif edirəm ki, bu çərçivə sazişini bu gün təsdiq edək, çünki bu patologiya ilə mübarizə üçün qrant layihələrində xeyli vəsait nəzərdə tutulub. Ölkəmiz üçün çox vacib olan və ölkəmizdə tez-tez təsadüf olunan vərəm, malyariya və immun çatışmazlığı ilə mübarizədə, mənə belə gəlir ki, bu layihənin son dərəcə böyük əhəmiyyəti var. Ona görə təklif edirəm ki, bu layihəni təsdiq edək. Sağ olun.
Sədrlik edən. Təklif var ki, səsə qoyulsun. Sadəcə, mən bir şeyi öyrənmək istəyirəm. Əhliman müəllim, ümu-miyyətlə, indi Azərbaycanda malyariya xəstəliyinə rast gəlinir? Mənim bildiyimə görə, bunun kökü kəsilib. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Əhliman müəllim.
Ə.Əmiraslanov. Ümumiyyətlə, malyariya indi praktiki olaraq ölkəmizdə yoxdur. Məhz belə qrant layihələri və dövlət tərəfindən profilaktik tədbirlər həyata keçirilir. Ona görə də bu patologiyanın ölkəmizdə kökü, demək olar ki, kəsilibdir. Belə xəstələrə çox nadir hallarda rast gəlinir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layi-həsinə münasibət bildirək. 

 Səsvermənin nəticələri (saat 14.09 dəq.)
 Lehinə 98
 Əleyhinə 0
 Bitərəf 0
 Səs vermədi 0
 İştirak edir 98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil-məsi barədədir. Komitə sədri Eldar İbrahimov, buyurun. 
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri. 
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli de-putat həmkarlarım, sizə təqdim olunan qanun layihəsində “Meliorasiya və irriqasiya haqqında” Qanunun 12-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilməsi təklif olunur: “Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur”. 
Bu dəyişiklik “Meliorasiya və irriqasiya” haqqında Azərbaycan Respublikasının Qanununu 15 mart 2016-cı ildə qəbul edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq üçün hazırlanmışdır. Həmkarlarımdan xahiş edirəm, bu qanuna səs verək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsi-nə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsidir. Komitə sədri Rəfael Hüseynov, bu-yurun. 
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri. 
Hörmətli həmkarlar, “Mədəniyyət haqqında” Azərbay-can Respublikası Qanununun 24-cü maddəsi “Yaradıcı şəxslər” adlanır. Həmin maddənin dördüncü bəndi peşəkar yaradıcılığın meyarlarının müəyyən edilməsini müvafiq icra hakimiyyəti orqanına həvalə edir. Lakin indi təklif edilən dəyişiklik cənab Prezidentin imzası ilə daxil olmuş sənəddir. Tövsiyə edir ki, həmin bənd bu maddədən və bütövlükdə qanundan çıxarılsın. 
Yaradıcılıq məhz ona görə təkrarsızdır və mahiyyəti etibarı ilə ona görə yaradıcılıqdır ki, dar çərçivələrə sığ-mır, həmişə geniş üfüqlər istəyir. Bu dəyişikliyin edilməsi son dərəcə zəruridir, məntiqlidir və ona görə də hər kəs tərəfindən məmnunluqla qarşılanır. 
Ancaq onu da deməyi vacib hesab edirəm ki, həm də təəccüb oyanır ki, bəs nəyə görə “Mədəniyyət haqqında” Qanunun mətnində belə bir bənd var idi. Qənaətimizcə, bu bənd hansı isə məhdudiyyətlər müəyyən etmək, peşəkar yaradıcılığın fəaliyyət dairəsini daraltmaq məqsədi ilə edilməmişdi. Sadəcə, sənətə, mədəniyyətə meyarsızlığın, qeyri-peşəkarlığın daxil olmasının, nüfuz etməsinin qarşısını almaq üçün müəyyənləşdirilmişdi. Lakin həyat, təcrübə göstərdi ki, həmin iş ayrı-ayrı mədəniyyət qurumları tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.
Mən Mədəniyyət Nazirliyi ilə də əlaqə saxlamışam. Onlar da bildirdilər ki, belə bir bəndin həmin maddənin, bütövlükdə qanunun içərisində olmasına baxmayaraq, faktiki olaraq işləmirdi. İndiki halda həmin bəndin “Mə-dəniyyət haqqında” Qanunun mətnindən çıxarılması həm məntiqidir, həm də qanunun demokratik mahiyyətini bir qədər artırır. Ona görə də mən həmkarlarımı bu dəyişikli-yə səs verməyə çağırıram. Təşəkkür edirəm. 
Sədrlik edən. Başqa fikir yoxdursa, xahiş edirəm, qa-nun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə. 
 
(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerlə-rimizi tutaq. Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqındadır. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli mil-lət vəkilləri! Vergi Məcəlləsinin 24-cü maddəsinə aşağı-dakı dəyişiklik nəzərdə tutulur: “Vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın aradan götürülməsi barədə qərar qəbul etməyə”. Əvvəlki redaksiyada həmin məhdudlaşdırmanın götürülməsi barədə iki iş günü ərzində yazılmışdı. 
Bilirsiniz ki, son vaxtlar iqtisadi islahatların dərinləş-məsi, sahibkarlığa mane olan əngəllərin aradan qaldırıl-ması, ümumiyyətlə, iqtisadi fəallığın artırılması məqsədi ilə bir sıra qanunlarda dəyişiklik edilir. Bu dəyişiklik də məhz bu məqsədə xidmət edir. Millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layi-həsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun. 
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Mühasibat uçotu haqqında” Qanunun “Əsas anlayışlar” adlanan 2-ci maddəsində, 2.1.9-da dəyişiklik nəzərdə tutulur. Əvvəlki redaksiyada yazılırdı ki, “ictimai əhəmiyyətli qurumlar – kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları”, qeyri-dövlət sosial fondları. İndi isə “investisiya fondları”ndan sonra belə bir ifadə əlavə olunur: “və onların idarəçiliyi”. Qiymətli kağızlar bazarı ilə bağlı belə bir maddə var ki, həm investisiya fondları yaradılır, həm də onların idarəçiliyinin funksiyaları müəyyən edilir. Dəyişiklik də bundan ibarətdir. Biz hörmətli Rüfət müəllimlə və Səfa müəllimlə danışdıq, razılaşdıq ki, “investisiya fondları və bu fondların idarəçiləri” yazaq. Hər iki tərəf razıdır və bu dəyişiklik ümumi məqsədlərə xidmət edir. Ona görə xahiş edirəm, bu qanun layihəsinə də səs verək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bil-dirək.

Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad müəllim. 
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli mil-lət vəkilləri! Cənab Prezident tərəfindən ünvanlanan mü-raciətdə bildirilir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.2-1-ci maddəsi ləğv edilir. Maddənin də mahiyyəti aşağıdakılardan ibarətdir: “Pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərilən müəssisələr tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət edir”. Əvvəllər bu, “Poçt xidməti haqqında” Qanunda yazılmışdı. İndi isə 2016-cı il 4 mart tarixli qanuna uyğunlaşdırmaq məqsədi ilə bu maddənin ləğvi haqqında təklif verilmişdir. 
Sədrlik edən. Mən də hesab edirəm, düzgün qərardır. Poçt haradan bilər ki, bu pul terrorçuluğun maliyyələşməsi üçün köçürülür. Bunu müəyyənləşdirmək üçün digər orqanlar var. Buyurun, qanun layihəsinə münasibət bildirin. 

Səsvermənin nəticələri (saat 16.19 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad müəllim. 
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli mil-lət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Res-publikasının Qanununa 18.69-cu maddə əlavə edilir. Belə ki, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat rüsum müəyyən olunur. Bilirsiniz ki, biz “Balıqçılıq haq-qında” Qanun qəbul etmişik. Bu qanunun tətbiqi ilə artıq Azərbaycanda akvakultura obyektlərində balıqlar və sair hazırlanır. Amma onlar dövlət rüsumu ödəmirdilər və ona görə də qanun layihəsinə belə bir maddənin əlavə edilməsi təklif olunur. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə müna-sibət bildirək.

Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Ziyad müəllim, buyurun. 
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, Vergi Məcəl-ləsinin 165-ci maddəsi “Verginin sıfır (o) dərəcəsi ilə tu-tulması” adlanır. 165.1.4-cü maddədə “beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması” sözlərindən sonra “habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti” sözləri əlavə olunur. 
Bilirsiniz ki, son vaxtlar Azərbaycanda qədim İpək Yolunun bərpası, Şimal–Cənub nəqliyyat dəhlizinin fəaliyyəti ilə əlaqədar konkret addımlar atılır və bu dəyişikliklər də, heç şübhəsiz ki, Azərbaycanda tranzit yüklərin daşınması ilə əlaqədar proseslərə müsbət təsir edəcəkdir. Ona görə millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  
Sədri O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hörmətli millət vəkilləri, müzakirəyə başlamamışdan qabaq diqqətinizə çatdırmaq istəyirəm ki, Fransada Azərbay-canın Dostları Assosiasiyasının Prezidenti və üzvləri bu gün Milli Məclisdə qonaq kimi iştirak edirlər. (Alqışlar). Onlar Azərbaycanın maraqlarını Fransa parlamentində, Fransada dəstəkləyən ən yaxın dostlarımızdır. Ona görə cənab Manselə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə “çox sağ olun” deyirəm. (Alqışlar). Buyurun, Vahid Əhmədov.
V.Əhmədov.Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Vergi Məcəlləsinə edilən dəyişiklik vacibdir. 18 faizlik əlavə dəyər vergisi tranzit yüklər üçün sıfır faizə endirilir. Ziyad müəllimin qeyd elədiyi kimi, bilirsiniz ki, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu çəkilir və bu yol ilin sonunda istifadəyə veriləcək. Orada tranzitlərin daşınması üçün bu, çox əhəmiyyət kəsb edir. Mən buna səs verəcəyəm. 
Amma mənim çıxışımda əsas məqsəd başqadır, əlavə dəyər vergisi ilə əlaqədardır. Komitənin iclasında bir neçə dəfə bu məsələyə toxunmuşam. Dünyada, o cümlədən Azərbaycanda gedən iqtisadi proseslər, müəyyən qiymət artımlarının baş verməsi ilə əlaqədar olaraq biz bir neçə dəfə Vergilər Nazirliyinə təklif etmişik ki, diferensiallaşdırılmış əlavə dəyər vergisi sistemindən istifadə edilsin. Yəni niyə Azərbaycana gətirilmiş mallara ucdantutma 18 faiz əlavə dəyər vergisi tətbiq edilir? Elə mallar var ki, insana 10–20 ildə bir dəfə lazım olur, elə mallar da var ki, onu gündəlik istifadə olunurlar. Niyə avtomobilə də, mebelə də 18 faiz əlavə dəyər vergisi tətbiq edirik? O cümlədən xaricdən gətirilən qida məhsullarına da 18 faiz əlavə dəyər vergisi tətbiq edirik.
Vergilər Nazirliyi təkliflərlə razılaşsa da, bu günə qədər bizə heç bir sənəd daxil olmayıb. Mən, ümumiyyətlə, belə hesab edirəm ki, 10–20 ildə bir dəfə istifadə olunan mallara 35–40 faiz əlavə dəyər vergisi qoymaq olar. Amma insanların gündəlik istifadə etdikləri mallara 5–10, lap 3 faiz səviyyəsində vergi qoymaq olar. Ona görə sədarətdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə əlaqədar Vergilər Nazirliyi işləsin və Milli Məclisə diferensiallaşdırılmış əlavə dəyər vergisi sistemi ilə əlaqədar təkliflərini versin. Sağ olun.
Sədrlik edən. Sağ olun, Vahid müəllim, çox ağlabatan bir təklifdir. Bu istiqamətdə işləmək olar. Buyurun, Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, hörmətli Sədr. Mən əvvəl söz almaq istəyirdim, çünki təklifim var idi. Gündəlikdə mühasibat uçotu haqqında 3 məsələ, dövlət rüsumu ilə bağlı isə 2 məsələ var. Demək istəyirəm, ola bilərmi ki, bu məsələlər eyni vaxtda deyilsin və səsə qoyulsun? Hər dəfə bu məsələyə dönülməsin. Bundan əvvəl söz demək istəyirdim, biri ixtisara düşdü. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, bunlar ayrı-ayrı məsələ-lərdir. İki qanun bir yerdə gəlib. Ziyad müəllim bu haqda məlumat verəcək. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.26 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
16, 17 və 18-ci məsələlər cənab Prezident tərəfindən bir məktubla gəlib. Bunlar “Mühasibat uçotu haqqında” Qanunda, “Reklam haqqında” Qanunda və “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişikliklərdir. Yəqin Ziyad müəllim bir yerdə məlumat verəcək, sonra ayrı-ayrı səsə qoyacağıq. Buyurun, Ziyad müəllim. 
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Siz haqlı olaraq bu məsələnin artıq həlli istiqa-mətini müəyyən etdiniz. Yəni Azərbaycanda Maliyyə Ba-zarlarına Nəzarət Palatası yaradılmışdır. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası cənab Prezident tərəfindən müəyyən edilmiş vəzifələri həyata keçirir. Maliyyə Ba-zarlarına Nəzarət Palatası Azərbaycanın iqtisadi qanunvericiliyində yeni bir mərhələ, yeni bir istiqamətdir. Ona görə də biz bir sıra qanunlarda müvafiq dəyişiklikləri etməliyik. 
Bu baxımdan cənab Prezidentin adları çəkilən qanun-lara təklif etdiyi dəyişikliklər yeni yaradılan maliyyə nəzarəti orqanının həmin qanunlarda əks olunmasını xarakterizə edir. “Reklam haqqında” Qanunda “müvafiq icra hakimiyyəti orqanında” sözlərinin əvəzinə “maliyyə bazarlarına nəzarət orqanında” sözləri qeyd edilir. Eləcə də “Qiymətli kağızlar bazarı haqqında” Qanunda da həmin dəyişikliklər edilir. Eyni zamanda, hesab edirəm ki, bu dəyişikliklərin edilməsi bizim qanunları yeni qəbul edilmiş qanuna uyğunlaşdırmaq istiqamətində atılan çox mütərəqqi addımlardır. Qısa zaman kəsiyində bu qədər qanuna dəyişikliklərin edilməsi artıq Azərbaycanda icra strukturlarının daha çevik işləməsindən xəbər verir. Ona görə millət vəkillərindən xahiş edirəm ki, hər üç qanun layihəsinə səs versinlər. Eyni zamanda, bu, Aqil müəlli-min dediyi fikirlə səsləşir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdur-sa, dəyişikliklərə ayrı-ayrılıqda səs verək. Xahiş edirəm, gündəliyin 16-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, günlədiyin 17-ci məsələsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Nəhayət, xahiş edirəm, 18-ci məsələyə münasibət bil-dirək. 

Səsvermənin nəticələri (saat 16.30 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
19, 20-ci məsələlər də bir zərfdə daxil olub. Bunlar “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələridir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikasında “Aviasiya haqqında” Qanun qəbul edilmişdir. Bu qanunun qəbul edilməsi ilə Azərbaycanın aviasiya şirkəti artıq beynəlxalq miqyasda tanınan şirkətə çevrilmişdir. Eyni zamanda, cənab Prezidentin təşəbbüsü ilə təqdim edilən qanun layihəsində göstərilir ki, dünya maliyyə bazarlarında qeyri-sabit iqtisadi şəraitlə əlaqədar olaraq xarici aviaşirkətlərin yerli daşımalar bazarına cəlb edilməsi və ölkəmizin beynəlxalq hava limanlarından istifadə etməklə tranzit hava daşımalarının həcminin artırılması  üçün əlverişli imkanların yaradılmasına ehtiyac var. 
Layihədə təklif edilir ki, bu istiqamətdə “Dövlət rüsu-mu haqqında” Qanunda, eləcə də “Aviasiya haqqında” Qanunda nəzərdə tutulan 6.1.1.14 və 6.1.1.15-ci bəndlər ləğv edilsin. Söhbət, yenə deyirəm, mülki aviasiya rüsu-munun ekonom sinif üzrə, biznes və birinci sinif üzrə aldığı rüsumların aradan götürülməsindən gedir. 
Hörmətli Sədr, Sizin yanınızda da bir daha vurğulandı ki, dövlət başçısı iqtisadi islahatların liberallaşdırılması istiqamətində qətiyyətli addımlar atır və bu addımlardan biri də aviasiya şirkətinin nüfuzunu daha da artırmaqdan, beynəlxalq daşımaların xarici şirkətlər vasitəsilə də daşınması imkanlarını genişləndirməkdən ibarətdir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Əgər baş-qa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 19-cü məsə-ləsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.33 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Xahiş edirəm, gündəliyin 20-ci məsələsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.33 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli. 
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. “Hüquqi şəxs-lərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilən dəyişiklik bu qanunun Mülki Məcəlləyə uyğunlaşdırılması ilə bağlıdır. Xatırlatmaq istəyirəm ki, 2016-cı il martın 4-də biz Mülki Məcəlləyə bir sıra dəyi-şikliklər etmişik və orada da “müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” söz-ləri ilə əvəz edilmişdir. Məhz buna görə də 16-cı maddədə “səhimdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “yaratdığı qurumun” sözləri əlavə edilir. Bu, texniki bir düzəlişdir və ona səs verməyi xahiş edirəm. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.35 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, biz 2015-ci ildə “Vətəndaşların şəxsiyyət vəsiqəsi haqqında” Qanuna düzəliş etmişik. O düzəliş həmin qanunun qüv-vəyə minməsi ilə bağlı idi. Bildiyiniz kimi, yeni qanun-vericiliyə görə 15 yaşa qədər fərdi identifikasiya kartı, ondan sonrakı dövrdə isə şəxsiyyət vəsiqəsi verilir. O za-man mən sizi məlumatlandırmışdım ki, fərdi idenfitikasiya kartlarının 
verilməsi bır sıra maddi və texniki işlər tələb edir. Məhz buna görə də biz fərdi identifikasiya kartlarının qüvvəyə minməsi müddətini 2017-ci il yanvarın 1-nə müəyyənləşdirmişdik. 
Eyni zamanda, “Əhalinin Dövlət Reyestri haqqında” Qanunda da şəxsiyyət vəsiqəsi, yəni əhalinin qeydiyyatı, reyestri nəzərə alındığına görə “fərdi identifikasiya kartı” anlayışları var. Təklif olunur ki, “Əhalinin Dövlət Reyestri haqqında” Qanunun bu hissəsinin qüvvəyə minməsi də 2017-ci il yanvarın 1-nə keçirilsin. Amma 2015-ci ildə biz artıq “Vətəndaşların şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişdirmişik və qüvvəyə minmə tarixini eyniləşdirməkdən ötrü bu düzəliş edilir. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, dəyişikliyə mü-nasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.37 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi. 
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyurun, Əli müəllim. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindəki arayışdan da görünür ki, bu dəyişiklik “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilmiş dəyişikliklə bağlıdır. Mən daha aydın olsun deyə 2016-cı il 12 fevral tarixində “Avtomobil nəqliyyatı haqqında” Qanuna etdiyimiz dəyişikliyi xatırlatmaq istəyirəm. Belə ki, biz o zaman ictimai nəqliyyatla – avtobuslarla sərnişin daşınması ilə bağlı bir sıra mütərəqqi dəyişikliklər etdik. Belə ki, avtobusla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 23-dən az və ya 65-dən çox olmayan və avtonəqliyyat vasitəsini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan, “DE” kateqoriyası üzrə isə yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək təc-rübəsi 3 ildən az olmayan sürücülər buraxılır. Biz “Avto-mobil nəqliyyatı haqqında” Qanunda ictimai nəqliyyatda daşımalarla bağlı tələbləri ciddiləşdirdik. Şəxsin müəyyən bir yaş dövrü və stajı olmalıdır ki, onun nəqliyyatı idarə etmək hüququ olsun. 
Eyni zamanda, bilirsiniz ki, bu məsələlərin tənzimlən-məsi “Yol hərəkəti haqqında” Qanunda da öz əksini tapır. Ona görə də qüvvədə olan müddəalar “Yol hərəkəti haqqında” Qanuna köçürülür. Biz bu məsələni Dövlət Yol Polisi rəisinin müavininin iştirakı ilə komitədə də geniş müzakirə etdik. Komitə üzvlərinin yekdil fikri bundan ibarət idi ki, tramvay, trolleybus, ümumiyyətlə, ictimai nəqliyyatda sürücülərin həm yaşının artırılması, həm də bir sıra kateqoriyalarda daha çox nəqliyyatdan istifadə təcrübəsinin olması gərəkdir. Bu layihə birmənalı dəstəkləndi. Hesab edirəm ki, ictimai nəqliyyatın təhlükəsizliyi ilə bağlı çox mütərəqqi bir qanun layihəsidir. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Buyursun Elmira Axundova. 
E.Axundova. Sağ olun. Bu gün “Yol hərəkəti haqqın-da” Qanuna etdiyimiz dəyişikliklə ölkəmizdə sürücülük hüququ ilə bağlı bir yenilik edilmiş olacaq. “Avtosfer.az” yazır ki, bu barədə bir sıra təcrübi suallar doğur. Mənə də bu maraqlı oldu. Mən istəyirəm, o sualları Əli müəllimə ünvanlıyam. Yəqin ki, sürücülər də bu suala cavab axtaracaqlar. Dəyişiklik qüvvəyə mindikdən sonra 65 yaşına çatmış şəxslər “D” və “DE” kateqoriyaları üzrə sürücülük hüququnu avtomatik olaraq itirəcəklər. Hazırda yaşı 65-i ötmüş “D” və “DE” kateqoriyalı sürücülük hüququ olan şəxslər respublikada çoxdur. 
Ən maraqlısı onların bu kateqoriyalar üzrə sürücülük hüququnun taleyi ilə bağlı olacaq. Konstitusiyamızın “Normativ hüquqi aktlar” adlı 149-cu maddəsinə uyğun olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmayan, yəni pisləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Deməli, hazırda yaşı 65-i ötmüş şəxslər malik olduqları “D” və “DE” kateqoriyası üzrə sürücülük hüquqlarını sürücülük vəsiqəsinin müddəti bitənədək saxlamalıdırlar. Onlar işləyə bilərlər. Bu, belədir, ya yox? Ya da təcili sürücülük vəsiqələri dəyişdirilməlidir. Amma həmin vəsiqənin müddəti bitdikdən sonra onların bu kateqoriyalar üzrə sürücülük hüququ uzadılmayacaq.
İkinci sualım əcnəbilərlə bağlı məsələdir. Məsələn, “D” və “DE” kateqoriyalı yaşı 65-dən yuxarı olan əcnəbi sürücü İrandan avtobusla Azərbaycana, sonra da Rusiyaya getməlidir. Belə çıxır ki, həmin şəxs Azərbaycana buraxılmaya bilər, çünki onun yaşı bizim qanunumuza uyğun deyil. Ölkə ərazisində avtobusu idarə edərkən saxlandıqda o, hətta sürücülük hüququ olmayan şəxs kimi məsuliyyətə cəlb oluna bilər. İkinci sualım ondan ibarətdir ki, bu müddəa əcnəbilərə aid olacaqmı? 
Üçüncü, ən vacib məsələ ondan ibarətdir ki, Azərbay-canda 65 yaşında sağlam, təcrübəli avtobus sürücüləri çoxdur. Əgər fikir versəniz, görərsiniz ki, yollarımızda əsil “genosidi” törədən və ildə yüzlərcə adamı qətlə yetirən sürücülərin yaşı heç də 65-dən yuxarı deyil, hamısı cavandır. Avtobuslarda yarışa çıxmaq, sürəti artırmaq və digər xoşagəlməz halları məhz bu cavanlar törədir. 
Məncə, 65 yaşında olan insanların sağlamlığı imkan verirsə, onlara avtobus sürməyə icazə verilməlidir. Bəlkə bunun üçün istisna olmalıdır, bəlkə bunun üçün həkimdən tibbi arayış təqdim etmək etmək olar və sair. Bu sağlam, təcrübəli insanlara birdəfəlik bunu sürə bilməzsən, demək onlar üçün əsl faciədir. Kiminsə “Qazel”i, kiminsə “Raf”ı var və onlar bununla öz çörəyindən məhrum edilmiş olurlar. Xahiş edirəm, bu suallara cavab axtaraq, çünki onlar çox vacibdir. Bizim bilirsiniz ki, minlərcə insanlarımız “D” və “DE” kateqoriyalı sürücülərdir. Onların çoxunun yaşı məhz 65-ə yaxınlaşır, ya da ötməkdədir. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkil-ləri! Mən Elmira xanımın bu məsələ ilə bağlı səsləndirdiyi bəzi fikirlərə qatılmaq istəyirəm. Sürücülük, əslində, çox lüks peşə deyil. Əvvəllər taksi və avtobus sürücüləri kifayət qədər yüksək təminatlı şəxslər sayılırdılar, çünki sovet dövründə bu kateqoriyadan olan insanların ailəsini, çevrəsini yaşatmaq imkanları daha çox idi. Amma indiki şərtlərdə çörək uğrunda mübarizə gedir. Yəni bir taksi sürücüsünün qışda hər kəsin binasının önündə səhərdən axşama və gecədən səhərə qədər müştəri gözlədiyinin şahidi oluruq. Avtobus sürücüləri də elə. Məncə, burada yaş kateqoriyası ilə bağlı problemin həlli məsələyə o qədər də təsir göstərməyəcək. 
Siz diqqət edirsinizsə, “Koroğlu” metrosunun yanında avtobus dayanacağı üçün geniş bir yer ayrıldı və orada hər hansı bir qəza riski ortadan qalxdı. Amma harada avtobus dayanacaqları doğru təyinatla müəyyən olunmayıbsa, yollar dardırsa, saxlama yerində kifayət qədər problemlər varsa, orada 4–5 avtobus arasında “ölüm-dirim” mübarizəsi gedir. Kim qabağa düşəcək, kim daha çox müştəri götürəcək? Problem budur, bu, çözülməlidir. Yoxsa, yaşla bağlı hər hansı bir problem yoxdur ki. Anormal adam 23 yaşında da anormaldır, ağıllı adam 60 yaşında da ağıllıdır. Burada nə fərq var? 
Digər tərəfdən, diqqət etsəniz, görərsiniz ki, hərbi qul-luqçulara “CE”, “E”, “DE” kateqoriyasından olan bütün növ nəqliyyat vasitələrinin istifadəsinə icazə verilir – özü də 19 yaşından. Hərbi qulluqçular bunu əldə edə bilirlərsə, deməli, bütün vətəndaşlar bunu əldə etmək imkanına sahibdirlər. O halda biz nəyə görə yaş kateqoriyalarını mürəkkəbləşdirməliyik? Mənim fikrimcə, burada 21 yaş “CE” kateqoriyası nəzərdə tutulubsa, 21 yaşdan yuxarı hər bir kəsə ictimai nəqliyyatda, başqa yerlərdə az-çox təcrübə toplayandan sonra peşə fəaliyyətini davam etdirmək imkanı verilməlidir. 
Bir də mən təqaüdçülərlə bağlı bir faktı sizə xatırlatmaq istəyirəm. Onlar avtobus sürməkdən məhrum olunurlar, amma sonra cəmiyyətdə müəyyən dərəcədə lazımsız insanlara çevrilməyə, kiməsə yük olmağa başlayırlar. 
Mən bir dəfə Qazaxıstanda səfərdə olanda müşahidə etdim ki, taksi sürücüsü yaşlı bir adamdır. Soruşdum ki, sizə lisenziya verilirmi, mütləq lisenziya almalısınızmı? O cavab verdi ki, Nazarbayev göstəriş verib ki, təqaüd yaşında olan bütün taksi sürücüləri lisenziyasız taksi sürə bilərlər, çünki dolanışıq imkanı aşağıdır. Bu insan acından ölməməli, gedib kimdənsə pul almamalı, hansısa bir yolla özü ailəsini dolandırmalıdır. 
Məncə burada tibbi xarakterli məsələyə üstünlük ver-məliyik. Adamın 65 yaşı varsa, amma sağlam insandırsa, onu peşəsindən uzaqlaşdırmanın bir adı yoxdur. O baxımdan da bunun üzərində düşünmək lazımdır. Ya qanunun geriyə qüvvəsi olmur, bunu biz burada vurğulayırıq ki, bu vaxta qədərki insanlara şamil olunmur. Birdən-birə bu insanları peşəsindən uzaqlaşdırmaq ciddi sosial problemlər yarada bilər. 
Ona görə də mən nəyi təklif edirəm? Ya 21 yaş, ya da 23 yaş “DE” kateqoriyası üçün götürülsün, yəni 26 yaşı mürəkkəbləşdirməyə, məncə, ehtiyac yoxdur. Sadəcə, in-sanların qarşısına tələblər qoyulur ki, avtomobili, ictimai nəqliyyatı idarə edirsənsə, bunu vətəndaşların sağlamlı-ğına, səhhətinə problem yaradacaq səviyyədə etmə. Ondan sonra problem qalmır. 
Bir də, bu nəqliyyatla bağlı məsələdə bir şeyə diqqət etmək gərəkdir. İnzibati Xətalar Məcəlləsində maddə var ki, sürücü yolda maşını sürərkən palçığı piyadanın üzərinə sıçradarsa, 40 manat cərimə ödəyir. İndi siz gəlin, bunu reallıqda tətbiqinə baxın. Dünən, sırağagün Bakıda yağış yağdı. Biz maşınla hər piyadanın yanından xəcalət çəkə-çəkə keçirik ki, kiminsə üstünə palçıq bulaşa bilər. Bu yolda palçıq nə edir ki, biz onu da piyadanın üzərinə sıçradaq? Deməli, yolu doğru çəkəndən, kanalizasiya sistemini, suyun axma yerini dəqiq təsbit edəndən sonra bu problem olmur. Yəni qanunvericilik real həyatın tələblərinə uyğunlaşdırılmalıdır. Elə şərtlər var ki, ona əməl etmək mümkün deyil. Bu baxımdan kateqoriyanın yaş məsələsinin 23 yaşdan götürülməsini məqsədəuyğun... 
Sədrlik edən. Sağ olun. Yəqin bəzi məsələlərə Əli müəllim aydınlıq gətirəcək. Buyursun Sədaqət Vəliyeva. 
S.Vəliyeva. Çox sağ olun, hörmətli Oqtay müəllim, mənə söz verdiyinizə görə Sizə təşəkkür edirəm. “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulan məsələlər xüsusi əhəmiyyət kəsb edir. Lakin burada bir məqama diqqət yönəltmək istəyirəm. Bilirsiniz ki, Bakı şəhərində əhalinin əksəriyyəti ictimai nəqliyyatdan istifadə edir. Əlbəttə, hər kəs istəyir ki, vaxtında və təhlükəsiz şəkildə işə və yaxud mənzil başına çatsın. Amma çox təəssüflər olsun ki, hər gün sərnişin daşıyan avtobusların və tikintidə istifadə olunan iri tonnajlı maşınların qəza törətdiklərini, çoxsaylı yaralı və ölənlərin olması xəbərlərini eşidirik. 
Təkcə 2016-cı ilin 6 ayı ərzində respublika ərazisində 905 yol nəqliyyat hadisəsi baş verib və 300-ə yaxın insan həlak olub, 970 nəfər yaralanıbdır. Qəzalardan sonra aparılan araşdırmalardan görürük ki, bir çox hallarda qəza törətmiş avtobusların, yaxud da yük maşınlarının idarə olunması üçün qeydiyyat başqa adamın adınadır, sürücünün isə sürücülük vəsiqəsi yoxdur. 
Çox yaxşı ki, “Yol hərəkəti haqqında” Qanuna müvafiq kateqoriyalar üzrə yaş həddi müəyyənləşib, amma təcrübə ilə bağlı məqamda anlaşılmazlıq üzə çıxır. Məsələn, “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 23 yaşdan verilir. Amma 5 ildən az olmayan təcrübə tələb edilir. Əgər biz bu gün əhali üçün kateqoriya üzrə təsnifat aparsaq, görərik ki, 35 yaşa qədər vətəndaşlar üstünlük təşkil edir. 
Eyni zamanda, biz bu gün gənclərin işlə təmin olunma-sı məsələsində bir çox çətinliklərlə rastlaşırıq. Gənc oğlan 18 yaşında hərbi xidmətə gedir, 20 yaşında qayıdır. O, sürücülük vəsiqəsi almaq üçün oxumalı, imtahan verməli və bir çox prosedurlardan keçməlidir. Bəs bu gənc 5 illik təcrübəni harada alacaq və necə işlə təmin olunacaq? Nə vaxta qədər gözləməlidir? Ona görə də sürücülüklə məşğul olmaq istəyən gənclər üçün peşə fəaliyyəti üzrə ixtisaslaşmış kurslar və ya tədris mərkəzləri açılmalıdır ki, orada təcrübə toplaya və işlə təmin oluna bilsinlər. 
Digər tərəfdən, sərt tələblər olmalıdır. Yəni ilk növbə-də, sürücülük vəsiqəsi olmayan və idarəçilik üçün yaşı çatmayanlar üçün elə bir cəza tədbiri seçilməlidir ki, baş verə biləcək hadisələrin qarşısı alınsın. Yəqin ki, hər biri-niz bir neçə gün öncə 17 yaşlı sürücünün yolda maşınla qadını vurub öldürməsini eşitmisiniz. Əlbəttə ki, dövlətin qanunvericilik hakimiyyəti üzərinə düşən vəzifəni yerinə yetirir. Lakin o uşaqların valideynləri ictimai məsuliyyəti üzərinə götürmək istəmirlər. Bu cür halların qarşısını almaq üçün cəza tədbirləri ilə yanaşı maarifləndirmə işləri də geniş şəkildə aparılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Fuad Muradov, buyurun. 
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Əvvəla, mən bu dəyişiklikləri çox yüksək qiymətləndirirəm. Bu barədə geniş müzakirələr də olub. Əslində, burada ictimai nəqliyyatla yol hərəkəti qanunları bir az qarışıq salınır, bunlar tamamilə fərqli istiqamətlərdir. Fazil müəllim də belə bir mənzərə yaratdı – palçıqdan başladı Qazaxıstana qədər. Yəni burada konkret olaraq söhbət ondan gedir ki, biz çalışmalıyıq, “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə edən insanlarımız təcrübəli olsunlar. Yəni burada biz 26 yaş yazmışıq, amma, eyni zamanda, 3 il də təcrübə olmalıdır. Bu baxımdan, 23 yaşı da olsa, 3 ili də çıxsan gəlib 17–18 yaşına çıxır. Bu da mümkün olmayan bir məsələdir. Bütün dünyada, xüsusilə Avropada sərnişin daşımaya xüsusi yanaşma var. Burada da xüsusi yanaşma mütləq olmalıdır. 
Mənim çox yaxşı yadımdadır, burada mənim həmkar-larım deyirdilər ki, ictimai nəqliyyatda sürücülərlə bağlı problemlər var və sair. Bu gün qanunla bu özünü tənzim-ləyir. O ki qaldı mənim həmkarlarımın dediklərinə, mən də razıyam ki, bu gün ictimai nəqliyyatın tənzimlənməsi çox pis vəziyyətdədir. Nazirlər Kabinetinin nəzdində Dövlət Nəqliyyat Departamenti yaradılıb. Mən inanıram ki, mütləq şəkildə bu məsələni yoluna qoymaq olar. 
Burada, sadəcə olaraq, bizim yanaşmamız ondan ibarətdir ki, lisenziyalar və yaxud da yaş məhdudiyyətlərində müəyyən dəyişikliklər ediriksə, bu bizim ictimai nəqliyyatda işləyən insanlarımızın peşəkar olmasına gətirib çıxarmalıdır. Hansı təcrübədən keçirlərsə, bu artıq sualın ikinci tərəfidir. Amma “Yol hərəkəti haqqında” Qanunda qeyd edirik ki, bizim yaş senzimiz budur. Bu baxımdan mən burada heç bir problem görmürəm. 
Bayaq burada ictimai nəqliyyatla bağlı bir məsələ vur-ğulandı, mən də ona toxunmaq istəyirəm. Bizim yol polisləri əllərindən gələni edirlər. Biz metroların qabağında olan vəziyyəti görürük. Əgər polis müdaxilə etməsə, o iri tutumlu ictimai nəqliyyat elə orada da qalır. Yəni bu gün ən sürətli islahatlar gedən sahə də elə yol polisidir. Fazil müəllim bu gün vurğuladı, amma elə o vəziyyətdən çıxmağa kömək edənlər də polislərimiz olmuşdur. Düzdü, yağış yağdı, müəyyən problemlər oldu. Amma indi bütün dünyada belədir, yağış da yağır, qar da. Təbiət hadisəsidir. Biz sadəcə olaraq, burada elə edirik ki, riski azaldaq. O riskin azalması da ancaq peşəkarlıqla bağlı olan məsələdir. Yəni bu, sadə bir məsələ deyil. 
Başa düşürəm, indi burada deyildi ki, iş axtarırlar və sair. Burada müxtəlif sahələr var, əgər kimsə bu işə yararlı deyilsə, o, digər istiqamətdə işləməlidir. Ona görə bu yanaşma daha da sərt olmalıdır. Biz təhlükəsizlikdən danışırıqsa, mütləq şəkildə əlavə və dəyişiklikləri nəzərə almalıyıq və həyata keçirməliyik, çünki bu, birbaşa insanların daşınması ilə bağlı olan məsələdir. Eyni zamanda, iri tutumlu böyük maşınlarla bağlı da həmin problem var idi. Amma bu gün görürsünüz, orada müəyyən vaxt limiti var. Onlar vaxt limitində işləyirlər. Bu da peşəkar şəkildə həyata keçirilməlidir ki, gələcəkdə problem yaşamayaq. Odur ki, mən bu dəyişikləri dəstəkləyirəm və həmkarlarımı da onu dəstəkləməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, hörmətli Sədr. Əvvəla, mən hamını qanun layihəsinə səs verməyə çağırıram və Fuad müəllimin fikirlərinə də həmrəy olduğumu bildirmək istəyirəm. Bizim deputat qardaşlarımız, bacılarımız, həmkarlarımız 65 yaş həddinə etiraz edirlər. Çox gözəl, amma sinifdə təmiz, səliqəli əyləşən 40 ilin təcrübəli müəlliminə 65 yaşından sonra deyirik ki, sənə yaxşı yol. Əslində, uzun müddət daha gözəl işləyə bilər. Kəndlərimizdə riyaziyyat, kimya müəllimləri gediblər, bədən tərbiyəsi müəllimləri riyaziyyat dərsi deyirlər. Nəyi demək istəyirəm? Necə olur ki, 40–45 ilin təcrübəli müəlliminə 65 yaşı olanda yaxşı yol deyirik, amma bu yaşda sürücünün işləməsinin tərəfdarıyıq. Ən çox da qəzalara səbəb olan avtobus və iri tutumlu yük maşınlarının sürücüləridirlər. Deyirik ki, 65 yaşından sonra səhhəti imkan verərsə, bunlar işləyə bilərlər. Bu belə ola bilməz axı. Deməli, sürücülərimizi müəllimilərimizdən çox istəmişik xəbərimiz yox imiş. 
Bayaq deputat həmkarım qəzalarla bağlı bir statistika gətirdi. Dedilər ki, gənclər daha çox qəza törədirlər. Qəzaya səbəb olan gənclər kimlərinsə – elə bizlərin övladlarıdırlar. Amma avtobus, iri tutumlu yük maşını sürənlərə daha ciddi yanaşılmalıdır. Fuad müəllimin dediyi kimi, biz bu qanunu dəstəkləməliyik və bu yaş həddini də qəbul etməliyik. Hətta mənə elə gəlir ki, biz “Yol hərəkəti haqqında” Qanuna təzədən baxmalıyıq. 
Son statistikaya görə ən çox ölənlər piyadalardır. O pi-yadalar ki, üzrə keçid ola-ola onun altından keçirlər. Öz-lərini də bədbəxt edirlər, yazıq sürücüləri də. Dünyanın heç bir yerində belə vəziyyətdə sürücülərə cinayət işi qaldırılmır, amma bizdə qaldırılır. Yəni bu mənada, hör-mətli Sədr, bu çox ciddi bir qanundur. Yaş hədləri də ye-rindədir. İndi bu məsələni bir belə müzakirə etdik, amma müəllimlərimizin yaş həddi müzakirə olunanda heç onlara bu qədər ürəyimiz ağrımadı. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən çox diq-qətlə qulaq asdım. Hamının ürəyi doludur – danışır və görürəm ki, say arta-arta gedir. Bu qanun layihəsini artıq qəbul etmişik, ay əzizlərim. Bu uyğunlaşdırmadır. Biz təkrar köhnə qanunlaramı qayıdırıq? Təzə başlamışıq deyə gözlədim ki, bəlkə nə isə yeni söz deyilər. Təkrarçılıq edirik.
Mən hesab edirəm ki, normal bir qanun layihəsidir. Əgər etiraz yoxdursa, bu qanun layihəsini səsə qoyaq. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu uyğunlaşdırmadır, qanun qəbul olu-nub. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.59 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti 24 və 25-ci məsələlər də bir zərflə gəlib. Bunlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Cina-yət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələridir. Buyursun Əli Hüseynli. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Həm “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna, həm də Cinayət-Prosessual Məcəllə-sinə təklif edilən dəyişikliklər 2016-cı il 1 fevral tarixində “Polis haqqında” Qanuna etdiyimiz dəyişikliklərə uyğunlaşdırmadır. Qeyd olunub ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan hansı hallarda yoxlama apara bilərlər. Yəni insanları güdə bilərlər. Bunlar göstərilmiş hallardır. Belə ki, azadlıqdan məhrumetmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması məqsədi ilə cinayəti hazırlayan, törədən, törətmiş və qaçmış və gizlənən şəxslərin yaxalanması bura əlavə olunur. Qeyd etdiyim kimi, bu dəyişiklik də 2016-cı il fevral ayının 1-də “Polis haqqında” Qanuna etdiyimiz dəyişiklikdir, qüvvədədir, amma uyğunlaşdırmaq vacibdir. Sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 24-cü məsələsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 17.01 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Xahiş edirəm, gündəliyin 25-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.01 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli müəllim. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Döv-lət orqanlarının təsnifatı” adlı 8-ci maddəyə əlavə təklif olunur. Bu əlavə müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların təsnifatı ilə bağlıdır. Təklif olunur ki, bu orqanlar 5-ci kateqoriya dövlət orqanları siyahısına əlavə olunsun. Qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bil-dirək.

Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Mülki-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli müəllim. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bildi-yiniz kimi, 2014-cü ildə məhkəmə hüquq islahatları çərçivəsində cənab Prezidentin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında vacib bir fərmanı olmuşdu. Bu sənədin icrası ilə bağlı Məhkəmə-Hüquq Şurası, ədliyyə və məhkəmə orqanları tərəfindən bir sıra işlər həyata keçirildi. Mən, o cümlədən bizim komitənin bir neçə üzvü bu layihələrin həyata keçirilməsi ilə bağlı tədbirlər və konfransda da olmuşuq. Çünki müasir dövrdə məhkəməyə müraciətlərin sayı həddindən artıq çoxdur və bir sıra hallarda bu müraciətlərə fiziki baxımdan vaxtında baxa bilməmək müəyyən süründürməçiliklərə gətirib çıxarır. Amma elektron imza və sənədlərin elektron dövriyyəsi bu işi asanlaşdıra bilər. 
Nəhayət ki, bizim məhkəmə sisteminin bir qolunda, daha dəqiq desəm, iqtisadi mübahisələrlə bağlı işlərdə ərizələrin, şikayətlərin, digər sənədlərin məhkəməyə yazılı formada və ya elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə qanunda nəzərdə tutulmuş sənəd formasında verilə bilməsinin mümkünlüyü artıq öz əksini tapır. Biz təxminən bir il bundan əvvəl bu məsələnin praktik müzakirəsində də olmuşduq. Hakimlərdən biri bizə nümayiş etdirdi ki, bu nə formada baş verəcək. Hamımızda belə bir inam yarandı ki, elektron formada ərizələrin, şikayətlərin qəbulu, xüsusən də elektron kabinet vasitəsi ilə həyata keçirilməsi işlərə baxılmasını sürətləndirər. Təklif olunmuş layihə də məhz buna xidmət edir. 
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bundan sonra məlumatların elektron qaydada həm poçt, həm SMS vasi-təsi ilə çatdırılması mümkün olacaq. Məhkəmə iclaslarının video, audio yazısına dair məsələlər iclasın protokolunda öz əksini tapacaq, çünki bəzən mübahisələr yaranır, dəqiq sübutların olmasından ötrü isə video və audio yazıların olması vacibdir. 
Mən ümumiyyətlə, belə hesab edirəm ki, cənab Prezi-dent tərəfindən təklif olunmuş bu düzəliş çox mütərəqqi-dir. O, ilk növbədə məhkəmə sistemin şəffaflığına xidmət edəcək və insanlar onun aşkarlığını daha aydın görmüş olacaqlar. Amma bundan daha vacibi odur ki, müraciətlə-rin həyata keçirilməsinin elektron üslubu işləri sürətlən-dirəcəkdir. Ona görə bu layihəni çox əhəmiyyətli hesab edirik və millət vəkillərindən buna səs vermələrini xahiş edirik. 
Sədrlik edən. Muxtar Babayev. 
M.Babayev. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Tam razıyam, bunlar çox mütərəqqi və müasir əlavələrdir. 272.4.1-ci maddədə fasiləsiz video-audio yazısının aparılmasını məhkəmə iclası zamanı məcburi edir. Mövcud prosessual qanunvericiliyin tələblərinə görə prosesdə iştirak edən şəxslərin iş materialları ilə tanış olmaqla yanaşı, onların sürətlərini çıxarmaq, sübutlar təqdim etmək və sair kimi hüquqları vardır. Yaxşı olardı ki, bu video-audio yazısı aparılanda məhkəmə iştirakçıları bunlardan istifadə edə bilsinlər. Belə bir əlavə edək ki, onlardan video fraqment və foto çıxarışlar götürmək, maddi daşıyıcıya sürətlərini almaq, habelə təqdim etdiyi sübutların video çəkilişinin aparılmasını tələb etmək hüququna malikdirlər. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Başqa fikir yoxdursa, xa-hiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 17.07 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti 28 və 29-cu məsələlər də bir zərflə gəlib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında. Əli müəllim, siz məruzə edəcəksiniz? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun. 
Ə.Hüseynli. Çox sağ olun. Bu dəyişikliklər “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişiklik edilməsi haqqında bizim 2016-cı il 4 mart tarixində etdiyimiz düzəlişlə bağlıdır. Təklif olunan dəyişiklik ilk növbədə, İnzibati Xətalar Məcəlləsinin “Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması” adlı 462-ci maddəsinin dispozisiyasının, eyni zamanda, “Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş ayrılmaların aparılmaması” maddəsinin həm adının, həm də dispozisiyasının tam dəyişdirilməsinə gətirib çıxarır.
Bir daha vurğulamaq istəyirəm ki, bu, “Sığorta fəaliy-yəti haqqında” Qanunla bağlıdır, amma sanksiyalarda hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Hesab edirəm ki, qanunvericilik subyekti də düzgün olaraq mövcud sanksiyaları saxlayıb. Ən yüksək cərimə təxminən 500 manat məbləğindədir. Hesab edirik ki, onlar bu inzibati xətaya görə kifayət qədər adekvatdır. Amma dispozisiyalar dəyişir, çünki İnzibati Xətalar Məcəlləsinin bu maddələri sığorta fəaliyyəti ilə bağlı pozuntuları tənzimləyirdi, qanunda isə yeni müddəalar mövcuddur. Ona görə də maddələrin həm adları, həm də dispozisiyaları dəyişmiş olur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər Ziyad müəllimin sözü yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.09 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
29-cu məsələ “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Ziyad müəllim, buyurun. 
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dəyişiklik 12-ci maddədədir. Burada “dövlət orqanlarına” sözləri “müvafiq qurumlara” sözləri ilə əvəz edilir. Bu da bütövlükdə iqtisadiyyatın liberallaşması ilə əlaqədardır. Kommersiya təşkilatları indi özlərinin ali orqanlarına da, rəhbər orqanlarına da hesabatları qanunvericiliyə uyğun olaraq təqdim edə bilərlər. Millət vəkillərindən bu dəyişikliyə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.10 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki 30-cu məsələ Kredit büroları haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Bu, yeni layihədir. Ziyad Səmədzadə, buyurun. 
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Kredit büroları haqqında qanun layihəsi cənab Prezident tərəfindən təqdim edilmişdir. Bilirsiniz ki, cənab Prezident son vaxtlar Azərbaycanda iqtisadi islahatların dərinləşməsi, ölkə iqtisadiyyatının diversifikasiya olunması, milli iqtisadiyyatın inkişaf etdirilməsi ilə əlaqədar olaraq çox mühüm, vacib sənədlər imzalamışdır. Hazırda Azərbaycanın bütün iqtisadi strukturları, digər strukturlar həmin islahatların uğurla həyata keçirilməsi istiqamətində konkret işlər aparırlar. 
Dünyada qlobal proseslər, sarsıntılar davam edir. Neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrin iqtisadiyyatında problemlər yaratmışdır. Bu proseslər Azərbaycana da təsir etmişdir. Bütövlükdə ölkənin maliyyə-kredit sisteminin təkmilləşməsi bu gün Azərbaycan iqtisadiyyatının inkişafının əsas amillərindən birinə çevrilmişdir. Dövlət başçısı qeyd edir ki, mövcud imkanlardan səmərəli istifadə etməklə, iqtisadiyyatın strukturunda qeyri-neft sektorunun xüsusi çəkisini artırmaqla, inkişaf elementləri olan bir çox sahələrin fəalliyyətini canlandırmaqla ölkənin maliyyə-kredit siyasətini də xeyli dərəcədə yaxşılaşdırmaq olar. 
Ölkənin maliyyə sisteminin sabit, dayanıqlı, rəqabət qabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması lazımdır. Bilirsiniz ki, Maliyyə Bazarlarına Nəzarət Palatası orqanı yaradılmışdır. Bu nəzarət orqanının ən başlıca vəzifələrindən biri bu gün ölkənin maliyyə-kredit sistemində yaranmış problemlərin aradan qaldırılması, bütövlükdə maliyyə-kredit sisteminin canlanmasına nail olmaqdan ibarətdir. 
Dünyanın bir çox ölkələrində kredit büroları fəaliyyət göstərir. Azərbaycanda Mərkəzi Bankın nəzdində belə bir sistem yaradılmışdır. Lakin bu gün ölkənin gələcək inkişafı, yenə də deyirəm, maliyyə-kredit sisteminin dayanaqlı inkişafı, kreditlər probleminin şişməməsi üçün belə bir büroların yaradılmasına ciddi ehtiyac var. 
Oqtay müəllim, Sizə məlumat verim ki, Kredit büroları haqqında qanun layihəsi İqtisadi siyasət komitəsində geniş müzakirə olunmuşdur. Müzakirələr zamanı vurğulanmışdır ki, müasir mərhələdə belə bir qanunun qəbul edilməsinə ciddi ehtiyac var, çünki bir çox ölkələrdə fəaliyyət göstərən kredit büroları artıq, sözün əsl mənasında, həm müştərilərə dolğun məlumat verir, onları savadlandırır, sarsıntılardan qoruyur, həm də maliyyə bazarının dayanaqlı olmasını təmin edir. Beynəlxalq təcrübə, bu sahədə öyrənilən materiallar onu göstərir ki, kredit bürolarının Azərbaycanda da yaradılmasının çox böyük əhəmiyyəti vardır. 
Sizə təqdim edilən qanun layihəsi çox nüfuzlu beynəl-xalq təşkilatlar tərəfindən hazırlanmış, bir neçə mərhələdə ekspertizadan keçmişdir. Tanınmış, sınanmış beynəlxalq ekspertlərin rəyi ondan ibarətdir ki, sizlərə təqdim edilən qanun layihəsi həm günün tələblərinə cavab verir, həm də Azərbaycanın maliyyə sisteminin dayanıqlı olması üçün imkan yaradır. 
Qanun layihəsi 4 fəsil və 23 maddədən ibarətdir. Bu qanun layihəsinin maddələri haqqında danışmağa ehtiyac yoxdur. Bütövlükdə mən hesab edirəm ki, bu qanun layi-həsi mütərəqqi normalara əsaslanaraq hazırlanmışdır və bu bizə imkan verəcək ki, Azərbaycanda kredit sistemində mövcud olan məsələlər obyektiv və vaxtında həll edilsin. Kredit bürosu dedikdə banklardan və digər maliyyə institutlarından kreditlər götürmüş və ya götürmək üçün müraciət etmiş hüquqi və fiziki şəxslərin cari və ödənilmiş borcları və borc öhdəliklərinin təminatı barədə məlumatların, habelə ödəniş qabiliyyətlərinin qiymətləndirilməsi üçün lazım olan məlumatların toplanıb istifadə edildiyi məlumat bazası başa düşülür. 
Qanun layihəsinin “Ümumi müddəalar” adlanan 1-ci fəslində qanunun məqsədi, qanunda istifadə olunan əsas anlayışlar, kredit tarixçilərinin formalaşdırılması və onlardan istifadə prinsipləri öz əksini tapmışdır. 
“Kredit bürolarının yaradılması və fəaliyyətinə dövlət nəzarəti” adlanan 2-ci fəsildə kredit bürosunun yaradıl-ması, kredit bürosunun fəaliyyəti, kredit bürolarının fəa-liyyətinin tənzimlənməsi və nəzarəti, kredit tarixçələrinin verilənlər bazasının qorunmasına dair tələblər, məxfilik, kredit tarixçələrini təşkil edən məlumatların saxlanması, kredit bürolarının yenidən təşkili kimi məsələlər yer alır. 
3-cü fəsil “Kredit tarixçələrinin verilənlər bazasının formalaşdırılması və ondan istifadə qaydaları” adlanır. Burada məlumat təchizatları, məlumat istifadəçiləri, kredit tarixçəsi subyektinin hüquqları, kredit tarixçəsi subyektinin razılığı, kredit bürosuna təqdim edilən məlumat, kredit tarixçəsində düzəlişlərin edilməsi barədə müraciət və digər zəruri informasiyalar öz əksini tapmışdır. 
Hazırda ölkədə kredit bürosunun fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Mərkəzləşdi-rilmiş kredit reyestri “Banklar haqqında” Qanuna əsasən təsis olunmuşdur və əsas fəaliyyət istiqaməti bank siste-minin etibarlılığını təmin etməkdir.
Hörmətli millət vəkilləri, mən vaxtınızı almaq istəmi-rəm. Tam məsuliyyətlə deyə bilərəm ki, bu qanun layihəsi Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir. Əgər bizim kredit bürolarımız fəaliyyət göstərsəydi, bütövlükdə bank sistemində son vaxtlarda baş verən dəyişikliklərin xeyli hissəsi olmazdı və həm kreditorlar, həm də müştərilər haqqında bizim kifayət qədər məlumatımız olardı. Hesab edirəm ki, belə bir qanunun qəbulu Azərbaycanın maliyyə sisteminin dayanaqlılığını artıracaq. 
Bu qanun layihəsi Milli Məclisin komitəsində müzakirə olunan zaman millət vəkilləri kifayət qədər müsbət münasibət bildirdilər. Eyni zamanda, müəyyən təkliflər də verildi ki, onlar da ikinci oxunuş zamanı nəzərə alınacaqdır. Hazırda biz stenoqramı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etmişik. Qanun layihəsi ilə əlaqədar işimiz davam edir. İşçi qrupu yaratmışıq, qısa zaman ərzində, yəqin ki, bu qanun layihəsi ikinci oxunuşa çıxarılacaqdır. 
Təbii ki, qanun layihəsi ilə bağlı suallar oldu. Soruşuldu ki, kredit bürolarının fəaliyyəti özəl olacaq? Bu özəl təşkilatların tətbiqi, onların professionallığı, lisenziyaların verilməsi, nəzarət orqanlarının, kredit bürolarının, eyni zamanda, müştərilərin məsuliyyəti, bunlar arasında əlaqələrin tənzimlənməsi, maliyyə xərclərinin dayanıqlılığını təmin etmək üçün bazanın yaradılması, informasiya texnologiyalarından istifadə – bütün bu məsələlər qanun layihəsində öz əksini tapmışdır. Dünən mən Gürcüstanın iqtisadi strukturlarından birinin rəhbəri ilə telefon əlaqəsi qurdum. Gürcüstanda, Qazaxıstanda bu büro çox normal fəaliyyət göstərir. Dünyanın bütün ölkələrində kredit götürən insanlar haqqında kifayət qədər məlumat var. 
Milli Məclisə müraciət olunur. Bir nəfər 4 bankdan eyni vaxtda kredit alıb. Amma bəzi banklar bundan girov götürməyiblər, deyiblər ki, şəxsiyyət vəsiqəni gətir sənə kredit veririk. Bu kimi hallar həddən artıq çoxdur. Mənə elə gəlir ki, biz bu qanunu qəbul etməklə bütövlükdə Azərbaycan cəmiyyətində insanların, istehlakçıların hü-quqlarının qorunmasını təmin edə bilərik. 
Mən başa düşürəm, kredit bürosu bütün məsəlləri həll etmir. Hər birimizin bank sektorunun təkmilləşməsi, faizlər, girovlar və digər məsələlərlə bağlı fikirlərimiz var. Amma söhbət burada konkret bir obyektdən gedir. Kredit bürosu Azərbaycan iqtisadiyyatına lazımdır, yoxsa yox? Mən uzun illərin təcrübəli bir iqtisadçısı kimi bildirmək istəyirəm ki, kredit bürolarının müasir tələblər baxımından yaradılması, onun fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatası, dövlət tərəfindən zəruri nəzarətin olması vacib məsələlərdən biridir. Çünki hər bir şikayətçinin arxasında əhali durur, dövlət durur, Konstitusiya durur. Ona görə də bu qanun layihəsində müştərilərin də konstitusion hüquqlarının qorunması öz əksini tapmışdır. 
Mən millət vəkillərindən xahiş edərdim ki, təkliflərini işçi qrupuna versinlər və biz qısa zaman kəsiyində qanun layihəsini ikinci oxunuşa çıxaraq. Hesab edirəm ki, kon-septual baxımdan, milli maraqlar, ölkənin maliyyə qabiliyyətinin davamlılığını təmin etmək, Azərbaycanın bank sektorunda yaranmış problemlərin gələcəkdə güclənməməsi baxımından bu qanuna böyük ehtiyac var. Millət vəkillərindən bu qanun layihəsinə birinci oxunuşda səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Mən də sizin komitənin iclasını çox diqqətlə izləyirdim, çox yüksək səviyyədə müzakirələr getdi. Rüfət Aslanlının çıxışına da qulaq asdım. Bu, həqiqətən, çox vacib qanun layihəsidir. Bəlkə də gecikmiş qanun layihəsidir. 
İndi görürük ki, xeyli suallar yaranıb. Bu, birinci oxu-nuşdur. Xahiş edirəm, kimin konseptual cəhətdən sözü varsa, desin. 
Mənim bir xahişim də var. Həm komitədən, həm də Rüfət Aslanlıdan xahiş edirəm, ikinci oxunuşa mükəmməl bir sənəd hazırlayın ki, qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edək, çünki onun vaxtı keçir. Buyursun Mahir Abbaszadə.
M.Abbaszadə. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün birinci oxunuşda müzakirəmizə çıxarılan Kredit büroları haqqında qanun layihəsi olduqca aktualdır. Mən bildirmək istəyirəm ki, bu qanun 1971-ci ildə Amerika Birləşmiş Ştatlarında, daha sonra isə Avropanın aparıcı dövlətlərində qəbul edilmişdir. Bu gün biz onların maliyyə həyatına müraciət etsək, görərik ki, bu qanun onların iqtisadi həyatında çox mühüm bir rol oynayıbdır. Bayaq Ziyad müəllim də qeyd etdi, MDB respublikalarından Qazaxıstanda, Belarusda, Rusiyada və Gürcüstanda artıq bu təcrübə var. 
2016-cı il Azərbaycan iqtisadiyyatının olduqca təla-tümlü illərindən biridir. Amma cənab Prezidentin rəhbər-liyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradıl-ması və son vaxtlar aparılan işlər, qəbul olunan qanunlar iqtisadiyyatın daha da möhkəmlənməsinə və dinamik inkişafına gətirib çıxaracaqdır. Kredit bürolarının yaranması Maliyyə Bazarlarına Nəzarət Palatasının apardığı islahatlardan biridir və mən bu nöqteyi-nəzərdən düşünürəm ki, qanun olduqca aktualdır. 
Bildirmək istəyirəm, kredit büroları ilə bağlı Avropada İqtisadiyyat və Maliyyə Sahəsində Tədqiqatlar Mərkəzi bu büroların fəaliyyət göstərdiyi dövlətlərlə göstərmədiyi dövlətlər – 40-a yaxın dövlət arasında müqayisə aparmış və belə bir nəticəyə gəlmişdir ki, informasiyaya açıq olan ölkələrdə ümumi daxili məhsula nisbətən bank kreditlərinin faizi 67 faiz, qapalı ölkələrdə isə 37 faizdir. Kreditlərin risklərinə görə informasiyaya açıq olan ölkələrdə bank kreditlərinin kredit riski 5 faiz, qapalı ölkələrdə isə 15 faizdir. Eyni zamanda, kredit itkiləri üzrə əgər informasiya açıqlığı, informasiya mübadiləsi varsa, həmin ölkələrdə kredit faizlərinin itkiləri 0,8 faiz, yox, qapalıdırsa, 1,31 faizdir. Bu rəqəmlərin özü onu göstərir ki, əgər müştərilərlə bağlı informasiyalar açıqdırsa, bu halda verilmiş kreditlərin də vaxtında qayıtması təmin olunur. 
Düzdür, Mərkəzi Bankda və indi onun səlahiyyətlərinin bir hissəsini icra edən palatada Kredit reyestri xidməti fəaliyyət göstərirdi, ancaq deyərdim ki, bu yalnız statistik rəqəmlərdən ibarət idi. Kredit bürosu daha böyük bir məfhumdur, çünki burada vətəndaşların bütün informasiyaları toplanacaq. Həm onların biznes mühiti, həm kredit, kommunal borcları haqqında mükəmməl məlumat olacaq. Mən düşünürəm ki, bu məlumatın nəticəsində banklar daha düzgün kredit siyasəti yeridə biləcəklər. Bu həm bankların, həm də vətəndaşların vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Doğrudan da, mütərəqqi bir qanun layihəsidir, konseptual baxımdan qəbul olunmalıdır. Mən ümid edirəm ki, bu qanun işləyəcək və iqtisadiyyatın inkişafına öz töhfəsini verəcəkdir. Məncə, təkcə kredit götürənlər yox, həm də banklar onlardan tələb olunan hesabatları vaxtlı-vaxtında verməlidilər ki, vətəndaşlar aldanmasınlar. Aparıb pullarını qoyurlar, sonradan həmin bank bankrot olur. Ona görə ki, banklar özlərinin maliyyə vəziyyətini hesablamırlar. Yəni insanlar da aldanmasın. Bank kredit verəndə çalışır ki, aldanmasın, yəni bilsin ki, bu adamın ödəmə qabiliyyəti var, ya yox. Vətəndaş da bilməlidir ki, bu bankın potensialı nədir. Əks halda vətəndaş aldanır, gedir pulunu qoyur, sonar da bank ləğv olunur və məhkəmələrin qabağında qalırlar. 
Yeri gəlmişkən, Oqtay müəllim, hörmətli Rüfət Aslan-lının burada iştirakından istifadə edərək bir məsələni də qabartmaq istəyirəm. Yəqin ki, deputatların çoxuna müraciət ediblər. Son vaxtlar bu sığorta şirkətləri camaatı həddindən artıq incidirlər. Xüsusilə də avtomobillər vurulanda camaatın pulunu ödəmirlər. Məsələn, 2 ilin, 3 ilin avtomobili vurulub. Sanki hamısı razılaşıb, müraciət edənlərə eyni sözü deyirlər. Deyirlər ki, maşın köhnədir, biz ora yeni hissələr alıb qoymayacayıq, 50 faiz miqdarında sənə ödəmə edəcəyik və sair. 
İndi ad çəkmirəm, bunların bir neçəsi ilə danışmışam. Deyirəm ki, niyə vətəndaşları incidirsiniz? Cavab verirlər ki, qoy gedib, məhkəməyə versinlər. Düzdür, hüquqi ba-xımdan sonda elə olmalıdır. Axı, vətəndaşı da bu for-mada incitmək düzgün deyil. Ona görə sığorta şirkətlərini toplamaq, onlarla ciddi söhbət eləmək lazımdır ki, bu vətəndaşlar axı, erməni deyillər, bunları niyə belə in-cidirsiniz? Bu pulu ödəyib, siz də bu vəsaitdən istifadə eləmisiniz. İndi qəza baş verib, camaatın pulunu ödəyin də. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən indi Rüfət Aslanlıya söz verməyəcəyəm, çünki bilirəm ki, o, bu məsələlərlə çox ciddi məşğul olur. Bu işi başa çatdırandan sonra, gələn dəfə söz verərik, fikirlərini deyər. Çingiz Qənizadə. 
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən də bu qanunun tərəfdarlarından biriyəm. Amma Oqtay müəllim, Siz artıq dediniz, növbəti ikinci oxunuş üçün xeyli müzakirəyə ehtiyac var. Əvvəla, dil-üslub baxımından bəzi ifadələr var ki, başa düşülən deyil. Konkret olaraq birini misal çəkim. Bunlar çoxdur, vaxtınızı almaq istəmirəm. 21-ci maddədə yazılır ki, kredit bürosu kredit tarixçələrinin verilənlər bazasından istifadəyə görə. Bu, başa düşülən deyil. Ən azı məlumatların verilməsinə görə haqq ödənilməsindən söhbət gedə bilər və bu məsələlərə baxmaq lazımdır, redaktə olunmalıdır.
Bir məsələ də məni narahat edir. Qanun layihəsinin 2-ci maddəsində yazılır ki, kredit tarixçəsinin subyektləri fiziki və hüquqi şəxslərdir. Bununla gələcəkdə kredit götürənləri bir qayda olaraq məcbur etməyəcəklər ki, mütləq olaraq kredit büroları ilə hər hansı bir formada müqavilə bağlayın və sonra gəlin kreditlərin verilməsinə. Yəni bu, kredit götürənləri əlavə bir ünvana göndərib hər hansı bir müqavilənin bağlanması və kredit bürolarının hansısa maliyyə problemlərinin yüksəlməsinə xidmət etməyəcək ki? 
Mən xatırlayıram, misal üçün, 10–15 il bundan öncə sürücülük vəsiqəsinin alınması üçün deyirdilər ki, mütləq filan poliklinikadan arayış gətirəndən sonra səni imtahana buraxmalıyıq. Bu mütləqlər olmasın. Yəni gələcəkdə kredit götürənlər əgər bu xidmətdən istifadə edirlərsə, o könüllülük əsasında olsun. Hər hansı bir formada “mütləq müqavilənin sürətini gətir kredit verək” məsələləri olmasın. Bu gün Azərbaycanda kredit alanların sayı yüz minlərcədir. 
Biz kredit götürənlərin vəziyyətini yaxşılaşdırmaq istəyiriksə, birinci növbədə banklardan başlamalıyıq və faiz dərəcələri aşağı salınmalıdır. Bankların bağladığı müqavilələr normal bir formatda olmalıdır. Banklar vətəndaşlarla müqavilə bağlayanda elə manevrlər eləyirlər ki, onu yalnız bəzi hüquqşünaslar tam dərk eləyə bilirlər. Sadə vətəndaşlar bunu dərk eləmir və sonradan problemlər yaşayırlar. Necə ki dollar ilə müqavilə bağlayıb, manatla verib. Təbii ki, vətəndaşlar bundan əziyyət çəkirlər. Ona görə çox istərdim, ikinci oxunuşa yaxşı olar ki, hüquqşünaslar da, professionallar da dəvət olunsunlar. İndi Mahir müəllim də çox gözəl sitatlar gətirdi. Normal bir qanun hazırlansın, həm də burada məcburilik olmasın, könüllülük əsasında olsun. İstəyir, bundan istifadə eləsin, istəmir, eləməsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Mən ümidvaram ki, müzakirəyə təqdim olunan bu qanun layihəsi banklarımızdakı xoşagəlməz halların aradan qaldırılmasına xidmət edəcəkdir. Hər halda buna ümidvarıq. Son vaxtlar bankların kreditin verilməsi ilə bağlı xalqımıza yaratmış olduğu ciddi problemlər hər birimizi narahat edir və hörmətli Oqtay müəllim, bunu dəfələrlə Sizin diqqətinizə çatdırmışıq. Rüfət müəllimə bizim hər birimizin böyük hörməti və inamımız var. O, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri təyin olunandan sonra artıq müəyyən addımlar atıb, amma hələ də istehlak krediti götürənlərin, dollarla kredit götürənlərin problemi həll olunmayıb. Onlar evlərindən, başqa işlərdən məhrum olur. Hələ də xoşagəlməz vəziyyət var. 
Mən hörmətli Ziyad müəllimə sual vermək istəyirəm. Bu sual, ümumiyyətlə, hər birimiz üçün maraqlı ola bilər. Bu kredit büroları tərəfindən verilən arayış banklara im-kan verəcək ki, vətəndaşa kredit verməmişdən əvvəl onun haqqında konkret məlumat əldə eləsin, onun bu mə-sələyə nə qədər ciddi münasibət bəslədiyini, krediti vax-tında ödəyib-ödəmədiyini, neçə bankdan kredit götürdü-yünü müəyyən eləsin. Lap yaxşı. Bəs bu kredit bürolarının fəaliyyəti vətəndaşlarımıza hansı xidmətləri, hansı üstünlükləri verəcək? Bir tərəfdə 40 bank var, o biri tərəfdə 5 milyon kreditdən əziyyət çəkən xalqımız var. Bu da qanunun fəlsəfəsində və mahiyyətində nəzərə alınıbmı? Çox sağ olun.
Sədrlik edən. Ziyad müəllim, Siz cavab verirsiniz, yoxsa Rüfət müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Rüfət müəllim. Rüfət Aslanlı-ya mikrofon verin.
R.Aslanlı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi Şəxsinin Direktorlar Şurasının sədri. 
Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, qanun layihəsi haqqında səsləndirilən fikirlərə və təbii ki, mahiyyət üzrə səsləndirilmiş bütün məsələlərə işçi qrupunda baxıb qanunun təkmilləşdirilməsi üçün zəruri olan bütün dəyişiklikləri etməyə hazırıq və bunu edəcəyik. Suala gəldikdə isə mən istərdim, kredit bürolarının fəaliyyətini kontekstdən çıxarmadan daha geniş qiymətləndirək. Kredit büroları nəyə xidmət edir? Potensial borc alanların ödəmə qabiliyyətini geniş təhlil və obyektiv məlumatlar əsasında qiymətləndirərək bankların risklərini azaltmağa. Soruşula bilər ki, bankların risklərinin azaldılması bankların xeyrinədir, bəs vətəndaşlar buradan nə qazanırlar? Ümumiyyətlə, kreditin faizi iki komponentdən ibarətdir. İnflyasiya, yəni pulun borcda olduğu dövr ərzində dəyərinin itirilməsi, üstəgəl risk. Risk nə qədər azalırsa, o vəsaitin dəyəri də vətəndaş üçün azalır. 
İkincisi, kredit büroları vətəndaşlar üçün hansı üstünlük verir? Banklar kreditləri öz kapitalları hesabına vermirlər. Həmçinin kapital hesabına verirlər. Amma hər bir bank öz kapitalının 12 misli qədər vəsait cəlb eləyərək vətəndaşlara və biznes qurumlarına kreditlər verir. Bunlar əhalidən toplanmış vəsaitlərdir, əmanətlərdir və həmin əmanətlərin təhlükəsiz qorunması üçün banklar da müştərilərin ödəmə qabiliyyətinə əmin olmalıdırlar. İşgüzar terminologiyada buna “underrating” deyirlər, hər bir bank, hər bir borc üçün müraciəti qiymətləndirir və bu borcalanın layihəsinin bu kreditə xidmət edib əsas və faiz borcunun qaytarılmasına yetərli olduğunu təsdiqləməlidir. Hər bir bank bunu ayrı-ayrı etdikdə, təbii ki, bunun üçün xeyli sayda əməkdaş saxlayır, xüsusi proqram təminatları alır və texniki va-sitələrdən istifadə edirlər. Bunlar da həddən artıq bahalı texnologiyalardır. 
Bayaq hörmətli Mahir müəllimin qeyd etdiyi statistika onu deməyə əsas verir ki, kredit büroları bu informasiya-ları təhlil edir, miqyasdan qənaət yaranır. Faktiki olaraq vətəndaş kredit üçün banka müraciət edirsə, kredit büro-sundan öz kredit tarixçəsini təqdim etməklə bankdakı prosedurlardan yan keçmək imkanı əldə edir. Əgər bank əsas olmadan vətəndaşa xidmət göstərməkdən, o cümlə-dən kredit verməkdən imtina edirsə, bu zaman dövlət və dövlət nəzarəti orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatası bankı məhz bu xidməti göstərməyə sövq edə bilər. Bu nöqteyi-nəzərdən kredit büroları məhz hər bir kredit müraciətinin qiymətləndirməsinə çəkilən xərclərin azalmasına və vətəndaşların kredit almaq hüquqlarını müdafiə etməyə kömək edən bir vasitədir. Bu, sonuncu sualın cavabıdır, digər fikirlərə də münasibət bildirməyə ehtiyac varsa, buyurun.
Sədrlik edən. Digər fikirlərə gələn dəfə, ikinci oxunuşda baxarıq. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.37 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Nəhayət, gündəliyin sonuncu məsələsi Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqındadır. Buyurun, Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bu gün mən sizə Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələr ətrafında cərəyan edən bəzi proseslər barəsində qısaca məlumat vermək istəyirəm. Çıxışıma bir il bundan əvvəl Azərbaycan parlamentinin qəbul etdiyi qərardakı sözlərlə başlamaq istəyirəm: “Avropa İttifaqı ilə inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə, onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilmişdir”. Burada əsas olan “uğursuz cəhd göstərilmişdir” sözləridir. 
Doğrudan da, düz bir il bundan əvvəl Avropa Parla-mentindəki ermənipərəstlər, Azərbaycanı qəbul etməyən və Azərbaycana müxtəlif problemlər yaratmaq istəyən qüvvələr Azərbaycana qarşı çox məntiqsiz, qeyri-obyek-tiv, düzgün olmayan bir qərar qəbul elədilər. Etiraf etmək lazımdır ki, Avropa Parlamentinin 751 deputatından yal-nız bir hissəsi bu qərara öz münasibətini bildirmişdi. Həmin səsvermədə 300-ə yaxın Avropa Parlamentinin deputatı bu qərarın qəbul olunmasının əleyhinə səs vermiş, yaxud bitərəf qalmışdır.
Nə edək ki, bir il bundan əvvəl Avropa Parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri cənab Elmar Bro-kun sözünə Avropa Parlamentinin ermənipərəst qüvvələri qulaq asmadılar. Onun “siz Azərbaycanı itirəcəksiniz, siz bu qərarı qəbul etməklə Avropa Parlamentinin bütün prosedurlarını pozursunuz” sözləri təəssüflər olsun, havada qaldı. Ancaq bir müddət keçəndən sonra məlum oldu ki, qəbul olunmuş qərar Azərbaycana yox, Avropa Parlamentinin özünə, Avropa Parlamentinə daxil olan ölkələrə böyük problem yaratdı. Bu, qərarın qəbul olmasından bir neçə gün sonra Azərbaycan parlamentində konkret addımların atılması ilə, Azərbaycan parlamentinin Avronest Parlament Assambleyasından çıxmaq prosedurunun başlanması və Avropa Parlamenti – Azərbaycan Parlament əməkdaşlığı komitəsinin fəaliyyətinin mövcud olan formatda dayandırılması ilə yekunlaşdı. Düz bir il müddətində Azərbaycan parlamentinin hər hansı bir üzvü Avropa Parlamentinin deputatları ilə, komitələri ilə heç bir əlaqədə olmamışdır. 
Buna baxmayaraq, bu qərarın qəbul olunmasından sonra Avropa Parlamentinin nümayəndələri əvvəlcə qeyri-rəsmi səfərlər edərək Azərbaycanla münasibətləri bərpa etmək istiqamətində fəaliyyətə başlamışdılar. Bu ilin aprel ayında isə rəsmi olaraq Avropa Parlamentinin qurduğu Avronest Parlament Assambleyasının iki həmsədrini Azərbaycana göndərmişdilər. Bu iki həmsədr Avropa Parlamentinin rəsmi nümayəndələri kimi Azərbaycan parlamentinin üzvləri ilə müxtəlif görüşlər keçirdilər. Həmin görüşlərdə Avronest Parlament Assambleyasından gələn nümayəndələrə birmənalı çatdırıldı ki, siz Azərbaycanla bağlı fəaliyyətinizdə çox ciddi dəyişikliklər aparmalısınız və Avropa Parlamentində ən yüksək səviyyədə bu məsələni müzakirə edərək öz mövqeyinizi ortaya qoymalısınız. Siz Azərbaycanla ikitərəfli münasibətlərin normal şəkildə təşkil olunmasının tərəfdarısınızsa, Azərbaycana ancaq rəsmi səlahiyyət almış və Avropa Parlamentinin rəhbərliyi tərəfindən mandat verilmiş nümayəndə heyətini Azərbaycana göndərə bilərsiniz. Ondan sonra biz danışıqlara hansısa formada başlaya bilərik. 
Hörmətli həmkarlar, belə də oldu. Bir neçə gün bundan əvvəl, sentyabrın 19-da Avropa Parlamentinin geniş,15 nəfərdən ibarət tərkibdə səlahiyyətli nümayəndə heyəti gəldi. Mən qeyd etməliyəm ki, Avropa Parlamenti müxtə-lif ölkələrə bu cür geniş tərkibdə nümayəndə heyəti demək olar ki, göndərmir. Avropa Parlamentinin Azərbaycana belə tərkibdə nümayəndə heyətini göndərməsi özlüyündə Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qərəzli və qeyri- obyektiv sənədin nəticələrinin aradan qaldırılması üçün verdiyi bir siqnal idi. Ancaq hər bir halda onlar Azərbaycana gəlmişlər. Mən fürsətdən istifadə edərək Azərbaycan Respublikası Milli Məclisinin Sədri hörmətli Oqtay müəllimə minnətdarlığımı bildirmək istəyirəm ki, nümayəndə heyətinin qəbulunu, onlarla səmərəli danışıqların aparılmasını yüksək səviyyədə təşkil etmişdir. 
Nümayəndə heyəti səfərin ilk günü Azərbaycan Res-publikasının Prezidenti tərəfindən qəbul olunmuşdur. Hesab edirəm ki, bu, çox ciddi və vacib hadisəyə çevrildi. Siz yəqin ki, televiziya kanallarından seyr etmisiniz, Avropa Parlamentindən gələn nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidentinin yanında konkret olaraq Azərbaycanın haqq sözünü eşitmişdir. Bu, heç də sərt bir görüş olmadı. Bu görüş Avropa Parlamentinin sənədindəki qeyri-obyektiv və düzgün olmayan məqamların faktlarla sübuta yetirilməsi ilə müşahidə olundu. Avropa Parlamentinin deputatlarına və onları müşayiət edən şəxslərə göstərildi ki, hansı bəndlərdə erməni lobbisinin, Azərbaycana qarşı işləyən qüvvələrin sözləri əks olunmuşdur. Bir-bir, bənd-bənd bunlar deyildi. Mən sizə deməliyəm ki, bu görüş dönüş nöqtəsidir. Avropa Parlamentindən gələn nümayəndələr öz gözləri ilə gördülər ki, tamamilə başqa bir vəziyyətdir və tamamilə başqa bir məsəldir. 
Görüşün ən əsas mahiyyəti ondan ibarət idi ki, Azər-baycan Respublikasının Prezidenti faktları ortaya qoyaraq birmənalı bildirdi ki, bundan sonra Avropa Parlamenti Azərbaycanla fəaliyyətini davam etdirmək niyyətindədirsə, istəyi realdırsa, hər hansısa bir məsələni, münasibəti yalnız sözlə yox, sənədlə təsdiq etməlidir. Cənab Prezidentlə görüşdən sonra biz Milli Məclisdə Avropa Parlamentinin nümayəndə heyətinin üzvləri ilə iki gün danışıqlar apararaq yekun bir sənədin imzalanmasına nail olduq. 
O sənəddə 3 əsas məqam mövcuddur. Birinci məqam ondan ibarətdir ki, Avropa Parlamenti, Avropa Parlamen-tinin nümayəndə heyəti çox böyük təəssüf hissi ilə qeyd edir ki, Azərbaycan – Avropa Parlamenti arasında müna-sibətlər ləğv olunmuşdur. Əlindən gələni etmək niyyətin-dədir ki, bu münasibətlər hansısa formada bərpa olunsun. Yəni Avropa Parlamentinin rəsmi nümayəndə heyətinin təəssüf hissi sənəddə öz əksini tapmışdır. 
İkinci, Avropa Parlamenti gələcəkdə Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin normal şəkildə, dialoq, qarşılıqlı hörmət formasında təşkil olunması və Avropa Parlamentində Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrin neytrallaşdırılması istiqamətində əməli fəaliyyət göstərməlidir. Bu məsələ konkret olaraq öz əksini bəyanatda tapmışdır.
Nəhayət, üçüncü şərt Azərbaycanın ən ağrılı, ən çətin problemi olan Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həmin sənəddə öz əksini tapmasıdır. Bu üç şərt rəsmi olaraq Avropa Par-lamenti – Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Səyyad Kərim və Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tərəfindən imzalanmışdır. 
Bu sənədin birincisi Avropa Parlamentinin bütün sayt-larında veriləndən iki-üç saat sonra Avronest Parlament Assambleyasının saytında ikinci bir sənəd də əks olun-muşdur. O ikinci sənəd də mənim əlimdədir. Burada Av-ronest Parlament Assambleyası bəyan edir ki, Azərbay-canda imzalanmış sənədi bütövlükdə qəbul edərək, Azər-baycanın geosiyasi çətinliklərlə rastlaşdığını dərk edərək, başa düşərək Avronest Parlament Assambleyasında Azər-baycanın tələbi əsasında və ən əsası Azərbaycan Respublikasının Prezidentinin konstruktiv tənqidi və düzgün iradlarını nəzərə alaraq islahatlara başlamaq təşəbbüsü ortaya qoyulmalıdır. Oktyabrın 26-da Azərbaycanın mövqeyinə əsasən həmin islahatların Avropa Parlamentində, Avronest Parlamenti Assambleyasında aparılması ilə bağlı nümayəndə heyətinin dəvəti sənəddə öz əksini tapmışdır. Sənədi Avronest Parlament Assambleyasının sədr müavinləri imzalayıblar. Bu, Avropa Parlamentinin rəsmi sənəd-ləridir. 
Hörmətli həmkarlar, bizim qəbul etdiyimiz qətnamə obyektivdir, çox vaxtında qəbul olunmuşdur və qeyri-obyektiv sənədə bir reaksiya idi. Biz bu gün heç də qəbul etdiyimiz sənədin geri götürülməsi, yaxud da hansısa bir məsələnin dəyişdirilməsi ilə bağlı sizə müraciət eləmirik. Azərbaycan parlamenti bir il bundan əvvəl bəyanat qəbul edib və bu bəyanat da çox ciddi və düzgün bir sənəddir. Lakin biz bu gün sizdən o bəyanatın iki bəndinin, yəni Avronest Parlament Assambleyasından çıxmaq prosedurunu başlamaq və ikitərəfli komitənin işinə yenidən yeni formatla baxmaq məsələsinin dayandırılmasını xahiş edirik. Niyə? Ona görə ki, Azərbaycan heç bir beynəlxalq təşkilatdan imtina etmir və imtina etmək fikrində deyil. Əksinə, Azərbaycan bütün beynəlxalq təşkilatlarda çox yüksək səviyyədə fəaliyyət göstərir. 
Bir müddət bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti Avropa Birliyi ilə bağlı fikirlərini birbaşa, konkret olaraq ortaya qoymuşdur: “Biz Avropa Birliyi ilə ən yüksək səviyyədə münasibətlərimizi təşkil edirik”. Cənab Prezidentin “Biz Avropa Birliyinin doqquz ölkəsi ilə strateji əməkdaşlıq müqaviləsini bağlamaq istiqamətində fəaliyyət göstəririk” sözləri mütləq bu gün nəzərə alınmalıdır. Ona görə ki, Avropa Birliyinin bir qolu da Avropa Parlamentidir. 
Hörmətli həmkarlarım, mən sizə bir misal çəkim. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti Avropa Birliyinin sədri cənab Baroza ilə bir sənəd imzalayır. O sənəd Azərbaycan Respublikasının Avropa maliyyə resurslarından bəhrələnmək, istifadə etmək və qarşılıqlı projelər ortaya qoymaq ilə bağlı idi. Lakin Avropa Parlamentinin qeyri-obyektiv qərarı əsasında 2 il müddətində bu sənəd ratifikasiya olunmamışdır. Yalnız bir müddət bundan öncə Azərbaycanın əhəmiyyətini, çəkisini, mövqeyini dərk edərək Avropa Parlamenti demək olar ki, yekdilliklə, təxminən 600 üzv lehinə olmaqla bu qanun layihəsini təsdiq etmişdir. Mən əminəm ki, ikitərəfli, qarşılıqlı hörmət əsasında təşkil olunmuş münasibətlər gələcəkdə Avropa Parlamentində TAP, TANAP və bu gün bizim təsdiq etdiyimiz layihələri yüksək səviyyədə ratifikasiya edəcək, çünki bu, Avropa üçün, Avropanın təhlükəsizliyi üçün və Azərbaycanla əlaqələrinin yüksək səviyyədə təşkil olunması üçün lazımdır.
Nəhayət, hörmətli həmkarlar, bir məsələni də sizin nə-zərinizə çatdırım. Biz heç də sadəlövh deyilik, düşünmü-rük ki, bu gün bir addım atandan sonra sabah Avropa Par-lamenti, ya Avronest Parlament Assambleyası, ya da baş-qa bir qurum dərhal mövqeyini dəyişəcək və bütün mənfi məsələlər gündəmdən qaldırılacaq. Əsla yox. Ancaq söh-bət nədən gedir? Bir müddət bundan öncə yenə də Azər-baycana qarşı Avropa Parlamentində qətnamənin hazırlanması prosesi başlayanda mən bir komitə sədri və Avropa Parlamenti ilə əlaqəsi olan bir şəxs kimi nəzərinizə çatdırıram ki, cənab Prezidentlə görüşün, Bakıda imzalanmış ikitərəfli qərarın nəticəsi olaraq Avropa Parlamentinin bütün partiyaları birmənalı bildirdilər ki, Azərbaycanla bağlı mənfi qətnamənin gündəmdən çıxarılması mütləq həyata keçirilməlidir və bu qətnamə gündəmdən çıxdı. 
Bu sənəd mənim qovluğumdadır. Bir də təkrar edirəm, ola bilsin, bir müddətdən sonra yenə müəyyən bir cəhd olacaq. Misal üçün, dünən erməni mətbuatından oxuyuruq ki, guya Dağlıq Qarabağdan olan “nümayəndə” Avropa Parlamentində görüş keçirib. Yalandır. Avropa Parlamentinin mövqeyi onun sənədlərində öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmaq. Ancaq Avropa Parlamentində 1–2 nəfər erməni pulu ilə yaşayan, onların lobbisinin çörəyini yeyən, namusunu itirmiş şəxslər var. Onlar Avropa Parlamentinin binasından istifadə edərək ermənilərə işləyən müxtəlif insanları ora dəvət edirlər. Bu, Avropa Parlamentinin mövqeyi deyil. 
Hörmətli Oqtay müəllim, Sizə minnətdarlığımı bildir-mək istəyirəm. Ona görə ki, Siz bu gün Fransadan gələn nümayəndə heyətini yüksək səviyyədə parlamentdə qəbul etdiniz. Hamı üçün bəllidir ki, Fransa parlamentində, Fransada erməniləri dəstəkləyən qüvvələr həddindən artıq güclüdür. Ancaq bizim parlamentin çox hörmətli üzvü Mehriban xanımın fəaliyyəti nəticəsində bu gün Fransa parlamenti burada idi. Fransa parlamenti yalnız Roj Qlandan, Reno Rukedən ibarət deyil. Biz bütün beynəlxalq təşkilatlarla, bütün ölkələrin parlamentləri ilə işləməyə hazırıq. Bu gün qəbul edəcəyimiz sənəd imkan yaradacaq ki, biz beynəlxalq əlaqələrimizi davam etdirək. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Beynəlxalq əlaqələri davam etdirmək üçün təklifinizi eşitdik, ancaq ayın 27-dən sonra, mənim tərəfimdən yaradılmış müvəqqəti qrupun görüşündən sonra Avronest məsələsi məlum olacaq. Qalan məsələləri Səməd müəllim izah etdi, mən bunları təkrar etmək istə-mirəm. 
Həqiqətən, istənilən beynəlxalq platforma bizim üçün çox vacibdir. Bizim olmadığımız platformalarda ermənilər çox yüksək səviyyədə iştirak edirlər. Düz bir ildir ki, biz Avronestdən çıxmışıq. Avronestin rəhbərləri Azərbaycan orada olmadığı üçün 1 il ərzində 4 dəfə ermənilərin təkliflərini qəbul etməyiblər. 
Mən Milli Məclisdə hər şeyi söyləmək istəmirəm. Av-ropa Parlamentinin bir neçə üzvü dedi ki, biz səhv etmişik. Yalnız öz adımızdan yox, həm də partiyamın adından Sizdən üzr istəyirik. Digər avropalı televiziyada çıxış etdi. Bu məsələləri çox xırdalamaq istəmirəm, Səməd müəllim onları açıq şəkildə dedi. Mən də hesab edirəm ki, biz mümkün olan meydanı itirməli deyilik. Öz işimizi bərpa edib, davam etməliyik.
Burada məncə, əlavə çıxış etməyin bir mənası yoxdur. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ona görə mən də çıxışımda geniş şəkildə heç nə demədim, çünki Səməd müəllimə imkan yaratdıq. 
Onlar xahiş etdilər ki, bir qrup yaransın, o da yarandı, çünki indi nə Avronest Parlament Assembleyası var, nə də Avropa İttifaqı ilə əməkdaşlıq təşkilatı. Biz bu müvəqqəti qrupa həm bizim Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həm keçmiş Avronestin, həm də əməkdaşlıq komitəsinin üzvlərini saldıq ki, hər istiqamətdə işləyə bilsinlər. Əgər etiraz yoxdursa, biz Səməd müəllimin təklifini qəbul edək. Xahiş edirəm, qərara münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 18.00 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bugünkü iclasımız sona çatdı. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi