2016-ci il 29 noyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU №27

Milli Məclisin iclas salonu.
29 noyabr 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.14 dəq.)
İştirak edir 106
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Namiq Əsgərov, Azərbaycan Respublikası Baş prokurorunun müavini.
Natiq Hüseynov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və İnformasiya Məsələləri İdarəsinin rəisi.
Sahib İsmayılov, Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi.

*    *    *

İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Səlhət Abbasova, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzi baş direktorunun müavini.
Eldar Məmmədov, Azərbaycan Respublikası İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu direktorunun müavini.
Namiq Novruzov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əməkdaşlıq və beynəlxalq  qurumlarla iş sektorunun müdiri.
Şəfəq Hüseynli, antidopinq sahəsində müstəqil ekspert.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
30. “Dövlət qulluqçularının ayrıayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
35. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
37. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”  Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Asim Mollazadə, Qənirə Paşayeva, Sahib Alıyev, Rasim Musabəyov, Fuad Muradov, Rövşən Rzayev

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

2. “Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

3. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əhliman Əmiraslanov, Qüdrət Həsənquliyev, Bahar Muradova, Qənirə Paşayeva, Rəşad Mahmudov, Aytən Mustafazadə, Nizami Cəfərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

4. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Eldar İbrahimov, Fazil Mustafa, Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

6. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Aqiyə Naxçıvanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Bahar Muradova, Rafael Hüseynov, Əflatun Amaşov, Fəzail Ağamalı, Hikmət Məmmədov, Araz Əlizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

8. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

9. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

10. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

11. “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

12. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

13. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Fuad Muradov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

14. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Fərəc Quliyev, Hikmət Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

15. “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

16. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

17. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Rafael Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

20. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.19 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

22. “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

23. “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

24. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

25. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Vüsal Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

27. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Vüsal Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

28. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 103
Nəticə: Qəbul edildi

29. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Vüsal Hüseynov, Qüdrət Həsənquliyev, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

30. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

31. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

32. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

33. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Mahir Abbaszadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.46 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Məlahət İbrahimqızı, Elmira Axundova, Bahar Muradova, Tahir Kərimli, Əflatun Amaşov, Aqil Abbas, Tahir Mirkişili, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

35. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.31 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

37. İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Fuad Muradov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–10-cu maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.39 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Təklif: 11–21-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.41 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.41 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI
 
29 noyabr  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.14 dəq.)
İştirak edir 106
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, sağ olun. Gündəliyin müzakirəsinə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın. Qüdrət Həsənquliyev buyursun.
Q.Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Mən dünən mətbuatda oxudum ki, Ermənistanın prezidenti Respublikaçılar partiyasının qurultayında Azərbaycanı dolayısı ilə hədələyib ki, lazım gələrsə, onlar, hətta Bakını da işğal edib, Azərbaycanı kapitulyasiya aktına imza atmağa məcbur edərlər. Biz hamımız yaxşı xatırlayırıq ki, aprel döyüşləri zamanı siçan kimi girməyə deşik axtaran o Sarkisyan indi həmin deşiyi Moskvada, Kremldə  tapıb və  artıq o siçan dönüb olub pişik və bizə meydan oxuyur. Arxasında Rusiyanın “İskəndər” raketlərini hiss edir və özünü güclü sayır.
Oqtay müəllim, Siz bilirsiniz, mən özüm də uzun müddət Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış eləmişəm. Hər zaman da söyləmişəm ki, Ermənistanın arxasında Rusiya dayanır. Biz bu problemi ona görə çözə bilmirik ki, Rusiya Ermənistanı müdafiə edir. Rusiyanın indiki fəaliyyəti də bunu göstərir. Artıq Şoyqu bu gün Yerevana gəlir və orada birgə qoşun yaradılması haqqında saziş imzalayacaqlar. Bu, vasitəçilik fəaliyyəti ilə uyğun gəlmir. Azərbaycan ilə indiki münasibətlərin səviyyəsinə də uyğun gəlmir. Azərbaycan Rusiya ilə münasibətləri yüksək səviyyəyə qaldırmaq üçün əlindən gələni edir, Rusiyanı özünə strateji tərəfdaş adlandırıb. Amma nə belə vasitəçi olar, nə də belə strateji tərəfdaş. Ona görə də hesab edirəm, biz Milli Məclis olaraq, hökumət olaraq Rusiyaya açıq formada müraciət eləməliyik ki, sən beynəlxalq hüquqa hörmət etmək üçün Azərbaycandan nə istəyirsən? Yəni bu gün biz Rusiya ilə açıq danışmalıyıq. Əgər Rusiya yenə də Ermənistanı bu formada dəstəkləyəcəksə və işğalın davam etdirilməsinə çalışacaqsa, onda biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq.
Mən dünən bizim Təhsil Nazirliyinin açıqlamasını oxudum. Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Biz Rusiya ilə birlikdə müxtəlif humanitar tədbirlər keçiririk. İndi İran, Rusiya və Azərbaycan birlikdə böyük bir qlobal strateji layihə həyata keçirir. Belə olduğu halda Rusiyanın bu münasibəti hazırda arzuladığımız münasibətlərə uyğun gəlmir. Ona görə də  düşünürəm ki, Rusiya ilə nəhayət, açıq danışmaq lazımdır. Rusiya ya vasitəçi kimi, bu birtərəfli mövqeyini, doğrudan da, qoruyub saxlamalı, ya da Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Dövlətimiz İsrail, Pakistan, Türkiyə ilə özünün münasibətlərini nizamlamalı, hərbi əməkdaşlığı strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırmalıdır. Sizə açıq deyirəm ki, nəhayət, özümüzü  o cür aparmamalıyıq ki, guya Rusiya, doğrudan da, bu konfliktdə vasitəçidir.
Sədrlik edən. Çox sağ olun, Qüdrət müəllim, aydın oldu. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən gündəliyimizdə olan “Lisenziyalar və icazələr haqqında” Qanunun da müddəalarını nəzərə alaraq təqribən ona yaxın mövzuya toxunmaq istəyirəm. Birinci növbədə bizim mətbuat siyasətimizlə bağlı çox ilginc, maraqlı məsələlər var ki, onların üzərində düşünməyə dəyər. Bizdə “MИР” telekanalı var. Biz oraya büdcədən xeyli vəsait ödəyirik. Mən dəfələrlə müşahidə edirəm ki, həmin kanal vasitəsi ilə, – bu, MDB üzrə yayılır, – Ermənistanda soyqırımı, ermənilərin etirafları və başqa mövzular üzrə kifayət qədər verilişlər verilir. Amma bir dəfə də olsun Xocalı və ya başqa məsələlər ilə bağlı mövzulara toxunulmur. Biz əgər buraya pul ödəyiriksə, niyə öz əleyhimizə olan təbliğata pul ödəməliyik? Buna, məncə,  nəzarət edilməli, baxılmalıdır. Bizim də siyasətimiz orada öz əksini tapmalıdır. Ya da biz pul ödəməkdən imtina eləməliyik. Özümüz üçün başqa bir teleməkan variantını düşünməliyik.
Ümumiyyətlə, bu sahədə problemlər çoxdur. Baxın, bizdə dövlət tərəfindən maliyyələşən “Бакинский рабочий” qəzeti var. Təbii ki, bəzi tarixi qəzetləri saxlamaq vacibdir. Amma bu qəzetin mahiyyətinə ciddi diqqət yetirmirik. Qəzet ilk dəfə 1906-cı ilin may ayında çapdan çıxıb. Bir nömrəsi çıxıb, sonra çar Rusiyası tərəfindən qadağan olunub. 1917–1918-ci illərdə bir də çapdan çıxıb. Bu qəzetin dəyişməz redaktorları Stepan Şaumyan, bir də Arsen Amiryan olub. 1920-ci ildən sonra bunun redaktoru rus olub. Bu gün biz bunu Şaumyanın irsini yaşatmaq üçün saxlayırıq? Əgər bizə rus dilində dövlət siyasətini təbliğ eləyən qəzet  lazımdırsa, başqa adla yeni bir qəzet açın, ona maliyyə buraxın, dövlət siyasəti orada təbliğ olunsun. Belə şeylərə ona görə diqqət yetirmək lazımdır ki, bu, sabah özümüzə qarşı əks-arqumentə çevrilməsin. Yəni bunun üzərində düşünməyimiz vacibdir. Redaktoru Şaumyan olmuş qəzeti biz niyə yaşatmalıyıq? Rus dilində “Azərbaycan” qəzeti buraxın. O vaxt demokratik Cümhuriyyət dövründə də buraxıblar. Azərbaycanın siyasətini də o qəzet vasitəsi ilə təbliğ ediblər.
Digər vacib məsələlərdən  biri. Son vaxtlar mətbuatda da gedir, yəqin, Oqtay müəllim, Siz də rast gəlirsiniz, ermənilərin rəhbərlik elədiyi musiqi qruplarının Azərbaycana gəlib, burada konsertlər verməsi məsələsini deyirəm. Sanki hansısa gizli bir əl bu ermənilərin buraya gəlməsini hansısa bir formada təşkil edir. Həqiqətən, haqlı etirazlar da var. Əgər pulsuz gəlib bizi əyləndirirlərsə, buyurub gəlsinlər. Ancaq belə deyil. Hər bir azərbaycanlının ora ödədiyi pul güllə və giliz formasında bizim özümüzə,  əsgərimizə qarşı çevrilir. Ona görə də bu məsələləri kəşfiyyat və təhlükəsizlik orqanlarımız ciddi nəzarətə götürməlidirlər ki, bu ad ilə Azərbaycana səfərlər baş tutmasın, buna normal şəkildə nəzarət olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən, əlbəttə,     ilk növbədə Tarif Şurasının dünənki qərarı ilə bağlı fikirlərimi söyləyəcəkdim. Amma nəzərə alıram ki, sabah parlamentdə hökumətlə komitələr səviyyəsində müzakirələr aparılacaq. Yəqin ki, cəmiyyətimizi    düşündürən sualların əksəriyyətini sabah orada səsləndirə biləcəyik və müvafiq cavablar alacağıq.
Mənim toxunmaq istədiyim məsələ hazırda Ermənistan parlamentində müzakirə olunan bir qanunla bağlıdır. Bilirsiniz ki, onlar yeni müdafiə naziri Vigen Sarkisyanın təyin olunması ilə hərbi sahədə öz aləmlərində guya mühüm bir qanunu ərsəyə gətirirlər. Sadə dilə çevirsək, cəmiyyətə təklif edirlər ki, işləyən adamlar min dram səviyyəsində, yəni dollar ekvivalentində iki dollar Qarabağ vergisi ödəsinlər. Bu vəsait bir fondda toplanacaq və bundan sonra Qarabağda ölən əsgərlərin ailələrinə iyirmi min dollar, yaralananlara və əlil olanlara isə daha aşağı miqdarda vəsait ödənəcək. Yəni bir tərəfdən dövlət öz funksiyalarını vətəndaşların üzərinə qoyur, ikinci tərəfdən isə vətəndaşları sanki bu vasitə ilə  satın alır.
Üçüncüsü, illərlə gedən müharibəni korrupsiya vasitəsi ilə  aparırlar, amma, əslində, Sarkisyanın hakimiyyətdə qalmasının yeganə səbəbi Qarabağ amilidir. Bu, yenə də hərbi amili qüvvədə saxlamaq deməkdir. Düşünürəm ki, bu, aşkar şəkildə Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə ən böyük pisliyidir. Bu o deməkdir ki, onlar başqa gələcək vəd eləmirlər. Onlar səngərdə nə qədər ömür sürəcəklər? Yəni bir millət ömrünün axırına qədər səngərdə yaşaya bilməz. Ona görə də Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinə müraciət eləməlidir. Əlbəttə, 10 illər ərzində  cəmiyyətimizdə haqlı olaraq elə düşmənçilik formalaşıb ki, bu müraciətlərin perspektivi normal olmaya bilər. Amma biz öz borcumuzdan necə deyərlər, çıxmalıyıq. Biz bəyan eləməliyik ki, Qarabağda sizi girov saxlayan Ermənistan hakimiyyətidir. Sizin başınıza bu pulu yalnız öldüyünüz zaman vəd edirlər. Bu, sizin can haqqınızdır və sanki valideynlərinizə ödəniş puludur. Amma əvəzində silahı yerə qoyarsınızsa, sizi Azərbaycanda vətəndaşlıq gözləyir. Təbii ki,  söhbət Xocalı soyqırımında günahkar olan şəxslərə aid deyil, mən onlara əfv  diləmirəm. Dövlət və cəmiyyət bütövlükdə bu məsələlərə qərar verəcəklər. Amma biz silahı yerə qoyan, Azərbaycana özünü təslim edən, Konstitusiyamızı tanıyan,  ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşan ermənilərə fərqli bir perspektiv vəd elədiyimizi göstərməliyik. Mən bu məsələni qaldırmaq istərdim.
Sədrlik edən. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən başqa bir mövzuya münasibət bildirmək istəyirdim. Amma həmkarlarımın bizim qonşuluğumuzda xüsusi bir hərbi hərəkətliliklə, yəni Rusiya–Ermənistan hərbi birliyinin yaranması ilə bağlı narahatlıqlarını bölüşürəm. Hesab edirəm ki, bizim bu məsələyə ciddi bir münasibətimiz olmalıdır. Nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunda guya vasitəçidir, Azərbaycan–Ermənistan müharibəsi isə hələ bitməyib. Belə bir şəraitdə təbii ki, Rusiyanın Ermənistan əsgərinə ehtiyacı yoxdur və yaranan hərbi birlik birmənalı şəkildə Rusiyanın Ermənistana verdiyi hərbi-siyasi dəstəkdir. Biz tarixdə belə hərbi birləşmələr görmüşük. 366-cı alayın ermənilər ilə birlikdə Xocalı soyqırımını törətdiyini görmüşük. 20 yanvarda Krasnodar və Rostovdan gətirilmiş erməni könüllüləri ilə birlikdə Azərbaycanda törədilən qırğını görmüşük. Ona görə belə birləşmələr, təbii ki, təhlükəlidir. Xüsusən, nəzərə alaq ki, onun dislokasiyası Naxçıvan və Qarabağ arasındakı coğrafi yerdə – Ermənistan ərazisində yerləşir. Yenə də mən düşünürəm ki, bu məsələlərə ciddi bir təpki verməliyik. Çünki bu, sıradan bir məsələ deyil. Hətta bizimlə  müharibədə olmayan ölkədə də yeni hərbi blok yaransa idi, bizim mütləq bir münasibətimiz olmalı idi. Ermənistan, təbii ki, təkbaşına Azərbaycan ilə bacarmayacağını bilir və bildiyi üçün də müttəfiqlər siyasətindən istifadə edir. Ona görə biz də müttəfiqlər siyasətimizə, məncə, daha dərindən baxmalıyıq. Azərbaycan NATO-ya birmənalı şəkildə müraciət eləməlidir.
Moskva və Qars müqavilələrindən doğan müddəalar var. Naxçıvanın üçüncü dövlətin protektoratına düşmək təhdidi artıq ortadadır. Türkiyə hərbi bazasının Naxçıvanda yerləşdirilməsi ilə bağlı işlər aparılmalıdır. Çünki Azərbaycana qarşı burada çox ciddi şəkildə bir təhdid var. Həm də bu birləşmələr göründüyü qədər birmənalı şəkildə Ermənistanın  ixtiyarına verilir. Həmin sərəncamda yazılır ki, dinc dövrlərdə hərbi birlik Ermənistanın baş qərargahına bağlı olacaq. Onun rəhbəri Ermənistan tərəfindən təqdimat verir, Rusiya da razılıq verir. Dinc şərait dedikdə, onlar yəqin ki, indiki  şəraiti nəzərdə tuturlar. Bu, dinc şəraitdirmi? Bu, Rusiya ilə Ermənistan üçün dinc şərait kimi səslənə bilər. Amma Azərbaycan işğalçı Ermənistan ordusu tərəfindən işğala məruz qalıbdır, müharibə şəraitindədir. Sadəcə olaraq, aktiv fazada deyil. Deməli, Ermənistanın bu ordu hissələrindən istədiyi formada istifadə eləmək imkanı vardır. Biz bunu mütləq nəzərə almalıyıq. Azərbaycan ilə Rusiya arasında münasibətlərə bizim həmkarlar da toxundular. Biz həmişə xoş münasibətlər yaratmaqda maraqlı olmuşuq. Cənub bölgəsinə milyardlarla investisiya qoyulub. Xoşməramlı tədbirlər görülür. Məncə, bu məsələlərə də yenidən baxılmalıdır. Bizim hesabımıza güclənən bir dövlət bizim düşmənimizə dəstək verməli deyil. Məncə, Rusiya ATƏT-in Minsk qrupunda qalma haqqını da itiribdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə.  Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dünən parlamentdə parlament rəhbərliyinin dəstəyi ilə soyqırımlarla, insanlığa qarşı cinayətlərlə bağlı çox ciddi müzakirələr oldu. Təbii olaraq hər bir azərbaycanlını Xocalı soyqırımı ilə bağlı cinayətkarların, uşaq və qadın qatillərinin ədalət hökmünə verilməsi barədə məsələ çox ciddi maraqlandırır. Biz bu istiqamətdə böyük işlər görməliyik. Mən təklif olunan qanunu dəstəkləyirəm və biz bu qanundan irəli gələn zəruri addımları atmalıyıq. Son hadisələr onu göstərir ki, Ermənistanın strateji iqtisadiyyatı artıq Rusiya tərəfindən özəlləşdirilib. Nəqliyyat, enerji, bundan sonra da hava müdafiə qüvvələri ilə bağlı saziş artıq duma tərəfindən təsdiq edilib. Ermənistanın silahlı qüvvələri Rusiyanın silahlı qüvvələrinin tərkibinə keçib. Bu onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın hansısa bir hərbi əyalətidir. Biz onda nə üçün danışıqlar aparırıq? Onsuz da Ermənistan artıq imitasiya da etmir, danışıqları tam pozur. Dövlət olmadığına görə, müstəqil olmadığına görə zənnimcə, biz artıq danışıqları Ermənistanın sahibləri ilə aparmalıyıq. Bu alətin rəhbəri Rusiyadır. Mənə elə gəlir ki, Minsk qrupu artıq Azərbaycan və Rusiya arasında vasitəçilik funksiyasını daşımalıdır. Münaqişənin həlli ilə bağlı biz bilavasitə artıq Rusiya ilə  danışmalıyıq.
Mən Xocalını xatırladım. Azərbaycanın Rusiya ilə hüquqi dəstək barəsində sazişi var. Bu sazişlə bağlı 366-cı alayın Azərbaycanın hərbi prokurorluğunun siyahısında olan və Rusiya ərazisində yaşayan  cinayətkarları Azərbaycana təhvil verilməlidirlər. Biz tələb eləməliyik ki, uşaq qatilləri ədalət hökmünə Azərbaycanda verilsinlər. Bununla bağlı  xarici hakimlərin dəvəti ilə Azərbaycanda məhkəmə təşkil edilməli və bu məhkəmənin qərarının beynəlxalq hüquq qazanması üçün hökmü məhz xarici hüquqşünaslar çıxarmalıdırlar. Rusiya bu sazişdə öz zəruri addımlarını atmasa, biz artıq bu sazişi tam pozulmuş hesab eləməliyik. Azərbaycan beynəlxalq ictimaiyyətə müraciət etməlidir, onun Minsk qrupunun vasitəçiliyi ilə sülh istiqamətində atdığı addımlar dəstəklənməlidir. Biz bu məsələni BMT-də...
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, dəyərli media mənsubları! Məndən öncə çıxış edən həmkarlarımın fikirlərini dəstəkləməklə yanaşı, iki məsələyə toxunmaq istəyirəm. Birinci, cənab Sədr, Sizin dəstəyiniz və hörmətli Bahar xanımın rəhbərliyi ilə dünən Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində çox önəmli bir tədbir keçirildi. Soyqırımı, etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi ilə bağlı layihə geniş müzakirə edildi. Gələcəkdə görüləcək işlər baxımından parlamentimizdə belə müzakirələrin olmasının çox böyük əhəmiyyəti var. Çünki ölkəmiz üçün ən önəmli məsələlərdən biri  Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsidir. Orada bir təklif də səsləndi. Bu təklif, əslində, qeyri-hökumət təşkilatları, ziyalılar və sair qurumlar tərəfindən də sıx-sıx səsləndirilir. Mən inanıram ki, bu təklifin Milli Məclisimizdə səsləndirilməsi və rəhbərlik səviyyəsində  qaldırılan təkliflərə münasibət bildirilməsi bu məsələnin həllinə öz müsbət təsirini  göstərər.
Ölkəmizə gələn bütün xarici qonaqlar protokol qaydasında Şəhidlər Xiyabanını ziyarət edirlər. Ona görə də Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarına aid bir abidənin və ya lövhənin olması yaxşı olardı. Çünki ölkəmizə həm protokol qaydasında gələnlər, həm də digər qonaqlar mütləq Şəhidlər Xiyabanını görürlər. Elə Şəhidlər Xiyabanının girişində abidə qoyulsa, Xocalı soyqırımı barədə həm məlumat əldə olunar,  həm də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılardı. Yəni bu cür bir abidənin qoyulması çox müsbət olardı.
İkinci bir məsələ. Burada həmkarlarım bu məsələni qaldırdılar, Fazil bəy də dedi. Azərbaycanın icazəsi olmadan onun işğal altında olan ərazilərinə gedib konsert verən insanlar, sənətçilər sonra Azərbaycana gəlir, biz bilmirdik deyə, üzr istəyir, tədbirlər keçirirlər.
Bu günlərdə  yenə Fransa parlamentinin iki deputatı Azərbaycanın işğal altında olan Xankəndi bölgəsinə səfər edib, cinayətkar rejimin rəhbəri Bako Saakyan ilə görüşüblər. Mən düşünürəm ki, bu məsələni  təkrar gündəmə gətirmək olar. Gürcüstanda, Moldovada olduğu kimi, Azərbaycanın da işğal altında olan əraziləri ilə bağlı bir qanun layihəsinin gündəmə gətirilməsi bəlkə beynəlxalq ictimaiyyətdə əks-səda verər. Azərbaycanın işğal altında olan ərazilərinə icazəsiz gedən insanların Azərbaycanda arzuolunmaz şəxslər olması, o şirkətlərin arzuolunmaz elan edilməsi...
Sədrlik edən. Çox sağ olun, Qənirə xanım. Bu çoxdan var, Dağlıq Qarabağda olanlar Azərbaycanda “persona non qrata” sayılır, həmin şirkətlər də Azərbaycana gəlmirlər və bu artıq neçə ildir ki, var. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən Belarus prezidentinin Azərbaycana olan səfərinə toxunmaq istəyirəm.  Bu səfərin yekunu olaraq hər iki dövlət başçısının imzaladığı bəyanatda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünün, Dağlıq Qarabağ torpaqlarında suverenliyin vurğulanması məsələsi göstərir ki, Azərbaycanın yeritdiyi qarşılıqlı ikitərəfli siyasət öz bəhrəsini verir, hətta Ermənistanın hərbi inteqrasiyada olduğu birlik üzvlərindən biri  onun işğalçı siyasətinin əleyhinə çıxır. Bunu az öncə həmkarlarımın toxunduğu bir məsələ də ortaya çıxartdı. Açıq görünür ki,  artıq KTMT deyilən hərbi birlikdə Ermənistan təklənmiş vəziyyətdədir. Bu, Rusiyadan onu tələb edir ki, strateji baxımdan daha ağır çəkidə olan Belarus və Qazaxıstan kimi müttəfiqlərinin mövqelərini nəzərə alsın, eyni zamanda, vasitəçilik missiyasından istifadə edərək bu problemin həllində artıq əhəmiyyətli addımlar atsın.
Burada heç kimə sirr deyil ki, müstəqillik qazananda Moskvadan ən ədalətsiz münasibəti məhz Azərbaycan gördü. Ancaq ulu öndər məhz Rusiya ilə əlaqələri pozitivlər üzərində qurdu, indi də bu siyasət  bildiyiniz kimi, çox uğurla davam etdirilir. Azərbaycan Rusiyanın təhlükəsizliyində çox mühüm rol oynayır. Ən azı Azərbaycanın Rusiyanın qaynar  nöqtəsi hesab olunan Şimali Qafqazdakı rolunu nəzərə almaq lazımdır. Həm investisiyalar, həm də digər vasitələrlə Azərbaycan orada sabitliyin yaradılmasında çox əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan  beynəlxalq təpkilərə baxmayaraq, Rusiyaya yanaşmada dəfələrlə göstərib ki, o, əsil tərəfdaşdır. Bunun qarşılığında biz də öz böyük qonşumuzdan böyüklük görmək istəyirik və istəyirik ki, bu özünü vasitəçilik missiyasında da göstərsin. Ermənilər dəfələrlə deyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli onların təhlükəsizliyi üçün müəyyən təhdid yarada bilər. Cənab Şoyqu artıq Ermənistandadır və faktiki olaraq Ermənistan ordusu Rusiya ordusunun bir parçasına çevrilir. Artıq ermənilər üçün heç bir təhlükə yoxdur. Bütün qarantiyanı Rusiya öz üzərinə götürür. Rusiya sözün həqiqi mənasında tərəf müqabili deyil, – az öncə Qənirə xanımın toxunduğu məsələyə də gəlirəm, – Fransa da  deyil, onlar vasitəçi olmalıdırlar. Ən azından bu gün onlar təəssüf ki, tərəf kimi...
Sədrlik edən. Sağ olun. Rasim Musabəyov.
R.Musabəyov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Həmkarlarım Rusiyanın Ermənistana əlavə təminatları və silah verməsi ilə bağlı məsələ qaldırdılar. Yada salmaq istəyirəm ki, aprel döyüşlərində əməliyyatlar Rusiyanın müdaxiləsi və təkidi nəticəsində dayandırılmışdı və bunun müqabilində də Rusiya erməniləri ağla gətirməklə bağlı vədlər vermişdi, hər halda Metyu Brayzanın sözlərinə inansaq, ermənilərin iki rayondan çəkilməsi gözlənilirdi. Lavrov tez-tez bölgəyə səfər edirdi, o da ümidverici bəyanatlar verirdi, ancaq biz bunun tam əksini müşahidə edirik. Ermənilərə “İskəndər”lər, əlavə silahlar veriləndən, hərbi birləşmə yaradılandan sonra elə bil ki, onların tonu dəyişildi və ümumiyyətlə, danışıqlardan yayınmaları  açıq-aşkar hiss olundu. O ki qaldı Sarkisyanın lovğalıqla dediyi “biz Azərbaycana sarsıdıcı zərbəni hər zaman vura bilərik” sözlərinə, bu, təbii, lovğalanmaqdır, ancaq bunun arxasında o da durub ki, bu insan öz ərazisinin  əks-zərbədən sığortalanmasına tamamilə əmindir. Yəni Rusiyaya çox güvənir.
Ancaq həmkarlarımdan fərqli olaraq, mən düşünmürəm ki, biz Rusiyanı bu proseslərdən kənarlaşdırmaq barədə düşünməliyik, əksinə,  Putinlə kifayət qədər sıx əməkdaşlıq etmək və danışıqlar aparmaq lazımdır, özümüzü aldatmamalıyıq. Rusiya vasitəçi libasında olsa da, münaqişənin bilavasitə iştirakçısıdır. Biz Rusiya ilə bu məsələlər barədə  söhbətlərimizi davam etdirməliyik. Xoş münasibətlər olmalıdır və bu xoş münasibətlərin  fonunda Rusiyanın bir çox istəkləri də nəzərə alına bilər, bunun tam əksi də mümkündür. Biz Rusiyaya böyük fayda verən hərbi əməkdaşlıqdan da uzaqlaşa bilərik. İndi Rusiya Ermənistanla hərbi birləşmə yaradıb. Bizim üçün də qadağalar yoxdur, yəni biz də Türkiyə ilə Naxçıvanda birgə təlimlər keçirə bilərik, bəlkə qruplaşma da yaratmaq olar. Ancaq düşünmürəm ki, bu, bölgəni sülhə yaxınlaşdıra bilər. Hər halda Rusiya ilə kifayət qədər intensiv danışıqların aparılması, mənə elə gəlir ki, zəruridir. Təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm. Oqtay müəllim, bu yaxınlarda Sizin tapşırığınızla böyük bir nümayəndə heyəti Strasburqda səfərdə oldu. Orada ikitərəfli görüşlər keçirdik. Əslində, bugünkü müzakirələrə də aid olan bir məsələ olduğuna görə mən söz istədim. Birmənalı olaraq demək istəyirəm ki, Oqtay müəllim, bizim nümayəndə heyətinin hər bir görüşündə, Azərbaycanın Avronestdə və Parlament Əməkdaşlıq Komitəsində yenidən işinin bərpa olunması xüsusi olaraq yüksək qiymətləndirildi. Eyni zamanda, biz 8 siyasi qrupdan 6 siyasi qrupun rəhbər şəxsləri, o cümlədən Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri və Avropa Parlamentinin vitse-spikerləri ilə görüşdük. Birmənalı olaraq orada vəziyyət elədir ki, onların bizim regionla bağlı çox ciddi narahatçılıqları var. Narahatçılıq da ondan ibarətdir ki, artıq Ermənistanın mövqeyi bəllidir. Hətta həmişə olduğu kimi, erməni nümayəndə heyəti Avronestin büro iclasını pozmağa cəhd etdi. Avropalı deputatlar da onlara çox sərt yanaşma göstərərək dedilər ki, siz hər zaman büro iclasını pozmaq istəyirsiniz, bilinməyən bir mövqeni həyata keçirmək istəyirsiniz.
Ancaq biz artıq birmənalı şəkildə kimin işğalçı olduğunu  bilirik. Avropa Parlamentinin bununla bağlı qətnaməsi də var və biz çalışacağıq ki, gələcəkdə bu qətnamənin həyata keçirilməsində real mexanizm olsun. Bizim problem ondan ibarətdir ki, bu mexanizmlər Avropa Parlamentində mövcud deyil. Eyni zamanda, artıq bütün məsələlər ortadadır. Ermənistanın  dilənçi mövqe göstərdiyini hamı bilir. Onların müxtəlif ittifaqlara qoşulmaq üçün bircə məqsədləri  var ki, o məqsəddən istifadə edərək özlərinin müəyyən iqtisadi və sosial problemlərini həll etmək istəyirlər. Bununla yanaşı, təbii, Avropa Parlamentinin bir qrup deputatı var ki, onlar həm erməni lobbisinin tərkibindədirlər, eyni zamanda, bir qrup da var ki, ümumiyyətlə, Azərbaycanı yaxşı tanımır. Ona görə, Oqtay müəllim, Sizin tapşırığınızla  bu görüşlərdə bizim əsas istiqamətimiz o idi ki, Azərbaycan müstəqil siyasətini hər zaman olduğu kimi yeridəcək. Azərbaycanın milli maraqlarının yüksək səviyyədə həyata keçirilməsində kim bizimlə əməkdaşlıq eləmək istəyirsə, biz o əməkdaşlığı həyata keçirəcəyik. Çox vacib məsələlərdən biri də bu oldu ki, biz artıq Avropa Parlamentində açıq şəkildə bildirdik ki, siz Azərbaycanla bağlı qətnamələri qəbul eləyəndə, ona təcili bir qrif qoyanda, bu o demək deyil ki, Azərbaycanda  hansısa məsələ var ki, onu təcili qəbul eləmək lazımdır. Biz təkidlə bildirdik ki, yaxşı olar, gələcəkdə belə məsələlər olanda həm Avronest çərçivəsində, həm də bizim əməkdaşlıq komitəmiz çərçivəsində bunu...
Sədrlik edən. Çox sağ ol, Fuad müəllim. Bu məsələlər bizim birgə bəyannamədə öz əksini tapıb – həm Avropa Parlamenti ilə, həm də Avronestlə. Bəyannamədə göstərilir ki, hər hansı bir qətnamə imzalamamışdan əvvəl bizim nümayəndə heyəti ilə, qrup üzvləri ilə danışıqlar aparılmalıdır. 
Bir xahişim də var ki, yazılanda birdəfəlik yazılın, növbə ilə yazılmayın, dalbadal gələcək. Buyurun, Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən bir təklif vermək istəyirəm. Dünən Bahar xanım Muradovanın rəhbərliyi altında çox müsbət bir iclas oldu. Mən orada səsləndirdim, sizin qarşınızda da səsləndirmək istərdim ki, Xocalı ilə bağlı layihənin ərsəyə gəlməsini çox yüksək hal kimi dəyərləndirirəm. Xahiş edərdim ki, ümumiyyətlə, işğal altında olan torpaqlarla bağlı layihə barədə düşünək. Elə bir model bizdə var, əgər məqbul olsa, biz təqdim edə bilərik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İndi, hörmətli millət vəkilləri, keçək gündəliyə. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik  nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar, biz bir neçə ölkə ilə artıq bu cür sazişlər  imzalamışıq. Bu saziş və qərarlar reallaşdıqdan sonra öz müsbət nəticəsini verməyə başlayıb. Doğrudan da, bizim diplomatik nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin xarici ölkələrdə işləmək və xarici ölkələrin diplomatik nümayəndəlik əməkdaşlarının Azərbaycanda işləmək hüququ əldə etməsi çox müsbət və faydalı təsir göstərəcək. Müxtəlif ölkələrdə bu təcrübə mövcuddur. Bu gün biz bu təcrübəni Azərbaycan Respublikası Hökumətinin və Almaniya Federativ Respublikası Hökumətinin diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinə aid etmək istəyirik. Hesab edirik ki, burada birmənalı dəstək lazımdır və bu, diplomatların ailə üzvlərinin başqa ölkədə həm yaşayışını, həm iş şəraitini, həm də ümumiyyətlə, mövcudluğunu  yaxşılaşdırmaq istiqamətində olan bir qərardır. Ona görə həmkarlarımdan xahiş edirəm, bu qərara öz müsbət fikirlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyıq-Bolykovtski, Bolykovtski-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya  Respublikası Hökuməti arasında 2012-ci il 2 fevral tarixində izalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir müddət əvvəl Milli Məclis tərəfindən qəbul edilmiş saziş  hazırda uğurla yerinə yetirilir. Bu yaxınlarda Serbiyada Azərbaycan tərəfindən inşa edilən yolun açılma mərasimi oldu. İndiyə qədər Azərbaycan Respublikası sazişə müvafiq olaraq 270 milyon dollar həcmində kredit verib. Hazırda obyektiv səbəblərə görə yoldan daha səmərəli şəkildə istifadə edilməsi ilə əlaqədar  saziş imzalanmışdır. Yəni Kredit Sazişinə dəyişiklik edilmişdir. Kredit sazişinə dəyişikliyin mahiyyəti kredit vəsaitlərindən istifadə müddətinin daha iki il uzadılmasını nəzərdə tutur. Hər halda bu sazişin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinin artmasına öz müsbət təsirini göstərir. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, bu layihəyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, 3–13-cü məsələlər bir zərfdə gəlib. Burada,  əsasən, bir neçə qanunun “Reklam haqqında” Qanuna  uyğunlaşdırılmasından söhbət gedir. Birinci məsələ “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təklif olunan dəyişiklik “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununa aiddir. Belə ki, qanunun 16-cı maddəsi yeni variantda təklif olunur. Təklif olunan variant budur: “Transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər”. Dəyişiklik “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Xahiş edirəm, bu dəyişikliyə səs verəsiniz. Təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən, ümumiyyətlə, düşünürəm ki, ixtisaslaşdırılmış mətbu orqanını kim müəyyənləşdirir? Yəni Azərbaycanda “İnformasiyanın yayılması azadlığı haqqında”  Qanun var. Biz görürük ki, dünyada siyasi xəbərlər yayan BBC və CNN kimi informasiya portallarında belə onların ayrıca texnologiya bölmələri var və orada elmin ən son nailiyyətləri barədə informasiyalar yayılır və sair. Ona görə də düşünürəm, burada xüsusi bir sahəni inhisara almaq, hansısa ixtisaslaşdırılmış mətbuat orqanı yaratmaq ki, orada ancaq reklam gedə bilər, bu doğru deyil. Biz çalışırıq ki, hər yerdə inhisarçılığa son qoyaq. İnhisarçılıq aradan qaldırılmalıdır.
İkincisi, kim müəyyənləşdirəcək ki, bu, ixtisaslaşdırılıb, ya ixtisaslaşdırılmayıb. Bundan başqa mən digər komitə sədrlərinə, komitələrə öz fikrimi çatdırmaq istəyirəm ki, o sözlərin ki Azərbaycan dilində qarşılığı var, biz gərək Azərbaycan dilində olan sözlərdən istifadə edək. Dünyanın ən inkişaf edən dillərindən başqa dillərə çox sayda sözlər keçir. “Transplantasiya” sözünün qarşılığı Azərbaycan dilində “orqan köçürmə”dir. “Köçürmə” sözü varsa, biz niyə başqa sözləri zorla öz dilimizə gətiririk. Qarşılığı yoxdursa, başqa məsələ. İqtisadi sahədə çoxlu qanunvericilik qəbul edirik, çox vaxt xarici dillərdən sözlər götürürük, onları yazıldığı kimi tələffüz edirik. Bu sözü hansı dildən götürürüksə, o dildəki tələffüzünü qəbul eləmirik. Bu da bir anormallıqdır. Düşünürəm, gələcəkdə biz bunları nəzərə almalıyıq.
Sonda nəyi bildirmək istəyirəm. Transplantasiya ilə bağlı, yəni orqan köçürülməsi ilə bağlı bizim qanunvericilikdə bir çox məsələ öz həllini tapmayıb. Azərbaycanda yaxın qohumlar bir-birlərinə orqan verə bilərlər. Düşünürəm ki, bu məsələ aradan qaldırılmalıdır. Azərbaycanın yollarında müxtəlif qəzalar zamanı çox sayda insan həyatını itirir və bu insanların orqanlarını ilə digər insanlara həyat vermək olar. Bu, əslində, istənilən  insanın özü üçün də normal hal hesab olunmalıdır, çünki onun başına bir iş gəlirsə, hansısa bir orqanı başqa bir insanın həyatını xilas eləmiş olur.  Onun ailəsi də, əslində, bundan təskinlik tapa bilər. Ona görə də biz qanun qəbul eləməliyik.
Bizim hörmətli həmkarlarımız burada bu məsələləri qaldırıblar, vaxtilə Qənirə xanım da bu məsələni qaldırmışdı. Bilirsiniz, biz nəhayət ki, qanun qəbul eləməliyik, hər il minə qədər  insan yol qərarlarında həyatını itirir. Onların yarısı kəllə-beyin travmasından həyatını itirir, amma orqanlarından istifadə eləmək olar. Hər kəs, məncə, bu işə qoşula bilər. Mətbuatdan da xahiş edə bilərik ki, insanlar arasında maarifləndirmə və təbliğat işini gücləndirsinlər, biz də müvafiq qanun qəbul eləyərək, bu sahədə irəliləyişə nail olaq. Bilirsiniz, nə qədər insan dializ üçün növbəyə durub? Onlar böyrək köçürülməsini gözləyirlər. 
İkincisi, Azərbaycanda niyə yalnız yaxın qohumlar bir-birlərinə  hansısa orqanını, tutaq ki, böyrəyinin birini verə bilər? Bəlkə biri öz orqanını sevdiyi sənətkara, digəri alimə, başqası qonşusuna, yaxud yaxın bir dostuna vermək istəyir. Bu barədə də düşünmək lazımdır və gələcəkdə biz qanunvericiliyi bu istiqamətdə təkmilləşdirməliyik. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Bahar xanım. Mən də bu dəyişikliyi dəstəkləyəcəyəm, çünki çox vacib və önəmli dəyişiklikdir. Amma mən elə bu qanun layihəsi müzakirədə olmuşkən, Qüdrət bəyin qaldırdığı o məsələni bir də vurğulamaq istəyirəm. Əslində, bu  məsələ bizim qanunda var. Neçə il əvvəl qəbul edilmiş qanunda bu, maddə şəklində var. Amma çox təəssüf ki, bu gün qanunun həmin maddəsinin həyata keçirilməsində  ciddi addımlar yoxdur. Bu gün ölkəmizdə orqan köçürülməsi əməliyyatını etmək üçün yaxşı mütəxəssislərimiz də var. Amma hazırda qanunun bir maddəsinin işləməməsi nəticəsində ölkəmizdə, sadəcə, iki əməliyyat keçirilə bilir. Bu artan orqanlardan qara ciyər əməliyyatıdır və cüt orqanlardan böyrək əməliyyatıdır. Bundan başqa heç bir orqan köçürülməsi, transplantasiyası əməliyyatı aparılmır və vətəndaşlar xarici ölkələrə üz tutmağa məcbur olurlar. Bu, insanlarımız üçün çox ciddi problemdir. Çox az insanın imkanı var ki, gedib xaricdə bu əməliyyatı etdirsin, günlərlə orada qalsın və sair.
İkincisi də bu, ölkədən valyutanın çıxması deməkdir. Niyə ölkəmizdə  insanlara zərər olsun, həm də ölkədən bu qədər valyuta çıxsın. Ölkəmizdə xəstəxanalarımız var, yaxşı mütəxəssislərimiz var. Sadəcə, qanunun bu maddəsinin həyata keçirilməsi lazımdır. Burada da heç kəs məcbur edilmir. Qanunumuzda da, dünya təcrübəsində də göstərilir ki, bu məsələ könüllüdür. Kim istəyirsə, həyatının sağ dönəmində  vəsiyyətnamə yazır və orada göstərir ki, bir qəza olarsa, bir hadisə baş verərsə, onun orqanları götürülərək ehtiyacı olanlara köçürülsün. Təbii ki, bunu dövlət səviyyəsində ixtisaslaşdırılmış mərkəzlər edir. Bu orqanlar ehtiyacı olan və illərlə növbə gözləyən insanlara köçürülür. Həmin məsələ ciddi şəkildə dünyanın bütün inkişaf etmiş ölkələrində və bizim qanunumuzda da öz əksini tapıb. Yaxşı olar ki, qanunun bu maddəsinin həyata keçirilməsi məsələsində parlamentimiz müvafiq qurumla müzakirələr aparsın və bu işə bir təkan verilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əhliman müəllim, bəlkə Siz sonda danışasınız. Rəşad Mahmudov.
R.Mahmudov. Hörmətli millət vəkilləri, dəyərli sədarət! Həqiqətən, önəmli bir mövzuya toxunuldu. “Reklam haqqında” Qanun çərçivəsində bu mövzuya girmək nə qədər uyğundur, bilmirəm, amma şəxsi təcrübəm və uzun illər xəstəxanamızda göstərdiyim fəaliyyət nəticəsində ölkədə olan problemlər haqqında az-çox məlumatım var. Birmənalı olaraq həmkarlarımın dediyi fikirlərə eyni ilə qatılıram. Amma nədənsə görünməyən bəzi incə nöqtələr var. Biz 2009-cu ildə burada Amerika Birləşmiş Ştatlarından, Avropanın aparıcı ölkələrindən və bundan başqa, Ərəbistan, İran, Türkiyə, Rusiya və İsraildən olan yüksək ixtisaslı kadrlar ilə birgə ölkədə transplantasiyanın həyata keçirilməsi ilə əlaqədar 3 gün müzakirələr apardıq. Bu müzakirələrin nəticəsi olaraq bir məsələni hamının diqqətinə çatdırmaq istəyirəm.
1997-ci ildə Azərbaycanda transplantasiya haqqında qəbul etdiyimiz qanun, həqiqətən, dünyanın ən aparıcı ölkələrinin  qanunlarından heç bir şəkildə geri qalmır. Orada bütün məqamlar – insan ölümü, ölümdən sonra beyin ölümünün diaqnozu və bu zaman insanların istifadə edəcəyi orqanlar üçün qohum-əqrəbalardan əlavə olaraq razılığın alınması qanun çərçivəsində öz əksini tapıb. Burada, əslində, oturub düşünməyimiz lazım olan bir nöqtə var. Nə üçün qanunlarımız, ölkəmizdə bu işləri apara biləcək mərkəzlər, yüksək ixtisaslı həkimlər var ikən, biz hələ də bu məsələnin həllində hansısa problemlərlə üzləşirik? Mən düşünürəm ki, bu məsələ, sadəcə, bəlli bir məqamda dilə gətirilməməlidir. Bununla əlaqədar mütləq bir şəkildə aidiyyəti icra qurumları ilə birlikdə geniş müzakirələr aparılmalıdır.
Sizə incə bir məqamı deyim. Bir mütəxəssis kimi, – hamı bu problemlə üz-üzə qala bilər, – onu deyə bilərəm ki, bu gün beyin ölümü diaqnozu tibb təhsilində öz əksini tam bir şəkildə tapmayıb. Bu gün Azərbaycan tələbəsinin, daha doğrusu, Azərbaycan həkiminin beyin ölümü diaqnozunu qoymaqla əlaqədar ciddi problemləri var. Biz ancaq bunun səbəblərini axtarıb tapdıqdan sonra bu problemi həll edə bilərik. Çünki qanun qarşısında heç bir insanın verdiyi icazə ilə onun orqanlarından istifadə oluna bilməz. Mütləq bir şəkildə beyin ölümünün diaqnozunun qoyulması lazımdır. Bu gün ölkədə bu qədər hadisələr olurkən, qəza sonrası insanlar həyatlarını itirirkən bir araşdırmamız lazımdır ki, beyin ölümü diaqnozu rəsmi bir şəkildə neçə xəstəxanada qeydiyyata alınır. Məncə, məsələlərə bu şəkildə baxıldığı zaman qısa müddət içərisində problemlərin həlli mümkün ola bilər.
Azərbaycan tibbi transplantasiyanı həyata keçirməyə qadirdir. Artıq Mərkəzi Neftçilər Xəstəxanasında və bir neçə xəstəxanada 100 insan üzərində qara ciyər transplantasiyası həyata keçirilib. Qara ciyər transplantasiyası canlılar vasitəsi ilə həyata keçirilib. Bu, ölülərdən və həyatını itirmiş insanlardan edilən transplantasiyadan 2–3 dəfə daha çox məsuliyyət tələb edir. 300 nəfərin üzərində böyrək transplantasiyası keçirilib. Həqiqətən, Azərbaycan tibbi bu işi həyata keçirməyə qadirdir. Düşünürəm ki, Məclis və icra qurumları, eləcə də tibb təhsili verən mərkəzlərlə birlikdə oturub bu məsələ üzərində ciddi bir şəkildə müzakirələr aparılmalı və sonda qəti qərar verilməlidir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Rəşad müəllim. Mövzudan çox da uzaqlaşmadan sözü Aytən xanıma vermək istəyirəm. Buyurun.
A.Mustafazadə. Mən Rəşad müəllimin dediklərini yüz faiz dəstəkləyirəm. Mən onu demək istəyirəm ki, bizim ölkədə beyin ölümü    diaqnozunun verilməsi birinci problemdir. İkincisi, mənə elə gəlir ki, ən əsası Azərbaycanda təbliğat və maarifləndirmə işi aparılmalıdır. Bizdə də Türkiyədə olduğu kimi, bağışlama olmalıdır. Yəni insanlar şüurlu şəkildə bu addıma hazır olmalıdırlar ki, sabah Allah eləməsin, kim isə ya qəzaya düşsə, ya da insult olsa, beyin öldüyü zaman onun orqanları  istifadə üçün bağışlansın. Orada orqan bankı var, bizdə də yaradıla bilər və bu istiqamətdə ən böyük dəstək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Aytən xanım. Əhliman müəllim, buyurun.
Ə.Əmiraslanov. Çox hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Mən ilk növbədə istərdim ki, Qüdrət müəllimin suallarına cavab verim. Birinci, “transplantasiya” termini haqqında. Soruşulur ki, niyə orqan köçürülməsi yazılmır? Bütövlükdə bunu yazmaq da olar. Ancaq mən hesab edirəm ki, beynəlxalq miqyasda qəbul olunmuş elə terminlər var ki, onları dəyişdirmək düz deyil. Bizdə müstəqillik qazanıldıqdan sonra bir eyforiya əmələ gəlmişdi. Bütün terminləri azərbaycanlaşdırmaq istəyirdik. Mənə belə gəlir ki, bunun həddindən artıq olması bütövlükdə ədəbiyyatımıza, elmimizə yalnız ziyan verdi. Mən terminlərin Azərbaycan dilinə uyğunlaşdırılmasının əleyhinə deyiləm. Ancaq bütün terminlərin Azərbaycan dilinə hərfi tərcüməsi, mənə elə gəlir ki, normal hal deyil, buna getmək olmaz. Ona görə, mən elə hesab edirəm ki, “transplantasiya” termininin saxlanması məqsədəuyğundur. Bunu dəyişdirməyə lüzum görmürəm.
O ki qaldı burada yazıldığı kimi, mətbu orqanlar məsələsinə, Qüdrət müəllim, biz bütün mətbuatda istər orqan transplantasiyasını, istərsə də dərman vasitələrini reklam edə bilmərik. Bunun fəsadları və ziyanı barəsində həddindən artıq danışmaq olar. Bu, dünyada da qəbul olunubdur. Burada yazılıb ki, reklama yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir. Yəni burada nə nəzərdə tutulur? Tibb sahəsində bu və ya digər konfranslar, simpoziumlar, konqreslər keçirildiyi dövrdə  dərman vasitələri, orqan transplantasiyası və digər tibbə aid deyək ki, elanlar verilə bilər.
O ki qaldı orqan transplantasiyası haqqında qanuna, onunla da razı deyiləm ki, bu qanuna yenidən baxılmalıdır. Qanun çox mükəmməl qanundur. O başqa məsələdir ki, bu qanunun bəzi maddələrinin icrası üçün bu gün Azərbaycanda imkan yoxdur. Burada səsləndi, əvvəllər buna mane olan bir amil var idi. Deyək ki, meyitdən və yaxud ölüm ərəfəsində olan insanlardan orqan götürməklə bağlı beyin ölümünün təsbitində müəyyən mübahisəli məsələlər var idi. Ancaq bu gün dünyada artıq beyin ölümünün meyarları məlumdur və bunun heç bir mübahisəli yeri qalmayıb və bizim mütəxəssislər də bu işlə məşğuldurlar. Sadəcə olaraq, bu qərarı verən xüsusi bir orqan, müəssisə olmalıdır. Bunu hər bir insanın öhdəsinə buraxmaq olmaz. Gərək o mətbu orqan, bununla məşğul olan  sahənin mütəxəssisləri tam müstəqil olsunlar, deyək ki, hər hansı təsirin nəticəsində qeyri-obyektiv nəticə verilməsin. Bunlar obyektiv qiymətləndirilsin. Bu, çox mübahisəli məsələdir.
Bu gün ölkəmizdə orqan transplantasiyası aparılır. Hətta bizdə süni ürək transplantasiyası da olubdur. Yəqin burada çox adamın xəbəri yoxdur.  Beyin ölümü keçirmiş insanlardan ürək transplantasiyasına Azərbaycan bu gün tamamilə hazırdır. Bir neçə klinikada bunu etmək olar. Bunun üçün, sadəcə olaraq, beyin ölümünün təsbiti ilə əlaqədar xeyli təbliğat aparılmalıdır. Çünki bu, könüllü olmalıdır. Bunu heç bir qanunla tənzimləmək olmaz. Mənim deyəcəklərim bu qədər.
Sədrlik edən. Sağ olun, Əhliman müəllim. Nizami müəllim, deyəsən Siz tibb baxımından izahat vermək istəyirsiniz. Buyurun.
N.Cəfərov. Bahar xanım, çox sağ olun. Bizim qanunlarımızın dili ilə bağlı məsələ son vaxtlar çox müzakirə olunur. Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda terminologiya ilə bağlı çox geniş bir müzakirə keçirildi. Qüdrət müəllim dedi, bizdə, adətən, deyilir ki, niyə milli sözümüzü işlətmirik, xarici dildə işlədirik. Bu “xarici dildə işlətmək” anlayışı doğru deyil. Bu, absurddur. Çünki terminologiya xarici dildə deyil, terminologiya mütləq şəkildə ya latıncadır, ya da yunancadır. Bu, bütün dünyanın terminidir. İndi bax, məsələn, Əhliman müəllim “kriteriya” sözünü işlətdi, bunun əvəzinə meyar da deyə bilərik. Amma hər halda beynəlxalq termin  birinci dərəcəlidir. Bizim qanunlarımızda o işlənməlidir. Biz orqan köçürtmə də desək, meyar da desək, yəni çalışsaq ki, bunu milliləşdirək, mənə elə gəlir ki, bu özünü doğrultmayacaq və necə ki, doğrultmur. Ona görə, Əhliman müəllimlə mən tamamilə razıyam ki, termin beynəlxalqdır, o xarici dildə deyil. Təbiidir ki, biz orta məktəblərdə, xüsusilə uşaqlar, gənclərimiz  elmi terminologiyanı öyrənəndə o tərcümə izahını verməliyik. Yəni deməliyik ki, bəli, bu, orqan köçürtmə deməkdir, bu, meyar deməkdir. Amma beynəlxalq termin aparıcı olmalıdır. Yəni  burada təəssübkeşlik özünü doğrultmur. Ona görə ki, bütün dillər üçün belədir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hesab edirəm ki, müəyyən müddətə bu məsələlər bir az səngiyəcək. Başqa fikri olan yoxdursa, səsə qoyuruq. Buyurun, üçüncü məsələyə səs verin.

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul olundu, sağ olun.
Növbəti dördüncü məsələ “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov. Buyurun, Eldar müəllim.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Bahar xanım və hörmətli deputat həmkarlarım! Təqdim olunan qanunlardan “Tütün və tütün məmulatı haqqında” Qanun 2015-ci ilin may ayında qəbul edilmiş “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır. Təklif olunan dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, insan sağlamlığı üçün çox zərərli olan tütün və tütün məmulatından istifadənin reklam edilərək ölkədə yayılmasının qarşısı alınsın. Sizə paylanmış arayışlarda təklif olunan dəyişikliklər geniş şəkildə verilmişdir. Layihədə “Tütün və tütün məmulatı haqqında” Qanunun “Tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması” adlanan 20-ci maddəsində tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün qadağan edilən üsullar sadalanır. Təklif olunur ki, həmin 20.1.4-cü maddənin sonunda “nöqtə” işarəsi “nöqtəli vergül” işarəsi ilə əvəz edilsin və qadağan edilən üsulların sırasına “tütün və tütün məmulatını alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi” məzmununda yeni, 20.1.5-ci maddə əlavə edilsin. Qanunun 20.2-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər. 20.2-ci maddənin təklif olunan yeni redaksiyasında isə tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı birmənalı qadağan edilir.
Eyni zamanda, təklif olunur ki, qanuna aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilsin. Tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. “Reklam haqqında” Qanunun “Sponsor və sponsor reklamı” adlanan 13.4-cü maddəsində isə birmənalı göstərilir ki, reklamı qadağan edilmiş malların istehsalı və satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər. Həmin qanunun “Tütün və tütün məmulatı və onlara aid ləvazimatların reklamı” adlanan 28-ci maddəsində isə bildirilir ki, tütün və tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Göründüyü kimi, bu qanunla əlaqədar olaraq hələ bu il mart ayının 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsində də çox ciddi cərimələr nəzərdə tutulur.
Misal üçün, bizim 2001-ci ildə qəbul etdiyimiz “Tütün və tütün məmulatı haqqında” Qanunun 212-ci maddəsində müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə siqaret çəkmək qadağandır xəbərdarlıq yazısının və işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir. Yaxud hava nəqliyyatında təyin edilməmiş yerlərdə siqaret çəkildiyinə görə 100 manat, dəmir yolunda yenə müəyyən edilməmiş yerlərdə siqaret çəkildiyinə görə 40 manat, metropolitendə 50 manat, dəniz və dəniz-çay nəqliyyatında 40 manat məbləğində cərimə təyin olunur. Avtomobil nəqliyyatında da həmçinin 40 manatdan 50 manata qədər cərimə müəyyən olunur. Bunun həyata keçirilməsi üçün yəqin ki, müvafiq icra hakimiyyəti orqanı bu işi müvafiq təşkilatlara tapşırmalıdır. Dünya təcrübəsi var, hansısa bir ölkənin təcrübəsini götürüb  burada tətbiq edə bilərik. Bir daha demək istəyirəm, tütün və tütün məmulatının qadağan edilmiş yerlərdə istifadəsi cərimələndirilsin ki, heç kəs təyin edilməmiş yerlərdə siqaret çəkməsin. Xahiş edirəm, hörmətli həmkarlarım bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Ətraflı məlumata görə sağ olun, Eldar müəllim. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Mən  nəzərdə tutulan bu dəyişiklikləri birmənalı dəstəkləyirəm, amma  qaneedici hesab etmirəm. Ona görə ki, bu məsələ ilə bağlı Azərbaycanda radikal qərarların alınmasına köklü bir ehtiyac var. Açığı, cəmiyyətdə danışılır ki, kim hansı sahəni inhisarda saxlayırsa, vətəndaşın sağlamlığı bir tərəfə qalsın, nə olur-olsun, o sahəyə toxunulmaz sahə kimi baxılır. Ona görə istər keyfiyyətsiz içkilərdir, istər tütün məmulatlarıdır, istər  qəlyanlardır, istərsə də vətəndaşların səhhətinə ziyan vuran süni  qida vasitələridir, bunlar hamısı toxunulmaz qalır.
Artıq Azərbaycan müstəqil dövlətdir. Birinci növbədə xəstəxanaların, – onkologiya sahəsində olanlar daha yaxşı bilirlər, –  qapısında növbəyə durmuş, hansısa bir xəstəlik üçün vəsaiti olmadığından fondların qapısında pul axtaran minlərlə insanın taleyini düşünərək bu sahədə ciddi addımlar atılmalıdır. Məsələn, bu gün Avropa Birliyi ölkələrində qəlyandan istifadə olunmasının qadağan edilməsi məsələsi gündəmdədir.  Bir sıra yerlərdə bu, qadağan olunubdur. Niyə? Çünki qəlyandan istifadə xərçəng xəstəliyinin yaranmasının əsas səbəblərindən biri sayılır. Azərbaycanda əksər məktəblərin yanında  belə iaşə obyektləri  yerləşdirilir və məktəblilərin oraya cəlb olunması üçün istənilən stimullaşdırıcı vasitədən istifadə olunur. Nə olsun ki, orada reklam göstərilmir. Reklam göstərməklə deyil ki. Hamı bilir, harada qəlyan var. Amma tərkibi nədir, heç bir məlumat verilmir, maarifləndirici iş aparılmır və bu xəstəliyin də miqyası artmağa başlayır. Ona görə də mən hesab edirəm, – Bahar xanım, sizlər, yəni xüsusilə xanımlar bu işdə təşəbbüskar olmalıdırlar, – ictimai yerlərdə siqaret çəkilməsi, tütün məhsulundan istifadə olunması birmənalı şəkildə qadağan olunmalıdır.
Xaricdə, məsələn, Türkiyədə necədirsə, bizdə də elə olmalıdır. Yəni bunu ən azı, minimuma endirməliyik. İnsanlar bilsinlər ki,  soyuq havaya çıxıb siqaret çəkmək əziyyət olsa da, ən azı, yanlarında olanlara ziyan yetirməyəcəklər. Xüsusilə keyfiyyətsiz tütün məhsullarından xəstələnən insanların sayı artmaqdadır. Ağ ciyər xəstəliyi olan insanların sayı kifayət qədər artıb. Ona görə də bu qanunla kifayətlənmək olmaz. Biz  qəlyandan istifadənin məhdudlaşdırılması yollarını tapmalıyıq. Mən hesab edirəm ki,  dediyim sahədə müvafiq komitə  də öz təkliflərini verməlidir. Bizim Səhiyyə komitəmiz var, Əhliman müəllim rəhbərlik edir, Musa müəllim müavindir. Bu istiqamətdə, məncə, çalışmaları da var idi. Bunu canlandırmaq lazımdır. Biz millət vəkilləri də dəstək verərək siqaretlə bağlı məsələni qurtaraq. Beynəlxalq dünya standartlarına uyğun yüksək cərimə təyin edək. Türkiyədə siqaret çəkənlərin sayı bu qanundan sonra özlərinin elan etdikləri statistikaya görə 10 dəfələrlə azalıb. Bizdə də əminəm ki, sayı azalacaqdır. İnsanlar heç olmasa, öz sağlamlıqlarını qorumuş olacaqlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bu, təkcə sağlamlığa deyil, maddi məsrəflərə də bağlı olan məsələdir. İnsanın şəxsi büdcəsinə də fayda verən məsələdir. Ona görə də qadınlar bu məsələdə fəal şəkildə iştirak edə bilərlər, amma gərək sizin dəstəyiniz olsun. Mən belə başa düşdüm ki, bu məsələ də artıq qadın məsələsinə, qadın probleminə çevrilir. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Bahar xanım. Mən də həmkarım Fazil Mustafanın  fikirləri ilə tamamilə razıyam, bu fikirləri dəstəkləyirəm.  Ümumiyyətlə, bu  gün “Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişiklikləri təqdir edirəm. Bu kimi dəyişiklikləri qanunvericiliyə tətbiq etmək çox müsbət haldır. Eyni zamanda, mən də  öz növbəmdə istərdim deyəm ki, – ümumiyyətlə, geniş ictimaiyyət də bunu gözəl bilir, – tütün məmulatı insan orqanizminə çox mənfi təsir göstərir. Xüsusilə məni  yetkinlik yaşına çatmayanların  tütün məmulatından istifadə etmələri narahat edir. Ona görə, düşünürəm ki, biz parlamentarilər olaraq bəlkə gələcəkdə aşağıdakı təkliflərlə çıxış edək.
Birincisi, tütün məmulatının  zərərli təsiri haqqında maarifləndirmə işi çox gücləndirilməlidir. Aparılır, amma mən deyərdim ki, kifayət qədər güclü aparılmır. 
İkincisi, alkoqollu içkilərin yetkinlik yaşına çatmayanlara satışı qadağan edildiyi kimi, tütün məmulatının, qəlyanın və sairin də  satışı birmənalı şəkildə qadağan olunsun. Hamı bilir ki, xərçəng xəstəlikləri sırasında ən öncül yerlərdən birini tutan məhz ağ ciyər xərçəngidir. Onun da yaranmasının 90 faizi tütün məmulatından istifadə edilməsidir. Ona görə də mən bütün ictimaiyyəti tütün məmulatından istifadəyə qarşı mübarizəyə dəvət etmək istəyirəm.
Sədrlik edən. Gövhər xanım, mən üzr istəyirəm, deyəsən, bu fikir yaman narahatlıq yaratdı, hamı müzakirə aparır. Eşitmək olmur ki, çıxış edən nə söyləyir.
G.Baxşəliyeva. Şəxsən müşahidə etmişəm, Türkiyə televiziyalarında,  məsələn, kimsə əgər siqaretdən istifadə edirsə, o yeri göstərmirlər. O yerə ləkə vurulur və insanlar onu görmür. Bu da tütün məmulatından istifadəyə qarşı bir növ üsuldur. Bizdə də belə üsullardan istifadə edilməlidir.
Mən ikinci dəfə söz almamaq üçün 12-ci məsələ olan “Dərman vasitələri haqqında” Qanuna toxunmaq istəyirəm. Burada düzəlişlər verilibdir. Mən yenə də öz fikrimdə qalıram ki, biz parlamentarilər olaraq dərman vasitələrinin reklamı ilə mübarizə aparmalı, onu tam ləğv etməliyik. Orada istənilən qadağalar qoyulub, amma diqqətlə baxsaq, görərik ki, qadağaları tətbiq  etmək çox çətin olacaq. Sübut  etmək də çətin olacaq ki,  sən reklam verəndə bu qadağaları pozdun.  Biz əgər öz  insanlarımızın sağlamlığını düşünürüksə, bu dəyişikliklərə getməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Gövhər xanım. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Bahar xanım. Mən bu dəyişiklikləri dəstəkləyəcəyəm. Eldar müəllimə də çox təşəkkür edirəm. Əslində,  burada səslənən bir çox fikirlərin böyük hissəsi bu qanunun maddələrində var. Məsələ ondan ibarətdir ki, bir az öncə də söylədiyimiz kimi, qanunun maddələrinin icrasında problemlərimiz var. Məsələn, uşaqlara siqaretin satışının qadağan edilməsi qəbul etdiyimiz qanunda öz əksini tapıb. Amma çox təəssüf ki, bu gün 18 yaşından kiçik uşaqlara hər yerdə siqaret satılır və qanunun bu maddəsinin həyata keçirilməsi istiqamətində  demək olar,  irəliləyiş görə bilmirik. Eyni zamanda, məktəblərə yaxın ərazilərdə  tütün məhsullarının satışının qadağan  olunması ilə bağlı məsələyə qədər qanunda hər şey öz əksini tapır. Amma çox təəssüf ki, onun icrası ilə bağlı məsələlərdə problemlər  hələ çoxdur.
Hörmətli Bahar xanım, Fazil müəllimin müraciəti əsasında Siz dediniz ki, qadın olaraq biz bu məsələyə dəstəyik, amma daha böyük dəstəyə ehtiyac var. Əslində, ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsi Əmək və sosial siyasət komitəsində hazırdır. Yadımdadır, hörmətli Hadi müəllim onun müzakirəsinə bizi də dəvət etmişdi. Demək olar ki, beynəlxalq standartlara uyğun qanun layihəsi var. Ayrıca qanuna ehtiyac yoxdur deyilirsə, çox yaxşı olardı ki, həmin qanundakı o məsələləri biz maddələr olaraq bu qanuna  salaq. Hazır olan qanunun qəbul edilməsi daha yaxşı olardı. Çünki ictimai yerlərdə siqaretin qadağan edilməsi artıq bir tələbata çevrilib. Ailələri, anaları, kiçik yaşlı uşaqları ilə müxtəlif ictimai yerlərə gedən insanlar belə bir qanuna nə qədər ehtiyac olduğunu vurğulayırlar. Ona görə, ya ayrıca bir qanun şəklində qəbul etmək, ya da bu qanuna dəyişiklik edildiyi təqdirdə  onu  buraya salmaq olar. Amma ən vacib məsələ, yenə vurğulayıram, bu qanunun içərisinə salmaqdır.
Ümumiyyətlə, bu qanunda  tütün məhsullarından, siqaretdən istifadə, kiçik  yaşlı uşaqlara tütün məhsullarının satılmaması ilə bağlı mübarizə, maarifləndirmə kimi bir çox məsələlər öz əksini tapıb. Amma problem bu qanunun maddələrinin yerinə yetirilməsindədir. Bununla bağlı müvafiq qurumlarla  müzakirələrin keçirilməsinə ehtiyac var. Belə ki, problem nədədir, nəyə görə bu qanunun bir çox maddələri  hələ də öz icra mexanizmini tapmır, məncə, ən çox bunu bilməyə ehtiyac var. Fazil müəllim dedi ki, qadınlardan dəstək gözləyirik, amma deputatların çoxu kişi olduğuna görə,  biz Milli Məclisin kişilərindən daha çox dəstək gözləyirik. Onlar dəstək versə, bu məsələ öz həllini tapa bilər. Sağ olun.  
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Bir neçə qanun bir məktubla gəlib və orada mahiyyət oxşardır. Onların  hamısını bu qədər uzun-uzadı müzakirə etsək, hesab edirəm, öhdəsindən gələ bilməyəcəyik. Valeh müəllimin bir kəlmə sözü var, desin, səsə qoyaq.
V.Ələsgərov. Sağ olun. Bir kəlmə sözümü Siz dediniz. Mən təklif etmək istəyirdim ki, Oqtay müəllimin dediyi kimi, 11 qanun layihəsi bir məktubla gəlib. Bunun da səbəbi “Reklam haqqında” Qanunda əlavə və dəyişikliklərlə əlaqədar verilən təkliflərdir. Gəlin, bunları müzakirə edək,  işimizi bitirək. Ondan sonra hər hansı qanun layihəsində, ya da qanunda əlavə və dəyişiklik etmək istəyən varsa, təklif vermək  istəyən varsa, qalarıq, burada danışarıq. Gəlin, işimizi bitirək, ondan sonra keçək o biri işlərimizə. Sağ olun.
Sədrlik edən. Valeh müəllim, dəstək üçün sağ olun. Dördüncü məsələni – “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini səsə qoyuram.

Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti beşinci məsələ “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, Bahar xanım.  Deyildiyi kimi, bu layihə də “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə təqdim olunubdur. Nəzərdə tutulur ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun  “Yerli büdcənin mədaxili və məxarici” adlanan 40-cı maddəsində “küçə reklamlarına” sözləri “açıq məkanda reklama” sözləri ilə dəyişdirilsin. Mən elə başa düşürəm ki, bununla əlaqədar heç bir müzakirə olmayacaq. Sağ olun.
Sədrlik edən. Səsə qoyuruq. Beşinci məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti altıncı məsələ “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə xanım Naxçıvanlı, buyurun.
A.Naxçıvanlı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri.
Çox sağ olun, Bahar xanım. Hörmətli millət vəkilləri, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanunun 10.3-cü maddəsindən “ana südünə bərabər və ya ondan üstün olması” sözləri götürülərək onun yerinə “ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının” sözləri əlavə olunur. Beləliklə, 10.3-cü maddə belə oxunur: “Bu qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulan məlumatlar elmi mətnlərlə məhdudlaşdırılmalı, süni qidalanmanın ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının üstün olması təsəvvürünü yaratmamalıdır”. Eyni zamanda, həmin qanunda aşağıdakı maddələr də əlavə edilmişdir.
10.6. Süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağandır.
10.7. Yalnız sertifikatlaşdırma  barədə sənədləri olduqda, süni qida məhsulları reklam edilə bilərlər. Bu halda reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.
10.8. Süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır.
10.9. Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.  
10.10. Süni qida məhsullarının reklamının sifarişçisi reklam istehsalçısının və reklam yayıcısının tələbi ilə həmin məhsulların uyğunluq, gigiyenik və mənşə sertifikatının, istifadəsinə dair təlimatın, bu təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, reklamda istinad olduqda, tədqiqatların nəticəsini təsdiq edən sənədin surətini təqdim edir.  Qanun layihəsinə təklif olunan dəyişikliklər həm bizim komitədə, həm də, eyni zamanda, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilmiş və komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənərək Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti yeddinci məsələ “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, buyurun.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli millət vəkilləri,  təklif olunan dəyişiklik hamımızın ümumi sərvətimiz olan ana dilimizin qorunması, onun cəmiyyət həyatındakı nüfuzu və çəkisinin daha da artırılması məqsədi daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində çıxış edərkən dilimizin taleyi və mahiyyəti ilə bağlı çox sərrast düşüncələrini ifadə etdi. Həmin fikirlərdən biri həm elmi baxımdan, həm də siyasi nöqteyi-nəzərdən son dərəcə dəqiq idi. Söyləyirdi ki, Azərbaycan dili bizi bir xalq, bir millət olaraq həmişə qoruyub. Bu, həqiqətən belədir. Tarix boyu xalqımızın müxtəlif sərvətlərini  qəsb etməyə çalışıblar, torpaqlarımızın ayrı-ayrı parçalarını müəyyən zaman kəsiyində zəbt ediblər, istila ediblər, dilimizə qarşı da belə təcavüzlər olub. Lakin dilimiz bütün tarix boyu bir möhtəşəm qalxana çevrilərək həm özünü, həm də yurdumuzu və xalqımızı qoruyub. Əslində, biz bu gün bu dəyişikliyi qəbul etməklə dilimizi qorumaq səmtində dilimizə olan borclarımızdan birini qaytarırıq. 
İkinci çağırış Milli Məclis dönəmində “Azərbaycan dilinin işlənməsi haqqında” Qanunu müzakirə edərkən və sonradan Azərbaycan Respublikasının dövlət dili haqqında qanun kimi onu təsdiq edərkən biz reklamlarda dilimizin qorunması məsələsini də nəzərdə tutmuşduq. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda mövcud variantda bu gün  7-ci maddə “Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi” adlanır. 7.1-ci maddədə belə cümlə var: “Zəruri hallarda  elanlarda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının  tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Lakin indi 7.1-ci maddədən sonra 7.1-1-ci bənd əlavə olunur. Həmin bənddə reklamlarda Azərbaycan dilinin qorunması və onun daha yüksək məqamının ifadə olunması daha da konkretləşdirilir və  əhatəsi  bir qədər də genişləndirilir. Həmin düzəlişdən sonra mətn bu şəkildə səslənir: “Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir”.
Göründüyü kimi, bu dəyişiklikdən sonra dilimizin reklamlarda çəkisi və nüfuzu bir qədər də artacaq və bu, vacibdir. Ölkənin sərhədi olduğu kimi, dilin də sərhədləri var. Bu gün Azərbaycan dilinə müxtəlif ölkələrin  dillərindən əcnəbi dil təcavüzləri də var ki, bunun qarşısını almaq, tənzimləmək lazımdır. O nöqteyi-nəzərdən bu dəyişiklik həmin sahədə konkret bir nizamın yaranmasını tələb edir və digər tərəfdən də bizim ümumi qanunlar şəbəkəsindəki uzlaşmanı ortaya qoyur. Çünki “Reklam haqqında” Qanunda bu dəyişiklik artıq əksini tapıb. Ona görə də bizim qanunlarımız arasında uyğunlaşmanı təmin eləmək üçün bu dəyişiklik zəruridir.
Sədrlik edən. Sağ olun, Rafael müəllim. Müzakirələrə keçirik. Əflatun Amaşov. Mən çox xahiş edirəm, konkret fikirlərimizi bildirək. Çünki bizim hələ çox qanunumuz var. Buyurun.
Ə.Amaşov. Təşəkkür edirəm, Bahar xanım. Hörmətli deputatlar, hörmətli media nümayəndələri! “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna dəyişikliklər edilməsi barədə öz fikirlərimi bölüşmək istərdim. Kifayət qədər əhəmiyyətli dəyişikliklərdir. Mən bu gün Milli Məclisə gələndə, sadəcə, bir yaşayış binasında 10 reklam və mağazalara vurulmuş lövhələr gördüm. Bunların 8-i Azərbaycan dilində deyildi. Qalanlar da bank və apteklə bağlı idi. Heç onlar da bizim sözlər deyildi. Biz bu cür nümunələri hər gün görürük. Mən əcnəbi sözlərinin dilimizə daxil olmasının əleyhdarı deyiləm. Həm də hesab edirəm ki, bu, dilimizin inkişafına müsbət təsir göstərir, onu zənginləşdirir. Ancaq məsələyə həssas yanaşmaq lazımdır. Dediklərimin terminlər ilə heç bir əlaqəsi yoxdur. Məlum 10 reklamın 8-i əcnəbi dildədirsə, artıq burada dilin inkişafı məsələsindən söhbət gedə bilməz. Yağış damcısı torpağa hopduğu kimi, əcnəbi sözlər də bizim şüurumuza həkk olunur, bir növ məişətimizə, düşüncəmizə daxil olur. Sizcə bu yol ilə dilimizi unutmuruqmu? Əlbəttə, unuduruq. Üstəlik də dəyərlərimizi yadırğamış oluruq.
Bir xalqın xalq olması üçün dilə qayğı mühüm şərtdir. Dil hər bir toplumun millət kimi mövcudluğunun əsas atributudur. Unutmayaq ki, zaman ötdükcə bu sahədəki boşluqların aradan qalxması çox çətin və ağrılı  olur. Düşünürəm ki, elə indidən o sayaq naqisliklərin qarşısını almalıyıq. Bütün bunlar, eyni zamanda, qanunlarımızın tələbidir. Çünki müstəqilliyimiz əldə edildikdən sonra Azərbaycan dili ilə bağlı 30-a yaxın dövlət sənədi qəbul edilib. Məqsəd Azərbaycan dilinin saflığının qorunmasına və dövlət dili kimi daha da inkişafına yardım etmək olub. Bu baxımdan, indi müzakirə etdiyimiz düzəliş də  son dərəcə aktualdır. Biz bu düzəlişdə nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün təcrübi olaraq çalışmalıyıq. Diqqətinizə görə sağ olun, minnətdaram.
Sədrlik edən.  Sağ olun, Əflatun müəllim. Mən yenə təkrarlamaq istəyirəm. Bu dəyişikliklərin konkret şəkildə nəzərdə tutduğu məqamları genişləndirib emosional bir şəkildə danışmağa o qədər də ehtiyac yoxdur. Xahiş edirəm, fikirlərinizi qısa şəkildə ifadə edin. Fəzail Ağamalı.
F.Ağamalı. İradınızı qəbul edirəm, hörmətli Bahar xanım. Çalışacağam, ona əməl edim.  Məsələ bundadır ki, dil haqqında, xatırlayırsınızsa, onun qorunması ilə bağlı Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb, həyəcan təbili vurulub. İndi hörmətli həmkarım Amaşovun da dediklərində çox böyük həqiqət var.
Bahar xanım, yəqin, Siz özünüz də müşahidə edirsiniz ki, Bakının küçələrindən, prospektlərindən keçəndə görünüşü gözəl olan reklamlarda, sözün həqiqi mənasında, dövlət dili haqqında qanunun müddəaları kifayət qədər pozulur. Buna əncam çəkmək,  qarşısını almaq lazımdır. Bu dili qoruyub saxlamaq üçün biz konkret addımlar atmasaq, bu cür reklamlar deyək ki, Azərbaycan qanunvericiliyinin tələblərini pozmaqda davam etsə, onda biz dilimizə çox böyük hörmətsizlik, qayğısızlıq və sayğısızlıq göstərmiş olarıq.
Mənim 7.1-1. ilə əlaqədar xüsusi bir fikrim var. Hörmətli sədarət, hörmətli Oqtay müəllim və digər millət vəkilləri də ümidvaram ki, mənim fikirlərimi bölüşərlər. Hansı ölkənin milli qanunvericiliyində  göstərilir ki, reklamda dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə olunur. Hansı ölkənin? Mənə göstərin, görüm. Bəlkə mən bilmirəm. Deyək ki, düşmən ölkə var. Erməni gəlib, burada erməni dilində, ingilis ingilis dilində, rus rus dilində, ərəb də ərəb dilində reklam edə bilər. Onda bizim reklamlar nə olur? Ona görə, mən düşünürəm ki, bu “digər dillərdə” anlayışı bu qanunun tərkibindən çıxarılsın. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Burada Azərbaycanın dövlət dilinin qorunması, doğrudan da, çox vacib məsələdir. Rafael müəllim bu barədə fikirlərini bildirdi. Amma dilimizin xidməti sahədə qorunması elə Azərbaycanla ilk tanışlıqda pozulur. Məsələn, hava limanına gələndə bütün personal rəsmi uniformada, rəsmi xidmət apara-apara başqa dildə danışır. İrad bildirəndə də deyirlər ki, bizim üçün bu dildə danışmaq rahatdır. Amma unudurlar ki, onlar xidmət  aparırlarsa, demək, Azərbaycanın rəsmi dilində danışmalıdırlar. Şahdağ yay-qış turizm mərkəzində  bu hala tez-tez rast gəlinir. Orada da  müxtəlif dillərdə danışılır. Xidmət aparan personal təəssüf ki, yenə də Azərbaycan dilində danışmır. Halbuki onlar rəsmi xidməti vasitələrdən istifadə edirlər.
Reklamla bağlı məsələ də çox düzgün qoyulub. Əlbəttə, Azərbaycan dili qorunmalıdır. Bu gün şəhərdə reklam lövhələrində bu qorunmur. Nə reklam verənlər, nə də reklam yerləşdirənlər buna məhəl qoyurlar. Ona görə mənim təklifim budur ki, bu qanuna 7.5-ci maddə əlavə olunsun və qeyd edilsin ki, bu tələblər pozularsa, müvafiq qaydada cərimələr və ya digər inzibati cəzalar tətbiq oluna bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Hüseynov.
R.Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Müzakirələrdə çıxış eləyən həmkarlarıma da minnətdarlığımı bildirirəm. Ümumi narahatçılıq təbii ki, dilimizə olan sevgidən, dilimizin taleyi ilə bağlı nigarançılıqdan irəli gəlir. Amma dilimizi qorumaq istəyiriksə, biz əvvəl mükəmməl qanun bazası yaratmalıyıq. Bu gün təklif olunan dəyişikliklər də həmin qanun bazasının daha təkmil olmasını təklif edir. Mən oraya heç bir əlavənin edilməsinə lüzum görmürəm. Çünki qanun varsa, hansısa bir tələb qanunda əksini tapıbsa, demək, o qanunun pozulması istər-istəməz həmin  qanun pozucusuna qarşı müəyyən tənbeh və cəzaları müəyyənləşdirir.
Bu reklamların digər dillərdə verilməsi məsələsinə də  münasibətimi bildirmək istəyirəm. Digər dillərdə də reklamlar verilə bilər. Elə bu dəyişikliklərin  mahiyyəti də ondan ibarətdir. Əvvəl də “Reklam haqqında” Qanunda əksini tapmış müddəa ondan ibarət idi ki, digər dillərdə verilən reklamların mətni heç vaxt tutduqları yerin həcmi etibarilə Azərbaycan dilində olan mətndən çox ola bilməz. Yəni burada Azərbaycan dilinin üstünlüyü ifadə olunur. Müxtəlif şirkətlər çalışır, ayrı-ayrı qurumlar fəaliyyət göstərir. Onların da reklamlardan böyük gəlirləri var. Odur ki, onlar reklamlarını müxtəlif dillərdə, təbii ki, verə bilərlər. Bizim  xoşumuza gəlməyən, siyasi cəhətdən bizi təmin eləməyən bir dildə reklamların verilməsinə gəldikdə isə, bu, özbaşına deyil. Reklamın verilməsini, yerləşdirilməsini tənzimləyən qanunlar və qurumlar var. Odur ki, bu, nəzarətsiz bir proses deyildir. Bu dəyişikliklər düşünürəm ki, dilimizin qorunmasını, cəmiyyət həyatında onun yerinin daha artıq təmin edilməsini nəzərdə tutur, odur ki, həmkarlarımı bir daha həmin dəyişikliklərə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Rafael müəllim, çox düzgün dediniz. Həqiqətən də, biz “Reklam haqqında” Qanunu qəbul eləmişik. İndi ona edilən düzəlişlərdən söhbət gedir. Biz təzədən reklam qanununu müzakirə eləmirik. Lazım olsa, sonra  təklif olar, müzakirə edərik. Araz Əlizadə.
A.Əlizadə. Çox sağ olun, möhtərəm Sədr. Mən çox qısa danışacağam. Hər hansı bir qanun qəbul edildikdə, mütləq göstərilməlidir ki, qanun yerinə yetirilmirsə, onun cəzası nədir. Baxın, siz Bakıda  dükan, mağaza görürsünüzmü? Hər yerdə marketdir. Mən başa düşürəm, bu, elmi termindir. Market nə vaxtdan bizim dilimizdə oldu? Hər yerdə tikinti gedir, yazırlar ki, narahatçılığa görə üzr istəyirik. Narahatlığa görə üzr istəyirik. Narahatçı artıq peşə olur. Burada mütləq sanksiyalar olmalıdır. Çox sağ olun. 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, bir daha təkrar edirəm, bunlar qəbul elədiyimiz qanuna uyğunlaşdırmalardır. Ona görə, xahiş edirəm, bir az qısa danışın. “Poçt haqqında” Qanunda dəyişiklik edilməsi barədə buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Poçt haqqında qəbul edilmiş qanunun 5.0.2-ci maddəsi uyğunlaşdırma məqsədi ilə aşağıdakı kimi verilir: “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələblərinə uyğun olaraq poçtla reklam yayımından və poçt göndərişlərinin üzərində reklamın yerləşdirilməsindən əldə edilən gəlirlər”. Bu, uyğunlaşdırma xarakteri daşıdığına görə millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Çayçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! “Çayçılıq haqqında” Qanunun 17.3-cü maddəsində göstərilir ki, çay məhsullarının reklamı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Qüvvədə olan redaksiyası budur. Təklif olunur ki, çay məhsullarının reklamı “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilsin. Yəni məqsəd bu qanunu “Reklam haqqında” Qanuna uyğunlaşdırmaqdan ibarətdir. Xahiş edirəm, səs verək.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Sədr. Oqtay müəllim, Siz dediyiniz məsələ qanunun 5-ci maddəsinin “Reklam haqqında” Qanuna uyğunlaşdırılması ilə bağlıdır. Millət vəkillərindən səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti on birinci məsələ “Teatr və teatr fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Rafael Hüseynov.
R.Hüseynov. Təşəkkür edirəm, cənab Sədr.  Təklif olunan dəyişiklik “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun “Reklam haqqında” Qanunla uyğunlaşdırılması mahiyyəti daşıyır. Zahirən texniki səciyyəli bir dəyişiklikdir. Amma zəruri bir izahat verməyə ehtiyac duyuram. Çünki bəzi insanlarda bu dəyişiklikdən belə bir təəssürat yarana bilər ki, bu gün teatrlarımızın köməyə, maddi dayağa daha çox ehtiyacı olduğu halda, onların reklam vasitəsi ilə  müəyyən gəlirlər əldə edə biləcəyi halda niyə biz bu reklamı müəyyən mənada məhdudlaşdırırıq. Lakin mahiyyətə baxanda görürük ki, bu dəyişiklik, əslində, teatrı, sənəti qorumaq məqsədi daşıyır.
“Teatr və teatr fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsi “Teatrların vəzifələri” adlanır və “Reklam haqqında” Qanunda olan mətnə uyğun olaraq buraya 11.3-cü bənd əlavə edilir. Dəyişiklikdən sonra həmin maddənin 11.3-cü bəndi belə səslənəcək: “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq teatr tamaşası göstərilərkən reklam teatrın foyesində yayımlana bilər. Teatr tamaşasının gedişində reklam yayımlanması qadağandır”. Yəni faktiki olaraq teatrda reklamın verilməsinə məhdudiyyət qoyulmur. Lakin teatr tamaşası gedərkən reklamın varlığı artıq tamaşanın bədii gücünün, sənət təsirinin azalmasına maneçilik törədə bilər. Ona görə, təbii ki, bu, kənara qoyulmalıdır. Odur ki, bu, çox yerində olan və teatr sənətini qoruyan bir dəyişiklik olduğuna görə, həmkarlarımı həmin dəyişikliyə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti on ikinci məsələ “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. “Dərman vasitələri haqqında” Qanuna təklif olunan dəyişikliklər “Reklam haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Burada həm də mövcud maddələrə dəyişikliklər və əlavələr təklif olunur.  Ehtiyac varsa, mən geniş məlumat verərəm. Amma qısaca desək, Oqtay müəllim, burada əsas məsələ dərman vasitələrinin, tibbi texnikanın reklamının daha da ciddiləşdirilməsi  xarakteri daşıyır. Burada məqsəd ondan ibarətdir. Bundan qabaq çıxış eləyən Gövhər xanım da dedi ki, dərman vasitələrinin, ümumiyyətlə, mətbuatda reklamına ciddi fikir vermək lazımdır, o, qadağan olunmalıdır. Bu dəyişikliklərin məqsədi ondan ibarətdir ki, dərman vasitələrinin reklamı yalnız xüsusi tibbi konfrans və simpoziumlardakı yayımlarda öz əksini tapsın. Xahiş edirəm, bu dəyişikliklərə səs verəsiniz.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bu qəbildən sonuncu, on üçüncü məsələ “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Fuad Muradov.
F.Muradov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri.
Təşəkkür edirəm, hörmətli Sədr. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda edilən bu dəyişikliklər “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli, 1218-IVQ nömrəli Qanununa uyğunlaşdırılması məqsədi daşıyır. Ona görə  artıq sözə ehtiyac yoxdur. Burada 13.2-ci maddəyə “habelə idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözlərinin əlavə edilməsi nəzərdə tutulur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, növbəti 4 məsələ də eyni qəbildən olan məsələlərdir – “Normativ hüquqi aktlar haqqında” Qanuna uyğunlaşdırmalardır. Yəni bu, bizim birbaşa işimizdir. Biz hər hansı bir yeni qanun qəbul edəndən sonra digər qanunlarımızı ona uyğunlaşdırırıq. Bu 4 məsələ də ona aid məsələlərdir. On dördüncü məsələ “Ailə kəndli təsərrüfatı haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, cənab Sədr. Siz dediyiniz kimi, burada üç qanun – 14, 15 və 17-ci qanunlar bizim qanunlardır. Bunlar bir qəbildən olan qanunlardır. Hər üç qanundakı dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun  tətbiqi ilə əlaqədar hazırlanıb. Burada əsas məqsəd odur ki, hər üç qanunda “Normativ hüquqi aktlar haqqında” Qanuna əsasən dövlət orqanı səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, yəni “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqanın öz səlahiyyətləri daxilində”, “zərurət olduqda” və  buna bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir. Bu onun üçündür ki, dövlət orqanı, vəzifəli şəxs öz səlahiyyətlərini həyata keçirən zaman onun tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısı alınsın. Bir daha deyirəm, hər üç qanunun mahiyyəti bundan ibarətdir. Sizə qanun layihələri verilib. “Ailə kəndli təsərrüfatı haqqında” Qanunun bir çox maddələrində, “Atçılıq haqqında” Qanunda, həmçinin “Hidrometeorologiya fəaliyyəti haqqında” Qanunun 3, 20 və 30-cu maddələrində eyni xarakterli dəyişikliklərdir. Ona görə, hörmətli həmkarlarımdan xahiş edirəm, səs verək.
Sədrlik edən. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, hörmətli Sədr. Mən Eldar müəllimə qısa bir sual verəcəyəm. Burada ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Nəyə görə ailə kəndli təsərrüfatının dövriyyəsinin yuxarı həddi müəyyənləşdirilməlidir? Stimul vermək, onlara şərait yaratmaq, daha çox dövriyyədə olmaqlarına kömək etmək normaldır. Nə üçün bu müəyyənləşdirilməli və sonra da müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında  dəyişdirilməlidir? Təşəkkür edirəm.
Sədrlik edən. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən, sadəcə, “Atçılıq haqqında”  Qanunla bağlı müəyyən fikirlərimi bildirmək istəyirəm. Atçılıq bizim milli təsərrüfatımız olub, amma burada müəyyən məsələlər var ki, Azərbaycanda atçılığın inkişafına, – əgər bu qanunu belə qəbul etsək, – nəzarəti həddindən artq gücləndirəcək və təbii seleksiyanın qarşısı alınacaqdır. Biz bilirik ki, Azərbaycanda atçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin xüsusi fərmanı var.
Bu yaxınlarda Ağdam Atçılıq Kompleksinin yenidən qurulması ilə bağlı xeyli miqdarda pul ayrılıb. Amma çox təəssüf ki, burada  nəzərdə tutulmur ki, atçılıq təsərrüfatlarında damazlıq atlardan istifadə olunması üçün mütləq şəhadətnamə və damazlıq atların qeydiyyatı tələb olunur. Düşünürəm ki, burada bu sərtliyi aradan qaldırmaq lazımdır. Baytarlıq xidməti iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün  süni mayalanmanı pulsuz həyata keçirirsə, Azərbaycanda atçılığın inkişafı üçün də bu cür damazlıq atlardan süni mayalanma tətbiq olunsun. Düşünürəm ki, bu, gələcəkdə damazlıq hovuzunun böyüməsinə səbəb olar. Eyni zamanda, atçılıq deyəndə, Azərbaycanda, sadəcə, iki at cinsindən – Qarabağ və Dılboz atlarından danışırıq. Çox təəssüf ki, itməkdə olan at cinsləri var ki, onların bərpası ilə bağlı da müəyyən addımlar atılmalıdır. Şirvan atları, Qarabağ atları və sair. Biz at deyəndə, cıdırı nəzərdə tuturuq. Amma konkur atları üçün müsaid ən bioloji göstəricilər Quba atlarına mənsubdur. Mən düşünürəm ki, atçılığın inkişafı ilə bağlı atçılıq təsərrüfatlarının vergidən azad olunması məsələsini də müzakirəyə qoya bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Hikmət müəllim, çox sağ olun. Mən hamınızdan üzr istəyirəm, sözümün əvvəlində dedim ki, bunlar normativ hüquqi aktların uyğunlaşdırılmasıdır. Biz “Atçılıq haqqında” Qanundan danışmırıq, bu, uyğunlaşdırma məsələsidir. Əgər onunla bağlı sözünüz varsa, buyurun.
Xahiş edirəm, 14-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 15-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Xahiş edirəm, 17-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
16-cı məsələ “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti barədə” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli.  Çox sağ olun, cənab Sədr. Bu da eynilə Eldar müəllimin məruzə etdiyi məsələdir. Konstitusiya Qanununun 25-ci maddəsinin tələblərinə uyğun olaraq “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunda da terminlər və anlayışlar aydın və birmənalı göstərilir, əvəz olunur. Eyni zamanda, burada vətəndaşlığın qəbulu ilə əlaqədar dövlət rüsumunun ödənilməməsi ilə bağlı müddəa mövcuddur. O, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu” ifadəsi ilə əvəz olunur. Məlumat üçün demək istəyirəm ki, “Dövlət rüsumu haqqında” Qanunun 15-ci maddəsinə əsasən vətəndaşlığa qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yəni mahiyyətcə heç bir yenilik baş vermir, hər iki halda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 25-ci maddəsinin tələbləri yerinə yetirilir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən 6.3-cü maddəyə edilən dəyişikliyə fikrimi bildirmək istəyirəm. Əvvəlki variantda belə idi ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsədləri üçün xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı edən fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergi, gömrük güzəştləri və digər güzəştlər nəzərdə tutulur. İndi burada qeyd olunur ki, bu güzəştlər qanunla müəyyən edilir, yəni ayrıca bir qanunda gərək bu öz əksini tapa. Mən düşünürəm ki, ümumiyyətlə, 6.3-cü maddəni çıxarmaq olar. Bizdə hansı şirkət, yaxud fiziki şəxs xaricdə yaşayan başqa bir azərbaycanlıya yardım göstərir ki, hələ ona vergi, gömrük güzəşti də nəzərdə tutaq?
Amma əvəzində 6.1.3-cü maddə var. Burada qeyd olunur ki, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının iqtisadiyyatına investisiya qoymaları və Azərbaycan Respublikasının ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaradır. Bu “əlverişli şərait” nədən ibarətdir? Bu barədə Ziyad müəllim də bizə məlumat verə bilər. Mən düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti Dünya Azərbaycanlılarının Qurultayında da çıxış elədi və azərbaycanlı iş adamlarını Azərbaycana dəvət elədi. Bununla bağlı hətta Dünya Azərbaycanlıları ilə İş üzrə Dövlət Komitəsi yeni bir görüş də planlaşdırır. Mən düşünürəm, daha yaxşı olardı ki, görüş ərəfəsində Milli Məclis bu məsələyə öz töhfəsini versin. Biz “əlverişli şərait” əvəzinə qeyd eləyək ki, xaricdə yaşayan azərbaycanlılar Azərbaycana investisiya qoyarsa, onlara vergi və gömrük güzəştləri nəzərdə tutulur. Onları stimullaşdıraq ki, Azərbaycana investisiya qoysunlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Şərait yaratmaq elə o deməkdir də. Yazılıb ki, əlverişli şərait yaratmaq. Bunu xırdalamırlar. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən “Əmək” ordeninin təsis edilməsi ilə bağlı qanun layihəsinin təqdim olunması təsadüfi deyil. Bir müddət öncə dövlət başçısı çıxışında Azərbaycanda yeni orden təsis edilməli olduğunu vurğulamış və söyləmişdir ki, “Əmək” ordeni təsis edilməlidir, çünki müxtəlif sahələrdə, istər özəl, istər dövlət fərqi yoxdur, yaxşı göstəricilər nümayiş etdirən insanlar orden və medallarla təltif olunmalıdır. Cənab Prezidentin tövsiyəsi bundan ibarət olmuşdur ki, bu ənənə bərpa edilməlidir. Bundan sonra müvafiq tapşırıq verilmiş və belə bir layihə hazırlanıb cənab Prezident tərəfindən təqdim olunmuşdur.
Bu məsələ bizim komitədə geniş müzakirə olunmuş və “Əmək” ordeninin Azərbaycanın orden və medalları sırasında öz yerinin olmasının vacibliyi vurğulanmışdır.
Onu da qeyd edə bilərəm ki, həm ordenin statusu, həm də  təsviri qanunvericilik ənənələrinə uyğundur. Hesab edirəm ki, “Əmək” ordeninin təsviri müstəsna əhəmiyyət kəsb edir və burada bir sıra fərqli fikirlər də mövcud ola bilərdi. Ordenin təsviri sizdə var, o Azərbaycan dövlətinin atributlarının bütövlükdə özündə əks elətdirir və hesab edirəm ki, məqbuldur. Bu baxımdan “Əmək” ordeninin təsis edilməsi ilə bağlı qanun layihəsinə səs verməyinizi xahiş edirəm.  
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ölkəmizdə 3 dərəcəli “Əmək” ordeninin təsis edilməsini alqışlayıram və buna çox sevinirəm. Bu, ilk öncə Azərbaycanın iqtisadiyyatı, sənayesi və kənd təsərrüfatına böyük töhfələr vermiş şəxslərə təqdim olunacaq. Həqiqətən də, sovetlər dövründə SSRİ-də ən şərəfli məşğuliyyət istehsal və kənd təsərrüfatı əməyi idi. İstehsalat öncülləri, tanınmış pambıqçılar, heyvandarlar, kombayn sürənlər və digərləri “Sosialist əməyi qəhrəmanı” adı ilə təltif olunurdular, onlara “Qırmızı əmək bayrağı” ordeni təqdim edilirdi. Bu ləyaqətli insanlar Azərbaycan SSRİ-nin və SSRİ-nin Ali Sovetinə deputat seçilirdilər. Müstəqillik əldə olunduqdan sonra bu ənənə tədricən keçmişə qərq oldu, amma həmin tədbirlərin bir çoxu faydalı və səmərəli idi. Hər şeydən əvvəl ictimai hörmət, dövlət qayğısı, insanların əməyə həvəsləndirilməsi mövcud idi.
Bu gün bizdə həm istehsalat öncülləri, həm kənd təsərrüfatının yeni metodlarla aparılmasının təşkilatçıları, həm Azərbaycanın qida təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən iri fermerlər, həm də sənayenin yeni sahələrinin – hərbi, kosmik, texnoparklar və sair yaradıcıları var. Amma onlar üçün xüsusi dövlət mükafatları nəzərdə tutulmur.  Ona görə də düşünürəm ki, “Əmək” ordeninin təsis olunması və ölkənin mənafeyi naminə şərəf və ləyaqətlə xidmət edənlərin təltif edilməsi çox əhəmiyyətlidir. Bu, digər vətəndaşlarımızı da böyük əmək uğurları əldə etməyə həvəsləndirəcək.
Mən Milli Məclisin iclaslarında dəfələrlə bildirmişəm ki, zavod, fabrik və torpaqda işləyənlərin hörmət və nüfuzunu qaldırmalıyıq. Biz son illər yaranan ələbaxımlılıq təzahürlərini aradan götürməliyik. Bu, bizim gələcək inkişafımız üçün çox zəruridir. Ona görə, mən Prezident tərəfindən “Əmək” ordeninin təsis edilməsini eşidəndə çox sevindim. Mənə belə gəlir ki, bunun üç dərəcə olması çox məntiqlidir. Onun statusu haqqında yazılanları da diqqətlə oxudum, çox bəyənirəm. Çox böyük həvəslə mən bu qanun layihəsinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rafael Hüseynov.
R.Hüseynov. Təşəkkür edirəm. Azərbaycanın yüksək təltifləri sırasında “Əmək” ordeninin  yer alması çox təqdirəlayiqdir. Bəzən ən müxtəlif dairələrdə, hətta yüksək ziyalı təbəqəsi arasında belə fikir səslənir ki, sovet dövründə yaranmış müəyyən fəxri adlara, titullara ehtiyac varmı? Fəxri adlar, titullar, ordenlər, fərqləndirmə nişanları sovet dövründə yaranmayıb, tarix boyu olub. İnsanları həvəsləndirən, onların əməyini, fəaliyyətini stimullaşdıran belə seçdirmələrə hər zaman ehtiyac var.
“Əmək” ordeninin təsis edilməsi Azərbaycanın təltifləri cərgəsində olan bir boşluğu doldurur. Lakin burada bəzi düşüncələr ortaya çıxır. Sovet dönəmi artıq arxada qalıb, sovet quruluşu tarixin girdabına çöküb, lakin o dövrün elə ənənələri, elə qəlibləri var ki, biz onlardan müasir, müstəqil dövlətimizin inkişafında istifadə edə bilirik.
25 yaşını arxada qoymuş 26-cı yaşına qədəm basmış Azərbaycanın müstəqil dövlətində iqtisadiyyat, sənayenin müxtəlif sahələri, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başlayır və təbii ki, bu, əmək adamının seçdirilməsini, fərqləndirilməsini, onların əməyinin stimullaşdırılmasını da tələb edir.
Sovet dönəmində bunun gözəl örnəkləri var idi. Azərbaycanın bəstəkarları ayrı-ayrı əmək qəhrəmanları haqqında elə mahnılar yazırdılar ki, ən gözəl məhəbbət mahnılarından daha eşidimli idi. “Çoban Qara”, “Neftçi Qurban”, Sürəyya Kərimova haqqında mahnı dillər əzbəri idi. Filmlər çəkilmişdi. “Bəxtiyar” filmi neftçilərin, “Görüş” filmi pambıqçıların əməyini vəsf eləyirdi. Azərbaycanın ən görkəmli yazıçıları, publisistləri və şairləri bu sahədə qələm çalırdılar.
Bu ənənələri də bərpa eləmək lazımdır. Əgər istəyiriksə ki, əmək qəhrəmanlarımız olsun, əməyin romantikasını yarada bilməliyik, əməyin mühitini formalaşdırmalıyıq. Düşünürəm, biz Mədəniyyət komitəsinin xətti ilə gələcəkdə yaradıcı ittifaqların bu istiqamətdə görüşünü keçirib, bu məsələləri geniş müzakirə edə bilərik ki, buna cəmiyyət içərisində bir təkan olsun.
Bu ordeni mən təqdir edirəm və ümumiyyətlə, düşünürəm ki, bu orden və onun ardınca yaranacaq digər ordenlərimizin dizaynına, estetikasına xüsusi diqqət yetirmək lazımdır. Üç dərəcəli olması məsələsinə gəlincə isə bu, təsadüfi deyil, bizim “Vətənə xidmətə görə” ordenimizin də üç dərəcəsi var. Mən istərdim ki, dərəcələr əvəzinə belə olsun: “əmək qalibi”, “əmək uğuru”, “əmək qəhrəmanı”. Ən yüksək səviyyəsi “əmək qəhrəmanı” olsun. Sovet dönəmində “Sosialist əməyi qəhrəmanı” və “Sovet İttifaqı qəhrəmanı” var idi. Bizdə “Milli qəhrəman” var, amma “əmək qəhrəmanı”nı ali səviyyədə təqdim edə biləcək ordenimiz yoxdur. Biz cənab Prezidentin imzası ilə gəlmiş layihəyə səs verəcəyik, amma dövlətimizi dəvət edirəm düşünsünlər, bəlkə dərəcələr əvəzinə onları konkret adlandırmaq barəsində bir qərar qəbul eləyək. Sağ olun.  
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
19-cu məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, bu dəyişikliklər “Telekommunikasiya haqqında” Qanunun, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun müvafiq müddəalarını həyata keçirmək məqsədi ilə təklif olunmuşdur. İki yeni xəta növü müəyyənləşdirilir. Birincisi, rabitə müəssisələri, o cümlədən onların diler və distributorları tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərən fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələrdə vacib olan məlumatların daxil edilməməsinə görə xətadır. Buna görə məsuliyyət, həm vəzifəli şəxslərə, həm də hüquqi şəxslərə cərimə müəyyənləşdirib.
İkincisi, 362-2-ci yeni bir maddə əlavə edilir: “Ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilmədən telefon nömrələrinin operatorların şəbəkəsində aktivləşdirilməsi”. Buna görə də cərimə sanksiyası nəzərdə tutulub. Qeyd etməliyəm ki, bu həm telefon istifadəçilərinin hüququnun müdafiəsi, həm də əməliyyat-axtarış fəaliyyəti, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin səmərəli həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Fasilə elan olunur. 

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. İclasımızı davam etdiririk. Gündəliyin 20-ci məsələsi “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyiniz kimi, 2016-cı il 5 aprel tarixində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna bir əlavə olunmuşdu. İndi təklif olunan dəyişiklik “Notariat haqqında” Qanunu “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğunlaşdırmaqdan irəli gəlir və kifayət qədər mütərəqqi bir əlavədir. Belə ki, notariusların üzərinə belə bir öhdəlik qoyulur ki, onlar hüquqi şəxslər barəsində məlumatları informasiya sistemi vasitəsi ilə elektron sorğu əsasında gün ərzində əldə edə bilərlər. Bunlar hüquqi şəxslərin fəaliyyəti ilə bağlı məlumatların daha sürətli ötürülməsi məqsədi daşıyır. Amma bu, eyni zamanda, qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı meydana çıxmış bir sənəddir. Hörmətli həmkarlarımdan qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, 20-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 21-ci, 22-ci, 23-cü və 24-cü məsələlərin müzakirəsinə keçirik. Yadınızdadırsa, biz 2015-ci ildə şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi, onların mikroçiplə təmin edilməsi haqqında Əsasnamə qəbul etmişdik. Sonra onu bir il, 2016-cı ilə qədər uzatdıq. İndi bu Əsasnamənin qüvvədən düşməsi üçün yenə dəyişikliklər var. 4 məsələni Əli müəllim bir-bir təqdim etsin, sonra səsverməyə qoyarıq. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Siz tamamilə əsaslı məlumat verdiniz ki, bu 4 layihənin meydana çıxmasının səbəbi qanunun qüvvəyə minməsinin müddəti ilə bağlıdır. Əslində, fərdi identifikasiya kartlarının yaradılması ilə bağlı müvafiq qanunlara etdiyimiz dəyişikliklərə, yəni vətəndaşın yeni nəsil şəxsiyyət vəsiqəsi və 15 yaşı tamam olmuş vətəndaşlara fərdi identifikasiya kartının tətbiqi ilə bağlı məsələlərə hər dəfə paket şəklində baxılır. Çünki həm “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda və həm də o qanunla bağlı əsasnamədə dəyişiklik etməli oluruq.
Müvafiq qanunlar qəbul olunduqdan sonra icra hakimiyyəti orqanlarına tapşırıqlar verilmişdir. Bu, bir sıra maddi-texniki işlərin görülməsini özündə ehtiva edir. Bu işlər gedir, çünki biz məlumatları bir daha daxili işlər orqanları ilə dəqiqləşdirmişik. İndi təklif ondan ibarətdir ki, növbəti bir ilə qanunun qüvvəyə minməsi ilə bağlı dəyişiklik olunsun.
Oqtay müəllim, biz bu məsələni bir də araşdırırdıq ki, bu, son müddət ola bilərmi. Həqiqətən, işlər yekunlaşmaq üzrədir. Ona görə hörmətli həmkarlardan xahiş edəcəyik ki, bu 4 qanun layihəsində onun tətbiqinin qüvvəyə minməsinin müddətinin bir il uzadılması ilə bağlı cənab Prezidentin təqdim etdiyi layihəyə səs versinlər. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 21-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.19 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 22-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 23-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.20 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, xahiş edirəm, gündəliyin 24-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 25-ci məsələsi “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bildiyiniz kimi, yetkinlik yaşına çatmayanların tərbiyəsi və təhsili ilə bağlı məsələlər daim gündəmdə olub və xüsusi qanun da qəbul olunub. Məlumat üçün demək istəyirəm ki, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili ilə bağlı həm valideynlərin, həm də onların digər qanuni nümayəndələrinin İnzibati Xətalar Məcəlləsində cərimə formasında məsuliyyəti də var.
Bu baxımdan, baza qanununun “Əsas anlayışlar”ına 1.0.8-ci maddənin əlavə edilməsi çox vacibdir, çünki bir sıra üzrlü səbəblər mövcuddur ki, bu zaman, həqiqətən də, valideyn və yaxud da qanuni nümayəndə öz vəzifəsini yerinə yetirə bilmir. Üzrlü səbəblərin konkret olaraq qanunda sadalanması həm qanunun qüvvəyə minməsi ilə bağlıdır, həm də ölkə Prezidentinin verdiyi sərəncamın icrasına yönəlib. Bunlar aşağıdakılardır: əgər yetkinlik yaşına çatmayanların valideyni, yaxud da digər qanuni nümayəndəsi stasionar tibb müəssisəsinə yerləşdirilibsə, xəstəliyin son mərhələsindədirsə, uzunmüddətli ezamiyyətə göndərilibsə, barəsində həbs qətimkan tədbiri seçilibsə və yaxud da inzibati həbs qaydasında tutulubsa, bu hallar üzrlü səbəblərdir ki, valideyn və ya digər qanuni nümayəndə məsuliyyətə cəlb olunmasın. Hörmətli millət vəkillərindən layihəyə səs vermələrini xahiş edirəm.  Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, 25-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
26-cı məsələ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov, buyurun.
V.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Diqqətinizə təqdim edilən qanun layihəsi 2012-ci ildə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə bağlıdır. Belə ki, həmin ildə biz Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətini müəyyən edən yeni fəsil əlavə etmişik. Orada müəyyən fiziki şəxslər tərəfindən törədilmiş cinayət əgər hüquqi şəxsin xeyrinədirsə və onun maraqlarının müdafiəsi üçün törədilibsə, bu halda həmin hüquqi şəxsin özünün məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu gün Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliklər bu qanunu Cinayət Məcəlləsinə uyğunlaşdırmaq məqsədi daşıyır.
4 yeni maddə, bir yeni fəsil və 17 maddəyə dəyişikliklər nəzərdə tutulur. Ümumi olaraq bu dəyişikliklər icraat qaydalarını, prosessual normaları, məhkəmə baxışının xüsusiyyətlərini, hüquqi şəxsin müdafiəçisi və nümayəndəsinin hüquq və vəzifələrini müəyyən edir.
O da nəzərə alınmalıdır ki, 2012-ci ildə qəbul edilmiş qanuna əsasən bu fəslin tam qüvvəyə minməsi üçün həm də Cəzaların İcrası Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Bu gün biz Cinayət-Prosessual Məcəlləsini uyğunlaşdırırıq. Lakin bununla bu sistem tam qüvvəyə minmir və ümid edirik ki, qısa müddət sonra Cəzaların İcrası Məcəlləsinə müvafiq uyğunlaşdırma xarakterli dəyişikliklər təklif ediləcəkdir. Hörmətli həmkarlarımı bu layihəyə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Xahiş edirəm, 26-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Vüsal Hüseynov.
V.Hüseynov. Çox sağ olun. Cənab Sədr, icazə verin, gündəlikdə olan 27-ci və 28-ci məsələlərin əhatə dairəsinin və hazırlanma zərurətinin eyni olduğunu nəzərə alaraq ikisini bir yerdə məruzə edim.
Sədrlik edən. Buyurun.
V. Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlar, diqqətinizə təqdim edilən birinci layihə “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna dəyişikliyi nəzərdə tutur. Bildiyiniz kimi, Məhkəmə-Hüquq Şurası 2005-ci ildən fəaliyyətdədir və həmin dövrdən keçən müddət ərzində bu Qanuna edilmiş dəyişikliklərlə onun səlahiyyətləri genişləndirilmişdir. Yəni bu gün Məhkəmə-Hüquq Şurasının məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, hakimlərin təyinatı, onların vəzifədə irəli çəkilməsi, səlahiyyət müddətinin müəyyən edilməsi, birinci instansiya və apellyasiya məhkəmələri və büdcə ilə bağlı rəy verilməsində yeni səlahiyyətləri mövcuddur.
Beynəlxalq təcrübədə Məhkəmə-Hüquq Şurası həm də öz mandatına uyğun olaraq məhkəmə müstəqilliyinin təminatçısı kimi çıxış edir. Buna görə də ölkəmizin üzv olduğu beynəlxalq sənədlərin tələbinə uyğun olaraq tərəfdaş beynəlxalq təşkilatlar tövsiyə edirlər ki, Azərbaycanda da Məhkəmə-Hüquq Şurasının təyinatında öz mandatına uyğun olaraq bu səlahiyyət müəyyən edilsin. Bununla bağlı təklif edilir ki, qanunun 1-ci maddəsinə “məhkəmə sisteminin müstəqilliyi” ifadəsi əlavə edilsin. Hesab edirəm, bu qanunun qəbul edilməsi məhkəmə hakimiyyəti daxilində Məhkəmə-Hüquq Şurasının rolunu gücləndirəcək və ölkəmizin qanunlarını beynəlxalq sənədlərə uyğunlaşdıracaqdır.
İkinci qanun layihəsi isə “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliklərdir. Belə ki, qanunun “Hakimlərin toxunulmazlığı” adlı 101-ci maddəsinə təklif edilir ki, bizim mövcud qanuna əsasən cinayət başında yaxalanma halı istisna olmaqla hakim barəsində cinayət təqibi tədbirlərini tətbiq etmək üçün Baş prokuror tərəfindən olan təqdimata Məhkəmə-Hüquq Şurası 10 gün müddətində baxmalıdır. Beynəlxalq tərəfdaşlar tövsiyə edirlər ki, bu müddət qısaldılsın, çünki 10 gün uzun müddətdir və bu cinayət təqibi prosesinin səmərəsini aşağı salır. Həqiqətən də, bizim araşdırmalarımız da göstərdi ki, əksər dövlətlərdə bu, maksimum 3 gündür. Ona görə təklif edilir ki, “10 gün” ifadəsi bu halda “72 saat”la əvəz edilsin.
Qeyd edilməlidir ki, bu maddə heç bir halda hakimlərin toxunulmazlığı və müstəqilliyinə xələl gətirən bir müddəa kimi qəbul edilməməlidir. Bu, daha çox bu sahədə qanunlarımızın beynəlxalq sənədlərə uyğunlaşdırılması və cinayət təqibinin səmərəliyinin artırılmasına yönəlib. Hörmətli həmkarlarımdan bu layihəyə dəstək olmalarını xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, gündəliyin 27-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 28-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 29-cu məsələsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Yenə Vüsal Hüseynov buyursun.
V.Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, bu qanun layihəsində Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur. Burada əsas məqsəd Cinayət-Prosessual Məcəlləsinin normalarını ümumi olaraq təkmilləşdirmək, cinayət təqibini sadələşdirmək, tezliyini təmin etməkdir. Qanunun gətirdiyi yenilikləri ümumiləşdirsək, əsas bir neçə istiqaməti qeyd etmək olar. Birincisi, məhkəmə icraatının tezliyinin təmin edilməsi məqsədi ilə apellyasiya baxışının təyin edilməsi barədə ilkin qərardan kasasiya şikayəti və ya protest verilməsi imkanı məhdudlaşdırılır. Belə ki, mövcud məhkəmə təcrübəsində bu imkanın olması məhkəmə baxışının lüzumsuz olaraq 3 aydan 6 ayadək uzanmasına səbəb olur. Həm də nəzərə alaq ki, indiki Cinayət-Prosessual Məcəlləsində son qərarla eyni zamanda ilkin qərardan da şikayət etmək imkanı mövcuddur. Bu imkanın məhdudlaşdırılması təklif edilir.
İkinci istiqamət cinayət təqibi zamanı video çəkilişin tətbiq edilməsi ilə bağlı hal şahidlərinin cəlb edilməsi prosesinin yumşaldılmasıdır. Belə ki, mövcud qanuna əsasən hadisə yerinə baxış, şəxsi axtarış və götürmə zamanı hal şahidlərinin iştirakı məcburidir. Təklif edilən qanunda müəyyən edilir ki, video çəkilişin tətbiq edildiyi halda bu məcburiyyət aradan götürülür, lakin istisna edilmir. Deməli, bu, heç bir halda hal şahidi institutunun ləğvi kimi qiymətləndirilməməlidir.
Hörmətli Oqtay müəllim, bu məsələ komitənin iclasında çox geniş müzakirəyə səbəb oldu. Ona görə biz bu barədə ətraflı araşdırma apardıq və qanunvericilik təşəbbüsünün subyekti ilə də məsələni müzakirə etdik. Müəyyən olundu ki, bütün aidiyyəti dövlət orqanları bu layihəyə müsbət rəy veriblər. Digər tərəfdən, beynəlxalq təcrübədə, yəni kontinental hüquq sistemi olan ölkələrdə – Almaniyada, Fransada, eyni zamanda, İngiltərə, Amerika və Kanadada hal şahidi institutu ümumən tətbiq edilmir. Qonşu Gürcüstanda 2012-ci ildən Cinayət-Prosessual Məcəlləsinə oxşar müddəa tətbiq edilib. Rusiyada da, İsraildə də oxşar sistem, yanaşma mövcuddur.
Həmçinin istintaq təcrübəsi də göstərir ki, dağlıq və digər gediş-gəlişi çətin olan yerlərdə günün müəyyən vaxtlarında istintaq hərəkəti aparılarkən cinayət prosesinə hal şahidlərinin cəlb olunmasında çətinlik yaranır. Yaxud da təxirəsalınmaz hallarda bu proses ləngidilir və istintaq üçün əhəmiyyətli olan sübutların əldə edilməsində narahatlıqlar yaranır. Ümumi olaraq hesab edirəm ki, bu müddəa da müsbət qəbul edilməlidir.
Üçüncü istiqamət cinayət işi başlananadək aparılan istintaq hərəkətlərinin dairəsinin genişləndirilməsi ilə bağlıdır. Belə ki, qanunda hadisə yerinə baxış, şəxsi axtarış, ekspertizanın təyin edilməsi ilə bağlı məsələlər aydınlaşdırılır və dəqiqləşdirilir. Ümumi olaraq bu qanun layihəsinin əsas məqsədi qeyd etdiyim kimi, ədalət mühakiməsi və cinayət təqibinin səmərəliyinin artırılmasıdır. Mən hörmətli həmkarlarımı bu layihəyə dəstək olmağa dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli Vüsal müəllim də söylədi, hal şahidlərinin iştirakının məcburiliyinin aradan qaldırılması məsələsi ilə bağlı bizim komitədə müəyyən fikir ayrılığı yarandı. Düşünürəm ki, Azərbaycanda hal şahidliyi institutu saxlanılmalıdır. Düzdür, bu tam çıxarılmır, bunun məcburiliyi, sadəcə olaraq, aradan qaldırılır.
Əlbəttə, hüquq mühafizə orqanları bir çox hallarda əməliyyat-axtarış tədbirləri həyata keçirərkən hal şahidləri tapmaqda çətinlik çəkirlər. Bu bir problemdir. Buna görə də bu institutun aradan qaldırılmasını təklif ediblər. Biz görürük, bir çox hallarda məhkəmələrdə müdafiə tərəfi məsələ qaldırır ki, müxtəlif işlərdə eyni hal şahidləri iştirak edir. Yəni əməliyyat-axtarış tədbirini həyata keçirən vəzifəli şəxslər eyni hal şahidlərini müxtəlif yerlərə dəvət edirlər. Bu problemin aradan qaldırılması çox asandır. Niyə hal şahidləri institutundan imtina olunmamalıdır? Bu, xalqın birbaşa ədalət mühakiməsi prosesində iştirakı deməkdir. 2000-ci ildə biz Cinayət-Prosessual Məcəlləsini və Cinayət Məcəlləsini qəbul edəndə andlı iclasçılar institutu tətbiq olunmuşdu. Sonradan çox təəssüf ki, bu, Cinayət-Prosessual Məcəlləsindən çıxarıldı. O dövrdə də bunun çıxarılmasını doğru saymamışdım, indi də düşünürəm ki, bu məcburiliyin aradan qaldırılması səhvdir.
Bəs necə edək ki, vətəndaşlarımız hal şahidi kimi iştirak etsinlər? Mən hesab edirəm ki, bunun üçün xüsusi qanun qəbul edə bilərik və vətəndaşların hal şahidi kimi iştirakı məcburi ola bilər. Misal üçün, andlı iclasçılar institutunun tətbiq olunduğu ölkələrdə andlı iclasçı olmaq məcburidir. Yəni heç bir vətəndaş bundan imtina edə bilməz. Əgər məhkum olunmayıbsa, əqli cəhətdən bir problemi yoxdursa, o halda ayın müəyyən günlərində məhkəmə prosesində şəxsin təqsirliyini müəyyənləşdirir.
İndiki halda da biz qanun qəbul edə bilərik və bu, vətəndaşlar üçün məcburi olar və onlar hal şahidi kimi iştirak edərlər. İştirak etmədikləri halda onlar müvafiq qaydada məsuliyyətə cəlb oluna, ciddi şəkildə cərimə oluna bilərlər. Ədalət məhkəməsindən vətəndaşların tamamilə kənarlaşdırılmasını doğru saymıram. Ona görə ki, video çəkiliş zamanı  bütünlüklə axtarış aparılan yeri əhatə etmək mümkün deyil. Hələ indi  hal şahidləri iştirak edəndə belə, müdafiə tərəfi əməliyyatçıları şübhə altına alır ki, yox, nəyi isə özləri qoydular, özləri götürdülər. Görün, hal şahidi olmasa, bu halda prosesin  ədalətliliyi nə qədər şübhə altına alınacaq. Ona görə də düşünürəm ki, bu barədə ciddi düşünməliyik.
Vüsal müəllim burada söylədi, razılaşdırılan orqanlar istintaq və ədalət mühakiməsini həyata keçirənlərdir. Onlar öz işlərinin rahatlığı üçün, əlbəttə, rəy verəcəklər ki, gəlin, bunu aradan qaldıraq. Söhbət xalqın təmsilçiləri olaraq bizdən gedir. Mən hesab edirəm ki, biz ədalət mühakiməsi prosesində  andlı iclasçılar institutunu ləğv etdik, amma növbəti dəfə də bu  institutun aradan çıxmasına qarşı olmalıyıq. Qanun qəbul edə, yenə deyirəm, vətəndaşların üzərinə bir vəzifə kimi andlı iclasçı olmaq öhdəliyini qoya bilərik. Bunun həlli çox asandır. Amma yenə deyirəm, biz asan yolu getməməliyik. Bu bir çox halda vətəndaşların hüquqlarının pozulmasına və sui-istifadə hallarına gətirib çıxara bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa.  Təşəkkür edirəm, Oqtay müəllim. Mən də o fikirdəyəm ki, bu məsələ həm məhkəmə prosesində, həm də əməliyyataxtarış işlərində ciddi problemlər ortaya çıxaracaq. Təbii ki, indi hal şahidi  tapmaq çox çətindir. Sovet dövründə hamının statistikası aparılırdı, hamını müəyyən dərəcədə sosial kateqoriyaya görə bu prosesə cəlb etmək mümkün idi. İndi bu bir qədər çətinləşib.  Mən də həmkarım Qüdrət Həsənquliyevlə razıyam ki, iştirakın stimullaşdırılması yolları barədə fikirləşmək lazımdır. Amma formal iştirakın da çox vaxt faydası olmur. Hesab etmirəm ki, video çəkiliş bunu əvəz edəcək.
Mən çıxış yolu olaraq nəyi təklif etmək istəyirəm? Burada birinci növbədə həmin şəxsin iradəsi önəmlidir. Yəni həmin şəxsin, yaxud onun yaxınlarının razılığı olarsa, hal şahidindən imtina məsələsi gündəmə gələ bilər, çünki bilavasitə hal şahidinin olmaması istintaq, təhqiqat aparan orqanın deyil, bilavasitə həmin şəxsin hüququnun pozulmasına yönələ bilər. Ona görə də bu məsələdə birinci növbədə onun mənafeyini əsas götürmək lazımdır, çünki sabah məhkəmədə deyəcək ki, hal şahidi olmayıb, video çəkilişdə hər yan əhatə olunmayıb, saxtalaşdırma olub və ona görə mənə qarşı irəli sürülən ittiham aktı ilə razılaşmıram, qəbul etmirəm, ədalətsizdir və qanuna ziddir. O baxımdan da bu problemlərin  ortaya çıxması istisna deyil.
Ona görə təklif edirəm ki, burada “məcburi” ifadəsini saxlamaqla, – yəni hal şahidlərinin olması məcburidir, – bir istisna qaydası qoyaq ki, barəsində axtarış elan edilən şəxslərin, yaxud onun yaxınlarının razılığı ilə. Həmin şəxslərin razılığı ilə artıq fakt ortadadır, hər hansı bir şəkildə narahatçılıq, güvənsizlik yoxdur. Adam razılıq verir ki,  hal şahidinə ehtiyac yoxdur, sənədləşdirin, mən də qol çəkirəm,  razılaşırıq. Məsələ bununla tamamlansın. Belə bir varianta getmək, məncə, daha məqsədəuyğun olar, nəinki bu cür xaos. Doğrudan da, bizdə andlı iclasçılar məsələsi gündəmdən çıxandan sonra biz bəlkə gələcəkdə buna qayıda bilərik. Ona görə  indidən bu institutun ləğv olunması gələcəkdə bunun bərpası zamanı bizi xeyli çətinliklərlə üz-üzə qoyacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, mən görürəm ki, elə yazılanların hamısı sizin komitədəndirlər. Deməli, konsensus olmayıb. Ancaq hesab edirəm ki, burada heç nə ləğv olunmur. 50 il qabaq videogörüntülər yox idi. İndi texnika inkişaf edir, videoçəkilişlər var. Onu bura əlavə etmişik, burada böyük bir problem yoxdur.  Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu qanun layihəsi “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Qanuna dəyişiklik edilməsini nəzərdə tutur. Belə ki, qanunun 2-ci maddəsi qısaldılmış iş vaxtının müddətini müəyyənləşdirir. Təklif olunur ki,  3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin əmək hüquqlarının yaxşılaşdırılması məqsədi ilə onların həftədə iş vaxtı 36 saat müəyyən olunsun. İndiyə qədər bu, yaş yarıma qədər uşaqlara tətbiq olunurdu. Bu müddət 2 dəfə artırılır, 3 yaşa qədər uşaqlara tətbiq olunması nəzərdə tutulur. Sizdən bu qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, 30-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 31 və 32-ci məsələlər bir zərfdə gəlib. 31-ci məsələ “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr,  31-ci və 32-ci məsələlər eyni məqsədi daşıyır. Biz Miqrasiya Məcəlləsinə 2016-cı il 14 iyun tarixli düzəliş etmişik. Həmin düzəlişdə bir ciddi məsələ öz əksini tapıb. Əvvəllər turizm şirkətlərinə imkan verilmişdi ki, viza məsələlərini həll etsinlər. İndi isə bu məsələlərin avtomatlaşdırılması, elektron qaydada istifadə edilməsi məsələsi gündəmə gəlibdir.
Burada belə bir düzəliş edilir ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi vasitəsi ilə elektron viza ala bilərlər. Bunun faydasını əhalimiz gördü. Bildiyiniz kimi, ötən yay Azərbaycanda kütləvi surətdə turist axını oldu. Bu da dediyimiz rahat viza rejiminin verilməsi ilə bağlı idi.
7.1.5-ci maddədə də dəyişiklik edilib. Burada da “ASAN Viza” sisteminin tətbiqi ilə bağlı məsələlərdən söhbət gedir. 7.1.6-cı maddədə də elektron vizanın verilmə müddəti  tənzim olunur.
Oqtay müəllim, icazə versəniz o biri məsələni də deyərdim. “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində isə “Sahibkarlıq fəaliyyətinə verilən  icazələrin siyahısı”ndan 82-ci bənd ləğv edilib. Bu bənd də həmin turist firmalarına aid olan məsələdir. Beləliklə, hər iki dəyişiklik ölkəmizdə turizm fəaliyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 31-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 32-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə, buyurun.
M.Abbaszadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu qanun layihəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Qanunun 63.3-cü maddəsinə redaktə xarakterli dəyişiklik edilir. Burada göstərilir ki, şikayət edilən qərar və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda şikayətə baxan vergi orqanı onun icrasını tam və ya qismən dayandıra bilər. Bu cümlədəki “dayandıra bilər” ifadəsi “dayandırır” sözü ilə əvəz olunur.  Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu redaktə xarakterli bir düzəlişdir. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin. 

Səsvermənin nəticələri (saat 16.46 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 34-cü məsələsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, icazə verin, 34-cü və 35-ci məsələlər üzvi surətdə bir-biri ilə bağlı olduğuna görə birlikdə müzakirə edək.
Hörmətli həmkarlar, həm Cinayət Məcəlləsində, həm də Cinayət-Prosessual Məcəlləsində əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi Baş Prokurorluq tərəfindən qanunvericilik təşəbbüsü subyekti  qismində parlamentə təqdim olunmuşdur. Təqdirəlayiq haldır ki, 2002-ci il referendumunda  prokurorluğa qanunvericilik təşəbbüsü  subyekti hüququ verildikdən sonra  bu hüquqdan xüsusən cinayət qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə səmərəli şəkildə istifadə olunur.
Oqtay müəllim, bu layihə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında geniş müzakirə olunmuş, komitənin bütün üzvləri layihəni dəstəkləmişlər. Eyni zamanda, sizlərə təqdim olunmuş layihədə əsaslandırılma verilmiş, o cümlədən prokurorluq tərəfindən rəy də təqdim olunmuşdur. 
Həm Cinayət Məcəlləsinə, həm də Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər internet informasiya ehtiyatlarında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirilməklə böhtanatma və ya təhqiretmənin qarşısını almaq və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparmaq məqsədi daşıyır. Bunun həyata keçirilməsi üçün Cinayət Məcəlləsinə  “İnternet informasiya ehtiyatında saxta  istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə” adlı yeni 148-1-ci maddə təklif edilmişdir.
Maddədə, eyni zamanda, qeyd hissəsi də mövcuddur və bu, çox əhəmiyyətlidir, çünki burada saxta istifadəçi adlar, profil və ya hesabların anlayışı verilir. Cərimə sanksiyasından  başlayaraq 1 il müddətinə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni zamanda, Cinayət Məcəlləsinin mövcud 323-cü maddəsinə, yəni “Azərbaycan dövlətinin başçısının – Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma” adlı mövcud maddənin dispozisiyasına elə 148-ci maddənin mahiyyətinə uyğun olaraq əlavə olunur ki, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet  informasiya ehtiyatında şərəf və ləyaqəti ləkələmə və ya alçaltma.
Növbəti dəyişiklik 323.2-ci maddə ilə bağlıdır. Bu maddə də bizim cinayət qanunvericiliyində var idi, bu əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə sanksiyalar nəzərdə tutulurdu. Amma artıq 323.1 və 323.1-1-ci maddələr mövcud olduğuna görə həmin maddələrə istinad olunur.
Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişiklik isə sırf  prosessual xarakter daşıyır, aidiyyəti məsələləri özündə ehtiva edir. Son olaraq qeyd etmək istəyirəm ki,  prokurorluq tərəfindən təklif olunmuş bu əlavə və dəyişiklik bütövlükdə bütün vətəndaşların şərəf və ləyaqətinin qorunmasına, ümumiyyətlə, internet informasiya ehtiyatlarında  saxta profillərdən, adlardan istifadə etməklə vətəndaşlara yönələn bu hərəkətin qarşısını almağa yönəlib. Əminəm ki, bu məsələ ilə bağlı çıxış edənlər prokurorluq tərəfindən təqdim olunmuş layihəni dəstəkləyəcəklər. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun, hörmətli Əli müəllim. Mən də bu dəyişiklikləri təqdir edirəm. Bəlkə də hələ vaxtı keçmiş dəyişikliklərdir.
Müzakirəyə başlamamışdan qabaq  deyim ki, bugünkü iclasda Baş prokurorun müavini Namiq Əsgərov, idarə rəisi Natiq Hüseynov və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Sahib İsmayılov iştirak edirlər. Lazım olarsa, onlar suallara cavab verəcəklər. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, ölkənin Baş prokuroru hörmətli Zakir Qaralov tərəfindən təqdim olunan bu qanun layihəsi aktual bir məsələyə həsr olunub və ictimai münasibətlərin tənzimlənməsində son dərəcə faydalı olacaqdır. Xüsusilə də 323-cü maddəni qeyd etmək istərdim. Azərbaycan dövlətinin başçısının – Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini ləkələmə və alçaltma ilə bağlı internet məkanında baş alıb gedən materiallar məsuliyyətsiz formada yayılır. Bunun qarşısını almaq üçün mütləq qanunvericilik bu sahəyə  müdaxilə etməlidir.
Təbii ki, bu sahənin çətinlikləri böyükdür, çünki bir  qrup insan xaricdə oturaraq, yaxud da gizli adlarla bu fəaliyyəti həyata keçirirlər. Həm də hesab edirəm ki, bundan sonrakı mərhələdə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda bu işi asanlaşdıran müəyyən dəyişikliklər olmalıdır ki, bu əməli  törədən şəxsin aşkarlanıb üzə çıxarılması mümkün olsun.
Ən vacib qeydlərdən birinin qanunvericilikdə olmasını ictimai rəyə daha açıq formada təbliğ etmək lazımdır. Qeyd hissəsində göstərilir ki, tənqidlə təhqirin, böhtanın, alçaltma və ləyaqəti ləkələmənin sərhədi dəqiq müəyyən olunur. Yəni Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir. Burada başqa bir məqam, bir pis niyyət axtarmaq, əslində, ancaq qərəzli görünə bilər.
Ona görə mən 323-cü maddə ilə bağlı təklif olunan məsələləri tam mənada dəstəkləyirəm, amma istəyirəm 148-1-ci maddədə  müəyyən məsələyə hüquq texnikası baxımından bir az da dəqiqlik gətirək, çünki ciddi problemlər yarada bilən məsələlər ortaya çıxa bilər. Təbii ki, bu maddənin niyyəti ilə razıyam, təqdim olunan məsələ də vacibdir. Amma burada saxta istifadəçi adları, profillər və hesablar məsələsi üzərində durmaq lazımdır. Nə demək istəyirəm? Feysbuk insanların sosial, siyasi düşüncələrini ifadə etdiyi bir məkandır. Bu, əslində, müqavilə əsasında həyata keçirilir. İnsanların ora şəxsiyyət vəsiqəsi təqdim etməsi tələbi qoyulmur. İnsanlar ora daxil olanda, – qadınların çoxu, bəzi məmurlar adlarının bilinməsini istəmirlər, – onların sosial fəallığını  önləmək kimi bir niyyət olmamalıdır.
Burada əsas hədəf təhqir və böhtan olmalıdır. Saxta profil olsun, ya öz adı ilə olsun, bunun heç bir mənası yoxdur, çünki Feysbuk belə bir tələb qoymur. Burada, sadəcə, bir məsələyə daha çox diqqəti yönəltməyimiz vacibdir. Kimsə mövcud bir şəxsin, məsələn, Həsənov Məmmədin adından saxta profil açaraq bu təhqir və böhtanları başqasına qarşı yönəldirsə, ancaq bu halda o, ağırlaşdırıcı hal kimi götürülə bilər. Amma şəxs onsuz da saxta profildən də təhqir edibsə, məsuliyyət daşıyır, öz adından da təhqir edibsə, məsuliyyət daşıyır. Bu, artıq əməliyyat-axtarış fəaliyyəti ilə, onun  tapılması, üzə çıxarılması ilə bağlı məsələdir. Onu biz qanunvericilikdə bu formada tətbiq etsək, bir çox insanın hüquqlarını məhdudlaşdırmış ola bilərik və bu, müəyyən problemlər ortaya çıxarar. Ona görə də bunun dəqiq izahatının verilməsi daha doğru olar. Daha doğru olar, göstərək ki, başqasının, mövcud, yaşayan insanın adından. Deyək ki, yaşayan bir sənətkarın adından profil açır, qəsdən, bilərəkdən başqasını təhqir edir, ona böhtan atır. Artıq bu məsuliyyət yaradır. Amma şəxs başqa bir addan istifadə edib kimi isə təhqir edirsə, böhtan atırsa, bu, ağırlaşdırıcı hal, xüsusi, əlahiddə vəziyyət yaratmır. Onun törətdiyi əməl onsuz da kriminal əməl kimi qiymətləndirilir və qanunvericilik nəzərdə tutulan məsuliyyəti onun üzərinə qoyur. Bu baxımdan mən 148-1-ci maddənin qanun layihəsini təklif eləyən subyektlə bir daha müzakirə olunmasının tərəfdarıyam, çünki müəyyən problemlərin yaranmasını indidən proqnozlaşdırmaq mümkündür.
Amma bütövlükdə bu təklifi dəstəkləyirəm, vaxtında atılan addımdır. Hətta mən hesab edirəm ki, müəyyən məsələlərdə hətta cəzanı bir az da sərtləşdirmək lazımdır. Artıq internet şəbəkəsindən istifadə eləyən insanlar anlamalıdırlar ki, istər tanınsın, istər tanınmasın, hər kəsin özünə aid bir məsuliyyət həddi var. Özünə rəva bilmədiyini başqasına edə bilməzsən. Təhqir, böhtan xarakterli yalan informasiyalar çox geniş yayılıb, bunun qarşısını almaq lazımdır.
Bir də, mən ümid edirəm ki, növbəti mərhələdə başqa ölkələrdən yönləndirilən saytlarla bağlı da Baş prokuror tərəfindən araşdırma aparılıb qanunvericiliyə dəyişikliklər təklif olunacaqdır. Ola bilsin, ayrı-ayrı şəxslərə böhtan atılmır, amma ölkəmizlə bağlı təxribat xarakterli elə informasiyalar yayılır ki, bu, həm ölkənin imicinə, həm inkişafımıza, həm də müəyyən problemlərin həllinə mane olur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, çıxış üçün yazılanlar 10 nəfərdən çoxdur. Mən xahiş edirəm ki, 5 dəqiqəyə keçək, çünki məsələlər çoxdur. Məlahət İbrahimqızının sualı var. Buyurun, amma qısa, xahiş edirəm.
M.İbrahimqızı. Çox təşəkkür edirəm, cənab Sədr. İlk öncə bir daha təşəkkür edirəm ki, internet, eləcə də mətbuatda şərəf və ləyaqətin toxunulmazlığı, dövlət atributları və digər buna uyğun məsələlərlə bağlı belə tez zamanda qanuna dəyişikliklər olundu. Baş prokurora da təşəkkür edirəm. Mənim bir sualım var. Bu yaxınlarda mən Vikipediyada Azərbaycanın tanınmış adamları ilə maraqlandım. Gördüm ki, həqiqətən, Vikipediyada bizim çox tanınmış dövlət adamlarımız haqqında çox yanlış, şər və böhtan dolu fikirlər, cümlələr verilmişdir. Hətta bəzilərini özüm o adamlara bildirərək düzəliş etmək istədim. Bir neçə gündən sonra həmin o yanlış, yalançı məlumatlar yenidən üzə çıxdı. Mən o adamların adını çəkmək istəmirəm, onlar özləri bilirlər.
Bir də 20 yanvarla bağlı Vikipediyada çox yanlış məlumatlar var. Mən burada iştirak edən Baş Prokurorluğun nümayəndəsinə və çox hörmətli Əli Hüseynliyə müraciət etmək istəyirəm ki, bununla bağlı qanunvericilikdə hansı formada dəyişikliklər edək? Vikipediyada bunu tənzimləmək hədsiz dərəcədə mürəkkəbdir və eşitdiyimə görə qeyri-mümkündür. Xahiş edərdim ki, bu sualıma da açıqlama versinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Sosial şəbəkənin, elektron sistemin vüsət alması, geniş kütləyə xitab etməsi müsbət hallarla yanaşı, neqativ məqamları da cəmiyyətimizə gətirdi. Hazırda cəmiyyətimizin ləyaqətli şəxslərinin, siyasi-ictimai xadimlərinin ünvanına sifarişli, xoşagəlməz yazıların yazılması, onları nüfuzdan salmaq üçün statusların paylaşılması, hətta saxta profillərin açılması xeyli yayılıb. Vəziyyət elə dəhşətli, yolverilməz həddə gəlib çatıb ki, mənəviyyatdan uzaq bəzi şəxslər ölkə rəhbərinin ünvanına olmazın təhqirlər, əxlaqsız sözlər yazmaqdan belə çəkinmirlər. Məncə, bu halın belə vüsət almasının ən birinci səbəbi cənab Prezidentin humanistliyi, insanpərvərliyi, tolerantlığıdır.
Bu gün Cinayət Məcəlləsinə edilən dəyişiklik düzgün başa düşülməlidir. Əli müəllim çox düzgün dedi, biz bu düzəlişlərlə qətiyyən KİV-lərə, internet sahəsinə məhdudiyyət qoymuruq. Hətta qanun layihəsində bununla bağlı xüsusi qeyd var ki, cənab Prezidentin fəaliyyəti, siyasəti haqqında tənqidi yazılarla bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir. Bu baxımdan Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyi dəstəkləyirəm.
Mən daha bir məsələni də qeyd etmək istəyirəm. Bəzi şəxslər, hətta ölkənin 1-ci xanımı, hörmətli Mehriban Əliyeva haqqında, cənab Prezidentin digər ailə üzvləri barəsində də çox mənəviyyatsız yazılar yazmaqdadırlar. Düşünürəm ki, bununla bağlı da hüquqi tədbirlər görülməli və bəlkə də bu yeni maddələr Prezidentimizin ailə üzvlərinə də şamil edilməlidir.
Baş Prokurorluğun əməkdaşlarının iclasda olmasından istifadə edərək sizin diqqətinizi digər aktual bir məsələnin araşdırılmasına yönəldirəm və iki dəqiqə vaxtınızı alacağam. Bütün dünyada olduğu kimi, Azərbaycanda da, demək olar ki, hər gün məişət zəminində cinayətlər baş verir. Təəssüf ki, statistikaya görə qadınların öz ərləri tərəfindən öldürülməsinin sayı yüksək templə artır. Oktyabrda Azərbaycan KİV-ləri iki qadının vəhşicəsinə öldürülməsi barədə məlumat yaydı. Zərdab rayonunun Yarməmmədbağı kəndində 3 uşaq anası olan bir qadının boğazı əri tərəfindən orta əsrlər vəhşiliyi ilə kəsildi, faktiki olaraq başı bədənindən ayrıldı.
Bir neçə gün sonra ondan da betər olan digər bir qətl, vəhşilik Qəbələ rayonunun Kürd kəndində baş verdi. Dəfələrlə həyat yoldaşı, 3 uşaq anası Səbinəni döyən, işgəncə verən Xəyal Verdiyev adlı sadist, mən onu insan adlandıra bilmərəm, həmin gün qadına işgəncə vermiş, daha sonra uşaqların gözü qabağında onu boğaraq qətlə yetirmişdir. Səbinə dördüncü uşağa hamilə idi. Cinayətlərin təfərrüatını oxuyanda insan dəhşət və nifrətdən sarsılır. Yəqin ki, bu sadistləri 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Onların ikisi də hələ gəncdirlər. Deməli, 40 yaşında azadlığa çıxa bilərlər və digər qadınlar, hətta öz uşaqları da onların qurbanlarına çevrilə bilər. Çünki bu şəxslər təbiətcə qatildirlər.
Buna görə birinci, hesab edirəm ki, onlar daha uzun müddətli cəzaya layiqdirlər. Bizdə isə bu, ömürlük azadlıqdan məhrumetmədir. Bu qatillər Zərdabdan Aqşin Astanov, Qəbələdən Xəyal Verdiyevdir. Mən üzümü hakimlərə, prokurorlara tutub xahiş edirəm ki, onlara ən yüksək cəza verilsin.
İkinci, düşünürəm ki, Cinayət Məcəlləsinin bir sıra maddələrinə yenidən baxılsın. İstisna hal kimi ağır cinayətlər törədənlərə – arvadının başını kəsən, azyaşlıları zorlayıb öldürənlərə qarşı ölüm hökmünü bərpa etməyin vaxtıdır. Təqribən 80 uşağı öldürən və 55 insanı yaralayan Norveçli terrorçu Breyvikin bu gün həbsxanada rahat şəraitdə yaşaması və  yeməyinin mikrodalğalı sobada qızdırılmasının sağlamlığına ziyan vurmasına KİV-də etiraz etməsi şəxsən məndə böyük qəzəb doğurur. Buna görə də mən bu cür qeyri-insanlara, yırtıcılara qarşı ölüm hökmünün tərəfdarıyam. Cəmiyyətimizi bu cür vəhşilərdən birdəfəlik təmizləmək lazımdır. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Elmira xanım. İnsan öldürmək, əlbəttə, yalnız manyaklara və cinayətkarlara xas olan keyfiyyətdir. Bizə yalnız nifrət etmək, kin bəsləmək və qanunun aliliyindən istifadə etmək qalır. Ona görə hesab edirəm, biz irəli atdığımız addımlardan geri çəkilməməliyik, işlərimizi başqa istiqamətdə aparmalıyıq. Ölüm cəzasının bərpa olunması bir çox hallarda ədalətli səslənsə də, mən hesab edirəm ki, biz buna qayıtmamalıyıq. Bu mənim fikrimdir.  Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Bahar xanım, hörmətli deputatlar! Mən Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü bu qanun layihəsinin mahiyyətini çox bəyənirəm və qəbul edirəm. Ümumiyyətlə, xoşdur ki, son dövrdə  Ali Məhkəmə və Baş Prokurorluqdan bizə belə layihələr təqdim olunur. Doğrudan da, internet həyatımıza elə daxil olmuşdur ki, xüsusi ictimai münasibətlər yaranıb. Xüsusi tənzimetmə tədbirləri də tələb edir. Xüsusən də indiki halda mahiyyət üzrə irəli sürülən təkliflər çox yaxşıdır, ancaq mən norma yaratmaq texnikası sahəsində münasibətimi bildirmək istəyirəm.
Mən hesab edirəm ki, 1481-ci maddədə böhtan və təhqirin bir dispozisiyada  birləşdirilməsi qəbul oluna bilməz.  Bunlar ayrı-ayrı cinayətlərdir. Hətta Cinayət Məcəlləsində bunlar ayrı-ayrı maddələrdə nəzərdə tutulub. 147-ci maddə “Böhtan”dır. Bilirik ki, burada şərəf və ləyaqəti ləkələyən yalan məlumatların qəsdən, bilə-bilə yayılmasından söhbət gedir. “Təhqir” maddəsində isə şərəf və ləyaqətin nalayiq formada alçaldılması qeyd olunub. Yəni ayrı-ayrı dispozisiyalar, ayrı-ayrı maddələrdir. Həm də bizim Cinayət Məcəlləsinin sistemi buna imkan vermir. Təsəvvür edin, hətta bir cinayət əməli, deyək ki, xəsarət yetirmənin özü belə ayrı-ayrı maddələrdə göstərilir; yüngül xəsarət yetirmə, ağır xəsarət yetirmə, az ağır xəsarət yetirmə. Onda qalmış ki, ayrı-ayrı cinayət əməllərini birləşdirəsən, xüsusən bundan əvvəl ayrı-ayrı maddələrdə bu oturmuş olsun.
İkincisi, bu maddələrin nəinki dispozisiyası, sanksiyaları hədsiz fərqlidir. Yəni böhtan cinayətinə görə 147-ci maddənin 2-ci hissəsi ilə 3 ilədək, 148-ci maddə ilə 6 ay həbs nəzərdə tutula bilər. Yəni biz bilirik, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 68.2.2-ci maddəsinə əsasən norma yaratmada hər hansı hüquqi akta təklif olunan layihədə gözlənilməlidir ki, əvvəlki maddələrdə bu ad var, ya yox. Yəni bizdə də var. Bu maddələr oturub, var. Bundan başqa, yenə həmin qanunun 64.1.1-ci maddəsinə əsasən hədsiz diskresion təsirə yol verilməməlidir. Yəni şəxsi mülahizə əsasında 6 aydan 3 ilə, 5 ilədək belə bir  genişlənməni və yaxud təhqir maddəsidir, yoxsa böhtandır – bunu hansısa istintaqçı və ya hakimin öhdəsinə buraxmağı Konstitusiya qanunumuz qadağan edir. Ona görə də mən elə hesab edirəm ki, bu məsələlər nəzərə alınmalıdır.
Mən, görünür, başa sala bilmədim. Komitədə də dedim, bunun 2 yolu var. Ya 147-ci maddəyə böhtan hissəsi ilə bağlı ayrıca hissə əlavə olunmalıdır, ya da heç olmasa ayrıca 147-1 və 148-1 maddələr əlavə olunmalıdır. Çünki bunun başqa yolu yoxdur. Eyni zamanda, bəzən istinad oluna bilər, misal üçün, 323-cü maddədən danışdıq, burada ümumiləşdiricilik var. Yadımızda saxlayaq ki, 323-cü maddədə böhtan və təhqir adı çəkilmir. Orada şərəf və ləyaqəti alçaltmağın müxtəlif yolları ola bilər. Ona görə də mən hesab edirəm ki, biz qanunda daha doğru, daha düzgün dəyişiklik eləməliyik. Mən bunları deməyə məcburam. Hesab edirəm ki, bunlar dediyim formada yenidən yazılmalıdır.
Bir məsələni də deyim. Hətta bu elə bir vəziyyətə gəlib ki, 148-1-ci maddə 147-2-ci maddəyə nisbətən sanksiyanın həddini aşağı salır. 3 ildən 1 ilə salır. Ancaq 323.2-ci maddədə isə tərsinə olaraq 2 ildən 3 ilədək artırır. Yəni gördüyünüz kimi, düzəlişlər uzlaşmır. Norma yaratma texnikasına uyğun deyil, əvvəlki maddələrlə ziddiyyət təşkil edir. Ona görə arzu edərdim ki, gələcəkdə məcəllə və qanunlarda dəyişiklik edəndə mütənasibliyi gözləyək, normaların ziddiyyətinə yol verməyək. Sağ olun.
 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov.  Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Gündəlikdəki məsələ barədə mediada da açıqlamam olub. Hesab edirəm ki, Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi dəyişiklik mühüm əhəmiyyət daşıyır. İctimaiyyət də internet məkanında məsuliyyət hissinin artırılmasının tərəfdarıdır.
İnformasiya texnologiyalarının sürətli inkişafı  bu gün tamamilə fərqli vəziyyət yaradıb. Hər bir şəxs internet məkanında öz baxışlarını ifadə edə bilir. Bu, söz və ifadə azadlığının dərinləşməsi baxımından vacibdir. Amma sahə tənzimlənməlidir, çünki internet məkanında ciddi sui-istifadələr var. Təhqirlərə və böhtanlara yol verilir, kimlərinsə şəxsiyyəti, şərəf və ləyaqəti alçaldılır. Nəticədə cəmiyyətdə xoşagəlməz ab-hava yaranır. Əgər hansısa fikrin və informasiyanın kütləvi yayımının vurduğu zərər əsas götürülürsə, onun yayılma arealı kimi internet məkanı və ora daxil olan sosial şəbəkələr də nəzərə alınmalıdır. Yada salım ki, 2013-cü ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna  edilmiş əlavələrdə internet də informasiyanın yayılma arealı kimi təsbit olunub.
Müvafiq olaraq Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə də buna uyğun dəyişikliklər edilib, məsuliyyət nəzərdə tutulub. Hazırkı dəyişiklik, əsasən, sosial şəbəkələrdəki saxta adlar, profillər və hesablarla bağlıdır. Bu da çox vacib məsələdir. Sosial şəbəkələr daha geniş topluma xitab edir. Xeyirli tərəfləri kimi ziyanı da əhəmiyyətli dərəcədə böyükdür. Bəzən radikal dini cərəyanlar, ekstremizm, separatçılıq və terrorizm təbliğ olunur. Düşünürəm ki, bu məqamı da mütləq qaydada nəzərə almalıyıq.
Dünyada da sosial şəbəkələrdəki təhqir və böhtan məsələlərinə kifayət qədər həssas yanaşılır. Avropanın bir çox səlahiyyətli qurumları internetdə, xüsusən də sosial şəbəkələrdə insanların alçaldılması ilə bağlı narahatçılıq keçirirlər. Vəziyyətin aradan qaldırılması üçün yollar axtarılır. Britaniyada, Fransada, İtaliyada belə nümunələr kifayət qədərdir. Kimsə təhqir olunursa, böhtanla üzləşirsə, belə hesab edilir ki, onun hüquqları məhdudlaşdırılır. Təhqirə və böhtana yol verənlər məsuliyyət daşıyırlar.
Buna görə bir daha bildirirəm ki, Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinin 148, 323-cü maddələrinə təklif etdiyi dəyişikliklər zəruridir. Ancaq bu məsələyə həssas yanaşmaq lazımdır. Çünki bəzən elə rəy formalaşdırılır ki, dəyişikliklər ifadə azadlığını məhdudlaşdırmaq məqsədi daşıyır. Təbii ki, qanuna yanaşma mütərəqqi mahiyyət daşıyırsa, orada mürtəce meyllərə  yer olmur. Biz də məsələnin həssaslığını nəzərə almalı, konkret mexanizmlər tətbiq etməliyik. Bu zaman daha dəqiq qərarların qəbulu mümkündür. Təşəkkür edirəm, hamınızı bu dəyişikliyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm. Hörmətli Sədr, mən iki məsələyə toxunacağam. Əvvəla, deyim ki, hörmətli Zakir Qaralovun göndərdiyi bu qanun layihəsinə səs verəcəyik, çünki çox ciddi bir məsələdir. Söhbət təkcə möhtərəm Prezidentdən və onun ailəsindən deyil, həm də vətəndaşlardan gedir. İnternet – indi “face” deyirlər, orada müxtəlif saxta profillər... Bayaq Fazil müəllim deyir ki, təhqir, filan yoxdursa, saxta profillər də ola bilər. “Böyük dayaq” filmində deyildiyi kimi, “əgər kişisənsə, öz imzanla yaz”. Yox, sən başqa saxta profil açırsan və burada nə istəyirsən deyə, ölkəni qarışdıra bilərsən.
Dünən Rusiyanın bir televiziya kanalında çox ciddi veriliş verirdilər. Deməli, Amerika və Rusiya istəsə Azərbaycanda və ya hər hansı bir ölkədə televiziya və radionu söndürə bilər. Yalnız internet işləyə bilər və oradan da dezinformasiyaları buraxa bilərlər ki, bəli, bu il Gürcüstanda dövlət çevrilişi oldu, Prezident Aparatını yandırdılar. Xalq da hər şeyə oradan baxır. 20 yanvarda bizim başımıza gələn kimi.
Bu mənada bu saxta profillərə qarşı mübarizə aparılmalıdır. Bir də bunlar xaricdən idarə olunurlar. Filtrizasiya qoyulmalıdır ki, əgər Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Prezidentinə, onun ailəsinə və sair xəbərlər yayılırsa... Özü də bunlar qruplar şəklində yazırlar. Bir də görürsən ki, bir mənasız xəbərə 3 min “layk”, 4 min şərh gəlib.
Hörmətli Sədr, bir məsələni də qeyd eləmək istəyirəm. Azərbaycan parlamentinin, deputatların əleyhinə bir cümlə deyiləndə mən dərhal qəzetimdə buna münasibət bildirirəm ki, düz deyil. Televiziyada da bunu deyirəm.
Bu gün Azərbaycan parlamentində Hadı Rəcəbli, mən və bir də Fazil Mustafa ən çox söyülən deputatlarıq. Həmin o saxta profil, filanlar bizim fikirlərimizi kontekstdən çıxarırlar. O gün bir saytda mənim atamın goruna 932 adam söymüşdü. Guya mən demişəm ki, maaşlar artırılmalıdır. Mən belə söz deməmişəm, Vahid müəllim də deməyib. Amma bunu, o cümlədən Fazil müəllimin müəyyən fikirlərini kontekstdən çıxarıb veriblər. Çox təəssüf ki, indi deputat həmkarlarımız da öz həmkarlarını müdafiə etmək əvəzinə saytlardan və sosial şəbəkələrdən qorxaraq dərhal başlayırlar başqa cür danışmağa ki, bəli, doğrudan da, maaş çoxdur. Maaşın çoxdur, alma da, başına dönüm. Səni məcbur eləmirlər ki. Məsələn, mənim qardaşım Tahir Kərimli deyir ki, mən maaş alanda utanıram. Utanma, başına dönüm, işləyirsən, maaşını alırsan da. Yəni bu nə deməkdir? Həmin sosial şəbəkələrdən çəkinirlər. Buna görə deyirəm ki, hörmətli deputat yoldaşlar, üstümüzə belə hücumlar olur, hamınız yaxanızı kənara çəkirsiniz, nəticədə 5–6 nəfər bunlara cavab vermək məcburiyyətində qalır.
O mənada deyirəm ki, çox ciddi bir qanundur. Saxta profilin, xaricdən idarə olunan profillərin qarşısını almaq da mümkündür. Kim desə ki, Azərbaycanda ifadə azadlığı boğulur, doğru deyil. Azərbaycan mətbuatında möhtərəm Prezidenti və digər dövlət məmurlarını tənqid eləyən kifayət qədər yazılar var. Onlara kim nə deyir ki? Ona görə nə həbs olunan var, nə də tutulan. Sadəcə olaraq, elə bil ki, çəkinirik. Bu deputatların hamısı, demək olar ki, jurnalistlərdən qorxurlar. Niyə qorxursunuz, o journalistlərdən biri də mənəm. Sözünüzü deyin və arxasında da durun. Vahid müəllim deməyib ki, mənim maaşım mənə çatmır. Amma deputat yoldaşlar dərhal qəzetlərə müsahibə verirlər ki, maaşımız, doğrudan da, çoxdur. Çoxdursa, həmin deputatların maaşını azaldın da, burada nə var ki? Müəllimlərə, həkimlərə və digərlərinə versinlər.
Bu mənada dəyişikliyi alqışlayıram ki, bundan sonra bu işlə ciddi məşğul olacaqlar. Dövlətin xüsusi xidmət orqanları var. Saxta profil tapmaq çox asan bir məsələdir. Mən beş-altısını tapıb cəzalandırtmışam. Axtarmışam, dostlar və hüquq mühafizə orqanları tapıblar. Bunu tapmaq nə çətin bir şeydir? Kimsə dövləti, milləti, dövlətin yüksək vəzifəli məmurlarını və adi bir vətəndaşı təhqir edəcəksə, cəzasını almalıdır. Ona görə də, deputat yoldaşlar, xahiş edirəm, bu jurnalistlərdən az qorxun. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Mən heç bir deputatın xətrinə dəymək istəmirəm. Hadi Rəcəbli deyir ki, eşq olsun. Hadi Rəcəbliyə mən şəxsən demişəm ki, müsahibə verəndə diqqətli olun və baxın onu kimlərə verirsiniz. Görsəniz ki, müsahibə verdiyiniz jurnalist sizin fikrinizi təhrif edir, başqa cür verir, bir də o adama müsahibə verməyin. Müsahibə vermək, gündəmdə qalmaq – bu nə xəstəlikdir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hadi müəllim, bir dəqiqə. Bir çoxlarımız müsahibə vermək üçün sinov gedirik. Millət vəkilisiniz, baxın, kimlərə müsahibə verirsiniz, hansı sualları cavablandırırsınız. Mən qınamaq üçün yox, Milli Məclisi qorumaq məqsədilə deyirəm ki, müsahibə verdiyiniz qəzetlərə, saytlara da bir baxın. Sizin sözünüzü iki yox, üç cür təhrif eləyib verə bilərlər. Tahir Mirkişili.
T.Mirkişili. Çox sağ olun. Cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu gün müzakirə etdiyimiz qanun layihəsi dünyada ən çox müzakirə olunan məsələlərdən biridir. Çünki sosial şəbəkələr bir neçə il öncə həyatımıza bu qədər müdaxilə etmirdilərsə, artıq indi ciddi şəkildə kütləvi informasiya vasitəsinə çevrilmişlər. Bu gün dünyada 2 milyarddan artıq, Azərbaycanda isə 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Ümumi statistikaya görə bu gün dünyada olan sosial şəbəkə istifadəçilərinin təxminən 4 faizə yaxını saxta profil hesablarıdır. Bu ümumi yanaşmanı biz Azərbaycana tətbiq eləsək, onda belə çıxır ki, Azərbaycanda 80 minə yaxın saxta profil hesabları açılmışdır.
Digər mühüm məsələlərdən biri sosial şəbəkə sahibləri, yəni hostinq xidməti edən şirkətlər bunu bacarsalar da, belə saxta profillərin açılmasına imkan yaradırlar. Bu o deməkdir ki, bu məsələlərin arxasında xüsusi maraqlar və xüsusi qüvvələr durur.
Qeyd etmək istərdim ki, dünyanın bir çox ölkələrində saxta profil hesablarının tənzimlənməsi ilə bağlı xüsusi qanunvericilik artıq qəbul olunmuşdur. 2013-cü ildə Amerika Birləşmiş Ştatlarında, 2015-ci ildə Fransada, 2016-cı ildə Böyük Britaniyada qəbul olunan qanunlara görə saxta profildən istifadə etməklə təhqir və böhtan atılmasına görə insanlar 3 ilə qədər azadlıqdan məhrumetmə və 30 min avrodan 48 min avroya qədər cərimə cəzası ilə cəzalandırılırlar. Ona görə mən hesab edirəm ki, bəlkə də biz bir az gecikmişik. Baş prokuror tərəfindən təqdim olunmuş qanun layihəsinin çoxdan qəbul olunması lazım idi.
Mən də bir çox məsələlərlə bağlı qeydlərimi bildirmək istərdim. Birincisi, bu gün Azərbaycanın sosial şəbəkələrində də bəzi müzakirələr aparılır. Bəzi insanlar bilərəkdən bu qanunun tətbiq dairəsinin təhqir yox, daha çox tənqidlə əvəz ediləcəyini göstərirlər. Amma qanunda çox açıq şəkildə göstərilmişdir ki, tənqidi fikir və yaxud da fikrin azad ifadə olunması, insan hüquq və azadlıqları heç bir halda qəbul ediləcək qanun layihəsinin əhatə dairəsinə aid deyil. Dünyanın hər bir yerində təhqir və böhtan cinayət sayılır və bu gün sosial şəbəkələr həmin təhqir və böhtanın yalnız göstərilməsinin bir üsulu kimi kənarda qalmışdır. Mən də hesab edirəm ki, həmin şəbəkələr kənarda qala bilməz və tənzimləmə obyekti kimi hökmən mövcud olmalıdırlar.
İkincisi, “İnsan hüquqları haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinə görə internet hüquqları məhdudlaşdırıla bilinən hüquqlara aiddir. Yəni bu o deməkdir ki, dünyanın hər bir ölkəsində internet hüquqları əgər hər hansı bir cinayətə gətirib çıxarırsa, məhdudlaşdırıla və bu cinayətin qarşısını almaq üçün bir çox maddələr də Cinayət Məcəlləsinə əlavə oluna bilər. Heç kimə sirr deyil ki, bu gün artıq bir çox cinayətlərin mənbələri sosial şəbəkələrə gedib çıxır. Hətta Azərbaycanda bəzi insanların intihar səbəbləri sosial şəbəkələrdən qaynaqlandığına görə hesab edirik ki, belə maddələrin bura əlavə olunmasına çox ciddi ehtiyac var.
Sonda bir məsələni diqqətinizə çatdırmaq istərdim. Artıq bir ilə yaxındır ki, qanun qəbul olunan dövlətlərdə əməliyyat-axtarış tədbirləri ilə bağlı dövlət orqanları müraciət eləyirsə, həmin sosial şəbəkələr istifadəçilərin IP ünvanlarını artıq təqdim edirlər. Odur ki, artıq bir çox dövlət orqanları, əməliyyat qrupları istədikləri saxta profil sahiblərini texniki cəhətdən müəyyən edə bilirlər. Bu texnika Azərbaycanda da var və mən hesab edirəm, artıq bu məsələnin qanunvericilik halına salınması belə saxta profillərin tapılmasına kömək edəcəkdir.
Ümumiyyətlə, saxta profil saxta sənəd kimidir. Əgər dünyada saxta sənəd yaymaq, yaratmaq, daşımaq cinayət hesab olunursa, artıq saxta profil açmaq və bundan istifadə etmək də cinayət hesab olunmalıdır.
Sonda qeyd etmək istərdim ki, hər bir cəza qanununun məqsədi o cəzanı törədən insanları onu törətməkdən yayındırmaqdır. Heç bir halda cəza qanunları insanları cəza törədəndən sonra cəzalandırmaq məqsədi daşımır.  Mən əminəm ki, qəbul olunacaq bu qanun insanları saxta profil açaraq digərlərinə təhqir və böhtan atmaqdan   çəkindirəcək, Azərbaycan internetini daha sivil ünsiyyət formasına çevirəcək. Azərbaycan internetin azad olduğu çox azsaylı ölkələrdən biridir. Ölkəmizdə 75 faizə qədər internet istifadəçisi var və hər bir şəxs öz fikir və arzularını internetdə azad ifadə edə bilir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, mən də həmkarlarım kimi, belə bir qanun layihəsinin təqdim olunmasını alqışlayıram və əminəm ki, yekunda münasibətimizi  bildirib bu sənədi qəbul edəcəyik. Əlbəttə, bu qanun layihəsinin indi təqdim olunmasının kifayət qədər ciddi əsasları olmalı idi və olmamış da deyil. Ən azı ona görə ki, artıq bu cür saxta profilləri başqa adamların adından istifadə etməni araşdırıb tapmaq imkanları istər texniki cəhətdən, istərsə də digər cəhətdən mövcuddur ki, belə bir qanun layihəsi irəli sürülür.
O ki qaldı kiminsə sosial şəbəkələrdən və yaxud mətbuat nümayəndələrindən qorxusuna, hesab edirəm ki, bu kimi fikirləri burada səsləndirməyə heç bir əsas yoxdur. Mən düşünürəm ki, millət vəkillərinin heç birinin adı çəkilən şəbəkənin nümayəndələrindən bu baxımdan qorxusu yoxdur. Bizim fəaliyyətimiz göz önündədir, seçicilərimizin, vətəndaşlarımızın və həmin mətbuatın qarşısında açıqdır.
Əgər bu gün ayrı-ayrılıqda hər birimiz və yaxud da ölkənin yüksək ali rəsmi şəxsləri və yaxın adamları haqqında lazımsız fikirlər səslənirsə, bu həmin şəxslərin humanistliyindən doğan bir neqativ hal deyil, həmin hərəkətə yol verən insanların, üzr istəyirəm,  naqisliyindəndir. Bizim də borcumuz onlara onların metodu ilə yanaşmaq deyil, qanunun aliliyindən, demokratik cəmiyyətlərin, vətəndaş cəmiyyətlərinin qəbul etdiyi normalardan istifadə edərək mübarizə aparmaqdır. Ona görə də heç kəs heç kəsdən qorxmur, heç kəs heç kəsdən çəkinmir və kimsə də bunu özü üçün qeyri-adi keyfiyyət kimi qəbul edib sabahısı gün millət vəkillərinin üzərinə qılıncını sıyırmasın. Ona görə xahiş edirəm, burada fikirlər səsləndirərkən həm özümüzü, həm qarşıdakını insan hüquqları baxımından dəyərləndirək və mövqeyimizi bu şəkildə bildirək.
Burada təhqir və böhtanın vahid bir formada təqdim olunması ilə bağlı bəzi fikirlər səsləndi. Konkret olaraq mən Tahir Kərimlinin fikirlərini vurğulamaq istəyirəm. Əlbəttə ki, bizim emosional fikirlərimiz öz yerində, prokurorluğun burada iştirak eləyən nümayəndələri qanun yaradıcılığı texnikası və cinayət təqibi baxımından lazım olan aydınlaşdırmaları burada etməlidirlər ki, bəzi suallar qaranlıq qalmasın. Mənə elə gəlir ki, öz-özlüyündə çox maraqlı fikirlər idi. Mən o fikri dəstəkləyirəm ki, saxta profil elə saxta sənəd kimi bir şeydir. Əgər biz bunu başqa səbəblərə bağlayıb normal yanaşsaq, sabahısı gün başqa hərəkətlər də baş verə bilər. Ona görə də hesab edirəm ki, bu məsələlərin də hüquqi tənzimlənməsi bu gün imkan yoxdursa, gələcəkdə tapılmalıdır.
İstər açıq ensiklopediyalarda, istərsə də sosial şəbəkələrə müxtəlif saxta profillərdən, hesablardan yerləşdirilən məlumatları tapmaq, araşdırmaq və onları cəzalandırmaq mümkündür. Bunu da qanun çərçivəsində etmək lazımdır və heç kəs heç kəsə şəxsi imkanlarını, qolunun zorunu və yaxud da qələminin gücünü sübut etməklə öz güclülüyünü ortaya qoya bilməz. Ona görə də gəlin, təqdim olunan qanun layihəsini qəbul edək. Hesab edirəm ki, onun icrası üçün bizim də çox böyük köməyimiz olmalıdır və ictimaiyyət bunun üzərində nəzarəti həyata keçirməlidir. Təşəkkür edirəm. 
Sədrlik edən. Hələ çıxış etmək istəyən yeddi nəfər millət vəkili var. Təkid eləyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail Ağamalı da çıxış etsin, ondan sonra səsə qoyaq. Buyurun.
F.Ağamalı. Çox təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən təqdim olunan qanun layihəsi ilə bağlı fikirlərimi komitədə söyləmişəm və bu gün də məndən öncə çıxış eləyən həmkarlarımın fikirləri ilə tamamilə şərikəm. Ümidvaram ki, biz bu məsələyə yekdilliklə səs verəcəyik və internet resurslarından sui-istifadə edərək ayrı-ayrı insanların, xüsusilə ölkə Prezidentinin şərəf və ləyaqətini alçaltmağa yönələn fəaliyyətə qarşı sərt qanun öz sözünü deyəcəkdir. Bu mənim  qanunla bağlı fikrimdir, buna səs verəcəyəm.
Mən niyə çıxış üçün təkid elədim? Bahar xanım, mən Sizinlə tamamilə şərikəm. Millət vəkilləri heç kimdən çəkinmir, çünki onların fəaliyyətləri şəffafdır, təmizdir. Biz xalqımıza, dövlətimizə xidmət edirik. İstənilən jurnalist bu və ya digər məsələ ilə bağlı müraciət edəndə biz məcburuq ki, ona başa düşdüyümüz, anladığımız, səviyyəmizin bizə imkan verdiyi şəkildə cavab verək. Kimisi bacarır, kimisi bacarmır, bu artıq məsələnin başqa tərəfidir. Millət vəkilləri başqa ictimai-siyasi xadimlərdən cəmiyyətə daha çox açıqdır. Ona görə də bizə jurnalistlər də, bütün vətəndaşlar da müraciət edir. Küçədə, bazarda – hər yerdə bizə müraciət edirlər və biz də, təbii ki, onların bizə ünvanladığı suallara düzgün, başa düşdüyümüz şəkildə cavab verməliyik.
Bəli, maaşla bağlı bir məsələ ortalığa çıxdı. Mən dedim ki, maaşım mənə kifayət edir, mənə bəsdir. Kim arzulayırsa ki, maaşı çox olsun, zəhmət çəksin, kəmərini bərkitsin. Bu mənim fikrimdir və düşünürəm ki, kifayət qədər bugünkü reallığa söykənən doğru fikirdir. Aqil Abbas dəfələrlə bu millət vəkillərinin içərisində çox solaxay çıxışlar eləyib. Onun səviyyəsi hələ çatmır ki, buradakı millət vəkillərinə dərs desin. Ona görə də Oqtay müəllim, xahiş edirəm, Siz onu çağırın, hərəkətlərinə, davranışlarına görə ona xəbərdarlıq eləyin. Bu, birinci dəfə deyil. Mən Sizdən üzr istəyirəm, ona görə təkid edib söz aldım ki, o, birinci dəfə deyil, millət vəkillərinə dərs keçir. Nəhayət, buna son qoyulmalıdır. Çox sağ olun.
Sədrlik edən. Mən hesab edirəm ki, yeni fikir yoxdur. Çox vaxtında təklif olunmuş  qanun layihəsidir. Bizim qonaqların sözü varsa, buyursunlar. Natiq müəllim, sözünüz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli. 
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr! Oqtay müəllim, Sizin də qeyd etdiyiniz kimi, bu yubiley medalıdır. Bizim artıq orden və medalların təsis edilməsi təcrübəmizdə yubiley medallarının da yaradılması təcrübəsi mövcuddur. Bu da təqdirəlayiqdir, çünki müstəqil dövlətimizin bir çox orqanları qısa, amma şərəfli tarixə malikdirlər. Bir sıra orqanların yubiley medalları zamanında təsis olunmuşdu.
İndi cənab Prezident tərəfindən Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017) yubiley medalının təsis edilməsi ilə bağlı layihə daxil olmuşdur. Yubiley medalının həm təsviri, həm də statusu qanunvericilik texnikasına uyğundur. Azərbaycan dövləti ilə bağlı atributlar, o cümlədən gömrük orqanlarına mənsub olan bir sıra işarələr bu yubiley medalında öz əksini tapmışdır. Həmkarlarımdan bu layihəyə səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.31 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hörmətli millət vəkilləri, mən bir az bundan qabaq 34-cü məsələni – Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsini səsə qoydum, amma gündəliyin 35-ci məsələsini də ayrıca səsə qoymaq lazımdır. Xahiş edirəm, gündəliyin 35-ci məsələsinə – Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Namiq müəllim, təşəkkür edirik, gedə bilərsiniz.
Hörmətli millət vəkilləri, indi gündəliyin 37-ci məsələsinə keçirik. Biz İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında qanun layihəsini birinci oxunuşda dinlədik. Bu, ikinci oxunuşdur. Mən xahiş edirəm, əgər ikinci oxunuşda böyük dəyişikliklər, təkliflər olmasa, bu gün qanun layihəsinin üçüncü oxunuşunu da keçirək, çünki bu qanun layihəsinin bizim idmanımız üçün çox böyük əhəmiyyəti var. Ayın 10–14-ü arasında Antidopinq komitəsində bu məsələlərə  baxılacaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Fuad Muradov. Bir dəqiqə, Fuad Muradov çıxışa başlamazdan qabaq qanun layihəsinin ikinci oxunuşu olduğu üçün onu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsini əsas kimi qəbul elədik. Buyurun, Fuad müəllim.
F.Muradov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün İdmanda dopinq vasitələrindən və üsullardan istifadəyə qarşı mübarizə haqqında qanun layihəsi ikinci oxunuşda müzakirənizə təqdim olunub. Sizin dəstəyiniz və Gənclər və İdman Nazirliyi ilə birgə yaratdığımız işçi qrupunun sayəsində bu qanun layihəsi ərsəyə gəlib. Aparatın müvafiq şöbələrinin əməyini də xüsusi qiymətləndirmək istəyirəm.
28 noyabrda biz qanun layihəsinin birinci oxunuşunu keçirdik. Ondan sonra Azərbaycana bu məsələ ilə bağlı müxtəlif ekspertlər gəldilər. Ümumdünya Antidopinq Agentliyinin nümayəndələri də 16–17 noyabrda burada oldular. Biz müzakirələrdə fikir verdik ki, məsələyə yeni yanaşmalar mövcuddur. Biz bunları nəzərə aldıq və bu gün həmin qanun layihəsi sizə təqdim olunur. Qanun layihəsi birinci oxunuşda 8 fəsil idi. Biz başqa sahələri də nəzərə alaraq onu daha da yığcamlaşdırdıq. Ona görə icazə verin, sizə bildirim ki, bu fəsillərdə hansı dəyişikliklər olub. Əgər sizin bununla bağlı sual və təklifiniz olarsa, təbii ki, biz onları nəzərə alacağıq. Bayaq dediyim kimi, bu, çərçivə qanunudur. Bundan sonra qanunvericilikdə bir neçə dəyişiklik olacaq. “Bədən tərbiyəsi haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində və digərlərində müəyyən dəyişikliklər mütləq şəkildə olacaq.
Deməli, 1-ci fəsil 4 maddədir. Burada yeni bir dəyişiklik yoxdur.
2-ci fəsildə  Milli Antidopinq Agentliyinin yaranması var. Burada tərkiblə bağlı müəyyən dəyişikliklər oldu və siz bunu görə bilərsiniz. “Milli Antidopinq Agentliyinin müstəqilliyi”, “Milli Antidopinq Agentliyinin vəzifələri”, “Milli Antidopinq Agentliyinin səlahiyyətləri”, “Müşahidə şurası” və “Milli Antidopinq Agentliyinin yurisdiksiyası”. Bu çox vacib məsələlərdən biridir, çünki bu günə qədər bizim bu istiqamətdə fəaliyyətimiz daha çox idman subyektlərini əhatə eləmirdi. Amma bundan sonra Azərbaycanda fəaliyyət göstərən bütün idman subyektləri artıq antidopinq fəaliyyətinin həyata keçirilməsi üçün Milli Antidopinq Agentliyinin nəzarətində olacaq.
3-cü fəsildə də yenilik var. Bu fəsil “Müstəqil komitələr” adlanır və 8 maddədən ibarətdir. Bu fəsil agentliyin strukturunu, müstəqil komitələrin səlahiyyətlərini müəyyənləşdirmək məqsədi daşıyır. Hörmətli millət vəkilləri, burada yeni yanaşma ondan  ibarətdir ki, Ümumdünya Antidopinq Məcəlləsində Terapevtik istifadəyə icazə komitəsi var. Hər bir idmançının müəyyən xəstəlikləri ola bilər. Onları nəzərə alaraq bu komitə həmin idmançıya icazə verir ki, sağlamlığı ilə bağlı müəyyən istiqamətdə tədbirlər həyata keçirsin. Burada həm də digər məsələlər – İntizam komitəsi, İntizam komitəsinin səlahiyyətləri, qərarları və Apellyasiya komitəsi öz əksini tapmışdır. Biz başa düşürük ki, hər bir idmançının vəzifələri ilə bərabər hüquqları da var. Ona görə çalışmışıq ki, beynəlxalq təcrübədən istifadə edərək bunu nəzərdən keçirək. Yeni bir yanaşma, yəni Apellyasiya komitəsi, onun səlahiyyətləri və vəzifələri burada öz əksini tapıb.
4-cü fəsil “İdman subyektlərinin hüquqları, vəzifələri və məsuliyyəti” adlanır. Burada biz bir az dəyişiklik etdik. Sizdə olan nüsxədə “Ədalətli dinləmələr komitəsi” də var idi. Ümumdünya Antidopinq Agentliyinin təklifi ilə bu məsələ də buradan çıxarılıb.
Sonda bildirmək istəyirəm ki, bu proses çox vaxt çəkəcək. Amma mən bir daha parlament rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, bizim komitənin üzvlərinə və xüsusi olaraq Elşad Həsənova öz təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bizimlə çiyin-çiyinə işləyən ekspertlərimizə də təşəkkürümü bildirmək istəyirəm. Hörmətli millət vəkilləri, bizə dəstək olun, çünki bu qanun Azərbaycana çox lazımdır. Biz təmiz, dopinqsiz idman üçün çalışmalıyıq. Mən inanıram ki, belə olarsa, gələcəkdə gənclərimiz böyük nailiyyətlər əldə edəcəklər. Çox sağ olun.
Sədrlik edən. Deyəsən, bu məsələ hamı üçün aydın oldu. Başqa təklif yoxdur. İkinci oxunuşdur, qanun layihəsi də 4 fəsildən ibarətdir. İki-iki səsə qoyaq. Xahiş edirəm, 1-ci və 2-ci fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.39 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 3-cü və 4-cü fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Qanunu ikinci oxunuşda bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.41 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun,  qanun layihəsi ikinci  oxunuşda qəbul olundu. Danışdığımız kimi, xahiş edirəm, qanun layihəsinin üçüncü oxunuşda da qəbul olunmasına münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.41 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi üçüncü oxunuşda da qəbul edildi. Mən bir daha gənclər və idman nazirini təbrik edirəm. Bu, Milli Məclisin Gənclər və İdman Nazirliyinə və idmançılara yeni il qabağı bir hədiyyəsidir. Çox sağ olun, bununla da iclasımız sona çatdı.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi