2016-ci il 30 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU № 32

Milli Məclisin iclas salonu.
30 dekabr 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Nurəddin Mustafayev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi.
Akif İsgəndərov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. Dünya azərbaycanlılarının  həmrəyliyi günü  münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

1. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

2. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 107
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

5. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

6. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

7. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

8. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Zahid Oruc, Yaqub Mahmudov, Cavid Qurbanov, Hikmət Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rövşən Rzayev, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

11. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

13. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

16. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

17. “İcbari sığortalar haqqında” Azərbaycan Resublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:
  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

18. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

22. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rövşən Rzayev, Tahir Kərimli, Azay Quliyev, Qənirə Paşayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

24. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

25. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Bahar Muradova

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 108
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

30  dekabr  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 100
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gəlin, yeni il ərəfəsində xoş bir xəbərlə iclasa başlayaq. Bildiyiniz kimi, 2 gün öncə millət vəkili, keçmiş SSRİ-nin, eləcə də Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın yubileyi idi. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu ən yüksək ordenlə – “Heydər Əliyev” ordeni ilə təltif elədi. Gəlin həm bu münasibətlə, həm də yubiley münasibəti ilə Zeynəb xanımı təbrik edək! (Alqışlar.)
Gündəlik sizə paylanıb, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Hörmətli millət vəkilləri, gündəlikdə 25 məsələ var. Yeni il qabağıdır, istəyirəm, çox operativ işləyək. Gündəliyin 1-ci məsələsi Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev son illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, ölkədə investisiya və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atır. Bir sıra qanunlara ciddi dəyişikliklər edilir ki, onlar da ölkə iqtisadiyyatının tarazlılığının təmin edilməsinə, iqtisadi fəallığın artmasına yönəldilmişdir.
Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlərin, vergi orqanları tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə bağlı vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyaları üçün borcların tam silinməsini və vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının isə müəyyən zaman kəsiyində qismən ödənilməsinə dair şərtlər nəzərə alınmaqla silinməsini tənzimləyir.
Maliyyə sanksiyalarına münasibətdə əgər vergi ödəyiciləri 2017-ci ilin yanvar ayı ərzində maliyyə sanksi-yalarının 30 faizini ödəyərlərsə, qalan 70 faizin, yanvarfevral ayları ərzində maliyyə sanksiyalarının 50 faizini ödəyərlərsə, qalan 50 faizin, yanvarmart ayları ərzində 70 faizini ödəyərlərsə, qalan 30 faizin silinməsi təklif olunur. Qanun layihəsi komitədə müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.
Qanun layihəsi ümumi olaraq 44704 vergi ödəyicisini əhatə edəcəkdir. Onların 1037-si dövlət sektorunda, 43666-sı isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Qeyd edilən vergi ödəyicilərinin faizlər üzrə borcları 386 milyon manat təşkil edir ki, bunun da 125 milyon manatı dövlət sektoruna, 261 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir.
Vergi orqanları tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə bağlı vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyaları üzrə borclar 6304 vergi ödəyicisini əhatə edir. Digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borcları isə 13780 vergi ödəyicisini əhatə etməklə 234 milyon manat təşkil edir.
Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası qanununun qəbulu 44704 vergi ödəyicisinin 623 milyon manat borclarını tənzimləyəcəkdir ki, bu da ölkəmizdə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasına xidmət edəcəkdir. Millət vəkillərindən bu qanun layihəsinin əhəmiyyətini nəzərə alaraq ona müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzovun sualı var. Buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da, bu, cənab Prezident tərəfindən təqdim olunan çox gözəl bir qanun layihəsidir. O qədər güzəşt olunur. Biz burada nəyi müzakirə edəcəyik? İlin sonunda biznesmenlərə, orta və kiçik sahibkarlara edilən güzəştdir. Dünyanın heç bir yerində belə şey yoxdur, dövlət özü borcları ləğv edir. Bunun nəyini müzakirə edəcəyik? Təklif edirəm ki, səsə qoyub qəbul edək. Sağ olun.
Sədrlik edən. Mən də hesab edirəm ki, bu, cənab Prezidentin bayramqabağı elədiyi çox böyük jestdir, bunu müzakirə eləməyin mənası yoxdur. Əgər təkid edən yoxdursa, o biri məsələyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Biz həm də cənab Prezidentə minnətdarlığımızı bildiririk ki, belə bir qanun layihəsi təklif edib və 740 milyon manat vergi borcunu dövlət öz üzərinə götürüb. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 2-ci məsələsi “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq məktubu ilə “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.
Təqdim edilmiş qanun layihəsində təklif edilir ki, bu qanunun 10-cu maddəsindən “dövlət inhisarında olmaqla” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə olunsun: “Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir”.
Bu dəyişikliklərin edilməsinin səbəbi nədir? Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti 2015-ci il 21 dekabrda “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 713 nömrəli Fərman imzalamışdır. Bu fərmanda nəzərdə tutulan məqamları əks etdirmək üçün qanun layihəsində bu dəyişikliklərin edilməsi təklif edilir. Təklif edirəm ki, qanun layihəsinin lehinə səs verib qəbul edək. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Rövşən Rzayev.
R.Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradıldı və əsasnaməsi təsdiq edildi. Bu hərbiləşdirilmiş dövlət qurumunun əməkdaşları xüsusi forma daşıyaraq döş nişanları ilə təltif olunurlar. Ənənəvi olaraq onlar miqrasiya orqanları işçilərinin peşə bayramı günü təltif edilirlər. Məhz bu səbəbdən cənab Prezidentin təşəbbüsü ilə Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017) medalının təsis edilməsi təklif olunur. Bu yubiley medalı ilə miqrasiya orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidməti olan şəxslər təltif olunacaqlar. Hörmətli həmkarlarımdan bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IV QD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyursun Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, informasiya texnologiyaları inkişaf etdikcə vahid elektron xidmət sistemləri də təkmilləşdirilir. Bu gün “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanuna təklif olunan dəyişikliklər də 2013-cü ildə qəbul olunan və qüvvəyə minməsi 2017-ci ildə nəzərdə tutulan layihə ilə bağlıdır. Qüvvədə olan qanuna əsasən fərdi identifikasiya kartının tətbiqi 2017-ci ildə nəzərdə tutulur. Lakin texniki səbəblərdən bu kartın hazırlanması üçün daha bir il lazımdır. Ona görə təklif olunur ki, fərdi identifikasiya kartı 2018-ci ildən tətbiq olunsun. Həmkarlarımı bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, növbəti 5 məsələ bir zərflə gəlib. Mən xahiş edirəm, diqqətlə qulaq asaq, bu 5 qanuna edilən dəyişikliklər “Reklam haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır. Ona görə xahiş edirəm, 5 qanun məruzə ediləndən sonra onları ayrı-ayrılıqda səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birinci məsələ “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyursun Rafael Hüseynov.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli həmkarlar, təklif olunan dəyişiklik “Tarix  və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunla “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu arasında uzlaşmanı təmin etmək məqsədi daşıyır.
Qanunun 1-ci maddəsi “Tarix və mədəniyyət abidələrinin qorunması” adlanır. O maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilir: “Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər”. Bu dəyişiklik yeni deyil. Faktiki olaraq 2015-ci il mayın 15-də qəbul edilmiş “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış fikirdir. Bu, texniki bir dəyişiklikdir. Həmkarlarımı həmin dəyişikliyə  səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Rafael müəllim, 7-ci məsələ də sizə aiddir. Xahiş edirəm, onu da məruzə edin.
R.Hüseynov. Hörmətli həmkarlar, eyni ilə 2015-ci il mayın 15-də qəbul edilmiş “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsini zəruri edir. Bu da, təbii ki, qanun şəbəkəsi arasında bağlantını, uzlaşmanı təmin etmək məqsədi daşıyır.
“Nəşriyyat işi haqqında” Qanunun 17-ci maddəsi “Nəşriyyat işi sahəsində reklam” adlanır və mövcud variantda bu, sadəcə, 2 cümlədən ibarətdir. Lakin indi həmin maddə xeyli genişləndirilir. 8 bənddən ibarət maddə artıq reklam və nəşriyyat işi prosesini çox dəqiq şəkildə uzlaşdıran mükəmməl bir sistemə çevrilir.
Mən dəyişiklikləri diqqətinizə təqdim etmək istəyirəm. 17.1-ci maddə: “Mülkiyyət formasından asılı olmayaraq reklam yayıcısı nəşriyyat məhsullarında reklam yerinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur”.
17.2-ci maddə: “Reklam xarakteri daşımayan dövri mətbu nəşrlərdə yerləşdirilən reklam müvafiq olaraq “reklam” və ya “reklam hüququ ilə” qeydləri edilməklə verilməlidir. Bu cür nəşrlərdə yerləşdirilən reklam dövri mətbu nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır (dövri mətbu nəşrin üz və arxa qabığında qəzetlərin birinci səhifəsində verilən reklam istisna olmaqla)”.
17.3-cü maddə: “Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə alkoqollu içkilərin, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə həmçinin onlara aid olmayan əmtəələrin reklamı yerləşdirilə bilməz”.
17.4-cü maddə: “Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz”.
17.5-ci maddə: “Dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz”.
17.6-cı maddə: “Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur”.
17.7-ci maddə: “Audiovizual məhsulların qabının üzərində “reklamla”, yaxud “reklamsız” qeydləri olmalıdır”. 
17.8-ci maddə: “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmtəənin bazarda satılması məqsədi daşımayan və sosial reklam olmayan redaksiya-nəşr materiallarına həmin qanunun tələbləri şamil olunmur”.
Bu 8 bəndin hər biri haqqında istənilən məlumat verə, mahiyyətini aça bilərəm. Lakin buna ehtiyac yoxdur, çünki “Reklam haqqında” Qanun qəbul edilərkən bunların hamısı şərh edilib. Bu dəyişiklik “Reklam haqqında” Qanunla “Nəşriyyat işi haqqında” Qanunun arasındakı bağlantını, uzlaşmanı təmin etmək üçün nəzərdə tutulub. Texniki səciyyəli dəyişiklikdir. Ona görə də həmkarlarımı müzakirəsiz bu müddəalara səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. 6-cı məsələ “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov. Oqtay müəllim dediyi kimi, “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə təklif edilir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun IX fəslinin adında “informasiya” sözündən sonra “reklam sahəsində ətraf mühitin mühafizəsi” sözləri və IX fəslə yeni 64.1-ci maddə əlavə edilsin. Bu yeni maddə iki bənddən ibarətdir. Birinci bənd: “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır. Ətraf mühit üçün təhlükə potensialı olan reklamı qadağan olunan əmtəələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.
İkinci bənd: “Reklam ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda  əmtəənin ətraf mühitə mənfi təsiri barədə məlumatların qəsdən gizlədilməsinə yol verilmir”. Əminəm ki, qanun layihəsinə səs verib qəbul edəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. 8-ci məsələ “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz “Reklam haqqında” Qanunu Milli Məclisdə müzakirə edərkən bu məsələlər qaldırılmışdı. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa bir maddə əlavə edilir. Burada söhbət lotereyaların reklamından gedir və onların verilməsinə olan tələblər, qadağalar müəyyən edilir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Sağ olun. Nəhayət, bu zərfdəki sonuncu məsələ “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, İsa Həbibbəyli.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! “Təhsil haqqında” Qanunu 2015-ci il 15 may tarixli “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə 11-ci maddəyə əlavələr edilməsi nəzərdə tutulub. Birinci, dərslikdə, dərs vəsaitlərində, dəftərdə, tədris materialında, gündəliklərdə, yetkinlik yaşına çatmayanlar üçün kitabda reklam yerləşdirilə bilməz.
İkinci, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki cəhətdən zərərli olan reklamlar müvafiq icra hakimiyyətinin müəyyən elədiyi məsafədən yaxın yerdə yerləşdirilə bilməz.
Üçüncü, lotereyaların, idman mərc oyunlarının açıq reklamı həm məktəbəqədər təhsil müəssisələrindən, həm də ümumi təhsil müəssisələrindən ən azı yüz metr aralıda yerləşdirilməlidir. Məsələ çox konkret verilmişdir, əlavə izaha ehtiyacı yoxdur.  Səsə qoymağı təklif edirəm. Sağ olun.
Sədrlik edən. Müzakirələrə keçirik. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar və media nümayəndələri! “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna edilən dəyişiklikləri müzakirə ediriksə, bir məsələyə şəxsən münasibət bildirməyi vacib sayıram. Həm də iclası yarım saata yekunlaşdıracağıq, ona görə Oqtay müəllim, xahiş edirəm, iki dəqiqə  imkan yaradasınız. 
Mətbuatda oxudum ki, İran İslam Respublikası Şuşadakı tarixi məscidin bərpası ilə bağlı Ermənistan tərəfi və Dağlıq Qarabağdakı separatçı rejimlə razılıq əldə edib. O gün də İranın müdafiə naziri Hüseyn Dehqan açıqlama verib ki, biz İsrailin regionda iştirakına dözməyəcəyik. Azərbaycanda gözəl el misalı var: “A bala, adın nədir? Cavab verir ki, Mülayim. Deyir, sərt olub neyləyəcəkdin?” İran dözməyib neyləyəcək? Azərbaycanı işğal eləyəcək? İran Azərbaycana hücum eləsə,  siyasi xəritədən silinəcək və İranın yerinə ən azı 5 yeni dövlət yaranacaq.
Dünən ermənilər yenidən təxribat törədiblər.  Bu dəfə qəsdən Ermənistan–Azərbaycan sərhədində bunu ediblər. İstəyirlər ki, üçüncü dövləti – Rusiyanı bu münaqişəyə qoşsunlar. Mən hesab edirəm ki, bizim xarici işlər naziri çox zamanında lazımi bir açıqlama ilə çıxış elədi. Erməni xalqı bilməlidir ki, Azərbaycan işğalçı əsgərlər üçün yalnız məzar yeri ola bilər. Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar. Amma çox təəssüf ki, Ermənistanın tütəyinə çevrilmiş Bordyuja yenə Ermənistanı müdafiəyə qalxıb, separatçı rejimi “Dağlıq Qarabağ Respublikası” adlandırıb və sair.
Mən hesab edirəm ki, bizim xarici işlər naziri bununla bağlı açıqlama versə də, biz  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlərin hər birinə ayrı-ayrılıqda müraciət etməliyik. Bir daha deyirəm, bu “tütək” artıq baş katib vəzifəsindən uzaqlaşdırılmalıdır. O artıq Ermənistanın ruporuna çevrilib. Yəni bu adam artıq tamamilə mövqeyini itirib, Ermənistan tərəfindən ələ alınıb. Biz nə qədər onun çılğın, yersiz, beynəlxalq hüquqa təhqir hesab olunan, hətta Rusiyanın özünə zərbə vuran açıqlamalarına dözəcəyik? Ona görə hesab edirəm ki, bu məsələni diqqətə çatdırmalıyıq, üzv dövlətlərin hər birinə ayrı-ayrılıqda müraciət eləməliyik.
Həm də son vaxtlar Türkiyə ilə İsrail arasında münasibətlər yaxşılaşır. Azərbaycan çalışmalıdır ki, bu işə öz töhfəsini versin və bu münasibətlər bir az da yaxşılaşsın. Biz İsraillə əməkdaşlığı daha yüksək  səviyyəyə qaldırmalıyıq. Ona görə düşünürəm ki, İsraildə də Azərbaycan Respublikasının səfirliyinin açılmasının vaxtı çatıb. Dəyişikliklərin də hamısına səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Qüdrət müəllim, birinci, bu barədə hamı fikirləşir. Mən səhər Elmar Məmmədyarovla danışdım, məktublar da göndərilir. Nikolay Bordyuja savadsız danışıb, amma bunu şişirtmək lazım deyil, çünki onun fikri Rusiyanın mövqeyi demək deyil. O KTMT-nin baş katibliyindən çıxandan sonra yerinə Köçəryanı gətirmək istəyirlər. Biz bunu bilməliyik, burada hər cür təxribat da ola bilər.
O ki qaldı İran məsələsinə, İranda kimsə nəsə deyə bilər. İran bizim daxili işimizə qarışır, amma biz onların daxili işinə qarışmırıq. İranın prezidenti Ermənistana getdi. Biz bir kəlmə demədik ki. Hər dövlətin daxili siyasəti var. Kiminsə sözü ilə burada müzakirə açmayaq. Biz öz siyasətimizi aparırıq. Özü də görürsünüz ki, nə qədər dəqiq, səlis siyasət aparılır. Bununla da kifayətlənməliyik. Yəni məsələləri çox gərginləşdirməyə lüzum görmürəm. Buyurun, Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də qısaca olaraq “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”,  “Nəşriyyat işi haqqında” və “Təhsil haqqında” qanunlara edilən dəyişikliklərlə əlaqədar fikrimi bildirmək istəyirəm. Mənə tarix müəllimləri müraciət eləyiblər. Oqtay müəllim, məsələ nədən ibarətdir? Orta məktəblərin rus bölməsinin 8-ci sinfində Azərbaycan tarixini ayrı keçirlər, Qarabağ tarixini ayrı. Ayrı-ayrı kitablardır. Bəyəm Qarabağın tarixi Azərbaycan tarixi deyil? Bu baxımdan həm İsa müəllimdən, həm də Yaqub müəllimdən xahiş edək ki, buna bir aydınlıq gətirsinlər. Onda İrəvanın tarixini də, Naxçıvanın tarixini də ayrıca verək. Bu nəyə uyğun gəlir? Özü də bunun rus bölməsində olması məni çox narahat edir. Ona görə ki, istənilən zaman bundan istifadə edə, “Azərbaycan məktəblərində Qarabağın tarixi bir cür, Azərbaycan tarixi başqa cür keçilir” deyə bilərlər. Xahiş edirəm, bununla əlaqədar tapşırıq verəsiniz ki, araşdırma aparılsın. Sağ olun.
Sədrlik edən. Çox düzgün məsələdir. İsa müəllim, xahiş edirəm, bu məsələni araşdırasınız. Bizdə hər regionun ayrıca tarixi yoxdur ki? Bunlar bir dərslikdə verilməlidir. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Mən də qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə hər kəsi təbrik edirəm.
Bu düzəlişlərin hamısı vacib və əhəmiyyətlidir, biz onlara səs verəcəyik. Amma mən bir məsələni vurğulamaq istəyirəm. Biz çox önəmli olan bu dəyişikliklərin, düzəlişlərin, əlavələrin həyata keçirilməsi mexanizmləri barədə də ciddi şəkildə düşünməliyik. Çünki buna qədər də bəzi qanunlarımızda bu istiqamətdə məsələlər öz əksini tapıb, amma onların yerinə yetirilməsində ciddi problemlər var.
İstər “Lotereyalar haqqında”, istərsə də “Təhsil haqqında” qanunlarda qeyd olunur ki, belə reklamlar məktəbdən 100 metr kənarda yerləşdirilir. “Tütün və tütün məmulatları haqqında” Qanunda da yazılır ki, məktəbə yaxın ərazilərdə tütün məhsullarının satışı qadağandır və sair. Amma bunların heç biri həyata keçirilmir. Bunlar çox önəmli dəyişikliklərdir. Onların yerinə yetirilməsi üçün müvafiq qurumların məsuliyyəti məsələsinin, cərimə və cəzaların gücləndirilməsinin sərtləşdirilməsi vacibdir ki, sabah bu dəyişikliklər kağız üzərində qalmasınlar. Bu məsələlərə də diqqət yetirmək lazımdır. Yenə qeyd edirəm ki, bunlar çox önəmli dəyişikliklərdir, amma bunların həyata keçirilməsi daha önəmlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siz “Tütün və tütün məmulatı haqqında” Qanunu oxumusunuz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəs onda niyə deyirsiniz ki, cərimələr yoxdur. Cərimələr də var, hamısı da yazılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hələ qəbul eləməmişik, qəbul olunanda yerinə yetiriləcək. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, cənab Sədr. Bu günlərdə Nəsimi rayonunun təhsil işçiləri mənə müraciət ediblər. Gündəlikdə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərlə bağlı məsələ olduğu üçün fürsət düşüb, onu ifadə etməyi özümə borc bilirəm. Sovet dövründən ta bir neçə il bundan qabağa qədər orta məktəblərdə rüblük tətil dekabr ayının sonunda, yanvar ayının əvvəlində olub. Təxminən iki həftəyə qədər tətil olub. Amma bir neçə ildir ki, bu tətili yanvar ayının 24-nə keçiriblər.
Təhsil işçiləri də haqlı olaraq deyirlər ki, Milli Məclisin qanununda da təsbit olunub, yanvarda onsuz da ən azı 4-5 gün tətil verilir. 10-15 gündən sonra yenidən orta məktəblərə tətil verilir ki, o da qısa müddətli olur. Bu mənada təhsil prosesi pozulur. Həm bəri başdan valideynlər uşaqlarını məktəbdən götürürlər, həm də qısa müddət olduğuna görə tətildən bir neçə gün sonra məktəbə göndərirlər. Ona görə Milli Məclisdən, şəxsən Sizdən xahiş edirlər ki, bir əsrə qədər istifadə olunmuş rüblük tətili əvvəlki rejimə qaytarmaq üçün köməklik edəsiniz. Deyirlər ki, 5-də işə çıxacağıq, 15 gündən sonra yenidən 4-5 gün tətil olacaq. Sağ olun. 
Sədrlik edən. Çıxış etmək istəyənlərin sayı artır. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Müzakirə olunan məsələlərlə bağlı fikirlərimi çox qısa şəkildə söyləmək istəyirəm. Əlbəttə, artıq burada qeyd olundu, qanunların uzlaşdırılmasından danışırıq. Təbii ki, bizim təşəbbüslərimiz onların qarşıdakı dövrdə müəyyən qədər dəyişdirilməsinə xidmət eləyə bilər. Təhsil haqqında qanunvericilikdə sərt müddəalar müəyyənləşdirmişik. Söhbət dərsliklərdə, dərs vəsaitlərində reklamın qadağan olunmasından gedir. Ancaq hər birimiz şahidik ki, kitabları çıxmaq şərtilə övladlarımızın evlərə daşıdığı dəftərlərdə və bu yönlü vəsaitlərdə müxtəlif ölkələrin nağılları, nağıl qəhrəmanları, simvolları geniş şəkildə təbliğ olunur. Bu dəftərlərin üzərində nə qədər barbilər, Andersonun nağıllarının qəhrəmanları olar? Ola bilər ki, kimsə bunu reklam kimi qəbul etməsin. Amma bu, uşaqların psixologiyasına təsir eləyir. Azərbaycan tarixinin qəhrəmanları, müasir dövrün simvolları azdırmı? Biz nəyə görə bunları o dəftərlərin üzərində vermirik? Bunların hamısı təhtəlşüurda izlər buraxır və həmin obrazlar sonra cəmiyyətə daşınır.
Cənab Sədr, dünən Siz də Azərbaycan–Ermənistan sərhədində baş vermiş təxribata münasibət bildirdiniz. O fikirlərə rəğmən qısa olaraq nəyi qeyd etmək istəyirəm? Düşünürəm ki, bu təxribatların üç mühüm səbəbi var. Birincisi, Ermənistan cəmiyyətində kompromis mövzusu son dövr aktuallaşıb. Keçmiş prezident Levon Ter-Petrosyan milli konqresin qurultayında tarixi bir çıxış eləyib. Erməni cəmiyyətinə müraciət edib ki, 18 ay əvvəl onu nahaq deviriblər, indi həmin şərtlərin qarşısındadırlar və güzəştə getməsələr, ağır şərtlər onların üzərinə gələcək. Bu fikir güclənirdi. Erməni  rəhbərliyi təxribat edirdi ki, baxın, Azərbaycan müharibə törədir və onlarla sülhə getmək mümkün olmayacaq.
İkinci, aprelin 2-dən 5-dək olan dörd günlük müharibədə kollektiv təhlükəsizlik siyasəti işləmədi. Ermənistan nəinki onlardan dəstək almadı, əvəzində Sarkisyan deyirdi ki, Azərbaycanın atdığı güllələr həm də Düşənbəyə, Minskə, Astanaya, Moskvaya qarşıdır. Amma o gördü ki, nə qırğız, nə qazax, nə də belarus erməni cəbhəsindən bizim əleyhimizə vuruşmaq istəmir. O dövlətlərlə bizim çözəcəyimiz hərbi problem yoxdur. Bu təxribatı Qarabağ ərazisindən kənarda edirlər ki, baxın, bütün sərhəd boyu təhlükə var, bizi hansısa formada müdafiə edin. Bununla Rusiyanı şantaj eləmək istəyirlər. Çox haqlı olaraq burada qeyd olundu ki, Bordyuja Rusiya demək deyil.
Üçüncü, bəlkə də bu fikri indi çox vurğulayan yoxdur, amma mən hesab edirəm ki, Suriyada bu gün qüvvəyə minən çox mühüm bir saziş var. Rusiya–Türkiyə arasında sülh razılaşması imzalanıb. Bu, 5 il davam edən qanlı müharibənin durdurulması üçündür. Bu, müxtəlif dövlətləri, o cümlədən Ermənistanı narahat edir. Onlar bu təxribatları törədirlər ki, Rusiya Azərbaycandakı prosesə müdaxilə etsin. Bilirsiniz ki, 2010-cu ildə Azərbaycan–Türkiyə arasında Strateji Tərəfdaşlıq Şurası yaradılıb, iki dövlət arasında hərbi müttəfiqlik sazişi, razılaşmalar mövcuddur. İstəyirlər ki, Türkiyə Suriyaya qoşun yeritdiyi kimi Ermənistan sərhədlərini pozsun və bu təxribatlara əsasən Türkiyə–Rusiya razılaşmaları pozulsun və tarixdəki kimi təzədən müharibə törənsin. Ona görə də Sizin qeyd etdiyiniz kimi, Azərbaycan məhz Bordyujaya yönəli etirazlarını ortaya qoymalıdır. Amma Rusiya 90-cı illərdən fərqli olaraq indi Azərbaycanla çox yaxşı münasibətlərdədir və açığını desəm, Ermənistan artıq  heç forpost da deyil. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm və bir də diqqətinizə çatdırıram ki, bunlar düzəlişlərdir. Yaqub Mahmudov.
Y.Mahmudov. Çox sağ olun, cənab Sədr. Mən həmkarımız Siyavuş Novruzova dərin minnətdarlığımı bildirirəm, olduqca aktual, maraqlı məsələ qaldırdı. Məsələ burasındadır ki, çox təəssüf, bizim ölkəmizdə bir sıra dairələr yerli-yersiz bu tarix məsələlərinə girişirlər və mənəvi sistemimizə, ideologiyamıza çox ağır zərbə vururlar.
Biz indi 10-cu sinif üçün tarix dərsliklərini işləyirik. Təhsil Nazirliyi xüsusi elanlar verir, məxfi dərsliklər hazırlanır və müsabiqələrdən keçirilir. Bu dərsliklərin sırasında “Qarabağ tarixi” adında dərslik yoxdur. Bunu kim daxil edibsə, hesab edirəm ki, bu, Azərbaycan tarix elminə qarşı bir təxribatdır və aradan qaldırılmalıdır.
Bizim xalqımızın bir tarixi var – Azərbaycan tarixi. Tariximizin ayrı-ayrı dövrlərində bizim vətənimiz parçalanana qədər olduğu kimi “Azərbaycan tarixi” adı altında tədris olunmalıdır. O cümlədən də 1918-ci ilə qədər İrəvan bölgəsinin tarixi də Azərbaycan tarixinin üzərində getməlidir. Həmin illərə qədər Dərbənd də bizim üzərimizdə getməlidir. “Türkmənçay”a qədər bizim şimallı-cənublu tariximiz eyni dərslik altında öyrənilməlidir və bu cür də öyrənilir. Amma bunu daxil eləyənlərə kəskin etirazımı bildirirəm, çünki bizim Azərbaycan tarixi ölkə başçısının birbaşa təşəbbüsü, tövsiyəsi, tapşırığı ilə işlənilir. Bunlar haradan gəlir? Bunun qarşısı alınmalıdır. Bir də görürsən ki, alban mədəniyyətinin abidələrini təqdim edirlər, özü də adını “Qafqaz Albaniyası” qoyurlar, türk tarixi tamamilə silinir. Dövlət proqramı layihəsini hazırlayırlar. Bu işlər harada hazırlanır?
Bunu bir dəfə Milli Məclisdə də demişəm. Ölkədə tarix elminin araşdırıldığı bir mərkəz var. Prezident sərəncamında da bunu qeyd eləyib, ona görə kəskin etirazımı bildirirəm. Belə bir dərsliyin mövcud olması barədə Siyavuş müəllimin dedikləri bizim üçün yenidir. Bu, aradan qaldırılmalı, yığışdırılmalıdır. Azərbaycanın  vahid tarixi var və bizim tariximiz də vahid Azərbaycan altında müxtəlif dövrlərə qədər öyrədilməlidir.
Bu dəyişikliklə əlaqədar isə xahiş edirəm, bir təklifimi nəzərə alasınız. O da bundan ibarətdir ki, müxtəlif dövrlərdə tariximiz, abidələrimiz təhrif edilib. Bunlardan bir-ikisi barədə mən cənab Prezidentə müraciət etmişəm. Göstəriş verilib, bu işlər sürətləndirilməlidir. Məsələn,  Şirvanşahlar saray kompleksinin üstünü torpaqla doldurub Şamaxı şəhərinin ən yüksək yerində Lalayan özünə ev tikdirib. Bu gün orada 4 otaqdan ibarət 1 mərtəbəli ev var. 1918-ci ildə də Lalayanın evindən Şamaxı bombardman olunub. O cümlədən də Prezident İlham Əliyevin bərpa elətdirdiyi Şamaxı məscidi. İndi onun üstündəki o 4 otaqlı ev kimə lazımdır? Ora bərpa olunmalıdır və o Şirvanşahlar sarayı arxeoloji qazıntılarla üzə çıxarılıb, tariximiz ortalığa qoyulmalıdır.
Məsələn, Şəkidə Xan sarayının həyətində “Tanrıçılıq abidəsi” var, dairəvi abidədir. Özü də İslamdan əvvəl bizim tək Allahlı dinimizdir. Xristianlıqdan da əvvəl tək Allahlı dindir. 1830–1840-cı illərdə İlisu, Şəki üsyanlarından sonra Şəkini işğal edənlər təzədən o dairəvi abidəyə iki tərəfdən bir diş çıxarıb onu xristian kilsəsinə döndəriblər, arxasına da bir-iki erməni və gürcü qəbri qoyublar. Bu günə kimi orada durur. Niyə orada durmalıdır? Bunu da cənab Prezidentə müraciət etmişik və müvafiq göstərişlər verilib. Artıq vaxtdır, hansı dövrdə təhrif olunmasından asılı olmayaraq tarixi abidələrimiz əvvəlki formasına qaytarılmalıdır.
Bu dəyişikliklər son dərəcə vacibdir. Bir də, pay torpağı olaraq verilən yerlərdə bizim çoxlu tarixi abidələrimiz batır. Mənə elə gəlir ki, o yerlərin əvəzinə vətəndaşlara ayrı yerdə torpaq verilməli və o torpaqlarda da qazıntı işləri aparılmalıdır. Mən bir də Siyavuş müəllimin qaldırdığı məsələyə qayıdıram. Ayrıca Albaniya tarixi, başqa tarix yoxdur, vahid Azərbaycan tarixi var. Bu təxribatlara son qoyulmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bu məsələ hamı üçün maraqlıdır, ona görə xahiş edirəm, araşdırın görək, Dağlıq Qarabağ haqqında o dərsliyi yazan və paylayan kimdir? Onu dəqiqləşdirin, gələn dəfə deyərsiniz. Cavid Qurbanov.
C.Qurbanov. Təşəkkür edirəm, cənab Sədr. Mən də dəyişikliklərə səs verəcəyəm, ancaq istəyirəm, bir məsələ barədə danışım. Deputat həmkarım Qüdrət Həsənquliyev deyir ki, İranın hərbi naziri elə dedi, belə dedi. Mən istəyirəm, yada salım ki, 3 gün öncə İran və Azərbaycan Hökumətlərarası komissiyanın sədri Mahmud Vaizi Azərbaycanda olub və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Biz burada bir çox məsələ müzakirə etmişik. Bütün hallarda ölkələrimiz arasında münasibətin ən yüksək səviyyədə olduğunu şəxsən Mahmud Vaizi həm cənab Prezidentin hüzurunda, həm də mətbuat nümayəndələrinin qarşısında təkrar-təkrar söyləyib.
Biz dünən Azərbaycanın çox gözəl diyarı olan Naxçıvandan İranın Məşhəd şəhərinə sürət qatarını yola saldıq. Mahmud Vaizinin təklifi ilə bu qatara “Dostluq qatarı” adını qoyduq. Bu qatarı İran Culfasında çox gözəl qarşılayıblar, qurban kəsiblər, şirniyyat paylayıblar və sair. Bu, münasibətlərin get-gedə yaxşılaşmasından xəbər verir.
Mən istəyirəm ki, deputat həmkarlarımdan bir xahiş edim. Hər bir dövlətin özünün daxili siyasəti var; kimi qəbul edəcək, kimi yola salacaq və sair. Amma harada, nə isə deyilirsə, buna bir az həssas yanaşmaq lazımdır. Bunu hər kəs çox diqqətlə izləyir. Bizim İranla münasibətlərimiz bu gün çox yüksək səviyyədədir və belə də davam edəcək. Oqtay müəllim, biləsiniz ki, o, Naxçıvanda ulu öndərimiz haqqında necə gözəl, necə məhəbbətlə xatirələr danışırdı. Bir daha qeyd edirəm ki, bu dostluq münasibətləri yüksək səviyyədədir və biz bu məsələlərə bir az həssas yanaşmalıyıq. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən də təklif olunan qanun layihələrinə səs verəcəyəm, ancaq bir məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Tarix və mədəniyyət abidələrinin qorunması nə qədər vacibdirsə, onların düzgün tanıdılması da bir o qədər vacibdir. Bu həm daxili auditoriya, həm də ölkəmizə gələn turistlər üçün keçərlidir. Bilirik ki, Azərbaycanda turizm inkişaf  edir, ölkəmizə çox sayda turist gəlir. Tarixi abidələrimizin onlara doğru tanıdılması çox vacibdir.
Diqqətinizi digər bir məsələyə də cəlb etmək istərdim. İslama qədərki tarixi abidələrimizin üzərində olan tanıtım lövhələri bəzi hallarda reallığı əks elətdirmir. Bilirik ki, IV əsrdə Azərbaycanda xristianlıq rəsmi dövlət dini kimi qəbul edilib və o vaxt tikilən monastırlar, kilsələr bizim əcdadımızın yaratdığı mədəniyyət abidələridir, yaşadığımız xristian keçmişimizin mədəniyyətidir. Çox təəssüf ki, bu mədəniyyət abidələri sanki başqa bir xalqa məxsus abidələr kimi tanıdılır. Birincisi, lövhələr yazılarkən ad təhrif edilir, ən yaxşı halda Albaniya yazılır. Düşünürəm ki, bu ad doğru deyil, bu Ağbaniyadır. “Albaniya” adı XVIII əsrdən sonra rus tarixşünaslığının Azərbaycanın ilkin orta əsrlər tarixinə sırıdığı bir addır. Burada düzəliş aparmaq lazımdır.
İkincisi, bunların məhz bizim əcdadımızın yaratdığı mədəniyyət nümunəsi kimi təqdim olunmasına ehtiyac var. Bu çox vacibdir, çünki Azərbaycan yeganə ölkədir ki, burada iudaizm də, xristianlıq da, islam da rəsmi dövlət dini səviyyəsində tarixin müxtəlif mərhələlərində mövcud olubdur. Biz hər mərhələdə yaratdığımız tarixə sahib çıxmalı, onu olduğu kimi təqdim etməliyik. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. İndi səsverməyə keçək. Hörmətli millət vəkilləri, Yeni il qabağıdır, ona görə mən heç kimi incitmək istəmədim. Qanunların uyğunlaşdırılmasından söhbət getməlidir, amma biz başqa məsələləri müzakirə etdik. Xahiş edirəm, gündəlikdəki məsələ ətrafında danışın.
Xahiş edirəm, gündəliyin 5-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 6-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 7-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 8-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, 9-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 3 məsələ də bir zərflə gəlib, şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə əlaqədardır. 1-ci məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Rövşən Rzayev. Xahiş edirəm, üçünü də bir yerdə şərh edin, sonra ayrı-ayrılıqda səsə qoyarıq. Buyurun.
R.Rzayev. Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna təklif olunan dəyişiklik əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşayış yerinin müəyyən edilməsi üçün onlara qaçqın vəsiqəsinin verilməsini və həmin vəsiqədə yaşayış yeri üzrə qeydiyyatın aparılmasını nəzərdə tutur. Qaçqın vəsiqəsi müvəqqəti olaraq şəxsiyyəti təsdiq edən sənəddir. Həmin sənəddə yaşayış yerinin qeyd olunması inzibati idarəçilik baxımından olduqca vacibdir.
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 12-ci maddəsinə təklif olunur ki, Azərbaycan Respublikası ərazisində qanuni qalmaq hüququ verən sənədə qaçqın vəsiqəsi, “yaşayış yeri üzrə qeydiyyata alındığı” tələbi əlavə edilsin. Bu əlavə öz növbəsində müvafiq icra orqanları qarşısında qaçqın vəsiqəsinə yaşayış yeri üzrə qeydiyyatın aparılması tələbini qoyacaqdır.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnaməyə “və ya qaçqın statusu” müddəası və “qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar” abzası əlavə edilir. Bu əlavələr hər bir halda qaçqınların qaldığı yer üzrə qeydiyyata alınmasını şərtləndirir. Hörmətli millət vəkilləri, təklif edirəm, müzakirəyə çıxarılan layihələrə səs verəsiniz. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Deməli, bu qanun layihələri bir zərfdə gəlib. Rövşən müəllim, üçünü də məruzə etdiniz, səsverməni ayrı-ayrı aparacağıq. Xahiş edirəm, 10-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 11-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, xahiş edirəm, 12-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər ölkədə maliyyə nəzarətinin daha da gücləndirilməsi, şəffaflığın artırılması istiqamətində görülən tədbirlərlə əlaqədardır.
Qanunun 6.6-cı maddəsi çıxarılır. Bununla əlaqədar olaraq 6, 7, 10 və 19-cu maddələrdə müvafiq dəyişikliklər edilir.
Qanunun 19.6-cı maddəsi yeni redaksiyada verilir: “Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər”. Eyni zamanda, 26.4-cü maddədə də funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği təklif edilir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, növbəti beş məsələ də cənab Prezidentin bir məktubu ilə daxil olub. Ona görə 14, 15, 16, 17 və 18-ci məsələləri birlikdə müzakirə edək, amma səsverməni ayrı-ayrı aparaq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 14-cü məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi 2015-ci il 29 may tarixli “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmaq məqsədi ilə hazırlanmışdır.
Vergilər Məcəlləsinə edilən dəyişiklik ondan ibarətdir ki, 221-ci maddənin aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Vəkalətnamə (etibarnamə) və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə nəqliyyat vasitəsini vəkalətnamə (etibarnamə) və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə ilə idarə edən şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş verginin ödənilməsinə avtomobil nəqliyyatı vasitəsinin sahibi məsuliyyət daşıyır”. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Növbəti məsələ “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdir ki, bunun da mahiyyəti bütövlükdə sığorta sisteminin həmin qanuna uyğunlaşdırılması məqsədi daşıyır. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Növbəti məsələləri təqdim etmək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayevə söz verirəm. Buyurun, 15, 16 və 18-ci məsələləri təqdim edin.
R.Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımaları qaydalarının əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətin gücləndirilməsi avtobus sürücülərinin sərnişinlər qarşısında məsuliyyətin artırılmasına xidmət edir. İnzibati Xətalar Məcəlləsinin 322.0.9 və 322.0.10-cu maddələri avtobus sürücülərində marşrutlar üçün müəyyən edilmiş  hərəkət cədvəllərini pozduqlarına və dayanacaqlardan kənarda sərnişinləri mindirib, düşürmələrinə görə inzibati məsuliyyət yaradacaqdır. Bu məsələ kifayət qədər aktualdır, çünki yollarda süni yaranan tixacların, piyadalar və sərnişinlər üçün yaranan təhlükələrin qarşısının alınması üçün intizam məsuliyyətinin artırılmasına ehtiyac yaranıbdır. Təklif edirəm, dəyişikliklərə səs verək.
İcazə verin, 16-cı məsələni də təqdim edim. Notariat xidməti, vahid elektron sisteminin yaradılması və bu məlumatların müvafiq qurumlara vaxtında ötürülməsi ümumilikdə idarəçilik sistemində intizam yaratmış olur. Əksər nəqliyyat vasitələrinin sahibləri avtomaşınlarını satdıqları halda  icarə müqaviləsi ilə bu ədqləri həyata keçirirlər. Ona görə də “Notariat haqqında” Qanunun 32-ci maddəsində avtomaşınların icarə müqavilələri haqqında məlumatların Dövlət Yol Polisinə göndərilməsi nəzərdə tutulubdur. Cənab Prezident tərəfindən gələn layihədə təklif olunur ki,  müvafiq icra hakimiyyəti orqanına nəqliyyat vasitələrinin icarəyə verilməsi ilə yanaşı, avtomaşınlar üzrə digər əşya hüquqlarına dair müqavilə haqqında məlumat da göndərilsin.
İcazə verin, 18-ci məsələyə də münasibətimi bildirim. Möhtərəm cənab Prezident tərəfindən gələn layihədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun bir neçə maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Qanunun müddəalarına uyğunlaşdırılması təklif olunur.  Qanunun 27, 30, 37-ci maddələrinə təklif edilən dəyişikliklər hüquqi və texniki  baxımdan əhəmiyyətlidir. 27-ci və 37-ci maddələrdə yol polisinin üzərinə nəqliyyat vasitələrinin icarəyə götürülməsi ilə yanaşı, avtomobillər üzrə digər əşya hüquqlarına dair müqavilələrin də qeydiyyatının aparılması vəzifəsi qoyulur. 30-cu maddəyə  isə “stansiya” sözündən sonra  “(sahələr)” sözünün əlavə olunması təklif olunur. Həmkarlarımdan xahiş edirəm, təqdim olunan hər 3 layihəyə öz müsbət mövqelərini bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Rövşən müəllim. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, 14-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 15-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 16-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 17-ci məsələyə, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 18-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, gündəliyin 19 və 20-ci məsələləri də cənab Prezidentin bir məktubu ilə daxil olub.  Rövşən müəllim, buyurun.
R.Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri!  Mülki Məcəllənin 109-cu maddəsi kooperativlər haqqında əsas müddəaları müəyyən edir. Əlavə edilən 109.18-ci maddədə isə kənd təsərrüfatı kooperativlərinin təşkili və fəaliyyətinin Mülki Məcəllə ilə yanaşı, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunla tənzimlənməsi nəzərdə tutulur.  Mülki Məcəlləyə əlavə edilən bu bənd 2016-cı ilin 14 iyununda qəbul edilmiş “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunun tətbiqi ilə bağlıdır. Təqdim olunan layihəni dəstəkləməyinizi xahiş edərdim.
İcazə verin, 20-ci məsələ ilə bağlı da komitənin mövqeyini bildirək. 2016-cı il 14 iyun tarixində qəbul edilmiş “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunun tətbiqi ilə bağlı olaraq İnzibati Xətalar Məcəlləsinin 459-1-ci maddəsinə əlavə edilməsi təklif olunur. Bu maddəyə əsasən kooperativ bazarlarında satış qaydalarının pozulmasına görə fiziki şəxslər üçün 100, vəzifəli şəxslər üçün isə 500 manat inzibati məsuliyyət nəzərdə tutulur. Yeni inzibati norma kənd təsərrüfatı məhsulları istehsalçılarının təşkil olunan kooperativ bazarlarda hüquqlarının qorunmasına səbəb olacaqdır. Kəndlilərdən məhsulun aşağı qiymətə alınıb bazarlarda yüksək qiymətə satılmasının qarşısı alınacaqdır. Təklif edirəm, layihəyə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun, Rövşən müəllim. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, 19-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm,  20-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun, qəbul edildi.  21-ci məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsidir. Rövşən Rzayev, buyurun.
R.Rzayev. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli sədarət,  hörmətli millət vəkilləri!  Bildiyiniz kimi, notarius daşınmaz əmlakla bağlı  müqavilələri təsdiq edir. “Notariat haqqında” Qanuna əsasən bu fəaliyyəti qanunla müəyyən edilmiş hallarda notariat hərəkətləri etməyə hüququ çatan digər vəzifəli şəxslər də həyata keçirə bilərlər. Məhz bu boşluğun aradan götürülməsi üçün təklif olunur ki, Mülki Məcəllənin 144.2, 144.3, 146.8-ci maddələrinə müvafiq əlavələr edilsin. Cənab Prezident tərəfindən təklif olunan  dəyişiklik hüquqi və texniki baxımdan vacibdir və həmkarlarımı buna səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Məcəllənin 11.1-ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda məcəllənin 74 və 80-ci maddələrinə əsasən tikinti obyektlərinin inşasına icazə verilə bilməz.
Hazırda icra hakimiyyəti orqanları tərəfindən şəhər və qəsəbələrin müfəssəl planı hazırlanma ərəfəsindədir. Məhz bu səbəbdən təklif edilir ki, bu planın hazırlanması üçün ayrılan 4 il müddəti daha bir il uzadılsın. Həmin planın olmaması icazələrin alınması üçün vacibdir. Onların hazırlanması üçün daha 1 il artıq vaxt tələb edilməsi imkanı yaratmalıyıq. Möhtərəm  cənab Prezident tərəfindən təklif olunan dəyişikliklər vacibdir. Ona görə hər bir həmkarımı bu layihəni dəstəkləməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti iki məsələ də bir zərflə daxil olub. 22-ci məsələ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında  qanun layihəsidir. Rövşən Rzayev, buyurun.
R.Rzayev. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Ali Məhkəmə tərəfindən irəli sürülən təklif olduqca aktualdır. Bu məsələlərə Ali Məhkəmənin plenumunda baxılıb və komitənin iclasında Ali Məhkəmənin hakimi bu layihəni təqdim edib. Qanun layihəsinin aktuallığı ətraflı açıqlanıb.
Ali Məhkəmədə nikahın pozulması, uşaqların kiminlə qalması, alimentin tutulması məsələləri sahəsində məhkəmə təcrübəsi öyrənilib və təhlil edilib. Nəticədə müvafiq məhkəmə təcrübəsində yaranan boşluqlar və faydasız icra  prosedurları aşkar edilmişdir. Nikah münasibətlərinin pozulduğu halda uşaqların taleyi bir müddət həll olunmamış qalır. Məhkəmə qərarı ilə nikah pozulur, uşağın hər hansı bir valideynlə qalması, digər valideyndən isə onun saxlanması üçün aliment tutulması qət edilir. Lakin bu məhkəmə qərarı apellyasiya və kasasiya mərhələlərində baxılmadan birbaşa icraya yönələ bilmir. Bu müddət ərzində isə uşaq faktiki olaraq təminatsız qalır. Hətta  prosessual səbəbdən bu müddət 1 ildən də çox uzadıla bilər.
Əvvəllər bu cür məhkəmə qərarlarının icrası üçün sənədin dərhal müvafiq orqanlara göndərilməsi nəzərdə tutulurdu. Ona görə də nikahın pozulması səbəbindən uşaq təminatsız qalmırdı. Məhz bu səbəbdən Ali Məhkəmə Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin yeni redaksiyada qəbul edilməsini təklif etmişdir. Yeni redaksiyada maddəyə məişət zorakılığı ilə bağlı uzunmüddətli mühafizə orderinin dərhal tətbiq olunması da əlavə edilir. 
İkinci vacib  məsələ məhkəmə aktlarının icra proseduru ilə bağlıdır.  Prosessual qaydada icraatın başlanması və ona xitam verilməsi hakimlərin səlahiyyətindədir. Məhkəmə qərarlarının icraatına məhkəmənin verdiyi icra sənədi əsasında başlanır və nəzarət edilir.  Lakin icraatın başlanmasından şikayət verilməsi və icra məmurunun həmin icraatı dayandırmaq səlahiyyətinin olmaması artıq məhkəmə süründürməçiliyinə səbəb olur. 
Ali Məhkəmə tərəfindən təqdim olunan qanun layihəsində icra məmurunun səlahiyyətləri bir qədər genişləndirilir. Lakin bu narahatçılıq yaratmamalıdır. Sonunda icra məmuru tərəfindən verilən təqdimata məhkəmə tərəfindən baxılır və məhkəmə nəzarəti tam təmin edilir. Yeni təkliflər isə yalnız məhkəmələrin texniki yükünü bir qədər azaltmış olur. Hörmətli millət vəkillərini Ali Məhkəmənin rəhbərliyi tərəfindən daxil olmuş əhəmiyyətli dəyişiklikləri dəstəkləməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. 23-cü və 24-cü məsələləri müzakirə edirik. Buyursun Tahir Kərimli.
T.Kərimli. Hörmətli cənab Sədr, hörmətli deputatlar!  Komitədə bu barədə çıxış etmişdim, ona görə  ətraflı çıxış etmək fikrim yoxdur. Amma onu deyim ki, Rövşən müəllimin məruzəsindəki müddəaların hamısı ilə razıyam. Həqiqətən də, hakimlərin iş yükünün azaldılması, süründürməçiliyin qarşısının  alınması çox vacibdir. Doğrudan da, bu sahədə hakimlərin işinin həddən artıq olması xeyli çətinliklər yaradır.
Mən də ürəkdən bunu arzu edirəm, ancaq məni narahat edən bir səbəbi deməyə bilmirəm. Həm Azərbaycan Respublikasının qanunvericiliyi, həm də beynəlxalq hüquqa əsasən ədalət mühakiməsi yalnız hakimlər, məhkəmələr tərəfindən həyata keçirilə bilər. İcraatın təzələnməsi, icraatın dayandırılması, icraata xitam verilməsi prosessual hərəkətləri ədalət mühakiməsinin tərkib hissəsidir və icra məmuru tərəfindən deyil, yalnız hakimlər, məhkəmələr tərəfindən baxıla bilər. Bir yandan çox arzu edirəm ki, bu dəyişikliklər olsun. O biri yandan da deyim ki, hakimlərin yükünün azaldılması üçün məhkəmə iclas protokollarının elektron qaydasına keçmək olar. Hakimlərin vaxt məsələsini bir qədər qısaltmaq və onun hesabına hakimlərin sayının çoxaldılması ilə müəyyən qədər nailiyyət əldə etmək olardı. Amma ürəkdən razı olmağıma baxmayaraq, icra məmuru, yaxud da icra xidmətinin rəhbərinin belə bir prosessual hərəkətləri həyata keçirməsi məsələsində çox çətinlik çəkirəm və bilmirəm nə edim. Ona görə də arzu edərdim ki, hakimlərin ixtiyarında olan bir məsələ onlara aid olduğu üçün qalsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev.  Təşəkkür edirəm, cənab Sədr.  Hörmətli millət vəkilləri, hesab edirəm ki, bu gün müzakirəmizə təqdim olunan qanun layihəsi çox mühümdür. Çünki məhkəmə qərarlarının icrası ilə bağlı məsələni analiz etsək, görərik ki, burada vəziyyət heç də ürəkaçan deyil. Çoxlu sayda məhkəmə qərarları icra olunmamış qalır. Təbii ki, bunun obyektiv səbəbləri də var. Obyektiv səbəblərdən biri iş yükünün həddindən artıq çox olmasıdır.
Rəsmi rəqəmlər məndə var. Təkcə bu il 700 min iş icraata götürülübdür. Əlbəttə ki, bu işlərin hamısının bir-bir icra olunması ilə bağlı vəziyyət o qədər də  ürəkaçan deyil. Burada ciddi problemlər var. Bu problemlərin həllini təmin etmək üçün bu gün qəbul edəcəyimiz əlavə və dəyişikliklər çox önəmlidir. Mən hesab edirəm ki, icra məmuruna konkret olaraq məhkəmə qərarlarının icrası ilə bağlı adekvat səlahiyyətin verilməsi bu işi yüngülləşdirəcək və qeyd olunduğu kimi, hakimlərin yükünü də  azaldacaqdır.
Amma bu məsələyə bir az kompleks yanaşmaq lazımdır. Bilirsiniz ki, əgər məhkəmə qərarı icra olunmursa, onun 2 mənfi təsiri olur. Birincisi, vətəndaşlar bundan əziyyət çəkir. Əminəm ki, hər bir millət vəkilində  bununla bağlı çoxlu sayda müraciət var. Müraciətlərin məğzi  ondan ibarətdir ki, məhkəmənin qərarı var, amma icra olunmur.
Məsələn, vaxtı ilə hər hansı bir binanın tikintisi ilə bağlı vətəndaşdan vəsait alınıb, amma binanı tikən insanlar indi yoxa çıxıblar, yaxud da götürdükləri öhdəliyi yerinə yetirmirlər. Vətəndaşın burada hüququ pozulur, ona dəymiş ziyan ödənilmir. Məhkəmə qərar çıxarır ki,  dəymiş ziyan ödənilsin, amma bu, icra olunmur. Belə ki, vətəndaşın sosial hüquqları pozulur.
Digər tərəfdən isə məhkəməyə olan inam sarsılır. Məhkəmənin çıxardığı qərar Azərbaycan Respublikasının adından çıxarılır. Bunun həyata keçirilməsi, icrası qeyd-şərtsiz olmalıdır və məcburi xarakter daşımalıdır. Ona görə də hesab edirəm ki, bu addım məhkəmə qərarlarının icrasına nəzarət edən dövlət qurumunun səlahiyyətlərini genişləndirəcək. Bu, gələcəkdə geniş bir müzakirənin əsasını qoyacaqdır.
Mən təklif edərdim ki, məhkəmə qərarlarının icra vəziyyəti ilə bağlı ayrıca bir müzakirə keçirilsin. Adiyyəti qurumlar, bu sahədə ixtisaslaşmış orqanlar mövcud vəziyyəti kifayət qədər  ciddi şəkildə analiz etsinlər. Qruplaşdırılma aparılsın, bunun səbəbləri  araşdırılsın ki, hansı sahədə daha çox məhkəmə qərarları icra olunmur. Bu gün kredit borcları ilə bağlı 50 faizdən çox məhkəmə qərarı icra olunmur. Bunun sosial, hüquqi tərəfləri nədən ibarətdir, həlli yolları necə görünür? Hesab edirəm ki, Ədliyyə Nazirliyi və digər qurumlar koordinasiya olmuş şəkildə  fəaliyyətlərini qurmalıdırlar. Bütövlükdə isə bu dəyişiklik müsbətdir, mən bunlara səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu dəyişiklikləri alqışlayıram və səs verəcəyəm, çünki bu, çox ciddi məsələdir. Həmkarlarım bilirlər, hər ay aldığımız məktubların içərisində alimentlərlə bağlı məhkəmə qərarlarının icra olunmaması ön yerlərdə durur. Maraqlandığımız zaman bu statistikanı da əldə edə bilmişik ki, məhkəmə qərarlarının icrasında ən problemli sahələrdən biri məhz alimentlərin ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrası ilə bağlıdır. Bu da çox ciddi bir sosial problem yaradır. Çünki boşanmalar zamanı uşaqlar ana ilə qalır və alimentlər ödənilməyəndə də analar çox ağır vəziyyətə düşürlər. Ona görə də artıq bu dəyişikliklərlə alimentlərin alınması məsələsinin öz əksini tapması çox vacib məsələdir. Hesab edirəm ki, bu istiqamətdə xeyli problemlər həll oluna bilər. Çünki bəzən icranın uzanmasında subyektiv səbəblər olur. Amma artıq konkret qanunda bunun dərhal icra olunmasının göstərilməsi yüzlərcə ailənin, körpə uşaqları ilə çətin vəziyyətdə qalmış anaların probleminin həllinə kömək olacaq.
Digər bir vacib məsələni də qeyd etmək istərdim. Bu, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlıdır. Bir neçə gün bundan əvvəl məişət zorakılığından zərər çəkmiş qadınlarla bağlı sığınacaqda idik. Ana uşaqlarını məktəbə göndərə bilmir. Məktəb yaşları keçib, amma məktəbə gedə bilmirlər. Çünki ata hədələyir ki, sizi öldürəcəm və sair. Tovuz rayonunda bir qətl hadisəsi baş verdi. Qadının müraciətinə fikir verilmədi və lazımi prosedurlar yerinə yetirilmədi. Aradan cəmi bir neçə gün keçdi, o, hər kəsin gözü qarşısında qadının boğazını kəsdi və qətlə yetirdi. Ona görə də məişət zorakılığına məruz qalmış qadınlarla bağlı müraciətlərin, qərarların dərhal yerinə yetirilməsi məsələsi son dönəmlərdə çox aktualdır. Mən bu dəyişiklikləri dəstəkləyirəm və onların qısa zamanda xeyli problemi aradan qaldıracağına inanıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev, buyurun, cavab verin.
R.Rzayev. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Layihə ilə bağlı bir daha mövqeyimi səsləndirmək üçün Sizdən söz istədim. Əslində, məhkəmə qərarlarının icrası çox ağır bir prosesdir və vaxtilə özüm də məhkəmə icraçısı işləmişəm. Məhkəmə icraçısının müəyyən səlahiyyətinin olması çox vacibdir, çünki müxtəlif hallarla rastlaşmaq mümkündür. Bunlar heç də xoşagələn hallar deyil. Amma bir daha qeyd eləmək istəyirəm ki, məhkəmənin qərarına hakim tərəfindən nəzarətin və məhkəmə icrası tamamlanandan sonra yenə də hakimin bu barədə qərarının verilməsi çox önəmlidir. Hörmətli Tahir müəllimin dediklərini də, təbii ki, başa düşürəm, amma o da bilir ki, məhkəmə icraçısının səlahiyyətlərinin olması və hakimin nəzarətinin mütləq qaydada qalması bu problemin aradan qaldırılmasına böyük imkan yaradır.
O ki qaldı alimentlərlə bağlı deyilənlərə, nəzərinizə çatdırım ki, keçmişdə, həqiqətən, boşanma qərarı çıxmadan aliment birbaşa tərəflərin iş yerlərinə yönəlirdi və uşağın saxlanılması üçün dərhal verilirdi. Bir daha həmkarlarımdan layihəni dəstəkləmələrini xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 23-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, gündəliyin 24-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bugünkü gündəliyin sonuncu məsələsi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqındadır. Buyursun Bahar Muradova.
B.Muradova. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Böyük Azərbaycan xalqının övladlarının milli amallara sədaqətini təcəssüm etdirən həmrəylik günündə hamınızı ürəkdən salamlayırıq.
Ölkəmizin tarixində xüsusi yeri olan 31 dekabr bizə xalqımızın bu günü və gələcəyi üçün hər birimizin məsuliyyət daşıdığını xatırladır, ümummilli maraqlar naminə sıx birləşmək, söz və əməl birliyinə nail olmaq əzmimizə güc verir.
25 il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi bütövləşmə hərəkatının dövlət səviyyəsində təməlinin qoyulması xalqımızın “Birlikdən qüvvət doğar” əqidəsinin müasir dövrün çağırışları şəraitində gerçəkləşməsinə zəmin yaratdı. Bu hərəkat sonrakı dövrdə geniş vüsət alaraq, milli-mənəvi bütövlüyümüzün möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdə özünün parlaq ifadəsini tapdı. Dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildi.
Görülən işlərin bir nəticəsi də o oldu ki, tarixin gedişi və taleyin hökmü ilə bir-birindən ayrı düşmüş soydaşlarımız və həmvətənlərimiz ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının milli mənlik şüuru əsasında sıx birləşməsinin önəmini bu gün daha yaxşı anlayırlar. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi ilə yaxından məşğul olurlar. 
Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Xalqımız bəşər sivilizasiyasının inkişafına verdiyi dəyərli töhfələr ilə haqlı olaraq fəxr edir. 
Tarix boyu Azərbaycan xalqının istedad və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlərin ənənələri bu gün də yaşayır və inkişaf edir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir. 
 Bu dövlət dünya azərbaycanlılarının tarixi Vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Amerikada, Asiyada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərindən kənarda qalmamaq, onların aradan qaldırılması işinə elliklə kömək göstərməkdir. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Qarabağ düyününün açılmasını daha da yaxınlaşdıra bilərlər. 
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın milli dəyərlərinin təbliğ edilməsi sahəsində də soydaşlarımız çox iş görə bilərlər. Həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi əziz tutmaq, milli hüquqlarımızı qorumaqdır. 
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza nurlu gələcək arzulayırıq! 
Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Bu müraciət həm də təsdiq olunmalıdır. Xahiş edirəm, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Bu sessiyada görülmüş işlərə nəzər salaraq deyə bilərik ki, parlament səmərəli fəaliyyət göstərmişdir. 10 iclasda 195 qanun və qərar qəbul edilmişdir.
Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin hazırlanması və həyata keçirilməsi ilə bağlı işlərə qanunvericilik vasitəsi ilə öz köməyini ifadə etmişdir.        
Parlament beynəlxalq əlaqələrini inkişaf elətdirmişdir. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Bu il biz 2 beynəlxalq təşkilatda öz iştirakımızı bərpa elədik. Sessiya ərzində 24 ölkəyə 50-dən çox səfər həyata keçirilmişdir. Millət vəkillərimiz bir çox ölkələrin parlament və prezident seçkilərində, referendumda iştirak etmişlər.
Bu sessiyada  40-dan çox xarici dövlətin və  beynəlxalq təşkilatın 50-yə qədər nümayəndə heyəti Azərbaycana təşrif buyurmuşdu. Bu il biz Milli Məclisdə 2 böyük tədbir keçirdik. Dekabrın 15-də Milli Məclisin binasında GUAM-ın Parlament Assambleyasının 9-cu sessiyası keçirilmişdir. Sessiyada təşkilatın üzvü olan ölkələrin – Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın nümayəndələri iştirak etmişlər. 
Eyni zamanda, biz bu il Azərbaycanda ilk beynəlxalq təşkilatın –Türkdilli Ölkələrin Parlament Assambleyasının binasının açılış mərasimini keçirdik. Bu açılış mərasimində 3 dövlətin spikeri iştirak edirdi. Açılış mərasimində həm parlament sədrləri, həm də gələn nümayəndə heyətləri ilə çox ətraflı görüşlər keçirildi və fikir mübadilələri aparıldı. 
Mən deyə bilərəm ki, Milli Məclis 2016-cı ili uğurla başa çatdırır. Xalqın maraqları və tələbatı üzərində qurulan siyasətinə görə cənab Prezidentə minnətdarlığımızı bildirirəm. Qarşıdan gələn bayramlar – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə cənab Prezidenti və ailəsini Milli Məclisin adından səmimi qəlbdən təbrik edirəm, dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzulayıram. (Alqışlar.)
Bayramlar münasibəti ilə bütün deputat həmkarlarımı ürəkdən təbrik edirəm, hər birinizə can sağlığı, səadət, parlament fəaliyyətində yeni nailiyyətlər diləyirəm. 
Milli Məclisin payız sessiyasını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 

EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ

30 dekabr 2016-cı il

A.Mustafazadə. Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinə əsasən hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.
Tarix və mədəniyyət abidələrinin qorunması vəzifəsinin konstitusion səviyyədə təsbit edilməsi təsadüfi deyildir. Belə ki, bu abidələr xalqımızın və dövlətimizin tarixinin canlı izləri kimi zəngin informasiya mənbəyi xüsusiyyətinə malikdir. Xüsusən də təcavüzkar Ermənistanın Azərbaycana əsassız ərazi iddiaları fonunda həmin abidələrin sübuti dəyəri və qorunması, tədqiqi və təbliğinin aktuallığı daha yüksəkdir. Ona görə də tarix və mədəniyyət abidələrinin qorunması hər birimizin vətəndaşlıq borcudur və Konstitusiyamız da haqlı olaraq bu yanaşmadan çıxış edir.
Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi aktual məsələlərdən birini təşkil edir. Bu istiqamətdə aşağıdakı tövsiyə xarakterli mülahizələri qeyd etmək olar:
Birinci, kütləvi informasiya vasitələrində tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı hüquqi vəzifələrin, bu sahədə qanunvericiliyin tələblərinin izah edilməsi, habelə dövlət, qeyri-hökumət və yerli özünüidarə təşkilatlarının yaxından iştirakı və dəstəyi ilə geniş maarifləndirmə işlərinin aparılması məqsədəmüvafiq olardı.
İkinci, “Tarix və mədəniyyət abidələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilir: “Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir”. Həmin maddənin aşağıdakı redaksiyada verilməsi daha məqsədəmüvafiq olardı:
“Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəllədən, “Mədəniyyət haqqında” Qanundan, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı yaranan əmlak münasibətləri bu qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir”.  
Üçüncü, “Tarix və mədəniyyət abidələri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci abzasının aşağıdakı kimi verilməsi əhəmiyyətli olardı: “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii, arxeoloji irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri və bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq abidələri istisna olmaqla) yol verilmir.
“Tarix və mədəniyyət abidələri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda yeni abzasın artırılmasını məqsədəmüvafiq hesab edirik:
“Tarix və mədəniyyət obyekti, yaxud onun tərkib hissəsi olan yaşayış sahələri mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yalnız bu qanunun tələbləri nəzərə alınmaqla özgəninkiləşdirilə bilər”.
Dördüncü, “Tarix və mədəniyyət abidələri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 3-cü abzasında yazılır: “Abidələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcmplanlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir”. Hesab edirik ki, həmin abzasın dəyişdirilərək aşağıdakı redaksiyada verilməsi məqsədəmüvafiq olardı:
“Abidələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcmplanlaşma həllinə, xarici və daxili görünüşünə, mühafizə predmeti olan xüsusiyyətlərinə xələl gətirmədən təmir edib ilkin halına gətirmək üçün aparılan elmi-tədqiqat, layihələndirmə və digər bu kimi tədbirlərin məcmusudur”.
Beşinci, “Tarix və mədəniyyət abidələri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində göstərilir: “Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir”. Fikrimizcə, həmin abzasın aşağıdakı redaksiyada verilməsi əməlin hüquqi nəticələri baxımından daha düzgün olardı:
“Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir. Zərərin əvəzinin ödənilməsi təqsirli şəxsləri inzibati və cinayət məsuliyyətindən azad etmir”.

K. Qafarov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin plenar iclasına çıxarılmış layihələrin hər biri Azərbaycan Respublikasının qanunvericilik sisteminin daha da təkmilləşdirilməsi, yeniləşən cəmiyyətimizdə formalaşmış münasibətlərin inkişaf tempinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, hesab edirəm ki, bu gün müzakirəyə çıxarılan yeni qanun layihəsi, respublikanın sosial-iqtisadi inkişafının və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunan bu layihə hazırkı vaxtda dünyada gedən iqtisadi və maliyyə böhranı kontekstində Azərbaycan dövlətinin sahibkarlıq subyektlərinə münasibətdə böyük güzəştlər tətbiq etməsinin bariz nümunəsidir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, son 1 ildə Prezident tərəfindən sahibkarlığın inkişafına dəstək və iş adamlarının hüquqlarının qorunması məqsədilə tədbirlərin dinamikası yüksəlmişdir. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 oktyabr tarixli Qanun, lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və lisenziyaların sayının azaldılmasını təmin edən fərman və qanunlar qəbul edilmişdir. Müəyyən istehsal sahələrinin, texnoloji parkların fəaliyyətinin 7 il müddətinə vergilərdən azad edilməsi, milli iqtisadiyyatın inkişafının “yol xəritələri”ndə nəzərdə tutulmuş tədbirlər ölkə başçısının sahibkarlara tətbiq etdiyi güzəştlərinin ardıcıl və davamlı olduğunu göstərir.
Təqdim olunan qanun layihəsi dünya təcrübəsində çox az rast gəlinən, eyni zamanda, mütərəqqi islahat kimi qiymətləndirilən bir addımdır. Xüsusilə hazırkı iqtisadi çətinliklər şəraitində sahibkarlıq subyektlərinə qanuni ödəməli olduqları vergi borclarının güzəşti olduqca mütərəqqi bir siyasətdir.
Cəmi 3 maddədən ibarət qanun layihəsi on minlərlə sahibkarın fəaliyyətinin əlavə stimullaşdırılmasına təsir göstərəcək. Təsadüfi deyil ki, layihə barədə ictimaiyyətə məlumat verildiyi gündən indiyədək çox qızğın müzakirələr gedir. Bu layihə cəmiyyətin bütün təbəqələrini maraqlandırır və təqdir olunur. İctimai müzakirələrdə yeni qanun layihəsinin “vergi amnistiyası” kimi dəyərləndirilməsi də təsadüfi deyil. Dünya təcrübəsində “vergi amnistiyası” kimi dəyərləndirilən bir çox islahatlar olub. Bunlar, əsasən, bu və ya digər vergi dərəcəsinin azaldılması, müəyyən vergi tətbiqinin müvəqqəti məhdudlaşdırılması və ya ödənilməmiş müəyyən növ vergilərin güzəşti kimi tətbiq olunan proqramlardır. Cənab Prezident tərəfindən təqdim olunan yeni qanun isə daha geniş bir proqramdır və burada bütün vergi ödəyicilərini və bütün vergi növlərini əhatə edən güzəştlər nəzərdə tutulur.
Yeni Qanunun 3 əsas istiqamətini vurğulamaq istərdim. Birinci, qanunun 1-ci maddəsinə görə vergi ödəyicilərinə vergilərin vaxtında ödəmədiklərinə görə hesablanmış bütün faizlər tam və qeyd-şərtsiz silinir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59-cu maddəsində vaxtında ödənilməyən vergi borclarına görə gündəlik 0,1 faiz hesablanır. Bu, ay ərzində 3 faiz, illik 36 faiz təşkil edir. Düşünürəm ki, bu rəqəmlər layihənin əhəmiyyətini bariz göstərir. Təqdim olunan layihədə bütün faizlərin qeyd-şərtsiz silinməsinin bütün vergi ödəyicilərinə şamil edilməsi çox mütərəqqi bir addımdır.
İkinci, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış borclar vergi ödəyicilərinin şəxsi hesablarından müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Göründüyü kimi, 2-ci maddədə də heç bir qeyd-şərtsiz, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyalarının silinməsi nəzərdə tutulur. Məcəllənin 58.7-ci maddəsində nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, yəni nəzarət-kassa aparatlarının quraşdırılmaması və ya vəsaitlərin nəzarət-kassa aparatlarından yayındırılması ilə bağlı pozuntulara görə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.
Qanunun 2-ci maddəsi də çox geniş vergi ödəyicilərini əhatə edir. Bu maddə bütün pərakəndə və topdan ticarət, xidmət, iaşə və xırda istehsal sahələrini əhatə edəcək. Birmənalı olaraq qeyd olunmalıdır ki, respublikamızda kiçik və orta sahibkarlıq subyektləri üçün bu güzəşt əsl amnistiyadır. Ölkədə kiçik və orta sahibkarlıqla məşğul olan bütün fiziki şəxslər, həmçinin, hüquqi şəxslər bu qanunun tətbiqindən faydalanacaqlar.
Üçüncü, qeyd etmək lazımdır ki, tətbiq olunan güzəştlər təkcə kiçik və orta sahibkarlarla məhdudlaşmır. Qanunun 3-cü maddəsinin tətbiqi bütün vergi ödəyicilərinin, yəni bütün iş adamlarının vəziyyətini yüngülləşdirir. Belə ki, 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan bütün maliyyə sanksiyalarına göstərilən qaydada güzəştlər tətbiq edilir. Məlumdur ki, Vergi Məcəlləsinin 58-ci maddəsində vergi tutulmalı olan bütün növ fəaliyyət və gəlirlər üzrə vergi qanunvericiliyinin pozulmasına görə sanksiyaların tətbiqi nəzərdə tutulur. Buraya ödəmə mənbəyindən vergilər, gəlir vergisi, mənfəət vergisi və əlavə dəyər vergisi üzrə tətbiq olunan sanksiyalarla yanaşı, həmçinin, məhsulların, sərvətlərin, pul vəsaitlərinin uçotdan yayındırılması, vergi uçotunda qeydə alınmadan müəyyən pul dövriyyəsi, bank əməliyyatlarının aparılması və sair daxildir.
Sahibkarlıq fəaliyyətində vergiyə cəlb olunmalı olan bütün fəaliyyət üzrə sanksiyaların tətbiqi mümkündür. Təcrübədən bəllidir ki, tətbiq olunan sanksiyalar bəzən əsas vergi borcundan daha artıq məbləğ təşkil edir. Digər bir cəhət ondan ibarətdir ki, sahibkarlar əsas vergi borcunu ödəməyə daha çox meylli olurlar, lakin sanksiyaların ödənilməsi onların maliyyə vəziyyətinin pisləşməsinə səbəb olacağını düşünərək bundan yayınırlar. Sanksiyaların ödənilməmiş qalması isə sahibkarın normal fəaliyyətinə qanuni əngəl yaradır. Təklif olunan qanunda sanksiyaların da silinməsi bütün əngəlləri aradan qaldıracaq.
Yeri gəlmişkən, layihənin 2.2-ci maddəsinə redaksiya xarakterli əlavə edilməsini təklif edərdim. Aydındır ki, qanunun məqsədi Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş bütün sanksiyaların göstərilən qaydada silinməsini təmin etməkdir. Lakin 2.1-ci maddədə 58.7-ci maddənin göstərilməsinə rəğmən, 2.2-ci maddədə Vergi Məcəlləsinin 58-ci maddəsinin digər bəndlərinin göstərilməməsi (qanunun tətbiqində) fikir müxtəlifliyinə səbəb ola bilər. Doğrudur, bu məsələyə Vergilər Nazirliyinin müvafiq rəsmiləri aydınlıq gətirdilər və bu, ictimaiyyətə də açıqlandı. Qanunun tam birmənalı qəbul olunması və tətbiqi baxımından hesab edirik ki, layihənin 2.2-ci maddəsində “Bu qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla” ifadəsi belə redaksiyada verilsin: “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58-ci maddəsinin digər bəndləri nəzərə alınmaqla...”. Hesab edirəm ki, redaksiya xarakterli bu kiçik düzəliş qanunun təqdim edilməsində ölkə başçısının əsl iradəsini daha aydın ifadə edər və hər kəs tərəfindən eyni cür anlaşılmanı asanlaşdırar.
Dünya təcrübəsində olan bir faktı qeyd etmək yerinə düşərdi. 1997-ci ildə Hindistanda aparılan vergi islahatına belə bir ad qoymuşdular: “30 faiz vergi, 100 faiz vicdan təmizliyi”. Yəni hesablanmış vergilərin 30 faizini ödəyən sahibkar 100 faiz vergi ödəyicisi kimi qəbul olunurdu. Bu, həm də vergi ödəyicisinin öz vicdanı qarşısında 100 faiz təmiz, səmimi olması anlamına gəlirdi. O vaxt 6 aylıq müddətə təyin olunmuş vergi güzəştlərindən 460 mindən artıq vergi ödəyicisi yararlanmış və plan üzrə gözlənilən 1 milyard əvəzinə 2,5 milyard dollar vəsait yığılmışdı. 8 milyard dollara yaxın isə bəyan edilmişdi.
Təqdim olunan qanun layihəsində də yanvar ayı ərzində 30 faiz ödənilən məbləğə görə qalan 70 faizin silinməsi nəzərdə tutulur. Deməli, hesablanmış maliyyə sanksiyalarından 30 faizini ödəyən sahibkar 100 faizlik vergi ödəyicisi kimi qəbul olunacaq. Bu, həm də sahibkarlar üçün bir vicdan məsələsi olmalıdır. Hesab edirəm ki, dövlətin belə güzəşti qarşılığında hər kəs vicdanlı davranışla nümunə olmalıdır və belə nümunələrin də çox olacağına əminəm.
Yeni qanunun qəbulu bütün sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşmasına, sabitləşməsinə təsir edəcək. Sahibkarlar müəyyən faiz ödəməklə qənaət etdikləri vəsaiti təkrar olaraq iqtisadi fəaliyyətə yönəldə biləcəklər. Eyni zamanda, bu, vergi uçotundan yayınmış kapitalın repatriasiyasına da şərait yarada bilər. Hesab edirik, sahibkarlar bu istiqamətdə də yeni təşəbbüslər göstərəcəklər. Bu, həmçinin, dövlət büdcəsinə yığımların optimallaşdırılmasına da təsir göstərəcək.
Hesab edirəm ki, bu qanunun qəbulunda dövlətin məqsədi sahibkarlara əlavə güzəştlər və münbit şərait yaratmaqla iqtisadiyyatın inkişafında iş adamlarının iştirakını stimullaşdırmaqdır. Hazırkı iqtisadi böhran şəraitində vergi ödəmələrindən qənaət edən sahibkarlar əldə qalan vəsaitin təkrar dövriyyəyə cəlb edilməsinə imkan qazanırlar. Bu, həm də dövlət büdcəsinə gəlirlərin gələcək artımını şərtləndirən amillərdəndir.
Çıxışımın sonunda ölkənin hazırkı vəziyyətində sahibkarlara əlavə güzəştlər verilməsi ilə cəmiyyətin ümumi inkişafını daim düşünən və diqqətdə saxlayan cənab Prezidentə minnətdarlığımı bildirmək istəyirəm. Mən bu qanuna böyük məmnuniyyətlə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
S. Vəliyeva. Hörmətli həmkarlar, ilk olaraq hər birinizi 31 dekabr – Dünya azərbaycanlıların həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edirəm, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Elə bayram əhvali-ruhiyyəsində bugünkü iclasımızın gündəliyində olan bir sıra məsələləri əsas gətirərək bəzi fikirlərimi diqqətinizə təqdim etmək istəyirəm.
Öncə qeyd edim ki, dekabrın 22-də cənab Prezident İl-ham Əliyevin göstərişi ilə Tarif Şurası Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəşt limitini artırdı. Bununla da kommunal ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş oldu. Bu fakt bir daha onu göstərdi ki, cənab Prezident İlham Əliyev bütün məsələlərdə vətəndaşların sosial rifahını və yaşayış səviyyəsini daim nəzərə alır.
Cənab Prezident İlham Əliyev səlahiyyətlərindən istifadə edərək bir sıra hallarda insanların maraqları naminə müxtəlif təşkilatların verdiyi qərarlara yenidən baxmağı da tövsiyə edir.
Hər birimiz yaxşı xatırlayırıq ki, ilin əvvəlində böhranın təsirindən bir sıra müəssisələrdə iş yerlərinin ixtisarı prosesi başlayarkən Prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra nəinki ixtisarlar dayandı, hətta əlavə iş yerlərinin yaradılması da həyata keçirildi.
Bu sözləri vergi ödəyicilərinin 2017-ci ilin l yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi ilə əlaqədar da söyləmək olar. Bu qanun layihəsinin qəbulu ilə dövlət və özəl sektor olmaqla 45 minə yaxın vergi ödəyicisi vergiləri vaxtında ödəmədiklərinə görə onlara hesablanmış faizlərdən azad olacaq, eyni zamanda, müəyyən şərtlər daxilində borcları silinəcək. Hətta hesablamalara görə bu qanunun tətbiqindən sonra fiziki və hüquqi şəxslər 600 milyon manatdan artıq vəsaiti özlərində saxlamış olacaqlar. Bu da, əlbəttə ki, özəl sektorun inkişafına əlavə təkan verməklə yanaşı, insanların maddi durumuna da müsbət təsir edəcəkdir.
Göründüyü kimi, başda cənab Prezident İlham Əliyev olmaqla dövlət atdığı bu addımlarla həm sahibkarlığın inkişafına, həm də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət və qayğının növbəti nümunəsini ortaya qoymuş olur. Xüsusilə də bayram ərəfəsində bu cür addımların atılması dövlətimizin humanist xarakterini nümayiş etdirir. Diqqətinizə görə təşəkkür edirəm.
 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi