2005-ci il 13 dekabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
I  SESSİYASI  İCLASININ
 
PROTOKOLU  № 3

Milli  Məclisin  iclas  salonu.
13  dekabr  2005-ci il.  Saat 12.

Milli  Məclisin  Sədri
O.Əsədov  sədrlik  etmişdir

İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından:

Məzahir Pənahov, komissiyanın sədri.
Svetlana Qasımova, komissiya sədrinin müavini.
Natiq Məmmədov, komissiyanın katibi.
Vidadi Mahmudov, komissiyanın katibi.
Fuad Cavadov, komissiyanın üzvü.
Ramiz İbrahimov, komissiyanın üzvü.
Validə Kazımova, komissiyanın üzvü.
Qabil Orucov, komissiyanın üzvü.
Ənvər Əliyev, komissiyanın üzvü.
Xanmurad Əhmədov, komissiyanın üzvü.
Azər Tağıyev, komissiyanın üzvü.
İlham Məmmədov, komissiyanın üzvü.
Yusif Bağırzadə, komissiyanın üzvü.
Mənsum Bayramov, komissiyanın üzvü.
Arzuxan Əlizadə, komissiyanın üzvü.
Samir Məhərrəmov, komissiya sədrinin köməkçisi.
İqbal Babayev, Seçkilər İnformasiya Mərkəzinin rəhbəri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Konstitusiya Qanunu (ikinci səsvermə).
2. Azərbaycan Respublikası Milli Məclisi daimi komissiyalarının sədr müavinlərinin seçilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
5. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
7. Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
8. Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
9. Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər daimi komissiyası üzvlərinin seçilməsi haqqında.

10. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
11. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
12. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
13. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası üzvlərinin seçilməsi haqqında.
14. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqında.
15. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci səsvermədə).
2. “Azərbaycan Respublikası Milli Məclisi daimi komissiyalarının sədr müavinlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
4. “Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
5. “Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
6. “Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
7. “Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
8. “Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
9. “Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
10. “Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
11. “Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
12. “Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
 13. “Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
14. “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
15. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

 

 Azərbaycan Respublikası
 Milli Məclisinin Sədri                                      O.ƏSƏDOV

 


MİLLİ   MƏCLİSİN  İCLASI


13  dekabr  2005-ci il.  Saat 12.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Sabahınız xeyir, hörmətli millət vəkilləri, hörmətli qonaqlar, xanımlar və cənablar! Bildiyiniz kimi, dünən Azərbaycan xalqı ulu öndərimiz Heydər Əliyevi anma mərasimini keçirdi. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli şəxsiyyətdir. Azərbaycan xalqının bütün müsbət cəhətlərini, yaradıcılıq enerjisini özündə cəmləşdirən Heydər Əliyev Azərbaycan xalqının şərəf, ləyaqət rəmzinə çevrilmişdir. O bizə Vətəni, xalqı necə sevmək lazım olduğunu öyrətdi. Onun sayəsində biz XXI əsrə inamlı addımlarla qədəm qoyduq. Xahiş edirəm, ulu öndərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
Hörmətli deputatlar, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.03 dəq.)
İştirak edir  82
Yetərsay  83

Yetərsay yoxdur. Bir də qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir  86
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli deputatlar, bu gün Milli Məclisdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, onun müavini, katibləri və üzvləri iştirak edirlər. Bu gün ilk dəfədir belə bir tədbir keçirilir. Bundan sonra bir ənənə olaraq millət vəkillərinin vəsiqələrinin təqdimat mərasimi Milli Məclisin iclas salonunda keçiriləcək.
Sözü verək Məzahir Pənahova, təqdimat mərasiminə başlasın. Məzahir müəllim, buyurun.
M. Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Hörmətli cənab Sədr! Hörmətli deputatlar! Builki parlament seçkiləri Azərbaycan xalqının həyatında çox böyük tarixi əhəmiyyət kəsb edən bir hadisəyə çevrildi. Seçkilər demokratik, şəffaf şəraitdə, Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit olunmuş seçmək və seçilmək hüquqlarının həyata keçirilməsi üçün bütün şəraitin yaradılması mühitində həyata keçirildi. Seçkiləri 2 minə qədər beynəlxalq, 40 minə qədər yerli müşahidəçilər, yüzlərlə beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etdilər. Hesab edirəm ki, seçki qurumları, seçki strukturları, Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları bu seçkilərin keçirilməsi üçün əllərindən gələn bütün işləri gördülər. Ümumilikdə seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirildi.
Mən bu səsvermənin nəticələri ilə bağlı statistik məlumatları sizin diqqətinizə çatdırılmasını lazım bilmirəm, çünki həm Mərkəzi Seçki Komissiyasının rəsmi qərarlarında, həm də yüksək, Konstitusiya Məhkəməsi səviyyəsində Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının təqdim etdiyi protokolların və onlara əlavə edilmiş sənədlərin təsdiqi zamanı bütün statistik məlumatlar öz rəsmi əksini tapmış və kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyətə çatdırılmışdır. Amma bununla yanaşı, icazə versəniz, mən qısaca olaraq, ümumiyyətlə, seçkilərin demokratik və şəffaf keçirilməsini şərtləndirən bəzi məqamların üzərində dayanardım və bunlara öz münasibətimi bildirərdim.
Məlumdur ki, seçkilərin demokratik keçirilməsi üçün hökmən ilkin olaraq onun hüquqi qanunvericilik bazası hazırlanmalıdır. Bundan sonra ölkə rəhbərliyinin siyasi iradəsi ortaya qoyulmalı və yekunda Azərbaycan ictimaiyyətinin bütün bu yanaşmalara münasibəti müəyyən edilməlidir. Hamınıza məlumdur ki, Azərbaycan Respublikasında seçki proseslərinin ilkin addımları 1990-cı illərin ortalarında atılmağa başlamışdır. Mən bu gün fəxrlə deyə bilərəm ki, bütün başqa sahələrdə olduğu kimi, seçkilərin hazırlanması və keçirilməsi üçün hüquqi bazanın yaradılması kimi çox tarixi bir missiya da Azərbaycan xalqının ümummilli lideri, mərhum Prezidentimiz Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilmişdir.
Çox fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasında müxtəlif səviyyəli seçkilərin keçirilməsi üçün əlimizdə mükəmməl bir hüquqi sənəd var. Demokratiyanın sonu olmadığı kimi, bu sənədin cilalanmasının seçki proseslərində həyata keçirilməsinin də sonu yoxdur. Bunun vacibliyi vurğulanmaq şərti ilə tam məsuliyyətlə deyə bilərik ki, Seçki Məcəlləsi beynəlxalq tələblərə, standartlara cavab verən səviyyədə hazırlanmış mükəmməl bir sənəddir. Məhz bu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həm seçki komissiyaları formalaşdırılmış, həm də yerlərdə seçkilərin keçirilməsi üçün seçki komissiyaları bütün şəraiti yaratmışlar. Hesab edirəm ki, bu seçkilərin beynəlxalq tələblərə uyğun, lazımi səviyyədə keçirilməsində əlimizdə olan Seçki Məcəlləsi mühüm rol oynamışdır.
İkinci ciddi məqam ölkədə mövcud ictimai-siyasi durum və ölkə rəhbərliyinin siyasi iradəsidir. Mən böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, seçkilər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il mayın 11-də Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirməsinə dair imzaladığı sərəncamla demokratik və şəffaf seçkilərin keçirilməsi üçün çox münbit bir şərait yaratdı, öz iradəsini ortaya qoydu. Ölkədə müxtəlif strukturların qarşısında ciddi tələb kimi şəffaf, demokratik seçkilərin keçirilməsi vəzifəsini qoydu. Sözü gedən sərəncamın əhəmiyyəti barədə çox danışılıbdır. Amma mən bir məqamı vurğulamaq istəyirəm. Çox mükəmməl bir sənəd olan bu sərəncam, ümumiyyətlə, seçki proseslərinin əvvəldən axıra qədər rəsmi seçki orqanları ilə yanaşı, bu proseslərin ictimaiyyətin nəzarəti altında həyata keçirilməsini təmin edən bir hüquqi sənəd rolunu oynadı. Namizədlərin irəli sürülməsi, qeydə alınması, təşviqat prosesinin aparılması, səsvermənin keçirilməsi, nəticələrin hesablanıb, protokolların tərtib olunub məntəqə seçki komissiyaları tərəfindən dairə seçki komissiyalarına, dairə seçki komissiyaları tərəfindən də Mərkəzi Seçki Komissiyasına çatdırılması seçki komissiyaları ilə bərabər həm də ictimaiyyətin, beynəlxalq qurumların nəzarəti altında həyata keçirilməsi həmin sərəncamdan irəli gələn tələblərlə təmin edilmişdir. Bu baxımdan sənəd çox müstəsna əhəmiyyət kəsb edən bir sənəd idi.
Nəhayət, üçüncü çox ciddi məqam dünya ictimaiyyətinin həm seçkilərin demokratik, şəffaf keçirilməsi üçün hüquqi baza olan Seçki Məcəlləsinin tələblərinə, həm də ölkə rəhbərliyinin siyasi iradəsinə münasibətdir ki, bu da səsvermənin nəticələrində özünü göstərir. Mən hesab edirəm ki, Azərbaycan ictimaiyyəti 2005-ci il noyabrın 6-da ölkədə mövcud olan və əsası ümummilli liderimiz tərəfindən qoyulmuş siyasi xəttin müdafiə edilməsi baxımından çox böyük tarixi əhəmiyyətli bir hadisə oldu. Azərbaycan xalqı bir daha nümayiş etdirdi ki, nə vaxtı ötmüş, çürümüş müəyyən müxalif qurumların, nə də indi sabiqlər sırasında olan iqtidarın dönük nümayəndələrinin avantüralarına, siyasi oyunbazlıqlarına uyacaq. Növbəti dəfə təsdiq etdi ki, Azərbaycan dövlətçiliyinə xidmət edən Heydər Əliyev prinsiplərinə sadiq qalacaq və bununla da hamımızda gözəl əhval-ruhiyyənin yaranmasına şərait yarandığını biz ruh yüksəkliyi ilə vurğulamalıyıq. Mən bu məqamları vurğulamaqla Milli Məclis tərəfindən formalaşmış bir orqan kimi Mərkəzi Seçki Komissiyasının Milli Məclis qarşısında qısaca hesabat şəklində fikirlərimi bildirdim. Sizə bu şərəfli işinizdə bir daha uğurlar arzulayırıq. İcazə versəniz, mənim üçün çox şərəfli bir missiya olan vəsiqələrin təqdim olunmasına başlayaq. Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Məzahir müəllim. İcazə versəniz, dairələr üzrə adlar oxunar və vəsiqələri təqdim edilərdi.
M. Pənahov. 45 saylı Abşeron seçki dairəsindən Əsədov Oqtay Sabir oğlu. (Alqışlar.) 76 saylı Lənkəran-Astara seçki dairəsindən Əsgərov Ziyafət Abbas oğlu. (Alqışlar.) 84 saylı Füzuli seçki dairəsindən Muradova Bahar Əvəz qızı. (Alqışlar.) 102 saylı Samux-Şəmkir seçki dairəsindən Ələsgərov Valeh Feyruz oğlu. (Alqışlar.) 14 saylı Əzizbəyov 2-ci seçki dairəsindən Əliyeva Mehriban Arif qızı. (Alqışlar.) 15 saylı Yasamal 1-ci seçki dairəsindən Əhmədova Gülər Mikayıl qızı. (Alqışlar.) 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Abbasova Lalə Gülbaba qızı. (Alqışlar.) 71 saylı Masallı kənd seçki dairəsindən Axundova Elmira Hüseyn qızı. (Alqışlar.) 92 saylı Zərdab-Ucar seçki dairəsindən Əliyeva Jalə Fazil qızı. (Alqışlar.) 94 saylı Bərdə kənd seçki dairəsindən Baxşəliyeva Gövhər Baxşəli qızı. (Alqışlar.) 95 saylı Tərtər seçki dairəsindən Quliyeva Aynur Camal qızı. (Alqışlar.) 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Hacıyeva Gültəkin Yunis qızı. (Alqışlar.) 99 saylı Şəmkir kənd seçki dairəsindən Həsənova Məlahət İbrahim qızı. (Alqışlar.) 105 saylı Tovuz seçki dairəsindən Paşayeva Qənirə Ələsgər qızı. (Alqışlar.) 109 saylı Balakən seçki dairəsindən Aslanova Rəbiyyət Nurullah qızı. (Alqışlar.) 122 saylı Xankəndi seçki dairəsindən Məmmədova Həvva İsa qızı. (Alqışlar.) 2 saylı Şərur seçki dairəsindən Həbibbəyli İsa Əkbər oğlu. (Alqışlar.) 3 saylı Babək-Kəngərli seçki dairəsindən Möhbalıyev Səttar Suliddin oğlu. (Alqışlar.) 4 saylı Naxçıvan şəhər seçki dairəsindən İbrahimov Eldar Rza oğlu. (Alqışlar.) 5 saylı Şahbuz-Babək seçki dairəsindən Novruzov Siyavuş Dünyamalı oğlu. (Alqışlar.) 6 saylı Culfa-Babək seçki dairəsindən Hacı İsmayıl Muxtar oğlu. (Alqışlar.) 7 saylı Ordubad-Culfa seçki dairəsindən Naibov-Əylisli Əkrəm Nəcəf oğlu. (Alqışlar.) 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Musayev Madər Ələsgər oğlu. (Alqışlar.) 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Zabelin Mixail Yuryeviç (Alqışlar.) 13 saylı Əzizbəyov 1-ci seçki dairəsindən Əliyev Rauf Asif oğlu. (Alqışlar.) 16 saylı Yasamal 2-ci seçki dairəsindən Məhərrəmov Abel Məmmədəli oğlu. (Alqışlar.). 19 saylı Nərimanov 1-ci seçki dairəsindən Əhmədov Əli Cavad oğlu. (Alqışlar.) 20 saylı Nərimanov 2-ci seçki dairəsindən Əliyev Adil Abış oğlu. (Alqışlar.). 21 saylı Nəsimi 1-ci seçki dairəsindən Quliyev Ülvi Zahid oğlu. (Alqışlar.) 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Səmədzadə Ziyad Əliabbas oğlu. (Alqışlar.) 24 saylı Nizami 1-ci seçki dairəsindən Abdullayev Rövnəq İbrahim oğlu. (Alqışlar.) 25 saylı Nizami 2-ci seçki dairəsindən Abdullayev Hüseyn Abbas oğlu. (Alqışlar.) 26 saylı Sabunçu 1-ci seçki dairəsindən Mustafayev Fazil Qəzənfər oğlu. (Alqışlar.) 27 saylı Sabunçu 2-ci seçki dairəsindən Zeynalov Fərrux Məmmədnəbi oğlu. (Alqışlar.) 28 saylı Sabunçu 3-cü seçki dairəsindən Quliyev Eldar Allahyar oğlu. (Alqışlar.) 29 saylı Səbail seçki dairəsindən Muradov Fuad Rauf oğlu. (Alqışlar.) 32 saylı Suraxanı 3-cü seçki dairəsindən Abıyev Ağacan Qulam oğlu. (Alqışlar.) 33 saylı Xətai 1-ci seçki dairəsindən Mirələmov Hüseynbala Fazil oğlu. (Alqışlar.) 35 saylı Xətai 3-cü seçki dairəsindən Ağazadə İqbal Fehruz oğlu. (Alqışlar.) 37 saylı Nizami 1-ci Gəncə seçki dairəsindən Abbasov Aydın Abbas oğlu. (Alqışlar.) 39 saylı Kəpəz 1-ci seçki dairəsindən Məmmədov Vidadi Yunis oğlu. (Alqışlar.) 40 saylı Kəpəz 2-ci Gəncə seçki dairəsindən Quliyev Musa İsa oğlu. (Alqışlar.) 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən İsgəndərov Nizami Zaman oğlu. (Alqışlar.) 46 saylı Əli Bayramlı seçki dairəsindən Quliyev Azay Əjdər oğlu. (Alqışlar.) 47 saylı Mingəçevir seçki dairəsindən Mirzəzadə Aydın Böyükkişi oğlu. (Alqışlar.) 48 saylı Yevlax seçki dairəsindən Məmmədov İlham Kazım oğlu. (Alqışlar.) 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Hüseynov Əli Məhəmməd oğlu. (Alqışlar.) 51 saylı Qusar seçki dairəsindən Günəşov Xəlilbəy Günəş oğlu. (Alqışlar.) 52 saylı Quba seçki dairəsindən Əhmədov Vahid Qazməmməd oğlu. (Alqışlar.) 53 saylı Quba-Qusar seçki dairəsindən Abramov Yevda Sasunoviç. (Alqışlar.) 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsindən Süleymanov Tahir Süleyman oğlu. (Alqışlar.) 56 saylı Xaçmaz kənd seçki dairəsindən Xudiyev Nizami Mənaf oğlu. (Alqışlar.) 57 saylı Kürdəmir seçki dairəsindən Qəribov Fərhad Həsən oğlu. (Alqışlar.) 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Hüseynov Rafael Baba oğlu. (Alqışlar.) 59 saylı Salyan seçki dairəsindən Abdullayev Əkrəm Kamal oğlu. (Alqışlar.) 60 saylı Salyan-Neftçala seçki dairəsindən Ağamalı Fəzail Rəhim oğlu. (Alqışlar.) 61 saylı Neftçala seçki dairəsindən Rəhimzadə Arif Qafar oğlu. (Alqışlar.) 62 saylı Saatlı seçki dairəsindən Əliyev Cəlal Əlirza oğlu. (Alqışlar.) 64 saylı Sabirabad 2-ci seçki dairəsindən Xəlilov Rüstəm Gülabba oğlu. (Alqışlar.) 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Əhmədov Gülhüseyn Əliəhməd oğlu. (Alqışlar.) 66 saylı Biləsuvar seçki dairəsindən Kazımlı Xanhüseyn Hüseynağa oğlu. (Alqışlar.) 67 saylı Cəlilabad şəhər seçki dairəsindən Həsənov Aydın Xanhüseyn oğlu. (Alqışlar.) 68 saylı Cəlilabad kənd seçki dairəsindən Kazımov Mirkazım Məhəmməd oğlu. (Alqışlar.) 70 saylı Masallı şəhər seçki dairəsindən Abıyev Əhəd Mikayıl oğlu. (Alqışlar.) 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Rüstəmxanlı Sabir Xudu oğlu. (Alqışlar.) 73 saylı Lənkəran şəhər seçki dairəsindən Quliyev Rüfət Atakişi oğlu. (Alqışlar.) 74 saylı Lənkəran kənd seçki dairəsindən Rəcəbli Hadi Musa oğlu. (Alqışlar.) 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Paşazadə Cavanşir Hümmət oğlu. (Alqışlar.) 77 saylı Astara seçki dairəsindən Əliyev Vasif İzzət oğlu. (Alqışlar.) 78 saylı Lerik-Lənkəran seçki dairəsindən Qənbərov Miri Əhəd oğlu. (Alqışlar.) 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Əhmədov Əhəd Abbas oğlu. (Alqışlar.) 81 saylı Beyləqan seçki dairəsindən Məmmədov Səfər Musa oğlu. (Alqışlar.) 82 saylı Ağcabədi seçki dairəsindən Rzayev Tahir Musa oğlu. (Alqışlar.) 83 saylı Ağcabədi-Ağdam seçki dairəsindən Abbasov Aqil Məhəmməd oğlu. (Alqışlar.) 85 saylı Şamaxı seçki dairəsindən İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu. (Alqışlar.) 86 saylı İsmayıllı seçki dairəsindən Aslanov Novruzəli Davud oğlu. (Alqışlar.) 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Cavadov Ərəstun Nurəddin oğlu. (Alqışlar.) 88 saylı Göyçay seçki dairəsindən Hacıyev Sabir Kamal oğlu. (Alqışlar.) 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Hacıyev Şəmsəddin Hümmət oğlu. (Alqışlar.) 90 saylı Ağdaş seçki dairəsindən Əsədullayev Çingiz Rauf oğlu. (Alqışlar.) 91 saylı Ucar seçki dairəsindən Məmmədov Elton Arzuman oğlu. (Alqışlar.) 93 saylı Bərdə şəhər seçki dairəsindən Orucov Zahid Məhərrəm oğlu. (Alqışlar.) 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Həsənquliyev Qüdrət Müzəffər oğlu. (Alqışlar.) 98 saylı Şəmkir şəhər seçki dairəsindən Əmiraslanov Azər Kamal oğlu. (Alqışlar.) 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Qurbanlı Mübariz Qəhrəman oğlu. (Alqışlar.) 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Məmmədov Nazim Hüseyn oğlu. (Alqışlar.) 107 saylı Qazax seçki dairəsindən Vəkilov Vaqif Səməd oğlu. (Alqışlar.) 108 saylı Ağstafa seçki dairəsindən Cəfərov Nizami Qulu oğlu. (Alqışlar.) 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Xəlilov Dünyamin Zakir oğlu. (Alqışlar.) 112 saylı Qax seçki dairəsindən Kərimli Azər Şəmşid oğlu. (Alqışlar.) 113 saylı Şəki şəhər seçki dairəsindən Məsimli Əli Əhməd oğlu. (Alqışlar.) 114 saylı Şəki kənd 1-ci seçki dairəsindən Mahmudov Yaqub Mikayıl oğlu. (Alqışlar.) 115 saylı Şəki kənd 2-ci seçki dairəsindən Şükürov Məjlum Şükür oğlu. (Alqışlar.) 116 saylı Qəbələ seçki dairəsindən Heydərov Fəttah Səməd oğlu. (Alqışlar.) 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Qurbanov Eyvaz Daşdəmir oğlu. (Alqışlar.) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Şahverdiyev Astan Nuşrəvan oğlu. (Alqışlar.) 121 saylı Laçın seçki dairəsindən Hətəmov Sevindik Hacağa oğlu. (Alqışlar.) 123 saylı Kəlbəcər seçki dairəsindən Qurbanov Cavid Qənbər oğlu. (Alqışlar.) 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən Məmmədov Elman Camal oğlu. (Alqışlar.) 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İsmayılov İmamverdi İbiş oğlu. (Alqışlar.) Çox sağ olun.
İcazə verin, bir daha Mərkəzi Seçki Komissiyasının adından, öz adımdan sizi təbrik edim. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük müvəffəqiyyətlə həyata keçirilən Azərbaycanın həm daxili, həm də xarici siyasətində ona yardımçı olacağınıza əmin olduğumuzu bildirim, hər birinizə can sağlığı arzu edim.
Cənab Sədr, icazə verin, Mərkəzi Seçki Komissiyasının üzvləri artıq iclas salonunu tərk etsinlər. Bu ənənənin əsasını birinci dəfə biz qoyduğumuz üçün əgər hansısa çatışmazlıq hiss etdinizsə, xahiş edirəm, üzrlü sayasınız. Gələn dəfə sizin iştirakınızla hər şey daha cilalanmış şəkildə həyata keçiriləcəkdir. Sizə uğurlar arzulayıram! (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Məzahir müəllim. İcazə verin, biz də Milli Məclisin deputatları adından bu gözəl ənənəyə, gözəl təqdimata görə Mərkəzi Seçki Komissiyasına minnətdarlığımızı bildirək. Sizə də uğurlar arzulayaq.
Hörmətli deputatlar, deputat vəsiqələri almağınız münasibəti ilə mən də sizi səmimi qəlbdən təbrik edir, sizə uğurlar, işlərinizdə müvəffəqiyyətlər arzulayıram!
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, Milli Məclisin bugünkü iclasının gündəliyində 15 məsələ nəzərdə tutulub. Gündəlik sizin hamınıza paylanılıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.51 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  3
İştirak edir  93
Nəticə: qəbul edildi

Qəbul edildi. Çox sağ olun.
Bu gün biz Konstitusiya Qanununa, habelə parlamentin müvafiq orqanlarının yaradılması ilə bağlı vacib məsələlərə baxacağıq. Ona görə təklif var ki, gündəliyin geniş müzakirəsini keçirməyək. Xahiş edirəm, kim bu təkliflə razıdırsa, münasibətini bildirsin.

Səsvermənin nəticələri   (saat 12.52 dəq.)
Lehinə  90
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  93
Nəticə: qəbul edildi

Qəbul edildi. Çox sağ olun.
İcazə verin, gündəliyin birinci məsələsinin – Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu haqqında məsələsinin müzakirəsinə başlayaq. Məsələ haqqında məruzə etmək üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov yoldaşa söz verilir.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Məlumat üçün nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinə əlavələr edilməsi haqqında cənab Prezident tərəfindən təklif olunmuş Konstitusiya Qanunu 2005-ci il 10 may tarixində müzakirə və qəbul edilmişdir. Amma Konstitusiyanın 156-cı maddəsinə uyğun olaraq, Konstitusiyaya əlavə qanunların qəbul edilmə qaydasına görə 6 ay keçdikdən sonra qanun ikinci dəfə səsə qoyulmalıdır. Bu gün faktik olaraq bu Konstitusiya Qanunu ikinci dəfə səsə qoyulur. Onu da deyim ki, Konstitusiyaya əlavə 95 səslə qəbul edilməlidir. Ona görə həmkarlarımdan xahiş edirəm, səsvermədə fəal və diqqətli olsunlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyulsun. Amma xəbərdarlıq edirəm ki, Konstitusiya qanunları 95 səslə keçir. Ona görə xahiş edirəm ki, səsvermədə diqqətli olasınız.

Səsvermənin nəticələri  (saat 12.55 dəq.)
Lehinə 94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  95
Nəticə: qəbul edilmədi

Səs verə bilməyənlər oldumu? 103 nəfər səs verdi, çox sağ olun, qəbul olundu. İndicə qəbul elədiyimiz Konstitusiya Qanunu möhtərəm Prezidentimiz cənab İlham Əliyev qol çəkəndən sonra bizim Konstitusiyanın tərkib hissəsinə çevriləcəkdir. Çox sağ olun.
İndi gündəliyin ikinci məsələsinə keçək. Milli Məclisin daimi komissiyalarının sədr müavinlərinin seçilməsi. Layihə sizə paylanmışdır. Müvafiq komissiyaların sədr müavinləri vəzifəsinə təklif edilən deputatların namizədliyi sizin müzakirənizə çıxarılır. Siyahıya etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.57 dəq.)
Lehinə  88
Əleyhinə  2
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  91
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. İndi isə Milli Məclisin daimi komissiya üzvlərinin seçilməsi haqqında müzakirələrə keçirik. Ötən iclasda komissiya sədrlərinə tapşırıldı ki, komissiyalarлс tərkibi haqqında təkliflərini Milli Məclisin Aparatına versinlər. Bu təkliflər artıq verilmişdir. Komissiya sədrlərinə bir-bir müzakirəyə çıxarılacaq məsələlər barədə danışmaq üçün söz veriləcək. Birinci Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilsin ki, komissiyanın tərkibi haqqında təkliflərini bildirsin.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Siyahı millət vəkillərinə paylanıb. Etiraz etmirsinizsə, səsləndirərdik. Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü kimi fəaliyyət göstərməklə bağlı millət vəkillərinin öz fikirləri və bizim birgə müzakirələr nəticəsində gəldiyimiz qənaət bundan ibarətdir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvlüyünə Abdullayev Hüseyn Abbas oğlu, Ağamalı Fəzail Rəhim oğlu, Ələsgərov Murtuz Nəcəf oğlu, Hacıyev Sabir Kamal oğlu, Həsənquliyev Qüdrət Müzəffər oğlu, İsgəndərov Nizami Zaman oğlu, Quliyev Azay Əjdər oğlu, Quliyev Ülvi Zahid oğlu, Qurbanlı Mübariz Qəhrəman oğlu və Musayev Madər Ələsgər oğlu təklif olunur.
Sədrlik edən. Bu layihə barədə kimin sözü var? Buyurun, Zahid Orucov.
Z. Orucov. Hörmətli Oqtay müəllim, hər birimizə bəllidir ki, bu komissiyaların tərkibi formalaşarkən millət vəkillərindən konkret olaraq onların mövqeləri soruşulub və onların razılığı əsasında komissiyalar formalaşıb. Ona görə mənə elə gəlir ki, texniki məsələ kimi burada artıq səsvermə qalır. Bu onun formal tərəfidir. Əlbəttə, biz bunu rəsmiləşdiririk, hüquqi məna veririk. Mən təklif edirəm ki, bütün digər komissiyaların üzvlərinin siyahısı ilə hamı tanış olub, kiminsə bunun əleyhinə, bütövlükdə gündəliyə aid fikri varsa, desin.
Parlamentdə fəaliyyətin qurulması ilə bağlı, şəxsən mənim bir neçə fikrim var. Çox arzu edərdim ki, elə birinci iclasda sədarət və parlament üzvləri bunları eşitsinlər. Bu əsasda işimizi quraq. Amma digərləri artıq texniki xarakterli işlərdir. Mən bilmirəm, buna niyə vaxt itirək. Sağ olun.
Sədrlik edən. Mən hesab edirəm ki, bu, texniki xarakterli iş deyil. Burada Milli Məclisin qərarı qəbul olunur. Ona görə davam edirik. Xahiş edirəm, səs verin.

Səsvermənin nəticələri  (saat 13.00 dəq.)
Lehinə  91
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli cənab Sədr! Hörmətli millət vəkilləri, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvlüyünə aşağıdakı şəxslərin namizədlikləri təklif olunur. Abbasov Aqil Məhərrəm oğlu, Əliyev Adil Abış oğlu, Həsənov Aydın Xanhüseyn oğlu, Məmmədov Elman Camal oğlu, Novruzov Siyavuş Dünyamalı oğlu, Orucov Zahid Məhərrəm oğlu.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.01 dəq.)
Lehinə  89
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Aqrar siyasət daimi komissiyasının tərkibinə aşağıdakı deputatların seçilməsini təklif edirəm. Aslanov Novruzəli Davud oğlu, Əhmədov Gülhüseyn Əliəhməd oğlu, Kərimli Azər Şəmşid oğlu, Məmmədov Vidadi Yunis oğlu, Süleymanov Tahir Süleyman oğlu, Şükürov Məjlum Şükür oğlu, Qənbərov Miri Əhəd oğlu, Cavadov Ərəstun Nurəddin oğlu. Komissiyaya etimad göstərib bu komissiyaya düşən hər bir deputata da əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.03 dəq.)
Lehinə  89
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  3
İştirak edir  93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası. Bildiyiniz kimi, komissiyanın sədri indi ezamiyyətdədir. İcazə versəydiniz, bu komissiya haqqında mən məlumat verərdim. Azərbaycan Respublikasının aşağıdakı deputatları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri seçilsinlər: Abbasov Aydın Abbas oğlu, Əhmədova Gülər Mikayıl qızı, Əliyeva Mehriban Arif qızı, Əsədullayev Çingiz Rauf oğlu, İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu, Məmmədxanov Anar Camali oğlu, Mollazadə Asim Nazim oğlu, Naibov-Əylisli Əkrəm Nəcəf oğlu, Paşayeva Qənirə Ələsgər qızı, Rüstəmxanlı Sabir Xudu oğlu. Etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.04 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi 1
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyevə söz verilir.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli deputatlar! Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasına aşağıdakı deputatların namizədliyi sizin müzakirənizə çıxarılır. Abbasova Lalə Gülbala qızı, Abıyev Ağacan Qulam oğlu, Baxşəliyeva Gövhər Baxşəli qızı, Əhmədov Əli Cavad oğlu, Həbibbəyli İsa Əkbər oğlu, Xudiyev Nizami Mənaf oğlu, Məhərrəmov Abel Məmmədəli oğlu, Şahverdiyev Astan Nuşrəvan oğlu.
Sədrlik edən. Etiraz yoxdursa, xahiş edirəm, səs verin.

Səsvermənin nəticələri   (saat 13.06 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli deputatlar! Milli Məclisin İqtisadi siyasət daimi komissiyası üzvlüyünə aşağıdakı deputatların namizədliyi irəli sürülür. Əhmədov Əhəd Abbas oğlu, Əhmədov Vahid Qazməmməd oğlu, Günəşov Xəlilbəy Günəş oğlu, Xəlilov Dünyamin Zakir oğlu, Kazımlı Xanhüseyn Hüseynağa oğlu, Quliyev Rüfət Atakişi oğlu, Məmmədov Nazim Hüseyn oğlu, Məsimli Əli Əhməd oğlu, Möhbalıyev Səttar Suliddin oğlu.
Sədrlik edən. Etiraz yoxdur ki? Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.07 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İnsan hüquqları daimi komissiyasının üzvlərinin sırasını nəzərinizə təqdim edirəm. Ağazadə İqbal Fehruz oğlu, Hacıyev İsmayıl Muxtar oğlu, Məmmədova Həvva İsa qızı, Muradov Fuad Rauf oğlu, Mustafayev Fazil Qəzənfər oğlu, Paşazadə Cavanşir Hümmət oğlu və sözsüz ki, komissiyanın sədr müavini Yevda Sasunoviç Abramov. Ümumilikdə 8 nəfər. Çox sağ olun.
Sədrlik edən. Etiraz yoxdursa, xahiş edirəm, səsə qoyun.

Səsvermənin nəticələri   (saat 13.09 dəq.)
Lehinə  86
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Mədəniyyət məsələləri daimi komissiyasının tərkibinə aşağıdakı millət vəkillərinin namizədliyi təqdim olunur. Əliyeva Jalə Fazil qızı, Xanlarova Zeynəb Yəhya qızı, İsmayılov İmamverdi İbiş oğlu, Quliyeva Aynur Camal qızı, Məmmədov Səfər Musa oğlu, Vəkilov Vaqif Səməd oğlu.
Sədrlik edən. Komissiyanın tərkibinə etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.10 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvlüyünə aşağıdakı deputatlar təklif olunur. Abıyev Əhəd Mikayıl oğlu, Xəlilov Rüstəm Gülabba oğlu, Rzayev Tahir Musa oğlu, Zabelin Mixail Yuryeviç.
Sədrlik edən. Komissiyanın tərkibinə etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.11 dəq.)
Lehinə  87
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Sosial siyasət daimi komissiyasının tərkibinə aşağıdakı deputatların namizədliyini irəli sürürəm. Abdullayev Əkrəm Kamal oğlu, Axundova Elmira Hüseyn qızı, Əliyev Rauf Asif oğlu, Həsənova Məlahət İbrahim qızı, Qurbanov Eyvaz Daşdəmir oğlu, Mahmudov Yaqub Mikayıl oğlu, Məmmədov İlham Kazım oğlu.
Sədrlik edən. Komissiyanın tərkibinə etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.12 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  3
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, təklif edirik ki, Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvləri seçilsinlər. Abdullayev Rövnəq İbrahim oğlu, Əliyev Vasif İzzət oğlu, Hətəmov Sevindik Hacağa oğlu, Kazımov Mirkazım Məhəmməd oğlu, Qəribov Fərhad Həsən oğlu, Qurbanov Cavid Qənbər oğlu, Mirələmov Hüseynbala Fazil oğlu, Zeynalov Fərrux Məmmədnəbi oğlu və əlbəttə, bundan öncə komissiya sədrinin müavini kimi seçdiyimiz Məmmədov Elton Arzuman oğlu. Çox sağ olun.
Sədrlik edən. Komissiyanın tərkibinə etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.14 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Keçirik Milli Məclisin gündəliyinin 14-cü məsələsinə. Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə görə, biz parlamentimizin İntizam komissiyasını təşkil etməliyik. İntizam komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxır, habelə deputat toxunulmazlığına xitam verilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə rəy vermək məqsədi ilə fəaliyyət göstərir. Komissiya 7 üzvdən ibarət olur və 1 il müddətinə seçilir. Komissiya üzvləri öz tərkiblərindən komissiya sədrini və katibini seçirlər. Layihə sizə paylanmışdır. Layihəyə görə nə təklifiniz var? Əgər lazımdırsa, biz bu layihəni də səsləndirə bilərik.
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyası aşağıdakı tərkibdə təşkil edilir:
Abıyev Ağacan Qulam oğlu, Əhmədova Gülər Mikayıl qızı, Heydərov Fəttah Səməd oğlu, Xəlilov Rüstəm Gülabba oğlu, Quliyev Musa İsa oğlu, Möhbalıyev Səttar Suliddin oğlu, Mustafayev Fazil Qəzənfər oğlu. Komissiyanın tərkibinə etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.17 dəq.)
Lehinə  88
Əleyhinə  2
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
İndi gündəliyin sonuncu məsələsinin, Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının yaradılması məsələsinin müzakirəsinə başlayırıq. Layihə bütün millət vəkillərinə paylanıb. Layihə hamınızda var. Bu layihəyə görə 67 ölkənin parlamentləri ilə əlaqələrin inkişafı ilə məşğul olacaq qruplar təşkil edilməlidir. Bu layihə ilə bağlı kimin nə sözü, nə iradı varsa, xahiş edirəm, buyursun, desin. Buyurun, Fəzail müəllim.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sadəcə olaraq, bu məsələnin müzakirəsində bir arzumu və istəyimi deməkdən özümü saxlaya bilmədim. Bu da ondan ibarətdir ki, yadınıza gəlirsə, cənab sədr, Milli Məclisin ilk iclaslarında bu cür qruplar yaradılmışdı. Lakin çox təəssüf edirəm ki, bu qrupların mütləq əksəriyyəti, bəzi qruplar istisna olmaqla, formal xarakter daşımışdır. Parlamentlərarası qrupların, bir daha təkrar edirəm, mütləq əksəriyyəti bu və ya digər ölkələrlə əlaqə qura bilməmişdir və ya qurulması üçün təşəbbüs göstərməmişdir.
Ona görə də Sizdən cənab Sədr, xahiş edərdim ki, bu məsələ Milli Məclisdə öz həllini tapdıqdan sonra elə bir iş mexanizmi təhlil olunsun ki, həmin işçi qrupları əvvəlki çağırışlarda olduğu kimi formal xarakter daşımasın. Əksinə, mənə elə gəlir, parlamentlərarası qrupların işi elə bir səviyyədə qurulmalıdır ki, Azərbaycan dövləti ilə həmin dövlətlər, eyni zamanda, parlamentlər arasında yüksək münasibətlər bərqərar olsun, çünki bu, Azərbaycan dövlətçiliyi, Azərbaycanın dünya miqyasında daha böyük imic qazanması üçün zəruridir. Bəlli olduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ problemi var, bu problemin həllində həmin işçi qruplarının, mənə elə gəlir, xüsusi töhfələri ola bilər. Ona görə də çox arzulayardım və istərdim ki, öz təsdiqini tapdıqdan sonra bu işçi qrupları formal şəkildə kağız üzərində qalmasın, öz fəaliyyətlərini arzu olunan şəkildə qura bilsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Sizin iradları qəbul edirəm. Biz keçən il də bu məsələlərə baxmışdıq. Mən Sizə söz verirəm ki, nə qədər mümkündürsə, biz bu qrupların fəaliyyətindən istifadə edəcəyik. Komissiya sədrləri ilə söhbətimdə bu barədə dedim və qrupların işləri bizə fayda verəcəkdir. Çox sağ olun. Başqa sözü olan yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.20 dəq.)
Lehinə  91
Əleyhinə  1
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Beləliklə, Milli Məclisin bütün orqanları təşkil olundu. Komissiyalar bu gündən işə başlaya bilərlər.
 Hörmətli deputatlar, bununla da Milli Məclisin bugünkü iclası başa çatdı, gələn iclas barədə sizə əvvəlcədən məlumat veriləcək. Diqqətinizə görə çox sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi