Konstitusiya qanunlarına dəyişikliklər

Konstitusiyanin 95-ci maddəsinin i hissəsinə əlavələr edilməsi haqqinda

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASININ 95-Cİ MADDƏSİNİN I HİSSƏSİNƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYA Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsi ilə həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmiş məsələlərə əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin IV hissəsinə əsasən aşağıdakı məsələlərin həll edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aiddir:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;
2. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin bir qisminin seçilməsi;
3. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin bir qisminin seçilməsi;
4. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvlərinin bir qisminin seçilməsi;
5. İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurası üzvlərinin təyin edilməsi.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2005-ci il.
№ 07-IIIKQD

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi