Konstitusiya qanunlarına dəyişikliklər

Ombudsman haqqında qanuna dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 115) 16.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“16.1. Müvəkkil şərti maliyyə vahidinin 1200 mislinə bərabər məbləğdə aylıq əmək haqqı alır.”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2004-cü il
№ 722-IIKQD

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 115; 2004-cü il, № 9, maddə 665; 2006-cı il, № 3, maddə 207) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 17-ci maddənin adında “aparatı” sözündən sonra “və regional mərkəzləri” sözləri əlavə edilsin;

2. 17.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.”;

3. 17.3-cü maddədə “Aparat” sözündən sonra “və regional mərkəzlər” sözləri, “aparatı” sözündən sonra “və regional mərkəzləri” sözləri əlavə edilsin;

4. 17.4-cü maddədə, 18-ci maddənin adında, 18.1-ci və 18.2-ci maddələrdə “aparatının” sözündən sonra “və regional mərkəzlərinin” sözləri əlavə edilsin;

5. 19.1-ci maddədə “və onun aparatının” sözləri “, onun aparatının və regional mərkəzlərinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2006-cı il
№ 128-IIIKQD

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi