Sənədlər

701

Mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında
müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq əlaqələrini möhkəmləndirmək, suverenlik, milli müstəqillik, hüquq bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsini, təqsirkarların qaytarılmasını və məhkum olunmuş şəxslərin verilməsini nizama salmaq istəyini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müqavilə təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, müqavilənin qüvvəyə minməsi üçün müvafiq tədbirləri həyata keçirsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 3 sentyabr 1993-cü il
№ 701

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi