Sənədlər

709

Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə qoşulması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqının ali mənafelərini rəhbər tutaraq, habelə Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin iştirakçıları olan dövlətlərlə tarixi əlaqələrini nəzərə alaraq, həmin dövlətlərlə siyasi, iqtisadi, elmi-texniki, mədəni və digər münasibətləri inkişaf etdirmək məqsədilə qərara alır:

1. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə qoşulsun.

2. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin kollektiv təhlükəsizlik haqqında müqaviləsinə qoşulsun.

3. Azərbaycan Respublikası Prezidentinə tövsiyə edilsin ki, bu qərardan irəli gələn lazımi tədbirləri həyata keçirsin.


Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 20 sentyabr 1993-cü il

№ 709

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi