Sənədlər

715

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev başda olmaqla
Azərbaycan Respublikası nümayəndə heyətinin MDB üzvü olan dövlətlərin
Dövlət Başçıları Şurasının 1993-cü il sentyabrın 24-də Moskva şəhərində keçirilmiş
iclasında iştirakının nəticələri barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

"Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə qoşulması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 20 sentyabr tarixli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının nümayəndə heyəti bu il sentyabrın 24-də Moskva şəhərində MDB üzvü olan dövlətlərin Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir. İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti səmərəli iş görmüş, MDB üzvü olan dövlətlərin nümayəndə heyətləri ilə əməli xarakter daşıyan söhbətlər aparmışdır.

Səfər zamanı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev Azərbaycan Respublikasının MDB-yə daxil olması haqqında sənədləri, kollektiv təhlükəsizlik haqqında Müqaviləni, İqtisadi İttifaq yaradılması haqqında Müqaviləni və digər sənədləri Azərbaycan Respublikası adından imzalamışdır.

Azərbaycan Respublikasının Milli Məclisi qeyd edir ki, Azərbaycan Respublikası nümayəndə heyətinin MDB üzvü olan dövlətlərin Dövlət Başçıları Şurasının iclasında iştirakı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin MDB sənədlərini imzalaması, səfər zamanı nümayəndə heyətinin apardığı gərgin əməli iş Azərbaycan xalqının ali mənafelərinə uyğundur və Azərbaycan Respublikasının dərin siyasi, iqtisadi və sosial böhrandan çıxmasına kömək edəcəkdir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin MDB üzvü olan dövlətlərin Dövlət Başçıları Şurasının 1993-cü il sentyabrın 24-də Moskva şəhərində keçirilmiş iclasında Azərbaycan Respublikası nümayəndə heyətinin fəaliyyəti haqqında məlumatını dinləyərək qərara alır:

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata kecirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikası nümayəndə heyətinin MDB üzvü olan dövlətlərin Dövlət Başçıları Şurasının 1993-cü il sentyabrın 24-də Moskva şəhərində keçirilmiş iclasında fəaliyyəti və bütövlükdə səfər zamanı apardığı iş bəyənilsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 29 sentyabr 1993-cü il

№ 715

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi