MİRZƏZADƏ Aydın Böyükkişi oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 37 saylı Mingəçevir

1957-ci il iyulun 2-də Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Siyasi elmlər namizədidir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci il noyabrın 5-də 37 saylı Mingəçevir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavinidir. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU