XƏBƏRLƏR

30/10/20

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN ONLAYN İCLASI OLUB

Oktyabrın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. İclasda Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynlı gündəliyə daxil olan 3 məsələni diqqətə çatdırıb.

ətraflı

29/10/20

MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Oktyabrın 29-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cəbhə xəttində vəziyyət barədə fikirlərini açıqlayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev xarici mediaya müsahibələrində son hadisələrlə bağlı həqiqətləri və ölkəmizin mövqeyini aydın şəkildə dünya ictimaiyyətinə çatdırır. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi aparır. Doğma torpaqlarımızı erməni-faşist işğalçılardan azad edir. Azərbaycan əsgəri öz torpağı uğrunda vuruşur. Bu, haqq mübarizəsidir! 
ətraflı

28/10/20

Deputatlarımız Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək.


ətraflı

27/10/20

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli aparıb. Birinci vitse-spiker bildirib ki, dünən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına növbəti müraciət edib. Bu müraciət xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Müraciətdə cənab Prezident, eyni zamanda, Dağlıq Qarabağın böyük yaşayış massivlərindən biri olan Qubadlı şəhərinin işğaldan azad olunmasını bəyan etdi. Bu münasibətlə Milli Məclis adından xalqımızı bir daha təbrik edirik!


ətraflı

27/10/20

MDB PA-nın İQTİSADİYYAT ÜZRƏ EKSPERT ŞURASININ İCLASINDA

Oktyabrın 27-də MDB Parlament Assambleyası nəzdində İqtisadiyyat  üzrə  Ekspert  Şurasının  videokonfrans  formatında iclası  keçirilib. Görüşdə  Milli Məclisin deputatı, qurumun  İqtisadiyyat üzrə Ekspert  Şurasının  üzvü  Rüfət  Quliyev iştirak  edib.
İclası Ekspert Şurasının sədri, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin rektoru  İqor  Maksimtsev  açaraq iştirakçıları  salamlayıb və Şuranın işinə uğurlar  arzulayıb. 

ətraflı

QANUN LAYİHƏLƏRİ

Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında

I oxunuş


Müzakirədə iştirak edin
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

I oxunuş


Müzakirədə iştirak edin
"Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
"Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
xəbərlərin arxivi qanun layihələri arxivi bəyanatların arxivi
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi