XƏBƏRLƏR

07/08/20

NÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDI

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırdı ki,  gündəliyə üçüncü  oxunuşda 6 məsələ  daxil edilib. Deputatlar gündəlikdəki məsələləri təsdiq etdilər.


ətraflı

06/08/20

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA

Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası parlamentin Sədri  Sahibə Qafarova  aparırdı.  
Spiker bildirdi ki,  gündəliyə  6 məsələnin  ikinci oxunuşda  müzakirəsi  daxil edilib  və  ilk 3 məsələ - büdcə  sisteminə  daxil olan  sənədlərdə  dəyişikliklərin edilməsi  ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub. 

ətraflı

06/08/20

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİN BAŞ ASSAMBLEYASINDA

Avqustun 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının onlayn formatda 55-ci plenar iclası  keçirilib.

ətraflı

05/08/20

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA

Avqustun 5-də Milli Məclisin  növbədənkənar sessiyasının ilk iclası keçirildi. İclası parlamentin Sədri  Sahibə Qafarova  açıq elan etdi. Dövlət Himni səsləndirildi.
Sonra Spiker iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhəddində - Tovuz rayonu istiqamətində gedən döyüşlərdə  şəhid olan  əsgər  və zabitlərimizin  ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.  Millət  vəkilləri  Vətən uğrunda  canlarından keçən  12 igid şəhidimizin ruhunu ehtiramla  yad  etdilər. 

ətraflı

04/08/20

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə dörd məsələ daxil olub. Hər dörd layihə birinci oxunuşda müzakirəyə çıxarılıb. 


ətraflı

QANUN LAYİHƏLƏRİ

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
"İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
"İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
xəbərlərin arxivi qanun layihələri arxivi bəyanatların arxivi
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi