Milli Məclisin informasiya məsələləri

Milli Məclisin informasiya məsələləri

Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.
Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
İnformasiya sahibinə müraciət edən hər kəs:
- sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq;
- informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 

Sorğunun mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır. Sorğu aydın və səlis cümlələrlə yazılmalıdır.  Sorğu edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə sorğuya cavab verilmir.

Elektron sorğunun mətni 1500 işarədən çox olmamalıdır.

Elektron sorğuda qoşma fayllar olmamalıdır. Mətni uzun olan sorğular, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Milli Məclisin office@meclis.gov.az elektron ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:

Azərbaycan Respublikası, Bakı, Az 1152, Parlament pr-ti 1, Milli Məclis.

İnformasiya sorğusu göndərin                  Elektron poçt göndərin

Sizin informasiya sorğunuza “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun baxılacaq.

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə  (Müraciət etmək hüququ) əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
Bununla belə, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaş müraciət etmək hüququnu aşağıdakı göstərilən vasitələrlə həyata keçirə bilər.

Şifahi müraciət – vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət;

Telefon müraciət xidməti – müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti;

Yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;

Elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət;

Kollektiv müraciət – eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər;

Videoyazı vasitəsi ilə edilən müraciət qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. 

Tel:         (99412) 4989748 - 144

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi