Milli Məclisin plenar iclasında

04 may 2021  17:42

Mayın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasın gündəliyi təsdiqləndikdən sonra deputatlar cari məsələlər barədə danışıblar.

Parlamentin iclasında Milli Məclisin Sədri Sahibə Qafarova qondarma “erməni soyqırımı” iddialarına münasibət bildirib

27 aprel 2021  18:30

Aprelin 27-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova son günlər səsləndirilən qondarma “erməni soyqırımı” iddialarına münasibət bildirib. Sədr diqqətə çatdırıb ki, 106 il bundan əvvəl ermənilərin guya soyqırıma məruz qaldığı barədə iddia Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında gərginlik yaradıb.

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.