Milli Məclisin yaz sessiyası başa çatıb

31 may 2021  16:45

Mayın 31-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib. Öncə 6 məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsində deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Hikmət Məmmədov, Azay Quliyev, Bəxtiyar Əliyev, Elman Nəsirov, Elşən Musayev, Elşad Mirbəşir oğlu, Bəhruz Məhərrəmov, Cavid Osmanov, Zahid Oruc bir sıra məsələləri diqqətə çatdırıblar.

Milli Məclisin növbəti plenar iclası keçirilib

27 may 2021  19:05

Mayın 27-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Əvvəlcə, iclasın 15 bənddən ibarət gündəliyi təsdiqlənib. Sonra gündəlikdəki məsələlərə baxılıb.

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.