12.11.2019 Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Birinci oxunuş

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590; № 5, maddələr 796, 801, 804, 812, 814; Azərbaycan Respublikasının 2019-cu il 24 iyun tarixli 1621-VQD nömrəli, 12 iyul tarixli 1648-VQD və 1656-VQD nömrəli qanunları) aşağıdakı dəyişiklik edilsin:

1.1. 2-ci maddə üzrə:

1.1.1. 2.4-1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır.";

1.1.2. 2.8-ci maddəyə "layihələri" sözündən sonra "və layihədə nəzərdə tutulan azadolmaların və güzəştlərin qiymətləndirilməsi" sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilən dəyişikliklər (qanunla müəyyən edilən digər normativ hüquqi aktlarda edilən dəyişikliklərlə bağlı uyğunlaşma istisna olmaqla) növbəti büdcə ilindən qüvvəyə minir.";

1.2. 3.6-cı maddənin üçüncü abzası ləğv edilsin;

1.3. 13.2-ci maddə üzrə:

1.3.1. 13.2.12-ci maddənin birinci abzasına aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlir hesab edilmir.";

1.3.2. 13.2.50-ci maddə ləğv edilsin;

1.3.3. 13.2.62-ci maddədən "və ya elektron vergi hesab-fakturası" sözləri çıxarılsın;

1.3.4. 13.2.63-cü maddədən "və ya elektron vergi hesab-faktura" sözləri çıxarılsın;

1.3.5. 13.2.80-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.81-13.2.84-cü maddələr əlavə edilsin:

"13.2.81. yalan əqd - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əqdi pərdələmək məqsədilə bağlanan, habelə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatların rəsmiləşdirildiyi əqddir;

13.2.82. yalan əqd üzrə benefisiar (faydalanan şəxs) - yalan əqd bağlamaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, habelə yalan əqd bağlamaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya yalan əqd bağlamaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxs;

13.2.83. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olan və barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olan vergi ödəyicisi;

13.2.84. transmilli şirkətlər qrupu - müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox şirkətin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən şirkətin daxil olduğu şirkətlər qrupu.";

1.4. 15.1.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 15.1.17-ci maddə əlavə edilsin:

"15.1.17. hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial və işsizlikdən sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək.";

1.5. 16.1-ci maddə üzrə:

1.5.1. aşağıdakı məzmunda 16.1.4-2-ci maddə əlavə edilsin:

"16.1.4-2. Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada və qaydada hesabatı vergi orqanına təqdim edir.";

1.5.2. aşağıdakı məzmunda 16.1.7-2-ci maddə əlavə edilsin:

"16.1.7-2. sifarişçi tərəfindən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada sahibkarlıq fəaliyyəti göstərən şəxslərin həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" təqdim etməklə işlərə cəlb edilməsini təmin etmək;";

1.5.3. 16.1.11-7-ci maddədən "və ya elektron vergi hesab-faktura" sözləri çıxarılsın;

1.5.4. aşağıdakı məzmunda 16.1.11-10-cu maddə əlavə edilsin:

"16.1.11-10. vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda alış aktını tərtib etmək;";

1.5.5. aşağıdakı məzmunda 16.8-ci maddə əlavə edilsin:

"16.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 20-dək vergi orqanına təqdim edir:

- 1 yanvar 2020-ci il tarixdən sonra tikinti-quraşdırma işlərinə başlamış;

- sadələşdirilmiş verginin ödəyicisi olmayan, 1 yanvar 2020-ci il tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər.";

1.6. aşağıdakı məzmunda 24.0.4-1-ci maddə əlavə edilsin:

"24.0.4-1. vergi ödəyicisinin müraciəti əsasında hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilərə, məcburi dövlət sosial və işsizlikdən sığorta haqlarına, fаizlərə, maliyyə sanksiyalarına və inzibati cərimələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq edilmiş formada üzləşmə aktını "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə təqdim etmək;";

1.7. 30.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.2.7-30.2.9-cu maddələr əlavə edilsin:

"30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;

30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılıb-dayandırılmaması haqqında;

30.2.9. riskli vergi ödəyiciləri haqqında.";

1.8. 33.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"33.7. Bu Məcəllənin 33.7.1-ci maddəsində göstərilən vergi ödəyicilərinin mərkəzləşdirilmiş qaydada uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi vergi orqanı tərəfindən aparılır.

33.7.1. Aşağıdakı vergi ödəyiciləri bu maddə ilə müəyyən olunan qaydada mərkəzləşdirilmiş qaydada uçota alına bilərlər:

33.7.1.1. təbii inhisar subyektləri;

33.7.1.2. xüsusi vergi rejimli müəssisələr;

33.7.1.3. aşağıdakı tələblərdən birinə cavab verən vergi ödəyiciləri:

- işçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan;

- balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan.

33.7.2. Bu Məcəllənin 33.7.1-ci maddəsində göstərilən vergi ödəyicilərinə eyniləşdirmə nömrələrinin verilməsi bu Məcəlləyə və digər müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

33.7.3. Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə, əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş qaydada uçota alınırlar.

33.7.4. Mərkəzləşdirilmiş qaydada uçota alınmış bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotu bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

33.7.5. Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra 15 gün müddətində mərkəzləşdirilmiş qaydada uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş qaydada uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar.

33.7.6. Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, onların xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması barədə onların mərkəzləşdirilmiş qaydada uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həyata keçirilməlidir.

33.7.7. Bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi vergi orqanı tərəfindən hər il may ayının 15-dək qərar qəbul edilir.

33.7.8. Bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə aid edilən müəssisələrin mərkəzləşdirilmiş qaydada uçota alınması onların mərkəzləşdirilmiş qaydada uçota alınması barədə qərar qəbul edildiyi vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir.

33.7.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hər il iyun ayının 15-dək olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınmış və ya mərkəzləşdirilmiş uçotdan çıxarılmış bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış forma üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.";

1.9. 37.3-cü maddədə "edə bilər" sözləri "edir" sözü ilə əvəz edilsin;

1.10. 38-ci maddə üzrə:

1.10.1. aşağıdakı məzmunda 38.1-1-ci maddə əlavə edilsin:

"38.1-1. Xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanan Azərbaycan Respublikasının dövlətlərarası və hökumətlərarası müqavilələrində nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının dövlət vergi orqanları və digər dövlətin vergi orqanları Azərbaycanda və ya həmin digər dövlətdə fəaliyyət göstərən vergi ödəyicisində birgə vergi yoxlamaları apara bilərlər.";

1.10.2. aşağıdakı məzmunda 38.3.10-cu maddə əlavə edilsin:

"38.3.10. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.";

1.11. 50-ci maddə üzrə:

1.11.1. 50.1-ci maddə üzrə:

1.11.1.1. 50.1.13-cü maddədə "Məcəllə ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura" sözləri "Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər" sözləri ilə əvəz edilsin və "alınmasına" sözündən sonra "və ya mədaxilinə" sözləri əlavə edilsin;

1.11.1.2. 50.1.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.1.14-cü maddə əlavə edilsin:

"50.1.14. POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarının müəyyən edilməsi.";

1.11.2. 50.2.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.2.5-ci maddə əlavə edilsin:

"50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.";

1.12. 56.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"56.1. Cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilən vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamasının nəticələri istisna olmaqla, vergi qanunvericiliyinin pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il) keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü (xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 illik dövrü) əhatə edir.";

1.13. 58-ci maddə üzrə:

1.13.1. 58.5-ci maddə ləğv edilsin;

1.13.2. 58.7-ci maddədə "nağd" sözü "əhali ilə" sözləri ilə əvəz edilsin və "aparılmasına," sözündən sonra "POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya" sözləri əlavə edilsin;

1.13.3. aşağıdakı məzmunda 58.7-2-ci və 58.7-3-cü maddələr əlavə edilsin:

"58.7-2. POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi hallarında bu Məcəllənin 58.7-ci maddəsi tətbiq edilir.

58.7-3. Bu Məcəllənin 58.7-ci və 58.7-2-ci maddələrində nəzərdə tutulan pozuntular eyni vaxtda baş verdikdə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası bir dəfə tətbiq edilir.";

1.13.4. 58.8-ci maddə üzrə:

1.13.4.1. 58.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını və mədaxilini təsdiq edən elektron qaimə-faktura, bu Məcəllənin 71-1.1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi, alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, komissiyaya, emala və saxlanca götürülmüş malların təhvil-qəbul aktı, həmçinin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən hazır məhsulun mədaxilini təsdiq edən sənədlər olmadıqda:";

1.13.4.2. 58.8.2-ci maddədə "sənədlərdən ən azı biri" sözləri "sənədlər" sözü ilə əvəz edilsin, həmin maddəyə "alınmış" sözündən sonra "və ya mədaxil edilmiş" sözləri və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Vergi ödəyicisinin özü tərəfindən istehsal edilən və mədaxili müvafiq sənədlərlə təsdiq edilən hazır məhsulun istehsalı ilə bağlı xammal və materialların alışının bu Məcəllə ilə müəyyən edilən qaydada sənədləşdirilməsi təsdiq edilmədiyi halda bu maddə ilə müəyyən edilən maliyyə sanksiyası tətbiq edilir.";

1.13.5. 58.10-cu maddədə "görə işəgötürənə" sözləri ", habelə bu Məcəllənin 150.1.7-ci maddəsi istisna olmaqla bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə işəgötürənə (vergi orqanında uçotda olan sifarişçiyə)" sözləri ilə əvəz edilsin;

1.13.6. 58.13-cü maddədən hər iki halda "və ya elektron vergi hesab-fakturası" sözləri çıxarılsın;

1.13.7. 58.16-cı maddədə "malların alış qiyməti, malların alış qiymətini" sözləri "malların alış qiyməti və ya istehsal xərclərinə əsasən müəyyənləşdirilən qiyməti, malların alış və ya istehsal qiymətini" sözləri ilə əvəz edilsin;

1.13.8. aşağıdakı məzmunda 58.17-ci maddə əlavə edilsin:

"58.17. Bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.";

1.14. aşağıdakı məzmunda 65.10-cu maddə əlavə edilsin:

"65.10. Vergi orqanları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda xarici dövlətlərin vergi orqanlarının müraciətinə əsasən, həmin xarici dövlətdə yaranmış vergi borcunun alınması ilə bağlı bu Məcəllə ilə müəyyən olunmuş tədbirləri görür.";

1.15. 67-ci maddə üzrə:

1.15.1. 67.13-cü maddədə "qiymətləndirildikdə, müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir" sözləri "qiymətləndirilir" sözü ilə əvəz edilsin;

1.15.2. aşağıdakı məzmunda 67.16-cı maddə əlavə edilsin:

"67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edildiyi (alğı-satqı müqavilələrinin bağlandığı) aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır:

- bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat təqdim edilmədikdə;

- bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə.";

1.16. 71-1-ci maddə üzrə:

1.16.1. 71-1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-fakturanı aşağıdakı müddətdə təqdim edir:

71-1.1.1. malların təqdim edilməsi - mallar göndərilən vaxt;

71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində;

71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində.";

1.16.2. aşağıdakı məzmunda 71-1.3-71-1.6-cı maddələr əlavə edilsin:

"71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

71-1.4. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

71-1.5. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir.

71-1.6. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir:

71-1.6.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;

71-1.6.2. malların qaytarılması barədə;

71-1.6.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;

71-1.6.4. malların agentə (komisyonçuya) verilməsi barədə;

71-1.6.5. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;

71-1.6.6. malların emala qəbul edilməsi barədə;

71-1.6.7. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən.";

1.17. aşağıdakı məzmunda 71-2-ci maddə əlavə edilsin:

"Maddə 71-2. Malların alış aktı

71-2.1. Hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfat fəaliyyəti məqsədləri üçün (fərdi istehlak istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektron alış aktı tərtib edilir.

71-2.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.";

1.18. aşağıdakı məzmunda 76.1-1-ci maddə əlavə edilsin:

"76.1-1. Bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq ƏDV qeydiyyatında olan vergi ödəyicisinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatlar banklar tərəfindən hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.";

1.19. aşağıdakı məzmunda 77.5-ci maddə əlavə edilsin:

"77.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Bu Məcəllənin 77.5-ci maddəsi bu maddə qüvvəyə minənədək istismar edilən nəzarət-kassa aparatını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı ilə əvəz edən vergi ödəyicilərinə şamil edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddən artıq olan məbləğ vergi ödəyicisi tərəfindən ödənilir.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər bu maddə ilə müəyyənləşdirilmiş qaydada vergi öhdəlikləri ilə əvəzləşdirilmir:

- nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixədək quraşdırıldıqda;

- nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;

- nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.";

1.20. 78.4-cü maddəyə "yerinə yetirilməsi" sözlərindən sonra "yalan əqd üzrə benefisiar (faydalanan şəxs) istisna olmaqla," sözləri əlavə edilsin;

1.21. 83.7-ci maddəyə "zəruridirsə," sözündən sonra "habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə," sözləri əlavə edilsin;

1.22. 85-ci maddə üzrə:

1.22.1. 85.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

"Cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilən vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamasının nəticələri istisna olmaqla, bu maddə ilə müəyyən edilən 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu Məcəllənin 37.2-1-ci maddəsi istisna olmaqla, bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü əhatə edir.";

1.22.2. 85.8-ci maddədə "qaldırılıbsa" sözündən sonra "və ya vergi ödəyicisi riskli vergi ödəyicisidirsə" sözləri əlavə edilsin;

1.23. 87-ci maddə üzrə:

1.23.1. aşağıdakı məzmunda 87.3-1-ci maddə əlavə edilsin:

"87.3-1. Bu maddə ilə müəyyən edilən müddətlər riskli vergi ödəyicilərinə münasibətdə vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.";

1.23.2. aşağıdakı məzmunda 87.5-ci maddə əlavə edilsin:

"87.5. Bu maddənin digər müddəalarından və bu Məcəllənin 179-cu maddəsindən asılı olmayaraq, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada 20 gün ərzində qaytarılır.";

1.24. 88.0-cı maddəyə "borc" sözündən sonra "bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla" sözləri əlavə edilsin;

1.25. 89.3-cü maddənin ikinci abzasına "olduqda," sözündən sonra "habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda" sözləri əlavə edilsin;

1.26. 93.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 93.1.3-cü maddə əlavə edilsin:

"93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.";

1.27. 102-ci maddə üzrə:

1.27.1. 102.1.21-ci maddədə "7" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin;

1.27.2. 102.1.34-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.35-ci maddə əlavə edilsin:

"102.1.35. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi.";

1.28. 106-cı maddə üzrə:

1.28.1. 106.1.13-cü maddədə "7" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin;

1.28.2. 106.1.26-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.27-ci və 106.1.28-ci maddələr əlavə edilsin:

"106.1.27. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi;

106.1.28. Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2018-ci il yanvarın 1-dən 6 il müddətinə.";

1.29. 108-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

"Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan əməliyyatlar da aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergidən azad edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, aktivlərə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir."

1.30. aşağıdakı məzmunda 109.9-cu maddə əlavə edilsin:

"109.9. Yalan əqdlər çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.";

1.31. aşağıdakı məzmunda 130.6-cı maddə əlavə edilsin:

"130.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alğı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən edilir.";

1.32. 138.4-cü maddə ləğv edilsin;

1.33. 149.4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.";

1.34. 150-ci maddə üzrə:

1.34.1. 150.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"150.1.9. torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius;";

1.34.2. 150.3.3-cü maddə üzrə:

1.34.2.1. 150.3.3.2-ci maddədə "ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq;" sözləri "vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar." sözləri ilə əvəz edilsin;

1.34.2.2. 150.3.3.3-cü maddə ləğv edilsin;

1.35. 153-cü maddədə "elektron vergi hesab-fakturalara" sözləri "elektron qaimə-fakturalara" sözləri ilə əvəz edilsin;

1.36. 154.6-cı maddədən "sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən" sözləri çıxarılsın;

1.37. 158.1-ci maddənin birinci abzasında "və ya 218.1.3-cü maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

1.38. 163-cü maddə üzrə:

1.38.1. 163.1.4-cü maddədə "elektron vergi hesab-faktura" sözləri "elektron qaimə-faktura" sözləri ilə əvəz edilsin;

1.38.2. 163.2.1-ci maddədə "elektron vergi hesab-fakturanı" sözləri "elektron qaimə-fakturanı" sözləri ilə və "elektron vergi hesab-fakturada" sözləri "elektron qaimə-fakturada" sözləri ilə əvəz edilsin;

1.39. 164.1-ci maddə üzrə:

1.39.1. 164.1.16-cı maddədə "7" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin;

1.39.2. 164.1.37-ci maddə aşağıdakı redaksiyada verilsin:

"164.1.37. heyvan və quş ətinin satışı - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;

Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə tətbiq edilmir.";

1.39.3. 164.1.44-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.45-164.1.48-ci maddələr əlavə edilsin:

"164.1.45. heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr - 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;

164.1.46. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi;

164.1.47. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnaməsində nəzərdə tutulan və ona həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün büdcə qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə;

164.1.48. Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi - 2018-ci il yanvarın 1-dən 6 il müddətinə.";

1.40 166-cı maddə üzrə:

1.40.1. 166.1-ci, 166.2-ci və 166.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:

- nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;

- maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt;

- natura şəklində aparıldıqda, habelə barter edildikdə, aktivlərin təqdim edildiyi vaxt;

- əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt.

Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.

Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir:

- mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə - borcun verildiyi vaxt;

- mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə - malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.

166.2. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.

166.3. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.";

1.40.2. 166.4-cü maddə ləğv edilsin;

1.41. 169-cu maddə üzrə:

1.41.1. 169.3-cü maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.";

1.41.2. 169.4-cü maddədə "elektron vergi hesab-fakturadır" sözləri "elektron qaimə-fakturadır" sözləri ilə əvəz edilsin;

1.41.3. 169.7-ci maddə ləğv edilsin;

1.42. 172-ci maddə üzrə:

1.42.1. 172.4-cü maddə üzrə:

1.42.1.1. 172.4.1-ci maddənin üçüncü abzasında "elektron vergi hesab-fakturası" sözləri "elektron qaimə-faktura" sözləri ilə əvəz edilsin;

1.42.1.2. 172.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"172.4.2. Digər şəxs üçün vergi tutulan əməliyyatların vaxtı bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxtdır. Digər şəxs tərəfindən malların agentə təhvil verilməsi bu məqsəd üçün nəzərdə tutulan elektron qaimə-faktura ilə rəsmiləşdirilir.";

1.42.1.3. 172.4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"172.4.3. Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, yalnız digər şəxsə göstərdiyi xidmətlərə görə elektron qaimə-faktura verir. Elektron qaimə-faktura ƏDV ödəyicisi olan digər şəxs tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olduğu halda digər şəxsdən qəbul etdiyi mallar (işlər, xidmətlər) üçün həmin malların (işlərin, xidmətlərin) alıcılarına bu Məcəllənin 71-1.6.5-ci maddəsində nəzərdə tutulan elektron qaimə-faktura verir. Həmin elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadıqda, alıcı tərəfindən alınmış malların (işlərin, xidmətlərin) dəyəri komitentin hesabına nağdsız qaydada, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildiyi halda agent tərəfindən həmin malların (işlərin, xidmətlərin) alıcısına verilmiş elektron qaimə-faktura ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. Bu zaman malların (işlərin, xidmətlərin) alıcısı agentdən aldığı elektron qaimə-faktura əsasında digər şəxsə (komitentə) malların (işlərin, xidmətlərin) dəyərini nağdsız qaydada, ƏDV məbləğini ƏDV-nin depozit hesabına ödəməklə ödənilmiş ƏDV məbləğini əvəzləşdirir.";

1.42.1.4. 172.4.4-cü maddədə "bu xidmətlərin faktiki göstərildiyi vaxt" sözləri "bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxt" sözləri ilə əvəz edilsin;

1.42.2. 172.5-ci maddə üzrə:

1.42.2.1. 172.5.5-ci maddədə "elektron vergi hesab-fakturası" sözləri "elektron qaimə-faktura" sözləri ilə əvəz edilsin;

1.42.2.2. 172.5.6-cı maddə ləğv edilsin;

1.42.2.3. 172.5.7-ci maddənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

"Komisyonçu üçün vergi tutulan əməliyyatın vaxtı bu Məcəllənin 166-cı maddəsi ilə müəyyən edilən vaxt sayılır.";

1.42.2.4. 172.5.8-ci maddədə "elektron vergi hesab-fakturalarının" sözləri "elektron qaimə-fakturaların" sözləri ilə əvəz edilsin;

1.43. 175-ci maddə üzrə:

1.43.1. 175.1-ci (175.1.1-175.1.3-cü maddələr istisna olmaqla) maddə aşağıdakı redaksiyada verilsin:

"175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği aşağıdakı şərtlər nəzərə alınmaqla əvəzləşdirilir və bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:

- malların (işlərin, xidmətlərin) alışı sahibkarlıq fəaliyyəti və ƏDV tutulan əməliyyatların məqsədləri üçün olsun;

- əməliyyatın dəyəri bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına köçürülsün;

- ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilsin.

Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.";

1.43.2. 175.1.1-ci maddədə "bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq" sözləri "alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt" sözləri ilə əvəz edilsin;

1.43.3. 175.1.3-cü maddədə hər iki halda "və ya elektron vergi hesab-fakturası" sözləri "elektron qaimə-faktura" sözləri ilə əvəz edilsin;

1.43.4. 175.8-ci maddədə "elektron vergi hesab-fakturaları" sözləri "elektron qaimə-fakturaları" sözləri ilə əvəz edilsin;

1.43.5. aşağıdakı məzmunda 175.9-175.11-ci maddələr əlavə edilsin:

"175.9. Qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

175.10. Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

175.11. Yalan əqdlər çərçivəsində aparılan əməliyyatlar üzrə rəsmiləşdirilən sənədlər, habelə riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.";

1.44. 176-cı maddə ləğv edilsin;

1.45. 177.5-ci maddədə "ƏDV üzrə elektron vergi hesab-fakturaları" sözləri "bu maddənin məqsədləri üçün nəzərdə tutulan elektron qaimə-fakturaları" sözləri ilə əvəz edilsin;

1.46. aşağıdakı məzmunda 179.4-cü maddə əlavə edilsin:

"179.4. Bu maddə ilə müəyyən edilən müddətlər riskli vergi ödəyicilərinə münasibətdə vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.";

1.47. 181.1-ci maddədə "elektron vergi hesab-fakturaları" sözləri "elektron qaimə-fakturaları" sözləri ilə əvəz edilsin;

1.48. 189.2-ci maddədə "elektron vergi hesab-faktura" sözləri "elektron qaimə-faktura" sözləri ilə əvəz edilsin;

1.49. 190.3-cü maddə üzrə:

1.49.1. 190.3.1-ci maddədə "2,0" rəqəmi "3,2" rəqəmi ilə əvəz edilsin;

1.49.2. 190.3.2-ci maddədə "2,0" rəqəmi "3,2" rəqəmi ilə əvəz edilsin;

1.49.3. 190.3.3-cü maddədə "6,0" rəqəmi "3,2" rəqəmi ilə əvəz edilsin;

1.49.4. 190.3.4-cü maddədə "2,5" rəqəmi "2,6" rəqəmi ilə əvəz edilsin;

1.49.5. 190.3.5-ci maddədə "0,1" rəqəmi "0,2" rəqəmi ilə əvəz edilsin;

1.49.6. 190.3.6-cı maddədə "0,2" rəqəmi "0,5" rəqəmi ilə əvəz edilsin;

1.49.7. 190.3.7-ci maddədə "20,0" rəqəmi "31,0" rəqəmi ilə əvəz edilsin;

1.49.8. 190.3.8-ci maddədə "20" rəqəmi "31,0" rəqəmi ilə əvəz edilsin;

1.49.9. 190.3.9-cu maddədə "2,0" rəqəmi "2,1" rəqəmi ilə əvəz edilsin;

1.49.10. 190.3.10-cu maddədə "3,0" rəqəmi "3,1" rəqəmi ilə əvəz edilsin;

1.49.11. 190.3.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 190.3.13-cü maddə əlavə edilsin:

"190.3.13. bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilər - hər litrinə 0,4 manat.;

1.50. 190.3-1-ci maddədə "və 190.3.12-ci" sözləri ", 190.3.12-ci və 190.3.13-cü" sözləri ilə əvəz edilsin;

1.51. 194-cü maddə üzrə:

1.51.1. 194.1-ci maddədə "orqanı tərəfindən həyata keçirilir" sözləri "orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və həmin markaların hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir" sözləri ilə əvəz edilsin;

1.51.2. 194.2-ci maddə üzrə:

1.51.2.1. 194.2.3-cü maddədən ", elektron vergi hesab-fakturasına" sözləri çıxarılsın;

1.51.2.2. 194.2.8-ci maddədən ", elektron vergi hesab-faktura" sözləri çıxarılsın;

1.52. 195-ci maddə üzrə:

1.52.1. 195.1-ci maddədə "elektron vergi hesab-fakturası" sözləri "elektron qaimə-faktura" sözləri ilə əvəz edilsin;

1.52.2. 195.2-ci maddədə "Elektron vergi hesab-fakturası" sözləri "Elektron qaimə-faktura" sözləri ilə əvəz edilsin və həmin maddədən "və bu Məcəllənin 176.2-ci maddəsində nəzərdə tutulmuş rekvizitləri özündə əks etdirən" sözləri çıxarılsın;

1.52.3. 195.3-cü maddədə "elektron vergi hesab-fakturası" sözləri "elektron qaimə-faktura" sözləri ilə əvəz edilsin və həmin maddədən ", müəyyən edilmiş qaydada tərtib edilməyən elektron hesab-fakturaları" sözləri çıxarılsın;

1.53. 199-cu maddə üzrə:

1.53.1. 199.7-ci maddədə "7" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin;

1.53.2. 199.14-cü maddəyə "azaddırlar" sözündən sonra "(mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla)" sözləri əlavə edilsin;

1.54. 201.5-ci maddənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.";

1.55. 207.3-cü maddədə "7" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin;

1.56. 218-ci maddə üzrə:

1.56.1. 218.1.3-cü və 218.3-cü maddələr ləğv edilsin;

1.56.2. 218.4-cü maddə üzrə:

1.56.2.1. 218.4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;";

1.56.2.2. 218.4.5-ci maddədən "(bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla)" sözləri çıxarılsın;

1.56.3. 218.5.6-cı maddədə ", 218.1.3-cü" sözləri çıxarılsın;

1.56.4. 218.5.13-cü maddədə "bina tikintisi fəaliyyəti ilə məşğul olan və" sözləri çıxarılsın;

1.56.5. aşağıdakı məzmunda 218.6-cı maddə əlavə edilsin:

"218.6. Aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır:

218.6.1. pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda;

218.6.2. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.";

1.57. aşağıdakı məzmunda 218-1-ci maddə əlavə edilsin:

"Maddə 218-1. Azadolmalar və güzəştlər

218-1.1. Vergidən azaddır:

218-1.1.1. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;

218-1.1.2. qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;

218-1.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi;

218-1.1.4. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər;

218-1.1.5. mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə aşağıdakı təqdim edilmə halları:

218-1.1.5.1. fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;

218-1.1.5.2. bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallar;

218-1.1.5.3. fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetr olan sahəsi.

218-1.2. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.";

1.58. 219.3-cü və 219.7-219.11-ci maddələr ləğv edilsin;

1.59. 220-ci maddə üzrə:

1.59.1. 220.8-ci maddənin birinci abzasında "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu" sözləri "Bu" sözü ilə əvəz edilsin;

1.59.2. 220.8.1-ci maddənin cədvəl hissəsində "Bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi), habelə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə əmsal" sözləri "Yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə əmsal" sözləri ilə əvəz edilsin;

1.59.3. 220.8-1-ci maddədə "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu" sözləri "Bu" sözü ilə əvəz edilsin;

1.59.4. 220.10-cu maddənin cədvəl hissəsində birinci halda "30" rəqəmi "20" rəqəmi ilə, ikinci halda "30" rəqəmi "15" rəqəmi ilə və "iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər" sözləri "gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)" sözləri ilə əvəz edilsin;

1.60. 221-ci maddə üzrə:

1.60.1. 221.5-ci maddə ləğv edilsin;

1.60.2. 221.6-cı maddədə "218.1.3-cü və 218.4-cü maddələrində" sözləri "218.4-cü maddəsində" sözləri ilə əvəz edilsin;

1.60.3. 221.7-ci maddədə ", 218.2-ci və 218.3-cü" sözləri "və 218.2-ci" sözləri ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəaları

2.1. 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara, işlərə və xidmətlərə görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada həyata keçirilir. Alınmış mallara, işlərə və xidmətlərə görə ödənilmiş ƏDV-nin elektron qaimə-faktura ilə əvəzləşdirilməsi 2020-ci il 1 yanvar tarixindən sonra aparılan əməliyyatlara münasibətdə tətbiq edilir.

2.2. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir.

Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş məlumat formasını 2020-ci il 1 yanvar tarixinədək təqdim etmədikdə tikilən binalar üzrə yaranan vergi öhdəlikləri bu Qanunla müəyyən olunmuş qaydada yerinə yetirilir.

2.3. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti




Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi