15.12.2017 “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

926-VQD

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 354; 2001, № 12, maddə 736; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 7; 2005, № 11, maddə 997; 2007, № 3, maddə 205, № 5, maddə 398; 2008, № 2, maddə 49; 2013, № 11, maddə 1289; 2016, № 7, maddə 1240; 2017, № 5, maddə 719) 30-cu maddəsinin ikinci hissəsində “vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “şəxslər qanunla” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 dekabr 2017-ci il
№ 926-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi