Arxiv

07.05.20

SƏHİYYƏ KOMİTƏSİNDƏ COVID-19-la BAĞLI VƏZİYYƏT MÜZAKİRƏ OLUNDU

Mayın 7-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında 7 məsələyə baxıldı. Öncə “Koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə” məsələ müzakirə olundu.
Komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qabaqlayıcı tədbirlər müsbət nəticəsini verib. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusdan ölənlərin sayı çox aşağıdır. Dövlət başçısının gündəlik nəzarəti, diqqət və qayğısı sayəsində müvafiq dövlət qurumları vətəndaşların sağlamlığını qorumaq istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər. Görülən işlər müsbət nəticəsini verir. Lakin dünyanı bürümüş bu məşum bəla ilə mübarizəyə əhali də laqeyd yanaşmamalıdır.

ətraflı

07.05.20

QƏLƏBƏNİN 75-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ VİDEOKONFRANSDA

Mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
Videokonfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edib, bu tədbirə dəvət üçün minnətdarlığını bildirib.


ətraflı

07.05.20

MİLLİ MƏCLİSİN GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ

Mayın 7-də Milli Məclisin Gənclər və İdman komitəsinin onlayn iclası keçirilib. İclası Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev aparıb.
Tədbirdə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.


ətraflı

07.05.20

Regional məsələlər komitəsinin onlayn iclasında

 Mayın 7-də Milli Məclisin Regional  məsələlər  komitəsinin  onlayn iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclası açaraq gündəlik barədə məlumat verib.

ətraflı

07.05.20

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Mayın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev millət vəkillərinə məlumat verərək bildirdi gündəliyə 3 məsələ təqdim olunub.
ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi