Arxiv

29.06.20

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 17 məsələ daxil edilib.
Spiker diqqətə çatdırdı ki, birinci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Sədr bildirdi ki, son vaxtlar ölkəmizdə Koronavirus (Covid-19) infeksiyasına tutulanların sayında xeyli artım baş vermişdir. Bunun əsas səbəblərindən biri də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət edilməməsi, hətta bir sıra hallarda etinasızlıq göstərilməsidir. Bununla əlaqədar ictimaiyyətin, eləcə də, Milli Məclisin deputatlarının narahatlığını nəzərə alaraq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlamışdır. Layihədə infeksiyanın yayılmasına qarşı tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulub.

ətraflı

27.06.20

Milli Məclisin Spikeri Sahibə Qafarova millət vəkili seçildiyi dairənin seçiciləri ilə videokonfrans formatında qəbul keçirib.

Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib. Videoqəbulda millət vəkili seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qeyd olunub ki, S.Qafarova seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olub, bunlarla bağlı müvafiq dövlət qurumlarına müraciətlər ünvanlanıb, həmçinin ötən videoqəbullarda qaldırılan bir sıra məsələlər artıq öz həllini tapıb.
ətraflı

25.06.20

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu gün çox dəyərli həmkarımız, Azərbaycanda iqtisad elminin inkişafında böyük xidmətləri olan akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur. Möhtərəm Prezidentimiz İlham Əliyev akademik Ziyad Səmədzadəni birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Bu təkcə Ziyad müəllim üçün deyil, həm də bütövlükdə Milli Məclis üçün sevindirici hadisədir.

ətraflı

24.06.20

İCTİMAİ BİRLİKLƏR VƏ DİNİ QURUMLAR KOMİTƏSİNİN İCLASINDA

İyunun 23-də Milli  Məclisin İctimai  birliklər  və dini qurumlar komitəsinin  növbəti onlayn iclası  keçirilib. 
İclası aparan Milli Məclis  Sədrinin müavini, İctimai  birliklər  və dini qurumlar komitəsinin  sədri Fəzail İbrahimli  deputatlara məlumat verib ki, gündəliyə birinci oxunuşda 3 məsələ daxil edilib və həmin  qanun layihələri parlamentə bir zərfdə təqdim olunub. 

ətraflı

19.06.20

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 19-da Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva  Pakistan İslam Respublikası Parlamentinin Senatında ölkəmizlə  dostluq qrupunun əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi.
ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi