Arxiv

15.09.20

TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 15-də  Milli Məclisin Təbii ehtiyatlar, energetika  və ekologiya  komitəsinin 2020-ci ilin payız  sessiyasında  ilk iclası  keçirilib. 
 Komitə  sədri Sadiq Qurbanov əvvəlcə  yeni  sessiyanın  başlanması münasibəti ilə  həmkarlarını  təbrik etdi və onlara payız sessiyasındakı fəaliyyətlərində  uğurlar  arzuladı. Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim etdi. 

ətraflı

14.09.20

BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR KOMİTƏSİNDƏ

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.  Komitənin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, VI çağırış dövründə parlamentdə aparılan islahatları təqdir etdi. 
Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın ilk rəsmi səfərinin başa çatdığını bildirdi. Vurğuladı ki, xanım Spiker Azərbaycanda mövcud olan ənənəyə əsasən, ilk rəsmi səfərinə Türkiyədən başlayıb. Sahibə Qafarovanın qardaş ölkənin Prezidenti R.T.Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla, nazirlərlə və bir sıra digər rəsmilərlə görüşləri göstərdi ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək müstəvidədir.

ətraflı

14.09.20

TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: “TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞU ƏBƏDİDİR”

Xəbər verildiyi kimi, sentyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Türkiyə prezidentinə görüş imkanı üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Türkiyənin dövlət başçısına çatdırdı. 

ətraflı

11.09.20

TBMM-nin SƏDRİ MUSTAFA ŞENTOP: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR”

Sentyabrın 11-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub.

ətraflı

11.09.20

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Sentyabrın 11-də  Milli Məclisin Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  payız  sessiyasında  ilk iclası  keçirildi. Komitənin sədri Əli Hüseynli  yeni  sessiyanın  başlanması münasibəti ilə  həmkarlarını  təbrik etdi və onlara qarşıdakı payız sessiyasında  uğurlar  arzuladı. 
İclasda əvvəlcə 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə qısa nəzər salındı.  Əli Hüseynli vurğuladi ki,  ötən  dövrdə  komitə gərgin işləmiş,  keçirilən iclaslarda   127 məsələ müzakirə olunmuşdur  ki, bunlardan da  117-si Milli Məclisin plenar iclasına tövsiyə  edilib və əksəriyyəti qəbul olunub. Hesabat məqbul hesab edildi.  

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi