MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

19/06/20
İyunun 19-da Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva  Pakistan İslam Respublikası Parlamentinin Senatında ölkəmizlə  dostluq qrupunun əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi.
Görüşdə Qənirə Paşayeva dedi ki,  Azərbaycan ilə Pakistan dost və qardaş ölkələrdi. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan dövlətdir. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar əlaqələr çox yüksək səviyyədədir. Münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayıb. Ölkələrimiz  bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir, biz bu əməkdaşlığın gücləndirilməsində maraqlıyıq. 
Bildirildi ki, ümummilli lider Heydər Əliyevin başladığı yolu, Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi beynəlxalq səviyyəli bir sıra onlayn görüşlərdə COVİD-19-la mübarizəyə xüsusi diqqət yetirir. 
Qənirə Paşayeva 2015-ci il 11 fevral tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edildiyini qeyd edib.
Görüşdə deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin  tarixindən danışıb. Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Deputat Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə  minnətdarlığını ifadə edib. 
Pakistan İslam Respublikası Parlamentinin Senatının ölkəmizlə dostluq qrupunun əlaqələndiricisi  Məhəmməd Talha Mahmud  görüşə görə minnətdarlığını bildirdi. Parlamentlərarası əlaqələrin inkişafı, neft-qaz hasilatı, enerji sahəsində əməkdaşlığın qarşılıqlı faydalarından söz açıb.  Siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunuduğu deyib. Pakistan-Azərbaycan ələqələrinin inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. O,  video-görüşdə əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Məhəmməd Talha Mahmud  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyib.
Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 
Video-görüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputatlar Ceyhun Məmmədov,  Eldəniz Səlimov, Ülviyyə Həmzəyeva, Azər Badamov, Bəhruz Məhərrəmov,  Azərbaycanın Pakistandakı səfiri Əli Əli-zadə və digər rəsmi şəxslər çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini bildirdilər.


Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi