Milli Məclis Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib

24 dekabr 2021  18:43

Dekabrın 24-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclas çox əlamətdar bir gündə keçirilir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olub.

Milli Məclisin iclasında

20 dekabr 2021  20:13

Dekabrın 20-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 34 məsələnin daxil edildiyini bildirib.

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.