Milli Məclisin növbədənkənar sessiyası başlanıb

08 iyun 2021  19:06

İyunun 8-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin 6-cı sessiyası öz işinə başlayıb. Milli Məclisin Sədri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Milli Məclisin yaz sessiyası başa çatıb

31 may 2021  16:45

Mayın 31-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib. Öncə 6 məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsində deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Hikmət Məmmədov, Azay Quliyev, Bəxtiyar Əliyev, Elman Nəsirov, Elşən Musayev, Elşad Mirbəşir oğlu, Bəhruz Məhərrəmov, Cavid Osmanov, Zahid Oruc bir sıra məsələləri diqqətə çatdırıblar.

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.