Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
127

Milli Məclisin sədri Sahibə Qafarova bir sıra beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşlər keçirib

Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşlər keçirib. Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası, Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin və Asiya Parlament Assambleyasının nümayəndə heyətləri ilə keçirilən görüşlərdə 7 fevral - prezident seçkilərinin yüksək beynəlxalq standartlara uyğun və demokratik şəraitdə keçirildiyi qeyd olunub.

08 fevral 2024    16:23
168

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 31-də ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.
Bu səfərin Baş katibin Azərbaycana ikinci səfəri olduğunu bildirən spiker Sahibə Qafarova beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini xatırladıb, tərəflər arasında aktiv dialoqun münasibətləri inkişaf etdirmək niyyətinin göstəricisi olduğunu diqqətə çatdırıb.

31 yanvar 2024    19:56
284

Milli Məclisin sədri Sahibə Qafarova Koreya Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 7-də Koreya Respublikası Milli Assambleyasının Gender bərabərliyi və ailə komitəsinin sədri İn-suk Kvonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

07 dekabr 2023    14:52

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.