Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Təsis İclası

28 Noyabr - Madrid, İspaniya


nampn2021@meclis.gov.az
+99450 277 55 21
https://www.meclis.gov.az/nampn2021
Hotel RIU Plaza España, C/ Gran Vía, 84, 28013 Madrid, Spain

Qoşulmama Hərəkatının cari sədri kimi Azərbaycan Respublikası Hərəkatın rolunun və fəallığının daha da gücləndirilməsi üçün səylərini əsirgəmir, o cümlədən bunu multilateralizm dəyərlərinin irəliləməsi, qorunması və möhkəmləndirilməsi yolu ilə həyata keçirir. Bu məqsədlə Azərbaycan sədrliyi dövründə indiyədək araşdırılmamış və iştirakçı dövlətlər üçün ümumi maraq kəsb edən sahələrin nəzərə alınması ilə Hərəkat çərçivəsində əməkdaşlığı genişləndirmək istəyir.

2019-cu il oktyabrın 25-26-da dövlət və hökumət başçıları Bakıda keçirilmiş Qoşulmama Hərəkatının 18-ci zirvə toplantısında (paraqraf 24.24, Bakı Yekun sənədi) Hərəkatın prinsiplərinin, ideallarının və məqsədlərinin əldə olunmasında konstruktiv rol oynaya biləcəklərini nəzərə alaraq, QH parlamentariləri ilə qarşılıqlı əlaqələri və əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi qərara alıblar.

Qoşulmama Hərəkatına üzv olan dövlətlərin parlamentarilərinin hərəkatın əsas prinsiplərinə tam və həqiqi uyğunluğun təmin edilməsində əhəmiyyətli rol oynaya biləcəklərini etiraf edən Azərbaycan sədrliyi Parlamentlərarası əməkdaşlıq təşəbbüsü ilə çıxış etmək niyyətindədir.