QULİYEV Eldar Allahyar oğlu

Dairə: 28 saylı Sabunçu üçüncü seçki dairəsi

1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ticarətin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Vatikan Bonifasian Akademiyasının həqiqi üzvüdür. Roma şəhərinin fəxri alimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının «Qızıl ulduz» medalına və Atatürk beynəlxalq mükafatına, BMT-nin «Taclı xidmət» və «Avropa xidməti» ordenlərinə, Avropa Təbiət Elmləri Akademiyasının «Leybnis», «Senator ulduzu» və «Qızıl qartal» ordenlərinə layiq görülmüşdür. BMT-nin xoşməramlı səfiridir. 10-dan çox dərslik və monoqraqfiyanın, 100-dən artıq elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
Azərbaycan Ağsaqqallar Şurasının sədridir.
1973–1974-cü illərdə Ümumittifaq Əməyin Elmi Təşkili İnstitutunun Azərbaycan filialında iqtisadçı vəzifəsində işləmiş, 1974–1975-ci illərdə hərbi xidmət keçmişdir. 1975-ci ildən Bakı Şəhər Sənaye Malları Ticarəti İdarəsində əmtəəşünas, təsərrüfat hesablı univermağın direktoru, 1983-cü ildən ticarət idarəsinin direktor müavini, direktoru, 1987-ci ildən «Azərittifaq»ın Bakı Şəhər İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri, 1990-cı ildən «Azərittifaq»ın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. 1993-cü ildə «Azərittifaq»ın İdarə Heyətinin sədri seçilmişdir və indiyədək ictimai əsaslar ilə bu vəzifədə işləyir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektorudur.
Bitərəfdir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çexiya, Əfqanıstan, Xorvatiya, Küveyt, Polşa, Serbiya, Sloveniya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf
Üzv olduğu komitə və komissiyalar:
Elm və təhsil komitəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU