HÜSEYNOV Rafael Baba oğlu

Dairə: 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi

1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Oksford Akademiya İttifaqının həqiqi üzvüdür. Əməkdar incəsənət xadimidir. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Teatr Xadimləri İttifaqının üzvüdür. 84 kitab, monoqrafiya və dərsliyin, 562 elmi araşdırmanın, 700-dən çox publisistik məqalənin müəllifi, 14 tammetrajlı sənədli-publisistik filmin ssenari müəllifi və rejissoru, 3500-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir. Fars, ingilis, rus və tacik dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1976-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş laborantı, 1978-ci ildən Şərqşünaslıq İnstitutunun baş laborantı, kiçik elmi işçisi, baş elmi işçisi, 1988-ci ildən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.
Bitərəfdir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var

Partiya mənsubiyyəti: Vətəndaş Həmrəyliyi Partiyası
Üzv olduğu komitə və komissiyalar:
Elm və təhsil komitəsi
Üzv olduğu Beynəlxalq təşkilatlar:
Avropa Şurası Parlament Assambleyası
Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv

Köməkçi: Ceyhun Ağayev
Telefon: +99455 262-21-82, +99460 210-28-48
E-mail: 58sayli_sd@meclis.gov.az

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU