CƏFƏROV Kamal Xaqani oğlu

Dairə: 63 saylı Sabirabad birinci seçki dairəsi

1989-cu il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr proqramını, London Kral Universitetinin Beynəlxalq vergi hüququ üzrə magistraturasını, Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Antikorrupsiya elmləri üzrə magistr proqramını fərqlənmə diplomları ilə bitirmişdir. İngilis, rus və fransız dillərini bilir.
2012–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Hüquqi təminat şöbəsində aparıcı məsləhətçi, Beynəlxalq və ictimai əlaqələr şöbəsində baş məsləhətçi, şöbə müdirinin müavini, sektor müdiri işləmiş, hərbi xidmət keçmişdir. 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Katibliyinin böyük məsləhətçisi, 2016–2020-ci illərdə isə katibi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. AzərbaycanBelçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Avstraliya, Böyük Britaniya, Fransa, İtaliya, Macarıstan, Pakistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU