PAŞAYEVA Qənirə Ələsgər qızı

Dairə: 105 saylı Tovuz

1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professordur. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. Gürcüstanın, habelə Türkiyənin bir çox vilayətlərinin fəxri vətəndaşıdır. Rus və ingilis dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədridir.
1998-ci ildən «ANS» televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuş, 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik etmişdir.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsinin sədridir. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Subaydır.

Partiya mənsubiyyəti: Bitərəf
Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:
Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv

Köməkçi: Elbəy Bədirov
Telefon: +99450 869-67-67
E-mail: 105sayli_sd@meclis.gov.az

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU